Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1554/2022 30.08.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X41 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X21, Dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X22, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə 40 manat ödəniş etməklə sonuncudan satış məqsədi ilə qanunsuz olaraq 1 ədəd şəffaf rəngli sellofana bükülü vəziyyətdə təmiz çəkisi 3,535 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 22 aprel 2022-ci il tarixdə saat 18:00-da Bakı şəhəri Yasamal RPİ-nin X8 və Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 47 ünvanında yerləşən söküntülü binanın içərisində saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki göy rəngli şalvarın sağ cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 1 ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 3,535 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” deyilən yerdə bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 40 manata 1 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə heroin almış və həmin narkotik vasitəni istifadə etmək üçün cibinə qoymuşdur. Tanıdığı Böyükağa adlı şəxsə aldığı qida qarşılığında sonuncu ona söküntülü binada narkotik vasitə qəbul etməyinə şərait yaratmışdır. 22 aprel 2022-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu, H.Cavid prospektində yerləşən söküntülü binaya gəlmişdir ki, orada narkotik vasitə qəbul etsin. Orada olan zaman narkotik vasitəni istifadə etmiş və bir müddət sonra 4 nəfər mülki geyimli şəxs həmin yerə daxil olub özlərini təqdim edərək Yasamal RPİ-nin NMB-nin və 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt yarımtikilidə ondan və Böyükağadan başqa 3 nəfər də olmuşdur. Həmin polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər. O da Təqsirləndirilən şəxs olduğunu, ünvan 4 ünvanında yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona və orada olan digər şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları özləri ilə gətirdikləri narkotik vasitə bükümünü stola qoyub videoçəkiliş etməyə başlamışlar. Daha sonra isə onları 28-ci PB-nə gətirmişlər və bölmədə olarkən üzərində şəxsi axtarış həyata keçirilmiş və heç nə aşkar olunmamışdır. Buna baxmayaraq, videoçəkilişdən əvvəl polis əməkdaşları tərəfindən 1 büküm heroin üzərinə qoyularaq ona məxsus olmasını bildirməsi tələb edilmişdir. Tutulan zaman narkotik vasitənin təsiri altında olmuş, buna görə də ona deyilənlərlə razılaşmışdır. Polis əməkdaşlarının həmin heroini haradan əldə etməsi barədə məlumatı olmamışdır. Böyükağa Baxşıyevi bir neçə ay əvvəl tanımışdır. Böyükağaya heç vaxt narkotik vasitə verməmiş, ona sadəcə ərzaq alıb vermişdir. Yarımtikilidə olan Böyükağa Baxşıyev, X23, X29 və X12 ilə Yasamalda yerləşən telefon dükanında olan zaman tanış olmuşdur. Tutulanadək istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. 2009-2016-cı illərdə mühafizə polisi kimi işləmişdir. 2016-ci ildə atasının müalicəsi ilə əlaqədar onu ölkə xaricinə aparmalı olduğundan öz ərizəsi ilə işdən çıxmışdır. Heç vaxt narkotik vasitə satışı ilə məşğul olmamışdır. Onu tutan polis əməkdaşlarından Rüfət adlı şəxsi tanıyır, sonuncu ilə birlikdə hərbi xidmətdə olmuşdur. Hər dəfə öz istifadəsi üçün narkotik vasitə əldə etmiş və özü istifadə etmişdir. Üzərində şəxsi axtarış və yarımtikiliyə baxış videoçəkilişlə həyata keçirilmişdir. Yarımtikiliyə 12 nəfər polis əməkdaşı daxil olmuşdur. Onunla tutulan şəxslərlə birlikdə narkotik vasitədən istifadə etmişdir. Narkotik vasitəni tanımadığı şəxslərdən almışdır. Böyükağadan narkotik vasitə almamışdır. Narkotik vasitənin yalnız heroin növündən istifadə etmişdir. Yasamal rayonu H.Cavid prospekti 47 ünvanında söküntülü binada otaqda olan masanın üzərində olmuş bir ədəd şpris və 1 ədəd tərəzinın kimə məxsus olduğunu bilmir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadələri elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, həyat yoldaşı ilə bir müddət əvvəl boşanmışdır, himayəsində bir azyaşlı övladı var, buna görə də aliment ödəyir. Təxminən 1 il 6 ay “kakos” adlanan narkotik vasitə heroindən istifadə etmişdir. 20 aprel 2022-ci il tarixdə o, Bakı şəhəri Nəsimi rayonu “Kubinka” deyilən yerdə bir nəfər üzdən tanıdığı, lakin barəsində heç bir məlumatı olmayan şəxsdən şəxsi istifadəsi üçün 40 manata 1 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə heroin əldə etmiş və həmin narkotik vasitənin bir hissəsini istifadə edərək qalan hissəsini əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Tanıdığı Böyükağa adlı şəxsə aldığı gida qarşılığında sonuncu ona söküntülü binada narkotik vasitə qəbul etməsinə şərait yaratmışdır. 22 aprel 2022-ci il tarixdə saat 17 radələrində Yasamal rayonu, H.Cavid prospektində yerləşən söküntülü binaya gəlmişdir ki, orada narkotik vasitə qəbul etsin. Orada olduğu zaman 4 nəfər mülki geyimli şəxs evə daxil olmuş və özlərini təqdim edərək Yasamal RPİ-nin NMB-nin və 28-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt ondan və Böyükağadan başqa orada 3 nəfər digər şəxslər də olmuş, lakin o həmin şəxsləri tanımamışdır. Həmin polis əməkdaşları ona özünü təqdim etməsini söyləmişlər və o, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olduğunu, ünvan 5 ünvanında yaşadığını bildirmişdir. Bu zaman həmin polis əməkdaşları ona və orada olan digər şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirmiş və onları 28-ci PB-nə dəvət etmişlər. Onlar razılaşmış və həmin əməkdaşlarla birlikdə həmin polis bölməsinə getmişlər. Orada ona hüquqları izah edilmiş və hüquqlarının müdafiəsi üçün ona dövlət vəsaiti hesabına vəkil ilə təmin olunacağını bildirmişlər, o da etiraz etməmişdir. Bundan sonra ona Bakı şəhəri 22 saylı Vəkil Bürosunda olan vəkillərin siyahısını təqdim etmişlər və o həmin siyahıdan vəkil X19 dəvət olunmasını istəmişdir. Bundan sonra həmin Bürodan vəkil X27 dəvət edilmiş və ona təqdim edilmişdir. Bundan sonra həmin polis bölməsinin xidməti otaqlarının birində onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, üzərində qanunsuz nə varsa çıxarıb masanın üzərinə qoyması təklif edilmişdir. Həmin vaxt həmin otaqda təhqiqatçı, onu saxlayaraq polis bölməsinə gətirmiş həmin 4 nəfər polis əməkdaşı və vəkil Nofəl Əhmədov olmuşlar. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf rəngli sellofan bükümü cibindən çıxarıb masanın üzərinə qoymuşdur. Ondan həmin bükümdə nə olduğu soruşulanda o bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə heroin var. Bundan sonra həmin büküm təhqiqatçı tərəfindən açılmış və ona baxış keçirilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən başqa bir əşya aşkar olunmamışdır. Sonra isə onun təqdim etdiyi həmin büküm 1 ədəd zərfə qablaşdırılmış, həmin zərf möhürlənərək o və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin zərfdə olan üzərindən aşkar edilmiş heroin ekspertizaya göndərilmişdir. Qeyd edilən hərəkətlər zamanı videoçəkiliş aparılmışdır. Bundan sonra şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, o və iştirakçılar tərəfindən imzalanmışdır. Əlavə olaraq o bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, təxminən 1 qram çəkidə heroin əldə edərək üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş heroinin miqdarının 3,535 qram olması doğru deyil, həmin çəkinin haradan götürüldüyünü bilmir. Həqiqətən də üzərində narkotik vasitə olmuş, lakin miqdarı cinayət işində qeyd olunan miqdardan az olmuşdur. Narkotik vasitənin onun üzərinə zorla qoyulduğunu və özünü təqsirli bilmədiyini deməklə o, hakim tərəfindən barəsində həbs seçilməməsinə nail olmaq istəmişdir. B.Baxşıyevi o bir neçə ay əvvəl tanımış, həmin vaxt o, narkotik vasitə alanda həmin narkotik vasitəni ona satmış şəxs həmin söküntülü binanın ünvanını deyərək onun orada gizli şəkildə narkotik vasitə qəbul edə biləcəyini demiş və bununla da o həmin yerə gedib Böyükağa ilə orada tanış olmuşdur. Onun bildiyi qədərilə, Yasamal rayonu, H.Cavid pr. 47 ünvanında söküntülü binada otaqda olan masanın üzərində olmuş 1 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlənin olduğu büküm, 1 ədəd şpris və 1 ədəd tərəzi Böyükağa Baxşıyevə məxsus olmuş, belə ki, o həmin yerə özü ilə nakrotik vasitə gətirərək gəlmiş və ora gəldikdə qeyd edilən əşyaların artıq masanın üzərində olduğunu görmüşdür. Onun üzərində şəxsi axtarış keçirilərkən o, narkotikin təsiri altında olduğundan suallara cavab verərkən dili dolaşmış və həmin söküntülü binada narkotik vasitələrin qəbulu müqabilində Böyükağaya yemək verdiyini demək istəyərkən çaşmış və sonuncuya narkotik verdiyini demişdir. Lakin həqiqətdə o, sonuncuya narkotik verməmişdir. O saxlanılarkən saat 18:00 olduğunu düşünürmüş, ona görə çəkiliş zamanı belə demişdir. Saxlanılarkən onunla birlikdə söküntülü binada olmuş X23, X29 və X5muşlar, lakin həmin şəxslərə o heç vaxt narkotik vasitə satmamış, yaxud da verməmişdir (cild 1, iş vərəqə 45-47 və 60-62). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin faktiki hallarına uyğun ifadələr vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin faktiki hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə tam təqsirli olması ibtidai istintaq zamanı qismən etirafedici ifadələri ilə yanaşı aşağıdakı sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin X11 xx.xx.1964-ci il tarixdə ünvan 7 ünvanında qeydiyyatda olan və yaşayan X6 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də yaşadığı evin yaxınlığında ünvan 9 ünvanda yerləşən binada narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi, saxlaması və həmin gün saat 18 radələrində üzərində narkotik vasitə ilə Yasamal rayonu H.Cavid prospekti 47 saylı ünvanın qarşısına gələcəyi barədə əvvəlcədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı 22 aprel 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş və müvafiq əmr hazırlanmış, əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib edilməklə qrupa rəhbəri təyin edilmişdir. Daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 22 aprel 2022-ci il tarixdə saat 17:50 radələrində iş yoldaşı Yasamal RPİ-nin X8 əməliyyat müvəkkili Şahid1, Yasamal RPİ-nin 28-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid4, Yasamal RPİ 28-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 və Yasamal RPİ 28-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X17 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə ünvan 10 ünvanda yerləşən binanın giriş qapısının qarşısında zahiri əlamətləri X9 bənzər şəxslə rastlaşmış və özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncudan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü X2 təqdim etmişdir. Barəsində məlumat alınan şəxs müəyyən olunduğuna görə sonuncuya Yasamal RPİ 28-ci PB-nin baş təhqiqatçısı, polis kapitanı X17 tərəfindən bildirilmişdir ki, sonuncunun Yasamal rayonu H.Cavid prospekti 47 saylı ünvanda narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxana təşkil etməsi və saxlaması, eləcə də Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasına dair əvvəlcədən məlumat daxil olmuş, bu baxımdan B.Baxşıyevin iştirakı ilə həmin tiryəkxana kimi təqdim edilən yerə (otağa) baxış keçirilməlidir. Bundan başqa X1 rayonu H.Cavid prospekti 47 saylı ünvanda yerləşən binaya baxış keçirilməsi ilə əlaqədar “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” 22 aprel 2022-ci tarixli qərarla tanış edilmişdir. X13 Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti 47 ünvanında yerləşən tikili sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra onların və X7 iştirakı ilə ünvan 9 ünvanda olan söküntüyə məruz qalmış binanın (tikilinin) otaqlarından birinə daxil olmuşlar. Həmin otağın giriş qapısının qarşısında müxtəlif zibil və digər tullantı materiallarının olması müşahidə edilmişdir. Həmin otağın içərisində bir masanın ətrafında 3 kişi və bir qadın olmaqla cəmi 4 nəfərin toplaşmaları müşahidə edilmişdir. Otaqda işıqlandırma sistemi olmadığından polis əməkdaşlarının mobil telefonun işığından istifadə edilməklə otağın işıqlandırması həyata keçirilmişdir. Otaqda aşkar edilmiş şəxslərə kim olduqları və nə məqsədlə həmin otağa toplaşdıqları sualı verilmişdir. Həmin şəxslər bir-bir özlərini təqdim etdikdə müəyyən edilmişdir ki, otağa toplaşan şəxslər xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən ünvan 4-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, işləməyən Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 43, mənzil 14-də qeydiyyatda olmaqla yaşayan X29, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, ünvan 11 ünvanında qeydiyyatda olmaqla ünvan 12an X24 və xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən, ünvan 13 ünvanında qeydiyyatda olmaqla yaşayan X4. Həmin şəxslərə hazırda həmin otaqda olma səbəbi soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, mütəmadi olaraq narkotik vasitə istifadə etmək üçün həmin yerə toplaşmışlar və əvvəllər də gəlmişlər. Masanın üzərində 1 ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd şpris və 1 ədəd elektron tərəzi, eləcə də öncədən çəkilmiş siqaret kötükləri, stəkan və 2 ədəd çaydan, qənd olması müşahidə edilmişdir. Həmin otağı kimin təşkil etməsi sual verildikdə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin gizli yeri sonunculara X13 yemək qarşılığında vermişdir. Eləcə də X29 bildirmişdir ki, sonuncu iki aydır gizli yer və “priton” kimi həmin yerə gəlib-getmişdir. Verilən suala cavab olaraq X13 bildirmişdir ki, həmin otağı yemək qarşılığında həmin şəxslərə vermiş, sonunculardan pul almamış, həmin şəxslərə narkotik vasitə satmamış və sonunculardan da narkotik vasitə almamışdır. Həmçinin X12 bildirmişdir ki, narkotik vasitəni aldıqları zaman çəkidə aldanmamaq üçün həmin tərəzidə çəkmişlər və bu baxımdan tərəzi gəzdirmişlər. Otağa əlavə olaraq nəzər yetirildikdə orada 2 ədəd yataq dəsti və geyim əşyalarının olması aşkar edilmişdir. Baxış zamanı masanın üzərində olan 1 ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd şpris və 1 ədəd elektron tərəzi zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra həmin otağa baxış keçirildikdə narkotik vasitə və psixotrop maddə, eləcə də qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Bütün bunlar videoçəkilişlə həyata keçirilmişdir. Edilən sorğu sual əsasında X13 otaqdakı masanın üzərində aşkar olunmuş 1 bükümdə olan kütlənin, şprisin və elektron tərəzinin ona məxsus olmadığını, özünün narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər məhkum olunduğunu, sonuncuya qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini, həmin ünvana gələn narkotik vasitə istifadə edən şəxslərin ona yemək verdiyini və bunun müqabilində də sonuncuları həmin ünvana buraxdığını bildirmişdir. Eyni zamanda həmin otaqda aşkar edilən X24, X29, X16 və Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq Böyükağa Baxşiyevin istifadəsində olan tikili sahəsinə gələrək orada narkotik vasitədən istifadə etdiklərini və bunun müqabilində B.Baxşıyevə yemək verdiklərini bildirmişlər. Daha sonra X13, X24, X29, X16 və Təqsirləndirilən şəxs üzərilərində narkotik vasitə olmasında şübhəli olduqları üçün Yasamal RPİ-nin 28-ci PB-nə dəvət edilmişlər. Sonuncular etiraz etmədikləri üçün onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PB-nə gəlmişlər. Bundan sonra orada Təqsirləndirilən şəxs şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, hüquqlarının müdafiəsi üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunmaq hüququnun olduğu bildirilmiş və K. Məmmədov ona təqdim edilmiş siyahıdan Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X19 onun hüquqlarının müdafiə etməsini istədiyini bildirmişdir. Bundan sonra X27 müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmiş, sonra isə müdafiəçinin iştirakı ilə sonuncuya bildirilmişdir ki, üzərində şəxsi axtarış keçiriləcəkdir və üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli bükümü çıxarıb təqdim etmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin büküm açılmış, bükümün içərisindən qəhvəyi rəngli, tozşəkilli maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümün içərisində olan maddə “kakos” adlanan narkotik maddə olan heroindir və həmin maddəni 2 gün əvvəl Nəsimi rayonunda yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 40 manat pulun müqabilində əldə etmişdir. Bundan sonra həmin büküm bağlanaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin sonuncunun üzərində başqa hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm zərfə qoyulmuş və zərf möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və zərfə qablaşdırılmış 1 ədəd büküm içərisində olan maddənin tərkibinin müəyyən edilməsi üçün ekspertizaya göndərilmişdir. Daha sonra müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayonu H.Cavid prospekti 47 ünvanında yerləşən söküntülü binaya baxış zamanı otaqda olan masanın üzərində aşkar olunmuş 1 ədəd bükümdə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər kütlə, 1 ədəd şpris və 1 ədəd elektron tərəzi X10 məxsusdur. Təqsirləndirilən şəxs narkotik vasitə heroini Yasamal rayonu ərazisində satması barədə dəfələrlə müvafiq əməliyyat məlumatları daxil olmuş, lakin həmin məlumatlar bir qədər gec daxil olduğundan keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs müəyyən edib cinayətin başında ifşa etmək mümkün olmamış, həmçinin sonuncudan narkotik vasitəni əldə edən şəxslərin də şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi şəxs barədə hal-hazırda məlumatlar toplanılır, lakin indiki vaxtadək həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat qrupuna o rəhbərlik etmişdir. Yarımtikili yaşanılacaq vəziyyətdə olmamış, uçuq-sökük olmuşdur. 22 aprel 2022-ci il tarixində daxil olmuş əməliyyat məlumatı yalnız X14 barəsində olmuşdur. Təqsirləndirilən şəxsin tutulmasından 3 saat sonra üzərində şəxsi axtarışın həyata keçirilməsinin səbəbi tutulan şəxslərin sayının çoxluğu olmuşdur. Təqsirləndirilən şəxs tutulan zaman narkotik vasitənin təsiri altında olmuşdur. Şəxsi axtarış və yarımtikiliyə baxış videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid4 Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Şahid3 ibtidai araşdırma orqanına verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir (cild 1, iş vərəqə 134-137). Cinayət işinin materiallarında olan “disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, orada əks edilmiş görüntülər 23 aprel 2022ci ildə saat 00:30-də qeydə alınmışdır. Videogörüntüdən müəyyən edilir ki, Yasamal RPİnin 28-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Nicat Abdullayev tərəfindən həmin polis şöbəsinin xidməti otaqlarının birində şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Həmin zaman otaqda qeyd edilən şəxslərdən başqa Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili X19, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid2, 28-ci PB-nin əməliyyat müvəkkilləri Şahid4 və Şahid3 olduqları görünür. Şəxsi axtarış keçirildikdən öncə təhqiqatçı N. Abdullayev tərəfindən K. Məmmədova hüquq və vəzifələri izah olunmuş və təklif edilmişdir ki, sonuncu üzərində qanunsuz əşya varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf rəngli bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən həmin büküm açılıb baxış keçirilmiş, bükümdə qəhvəyi rəngli tozşəkilli kütlələr olduğu müəyyən edilmişdir. Təhqiqatçı ondan həmin bükümdə olan maddənin nə olduğu soruşmuş, Təqsirləndirilən şəxs isə həmin bükümdə olan maddənin “kakos” adlandırdığı narkotik maddənin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyi soruşulmuş, sonuncu isə bildirmişdir ki, həmin narkotik vasitəni 2 gün əvvəl “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 40 manat pulun müqabilində əldə etmişdir. Verilən suallara cavab olaraq K. Məmmədov bildirmişdir ki, həmin tarixdə 18:00-da Yasamal rayonu, H.Cavid prospekti 47 ünvanında saxlanılmış, onunla birlikdə saxlanılmış şəxslərlə həmin ünvanda narkotik vasitə qəbul etmiş, həmin yeri onlara Böyükağa adlı şəxs təşkil etmiş, bunun müqabilində onlar özləri ilə gətirdiyi narkotik vasitənin bir qismini həmin şəxsə vermişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm zərfə qablaşdırılmış, zərf möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən keçirilmiş şəxsi axtarışla bağlı iştirakçılardan etirazlarının olubolmadığı soruşulmuş və heç bir etiraz və ya şikayət daxil olmamışdır. Bundan sonra təhqiqatçı şəxsi axtarış keçirilməsinin başa çatdığını bildirmişdir. Bununla bağlı müvafiq protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 50). Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəffaf rəngli sellofan paketinə bükülmüş içərisində qəhvəyi rəngli, toz formasında olan “kakos” adlanan 1 ədəd narkotik vasitə bükümünü çıxarıb könüllü olaraq təqdim etmişdir. O həmin bükülünü təqdim etdikdən sonra bildirmişdir ki, həmin narkotik vasitəni 2 gün əvvəl “Kubinka” deyilən yerdən tanımdığı şəxsdə almış və xx.xx.2022-ci il tarixdə saat 17:50-də Yasamal rayonu, H.Cavid prospekti 47 ünvanında RPİ-nin 28-ci PBnin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 28-ci PB-nin inzibati binasına gətirildiyini qeyd etmişdir (cild 1, iş vərəqə 28-29). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-Kimyəvi Ekspertizasının 23 aprel 2022-ci il tarixli 6/2335 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №167” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 3,535 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (Qeyd: heroinin ümümi təmiz çəkisi 3,535 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 3,485 qram, cild 1, iş vərəqə 38-40). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X31 17 iyun 2022-ci il tarixli 1574 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 1, iş vərəqə 153-154). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X33 Şəxsi Ambulator X3 11 iyun 2022-ci il tarixli 3182 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür (cild 1, iş vərəqə 150-151). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,485 qram olan narkotik vasitə heroin saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanc kamerasına təhvil verilmiş, şəxsi axtarış və baxış keçirilərkən qeyd alınmış videogörüntülərin əks olunduğu 2 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqə 159-174). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqə 122). Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 48). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 21). Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal rayon məhkəməsinin 24 aprel 2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 73-74). Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi nəzərdə tutulmuşdur. Bu normaların tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22 aprel 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,485 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; -şəxsi axtarış və baxış keçirilərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri - 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutlar: -Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3,485 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; -şəxsi axtarış və baxış keçirilərkən qeydə alınmış videogörüntülərin əks olunduğu 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1554/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1554/2022
30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver