Məhkəmə qərarları › İş №1(101)-1551/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1551/2024

06.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1551/2024 06.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X6 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxx 1974-cü iidə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədibiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılmış, 25 mart 2024-cü il tarixdə vəfat etmiş ölmüş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Cinayət işi üzrə mərhum Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qeyriləri ilə özgənin külli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək barədə razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, 10 iyul 2020-ci il tarixdə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək ona "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, “Bakı Ağ Şəhər” layihəsində inşa edilmiş çoxmənzilli yaşayış binasında Zərərçəkmiş şəxs məxsus 3 otaq və köməkçi sahədən ibarət ümumi sahəsi 157 kvadrat metr olan 227650 manat dəyərində 67 saylı mənzilin müqabilində Zərərçəkmiş şəxs beton materiala görə borcunun olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindəki bank hesabına 10 gün müddətinə mənzilin dəyərinə uyğun olaraq 227650 manat məbləğində pul vəsaiti köçürəcəyinə dair yalan vəd verib, əslində isə vədinə əməl etməməklə aldadıb həmin mənzilin özünün təqdim etdiyi cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid3 satılmasına dair “Kooperativ Binada Mənzil Tikinti” haqqında 10 iyul 2020-ci il tarixli, 0**-ER-*** nömrəli müqavilə və faktiki olaraq hər hansı məbləğdə ödəniş edilmədiyi halda mənzilin 227650 manat dəyərinin Şahid3 tərəfindən tam ödənilməsini təsdiq edən 10 iyul 2020-ci il tarixli, **-ER-*** nömrəli maliyyə arayışını "xxxx" Mənzil- Tikinti Kooperativinin sədri Şahid4 tərəfindən imzalanmış və həmin koorperativin möhürü ilə təsdiqlənmiş vəziyyətdə Zərərçəkmiş şəxs təhvil alıb həmin tarixdə saat 17 radələrində ünvan 2 ünvanında yerləşən ofis sahəsində müqavilənin Şahid3 imza etdirilməsini təşkil etməklə "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Xətai rayonu, “Bakı Ağ Şəhər” layihəsində inşa edilmiş çoxmənzilli yaşayış binasının 3 otaq və köməkçi sahədən ibarət ümumi sahəsi 157 kvadrat metr olan 227650 manat dəyərində 67 saylı mənzilini qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs killi miqdarda 227650 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclası keçirilənədək Azərbaycan Respubliksı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən daxil olmuş məktubda Təqsirləndirilən şəxs vəfat etdiyi bildirilmişdir. Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertizası və X3 rəyi ilə məlum olmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:20-də vəfat etmişdir, Təqsirləndirilən şəxs məxsus meyitin üzərində heç bir xəsarət aşkar edilməmiş, onun ölümünə səbəb kardioskleroz xəstəliyinin kəskinləşməsi nəticəsində kəskin ürək çatışmazlığı olmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan ölmüş təqsirləndirilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Cinayət Prosessual Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar həmin Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Təqsirləndirilən şəxs ölməsi barədə məhkəməyə məlumat daxil olduqdan sonra onun yaxın qohumlarına təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəyibistəməmələri barədə bildiriş göndərilmiş, həmin bildirişdə mərhumun hər hansı yaxın qohumu onun hüquqi varisi qismində tanınması barədə öz istəyini bildirməzsə, bu zaman məhkəmə tərəfindən mərhum Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə CPMnin 39.1.5-ci maddəsinə əsasən müdafiəçisinin razılığı ilə bəraətverici əsaslar olmadan xitam verilməsi barədə qərar çıxarılacağı izah edilmişdir. Lakin Cinayət Prosessual Məcəllə ilə müəyyən edilmiş müddət ərzində Təqsirləndirilən şəxs yaxın qohumlarından təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəmələri barədə məhkəməyə məlumat daxil olmamışdır. Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq verdi. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə CPM-nin 39.1.5ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədi. Zərərçəkmiş şəxs “Taleh” adlı şəxsin barəsində ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə ona vururlmuş zərəri tələb etmək məqsədi ilə mülki iddia verdiyini bilirmişdir. Məhkəmə Xətai Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərarı ilə üzərinə həbs qoyulmuş Bakı şəhəri, Xətai rayonu, “Bakı Ağ Şəhər” layihəsində inşa edilmiş yaşayış binasının ümumi sahəsi 157 kvadrat metr olan 67 saylı mənzillə bağlı onu qeyd edir ki, Zərərçəkmiş şəxs ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə mülki iddia verdiyindən, eləcə də, ayrılmış cinayət işinə əsasən digər şəxslərin barəsində cinayət təqibi aparıldığından həmin əmlakın üzərindən həbsin götürülməsinə zərurət yoxdur. Təqsirləndirilən şəxs vəfat etdiyindən barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə-xətşünaslıq, məhkəmə-fonoskopik, məhkəmə komputer-texniki ekspertizalarına sərf edilmiş ümumilikdə 424 (dörd yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci dövlətə aid edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq verməsini Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 106.1.4-cü maddəsinə uyğun hesab edərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 106-1.4-cü, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, Xətai rayonu, “Bakı Ağ Şəhər” layihəsində inşa edilmiş yaşayış binasının ümumi sahəsi 157 kvadrat metr olan 67 saylı mənzilə Xətai Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərarı ilə qoyulmuş həbs dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə-xətşünaslıq, məhkəmə-fonoskopik, məhkəmə komputer-texniki ekspertizalarına sərf edilmiş ümumilikdə 424 (dörd yüz iyirmi dörd) manat məbləğində ekspertiza xərci dövlətə aid edilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 24 saylı Vəkil Bürosunun hesabına Müdafiəçi üçün 240 (iki yüz qırx) məbləğində pul köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Kamran Muxtarov Hakimlər: Elnur Nuriyev Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar