Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1556/2022 29.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 14:50-də Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə Səbail rayonu “Tarqovu” adlanan ərazidən istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd bükümdə təmiz çəkisi 2,672 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlamaqla daşımış, 23 aprel 2022-ci il tarixdə ünvan 2 ünvanda satış məqsədilə əldə edib saxlamaqla daşıdığı narkotik vasitə hesab edilən heroinin təmiz çəkisi 0,352 qram olan bir bükümü masanın üzərinə qoymuş, həmin gün saat 18:20 dəqiqədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Yasamal RPİ-nin X1 və Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən ünvanda saxlanılaraq onun iştirakı ilə həmin yerə baxış keçirilən zaman qarşısında olan masanın üzərindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı ona məxsus bir ədəd bükümdə təmiz çəkisi 0,352 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin, üzərlərində heroinin izləri olan 03 ədəd boş vəziyyətdə 1 ml-lik şprislər aşkar olunaraq götürülmüş, əməliyyat axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 22:20 dəqiqədə Yasamal RPİ-nin 29-cu PŞ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 01 ədəd bükümdə təmiz çəkisi 2,320 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, qeyd edilən ünvanda tanışı Şahid1 ilə birlikdə qeyri rəsmi ər-arvad kimi yaşamışdır. O, uzun müddətdir ki, narkotik vasitə hesab edilən heroindən istifadə etmişdir. Şahid1 və Şahid2la birlikdə narkotik vasitə istifadə etmək qərarına gəldikləri üçün o və Şahid1 birlikdə 10 manat, Şahid2 isə 5 manat pul verərək, ümumilikdə 15 manat pul miqdarında narkotik vasitə özlərinin istifadəsi üçün almaq qərarına gəlmişlər. Ceyhun “Tarqovu” adlanan əraziyə gedərək onun tanımadığı şəxsdən 15 manat pul verərək, 01 ədəd sellofana bükülmüş narkotik vasitə heroini almışdır. Ertəsi günü, yəni 23 aprel 2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman narkotik vasitə heroini Şahid1 və Şahid2la birlikdə istifadə etdikdən bir qədər sonra polis əməkdaşları onun yaşadığı evə daxil olaraq tanışı Şahid1 narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməyə və saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsini bildirmişdirlər. Bundan sonra polis əməkdaşları Fəqanın icazəsi ilə həmin ünvana baxış keçirmiş və baxış zamanı masanın üzərindən narkotik vasitə və şprislər aşkar edilərək götürülmüşdür. Daha sonra polis əməkdaşları onu, tanışları Şahid1 və Şahid2 Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Polis şöbəsində təhqiqatçısı ona hüquq və vəzifələrini izah etmiş, sonra müdafiəçi və iştirakçıların iştirakı ilə üzərinə baxış keçirilərkən, polis əməkdaşları onların üçünə də bildirmişlər ki, çəkiliş zamanı əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən ona polis əməkdaşları tərəfindən təqdim edilmiş narkotik vasitə olan heroini masanın üstünə qoysunlar. Onlar da deyilən hərəkətləri etmişdir. Lakin qeyd edilən narkotik vasitənin çəkisinin çox yazıldığını bildirərək, evdə və üzərində ittihamda olan miqdarda narkotik vasitə heroin olmadığını qeyd etmişdir. Bundan sonra aşkar edilmiş bir ədəd bükülüdə olan maddə, müdafiəçi və iştirakçıların iştirakı ilə zərfə qoyulub möhürlənmiş, bu barədə protokol tərtib olunaraq, müdafiəçi və iştirakçıların iştirakı ilə zərf və protokol imzalanmışdır. Üzərindən aşkar edilmiş narkotik vasitəni kiməsə satmaq, bağışlamaq və ya kiməsə hədiyyə vermək fikri olmamış, o, sadəcə olaraq həmin maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Şahid1 ilə təxminən iki il bundan qabaq Goranboy rayonundan Bakı şəhərinə gələn zaman tanış olmuş və yaşamağa yeri olmadığı üçün Fəqana məxsus evdə birlikdə yaşamışlar. Narkotik vasitələrin heç bir zaman satışı ilə məşğul olmamaış və ya satış məqsədi ilə əldə etməmişdir. Məhkəmədən onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2004-cü il tarixdən narkotik vasitə hesab edilən heroin istifadə edir. Kakos kimi tanınan narkotik vasitə hesab edilən heroini tanımadığı şəxslərdən Nəsimi rayonu, Papanin kimi və Kubinka kimi tanına ərazidən almışlar. Təqsirləndirilən şəxs iki il olar ki, tanıyır, Şahid2 isə onunla eyni məhəllədə yaşayır. İlahə iki il bundan qabaq Goranboy rayonundan Bakı şəhərinə gəlmiş, İlahənin qalmağa yeri olmadığına görə əvvəllər market kimi istifadə etdikləri hazırda isə istifadə olunmayan 15-20 kvadrat metr ərazisi olan yeri İlahəyə qalmaq üçün vermiş, İlahənin və Ceyhunun narkotik vasitədən istifadə etmələrini bilsə də onlara heç bir zaman narkotik vasitə verməmiş, nə də ki, satmamış, həmçinin onlara narkotik vasitə istifadə etmək üçün yer təşkil etməmişdir. 23 aprel 2022-ci il tarixdə saat 18:10-da yaşadığı Yasamal rayonu, 2-ci Alatava ev 22X saylı ünvanın qarşısında olan zaman beş nəfər tanımadığı şəxslər ona yaxınlaşıb vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirərək ona demişlər ki, narkotik vasitələrin saxlamasında və tiryəkxanaların təşkilində şübhəli bilinən hazırda onun evində narkotik vasitə istifadə edən şəxslər vardır. O da polis əməkdaşlarının sözündən sonra bildirmişdir ki, həqiqətən də evinin həyətində olan bir otaqlı tikilidə İlahə və Ceyhun adlı tanışları vardır, onlar narkotik vasitə istifadəçisidirlər. Bundan sonra polis əməkdaşları həmin ünvana baxış keçirilməsi barədə ondan ərizə alaraq onunla birlikdə həmin otağa daxil olub baxış keçirmişlər. Otaqda olan İlahə və Ceyhunu narkotik vasitə istifadə etdikləri üçün saxlanılmış, sonra isə polis əməkdaşları onların hər üçünü Yasamal RPİ-nin 20-cu PŞ-nə aparmışlar. PŞ-nin inzibati otaqlarının birində Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Elçin İsgəndərov tərəfindən onun hüquq və vəzifələri izah edildikdən sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə onun üzərinə baxış keçirilərkən o, əynində olan idman gödəkcəsinin sağ yan cibindən Nəsimi rayonu Papanin adlanan ərazidən özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 20 manat aldığı narkotik vasitə hesab edilən heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə heroin götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sonra isə o, iştirakçılarla birlikdə zərfi və protokolu imzalamışdır. Onun istifadəsində telefon nömrəsi olmamış, narkotik vasitə aldığı şəxsi uzun müddətdir ki, tanıyır, arıq bədən quruluşlu, 30-35 yaşlarında qara saçlı kişi cinsindən olan şəxsdir, narkotik vasitəni bir neçə ildir ki, iynə şəklində bədəninə daxil edirmiş. Narkotik vasitəni heç kəsə təklif etməmiş, nə də ki, satmamış, İlahə və Ceyhun da ona narkotik vasitə satmamış, nədə ki, verməmiş, rəsmi iş yeri olmasa da gündəlik fərdi əməklə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmuş, həmin narkotik vasitəni atmaq imkanı olmamış, çünki polis əməkdaşları onu saxlayan andan sona qədər müşahidə etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, 23 aprel 2022-ci il tarixdə saat 18 radələrində o, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, Yasamal RPİ-nin 29cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 və Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 ilə birlikdə əməliyyat qrupu yaradılıb ünvan 2 ünvanda yaşayan Şahid1 Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında, həmçinin mənzilində tiryəkxana təşkil etməsi barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Yasamal rayonu, 2-ci Alatava 22X saylı ünvanın qarşısında Şahid1 onlar tərəfindən saxlanılmışdır. Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X4 tərəfindən Şahid1 hüquq və vəzifələri izah edildikdən sonra Şahid1 icazə ərizəsi əsasında onun yaşadığı evə daxil olduqda orada digər iki nəfərin olduğu, yəni Təqsirləndirilən şəxs və Şahid2 olduğu aşkar edilmişdir. Bundan sonra onun, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5, Şahid1 Təqsirləndirilən şəxs və Şahid2 iştirakı ilə təhqiqatçı, polis polkovnik-leytenantı X4 tərəfindən həmin ünvana baxış keçirilən zaman masanın üstündə olan nəlbəkinin içərisindən bir ədəd açıq şəffaf sellofana bükülmüş büküm və üç ədəd şpris aşkar edilmişdir. Bükümün içərisinə baxıldıqda spesifik iyə malik olan narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə heroindir, həmin narkotik vasitə ona məxsusdur və narkotik vasitəni “Torqovu” adlanan ərazidə özü istifadə etmək üçün almışdır. Bundan sonra həmin evə baxış keçirilmiş, lakin baxış zamanı heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra isə aşkar edilmiş narkotik vasitə heroin və üç ədəd şprislər onlar tərəfindən qablaşdırılaraq götürümüş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolda iştirakçılarla birlikdə Təqsirləndirilən şəxs da imza etmişdir. Sonra isə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət edilmişlər. Onlarda etiraz etməyib birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə getmişlər. Yasamal RPİ-nin 29cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 xidməti otağında onun, Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, Yasamal RPİ- nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5, iştirakçı kimi dəvət edilmiş Yasamal RPİnin 29-cu PŞ-də dəftərxanada işləyən Şahid7 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoyub bildirmişdir ki, həmin bükümün içərisində kakos deyilən narkotik vasitə heroindir və həmin heroini bir gün əvvəl “Torqovu” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən öz isifadəsi üçün almışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə Şahid7 tərəfindən baxış keçirilmiş, lakin baxış zamanı heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola iştirakçılar və Təqsirləndirilən şəxs imza etmişlər. Baxış keçirilən zaman onlar tərəfindən bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını bildirib, satış məqsədinin olmadığını qeyd etmişdir. Onlarda da əvvəldən Təqsirləndirilən şəxs ilə bağlı onun tərəfindən satış məqsədi ilə narkotik vasitələrin əldə olunmasına dair məlumat olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Yasamal RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid6, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid5 da eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, o Yasamal RPİnin 29-cu PŞ-də dəftərxanada işləyir, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 23 aprel 2022-ci il tarixdə o, Yasamal RPİ-nin 29-cu PŞ-də işdə olan zaman ona bildirmişlər ki, polis şöbəsində bir nəfər qadın xeylağının üzərinə baxış keçiriləcək və həmin şəxsin baxış keçirilməsində onun iştirak etməyini ondan xahiş etmişlər. O, da etiraz etməmiş, Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 xidməti otağına getmişdir. Bundan sonra onun, polis əməkdaşlarının və şübhəli şəxs qismində tutulmuş adını sonradan bildiyi Təqsirləndirilən şəxs vəkili X3 iştirakı ilə Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərinə baxış keçirmiş, lakin baxış zamanı heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin qablaşdırılaraq zərfə qoyulmuş və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola o, iştirakçılarla birlikdə imza etmişdir. Baxış keçirilən zaman polis əməkdaşları tərəfindən bütün hadisələr telefon vasitəsi ilə video çəkiliş olunmuşdur. Məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 aprel 2022-ci il tarixdə saat 11 radələrində Nəsimi rayonu, Kubinka adlanan əraziyə gedərək üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 50 manat pul verib kakos deyilən narkotik vasitə hesab edilən heroini alıb əynində olan şalvarın sağ yan cibinə qoyaraq həmin saat 16 radələrində tanışı Şahid1 yaşadığı ünvan 4 ünvanda yerləşən evinə getmiş, həmin vaxt evdə Fəqan və onun qeyri rəsmi ər-arvad kimi yaşadığı Təqsirləndirilən şəxs olmuşdur. Həmin vaxt o, evdə əyləşib çay içdikdən sonra özü ilə gətirdiyi narkotik vasitə heroini istifadə etmişdir. Həmin gün saat 18:20 dəqiqədə həmin ünvanda olarkən dörd nəfər mülki geyimdə olan şəxslər həmin ünvana gələrək özlərinin Yasamal RPİ-nin 29-cu PŞ-nin əməkdaşları olduğunu bildirərək Şahid1 narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etməyə və saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxışı keçirəcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşları Fəqanın razılığı ilə həmin ünvana baxış keçirmiş və baxış zamanı masanın üzərindən narkotik vasitə və şprislər aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları onu, Fəqan Quliyevi və Təqsirləndirilən şəxs Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib birlikdə 29-cu PŞ-nə getmişlər. 29-cu PŞ-nin xidməti otaqlarının birində təhqiqatçı, iştirakçıların və müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrini izah etdikdən sonra onun üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmamasını soruşduqda o, əynində olan şalvarın sağ cibində olan Kubinka adlanan ərazidən özü istifadə etmək məqsədi ilə tanımadığı şəxsdən 50 manat aldığı narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroin polis əməkdaşları tərəfindən götürülərək qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Tərtib edilmiş protokola və zərfə o da iştirakçılarla birlikdə imza etmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almış, polis əməkdaşları tərəfindən saxlanılarkən və Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilərkən o, cümlədən üzərində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı fiziki zor və sair təziqlər göstərilməmişdir. O, mobil telefondan istifadə etməmiş, yaşadığı evdə və ya başqa yerlərdə narkotik vasitə və psixotrop maddə saxlamamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mərkəzi Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/2359 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,320 qram və 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,352 qram, ümumi təmiz çəkisi 2,672 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 3 №-li zərfdəki 3 ədəd birdəfəlik şprisin daxilində narkotik vasitə heroinə məxsus izləri vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Heroin 2005-ci 28 iyul tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. 1 №-li zərfdəki heroinin təmiz çəkisi 2,320 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq çəkisi 2,270 qram təşkil edir. 2 №-li zərfdəki heroinin təmiz çəkisi 0,352 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq çəkisi 0,302 qram təşkil edir. (iş vərəqə 49-54) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi ambulator məcburi-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3585 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə 147-148) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1967 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 184-185) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama ilə məşğul olmasında şübhəli bilinərək həmin tarixdə saat 18:20-da Yasamal rayonu, 2-ci Alatava 22X saylı ünvanın qarşısında saxlanılmışdır. Şahid1 yaşadığı Yasamal rayonu, 2-ci Alatava 22X saylı ünvana baxış keçirilməsində etirazı olmadığını və bu barədə ərizə ilə müraciət etdiyini nəzərə alıb həmin ünvana baxış keçirilərkən orada iki nəfər şəxsin, yəni Təqsirləndirilən şəxs və Şahid2 aşkar edilmişdir. Bundan sonra həmin ünvana baxış keçirilmiş və baxış zamanı evdə olan masanın üstündə nəlbəkinin içərisindən bir ədəd şəffaf sellofana bükülmüş spesifik iyə malik olan kakos adlanan narkotik vasitə hesab edilən heroin olması ehtimal edilən kütlə və üç ədəd şpris aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə ona məxsusdur. Aşkar edilmiş maddə və şprislər baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb DİN-nin zərflər üçün olan 169 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. (iş vərəqə 14-15) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:20-da Yasamal rayonu, 2-ci Alatava 22X saylı ünvanda saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü təqdim edərək, həmin bükümün içərisində kakos deyilən narkotik vasitə heroin olduğunu bildirərək aşkar edilmiş maddənin ona məxsus olmasını və həmin maddəni, xx.xx.2022-ci il tarixdə “Tarqovu” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək üçün almışdır. Bundan sonra şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunmuş başqa hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılıb DİN-nin zərflər üçün olan 169 nömrəli möhürü ilə möhürlənərək götürülmüş, ərizə və şikayət daxil olmamışdır. (iş vərəqə 40-41) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskdə 02 ədəd fayl vardır, birinci faylda olan videogörüntü 23 aprel 2022-ci tarixdə çəkilmişdir. xx.xx.2022-ci il tarixdə saat 18:20 dəqiqədə Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə və ya saxlama ilə məşğul olmasında şübhəli bilindiyi üçün ünvan 2 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılmışdır. Şahid1 hüquq və vəzifələri izah edildikdən sonra onun icazəsi ilə yuxarıda qeyd edilən ünvana baxış keçirilən zaman həmin ünvanda Təqsirləndirilən şəxs və Şahid2 aşkar edilmişdir. Bundan sonra evə baxış keçirilərkən masanın üstündə olan nəlbəkinin içərisindən bir ədəd şəffaf sellofana bükülmüş büküm və üç ədəd şpris aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisindəki narkotik vasitə heroindir və həmin narkotik vasitəni “Tarqovu” adlanan ərazidən üzdən tanıdığı və adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə almışdır. Bundan sonra aşkar edilmiş maddə və şprislər qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolda və zərfdə Təqsirləndirilən şəxs, Şahid1 və Şahid2 iştirakçılarla birlikdə imza etmişlər. İkinci faylda olan videogörüntüdən görünür ki, faylda olan videogörüntü 23 aprel 2022-ci tarixdə çəkilmişdir. Çəkilmiş videoçəkilişdən görünmüşdür ki, videoçəkilişdə polis əməkdaşları və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs vəkili X5 iştirak etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra onun üzərində hər hansı qanunsuz əşyanın olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükülünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümün içərisinə baxdıqda qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kakos deyilən narkotik vasitə heroindir, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə “Tarqovu” deyilən ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə almışdır. Daha sonra iştirakçı kimi dəvət edilmiş Şahid7 tərəfindən Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin baxış zamanı hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokolda və zərfdə Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə imza etmişdir. (iş vərəqə 64- 65) Məhkəmə iş üzrə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, təqsirləndirilən şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərkən Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması barədə sübut etmə predmetinin müəyyən edilməsi üçün, heç bir mötəbər sübutlar müəyyən etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvanda aşkar edilmiş narkotik vasitənin onun tərəfindən məhz satış məqsədi ilə əldə edilməsini təsdiq edən sübutlar nə ibtidai istintaqda, nə də məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Təqsirləndirilən şəxsə satış məqsədi ilə narkotik vasitələri əldə etməsi, saxlama və daşıması barədə verilən ittihamı təsdiq edə bilən, elan edilmiş ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan sübutlar təqdim olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində AR CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. (iş vərəqə 01) İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 28-29) Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilərək, hüquq və vəzifələri elan edilmişdir. ( iş vərəqə 66-75) İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-336/2022 saylı qərarından görünür ki, AR CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. (iş vərəqə 87-89) İş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığından görünür ki, aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs “Tarqovu” adlanan ərazidə narkotik vasitə heroini əldə etdiyi mənbəni, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni hansı şəxslərə satması və ya satmağa cəhd etməsi, eləcə də ondan narkotik vasitə alan şəxsləri müəyyən etmək mümkün olmadığından, həmin xüsusatların araşdırılması barədə tapşırıq verilmişdir. ( iş vərəqə 123) İş materiallarında olan əməliyyat tapşırıqlarına cavab verilməsinə dair xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Tarqovu” adlanan ərazidə narkotik vasitə heroini əldə etdiyi mənbəni, eləcə də Təqsirləndirilən şəxs narkotik vasitəni hansı şəxslərə satması və ya satmağa cəhd etməsi, eləcə də ondan narkotik vasitə alan şəxslərin kimliyini müəyyən etmək mümkün olmamışdır. (iş vərəqə 186-187) İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli kifayət qədər əsaslar olmadan, heç bir mötəbər sübut əldə edilmədən AR CM-in 234.1ci maddəsindən 234.4.3-cü maddəsinə tövsif edilmişdir. (iş vərəqə 158-159) İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs onun əməli AR CM-in 234.1-ci maddəsindən 234.4.3-cü maddəsinə əsassız olaraq tövsif edildiyindən, ittiham elan olunan zaman özünü həmin maddə ilə təqsirli bilməmiş, barəsində çıxarılmış qərarı, hüquq və vəzifələrinin izah edilməsi haqqında protokolu və ittihamın mahiyyəti üzrə dindirilən zaman ifadəsini imzalamaqdan imtina etmişdir.(iş vərəqə 161-174) Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin anlayışı «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir. Belə ki, həmin maddəyə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Yuxarıda qeyd olunan Plenum qərarının 4-cü bəndinin ikinci abzasında qeyd edilir ki, törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edibetməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Lakin, ibtidai istintaq orqanı, nəinki Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə və ya saxlama cinayətinin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığını nəzərə almamış, eyni zamanda narkotik vasitənin mənbəyini, narkotik vasitəni hansı şəxslərə satması və ya satmağa cəhd etməsi, eləcə də ondan narkotik vasitə alan şəxsləri müəyyən etmədiyi halda onun mücərrəd, istintaqa məlum olmayan şəxslərə külli miqdarda narkotik vasitə olan heroini satması cinayətini törətməsini iddia etmişdir. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs aşkar edilən narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə olunmaması, eləcə də narkotik vasitənin bükümlərə ayrılmaması, eləcə də narkotik vasitənin Təqsirləndirilən şəxs və qeyriləri tərəfindən birlikdə istifadə edilməsi narkotik vasitənin şəxsi istifadə üçün əldə edilməsinə dəlalət edən faktlardır. İbtidai istintaq orqanı narkotik vasitənin şəxsi istehlak miqdarından müəyyən qədər çox olmasını satış məqsədinin mövcudluğu ilə əlaqəndirmişdir. Lakin, narkotik vasitənin şəxsi istehlak miqdarından çox olması birmənalı olaraq satış məqsədinin olmasını təsdiq edə bilməz. Həmçinin, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik vasitələrin qanunsuz saxlanmasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn nağd pul, elektron tərəzi, narkotik vasitəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatların sübut kimi təqdim edilməsi zəruridir. Lakin, ibtidai istintaq orqanı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsini, eləcə də digər sübutların əldə edilməsinin vacibliyini nəzərə almamışdır. Məhkəmə baxışı zamanı da araşdırılmış sübutlarda və işin materiallarında Təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud sair şəxsi maraq məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkət edilməsini, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübut aşkar olunmamışdır. Beləliklə ibtidai istintaq orqanı ehtimallara və fərziyyələrə əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs, satış məqsədi ilə narkotik vasitəni əldə edib daşıması barədə hər hansı bir mötəbər sübut müəyyən edilməmişdir. Belə ki, məhkəmədə iş üzrə dindirilmiş şahidlər Yasamal RPİ-nin NMB-nin əməkdaşları ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik vasitələri hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud satması barədə hər hansı məlumat əldə edə bilməmişlər. Həmçinin, onlara daxil olmuş əməliyyat məlumatı Şahid1 barəsində olmuş, ünvan 2 ünvanda Şahid1 saxlayan zaman Təqsirləndirilən şəxs həmin mənzildə olduğundan, onu da polis bölməsinə dəvət etmişlər. Bununla da, konkret olaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı xüsusatların olub-olmaması barədə hər hansı məlumata sahib olmamışlar. Eləcə də, Təqsirləndirilən şəxs həm ibtidai istintaq zamanı verdiyi ifadələrində, həm də məhkəmədə verdiyi ifadəsində narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, onları satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Habelə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid1un üzünə deyərək ifadəsini təsdiq etmişdir. (iş vərəqə 111-112) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Şahid2un üzünə deyərək ifadəsini təsdiq etmişdir. (iş vərəqə 113-114) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21-ci maddəsində (təqsirsizlik prezumpsiyası) qeyd edilir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Məcəlləsinin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. AR CPM-in 21-ci maddəsində insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmadan qorunmasına yönəlmiş mühüm bir prinsip-təqsirsizlik prezumpsiyası təsbit edilmişdir. Təqsirsizlik prezumpsiyası beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair başlıca sənədlərdə-insan hüquqları haqqında Ümumi Bəyamnamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. Adı çəkilən konstitusiya normasında təqsirsizlik prezumpsiyası təkcə təqsirləndirilən şəxsə deyil, hər bir şəxsə mənsub olan hüquq kimi təsbit edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Əsaslı şübhələr dedikdə, şəxsin təqsirinin təsdiq edilməsində mühüm rol oynaya biləcək sübutların məzmunu, mənbəyi, işə aid olması ilə bağlı olan şübhələr, habelə müxtəlif sübutlar arasında olan elə ziddiyyət və anlaşılmazlıqlar başa düşülməlidir ki, onları heç bir prosessual vasitə ilə aradan qaldırmaq mümkün olmasın. Başqa sözlə, təqsirsizlik prezumpsiyası tələb edir ki, şübhəli və ya təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunsun. Şərh olunan maddənin məzmununa əsasən sübutlarla bağlı elə şübhələrdən söhbət gedir ki, iş üzrə toplanmış materiallarda onların mövcud olması şəxsin təqsiri barədə məsələni birmənalı şəkildə həll etməyə imkan vermir. Belə şübhələr cinayət işinin faktiki tərəfi ilə, yəni cinayət işi üzrə sübut edilməli olan ayrı-ayrı hallarla bağlı ola bilər. Cəza təyin etmənin ayrı ayrı məsələləri, habelə cinayət və ya cinayət prosessual qanunun tətbiqi ilə bağlı yaranan şübhələr qanunvericiliyin təfsiri vasitəsilə həll edilir. Lakin belə şübhələr (cinayət və ya cinayət prosessual qanunvericiliyin tətbiqi ilə bağlı olan və aradan qaldırılmamış şübhələr) də təqsirləndirilən və ya şübhəli şəxsin xeyrinə həll olunur. Bu tipli şübhələr qanunvericilikdəki boşluqlarla, ayrı-ayrı normalar və müxtəlif normativ hüquqi aktlar arasındakı kolliziya ilə bağlı ola bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “24” dekabr 2021-ci il tarixli 15 saylı qərarının 22-ci bəndinin 1, 2 və 3-cü abzaslarında qeyd edilmişdir ki, Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi-hakimin həm vəzifə, həm də mənəvi borcudur. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən AR CM-in 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə əsasında təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 122) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-336/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 29, 87-89) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrini rəhbər tutaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi AR CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Narkoloji X10 Şəxs»in xx.xx.2022-ci il tarixli 3585 nömrəli rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğundan, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş qaydada narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,352 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,302 qram və şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan açıq mavi rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 2,320 qram, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 2,270 qram olan, ekspertiza tədqiqatları nəticəsində birlikdə ümumi qalıq çəkiləri 2,572 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 03 ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində videogörüntülər olan 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci tarixli qərarına və həmin qərara (sonrakı dəyişikliklərə və əlavələrə) əsasən təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Bakı şəhəri, Yasamal RPİ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş ekspert tədqiqatları nəticəsində birlikdə ümumi qalıq çəkiləri 2,572 qram təşkil edən qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 03 ədəd şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri - ekspertiza tədqiqatının dəyərini təşkil edən 81 (səksən bir) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 15 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 90 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əhməd Quliyev hakimlər: Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1556/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1556/2022
29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver