Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1556/2024 17.05.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, hakimlər Məcidov X8 və Məmmədzadə Səbinə Adil qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 2003-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmayan, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan, həbs olunanadək Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 saylı bağ evində kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı olması ehtimal olunan “Araş” adlı şəxslə və qeyriləri ilə cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, aralarında olan razılaşmaya əsasən mənfəət olaraq gəlir əldə etmək müqabilində istintaqa “Araş” adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsə məxsus külli miqdarda psixotrop maddənin daşınmasını və satışını həyata keçirəcəyi barədə razılığa gəlib onun mobil telefonuna göndərdiyi mesajlara əsasən “Araş” adlı şəxsin tapşırdığı digər şəxslərə çatdırmaqdan ötrü deyəcəyi yerlərə qoyub gizlətmək məqsədilə “Araş” adlı şəxs tərəfindən əvvəlcədən təyin edilən yerə qoyulmuş külli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib bir hissəsini istifadə etdikdən sonra digər hissəsini, yəni ümumi təmiz çəkisi 7,587 qram psixotrop maddə metamfetamini kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 ünvanına daşımaqla saxlamış, Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində özünü şübhəli apardığına görə saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra barəsində sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılmış tibbi müayinə nəticəsində psixotrop maddələrdən istifadə etməsi müəyyən edildiyindən inzibati qaydada tutulmuş, istifadə etdiyi psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar aparılmış əməliyyat tədbirləri nəticəsində yaşadığı evdə psixotrop maddə saxlaması barədə mötəbər mənbədən əldə edilmiş məlumat, habelə bununla bağlı aparılmış profilaktik söhbət zamanı evində psixotrop maddə saxladığı barədə etirafı əsasında yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 ünvanında xx.xx.2023-cü il tarixdə, saat 16:05 dəqiqədə axtarış keçirilən zaman yataq otağındakı çarpayının üzərində olan döşəkçənin altındakı sellofan torbanın içərisindən 04 ədəd sellofanda, ayrı-ayrılıqda təmiz çəkiləri 2,319 qram, 2,566 qram, 1,578 qram və 1,124 qram, ümumi təmiz çəkisi 7,587 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 (bir) ədəd psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər tezdən onun arvadını ağrı tutmuş və bu səbəbdən o, əməliyyat olunmaq üçün arvadını xəstəxanaya aparmışdır. Arvadı əməliyyat olunduqdan sonra həkimlər ona aşağı düşüb oradan xərək gətirməsini demişlər. O, xərək gətirmək üçün aşağı düşdükdə, orada 03 nəfər polis əməkdaşı ona yaxınlaşaraq saxlayıb Polis bölməsinə aparmışlar. Polis əməkdaşları onu xəstəxananın içərisində saxlayaraq Polis bölməsinə aparmışlar. Onu saxlayan polis əməkdaşlarının birinin adı Emil olmuş, digərlərinin adı isə yadında deyil. Sonradan o, həmin polisləri görməmişdir. Polislər onu Polis bölməsinə apardıqdan sonra bir müddət onu orada gözlətdirmişlər və həmin vaxt ona demişlər ki, “sənin evinə baxış keçirmək üçün gedəcəyik, evdən narkotik vasitənin çıxmasını boynuva götürməlisən”. Həmçinin polis əməkdaşları ondan narkotik vasitə istifadə edib-etmədiyini də soruşmuşlar. O da, 20 gün əvvəl narkotik vasitədən istifadə etdiyini bildirmişdir. Sonra onu tibbi yoxlamaya aparmışlar. Tibbi yoxlama zamanı analiz cavablarından onun narkotik vasitədən istifadə etməsi aşkar edilmişdir. Bundan sonra polislər ona təzyiq göstərmişlər, yəni dəyənək (dubinka) ilə başına vurmuşlar. Onun cibindən Polis bölməsində 4 (dörd) ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Polis əməkdaşları ona demişlər ki, evə gedərək yaşadığı evdən də narkotik çıxaracaqlar və o, həmin narkotik vasitənin də ona məxsus olduğunu qəbul etməlidir. Emil adlı polis əməkdaşı öz cibindən narkotik vasitəni çıxarıb onun cibinə qoymuşdur. Həmçinin polislər ona demişlər ki, “bu 4 (dörd) ədəd bükümdə narkotik vasitəni boynuva götür, yoxsa sənin evindən də narkotik vasitə çıxacaq”. Bunu onun yaxşılığı üçün etdiklərini, habelə çox ağır cəza almayacağını bildirmişlər. Sonra onun evinə getmişlər, orada olan zaman təhqiqatçı ondan vəkildən imtina etməsini və polis əməkdaşlarının onun yaşadığı evə daxil olmağına etiraz etməməsini tələb etmişlər. Sonra polis əməkdaşları onun yaşadığı evə narkotik vasitəni yerləşdirmişlər. Bundan sonra onu həmin narkotik vasitəni haradan götürüb təqdim etməyini başa salmışlar. O da, videoçəkiliş zamanı polis əməkdaşlarının dediklərini etmişdir. Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiklərinin nəzərə alınaraq əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilərək həmin maddə ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs xəstəxanada olduğu zaman polis əməkdaşları tərəfindən saxlanılmasını, saxlanıldıqdan və Polis şöbəsinə aparıldıqdan sonra orada polis əməkdaşları tərəfindən döyülməsini, kirayədə yaşadığı evdə psixotrop maddə olmamasını, polis əməkdaşları tərəfindən onun yaşadığı evə psixotrop maddə metamfetamin yerləşdirilməsini, etirafedici ifadə almaq məqsədi ilə polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmasını və nəticədə ibtidai istintaq zamanı etirafedici ifadə verməsini bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyrisəmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında inkaredici məzmunda ifadə verərkən cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlar Təqsirləndirilən şəxs yaşadığı evə təhqiqatçı ilə birlikdə baxış keçirmişlər və həmin vaxt Elvinin yaşadığı evdən narkotik vasitə aşkar edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitənin özünə məxsus olmasını səmimi şəkildə etiraf etmişdir. Şahid2 ibtidai isitntaq orqanına vermiş olduğu və məhkəmədə elan edilməklə tədqiq edilmiş ifadəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində o, Şahid1 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində baş vermiş oğurluq hadisələri ilə əlaqədar inzibati ərazidə xidmətdə olan zaman, adı sonradan məlum olan Təqsirləndirilən şəxs özünü şübhəli aparıdığı görüb sonuncuya yaxınlaşmışlar və həmin şəxsə özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra onlar həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənədi təqdim etməsini xahiş etmişlər. Onlar Elvin kimi təqdim edən şəxsin suallardan yayınmağa çalışdığını görüb Elvinin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olmasından şübhələnib üzərində şəxsi axtarış keçirilməsi üçün Sabunçu RPİ-nin 12-cü PŞ-nə dəvət etmişlər. Saxlanılan Təqsirləndirilən şəxs Polis şöbəsinə gəlməyə etiraz etsə də, onlar Təqsirləndirilən şəxs Polis şöbəsinə apamrışlar. Polis şöbəsində həmin şəxsin xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətində olması nəzərə çarpdığından tibbi müayinədən keçirilmiş və Elvinin psixotrop maddə metamfetamindən istifadə etməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkibi olması müəyyən edildiyindən Təqsirləndirilən şəxs barəsində inzibati qaydada tutma haqqında protokol tərtib edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs istifadə etdiyi psixotrop maddənin mənbəyini müəyyən etmək məqsədilə Elvinlə profilaktiki söhbətlər aparılmışdır. Təqsirləndirilən şəxs söhbət zamanı psixotrop maddəni təxminən 20 gün əvvəl “İnstagram” sosial şəbəkəsi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən “Araş” adlı şəxsdən öz istifadəsi və satış məqsədi ilə aldığını, bir qismini istifadə etdiyini, digər hissəsini kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 ünvanında saxladığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra hüquqlarını müdafiə etməkdən ötrü müdafiəçi təyin olunaraq təqdim edilmiş və şübhəli şəxs qismində tutularaq bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 ünvanında axtarış və götürmə aparılması barədə qərar qəbul edilməklə Təqsirləndirilən şəxs elan edilmişdir. Təqsirləndirilən şəxs vəkilinin iştirakı olmadan yaşadığı mənzildə axtarış və götürmə keçirilməsinə etirazı olmadığını bildirərək bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Sabunçu RPİ-nin 14- cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 da iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 ünvanında yerləşən mənzildə videoçəkiliş aparılmaqla axtarış və götürmə keçirilmişdir. Axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda saxladığını bildirdiyi psixotrop maddələri təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 saylı bağ evinin yataq otağında çarpayının üzərindəki döşəkçəni qaldıraraq orada kiçik şəffaf sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin sellofan torba götürülərək masanın üzərinə qoyulmuş və açılaraq içərisinə baxış keçirildikdə içərisində 01 ədəd boz rəngli kiçik elektron tərəzi və 04 ədəd kiçik sellofan büküm aşkar edilmişdir. Aşkar edilmiş bükümlər açılaraq içərisinə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin maddələrin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini, İİR vətəndaşının anket məlumatlarını bilmədiyini, adının Araş olduğunu, həmin şəxslə internet vasitəsilə tanış olduğunu, psixotrop maddələri Araş adlı şəxsin mobil telefon vasitəsilə Elvinə göndərdiyi ünvanlardan gedib götürdüyünü, təxminən 20 gün əvvəl pulsuz olaraq əldə etdiyini, lazım olan ünvanlara çatdırmaq məqsədilə əldə edib saxladığını, həmin maddələrdən təxminən 20 gün qabaq özü istifadə etdiyini, elektron tərəzini əldə etdiyi psixotrop maddələrin çəkisini ölçüb lazım olan ünvanlara çatdırmaq məqsədilə saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən götürülmüş dörd ədəd bükümdə psixotrop maddə və bir ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunda ifadə verərək Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 ünvanında yerləşən evdə axtarış keçirildiyini və həmin vaxt evin yataq otağında olan çarpayının üzərindəki döşəkçənin altından 1 (bir) ədəd elektron tərəzi və 4 (dörd) ədəd bükümün aşkar edildiyini təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, elan edilmiş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan (cild 1, iş vərəqə 2) görünür ki, polis əməkdaşları həmin gün saat 19:00 radələrində Maştağa qəsəbəsində oğurluq hadisələri ilə bağlı inzibati ərazidə xidmət aparan zaman 1 (bir) nəfər şəxsin özünü şübhəli apardığını görüb sonuncuya yaxınlaşmışlar, həmin vaxt özünü şübhəli aparan şəxs polis əməkdaşlarına tabe olmamış, əksinə polis əməkdaşlarından yayınmaq istəmiş və bu səbəbdən də özünü şübhəli aparan şəxs saxlanılaraq 14-cü Polis Şöbəsinə aparılmışdır. xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında AZA seriyalı 017032 nömrəli protokoldan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2023-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 1/6191 nömrəli protokoldan (cild 1, iş vərəqə 5) görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetaminin qəbulu nəticəsində sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan (cild 1, iş vərəqə 16) görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 17) görünür ki, həmin gün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 25) görünür ki, Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 saylı fərdi yaşayış evində axtarış aparılması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli ərizədən (cild 1, iş vərəqə 27) görünür ki, Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçinin iştirakı olmadan yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 saylı fərdi yaşayış evində axtarış aparılmasına etiraz etməmişdir. xx.xx.2022-ci il tarixli axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 28-29) görünür ki, həmin gün Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 saylı fərdi yaşayış evində axtarış keçirilmiş və həmin vaxt evin yataq otağındakı çarpayının üzərində yerləşən döşəkçənin altındakı sellofan torbanın içərisindən 4 (dörd) ədəd büküm və 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Sorğu-sual zaman Təqsirləndirilən şəxs bükümlərin içində psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni təxminən 20 gün əvvəl “İnstagram” sosial şəbəkəsində tanış olduğu “Araş” adlı İran İslam Respublikası vətəndaşının onun mobil telefonuna atdığı koordinat üzrə gedib götürdüyünü, habelə istifadəsi və başqa şəxslərə aparmaq məqsədi ilə evində saxladığını bildirmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-6/5974 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 36- 38) görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün N100” dairəvi möhür əksi olan iki ədəd zərfdə olan: üzərində “Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 2,319 qram, 2,566 qram, 1,578 qram, 1,124 qram ümumi təmiz çəkisi 7,587 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərində “Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd elektron tərəzidə psixotrop maddə metamfetamin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına ( Siyahı İ) daxildir. xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 46-47) görünür ki, diskin yaddaşında “20231110_144700” adlı MP4 formatlı 01 ədəd video fayl var. Həmin fayl açılaraq baxış keçirildikdə video faylın 15 (on beş) dəqiqə 13 (on üç) saniyədən ibarət olduğu, videogörüntüdə çəkilişin Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 saylı bağ evinin qarşısında aparıldığı, axtarış və götürmə prosesində ümumilikdə Sabunçu RPİ-nin 14-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X3, Sabunçu RPİ-nin 14cü PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Sabunçu RPİ-nin 14-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, kirayədə yaşadığı ünvanda axtarış və götürmə aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs iştirak etdiyi müəyyən edilir. Təqsirləndirilən şəxs kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 saylı bağ evində axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilir, vəkilin iştirakı olmadan evə axtarış keçirilməsinə etirazının olub-olmaması barədə sual verildikdə, sonuncu heç bir etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs kirayədə yaşadığı evdə olması ehtimal edilən narkotik vasitələri könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 saylı bağ evinin darvazasını açarla açır və polis əməkdaşları ilə birlikdə həyətə, daha sonra evə daxil olur. Evə daxil olduqdan sonra Təqsirləndirilən şəxs yataq otağında çarpayının üzərindəki döşəkçəni qaldıraraq orada kiçik şəffaf sellofan torbanı təqdim edir. Təhqiqatçı tərəfindən həmin sellofan torba götürülərək masanın üzərinə qoyulur və açılaraq içərisinə baxış keçirildikdə, içərisində 01 ədəd boz rəngli kiçik elektron tərəzi və 04 ədəd kiçik sellofan büküm aşkar edilir. Aşkar edilmiş bükümlər açılaraq içərisinə baxış keçirilən zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetamin olması müəyyən edilir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmin maddələrin psixotrop maddə metamfetamin olduğunu, həmin maddələri İran İslam Respublikası vətəndaşından əldə etdiyini, İran İslam Respublikası vətəndaşının anket məlumatlarını bilmədiyini, adının Araş olduğunu, həmin şəxslə internet vasitəsilə tanış olduğunu, psixotrop maddələri Araş adlı şəxsin mobil telefon vasitəsilə ona göndərdiyi ünvanlardan gedib götürdüyünü, təxminən 20 gün əvvəl pulsuz olaraq əldə etdiyini, lazım olan ünvanlara çatdırmaq məqsədilə əldə edib saxladığını, həmin maddələrdən təxminən 20 gün qabaq özü istifadə etdiyini, elektron tərəzini əldə etdiyi psixotrop maddələrin çəkisini ölçüb lazım olan ünvanlara çatdırmaq məqsədilə saxladığını, əvvəllər məhkum olunmadığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən götürülmüş 04 ədəd bükümdə psixotrop maddə və 01 ədəd elektron tərəzi qablaşdırılaraq möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı tərəfindən verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş digər maddə və ya predmet saxlamadığını bildirir. Bundan sonra evdə axtarış aparılır, lakin iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək heç bir əşya, predmet və ya maddə aşkar edilmir. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 51-52) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-842/2023 saylı qərarından (cild 1, iş vərəqə 71-75) görünür ki, həmin gün Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 noyabr 2023-cü il tarixdən hesablanmışdır. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 7385 nömrəli ekspertiza rəyindən (cild 1, iş vərəqə 115-116) görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan (cild 1, iş vərəqə 76-77) görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,387 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi maddi sübut kimi tanınaraq saxlanılması üçün Sabunçu RPİ-nin saxlanc otağına təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 80-81) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. xx.xx.2023-cü il tarixli mobil telefonda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 82-95) görünür ki, Təqsirləndirilən şəxs məxsus və onun üzərindən götürülmüş “Redmi Note 11S” markalı mobil telefona baxış keçirilmiş, həmin mobil telefon sensor ekranla təchiz edilmiş, arxa qapağı açıldıqda, içərisində 02 GSM kartın olması müəyyən edilmişdir. Mobil telefonun üzərində olan “Bakcell” mobil şəbəkəsinə məxsus kartın deaktiv olması, “Azercell” mobil şəbəkəsinə məxsus kartın isə aktiv olması və ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Mobil telefonun kilidi açılaraq içərisindəki qovluqlara baxış keçirilmişdir. Mobil telefonun “Whatsapp” mobil tətbiqinə baxış keçirilərkən +99***-***-**-** saylı mobil nömrə ilə söhbətlər pəncərəsində həmin nömrədən daxil olan və həmin nömrəyə göndərilmiş “***-***-**-**” məzmunlu mətn, “Elvin bu Muradın nömrəsidir, o uşaqlar ki var nəsə istəyillər özün danış olarnan bilmirəm nədi nə döyür necə var elədə başa sal da nədi, gör nə istəyillər, normal danışe normal uşaqlardı qıraq uşaqlar deyil başqa söhbət eləmə, söyüş zadnan danışma”, “bidənə vaxt elə zəng elə uşaqlarnan danış dinən eliyə bilərəm çəkməyə dörd beş qram maksimum belə əziyətin çəkmişəm özüm bunu eliyə bilərəm vaxt elə bidənə zəng elə danış”, “sən prosta tələsdində and ola Allaha çox tələsdin sən belə şey eliyəllər...bunu normal eliyisən uşaqların hərəsinə əlli əlli atısan şellənirsən özünçün... nəysə day keçdi...”, “dayday neynisən danışdım narahat olma yoluna qoydum hərşeyi hərşey yaxşıdı hər şey qaydasındadı hər şeyi həll elədim daha sənə zəng zad eliyən olsa at mənim üstümə bildin?”, “bu mal Əligilin malı varda orda orda bilisən mənim də pulum var bu həmin maldı o malı sən götürmüsən indi ona görə də problem yaranıb mənnən Əlinin arasında”, “dayı sənnən Əlinin arasında problem niyə yaransın ki sən mal götürmüsən ordan sən mal görmüsən nolsun bacın oğluyam hərə özünə cavabdehdi niyə problem yaranır ki Əliynən sənin aranda mala görə Əli özü uşaq muşaqdı ki fikriləşmir ki mala görə... sənin aranda niyə problem yaranmalıdı ki... malı mən götürmüşəm mənə pul verib Əli? yo mənə pul vermiyim pulu kimə verib Arəşə... pulu Arəşə verib Arəşdən də malın istəsin”, “hə də bunu başa düşdüm, diyirəm Əlixanı mən calamışam”, “dayday bu Əligii zadı qoşublar mənnən xəttə axşam malı vermisən sən olara?” məzmunlu səs qeydləri, “yox” məzmunlu mesaj mətni olması müəyyən edilmişdir. Bundan başqa, mobil telefonun “Whatsapp” mobil tətbiqinə baxış keçirilərkən +99***-***-**-** saylı mobil nömrə ilə söhbətlər pəncərəsində həmin nömrədən daxil olmuş və həmin nömrəyə göndərilmiş “narahat olma qardaşım narahat olma Cavidə elə belə vermişəm çəkməyə onun varıdı özünün narahat olma ona heçnə verməyəcəm bizdə olan bizimdi”, “Totu gör nə diyrəm qardaşım sənin başıva dönərəm pul gör nə qədər düzəldə bildin nə qədər çox düzəldə bildin düzəlt başıva dönərəm bi yarım saata zada at mənə şey eliyim Günay lazerə getməy istiyir, bidə işıq pulu zaddan görüm nə ödəyə bilirəm”, “neynisən qaqulya gör nə diyrəm nə qədər düzəldə bilmişən nə qədər var üstündə”, “Toğrul gör nə diyrəm bayaqkı adamlar var idi qapının ağzında idilər gəliblər bura gələ bilərsən bura” (qadın səsi), “varsa nə bilim dostunnan tanışınnan deyirdin adamlarım var nəyim var oları da götür gəl” (qadın səsi) məzmunlu səs qeydləri, “**********”, “Murad”, “yaxşı uşağdı” məzmunlu mətnlər, “Araş bə deyisən mənə yarım kilo maldı nədi, qırx iki qram daşdı, əlli neçə qram da koladı, camaatı tapıb çıxartmışıq ortaya b..d, heç nə də mal uje məndədi deməy olar... onun qapısına gedən kimiydi, bıçağı zadı qalıb orda, ona denən gəlsin bıçağın götürsün”, “Məni elə belə adam bilisəne Araş istisən it tərəfdən istisən oğru tərəfdən hamısına svyaz varda”, “Ay Araş bidənə bu yolladığım səslərə qulaq as, söz deyirəm Muraddı danışan, karoçi ay Araş bu adamı tapdıq çıxartdıq ortaya, sən yarım kilo deyirsən bu da deyirki opşiy yüz qramıydı qırx üç, qırx dörd ya da qırx yeddi daşıydı, əlli neçə kolaydı, kola da yaxşı kola deyil, xəstəfason koladı, yəni üzü donan, qatqılı matqılı koladı, bidəki onun qapısına kimsə gedibdi, qaqaşın bıçağı da qalıb, bıçağı da götürmüşüy, bizdədidə...bidə söz deyirəm bu Qara bizim qaqamızdı yaxınımızdı, Qaranındakı şükür Allaha hərkəsnən abşeniyası var mehribançılıqdı, yəni onnan bunnan iş gördüyünü, tanıyısan da Qaranı çoxdan tanıyısan, altında maşın, ağlı başına, məsuliyyət daşıyan adamdı, istiyir pulunda, istiyir maddi vəsaitində, konkret elə bil ki məsuliyətli adamdıda, səni incitməz, sən də bunu incitməzsən inşallah, elə onnan bunnan görüncə Qaraynan işivi gördə, yəni Qaranın da arxasında biz durmuşuy, heç kəs də bir kəlmə söz deyə bilməz, yəni rahat Qaraynan işivi gör, Qaranı da tanıyırsan, nə lazım olsa maşınla öz işini görəcəy, sən də öz işivi görəssən”, “Murad q.....nin səsdəridi bax” məzmunlu səs qeydlərinin olması müəyən edilmişdir. Bundan başqa, mobil telefonun “Whatsapp” mobil tətbiqinə baxış keçirilərkən +**********26 saylı mobil nömrə ilə söhbətlər pəncərəsində həmin nömrədən daxil olmuş və həmin nömrəyə göndərilmiş “salam aleykum Arəş qardaş sabahın xeyir olsun sən neynisən vəziyət salamatçılıgdı? dünən səhərə yaxın gəlmişəm evə saat altı idi ya altının yarısı idi belə gəlmişəm evə guya mal satmağa getmişəm neynəmişəm bular hamısı boş şeydi dünən uşaqlar gəlib məni aparmışdılar Muradgil zad zəng eləmişdilər aləm dəymişdi birbirinə Fariz zad var o da gəlmişdi dünən məni saxlıyan adamlar polis zad olmuyub narkamanlar olub gəlib məni polis adıynan maldan diyəsən qaytarıblar o malı qaytarıblar o Hövsanda kimlər pul atmamışdı oların malı verilib dünən o mal qaytarılıb özlərinə danışsan dinən ki malıvızı qaytarıblar” məzmunlu səs qeydi, “2500” məzmunlu mesaj mətni, “iki min iki yüz diyirsəne qardaşım o adamlardan mal götürülüb Hövsanda Əlidi kimdiye dayı sizə calıyıba mal verilib olara kim ki sizə pul atmamışdı həmin adama verilib mal... yəni uje daha niyə pul bu qədər....vermişiy malı day niye pul qaytarırsız ki camaata? mal verilib yiyəsinə”, “Araş qardaşım bu Muradın səsi deyil Murada kim deyib qırx iki qram mal zad mənə zəng elədi bıçağı zadı mən demişəm ki bəs üstümə bıçaq zad qaldırıblar dedi ki hə narahat olma malı tapmışıq kimdədi mənə də səs atıb ki malı tapmışıq kimdəsədi”, “axşam malı aparıblar Əliyə çatıb Əli desə də yoxdu yalan deyir malı aparıblar Əliyə çatıb ondan sora Cavidi buraxıb ordan” məzmunlu səs qeydləri, həmçinin elektron tərəzinin üzərində sellofan torbaların çəkisinin ölçülməsini əks etdirən 47 saniyəlik videogörüntü olması müəyyən edildi. Həmin videogörüntüdə sıfırlanmış elektron tərəzinin üzərində qara sellofan torbanın çəkilməsi, çəkisinin tərəzinin ekranında 2385 qram olması, ağ rəngli sellofan torbanın çəkilməsi, çəkisinin 489 qram olması, şəffaf sellofan torbanın çəkilməsi, çəkisinin 956 qram olması, digər bir şəffaf sellofan torbanın çəkilməsi və çəkisinin 927 qram olması əks olunur. Həmin söhbətlər pəncərəsində iş üzrə əhəmiyyət kəsb edən digər fotoşəkillər və videogörüntülər olması müəyyən edildi. Aşkar edilmiş məlumatlardan başqa mobil telefonun “Whatsapp” mobil tətbiqində iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər məlumatlar aşkar edilməmişdir. Bundan başqa, mobil telefonda “Qalareya” adlı qovluğa baxış zamanı “Whatsapp” mobil tətbiqində aşkar edilmiş yuxarıda qeyd edilmiş videogörüntü və fotoşəkillərin həm də “Qalareya” adlı qovluqda saxlanılması müəyyən edildi. Həmçinin həmin qovluqda aşkar edilmiş fotoşəkildən görünür ki, yaşıl rəngli hasarları olan həyətin darvazasının çöldən sağ tərəfində hasarın aşağı hissəsinə fotoredaktor vasitəsilə istiqamət əks etdirən ox işarəsi çəkilmişdir. Mobil telefonun “Zənglər” adlı qovluğuna baxış keçirilərkən İİR mobil şəbəkəsinə məxsus mobil nömrədən zəng daxil olması müəyyən edilmişdir. Bundan başqa, mobil telefonda olan “Mesajlar” qovluğuna baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 102) görünür ki, diskdə 01 ədəd 01 dəqiqə 05 saniyəlik video fayl var və həmin fayl açılaraq baxış keçirilmişdir. Baxış zamanı üzü görünməyən şəxs “qardaşım torpaqdır” deyib narkotik maddəyə bənzər kütlənin olduğu böyük həcmli bükümün sellofanını qayçı ilə kəsib açmağa çalışır, sellofanı açdıqdan sonra narkotik maddəyə bənzər kütləni sıfırlanmıış elektron tərəzinin üzərinə qoyur və elektron tərəzidə həmin kütlənin çəkisinin 194.48 olması müəyyən edilir, sonradan sellofanın çəkisini həmin tərəzidə çəkdikdə çəkisinin 6.18 olması müəyyən edilir. Həmin şəxs “yüz doxsan dörd qram torpaq qaldı, naylonu da altı qram on səkkiz” deyə bildirir. xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 138-139) görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsindən həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 146-148) görünür ki, həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə yeni məzmunda ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 165-180) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, onun yaşadığı evdən aşkar edilərək götürülmüş 7,587 qram çəkidə psixotrop maddə metamfetaminin mənbəyinə dair ayrıca icraata cinayət işinin ayrılması qərara alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X2 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə və müdafiəçi vasitəsilə suallar vermiş, vəsatət vermiş, habelə ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olavqustaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 2-ci Siyahısının 67-ci bəndinə əsasən – təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Belə ki, məhkəmə istintaqında obyektiv şəkildə araşdırılmış mötəbər sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu Rayon Polis İdarəsinin 14cü Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində özünü şübhəli apardığına görə saxlanılmış, sonra 14-cü Polis Şöbəsinə aparılmış, orada barəsində sərxoşluq hallarının təyini məqsədilə aparılmış tibbi müayinə nəticəsində psixotrop maddə metamfetamindən istifadə etməsi müəyyən edildiyindən inzibati qaydada tutulmuş, istifadə etdiyi psixotrop maddənin mənbəyinin müəyyən edilməsi ilə əlaqədar aparılmış əməliyyataxtarış tədbirləri nəticəsində kirayədə yaşadığı evdə psixotrop maddə saxlaması barədə məlumat verdiyindən onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 645 ünvanında xx.xx.2023-cü il tarixdə, saat 16:05-də axtarış keçirilən zaman yataq otağındakı çarpayının üzərində olan döşəkçənin altındakı sellofan torbanın içərisindən 04 ədəd sellofanda ayrı-ayrılıqda təmiz çəkiləri 2,319 qram, 2,566 qram, 1,578 qram və 1,124 qram, ümumi təmiz çəkisi 7,587 qram çəkidə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan külli miqdarda psixotrop maddə metamfetamin və 1 (bir) ədəd psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yeri mübahisələndirərək iddia etmişdir ki, xx.xx.2023-cü il tarixdə yaxın qohumu (arvadı) olan şəxs xəstəxanada əməliyyat olunduqdan sonra o, polis əməkdaşları tərəfindən həmin xəstəxanada saxlanılmışdır. Müdafiə tərəfi göstərilən məsələni mübahisələndirsə də, iddia etdiyi halı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə ibtidai araşdırma zamanı dindirilmiş şahidlər, eləcə də məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Təqsirləndirilən şəxs iddia etdiyi halları təkzib edərək sonuncunu Maştağa qəsəbəsi ərazisində saxladıqlarını bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən səmimi olmamış, əksinə işin hallarına uyğun olmayan məzmunda ifadə vermişdir. Belə ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 14-cü Polis Şöbəsinə aparıldıqda, üzərində narkotik vasitə olmamış, polis əməkdaşı tərəfindən onun cibinə 4 (dörd) ədəd bükümdə narkotik vasitə qoyulmuş, fiziki təzyiqə məruz qalaraq 4 (dörd) ədəd bükümdə olan narkotik vasitənin ona məxsus olmasına dair etirafedici ifadə verməsi tələb olunmuşdur. Bu hissədə qeyd edilməlidir ki, məhkəmədə tədqiq edilmiş sübutlardan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Polis Şöbəsinə aparıldıqdan sonra sərxoşluqla bağlı tibbi müayinədən keçirilmiş və nəticədə onun psixotrop maddə metamfetaminin təsiri altında olması təsdiq edilmiş, eyni zamanda onun üzərinə şəxsi axtarış keçirilməçmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair cinayət işində prosessual sənəd olmadığından onun bu hissədə iddia etdiyi halların, yəni polis əməkdaşı tərəfindən onun cibinə 4 (dörd) ədəd bükümdə narkotik vasitə qoyulması, fiziki təzyiqə məruz qaldığından 4 (dörd) ədəd bükümdə olan narkotik vasitənin ona məxsus olmasına dair etirafedici ifadə verməsi barədə halların həqiqət kimi qəbul edilməsi mümkün deyil. Beləliklə, müdafiə tərəfi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı hissədə mübahisələndirdiyi halları təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, cinayət işinə əlavə edilmiş sübutlar əsasında müdafiə tərəfinin iddia etdiyi hallar təkzib edildiyindən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən hissədə mübahisələndirdiyi hallar həqiqətə uyğun deyil. Digər tərəfdən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən döyülməsini iddia etsə də, onun bu hissədə iddia etdiyi hallar da öz təsdiqini tapmamışdır. Əksinə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsini əks etdirən videogörüntüyə məhkəmədə baxış keçirilərkən onun üzərində xəsarət izi olması müəyyən edilməmişdir. Bundan başqa, məhkəmədə tədqiq edilmiş sms-lərdən, o cümlədən Təqsirləndirilən şəxslə bağlı əldə edilib cinayət işinə əlavə edilmiş disklərdəki görüntülərdən görünür ki, o, qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında gəlir əldə etmək müqabilində narkotik vasitələr və psixotrop maddələrin realizə edilməsi ilə məşğul olmuş, yəni qabaqcadan əlbir olduğu qeyrisi tərəfindən Bakı şəhərində əvvəlcədən yerləşdirilmiş ərazilərdən müxtəlif narkotik vasitələr və psixotrop maddələri bir yerdən götürüb qeyrisinin bildirdiyi başqa yerlərə yerləşdirmiş, bunun müqabilində bəzi hallarda narkotik vasitə və psixotrop maddələr, bəzi hallarda isə pul vəsaiti əldə etmişdir. Başqa sözlə, Təqsirləndirilən şəxs göstərilən fəaliyyətlə məhz muzd müqabilində məşğul olmuşdur. Belə ki, Təqsirləndirilən şəxslə bağlı ibtidai istintaq və əməliyyat orqanı tərəfindən əldə edilib cinayət işinə əlavə edilmiş sms yazışmalarından, səsli mesajlardan və görüntülərdən görünür ki, o, müxtəlif vaxtlarda müxtəlif narkotik vasitələr və psixotrop maddələri elektron tərəzidə ölçmüş və bundan sonra gördüyü işlərlə bağlı qabaqcadan əlbir olduğu qeyrisinə hesabat vermişdir. Göstərilənlər açıq-aşkar ona dəlalət edir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə belə nəticəyə gələrkən həmçinin ona istinad etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə özünü şübhəli apardığına görə polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə aparılmış, orada sərxoş olub-olmaması yoxlanılmış və onun həmin gün psixotrop maddə metamfetamin təsiri altında olması, yəni sərxoş olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı gün psixotrop maddə metamfetaminin təsiri altında olması və onun yaşadığı evdən məhz psixotrop maddə metamfetamin aşkar edilməsi, habelə qeyrisi ilə narkotik vasitələr və psixotrop maddələrin muzd müqabilində realizə edilməsi hallarını məhkəmə məcmu halda nəzərə alaraq belə nəticəyə gəlir ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlamış və daşımışdır. Məhkəmənin bu hissədə gəldiyi nəticə həm də onunla təsdiq olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evdən 4 (dörd) bükümdə psixotrop maddə metamfetaminlə yanaşı, həmçinin elektron tərəzi də aşkar edilmiş, elektron tərəzinin üzərində psixotrop maddə metamfetamin izi olmuşdur. Bütün bu hallar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsini təsdiq edir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 2-ci hissəsində və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəllənin 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri var, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. O, bu cinayətlərin törədilməsində təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı etirafedici ifadə verməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir və qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasına əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzasının əvvəli onun tutulduğu vaxtdan, yəni 09 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bu hissədə qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-842/2023 saylı qərarında Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi və həbs etmənin əvvəlinin 10 noyabr 2023-cü il tarixdən hesablanması qeyd olunsa da, xx.xx.2023-cü il tarixli raporta əsasən polis əməkdaşları tərəfindən onun 09 noyabr 2023-cü il tarixdə, saat 19:00 radələrində saxlanılması və xx.xx.2023-cü il tarixli inzibati qaydada tutma haqqında AZA seriyalı 017032 nömrəli protokola əsasən həmin gün onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi təsdiq olunduğundan məhkəmə hesab edir ki, onun cəzasının əvvəli məhz onun azadlığının faktiki olaraq məhdudlaşdırıldığı gündən, yəni 09 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsin 7385 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərdən və psixostimulyatorlardan epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halın olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hazırki məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,387 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 2 (iki) ədəd CD disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Redmi Note 11S” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Eyni zamanda iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və həmin maddələr ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sabunçu Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,387 qram təşkil edən psixotrop maddə metamfetamin və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 2 (iki) ədəd CD disk cinayət işində saxlanılsın, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd “Redmi Note 11S” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Əli Məmmədov hakimlər Səbinə Məmmədzadə Azad Məcidov
Məhkəmə qərarları › İş №1(101)-1556/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1556/2024
17.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver