Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1553/2021 03.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokurorları, Dövlət ittihamçısı, X2, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə məhkəmə, X3, xx xxxx 1982-ci İldə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və orada yaşamış, 19 fevral 2021-ci il tarixli Sabunçu rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs başqa mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, yəni təmiz çəkisi 68,513 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib yaşadığı ünvan 1 ünvanına daşıyıb orada saxlamış, 17 fevral 2021-ci il tarixdə saat 11:00 radələrində Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, yaşadığı ünvanın qarşısında saxlanıldıqdan sonra yaşadığı evdə onun iştirakı ilə polis bölməsinin əməkdaşları tərəfindən keçirtdikləri baxış və axtarış zamanı satış məqsədi ilə qanunsuz əldə edib saxladığı külli miqdarda, yəni dörd ədəd şəffaf selofan bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 38,836 qram, 25,208 qram, 3,780 qram və 0,689 qram, ümumi təmiz çəkisi 68,513 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin evin yataq otağındakı paltar dolabının yuxarı sol hissəsində aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifaədələrində göstərdi ki, o,17 fevrral 2021-ci il tarixdə o, evdə olmuşdur. Səhər saat 8-9-radələrində polis əməkdaşları onun evinə basqın etməmişdən əvvəl onun dostunu tapıb ondan onu küçəyə çağırmağı tələb etmişlər. Dostu da ona zəng edib onu küçəyə çağırmışdır. O, küçəyə çıxanda polis əməkdaşları onu tutub döyə - döyə evə aparmışlar. O, onlara evə girməməyi, evdə ailəsinin olduğunu, onlara xəbər verdikdən sonra içəri girmələrini xahiş etsə də onlar ona məhəl qoymayaraq evə girmişlər. Evi axtarsalar da evdə heç nə tapılmadı, lakin onlar özləri ilə gətirdikləri narkotiki evə qoydular, sonra da evi axtaranda həmin narkotikin evdən çıxdığını bildirdilər. O, özü narkotik vasitə olan heroindən istifadə edir, lakin onda o qədər narkotik olmayıb. Onda cəmi 0,513 qram heroin olub. O, özü heroindən istifadə edir. Atası rəhmətə gedəndən sonra o, narkotik vasitədən istifadə edir. Atası da 2015-ci ildə rəhmətə gedib. O, özü istifadəsi üçün aldığı narkotik vasitəni tanımadığı şəxslərdən alır. O, həyat yoldaşı və iki uşağı ilə birlikdə yaşayır. Polis əməkdaşı olan Anar narkotikdən istifadə etdiyi üçün ondan bir dəfə 1500 manat və 600 manat pul alıb. O, tutulmamışdan əvvəl həmin Anar zəng edib onu tutduracağını demişdir. Onun üzərində bir çet narkotik vasitə heroin olub. Onun gündəlik 30-50 manat qazancı olur. O, kiməsə narkotik vasitə satmamışdır. Onun üzərinə baxış keçirəndə video çəkiliş olub. Videoçəkiliş zamanı etiraf etməsi döyülməyi ilə bağlı olub. Polislər evə baxış keçirəndə evdəkiləri çıxardılar sonra baxış keçirdilər. O, əvvəllər İranda olmuşdur. İstintaq zamanı ifadələrini özü vermişdir, lakin həmin ifadələri o, özündən uydurmuşdur. Polis əməkdaşı Samir onun qabırğasını sındırmışdı, BİT-na daxil olandada onu tibbi müayəinədən keçirmişlər və qabırğasının sındığını müəyyən etmişlər və bu barədə akt tərtib etmişlər. Tərib olunmuş aktı özü də imzalamışdır. Uydurma ifadə verəndən sonra polislər onu döymədilər. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində Təqsirləndirilən şəxs 18 fevral 2021-ci il tarixdə ibtidai istintaq zamanı ona elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir «bir neçə ilə yaxındır ki, narkotik vasitə qəbul edir, əvvəllər Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə məhkum olunmuşdur. 2019-cu ildə tanış olduğu İran İslam Respublikasının vətəndaşı ilə danışaraq ona heroin göndərməsini demiş. Sonuncu razılıq vermiş və təxminən onun tutulmamışdan 10 gün əvvəl «WhatsApp» proqramına zəng gəlmiş, «iranlı» Binəqədi rayonunun ərazisində «Sentralnı» adlanan yerdə zibilxananın yanında narkotik vasitələri götürə biləcəyini demişdir. O həmin günün axşamı Binəqədi rayonuna «Sentralnı» adlanan yerdə zibilxananın yanında sellofana bükülmüş halda heroini götürmüş və gətirib evdə saxlamışdır. Bunun üçün o Metropolitenin «Koroğlu» stansiyasının yanında «iranlı»nın verdiyi kodla sonuncuya 100 manat göndərmişdir. 17.02.2021-ci il tarixdə yaşadığı evdə olan zaman iki nəfər mülki geyimli şəxslər onlara gələrək özlərini polis əməkdaşları kimi təqdim etmiş və evində qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə polis bölməsinə məlumat daxil olduğunu bildirmişdilər. O evin yataq otağındakı dolabın üst rəfində gizlətdiyi, göy sellofan torbada 4 ədəd ayrı-ayrılıqda bükümlərdə olan narkotik vasitə heroini və elektron tərəzini çıxardaraq polis əməkdaşlara təqdim etmişdir. Bundan sonra polis əməkdaşları onun təqdim etdiyi narkotik vasitəni qablaşdıraraq möhürləmişdilər, zərf imzalanmışdır. Ona izah olunmuşdur ki, təqdim etdiyi narkotik vasitənin tərkibini müəyyən etmək üçün aşkar olunmuşlar məhkəmə-ekspertizasına təqdim ediləcəkdir. Törətdiyi əməlindən peşimandır. Sorğu-sual zamanı ifadəsini dəqiqləşdirən Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik maddənin zibilxananın yanında kimin tərəfindən qoyulduğunu görmədiyini, bunu İİR vətəndaşının təşkil etdiyini, heroini istifadə etmək niyyəti ilə evdə saxladığını, digərlərə hədiyyə və İstifadə etmək üçün vermədiyini, narkotik vasitə heroin aşkar edilərkən yanında heç kəsin olmadığını, İran İslam Respublikasının vətəndaşı ilə 2019-cü ildə həmin dövlətə ziyarətə gedərkən orada tanış olduğunu, sonuncunun əlaqə telefonlarını bilmədiyini, həmin şəxsin təxminən 3 ay əvvəl ona zəng etdiyini, narkotik vasitəyə ehtiyacı olub-olmaması soruşduğunu, müsbət cavab verdiyini, İran İslam Respublikasının vətəndaşının ona kod göndərdiyini və bankomat vasitəsi İlə pulu köçürə bildiyini söylədiyini, həmin şəxslə heç vaxt görüşmədiyini, yalnız «WhatsApp» proqramı vasitəsi İlə yazışma aparıdığını, nömrəsini qırdığı üçün sonuncunun nömrəsini xatırlamadığını, bank vasitəsi ilə əməliyyat aparmadığını, ***-***-**-** nömrə vasitəsi ilə İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxladığını, evində aşkar edilmiş elektron tərəzini narkotik vasitələri alarkən çəkidə aldanmamaq üçün saxladığını bildirmişdir.» Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə ona yenidən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi İlə ittiham elan edildikdə o, elan edilmiş ittihamda özünü təqsirli bilməyib əvvəlki ifadələrini inkar etmişdir. Şahid1 ifadlərində göstərdi ki, 17 fevral 2021-ci İl tarixdə xidmət etdiyi polis bölməsinə Maştağa qəsəbə sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, əldə etməsi, saxlaması, daşıması və satması barədə məlumat daxil olmuşdu. Bu barədə bölmənin rəhbərliyinə məruzə edildikdən sonra həmin şəxsin ifşa edilməsi məqsədi ilə əməliyyat-axtanş tədbirlərin keçirilməsi barədə qərar qəbul edilmiş və daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan və bölmənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmişdir. Həmin gün saat 10:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanın yaxınlığında olması barədə təkrar məlumat daxil oldu. Məlumat əsasında əməliyyat qrupun tərkibində həmin ünvanın qarşısına gəlmiş və əməliyyat mövqeyi seçərək müşahidə aparmağa başlamışlar. Təxminən saat 11:00 radələrində məlumatda göstərilən əlamətlərə bənzər şəxsin yaşadığı evin qarşısından keçməsini görmüşlər. Onlar ona yaxınlaşıb özlərini təqdim edən zaman Təqsirləndirilən şəxs qaçmağa cəhd göstərdi. Onların tərəfindən Təqsirləndirilən şəxs qarşı xüsusi idman fəni işlədilərək sonuncunun cəhdin qarşısı alınmış və onlar Təqsirləndirilən şəxs xidməti maşına mindirib işlədikləri polis bölməsinə gətirmişdilər. Polis bölməsinə gəldikdən sonra keçirtdikləri əməliyyat tədbiri barədə rəhbərliyə məruzə etdikdən sonra araşdırmanın aparılması bölmənin təhqiqatçısına həvalə edilmişdir. Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, bundan sonra sonuncunun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və Təqsirləndirilən şəxs evində narkotik vasitələri qanunsuz saxlaması barədə məlumata malik olduqları izah edildikdən sonra evinə baxış keçiriləcəyi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı etirazının olmadığını bildirmiş və müvafiq sənədləşmə aparıldıqdan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına qayıtmışdılar. Onlar Təqsirləndirilən şəxs təklif etmişdilər ki, evində dövriyyəsi qadağan edilmiş vasitələr varsa təqdim etsin. Belə olan halda Təqsirləndirilən şəxs sonuncunun arxasınca yaşadığı evə gəlmələrini demiş və yataq otağına keçərək orada sol tərəfdə olan paltar dolabın üst sol qapısını açaraq oradan göy rəngli selofan bükümü çıxarıb onlara vermişdir. Həmin büküm onların tərəfindən açılanda bükümün içərisində bir ədəd elektron tərəzi və başqa şəffaf selofan aşkar edildi. Həmin selofan açıldıqda içərisində dörd ədəd müxtəlif ölçülü şəffaf bükümlər aşkar edildi. Hər bir bükümün içərisində tozvari şəkilli, qəhvəyi rəngli spesifik iyə malik olan maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs bu maddənin kakos adlandırdığı narkotik vasitənin heroin olmasını, onu təxminən 10 gün əvvəl Binəqədi rayonunun ərazisində tanımadığı, İran İslam Respublikasının vətəndaşından şəxsi istifadə üçün aldığını, aşkar edilmiş elektron tərəzini isə narkotik vasitələri alarkən çəkilərini yoxlamaq məqsədi ilə istifadə etdiyini bildirdi. Evində digər narkotik vasitələrin olub- olmaması barədə suala cavab olaraq Təqsirləndirilən şəxs evində hər hansı bir qeyri-qanuni əşyanın olmadığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə və elektron tərəzi ayrı-ayrı zərflərə qablaşdırılıb möhürlənmişdir. Zərflər onların tərəfindən imzalandıqdan sonra onlar Təqsirləndirilən şəxs evində axtarış aparmış, əhəmiyyət kəsb edə biləcək digər predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evində aparılmış baxış, axtarış və götürmə videokamera ilə lentə alınmışdır. Bundan sonra aşkar etdikləri maddi sübutları və Təqsirləndirilən şəxs 14-cü polis bölməsinə gətirmişdilər. Polis bölməsində Təqsirləndirilən şəxs şəxsi axtarışı aparılmış, üzərində əhəmiyyət kəsb edə biləcək əşya aşkar edilməmişdir. Keçirilən baxış, axtarış götürmə və şəxsi axtarışla bağlı protokollar tərtib edilərək onların tərəfindən imzalanmışdır.İstər axtarışdan qabaq, istərsə də axtarış zamanı Asifə qarşı heç bir qanunsuz zərəkət edilməyib. Bütün narkotik vasitələr onundur. Onun evindən çıxıb.Heç kim Asifin evinə narkotik qoymayıb. Başqa əlavəsi yoxdur. Şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14cü polis bölməsinin əməkdaşı baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 ifadələrində göstərdi ki, 2001-ci ildə o, Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. O vaxtdan da nigah dövründə 2 övlad dünyaya gətirmişlər. Onlar yetkinlik yaşına çatmayan Əliheydər və Allahverdidir. Asiflə ailə qurandan sonra sonuncu əvvəl evlərdə təmir ustası kimi, iş olmadıqda isə taksi sürücüsü kimi işləyib ailəni dolandırırdı. O, isə ailə qurandan evdar qadındır. 2009-cu ildə bacanaqla mübahisə edib sonuncuya bıçaqla xəsarət yetirdiyinə görə Asif tutulmuş və sonuncuya 7 il azadlıqdan məhrum etmə cəzası verilmişdir. 2013-cü ildə isə Asif əfv olunaraq azadlığa buraxılmışdır. Azadlığa buraxılandan sonra Asif özünə məxsus VAZ 21099 markalı avtomobillə fərdi qaydada taksi xidmətləri göstərib ailəni dolandırırdı. Asifin azadlığa buraxılandan sonra narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Asifi bu yoldan çəkindirmək üçün əvvəl onu Yasamal rayonunda yerləşən narkoloji dispanserə müalicə proqramına yazdırmışdır. Bir müddət Asif müalicə alıb narkotik vasitələrdən istifadə etməmişdir. Təxminən üç il bundan qabaq Asifin yenə də narkotik vasitələrdən istifadə etməyə başladığını bilib sonuncunu, o vaxtı Zığ qəsəbəsində yerləşən narkoloji dispanserdə müalicə proqramına yazdırdı, lakin bu da nəticə vermədi. Asif narkotik vasitələri qəbul etməyə davam etdi. Asifin narkotik vasitələrin satışı ilə məşğul olması barədə o, heç vaxt bilməmişdir. Dəfələrlə Asifin yanına gələn tanımadığı dostları ilə birlikdə evdə narkotik vasitələri istehlak etdiklərini bilmişdir, lakin bunun canlı şahidi olmamışdır. 17 fevral 2021-ci il il tarixdə səhər saatlarında Asif evdən çıxmış və bir neçə saatdan sonra günorta saatlarında polis əməkdaşları ilə birlikdə evə qayıtmış və polis əməkdaşları Asiflə birlikdə evə daxil oldular. Sonra da Asif polis əməkdaşlarını yataq otaqlarına apardılar. Həmin vaxt o, azyaşlı uşaqlarıyla birlikdə mətbəxdə olmuşdur. Bundan sonra polis əməkdaşları evə baxış keçirdilər, sonradan ona məlum olmuşdur ki, yataq otaqlarındakı dolabdan Asifə narkotika və tərəzi aşkar edilmişdir. O,bunu yalnız evdə axtarış zamanı bilmişdir. Əvvəllər onun bu barədə məlumatı olmamışdır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istsisntaq zamanı Şahid1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı şahidlər Şahid1 əvvəl verdiyi ifadəsini Təqsirləndirilən şəxs yanında, Şahid2 ilə Təqsirləndirilən şəxs yanında təsdiq etmişlər. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi, ədliyyə müşaviri Azər İsmayılovun qəbul etdiyi 15 mart 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin aşkar edilməsi faktı və sonuncunun rayon prokurorluğuna verdiyi izahatında 17 fevral 2021-ci il tarixdə 14-cü polis bölməsinin əməkdaşlarının ona qanunsuz hərəkətləri etməsi xüsusatı ilə bağlı yoxlama aparılmış fakt təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarından görünür ki, «baxış, götürmə və axtarış aparılması haqqında» 17 fevral 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs iştirakı ilə baxış və axtarış aparılmamışdan əvvəl sonuncuya paltarında, əşyalarında, yaşadığı ünvanında və ya bədinində olması ehtimal olunan narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud işə üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklifinə Asif Əlyevə yaşadığı evin otaqların birində yerləşən paltar dolabından göy rəngli selofan paketin içərisində olan dörd ədəd şəffaf rəngli selofana bükülü vəziyytədə bükülünü və bir ədəd elektron tərəzini təqdim edərək həmin göy rəngli selofanın içərisində olan dörd bükümdəki maddənin heroin olduğunu, bu narkotik vasitələri təxminən on gün öncə axşam saatlarında Bakı şəhəri Binəqədi rayonu ərazisində tanımadığı İran İslam Respublikasının vətəndaşından 100 manat aldığını və şəxsi istifadə üçün yaşadığı evdə saxladığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə bir ədəd zərfə, elektron tərəzi isə digər zərfə qoyularaq möhürlənmişdir. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixli "CD diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə bir ədəd **********3240 adlı fayl mövcuddur. Videofayl açıldıqda çəkilişlərin açıq havada aparılması, ağ-qara boya ilə rənglənmiş dəmir qapısının qarşısında bir nəfər polis geyimli və üç mülki geyimli şəxsin dayanması görünür. Polis geyimli şəxs özünü 14-cü polis bölməsinin təhqiqatçısı polis baş leytenantı Firon İsgəndərov kimi təqdim edir. Üç nəfər mülki şəxslərdən biri özünü 14-cü polis bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 kimi, digəri həmin bölmənin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 kimi təqdim edir. Ortada dayanmış şəxs isə özünü Təqsirləndirilən şəxs kimi təqdim edir. Qeyd olunan şəxslər əvvəlcə evin həyətinə, daha sonra evin yataq otağına daxil olmuşlar. X5 14-cü polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz əldə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsini bildirir. Saxlanılan Təqsirləndirilən şəxs evində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və predmetləri könüllü surətdə təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs yataq otağında paltar dolabından göy rəngli selofan paketi çıxararaq masanın üzərinə qoyur və paket açıldıqda içərisində dörd ədəd şəffaf rəngli selofan bükülü vəziyyətdə bükülünü və bir ədəd elektron tərəzini təqdim edir. Həmin bükülüləri qablaşdırmaq üçün zərfin üzərində qeydlər aparılır, iştirak edənlər zərfi üzərini imzalayır, həmin bükülülər zərfə qoyulur və zərfin üzəri möhürlənir. CD diskə baxış 11 dəqiqə 59 saniyə davam edir və saat 14:50-də Bakı şəhəri Sabunçu rayon polis idərəsinin MSY-də başa çatır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2021-ci il tarixli 6/700 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün N2İ6O” dairəvi möhür əksi olan iki ədəd kağız paketdə olan: üzərində '‘Vət.Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketdə bir ədəd göy rəngli selofan torbanın içərisində 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 38,836 qram, 25,208 qram, 3,780 qram, 0,689 qram ümumi təmiz çəkisi 68,513 qram olan qəhvəyi rəngli maddə, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə enyi olub, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Üzərində “Vət.Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilərək götürülmüş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd gümüşü rəngli elektron tərəzidə narkotik vasitə olan heroinln izləri vardır. Heroin iz şəkilində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Məhkəmə, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyib ifadələrində 17 fevrral 2021-ci il tarixdə səhər saat 8-9-radələrində polis əməkdaşlarının onun evinə basqın etməsi, onu küçədə döyə döyə evə aparmaları, evi axtaranda heç nə tapılmaması, polis əməkdaşlarının özləri ilə gətirdikləri narkotiki evə qoyub, sonra da evi axtaranda həmin narkotikin evdən çıxması, onda cəmi 0,513 qram heroin olması, polis əməkdaşı Anarın əvvəllər ondan 1500 manat və 600 manat pul alıması, o, tutlmamışdan əvvəl Anarın ona zəng edib onu tutduracağını deməsi, o, tutlanda onun üzərində bir çet heroin olması, videoçəkiliş zamanı törətmədiyi əməli etiraf etməsini onu polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı olması, polis əməkdaşı Samirin onun qabırğasını sındırması, uydurma ifadə verəndən sonra polis əməkdaşları tərəfindən onu döymədikləri barəsindəki ifadələrini həqiqətə uyğun olmayan və özünün müdafiəsinə yönələr iddialar kimi qiymətləndirir. Çünkü onun məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu rayon prokurorunun köməkçisi, ədliyyə müşaviri Azər İsmayılovun qəbul etdiyi 15 mart 2021-ci il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin aşkar edilməsi faktı və sonuncunun rayon prokurorluğuna verdiyi izahatında 17 fevral 2021-ci il tarixdə 14-cü polis bölməsinin əməkdaşlarının ona qanunsuz hərəkətləri etməsi xüsusatı ilə bağlı yoxlama aparılmış fakt təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərinin onun tərəfindən törədilməsinin sübuta yetirildiyi qənaətinə gəlir. Məhkəmə, göstərilənləri nəzərə alıb Təqsirləndirilən şəxs oğlunun əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlinin həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs həmin əməli qəsdən törətməsi qənaətinə gəlir və bu səbəbdən də onun təqsirli bilinməsini əsaslı sayır. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini qəsdən törətməsi qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinin xarakterini və onun şəxsiyyətini nəzərə alıb ona azadlıqdan məhrumetmə cəzasına nisbətən yüngül cəza təyin edilməsi üçün əsas müəyyən olunmadığı qənaətinə gəlib ona azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı sayır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus cinayət qanununun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. İş üzrə mülki iddia verilməmişdir. İbtidai istintaq zamanı materialların məhkəmə ekspertizasının keçirilməsinə 81,82 (səksən bir manat səksən iki qəpik) manat xərclənmişdir. Həmin məbləğ Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili X6 tərəfindən 20 (iyrmi) saat hüquqi yardım göstərilmişdir. Bu səbəbdən də ona 120 (yüz iyirmi) manat pul ödənilməlidir. Məhkəmə bu xərcləri dövlət büdcəsi hesabına ödənilməsini təmin edib, həmin məbləğlərin məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməsini əsaslı sayır, çünki məhkəmədə, Təqsirləndirilən şəxs həmin məbləğlərin ödənilməsindən azad olunması üçün əsas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən, iş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün sübutların saxlanc kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 68,313 qram heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əmlak kimi, bir ədəd elektron tərəzini istehlak dəyərini itirmiş əməlak kimi məhv edilməsini, bir ədəd elektron tərəzini istehlak dəyərini itirmiş əməlak kimi məhv edilməsini, bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmasını əsaslı sayır. Məhkəmə yuxarıda göstərilən halları, həmçinin cinayət əməlinin xarakterini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini əsaslı sayır və onun qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğundan təyin edilmiş cəzanın Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli olmasını nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzalandırılmalı olduğnu və onun barəsində azadlıqdan məhrumetmə cəzası tətbiq edilməli olması qənaətinə gəldiyindən hökm qanuni qüvvəyə minənə qədər onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmə, cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddətin ona təyin olunan cəzaçəkmə müddətinə daxil edilməsini və təyin ediləcək cəzanın əvvəlinin onun bu iş üzrə şübhəli şəxs qismində tutulduğu 17 fevral 2021-ci il tarixdən hesablanmalı olmasını əsaslı sayır. Məhkəmədə elan olunub araşdırılmış cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxs tərəfindən təqdim edilmiş narkoloji ekspertizanın 05 iyul 2021-ci il tarixli, 2159 Nq-ü ekspert rəyindən göründüyü kimi Təqsirləndirilən şəxs müayinə zamanı tiryək alkoloidləri tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, həmin halları nəzərə alıb təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmasını və onun narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş DİN-nin BƏSİİ tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində etirafedici ifadələr verib cinayətlərin açılmasında fəal iştirak etməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə onun cəzasını ağırlaşdırıcı hal müəyyən olunmadı. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını, o cümlədən də, təyin ediləcək cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğluna təyin edilmiş cəzanın çəkilməsinin əvvəli 17 fevral 2021-ci il tarixdən hesab edilsin. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlu barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi qaydada məcburi müalicə təyin olunsun, o, narkomaniya ilə əlaqədar ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Dövlət büdcəsi hesabına materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 81,82(səksən bir manat səksən iki qəpik) manat Məhkəmə Ekspertiza Mərkəzinə hesabına, məhkəmədə Təqsirləndirilən şəxs oğluna göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Bakı şəhəri “Fides” vəkil bürosunun vəkili Müdafiəçi ödənilməsi 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Vəkillər Kollegiyasının hüquqi yardım və Tədris mərkəzinin hesabına ödənilsin. Həmin məbləğlər məhkəmə məsrəfləri qismində Təqsirləndirilən şəxs oğlundan tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb saxlanılması üçün Sabunçu rayon polis idarəsinin saxlama otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs oğlundan götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 68,313 qram heroinin sərbəst dövriyyəsi qadağan olunmuş əşya kimi, bir ədəd elektron tərəzini istehlak dəyərini itirmiş əmlak kimi məhv edilsin, maddi sübut kimi tanınmış bir ədəd kompakt disk (CD) cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1553/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1553/2021
03.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver