Məhkəmə qərarları › İş №1(101)-1552/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1552/2025

05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1552/2025 05.01.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Kamranov Hafiz Eldar oğlu (sədrlik edən), Pənahov Babək Əkbər oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi - Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi – “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə İmişli rayonu, Ağaməmmədli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2aşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətində uçota alınmaqla Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində Lombard fəaliyyəti ilə məşğul olan şəxs kimi tanındığından ona edilən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək məqsədilə, Zərərçəkmiş şəxs onu maliyyələşdirəcəyi təqdirdə işlətdiyi lombarddan kredit götürmək istəyən vətəndaşların girov qoyduqları qızıl-zinət əşyalarını girov kimi sonuncuda saxlayacağına, Zərərçəkmiş şəxs alıb kredit kimi müştərilərinə verdiyi pulun aylıq 5 faiz gəlirindən 2,5 faizini Zərərçəkmiş şəxs verəcəyinə sonuncunu inandıraraq xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs qızıl-zinət əşyaları girov qoyaraq əvəzində götürdüyü 65350 manatın faizlərini vaxtında ödəməklə sonuncunun etibarını qazanmış, 2022-ci ilin dekabr ayının əvvəllərindən başlayaraq Zərərçəkmiş şəxs qəbul etdiyi girovları zərgərdə əlavə yoxlatmadığını bilib, özgənin əmlakının dələduzluq yolu ilə ələ keçirilməsinə yönəlmiş cinayətin törədilməsində bu məqamdan yararlanaraq Zərərçəkmiş şəxs etibarından suiistifadə edib Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən ofisində, xx.xx.2022-ci il tarixdə üzərində “Misiyaflı Zahir” yazılmış AC-166 nömrəsi ilə nömrələnmiş 25 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 2300 manatını, xx.xx.2022-ci il tarixdə üzərində “Pələngov Roman” yazılmış AC-168 nömrəsi ilə nömrələnmiş 30 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4300 manatını, xx.xx.2022ci il tarixdə üzərində “Hüseynov Pərviz” yazılmış AC-169 nömrəsi ilə nömrələnmiş 35 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4000 manat, xx.xx.2022-ci il tarixdə üzərində “Fətəliyev Vahab” yazılmış AC-170 nömrəsi ilə nömrələnmiş 43 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3000 manatını, xx.xx.2023-ci il tarixdə üzərində “Abuşov Vüqar” yazılmış AC-172 nömrəsi ilə nömrələnmiş 88 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5000 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Xəlilov Yusif” yazılmış AC-173 nömrəsi ilə nömrələnmiş 70 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4000 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Məmmədov Taleh” yazılmış AC-174 nömrəsi ilə nömrələnmiş 73 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3200 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Musayev Davud” yazılmış AC- 175 nömrəsi ilə nömrələnmiş 75 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3000 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Alıyev Vüsal” yazılmış AC- 176 nömrəsi ilə nömrələnmiş 91 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3600 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Kazımov Xəyal” yazılmış AC-177 nömrəsi ilə nömrələnmiş 55 manat dəyərində və “Hüseynov Elnur” yazılmış AC- 178 nömrəsi ilə nömrələnmiş 45 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4350 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Hüseynov Tural” yazılmış AC-179 nömrəsi ilə nömrələnmiş 110 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3000 manatını, xx.xx.2023-cü il tarixdə üzərində "Vəlizadə Məcid” yazılmış AC-180 nömrəsi ilə nömrələnmiş 44 manat dəyərində və “Əsədzadə Samir” yazılmış AC-181 nömrəsi ilə nömrələnmiş 28 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5000 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Kazımova Sona” yazılmış AC-182 nömrəsi ilə nömrələnmiş 30 manat dəyərində və “Musayeva Gülüş” yazılmış AC-183 nömrəsi ilə nömrələnmiş 39 manat dəyərində bijuteriyaları qızılzinət əşyaları adı ilə girov qoyaraq 3400 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Əliyev Elvin” yazılmış AC-184 nömrəsi ilə nömrələnmiş 50 manat dəyərində bijuteriyaları qızılzinət əşyaları adı ilə girov qoyaraq 2800 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Əliyev Vaqif” yazılmış AC-102 nömrəsi ilə nömrələnmiş 30 manat dəyərində bijuteriyaları qızılzinət əşyaları adı ilə girov qoyaraq 3400 manatını, xx.xx.2023-cü il tarixdə üzərində "Hüseynov Elnur” yazılmış AC-185 nömrəsi ilə nömrələnmiş 68 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 2500 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Əliyev Samir” yazılmış AC-186 nömrəsi ilə nömrələnmiş 50 manat dəyərində və “İslamov Ravil” yazılmış AC-187 nömrəsi ilə nömrələnmiş 35 və 26 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5000 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Əliyeva Sənəm“ yazılmış AC-188 nömrəsi iiə nömrələnmiş 31 manat dəyərində biiuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3500 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Kərimov Əli" yazılmış AC-189 nömrəsi ilə nömrələnmiş 33 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3500 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Kəlbiyev Etibar” yazılmış AC-190 nömrəsi ilə nömrələnmiş 44 manat dəyərində və “Əzizova Əzizə” yazılmış AC-191 nömrəsi ilə nömrələnmiş 83 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5900 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Həsənov Elçin” yazılmış AC-193 nömrəsi ilə nömrələnmiş 34 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3500 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Camalova Anarə” yazılmış AC-194 nömrəsi ilə nömrələnmiş 24 manat dəyərində və "Vəlizadə Məcid” yazılmış AC-195 nömrəsi ilə nömrələnmiş 26 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4000 manatını, xx.xx.2023cü il tarixdə üzərində "İsayeva Günel” yazılmış AC-196 nömrəsi ilə nömrələnmiş 43 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 2300 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Əliyev Vüqar” yazılmış AC-199 nömrəsi ilə nömrələnmiş 47 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5000 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Qarayev Vaqif yazılmış AC-200 nömrəsi ilə nömrələnmiş 25 manat dəyərində və “Əliyeva Gülgəz” yazılmış AC-201 nömrəsi ilə nömrələnmiş 24 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3500 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Atamov Camal” yazılmış AC-202 nömrəsi ilə nömrələnmiş 56 manat dəyərində və “Zamanov Ziya” yazılmış AC-203 nömrəsi ilə nömrələnmiş 24 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5000 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Həşimov Sadiq” yazılmış AC-204 nömrəsi ilə nömrələnmiş 33 manat dəyərində və “Qarayev Qara” yazılmış AC-205 nömrəsi ilə nömrələnmiş 33 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4500 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Həsənov Pərvin” yazılmış AC-206 nömrəsi ilə nömrələnmiş 43 manat dəyərində və “Əsədova Gülər” yazılmış AC-207 nömrəsi ilə nömrələnmiş 34 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 6000 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Əliyev Elmir” yazılmış AC-208 nömrəsi ilə nömrələnmiş 45 manat dəyərində və “Mollayeva Kəmalə" yazılmış AC-209 nömrəsi ilə nömrələnmiş 16 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 6000 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Ələsgərov Famil” yazılmış AC-210 nömrəsi ilə nömrələnmiş 38 manat dəyərində və “Əliyev Nurlan" yazılmış AC-211 nömrəsi ilə nömrələnmiş 85 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5000 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Həsənova Lalə” yazılmış AC-212 nömrəsi ilə nömrələnmiş 43 manat dəyərində, “Cəbiyev İlqar” yazılmış AC-213 nömrəsi ilə nömrələnmiş 84 manat dəyərində və “Əsədov Seymur" yazılmış AC-214 nömrəsi ilə nömrələnmiş 26 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5700 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Səmədov Heydər” yazılmış AC-215 nömrəsi ilə nömrələnmiş 56 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4000 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Seyidov Həsən” yazılmış AC-216 nömrəsi ilə nömrələnmiş 58 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3000 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 5100 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Atayev Eşqin” yazılmış AC-217 nömrəsi ilə nömrələnmiş 20 manat dəyərində, “Seyidova Aytən” yazılmış AC-218 nömrəsi ilə nömrələnmiş 22 manat dəyərində və “Məmmədov Sərxan” yazılmış AC-219 nömrələri ilə nömrələnmiş 33 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3700 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 6290 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Əsədov Eltac” yazılmış AC-220 nömrəsi ilə nömrələnmiş 88 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3000 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 5100 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Yolçuyeva Elza” yazılmış AC-221 nömrəsi ilə nömrələnmiş 34 manat dəyərində və “Qasımov Ayaz” yazılmış AC-222 nömrəsi ilə nömrələnmiş 46 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3410 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 5797 manatını, xx.xx.2023-cü ıl tarixdə üzərində "Yolçuyeva Elza” yazılmış AC-223 nömrəsi ilə nömrələnmiş 30 manat dəyərində, “Alıyeva Vüsalə” yazılmış AC-224 nömrəsi ilə nömrələnmiş 48 manat dəyərində və “Səlimov Hafiz” yazılmış AC-225 nömrəsi ilə nömrələnmiş 62 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4120 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 7004 manatını, xx.xx.2023cü il tarixdə üzərində “Qasımov Rinat” yazılmış AC-226 nömrəsi ilə nömrələnmiş 12 manat dəyərində və “Nuriyeva Gülər” yazılmış AC-227 nömrəsi ilə nömrələnmiş 22 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3000 ABŞ dollarını həmin dövrün məzənnəsinə görə 5100 manatını, xx.xx.2023-cü il tarixdə üzərində “Tağıyeva Lalə" yazılmış AC-228 nömrəsi ilə nömrələnmiş 47 manat dəyərində və "Nəsirov Kamal” yazılmış AC-229 nömrəsi ilə nömrələnmiş 20 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3000 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 5100 manatını, xx.xx.2023-cü il tarixdə üzərində "Seyidova Samirə” yazılmış AC-230 nömrəsi ilə nömrələnmiş 28 manat dəyərində, "Həmidov Teyfur” yazılmış AC-231 nömrəsi ilə nömrələnmiş 44 manat dəyərində və "Tağıyev Ruhid” yazılmış AC-232 nömrəsi ilə nömrələnmiş 18 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3235 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 5499 manat 50 qəpiyini, xx.xx.2023cü il tarixdə üzərində "Nəzərov Pərviz” yazılmış AC-246 nömrəsi ilə nömrələnmiş 52 manat dəyərində və “Səlimov Səlim” yazılmış AC-247 nömrəsi ilə nömrələnmiş 26 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3250 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 5525 manatını, xx.xx.2023-cü il tarixdə üzərində "Qasımova Rübabə” yazılmış AC-248 nömrəsi ilə nömrələnmiş 37 manat dəyərində və "Əzizov Fikrət” yazılmış AC-249 nömrəsi ilə nömrələnmiş 48 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3530 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 6001 manatını, xx.xx.2023-cü il tarixdə üzərində "Atamov Zaur” yazılmış AC-250 nömrəsi ilə nömrələnmiş 20 manat dəyərində, “Nəzərov Elman” yazılmış 251 nömrəsi ilə nömrələnmiş 25 manat dəyərində və "Qasımova Firuzə” yazılmış AC-252 nömrəsi ilə nömrələnmiş 22 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3825 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 6502 manat 50 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində “Babayev Vüqar” yazılmış AC-252 nömrəsi ilə nömrələnmiş 40 manat dəyərində və “Qaibov Qalib” yazılmış AC-253 nömrəsi ilə nömrələnmiş 50 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3411 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 5798 manat 70 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində "Qarayev Yaşar” yazılmış AC-254 nömrəsi ilə nömrələnmiş 55 manat dəyərində və “Həsənov Seyid” yazılmış AC- 255 nömrəsi ilə nömrələnmiş 41 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3530 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 6001 manatını, xx.xx.2024-cü il tarixdə üzərində “Rəhimov Ceyhun” yazılmış AC-256 nömrəsi ilə nömrələnmiş 30 manat dəyərində, "Abuşov Vüqar” yazılmış AC-257 nömrəsi ilə nömrələnmiş 28 manat dəyərində və "Qasımova Turac" yazılmış AC-258 nömrəsi ilə nömrələnmiş 40 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4120 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 7004 manatını, xx.xx.2024-cü il tarixdə üzərində “Babazadə Elşən” yazılmış AC-259 nömrəsi ilə nömrələnmiş 43 manat dəyərində və “Həşimova Zeynəb” yazılmış AC-260 nömrəsi ilə nömrələnmiş 60 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3235 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 5499 manat 50 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində “Qədirova Gülnar" yazılmış AC-261 nömrəsi ilə nömrələnmiş 30 manat dəyərində, “Alıyev Vüsal” yazılmış AC-262 nömrəsi ilə nömrələnmiş 23 manat dəyərində və "Namazov Elçin” yazılmış AC-263 nömrəsi ilə nömrələnmiş 25 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4411 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 7498 manat 70 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində "Həşimova Aytən” yazılmış AC-264 nömrəsi ilə nömrələnmiş 43 manat dəyərində və "Səlimova Maya” yazılmış AC-265 nömrəsi ilə nömrələnmiş 40 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3230 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 5491 manatını, xx.xx.2024cü ii tarixdə üzərində “Qasımova Hüsniyə” yazılmış AC-266 nömrəsi ilə nömrələnmiş 34 manat dəyərində və "Səlimova Lamiyyə” yazılmış AC-267 nömrəsi ilə nömrələnmiş 68 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3825 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 6502 manat 50 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində “Vəlizadə Mehman” yazılmış AC-268 nömrəsi ilə nömrələnmiş 34 manat dəyərində və “Rəhimova İlahə” yazılmış AC-269 nömrəsi ilə nömrələnmiş 30 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3530 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 6001 manatını, xx.xx.2024-cü il tarixdə üzərində “Məlikova Reyhan” yazılmış AC-270 nömrəsi ilə nömrələnmiş 18 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4706 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 8000 manat 20 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində “Həmidova Arzu” yazılmış AC-271 nömrəsi ilə nömrələnmiş 43 manat dəyərində və “Seyidova Aytəkin” yazılmış AC-272 nömrəsi ilə nömrələnmiş 27 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3647 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 6199 manat 90 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində “Kərimov Yaşar” yazılmış AC-273 nömrəsi ilə nömrələnmiş 20 manat dəyərində və “Məlikova Ləman” yazılmış AC-274 nömrəsi ilə nömrələnmiş 60 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5885 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 10004 manat 50 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində “Nəzərova Xatun” yazılmış AC-275 nömrəsi ilə nömrələnmiş 28 manat dəyərində “Hüseynov Seyid” yazılmış AC-276 nömrəsi ilə nömrələnmiş 42 manat dəyərində və “Quliyeva Zeynəb” yazılmış AC-277 nömrəsi ilə nömrələnmiş 41 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5300 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 9010 manatını, xx.xx.2024-cü il tarixdə üzərində “Nuriyevə Validə” yazılmış AC-278 nömrəsi ilə nömrələnmiş 45 manat dəyərində və “Əliyeva Nanə” yazılmış AC-279 nömrəsi ilə nömrələnmiş 51 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 5000 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 8500 manatını, xx.xx.2024-cü il tarixdə üzərində “Əsədov Elvin” yazılmış AC-278 nömrəsi ilə nömrələnmiş 37 manat dəyərində və "Sədiyeva Səidə” yazılmış AC-279 nömrələri ilə nömrələnmiş 60 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 4706 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 8000 manat 20 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində “Nəsirov Elcan” yazılmış AC-280 nömrəsi ilə nömrələnmiş 24 manat dəyərində “Qarayevə Səidə” yazılmış AC-281 nömrəsi ilə nömrələnmiş 58 manat dəyərində və “Talıbova Günel” yazılmış AC-282 nömrəsi ilə nömrələnmiş 65 manat dəyərində bijuteriyaları girov qoyaraq 5000 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 8500 manatını, xx.xx.2024-cü il tarixdə üzərində “Səlimova Aytac” yazılmış AC-283 nömrəsi ilə nömrələnmiş 42 manat dəyərində və “Atayev Faiq” yazılmış AC-284 nömrəsi ilə nömrələnmiş 30 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 3530 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 6001 manatını, istintaqa dəqiq günü məlum olmayan 2024-cü ilin iyul ayında, əvvəllər, yəni xx.xx.2022-ci il tarixdən 3000 manat müqabilində girov qoyduğu qızıl-zinət əşyalarını, qızıl-zinət əşyaları adı ilə üzərində “Umarov Rafiq” yazılmış, AC-114 nömrəsi ilə nömrələnmiş 35 manat dəyərində bijuteriyalarla əvəzləyərək həmin 3000 manatını, əvvəllər, yəni xx.xx.2022-ci il tarixdən 7000 manat müqabilində girov qoyduğu qızıl-zinət əşyalarını, qızıl-zinət əşyaları adı ilə üzərində “Kazımova Şəbnəm” yazılmış, AC-153 nömrəsi ilə nömrələnmiş 105 manat dəyərində bijuteriyalarla əvəzləyərək həmin 7000 manatını, əvvəllər, yəni xx.xx.2022-ci il tarixdən 2300 manat müqabilində girov qoyduğu qızıl-zinət əşyalarını, qızıl-zinət əşyaları adı ilə üzərində "Aslanlı Amal” yazılmış, AC-156 nömrəsi ilə nömrələnmiş 48 manat dəyərində bijuteriyalarla əvəzləyərək həmin 2 300 manatını, əvvəllər, yəni xx.xx.2022-ci il tarixdə 4300 manat müqabilində girov qoyduğu qızıl-zinət əşyalarını, qızıl-zinət əşyaları adı ilə üzərində “Rəhimov Kamal” yazılmış, AC- 157 nömrəsi ilə nömrələnmiş 90 manat dəyərində bijuteriyalarla əvəzləyərək həmin 4300 manatını, əvvəllər, yəni xx.xx.2022-ci il tarixdən 3000 manat müqabilində girov qoyduğu qızıl-zinət əşyalarını, qızıl-zinət əşyaları adi ilə üzərində "Qurbanov Samir” yazılmış, AC- 160 nömrəsi ilə nömrələnmiş 62 manat dəyərində bijuteriyalarla əvəzləyərək həmin 3000 manatını, əvvəllər, yəni xx.xx.2022-ci il tarixdən 7000 manat müqabilində girov qoyduğu qızıl-zinət əşyalarını, qızıl-zinət əşyaları adı ilə üzərində “İbrahimov Kamran" yazılmış, AC- 162 nömrəsi ilə nömrələnmiş 34 manat dəyərində bijuteriyalarla əvəzləyərək həmin 7000 manatını, əvvəllər, yəni xx.xx.2022-ci il tarixdən 3200 manat müqabilində girov qoyduğu qızıl-zinət əşyalarını, qızıl-zinət əşyaları adı ilə üzərində “İsmayılzadə Rüfət” yazılmış, AC- 164 nömrəsi ilə nömrələnmiş 56 manat dəyərində bijuteriyalarla əvəzləyərək həmin 3200 manatını, əvvəllər, yəni xx.xx.2022-ci il tarixdən 4000 manat müqabilində girov qoyduğu qızıl-zinət əşyalarını, qızıl-zinət əşyaları adı ilə üzərində “Rəhimli Ülvi” yazılmış, AC-165 nömrəsi ilə nömrələnmiş 50 manat dəyərində bijuteriyalarla əvəzləyərək həmin 4000 manatını, cinayət hərəkətlərini davam etdirərək xx.xx.2024-cü il tarixdə üzərində “Bəbirov Rahib” yazılmış AC-285 nömrəsi ilə nömrələnmiş 25 manat dəyərində və “Qasımova Zenfira" yazılmış AC-286 nömrəsi ilə nömrələnmiş 38 manat dəyərində bijuteriyaları qızılzinət əşyaları adı ilə girov qoyaraq 4412 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 7500 manat 40 qəpiyini, xx.xx.2024-cü il tarixdə üzərində “Şahbazova Seyranə” yazılmış AC-288 nömrəsi ilə nömrələnmiş 80 manat dəyərində və “Talıbova Günel” yazılmış AC- 288 nömrəsi ilə nömrələnmiş 80 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 2177 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 3700 manat 90 qəpiyini və 7000 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 11900 manatını, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Yolu şossesində X12 yaxınlığında üzərində “Kazımova Sənəm” yazılmış AC-289 nömrəsi ilə nömrələnmiş 56 manat dəyərində bijuteriyaları qızıl-zinət əşyaları adı ilə girov qoyaraq 8750 ABŞ dollarını, həmin dövrün məzənnəsinə görə 14875 manatını, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 378057 manat 50 qəpiyini ələ keçirərək Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, əvvəllər “Para Bank”-da lombard kreditləri bölməsində işləmişdir. “Para Bank”-dan ayrıldıqdan sonra isə fərdi olaraq lombard fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxslə onu dayısı oğlu Tural tanış etmişdir. Daha sonra banklarla bağlı problem yarandığından və daha çox maddi vəsaitə ehtiyacı olduğundan dayısı oğlunun tövsiyyəsi ilə Zərərçəkmiş şəxs oğlu Orxan Əliyevlə görüşmüşdür. O, Orxana əlində olan qızılları ona verib qarşılığında ondan pul götürməyi təklif etmişdir. Orxan ondan vaxt istəmiş, daha sonra isə Zərərçəkmiş şəxs ona zəng edərək pulların hazır olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 750, 585 və 583 əyarlı qızıllar vermişdir. Zərərçəkmiş şəxs verdiyi qızılları öz müştəriləri gətirmişdir. Həmin qızıllardan hər hansı biri bijuteriya olmamışdır. Ona və müştərilərə məxsus sənədlər komputerdə olmuş, lakin Zərərçəkmiş şəxs komputeri götürüb sənədləri silmişdir. 15 avqust 2024-cü ildə Zərərçəkmiş şəxs ödəməli olduğu ödənişi ödəyə bilmədiyindən 17 avqust tarixdə Zərərçəkmiş şəxs onun yaşadığı evə gələrək ona verilməli olan pulu istəmiş, o isə qardaşının adına olan evi Əşrəfin adına keçirilməsini və qızılların da qalan borcun qarşılığı olaraq özündə qalmasını təklif etmişdir. Həmin dövrdə Zərərçəkmiş şəxs 350 000-400 000 manat civarında borcu olmuşdur. Borcun qarşılığında isə Zərərçəkmiş şəxs girov qoyulmuş qızılların onda qalmasını və evi onun adına keçirilməsini istəmişdir. Daha sonra birlikdə notariusa getmişlər və evin girovda olması səbəbi ilə 15 000 manat borcun qaldığını görmüşlər. Həmin borcu Zərərçəkmiş şəxs ödəmiş və evi onun adına keçirmişlər. Zərərçəkmiş şəxs dediyinə görə 370 000 manat borcdan evin dəyəri, yəni 120 000 manat çıxıldıqdan sonra girov qoyulmuş qızıllar da Zərərçəkmiş şəxs qalmışdır. Ümumi 300 000-310 000 manat dəyərində olan qızılların yarısından çoxu, yəni təqribən 180 000-190 000 manat dəyərində olan qızıllar Zərərçəkmiş şəxs qalmışdır. Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etməsindən xəbəri olmamışdır. O, Gəncədə olarkən ona zəng gəlmiş və axtarışda olduğu bildirilərək bölməyə dəvət edilmişdir. Polis bölməsinə könüllü olaraq gəlmişdir. Müştərilərə kredit verərkən lombard kağızından istifadə etmiş, müştərilərin şəxsiyyət vəsiqələrinin surətlərini çıxartmış, lakin özündə saxlamamışdır. Müştərilərdən götürdüyü qızılları fərqli-fərqli zərgərlərdə yoxlatmışdır. Zərərçəkmiş şəxs ondan girov olaraq götürdüyü qızılların əyarlarını yoxladıqdan sonra pulu vermişdir. Zərərçəkmiş şəxs girov olaraq verdiyi qızılların qarşılığında 180 000 manat, girovsuz verdiyi qızılların qarşılığında isə 100 000 manata yaxın pul almışdır. Zərərçəkmiş şəxs girovlu qızılı 2,5 faizlə, girovsuzu isə 5 faizlə vermişdir. Özü isə vətəndaşlara girovlu qızılı 5 faizə, girovsuz qızılı 10 faizə vermişdir. Zərərçəkmiş şəxs ödənişləri ilk öncə kart vasitəsilə köçürmüş, daha sonra isə Zərərçəkmiş şəxs istəyi ilə nağd olaraq vermişdir. Hər ayın 5-i, 15-i və 25-i ödəniş etmişdir. Hər ay ümumi faiz olaraq isə 5 000 və ya 6 000 manat Zərərçəkmiş şəxs pul vermişdir. Pulları əsasən Zərərçəkmiş şəxs, hərdən isə onun oğlu Orxan Əliyevə vermişdir. Qızılların saxta olmasını ona Əşrəf bildirmişdir. Müştərilərdən aldığı qızılları evdə saxlamışdır. Qızılları müştərilərdən təhvil aldıqdan sonra qiymətləndirib ona uyğun olaraq müştərilərə pul ödəmiş və ödədiyi pulu girov bileti ilə təsdiq etmişdir. Əşrəfdə qalan qızılların sahiblərinin pulunu hələ də ödəyir. Zərərçəkmiş şəxs isə borcu qalmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Həsən Seyidbəyli 30 ünvanında yerləşən, lombard kimi fəaliyyət göstərən ofisi vardır. Lombard fəaliyyətini dayandırdıqdan sonra əmlak agentlərinə həmin obyekti icarəyə verəcəyini xəbər vermişdir. Həmin əmlak agentlərindən biri də Tural adlı bir şəxsi obyekti icarəyə götürmək üçün onunla tanış etməyə gətirmişdir. Tural lombard fəaliyyəti ilə məşğul olmaq üçün obyektin kifayət qədər uyğun olduğunu bildirmiş və o, Turalla icarə müqaviləsi bağlamışdır. Daha sonra Turalla yolları ayrılsa da əlaqələri olmuşdur. Bir gün Tural ona zəng edib, lombard fəaliyyəti ilə məşğul olan bibisi uşaqlarının olduğunu və onların maliyyə dəstəyinə ehtiyacı olduğunu bildirmişdir. O, İlkin və qardaşı Allahverdi ilə görüşməyə razılıq vermişdir. Onlar lombard fəaliyyəti ilə məşğul olurmuşlar. Maliyyə dəstəyinə ehtiyacları olduğundan ona müraciət etmişlər. O da öz növbəsində onlardan lombard fəaliyyəti ilə məşğul olmaları barədə sənədləri ona təqdim etmələrini tələb etmişdir. Daha sonra İlkin və Allahverdi ona sənədləri təqdim etmiş və o da sənədləri nəzərdən keçirdikdən sonra onlara xəbər verəcəyini bildirmişdir. Daha sonra İlkin və Allahverdi yenidən onunla əlaqə saxlamış və o da onlarla razılaşmışdır. İlk zamanlarda o, İlkin və onun qardaşına az miqdarda pul vermiş və onlar da bunun müqabilində ona girov olaraq qızıl vermişlər. O da həmin qızılları yoxlayıb daha sonra onlara pul vermişdir. Son dövrlərdə isə Təqsirləndirilən şəxs onun etibarını qazandığından qızılları yoxlamadan ondan təhvil almışdır. Həmin dövrdə 585 əyarda olan qızılları 55 manatdan, 750 əyarda olan qızılları isə 70 manatdan hesablamışdır. Bu minvalla 2022, 2023 və 2024-cü ilin avqustun 5-nə qədər hər şey öz qaydasında olmuşdur. O, pulu İlkinə vermiş, İlkin də lombardda faizdən əldə etdiyi gəlirdən 2,5 faiz ona vermişdir. Məbləğ artıqdan sonra o, nəzarəti əldən verməmək üçün hər ayın 5-i, 10-u, və 25-i İlkindən ödənişləri istəmişdir. Son zamanlar bəzi məqamlar onda şübhə yaratdığından o, İlkindən nəyə görə müştərilərin bu qədər qızıl qoyub lakin aqibəti ilə maraqlanmadıqlarını soruşduqda İlkin “qısa müddətli girov qoyulan qızıllara özünün məsuliyyət daşıdığını, lakin uzun müddətə girov qoyulan qızılları isə ona verdiyi” cavabını vermişdir. O, isə İlkinin dediklərinə inanmamışdır. O, İlkindən bu qədər pulu neynədiyini soruşduqda İlkin qazandığı pullarla ev aldığını bildirmişdir. O, İlkinin ailəsi ilə görüşmək üçün təkid etmiş, lakin İlkin həmişə müxtəlif bəhanələr gətirərək onları görüşdürməkdən yayınmışdır. İlkin onun dediyi vaxtlarda, yəni hər ayın müxtəlif günlərində onun yanına gəlmiş və ödənişləri vaxtında ödəmişdir. İlkin ödənişləri onun kart hesabına köçürmüş, yaxud nağd şəkildə vermişdir. Onun İlkinlə ümumi dövriyyəsi 400 000 manat həddinə qədər artmışdır. 05 avqust 2024-cü ildə İlkinin özünü şübhəli apardığını müşahidə etmişdir. İlkin ödənişləri vaxtında ödəməməyə, müxtəlif bəhanələr gətirməyə başlamışdır. İlkindən ödənişi istədikdə İlkin onun kartına 2 400 manat göndərdiyini demişdir. O, İlkindən ödənişin qəbzini istədikdə İlkin müxtəlif bəhanələr gətirmişdir. İlkinin dediyinə görə ödəniş terminalında problem yarandığından ödənişi həyata keçirə bilməmişdir. İlkinin ona atdığı ödəniş qəbzinin saxta olduğunu övladları ona xəbər vermişdir. Daha sonra İlkin həmin pulu bütöv şəkildə deyil 300 manat olaraq hissə-hissə göndərmişdir. Digər ödəniş vaxtı gəldikdə, yəni 15 avqust 2024-cü ildə İlkinlə əlaqə saxlamaq mümkün olmamışdır. Həmin dövrdə İlkinin verdiyi qızılların əslində bijuteriya olmasından xəbəri olmamışdır. İlkinlə əlaqə saxlaya bilmədiyindən atası ilə əlaqə saxlamış və 17 avqust 2024-cü il tarixdə onunla görüşmüşdür. Oğlu ilə birgə İlkinin evinə getmişlər. Bir qədər vaxt keçdikdən sonra İlkin evə gəlmişdir. Ondan pulların aqibətini soruşduqda o, qumarda 60 000 manat uduzduğunu bildirmişdir. İlkin həmçinin qızılların əslində bijuteriya olduğunu və üzərilərində yazılan adların da saxta olduğunu etiraf etmişdir. İlkinin atası ona Bakıxanovdakı evi onun adına keçirməyi təklif etmiş, o isə bütün bunları videoya çəkmək istəmişdir. İlkin həmin videoda ona 400 000 manat zərər vurduğunu etiraf etmişdir. İlkinin atası qalan zərərin əvəzini hər ay ödəyəcəyini öhdəsinə götürmüşdür. Evi öz adına keçirmək üçün notariusa getdikdə evin girovda olduğunu, 15 918 manat kredit borcunun və 3 700 manat dəbbə pulunun olduğunu öyrənmişdir. Bu pulları ödədikdən sonra evi adına keçirə bilmişdir. Bir müddət sonra həmin evi satmışdır. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İlkin ondan götürdüyü qızıllara görə ona 2,5 faiz vermişdir. İlk vaxtlarda qızılları yoxlayaraq götürmüş, daha sonra isə İlkin onun etibarını qazandığından qızılları yoxlamamışdır. İlkin ona verdiyi qızılları “Para Bank”-da yoxladıqdan sonra gətirirmişdir. Adına keçirilən evi 125 000 manata satmışdır. İlkinin ona ümumilikdə 278 000 manat borcu qalmışdır. İlkin faiz borcuna görə ona 52 000 manat ödəmişdir. İlkinin ona ödədiyi faizli pulların üstünü düzəldərək İlkinə qaytardığından 52 000 manatın ümumi borcdan silinməsini istəmir. Bijuteriyaları müstəntiqə təhvil vermişdir. Bijuteriyaların üstündə adları yazılan şəxsləri isə tanımamışdır. İlkin ona 118 dəfə girovlu qızıl verərək ondan faizə pul götürmüşdür. İlkinin girov olaraq ona verdiyi qızılları götürmüş, əvəzində isə həm özünün həm də İlkinin pul qazanması üçün ona kredit vermişdir. Ancaq sonradan İlkinin qızıllarını gətirdiyi müştərilərinin əslində real müştərilər olmamasını, hətta oğlunun və həyat yoldaşının adlarını da qızılların üstünə yazdığını bilmişdir. İlkin ödənişləri həm karta köçürmüş, həm də nağd şəklində vermişdir. İstintaq materiallarında göstərildiyi kimi ümumi 52 000 manat gəlir əldə etmişdir. Ona verdiyi fazilərin də üstünə pul qoyub, yenidən İlkinə kredit verdiyi üçün demək olar ki, gəlir əldə etməmişdir. 17 avqust 2024-cü ildə oğlu Orxanla birlikdə İlkinin yaşadığı evə getmişdir. Evə gedərkən bijuteriyaları aparmamışdır. Görüş zamanı İlkin qızılların saxta olduğunu etiraf etmişdir. 27 avqust 2024-cü ildə notariusda İlkindən heç bir şikayətinin və maddi tələbinin olmaması ilə bağlı ərizə yazmışdır. Buna səbəb isə İlkin və atasının belə məzmunda ərizə yazmadığı təqdirdə Bakıxanov qəsəbəsindəki evi onun adına keçirməyəycəklərini deməsi olmuşdur. 18 oktyabr 2024-cü ildə isə həmin ərizəni ləğv etmişdir. Ərizəni ləğv etmə səbəbi isə İlkinin onun oğlu barəsində dövlət orqanlarına böhtan xarakterli məktublar yazması olmuşdur. İlkin isə sözügedən məktubları vəkilinin diqtəsi ilə yazdığını etiraf etmişdir. Qızılların saxta olduğunu anladığı zaman hüquq mühafizə orqanlarına müraciət etməməsinə səbəb İlkinin ziyanı ödəməsinə olan inanmı və onun cinayət məsuliyyətinə cəlb edilməsini istəməməsi olmuşdur. İlkin qumarda 60 000 manat uduzduğunu etiraf etmişdir. İttihama görə ona ümumi 378 000 manat ziyan dəymiş, 100 000 manat isə ödənilmişdir. 52 000 manat isə onun kartına köçürülmüşdür. İlkinin ona verdiyi evi 125 000 manata satmış, evin 15 918 manat borcunu və 2700 manat dəbbə pulunu ödəmişdir. Ümumilikdə 378 000 manat dəymiş ziyandan 100 000 manatı ödənilmiş, geriyə qalan ödənməmiş ziyanın məbləği isə 270 000 olmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, İlkini hadisələr baş verdikdən sonra görmüşdür. Qardaşı ona zəng vuraraq İlkinin onların atalarını aldadaraq qızıl yerinə bijuteriya verməsini xəbər vermişdir. Daha sonra o, qardaşı və atası ilə birgə İlkinin evinə getmişlər. Onları bayırda gözlədiyindən evdə gedən söhbətlərdən məlumatsız olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Şahid verilmiş suallara cavab olaraq bildirmişdir ki, İlkini tanımasa da lombard fəaliyyəti ilə məşğul olmasından xəbərdar olmuşdur. İlkinlə onun atasını Tural adlı şəxs tanış etmişdir. İlkinə qarşı fiziki və psixi təzyiq göstərilməmişdir. Atasına verilən ev onun adına keçirilmiş, daha sonra isə atası həmin evi 125 000 manata satmışdır. İlkin onun atasından 2,5 faizlə kredit götürərək müştərilərə 5 faizdən vermişdir. İlkin atasından götürdüyü pulları qumarda uduzduğunu və qızılların yerinə bijuteriya qoyduğunu etiraf etmişdir. Ödənişlər ona deyil, atasına kart vasitəsilə və ya nağd şəklində ödənilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilərkən Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs və onun qardaşı X2 2022-ci ilin sentyabr ayından atası Zərərçəkmiş şəxslə “Lombard” fəaliyyəti ilə məşqul olduqlarına görə qiyabi olaraq tanımış, həmin şəxslərlə yalnız 2024-cü ilin avqust ayında yaxından tanış olmuşdur. Atası Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən ofisi var, həmin ofis bank sisteminə uyğun olaraq təmir edilmişdir, 2012-ci ildən 2017-ci ilədək atası həmin ofisi "Lombard” kimi işlətmişdir. 2017-ci ildə atası ofisdə “Lombard” kimi fəaliyyətini dayandırdıqdan sonra ofisi icarəyə vermişdir. 2022-ci ilin iyun ayında ofis boş olmuş, atası icarədar axtarırmış. Həmin ərəfədə ev dəllalları ofisə sonradan adının Tural Rəhimli olduğunu bildiyi şəxsi gətirmişlər. Tural bildirmişdir ki, ofisi “Lombard” kimi işlədəcək, lakin 1 ay sonra, yəni 2022-ci ilin iyul ayında Tural ofisi geri qaytarmış və demişdir ki, işləri alınmadı. 2022-ci ilin avqust ayında Tural Rəhimli atasını İlkin və Allahverdi Aslanovlarla görüşdürmüş, onlar bildirmişlər ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsində fiziki şəxs kimi "Lombard” fəaliyyəti ilə məşqul olurlar. Lombard, “Qlobal Lombard” adı ilə təsərrüfat subyekti kimi Sülh küçəsi 1, mənzil 205 ünvanda yerləşir. Hətta İlkin və Allahverdi qardaşları atasına vergi ödəyicisi kimi X1 xx.xx.2021-ci il tarixdə, Lombard fəaliyyəti göstərməsi üçün uçota alınması barədə arayışın surətini də vermişlər. Atası şahidi olmuşdur ki, İlkin və ya Allahverdi atasını aldatmırlar, rəsmi olaraq Lombard fəaliyyəti ilə məşğuldurlar. İlkin və Allahverdi bildirmişlər ki, müştəriləri çox olduğundan maliyyə dəstəyinə ehtiyacları var. İlkinlə Allahverdi atasına təklif etmişlər ki, müştərilərdən götürdükləri qızıl-zinət əşyalarını atasına girov qoysunlar, əvəzində atası onlara “Lombard” xidməti göstərmələri üçün maliyyə dəstəyi versin. Atası dərhal razılaşmamış, İlkin və Allahverdi təkrarən atası ilə görüşərkən atasını razı sala bilmişlər. İlkin atasına bildirmişdir ki, vətəndaşdan girov kimi götürdüyü qızıl-zinət əşyalarına “Parobank” Bank olmayan kredit təşkilatının zərgərinə 20 manat ödəməklə qiymət qoydurduqdan sonra həmin qızıl-zinət əşyalarını atasına gətirəcək, atası da həmin qızıl-zinət əşyalarını öz zərgərində qiymətləndirərək, həmin qiymətə uyğun İlkinlə Allahverdiyə pul verəcək, verəcəyi pulu onlar 5 faiziə kredit kimi vətəndaşlara verəcəklər. Həmin 5 faiz gəlirdən 2,5 faizi atasına, qalan 2,5 faizi isə İlkinlə Allahverdinin payına düşəcək. İlkin demişdir ki vətəndaşlardan girov kimi götürdüyü qızıl-zinət əşyalarını qızılzinət əşyaları üçün nəzərdə tutulmuş xırda həcimli sellofanlarda qablaşdıracaq, qarışıq düşməsin deyə sellofanların üzərinə girov qoyan vətəndaşın ad və soyadını yazacaq, sellofanları ardıcıllıqla nömrələyəcək. Həmin qızıl-zinət əşyalarına görə atasının İlkinlə Allahverdiyə verdiyi pul və pulun faizi tam olaraq atasına ödənildikdən sonra atası girov götürdüyü qızıl-zinət əşyalarını geri qaytaracaq. Həmçinin razılaşmışlar ki, girov qoyulan qızıl-zinət əşyalarının qiymətləri lom qızıl kimi, yəni qızılın çəkisinə və əyarına görə bazar qiyməti ilə qiymətləndiriləcək, pulun faizlərini atasına ay ərzində 3 dəfə 10 gündən bir, yəni konkret olaraq 5, 15 və 25 tarixlərdə bank kartı vasitəsi ilə və ya nağd olaraq özünə ödəyəcəklər. Atasının Allahverdi və İlkin qardaşları ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək apardığı dövriyyə sonuncuların və atasının dəftərində öz əksini tapmışdır. Həmin dəftərdə, atasının qızıl-zinət əşyalarını Allahverdi və İlkindən qəbul etdiyi günlərin tarixləri, onlara verdiyi pulun məbləğləri, atasının girov kimi qəbul etdiyi qızıl-zinət əşyalarının qablaşdırıldığı sellofanların üzərindəki sıralama nömrələri, İlkinin geri qaytardığı pulların tarixləri, məbləğləri və geri götürdüyü girovun qablaşdırıldığı sellofanların üzərindəki sıralama nömrələri öz əksini tapmışdır. Dəftərdən göründüyü kimi xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək İlkin və Allahverdi atasına 82 dəfəyə, 118 büküm sellofanda əvvəllər qızıl, sonralar isə bijuteriya girov qoyaraq atasından cəmi 409 607 manat 50 qəpik pul götürmüşlər. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İlkinlə Allahverdi atasına 19 dəfə qızıl-zinət əşyaları girov qoyaraq 65 350 manat pul götürmüşlər. Sonuncu dəfə Allahverdi xx.xx.2022-ci il tarixdə atasına qızıl-zinət əşyalarını girov kimi qoyaraq pul götürmüşdür. Həmin tarixdən sonra atası Allahverdini görməmiş, son 2 dəfədə, yəni 03 və 07 dekabr 2022-ci il tarixlərdə qızıl-zinət əşyalarını İlkin atasına təkcə gətirərək pulu da təkcə götürmüşdür. İlkin bu hərəkətləri ilə atasının etibarını qazanmış və cinayəti xx.xx.2022-ci il tarixdən başlayaraq İlkin tək törətmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdən başlayaraq atası İlkinin girov qoyduğu qızıl-zinət əşyalarını zərgərdə yoxlatmamış, İlkin atasının İlkinə olan etibarından sui-istifadə edərək xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək atasına yalnız bijuteriya girov qoymaqla cəmi 344 257 manat 50 qəpik pulunu ələ keçirmişdir. Bundan başqa, 2024-cü ilin iyul ayında İlkin, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək atasından 8 dəfəyə götürdükləri 33800 manata görə girov qoyduqları qızılı bijuteriyaya dəyişərək atasının 33800 manatını da ələ keçirmişdir. Bununla da İlkin bijuteriyanı girov qoymaqla atasının cəmi 344 257 manat 50 qəpiyini və əvvəllər girov qoyduğu qızılı bijuteriyaya dəyişməklə cəmi 33 800 manatını, ümumilikdə cəmi 378 057 manat 50 qəpiyini ələ keçirmişdir. İlkin atasına bijuteriya girov qoymaqla pullarını ələ keçirdiyindən artıq İlkinin əlində ehtiyyat pulu da yaranmışdır, odur ki, İlkin atasının öz pulunu atasının özünə qaytarmaqla alverlərinin ilkin mərhələsində atasına girov qoyduğu qızılları girovluqdan çıxarmağa başlamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdən başlayaraq İlkin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək atasından 11 dəfəyə götürdükləri 31 550 manatı geri qaytararaq girov qoyduqları qızılları geri götürmüşdür. Bununla da atasında İlkinin və ya Allahverdinin girov qızılları qalmamışdır. Atası pullarının hamısını İlkinə öz ofisində, yəni Səbail rayonu, H.Seyidbəyli küçəsi 30/1 ünvanda vermiş, yalnız sonuncu dəfə İlkinə pulu xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanda yerləşən X12 ətrafında, Şəhər Yolu şosesində vermişdir. Belə ki, həmin tarixdə Xəzər rayonu, Bilgəh qəsəbəsində yerləşən qohumlarının bağ evinə gedərkən İlkin atası Əşrəfə zəng vuraraq bildirmişdir ki, təcili olaraq 15 000 manat pul lazımdır, vətəndaşdan girov da götürmüş, vətəndaş pulu təcili istəyir. İlkin demişdir ki, daimi müştərisidir, müştərisini itirmək və boş qaytarmaq istəmir. Atası bildirmişdir ki, ofisə qayıda bilməz, həftənin altıncı günü olduğundan qudasının Bilgəh qəsəbəsində yerləşən bağına gedir. Atası İlkinin xahişini nəzərə alaraq üzərində olan cəmi 8 750 ABŞ dollarını, milli pul vahidi ilə 14 875 manatını Sabunçu rayonu, Sabunçu qəsəbəsində, Zabrat qəsəbəsi istiqamətində Şəhər Yolu şosesində, X14 dönən yoldakı tində İlkinə vermişdir. xx.xx.2024-cü il tarixdə İlkin istifadəsində cian ***-***-**-** nömrəsindəki MİO mobil tətbiqindən atasının “Kapital Bank”a aid 5239 15**5553 nömrəli kart hesabına 500 manat köçürmüş, halbuki, daha çox ödəməli olmuşdur. Bu barədə özündən soruşarkən atasına bildirmişdir ki, xx.xx.2024-cü ıl tarixdə daha çox ödəyəcək. Lakin xx.xx.2024-cü il tarixdə İlkin aylıq faizini ödəmədiyi və telefonunu söndürdüyü üçün atası ilkinin mühasibinə zəng vuraraq İlkin barəsində soruşmuşdur. Mühasib demişdir ki, 2024-cü ilin may-iyun aylarından sonra İlkini görməmiş, yalnız Allahverdi ilə əlaqə saxlamış, hətta vergiyə də Lombardın fəaliyyətsiz olması barədə boş hesabat göndərmişdir. Lombard fəaliyyət göstərmədiyi halda İlkinin onun atası Əşrəfə gətirdiyi qızılları haradan əldə etməsi atasını düşündürmüşdür. Atası ofisindən qızılları götürərək vizual yoxlanılması üçün 2 zərgərə aparmış, qızıl-zinət əşyalarının yerləşdiyi sellofanları açmağa icazə verməmiş, zərgərlər xüsusi avadanlıqla yoxlayıb bildirmişlər ki, İlkinin girov adı ilə atasına verdiyi əşyaların heç biri qızıl deyil, sadəcə 2-3 manatlıq bijuteriyalardır. Lakin daha bahalı, yəni 2-3 manatlığı deyil, 20-30 manatlığı olduğundan qızıldan seçilmir. Atası İlkinə çox aqresiv olmuş, bir anda ömrü boyu topladığı bütün sərvətini itirdiyindən infarkt və ya insult keçirə biləcəyindən ehtiyatlanaraq qardaşı Orxanla birlikdə atasının yanından əl çəkməmişlər. xx.xx.2024-cü il tarixdə atası İlkinin valideyinləri ilə məsləhətləşməsi üçün İlkinin yaşadığı Sabunçu rayonu, Sabunçu qəsəbəsi ərazisində yerləşən evinə getmişdir. O, qardaşı Orxanla birgə atasının yanında olmuşlar, İlkinin evində olarkən atası Əşrəf, İlkinin valideyinlərinə hadisə barəsində danışmış, İlkinin atası İlkinin evdə olmadığını, ümumiyyətlə bir neçə gündür İlkinin evə gəlmədiyini, mobil telefonlarına zəng çatmadığı üçün İlkinlə əlaqə yarada bilmədiklərini və məsələdən xəbərdar olmadıqlarını demişlər. Lakin atası Əşrəf İlkinin atası Fazillə bir qədər söhbət etdikdən sonra İlkin evə gəlmiş, İlkinin atası səs-küy olmaması üçün evə keçmələrini bildirmişdir. O, atası və qardaşı Orxanla bir yerdə İlkinin yaşadığı evə daxil olmuşlar, atası İlkinə demişdir ki, 400 000 manata yaxın pulu haradadır, nə üçün aldadaraq girov kimi qızıl yerinə bijuteriya vermişdir? İlkin başını aşağı salaraq atasına heçnə deməmiş, atası İlkindən 400 000 manatını geri qaytarmasını tələb etmişdir. İlkin atasına qızıl yerinə bijuteriya verdiyini, həmçinin atasından aldığı 400 000 manata yaxın pulu telefonundakı “1xBet” proqramında oynadığı mərc oyunlarında uduzduğunu bildirmiş, atasının pulunun hamısını qaytaracağına söz vermişdir. Atası İlkindən dediklərini yazılı olaraq vərəqdə yazmasını istəmişdir ki, əlində sübutu olsun. İlkin atası ilə razılaşaraq öz xətti ilə, atası Fazilin və qardaşı Allahverdinin iştirakı ilə izahat formasında yazmışdır ki, “Mən Təqsirləndirilən şəxs təxminən 3 il bundan qabaq dayımoğlu X7 vasitəsi ilə biznes qurmaq üçün tanış olduğum Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda Lombard biznesində istifadə üçün müxtəlif vaxtlarda dörd yüz min (400.000) manat məbləğində vəsaiti saxta qızıllar verərək əldə etmişəm. xx.xx.2024, imza Təqsirləndirilən şəxs. Atası İlkinin yazısını özünə götürmüşdür. Atası pulunun qaytarılması ilə bağlı İlkinlə və İlkinin atası Fazil Aslanovla xeyli söhbətlər apardıqdan sonra İlkinin atası Fazil Aslanov bildirmişdir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində digər oğlu Allahverdinin adına mənzilləri var, həmin mənzili İlkinin ələ keçirdiyi pulun bir hissəsinin əvəzinə hesablayaraq atasına verə bilər. İlkinin ələ keçirdiyi pulunu bərpa etməsi üçün atası Əşrəf, İlkinin atası Fazil Aslanovun mənzil təklifini qəbul etmişdir. İlkinin yaşadığı evdən İlkin, İlkinin atası Fazil Aslanov, atası Zərərçəkmiş şəxs və qardaşı Orxanla birgə Sabunçu rayonu, ünvan 7 ünvana getmişlər. Atası mənzilə baxaraq bəyənmiş, mənzil 2 otaqlı olmaqla 10-cu mərtəbədə yerləşirmiş. Atası mənzilin qiymətini 100 000 manata təklif etmiş, Fazil isə atasından mənzili 125 000 manat əvəzinə qəbul etməsini istəmişdir. Mənzilin hansı qaydada sənədləşdirilməsini müzakirə edərkən Allahverdi bildirmişdir ki, mənzil "xxxx" BOKT ASC-də girovdadır və 15 815 manat borcu qalmış, gecikməyə görə də 3 700 manat dəbbə pulu toplanmışdır. İlkinin atası Fazil demişdir ki, mənzilin 15 815 manat kredit borcunu və 3 700 manat dəbbə pulunu atası ödəsin, bundan sonra mənzili 100 000 manat əvəzinə atasına verərlər və İlkin atasına qalan 278 057 manat 50 qəpik borcunu hissə-hissə olmaqla hər ay 1000, 2000 və ya 2500 manat qaytarar. Atası razılaşmaq istəmədikdə Fazil bildirmişdir ki, dəbbə pulundan 1700 manatını özü ödəyəcək, Atası çıxış yolunun olmadığını görüb Fazillə razılaşdıqdan sonra həmin tarixdə iş günü olmadığından və bu səbəbdən notariat ofisləri işləmədiyi üçün atası razılaşmalarını videoçəkilişlə qeydə almasını təklif etmişdir. İlkin, Allahverdi və Fazil atası ilə razılaşdıqdan sonra həmin mənzildəki söhbətlərini Orxan telefonuna çəkmişdir. Bundan sonra birlikdə evdən çıxarkən razılaşmışlar ki, həftənin ilk iş günündə, yəni xx.xx.2024-cü il tarixdə görüşərək alqı-satqı müqaviləsi bağlamaları üçün notariat ofisinə getsinlər. Hətta Fazil atasının kart hesabına söz verdiyi 1700 manatı da köçürmüşdür. Lakin həftənin birinci günündən yəni, xx.xx.2024-cü il tarixdən başlayaraq İlkin müxtəlif bəhanələr gətirməklə atası ilə görüşməkdən yayınmışdır. Belə ki, sonradan İlkin atasına danışmışdır ki, vəziyyətdən çıxış yolu kimi Pro Bono vəkil bürosunun hansısa vəkili ilə hadisə barəsində 20 manat ödəməklə məsləhətləşərkən vəkil İlkinə öyrətmişdir ki, atası şikayət etmədən İlkin özü atasını qabaqlayaraq bütün ali hakimiyyət orqanlarına şikayət etsin ki, guya qardaşı Orxan İlkinə borc kimi 300 000 manat pul vermiş, İlkin Orxanın borcunu qaytardıqdan sonra Orxan İlkinə pulu faizlə ödəməsini deyərək əlavə pul istəmiş, ödəmədiyinə görə Orxan atası Əşrəflə və qardaşı Aqillə birgə İlkinin evinə basqın edərək İlkini ölümlə hədələmişlər. Vəkil izah etmişdir ki, bu məzmunda ərizə yazacağı təqdirdə Orxan vəzifəsini itirməsin deyə atası pulundan imtina edərək İlkindən şikayət etməyəcək. İlkin həmin vəkilin sözü ilə həmin məzmunda bütün ali hakimiyyət orqanlarına Orxan barəsində yalan müraciətlər etmiş və bu səbəbdən həmin müraciətinin nəticəsini gözləyərək atasından yayınmışdır. Lakin İlkinin müraciəti Sabunçu RPİ 12-ci PŞ-də araşdırılmağa xx.xx.2024-cü il tarixdən başlanıldığından İlkin müraciətinə baxılmayacağını zənn edərək atası ilə yalnız xx.xx.2024-cü il tarixdə görüşmüşdür. Fazil, Allahverdi və İlkinin Niyaz adlı dayısı ilə birlikdə atası "xxxx" BOKT ASC-yə getmiş, müəyyən etmişlər ki, evin kredit borcu 15 918 manatdır və gecikmələrinə görə 3 700 manat dəbbə pulu toplanmışdır. Atası ASC-nin rəhbərliyi ilə danışdıqdan sonra Allahverdiyə 1 000 manat güzəşt etmişlər və dəbbə pulunu 2 700 manata endirmişlər. Fazilin, atası Əşrəfin kartına köçürtdüyü 1 700 manatın üstünə 1 000 manat da qoyaraq atası 2 700 manat dəbbə pulunu və 15 918 manat kredit borcunu ödəyib mənzili girovdan çıxarmışdır. "xxxx" BOKT ASC-dən çıxdıqdan sonra Binəqədi rayonu, Ə.ünvan 8 ünvanda yerləşən ünvan 9 atasına etibarnamə vermişdir. Bu etibarnamə ilə Allahverdinin adına olan mənzilin üzərindəki bütün hüquqlar atasına keçmişdir. İlkin də həmin mənzildə qeydiyyatda olduğundan İlkin də vəkilin vasitəsi ilə atasına etibarnamə vermişdir ki, mənzilin satılmasına etiraz etmir və 1 həftə ərzində qeydiyyatdan çıxması üçün öhdəlik götürür. Vəkil təkid etmişdir ki, atası ərizə verərək İlkin və Allahverdiyə qarşı heç bir iddiasının və tələbinin olmadığını bildirsin. Atası əvvəlcə ərizə vermək istəməmiş, lakin görmüşdür ki, ərizə verməsə vəkil mənzili atasının adına sənədləşməsinə mane olacaq. Atası İlkinə və Allahverdiyə qarşı iddiası və tələbinin olmaması barədə ərizə vermiş, düşünmüşdür ki, sonradan ərizəsindən imtina edər. Belə də etmiş, xx.xx.2024-cü il tarixdə notariat ofisinə gedərək ərizəsindən imtina etmişdir. xx.xx.2024-cü il tarixdə Allahverdi, atası Əşrəfə verdiyi etibarnamə əsasında atası mənzili onunla alqı-satqı etmiş, daha sonra xx.xx.2024-cü il tarixdə həmin mənzili 125 000 manata digər şəxsə satmışdır. Lakin sonralar İlkin heç bir vəsait ödəmədiyinə görə atası İlkin və qardaşı Aliahverdidən şikayət etmişdir. Daha sonra suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evində olarkən sonuncunun evindən heçnə götürməmişlər və ya İlkini vurmamışlar, İlkin bu kimi məlumatları yalan deyir, atası Əşrəf İlkindən halal pulunu tələb etdiyi halda İlkin qərəzli şikayət edir, bu tip insana toxunsaydı ilk gündən ekspertizadan keçib cinayət işi başladardı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Videogörüntülər olan DVD diskə baxış keçirilməsi və həmin diskdəki görüntüləri mətn formasında vərəq üzərinə köçürülməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman görünür ki, Zərərçəkmiş şəxs içərisi boş olan, yenicə təmirdən çıxmaqla heç kimin yaşamadığı təəsüratı yaradan mənzildə Təqsirləndirilən şəxs, Fazil və Allahverdi Aslanovlarla birgə ayaq üstə dayanarkən Təqsirləndirilən şəxs, həmçinin Allahverdi və Fazil Aslanovları, daha sonra özünü təqdim edərək sonunculara çəkiliş aparılmasını elan edir və çəkilişdən narazılıqlarının olub- olmamalarını, zorla aparıb- aparmadığını soruşur. Sonuncular etirazlarının olmadıqlarını bildirirlər. Bundan sonra Zərərçəkmiş şəxs üzünü Təqsirləndirilən şəxs tutaraq ‘‘sən məndən pul almısan” sözlərini işlədir və pulu necə almasını soruşur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirir ki, o, Zərərçəkmiş şəxs girov kimi bijuteriya qoyaraq ondan 400 000 manat pul almışdır. Zərərçəkmiş şəxs həmin 400 000 manatı nə vaxt və hansı formada qaytarmaq istədiyini soruşur. Təqsirləndirilən şəxs deyir ki, hər ay 2 500 manat ödəyə bilər. Təqsirləndirilən şəxs dediklərini qardaşı Allahverdi və atası Fazil Aslanovlar da təsdiqləyirlər. X19 müdaxilə edərək deyir ki, hər ay aşağısı 1 000, 1 500 manat qaytara bilərlər. Zərərçəkmiş şəxs dəqiqləşdirmək üçün Təqsirləndirilən şəxs, həmçinin Fazil və Allahverdi Aslanovlardan soruşur ‘‘İlkinin dələduzluq yolu ilə ələ keçirdiyi 400 000 manat pulun bir qisminin əvəzinə hazırda olduqları mənzili ona verir, qalan ələ keçirdiyi pulu isə hər ay ödəməyi üzərinə götürür?” Sonuncular Zərərçəkmiş şəxs dediklərini təsdiqləyirlər və İlkinin borcunu qaytaracaqlarını deyirlər. Zərərçəkmiş şəxs, söhbət apardıqları mənzilin alqı-satqısını nə vaxt edəcəklərini soruşur, Allahverdi Aslanov deyir ki, sabah alqı-satqını edə bilərlər. Zərərçəkmiş şəxs növbəti günün bazar günü olmasını əsas gətirərək alqı-satqını həftənin 1-ci gününə təyin etmələrini təklif edir. Lakin çəkiliş aparan Zərərçəkmiş şəxs övladı Şahid bildirir ki. növbəti gün bazar günü olsa da, işləyən notariat ofisi tapar, alqı-satqı üçün Allahverdi Aslanov baş etibarnamə verməli və “ASAN” xidmətindən forma 2 alınmalıdır. Allahverdi Aslanov bazar günləri bankların işləmədiyini deyir, Şahid bildirir ki, pul bankın deyil, notariat ofisinin hesabına köçürülür. Allahverdi Aslanov bildirir ki, mənzil girovdadır, bank işləmədiyindən götürdükləri kreditləri bağlaya bilmirlər, Zərərçəkmiş şəxs Allahverdi Aslanova təklif edir ki, o, etibarnamə versin, özü mənzilin bankda girovda olub-olmamasını öyrənəcək. Fazil Aslanov mənzilin girovda olmadığım bildirir, Allahverdi Aslanov təkrarlayır ki, mənzil girovdadır, mənzili girov qoyaraq kreditlə bankdan pul götürüb. Bundan sonra çəkiliş sona çatır (cild 01, i/v 46-48). “01 vərəqdən ibarət izahat məzmununda yazılmış vərəqə baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd vərəqdən görünür ki, “ünvan 10 ünvanda yaşayan Təqsirləndirilən şəxs tərəfindən izahat. Mən Təqsirləndirilən şəxs təxminən 3 il bundan qabaq dayımoğlu X8 vasitəsi ilə biznes qurmaq üçün tanış olduğum Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda Lombard biznesində istifadə üçün müxtəlif vaxtlarda dörd yüz min (400.000) manat məbləğində vəsaiti saxta qızıllar verərək əldə etmişəm. xx.xx.2024 imza Təqsirləndirilən şəxs” məzmunlu yazı yazılmışdır (cild 01, i/v 49-50). “12 vərəqdən ibarət dəftərə baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, sarı-qırmızı rəngli dəftərin üzərində “Lombard Zərərçəkmiş şəxs” sözləri, birinci səhifəsinin başlanğıcında “Lombard - Allahverdi, İlkin”, daha sonra “Allahverdi - ***-***-**-**, İlkin - ***-***-**-**” kimi qeydlər aparılmışdır. Daha sonra dəftərdə: 1) xx.xx.2022 - 2000 AZN (97), 2) xx.xx.2022 - 3000 AZN (114), 3) xx.xx.2022-1400 AZN (96), 4) xx.xx.2022 - 5500 AZN (39), 5) xx.xx.2022 - 1000 AZN (34), 6) xx.xx.2022 - 8000 AZN (43), 7) 25 102022 - 2000 AZN (05), 8) xx.xx.2022 - 7000 AZN (153), 9) xx.xx.2022 - 2300 AZN (14), 10) xx.xx.2022 - 2000 AZN (152, 154), 11) xx.xx.2022 -1700 AZN (92), 12) 07.11.22 - 2300 AZN (156), 13) 09.11.22 - 4300 AZN (157), 14) 11.11.22 - 3000 AZN (160), 15) 17.11.22 - 7000 AZN (162), 15) 21.11.22 - 3200 AZN (164), 17) 29.11.22 - 4000 AZN (165), 18) 03.12.22 – 2700 AZN (85), 19) 07.12.22 – 2950 AZN (129), 20) 10.12.22 - 2300 AZN (166), 21) 22.12.22 -4300 AZN (168), 22) 24.12.22 - 4000 AZN (169) 23) 29.12.22 - 3 000 AZN (170), 1) 10.01.23 -5000 AZN (172), 2) 20.01.23 - 4000 AZN (173), 3) 29.01.23 - 3200 AZN (A3-174), 4) 02.02.23 - 3000 AZN (175), (AC-43 02.02.23 - 8000 AZN çıxdı), 5) 10.02.23 - 3600 AZN (176), 6) 18.02.23 - 4350 AZN (177, 178), 7) 26.02.23 - 3000 AZN (179),8) 07.03.23 - 5000 AZN (180, 181), 9) 18.03.23 - 3400 AZN (182, 183), 10) 29.03.23 - 2800 AZN (184), (01.04.23 AC-34 -850 AZN çıxdı), 11) 01.04.23 - 3400 AZN (102), 12) 08.04.23 - 2500 AZN (185), 13) 17.04.23 - 5000 AZN (186-187), 14) 22.04.23 - 3500 AZN (188), (01.05.23 - AC-14 - 2250 çıxdı), 15) 30.04.23 - 3500 AZN (189), 16) 17.05.23 - 5900 AZN (190-191), 17) 20.05.23 - 3500 AZN (193), 18) 27.05.23 - 4000 AZN (194, 195), 19) 31.05.23 - 2300 AZN (196), 20) 08.06.23 - 5000 AZN (199), 21) 12.06.23 - 3500 AZN (200, 201), (xx.xx.2023 - AC-85 -2700 AZN - çıxdı), 22) 22.06.23 - 5000 AZN (202, 203), (24.06.23 - AC-129 -2900-çıxdı), (26.06.23 - AC-05 2000 - çıxdı), 23) 26.06.23 - 4500 AZN - (204,205), 24) 24.07.23 – 6000 AZN (206, 207), 25) 03.08.23 - 6000 AZN (208,209), 26) 18.08.23 - 5000 AZN (210,211), (18.09.23 - AC-97 -1950 - çıxdı) 5700 AZN - (212, 213, 214), 4000 AZN - (215) 3000 ABŞ dolları - (216), (AC-39 - 5000 AZN çıxdı) 3700 ABŞ dolları - (217, 218, 219) 3000 ABŞ dolları -(220), 3410 ABŞ dolları - (221, 222), 4120 ABŞ dolları -(223,224,225), 3000 ABŞ dolları -(226,227), 3000 ABŞ dolları -(228,229), 3235 ABŞ dolları - (230, 231, 232), 3 250 ABŞ dolları-5500 AZN (246, 247) 3530 ABŞ dolİarı-6000 AZN (248, 249) 3825 ABŞ dolları-6500 AZN(250,251,252) 2024, 40) xx.xx.2024, 41) xx.xx.2024, 42) xx.xx.2024 =27901 ABŞ dolları, 43) xx.xx.2024, 44) xx.xx.2024, 45) xx.xx.2024, 46) xx.xx.2024 47)xx.xx.2024 (30.03.20**-AC- ***, 154) 48) xx.xx.2024 =56844 ABŞ dolları 49) xx.xx.2024 50) xx.xx.2024 51) xx.xx.2024 52) xx.xx.2024 70676 ABŞ dolları 4706 ABŞ dolları- 8000 AZN (278,279), (AC- 92-1650 AZN çıxdı), 5000 ABŞ dolları-8500 AZN (280, 281, 282) 3530 ABŞ dolları - 6000 AZN (283,284), 4412 ABŞ dolları - 7500 AZN (285,286), 2177 ABŞ dolları - 3700 AZN (288) 7000 ABŞ dolları- 11900 AZN (288), 8750 ABŞ dolları - 14875 AZN (289) =126481 ABŞ dolları=215000 AZN kimi qeydiyyatlar aparılmışdır. Mörtərzədə qeyd olunan rəqəmlər, girov qoyulan əşyaların qablaşdırıldığı sellofanların üzərilərində yazılmış rəqəmlərdir. Dəftərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 194400 manat, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 126479 ABŞ dolları, həmin dövürlərin məzənnəsinə görə 215007 manat 50 qəpik, cəmi 409607 manat 50 qəpik pul vermişdir. Qeydlərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xx.xx.2023- cü il tarixdə 8000 manat ödəyərək xx.xx.2022-ci il tarixdə girov qoyduğu; xx.xx.2023- cü il tarixdə 850 manat ödəyərək xx.xx.2022-ci il tarixdə girov qoyduğu; xx.xx.2024-cü il tarixdə 1650 manat ödəyərək xx.xx.2022-ci ıl tarixdə girov qoyduğu qızıl- zinət əşyalarını geri götürmüşdür. Yəni, Təqsirləndirilən şəxs 31 550 manat müqabilində girov qoyduğu qızılzinət əşyalarını ödəniş etməklə geri götürmüşdür. Bununla da müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs girov qoyduğu bijuteriyaların müqabilində Zərərçəkmiş şəxs cəmi 378 057 manat 50 qəpik pul götürmüşdür (cild 01, i/v 51-58). “Bijuteriyalara baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, 01 ədəd böyük həcmli sellofanın içərisində, 118 ədəd ayrı-ayrı şəffaf sellofanlara yığılmış qızıl-zinət əşyalarına bənzər əşyalar var, həmin şəffaf sellofanların hər birinin üzərlərinə steplerlə ad və soyadları, həmçinin AC-lə başlayan sıra nömrələri yazılm kağız parçası bərkidilmişdir. Həmin şəffaf sellofanların içərisində: -üzərində “Umarov Rafiq” yazılmış, AC-114 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Kazımova Şəbnəm” yazılmış, AC-153 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Aslanlı Amal” yazılmış, AC-156 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Rəhimov Kamal” yazılmış, AC-157 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qurbanov Samir” yazılmış, AC-160 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “İbrahimov Kamran” yazılmış, AC-162 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “İsmayılzadə Rüfət” yazılmış, AC-164 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Rəhimli Ülvi” yazılmış, AC-165 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Misiyaflı Zahir” yazılmış, AC-166 nömrəsi ilə nömrələnmiş əşyalar; üzərində “Pələngov Roman” yazılmış, AC-168 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Hüseynov Pərviz” yazılmış, AC-169 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Fətəliyev Vahab” yazılmış, AC-170 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Abuşov Vüqar” yazılmış, AC-172 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Xəlilov Yusif yazılmış, AC- 173 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Məmmədov Taleh” yazılmış AC-174 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Musayev Davud” yazılmış, AC-175 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Alıyev Vüsal” yazılmış, AC-176 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində "Kazımov Xəyal” yazılmış, AC-177 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Hüseynov Elnur” yazılmış, AC-178 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Hüseynov Tural” yazılmış, AC-179 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Vəlizadə Məcid” yazılmış, AC-180 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əsədzadə Samir” yazılmış, AC-181 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Kazımova Sona” yazılmış, AC-182 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Musayeva Gülüş" yazılmış, AC-183 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əliyev Elvin” yazılmış, AC-184 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əliyev Vaqif’ yazılmış, AC-102 nömrəsi ilə nömrələnmiş əşyalar;üzərində “Hüseynov Elnur” yazılmış, AC-185 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əliyev Samir” yazılmış, AC-186 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində "İslamov Ravil” yazılmış, AC-187 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əliyeva Sənəm” yazılmış, AC-188 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Kərimov Əli” yazılmış, AC- 189 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Kəlbiyev Etibar” yazılmış, AC-190 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əzizova Əzizə” yazılmış, AC-191 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Həsənov Elçin” yazılmış, AC-193 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Camalova Anarə” yazılmış, AC-194 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Vəlizadə Məcid” yazılmış, AC-195 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “İsayeva Günel” yazılmış, AC-196 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əliyev Vüqar” yazılmış, AC-199 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qarayev Vaqif” yazılmış, AC-200 nömrəsi ilə nömrələnmiş əşyalar; üzərində “Əliyeva Gülgəz” yazılmış, AC-201 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Atamov Camal” yazılmış, AC-202 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Zamanov Ziya” yazılmış, AC-203 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Həşimov Sadiq” yazılmış, AC-204 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qarayev Qara” yazılmış, AC-205 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Həsənov Pərvin” yazılmış, AC-206 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əsədova Gülər” yazılmış, AC-207 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əliyev Elmir” yazılmış, AC-208 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Mollayeva Kəmalə” yazılmış, AC-209 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Ələsgərov Famil" yazılmış, AC-210 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əliyev Nurlan“ yazılmış, AC-211 nömrəsi ilə nömrələnmiş əşyalar, -üzərində “Həsənova Lalə” yazılmış, AC-212 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində ‘Cəbiyev İlqar“ yazılmış, AC-213 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əsədov Seymur" yazılmış, AC-214 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində ‘Səmədov Heydər“ yazılmış, AC-215 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Seyıdov Həsən" yazılmış, AC-216 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Atayev Eşqin" yazılmış, AC-217 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Seyidova Aytən" yazılmış, AC-218 nömrəsi ilə nömrələnmiş əşyalar; üzərində “Məmmədov Sərxan" yazılmış, AC-219 nömrəsi ilə nömrələnmiş əşyalar; üzərində “Əsədov Eltac” yazılmış, AC-220 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Yoiçuyeva Elza” yazılmış, AC-221 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qasımov Ayaz” yazılmış, AC-222 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Yolcuyeva Elza” yazılmış, AC-223 nömrəsi ilə nömrələnmiş əşyaiar; -üzərində “Alıyeva Vüsalə” yazılmış, AC-224 nömrəsi ilə nömrələnmiş əşyaiar; -üzərində “Səlimov Hafiz” yazılmış, AC-225 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qasımov Rinat” yazılmış, AC-226 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Nuriyevə Gülər” yazılmış, AC-227 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Tağıyeva Lalə” yazılmış, AC-228 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Nəsirov Kamal” yazılmış, AC-229 nömrəsi ilə nömrələnmiş əşyalar; üzərində “Seyidova Samirə” yazılmış, AC-230 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Həmidov Teyfur” yazılmış, AC-231 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Tağıyev Ruhid” yazılmış, AC-232 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Nəzərov Pərviz” yazılmış, AC-246 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Səlimov Səlim” yazılmış, AC-247 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qasımova Rübabə” AC-248 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində "Əzizov Fikrət” yazılmış, AC-249 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Atamov Zaur" yazılmış, AC-250 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Nəzərov Elman" yazılmış, AC-251 nömrəsi ilə nömrələnmiş əşyalar; üzərində “Qasımova Firuzə” yazılmış, AC-252 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Babayev Vüqar” yazılmış, AC-252 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində "Qaibov Qalib” yazılmış, AC-253 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qarayev Yaşar” yazılmış, AC-254 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Həsənov Seyid” yazılmış, AC-255 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Rəhimov Ceyhun” yazılmış, AC-256 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Abuşov Vüqar” yazılmış, AC-257 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qasımova Turac” yazılmış, AC-258 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Babazadə Elşən” yazılmış, AC-259 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində "Həşimova Zeynəb" yazılmış, AC-260 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qədirova Gülnar” yazılmış, AC-261 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Alıyev Vüsal” yazılmış, AC-262 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Namazov Elçin” yazılmış, AC-263 nömrəsi ilə nömrələnmiş əşyalar; üzərində “Həşimova Aytən” yazılmış, AC-264 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Səlimova Maya” yazılmış, AC-265 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qasımova Hüsniyə” yazılmış, AC-266 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Səlimova Lamiyyə” yazılmış, AC-267 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Vəiizadə Mehman” yazılmış, AC-268 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Rəhimova İlahə” yazılmış, AC-269 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Məlikova Reyhan” yazılmış, AC-270 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Həmidova Arzu” yazılmış, AC-271 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Seyidova Aytəkin” yazılmış, AC-272 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Kərimov Yaşar” yazılmış, AC-273 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində 'Məlikova Ləman" yazılmış, AC-274 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Nəzərova Xatun" yazılmış, AC-275 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Hüseynov Seyid" yazılmış, AC-276 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Quliyeva Zeynəb" yazılmış, AC-277 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Nuriyeva Validə" yazılmış, AC-278 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əliyeva Nanə” yazılmış, AC-279 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Əsədov Elvin“ yazılmış, AC-278 nömrəsi ilə nömrələnmiş əşyalar; üzərində “Sədiyeva Səidə” yazılmış, AC-279 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Nəsirov Elcan” yazılmış, AC-280 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qarayevə Səidə” yazılmış, AC-281 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Talıbova Günel” yazılmış, AC-282 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Səlimova Aytac" yazılmış, AC-283 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Atayev Faiq” yazılmış, AC-284 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Bəbirov Rahib yazılmış, AC-285 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Qasımova Zenfira” yazılmış, AC- 286 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Şahbazova Seyranə” yazılmış, AC-288 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Talıbova Günel” yazılmış, AC-288 nömrəsi ilə nömrələnmiş əşyalar; -üzərində “Kazımova Sənəm” yazılmış, AC-289 nömrəsi ilə nömrələnmiş əşyalar vardır (cild 01, i/v 59-64). “01 vərəqdən ibarət İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsinin adından tərtib edilmiş arayışa baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında **********6 nömrəli arayışdır, arayışda göstərilmişdir ki, X6, Lombard kimi ********** nömrəli VÖEN kodla, xx.xx.2021-ci il tarixdən Sabunçu rayonu, ünvan 11 ünvanda təsərrüfat subyekti (obyekti) kimi İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X15 üzrə Baş İdarəsi tərəfindən uçota alınmışdır (cild 01, i/v 65- 66). “Videogörüntülər olan DVD diskə baxış keçirilməsi və həmin diskdəki görüntüləri mətn formasında vərəq üzərinə köçürülməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman görünür ki, Zərərçəkmiş şəxs park ərazisində Təqsirləndirilən şəxs ilə apardıqları söhbətlərini sonuncunun razılığı ilə telefonuna çəkərkən Təqsirləndirilən şəxs bildirir ki, hadisə ilə bağlı onun diqtəsi əsasında vəkili ərizə yazarkən vəkilə Orxan Əliyevin DTX-da işləməsini bildirmiş, vəkili ona demişdir ki, işinin yüngülləşməsı üçün Zərərçəkmiş şəxs deyil Orxan Əliyevdən şikayət etməsi lazımdır, belə olan təqdirdə Orxan Əliyevin atası Zərərçəkmiş şəxs oğluna xatir yumşalacaq, barışığa gələcək və işi yüngülləşəcək. Etiraz etmədikdə vəkili onun adından həmin qaydada şikayət ərizəsi yazmışdır. Bundan sonra çəkiliş sona çatır (cild 01, i/v 67- 68). “01 vərəqdən ibarət ərizəyə baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə ünvanladığı ərizəsinə baxış keçirilərkən müəyyən edilmişdir ki, ərizədə “2024-cü ilin avqust ayında Sizə ünvanladığım şikayət ərizəmi əsəbi halda və vəkilin təkidi ilə yazmışam. Şikayəti yazarkən orada qeyd etdiyim məqamları vəkil mənə yazmağa söylədi ki, Əliyev Orxanın atası ilə aramızdakı borc məsələsində atası bizə qarşı yumşalsın və güzəştə getsin. Orxanla yalnız bir dəfə bizim evdə olanda görmüşəm və onun mənə qarşı hər hansı təhdid və fiziki zorakılığı olmamış, yalnız iştirakçı kimi orada olmuşdur. Zərərçəkmiş şəxs ilə aramızdakı borc məsələsi xx.xx.2024-cü ildə həll olunmuş və notarial qaydada barışıq olmuşdur. X9 qarşı hər hansı şikayət və tələbim yoxdur. İmza: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il” məzmunlu yazı yazılmışdır (cild 01, i/v 67-68). “İstintaqa təqdim olunan qəbzlərə baxış keçirilməsi haqqında” 24 oktyabr 2024-cü il tarixli protokola əlavə edilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsindəki “M10" tətbiqi vasitəsi ilə, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Zərərçəkmiş şəxs istifadəsində olan 4169 7388 **** 2897 nömrəli kart hesabına 71 dəfə cəmi 51 966 manat faiz pulu köçürülmüşdür (cild 01, i/v 71- 142). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə-zərgərlik məmulatlarının kriminalistik tədqiqi və məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/591-9/1083 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş məmulatların ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (qaşlarının təbiəti, damğası, adları və sairə) qiymətsiz əlvan metal və qiymətsiz əlvan metal dəmirdir, qaşların növü və keyfiyyəti qiymətsizdir. Daha ətraflı rəyə əlavə edilmiş cədvəl 1-də göstərilmişdir. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticəsinə görə, ekspertiza tədqiqatına təqdim edilən məmulatların əyarı, modeli və digər göstəriciləri nəzərə alınmaqla 2022-ci ilin sentyabr-dekabr aylarına, 2023-cü il tarixə və 2024-cü ilin yanvar- avqust aylarına olan tarixlərə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 5158 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128,0 manat təşkil edir (cild 01, i/v 156-164). “Təqsirləndirilən şəxsin axtarışının elan edilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həmin tarixdən cinayət işinin icraatı dayandırılmışdır (cild 01, i/v 172). Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci X11 RPİ-nə daxil olmuş məktubdan görünür ki, Sabunçu RPİ 12-ci PŞ-in əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs İstintaq şöbəsinə gəlməsi təmin edildiyindən həmin tarixdə cinayət işi üzrə icraat təzələnmiş, Təqsirləndirilən şəxs ona ittiham elan edilməsi üçün tutulmuşdur (cild 01, i/v 174-175). “Cinayət törətməkdə təqsirləndirilən şəxsin tutulması haqqında” 03 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuşdur (cild 01, i/v 191). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-204/2025 nömrəli, 05 may 2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından azad edilmişdir (cild 01, i/v 218-221). “Qətimkan tədbirinin seçilməsi haqqında” 05 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (cild 01, i/v 222-223). “Mobil telefona baxış keçirilməsi haqqında” 05 may 2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı telefonundakı “1 xBet” proqramında oynadığı oyunun ardıcıllığına baxış keçirərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq həmin oyuna pul yatırmaqla oyunu 02.05,2025-ci il tarixədək davam etdirmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində yatırılan pulları hesablayarkən məlum olmuşdur ki, həmin dövrdə Təqsirləndirilən şəxs mərc oyununa 245 650 manat pul yatırmış, həmin puldan yalnız 186 731 manatını geri götürə bilmişdir. Bununla da Təqsirləndirilən şəxs qeyd olunan dövrdə 58 919 manat pul uduzmuşdur. Təqsirləndirilən şəxs mərc oyununu xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək davam etdirməklə uduzulan pulunun həcmi daha artıq olmuşdur (cild 01, i/v 225- 226). Maddi sübut kimi tanınma haqqında 05 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən girov kimi qoyulmuş, içərisində bijuteriyalar olan, üzərlərinə bərkidilmiş kağız parçalarına ad və soyad, həmçinin AC-lə başlayan sıra nömrələri yazılmış 118 ədəd ayrı-ayrı şəffaf selofanlardakı bağlamaların maddi sübut kimi tanınması və saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilməsi, həmçinin 3 ədəd diskin maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i/v 227-229). “Ödənilən faizlərin hesablanması haqqında” 22 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək 82 dəfəyə Zərərçəkmiş şəxs 409 607 manat 50 qəpik pul götürmüş, 2022-ci ilin oktyabr ayından başlayaraq 2024-cü ilin iyul ayı da daxil olmaqla götürdüyü pullara görə hər ay 2,5 faizdən hesablanmaqla, həmçinin xx.xx.2024-cü il tarixdə ödədiyi sonuncu 500 manat da nəzərə alınmaqla Zərərçəkmiş şəxs faiz kimi cəmi 92 683 manat 83 qəpik pul ödəmişdir (cild 02, i/v 07-10). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 02, i/v 47-48). Təqsirləndirilən şəxs 27 avqust 2024-cü il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisində “Mən, Təqsirləndirilən şəxs bildirirəm ki, X3 məxsus olan ünvan 12 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirəm. Habelə alqı – satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəmə götürürəm” məzmunlu ərizə yazmışdır (cild 02, i/v 50). Zərərçəkmiş şəxs 27 avqust 2024-cü il tarixdə Bakı şəhəri 44 saylı notariat ofisində “Təqsirləndirilən şəxs tərəfindən mənə dəymiş ziyan tamamilə ödənilmişdir, barışmışıq. Bildirirəm ki, ona qarşı şikayət, iddiam və tələbim yoxdur” məzmunlu ərizə yazmışdır. Daha sonra Zərərçəkmiş şəxs 18 oktyabr 2024-cü il tarixdə Bakı şəhəri 44 saylı notariat ofisində yenidən ərizə yazaraq 27 avqust 2024-cü il tarixli ərizəsindən imtina etdiyini bildirmişdir (cild 02, i/v 50-51). Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsinə dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadəni özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları, ekspert rəyi və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilir, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını (əsas: doğum haqqqında şəhadətnamələr), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları, cəzasını yüngülləşdirən halları, cəzalarını ağırlaşdıran halların olmamasını, cəza təyini zamanı cəzanın fərdiləşdiriləşdirilməsini və cəza təyin edilmənin ümumi prinsiplərini, eləcə də Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlanmanın müddəti azadlıqdan məhrumetmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırılma növündə cəzanın müddətinə bir gününə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinin materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdən 05 may 2025-ci il tarixədək tutma altında saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunur. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, cəza çəkmə müddətlərinin əvvəli – 05 yanvar 2026-cı il tarixdən hesablanmaldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan içərisində bijuteriyalar olan, üzərlərinə bərkidilmiş kağız parçalarına ad və soyad, həmçinin AC-lə başlayan sıra nömrələri yazılmış 118 ədəd ayrı-ayrı şəffaf sellofanlardakı bağlamalar Təqsirləndirilən şəxs təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 128,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdən 05 may 2025-ci il tarixədək tutma altında saxlanıldığı cəmi 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının müddətinə hesablanaraq onun üzərində qəti olaraq 05 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 05 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Sabunçu RPİ-nin saxlanc yerində saxlanılan içərisində bijuteriyalar olan, üzərlərinə bərkidilmiş kağız parçalarına ad və soyad, həmçinin AC-lə başlayan sıra nömrələri yazılmış 118 ədəd ayrı-ayrı şəffaf sellofanlardakı bağlamalar Təqsirləndirilən şəxs təhvil verilməsi məqsədilə onun yaxın qohumlarına qaytarılsın. Cinayət işi üzrə maddi sübut - 03 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128,0 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hafiz Kamranov Hakimlər Babək Pənahov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar