Məhkəmə qərarları › İş №1(101)-1552/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1552/2021

30.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1552/2021 30.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Respublika Narkoloji Mərkəzi» publik hüquqi şəxsi QİCS-lə Mübarizə Mərkəzinin nəzdində olan X5 Proqramı Kabinetində qeydiyyatda olduğu üçün 29.01.2021-ci il tarixdə, saat 13:30 radələrində metadon müalicə suyu qəbul etmək məqsədi ilə həmin ünvana gəlib orada qeydiyyatda olan tanışı Şahid1 və digər şəxslərlə birlikdə dayanıb növbə gözləyərkən eyni məqsədlə oraya gəlmiş tanışları Zərərçəkmiş şəxs1 ilə görüşüb söhbət edərkən Şahid1 məxsus, lakin bir müddət əvvəl Zərərçəkmiş şəxs1 istifadəsində olan avtomobildə qalmış mobil telefon və elektroşok cihazının sonuncu tərəfindən götürülüb qaytarılmaması ilə bağlı Şahid1la Zərərçəkmiş şəxs1 arasında yaranmış mübahisənin əlbəyaxaya keçə biləcəyini görüb, onları aralaşdırdıqdan və metadon suyunu içdikdən sonra Zərərçəkmiş şəxs1 və Şahid1la söhbəti davam etdirmək üçün birlikdə bir qədər aralıda, həmin Mərkəzlə bir həyətdə olan Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Nəsimi rayon şöbəsinin yaxınlığına getmiş və Zərərçəkmiş şəxs1lə Şahid1 yenə də telefon mövzusunda yenidən mübahisə etdiklərini görüb onları sakitləşdirmək istəyərkən Zərərçəkmiş şəxs1 Şahid1 və onun ünvanına nalayiq formada söyüb təhqir etməsini özünün şərəf və ləyaqətini alçaldan hərəkətlər kimi qəbul edib əsəbləşmiş və qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs1 sağlamlığına qəsdən ağır zərər vurmaq məqsədi ilə yumruğunun alt hissəsi ilə onun baş nahiyəsinə zərbələr endirməklə təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması, baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirmiş və Zərərçəkmiş şəxs1 almış olduğu təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması ilə əlaqədar baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar nəticəsində inkişaf edən travmatik ödem səbəbindən 02 fevral 2021-ci il tarixdə, saat 00:05 radələrində yaşadığı ünvan 4 ünvanında ölmüş, bununla da o, Zərərçəkmiş şəxs1 ehtiyatsızlıqdan ölümünə səbəb olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona qarşı ittiham irəli sürülmüş AR CM-in 126.3-cü maddəsi ilə təqsirli bilməyərək, AR CM-in 124.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərdi ki, 2003-cü ildə Bakı musiqi Akademiyasını bitirmiş, 2007-2008-ci illər həqiqi hərbi xidmətdə olmuşdur. 2003-cü ildə X1 ilə ailə qurmuş, bu nikahdan 16.07.2004-cü il təvəllüdlü Firuzə Quliyeva, 24.03.2009-cu il təvəllüdlü Nizami Quliyev, 15.04.2014-cü il təvəllüdlü Quliyev Erol adlı üç övladı vardır. 2008-ci ildən 2015-ci ilə qədər Yasamal rayon Mühafizə polisində polis nəfəri vəzifəsində işləmiş, sonralar heç bir yerdə işləməmişdir. 2016-cı ildən 2018-ci ilə qədər narkotik vasitə aludəçisi olmuş, Respublika Narkoloji mərkəzində 2017-2018-ci illərdə müalicədə olunmuşdur. Hadisə baş verənə kimi həftənin 5 günü narkotik vasitənin tərgitmək üçün Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binaya gedib metodon suyu qəbul etmiş, şənbə və bazar günləri iş günü olmadığı üçün iki günlük metodon suyunu cümə günündən ona vermişlər. QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binaya gedib metodon suyu qəbul etdiyi vaxtlarda onun kimi ora gələn Natiq ləqəbli Şahid1, Şahid2, Zərərçəkmiş şəxs1 və digər şəxslərlə tanış olmuş, həmin şəxslərlə yoldaşlıq etmişdir. Ehtiramı bir neçə ay bundan əvvəl, İlkin və Ağanı isə təxminən 1 il olardı ki, tanımışdır. Adları qeyd olunan şəxslərdən daha çox Ağa ilə yaxın münasibəti olmuşdur. 14-15 yanvar 2021-ci il tarixdə o, Ehtiram, Nərminə və Saşa ləqəbli Səbuhi Şahid1 Bakı şəhəri, Yasamal rayonu, Qubanov küçəsində yerləşən 3 nömrəli poliklinikaya tibbi yardım göstərilməsi üçün aparmış, o, ora çatan kimi Şahid1 dərman almaq üçün Nizami metrosu yaxınlığındakı aptekə getmiş, geri qayındanda isə onları orada görməmişdir. Sonradan Ağa ilə görüşəndə Ehtiramın telefonunun itməsini, sonuncunun telefonunun oğurlanmasında ondan şübhələnməsini bildirərək Ehtiramın telefonunun onda olub-olmamasını soruşmuşdur. O, Ehtiramın telefonuna ehtiyacının olmadığını, onun telefonun itməsi və ya oğurlanması ilə əlaqəsinin olmadığını bildirmişdir. Ağa həmçinin ona məxsus modelini dəqiq xatırlamadığı “Samsung” markalı mobil telefonu ilə elektro şok cihazının Ehtirama məxsus “X22” markalı “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobildə qalmasını, Ehtiramdan həmin əşyaları istəməsini, lakin sonuncunun həmin əşyaları qaytarmamasını, satmasını, Ehtiramın onun zənglərinə cavab verməməsini bildirmişdir. Ehtiramın bu hərəkətləri Ağanı əsəbləşdirmiş, 29.01.2021-ci il tarixdə saat təxminən 13:30-da o, metodon suyu qəbul etmək üçün 1 saylı X10 Toksikologiya şöbəsinə getmiş, mərkəzə çatanda Ağa da orada olmuş, tanımadığı şəxslərlə söhbət etmişdir. Metodon suyu verilən pəncərəyə yaxınlaşıb suyu alıb içdikdən sonra pilləkənlərdən aşağı düşəndə Ehtiramın özünə məxsus avtomobil ilə gəldiyini görmüşdür. O, avtomobilini bir az kənarda saxlamış, pilləkənlərdən onun yanından keçib su verilən pəncərəyə yaxınlaşmış, həmin vaxt Ağa da Ehtiramın arxasınca gəlmiş və yaxınlaşıb “mənim əşyalarımı kimə vermisən, neçə vaxtdı zəng edirəm cavab vermirsən, bu nə hörmətsizlikdir edirsən” deyə müraciət edib acıqlanmışdır. Ehtiram isə ona “mən heç kimə hörmətsizlik etmirəm, sənin heç bir əşyan mənim maşınımda qalmayıb, mənə şər atırsan” deyə cavab vermişdir. Bu vaxt onların hər ikisi bir-birinin yaxasından tutmuş, lakin o, onları aralamışdır. Ehtiram uzunluğu təxminən 30 sm olan, taxta dəstəkli, sarı rəngli bir bıçağı şalvarın ön tərəfində belindən çıxartmış, Ağa da əlindəki əsa ilə onun üzərinə yeriyəndə o və orada olan şəxslər onları aralamışlar. O, Ehtirama etdiyi hərəkətin düzgün olmadığını bildirmiş, daha sonra onlar pilləkənlərdən aşağı düşmüş, yeriyə-yeriyə həmin ərazidə olan meyitxanaya doğru getmişlər. Onların arxasında adlarını bilmədiyi təxminən 6-7 nəfər şəxs gəlmiş, Ehtiram Ağaya 10 ədəd “contramal”, “fenazepam“, “cikladol” qəbul edib, özündə olmadığını, daha sonra söhbət edəcəyini bildirmiş, Ağa isə öz etirazını bildirib telefonunu və elektro şok cihazını tələb etmişdir. Onlar üzbəüz söhbət etmiş, o, Ağanın yanında Ehtiram isə onların qarşısında dayanmışdır. Meyitxananın yaxınlığında onların sözü düz gəlməmiş, bir-birlərini söyməyə başlamışlar, o, söhbətə müdaxilə edəndə Ehtiram ona da ağır söyüş söymüş, sonuncu ona “səni tanımaq olmur, bir gün mənim qucağımda oturursan bir gün Natiqin qucağında oturursan” deyib onu təhqir etmiş, arxasınca yenə Ağanı təhqir etmişdir. O da əsəblərini cilovlaya bilməyib Ehtiramın söyüşünü həzm edə bilməyib “ə, sən böyük qardaşla necə danışırsan” deyib qəfildən sonuncuya sol əli ilə yumruq zərbəsi endirmişdir. Yumruq zərbəsi onun boğaz nahiyəsinə dəymiş, zərbə anında Ehtiramı qıcolma tutmuş və həmin zərbənin təsirindən Ehtiram arxası üstə yerə yıxılmış, onun başının arxa tərəfi asfalt təbəqəyə dəymiş, sonuncu yerdə çabalamağa başlamış, tez onun ağzını açıb dilini çölə doğru dartmışlar. Lakin o, onun ağzını açanda çətinlik çəkmiş, onun dişiləri sol əlinin üst tərəfini və sağ əlinin iç nahiyəsini kəsmişdir. O, Ehtirama zərbə endirəndə sonuncu yerində dayanmışdır. Həmin vaxtı Ağa su gətirmiş, Ehtiramın üzünə su vurmuş, Ağa Ehtiramın avtomobilini hadisə yerinə gətirmiş və onlar onu avtomobilin arxa oturacağına qoyub oradan uzaqlaşmışlar. Avtomobili Ağa idarə etmiş, metodon kabinetin yerləşdiyi ərazidəki adını bilmədiyi dönərxandan Ağa dönər almış, onlar dönəri yemiş, lakin Ehtiramın dönər yeyibyeməməsini dəqiq xatırlamamışdır. Ehtiramda olan narkotik vasitəni qəbul etmiş, sonra bir az avtomobil ilə şəhərdə gəzmişlər. Narkotik vasitənin təsirində olduğundan axşam saatlarına qədər konkret olaraq hansı işlərlə məşğul olmaqlarını xatırlamamışdır. Yolda olanda Ehtiram başının ağrımasını bildirmiş, onlar da aptekdən “Aksenofort" adlı iki ədəd dərman alaraq Ehtirama içirib saat təxminən 22 radələrində tanışı Həsənin evinə getmişlər. Həsən “Sovetski” adlanan ərazidə yaşamış, təxminən 10 ildir ki, tanışlıqları olmuşdur. Həsənin evinə daxil olanda Ehtiramın yıxılmaması üçün qolundan tutmuş, çünki nataraz hərəkət etmişdir. Həmin günü o və Ehtiram Həsənin evində qalmış, Ağa isə gecə saatlarında yaşadığı evə getmiş, səhəri isə qayıtmışdır. Hadisə baş verən günü Ehtiramın üzərində olan narkotik vasitəni o, Ehtiram və Ağa qəbul etmişlər. Daha sonra spirtli içki qəbul etmiş, Həsən də onlara qoşulmuş, yemək yemişlər, lakin Ehtiram iştahsız və halsız olmuş, yemək yeməmişdir. Səhəri gün, yəni 30 yanvar 2021-ci il tarixdə səhər yuxudan oyanmış, Ehtiram isə təxminən saat 14-15 radələrində yuxudan oyanmışdır. Həmin günü Ehtiram özünü yaxşı hiss etməmiş, halsız olmuş, nataraz hərəkət etmiş, lakin danışa bilməmiş, həmin gün gecə saatlarına qədər orada qalmışlar. Ehtiramı İlkinin vasitəsi ilə evinə yollamağı qərarlaşdırılmış, 31.01.2021-ci il tarixdə saat 01 radələrində Ağa Ehtiramı sonuncunun avtomobili ilə aparmışdır. Amma onun yanında İlkinlə əlaqə saxlamamış, çünki onlar evdən çıxanda evdə olmamış, məhəllədə olmuşdur. Bundan sonra o, Ehtiramı görməmiş, 31.01.2021-ci il tarixdə Ağa ilə telefonla danışanda Ehtiramı İlkinlə görüşdürüb yola salmasını ona bildirmişdir. O, 03.02.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən 43cü polis bölməsinə dəvət olunan zaman, Ehtiramın ölməsini öyrənmişdir. Hadisə zamanı Ehtiramın başı qanamamış, başında gözlə görünən hər hansı bir xəsarət yaranmadığından onu həkimə aparmağa ehtiyac olmadığı qənaətinə gəlmişlər. Həmçinin Ehtiram narkoman olmuş, həmin günü də metodon suyundan başqa lazım olandan çox narkotik vasitə qəbul etmiş, Ehtiramın yaxşı olmamasını bununla əlaqələndirmişlər. Bundan başqa Zərərçəkmiş şəxs1 baş nahiyəsində olan xəsarət hadisə günü başı yerə dəyəndə zərbənin təsirindən yaranmış, digər xəsarətlərdən isə xəbəri olmamışdır. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X8 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs1 onun doğma qardaşı olmuşdur. Hadisə baş verən zaman o, narkotik vasitələrin qanunsuz əldə edilib, saxlanılması ilə əlaqədar “7 saylı cəza çəkmə müəssisəsində” cəza çəkmişdir. Qardaşı Ehtiram da narkotik vasitə aludəçisi olmuş və iki dəfə məhkum olunmuşdur. 2019-cu ildə Ehtiram narkotik vasitəni tərgitmək istəməsini bildirdikdən sonra onu “Respublika Narkoloji Mərkəzi” X11 bir müddət müalicə olunmuş və bundan sonra həmin mərkəz tərəfindən qardaşına “metodon suyu” adlı müalicə prosesinə yazmışlar. Ehtiram hər gün Respublika Narkoloji Mərkəzi X12 “QİCS”lə Mübarizə Mərkəzinin nəzdində yerləşən Metodon kabinetinə gedərək metodon suyu içirmiş. Ehtiram işləyib pul qazanması üçün 2020-ci ilin dekabr ayında kreditlə Fuad adlı şəxsdən “X23” markalı “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobil də almışdır. Ehtiram həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 29 yanvar 2021-ci il tarixdə səhər saatlarında Ehtiram həmişəki kimi metodon suyu içməyə getmiş, həmin vaxt anası evdə olmamış, həmin günü Ehtiram evə gəlməmiş, anası səhərə qədər gözləmiş, yenə də Ehtiramdan bir xəbər ala bilməmişdir. 30.01.2021-ci il tarixdə anası 102 xidmətinə zəng edib oğlunun itkin düşməsi barədə məlumat vermiş və onu Yasamal RPİ-nin 26-cı polis bölməsinə dəvət etmişlər. Anası Ramin ilə əlaqə saxlayanda Ehtiramın İlkingildə olmasını öyrənmişdir. Amma o, İlkingilin ev nömrəsini bilməmiş, İlkinin keçmiş qaynanası Nailənin mobil nömrəsini vermişdir. O da Nailə ilə əlaqə saxlamış, İlkingilin ev nömrəsini əldə etmişdir. O, həmin nömrəyə zəng edəndə İlkinin anası Məsumə telefona cavab vermiş, ondan oğlunun onlarda olub-olmadığını soruşmuş, o da Ehtiramın onlarda olmasını bildirmişdir. Ev ünvanlarını alıb 01 fevral 2021-ci il tarixdə saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, İstiqlaliyyət küçəsi, ev 36, mənzil 11 ünvanına getmiş, ora çatanda Ehtiramı qonaq otağında halsız vəziyyətdə görmüş, o, danışa bilməmişdir. Ehtiramı ayağa qaldırıb gəldiyi taksi şoferi ilə qollarına girib çətinliklə avtomobilə əyləşdirmişlər. Tanımadığı həmin taksi ilə onu ünvan 5 ünvanına gətirmişlər. Həmin vaxt o, danışa bilməmiş, özündə olmamışdır. Həmin vaxt Nərmin və anası da onların evində yaşamış, Zərərçəkmiş şəxs1 əvvəllər hər hansı bir şəxslə ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə barədə ona verilən məlumata görə qardaşı yerə yıxılıb başı yerə dəyərək vəfat etmişdir. Hadisə barədə eşitdiklərinə görə həmin vaxt İbadla qardaşının arasında mübahisə olmuş, baş verənlərdən isə təfərrüatlı məlumata sahib olmamış, hazırda Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmədə ifadəsi elan edilmiş, ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 övladıdır. X2 uzun müddət narkotik vasitə aludəçəsi olmuş və dəfələrlə məhkum olunmuşdur, hal-hazırda cəza çəkmə müəssisəsində cəza çəkir. Digər oğlu Cavid narkotik vasitədə aludəçisidir, o da hal-hazırda “7 saylı cəza çəkmə müəssisəsində” cəza çəkir. Ehtiram da narkotik vasitə aludəçisi olmuş və iki dəfə də məhkum olunmuşdur. Xalidə və ailəsi əvvəllər “Sovetski” adlanan ərazidə yaşamışlar. X20 Sultanovla orada tanış olmuş, aralarında dostluq münasibəti olmuşdur. İlkin də narkotik vasitə istifadəçisi olmuşdur. Ehtiram 2010-cu ildə Gülzar Hüseynova ilə evlənmiş, həmin nikahdan 10.08.2011-ci il təvəllüdlü Abbas adlı bir oğlu olmuşdur. Ehtiram xaraktercə əsəbi bir insan olması və narkotik vasitələrdən istifadə etməsi onların boşanmasına səbəb olmuşdur. Nəvəsi Gülzarın himayəsindədir. 2018-ci ildə Xalidə və Ehtiram Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, ev 45 B ünvanına köçmüşlər. Oğlu Ehtiram orada yaşadıqları müddətdə də narkotik vasitələrdən istifadə etmiş, lakin heç vaxt evdə olarkən narkotik vasitə qəbul etməmişdir. 2019-cu ildə Ehtiram narkotik vasitəni tərgitmək istəməsini bildirdikdən sonra onu “Respublika Narkoloji Mərkəzi” X11 bir müddət müalicə etdirmiş və bundan sonra həmin mərkəz tərəfindən oğlunu “metodon suyu” adlı müalicə prosesinə yazmışlar. Ehtiram hər gün Respublika Narkoloji Mərkəzi X12 “QİCS”lə Mübarizə Mərkəzinin nəzdində yerləşən Metodon kabinetinə gedərək metodon suyu içirmiş, şənbə və bazar günləri həmin kabinet işləməmiş və ona iki günlük metod suyunu cümə günləri əvvəlcədən vermişlər. Ehtirama işləyib pul qazanması üçün 2020-ci dekabr ayında kreditlə Fuad adlı şəxsdən “X23” markalı “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobil də almışdır. Ehtiram həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 2020-ci ilin sentyabr ayında o və oğlu Ehtiram birgə Nardaran qəsəbəsində kirayə ev tutub köçmüş, hazırda yaşadıqları evi isə kirayəyə vermişlər. Təxminən 2021-ci ilin yanvar ayının 22-si onlar Nardarandan kirayədə qaldıqları evdən çıxaraq öz evlərinə qayıtmaq istəmiş, lakin kirayəkeş çıxmadığı üçün gündəlik 5 manatlıq kirayə verilən, pakistanlılar tərəfindən idarə olunan və Yasamal rayonu, Zərgərpalan küçəsi ətrafında yerləşən hostelə köçmüşlər. Orada olduqları müddətdə Ehtiram yanında Nərmin adlı bir qız ilə gəlmişdir. Nərmin də narkotik vasitədən istifadə edənə oxşamışdır. Ehtiram ona Nərmin ilə sevgili olmasını bildirəndə buna razılıq verməmişdir. Nərmin və anası Marinanın qalmağa yerləri olmamış, onların evi bildiyinə görə yanmışdır. Ehtiram Binqədi rayonu köçənədək Nərmin və Marianın onlarla yaşamaqlarına icazə verməyinə xahiş etmişdir. O da oğlunun qəlbini qırmamaq üçün razılıq vermişdir. Təxminən 23-24 yanvar 2021-ci il tarixdə Ehtiramdan ona Binəqədi rayonu ərazisində yerləşən “Soliton” mağazalar şəbəkəsindən aldığı “Samsung” markalı mobil telefonun harada olması soruşanda oğlu metodon suyu içməyə gələn Natiq ləqəbi ilə tanıdığı sonradan adı ona məlum olan Şahid1 həmin telefonu ona məxsus avtomobildən götürməsini bildirmişdir. Həmin telefonu Ehtirama o, alsa da telefon mağazada oğlunun adına sənədləşdirlmişdir. Ehtiram Ağanın telefonunu götürəndə Nərminin də avtomobildə olmasını bildirmişdir. Həmin vaxt o, Nərminə “necə olur ki, sənin yanında oğlumun telefonu götürürlər” deyə sual verəndə Nərmin “bizdə Natiqin telefonunu götürmüşük ” deyə cavab vermişdir. Oğlu Ehtiram də bunu təsdiqləmiş və Ağanın telefonunu və elektro şok cihazını götürməsini bildirmişdir. Ehtiram həmin vaxt əlində bir telefon göstərərək Ağanın telefonun olmasını bildirmiş, o, Ehtirama Ağanın telefonunu geri qaytarmasını bildirsə də oğlu bundan imtina edərək həmin telefonu Ağaya verib öz telefonunu ondan geri alacağını bildirmişdir. Ehtiram Ağanın telefonunu saxlamaq üçün ona vermiş, lakin Nərminin yanında telefonu masanın üstünə qoymuş və aparıb qaytarmasını bildirmişdir. Bu vaxt Nərmin həmin telefonu götürmüşdür. Həmin telefonun ekranı sınıq vəziyyətdə və kiliddə olmuşdur. Ehtiramdan telefonu qaytarmamasının səbəbini soruşmuş oğlu “onlardan qorxuram, bir dəfə də qolumu kəsdim öz canı qurtardım, qan gələndə məndən əl çəkdilər” deyə cavab vermişdir. Həmçinin sol əli göstərib qolunda olan kəsiyi həmin vaxt özünün lezva ilə etdiyini bildirmişdir. Ehtiram öz bədinə əvvəllər də əsəbi olanda lezva ilə xəsarət yetirmişdir. Amma qolunda yeni xəsarəti təzə etdiyini bildirmişdir. Ehtiram təxminən 22 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək mobil telefon işlətməmişdir. Ehtiram tez-tez mobil nömrələrini dəyişdirsə də, son vaxtlar “***-***-**-**” və “***-***-**-**” saylı sim kartlardan istifadə edtmişdir. 29 yanvar 2021-ci il tarixdə səhər saatlarında Ehtiram həmişəki kimi metodon suyu içməyə getməli olmuş, həmin vaxt o evdə olmamışdır. Həmin günü Ehtiram evə gəlməmiş, səhərə qədər gözləmiş, yenə də oğlundan bir xəbər ala bilməmişdir. 30.01.2021-ci il tarixdə 102 xidmətinə zəng edib oğlunun itkin düşməsi barədə məlumat vermiş və onu Yasamal RPİ-nin 26-cı polis bölməsinə dəvət etmişlər. O da Nərmin ilə birgə 26-cı polis bölməsinə getmiş, orada Nərmin ərizə yazmış, bundan sonra özü də oğlunu axtarmağa başlamışdır. Əmisi nəvəsi Ramin ilə əlaqə saxlayanda Ehtiramın İlkingildə olmasını öyrənmişdir. Amma o, İlkingilin ev nömrəsini bilmədiyini, İlkinin keçmiş qaynanası Nailənin mobil nömrəsini vermişdir. O da Nailə ilə əlaqə saxlamış, İlkingilin ev nömrəsini əldə etmişdir. O, həmin nömrəyə zəng edəndə İlkinin anası Məsumə telefona cavab vermiş, ondan oğlunun onlarda olub-olmadığını soruşanda Ehtiramın onlarda olmasını bildirmişdir. Ev ünvanlarını alıb 01 fevral 2021-ci il tarixdə 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, İstiqlaliyyət küçəsi, ev 36, mənzil 11 ünvanına getmiş, ora çatanda oğlu Ehtiramı qonaq otağında halsız vəziyyətdə görmüş, oğlu sanki cansız bədən olmuş, danışa bilməmişdir. Ehtiramı ayağa qaldırıb gəldiyi taksi şoferi ilə qollarına girib çətinliklə avtomobilə əyləşdirmişlər. Tanımadığı həmin taksi ilə onu ünvan 5 ünvanına gətirmişlər, həmin vaxt oğlu danışa bilməmiş, özündə olmamışdır. Həmin vaxt Nərmin və anası da onların evində yaşamışlar. Saat 19 radələrinə qədər oğluna evdə çoxlu çay vermiş, lakin Ehtiram danışa bilməmişdir, gözləri bağlı vəziyyətdə olmuşdur. Oğlunu evə gətirən zaman əynində qara rəngli cins şalvar, qara rəngli kofta olmuş, lakin paltarlarında hər hansı zədəyə, natəmizliyə rast gəlməmişdir. Nərmin Ehtiramın narkotik vasitə qəbul etməsi ehtimalının olmasını, ona görə bu halda olduğunu, onu 1 saylı klinik tibbi mərkəzin toksikologiya şöbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə mərkəzin toksikologiya şöbəsinə getmişlər. Orada oğluna ilkin tibbi yardım göstərilmiş, təxmin 01 fevral 2021-ci il tarixdə saat 23 radələrində evə qayıtmışlar. Ehtirama mətbəxdə yer hazırlayıb uzadan zaman əynində olan qara rəngli cins şalvarın batmış vəziyyətdə olduğunu görmüş, Ehtiram həmin şalvara işəmişdir. O, şalvarı və tumanını onun əynindən çıxartmış, zibil qutusuna atmışdır. Ona yeni tuman geyindirmiş, ayaqlarını yumuşdur. Daha sonra yerinə uzatmışdır. Lakin əyninə şalvar geyindirməmişdir. 02 fevral 2021-ci il tarixdə saat 00 radələrində İlkin Ehtiramın “X23” markalı “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobilini evə gətirmişdir. O, İlkini evdən qovmuşdur. Avtomobilin açarını özü ilə götürüb evə daxil olmuşdur. İlkin avtomobili gətirən zaman Nərmin də onun yanında olmuşdur. Evə daxil olanda Ehtiram xırıldamağa başlamış və ölmüşdür. Lakin ümidini itirməyib 103 xidmətinə zəng edib kömək istəmiş, həkimlər gəlib onun ölməsini bildirib getmişlər. Daha sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Zərərçəkmiş şəxs1 əvvəllər hər hansı bir şəxslə ədavəti və düşmənçiliyi olmamışdır. Oğlunun bıçaq və ya digər kəsici deşici alət gəzdirməsinin şahidi olmamışdır. Ehtiramın qatili Təqsirləndirilən şəxs oğlu ilə tanışlığından daha əvvələr məlumatı olmamışdır. Ehtiramın baş nahiyəsində olan xəsarəti, sağ qolunda olan sıyrıq xəsarətləri, sağ baldır nahiyəsinin əzilmiş yaraları İbad onu vurduqda yaranmışdır. O, oğlunun yas mərasiminə gələn tanımadığı bir cavan oğlandan eşitmişdir ki, İbad yumruğun alt hissəsi ilə möhkəm şəkildə bir neçə dəfə oğlunun təpəsinə zərbələr vurmuş, nəticədə Ehtiram yerə yıxılmışdır. Bu haqda danışan oğlanı daha əvvəllər Ehtiramın yanında görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 1994-cü ildən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Əvvəllər bir neçə dəfə narkotikdən istifadə ilə bağlı müalicə olmuş, 2016-cı ildən etibarən yenə müalicə olunmuşdur. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binada hər gün metodon suyunu qəbul etmişdir. Orada onların qeydiyyatları aparılmış və hər ay Respublika Narkoloji Dispanserdən müayinədən keçmişlər. Əsl adı Ağa olsa da hamı onu Natiq kimi tanımış, metodon suyu qəbul etdiyi vaxtlarda onun kimi ora gələn İlkin, Ehtiram, İbad və digər şəxslərlə tanış olmuşdur. Ehtiramı təxminən 5-6 aydır ki, tanımış, daha yaxın münasibəti İbadla olmuşdur. Amma hamısı bir-birilərini tanıyıb münasibət saxlamışlar. Təxminən 14-15 yanvar 2021-ci il tarixdə onun təzyiqi olmuş, həmin vaxt yanında İbad, Ehtiram, Nərmin, Saşa ləqəbli Səbuhi olmuş, onu Bakı şəhəri, Yasamal rayonu, Qubanov küçəsində yerləşən 3 nömrəli poliklinikaya aparmışlar. Orada təzyiqi ölçülmüş, ona ilkin tibbi yardım göstəriləndən sonra polkilinikanın həyətində olan zaman Ehtiram İbadın onun telefonunu yanında olan vaxt maşınından oğurlamasını bildirmişdir. O, Ehtirama düzgün danışmamasını, İbadın xəstəxanadakı aptekdən dərman almağa getməsini bildirmiş, bu barədə söhbət etdikləri zaman İbad onlara yaxınlaşmış və onların arasında həmin vaxt sözlü mübahisə olmuş, onları sakitləşdirib küçəyə çıxmışlar. O, Ehtiramın avtomobilində oturub telefonla danışmış, Ehtiram Nərminlə gedəsi yerinin olmasını, ona başqa avtomobillə qayıtmağını bildirmiş, o da Səbuhiyə məxsus avtomobillə evinə getmişdir. Evdə olan zaman telefonunun olmadığını, Ehtiramın avtomobilində qaldığını öyrənmiş, buna görə də Ehtiramın istifadəsində olan mobil nömrəyə zəng edərək telefonunun onun avtomobilində qalmasını bildirmişdir. Ehtiram yalandan avtomobilində telefon qalmamasını bildirmiş, o, çaşdırıcı sözlər dedikdən sonra Ehtiram telefonunun xəstəxananın qarşısındakı daşın üstündə qalmasını bildirmiş, həmin vaxt o, əmin olmuşdur ki, telefonu Ehtiramdadır. O, Ehtirama “ə, yekə kisisən, telefonum orada qalmışdı götürərdin, yalan danışma, telefonumu qaytar, orada ailəmin şəkilləri var, nömrələrim var” məzmunlu iradını bildirmişdir. Lakin Ehtiram telefonunun onda olmasını yenə də etiraf etməmişdir. 29.01.2021-ci il tarixdə saat təxminən 13:30-da Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binada metodon suyunu qəbul etməyə gedən zaman Ehtiramı su verilən pəncərənin qarşısında pilləkənlərin üstündə dayandığını görmüşdür. O, pilləkənlərə doğru yaxınlaşmış, Ehtirama “utanmırsan, yekə kişisən, mən sənə pislik etmişəm, telefon səndə qalsın, telefonda olan sim kartımı və yaddaş kartımı ver” deyə bildirmişdir. Ehtiram “yaxşı etmişəm, nə deyirsən” ifadəsini işlədib şalvarın ön tərəfində şalvarının içində olan bıçağı dartıb çıxartmaq istəyəndə pilləkənlərdə onun yanında olan İbad onun qollarından tutmuş və sakitləşdirmişdir. Həmin vaxtı İlkin də orada olmuş, lakin sonradan onu görməmişdir. Orada olan insanlardan ayıb olmasın deyə, Ehtirama kənara getməyi, orada söhbətlərini etməyi bildirmişdir. Həmin vaxt ora polis də gəlmiş, o, suyunu içdikdən sonra Ehtiram və İbad birlikdə QiÇS-lə Mubarizə Mərkəzindən bir az yuxarıya doğru qalxıb meyitxana tərəfdə söhbət etməyə başlamışlar. Həmin vaxt onların arxasınca adlarını bilmədikləri bir neçə nəfər şəxslər də gəlmişdir. O, Ehtiram ilə üzbəüz olmuş, İbad isə onun sağ tərəfində dayanmışdır. Ehtiramdan təkrar telefonunu geri qaytarmasını istəmiş, lakin yenə də onda olmadığını bildirərək onu və İbadı ağır söyüşlərlə təhqir etmiş, o da Ehtiramı söymüş, lakin İbad Ehtiramın söyüşünü həzm edə bilməyib “ə, sən böyük qardaşla necə danışırsan” deyərək sol əlli ani olaraq yumruq zərbəsi endirmişdir. Yumruq zərbəsi onun boğaz və çənə nahiyəsinə dəymiş, zərbə anında Ehtiram qıc olmuş və həmin zərbənin təsirindən Ehtiram arxası üstə yerə yıxılmış və başının arxa tərəfi asfalt təbəqəyə dəymiş, möhkəm səs gəlmiş, sanki nəisə sınmış, nəticədə Ehtiram yerdə çabalamağa başlamışdır. Bu vaxt Ehtiram yerdə xırıldamağa başlamış, o və İbad, orada olanlar köməyi ilə onun ağzını açıb dilinin qatlanmasının qarşısını almışlar. O, Ehtiramın avtomobilini sürərək hadisə yerinə gətirib İbadla birlikdə avtomobilə qoyub hadisə yerindən uzaqlaşmışdır. Oradan tez getməkdə məqsədləri polis əməkdaşlarının hadisədən məlumat almasının qarşısını almaq olmuşdur. Ehtiram özündə olmadığı üçün İbadla belə razılığa gəlmişlər ki, Ehtiramı Həsən adlı şəxsin evinə aparsınlar. Avtomobili o, idarə etmiş, yolda olanda Ehtiram çətinliklə başının ağrımasını bildirmiş, buna görə də Nizami metrosunun qarşısında olan dönər evinin yanındakı aptekdən “Aksenofort" adlı iki ədəd dərman alıb dərmanı Ehtirama içirdikdən sonra Həsən dayıgilə getmişlər. Onlar üçü birlikdə Həsəngilin evinə daxil olmuş, İbad Ehtiramın qoluna yıxılmaması üçün girmiş, çünki Ehtiram nataraz hərəkət etmişdir. Onlar evə daxil olanda Həsən və onun tanışı Musa evdə olmuşdur. Ehtiramı qonaq otağındakı kresloda otuzdurmuşlar. Həsən və X13 vurmasını, sonuncunun zərbənin təsirindən yerə yıxılıb başının asfalta dəyməsini bildirərək onu bura gətirməklərinin səbəbini, yəni Ehtiram özünə gəlməsi üçün gətirdiklərini bildirmişdir. Ehtiram evdə də baş ağrılarından şikayətlənmiş, güclü tər axıtmışdır. Gecə saatlarına qədər İbadla nərd oynamış, Ehtiramın üzərində olan narkotik vasitəni Ehtiram və İbadla birlikdə qəbul etmiş, spirtli içki qəbul edəndə Həsən də onlara qoşulmuş, yemək yemişlər. Lakin Ehtiram iştahsız və halsız olmuş, elə də yemək yeməmişdir. Hətta Ehtiram evdə olanda gecə yarı qusmuş, Ehtirama həkimə getməyə təklif etmiş, lakin sonuncu imtina etmişdir. Ehtiram evdə olanda çətinliklə bildirmişdir ki, bugün 9 ədəd “contramal”, 6 ədəd “fenazepam“ qəbul etmişdir. Ehtiram Həsənin yerini hazırlamış və sonuncu yatmış, o, isə yaşadığı evə gedib gecəni orada qalmış, səhəri gün, yenidən Həsənin evinə qayıtmışdır. Ehtiramı görəndə onun yaxşı olmadığını görmüş, İbad isə Ehtiramın avtomobilini götürüb harasa getmişdir. O, Ehtiramın yanında qalıb onu gözləmiş, saat 18 radələrində o, İlkinlə əlaqə saxlayıb baş verənləri danışmış və Ehtiramı anasıgilə aparmasını xahiş etmişdir. Bundan sonra təkrar İlkinlə danışanda sonuncu polislərin Ehtiramı axtarmasını bildirmişdir. O, İbada zəng edib İlkinin ona dediklərini demək istəsə də İbad zənginə cavab verməmiş, o da mesaj yazmışdır. Bundan 1 saat sonra İbad geri qayıtmış, sonra yenidən İlkinlə əlaqə saxlayıb saat 22 radələrinə “Alatava” adlan ərazidə görüş təyin etmişlər. Ehtiram yaxşı olmadığından avtomobili o, idarə etmiş və “Alatava”da dediyi vaxta İlkin və yanında olan tanışı ilə görüşmüşlər. Həmin vaxt İbad onun yanında olmamış, Həsəngilin evində qalmışdır. Ehtiram ön oturacaqda əyləşmiş, bundan sonra onlar da avtomobilə əyləşmiş, İlkinin tanışı avtomobili idarə etmiş, onu Tibilisi prospektində “İst Petrol”-un qarşısında düşürdüb getmişlər. O, elə bilmişdir ki, İlkin Ehtiramı anasıgilə aparır. Sonradan İlkinlə telefonda danışanda Ehtiramın onların evində olmasını öyrənmişdir. Bundan sonra o, İlkin ilə tez-tez əlaqə saxlamış, Ehtiramın vəziyyəti ilə maraqlanmış, İlkin Ehtiramın hələ də özündə olmadığını bildirmişdir. 31.01.2021-ci il tarixdə İlkinlə əlaqə saxlayanda sonuncu evdə olmayan zaman Ehtiramın əynini geyinib harasa getməsini, lakin məhəlləyə yaxın olduğu üçün Ehtiramla binanın qarşısında qarşılaşmasını, yenidən öz evinə gətirməsini bildirmişdir. Həmçinin İlkin ona Ehtiramın bütün günü yatmasını bildirmişdir. İlkin 01.02.2021-ci il tarixdə onunla telefonla əlaqə saxlayan zaman Ehtiramı anasının evinə apardığını, 02.02.2021-ci il tarixdə isə İlkin ona zəng edərək Ehtiramın ölməsini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2005-ci ildən etibarən narkotik vasitə istifadə etmiş, üç dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitə aludəcisi olduğu üçün 2014-cü ildə arvadı Röya ondan boşanmış, uşaqlar isə onun himayəsində qalmışdır. 2014-cü ilin avqust ayının sonunadək “Sovetski” adlanan ərazidə yaşamış, lakin evləri plana düşdüyü üçün hazırda yaşadığı evdə övladları və anası Məhsumə Sultanova ilə birgə yaşayır. Uşaq vaxtlarından tanıdığı Zərərçəkmiş şəxs1 “Sovetski” adlanan ərazidə yaşamış, onlar dost olmuşlar. Ehtiram onun evinə gəlib-gedər, hətta gecələr onun evində qalmışdır. Onlar birlikdə narkotik vasitə qəbul etmiş, bir-birilərinə yoldaşlıq etmişlər. Aralarında heç vaxt mübahisə olmamış, o, təxminən bir ildir ki, narkotik vasitə istifadə etməmiş, narkotik vasitəni tərgitmək üçün müalicə qəbul etmişdir. Belə ki, hər gün saat 11-12 aralığında 1 saylı X10 Toksikologiya şöbəsinə gedib burada metodon suyunu qəbul etmiş, Ehtiram da narkotik vasitəni tərgitmək üçün X10 Toksikologiya şöbəsinə gedib orada metodon suyu qəbul etmişdir. Anası Məhsumə onkoloji xəstə olmuş, təxminən 2020-ci ilin dekabr ayının sonlarında vəziyyəti bir az ağırlaşmış, Ehtiram çətin vəziyyətdə onun yanında olub təxminən dekabr ayında 10 gün onlarda qalmışdır. Lakin Ehtiram anası Xalidə ilə əlaqə saxlayan zaman onun evində olması barədə məlumat verməmiş, çünki Xalidənin ondan xoşu gəlməmişdir. Belə ki, Ehtiramın qardaşı Cavid evlənmək istəmiş, onun barəsində ondan soruşanda Cavidin narkotik vasitə aludəçisi olduğunu bildirmiş, bu sözündən sonra Xalidə ona qarşı kin bəsləmişdir. Ehtiram həmin vaxt onlarda 10 gün qalanda anasına yalandan covid-19 virusundan şübhəli olduğunu bildirmiş və evinə getməmiş, onunla birgə anasına qulluq etmişdir. Ehtiramın Nərminə adlı bir xanımla ciddi münasibəti olmuş, Ehtiramın deməsinə görə anası Xalidənin də onların nikaha daxil olmasına razılığı olmuşdur. Ehtiram Nərminəni də onun evinə gətirmiş, anası onlara evlənmələri üçün xeyir dua vermişdir. Sonucu dəfə isə Ehtiram 27.01.2021-ci il tarixdə onun evinə gəlib bir-az deyib gülüb getmişdir. 2021-ci ilin yanvar ayının ortalarında Ehtiramın İbad və Şahid1la ədavəti yaranmışdır. Belə ki, söhbət zamanı Ehtiram İbadın onun telefonunu oğurlamasına görə Ağanın telefonunu və elektro şok cihazını oğurlamasını bildirmişdir. 29.01.2021-ci il tarixdə saat təxminən 14:40 radələrində Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binada metodon suyunu qəbul etməyə getmiş, orada olan metodon suyu içməyə gələn adını xatırlamadığı şəxslər Ehtiramla Ağa və İbad arasında dava-dalaş olmasını, sonuncunun Ehtiramı vurmasını bildirmişlər. Bundan sonra o, metodon suyunu içib evinə getmiş, 30 yanvar 2021-ci il tarixdə axşam saatlarında Şahid1 ona zəng edib Ehtiramın narkotik vasitə qəbul etməsini, özünü idarə edə bilməməsini, küçədə tarakan öldürməsini, kağızları yığmasını bildirmiş, o, X14 vurmasından xəbərdar olduğunu bildirmiş, Ağa da İbadı qınayaraq baş vermiş hadisədən təsüfləndiyini bildirmişdir. O, Ağaya Ehtiramı onlara gətirmələrini bildirdikdə Ağa Ehtiramın avtomobilinin onda olmadığını, avtomobilin İbadda olduğunu, İbada zəng etməyini xahiş etmişdir. Bundan sonra o, İbadın istifadəsində olan ********** saylı mobil nömrəsinə sms yazaraq Ehtiramın səhhətinin pis olmasını, anası xəbər tutmamış onlara gətirməsini bildirmişdir. Bundan bir neçə saat sonra bir neçə dəfə o, Ağa ilə telefonla danışmış, həmin vaxtı artıq İbad onların yanında olmuş, 31 yanvar 2021-ci il tarixdə saat 01 radələrində hazırlaşıb getmək istəyəndə anası da oyaq olmuş, anasına Ehtiramın narkotik vasitə qəbul etməsini, yaxşı olmamasını, küçədə qalmasını bildirmişdir. Lakin anasına ona kimin zəng etməsini və Ehtiramın harada olmasını bildirməmiş, onlar Ağa ilə görüş yerini “Alatava” adlan ərazidə, piyada keçidinin qarşısına təyin etmişlər. Səhhəti ilə bağlı avtomobil sürə bilmədiyi üçün yaşadığı binada taksi sürücüsü işləyən Vüsal ilə birgə tanımadığı yol taksi ilə təyin etdikləri görüş yerinə getmişlər. Oraya çatanda Ehtiram özünə məxsus avtomobildə, ön oturacaqda sağ tərəfdə oturmuş, həmin vaxt Ehtiram özündə olmamış, avtomobilinin sükanının arxasında isə Ağa əyləşmişdir. Ağa onları görəndə Ehtiramın narkotik vasitə qəbul etdiyini bildirmiş, həmçinin əlavə etmişdir ki, Ehtiram “contramal” və “fenazepam“ içmişdir. Ehtiram həmin vaxt danışmamış, sakit oturmuşdur. Bundan sonra onlar avtomobilə əyləşmiş, Ağanı “statistika Komitəsinin” qarşısında düşürdüb onların Masazır qəsəbəsindəki evlərinə getmişlər. Həyətdə Vüsalla sağollaşıb Ehtiramın qollarına girib evinə aparmış, qapını açıb içəri daxil olmuş, oğlu oyaq olsa da anası ilə qızı yatmışdır. O, bundan əvvəl də dəfələrlə Ehtiramı narkotik vasitənin təsiri altında olanda bu halda gördüyündən Ağanın sözlərinə inanıb onun narkotik vasitəyə görə bu hala düşməsini güman etmişdir. Fikirləşməmişdir ki, Ehtiram dava zamanı aldığı xəsarətdən bu haldadır, ona görə də onu xəstəxanaya deyil evinə aparmışdır. Evə daxil olan kimi Ehtirama çay və şirniyyat yedizdirmiş, sonuncu ondan çətinliklə siqaret istəmiş, ona siqaret vermiş, daha sonra Ehtiram ayaqyoluna getmək istədiyini bildirmişdir. O, Ehtirama ayaqyoluna getməyinə köməklik etmiş, çünki sonuncu çətinliklə, nataraz hərəkət etmişdir. Daha sonra ona qonaq otağı ilə üzbəüz olan yataq otağında yer hazırlamış, Ehtiram orada yatmışdır. 31.01.2021-ci il tarixdə saat 12 radələrində uzaq qohumu Nazilə xanım vasitəsi ilə Xalidə xanım oğlu Ehtiramın onların evində olduğunu öyrənmişdir. O, Xalidənin gəlib Ehtiramı aparacağını düşünmüş, lakin həmin gün Xalidə gəlməmiş, anası Mənsumə Xalidəyə səsli mesaj göndərərək oğlunu gəlib aparmasını bildirmişdir. Həmin gün evdə olduğu müddətdə Ehtiram ancaq yerində yatmış, onu səsləsə də cavab verməmişdir. Gün ərzində o qızını işdən götürmək üçün, Ehtiramın avtomobilini təmir etdirmək üçün və siqaret çəkmək üçün küçəyə çıxmışdır. Həmin gün evə gələndə anası Ehtiramın geyinib getmək istəməsini, lakin ona gözləməsini bildirmişdir. 01.02.2021-ci il tarixdə o, evdə olmayan zaman Xalidə onların evinə gələrək Ehtiramı evinə aparmışdır. Həmin vaxt o, Ehtiramın avtomobili ilə metodon suyu içməyə getmişdir. Metodon suyu içib çıxanda həkimlərin otağının pəncərəsinin altında yerdə mətbəx bıçağı görmüş, bıçaq təxminən 30 sm uzunluğunda, dəstəyi taxtadan olmuşdur. O, həmin bıçağı daha əvvəl də Ehtiram da görmüş, Ehtiram bıçağı İbad və Ağa ilə ədavətinə görə daşımışdır. O, bıçağı götürüb sellofana büküb avtomobilin arxa oturacağına qoymuşdur. Daha sonra həmin günü axşamı avtomobili Xalidəyə yaşadığı evdə təhvil vermiş, lakin bıçağın avtomobildə olmasını ona bildirməmişdir. 02 fevral 2021-ci il tarixdə gecə saatlarında Xalidə zəng edərək Ehtiramın ölməsini demiş, 31.01.2021-ci il tarixdə saat 01 radələrində Ehtiramla evə gəldiklərində Ehtiram çətinliklə hərəkət etmiş, müavizətini itirmiş, danışa bilməmiş, lakin çətinliklə tək-tək sözlər işlətmişdir. Onun baş nahiyəsində olan xəsarəti, sağ qolunda olan sıyrıq xəsarətləri, sağ baldır nahiyəsinin əzilmiş yaraları sonuncu dəfə gördüyü 29 yanvar 2021-ci il tarixə qədər olmamış, ola bilsin ki, həmin xəsarətlər İbad onu vurduqda yaranmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yaşadığı məhəllədən, “Sovetski” adlanan ərazidən tanımışdır. Təxminən 20 dekabr 2020-ci il tarixdən İbadın qalmağa yeri olmadığı üçün ondan heç bir ödəniş almadan yerlisi olduğunu nəzərə alıb evində qalmasına razılıq vermiş, sonuncu 03 fevral 2021-ci il tarixədək onun evində qalmışdır. İbad onun evində qaldığı müddətdə onun yanına heç kim gəlməmiş. 29.01.2021-ci il tarixdə saatını dəqiq xatırlamasa da hava qaralan vaxtı adının sonradan Ehtiram olduğunu bildiyi şəxs İbad ilə birgə onun evinə gəlmişdir. İbad Ehtiramla onu tanış etmiş, o, Ehtiramın hansı səbəbdən evinə gəlməsi barədə heç bir sual verməmiş, düşünmüşdür ki, onun tanışıdır. Onlar evinə “Opel” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomobil ilə gəlmiş, avtomobili kimin idarə etməsini görməmiş, amma İbadın deməsinə görə həmin avtomobil Ehtiramın olmuşdur. Onlar evə daxil olan kimi İbad yatan otağa keçmiş, Ehtiram həmin vaxt sərbəst hərəkət etmiş, danışmağında heç bir problem olmamışdır. O, onlara çay və şirniyyat vermiş, təxminən 1 saat sonra Natiq ləqəbli Şahid1 onun yaşadığı evə gəlmişdir. Ağa həmin gün onun evində saat təxminən 21 radələrinə qədər olmuş, yəni gecə onun evində qalmamış, həmin müddətdə həm onunla, həmdə ki, İbad və Ehtiram ilə söhbət etmişdir. Ağa, İbad və Ehtiram onun evində olan zaman heç bir mübahisə, səs-küy olmamış, həmin gün Ehtiram sərbəst hərəkət etmiş, gəlib qonaq otağındakı kresloda oturub televizora baxmışdır. Səhəri gün yəni, 30.01.2021-ci il tarixdə axşam saatlarında İbad və Ehtiram onun evindən çıxıb getmişlər. Avtomobili kimin idarə etməsinə fikir verməmiş, həmin gündən sonra o, Ehtiramı görməmişdir. İbad saat təxminən 14 radələrində yenidən evə qayıtmış, 03 fevral 2021-ci il tarixədək onun İbadla Ehtiram arasında hər hansı bir mübahisənin olmasından məlumatı olmamışdır. İbad 03 fevral 2021-ci il tarixdə polis idarəsinə dəvət olunan zaman polis əməkdaşlarından öyrənmişdir ki, İbad Ehtiramı vurmuş, Ehtiram da ölmüşdür. İbadla Ehtiram və ya Ağa ilə Ehtiram arasında ədavət və ya düşmənçiliyin olmasını görməmiş, Zərərçəkmiş şəxs1 və ya digərlərinin üzərində onun evində olduğu müddətdə hər hansı bir kəsici deşici alət, o cümlədən bıçaq görməmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 üzərində mobil telefon olması barədə məlumatı olmamış, həmçinin sonuncunun kiminləsə telefonla danışmasını görməmişdir. Ehtiram qismən çətinliklə danışmış, key kimi olmuş, sözlər ona sanki gec çatmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, arendaya götürüdüyü “Nexia” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 29.01.2021-ci il tarixdə saat 13 radələrində o, müştərisi olan Şahid6 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binasına aparmış, avtomobili meyitxanadan 30-40 metr aşağıda saxlamış, Ağakərim isə metodon suyunu qəbul etmək üçün su verilən yerə getmişdir. Hava soyuq olduğundan o, avtomobildə gözləmiş, həmin vaxt 3-4 nəfər metodon suyu verilən yerdən gələrək avtomobilinin yanından keçərək mübahisə edə-edə meyitxana tərəfə getmiş, onlara narkoman olduqları üçün fikir verməmişdir. Həmin şəxsləri tanımamış, daha əvvəllər heç bir yerdə görməmiş, meyitxana tərəfdə onlar mübahisə etmiş, o, isə avtomobilin peçini istilik vermədiyi üçün düzəltməklə məşğul olmuşdur. Birdən başını qaldırıb onlar tərəfə baxanda sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs1 başına yığışdıqlarını, qollarından tutub onu qaldırmalarının görmüşdür. O, dərhal avtomobilinin baqajından su dolu butulkanı götürüb kömək üçün onlar tərəfə getmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 ağzından qan gəlməsini görmüş, onlardan biri su butulkasını ondan alıb Ehtiramın ağzını yumağa başlamışdır. Onlardan nə baş verməsini soruşanda, Ehtiramın narkotik vasitənin təsirindən belə olmasını bildirmişlər. Bundan sonra onlar Zərərçəkmiş şəxs1 qollarından tutaraq səki tərəfə aparmış, Ağakərim və bir neçə nəfər şəxs də ora gəlmişlər. Ehtiram pis vəziyyətdə olmuş, gözləri ağarmış, danışa bilməmiş, sanki ruhu bədənindən çıxmış kimi olmuşdur. O, orada olanlara “bu öləcək, bunu xəstəxanaya aparmaq lazımdır” demiş, lakin heç kəs ona qulaq asmamış və onlardan biri qəzəbli şəkildə “birazdan özünə gələcək” ifadəsini işlətmişdir. Bundan sonra o da problemdən uzaq durmaq üçün müştərisi Ağakərimi də götürüb oradan uzaqlaşmışdır. Sonradan müştərisi Ağakərimdən Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxs1 öldürməsini eşitmiş, lakin İbadın onu necə öldürməsini bilməmiş və ya görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 Firudin oğlu ifadəsində göstərdi ki, əvvəllər narkotikdən istifadə etmiş, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binaya gedərək hər gün metodon suyunu qəbul etmişdir. Mərhum Zərərçəkmiş şəxs1 metodon kabinetdən tanımış, lakin onunla heç bir yaxınlığı olmamışdır. Təqsirləndirilən şəxs də metdon kabinetindən tanımış, onunla heç bir yaxınlığı, qohumluğu və ya ədavəti olmamış, Şahid1 da tanımış, onu çox adam Natiq ləqəbi ilə tanımış, onunla da heç bir münasibəti olmamışdır. 29.01.2021-ci il tarixdə o, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binaya metodon suyu içməyə getmiş, orada olan zaman Zərərçəkmiş şəxs1lə Şahid1 arasında mübahisə yaranmış, onlar biri-birini söyməyə başlamış, həmin vaxtı Ehtiram təxminən 30-40 sm uzunluğunda mətbəx bıçağını ön tərəfdən şalvarın belindən çıxardıb Şahid1 nümayiş etdirmiş, lakin Təqsirləndirilən şəxs ona mane olaraq qolundan tutaraq bıçağı almaq istəmiş, orada olanlar onları aralamağa nail olmuş, bu zaman kabinetdə olan mühafizə polisi çölə çıxmış və hamı sakitləşmiş, onun başı telefonla danışmağa qarışmış, ona görə də Ehtiramın bıçağı hara qoymasını görməmişdir. Bundan sonra onlar metodon suyunu içib oradan meyitxana istiqamətdə hərəkət etməyə başlamış, Ehtiram İbada, Ağaya, onlar da Ehtirama qarşı nalayiq ifadələr işlədə-işlədə getmiş, o da onların arxasınca getmişdir. Meyitxana tərəfdə onlar biri-birləri ilə söyüşlə danışmış, həmin vaxtı Şahid1 İbadın yanında dayanmış, Ehtiram isə onların qarşısında olmuşdur. İbad qəfildən Ehtiramın sifət nahiyəsinə sol əli ilə ani olaraq yumruq zərbəsi endirmiş, Ehtiram zərbənin təsirindən arxası üstə yerə yıxılmış və başının arxa tərəfi asfalt təbəqəyə möhkəm şəkildə dəymişdir. Ehtiram yerdə xırıldamağa başlamış, özündən getmiş, əlləri qıc olmuşdur. Orada olan şəxslər Ehtiramın ağzını açıb dilinin qatlanmaısnın qarşısını almış, üzünə su vurmuş, Ehtiramın ağzından qan da gəlmişdir. Bundan sonra Şahid1 Ehtiramın avtomobilini sürərək hadisə yerinə gətirmiş, X19 avtomobilə qoyub hadisə yerindən getmiş, avtomobili Ağa idarə etmişdir. Bundan sonra o, oradan uzaqlaşmış, sonradan eşitmişdir ki, Ehtiram ölmüşdür. Həmin vaxtı Ehtiramın əlində və ya üzərində bıçaq olmamış, o, bıçaqla İbada və ya Ağaya hücum etməmişdir. Mübahisə zamanı, İbad qəfildən Ehtiramı yumruqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, təxminən 2006-cı ildən o da narkotik vasitə aludəçisidir, 2019-cu ildən etibarən o da müalicə olunur. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binada hər gün metodon suyunu qəbul edir. Onun ora gedən şəxslərdən heç kəslə yaxınlığı olmamış, Mərhum Zərərçəkmiş şəxs1 əvvəllər tanımış, sonuncu ilə Sovetskidə məhlə uşağı olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu metdon kabinetindən tanımış, onunla heç bir yaxınlığı, qohumluğu və ya ədavəti olmamışdır. Şahid1 da tanımış, onunla da heç bir münasibəti olmamış, 29.01.2021-ci il tarixdə saat 13 radələrində o, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binada metodon suyunu qəbul etməyə getmiş, kabinetin qarşısında çöldə növbəsini gözləyən zaman Zərərçəkmiş şəxs1lə Şahid1 arasında mübahisə düşmüş, onlar biri-birini söyməyə başlamış, daha sonra tutaşanda həmin vaxtı Ehtiram təxminən 30-40 sm uzunluğunda mətbəx bıçağını ön tərəfdən şalvarın belindən çıxardıb Şahid1 nümayiş etdirmiş, orada olanlar Ehtirama mane olaraq onları aralamış, kabinetdə olan mühafizə polisi çölə çıxmış, daha sonra bir nəfər polis əməkdaşı da ora gəlmiş, hamı sakitləşmiş və bunu görən Zərərçəkmiş şəxs1 bıçağı gizlətmiş, lakin onun bıçağı harada gizlətməsini görməmiş, Ehtiram içəri daxil olub metodon suyunu içərək çıxıb getmişdir. Bundan sonra o və digər tanımadığı şəxslər növbəli şəkildə metodon suyu içməyə keçmişlər. O, suyunu içib çölə çıxanda orada nə İbad, nə Ehtiram, nə də Ağa Zülüfqarovu görməmişdir. Bundan sonra o, yaşadığı evinə getmiş, sonradan o, metodon suyu içməyə gələnlərdən, adlarını bilmədiyi şəxslərdən eşitmişdir ki, İbad Ehtirama meyitxana tərəfdə bir dəfə güclü yumruq vurmuş və sonuncunun başı yerə dəymişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etmiş, müalicə aldıqdan sonra təxminən 10 ildir ki, narkotik vasitələrdən istifadə etməmişdir. Zərərçəkmiş şəxs1lə 2020-ci ilin dekabr ayından münasibətdə olub, onlar rəsmi olaraq evlənməsələr də, dini kəbin kəsdirib ər-arvad kimi yaşamağa başlamışlar. Ehtiram narkotik vasitə aludəçisi olmuş və iki dəfə məhkumluq həyatı yaşamışdır. Ehtiramın atası və qardaşı cəzaçəkmə müəsissəsində olduğundan Ehtiram anası Xalidə ilə birlikdə yaşamışdır. Ehtiramgil əvvəllər “Sovetski” adlanan ərazidə yaşamış, Ehtiram əvvəllər evli olub boşanmış, Abbas adlı bir oğlu da olmuşdur. O, Ehtiramı tanıyanda sonuncu hər gün Respublika “Narkoloji Mərkəzi” X12 “QİCS”lə Mübarizə Mərkəzinin nəzdində yerləşən Metodon kabinetinə gedərək metodon suyu içmiş, amma şənbə və bazar günləri həmin kabinet işləməmiş və ona iki günlük metod suyunu cümə günləri əvvəlcədən verilmişdir. X15 işləyib pul qazanması üçün 2020-ci ilin dekabr ayında kreditlə “X23” markalı “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Ehtiram həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, onların kubinkada olan evləri yandığından anası ilə “28 May”da Səməd Vurğun küçəsi ev 64-də kirayə yaşamış, orada yaşadığı müddətdə Ehtiram gəlib-getmişdir. Ehtiram gah anasıgildə, gah dostu İlkingildə, bəzən də bilmədiyi yerlərdə qalmışdır. O, Natiq ləqəbi ilə tanınan Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onları sonradan Ehtiram dostları kimi təqdim etmişdir. Belə ki, 2021-ci ilin yanvar ayının ortalarında səhər saatlarında o, Ehtiramla sonuncuya məxsus avtomobillə Ehtiramın metodon suyu içməsi üçün getmiş, gecədən Ağa Ehtirama zəng edərək metodon suyu içməyə onu da aparmasını xahiş etmiş, ona görə onlar Ağanı da götürüb birlikdə getmişlər. Ora çatanda Təqsirləndirilən şəxs yanında Saşa adlandırdıqları Aleksandr adlı, balaca boy, sarışın oğlan olmuş, həmin vaxt Ağanın səhhəti qəflətən pisləşmiş və onlar Ağanı Bakı şəhəri, Yasamal rayonu, Qubanov küçəsində yerləşən 3 nömrəli poliklinikaya aparmışlar. Orada Ağaya ilkin tibbi yardım göstərilmiş, həmin vaxt Nərminə ayaqyoluna getmiş, qayıdanda Ehtiramın başını tutub həyəcanlı və əsəbi şəkildə “Samsung” markalı mobil telefonunu axtarmasını görmüş, həmin vaxt İbad orada olmamış, Ehtiram üzərində olan bıçağı çıxardaraq söyüş söyərək telefonunu kimin oğurlamasını soruşmuş, Aleksandr da, Ağa da telefonun onlarda olmadığını bildirmiş, Ehtiram Ağaya “utanmırsız, İbadla əlbir olub başıma oyun açırsız” ifadəsini işlətmiş, bunu eşidən Ağa “görmürsən mən nə haldayam, sənin telefonun mənim nəyimə lazımdır” demişdir. İbad orada olmadığından Ehtiram ondan şübhələnmişdir. Həmin vaxt Ağa Ehtirama indi özünü yaxşı hiss etmədiyini, bu söyüşlərə görə vaxtı gələndə cavab verməli olacağını bildirmişdir. Bundan sonra Ehtiram bir az sakitləşmiş və onlar oradan çıxıb Naradarana getmiş, Aleksandr ilə Ağa isə metodon suyu içməyə getmişlər. Bundan 2-3 gün keçəndən sonra Ehtiram ona Ağaya məxsus “Samsung” markalı mobil telefonun və elektro şok cihazının onun avtomobilində aşkar etdiyini bildirmişdir. Ehtiram Ağanın onu bu yolla ilişdirib polisə salmaq istəməsini bildirmişdir. O, Ehtirama “bəlkə Ağa halsız olduğu gün təsadüfən telefonla alət avtomobildə qalıb” demişdir. Ehtiram hər nə olursa olsun öz telefonunu İbaddan almayana qədər telefonla elektro şok cihazını Ağaya qaytarmayacağını bildirmişdir. Ehtiram “Ağa ilə İbad yaxındırlar, ona münasibətdə biri-birlərini müdafiə edəcəklər” demişdir. Bundan 2-3 gün sonra maddi imkansızlıqdan o, anası ilə 28 maydakı kirayə yaşadıqları evdən çıxmalı olmuş və Ehtiramın təklifi ilə Nardaranda yaşamağa hazırlaşmışlar, geyimlərini yığıb Ehtiramın avtomobilinə yükləmiş, getmək istəyərkən Ağa ilə Alakesandr Ehtiramın qarşısını kəsmiş, onlar kənara çəkilib məhəllə tərəfdə söhbət etmiş, bundan sonra Ehtiram onlardan aralaşmış və onlar avtomobilə əyləşib oradan uzaqlaşaraq əvvəlcə Ehtiramın Binəqədi rayonunda yaşayan qonşusu Cavidin evinə getmişlər. Həmin günü orada Ehtiram “bütün problemlər məni tapır, heç kəs məni anlamır” və s. deyib lezva ilə qol nahiyəsini kəsmişdir. O, Ehtiramdan təklikdə nə baş verdiyini soruşmuş, sonuncu Ağanın ondan telefonu və cihazı istəməsini, həmçinin Ağaya öz telefonunu nəyin bahasına olursa olsun, qan düşsə belə İbaddan alacağını deməsini bildirmişdir. Ehtiram öz telefonunun oğurlanmasını həzm edə bilməmiş, çünki həmin telefonu ona anası almışdır. Cavidanın evində 2-3 gün qaldıqdan sonra Nardarana getmiş, orada 5-7 gün qaldıqdan sonra həmin evdən çıxaraq günü 5 manatlıq olan pakistanlılar tərəfindən idarə olunan və Yasamal rayonu, Zərgərpalan küçəsi ətrafında yerləşən Hostelə köçmüşlər. Təxminən 24- 25 yanvar 2021-ci il tarixdə anası Xalidə Ehtiramdan aldığı “Samsung” markalı mobil telefonun harada olmasını soruşanda o, metodon suyu içməyə gələn Şahid1 və ya Təqsirləndirilən şəxs həmin telefonu onun avtomobilindən götürməsini bildirmişdir. Ehtiram telefonunu götürəndə onun da avtomobildə olmasını bildirmişdir. Həmin vaxt Xalidə ona “necə olur ki, sənin yanında oğlumun telefonu götürürlər” deyə sual verəndə o, həmin anda ayaqyolunda olduğunu, həmçinin dostları dediyi şəxslərin belə hərəkətə yol verəcəyini gözləmədiyini, Natiqin telefonun da Ehtiramda olduğunu bildirmişdir. Ehtiram da bunu təsdiqləyib və onun avtomobilində qalan Ağanın telefonunu və elektro şok cihazını götürməsini bildirmişdir. Ehtiram həmin vaxt Ağanın telefonunu göstərmiş və bildirmişdir ki, sonuncunun telefonunu və cihazını ona qaytarıb öz telefonunu onlardan alacaq. Ehtiram həmin telefonu Xalidəyə saxlamaq üçün versə də sonuncu telefonu geri qaytarmasını bildirmiş, Ehtiram isə bundan imtina edərək həmin telefonu Ağaya verib öz telefonunu onlardan geri alacağını təkrarən bildirmişdir. O da ana-bala arasında dava yaranmasını görüb telefonu götürmüş, sonra həmin telefonu Ehtirama vermişdir. Ehtiram da telefonu aparıb avtomobilin bardaçokuna qoymuşdur. Həmin gündən sonra telefonun və elektro cihazın aqibətindən xəbəri olmamışdır. Ehtiram tez-tez mobil nömrələrini dəyişdirsə də, son vaxtlar “***-***-**-**” və “***-***-**-**” saylı sim kartlardan istifadə etmişdir. 29 yanvar 2021ci il tarixdə səhər saatlarında Xalidə işə getmiş, anası isə hamamda olmuş, Ehtiram otaqda olan təxminən 40 sm uzunluqda, dəstəyi taxtadan olan, süd rəngi mətbəx bıçağını qabaq sol tərəfdən şalvarının belinə qoymuş, ondan bıçağın nəyə lazım olduğunu soruşmuş, X16 yaxın olmasını, aralarında olan söhbət üstündə dava-dalaş olma ehtimalını, hər ikisinə güc gəlməyə qadir olmadığını bildirmişdir. Ehtiram İbaddan qorxduğunu, sonuncunun fiziki güclü olmasını, özünü müdafiə etmək üçün bıçağın ona lazım gələ biləcəyini demişdir. Ehtiram evdən günorta saatlarında çıxmış, həmin vaxtı ayıq olmuş, heç bir narkotik vasitə qəbul etməmişdir. Həmin günü Ehtiram geri gəlməmiş, onlar hosteldən çıxıb Xalidənin ünvan 5 ünvanında yerləşən evinə getmişlər, həmin gecəni səhərə qədər gözləmiş, yenə də ondan bir xəbər ala bilməmişlər. Həmin gün səhəri, yəni 30.01.2021-ci il tarixdə 102 xidmətinə zəng edib Ehtiramın itkin düşməsi barədə məlumat vermiş və onları, yəni Xalidə ilə onu Yasamal RPİ-nin 26-cı polis bölməsinə dəvət etmişlər, birgə 26-cı polis bölməsinə gedib orada ərizə yazıb izahat vermişlər. Lakin Ehtiram tapılmamış, Xalidə maraqlananda Ehtiramın İlkingildə olmasını öyrənmiş, onun olduğu ünvanı alıb 01 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, İstiqlaliyyət küçəsi, ev 36, mənzil 11 ünvanına getmiş, o, həmin evə daha əvvəllər getmiş, İlkinlə Ehtiram dost olmuş, anası Mənsumə ona xeyr-dua da vermişdir. Xalidə Ehtiramı evə gətirmiş, Ehtiram evə gələndə danışa bilməmiş, özündə olmamış, gözləri açılıb-bağlanmışdır. Saat 19 radələrinə qədər Ehtirama evdə çoxlu çay vermişlər, lakin Ehtiram özünə gəlməmiş, danışa bilməmiş, gözləri bağlı vəziyyətdə olmuşdur. Ehtiramı evə gətirən zaman əynində qara rəngli cins şalvar, qara rəngli kofta olmuş, lakin paltarlarında hər hansı zədəyə, natəmizliyə rast gəlməmişdir. Ehtiramın əynində olan paltarlar 29-u günü hosteldən çıxanda geyindiyi paltarlar olmuşdur. O, Ehtiramın narkotik vasitə qəbul etməsi ehtimalının olmasını, ona görə bu halda olduğunu, onu 1 saylı klinik tibbi mərkəzin toksikologiya şöbəsinə aparmaq lazım olduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə mərkəzin toksikologiya söbəsinə getmişlər. Orada Ehtirama ilkin tibbi yardım göstərilmiş, təxminən 01 fevral 2021-ci il tarixdə saat 23 radələrində evə qayıtmışlar. Ehtirama mətbəxdə yer hazırlayıb uzadan zaman əynində olan qara rəngli cins şalvarın batmış vəziyyətdə olduğunu görmüşlər, Ehtiram həmin şalvara işəmişdir. Xalidə şalvarı və tumanını onun əynindən çıxardıb zibil qutusuna atmış, ona yeni tuman geyindirmiş, ayaqlarını yuyub daha sonra yerinə uzandırmışdır. 02 fevral 2021-ci il tarixdə saat 00 radələrində İlkin Ehtiramın “X23” markalı “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobilini evə gətirmişdir. Xalidə İlkini qovmuşdur ki, oğlu ona görə bu günlərə düşmüşdür. Avtomobilin açarını özü ilə götürüb evə daxil olmuşdur. Evə daxil olanda Ehtiram xırıldamağa başlamış və ölmüşdür. 103 xidmətinə zəng edib kömək istəmiş, həkimlər gəlib onun ölməsini bildirib getmişlər. Daha sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Məhkəmədə ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, qızı Nərminə ilə birlikdə yaşayır, heç bir yerdə işləmir, təqaüddədir. Nərminə Zərərçəkmiş şəxs1lə 2020-ci ilin dekabr ayından münasibətdə olmuş, rəsmi olaraq evlənməsələr də, dini kəbin kəsdirib ər-arvad kimi yaşamağa başlamışlar. Ehtiram narkotik vasitə aludəçisi olmuş və iki dəfə məhkumluq həyatı yaşamışdır. Ehtiramı tanıyanda o, hər gün Respublika Narkoloji Mərkəzi” X12 “QİCS’lə Mübarizə Mərkəzinin nəzdində yerləşən Metodon kabinetinə gedərək metodon suyu içirmiş. Onların kubinkada olan evi yandığından “28 May”da Səməd Vurğun küçəsi ev 64-də kirayə yaşayırmışlar, orada yaşadıqları müddətdə Ehtiram gəlib-gedirmiş. O, Natiq ləqəbi ilə tanınan Şahid1 və Təqsirləndirilən şəxs əvvəllər tanımırmış, onlar haqqında sonradan Ehtiramdan, qızından eşitmişdir. Belə ki, onlar Ehtiramın telefonun götürmüşdürlər. Bunun üstündə onların arasında ədavət yaranmışdır. Maddi imkansızlıqdan qızıyla 28 maydakı kirayə yaşadıqları evdən çıxmalı olmuş və Ehtiramın təklifi ilə Nardaranda yaşamağa hazırlaşırmışlar, geyimlərini yığıb Ehtiramın avtomobilinə yükləmişlər, hazırlaşırarkən ki, getsinlər bu zaman sonradan adı ona məlum olan Ağa ilə Alakesandr Ehtiramın qarşısını kəsmişlər, onlar kənara çəkilib məhəllə tərəfdə söhbət etmişlər, bundan sonra Ehtiram onlardan aralaşmış və onlar avtomobilə əyləşib oradan uzaqlaşaraq əvvəlcə Ehtiramın Binəqədi rayonunda yaşayan qonşusu Cavidin evinə getmişlər, həmin günü orada Ehtiram bütün problemlər məni tapır, heç kəs məni anlamır və s. deyib lezva ilə həmin nahiyəni kəsmişdir. Cavidanın evində 2-3 gün qaldıqdan sonra Nardarana getmişlər orada 5-7 gün qaldıqdan sonra həmin evdən çıxaraq günü 5 manatlıq olan pakistanlılar tərəfindən idarə olunan və Yasamal rayonu, Zərgərpalan küçəsi ətrafında yerləşən Hostelə köçmüşlər. 29 yanvar 2021-ci il tarixdə Ehtiram metodon suyu içmək üçün getsə də həmin günü geri gəlməmiş, onlar hosteldən çıxıb Xalidənin ünvan 5 ünvanında yerləşən evinə getmişlər, həmin gecəni səhərə qədər gözləmişlər, yenə də ondan bir xəbər ala bilməmişlər. Həmin gün səhəri, yəni 30.01.2021-ci il tarixdə 102 xidmətinə zəng edib Ehtiramın itkin düşməsi barədə məlumat vermişlər. Lakin Ehtiram tapılmırmış, Xalidə maraqlananda Ehtiramın İlkingildə olmasını öyrənmiş, onun ünvanları alıb 01 fevral 2021-ci il tarixdə Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş 93 yaşayış massivi, İstiqlaliyyət küçəsi, ev 36, mənzil 11 ünvanına getmişdir. Xalidə Ehtiramı evə gətirmiş, Ehtiram evə gələndə danışa bilmirmiş, özündə deyilmiş, gözləri açılıb-bağlanırmış. Saat 19 radələrinə qədər Ehtirama evdə çoxlu çay vermişlər, lakin Ehtiram özünə gəlmirmiş, danışa bilmirmiş, gözləri bağlı vəziyyətdə olmuşdur. Ehtiramı evə gətirən zaman əynində qara rəngli cins şalvar, qara rəngli kofta var olmuş, lakin paltarlarında hər hansı zədəyə, natəmizliyə rast gəlməmişlər. Ehtiramı 1 saylı klinik tibbi mərkəzin toksikologiya şöbəsinə aparmaq lazım bilmişlər, Nərminə Xalidə ilə Ehtiramı mərkəzin toksikologiya söbəsinə aparmışdır. Orada ona ilkin tibbi yardım göstərmişlər, təxminən 01 fevral 2021-ci il tarixdə saat 23 radələrində evə gəldilər. 02 fevral 2021-ci il tarixdə saat 00 radələrində İlkin Ehtiramın “X23” markalı “**-LY-***” dövlət qeydiyyat nişanlı avtomobilini evə gətirmişdir. Xalidə İlkini qovmuşdur ki, oğlum sizə görə bu günlərə düşdü. Avtomobilin açarını özü ilə götürüb evə daxil olmuşdur. Evə daxil olanda Ehtiram xırıldamağa başlamış və ölmüşdür. Daha sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmişlər. Hadisənin necə, nə vaxt baş verməsini bilməmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid6 ifadəsində göstərmişdir ki, təxminən 2013-cü ildən narkotik vasitəsi aludəçisidir. 2020-ci ildən etibarən isə müalicə olunur. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binada hər gün metodon suyunu qəbul edir. Onların orada metodon suyu içməkləri təxminən 1-2 dəqiqə vaxt alır. Belə ki, kabinetə daxil olub müvafiq jurnala qol çəkib plastik qabda verilən metodon suyunu içib gedirlər. Onun ora gedən şəxslərdən heç kəslə yaxınlığı olmamış, amma bəzilərinin adlarını bilməsə də üzdən tanımışdır. Mərhum Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, ilk dəfə onu hadisə baş verən günü tanımışdır. Təqsirləndirilən şəxs isə tanımış, onunla heç bir yaxınlığı, qohumluğu və ya ədavəti olmamışdır. Ora gedən narkomanların hamısı İbadı idmançı kimi tanımış və buna görə də ondan çəkinmişlər. Şahid1 da tanımış, onu çox adam Natiq və Bobli ləqibi ilə tanımış, onunla da heç bir münasibəti olmamışdır, sonuncu daha çox Bobli ləqəbi ilə avtoxuliqan kimi tanınmışdır. 29.01.2021-ci il tarixdə saat 13 radələrində o, taksi şoferi X9 ilə Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mubarizə Mərkəzinin qarşısında olan inzibati binada metodon suyunu qəbul etməyə getmiş, Cəlal avtomobili meyitxanadan 30-40 metr aşağıda saxlamış, o isə metodon suyunu qəbul etmək üçün su verilən yerə getmişdir. Ağakərim kabinetin qarşısında çöldə növbəsini gözləyən zaman Zərərçəkmiş şəxs1lə Şahid1 arasında mübahisə düşmüş, onlar biri-birini söyməyə başlamış, daha sonra tutaşanda həmin vaxtı Ehtiram təxminən 30-40 sm uzunluğunda mətbəx bıçağını ön tərəfdən şalvarın belindən çıxardıb Şahid1 tərəf zərbə endirməyə cəhd etmiş, lakin Təqsirləndirilən şəxs ona mane olaraq qolundan tutaraq bıçağı almaq istəmiş, nə qədər cəhd etsə də bıçağı ala bilməmiş, həmin vaxt o da araya girib onları aralamağa başlamışdır. Bu zaman kabinetdə olan mühafizə polisi çölə çıxmış və bunu görən Zərərçəkmiş şəxs1 bıçağı gizlətmək məqsədi ilə həkimlərin otağının baxdığı pəncərənin altına bıçağı atmış və heçnə olmamış kimi içəri daxil olub metodon suyunu içərək çıxıb getmiş, Ehtiram gedəndə bıçağı oradan götürməmiş, bıçaq oarada qalmış, Ehtiram tələsik oradan uzaqlaşmışdır, çünki o, bilirdi ki, onu vuracaqlar. Bundan sonra o və digər tanımadığı şəxslər növbəli şəkildə metodon suyu içməyə keçmişlər. Ağakərim suyunu içib çölə çıxanda orada nə İbad, nə Ehtiram, nə də Ağa Zülüfqarovu görməmişdir. Bundan sonra taksiyə tərəf gedəndə Ehtiramın huşsuz vəziyyətdə yerdə uzanmasını görmüş, sonuncu sanki meyit olmuş, danışa bilməmiş, hərəkətsiz olmuşdur. Onlar onu ayağa qaldırsalar da Ehtiram ayaqları üstə qala bilməmişdir. Taksi Cəlal orada olanlara “bu öləcək, bunu xəstəxanaya aparmaq lazımdır” demiş, lakin heç kəs ona qulaq asmamışdır. Bundan sonra o, Cəlalla oradan uzaqlaşaraq evinə getmişdir. Sonradan o, metodon suyu içməyə gələnlərdən, adlarını bilmədiyi şəxslərdən eşitmişdir ki, İbad Ehtirama meyitxana tərəfdə bir dəfə güclü yumruq vurmuş və sonuncunun başı yerə dəymişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid9 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, evlidir, bir övladı vardır. Heç bir yerdə işləmir. Əvvəllər narkotikdən istifadə etmiş, təxminən 15 ildir ki, narkotik vasitələrdən istifadə etmir. Azərbaycan Respublikası CM-nin 234.1 .-ci maddəsi ilə məhkumluğu olmuşdur. X3 də narkotik aludəçisidir, o, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mübarizə Mərkəzinin qarşısında olan inzibati binaya gedərək hər gün metodon suyunu qəbul edir. Mərhum Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, lakin qardaşı metodon suyu içəndə bir neçə dəfə orada onu görmüşdür. Təqsirləndirilən şəxs də əvvəllər tanımamış, onu da metdon kabinetindən tanımış, onunla heç bir yaxınlığı, qohumluğu və ya ədavəti olmamışdır. Şahid1 da tanımış, onu çox adam Natiq və Bobli ləqibi ilə tanımış, onunla da heç bir münasibəti olmamışdır. 29.01.2021-ci il tarixdə saat 13 radələrində o, Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mübarizə Mərkəzinin qarşısında olan inzibati binaya metodon suyu içməyə gedən qardaşı Səbuhinin arxasınca gedən zaman meyitxana tərəfdə İbadla Ehtiramın arasında mübahisə getdiyini görmüş, onlar biri-birləri ilə söyüşlə danışırmışlar, həmin vaxtı Şahid1 da İbadın yanında dayanmışdır. İbad qəfildən Ehtirama sol əli ilə ani olaraq yumruq zərbəsi endirmişdir. Yumruq zərbəsi onun üz nahiyəsinə, çənə tərəfə dəymişdir. Ehtiram zərbənin təsirindən arxası üstə yerə yıxılmış və başının arxa tərəfi asfalt təbəqəyə dəymiş, onun başı yerə çox möhkəm dəymişdir. Ehtiram yerdə xırıldamağa başlamış, özündən getmiş, əlləri qıc olmuşdur. Davaya ora toplaşan tanımadığı şəxslər onun ağzını açıb dilinin qatlanmasının qarşısını almışlar, üzünə su vurmuşlar, Ehtiramın ağzından qan da gəlmişdir. Bundan sonra Şahid1 Ehtiramın avtomobilini sürərək hadisə yerinə gətirmiş, X19 avtomobilə qoyub hadisə yerindən getmişlər, avtomobili Ağa idarə edirmiş. Bundan sonra o da yaşadığı evə getmişdir. Sonradan eşitmişdir ki, Ehtiram ölübdür. Məhkəmədə ifadəsi elan edilmiş Şahid11 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, evlidir, arvadı Bağdagül Salmanova ilə birlikdə yaşayır. Əvvəllər sürücü kimi bir çox idarələrdə işləmiş, hazırda heç bir yerdə işləmir. Təxminən 1992-ci ildən narkotik vasitə aludəçisidir. 2019-cu ildən etibarən isə müalicə olunur. Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mübarizə Mərkəzinin qarşısında olan inzibati binada hər gün metodon suyunu qəbul edir. Orada qeydiyyat aparırlar və hər ay Respublika Narkoloji Dispanserdən müayinədən keçir. Onun kimi ora gün ərzində xeyli sayda narkomanlar gedib metedon suyu içir. Onların orada metodon suyu içməyi təxminən 1-2 dəqiqə vaxt alır. Belə ki, kabinetə daxil olub müvafiq jurnala qol çəkib plastik qabda verilən metodon suyunu içib gedirlər. O, ora gedən şəxslərdən heç kəslə münasibət saxlamır, amma bəzilərini üzdən tanıyır. Mərhum Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, həmin şəxsin adını eşidəndə bilmişdir ki, o da onun kimi hər gün gəlib metodon suyu içirmiş. Təqsirləndirilən şəxs isə tanıyır, onunla heç bir yaxınlığı, qohumluğu və ya ədavətim olmamışdır. Ora gedən norkamanların hamısı İbadı idmançı kimi tanımış və buna görə də ondan çəkinirmişlər, İbad çox vaxt metodon suyu içməyə növbəsiz daxil olurmuş, heç kəs ona söz deməyə cürət etmirmiş. Şahid1 da tanıyır, onu çox adam Natiq və Bobli ləqəbi ilə tanıyır, onunla da heç bir münasibəti olmamışdır. 29.01.2021-ci il tarixdə saat 13 radələrində Azərbaycan Respublikasi Səhiyyə Nazirliyinin Respublika QiÇS-lə Mübarizə Mərkəzinin qarşısında olan inzibati binada metodon suyunu qəbul etməyə getmiş, binanın qarşısında olanda Zərərçəkmiş şəxs1lə Şahid1 arasında mübahisə düşmüş və onlar biri-birlərini söyməyə başlamışlar, həmin vaxt Təqsirləndirilən şəxs onları aralaşdırmış, o da tələsdiyi üçün içəri daxil olub suyunu içmiş, çölə çıxanda onları orada görməmiş və yaşadığı evə getmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 öldürmüşdür, lakin o, İbadın onu necə öldürməsini görməmiş və ya eşitməmişdir. Məhkəmə-tibb ekspertizasının 153 №-li rəyinə əsasən Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlər – sol almacıq nahiyəsinin yanıq yarası yüksək hərarətin (alovun) təsirindən, boyun nahiyəsinin səthi əzilmiş yarası, sağ və sol əlin barmaqlarının səthi əzilmiş yaraları, sol said nahiyəsinin, sağ bazu nahiyəsinin və hər iki əlin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən sağ əlin 3-cü barmağının səthi kəsilmiş yarası iti uca və iti kənara malik əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Sağ və sol əlin barmaqlarının səthi əzilmiş yaraları qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 29.01.2021-ci il tarixdə əmələ gələ bilərdilər, digər xəsarətlər isə müayinədən 2-3 həftə əvvəl əmələ gəlmişlər və sağlamlığa zərə vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Vət. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər zərərçəkənin qeyd etdiyi şəraitdə, yəni sağ və sol əlin barmaqlarının səthi əzilmiş yaraları bərk küt əşyalar arasında sıxılma (ola bilsin dişlər arasında) nəticəsində, sol almacıq nahiyəsinin İ- İİ dərəcəli termik yanıq yarası isti lampanın təsirindən, boyun nahiyəsinin səthi əzilmiş yarası barmaqlarının, dırnaqlarının təsirindən (ola bilsin qaşıma zamanı), sağ əlin İİİ barmaq səthi kəsilmiş yarası iti uca və iti kənara malik əşyanın təsirindən, sol said nahiyəsinin, sağ bazu nahiyəsinin və hər iki əlinin sıyrıqları isə müxtəlif şəraitlərdə, eləcə də insan bədən hissələrinin (əl, əl barmaqlarının dırnaqları və s.) təsirindən əmələ gələ bilərdilər. (İİ cild, iş vərəqə 163-165) İş materiallarında olan təkrar məhkəmə-tibb ekspertin 26.07.2021-ci il tarixli, T152/2021 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər- baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması, sağ said nahiyəsinin sıyrıqları, sağ baldır nahiyəsinin əzilmiş yaraları – bərk küt əşyanın (əşyaların) təsirindən, sol said nahiyəsinin kəsilmiş yarası, qarın və sol said nahiyəsinin kəsilmiş yaralarının izləri olan çapıq toxumalar isə iti kənarlı və ya iti uclu əşyanın təsirindən əmələ gəlmişdirlər, həyatidirlər, dərəcəsinə görə canlı şəxslərdə baş beyinin yumuşaq qişasına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan təpə sümüyünün xətti sınığı, sagital tikişin aralanması həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol said nahiyəsinin kəsilmiş yarası, qarın və sol said nahiyəsinin kəsilmiş yaralarının izləri olan çapıq toxumalar isə hər biri dərəcəsinə görə ayrı-ayrılıqda sağlamlığına qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sağ said nahiyəsinin sıyrıqları və sağ baldır nahiyəsinin əzilmiş yaraları isə hər biri ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur. Qeyd olunan xəsarətlərdən baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması, sağ said nahiyəsinin sıyrıqları və sağ baldır nahiyəsinin əzilmiş yaraları onun ölümündən ən azı 2-3 gün əvvəl, sol said nahiyəsinin kəsilmiş yarasl 5-7 gün əvvəl, qarın və sol said nahiyəsiniin kəsilmiş yaralarının izləri olan çapıq toxumalar isə 6 aydan az olmayan uyğun gəlirlər. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş digər xəsarətlərin lokalizasiyalarını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ said nahiyəsinin sıyrıqları və sağ baldır nahiyəsinin əzilmiş yaraları insan bədəninin hissələrinin (əl barmaqlarının dırnaqları, ayaq və s.) təsirindən, sol said nahiyəsinin kəsilmiş yarası qarın və sol said nahiyəsinin kəsilmiş yaraların izləri olan çapıq toxumalar iti uclu və ya kənarlı əşyanın təsirindən əmələ gələ bilərdilər. Sağ baldır nahiyəsinin əzilmiş yaralarının onun öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilməsi istisna olunmur. Mərhum Zərərçəkmiş şəxs1 meyitinin xarici müayinəsi zamanı onun sifətində və başın ənsə nahiyəsində də hər hansı bir xəsarətin (qançır, sıyrıq, yara, hematoma və s.) aşkar olunmamasına və meyitin daxili müayinəsi zamanı onda baş beyinin yumşaq qişalarına, toxumasına və mədəciklərinə qansızmalar ilə müşayiət olunan təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanmasının aşkar olunmasını nəzərə alaraq demək olar ki, həmin xəsarət təqsirləndirilən şəxsin hadisə yerində əyani olaraq göstərdiyi şəraitdə, yəni boğaz nahiyəsinə endirilmiş zərbədən sonra onun əks istiqamətdə yıxılaraq başının təpə nahiyəsinin bərk konsistensiyalı geniş və hamar səthə (ola bilsin asfalta) zərblə dəyməsi nəticəsində deyil, daha çox fiziki göstəricilərə məxsus olan şəxsin yumruğunun alt hissəsi ilə təpə nahiyəsinə endirilimiş zərbənin təsirindən əmələ gəlməsinə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb təpə sümüyünün xətti sınığı və sagital tikişin aralanması ilə əlaqədar yaranmış baş beyinin yumuşaq qişalarına, toxumasına və mədəciklərə qansızmalar nəticəsində inkişaf edən travmatik ödem olmuşdur. Yetirilmiş zərbədən sonra yaranmış vəziyyət qıcolma tutması deyil, baş beyinə qansızmanın nəticəsidir. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (meyitin müayinəsi 02.02.2021-ci il tarixdə, saat 09.30-da başlamışdır) 8-12 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs1 baş beynində aşkar edilmiş xəsarətlərin massivliyi nəzərə alınaraq həmin xəsarətlə onun vaxtında ixtisaslı tibb müayinəsinə yerləşdirilməsi belə ölümün qarşısını ala bilməzdi. (İV cild, iş vərəqə 168-174) Kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 18 mart 2021-ci il tarixli, 648 №-li rəyində göstərilmişdir ki, cinayət işi materiallarından və hal-hazırki psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən olunur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir pisixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxsn hövsələsizlik, inadkarlıq, hirslilik, qıcığa qarşı tez reaksiya vermək, emosionallıq, eqosentrizm kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, onun psixi inkişafında gerilik əlamətləri müşahidə edilmir. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs psixi emosional sferasında hirslilik yaranmış, həmin halın yaranması situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. (İİİ cild, iş vərəqə 262-266) Məhkəmə-trasoloji və lifli materialların kriminalistik ekspertizasının 05 fevral 2021-ci il tarixli, 3/345 №-li rəyində göstərilmişdir ki, təqdim edilmiş “Təqsirləndirilən şəxs...” yazıları olan bağlamadan aşkar edilmiş şalvarın səthində zədə vardır. Həmin zədə ilişmə nəticəsində yaranmaya xarakterik cırılma zədəsidir. Üzərində “Təqsirləndirilən şəxs ...” yazıları olan bağlamadan aşkar olunmuş şalvarın səthində olan zədənin özü tərəfdən yoxsa hər hansı şəxs tərəfindən yetirilməsini müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs1...” yazıları olan bağlamadan aşkar edilmiş uzunqol köynəklərin, maykanın, tumanın üzərində, “Təqsirləndirilən şəxs ...” yazıları olan bağlamadan aşkar olunmuş uzunqol köynəyin səthində trasoloji zədə yoxdur. Kompleks məhkəmə-trasoloji və lifli materialların kriminalistik ekspertizasının 6/666 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərində aşkar edilmiş göy rəngli tibbi pambıq lifləri cinsli əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin, 01 ədəd şalvarın səthləri üzərində aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs1 məxsus olduğu qeyd edilən 01 ədəd maykanın, 01 ədəd qısaqol köynəyin, 01 ədəd uzunqol köynəyin, 01 ədəd alt tumanın, 01 ədəd köynəyin tərkib liflərindən yoxdur. (İİ cild, iş vərəqə 178-197) Məhkəmə-kimyəvi ekspertin 362/K nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs götürülmüş sidik nümuməsinin məhkəmə-kimyəvi tədqiqatına əsasən və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq bu nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində Metadon, tiryək qrupuna aid olan alkoloid və fenilalkilamin qrupu törəməsi olan Metamfetamin aşkar edilmiş. Barbitur turşusu törəmələri, fenotiazin, pirazalon, 1,4 benzodiazapen törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (İİ cild, iş vərəqə 188-191) İş materiallarında olan 02 fevral 2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış keçirilən yer Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İsfahani küçəsi, ev 45 B ünvanıdır. Fərdi yaşayış bir mərtəbəli olub, dam örtüklüdür. Giriş qapısı işlək vəziyyətdədir, həyətə doğru acılıq. Qapıdan içər daxil olduqda üzbə-üzdə hamam otağı, sağ tərəfdə mətbəx və yataq otağı vardır. Dəhlizdə sağ tərəfdən olan ilk otaq mətbəxdir. Mətbəxinin giriş qapısı olan divarı şərti olaraq bir ilə sağ tərəfdəki divar iki ilə, üzbəüz divarı üç ilə, sol tərəfdəki divarı isə dörd ilə işarə edək. İkinci divarının qarşısında mətbəx mebeli quraşdırılmışdı və üzərində məişət əşyaları vardır, üzərində istintaq üçün əhəmiyyət kəsb edən bir hal aşkar edilmədi. Üç nömrəli divarın qarşısında masa və divan quraşdırılmışdır. Masanın üzərində istintaq üçün əhəmiyyət kəsb edən bir hal aşkar edilmədi. Üçüncü divarın qarşısında, masanın yanında yerə salınmış bir ədəd döşək vardır. Döşəyin üzərində bir kişi meyiti görünür və üstü ağ rəngli yorğan ilə örtülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin meyit oğlu Zərərçəkmiş şəxs1 məxsusdur. Yorğanı qaldırdıqda meyitin əynində qara rəngli uzun qol mayka, uzunqol boz rəngli 3 düyməli mayka, qara rəngli qolsuz mayka, ağ-qara rəngli tuman olması müşahidə edilir. Meyitin sol və sağ qolunda, qarın nahiyəsində və sağ dizində yaralar vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 bildirdi ki, həmin xəsarətlər oğlunda çoxdan vardır, mərhum oğlu narkomaniya xəstəliyindən əziyyət çəkmişdir, əsəbi insan olmuş özünə bu cür xəsarətlər yetirmişdir. Bundan sonra meyit məhkəmə-tibb ekspertizasında keçirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin Binəqədi rayon şöbəsində göndərildi. Yataq otağına daxil olduqda qapı ilə üzbə-üzdə çarpayı sol tərəfdə isə paltar şkafı görünür. Otağa baxış keçirtdikdə istintaq üçün əhəmiyyət kəsb edən bir hal aşkar edilməmişdir. (İ cild, iş vərəqə 04-13) İş materiallarında olan 02 fevral 2021-ci il tarixli meyitə baxış protokolundan görünür ki, meyitin əynində qara rəngli uzun qol mayka, uzunqol boz rəngli 3 düyməli mayka, qara rəngli qolsuz mayka, ağ-qara rəngli tuman vardır. Meyit kişi cinsli olub, düzgün bədən quruluşlu, arıqdır. Meyit əllə toxunduqda soyuqdur. Meyitin arxa səthində göyümtülbənövşəyimtil rəngli, təzyiq etdikdə avazıyan və 3-5 dəqiqəyə bərpa olan meyit ləkələri vardır. Meyit qacıması yoxlanıla bilən əzələ qruplarında yaxşı inkişaf etmişdir. Boyunu bədənə müvafiqidr, döş qəfəsi silindir formalı şəklindədir. Qarnı qabırğa qövsü səviyyəsindən aşağıdır. Xarici cinsiyyət üzvləri kişi tiplidir, sünnət olunmuşdur. Arxa keçəcək dərisi qapalıdır, ətraf təmiz və zədəsizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişdir. Meyitin bədənində aşağıdakı xəsarət aşkar olundu: sol said nahiyəsinin yuxarı 1/3-nin ön səthində 4,0x1,0sm ölçüdə üzəri qəhvəyimtil rəngli qartmaqla örtülmüş kənarları hamar yara vardır. Qartmağın uc hissələri bir qədər qopmuşdur. Sağ said nahiyəsinin orta 1/3-nin arxa səthində çoxsaylı (0,5x0,2sm-dən 1,8x0,4sm-dək ölçülərdə) üzəri ətraf dəri səviyyəsindən aşağı yerləşmiş tünd-qırmızı rəngli qartmaqlarla örtülmüş sıyrıqlar vardır. Sağ baldır nahiyəsinin yuxarı 1/3-nin ön səthində 1,0x0,8sm və 2,5x1,5sm ölçülərdə üzərləri tündqırmızı rəngli qartmaqlarla örtülmüş kənarları nahamar yara vardır. Qarının səthinde ve sol said nahiyyəsinin ön səthində çoxsayli (2.5x0.2 sm-dan,8x0.5 sm-dek ölçülərdə) bir-birinə paralel yerləşmiş ağımtıl rəngli yumşaq konsistensiali kənarlari hamar çapiqlar vardır. Baxış zamanı mərhum Zərərçəkmiş şəxs1 əynində olmuş qara rəngli uzun qol mayka, uzunqol boz rəngli 3 düyməli mayka, qara rəngli qolsuz mayka, ağ-qara rəngli tuman götürülmüşdür. (İ cild, iş vərəqə 14-20) Məhkəmə-narkoloji ekspertizasının 18 mart 2021-ci il tarixli, 969 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opoidlərdən və psixotrop maddə olan metamfetamidən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, iş vərəqə 204-206) Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı araşdırılmış sübutların məcmusuna əsaslanıb, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yuxarıda təsvir edilmiş cinayət əməlini törətməkdə təqsirli olması kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər vurmaması, ehtiyyatsızlıqdan adam öldürmə cinayətini törətməsi barədə ifadəsinə hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyaraq həqiqəti əks etdirmir, şahid ifadələri, təkrar məhkəmə-tibb ekspertizasının 26.07.2021-ci il tarixli, T152/2021 nömrəli rəyi və iş materiallarında olan digər mötəbər sübutlarla tam təkzib olunur. “Qəsdən adam öldürmə” işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimunun 12 dekabr 2002-ci il tarixli 3 № -li qərarının 3cü bəndində qeyd edilir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Həmçinin qeyd edilməlidir ki, AR CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli AR CM-in 124-cü maddəsində nəzərdə tutulan ehtiyatsızlıqdan adam öldürmə cinayətindən fərqlənir. Ehtiyatsızlıqdan adam öldürmə zamanı cinayət törədən şəxsin təqsiri yalnız ehtiyyatsızlıqdan ibarət olur, yəni o nəinki ölümün baş verəcəyini, hətta zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulacağını da qabaqcadan görmür, AR CM-in 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli isə təqsirin qarışıq forması ilə törədilir, yəni cinayətkarın zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına münasibəti qəsd formasında, zərərçəkmiş şəxsin ölməsinə münasibəti isə ehtiyatsızlıq formasında ehtiva olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin baş vermə mexanizmindən görünür ki, o, zərərçəkmiş şəxsin həyat üçün əhəmiyyətli olan orqanına, yəni, başına zərbə endirərək, onun sağlamlığına ağır zərər vurulması cinayətini qəsdən törətmiş, zərərçəkmiş şəxsin ölümünə isə münasibəti ehtiyatsızlıqdan ibarət olmuşdur. Məhkəmə işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 21.12.2021-ci il tarixli arayışa əsasən, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan 3 saylı MTİİTS-nin rəisi tərəfindən verilmiş 16.07.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (cild 04, iş vərəqə 166-167) İş materiallarında olan 23.12.2021-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsini rəhbər tutaraq, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət əməli törətməsini, müsbət xarakterizə olunmasını, AR CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. İşdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal olduğundan və ağırlaşdırıcı hallar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə cəza təyin edilərkən, təqsirləndirilən şəxsə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin qaydaları əsasında, yəni sanksiyada nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq olmamaqla təyin edilməlidir. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından, ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı üzərində olmuş 01 ədəd uzun qol mayka, 01 ədəd üç düyməli mayka, 01 ədəd qolsuz mayka, 01 ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra istifadəyə yararsız olduğundan məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 168 manat, 16 qəpik pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmə-narkoloji ekspertizasının 18 mart 2021-ci il tarixli, 969 №-li rəyinə əsasən, Təqsirləndirilən şəxs barəsində AR CM-in 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materiallarında olan 03 fevral 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 4(001)- 113/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 03 fevral 2021-ci il tarixdən hesablanmışdır. (cild 01, iş vərəqə 96; 186-187) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 03 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345,346,347,351-353,356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 168 manat, 16 qəpik pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutlar - Binəqədi rayon prokurorluğunun maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş 01 ədəd köynək və 01 ədəd şalvar, Zərərçəkmiş şəxs1 meyitinə baxış zamanı üzərində olmuş 01 ədəd uzun qol mayka, 01 ədəd üç düyməli mayka, 01 ədəd qolsuz mayka, 01 ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 30 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı vəkil bürosunun hesabına 180 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar