Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1554/2021 04.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Qəribov Fikrət Atlıxan oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər, Bakı şəhəri 17 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, “Qubadlının azad olunması uğrunda” medalı ilə təltif edilmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs2 və sonuncunun vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşib onun naməlum şəraitdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 2,2 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin satışını həyata keçirmək məqsədi ilə qrupun üzvü Təqsirləndirilən şəxs2 07 aprel 2021-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində yerləşən “Altun” otelin qarşısında qrupun digər üzvü Təqsirləndirilən şəxs3la görüşüb 70 manat pulun müqabilində onunla birlikdə əvvəlcədən gümüşü rəngli elektron tərəzidən istifadə etməklə 03 ədəd şəffaf sellofan bükümdə qablaşdırdıqları ayrıayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,720 qram, 0,745 qram, ümumi təmiz çəkisi 2,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs3 öz növbəsində satışını həyata keçirməsi üçün sonuncuya vermiş, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin çəkidə narkotik vasitəni əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla ünvan 4 ünvanadək daşımış, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs3 07 aprel 2021-ci il tarixdə, saat 23 radələrində ünvan 4 ünvanda saxlanılmış, ünvan 5ən Nizami Rayon Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs3 üzərində aparılan axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,720 qram, 0,745 qram, ümumi təmiz çəkisi 2,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 verdiyi məlumatlar əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o və Təqsirləndirilən şəxs2 08 aprel 2021-ci il tarixdə saat 10 radələrində ünvan 11 saylı ünvanda saxlanılmış, ünvan 5ən Nizami rayon Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində onun üzərində aparılan axtarış zamanı əlində olan qara rəngli əl çantasının içərisindən səthində narkotik vasitə heroinin izləri olan 12x6 sm ölçüdə gümüşü rəngli elektron tərəzi və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən narkotik vasitənin satışından əldə edilən 03 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 70 manat pul vəsaiti aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 və sonuncunun vasitəsilə tanış olduğu Təqsirləndirilən şəxs1 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşib qrupun üzvü Təqsirləndirilən şəxs1 naməlum şəraitdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 2,2 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitənin satışını həyata keçirmək məqsədi ilə qrupun digər üzvü Təqsirləndirilən şəxs2, 07 aprel 2021-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində yerləşən “Altun” otelin qarşısında onunla görüşüb 70 manat pulun müqabilində Təqsirləndirilən şəxs1lə birlikdə əvvəlcədən gümüşü rəngli elektron tərəzidən istifadə etməklə 03 ədəd şəffaf sellofan bükümdə qablaşdırdıqları ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,720 qram, 0,745 qram, ümumi təmiz çəkisi 2,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini satışını həyata keçirməsi üçün ona vermiş, o, satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin çəkidə narkotik vasitəni əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla ünvan 4 ünvanadək daşımış, sonuncunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, 07 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində ünvan 4 ünvanda saxlanılmış, ünvan 5ən Nizami rayon Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində onun üzərində aparılan axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,720 qram, 0,745 qram, ümumi təmiz çəkisi 2,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, onun verdiyi məlumatlar əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 08 aprel 2021-ci il tarixdə saat 10:00 radələrində ünvan 11 saylı ünvanda saxlanılmış, ünvan 5ən Nizami Rayon Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində aparılan axtarış zamanı əlində olan qara rəngli əl çantasının içərisindən səthində narkotik vasitə heroinin izləri olan 12x6 sm ölçüdə gümüşü rəngli elektron tərəzi və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən narkotik vasitənin satışından əldə edilən 03 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 70 manat pul vəsaiti aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmuş bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma barədə qohumu Təqsirləndirilən şəxs1 və tanışı Təqsirləndirilən şəxs3 ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olmuş bir qrup şəxs halında birləşib qrup üzvü Təqsirləndirilən şəxs1 naməlum şəraitdə və vaxtda istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi təmiz çəkisi 2,2 qram külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitənin satışını həyata keçirmək məqsədi ilə o, 07 aprel 2021-ci il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində yerləşən “Altun” otelin qarşısında qrupun digər üzvü Təqsirləndirilən şəxs3la görüşüb 70 manat pulun müqabilində Təqsirləndirilən şəxs1lə birlikdə əvvəlcədən gümüşü rəngli elektron tərəzidən istifadə etməklə 03 ədəd şəffaf sellofan bükümdə qablaşdırdıqları ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,720 qram, 0,745 qram, ümumi təmiz çəkisi 2,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini Təqsirləndirilən şəxs3 öz növbəsində satışını həyata keçirməsi üçün sonuncuya vermiş, Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi həmin çəkidə narkotik vasitəni əynindəki boz rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla ünvan 4 ünvanadək daşımış, Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs3 07 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində ünvan 4 ünvanda saxlanılmış, ünvan 5ən Nizami rayon Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs3 üzərində aparılan axtarış zamanı əynində olan boz rəngli gödəkçəsinin sağ yan cibindən 03 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,720 qram, 0,745 qram, ümumi təmiz çəkisi 2,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüş, Təqsirləndirilən şəxs3 verdiyi məlumatlar əsasında Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o və Təqsirləndirilən şəxs1 08 aprel 2021-ci il tarixdə saat 10:00 radələrində ünvan 11 saylı ünvanda saxlanılmış, ünvan 5ən Nizami Rayon Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs1 üzərində aparılan axtarış zamanı əlində olan qara rəngli əl çantasının içərisindən səthində narkotik vasitə heroinin izləri olan 12x6 sm ölçüdə gümüşü rəngli elektron tərəzi və əynində olan boz rəngli cins şalvarının sol yan cibindən narkotik vasitənin satışından əldə edilən 03 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq pul əskinaslarından ibarət ümumilikdə 70 manat pul vəsaiti aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittihamla deyil, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 07 aprel 2021-ci il tarixdə xalası qızının xeyir işi ilə əlaqədar Lənkərandan Bakı şəhərinə gəlmiş və onu xalası oğlu Təqsirləndirilən şəxs2 qarşılamışdır. Həmin gün axşam radələrində Fərhad ona bir dostunun narkotik vasitəyə ehtiyacının olduğunu bildirmişdir. O, özü ilə Bakıya gətirdiyi narkotik vasitənin üzərindən bir az götürüb qalanını Fərhada vermişdir. Onun Fərhada verdiyi miqdar 1 qrama yaxın olmuşdur. Fərhad onun yanından uzaqlaşıb narkotiki dostuna vermişdir. O, verdiyi narkotik vasitənin qarşılığında pul əldə etməmişdir. Səhərisi gün polis əməkdaşları onu saxlayıb bölməyə aparmışlar. Onun üzərində aşkar olunduğu yazılan 70 manat pula onun əli dəyməmişdir. Həmin pulu onun cibinə polis əməkdaşları qoymuşlar. O, üzərində aşkarlanan tərəzini narkotik vasitələri çəkmək üçün istifadə etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü, ona elan edilmiş ittihamla deyil, cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilirək ifadəsində göstərdi ki, o, bir il yarımdan artıq müddətdir ki, narkotik vasitələrin istifadəsi ilə məşğuldur. Onunla eyni orta məktəbi bitirən İlqar onun narkotik vasitə qəbul etdiyini bildiyi üçün 07 aprel 2021-ci il tarixdə saat 21:30 radələrində onunla görüşüb, uzun müddət istifadə etməsi üçün narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. O, istifadəsində olan mobil nömrəsindən bir çox tanışlarına zəng edib, onlarda narkotik vasitə olub-olmadığını öyrənməyə çalışmış, lakin zəng etdiyi şəxslər heroin tapa bilməyəcəklərini ona bildirmişlər. Belə olduğu halda o, növbəti tanışlarından birinə, yəni Fərhad adlı tanışına zəng edib heroin istəmişdir. Fərhad qısa vaxt ərzində onunla əlaqə yaradıb, istədiyi çəkidə heroin təşkil etdiyini bildirmiş və onu Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən “Altun” otelin qarşısına çağırmışdır. O, həmin ünvana İlqar adlı tanışı ilə birlikdə getmişdir. O, Fərhada 35 manat pul verib əvəzində 1 qram çəkidə olan heroin əldə etmişdir. İlqarla birlikdə taksi ilə metronun “Qara Qarayev” stansiyasının yaxınlığına gəlmiş, yolda Fərhaddan aldığı 1 qram çəkidə narkotik maddə heroini İlqara vermişdir. Hər ikisi avtomobildən düşmüşlər. Bərabər olduqları vaxt, saat təxminən 23:00 radələrində Nizami rayonu, Əlif Hacıyev küçəsi 19 saylı ünvanda olarkən onlara polis əməkdaşları yaxınlaşıb, onun haqqında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olduğu üçün onları Nizami rayon Polis İdarəsinə dəvət etmişlər. Polis İdarəsinin xidməti otaqlarının birinə gətirildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuşdur. Vəkil gələnə qədər müəyyən zaman kəsiyində onu Polis İdarəsinə gətirən əməkdaşlar hədələyərək, narkotik vasitəni özü üçün aldığını bildirməyi və üzərinə baxış keçirilərkən kamera qarşısında, gələcək vəkilinin yanında cibindən narkotik vasitə çıxarıb təqdim etməklə İlqar üçün deyil, özü üçün aldığını bildirməsini demişlər. Yəni, onun taksidə İlqara verdiyi sellofan bükümdəki narkotik vasitə əməkdaşlar tərəfindən ona verilmiş və o, hədə-qorxu, təzyiq altında həmin narkotik vasitəni əynindəki gödəkcəsinin sağ yan cibinə qoymuşdur. Bir neçə dəqiqə sonra hüquqlarının müdafiəsi üçün dəvət edilən vəkil X2 təhqiqatçının otağında rəsmi sənədləşmə ilə ona təqdim edilmişdir. O, konfidensial görüş zamanı vəkilə həmin narkotik vasitənin ona məxsus olmadığını, narkotik vasitənin alışında iştirak etsə də, həmin maddəni yaxalanmasından qabaq İlqara verdiyini, polis əməkdaşlarının onu və İlqarı yaxaladıqları vaxt narkotik vasitənin İlqarda olduğunu, özünün həmin narkotik vasitəni tanışı Fərhadla əlaqəyə girib, İlqarın verdiyi 35 manat pulun müqabilində əldə edib İlqara verdiyini bildirmişdir. Vəkil ona üzərinə onun iştirakı ilə çəkiliş zamanı keçirilən baxışda narkotik vasitənin üzərində olmadığını bildirməyi demiş, lakin o, vəkilinə belə bir hərəkət edəcəyi halda polis əməkdaşlarının ona qarşı zor tətbiq edəcəklərini izah etmişdir. Bir neçə dəqiqə sonra çəkiliş önündə üzərində axtarış aparılarkən qeyri-qanuni əşyaların təqdim edilməsi təklif edildikdə o, vəkilinin şahidliyi ilə polis əməkdaşları tərəfindən əvvəlcədən ona verilmiş şəffaf sellofan torbada narkotik vasitə heroini gödəkçəsinin sağ yan cibindən çıxararaq təqdim etmiş və polis əməkdaşları tərəfindən ona deyilən ifadəni vermişdir. Bildirmək istəyir ki, istintaqdakı vəkili onun bədəninə baxış keçirmiş və bədənində izlərin olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları tərəfindən döyülməyi ilə bağlı prokurorluğa müraciət etmiş, lakin müraciətinə 2 ay sonra baxdıqları üçün bədənində olan izlər getmişdir. Bununla yanaşı, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflrin razılığı ilə tədqiq olunan ifadəsində Fərhaddan Elşənə məxsus olan 3 qram narkotik vasitə heroini 70 manat pul müqabilində aldığı barədə göstərmişdir (cild 1, iş vərəqi 136-139). Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamla deyil, cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o, 1 ilə yaxın müddətdir ki, narkotik vasitə istifadəsi ilə məşğuldur. Təqsirləndirilən şəxs3 təxminən 10-11 il müddətdir ki, tanıyır. Münasibətləri normaldır. 2020-ci ilin sentyabr ayında torpaqların işğaldan azad olunmasında könüllü olaraq hərbi xidmətə yazılıb, cəbhənin ön sıralarında xidmət etmiş və Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında yaxından iştirak etmiş və kontuziya almışdır. “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Müharibə başa çatdıqdan sonra sağlamlığında yaranan stress, həyəcan onu narkotik vasitələrə aludəçi etmiş və həmin ərəfədə narkotik vasitələrdən yaranan asılılıq səbəbindən ara-sıra narkotik vasitənin heroin növündən istifadə etməyə başlamışdır. 07 aprel 2021-ci il tarixdə axşam saat 20-21 radələrində tanışı olan Səməd onun mobil nömrəsinə zəng edərək 1 qram çəkidə narkotik vasitə olan heroin istəmişdir. Məlumat üçün bildirir ki, 09 aprel 2021-ci il tarixdə bacısının ev şəraitində nikah mərasimi keçiriləcəyi səbəbindən xalası oğlu Təqsirləndirilən şəxs1 həmin mərasimdə iştirak etmək üçün Bakıya gəlmişdir. Səməd ona narkotik vasitə ilə bağlı ona mobil telefonla zəng elədiyi zaman Elşən onun yanında olduğundan, Səmədin istəyini Elşənə demişdir. Elşən də üzərində narkotik vasitə olan heroinin olduğunu bildirərək təklifi qəbul etmişdir. Onu da əlavə edir ki, həm qohumu Elşənin, həm də tanışı Səmədin narkotik vasitələr qəbul etdiyini əvvəlcədən bilmişdir. Bundan sonra o, telefonla yenidən Səmədlə əlaqə saxlayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi ərazisində yerləşən “Altun” otelin yanına gəlməyini demiş, həmin gün təxminən saat 21:30 radələrində Səməd taksi ilə görüş yerinə gəlmişdir. Səməd avtomobili tərk edərkən o, sürücüdən başqa daha bir nəfər şəxsin olduğunu görmüşdür. Səməd tək ona yaxınlaşıb, 1 qram narkotik vasitə almaq üçün 35 manat pulu ona uzatmışdır. O, isə həmin vəsaiti ondan bir qədər aralıda dayanan qohumu Elşənə verməli olduğunu Səmədə demiş və hər ikisi Elşənə tərəf addımlamışlar. Səməd Elşənə yaxınlaşıb, pulu ona uzatmış və ondan şəffaf sellofana bükülmüş 1 bükümdəki narkotik vasitə heroini götürmüşdür. Səməd ondan narkotik vasitəni aldıqdan sonra həmin taksiyə əyləşib getmişdir. O, Səməddən aldığı 35 manat pulu Elşənə vermişdir. 08 aprel 2021-ci il tarixdə səhər saatlarında yaşadığı Nizami rayonunda polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşları onu maşına oturtduqdan sonra onlar “Altun” otelinə getmişlər və polis əməkdaşları orada Elşəni saxlamışlar. Daha sonra onları bölməyə aparmışlar. Onların üzərlərinə polis əməkdaşları baxış keçirən zaman üzərində hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. Bununla yanaşı, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflrin razılığı ilə tədqiq olunan ifadəsində Elşənə məxsus olan 3 qram narkotik vasitə heroini Səmədə 70 manat pul müqabilində satması, nə Polis İdarəsinə gətirilərkən, nə də üzərinə baxış keçirilərkən ona qarşı hər hansı fiziki zor tətbiq edilməməsi barədə göstərmişdir (cild 1, iş vərəqi 170-172). Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 07 aprel 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən “Səməd” adlı şəxsin müəyyən edilərək yaxalanması ilə əlaqədar Nizami rayon Polis İdarəsinin rəhbərliyinə məlumat verməklə müvafiq icazə alındıqdan sonra, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair qəbul edilmiş, müvafiq qərar əsasında həmkarı Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə saat 23:00 radələrində ünvan 4 ünvanda Təqsirləndirilən şəxs3 və onunla birlikdə Şahid1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış və üzərlərində şəxsi axtarış hərəkətləri aparılması üçün Nizami rayon Polis İdarəsinə dəvət edilmişlər. Təqsirləndirilən şəxs3 və Şahid1 şəxsiyyətlərinin müəyyən edilməsindən sonra onların yaxalanmaları üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə dair ilkin sənədlər Nizami rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı Fəxri İsmayılova təqdim edilmişdir. X6 tərəfindən Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparmazdan əvvəl hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs3 müdafiə hüququ təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə onun və əməliyyat tədbirinin digər iştirakçısı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs3 üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs3 qanunsuz və qadağan olunmuş əşya, maddə olduğu halda təqdim edilməsi tələb edilmiş, Səməd əynində olan boz rəngli gödəkçəsinin cibindən şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olduğunu bildirmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs3 qeyd etdiyi narkotik vasitəni tanışı Fərhad adlı şəxsin vasitəsi və iştirakı ilə tanımadığı şəxsdən 70 manat ödəyərək dostu İlqar üçün aldığını bildirmişdir. Vəkil İlqar Şahməmmədov şübhəli Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitələrin sonuncuya məxsus olub-olmaması barədə sual vermiş, cavabında Təqsirləndirilən şəxs3 bildirmişdir ki, narkotik vasitə olan heroin öz üzərindən aşkar olunmuş, lakin dostu İlqara məxsus olmuşdur. Təqsirləndirilən şəxs3 üzərinə baxış keçirilən zaman onun üzərindən bir ədəd şəffaf sellofan bükümdə içərisindən 03 ədəd şəffaf sellofan bükümdə olan açıq-qəhvəyi rəngli, spesifik iyə malik maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan X6 tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Şahid1 üzərinə baxış keçirilərkən isə heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Verilən sualları cavablandıran Şahid1 07 aprel 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs3 ona taksi ilə Günəşli qəsəbəsinə gedib-qayıtmağı xahiş etdiyini və o da etiraz etməyib Səmədlə birlikdə taksi xidməti göstərən avtomobillə Günəşli qəsəbəsinə “Altun” otelinin yaxınlığına getdiyini, “Altun” otelin yaxınlığında Təqsirləndirilən şəxs3 taksidən düşərək naməlum yerə getdiyini, bir qədər sonra geri qayıdaraq taksiyə əyləşib, birlikdə “Qara Qarayev” metrosunun yanına getdiklərini, daha sonra polis əməkdaşları tərəfindən saxlanılaraq Nizami rayon Polis İdarəsinə gətirildiklərini bildirmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq 08 aprel 2021-ci il tarixdə saat 10:00 radələrində ünvan 11 ünvanında onun və həmkarı Şahid2 tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Fərhad və Elşən adlı şəxslər saxlanılaraq Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilmişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparmazdan əvvəl hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs2 müdafiə hüququ təmin edildikdən sonra mənim və əməliyyat tədbirinin digər iştirakçısı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən “KGTEL” markalı mobil telefon və “Sobranie” markalı siqaret qutusu aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs3 07 aprel 2021-ci il tarixdə saat təxminən 2021 radələrində Yeni Günəşli qəsəbəsində 70 manatın müqabilində narkotik vasitə olan heroini satmışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini özü şəxsən Təqsirləndirilən şəxs3 verdiyini, lakin sonuncunun 70 manat pul vəsaitini qohumu Elşən adlı şəxsə verdiyini bildirmişdir. Bundan sonra X6 tərəfindən Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparmazdan əvvəl hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və Təqsirləndirilən şəxs1 müdafiə hüququ təmin edildikdən sonra onun və əməliyyat tədbirinin digər iştirakçısı Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində axtarış aparılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunsuz və qadağan olunmuş əşya, maddə olduğu halda təqdim edilməsi tələb edilmiş, Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli çantasının içərisindən 01 ədəd kiçik ölçülü gümüşü rəngli elektron tərəzi, 01 ədəd “Samsung S7” markalı qara rəngli mobil telefon və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən ayrıayrılıqda 03 ədəd 20 manatlıq, 01 ədəd 10 manatlıq olmaqla ümumilikdə 70 manat pul təqdim etmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş 01 ədəd gümüşü rəngli elektron tərəzi sübut əhəmiyyəti kəsb etdiyindən müvafiq ekspertiza təyin edilməsi üçün qablaşdırılaraq DİN-in müvafiq saylı möhürü ilə təsdiqlənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş digər polis əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini tam təsdiq etdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs3 20 ildir ki, eyni orta məktəbi bitirdiklərindən tanıyır. Münasibətləri normaldır, çox vaxt birgə vaxt keçirmişlər. 07 aprel 2021-ci il tarixdə axşam saatlarında Səmədlə birlikdə olarkən ona 1 qram miqdarında narkotik vasitə istədiyini bildirmişdir. Səməd də bir tanışına zəng vurub danışdıqdan sonra ona narkotik vasitə tapdığını bildirmişdir. Beləliklə də, onlar taksi ilə Yeni Günəşli qəsəbəsi “Altun” otelin yanına getmişlər. Səməd orada onun tanımadığı 2 nəfər şəxslə görüşmüşdür. Bu zaman o, həmin şəxslərdən aralıda dayanmışdır. O, 1 qram narkotik vasitəyə görə Səmədə 35 manat pul vermişdir. Səməd orada tanışından onun şəxsi istifadəsi üçün narkotik vasitə götürmüş və bunun müqabilində də həmin şəxslərə 35 manat pul vermişdir. Daha sonra onlar taksiyə əyləşərək və “Q.Qarayev” metrosunun yaxınlığında avtomobildən enmişlər. Birlikdə piyada hərəkət edərkən mülki geyimli şəxslər onlara yaxınlaşaraq, xidməti vəsiqəsini göstərərək polis əməkdaşları olduqlarını, barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olduğunu bildirib, onlarla birlikdə Nizami rayon Polis İdarəsinə gəlməyi təklif etmişlər. Onlar etiraz və müqavimət etmədən polis əməkdaşları ilə birlikdə Nizami rayon Polis İdarəsinə gəlmişlər. Hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış və konfidiensal görüşdən sonra vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində axtarış aparılarkən polis əməkdaşları ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olacağı təqdirdə təqdim etməyi təklif etmişlər. O da cibində olan narkotik vasitəni təqdim etmişdir. Videoçəkiliş keçirilən zaman isə narkotik maddəni onun cibindən çıxarmamışlar və onun şahid qismində çıxış edəcəyini bildirmişlər. Təhqiqatçı tərəfindən tərtib olunan protokolda nə yazıldığını bilmir və həmin ifadələri o verməmişdir. O, narkotik vasitəni 1 bükümdə görmüşdür. Bu işlə bağlı onu 2 gün saxlamışlar. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq olunan ifadəsində Şahid1 göstərmişdir ki, Təqsirləndirilən şəxs3 20 ildir ki, eyni orta məktəbi bitirdiklərindən tanımışdır. Münasibətləri normal olmuş, çox vaxt birgə vaxt keçirmişlər. 07 aprel 2021-ci il tarixdə axşam saatlarında Səmədlə birlikdə olarkən Səmədin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng gəlmiş və Səməd bir qədər kənara çəkilərək telefonla danışmağa başlamışdır. Təxminən 5 dəqiqə sonra Səməd təkrar ona yaxınlaşıb, Səmədlə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “Altun” otelin yanına getməyi təklif eləmişdir. O da bunun səbəbini soruşmadan razılaşmış və taksi xidməti göstərən avtomobillə qeyd etdiyi ünvana gəlmişlər. Səməd taksidən enmiş və orada iki nəfərlə söhbət etməyə başlamış, o isə taksidən enməmişdir. Bir qədər sonra Səməd qayıdıb taksiyə əyləşmiş və onlar gəldikləri taksi xidməti göstərən avtomobillə saat 22:00 radələrində “Qara Qarayev” metrosunun yaxınlığında avtomobildən enmişlər. Birlikdə piyada hərəkət edərkən mülki geyimli şəxslər onlara yaxınlaşaraq, xidməti vəsiqəsini göstərərək polis əməkdaşları olduqlarını, Səmədin barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məlumat daxil olduğunu bildirib, polis əməkdaşları ilə birlikdə Nizami rayon Polis İdarəsinə gəlməyi təklif etmişlər. Onlar etiraz və müqavimət etmədən polis əməkdaşları ilə birlikdə Nizami rayon Polis İdarəsinə gəlmişlər. Hüquqlarının müdafiəsi üçün vəkil çağırılmış və konfidensial görüşdən sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə üzərində axtarış aparılarkən polis əməkdaşları ona üzərində hər hansı qeyri-qanuni əşya və ya predmet olacağı təqdirdə təqdim etməyi təklif etmişlər. O, üzərində heç bir qeyri-qanuni əşya, o cümlədən narkotik vasitə olmadığını bildirmiş və axtarış nəticəsində də üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, onlar də öz imzaları ilə doğruluğunu təsdiq etmişlər. İşin mahiyyəti üzrə verilən sualları cavablandıran Şahid1 bildirmişdir ki, Səməd ona bu barədə heç bir söz deməmişdir, o da maraqlanmamışdır. O, narkotik vasitələrin istifadəsi ilə məşğul olmamışdır. O, Səmədin orada görüşdüyü şəxsləri tanımamış və əvvəl də görməmişdir. O, Yeni Günəşli qəsəbəsinə getmək üçün sifariş etdiyimiz taksi xidməti göstərən avtomobilin dövlət qeydiyyat nömrəsi, o cümlədən heç bir xüsusiyyəti yadımda qalmamışdır. Polis əməkdaşları nə Polis İdarəsinə gətirilərkən, nə də üzərində axtarış apararkən ona heç bir fiziki zor tətbiq etməmişdir (cild 1, iş vərəqi 114-116). Məhkəmə Şahid1 ibtidai istintaq vaxtı verdiyi ifadəsini iş üzrə toplanmış bütün sübutlarla müqayisəli şəkildə təhlil edib, hesab edir ki, şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri həqiqətə daha uyğundur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 07.04.2021-ci il tarixli, 087-804 A-3121 saylı raportdan görünür ki, Bakı şəhərində yaşayan Səməd adlı şəxsin mütəmadi olaraq narkotik maddələri əldə etməsi, saxlaması, qəbulu və satışı ilə məşğul olması barədə Bakı şəhəri Nizami rayon Polis İdarəsinə məlumat daxil olmuşdur (cild 1, iş vərəqi 5). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair 07.04.2021-ci il tarixli qərardan görünür ki, Səməd adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi və cinayət başında yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild , iş vərəqi 7). İşdə olan 07.04.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Nizami rayonu, Ə.Hacıyev küçəsində saxlanılan xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, ünvan 12 ünvanda yaşayan Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən Təqsirləndirilən şəxs3 barəsində şəxsi axtarış aparılarkən onun üzərindən 1 ədəd şəffaf sellofanın içərisində 3 ədəd şəffaf sellofan bükümdə olan açıqqəhvəyi rəngli, spesifik iyə malik heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqi 3). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 07.04.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs3 boz rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf sellofan bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, sonra boz rəngli şalvarının sol yan cibindən “Samsung A32” markalı mobil telefonu təqdim etmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs3 qeyd etdiyi narkotik vasitəni tanışı Fərhad adlı şəxsin vasitəsi və iştirakı ilə tanımadığı şəxsdən 70 manat ödəyərək dostu İlqar üçün aldığını bildirmişdir. Şəxsi axtarışda iştirak edən vəkil İlqar Şahməmmədov şübhəli Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitələrin sonuncuya məxsus olub-olmaması barədə sual vermiş, Təqsirləndirilən şəxs3 narkotik vasitə heroinin öz üzərindən aşkar olunduğunu, lakin dostu İlqara məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofan bükümün içərisindəki 3 ədəd şəffaf sellofan bükümdə olan açıq-qəhvəyi rəngli, spesifik iyə malik maddə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür (cild 1, iş vərəqi 24-25). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08.04.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Şahid1 üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Suallara cavab olaraq Şahid1 07 aprel 2021-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs3 ona taksi ilə Günəşli qəsəbəsinə gedib-qayıtmağı xahiş etdiyini və o da etiraz etməyib Səmədlə birlikdə taksi ilə Günəşli qəsəbəsinə “Altun” restoranın yanına getdiyini, daha sonra restoranın yanında Səmədin taksidən düşüb naməlum yerə getməsini və bir qədər sonra geri qayıdaraq taksiyə əyləşib birlikdə “Q.Qarayev” metrosunun yanına qayıtmalarını, ünvan 13 ünvanın qarşısında olduqları zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Nizam RPİ-nə gətirilmələrini bildirmişdir (cild 1, iş vərəqi 44-45). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08.04.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, lakin onun üzərindən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Suallara cavab olaraq Təqsirləndirilən şəxs2 Səməd adlı şəxsə 07 aprel 2021-ci il tarixdə saat təxminən 20-21 radələrində Yeni Günəşli qəsəbəsində 70 manata narkotik vasitə hesab edilən heroin satdığını, Səməd adlı şəxsə narkotik vasitəni özü verdiyini həmin narkotik vasitəyə görə verilmiş 70 manat pulu yanında olan Elşən adlı şəxsin aldığını bildirmişdir (cild 1, iş vərəqi 70-71). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08.04.2021-ci il tarixli protokoldan görünür ki, videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmış, edilmiş təklifdən sonra Təqsirləndirilən şəxs1 əlində olan qara rəngli əl çantasının içərisindən 01 ədəd kiçik ölçülü gümüşü rəngli elekton tərəzini, 01 ədəd “Samsung S7” markalı qara rəngli mobil telefonu və əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 03 ədəd 20 manatlıq əskinas və 01 ədəd 10 manatlıq əskinas, ümumilkdə 70 manat pulu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd gümüşü rəngli elektron tərəzi və pul əskinasları müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 1, iş vərəqi 89-90). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 08.04.2021-ci il tarixli, 6/1391 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün №162” möhür əksi, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs3 üzərindən...” və sair yazılar, imzalar olan zərfdəki üç ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,745 qram, 0,720 qram, ümumi təmiz çəkisi 2,2 qram maddə kütlələri kustar üsula hazırlanmış narkotik vasitə heroindir. 03 bükümdəki heroin kütlələri kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. Aparılmış tədqiqatın dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik təşkil edir (cild 1, iş vərəqi 97-101). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş materialların məhkəmə ekspertizasının 08.04.2021-ci il tarixli, 6/1390 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün №162” möhür əksi “Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş sübut əhəmiyyətinə malik elektron tərəzi...” və sair yazılar olan zərfdəki 12x6 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin səthində narkotik vasitə heroinin izləri müəyyən edildi. Tərəzinin səthində heroin izi az miqdarda olduğundan təmiz çəkisinin müəyyən edilməsi və “Saxlanılan şəxs Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş maddi sübut...” qeydli zərfdəki 03 ədəd bükümdə olan heroin maddələri ilə (08.04.2021-ci il tarixli 1391 №-li ekspert rəyi) eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün olmadı. Aparılmış tədqiqatın dəyəri 109 (yüz doqquz) manat 90 (doxsan) qəpik təşkil edir (cild 1, iş vərəqi 103-106). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 25.06.2021-ci il tarixli, 2070 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 58-59). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 09.07.2021-ci il tarixli, 2242 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 60-61). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 30.07.2021-ci il tarixli, 2565 nömrəli rəyindən görünür ki, müayinə zamanı X1 opioidlərin birgə qəbulu və psixotrop maddə olan metamfetamindən birgə qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 65-66). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 10.04.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi əvvəlki ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 207-210). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17.04.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Şahid1 istintaqa verdiyi əvvəlki ifadəsini Təqsirləndirilən şəxs3 üzünə qarşı təkrar edərək istintaqa verdiyi əvvəlki ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 257-260). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 17.04.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi əvvəlki ifadəsini Təqsirləndirilən şəxs3 üzünə qarşı təkrar edərək istintaqa verdiyi əvvəlki ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 261-264). İşdə olan protokoldan və müstəntiqin qərarından görünür ki, Şahid1 07.04.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, o, 09.04.2021-ci il tarixdə həbsdən azad edilmiş və həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 35, 155-161). İşdə olan müstəntiqin 17.04.2021-ci il tarixli qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair şübhələr kifayət qədər əsaslı olmadığından 09 aprel 2021-ci il tarixdə haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmiş və o, şübhəli şəxs vəziyyətindən çıxmış hesab olunmuşdur (cild 1, iş vərəqi 246-255). İşdə olan əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında 08.07.2021-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş üç ədəd kağız bükümdə təmiz çəkisi 0,735 qram, 0,745 qram, 0,720 qram, ümumi təmiz çəkiləri 2,2 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, Təqsirləndirilən şəxs1 Əlatun oğlunun üzərindən aşkar edilmiş elektron tərəzi və 03 ədəd 20 manatlıq və 01 ədəd 10 manatlıq əskinas olan ümumilikdə 70 manat pul vəsaiti cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanmasından ötrü ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 2,11 qram olan narkotik vasitə heroin və elektron tərəzi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına verilmiş, pul vəsaiti Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabına keçirilmişdir (cild 2, iş vərəqi 29-39). İşdə olan cinayət işinin başlanılmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon prokurorluğunun 16.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami RPİ-nin Narkotiklərlə Mübarizə bölməsinin əməkdaşları tərəfindən idarədə fiziki təzyiq göstərilməsi və müxtəlif bədən xəsarətləri yetirilməsi barədə müraciətində göstərdiyi xüsusatlar təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 19-21). İşdə olan Təqsirləndirilən şəxs2 məxsus hərbi biletin surətindən və Azərbaycan Respublikası Prezidentinin sərəncamından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 22.07.2009-02.01.2011-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tərkibində müddətli həqiqi hərbi xidmət keçmiş, 29.09.2020-ci il – 01.12.2020-ci il tarixlərdə səfərbərlik üzrə çağırılaraq İkinci Qarabağ müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir (cild 1, iş vərəqi 223-231). İşdə olan 30 iyul 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 hərəkətlərində hər hansı cinayətin, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkib əlamətləri olmadığından, barəsində cinayət təqibinin başlanması rədd edilmişdir (cild 2, iş vərəqi 110-129). İşdə olan cinayət işinin materialların başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 30.07.2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından 03 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,735 qram, 0,720 qram, 0,745 qram, ümumi təmiz çəkisi 2,2 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroinin əldə edilmə mənbəyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş iş vərəqi 131-135). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin təmiz halda 0,15 qrama qədər şəxsi istehlak miqdarı, 2 qram və ondan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 Fərhada təxminən 1 qrama yaxın heroini pulsuz verməsi, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əldə edib daşıyaraq saxladıqları heroinin çəkisinin 1 qram olması və onu 35 manata almaları barədə məhkəmədə verdikləri ifadələrinə məhkəmə tənqidi yanaşır və hesab edir ki, onların bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzalarını yüngülləşdirmək məqsədi daşıyır və öz ifadələrindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq vaxtı verdikləri ifadələri onlar işin digər dəlilləri ilə tamamilə uzlaşdığından sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, daşıması və saxlaması kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 56). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 57). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən, görünür ki, Təqsirləndirilən şəxs1 Lənkəran Rayon Məhkəməsinin 09.03.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22.09.2018-ci ildə cəzasının sonu ilə azad olunmuşdur (cild 2, iş vərəqi 53-55). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Lakin həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə onların məhkumluğu ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Lənkəran Rayon Məhkəməsinin 09.03.2017-ci il tarixli hökmü ilə ona təyin edilmiş cəzanı çəkib qurtardığı gündən iki ildən çox vaxt keçdiyindən qüvvədə olan cinayət qanunvericiliyinə görə, onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və o, məhkumluğu olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar nəzərə alınmır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənildiyindən onun törətdiyi əməl cinayətin residivi kimi qiymətləndiriilə bilməz. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavanlığını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 İkinci Qarabağ müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsini və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, cavanlığını, xəstə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar məhkəmədə müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onların törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə bütün bunları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi əməl ağır cinayət kimi təsnif edilmişdir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzaları ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs2 İkinci Qarabağ müharibəsində Cəbrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etməsini və Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilməsini müstəsna hal kimi qəbul edir və hesab edir ki, bu və digər yüngülləşdirici halların məcmusu nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsi və ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxsin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs1 08.04.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən barəsində 10.04.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 08 aprel 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (cild 1, iş vərəqi 82, 216-218). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 08 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İşdə olan protokoldan, prokurorun və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs3 07.04.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatəti Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən müdafiə edilməmiş, o, 09.04.2021-ci il tarixdə həbsdən azad edilmiş və həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 16, 143-145, 147-148; 149-151). Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı tutulduğu 2 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilməlidir. Təqsirləndirilən şəxs3 cəza çəkməsinin başlanğıcı hökmün elan olunduğu tarixdən hesablanmalı, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İşdə olan protokoldan və prokurorun və müstəntiqin qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 08.04.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatəti Bakı şəhəri Nizami rayon prokuroru tərəfindən müdafiə edilməmiş, o, 10.04.2021-ci il tarixdə həbsdən azad edilmiş və həmin gün barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqi 63, 232-235, 237-240, 242-244). “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarına əsasən cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalan çəkisi 2,11 qram narkotik vasitə heroin və elektron tərəzi məhv edilməli, digər maddi sübut - Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabında saxlanılan 70 manat pul vəsaiti xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər şəkildə tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 2 (iki) gün bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 04 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilsin, o, dərhal məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 2 (iki) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübutlar aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasında saxlanılan, ekspert tədqiqatından sonra qalıq qalan çəkisi 2,11 qram narkotik vasitə heroin və elektron tərəzi məhv edilsin; - Bakı şəhəri Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinin depozit hesabında saxlanılan 70 manat pul vəsaiti xüsusi müsadirə olunsun və dövlət nəfinə keçirilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizaları ilə əlaqədar 219,80 (iki yüz on doqquz manat səksən qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 bərabər şəkildə tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1554/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1554/2021
04.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver