Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1554/2024 24.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Məmmədov Fəxri Afiq oğlunun sədrliyi ilə, Hakimlər: X2 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Zeynallı Həcər Zahid qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 03 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, tam orta təhsilli, subay, himayəsində 02 (iki) azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Quba şəhəri, VHMOU məktəbində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə-metamfetamini əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 05 dekabr 2023-cü il tarixdə sosial şəbəkə vasitəsilə tanış olduğu “Əmi” adı ilə İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən sonuncunun "M10"-a qoşulduğu nömrənin balansına 60 manat pul köçürdükdən sonra şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yol kənarında qoyulmuş külli miqdarda, ümumi təmiz çəkisi 2,854 qram olan psixotrop maddə-metamfetamini götürüb satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 05 dekabr 2023-cü il tarixdə, saat 20:00 dəqiqədə ünvan 1 ünvanın qarşısında şübhəli şəxs qismində tutularaq ünvan 2 ünvanda yerləşən Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin inzibati binasına gətiriləndən sonra üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 4 ədəd gümüşü rəngli kağız parçası bükümündə, ayrı- ayrılıqda təmiz çəkiləri 0,684, 0,805, 0,769 və 0,596 qram, ümumi təmiz çəkisi 2,854 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və həmin gödəkçənin sol içəri döş cibindən üzərində psixotrop maddə-mctamfetaminin izləri olmaqla arxasında “500g x 0,01g” yazısı olan 1 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən zaman o, rəfiqəsi və oğlan dostu ilə birlikdə olmuşdur. Oğlan evdən çıxmış və təxminən yarım saat ərzində gəlməmişdir. Həmin vaxt evin açarı da həmin oğlanda olmuşdur. Belə ki, oğlan qapını arxadan bağlamış, eyni zamanda rəfiqəsi də qapını içəridən cəftəsini bağlamışdır. Onlar axşamüstü qapının açarla açıldığını eşitmişlər. Qapı döyülmüş və o şəxsin kimliyini soruşmadan qapını açmışdır. Bu zaman 3 nəfər əməliyyatçı evə daxil olmuşlar. Polislərin yanlarında onun oğlan dostu olmamışdır. Polislər rəfiqəsi ilə onu vurmuşlar. Polislər evi axtarmışlar, lakin evdən nəsə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları onu özləri ilə polis şöbəsinə aparmışlar. Bölməyə daxil olan kimi “Zahid” adlı əməliyyat müvəkkili üstündə nə qədər pulunun olduğunu ondan soruşmuşdur. O da internat məktəbində böyüdüyünü və günü 20 (iyirmi) manata işlədiyini Zahid adlı polis əməkdaşına bildirmişdir. Zahid adlı polis əməkdaşı onu 2-ci mərtəbəyə aparmışdır. Rəfiqəsinin danışdığı oğlan da orada olmuşdur. Polis idarəsində ona məlum olmuşdur ki, həmin oğlan polislər tərəfindən tutulmuş, evin açarını onlara vermiş və polis əməkdaşları da həmin evə gəlmişlər. Polis əməkdaşları telefonlara baxış keçirmişlər. Həmin ərəfədə onun mobil telefonu sındığı üçün nömrəni oğlanın telefonuna taxmışdır. O, rəfiqəsigilə 2-3 gün müddət olarmış ki, gəlmişdir. Həmin müddət ərzində nömrəsi rəfiqəsinin dostu olan həmin oğlanın telefonunda olmuşdur. Bəzən də telefonu oğlan götürürmüş. Polislər oğlanı o biri otağa aparmışlar və daha sonra onu döyməyə başlamışlar. Polislər onu eyni zamanda təhqir etmişlər. Sənədləri imzalamaq üçün onu videoçəkiliş keçirilən otaqla üzbəüz otağa gətirmişlər. Üzərinə şəxsi axtarış keçirilən zaman yanında olan xanımın qarşısında ona tərəzi və 2-3 ədəd büküm vermişlər. Özü narkotik vasitə istifadəçisidir, lakin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, 8 ildir ki, narkotik vasitə istifadə edir. O, narkotik vasitənin heroin növündən falqa üsulu ilə istifadə edir. Polislər onları evdən götürən zaman divanda yarım qram heroin olmuşdur. Polis əməkdaşları həmin heroini götürmüş və onları bölməyə gətirmişlər. Bölmədə polislər ona 4 (dörd) ədəd büküm və tərəzi verərək üzərinə götürməsini və narahat olmamasını bildirmişlər. Həmin vaxt o döyülmüş və ağrıları olduğu üçün pis vəziyyətdə olmuşdur. Onu Zahid adlı polis əməkdaşı döymüşdür. O heç vaxt elektron tərəzidən istifadə etməmiş və eyni zamanda onda heç vaxt tərəzi olmamışdır. Polis əməkdaşları evi axtarmışlar, lakin evdən heç nə aşkar edilməmişdir. O özünü narkotik vasitənin istifadəçisi kimi təqsirli bilir. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır. O, kimisə narkotik vasitədən istifadə etmək üçün qonaq etməmişdir. Çünki özü narkotik vasitələri başqa şəxslərdən alırmış. Sonuncu dəfə narkotik vasitəni iranlı ilə danışıb götürmüşdür. Həmin ərəfədə onun telefonu qırıldığından nömrəsini oğlanın mobil telefona taxmışdır. Həmin oğlan da onun nömrəsi ilə narkotik vasitə ilə bağlı başqaları ilə danışmışdır. Həmin oğlan narkotik vasitələrin satışı ilə məşğul olur. O, həmin oğlandan şəxsi istifadəsi üçün narkotik vasitə götürmüşdür. O, öz yaşadığı evin kommunal xərclərini ödəyə bilmədiyi üçün rəfiqəsinin evinə getmişdir. O, tanış bir qızdan ona köməklik etməsini istəmiş, həmin qız da onu öz rəfiqəsinə yönləndirmişdir. Pulu iranlının göndərdiyi kart hesabına atırmış. İranlı da narkotik vasitəni harasa qoyurmuş, o da gedib həmin yerdən narkotik vasitəni götürürmüş. İranlı narkotik vasitəni sonuncu dəfə Əhmədli tərəfə qoymuşdur. O Stansiya Sumqayıtda Qaçqınlar Şəhərciyində qalırmış. Onun narkotik vasitəni xahiş edərək nisyə aldığı vaxtlar olmuşdur. O, yarım qram heroinin yarısını istifadə etmiş, qalanı isə qalmışdır. Hadisə polis əməkdaşlarının danışdığı kimi olmamışdır. O evdə oturmuş, yanında da bir nəfər xanım və oğlan olmuşdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, o, Quba şəhəri, VHMOU internat məktəbində qeydiyyatda olsa da, ayrı-ayrı yerlərdə təkbaşına kirayə yaşamışdır. Bildirmişdir ki, 2 ilə yaxındır ki, heç kimin xəbəri olmadan narkotik vasitələrin ayrı-ayrı növlərindən və psixotrop maddələrdən müxtəlif üsullarla könüllü istifadə etmişdir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitələri və psixotrop maddələri tanımadığı və şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən, son vaxtlar isə özünü ona İran İslam Respublikası vətəndaşı kimi təqdim edən "Əmi" adlı şəxsin vasitəsilə əldə etmişdir. Qeyd etmişdir ki, tutulanadək istifadəsində "Samsung" markalı 1 ədəd mobil telefon olmuşdur. Həmin mobil telefona **********664 saylı mobil nömrə taxaraq ondan istifadə etmiş və mobil telefonun kilid kodu 1414 olmuşdur. İstifadəsində olmuş "Samsung" markalı mobil telefon web proqramları dəstəklədiyindən, həmin telefona taxılmış +**********64 saylı nömrə vasitəsilə "Whatshapp web" proqramı açaraq istifadə etmişdir. Təxminən 2-3 ay əvvəl "İnstaqram" sosial şəbəkəsində özünü İran İslam Respublikasının vətəndaşı kimi "Əmi" adı ilə təqdim edən şəxslə tanış olmuşdur. “Əmi” adlı şəxslə qısa müddət ərzində yazışandan sonra, birbirlərindən telefon nömrələrini götürərək "Whatshapp web" proqramı vasitəsilə əlaqə saxlamağa başlamışlar. Danışıq əsnasında "Əmi" adlı şəxsə narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu deyərək “Əmi” adlı şəxsdən ona narkotik vasitə və psixotrop maddə verə biləcəyini soruşanda, həmin şəxs razılığını ifadə etmişdir. Üzərindən psixotrop maddə hesab olunan metamfetaminin aşkar olunması ilə əlaqədar isə bildirmişdir ki, 05 dekabr 2023-cü il tarixdə, saat 18 radələrində "Whatshapp web" proqramına qoşulub istifadə etdiyi +**********64 saylı mobil nömrəsindən "Whatshapp web" proqramı vasitəsilə "Əmi" adlı şəxsin istifadə etdiyi xarici operatorların birinə məxsus olmaqla hazırda xatırlamadığı mobil telefon nömrəsinə zəng edərək "Əmi" adlı şəxsdən özünün şəxsi istifadəsi üçün ona 60 manat dəyərində metamfetamin təşkil etməsini xahiş etmişdir. "Əmi" onun "M10"-a qoşulduğu nömrənin balansına 60 manat pul göndərəndən sonra ona 3 qram metamfetamin təşkil edə biləcəyini söyləyəndə, o, “Əmi” ilə razılaşmışdır. O, "Əmi"nin "M10"-a qoşulduğu hazırda xatırlamadığı nömrənin balansına 60 manat pul göndərəndən sonra, sonuncu 3 qram metamfetaminin Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yolun kənarında qoyulacağını deyərək həmin yerin kordinatlarını özündə əks etdirən fotoşəkli ona göndərmiş və metamfetamini oradan götürə biləcəyini demişdir. "Əmi" adlı şəxs onu aldatmasın deyə ondan alacağı psixotrop maddəmetamfetaminin çəkisini dəqiqləşdirmək üçün əvvəllər tanımadığı şəxsdən aldığı 1 ədəd elektron tərəzini özü ilə götürərək üzərində saxlamışdır. Həmin gün, saat 19 radələrində o, "Əmi"nin koordinatlarını ona izah etdiyi yolla “Əmi”nin qeyd etdiyi yerə gedib yolun kənarından siqaretin gümüşü rəngli kağız parçasında olmaqla içərisində psixotrop maddəmetamfetamin olan 4 ədəd bükümü götürərək əynindəki tünd yaşıl rəngli gödəkçənin sağ yan cibinə qoymuş və oradan çıxaraq Nizami rayonu, M.Abbasov küçəsi 35 saylı ünvana qayıtmışdır. Göstərilən tarixdə, yəni 05 dekabr 2023-cü il tarixdə, saat 20 radələrində həmin ünvanda piyada hərəkət edən zaman mülki geyimdə olmaqla 2 şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək səs-küy salmamasını və birlikdə Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə getməsini bildirəndə, o, çıxış yolu olmadığını dərk etdiyindən, səs-küy salmadan polis əməkdaşları ilə birlikdə qeyd olunan şöbəyə, onunla olan polis əməkdaşlarının təklifi əsasında və onların müşayiəti ilə həmin şöbənin inzibati binasında yerləşən otaqların birinə getmişdir. Aradan 10-15 dəqiqə keçəndən sonra, ora tanımadığı 1 mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmişdir. Sonra, ona üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymasını təklif edəndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, əynindəki tünd yaşıl rəngli gödəkçənin sol içəri döş cibindən 1 ədəd elektron tərəzini, həmin gödəkçənin sağ yan cibindən gümüşü rəngli kağız parçasına bükülməklə içərisində psixotrop maddə-metamfetamin olan 4 ədəd bükümü və əynindəki tünd boz rəngli cins şalvarının sağ arxa cibindən içərisində +**********64 saylı mobil nömrə olan 1 ədəd "Samsung" markalı mobil telefonu çıxarıb könüllü onlara təhvil vermişdir. Həmin vaxt bükümlərin içərisində nəyin olduğu soruşulanda, o, səmimi olaraq onların içərisində psixotrop maddə-metamfetamin olduğunu, həmin metamfetamini saxlanmasından az müddət əvvəl 60 manat pul müqabilində "Əmi" adlı şəxsdən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində əldə etdiyini bildirmişdir. Daha sonra, üzərində şəxsi axtarış aparılsa da, digər hər hansı əşya, predmet və ya alət aşkar olunmamışdır. Bundan sonra, təhqiqatçı orada iştirak edən şəxslərin iştirakları ilə protokol tərtib etmiş, gümüşü rəngli kağız parçasında olmaqla həmin 4 büküm metamfetamini və 1 ədəd elektron tərəzini ekspertizaya göndərmək məqsədilə zərfə qoyaraq qablaşdırmış, möhürləmiş və orada olan şəxslərlə yanaşı o da, protokolun düzgünlüyünü və zərfin üstünü imzası ilə təsdiq etmişdir. Həmin vaxt üzərindən psixotrop maddə-metamfetaminin və elektron tərəzinin aşkar olunması prosesində videoçəkilişdən istifadə edilmişdir. (Cild 1, iş vərəqə 70-75) Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-da əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında A.Manafov 35 ünvanında tərəflərindən saxlanmışdır. Saxlandıqdan sonra şəxs 25ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə aşkar edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid2 bildirdi ki, əməliyyat qrupu Şahid1 və ondan ibarət olmuşdur. Qrupun rəhbəri Şahid1 olmuşdur. Təqsirləndirilən şəxs A.Manafov 35 ünvanının qarşısında, gecə saatlarında saxlamışlar. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı müqavimət göstərməmişdir. Şəxsin üzərindən 01 ədəd tərəzi, telefon və 04 büküm narkotik vasitə aşkar edilmişdir. Narkotik vasitə Elviranın gödəkcəsinin cibindən çıxmışdır. Təqsirləndirilən şəxs barədə narkotik vasitənin istifadəsi, daşınması və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatında qeyd olunmuş ünvana gedən zaman Elvira qarşılarına çıxmışdır. Narkotik vasitəni şöbədə şəxsi axtarış zamanı şəxs özü təhvil vermişdir. Tərəflərindən Təqsirləndirilən şəxs qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-də əməliyyat müvəkkili Şahid1 göstərmişdir ki, 2023-cü ilin dekabr ayının əvvəllərində zahiri görünüşü təsvir edilməklə bir xanımın onların ərazisində narkotik vasitələrin daşınması və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. M.Abbasov küçəsi onların işlədiyi şöbənin yanında yerləşir. Əməliyyat məlumatında qeyd edilmiş M.Abbasov küçəsinə baxış keçirən zaman zahiri görünüşü oxşadığı üçün Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Onlar özlərini təqdim edərək Elviranı şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədən şöbəyə gəlmişdir. Şöbədə üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü şəkildə çıxarıb təqdim etmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid1 bildirdi ki, əməliyyat məlumatı səhv etmirsə onun məlumatı olmuşdur. Təqsirləndirilən şəxs 2 nəfər yaxınlaşmışlar. Təqsirləndirilən şəxs təxminən axşam saat 20-21 radələrində M.Abbasov küçəsində saxlamışlar. Şəxsi evdə saxlamamışlar. Təqsirləndirilən şəxs onlara qarşı müqavimət göstərməmişdir. Şəxsin gödəkçəsinin cibindən 4 büküm narkotik vasitə aşkar edilmişdir. Elviranın üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitə qoyulması yalandır. Şəxsin üzərindən narkotik vasitədən əlavə tərəzi və telefon da aşkar olunmuşdur. Tərəflərindən şəxsə qarşı fiziki və psixi təsir və təzyiq olmamışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-da dəftərxana müdiri Şahid3 göstərmişdir ki, 2023-cü ilin dekabr ayının əvvəllərində evdə olan zaman əməkdaşlar zəng vuraraq bir xanımın tutlduğunu və üzərinə baxış keçirilməsi lazım olduğunu demişlər. O şöbəyə gəlmiş və Elviranın üzərinə baxış keçirilməsində iştirak etmişdir. Baxış keçirilməzdən əvvəl təhqiqatçının sualına əsasən Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan telefon, tərəzi və 4 büküm narkotik vasitəni təqdim etmişdir. Bundan sonra şəxsin üzərinə baxış keçirilmiş və heç bir predmet aşkar edilməmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid3 bildirdi ki, şəxsi axtarış zamanı otaqda təhqiqatçı, Şahid2, Şahid1 və vəkil olmuşdur. Telefon Təqsirləndirilən şəxs şalvarının cibindən, narkotik vasitə və tərəzi isə gödəkçəsinin cibindən çıxmışdır. Şəxsin üzərinə narkotik vasitə qoyulmasının şahidi olmamışdır. Şəxsi axtarış təxminən saat 21 radələrində olmuşdur. Şəxsə qarşı heç bir fiziki və psixi təsir olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür. (Cild 1, iş vərəqə 1) xx.xx.2023-cü il tarixli raportlardan görünür ki, Bakı şəhəri Nizami rayonu ərazisində “Elvira” adlı şəxsin qanunsuz olaraq narkotik vasitənin saxlanılması və daşıması barədə məlumat daxil olmuş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, M.Abbasov 35 ünvanın qarşısında saxlanılaraq Nizami RPİ-nin 25-ci PŞ-nə gətirilmişdir. (Cild 1, iş vərəqə 3-4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və xx.xx.2023-cü il tarixli “əməliyyat qrupunun təşkil edilməsi” haqqında protokoldan görünür ki, “Elvira” adlı şəxsin tam şəxsiyyətini, yaşadığı ünvanı, qanunsuz olaraq narkotik vasitənin olduğu yerləri və əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədi ilə DİN-in Nizami RPİ-nin 25-ci PŞ-də əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5- 6, 9) “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə şübhə yarandığından həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 11, 21) “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 04 ədəd gümüşü rəngli kağız bükümdə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. (Cild 1, iş vərəqə 28, 30-32) Məhkəmə Ekspertizası Mərkəzinin 06 dekabr 2023-cü il tarixli 3-16-16/2-6/6285 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in Zərflər üçün 165№li dairəvi möhür əksi”, “...Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan zərfdəki 4(dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,684 qram, 0,805 qram, 0,769 qram, 0,596 qram, ümumi təmiz çəkisi 2,854 qram ağ rəngli kristal şəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd tərəzi” sözləri və imzalar olan zərfdəki bir ədəd arxasında “500g x 0,01 g” yazısı olan gümüşü rəngli elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz şəklində olduğu üçün metamfetaminin təmiz çəkilərini və bükümlərdə olan metamfetaminlə eyni tərkibli olubolmamasını müəyyən etmək mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbacan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”-in İ siyahısına daxildir. QEYD: metamfetaminin ümumi təmiz çəkisi 2,854 qram, tədqiqata sərf edildi ümumi 0,2 qram, qalıq 2,654 qram.(Cild 1, iş vərəqə 43-47) “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 59-61) 07 dekabr 2023-cü il tarixli elektron məlumatların əks olunduğu 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə əynindəki tünd yaşıl rəngli gödəkçənin sol içəri döş cibindən 1 ədəd elektron tərəzini, əynindəki tünd boz rəngli cins şalvarının sağ arxa cibindən 1 ədəd "Samsung" markalı mobil telefonu və əynindəki tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən gümüşü rəngli kağız parçasına bükülməklə 4 ədəd bükümü çıxararaq könüllü təhvil verir. Bükümlər açılıb içərilərinə vizual baxış aparılan zaman bükümlərin içərisində ağ rəngli kristal formalı maddələrin olması müşahidə edilir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin içərisində olan ağ rəngli kristal formalı maddələrin psixotrop maddəmetamfetamin olduğunu, həmin metamfetaminin ona məxsus olmasını, onu saxlanmağından az müddət əvvəl Bakı şəhəri Xəzər rayonu ərazisində Əmi kimi tanıdığı İran İslam Respublikası vətəndaşının tapşırığına əsasən əldə etməsini qeyd edir. Həmçinin, bildirir ki, Əmi adlı şəxs onu aldatmasın deyə ondan alacağı psixotrop maddəmetamfetaminin çəkisini dəqiqləşdirmək üçün əvvəllər tanımadığı şəxsdən 1 ədəd elektron tərəzi alaraq üzərində saxlamışdır. Bundan sonra, təhqiqatçı tərəfindən həmin bükümlər və 1 ədəd elektron tərəzi ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılır və zərflərin üstü iştirakçıların imzaları ilə təsdiq olunur. Şəxsi axtarış və götürmənin sonunda mobil elefon sübut əhəmiyyətinə malik olma səbəbindən götürülür. (Cild 1, iş vərəqə 76-77) 07 dekabr 2023-cü il tarixli, telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefonun SMS, MMS bölmələrinə, "Whatshapp web" tətbiqi menyusuna şəkil bölmələrinə baxış keçirən zaman telefonun "Whatshapp web" tətbiqi menyusuna daxil olunduqda həmin proqram tətbiqinin +**********64 saylı nömrədən qeydiyyatdan keçməsi məlum oldu. Həmçinin baxış zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs müxtəlif mobil telefon nömrələri ilə "Whatshapp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslər arasında, eyni zamanda +**********64 saylı telefon nömrəsi arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıq və yazışmalar olmuş, bununla bağlı onlar bir-birilərinə səs yazıları göndərmişlər. (Cild 1, iş vərəqə 78-79) xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış, cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2,854 ram olan psixotrop madə-metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, qalıq 2,654 qram psixotrop maddəmetamfetamin və 01 ədəd elektron tərəzi Nizami RPİ-nin saxlancına verilmiş, həmçinin Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış və Nizami RPM-nin saxlancına verilmişdir. (cild 1, iş vərəqə 80-85) Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (Cild 1, iş vərəqə 110-12) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəqə 117) Məhkəmə-narkoloji ekspertizasının 08 yanvar 2024-cü il tarixli 57 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nətcəsində ASİLLİQ SİNDİROMU NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 147-148) 22 fevral 2024-cü il tarixli elektron məlumatların əks olunduğu Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** cin nömrəsindən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində daxil olan və çıxan zəngləri, SMS-ləri müəyyən etmək məqsədi ilə "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD formatlı kompakt diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin baxışı aparılan zaman diskdəki yazışmalardan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********64 saylı telefon nömrə ilə iş üçün əhəmiyyət kəsb edən aşağıdakı yazışmaları aparmışdır. xx-xx-2023 17:20:16 1.1.**********20 1.1.**********64 Elvira gelmirsizse mene deyin yada mene 3 manat at kartima men cixirn gedim bu nedi men evden sizc gore cixmisam vesderve axran goymusuz meni burda bu nc hereketdi mene 3 manat at karta men gedirem xx-xx-2023 13:57:14 xx-xx-2023 13:57:14 1.1.**********64 1.1.**********00 Dasin pulun ne bade ne bade fıkrete veresen s***b covure 35azn dasin pulııdu at mlOna sonra al ver fıkretden xx-xx-2023 13:59:17 xx-xx-2023 13:59:17 1.1.**********64 1.1.**********00 Sonra gelende men eşitmiyim ki pulu fikret aidi ay nem ne oldu zirt pirt zeng edrnde acin.lsaata gikret evde olmasa gelende menide goren deyil evde xx-xx-2023 14:00:21 xx-xx-2023 14:00:21 1.1.**********64 1.1.**********57 Zaur salam elviradi necesen gor ne deyirem kola varha 05 sadece 40azndi vallahi ama temiz 05 basqa yerde 03 gucle qoyulur. xx-xx-2023 19:07:04 1.1.**********64 1.1.**********00 Adas meni.adam yerine qoymamaginizi deyerem size dayanin bir xet olmagi aldatmağı varolıın varyoxuna lenct gedirem mesudun 250 k 250 p temasin goturub xx-xx-2023 01:58:25 xx-xx-2023 10:46:22 1.1.**********64 1.1.**********42 At pulu mlOna sorussa fıko denen atmisam xx-xx-2023 02:06:18 xx-xx-2023 10:46:23 1.1.**********64 1.1.**********42 5 .manNat eksilc atildi xx-xx-2023 22:39:45 1.1.**********64 1.1.**********80 4098-5844-7105-3874 leobank h.elvira . Ünvan lev tolstoy 169 xx-xx-2023 02:20:12 xx-xx-2023 02:20:12 1.1.**********64 1.1.**********23 **********053874 tezzz buraa puluuu aaatttü!!! xx-xx-2023 02:44:23 1.1.**********64 1.1.**********23 Perviz elviradi gor ne deyirem artiq derecede xais edirem ki evvelki borclardanda atasanki sutkaliq 25 a/.nc quliq kjminse qapisinda ozumuze aid bir yere xx-xx-2023 03:06:10 1.1.**********64 1.1.**********23 Ay perviz allab esqine atda bu pulu meni nie uz goz edirsiz axi camahatla ye xx-xx-2023 16:52:49 1.1.**********64 1.1.**********40 Mami basina donerem sene zehmet aparati sondur yandir yada perezaqruzka et odenisi etdim tesdiqlendi.internet acilsin vatsapla seklide atmisam cekin xx-xx-2023 16:52:49 1.1.**********64 1.1.**********40 Mami basina donerem sene zehmet aparati sondur yandir yada perezaqruzka et odenisi etdim tesdiqlendi.internet acilsin vatsapla seklide atmisam cekin xx-xx-2023 20:14:16 1.1.**********64 1.1.**********14 Tural basina donerem elviradi imkan varsa mwn hazirlayana qeder okean markete qalxib mlOna olsa ela olmasada leobanka 7105 3874 21-1 1-2023 01:03:58 xx-xx-2023 01:03:58 1.1.9945548 10664 1.1.**********57 Zaur sene bomba kimi 4basliq ot qoydum Smanatds karta pul ataram senol otelede getmeliyik yola verde buğun meni varsa cix azca dasda qoyda mene xx-xx-2023 05:46:30 23-1 1-2023 05:46:30 1.1.**********64 1.1.**********71 K/p lazim oldu xeberet,05si verir 40manata amma ter temiz 05 di.qoz kimide kola dasdi ozuıu yoxiamisam pulun atassiz konum edeccm qaraycvc srokdan tczc xx-xx-2023 20:24:38 xx-xx-2023 20:24:38 1.1.**********64 1.1.**********33 Asif sen necelik isteyjrdin?basina donerem menim zakiya 45 manatim catmir qardasliq eleye bilseydin atardin karta cixib gelerdin qarayev de 25ci bolmenin yanina zakidanda men bura qayidib seni yola salacam xecaletindende cixcaım xx-xx-2023 02:13:32 xx-xx-2023 02:13:32 1.1.**********64 1.1.**********94 Tural yaşamala kecmeliyem konum goturmeye terezjn varsa nolar mene tecili Sdeyqclik lazimdi oture bilersen?eger bayaq 05das tapmadizsa 35manata var ustumde xx-xx-2023 09:52:54 1.1.**********64 1.1.**********14 Fiko dusur asagi birde duse bilen deyil whatsapim silinib ldefe viziv atceti gonderim konum etsin asagida sene ya yox isteyirsense bir 103 at bilim yada xx-xx-2023 09:59:38 xx-xx-2023 09:59:38 1.1.**********64 1.1.**********14 Süleymanla danisda gor kola 05se 05 verirse eger yoxla lap cirt cirtdisa dunen kimi yoxday barter edekde terezide lazim olmadi tapdim xx-xx-2023 13:16:54 xx-xx-2023 13:16:54 1.1.**********64 1.1.**********33 X5 Saxinin sinif yoldasidi dunen marağ etdin deqiqlesdire bilmedim cox gec saatlarinda geldi cavab ki inseAllah istediyin saatda buğun once kurs cderek ki hemen vaxtda mlOna ataraq cixib dediyim ünvana gelirsen. xx-xx-2023 13:50:02 xx-xx-2023 13:50:03 1.1.**********64 1.1.**********46 Amil gel 25ci polis bolmesine girmekcun bizi dunen dusurtduyun yerden biraz qabağa mehleye girisden gir bisetlayla uz uze 2mertebeli bina var ha bax ona pencercdcn isarc edirem hara gel xx-xx-2023 14:08:27 1.1.**********64 1.1.**********46 Amil cavab verde eh.yigiram ac sen balanin cani deyirem apar at onu auddizm merkezi ile uz be uz yataqxananin ag plastik girisinjn sol hissesinde sef etmiremsw ya 2 ci ag aciq balkondu pencerede qara perde var onun qabagina dusen agacin dibine at ezib salfetkada olan senindi xx-xx-2023 14:18:30 xx-xx-2023 14:18:31 1.1.**********64 1.1.**********46 Kamil balakisiyev 105 kohne tikili yataqxana auddizm merkezinin uz.be uzu yataqxananin sagina dusur tikinti,solunda bina altında salon zad girisinden yataqxananin sol terefı ile pillekenden gel deqiq balkonun necenci olduğun çatanda lap yigarsan deyerem ama baxsan cox uzag deyilde girisden balkon bir deneqara perdrde ondadi gorsen kimse baxir ordan at bir iki balkon sola teref Salfetkadaki senindi yoxla dibiııde pacckanin balaca bağlama atacagin adamindi xx-xx-2023 19:30:46 1.1.**********64 1.1.**********14 Tural..usaq gedir ver var ora. telefonunu sondurecek..sen qardasim pulu at tez bazar el viran in nomresindeki m 10 aa qardasim. Elis deyir tez elesin ki zeng catsin Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, istifadəsində olmuş +**********64 saylı telefon nömrə ilə narkotik vasitə və psixotrop maddələrə dair danışıq və yazışma apardığı şəxslərin şəxsiyyətləri və olduqları yer haqqında hər hansı məlumatı yoxdur. Diskə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. (cild 1, iş vərəqə 155-158) “Sübutların qiymətləndirilməsi və başqa cinayət işinin ayrılması haqqında” 22 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkibi olduğundan ona 07 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2.2-ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs Sanail qızının barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Bakı Şəhər Nizami RPİ-nin 25-ci PŞ-nə aparıldıqdan sonra üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı kustar üsulla hazırlanmış, təmiz çəkisi 2,854 qram psixotrop maddə metamfetamini polis əməkdaşlarının təklifindən sonra könüllü olaraq təqdim etməsinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234cü maddəsinin Qeydinin 1-ci bəndi tətbiq edilməmiş, Təqsirləndirilən şəxs 2,854 qram psixotrop maddə metamfetamini verən "Əmi" adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini və yerini müəyyən edib istintaqa cəlb etmək mümkün olmadığından həmin şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işi üzrə baxış protokolu, təqsirləndirilən şəxsin ifadələri, şahidlərin ifadələri, ekspert rəylərinin kserosurətləri çıxarılaraq ********* nömrəli cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 2,854 qram psixotrop maddə metamfetamin və 1 ədəd gümüşü rəngli elektron tərəzinin iş üzrə maddi sübut kimi tanınaraq ekspertizadan sonra qalan 2,654 qram psixotrop maddə metamfetaminin və 1 ədəd gümüşü rəngli elektron tərəzinin məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhər Nizami rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi iş üzrə nəzərə alınmış, Bakı şəhər Nizami RPİ-nin 25-ci PŞ-si tərəfindən təqdim edilmiş bir ədəd Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videoçəkiliş görüntüləri olan gümüşü rəngli üzərində heç bir yazı olmayan DVD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilməsi iş üzrə nəzərə alınmış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin almasından, daşımasından saxlamasından və satışı ilə məşğul olmasından ailə üzvlərinin xəbəri olmadığından onların barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd "Samsung" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhər Nizami rayon Polis İdarəsinin «maddi sübutların saxlanılması otağına təhvil verilməsi iş üzrə nəzərə alınmış, Bakcell" MMC-dən daxil olmuş Təqsirləndirilən şəxs Sanail qızının istifadəsində olan ***-***-**-** cin nömrəsindən daxil olan və çıxan zəngləri, SMS-ləri əks etdirən bir ədəd CD formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. (Cild 1, iş vərəqə 159-176) Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 2,854 qram psixotrop maddə metamfetamin verən “Əmi” adlı İran İslam Respublikasının vətəndaşının şəxsiyyətini və yerini müəyyən edib istintaqa cəlb etmək mümkün olmadığından həmin şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 181-182) Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Nur və xx.xx.2015-ci il təvəllüdlü Mədinə adlı iki nəfər azyaşlı uşaqları vardır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Məhkəmədə təqsirləndirilən şəxs məhkəmə iclaslarında dindirilərkən aşkar olunmuş psixotrop maddələrin və elektron tərəzinin ona məxsus olmadığını, polislər tərəfindən onun üzərinə qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş mobil telefonda olan nömrə ilə aparılan yazışmaların ona məxsus olmadığını, həmin yazışmaların rəfiqəsinin tanışına məxsus olduğunu, polislərin onu evdən apardıqlarını, həmçinin tutulan zaman yanında rəfiqəsinin də olduğunu söyləmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir.Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi həmin xüsusatın araşdırılması üçün müvafiq dövlət orqanlarına sorğu vermiş və cavabları alınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fiziki, psixi və ya sair zorakılığa, işgəncəyə və sair qeyri-qanuni rəftara məruz qalıb-qalmaması ilə bağlı araşdırma aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına sorğu ünvanlamış, təcridxanadan daxil olmuş xx.xx.2024-cü il tarixli 3-16-17/40/2-3070/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs təcridxanaya gətirilən zaman ilkin tibbi müayinədən keçirilmiş və müayinə zamanı bədənində xəsarət aşkarlanmamış, qasıqüstü nahiyədə, sağ qalça çüxuru nahiyəsində keçirilmiş cərrahi əməliyyatdan sonrakı çapıq toxuma, sol saidin ön səthində çox saylı kəsiklərdən sonrakı çapıq izləri müşahidə olunmuşdur. Nizami Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 52/2-16447/24 nömrəli məktubundan və ona əlavə edilmiş aktdan görünür ki, Təqsirləndirilən şəxs MSY-ə gətirilən zaman üstünə baxış keçirilmiş və xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli 2-2-11/3- 028506/2024 nömrəli cavab məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasıı bildirməsi barədə məhkəmənin məlumatı barədə Baş Prokurorluğun Xidməti Araşdırmalar idarəsində araşdırm aparılmış, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşlarının Təqsirləndirilən şəxs qarşı fiziki zorakılığa yol vermələri halları müəyyən edilməmiş və material üzrə 04 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1ci maddəsinə əsasən cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadələrində aşkar olunmuş narkotik maddələrin və elektron tərəzinin ona məxsus olmadığını, polislər tərəfindən onun üzərinə qoyulduğunu, ona qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini və döyüldüyünü, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkr edilmiş mobil telefonda olan nömrə ilə aparılan yazışmaların ona məxsus olmadığını, həmin yazışmaların rəfiqəsinin tanışına məxsus olduğunu, polislərin qeyd etdikləri ərazidə tutulmadığını, polislərin onu evdən apardıqlarını, həmçinin tutulan zaman yanında rəfiqəsinin də olduğunu söyləmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işi üzrə dindirilmiş şahidlər isə ifadələrində Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında A.Manafov 35 ünvanında saxlanıldığını, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olduğunu, saxlandıqdan sonra 25-ci Polis Şöbəsinə gətirildiyini, üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq 01 ədəd elektron tərəzi, mobil telefon və 04 büküm narkotik vasitəni təqdim etdiyini, Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən tutulmazdan əvvəl və ya sonra heç bir psixi və fiziki zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımasına görə ittiham irəli sürülmüşdür. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 2 qramdan artıq çəkidə narkotik vasitə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə aşkar olunmuş psixorop maddə ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində olan metamfetaminin ümumi təmiz çəkisi şəxsi istehlak miqdarı (birdəfəlik istehlak həcmi) üçün nəzərdə tutulduğundan dəfələrlə çoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissədəki ifadələrini, habelə psixotrop maddələrin və elektron tərəzinin polis əməkdaşları tərəfindən onun boynuna qoyulması barədə məhkəmə iclaslarında verdiyi bu kimi ifadələrini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - işin faktiki halları cinayət işinin materialları, şahidlərin ifadələri, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, ekspert rəyləri, mobil telefona baxış protokolu, "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolu və iş üzrə toplanmış digər sübutların məcmusu ilə tam təkzib olunur. Məhz həmin sübutların məcmusu Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsinin təsdiqini tapması ilə bağlı tərəddüdsüz yekun qənaətə gəlməyə tam əsas verir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə yekun hüquqi qiymət verərkən onun ibtidai istintaq zamanı ilkin mərhələsində verdiyi etirafedici ifadələrini əsas götürür. Məhkəmə təqsirləndirilən şəxsin həm üzərinə şəxsi axtarış keçirilməsi, istintaq dövründə eyniməzmunlu ifadə verməsini və təqsirini etiraf etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,684, 0,805, 0,769 və 0,596 qram olmaqla ümumi təmiz çəkisi 2,854 qram külli miqdar psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzinin aşkar edilməsi işin mübahisəsiz hallarıdır. Psixotrop maddənin miqdarının külli miqdar təşkil etməsi özü-özlüyündə satış məqsədinin müəyyən edilməsində həlledici rol oynamasa da, məhkəmə hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddə ilə yanaşı psixotrop maddələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanması, aşkar edilən psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, əldə etdiyi psixotrop maddəni üzərində gəzdirməsini, istifadəsində olmuş mobil nömrə vasitəsi ilə narkotik vasitələrin və ya psixotrop maddələrin alış-verişini əks etdirən yazışmaların olmasını və bu kimi halları birgə qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda psixotrop maddəni satış məqsədilə qanunsuz əldə etmiş, saxlamış və daşımışdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən 05 dekabr 2023-cü il tarixdə üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüş « Samsung » markalı telefona baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefonun SMS, MMS bölmələrinə, "Whatshapp web" tətbiqi menyusuna şəkil bölmələrinə baxış keçirən zaman telefonun "Whatshapp web" tətbiqi menyusuna daxil olunduqda həmin proqram tətbiqinin +**********64 saylı nömrədən qeydiyyatdan keçməsi məlum olmuşdur. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müxtəlif mobil telefon nömrələri ilə "Whatshapp web" proqramından qeydiyyatdan keçmiş ayrı-ayrı şəxslər arasında, eyni zamanda +**********64 saylı telefon nömrəsi arasında narkotik vasitələrin və psixotrop maddələrin alqı-satqısına dair danışıq və yazışmalar olmuş, bununla bağlı onlar bir-birilərinə səs yazıları göndərmişlər. (Cild 1, iş vərəqə 78-79) Həmçinin, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-dən daxil olmuş “CD” diskdə olan məlumatlara baxış keçirilən zaman yazışmalardan aydın olur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********64 saylı telefon nömrə ilə narkotik vasitələrin və ya psixotrop maddələrin alış-verişini əks etdirən aşağıdakı yazışmaları aparmışdır. xx-xx-2023 17:20:16 1.1.**********20 1.1.**********64 Elvira gelmirsizse mene deyin yada mene 3 manat at kartima men cixirn gedim bu nedi men evden sizc gore cixmisam vesderve axran goymusuz meni burda bu nc hereketdi mene 3 manat at karta men gedirem xx-xx-2023 13:57:14 xx-xx-2023 13:57:14 1.1.**********64 1.1.**********00 Dasin pulun ne bade ne bade fıkrete veresen s***b covure 35azn dasin pulııdu at mlOna sonra al ver fıkretden xx-xx-2023 13:59:17 xx-xx-2023 13:59:17 1.1.**********64 1.1.**********00 Sonra gelende men eşitmiyim ki pulu fikret aidi ay nem ne oldu zirt pirt zeng edrnde acin.lsaata gikret evde olmasa gelende menide goren deyil evde xx-xx-2023 14:00:21 xx-xx-2023 14:00:21 1.1.**********64 1.1.**********57 Zaur salam elviradi necesen gor ne deyirem kola varha 05 sadece 40azndi vallahi ama temiz 05 basqa yerde 03 gucle qoyulur. xx-xx-2023 19:07:04 1.1.**********64 1.1.**********00 Adas meni.adam yerine qoymamaginizi deyerem size dayanin bir xet olmagi aldatmağı varolıın varyoxuna lenct gedirem mesudun 250 k 250 p temasin goturub xx-xx-2023 01:58:25 xx-xx-2023 10:46:22 1.1.**********64 1.1.**********42 At pulu mlOna sorussa fıko denen atmisam xx-xx-2023 02:06:18 xx-xx-2023 10:46:23 1.1.**********64 1.1.**********42 5 manNat eksilc atildi xx-xx-2023 22:39:45 1.1.**********64 1.1.**********80 4098-5844-7105-3874 leobank h.elvira . Ünvan lev tolstoy 169 xx-xx-2023 02:20:12 xx-xx-2023 02:20:12 1.1.**********64 1.1.**********23 **********053874 tezzz buraa puluuu aaatttü!!! xx-xx-2023 02:44:23 1.1.**********64 1.1.**********23 Perviz elviradi gor ne deyiremartiq derecede xais edirem ki evvelki borclardanda atasanki sutkaliq 25 a/.nc quliq kjminse qapisinda ozumuze aid bir yere xx-xx-2023 03:06:10 1.1.**********64 1.1.**********23 Ay perviz allab esqine atda bu pulu meni nie uz goz edirsiz axi camahatla ye xx-xx-2023 16:52:49 1.1.**********64 1.1.**********40 Mami basina donerem sene zehmet aparati sondur yandir yada perezaqruzka et odenisi etdim tesdiqlendi.internet acilsin vatsapla seklide atmisam cekin xx-xx-2023 16:52:49 1.1.**********64 1.1.**********40 Mami basina donerem sene zehmet aparati sondur yandir yada perezaqruzka et odenisi etdim tesdiqlendi.internet acilsin vatsapla seklide atmisam cekin xx-xx-2023 20:14:16 1.1.**********64 1.1.**********14 Tural basina donerem elviradi imkan varsa mwn hazirlayana qeder okean markete qalxib mlOna olsa ela olmasada leobanka 7105 3874 21-1 1-2023 01:03:58 xx-xx-2023 01:03:58 1.1.9945548 10664 1.1.**********57 Zaur sene bomba kimi 4basliq ot qoydum Smanatds karta pul ataram senol otelede getmeliyik yola verde buğun meni varsa cix azca dasda qoyda mene xx-xx-2023 05:46:30 23-1 1-2023 05:46:30 1.1.**********64 1.1.**********71 K/p lazim oldu xeberet,05si verir 40manata amma ter temiz 05 di.qoz kimide kola dasdi ozuıu yoxiamisam pulun atassiz konum edeccm qaraycvc srokdan tczc xx-xx-2023 20:24:38 xx-xx-2023 20:24:38 1.1.**********64 1.1.**********33 Asif sen necelik isteyjrdin?basina donerem menim zakiya 45 manatim catmir qardasliq eleye bilseydin atardin karta cixib gelerdin qarayev de 25ci bolmenin yanina zakidanda men bura qayidib seni yola salacam xecaletindende cixcaım xx-xx-2023 02:13:32 xx-xx-2023 02:13:32 1.1.**********64 1.1.**********94 Tural yaşamala kecmeliyem konum goturmeye terezjn varsa nolar mene tecili Sdeyqclik lazimdi oture bilersen?eger bayaq 05das tapmadizsa 35manata var ustumde xx-xx-2023 09:52:54 1.1.**********64 1.1.**********14 Fiko dusur asagi birde duse bilen deyil whatsapim silinib ldefe viziv atceti gonderim konum etsin asagida sene ya yox isteyirsense bir 103 at bilim yada xx-xx-2023 09:59:38 xx-xx-2023 09:59:38 1.1.**********64 1.1.**********14 Süleymanla danisda gor kola 05se 05 verirse eger yoxla lap cirt cirtdisa dunen kimi yoxday barter edekde terezide lazim olmadi tapdim xx-xx-2023 13:16:54 xx-xx-2023 13:16:54 1.1.**********64 1.1.**********33 X5 Saxinin sinif yoldasidi dunen marağ etdin deqiqlesdire bilmedim cox gec saatlarinda geldi cavab ki inseAllah istediyin saatda buğun once kurs cderek ki hemen vaxtda mlOna ataraq cixib dediyim ünvana gelirsen. xx-xx-2023 13:50:02 xx-xx-2023 13:50:03 1.1.**********64 1.1.**********46 Amil gel 25ci polis bolmesine girmekcun bizi dunen dusurtduyun yerden biraz qabağa mehleye girisden gir bisetlayla uz uze 2mertebeli bina var ha bax ona pencercdcn isarc edirem hara gel xx-xx-2023 14:08:27 1.1.**********64 1.1.**********46 Amil cavab verde eh.yigiram ac sen balanin cani deyirem apar at onu auddizm merkezi ile uz be uz yataqxananin ag plastik girisinjn sol hissesinde sef etmiremsw ya 2 ci ag aciq balkondu pencerede qara perde var onun qabagina dusen agacin dibine at ezib salfetkada olan senindi xx-xx-2023 14:18:30 xx-xx-2023 14:18:31 1.1.**********64 1.1.**********46 Kamil balakisiyev 105 kohne tikili yataqxana auddizm merkezinin uz.be uzu yataqxananin sagina dusur tikinti,solunda bina altında salon zad girisinden yataqxananin sol terefı ile pillekenden gel deqiq balkonun necenci olduğun çatanda lap yigarsan deyerem ama baxsan cox uzag deyilde girisden balkon bir deneqara perdrde ondadi gorsen kimse baxir ordan at bir iki balkon sola teref Salfetkadaki senindi yoxla dibiııde pacckanin balaca bağlama atacagin adamindi xx-xx-2023 19:30:46 1.1.**********64 1.1.**********14 Tural..usaq gedir ver var ora. telefonunu sondurecek..sen qardasim pulu at tez bazar el viran in nomresindeki m 10 aa qardasim. Elis deyir tez elesin ki zeng catsin Göründüyü kimi, Təqsirləndirilən şəxs mobil nömrələrinə daxil olan və həmin mobil nömrələrdən müxtəlif şəxslərin mobil nömrələrinə göndərilmiş sms-lərin (mesajların) məzmunundan açıq-aşkar görünür ki, müxtəlif şəxslər Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə mesaj göndərərək sonuncudan jarqon terminlərdə ifadə olunan, əslində isə dövriyyəsi qadağan olunmuş narkotik vasitə və psixotrop maddələri almaq istədiklərini bildirmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təqdim etdiyi psixotrop maddələrin birdəfəlik istifadə üçün nəzərdə tutulan şəxsi istehlak miqdarından dəfələrlə çox olmasına, narkotik vasitələrin və psixotrop maddələrin çəkisini müəyyən etmək üçün istifadə olunan elektron tərəzinin aşkarlanmasına, psixotrop maddələri satış məqsədi ilə əldə etməsini, həmçinin, ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrinə, üzərindən aşkar olunmuş mobil telefona və istifadəsində olmuş mobil nömrə vasitəsilə narkotik vasitələrin və ya psixotrop maddələrin alış-verişini əks etdirən smslərin olmasına, əldə etdiyi külli miqdarda psixotrop maddəni üzərində gəzdirməsinə dair cinayət təqibi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini həll etmişdir. Məhkəmə belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, onun həmin cinayət əməlini törətməsi və əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarından görünür ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməklə həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasına görə, həmin əməli törətmiş şəxs beş ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə tərəfindən Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşağının olması, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs qızının şəxsiyyətini, ondan aşkar edilmiş psixotrop madədnin növünü, çəkisini, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın müəyyən edilməməsini, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddələrində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə azadlığı faktiki olaraq məhdudlaşdırılmaqla, şübhəli şəxs qismində saxlanılmış, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri Nizami rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs bugünədək davamlı olaraq həbsdə saxlanılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan (barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir (CPM-in 147.4-cü maddəsi)), o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.6-cı maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 05 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,654 qram psixotrop maddə metamfetamin və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilməli, “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxs X1 (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntüsü olan 01 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 396 ( üç yüz doxsan altı) manat məbləğində pul köçürülməlidir. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınaraq Nizami rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 2,654 qram psixotrop maddə metamfetamin və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin, “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs (öz razılığı ilə yaxın qohumlarına) qaytarılmalı, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmasının görüntüsü olan 01 (bir) ədəd DVD disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmə mərhələsində Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 396 ( üç yüz doxsan altı) manat məbləğində pul köçürülsün. Cinayət işi üzrə xüsusi müsadirə edilməli digər əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan, (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1554/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1554/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver