Məhkəmə qərarları › İş №1(101)-1551/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1551/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1551/2022 29.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Əkbərov Məhəmməd Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və X4, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X6 və Dövlət ittihamçısı, müdafiəçi-«Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi Əbdul oğlunun iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış və hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Sabunçu rayonu ərazisində yerləşdirdiyi bir ədəd bağlamada təmiz çəkisi 52,885 qram təşkil edən qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan külli miqdarda heroini.bir ədəd bağlamada təmiz çəkisi 53,442 qram təşkil edən ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamini 1000 manat pul qarşılığında 20 aprel 2022-ci il tarixdə həmin yerdən satmaq məqsədi ilə götürüb daşıyaraq yaşadığı ünvan 3 ünvanında saxlamış. 23 aprel 2022-ci il tarixdə axşam saatlarında istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə həmin narkotik vasitə hesab edilən heroinin 5,335 qram təşkil edən hissəsini bir bükümdə, həmçinin həmin psixatrop maddə hesab edilən metamfetaminin 4,917 qram təşkil edən hissəsini bir bükümdə ayırıb əynində olan şalvarın sol yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 00:15 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 5,335 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən külli miqdarda heroin.bir ədəd bükümdə təmiz çəkisi 4,917 qram olan ağ rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən külli miqdarda melamfetamin aşkar edilərək götürülmüş, bundan sonra keçirilən əməliyyat- axtarış tədbirlərinin davamı olaraq 23 aprel 2022-ci il tarixdə saat 02:30 dəqiqədə yaşadığı ünvana baxış keçirilərkən mənzilin qonaq otağından taxta konstruksiyalı dolabın içərisindən bir ədəd bükümdə təmiz çəkisi 47,550 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə hesab edələn külli miqdarda heroin.bir ədəd bükümdə təmiz çəkisi 48,525 qram təşkil edən ağ rəngli kristalik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. 20 aprel 2022-ci il tarixdə 2 qrama yaxın heroin və 2 qrama yaxın metamfetamin almış, həmin narkotik vasitə və psixotrop maddəni bir az istifadə etdikdən sonra onu yaşadığı Yasamal rayonu, Zaur Kərimov küçəsi, ev 12 ünvanında saxlamışdır. 22 aprel 2022-ci il tarixdə axşam saat 21-22 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları onu «Cactus» restoranının yanında olan mağazadan çıxarkən tutmuşlar. Sonra onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparışlar. Orada onu aldadaraq guya rəisləri üçün videoçəkiliş etdiklərini bildirmilər. Daha sonra yaşadığı evə gedərək qapını açmasını tələb etmişlər, o, buna razı olmadıqda isə qapını sındıraraq mənzilə daxil olmuşlar. Evindən, axtarış aparılarkən salxadığı heroin və metamfetamin aşkar olunmuşdur. Lakin, polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə və psixotrop maddə olmayıb. Evindən aşkar olunan narkotik vasitə isə az miqdarda olmuş, onun çəkisini polis əməkdaşları artıq yazmışlar. O heç vaxt narkotik vasitələrin staışı ilə məşqul olmamış, yalnız almış olduğu narkotik vasitələri şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsi elan olunarkən müəyyən olunmuşdur ki, o, istintaq zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 23 aprel 2022-ci il tarixdə, saat 00:15 dəqiqədə ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək,xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş vəbuna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya olduğu halda onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan şalvarın sol yan cibindən 0l (bir) ədəd bükümdə heroini və 0l (bir) ədəd bükümdə metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sağ yan cibindən içərisində 077 ***-**-** və 099 ***-**-** simkart nömrələri olan 2 (iki) ədəd "Samsung" markalı mobil telefon və 198 (yüz doxsan səkkiz) manat pul, həmin şalvarın arxa sağ cibindən 04 (dörd) ədəd açar aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi heroin və metamfetamin elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 5,8 (beş tam onda səkkiz) qram, metamfetaminin çəkisi 5,3 (beş tam onda üç) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlələr və 198 (yüz doxsan səkkiz) manat pul içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd “Samsung" markalı mobil telefon da bu barədə sonuncuya izah verildikdən sonra götürülmüşdür. 4 (dörd) ədəd açar isə ona geri qaytarılmışdır. Onun üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdıgı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə “uç” gün əvvəl, yəni 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satmaq məqsədi ilə 1000 manata əldə etdiyini, ”Baba” adlı şəxsi təxminən iki ay olar ki, tanıdığını, əvvəllər məhkum olunduğunu, narkotik vasitə istifadə etdiyini, həmçinin Bakı şəhəri, Yasamal rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, evdə qonaq otağından taxta konstruksiyalı dolabın içərisindən 0l (bir) ədəd bükümdə heroini və 0l (bir) ədəd bükümdə metamfetamini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 49 (qırx doqquz) qram, metamfetaminin çəkisi isə 50 (əlli) qram olmuşdur. Daha sonra həmin kütlələr içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə “üç” gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satmaq məqsədi ilə 1000 manata əldə etdiyini,“Baba” adlı şəxsi təxminən iki ay olar ki, tanıdığını, əvvəllər məhkum olunduğunu, narkotik vasitə istifadə etdiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Polislər tərəfindən saxlanılan zaman ona zorakılıq tətbiq edilməmişdir. O, saxlanılan zaman və Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilən zaman üzərinə yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. O, narkotik vasitələri satmamış, öz istifadəsi üçün əldə elmişdir. Ona həmin narkotik vasitələri verən şəxsin və narkotik vasitəni təhvil vcrəcəyi şəxsin anket məlumatlarım, əlaqə nömrəsini və harada yaşamasını bilmir. O, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizəİdarəsinin Təhqiqat Qrupunda təqdim etdiyi və ondan aşkar edilmiş olan narkotik vasitələrlə bağlı aparılan araşdırma zamanı tərtib edilmiş sənədlərə özü imza etmişdir. Adının və soyadının qarşısında olan imzalar ona məxsusdur. «Baba» adlı şəxsin anket məlumatlarım bilmir, ona 1000 manatı hansı üsulla ödəməyini unutmuşdur, narkotik vasitəni və psixatrop maddəni alarkən artıq bükümlərə bölünmüşdür, narkotik vasitə və psixatrop maddə “BaFba» adlı şəxs tərəfindən bükümlərə satmaq məqsədi ilə bölünmüşdür. O, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunda təqdim etdiyi narkotik vasitə ilə bağlı aparılan araşdırma zamanı izahat verən zaman, həmçinin tərtib edilmiş sənədlərə imza edərkən ona heç bir formada psixi, fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində gösərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnik-leytenantıdır. Baş idarəyə Təqsirləndirilən şəxs Yasamal rayonunun inzibati ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə raportla məruzə edildikdən sonra əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat müvəkkili Şahid1 və ondan ibarət qrup yaradılmışdır. 23 aprel 2022-ci il tarixdə saat 00:15 radələrində ünvan 5 ünvanın yaxınlığında olan zaman zahiri əlamətləri Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər və onun Təqsirləndirilən şəxs olduğuna əmin olduqdan sonra narkotk vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış və götürmə keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs, cibindən 02 ədəd büküm çıxararaq, birində heroin, digərində isə metamfetamin olduğunu bildirmişdir. Daha sonra mənzilinə axtarış keçirmək üçün getmişlər. Mənzilində də külli miqdarda heroin və metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid2 ğlunun ifadəsinə uyğun ifadə vermişlər. Şəxsi axtarış və götürmə aparılması haqqında 23 aprel 2022-ci il tarixli protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə, saat 01:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasında xidməti otaqların birində Təhqiqat Qurupunun təhqiqatçısı Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol yan cibindən 0l (bir) ədəd bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütləni və 1 (bir) ədəd bükümdə ağ rəngli, kristall şəkilli psixatrop maddə olan metamfetaminə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş və sonra onun üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən içərisində ***-***-**-** və ***-***-**-** sim kart nömrələri olan 02 (iki) ədəd "Samsung” markalı mobil telefon və 198 manat pul, həmin şalvarın arxa sağ cibindən 4 (dörd) açar aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə və metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilmişdir. Heroinə bənzər kütlənin çəkisi 5,8 qram, metamfetaminə bənzər kütlənin çəkisi isə 5,3 qram olmuşdur. Sonra həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri Təqsirləndirilən şəxs, müdafiəçisi, iştirakçılar və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2 (iki) ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs götürülmüş, 4 (dörd) ədəd açar isə özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə üç gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satmaq məqsədi ilə 1000 manata əldə etdiyini,“Baba” adlı şəxsi təxminən iki ay olar ki, tanıdığını, əvvəllər məhkum olunduğunu, narkotik vasitə istifadə etdiyini, həmçinin Bakı şəhəri,Yasamal rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz elmədiyini bildirmişdir. Bu barədə protokol tərtib edilmiş, şəxsi axtarış və götürmənin gedişatını əks etdirən görüntülər “DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Evə baxış və götürmə aparılması haqqında 23 aprel 2022- ci il tarixli protokoldan görünür ki, 23 aprel 2022-ci il tarixdə, saat 02:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Yasamal rayrnu. Kərimov küçəsi,12 ünvanda yerləşən evinə baxış keçirilərək götürülmə apardan zaman o, evdə qonaq otağından taxta konstruksiyalı dolabın içərisindən l (bir) ədəd bükümdə heroini və l (bir) ədəd bükümdə metamfetamini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Heroinin çəkisi 49 (qırx doqquz) qram, metamfetaminin çəkisi isə 50 (əlli) qram olmuşdur. Daha sonra həmin kütlələr içərisi boş olan ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işüzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, həmin kütlələri tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsin vasitəsi ilə “üç” gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən satmaq məqsədi ilə 1000 manata əldə etdiyini,“Baba” adlı şəxsi təxminən iki ay olarki tanıdığını bildirmişdir. Bu barədə mənzilə «baxış keçirilməsi və götürmə haqqında» protokol tərtib edilmiş, götürmənin gedişatını əks etdirən görüntülər "DVD” diskə köçürülməklə iş materiallarına əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olumuş məhkəmə kimyəvi ekspertizasının 23 aprel 2022-ci il tarixli 6/2330 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş üzərində Daxili İşlər Nazirliyinə məxsus “Zərflər üçün №7” möhür əksı və "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazılar olan kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 5,335 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir,01 ədəd bükümdə təmiz çəkisi 4,917 qram ağ rəngli kristall şəkilli kütlə kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamindir. -üzərində «Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş...» və .yazılar, imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 47,550 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir,01 ədəd bükümdə təmiz çəkisi 48,525 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunmuş metamfetamin kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında, heroin kütlələri də həmçinin eynilik təşkil edirlər. Tədqiqat keçirildikdən sonra qalan 52,785 qram çəkidə narkotik vasitə heroin.53,342 qram çəkidə psixatrop maddə metamfetamin maddi sübut kimi tanınaraq Yasamal rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işi üzrə "Bakcell» MMC-nin 06 iyun 2022-ci il tarixli BKC/LGL- 8906/22 nömrəli müşayiət məktubu ilə istintaqa təqdim edilmiş bir ədəd CD diskin məzmununda olan rabitə və digər texniki vasitələrlə ötürülən məlumatlara baxış keçirilməsi zərurəti yaranmışdır. Baxış keçirilən bir ədəd «CD» disk qırmızı hərflərlə "xxxx" sözü yazılmışdir. Baxış zamanı bir ədəd «CD» diskə dörd ədəd fayllarm yüklənməsi mövcuddur. Birinci və ikinci faylda "SMS" tarixçəsi,üçüncü faylda «zənglərin detallaşması»,dördüncü faylda isə «zənglərin məxsusluğu tarixçəsi» yenrləşmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC mobil operatoru tərəfindən istintaqa təqdim edilmiş zərfin daxilin olan bir ədəd diskə köçürülmüş məlumatlardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi özünün adına qeydiyyata alınmaqla abunəçinin ünvanı ünvan 7ş zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 055 ***-**-** mobil nömrəsindən 05 mart 2022-ei il tarixdə saat 23:03-də «Kamran 2 kola, yarı da lanta imkan varsa götürərdin,başıva dönərəm, mən mikrorayondayam maşınnananm» məzmunlu ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən 06 mart 2022-ci il tarixdə saat 19:56-da «Qaqa yarı lazım idi pis ağrıdayıq qaqa » məzmunlu ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən 12 mart 2022-ci il tarixdə saat 09:24-də «Ata əvvəlki M paket zəhmət olmasa ixracat ver, çıxdım evdən, 15 dəqiqəyə inşAllah ordayam, 15 qara 5 ağ » məzmunlu ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən 12 mart 2022-ci il tarixdə saat 21:24-də «Kamı salamatçıhqdı brat, buralarda yoxdur, sən tərəfdə alınsaydı bir litr fanta, bir-iki litrdə kola lazımdır, yanıma çatır dostum keçə bilərəm sən tərəfə» məzmunlu ismarıcın göndərilməsi müəyyən edilmişdir. Baxış zamanı iş üzrə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə ***-***-**-** mobil nömrəsindən 17 mart 2022-ci il tarixdə saat 07:24-də «Ata sən mənə qara maykanın 0.5 seniyasını vermisən, yəqin bayaq danışanda başa düşmədin məni, mən bütov idxalat dedim sənə» məzmunlu ismarıcın göndərilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil nömrəsinə 055 ***-**-** mobil nömrəsindən 05 aprel 2022-ci il tarixdə saat 12:46-da “salam qaqaş necəsən, vəziyyət nətərdi, o biri nömrənət zəng çatmır, gələn var yoldayam* imkan varsa svyaza çıx. 8+1» məzmunlu ismarıcın göndərilməsi müəyyən edilmişdir. Cinayət işi üzrə təyin edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1488 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkəltərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq, hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Cinayət işi üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının 10 iyun 2022- ci il tarixli 3147 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Cinayət işi üzrə 28 iyun 2022-ci il tarixli qərarla, Təqsirləndirilən şəxs üzərindən və yaşadıığı mənzildən götürülmüş 52.885 qram çəkidə narkotik vasitə heroin, 530,058 qram çəkidə psixatrop maddə metamfetamin,bir ədəd "xxxx" MMC-də daxil olmuş «CD» disk, bir ədəd "xxxx" MMC-dən daxil olmuş «CD» disk, iki ədəd «Samsung» markalı telefon, həmçinin Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilən zaman video çəkiliş aparılmasının görüntülərini, sonuncunun yaşadığı mənzilə baxış keçirilən və götürmə aparılan zaman video çəkiliş aparılmasının görüntülərini özündə əks etdirən iki ədəd DVD modelli disklər, 198 manat maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 52,785 qram çəkidə narkotik vasitə heroin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 53.342 qram metamfetamin Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kameraya təhvil verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, o, özünü qimən təqsirli bilərək narkotik vasitələrin satışı ilə məşqul olmadığını və onun evindən çıxmış narkotik vasitələrin çəkisinin polis əməkdaları tərəfindən artırıldığını bildirməkdə yalnız məsuliyyəini yüngüllədirmək məqsədi güdmüdür. Məhkəmə onun ifadəsinə bu hisədə inandırıcı hesab emir və tənqidi yanaşır. Cinayət işinin istintaqı zamanı toplanmış sübutlarla Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi şahidlərin ifadələri, diskə baxış protokolu, telefon danışıq mesajları, iş üzrə tanınmış maddi və digər təkzib olunmaz sübutlarla öz təsdiqini tapmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o, təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində olması onun cəzasını yüngülləşdirən hal müəyyən olunmadı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin 07 sentyabr 2020-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrun etmə cəzasına məhkum edilmiş və Bakı apellyasiya məhkəməsinin 23 dekabr 2020-ci il tarixli qərarı ilə onun cəzası 07 aya endirilmiş və o, cəzasını çəkmiş hesab edilərək azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən 02 il keçdikdə, məhkumluq ödənilmiş hesab olunur. Belə olan halda, Təqsirləndirilən şəxs üzərində çəkilməmiş cəzası qalmamış, lakin, məhkumluğu ödənilməmiş və onun əməlində əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi yaranır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5, 65.2-ci maddələrinin tələblərinə əsasən cinayətlərin residivinə görə daha sərt cəza təyin edilir, yəni ona təqsirli bilindiyi maddənin sanksiyasının son həddinin yarısından aşağı cəza təyin edilə bilməz. Ona görə məhkəmə, cəza təyini zamanı bu halları, həmçinin onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar təyin olunmuş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 28 iyun 2002-ci il tarixli qərarına əsasən qətimkan tədbiri qismində həbsdə olma müddəti hədlərində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin cəzaçəkmə müəssisəsində cəza çəkməmiş şəxslər əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxslər hesab edilə bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs təyin olunmuş 01 il müddətinə azadlıqdan məhrun etmə cəzası Bakı apellyasiya məhkəməsinin qərarı ilə 07 aya endirilmiş və o, cəzasını çəkmiş hesab edilərək azad edilmişdir. İş materiallarından görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs 14 may 2020-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış və 23 dekabr 2020-ci il tarixdə ona təyn olumuş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası 07 aya endirilmiş, yəni ona təyin edilmiş cəza seçilmiş qətimkan tədbiri müddətində çəkmiş olduğu cəzadan az olmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə ilə bağlı cəza çəkmiş şəxs hesab edilmədiyindən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran haldır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanılmış və 24 aprel 2022-ci il tarixdə barəsində yasamal rayon məhkəməsnin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 23 aprel 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübutlar; -Yasamal rayon Polis İdarəsində saxlanılan Kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 52,785 qram çəkidə heroin, kimyəvi ekspertiza keçirildikdən sonra qalıq qalan 53,342 qram çəkidə metamfetamin məhv edilməlidir. - 198 (yüz doxsan səkkiz) manat pul Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalıdır. - Bir ədəd "xxxx" MMC-də daxil olmuş «CD» disk, bir ədəd "xxxx" MMC-dən daxil olmuş «CD» disk, iki ədəd DVD modelli disklər iş materiallarında saxlanılmalıdır. - Cinayət işinin materiallarına əlavə olunmuş 02 (iki) ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalıdır. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar; -Yasamal rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 52,785 qram çəkidə heroin və qalıq 53,342 qram çəkidə metamfetamin məhv edilsin. - 198 (yüz doxsan səkkiz) manat pul Təqsirləndirilən şəxs qohumlarına qaytarılmalıdır. - Bir ədəd "xxxx" MMC-də daxil olmuş «CD» disk, bir ədəd "xxxx" MMC-dən daxil olmuş «CD» disk, iki ədəd DVD modelli disklər iş materiallarında saxlanılsın. -Cinayət işinin materiallarına əlavə olunmuş 02 (iki) ədəd «Samsung» markalı mobil telefon Təqsirləndirilən şəxs qohumlarına qaytarılsın. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar