Məhkəmə qərarları › İş №1(101)-1553/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1553/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1553/2024 03.07.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclas katibi – X2, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, 5 iyul 1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, evli, himayəsində 3 (üç) azyaşlı uşağı olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olmuş, məhkumluğu olmayan, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 3 iyul 2024-cü il tarixdə, saat 10:55-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs 28 noyabr 2023-cü il tarixdə, səhər saatlarında, məlum olmayan mənbədən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında ağacın dibində gizlədilmiş narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, 29 noyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin (bundan sonra mətndə-Binəqədi RPİ-nin 6-cı PB) əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan ünvanda saxlanılıb oradan ünvan 3a yerləşən 6-cı PB-yə gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş bükümdə yaşılımtıl rəngli ayrı-ayrılıqda təmiz çəkiləri 0,31 qram, 0,28 qram, 0,24 qram və 0,26 qram olmaqla ümumi təmiz çəkisi 1,09 qram olan bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana və 21 (iyirmi bir) ədəd qızılı rəngli kağıza bükülmüş bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,045 qram, 0,084 qram, 0,080 qram, 0.082 qram, 0,071 qram, 0,085 qram, 0,065 qram, 0,059 qram, 0,056 qram, 0,076 qram, 0,065 qram, 0.083 qram, 0,069 qram, 0,088 qram, 0,070 qram, 0,072 qram, 0,076 qram, 0,088 qram, 0,049 qram və 0,055 qram olmaqla ümumi təmiz çəkisi 1,496 qram olan ağ rəngli kristallik hissələrdən ibarət kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri:

2. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələri (bax iş vərəqi (bundan sonra mətndə-i.v.) 53-54; 59-61; 72-74; 142-143; 164-166;) ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, o, “İnstagram” sosial şəbəkəsində özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Əhməd” adlı şəxslə tanış olmuş, həmin şəxslə aralarında münasibət yaranmış, sonuncu ona özünün İran İslam Respublikasında yaşadığını və narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. O da özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsdən bir neçə dəfə öz şəxsi istifadəsi üçün müxtəlif vaxtlarda narkotik maddələr əldə etməyə başlamış, ödənişləri isə “MilliÖn” ödəmə terminalı vasitəsi ilə həyata keçirmişdir. “Əhməd” adlı şəxs ona əlaqə saxlaması üçün “Whatsapp” sosial şəbəkəsində istifadə etdiyi mobil telefon nömrəsini vermiş və “Əhməd” adlı şəxslə vatsap vasitəsilə əlaqə saxlamağa başlamışdır. “Əhməd” adlı şəxslə tanış olduğu müddətdə sonuncu ona göndərəcəyi narkotik maddələri Bakı şəhəri ərazisində olan müştərilərə çatdırmaqla və bununla bağlı qarşılığında ona narkotik maddələri pulsuz şəkildə verəcəyini, daha doğrusu onu “narkokuryer” olaraq cinayət əlaqəsinə qoşulmağı təklif etsə də, o, “Əhməd” adlı şəxsin həmin təklifindən qəti şəkildə imtina etmişdir. Belə ki, o, 27 noyabr 2023-cü il tarixdə, axşam saatlarında “Əhməd”lə vatsap vasitəsilə əlaqə saxlayan zaman ona şəxsi istifadəsi məqsədi ilə narkotik maddə lazım olduğunu bildirmiş, sonuncu ona bu barədə xəbər edəcəyini bildirmişdir. Həmin gün axşam saatlarında “Əhməd”lə vatsap vasitəsilə əlaqə saxlayan zaman sonuncu narkotik maddələrin gizlədiyi yerin şəklini vatsap vasitəsilə ona göndərərək deyəcəyi vaxtda orada olmağı bildirmiş, o da sonuncu ilə razılaşmışdır. O, 28 noyabr 2023-cü il tarixdə, səhər saatlarında markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı yol maşınlarının birinə əyləşib Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisinə yollanmışdır. Belə ki, qeyd olunan ünvanda yerləşən qəbiristanlığın yaxınlığında ağacın dibində gizlədilmiş narkotik vasitə və psixotrop maddələri yerdən götürüb oradan yaşadığı evinə geri qayıtmışdır. Həmin narkotik vasitə və psixotrop maddələrin müqabilində 112 manat “Əhməd” adlı şəxsə göndərmişdir. 29 noyabr 2023-cü il tarixdə, saat 16 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan yerdə olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində narkotik vasitə və ya psixotrop maddənin olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış aparılması məqsədi ilə onu Binəqədi RPİ-nin 6-cı PB-yə dəvət etmişlər. O hər hansı etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-nin 6-cı PB-yə getmiş və orada ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan, hüquq və vəzifələri izah edilərək videoçəkiliş vasitəsilə üzərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı üzərində olan geyimində qeyri-qanuni əşyanın olub-olmadığı soruşulduqda o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung" markalı mobil telefon, 4 ədəd ağ rəngli kağız və 21 ədəd qızılı rəngli kağıza bükülmüş bükümləri çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı başqa əşya olmadığını bildirmişdir. Daha sonra onun üzəri axtarılsa da, başqa hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. O, üzərindən aşkar olunmuş ağ və qızılı rəngli kağız bükümləri açan zaman bükümlərin içərisindən çıxan ağ rəngli kristalşəkilli maddələrin psixotrop maddə olan metamfetamin və yaşımtıl rəngli maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin bükümləri 28 noyabr 2023-cü il tarixdə, səhər saatlarında “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Əhməd” adlı şəxsin dediyi ünvan olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında ağacın dibində gizlədilmiş yerdən 112 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin bükümlər polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş, zərf və tərtib edilmiş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır.

3. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə əlavə edərək göstərdi ki, o, tutulmazdan təxminən 4-5 ay əvvəl narkotik vasitələrin istifadəsinə başlamış, üzərində ittihamda göstərilən miqdarda narkotik vasitə və psixotrop maddə olmuş, həmin narkotik vasitə və psixotrop maddələri öz şəxsi istifadəsi məqsədilə tutulmamışdan bir gün əvvəl ittihamda göstərilən yerdən 112 manata əldə etməklə 0,1 qramını istifadə etmiş, lakin həmin narkotik vasitə və ys psixotrop maddədən heç kimə satmamışdır. O, üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri bir neçə gün istifadə etməyi planlaşdırmış, həmin narkotik vasitə və psixotrop maddələrin miqdarına polis əməkdaşları tərəfindən hər hansı əlavə edilməmiş, iranlı “Əhməd” adlı şəxsi şəxsən tanımamış, habelə onun harada yaşaması, ümumiyyətlə qadın və ya kişi olması və sair hallar barədə məlumatı olmamış, sonuncu ilə telefon vasitəsilə əlaqə saxlamış, aralarında telefon yazışmaları olmamışdır. O, 41 nömrəli avtobusda sürücü işləmiş, 29 noyabr 2023-cü il tarixdə 3 nəfər polis əməkdaşı tərəfindən ittihamda göstərilən yerdə deyil, həmin avtobusu idarə edərkən saxlanılmış, bu zaman avtobus boş olmuş, polis əməkdaşları ona 1-2 dəfə sillə vurmaqla döymüş, habelə təzyiq göstərməklə ondan 1000 manat pul almış, lakin üzərində hər hansı xəsarət izi yaranmamışdır. Üzərində aşkar olunmuş narkotik vasitə və psixotrop maddəni saxlanıldığı gün əldə etmiş, həmin narkotik vasitə və psixotrop maddələri 15 gün müddətində istifadə etmək üçün Kürdəxanı qəsəbəsində yerləşən qəbirstanlıqdan gedib götürmüş, Əhməd adlı şəxsdən əvvəllər də iki dəfə olmaqla 15 ədəd büküm narkotik vasitə almış, psixotrop maddə metamfetamindən də istifadə etmişdir. Polis əməkdaşları Şahid2 və Şahid1 onun saxlanılmasında iştirak etmiş, sonuncular onu döyməmiş, ona sillə vurmuş polis əməkdaşı isə başqa şəxs olmuşdur. Mobil telefon nömrəsində aşkar olunmuş yazışmaları dəqiq xatırlamır. Lakin heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə aludəçisi olduğunu, bu məqsədlə narkotik vasitə əldə edərək istifadə etdiyini, himayəsində üç azyaşlı uşağının olmasını bildirərək özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını nəzərə alaraq məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.

4. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.

5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.

6. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, 29 noyabr 2023-cü il tarixdə 6cı PB-yə qərəzsiz və mötəbər mənbədən daxil olan məlumata əsasən 5 iyul 1989-cu il tarixdə Mingəçevir şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, Göygöl rayonu, Çaykənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi və dövriyyəsi barədə məlumat daxil olmuşdur. Qeyd edilən məlumat rəhbərliyə məruzə edildikdən sonra həmin şəxsin ifşa olunması və 6-cı PB-nin inzibati ərazisinə aid olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan yerdə qeyd edilən məlumat əsasında əməliyyat tədbirləri keçirilməsi barədə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o və həmin PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 daxil olmuşlar. Beləliklə, keçirilən əməliyyat tədbirləri nəticəsində 29 noyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan yerdə zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs bənzəyən bir nəfər şəxsə yaxınlaşaraq ondan özünü təqdim etməsini bildirdikdə, həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və qanunsuz olaraq daşımaqda şübhəli olduğunu bildirib onu 6-cı PB-yə dəvət etmişlər. 6-cı PB-də Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, müdafiəçi dəvət edilərək təqdim edildikdən sonra şübhəli şəxs qismində tutulması barədə ona və yaxınlarına məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilmiş, sonuncu müdafiəçinin iştirakı olmadan üzərinə şəxsi axtarış aparılmasına və videoçəkilişə etiraz etməmişdir. Onların iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışdan öncə üzərində qeyri-qanuni əşya varsa təqdim etməsi təklif edildikdə o, əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 4 ədəd ağ rəngli kağız və 21 ədəd qızılı rəngli kağıza bükülmüş bükümləri çıxarıb masanın üzərində qoymuş, bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ağ və qızılı rəngli kağız bükümlərin içərisindən çıxan ağ rəngli kristalşəkilli maddələrin psixotrop maddə olan metamfetamin və yaşımtıl rəngli maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin bükümləri 28 noyabr 2023-cü il tarixdə, səhər saatlarında “İnstagram” sosial şəbəkəsində tanış olduğu özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən “Əhməd” adlı şəxsin dediyi ünvan olan Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında ağacın dibində gizlədilmiş yerdən 112 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onun üzərindən aşkar edilən bükülülər qablaşdırılaraq çəkisi və tərkibi müəyyən edilməsi üçün tədqiqata göndərilməsi məqsədi ilə zərfləşdirilmiş və üzəri möhürlə möhürlənmişdir. Həmin zərfin üzəri baxış iştirakçıları tərəfindən imzalanmışdır.

7. Verilən suallara cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, ona daxil olmuş əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, eləcə də satışı ilə məşğul olması barədə olmuş, bu zaman məxfi əməkdaş Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri konkret olaraq kimə satması barədə məlumat verməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, o cümlədən üzərində aşkar olunmuş predmetlərə dair hər hansı etirazını bildirməmiş, sonuncunun narkotik vasitə və psixotrop maddələri əldə etdiyi mənbə müəyyən edilə bilməmişdir. Onun Təqsirləndirilən şəxs avtobus sürücüsü olması barədə məlumatı olmuş, lakin sonuncunu avtobusda deyil, DSK yolu adlanan ərazidə saxlamışlar.

8. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 6-cı PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Şahid2 daxil olmuş əməliyyat məlumatı əsasında o və Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs DSK yolu adlanan ərazidə saxlanılmış, sonuncu saxlanılarkən tək olmuş, bu zaman Təqsirləndirilən şəxs onlara qarşı hər hansı etirazını bildirməmiş, o cümlədən tərəflərindən ona qarşı hər hansı fiziki, psixi və sair təzyiq göstərilməmiş, saxlanıldıqdan sonra xidməti avtomobillə Binəqədi RPİ-nin 6-cı PB-yə aparılmış, bu zaman avtomobili özü idarə etmişdir. Təqsirləndirilən şəxs avtobus sürücüsü olması barədə Şahid2 məlumat olmuş, lakin o, avtobus idarə edərkən saxlanılmamışdır. Onda Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması barədə məlumatı olmamışdır.

9. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

10. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 29 noyabr 2023-cü il tarixdə, saat 16:00 radələrində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən 4 (dörd) ədəd ağ rəngli kağız bükümdə ümumi çəkisi 1,09 qram olan narkotik vasitə qurudulmuş marixuana və ümumilikdə 21 (iyirmi bir) ədəd bükümdə ümumi çəkisi 1,496 qram psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi faktına görə Binəqədi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X9 tərəfindən 30 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).

11. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 29 noyabr 2023-cü il tarixli qərardan və bu barədə müvafiq materiallardan görünür ki, Binəqədi RPİ-nin 6-cı PBnin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması, saxlaması və gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında sonuncunun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmış, həmin qərar Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovniki-leytenantı Cövdət Məmmədov tərəfindən təsdiq edilərək Şahid2 rəhbərliyi ilə həmin bölmənin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil edilmiş, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, DSK yolu adlanan ərazidə saxlanılaraq 6-cı PB-yə gətirilmişdir(Cild 1, i.v.3-7;).

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 5(001)- 2556/2023 saylı qərarından görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 tərəfindən qəbul edilmiş və həmin bölmənin 6-cı PB-nin rəisi, polis polkovniki-leytenantı Cövdət Məmmədov tərəfindən təsdiq edilmiş 29 noyabr 2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın məhkəmə nəzarəti qaydasında qanuniliyinin yoxlanılması üçün müvafiq qaydada məhkəməyə müraciət edilmişdir(Cild 2;).

13. “Şəhər, rayon və xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabından edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə, saat 16:15-də 6-cı PB-yə gətirilmişdir (Cild 1,i.v. 9-10;)

14. “Şübhəli şəxsin tutulması haqqında” 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, Binəqədi RPİ-nin 6-cı PB-nin təhqiqatçısı, polis kapitanı X8 tərəfindən həmin tarixdə, müdafiəçisi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və həmin tarixdə, saat 17:15-dən 17:25-dək bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunundan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı, yəni onun saxlanıldığı 29 noyabr 2023-cü il tarixdə, saat 16:00-dan tutulmuş hesab edilmişdir (Cild 1, i.v.22-29).

15. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 noyabr 2023-cü il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə qəbul edilməklə müdafiəçisi X4 iştirakı ilə Təqsirləndirilən şəxs elan edilmiş müvafiq qərar əsasında həmin gün Binəqədi RPİ-nin 6cı PB-nin təhqiqatçısı, polis kapitanı Rövşən Məmmədov tərəfindən həmin bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri, polis leytenantı Şahid1 və polis mayoru Şahid2 və Binəqədi RPİ-nin X1 ekspert kriminalisti, polis mayoru X5 iştirakı ilə Binəqədi RPİ-nin 6cı PB-nin inzibati binasında xidməti iş otaqlarından birində Təqsirləndirilən şəxs üzərində həmin tarixdə, saat 17:30-dən 17:50-dək şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilməklə bu barədə protokol tərtib edilmişdir. Protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən ona özünü təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ətraflı izah edilərək üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus olan göy rəngli “Samsung” markalı mobil telefonu, 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş bükümləri və 21 (iyirmi bir) ədəd qızılı kağıza bükülmüş bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə, o, üzərində hər hansı bir əşya olmadığını bildirmiş, onun boz rəngli şalvarının ciblərini açmağı tələb olunduqda sonuncunun şalvarın ciblərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyaların adını deməsi təklif olunduqda o, 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş halda olan bükümün içərisindəki vasitənin el içində “nəşə” marixuana və 21 (iyirmi bir) ədəd qızılı kağıza bükülmüş halda olan vasitənin içərisində “patı” deyilən “metamfetamin” olduğunu bildirmiş, həmin maddələri haradan əldə etməsi və nə məqsədlə üzərində gəzdirməsi sual edildikdə o həmin bükümləri 28 noyabr 2023-cü il tarixdə əvvəllər tanımadığı, habelə adını bilmədiyi İran İslam Respublikası vətəndaşından 112 manata alaraq öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş, Təqsirləndirilən şəxs deməsinə əsasən “nəşə” adlandırılan narkotik vasitə marixuana elektron tərəziyə qoyularaq çəkilmiş, həmin bükülünün çəkisinin 1,83 qram, qızılı rəngli kağıza bükülmüş halda olan 21 (iyirmi bir) ədəd bükümün ümumi çəkisinin 2,54 qram olması müəyyən edilmişdir. Bundan sonra vətəndaşın üzərindən aşkar edilmiş qızılı rəngli kağıza bükülmüş 21 (iyirmi bir) ədəd büküm, 4 (dörd) ədəd ağ rəngli kağıza bükülmüş “Samsung” markalı mobil telefon zərfdə qablaşdırılmaqla möhürlənmişdir. İstintaq hərəkəti zamanı “Panasonic” markalı videokameradan istifadə edilməklə videoçəkiliş aparılması və videoçəkilişin iştirakçılara nümayiş etdirilməsi üçün dayandırılması qeyd edilmişdir. İstintaq hərəkəti zamanı şübhəli şəxs və ya digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış, vəsatət verilməmişdir. Qeyd edilən istintaq hərəkəti başa çatdıqdan sonra bu barədə protokol tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, düzgünlüyü imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 31-34;).

16. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 29 noyabr 2023-cü il tarixli protokolda əks olunan istintaq hərəkətləri videoçəkilişlə aparılmış və bununla bağlı bir ədəd “DVD-R” formatlı disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən müvafiq olaraq müddətləri 18 dəqiqə 30 saniyə və 2 dəqiqə 16 saniyə olan həmin videogörüntülərin əks olunduğu bir ədəd diskdəki videogörüntüyə müstəntiq Ramil Qabulov tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun müdafiəçisi F.Ş.Süleymanovun iştirakı ilə baxış keçirilməsinə dair 12 fevral 2024-cü il tarixli “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” protokolla, eləcə də məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin üzərində keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı protokolda qeyd olunan hallar və aşkar olunmuş dəlillər tam olaraq videogörüntüdə öz əksini tapmışdır. Videogörüntüdən Təqsirləndirilən şəxs xarici görkəminin və geyiminin səliqəli olması, sərbəst olmaqla suallara ətraflı və rahat şəkildə cavab verməsi, onun hər hansı fiziki, psixi və sair təsirə məruz qalması müəyyən edilməmişdir (Cild 1, i.v. 144-145;).

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə-bioloji” ekspertizasının 30 noyabr 2023-cü il tarixli, 3-16-16/2-7/1635 nömrəli rəyindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 4 (dörd) ədəd ağ rəngli kağız bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,31 qram, 0,28 qram, 0,24 qram və 0,26 qram olmaqla ümumi təmiz çəkisi 1,09 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 1,09 qram, tədqiqata cəmi sərf edildi – 0,08 qram (hər obyektdən 0,02 qram), qalıq – 1,01 qram. Aparılmış tədqiqatın dəyərinin 72 (yetmiş iki) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 41-44).

18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə fiziki-kimyəvi (materialların məhkəmə) ekspertizasının 3-16-16/2-6/6215 saylı, 30 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Vət. İ.İntiqam (imza)...” sözləri’ olan zərfdəki 21 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qr., 0,045 qr., 0,084 qr., 0,080 qr., 0.082 qr., 0,071 qr., 0,085 qr., 0,065 qr., 0,059 qr., 0,056 qr., 0,076 qr., 0,065 qr., 0.083 qr., 0,069 qr., 0,088 qr., 0,070 qr., 0,072 qr., 0,076 qr., 0,088 qr., 0,049 qr., 0,055 qr olmaqla ümumi təmiz çəkisi 1,496 qram olan ağ rəngli kristallik hissələrdən ibarət maddə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin ümumi təmiz çəkisi 1,496 qram, tədqiqata cəmi sərf edildi 0,210 qram, qalıq 1,286 qram. Aparılmış tədqiqatın dəyərinin 81 (səksən bir) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 46-51;).

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə-bioloji” ekspertizasının 19 dekabr 2023-cü il tarixli, 3-16-16/2-7/1681 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş kağız paketdə 4 (dörd) ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidir. Marixuananın ümumi çəkisi – 1,01 qram, cəmi tədqiqata sərf edildi - 0,08 qram (hər obyektdən 0,02 qram), qalıq – 0,93 qram. Aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manatdır (Cild 1 i.v. 126-130;).

20. “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 30 noyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin cinayət işi istintaqın davam etdirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir (Cild 1, i.v. 55).

21. “Təqsirləndirilən şəxs qismində cəlb elan edilməsi haqqında” 1 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham müdafiəçisi X4 iştirakı ilə elan edilmişdir (Cild 1, i.v. 63- 64).

22. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli, 4(001)- 1174/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hər gün 1 dəfə marixuanadan istifadə etdiyini, əməlindən peşman olduğunu, narkotik vasitələrdən asılı olmasını bildirməklə barəsində verilmiş təqdimatın təmin ediləməməsini xahiş etmişdir. Həmin məhkəmənin 21 fevral 2024-cü il tarixli, 4(001)-112/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 29 mart 2024-cü il tarixədək uzadılmışdır. Həmin qərarın təsviriəsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs izahatatında özünü qismən təqsirli bilərək göstərmişdir ki, müstəntiqin cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarı ilə razı deyildir. O, narkotik vasitə və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etmiş, heç bir zaman narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamış, tez-tez narkotik vasitə və psixotrop maddə qəbul etdiyindən rahat istifadə edə bilməsi üçün üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri bükümlərə bölmüşdür (Cild 1, i.v. 93-95; 174-180;).

23. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 13 dekabr 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 mart 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il müddətə nəqliyyat vasitlərini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətə islah işləri (20%) cəzasına məhkum edilmiş və hazırda məhkumluğu olmayan şəxsdir (Cild 1, i.v. 97-98;).

24. Binəqədi RPİ-nin 6-cı PB-nin rəisi, polis polkovnik-leytenantı Cövdət Məmmədovun 27 yanvar 2023-cü il tarixli, 059-4274-1224 nömrəli məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə də məşğul olması müəyyən edilmiş, lakin onun narkotik vasitə və psixotrop maddələri satmış olduğu şəxsləri və onun əlbir olduğu şəxsin müəyyən edilməsi əməliyyat-axtarış tədbirləri davam etdirilir (Cild 1, i.v 121).

25. “Nikah haqqında” AZ-T №025981 nömrəli şəhadətnamədən, AA5621537, AA5636420 və AA5685993 seriya nömrəli şəxsiyyət vəsiqələrindən və “Azemis” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs X6 ilə birgə nikahından himayəsində 9 avqust 2014-cü il təvəllüdlü İlahə İbrahimova, 21 aprel 2012-ci il təvəllüdlü Fərman İbrahimov və 23 noyabr 2011-ci il təvəllüdlü İlhamə İbrahimova adlı üç azyaşlı uşağı vardır (Cild 1, i.v.122-125).

26. “Ambulator məcburi komisyon məhkəmə-narkoloji ekspertizasının” 15 yanvar 2024cü il tarixli, 202 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabionidlərdən istifadə etmə halları olmuşdur. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Həmin rəyin təsviri hissəsində göstərilmişdir ki, deməsinə görə, 1-2 ildir arabir narkotik vasitə marixuananı siqaretə doldurub çəkməklə istifadə etmişdir (Cild 1, i.v.129-130).

27. “Ambulator komisyon məhkəmə-psixiatrik ekspertizasının” 22 yanvar 2024-cü il tarixli, 138 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (Cild 1, i.v. 131-132;).

28. “CD diskə baxış keçirilməsi haqqında” 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus GSM nömrəsinə 1 yanvar 2023-cü il tarixdən 30 noyabr 2023-cü il tarixədək daxil olan və çıxan zənglər, smslər və mətnləri, nömrələrə dair ötürücü anten cədvəlinin, çıxarış əks olunan nömrələrin abonentlərinin anket məlumatlarının SMS-lərin açıqlanmış mətnləri ilə əlaqədar "xxxx" MMC-dən götürülmüş 1 ədəd “CD” diskə Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakı ilə müstəntiq Ramil Qabulov tərəfindən baxış keçirilmişdir. Protokoldan görünür ki, bir ədəd “CD” fomatlı diskin içərisində 5 ədəd fayl aşkar olunmuşdur. Birinci fayl açıldıqda ekranda içərisindəki mətndən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Təqsirləndirilən şəxs”na məxsus olması və həmçinin də qeyd olunan telefon nömrəsi ilə telefon əlaqəsi saxlamış müxtəlif mobil telefon nömrələrin kimin adına qeydiyyatda olması qeyd olunmuşdur. İkinci və üçüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif vaxtlarda, yəni 14 fevral 2023-cü il tarixdə, saat 01:36:17-də “Emdire emdire pati cekirsiz ay zibil aç tefonu sene deyrem sen ol”, xx-xx-2023-cü il tarixdə, saat 04:54:35-də “Qardasim alınırsa onun yana 5diy kola duz qosda agriyram”, 26 aprel 2023-cü il tarixdə, saat 06:02:23-də “QAQA ÖZÜM YİGMADLM. BEYAX VERDİYİN BOYDA HA QALBSA 1DENE 10NUQ EVDEN CLXANDA GOTUR 1CİABAROT QAYLDANDA CENTRALNİDE 10MANAT VERECEM VER AMA HEMİNKİ BOYDA”, 26 oktyabr 2023-cü il tarixdə, saat 21:26:54-də “Qaqa 3 manat saxlamiwdim siqeret almağa 2 manatda duzum qowum 1dene 5diy verim sene bunun ustune. Bira davafka eleyede brat xahiw eleyirem bu meni draznit eleyeceyee qaqam” kimi mesajların olması qeyd olunmuşdur. Dördüncü fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin hansı anten əhatə dairəsində olması qeyd olunmuşdur. Beşinci fayl açıldıqda ekranda içərisindəki mətnlərdən Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə giriş-çıxış zənglərinin olması qeyd olunmuşdur (Cild 1, i.v. 140-141;).

29. “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.1-ci maddəsinə tövsif edilmişdir (Cild 1, i.v.149;).

30. “Təqsirləndirilən şəxsə ittiham elan olunması haqqında” 13 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (Cild 1, i.v.152-153;).

31. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübutun tanınması haqqında” 27 fevral 2024-cü il tarixli qərardan və müvafiq raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatlardan sonra qalıq çəkisi 0,93 qram narkotik vasitə olan qurudulmuş marixuana və qalıq 1,286 qram psixotrop maddə metamfetamin sübut əhəmiyyəti kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmaqla saxlanılması üçün Binəqədi RPİ-nin saxlanc anbarına təhvil verilməsi, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi prosesinin videogörüntülərinin əks olunduğu 1 (bir) ədəd CD disk və "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd diskin maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Eyni zamanda həmin qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuananın əldə edilmə mənbəyinin müəyyən olunması məqsədilə ********* nömrəli cinayət işindən Azərbaycan Repsublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ayrıca nömrə altında cinayət işi ayrılması qərara alınmışdır (Cild 1, i.v. 181-191;).

32. “Cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə” 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olaraq narkotik vasitə və psixotrop maddələri satan şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Əhməd” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmaqla icraata qəbul edilərək istintaqı davam etdirilir (Cild 1, i.v.194-195;).

33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə müstəntiq R.A.Qabulov tərəfindən 12 mart 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktından görünür ki, həmin ittiham aktı 13 mart 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün Bakı Ağır Cinayət Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v.207-215;).

34. Müdafiə tərəfinin vəsatəti əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsindən Təqsirləndirilən şəxs adına tərtib edilmiş 11131/2023 saylı məhkumun tibb kitabçası əldə edilərək məhkəmə iclasında tədqiq edilmişdir. Həmin kitabçada göstərilənlərə əsasən Təqsirləndirilən şəxs müayinəsi zamanı onun bədən səthində hər hansı yeni zədə və ya xəsarət izi müəyyən edilməmişdir, özü həbs olunan zaman xəsarət almadığını bildirmişdir(Cild 2;) Əməlin tövsifi və digər hüquqi məsələlər:

35. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CMin) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

36. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.

38. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

39. Həmçinin Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.

40. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur.

41. Məhkəmə tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.4.1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir.

42. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır.

43. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini məhz qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan hər hansı mötəbər sübuta istinad etməməklə yanaşı, təqsirləndirilən şəxsə bununla bağlı verdiyi ittihamda şəxsin həmin maddə ilə təqsirliliyini müəyyən edən hər hansı dəlil belə göstərməmişdir.

44. Məhkəmə, ibtidai istintaq orqanının sübutları qiymətləndirilməsinə dair mövqeyi ilə bağlı qeyd edir ki, ibtidai istintaq orqanı hökmün 29 və 31-ci bəndlərində göstərilmiş qərarlarda, cinayət qanununun normalarına və vahid məhkəmə təcrübəsinə istinad edərək təqsirləndirilən şəxsin əməli “qabaqcadan əlbir olan bir qrup şəxs halında” törətməsini sübuta yetirilməsini göstərməyə çalışsa da, əksinə toplanmış sübutlar və istinad etdiyi normalar, həmçinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsindən irəli gələn izah və tövsiyələr, təqsirləndirilən şəxsin ona istinad edilən əməli “qabaqcadan əlbir olan bir qrup şəxs halında” törətmədiyini təsdiq edir.

45. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 12-ci bəndinin a) yarımbəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün narkotik vasitə qurudulmuş marixuananın (kannabis) şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 500 qram müəyyən edilmişdir. Həmin Siyahıların İİ siyahısının 67-ci bəndində şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 2 qram müəyyən edilmişdir.

46. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı və daşıdığı ümumilikdə 1,496 qram miqdarda psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından təxminən 9,9 dəfə artıq olması, digər istehlakçılarla razılıq əldə etməsinə dair “SMS” mesaj yazışmaları, eyni zamanda həmin narkotik vasitə və psixotrop maddələrin çoxsaylı xüsusi hazırlanmış bükümlərə bükülməklə ümumilikdə 25 ədəd bükümdə olması, özünün kannobinoidlərdən istifadə etməsinə baxmayaraq, çoxlu sayda xırda bükümlərə bükülmüş halda psixotrop maddə metamfetaminin aşkar edilməsi və sair hallar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür.

47. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş, təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən və ittiham tərəfinin əsas şahidləri olan polis əməkdaşları Şahid1 və Şahid2 ifadələrindən də göründüyü kimi, Təqsirləndirilən şəxs iddia edilən “qabaqcadan əlbir olduğu “Əhməd” adlı şəxsin” şəxsiyyəti ibtidai araşdırma və əməliyyat orqanı tərəfindən hazırkı dövrədək müəyyən edilməmişdir.

48. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.

49. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

50. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CMin 234.4.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməlidir.

51. Məhkəmə bu nəticəyə gələrkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının müddəalarını da rəhbər tutur.

52. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.

53. Hökmün 52-ci bəndində qeyd edilən qərarın 11-ci bəndində göstərilmişdir ki, CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Yalnız CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.

54. Halbuki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs CM-in 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun “qabaqcadan əlbir olduğu” şəxsiyyəti məlum olmayan “Əhməd” adlı şəxslə nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik maddəni satmaq məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əhməd” adlı şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, “Kürdəxanı” qəsəbəsində yerləşən qəbiristanlığın yaxınlığında ağacın dibində gizlədilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana və psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamaqla daşıdığını” göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddəni hansı müddətdə, neçəyə və hansı miqdarını sataraq əldə etdiyi gəlirin qabaqcadan əlbir olduğu iddia edilən naməlum şəxslə hansı formada bölüşdürüləcəyi, rollarının nədən ibarət olması və digər mühüm hallar ümumiyyətlə müəyyənləşdirilməmişdir. Eyni zamanda, nə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrində, nə polis əməkdaşlarının ifadələrində, nə də iş materiallarında olan hər hansı sənəddə təqsirləndirilən şəxsin hər hansı şəxslə hər hansı formada və şəraitdə razılaşması və sair hallar öz təsdiqini tapmır. Narkotik vasitə istifadəçisi olan şəxsin əldə etdiyi narkotik vasitə və psixotrop maddənin müəyyən miqdarını tanıdığı narkotik vasitə aludəçilərinə qazanc və sair maraq müqabilində verməsi heç bir halda şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə və ya psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlməyə əsas verə bilməz. Qeyd edilənlərlə yanaşı hökmün 28ci bəndində də göstərildiyi kimi Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərlə narkotik vasitə alışsatışı ilə məşğul olmasına dair danışıqlarının olmasına baxmayaraq, hər hansı şəxslə onun qabaqcadan əlbir olaraq bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddə əldə etməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir.

55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. Daha ağır ittiham dedikdə təqsirləndirilən şəxsə cinayət qanununun sanksiyası daha ağır cəza nəzərdə tutan normasının tətbiq olunması və ya ittihama, təqsirləndirilən şəxsə istinad edilməyən əlavə faktlar (epizodlar) daxil edilir ki, bu da cinayətin CM-in daha ağır cəza nəzərdə tutan maddəsinə tövsif edilməsinə səbəb olur, yaxud əməlin hüquqi tövsifini dəyişməsə də, faktiki hallar baxımından ittihamın həcmini genişləndirməsi başa düşülür. Təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olduğu halda ittihamın məzmununun başqa şəkildə dəyişdirilməsi də faktiki hallara görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənən ittihamın təqsirləndirilən şəxsə istinad edilməsi kimi qiymətləndirilməli və belə dəyişikliyə yol verilməməlidir (məsələn, ittihamda göstərilən əməllərin əvəzinə başqa əməllərin və yaxud qəsdin yönəldiyi obyektə, təqsirin formasına və s. mühüm əlamətlərə görə fərqlənən cinayətin təqsirləndirilən şəxsə istinad edilməsi).

56. Hökmün 55-ci bəndində göstərilən qərarən 24-cü bəndində göstərilmişdir ki, CPMin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.

57. Halbuki, Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı hər hansı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Habelə, hökmün 15-16, 22 və 34-cü bəndlərində qeyd edilən mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də Təqsirləndirilən şəxs saxlanılarkən və ondan sonra hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır.

58. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini şəxsi istehlak məqsədilə əldə etməsini, habelə ümumiyyətlə əldə etdiyi narkotik vasitə və psixotrop maddəni satmaq niyyətinin olmaması, aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri bir neçə gün istifadə etməyi planlaşdırdığından çoxsaylı bükümlərdə əldə etməsi, polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmaqla ondan 1000 manat məbləğində pul alınmasını, onun ittihamda göstərilən yerdə deyil, başqa yerdə saxlanılması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun CM-in 234.2-ci maddəsi ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir.

59. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir.

60. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

61. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

62. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur.

63. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır.

64. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törətməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır.

Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

65. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

66. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

67. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır.

68. Məhkəmə CM-in 59.1.4-cü maddəsinin tələbinə əsasən himayəsində 3 (üç) azyaşlı uşağının olmasını, o cümlədən CM-in 59.2-ci maddəsinin tələbinə görə narkomaniya xəstəliyindən əziyyət çəkməməsini, məhkəmə icraatı dövründə davranışını və özünü təqsirli bildiyi əmələ münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

69. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

70. Təqsirləndirilən şəxs əməlində CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi.

71. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

72. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl az ağır cinayətlər kimi təsnif edilmişdir.

73. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

74. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

75. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 dekabr 2023-cü il tarixli qərarı ilə onun barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 29 noyabr 2023-cü il tarixdən hesablanmış, həmin məhkəmənin 21 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 29 mart 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.

76. CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir.

77. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə (həmçinin CPM-in 158.2-ci maddəsinə əsasən ev dustaqlığında saxlama müddətinə) bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 29 noyabr 2023-cü il tarixdən hesablanmalıdır.

78. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır.

79. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.

80. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla Binəqədi RPİ-nin saxlanc anbarında saxlanılan, tədqiqatlardan sonra qalıq çəkisi 0,93 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 1,286 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin əks olunduğu 1 (bir) ədəd disk və "xxxx" MMC-dən əldə edilmiş 1 (bir) ədəd CD disk olmaqla, cəmi 2 (iki) ədəd disk isə hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

81. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

82. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 225 (iki yüz iyirmi beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.

83. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

84. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

85. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.

86. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 29 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olmaqla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində saxlanılan tədqiqatlardan sonra qalıq çəkisi 0,93 qram olan narkotik vasitə qurudulmuş marixuana və 1,286 qram psixotrop maddə metamfetamin məhv edilsin və 2 (iki) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 225 (iki yüz iyirmi beş) manat məbləğində məhkəmə məsrəfi olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, hökmün surətinin Təqsirləndirilən şəxs isə verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar