Məhkəmə qərarları › İş №1(101)-1555/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1555/2025

15.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1555/2025 15.10.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Pənahov Babək Əkbər oğlunun sədrliyi Kamranov Hafiz Eldar oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Baş prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 15 saylı Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), orta təhsilli, evli, məhkum olunmamış, Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Məmmədov küçəsi, ev 116, mənzil 25-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd qara rəngli çantanın içərisində polietilen torbada olan iki bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,53 qram və 0,83 qram olmaqla ümumi xeyli miqdar təşkil edən 1,36 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 01 ədəd sellofanda təmiz çəkisi 595 qram, digər üzəri skoçlu şəffaf sellofanda 50 ədəd kiçik ölçülü polietilen torbacıqlarda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri - 5,21 qram, 5,0 qram, 5,03 qram, 5,0 qram, 5,0 qram, 4,0 qram; 4,96 qram, 5,08 qram, 4,95 qram; 4,94 qram, 5,24 qram, 5,02 qram, 18,75 qram, 5,0 qram, 2,99 qram, 5,12 qram, 5,08 qram, 2,92 qram, 5,11 qram, 2,01 qram, 5,09 qram, 4,5 qram, 5,0 qram, 5,0 qram, 5,0 qram, 5,13 qram, 5,05 qram, 5,08 qram, 5,0 qram, 4,99 qram, 4,99 qram, 4,98 qram, 4,97 qram, 5,1 qram, 5,13 qram, 5,0 qram, 5,0 qram, 4,89 qram, 5,07 qram, 5,02 qram, 5,04 qram, 5,05 qram, 5,0 qram, 5,13 qram, 4,97 qram, 5,02 qram, 5,08 qram, 4,98 qram, 5,11 qram və 4,49 qram olmaqla ümumi çəkisi 256,77 qram, ümumilikdə külli miqdar təşkil edən 851,77 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaları əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2025-ci il tarixdə, saat 21:28 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq orada üzərində yoxlama keçirilən zamanı həmin narkotik vasitələr və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Vətən müharibəsində iştirak edib qayıtdıqdan sonra narkotikdən istifadə etməyə başlamışdır. Narkotiki adətən Bakı şəhərinin müxtəlif yerlərindən tanımadığı şəxslərdən alırdı, o cümlədən “Telegram” sosial şəbəkəsi vasitəslə tanış olduğu İran vətəndaşı olan Əli adlı şəxsin bank kartına pul göndərməklə onun göndərdiyi ünvandan götürürdü. Sonuncu dəfə Əli ona yazaraq demişdir ki, 800 qramdan çox marixuanası var və onu 2.500 manata verə bilər. O də hər dəfə narkotik almağa getməməsi üçün bu təklifi qəbul etmiş, lakin Əli ilə onun qiymətini 1.700 manata razılaşmışdır. Həmin günü o, metronun “Əhmədli” stansiyasının yaxınlığına Əlinin xəritədə göndərdiyi yerə gedib avtobus dayanacağının arxasından narkotiki götürüb yaşadığı ünvana gətirib evin arxa tərəfindən olan hamama qoymuş və hər dəfə istifadə etdikcə oradan marixuana götürmüşdür. xx.xx.2025-ci il tarixdə, axşam saat 09 radələrində evdən çıxıb hamama gedib həmin narkotik vasitə olan çantanı götürüb evə qayıdan zaman ünvan 1 ünvanın qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış və elə orada üzərində baxış keçirilmişdir. Həmin vaxtı üzərindən çantada olan narkotik vasitələr və tərəzi aşkar olunmuşdur. O, heç vaxt narkotikin satışı ilə məşğul olmamış, tərəzidən isə narkotiki hər dəfə qəbul etməmişdən əvvəl miqdarını müəyyən etmək üçün istifadə edirdi. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklətlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail rayonu ərazisində narkotik vasitələrin və psixlotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün əməliyyat qrupu yaradılmış, qrupun üzvü kimi o və bölmənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3 Taryel oğlu ilə birlikdə əməliyyat-axtarış tədbirləri keçirilərək həmin günü axşam saat 21:28-də ünvan 1 ünvanın yaxınlığında Təqsirləndirilən şəxs müəyyən olunaraq ona məsələ barədə məlumat verilmişdir. Bundan sonra həmin yerdə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs əlində saxlayaraq təqdim etdiyi qara rəngli idman çantasına baxış keçirilmişdir. Çantanın içərisində 01 ədəd şəffaf sellofana bükülərək yapışqan lentlə bağlanmış bağlama və 01 ədəd şəffaf sellofan torba aşkar edilmişdir. Baxış zamanı 01 ədəd şəffaf rəngli üzəri yapışqan lentlə bağlanmış bağlamanın içərisində yaşıl rəngli marixuanaya bənzər kütlə, digər 01 ədəd şəffaf rəngli sellofan torbanın içərisində 50 ədəd şəffaf kiçik ölçülü polietilen torbaçıqların içərisində yaşıl rəngli marixuanaya bənzər kütlə və 01 ədəd polietilen torbanın içərisində 2 ədəd şəffaf sellofana bükülmüş qara rəngli narkotik vasitə tiryəkə bənzər maddələr aşkar edilmişdir. Daha sonra onun üzərindən aşkar edilən bağlamalar qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra üstü yoxlanıldıqda cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan gödəkçəndən 01ədəd elektron tərəzi və 5 ədəd 1 manatlıq pul əksinaslar aşkar olunmuşdur. Qablaşdırılaraq möhürlənmiş əşyalar Təqsirləndirilən şəxs təqdim etdiyi idman çantasına yerləşdirilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri “Telegram” sosial şəbəkəsindən tanıdığı Əli adlı İran vətəndaşının vasitəsi ilə Xətai rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Səbail Rayon Polis İdarəsinin 8-ci polis bölməsinə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşı Şahid3 Taryel oğlu Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş diskə əsasən Təqsirləndirilən şəxs üstünün yoxlanılması ünvan 1 ünvanın qarşısında keçirilir. Təqsirləndirilən şəxs sol əlində saxladığı 01 ədəd qara rəngli idman çantasını təqdim edir. Həmin çantanın içərisində 01 ədəd şəffaf rəngli üzəri yapışqanlı lentlə bağlanmış və 01 ədəd şəffaf sellofan paketin olması müəyyən edilir. Daha sonra içərəsində 01 ədəd şəffaf rəngli üzəri yapışqan lentlə bağlanmış bükümə baxış zamanı içərisində yaşıl rəngli ot şəkilli qurudulmuş marixuanaya bənzər kütlə, digəri 01 ədəd şəffaf rəngli sellofan paketə bükülmüş bağlamanın içərisində 50 ədəd şəffaf paketdə içərisində yaşıl rəngli ot şəkilli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd paketdə içərisində 02 ədəd şəffaf sellofana bükülmüş qara rəngli maddə aşkar edilir. Sonra həmin qurudulmuş marixuanaya bənzər 01 ədəd bağlama, 50 ədəd şəffaf sellofanda olan bükümlər və 01 ədəd şəffaf paketdə içərisində 02 ədəd şəffaf sellofana bükülmüş qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlələr qablaşdırılaraq üzəri DİN-nin zərflər üçün 52 saylı möhürü ilə möhürlənir. Daha sonra onun üstü yoxlanılır, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzi və gödəkçəsinin ön sol cibindən 05 ədəd 1 manatlıq pul əskinası aşkar olnur. Həmin 05 ədəd 1 manatlıq pul əskinası sübut əhəmiyyətinə malik olmadığı üçün ona geri qaytarılır. Onun üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və 01 ədəd elektron tərəzi içi boş ağ rəngli zərfə qoyularaq Daxili İşlər Nazirliyinin zərflər üçün 52 saylı möhürü ilə möhürlənərək sübut əhəmiyyətinə malik ola biləcəyi üçün qablaşdırılır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəni “Telegram” sosial şəbəkəsindən tanıdığı “Əli” adlı İran İslam Respublikası vətəndaşının vasitəsilə Xətai rayonu ərazisində gizlədilən yerdən əldə etdiyini bildirir. İstintaq hərəkətinə dair protokol tərtib edilmiş, aparılan videoçəkilişə dair görüntülər 01 ədəd DVD formatlı diskə köçürülüb protokola əlavə edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır (İ cild, i.v.12-13; disk); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 7/522 nömrəli rəyinə görə tədqiqata təqdim edilmiş bir ədəd idman çantasında üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün №52” dairəvi möhür əski olan kağız zərfdə olan 01 ədəd polietilen torbada 02 ədəd bükümdə hər birinin ayrı ayrılıqda təmiz çəkisi 0,53 qram və 0,83 qram olmaqla ümumi çəkisi 1,36 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Bir ədəd idman çantasında üzərində “Azərbaycan Respublikası DİN-nin zərflər üçün №52” dairəvi möhür əski olan 01 (bir) ədəd üzəri skoçlu sellofanda təmiz çəkisi 595 qram bitki mənşəli kütlə və digər üzəri skoçlu şəffaf sellofanda 50 (əlli) ədəd kiçik ölçülü polietilen torbacıqlarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi – 5,21 qram, 5,0 qram, 5,03 qram, 5,0 qram, 5,0 qram, 4,0 qram; 4,96 qram, 5,08 qram, 4,95 qram; 4,94 qram, 5,24 qram, 5,02 qram, 18,75 qram, 5,0 qram, 2,99 qram, 5,12 qram, 5,08 qram, 2,92 qram, 5,11 qram, 2,01 qram, 5,09 qram, 4,5 qram, 5,0 qram, 5,0 qram, 5,0 qram, 5,13 qram, 5,05 qram, 5,08 qram, 5,0 qram, 4,99 qram, 4,99 qram, 4,98 qram, 4,97 qram, 5,1 qram, 5,13 qram, 5,0 qram, 5,0 qram, 4,89 qram, 5,07 qram, 5,02 qram, 5,04 qram, 5,05 qram, 5,0 qram, 5,13 qram, 4,97 qram, 5,02 qram, 5,08 qram, 4,98 qram, 5,11 qram və 4,49 qram olmaqla, ümumi çəkisi 256,77 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuananın ümumi çəkisi 851,77 qram olub, tırkibinə görə eynidir. Bir ədəd kağız zərfdə elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitə hissəcikləri yoxdur. Tədqiqatdan sonra marixuananın qalıq çəkisi 850,75 qram, tiryəkin qalıq çəkisi 1,26 qram, aparılmış tədqiqatın dəyəri isə 70 manat təşkil edir (İ cild, i.v.38-41); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 1646 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair xəstəlik əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, i.v.182- 185); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında xx.xx.2025-ci il tarixli, 3287 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.186-187); • Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı GSM nömrələrlə bağlı müvafiq olaraq "xxxx" MMC tərəfindən təqdim edilmiş diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokola əsasən iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumatlar aşkar olunmamışdır (İ cild, i.v.121- 123); • “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərə görə Təqsirləndirilən şəxs götürülmüş “Samsung A25” markalı mobil telefonunun “WhatsApp” tətbiqində bir neçə şəxslərlə yazışmalarında dövriyyəsi qadağan olunmuş malın əldə edilməsi və başqa şəxslərə satılması ilə bağlı mətnlər (“Kağızda verərsən, 10”, “Yaxşı qaqa, 3 dənə kağız versən 11 manat verərəm”, “Olar men 5 atım sen de yuxarda bir balaca bir yere qoyarsan?”, “10 atdım sene be 2 azn nagd olacaq. Packa”, “Exi evdesen qalxım 1 dene götürüm”, “Exi evdesen, qalxım, 2 dene”, “Salam, 5 lazımdı”, “Qaqa, paçka kağız satırsan?”, “+2 nə qədər atası olacam?”, “Vüsal salam necəsən? 50lik götürmək istəyirəm, alınırsa gəlim”, “Əxi atırsan kartı” və s.) və səsli mesajlar, şəkillər, bank kartı məlumatları və müxtəlif ödəniş qəbzlərinin şəkilləri müəyyən edilir. Həmin yazışmalar və şəkillər çap olunaraq, səs yazıları isə DVD diskə köçürülərək protokola əlavə olunmuşdur (İ cild, i.v.130-170); • “Maddi sübut kimi tanınması haqqında” xx.xx.2025-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 850,75 qram çəkidə narkotik vasitə marixuana, 1,26 qram çəkidə narkotik vasitə tiryək, bir ədəd elektron tərəzi, bir ədəd “Samsung A25” markalı telefon və Təqsirləndirilən şəxs üstünün yoxlanılması və ondan aşkar edilib götürülmüş əşyalara baxış keçirilməsini özündə əks etdirən 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış, narkotik vasitələr, tərəzi və telefon saxlanılması üçün Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə olunmuşdur (İ cild , i.v.98- 99, 193-211); • Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(009)-154/2025 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.86-89); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışına görə Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (İ cild, i.v.103); • Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il və xx.xx.2015-ci il təvəllüdlü iki uşağı var (İ cild, i.v.188-189); • İ-10509 və İ-5560 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Füzulinin azad olunmasına görə” medallarla təltif olunub (İ cild, i.v.190-191). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi həmin Məcəllənin 234.2 (satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma), 234.3 (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları satma, yaxud prekursorları eyni məqsədlə xeyli miqdarda hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma) və 234.3-1-ci (yetkinlik yaşına çatmayanlara qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, habelə bu Məcəllənin 234.2-ci və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməlləri təhsil və ya tibb müəssisələrində, eləcə də cəzaçəkmə müəssisələrində yaxud həbs yerlərində törətmə) maddələrində nəzərdə tutulmuş əməlləri külli miqdarda törədilməsinə görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş (1.0.9-cü maddə), narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür (1.0.11-ci maddə). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir (8-ci bənd); Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə qurudulmuş marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 500 qram, tiryəkin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,5 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd qara rəngli çantanın içərisində polietilen torbada olan iki bükümdə, hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,53 qram və 0,83 qram olmaqla ümumi xeyli miqdar təşkil edən 1,36 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki və 01 ədəd sellofanda təmiz çəkisi 595 qram, digər üzəri skoçlu şəffaf sellofanda 50 ədəd kiçik ölçülü polietilen torbacıqlarda ümumi çəkisi 256,77 qram olmaqla, ümumilikdə külli miqdar təşkil edən 851,77 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaları əldə edib üzərində saxlamaqla daşımış, Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx.xx.2025-ci il tarixdə, saat 21:28 radələrində ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq orada üzərində yoxlama keçirilən zamanı həmin narkotik vasitələr və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunaraq qeyd olunan narkotik vasitələrin yalnız şəxsi istifadəsi üçün əldə etdiyini bildirsə də, onun telefonunda müəyyən edilmiş yazılar və şəkillər, habelə üzərindən aşkar olunmuş narkotik vasitə marixuananın çəkisi, o cümlədən onların 50 ədəd xırda bükümlərə bölünməsi və elektron tərəzinin olması ona dəlalət edir ki, o, məhz satış məqsədi ilə bu vasitələri əldə edərək saxlamış və üzərində daşımışdır. Bununla da Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsinə iki azyaşlı uşağının olmasını, habelə onun Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək medallarla təltif olunmasını Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda, onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli onun həbsə alındığı andan – 01 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi subutların saxlanılması otağında saxlanılan, qalıq qalan 850,75 qram qurudulmuş marixuana və 1,26 qram tiryək, 01 ədəd elektron tərəzi Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd “Samsung A25” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılmalı, iki ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 70 manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X4 20 saat üçün nəzərdə tutulan 220 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan, qalıq qalan 850,75 qram çəkidə marixuana və 1,26 qram çəkidə tiryək, bir ədəd elektron tərəzi məhv edilsin, bir ədəd “Samsung A25” markalı mobil telefon Təqsirləndirilən şəxs özünə və ya yaxın qohumlarından birinə qaytarılsın, iki ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Babək Pənahov Hakimlər: Hafiz Kamranov Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar