Məhkəmə qərarları › İş №1(101)-1557/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1557/2021

10.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1557/2021 10.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 avqust 1998-ci il tarixdə Şəmkir rayonu, Bayramlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Bayramlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş və daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən təmiz çəkisi 49,676 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in 1 siyahısına daxil edilən təmiz çəkisi 36,235 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə saat 23:45 dəqiqədə ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Baş İdarəyə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli uzunqol köynəyin sağ yan cibindən təmiz çəkisi 49,676 qram narkotik vasitə heroin bir ədəd sellofan bağlamada və təmiz çəkisi 36,235 qram psixotrop maddə metamfetamin bir ədəd sellofan bağlamada aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olumuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, əvvəllər bir neçə dəfə adının Əli olduğunu bildiyi bir nəfər şəxsdən «İnşaatçılar» metrosunun yaxınlığında öz istifadəsi üçün metamfetamin və heroin almışdır. 29 yanvar 2021-ci il tarixdə yenə də öz istifadəsi üçün Əli adlı şəxsdən 50 qram heroin və 40 qram metamfetamin almışdır. Belə ki, o, Əli adlı şəxslə «İnşaatçılar» metrostansiyasının yaxınlığında görüşmüş və ondan heroinin qramını 20 manatdan, metamfetaminin qramını isə 25 manatdan olmaqla ümumilikdə 2000 manata 50 qram heroin və 40 qram metamfetamin almışdır. Aldığı metamfetamindən həmin gün bir miqdarını istifadə etmiş, metamfetaminin qalan hissəsini və heroini isə iki ədəd ayrı-ayrı bükümlərdə cibində saxlamışdır. Ertəsi gün 30 yanvar 2021-ci il tarixdə saat 23:45 radələrində Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi ilə piyada gedərkən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun narkotik vasitə və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Baş İdarəyə getmişdir. Orada ona müdafiəçi təqdim olunmuşdur. Sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilməsi bildirilmişdir. O, üzərində saxladığı heroin və metamfetaminin aşkar olunacağını görüb özü əynindəki köynəyinin cibindən bir bükümdə narkotik vasitə olan heroini və bir bükümdə psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində olan idman şalvarının cibindən bir ədəd «Redmi» markalı mobil telefon aparatı, 27 manat pul və bir ədəd "xxxx" ASC-yə məxsus plastik kart aşkar edilərək götürülmüşdür. Onun təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq möhürlənmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. O, narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni özü istifadə etmək məqsədi ilə almışdır. Hərəkətindən peşman olmuşdur. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Əlinin anket məlumatlarını və telefon nömrəsini bilməmişdir. Əli adlı şəxs İnşaatçılar metrostansiyasının yanında olmuşdur. Narkotik vasitə lazım olanda Əliyə yaxınlaşıb alırmış. O, həmin narkotik vasitəni heç kimə satmamışdır. Metamfetaminin qramını baha satırlar, 50 manata satırlar. Bu ucuz olduğundan çox almışdır ki, özü istifadə edər. Onun narkotik vasitəni satmaq məqsədi olmamışdır. O, təxminən 2020-ci ilin oktyabr ayından narkotik vasitə istifadə etməyə başlamışdır. İstintaq zamanı ona qarşı təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində baş əməliyyat müvəkkili işləyir. 30 yanvar 2021-ci il tarixdə Şəmkir rayon sakini Bakı şəhərində kirayə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı məlumat əldə edildikdən sonra onun saxlanması ilə bağlı əməliyyat qrupu yaradılmışdır. O, və DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid2la 30 yanvar 2021-ci il tarixdə saat 23:45də Təqsirləndirilən şəxs ünvan 2 ünvanının yaxınlığında saxlamışlar və özlərini təqdim edikdən sonra narkotik vasitənin satışında şübhəli olması bildirilərək birlikdə Baş İdarəyə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə idarəyə getmişdir. Dəvət olunmuş vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılması bildirilmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin altından geyindiyi qara idman gödəkçəsinin cibindən iki ədəd şəffaf sellofan büküm təqdim edərək bükümlərin birinin içərisində heroin, digərinin içərisində isə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilmiş və bu zaman onun üzərindən əlavə olaraq bir ədəd mobil telefon aparatı, bir ədəd "xxxx" ASC-yə məxsus plastik kart aşkar olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən qanunsuz hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd bükümlərə baxış keçirilmiş və iki ədəd sellofan bükümlərin birinin içərisində heroinə bənzər, digərinin içərisindən isə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Aşkar olunmuş həmin maddələr qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib olunaraq bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. İş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd mobil telefon aparatı və bir ədəd plastik kart da götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir təsir və təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, cinayət işində olan protokolları, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 1-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X1 17 iyun 2021-ci il tarixli cinayət işinin materiallarından ayrıca cinayət işinin icraata ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 30 yanvar 2021-ci il tarixli raportundan görünür ki, X2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəщəri, Səbail rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 73-76-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2021-ci il tarixli 6/435 nömrəli rəyin kserosurətindən görünür ki, tədqiqata üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi зərflər üçün №7» dairəvi möhür əksi, «Şübhəli şəxs Elşən Əliyevin şəxsi axtarış zamanı təqdim etdiyi...» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan bir ədəd bükümdə təmiz çəkisi 7,621 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Digər sellofan bükümdə təmiz çəkisi 5,090 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Təqdim edilmiş 84 ədəd ağ rəngli kapsulanın tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 12,6 qram (bir ədəd həbdə preqabalinin təsir maddəsinin miqdarı 0,15 qramdır) olduğu müəyyən edilmişdir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. - Təmiz çəkisi 11,905 qram olan dənəvər formalı maddə və ayrı-ayrılıqda təmiz çəkiləri 14,628 qram və 4,972 qram, ümumi təmiz çəkisi 19,600 qram olan ağ rəngli maddələr prokaindir. Prokain (novakain) «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahıları» na və «Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahısı»na daxil deyildir. Cinayət işinin 1-ci cild 30-cü vərəqəsində olan olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 yanvar 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, X7 həmin tarixdə tutulmuşdur. Cinаyət işinin 1-ci cild 158-160-cı vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 4(005)-121/2021 saylı qərarından görünür ki, X7 barəsində həbsetmənin əvvəli 30 yanvar 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 34-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 30 yanvar 2021-ci il tarixli şəxsi axtrış və götürmə aparılması haqqında protokoldan görünür ki, X2 üzərinə şəxsi axtarış keçirilən zaman Elşən Əliyev əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 6 konvalutda 84 ədəd “Alyse” 150 preqabalin həbi, həmin gödəkçənin sol iç cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütləni və 4 bükümdə ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Elşən Əliyev psixotrop maddə olan metamfetamini tanışı İran İslam Respublikası vətəndaşı “Kamal” adlı şəxsdən sonuncunun kuryeрi olan “Ramil” adlı şəxsdən əlbəəl aldığını, həmin psixotrop maddəyə görə İslam Respublikası vətəndaşı Kamal adlı şəxsin ona göndərdiyi kart hesabına 200 manat məbləğində pul göndərdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 39-40-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış şübhəli şəxs X2 30 yanvar 2021-ci il tarixli izahatında Elşən Əliyev psixotrop maddə olan metamfetamini tanışı İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxsin vasitəsi ilə sonuncunun kuryesi olan “Ramil” adlı şəxsdən əlbəəl aldığını, həmin psixotrop maddəyə görə İslam Respublikası vətəndaşı Kamal adlı şəxsin ona göndərdiyi kart hesabına 200 manat məbləğində pul göndərdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 62-64-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 31 yanvar 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol köynəyin sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə olan heroinə bənzər və 1 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə, sonuncunun əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 27 manat pul və 1 ədəd "xxxx" ASC-yə məxsus **********462717 nömrəli plastik kart aşkar edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən 1 ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd "xxxx" ASC-yə məxsus **********462717 nömrəli plastik kart və aşkar edilmiş bükümlər götürülmüş, 27 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən çıxarıb təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 30 yanvar 2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxslə vhatsapp vasitəsi ilə əlaqə saxlayaraq, Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyası yaxınlığından götürdüyünü, götürdükdən sonuncunun tanışı olan Elşən adlı şəxsə əlbəəl verdiyini, gördüyü işin qarşılığında Elşən adlı şəxsin ona pul verdiyini, üzərindən aşkar olunmuş plastik karta narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyini, həmin pulların narkotik vasitələrin satışından əldə edilmiş pullar olduğunu qabaqcadan bildiyini, sonradan isə həmin plastik karta yüklənən pulları İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxsin kart hesabına göndərdiyini, özünün psixotrop madə aludəçisi olduğunu bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 78-82-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 yanvar 2021-ci il tarixli 6/439 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7» dairəvi möhür əksi, «Şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi...» sözləri və imzalar qeyd edilmiş içərisindən 1 ədəd sellofan bağlamada təmiz çəkisi 49,676 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Digər sellofan bağlamada təmiz çəkisi 36,235 qram olan ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 184-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 19 fevral 2021-ci il tarixli mobil telefon aparatına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş Redmi markalı mobil telefon aparatına baxış keçirilmiş, telefonda olan “whatsapp” proqramına baxış keçirərkən, İran İslam Respublikası mobil operatoruna məxsus +98 903 302 2067 nömrəsinin istifadəçisi “Kamal” kimi qeydə alınmışdır. X2 istifadəsində olan ***-***-**-** nömrəsi “Elesh” kimi qeydə alınmışdır. Hər iki nömrə ilə aparılan yazışmalar silinmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı başqa məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 191-245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 10 mart 2021-ci il tarixli mobil telefonla ötürülən məlumatlara baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş məlumatlardan çıxarışdan görünür ki, "xxxx" MMC-dən götürülmüş bir ədəd CD diskdəki Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə daxil oln və çıxan sms mətnlərinə və zənglərə baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 1-ci cild 246-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 11 mart 2021-ci il tarixli DVD disk daşıyıcısında qeydə alınan videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X7 və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən DVD diskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, ilk olaraq X2 üzərinə şəxsi axtarış keçirilən zaman Elşən Əliyevin üzərindən əynində olan qara rəngli gödəkçəsinin sağ cibindən 6 konvalutda 84 ədəd Alyse 150 preqabalin həbi, həmin gödəkçənin sol iç cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər kütləni və 4 bükümdə ağ rəngli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşakr edilmişdir. Şifahi sorğu zamanı Elşən Əliyev psixotrop maddə olan metamfetamini tanışı İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxsdən sonuncunun kuryesi olan Ramil adlı şəxsdən əlbəəl aldığını, həmin psixotrop maddəyə görə İslam Respublikası vətəndaşı Kamal adlı şəxsin ona göndərdiyi kart hesabına 200 manat məbləğində pul göndərdiyini bildirmişdir. İkinci DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilməsi, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli uzunqol köynəyin sağ yan cibindən 1 bükümdə açıq qəhvəyi rəngli, narkotik vasitə olan heroinə bənzər və 1 bükümdə ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etməsi müəyyən edilmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildikdə, sonuncunun əynində olan boz rəngli idman şalvarının sol yan cibindən 1 ədəd mobil telefon, 27 manat pul və 1 ədəd "xxxx" ASC-yə məxsus plastik kart aşkar edilir. 1 ədəd mobil telefon, 1 ədəd "xxxx" ASCyə məxsus plastik kart və aşkar edilmiş bükümlər götürülmüş, 27 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən çıxarıb təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu, həmin bükümləri 30 yanvar 2021-ci il tarixdə İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxslə vhatsapp vasitəsi ilə əlaqə saxlayaraq, Bakı şəhəri, Yasamal rayonu, “İnşaatçılar” metrostansiyası yaxınlığından götürdüyünü, götürdükdən sonuncunun tanışı olan Elşən adlı şəxsə əlbəəl verdiyini, gördüyü işin qarşılığında Elşən adlı şəxsin ona pul verdiyini, üzərindən aşkar olunmuş plastik karta narkotik vasitələrin satışından əldə edilmiş pulların yükləndiyini, həmin pulların narkotik vasitələrin satışından əldə edilmiş pullar olduğunu qabaqcadan bildiyini, sonradan isə həmin plastik karta yüklənən pulları İran İslam Respublikası vətəndaşı Kamal adlı şəxsin kart hesabına göndərdiyini, özünün psixotrop madə aludəçisi olduğunu bildirmişdir. Cinayət işinin 2-ci cild 2-3-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Səbail Rayon Məhkəməsinin əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında 04 fevral 2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 30 yanvar 2021-ci il tarixli qərarı qanunauyğun hesab edilmişdir. Cinayət işinin 2-ci cild 12-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 16 aprel 2021-ci il tarixli bank məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və X5 adına olan "xxxx" ASC-yə məxsus **********462717 nömrəli plastik karta 11.06.2020-ci il tarixdən 30.01.2021-ci il tarixədək olan müddətdə ayrı-ayrı tarix və vaxtlarda müxtəlif terminallardan və ayrı-ayrı şəxslərin hesablarından müxtəlif məbləğlərdə pullar köçürülmüşdür. Həmçinin, həmin kart hesabına Elşən Əliyevin adına olan **********394047 saylı plastik kart hesabından ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pullar köçürülmüşdür. Cinayət işinin 2-ci cild 32-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 aprel 2021-ci il tarixli 6/1218 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi № 65» dairəvi möhür əksi olan MEM-ə məxsus iki ədəd kağız paketin içərisində olan X2 üzərindən aşkar edilmiş bir ədəd bükümdə ümumi təmiz çəkisi 7,596 qram olan metamfetamin ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 36,185 qram metamfetamin bir-birilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, X2 üzərindən aşkar olunmuş 5,065 qram olan metamfetamin ilə xarici görünüş əlamətlərinə görə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər. Cinayət işinin 2-ci cild 38-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 24 iyun 2021-ci il tarixli, 008-4634-1221 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni harada və kimdən əldə etməsi barədə məlumatı müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 2-ci cild 82-83-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis mayoru X1 24 iyun 2021-ci il tarixli cinayət işinin materiallarından ayrıca cinayət işinin icraata ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanılması və satılması faktlarına görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrıca icraata ayrılmışdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən, yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, narkotik vasitəni ancaq özü istifadə etmək üçün almışdır. Məhkəmə коллеэийасы Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittihamla bağlı ifadəsində göstərilən xüsusatları yuxarıda sadalanan müqayisəli qaydada yoxlamış və həmin ifadəni ağır cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olması, onun özününn qismən etirafı ilə yanaşı, cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış mötəbər və mümkün sübutlarla kifayət qədər sübuta yetirildi. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28.06.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28.06.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar, metamfetaminin 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda isə külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasiətələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 14 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 1-ci cild 186-cı vərəqəsində olan Şəmkir RİHB-nın Bayramlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 19 fevral 2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibinə 1972-ci il təvəllüdlü atası X8, 1965-ci il təvəllüdlü anası X3, qardaşları 1990-cı il təvəllüdlü X6 və 1994-cü il təvəllüdlü X9 daxildirlər. Cinayət işinin 1-ci cild 188-ci vərəqəsində olan Şəmkir RİHB-nın Bayramlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət səciyyələndirilmişdir. Cinayət işinin 2-ci cild 36-37-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X12 Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2021-ci il tarixli 1465 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs müsbət səciyyələndirilməsini onun vəziyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacları olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 30 yanvar 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 155-157-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 01 efvral 2021-ci il tarixli, 4(005)- 122/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 30 yanvar 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş məhkəmə-kimyəvi ekspertiza təqdiatından qalıq qalmış 49,626 qram olan narkotik vasitə heroin və 36,185 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə d,övlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 28.06.2003-cü il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş məhkəmə-kimyəvi ekspertiza təqdiatından qalıq qalmış 49,626 qram olan narkotik vasitə heroin və 36,185 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Bir ədəd DVD diskin cinayət işinin materiallarına əlavə olunub saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar