Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1557/2024 12.12.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9 və X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi –Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işsiz, Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 dekabr 2024-cü il tarixdə, saat 10:45-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi külli miqdarda, yəni bir ədəd şəffaf sellotan torbanın içərisində təmiz çəkisi 505,0 qram və bir ədəd bükümdə 55,0 qram olmaqla ümumi təmiz çəkisi 560 qram olan narkotik vasitə qurudulmuş marixuananı, 03 ədəd şəffaf sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi 13,70 qram, 5,11 qram, 4,01 qram olmaqla ümumilikdə təmiz çəkisi 22,82 qram olan narkotik vasitə qurudulmuş marixuananı, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 4,96 qram və 4,95 qram olmaqla ümumilikdə təmiz çəkisi 9,91 qram olan narkotik vasitə qurudulmuş marixuananı, 14 ədəd rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,44 qram, 0,46 qram, 0,43 qram, 0,61 qram, 0,59 qram, 0,40 qram, 0,41 qram, 0,39 qram, 0,42 qram, 0,42 qram, 0,44 qram, 0,59 qram, 0,54 qram, 0,40 qram olmaqla ümumilikdə təmiz çəkisi 6,54 qram olan narkotik vasitə qurudulmuş marixuananı, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,57 qram və 0,60 qram olan narkotik vasitə qurudulmuş marixuananı və 01 ədəd bükümdə təmiz çəkisi 8,99 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı əldə edib onlardan 8,99 qram çəkidə olan bükümü üzərində, qalan hissələrini isə yaşadığı ünvan 2 ünvanına daşıyaraq həmin mənzildə saxlamış, satış məqsədilə əldə etdiyi həmin narkotik vasitə qurudulmuş marixuanadan xx.xx.2023-cü il tarixdə yaşadığı ünvanda 10 manat müqabilində tanışı Şahid4 0,57 qram çəkidə olan bükümü satmış, eyni tarixdə həmin ünvanda digər tanışı Şahid2 0,60 qram çəkidə olan bükümü isə istifadəsi üçün hədiyyə vermiş, xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanının yaxınlığında saxlanılıb həmin tarixdə saat 14:10-dan etibarən həmin ünvana baxış və götürmə keçirilən zaman mənzildə yerləşən divanın yan tərəfindən bir ədəd şəffaf sellofan torbanın içərisində təmiz çəkisi 505,0 qram və bir ədəd bükümdə 55,0 qram olmaqla ümumi təmiz çəkisi 560 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmin divanın qarşısında olan masanın üzərindən 03 ədəd şəffaf sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkisi 13,70 qram, 5,11 qram, 4,01 qram olmaqla ümumilikdə təmiz çəkisi 22,82 qram olan narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 4,96 qram və 4,95 qram olmaqla ümumilikdə təmiz çəkisi 9,91 qram olan narkotik vasitə qurudulmuş marixuana, 14 ədəd rəngli bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 0,44 qram, 0,46 qram, 0,43 qram, 0,61 qram, 0,59 qram, 0,40 qram, 0,41 qram, 0,39 qram, 0,42 qram, 0,42 qram, 0,44 qram, 0,59 qram, 0,54 qram, 0,40 qram olmaqla ümumilikdə təmiz çəkisi 6,54 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüş, daha sonra o, habelə həmin vaxt qeyd edilən mənzildə olan Şahid4 və Şahid2 ünvan 3 ünvanda yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirilərək həmin idarədə xidməti otaqlardan birində həmin tarixdə saat 18:00-dan etibarən üzərlərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı, 01 ədəd bükümdə təmiz çəkisi 8,99 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, habelə onun satış məqsədilə əldə edib 10 manat müqabilində Şahid4 satdığı 0,57 qram çəkidə olan büküm sonucunun şalvarının sağ yan cibindən, habelə Şahid2 hədiyyə etdiyi 0,60 qram çəkidə olan büküm sonuncunu şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, istintaq zamanı müəyyən edilmişdir ki, o, xx.xx.2023-cü il tarixdən kirayədə yaşadığı ünvan 2 ünvanındakı evdə Şahid2 və Şahid4 narkotik vasitələrin istehlakı üçün şərait yaratmaqla tiryəkxana təşkil etmiş və saxlamışdır. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi və ya CM) 234.4.3-cü və 238.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 16 noyabr 2023-cü il tarixdə, saat 13 radələrində yaşadığı ünvan 2 ünvanından çıxıb yaxınlıqdakı marketə gedərkən 10-11 nəfər polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxladıqdan sonra yaşadığı evə gətirmiş, həmin vaxt evdə Ruslan və İskəndər adlı tanışları da olmuşdur. Polis əməkdaşları 1-2 saat sonra yenidən özləri ilə içərisində narkotik vasitə marixuana olan bağlamanı gətirib evə qoyaraq evdəki qonaqları təhdid etməklə videoçəkilişlə evə baxış keçirmişlər. Polis əməkdaşları içərisində narkotik vasitə olan bağlamanı çəkdikdə çəkisi 375 qram olmuş, sonradan qara rəngli yapışqanlı lentlə bağlayıb 2-3 ədəd əlavə paketə qoyaraq narkotik vasitənin çəkisi 500 qramdan artıq olmuşdur. Polis əməkdaşları ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəyini demiş, daha sonra onu Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin müvəqqəti saxlama yerinə aparmışlar. Orada müdafiəçisi gələrək ona hər şeyin nəzarəti altında olduğunu, narahat olmamasını söyləmişdir. O, müdafiəçi yanına gəlmədiyinə görə təqdim olunmuş sənədləri imzalamaq istəməmiş, lakin sonradan müdafiəçisi onu inandırmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs 10-11 nəfər mülki geyimli polis əməkdaşı tərəfindən saxlanıldığını, polis əməkdaşlarının ona heç nə demədən tutub yaşadığı evə apardıqlarını, Ruslan və İskəndər adlı tanışının yaşadığı evə qonaq gəldiyini, yaşadığı evdən heç nə aşkarlanmadığını, polis əməkdaşlarının özlərinin içərisində narkotik vasitə marixuana olan bükümü gətirdiklərini, polis əməkdaşlarının onunla şəxsi qərəzinin olub-olmamasını bilmədiyini, əvvəllər narkotik vasitə marixuana istifadə etdiyini, polis əməkdaşlarının onu döydükləri üçün videoçəkilişdə həmin narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, döyülməyi ilə əlaqədar xəsarət aldığını, zorakılıqla bağlı hər hansı quruma şikayət etmədiyini, müvəqqəti saxlama yerində həmin xəsarətlərin qeyd olunduğunu, mobil telefonuna baxış keçirildiyini, orada nəyin aşkar olunduğu ilə bağlı ona məlumat verilmədiyini, ibtidai istintaqda verdiyi ifadəni təsdiq etmədiyini, orada müdafiəçisinin olmadığını, müstəntiqin özünün ifadəni yazdığını, şirniyyat almaq məqsədilə evdən çıxıb marketə getdiyini, həmin vaxt polis əməkdaşlarının saxlayıb onu evə geri qaytardığını, saxlanıldığı yerdə, yəni “Shah Palace” deyilən obyektin yaxınlığında müşahidə kameralarının olduğunu, dostlarının marixuanadan istifadə etmədiklərini, polis əməkdaşlarının onların hər birinə 01 ədəd bükümdə narkotik vasitə marixuana verdiklərini, dostlarının hər ikisi, yəni Ruslan və İskəndər narkotik maddə qəbul edənlər olsa da, həmin gün onun yaşadığı evə qonaq gəldiklərini, Ruslan və İskəndərin onun narkotik vasitə istifadə etdiyini bilmədiklərini, lakin Ruslan və İskəndərin onda narkotik vasitə marixuana olması barədə məlumatlarının olub-olmamasını bilmədiyini, saxlanıldığı gün Ruslan, İskəndər və özünün narkotik tərkibli maddə istifadə etdiklərini, narkotik vasitəni əldə edərkən, götürdüyü yerdən şəkil çəkib narkotik tərkibli maddəni ona göndərən şəxsə göndərdiyini, üzərindən heç bir narkotik tərkibli maddənin aşkarlanmadığını, evində 01 bükümdə 2-3 qram narkotik vasitə marixuananın olduğunu, saxlanıldıqdan sonra polis əməkdaşlarının təzyiqi ilə Ruslan, İskəndər və özünün narkotik tərkibli maddə istifadə etməyə məcbur edildiklərini, həmin tərəzini də polis əməkdaşlarının özləri ilə gətirdiklərini, istintaq vaxtı verdiyi ifadəsindəki imzalar ona məxsus olsa da, həmin ifadənin ona məxsus olmadığını, müstəntiqin həmin ifadəni yazdığını, müstəntiqin ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağını söylədiyini, ifadədə qeyd olunan “ifadəmi oxudum, imzamla təsdiq edirəm” əl yazısını yazıb-yazmadığını xatırlamadığını, mağazaya gedərkən İskəndər və Ruslan adlı tanışlarına çəkmək üçün heç bir narkotik tərkibli maddə vermədiyini, saxlananadək kassir işlədiyini, iş yerində olan şəxslərin onun narkotik vasitə marixuana istifadəsindən məlumatlarının olmadığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə- Cinayət-Prosessual Məcəlləsi və ya CPM) 327.1.3-cü maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan ara-sıra istifadə edir. ünvan 2 ünvanında yerləşən mənzildə yaşamaqla, təxminən bir-iki ay öncə “İnstagram” sosial şəbəkəsində bir nəfər şəxslə tanış olmuş, həmin şəxs özünü İran İslam Respublikasının vətəndaşı olan “Bəhmən” adlı şəxs kimi təqdim etmişdir. Söhbət əsnasında “Bəhmən” adlı şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu və istədiyi zaman ona narkotik vasitə verə biləcəyini dediyindən, o da xx.xx.2023-cü il tarixdə həmin şəxsdən ona narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etdiyinə görə “Bəhmən” adlı şəxs ona narkotik vasitənin qoyulacağı yeri əvvəlcədən bildiriş şəklində göndərəcəyini söyləmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində o, narkotik vasitənin Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində əvvəlcədən qoyulduğu yerdən götürüb həmin bağlamanı yaşadığı Səbail rayonu, Böyük Qala 49, mənzil 7 ünvanına gətirib evdə gizlətmiş, bağlamaya baxan zaman içərisində narkotik vasitə marixuana, əlavə olaraq bir ədəd qara rəngli bağlama və bir ədəd elektron tərəzi olduğunu görmüşdür. “Bəhmən” adlı şəxslə bağlamada olan narkotik vasitəni sonuncunun deyəcəyi ünvanlara çatdırmağı, digər qara rəngli bağlamanı isə qazanc kimi özünə götürəcəyinə dair razılaşmışdır. 16 noyabr 2023-cü il tarixdə saat 13:50 radələrində yaşadığı mənzilin yaxınlığında olarkən 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etdikdən sonra onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş və yaşadığı mənzilə baxış keçirilməsi zərurətinin yarandığını izah etmişlər. O da yaşadığı mənzildə narkotik vasitə saxladığını, tanışları Şahid4 və Şahid2 orada olduğunu, baxış keçirilməsinə etirazı olmadığını bildirmiş, həmçinin bu barədə ərizə yazıb polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə yaşadığı mənzilə baxış keçirilməyə başlanılmış və o, yaşadığı mənzilin qapısını açıb mənzili təqdim etmişdir. Həmin mənzildə tanışları Şahid2 və Şahid4 də olmuşdur. Onun razılığı ilə evə daxil olan zaman qeyd etdiyi tanışlarının evdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmələri aşkar edilmiş, daha sonra ona evdə saxladığı dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, mənzilin girişinin sol tərəfində yerləşən divanın yan tərəfində gizlətdiyi bir ədəd sellofan torbanı təqdim etmiş, həmin torbanın içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, əlavə olaraq içində qurudulmuş marixuanaya bənzər kütlə olan bir ədəd qara rəngli büküm və bir ədəd elektron tərəzi olması aşkarlanmış, həmçinin o, mənzilin girişinin sol tərəfində olan stolun üzərindəki içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan iki ədəd kibrit qutusunu, on dörd ədəd rəngli bükümü, üç ədəd şəffaf bükümü polis əməkdaşlarına təqdim etmişdir. Aşkarlanmış həmin bükümlər və torba çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 651 qram olmuş, daha sonra tanışları Ruslan və İskəndərin istifadə etdikləri içərisində qurudulmuş marixuanaya bənzər maddələr olan iki ədəd siqaret dənəsi ayrı-ayrılıqda qablaşdırılıb götürülmüşdür. Bundan başqa, narkotik vasitənin qəbulu zamanı istifadə edilən şəffaf rəngli nazik və müxtəlif rənglərdə olan nisbətən qalın kağızlar qablaşdırılıb, habelə stolun üzərində olan ona məxsus “**********280889” nömrəli bank kartı iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Aşkarlanmış bükümlər, torba və bir ədəd elektron tərəzi bir ədəd torbada qablaşdırılıb möhürlənərək götürülmüşdür. Baxış zamanı əlavə olaraq iş üzrə əhəmiyyət kəsb edən əşya, predmet və maddə aşkar olunmamışdır. O, verilən suallara cavab olaraq, yaşadığı mənzildən aşkarlanmış bükümləri və bağlamanı İran İslam Respublikası vətəndaşı “Bəhmən” adlı şəxsin bildirdiyi ünvan olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində gizlədilən yerdən götürdüyünü və həmin “Bəhmən” adlı şəxsin deyəcəyi yerlərə çatdırıb əvəzində qurudulmuş marixuana əldə edəcəyini söyləmiş, əldə etdiyi həmin qurudulmuş marixuananın bir qismini istifadə etdiyini, digər bir qisminin 01 qramını 10 manata, kibrit qutusunda olanları isə 50 manata olmaqla satdığını, İskəndər və Ruslanın tanışları olduğunu, həmin şəxslərin təxminən 3-4 dəfə qeyd olunan mənzilə gələrək narkotik vasitə istifadə etdiklərini, İskəndərlə dost olduğu üçün pul almadığını, ancaq Ruslandan 01 qram marixuana üçün 10 manat pul aldığını və sonunculara yaşadığı mənzildə narkotikdən istifadə etmələri üçün şərait yaratdığını, ancaq orada əlavə olaraq narkotik vasitə saxlamağı barədə sonuncuların məlumatı olmadığını bildirmişdir. Şahid2 sorğu-sual zamanı onun dediklərini təsdiq edərək 3-4 dəfə onun yaşadığı mənzildə özünün razılığı ilə narkotik vasitə olan qurudulmuş marixuanadan pul ödəmədən istifadə etdiyini, polis əməkdaşları içəriyə daxil olan zaman istifadə etdiyi siqaret dənəsinin içində qurudulmuş marixuana olduğunu, orada əlavə narkotik vasitə saxlanılması barədə məlumatının olmadığını söyləmişdir. Şahid4 də sorğu-sual zamanı onun dediklərini təsdiq edərək 3-4 dəfə özünün yaşadığı mənzildə narkotik vasitə olan qurudulmuş marixuanadan 01 qramına 10 manat pul ödəməklə istifadə etdiyini, polis əməkdaşları içəriyə daxil olan zaman istifadə etdiyi siqaret dənəsinin içində qurudulmuş marixuana olduğunu, orada əlavə narkotik vasitə saxlanılması barədə məlumatının olmadığını demişdir. Bundan sonra onu və tanışlarını Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Onlar etiraz etmədən polis əməkdaşları ilə birlikdə həmin idarəyə getmiş, orada dəvət edilmiş müdafiəçilərin iştirakı ilə o, Ruslan və İskəndər şübhəli şəxs qismində tutulduqdan sonra şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, onun üzərinə müdafiəçi və polis əməkdaşlarının iştirakı və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya predmet olduğu təqdirdə təqdim etməsi təklif olunduqda, o, əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmiş, daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki həmin gödəkçənin sol yan cibindən bir ədəd “İphone” və bir ədəd “Samsung” markalı mobil telefonları, əynində olan qara rəngli şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 19 manat pul və 03 ədəd ev açarı aşkar olunmuşdur. Üzərindən aşkar edilən büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 10 qram olmuşdur. Daha sonra Şahid2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir bükümü təqdim etmiş, Şahid2 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli şalvarın sol arxa cibindəki pul qabının içindən 20 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 01 qram olmuşdur. Daha sonra Şahid4 əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bir bükümü təqdim etdikdən sonra Şahid4 üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və 115 manat pul aşkarlanmışdır. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 01 qram olmuşdur. Aşkarlanmış həmin kütlələr qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi isə iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, digər əşyalar və pullar geri qaytarılmışdır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə kollegiyası qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadələr ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs restoranda işlədiyindən, o, tez-tez sonuncunun iş yerinə getmiş, bəzən Təqsirləndirilən şəxsla birgə restorandan çıxıb narkotik tərkibli marixuana maddə qəbul etmək üçün getmişlər. Sonuncu dəfə o, Təqsirləndirilən şəxs və sonuncunun dostu Ruslan adlı şəxslə birgə Təqsirləndirilən şəxs evində narkotik vasitə marixuana qəbul etmişlər. Həmin vaxt stolun üzərində içi görünməyən ağ rəngli sellofanın içərisindən Təqsirləndirilən şəxs narkotik vasitə marixuana çıxararaq onlara, yəni o və Ruslana çəkmələri, bir bükümü də sonra istifadə etmələri üçün pay kimi verdikdən sonra yaxınlıqdakı mağazaya şirniyyat alması üçün getmişdir. Evdən çıxdıqdan təxminən 10 dəqiqə sonra Təqsirləndirilən şəxs evə təxminən 5-6 nəfər polis əməkdaşı ilə birlikdə videoçəkilişdən istifadə etməklə daxil olaraq ona yaxınlaşmış və mənzildə olan masanın üzərində ağ rəngli sellofanın içərisində nə olduğunu soruşub içini açmışlar. Polis əməkdaşları həmin bükümün kimə məxsus olduğunu soruşduqda, Təqsirləndirilən şəxs özünə məxsus olduğunu söyləmiş, daha sonra polis əməkdaşları başqa harada saxlayıb-saxlamadığı barədə maraqlandıqda, Təqsirləndirilən şəxs divan tərəfdə olan sellofan torbanı təqdim etmiş, bütün proses videoçəkilişlə qeydə alınmışdır. O, heç vaxt Təqsirləndirilən şəxs narkotik vasitə marixuana alması üçün pul verməmiş, həmişə Təqsirləndirilən şəxsla birgə istifadə etmişlər. Təqsirləndirilən şəxs tutulmazdan əvvəl həmin ilin oktyabr ayında 2-3 dəfə sonuncunun evində narkotik vasitə marixuana qəbul etmişlər. Məhkəmədə verilən suallara cavab olaraq Şahid2 Təqsirləndirilən şəxs evinə teztez getdiyini, təxminən 3-4 dəfə həmin evdə olduğunu, Təqsirləndirilən şəxsla birgə həmin evdə əvvəllər bir neçə dəfə narkotik vasitə marixuana qəbul etdiklərini, hadisə vaxtı Təqsirləndirilən şəxs və sonuncunun dostu Ruslan ilə birlikdə Təqsirləndirilən şəxs evində olduqlarını, Ruslan adlı şəxsi ilk dəfə gördüyünü, narkotik vasitə marixuananın Təqsirləndirilən şəxs olduğunu, evə daxil olduqda masanın üzərində ağ rəngli sellofan bükümü gördüyünü, Təqsirləndirilən şəxs həmin bükümü açıb istifadə etməyi təklif etdiyini, polis əməkdaşlarının ilk öncə ona yaxınlaşdıqlarını, təxminən 6-7 nəfər polis əməkdaşının Təqsirləndirilən şəxsla birgə evə daxil olub videoçəkiliş apardıqlarını, Təqsirləndirilən şəxs mağazaya gedəndə qapını açarla çöldən bağladığını, evdə ağ rəngli sellofandakı narkotik tərkibli maddədən başqa evində heç bir narkotik tərkibli maddə görmədiyini, ağ rəngli sellofanın içərisində nə qədər kütlədə narkotik vasitə marixuana olduğunu bilmədiyini, polis əməkdaşlarının həmin narkotik tərkibli maddənin kimə məxsus olduğunu soruşduqlarını, evdə videoçəkilişin 1 dəfə aparıldığını, növbəti videoçəkilişin isə Baş İdarədə həyata keçirildiyini, təkrar çəkilişin olmadığını, hadisə günü polis əməkdaşları tərəfindən saxlanıldığını, barəsində inzibati xəta üzrə iş açılaraq, məhkəməyə göndərildiyini, polis əməkdaşlarının 1 dəfə videoçəkilişlə evə daxil olduqlarını, istintaqdakı ifadəsini təsdiq etdiyini, ifadədəki imzaların ona məxsus olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs o və digər polis əməkdaşları tərəfindən saxlanılaraq yaşadığı ünvana baxış keçirilmiş, həmin vaxt orada Ruslan və İskəndər adlı şəxslər olmuşdur. Polis əməkdaşları içəri daxil olarkən, həmin şəxslər narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiklərindən, saxlanılmış, daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan təxmini çəkisi 600 qramdan bir qədər artıq olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs narkotik vasitəni İran İslam Respublikasının vətəndaşından əldə etdiyini bildirdiyindən, sonuncu və digər şəxslər Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, həmin polis idarəsində şəxsi axtarış və baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən təxminən 10 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qablaşdırıldıqdan sonra ekspertizaya göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid3 Təqsirləndirilən şəxs “İçərişəhər” deyilən ərazidə Böyük Qala küçəsində saxlanıldığını, Təqsirləndirilən şəxs polis əməkdaşlarına hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə polis əməkdaşları ilə birgə gəldiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik tərkibli maddələri əldə edib üzərində saxlamaqla daşıdığını etiraf etdiyini, saxlanılarkən Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edib-etmədiyini xatırlamadığını, o, Şahid1 və Vasif Bədəlovdan ibarət əməliyyat qrupunun yaradıldığını, saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə aparıldığını, mənzilə daxil olarkən Təqsirləndirilən şəxs şəxsiyyətinin müəyyənləşdirilib-müəyyənləşdirilmədiyini xatırlamadığını, evə daxil olarkən Təqsirləndirilən şəxs ərizə aldıqlarını, ərizəni evə daxil olan zaman aldıqlarını, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zorakılıq edilmədiyini, tanışları narkotik vasitə marixuananı Təqsirləndirilən şəxs 10 manat müqabilində istifadə etmək üçün aldıqlarını söylədiklərini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etməklə, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında ədavət və düşmənçilik olmamışdır. Xidmət etdiyi Baş İdarəyə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra o, Vasif Bədəlov və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təxminən 2023-cü ilin noyabr ayında “İçərişəhər” deyilən ərazidə Böyük Qala küçəsində keçirilən əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, sonuncunun evinə daxil olub baxış keçirilmişdir. Həmin vaxt evdə Təqsirləndirilən şəxs əlavə 2 şəxs də olmuş, həmin şəxslər özlərini təqdim etdikdən sonra baxış zamanı Təqsirləndirilən şəxs evindən bükümlər şəklində marixuanalar aşkarlanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 Təqsirləndirilən şəxs polis əmədakşlarına hər hansı müqavimət göstərmədiyini, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs könüllü şəkildə narkotik tərkibli maddələrin istifadəçisi olduğunu etiraf etdiyini, Təqsirləndirilən şəxs evinə daxil olarkən içəridə olan 2 nəfər şəxsdən birinin səhv etmirsə narkotik tərkibli maddə qəbul etdiyini, təhqiqatçı kimi Nəcəf Aburşunun iştirak etdiyini, Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsir göstərilmədiyini, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərinin yalan olduğunu, Təqsirləndirilən şəxs küçədə olan polis əməkdaşlarını Baş İdarənin əməkdaşı kimi zənn etdiyini, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs müvafiq istintaq hərəkətləri zamanı təqdim etməsi üçün hər hansı kütlə təqdim olunmadığını, əməliyyat məlumatının qrup rəhbəri Vasif Bədəlova daxil olduğunu bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə eyni məzmunlu ifadə verərək göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımaqla, aralarında ədavət və düşmənçilik olmamışdır. O, Masallı rayonundan Təqsirləndirilən şəxs paltarlarını gətirdiyinə görə, sonuncunun yaşadığı evə gedərkən içəridə sonuncunun dostu İskəndər adlı şəxs də olmuş, o, İskəndər adlı şəxsi ilk dəfə orada görmüşdür. İçəri daxil olduqdan bir müddət sonra Təqsirləndirilən şəxs çörək almaq üçün mağazaya getmiş, 5-10 dəqiqə sonra Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birgə evə qayıtmışdır. Polis əməkdaşları stolun üstünə marixuana qoyduqdan sonra o, qorxub həmin narkotik vasitəni istifadə etmək üçün oraya gəldiyini bildirmişdir. Məhkəmədə verilən ilkin suallara cavab olaraq Şahid4 əvvəllər narkotik vasitə marixuanadan istifadə etdiyini, Təqsirləndirilən şəxs narkotik vasitə marixuana almadığını, polis əməkdaşlarının təzyiqindən qorxub çəkmək üçün evə gəldiyini söylədiyini, evə daxil olduqda orada olan İskəndər adlı şəxsin əlində narkotik vasitənin olmadığını, Təqsirləndirilən şəxs evinə sonuncuya paltar vermək üçün getdiyini, barəsində inzibati tədbir görüldüyünü, meyvə-tərəvəz mağazasında satıcı işlədiyini, əvvəllər taksi sürücüsü kimi fəaliyyət göstərdiyini, Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə heç nə yazmadığını, Təqsirləndirilən şəxsla birgə 7-8 nəfər polis əməkdaşının evə videoçəkilişdən istifadə etməklə daxil olduqlarını, narkotik tərkibli maddələri polis əməkdaşlarının stolun üstünə qoyduqlarını və həmin maddələrin özünə məxsus olması barədə Təqsirləndirilən şəxs təzyiq göstərdiklərini, polis əməkdaşlarının Təqsirləndirilən şəxs sillə zərbəsi vurduqlarını, polis əməkdaşlarının ona istintaq hərəkəti zamanı çəkmək üçün narkotik vasitə marixuana təqdim etdiklərini bildirdi. Şahid4 məhkəmədə verilən çarpaz suallara cavab olaraq məhkəmə iclasında verdiyi ifadəsindəki mövqeyini dəyişib bildirdi ki, İskəndər adlı şəxsi ilk dəfə orada görmüş, polis əməkdaşları həmin evə gələnədək orada narkotik vasitə marixuana çəkmiş, marixuana Təqsirləndirilən şəxs evindəki stolun üzərində olmuşdur. O, soruşub Təqsirləndirilən şəxs icazə aldıqdan sonra həmin evdə olan stolun üzərindəki marixuanadan istifadə etmiş, Təqsirləndirilən şəxs narkotik tərkibli maddə istifadə etdiyinə görə heç bir ödəniş ödəməmiş, marixuana Təqsirləndirilən şəxs məxsus olmuşdur. O, Təqsirləndirilən şəxs marixuanadan istifadə etdiyini bilsə də, satışı ilə məşğul olmadığını bilməmiş, həmin evə paltar gətirmək üçün getmiş, orada marixuana çəkmək fikrində olmuşdur. O, marixuananı stolun üzərindən götürüb çəkmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində olan imzalar ona məxsus olsa da, təzyiq nəticəsində Təqsirləndirilən şəxs 10 manat müqabilində narkotik vasitə qurudulmuş marixuana aldığını söyləmiş, polis əməkdaşları evə daxil olduqdan sonra evdə olan divanın kənarından sellofan bağlamanı çıxarmış, həmin vaxt başı aşağı vəziyyətdə olduğundan, oradan konkret kimin çıxardığını görməmişdir. Şahid4 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Şahid4 həmin ifadələrdə göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təqsirləndirilən şəxs qardaşı Samir Qurbanovla bir yerdə işləmiş və Saili də Samir vasitəsi ilə tanımışdır. O, Sailin də narkotik vasitələrdən istifadə etdiyini bilir. Belə ki, o, təxminən 3-4 dəfə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən evində olmuş və orada sonuncu ilə birlikdə iki dəfə narkotik vasitə qurudulmuş marixuana istifadə etmişdir. O, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə olmaqla, Saildən iki dəfə 10 manata bir dəfə çəkimlik marixuana almış, həmçinin onun yaşadığı ünvanda narkotik vasitələrdən istifadə etmişdir. Şahid2 təxminən 1 ildir ki, tanıyır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 12:30-da marixuana almaq məqsədi ilə Sailin yaşadığı ünvana gedib sonuncudan 10 manat marixuana almışdır. Orada İskəndərin də olduğunu görmüş, masanın üzərində külqabının içərisində bir ədəd söndürülmüş vəziyyətdə içərisində marixuana olan siqaret dənəsi olduğunu görüb İskəndərin olduğunu zənn etmişdir. Masanın üzərində şəffaf sellofanın içərisində bir neçə büküm və açıq vəziyyətdə marixuana olduğunu görmüş, bundan sonra bu barədə Sailə bildirib həmin marixuanadan istifadə etmişdir. Sail bir az sonra mağazaya getdiyini deyib evdən çıxmış və qapını açarla bağlamışdır. O isə İskəndərlə birlikdə narkotik istifadə etməyə davam etmişdir. Təxminən 5 dəqiqə sonra qapının açıldığını, Sail və polis əməkdaşlarının içəri videokamera ilə videoçəkiliş apararaq girdiyini görmüşdür. Polis əməkdaşları ona və İskəndərə şəxsiyyətləri haqqında, həmçinin həmin mənzildə nə etdikləri barədə məlumat vermələrini bildirmiş, onlar özlərini təqdim edib içəridə narkotik vasitədən istifadə etdiklərini söyləmişlər. Polis əməkdaşları Sailin narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını və bu səbəbdən mənzildə baxış aparılacağını bildirmişlər. Bundan sonra Sailə təklif olunmuşdur ki, mənzildə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və ya predmet varsa çıxarıb təqdim etsin. Daha sonra Sail evin girişindən sol tərəfdə yerləşən divanın yan tərəfindən bir ədəd sellofan torba çıxarıb təqdim etmiş, həmin torbaya baxış zamanı içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, bir ədəd qara rəngli bağlama və elektron tərəzi olması müəyyən edilmişdir. Bundan sonra masanın üzərində olan şəffaf sellofanı, bir ədəd siqaret qutusunu və iki ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Şəffaf sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 14 ədəd rəngli büküm olması, bükümlərə baxış zamanı içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Daha sonra siqaret qutusunun içərisində iki ədəd şəffaf sellofan büküm olması və onların da içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sonra isə qeyd olunan bükümlər və bağlamalar qablaşdırılaraq götürülmüş, bundan sonra masanın üzərində olan külqabının içərisindən iki ədəd siqaret dənəsi aşkar edilmişdir. Həmin siqaret dənələrinin içərisində narkotik vasitə marixuana olmuş, həmin siqaret dənələrindən biri ona, digəri isə İskəndərə məxsus olmuşdur. Həmin siqaret dənələri də təhqiqatçı tərəfindən qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı ifadəsində qeyd etdiklərini polis əməkdaşlarına, İskəndər isə narkotik vasitə marixuananı Sailin ona pay verdiyini bildirmişdir. Sail isə narkotik vasitə marixuananı İran İslam Respublikasının vətəndaşı Bəhmən adlı şəxs kimi tanıdığı şəxsdən aldığını, sonuncunun göstərişi ilə müxtəlif ünvanlara qoyduğunu və bunun müqabilində isə həmin marixuanadan müəyyən miqdar əldə etdiyini bildirmişdir. Daha sonra onların üzərlərinə baxış keçirilməsi və barələrində lazımi sənədləşmə aparılması üçün polis əməkdaşları onları Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına dəvət etmişlər. Orada təhqiqatçı tərəfindən müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş, onlara hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçilərin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərlərinə baxış keçirilmiş, şəxsi axtarış zamanı Sailə üzərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Sail əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bükümü təqdim etmişdir. Ardınca Sailin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki həmin gödəkçənin sol yan cibindən bir ədəd “İphone” və bir ədəd “Samsung” markalı mobil telefonlar, əynində olan qara rəngli şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 19 manat pul və üç ədəd ev açarı aşkar olunmuşdur. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 10 qram olmuşdur. Bundan sonra o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bükümü təqdim etmiş, sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman əynində olan həmin şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon və 115 manat pul aşkar olunmuşdur. Aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 01 qram olmuşdur. Bundan sonra isə Şahid2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan bükümü təqdim etmiş, İskəndərin üzərinə şəxsi axtarış keçirilmiş və bu zaman əynində olan həmin şalvarın sol yan cibindən iki ədəd “Samsung” markalı mobil telefon, həmin şalvarın sol arxa cibindəki pul qabının içindən 20 manat pul aşkar olunmuşdur. Sonra aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 01 qram olmuşdur. Daha sonra isə aşkar edilən bükümlər qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Mobil telefonlar və şəxsiyyət vəsiqəsi də iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, digər əşyalar və pullar isə onlara geri qaytarılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X11 ifadəsində və ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımış, aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs İçərişəhərdə çalışdığı restorandan tanımış, Təqsirləndirilən şəxs ona narkotik tərkibli maddə satmamış, bu barədə ona heç bir təklif və ya vəd verməmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə 1-2 dəfə narkotik tərkibli maddə olan marixuana qəbul etmiş, həmin narkotik tərkibli maddələri Təqsirləndirilən şəxs haradan əldə etdiyini heç bir zaman sonuncudan soruşmamışdır. Təqsirləndirilən şəxs hansı mobil nömrəsi ilə əlaqə saxladığını xatırlamamış, sonuncu ilə münasibətləri mürəbbə alış-verişi ilə bağlı yaranmışdır. O, heç vaxt Təqsirləndirilən şəxs yaşadığı evdə olmamış, sonuncu ilə restoranda görüşmüşdür. Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrdən daimi istifadə etdiyini görməmiş, Təqsirləndirilən şəxs işlədiyi restoranın ətrafında narkotik vasitə marixuananı birgə qəbul etmişlər. Təqsirləndirilən şəxs marixuana həmişə olduğundan başqa haradansa narkotik tərkibli maddə almamışdır. Təqsirləndirilən şəxs həmin narkotik tərkibli maddələri haradan, neçəyə aldığını, yaxud alıb-almadığını bilməmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli maddələrdən istifadə qarşılığında pul verməmiş, Təqsirləndirilən şəxs ona çəkdiyi narkotik vasitə marixuanadan vermiş, o da qalanını çəkmişdir. Şahid5 məhkəmədə verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələri arasında kəskin ziddiyyətlər olduğundan həmin ifadələr CPM-in 329.1-ci maddəsinə əsasən, elan edilərək tədqiq edilmişdir. Şahid5 həmin ifadələrdə göstərmişdir ki, o, bir neçə müddətdən bəri narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. O, fərdi qaydada müxtəlif mürəbbələr hazırlayıb restoranlara satır. Təqsirləndirilən şəxs isə təxminən 2 ildir ki, tanıyır. Təqsirləndirilən şəxsla tanışlığı işlədiyi “İçərişəhər” milli qoruğu ərazisində yerləşən “Qəbələ” restoranından yaranmışdır. Təqsirləndirilən şəxs ara-bir onun yanında marixuanadan istifadə etmiş, həmin vaxtlarda o, Saildən marixuananı haradan əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs marixuananı istədiyi vaxt əldə edə bildiyini demişdir. Təqsirləndirilən şəxs ona lazım olduğu vaxt marixuana təşkil edib-edə bilməyəcəyi barədə soruşduqda, Təqsirləndirilən şəxs istədiyi vaxt ona marixauana təşkil edə biləcəyini demişdir. Bundan sonra o, bir neçə dəfə Təqsirləndirilən şəxs müxtəlif çəkilərdə qurudulmuş marixuana alaraq istifadə etmişdir. Təqsirləndirilən şəxs ona qurudulmuş marixuananın 01 qramını 25 manata, birdəfəlik istifadə üçün isə 10 manata satmışdır. O, heç vaxt narkotik vasitə və ya psixotrop maddə satmamış, yalnızca əldə etdiyi narkotik vasitəni özü istifadə etmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş mobil telefonunda “Whatsapp” tətbiqinə baxış keçirilən zaman müxtəlif tarixlərdə Təqsirləndirilən şəxsla ona məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr arasında narkotik vasitələr barədə söhbətlərin aparıldığı mesajların olması aşkar edilməsi və bua barədə nə deyə biləcəyinə dair verilmiş suala cavab olaraq bildirmişdir ki, həmin mesajlar onunla Təqsirləndirilən şəxs arasında olmuş və həmin tarixlərdə o, sonuncu ilə narkotik vasitələr barədə söhbət etmiş, hətta Təqsirləndirilən şəxs əldə etdiyi marixuananın qiyməti barədə də sonuncuya bildirmişdir. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu ərazisində narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə məşğul olması və tiryəkxana təşkil etməsi barədə məlumat daxil olmuşdur. (Cild 1, iş vərəqə 4) xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar və əmrdən görünür ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri X10, Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. (Cild 1, iş vərəqə 5-6; 9) xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 13:50-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 49 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılmış, yaşadığı mənzilə baxış keçirildikdən sonra həmin mənzildə olan tanışları Şahid2 və Şahid4 ilə birgə hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla, Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmişlər. (Cild 1, iş vərəqə 10) xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixli ərizəsində ünvan 5 ünvanında yerləşən mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. (Cild 1, iş vərəqə 11) xx.xx.2023-cü il tarixli “Evə baxış və götürmə aparılması haqqında” qərar və protokoldan, xx.xx.2024-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti başlanmazdan əvvəl Təqsirləndirilən şəxs qərarla tanış edildikdən və Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 49 ünvanında yerləşən mənzildə olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif olunduğundan, Təqsirləndirilən şəxs həmin mənzilin qapısını açmış, həmin mənzildə sonuncunun tanışları Şahid2 və Şahid4 da olmuşdur. Təqsirləndirilən şəxs razılığı ilə evə daxil olarkən həmin şəxslərin evdə narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmələri müəyyən edilmiş, Təqsirləndirilən şəxs mənzilin girişinin sol tərəfində yerləşən divanın yan tərəfində gizlətdiyi 01 (bir) ədəd sellofan torbanı təqdim etmiş, həmin torbanın içərisindən yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, əlavə olaraq içində qurudulmuş marixuanaya bənzər kütlə olan 01 (bir) ədəd qara rəngli büküm və 01 (bir) ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs mənzilin girişinin sol tərəfində olan stolun üzərində içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olan 02 (iki) ədəd kibrit qutusunu, 14 (on dörd) ədəd rəngli bükümü, 02 (iki) ədəd şəffaf bükümü təqdim etmişdir. Həmin qurudulmuş marixuanaya bənzər kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 651 qram olması müəyyən edilmişdir. Daha sonra Şahid4 və Şahid2 istifadə etdikləri içərisində qurudulmuş marixuanaya bənzər kütlə olan 02 (iki) ədəd siqaret dənəsi, eləcə də qurudulmuş marixuananın qəbulu zamanı istifadə edilən şəffaf rəngli nazik və müxtəlif rənglərdə olan nisbətən qalın kağızlar, stolun üzərindəki Təqsirləndirilən şəxs məxsus “**********280889” nömrəli plastik bank kartı, qurudulmuş marixuanaya bənzər kütlələr və elektron tərəzi 01 (bir) ədəd torbada qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yaşadığı mənzildən aşkar olunan qurudulmuş marixuanaya bənzər kütlələri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində gizlədilən yerdən İran İslam Respublikasının vətəndaşı “Bəhmən” adlı şəxsin vasitəsilə sonuncunun dediyi yerlərə çatdırıb əvəzində qurudulmuş marixuana əldə etmək məqsədi ilə götürdüyünü, əldə etdiyi həmin qurudulmuş marixuananın bir qismini istifadə etdiyini, digər qismini isə satdığını, 01 (bir) qram marixuananı 10 (on) manata, kibrit qutusunda olanları isə 50 manata satdığını, İskəndər və Ruslan adlı tanışlarının təxminən 3-4 dəfə həmin mənzilə gəlib narkotik vasitə istifadə etdiklərini, İskəndərlə dost olduğu üçün pul almadığını, ancaq Ruslandan 01 (bir) qram marixuana üçün 10 manat pul aldığını və sonunculara yaşadığı mənzildə narkotikdən istifadə etmələri üçün şərait yaratdığını, ancaq orada əlavə olaraq narkotik vasitə saxlaması barədə sonuncuların məlumatının olmadığını bildirmişdir. Şahid2 sorğu-sual zamanı Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək 3-4 dəfə sonuncunun yaşadığı mənzildə özünün razılığı ilə narkotik vasitə olan qurudulmuş marixuanadan pul ödəmədən istifadə etdiyini, polis əməkdaşları içəriyə daxil olan zaman istifadə etdiyi siqaret dənəsinin içində qurudulmuş marixuana olduğunu, orada əlavə narkotik vasitənin saxlanılması barədə məlumatının olmadığını, Şahid4 də sorğu-sual zamanı Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək 3-4 dəfə sonuncunun yaşadığı mənzildə narkotik vasitə olan qurudulmuş marixuanadan 01 qramına 10 manat pul ödəməklə istifadə etdiyini, polis əməkdaşları içəriyə daxil olan zaman istifadə etdiyi siqaret dənəsinin içində qurudulmuş marixuana olduğunu, orada əlavə narkotik vasitə saxlanılması barədə məlumatının olmadığını söyləmişdir. (Cild 1, iş vərəqə 12; 13-16; 213-214) xx.xx.2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, iş vərəqə 26; 27) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərar, protokol və xx.xx.2023-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi barədə” protokoldan görünür ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdikdən sonra keçirilmiş şəxsi axtarış zamanı həmin gödəkçənin sol yan cibindən 01 (bir) ədəd “İphone” və 01 (bir) ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 19 (on doqquz) manat pul və 03 (üç) ədəd ev açarı aşkarlanmış, həmin qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilən zaman qablaşdırma ilə birlikdə çəkisi 10 (on) qram olmuşdur. Şahid2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən içərisində yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdikdən sonra keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan həmin şalvarın sol yan cibindən 02 (iki) ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli şalvarın sol arxa cibindəki pul qabının içindən 20 (iyirmi) manat pul aşkarlanmış, aşkarlanan həmin marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birgə çəkisinin 01 (bir) qram olması müəyyən edilmişdir. Bundan başqa, Şahid4 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni təqdim etdikdən sonra keçirilmiş şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən 01 (bir) ədəd “Samsung” markalı mobil telefon və 115 (bir yüz on beş) manat pul aşkarlanmış, aşkar edilmiş həmin qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə qablaşdırma ilə birgə çəkisi 01 (bir) qram olmuşdur. Aşkar edilmiş həmin kütlələr qablaşdırılmaqla imzalanıb, habelə mobil telefonlar və şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, digər əşyalar və pullar geri qaytarılmışdır. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı yaşadığı mənzildən aşkar olunan qurudulmuş marixuanaya bənzər kütlələri Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində gizlədilən yerdən İran İslam Respublikasının vətəndaşı “Bəhmən” adlı şəxsin vasitəsilə sonuncunun dediyi yerlərə çatdırıb əvəzində qurudulmuş marixuana əldə etmək məqsədi ilə götürdüyünü, əldə etdiyi həmin qurudulmuş marixuananın bir qismini istifadə etdiyini, digər qismini isə satdığını, 01 (bir) qram marixuananı 10 (on) manata, kibrit qutusunda olanları isə 50 manata satdığını, İskəndər və Ruslan adlı tanışlarının təxminən 3-4 dəfə həmin mənzilə gəlib narkotik vasitə istifadə etdiklərini, İskəndərlə dost olduğu üçün pul almadığını, ancaq Ruslandan 01 (bir) qram marixuana üçün 10 (on) manat pul aldığını və sonunculara yaşadığı mənzildə narkotikdən istifadə etmələri üçün şərait yaratdığını, ancaq orada əlavə olaraq narkotik vasitə saxlaması barədə sonuncuların məlumatının olmadığını bildirmişdir. Şahid2 sorğu-sual zamanı Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək 3-4 dəfə sonuncunun yaşadığı mənzildə özünün razılığı ilə narkotik vasitə olan qurudulmuş marixuanadan pul ödəmədən istifadə etdiyini, polis əməkdaşları içəriyə daxil olan zaman istifadə etdiyi siqaret dənəsinin içində qurudulmuş marixuana olduğunu, orada əlavə narkotik vasitənin saxlanılması barədə məlumatının olmadığını, Şahid4 də sorğu-sual zamanı Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək 3-4 dəfə sonuncunun yaşadığı mənzildə narkotik vasitə olan qurudulmuş marixuanadan 01 (bir) qramına 10 (on) manat pul ödəməklə istifadə etdiyini, polis əməkdaşları içəriyə daxil olan zaman istifadə etdiyi siqaret dənəsinin içində qurudulmuş marixuana olduğunu, orada əlavə narkotik vasitə saxlanılması barədə məlumatının olmadığını söyləmişdir. (Cild 1, iş vərəqə 73; 74-78; 159- 160) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1580 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs, Şahid2 və Şahid4 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki içərisində- 03 (üç) ədəd bağlamalarda hər birinin üzərində “Təqsirləndirilən şəxs...” yazısı olan təmiz çəkisi 8,99 qram, “Şahid4...” yazısı olan təmiz çəkisi 0,57 qram, “Şahid2...” yazısı olan təmiz çəkisi 0,60 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş ağ kağız üzərində “Təqsirləndirilən şəxs yaşadığı mənzildən...” yazısı və imzalar olan polietilen bağlamadakı- 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 505,0 qram, 01 (bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 55,0 qram, 03 (üç) ədəd şəffaf sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 13,70 qram, 5,11 qram, 4,01 qram, 02 (iki) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,96 qram, 4,95 qram və 14 (on dörd) ədəd rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,44 qram, 0,46 qram, 0,43 qram, 0,61 qram, 0,59 qram, 0,40 qram, 0,41 qram, 0,39 qram, 0,42 qram, 0,42 qram, 0,44 qram, 0,59 qram, 0,54 qram, 0,40 qram, ümumi çəkisi 599,27 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin polietilen bağlamanın içərisində- üzərində “Şahid4...” yazısı olan kağız paketdəki 01 (bir) ədəd papirosun içərisində ümumi çəkisi 0,17 qram kütlədə tütün hissəcikləri və cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Üzərində “Şahid2...” yazısı olan kağız paketdəki 01 (bir) ədəd papirosun içərisində ümumi çəkisi 0,23 qram kütlədə tütün hissəcikləri və cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Həmin marixuanalar cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmamışdır. Təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs...’’ yazısı olan 01 (bir) ədəd kağız paketdəki kağız parçalarının üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Təqdim edilmiş 01 (bir) ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitələrin hissəcikləri yoxdur. Həmin tərəzinin və kağız parçalarının üzərində narkotik vasitənin hissəcikləri olmadığı üçün müqayisəli tədqiqat aparılmamışdır. (Cild 1, iş vərəqə 93-96) xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şahid2 və Şahid4 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdikləri üçün müvafiq tədbir görülməsi üçün Səbail Rayon Polis İdarəsinə göndərilmişdir. (Cild 1, iş vərəqə 103-106) xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. (Cild 1, iş vərəqə 122-124) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Şahid2 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 135- 138) xx.xx.2023-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, həmin tarixdə Şahid4 ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. (Cild 1, iş vərəqə 139- 142) Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-796/2023 nömrəli qərarından görünür ki, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(009)-118/2024 nömrəli qərarına əsasən onun həbs müddəti 20 gün müddətinə, yəni 05 aprel 2024-cü il tarixədək uzadılmışdır. (Cild 1, iş vərəqə 153-157; 295-298) xx.xx.2023-cü il tarixli “Cinayət işinin materiallarına əlavə edilmiş mobil telefon aparatına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Apple” markalı, “İphone 7” modelli mobil telefona baxış keçirilən zaman içərisində “+994-70-846-45-44” saylı mobil nömrənin olması, həmin mobil telefonda olan “Whatsapp” tətbiqinin içərisində “+98-914-899-3949” saylı nömrə ilə ayrı-ayrılıqda bir-birinə yazı və səsli mesajların göndərilməsi, bir-birinə ünvanlar və yer mesajları göndərilməklə və qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparmaları, həmin nömrə ilə media bölməsində elektron tərəzi üzərində və ayrı-ayrılıqda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin fotoşəkillərinin olması və müəyyən məbləğdə pulların köçürülməsi barədə qəbzlərin fotoşəkillərinin olması müəyyən edilmişdir. Bundan başqa, “Whatsapp” tətbiqində “Qurban- +994-51-324-76-76” ad və nömrəsi qeyd olunan şəxsin Təqsirləndirilən şəxs müxtəli çəkilərdə narkotik vasitə qurudulmuş marixuana istəməsi və satış qiymətləri barədə danışıqlar aparılması, “Qurban- +994-51-324-76-76”, “ÜLVİ007- +994-70-992-00-07”, “Laiq Qağa- +994-50-352-68-67”, “Həci- +994-70-272-00-07” ad və nömrələri qeyd olunan şəxslərlə ayrı-ayrılıqda bir-birinə yazı və səsli mesajlar göndərilib, qəbul edilməklə narkotik vasitələrin istifadəçisi olmaları, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, narkotik vasitələrin alış və satış qiymətləri barədə danışıqlar aparılması, “Whatsapp” tətbiqində qeyd olunan ad və nömrələrlə mesajlar bölməsinin media hissəsi açıldıqda həmin hissədə mesajların içərisində "xxxx" ASC-yə məxsus 4098 5844 6454 5399 saylı Leobank plastik kartının şəkilləri, elektron tərəzi şəkilləri və elektron tərəzi üzərində içərisində narkotik vasitə olan bükümlərin fotoşəkilləri müəyyən olunmuşdur. Bundan başqa telefon aparatının yaddaşında “Şəkillər” başlıqlı bölməsinə daxil olduqda elektron tərəzi üzərində, bükümlərdə və açıq formada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin fotoşəkillərinin olması müəyyən edilmişdir. Bundan başqa telefon aparatının yaddaşında müxtəlif fotoşəkillər və video görüntülər aşkar olunsa da, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat və fayllar müəyyən olunmamışdır. (Cild 1, iş vərəqə 161-204) Azərbaycan Respubikasının Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli, 8112 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1, iş vərəqə 219-220) xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və digər sənədlər, əldə olunmuş maddi sübutlar və DVD disklər sübut növü kimi qiymətləndirilmişdir. (Cild 1, iş vərəqə 235-256) xx.xx.2024-cü il tarixli “Maddi sübut kimi tanınma və saxlanca verilmə” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq təmiz çəkisi 8,94 qram olan narkotik vasitə qurudulmuş marixuana, mənzilindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq təmiz çəkisi 598,22 qram olan narkotik vasitə qurudulmuş marixuana, həmçinin Şahid2 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq təmiz çəkisi 0,55 qram olan narkotik vasitə qurudulmuş marixuana və Şahid4 üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra qalıq təmiz çəkisi 0,52 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. (Cild 1, iş vərəqə 258) xx.xx.2024-cü il tarixli “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata götürülməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə başqa cinayət işi ayrılmışdır. (Cild 1, iş vərəqə 258-260) Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-5447/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirildikdən sonra müayinə zamanı həbs olunarkən xəsarət aldığını söyləsə də, hər hansı xəsarət aşkarlanmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin xx.xx.2024-cü il tarixli 3-13-3/2-20286/2024 nömrəli məktubundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyil. Bakı şəhəri Səbail rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2/319/2- 118448/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı rayon prokurorluğuna şikayət etməmiş, həmin şəxsin fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı rayon prokurorluğunda heç bir araşdırma aparılmamışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həmin ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır. Əməlin tövsifi və digər hüquqi məsələlər: Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçi vasitəsi ilə suallar verilmiş, eyni zamanda öz lehinə ifadə verə biləcək şahidi dindirmək imkanı təqdim edilmiş, öz alibisini sübut etmək üçün ona şərait yaradılmışdır. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarına əsasən, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibətini öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə məqsədilə gətirdiyi dəlilləri araşdırmış, Təqsirləndirilən şəxs ittihamı mübahisələndirdiyi hissələrdəki mövqeyini ona qarşı ibtidai istintaq zamanı fiziki və psixi zorakılıq edilməsi ilə əlaqələndirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində polis əməkdaşlarının ona fiziki və psixi zorakılıq etdikdən sonra təqdim etdikləri narkotik vasitəni videoçəkilişdə nümayiş etdirməsini ondan tələb etdiklərini desə də, şahidlər Şahid3 və Şahid1 həm məhkəmə baxışı, həm də məhkəməyədək icraat zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs tutulmazdan əvvəl və ya sonra heç bir zorakılıq edilmədiyini bildirmişlər. Məhkəmə kollegiyası barəsində həbs qətimkan seçilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına daxil olarkən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olub-olmadığını müəyyən etmək üçün həmin təcridxanaya, məhkəməyədək icraat zamanı ona edilmiş fiziki və psixi zorakılıqla bağlı araşdırma aparılıb-aparılmaması ilə bağlı Bakı şəhəri Səbail rayon prokurorluğuna müraciət edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2-5447/2024 nömrəli məktubu və ona əlavə edilmiş tibbi kitabçanın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təcridxanaya gətirilərkən ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmış, tibbi müayinə zamanı onun bədənində xəsarət aşkar edilməmişdir. Həmin tibbi kitabçanın 12-ci, yəni “Həbs olunmadan əvvəl zədələr və bədən xəsarətləri barədə məlumatlar” qrafasında “Həbs olunan zaman xəsarət aldığını bildirir” yazısının, 13-cü, yəni “Baxış zamanı dəri səthində aşkar edilmiş çapıqların və zədələrin təsviri” qrafasında “Zədə, xəsarət izləri aşkar olunmadı” yazısının olması müəyyən edilmişdir. Məhkəmədə elan edilərək tədqiq edilmiş Səbail rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2/319/2-118448/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı rayon prokurorluğuna şikayət etməmiş, həmin şəxsin fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı rayon prokurorluğunda heç bir araşdırma aparılmamışdır. “Məhkəmə hökmü haqqında” müvafiq plenum qərarında göstərilmişdir ki, Cinayət- Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin qərarın 26-cı bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olubolmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonskinin Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli, həmçinin “Saidinin Fransaya qarşı” iş üzrə 20 sentyabr 1993-cü il tarixli qərarlarında izah edilir ki, sübutların mümkünlüyü daxili qanunvericilik tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma və məhkəmə istintaqı mərhələsində əldə edilən, milli məhkəmələr tərəfindən sübut kimi qəbul edilən şahid ifadələri də, məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 6-cı maddəsi ilə əlaqədar “X2rşı” işi ilə bağlı qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Halbuki, X1 və bundan sonra bədəni üzərində hər hansı xəsarətinin olması və ya ona qarşı fiziki, psixi və sair zorakılıq tətbiq edilməsinə dair hər hansı mötəbər sübut müəyyən edilməmişdir. Əksinə Təqsirləndirilən şəxs mənzilə baxış zamanı, habelə üzərində müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilərkən ona hər hansı fiziki, psixi və sair təzyiqə, pis rəftara və zorakılığa məruz qalmasına dair məlumat verməmiş, keçirilmiş istintaq hərəkətləri zamanı polis əməkdaşları tərəfindən ona qarşı hər hansı psixi, fiziki və sair zorakı hərəkətlərə məruz qalmadığını tam sərbəst şəkildə ifadə etmiş, həmçinin mötəbərliyi şübhə altına bilinməyən məhkəmədə tədqiq edilmiş sənədlərlə də, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərində şəxsi axtarış və götürmə, habelə evə baxış və götürmə istintaq hərəkətləri keçirilərkən hər hansı fiziki, psixi və sair təzyiq və təsirə məruz qalması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, X4 polis əməkdaşları tərəfindən ona fiziki və psixi zorakılıq edilməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi hər hansı dəlillərə söykənməmiş, həmin halı təsdiq edən tibbi sənəd olmamış, əsaslı şübhə mövcud deyil. O, fikirlərini heç bir dəlillə möhkəmləndirməmiş, sadəcə ifadənin fiziki və psixi zorakılığın tətbiq edilməsi ilə alınmasını deməklə kifayətlənmişdir. Məhkəmə təqsirləndirilən şəxs X4 fiziki və psixi zorakılıqla bağlı öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bu səbəbdən, məhkəmə həmin xüsusatla bağlı X4 dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirir və göstərdiyi xüsusatı rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Bundan başqa, məhkəmə X4 məhkəmədə verdiyi ifadəsində göstərdiyi halları digər sübutlarla müqayisəli surətdə araşdıraraq qiymət vermişdir ki, onun həmin ifadəsi cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadədir. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldığı yeri, tarixi və vaxtı mübahisələndirməsə də, 10-11 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, həmin vaxt üzərində hər hansı narkotik tərkibli maddə olmadığını, polis əməkdaşlarının fiziki və psixi zorakılığı nəticəsində mənzilə baxış, şəxsi axtarış və götürmə istintaq hərəkətlərində nümayiş etdirməsi üçün əvvəlcədən verdikləri narkotik vasitə qurudulmuş marixuananı müvafiq istintaq hərəkətlərində təqdim etdiyini bildirmişdir. Həmin xüsusatla bağlı məhkəmədə dindirilərkən şahidlər Şahid3 və Şahid1 (xx.xx.2024-cü il tarixli məhkəmə iclasında) ifadələrində Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi zorakılıq edilmədiyini, videoçəkilişlə aparılan istintaq hərəkətləri zamanı nümayiş etdirməsi üçün hər hansı narkotik vasitə, əlavə kütlə təqdim etmədiklərini, Təqsirləndirilən şəxs könüllü şəkildə üzərində olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etdiyini bildirmişlər. Cinayət işinin materiallarında olan sənədlərdən, şahid ifadələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində saxlanılmasında 3 nəfər şəxs, yəni Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları X10, Şahid3 və Şahid1 iştirak etmişlər. Başqa şəxs və ya şəxslərin Təqsirləndirilən şəxs saxlanılmasında iştirakı cinayət işinin materialları ilə, habelə məhkəmə baxışı zamanı müəyyən edilmir. Bundan başqa, cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan, həmin tarixli “Evə baxış və götürmə aparılması haqqında” protokoldan, habelə məhkəmə istintaqı zamanı həmin protokollara əlavə edilmiş disklərə baxışdan müəyyən edilir ki, müvafiq istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni, habelə mənzildə yerləşən divanın yan tərəfindən 01 ədəd şəffaf sellofan torbanın içərisində, 01 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, həmin divanın qarşısında olan masanın üzərindən 03 ədəd şəffaf sellofan bağlamalarda narkotik vasitə qurudulmuş marixuana, 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, 14 ədəd rəngli bükümlərdə narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzini könüllü təqdim etmiş, aşkarlanan bükümlər qablaşdırılıb 7 nömrəli möhürlə möhürlənmişdir. Videogörüntülərdə əks olunanlar tam olaraq əvvəldən sonadək aydın şəkildə müşahidə edilir. Təqsirləndirilən şəxs və digərləri tərəfindən hər hansı etirazın olması ilə bağlı protokollara qeyd edilməmiş, heç bir şikayət və ya vəsatətin daxil olmadığı ilə bağlı qeyd də əlavə olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-7/1580 nömrəli ekspert rəyinə əsasən, ümumilikdə 608,377 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkarlanmışdır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır, belə ki, onun məhkəmədə verdiyi ifadəsində göstərdiyi həmin xüsusatlar öz təsdiqini tapmamış, digər sübutlarla tam şəkildə təkzib edilmişdir. Məhkəmə şahidlərin məhkəmə iclasında verdikləri ifadələrinə münasibət bildirməyi zəruri bilir. Əvvəla, məhkəmə qeyd etməyi zəruri bilir ki, ibtidai araşdırma dövründə təqsirləndirilən şəxsin müdafiə hüquqları qorunmuş, cinayət-prosessual qanunvericiliyinə əsasən müdafiəçinin zəruri iştirakı nəzərdə tutulmuş bütün istintaq hərəkətlərində müdafiəçisi iştirak etmişdir. İstintaq hərəkəti protokolları və ona əlavələr qanunvericiliyə uyğun tərtib edilmişdir. Müdafiə tərəfinə tarazlığın qorunması, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə sərbəst şəkildə vəsatətlə məhkəməyə müraciət edilməsinə şərait yaradılmışdır. Şahid4 məhkəmədə ifadə verərkən ilk öncə Təqsirləndirilən şəxs evində sonuncudan istifadə etmək üçün narkotik vasitə marixuana əldə etmədiyini bildirsə də, Şahid4 sonradan məhz həmin fasiləsiz audio-videoçəkiliş aparılmaqla məhkəmə iclasında mövqeyini dəyişərək Təqsirləndirilən şəxs evində bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, saxlanıldığı gün də Təqsirləndirilən şəxs icazə aldıqdan sonra stolun üzərində olan marixuananı istifadə etdiyini söyləmişdir. Göründüyü kimi, Şahid4 Təqsirləndirilən şəxs tanışı olduğundan, sonuncunu müdafiə etmək istəyərək yalan məzmunda ifadə versə də, sonradan həqiqəti danışmış və məhkəməyədək icraat zamanı verdiyi ifadəyə əsasən oxşar məzmunda ifadə vermişdir. Məhkəmə qeyd edir ki, Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs 10 manat müqabilində narkotik vasitə qurudulmuş marixuana aldığını desə də, məhkəmə iclasında verdiyi ifadəsində bundan imtina etməsini təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tanıdığından, məsuliyyəti yüngülləşdirməyə meylli ifadə kimi qəbul etməklə, müvafiq ifadəyə həmin hissədə tənqidi yanaşır. Bundan başqa, şahid X11 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs hər hansı narkotik vasitə almadığını desə də, məhkəməyədək icraat zamanı verdiyi ifadəsində sonuncudan pul müqabilində narkotik vasitə qurudulmuş marixuana aldığını söyləmişdir. Bununla bağlı, məhkəmə qeyd edir ki, məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş yazışmaların şəkillərindən görünür ki, Təqsirləndirilən şəxs ilə şahid X11 arasında narkotik vasitə qurudulmuş marixuananın satışı ilə bağlı yazışmalar mövcuddur. Bu səbəbdən, məhkəmə şahid X6 məhkəmədə verdiyi ifadəsinə təndiqi yanaşır və onun məhkəməyədək icraat zamanı verdiyi ifadəni sübut kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, çoxsaylı şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Beləliklə, məhkəmə baxışı zamanı ibtidai istintaq dövründə toplanmış sübutların mötəbərliyinə xələl gətirən hər hansı hal müəyyən edilmədiyindən, cinayət işi üzrə mövcud olan məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığına görə məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsini, şahidlər Şahid1, Şahid3 Vidadi oğlu və Şahid2 məhkəmə və məhkəməyədək icraat zamanı verdikləri ifadələrini, Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi və ittihama uyğun hissədə məhkəmədə verdiyi ifadəsini, şahid X8 isə məhkəməyədək icraat zamanı verdiyi ifadəsini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını və ona əlavələri, işdə olan digər sənədləri sübut kimi qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü və 238.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmaya görə cinayət məsuliyyətini müəyyən edir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 238.1-ci maddəsi narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün binalar verməyə görə cinayət məsuliyyəti müəyyən edir. Həmin maddənin sanksiyasında dörd ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxs nəinki hər hansı maddi maraq naminə (qazanc, digər mənfəət əldə etmək, özünü və ya yaxınlarını müəyyən maddi öhdəliklərdən azad etmək məqsədilə), həm də qeyri-əmlak xarakterli, məsələn əldə edənin qarşısında hörmət və nüfuz qazanmaq, özünü ona sadiq dostu və ya tanışı kimi təqdim etmək və bu kimi digər məqsədlərlə narkotik vasitələrin və ya psixotrop maddələrin yayılmasına yönəlmiş (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən və ictimai zərərli maraqla şərtləndirilən) hərəkətlər etdiyi halda da həmin şəxsin əməlləri bu vasitə və maddələrin satış məqsədilə törədilmiş əməllər kimi qiymətləndirilməlidir. Habelə, sözügedən qərarın 22-ci bəndində göstərilmişdir ki, CM-in 238-ci maddəsində təsbit edilmiş cinayətlərin obyektiv cəhətini tiryəkxanaların təşkil edilməsində, saxlanılmasında, habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsində ifadə olunan qəsdən törədilən hərəkətlər təşkil edir. “Tiryəkxana” dedikdə, narkotik vasitələrin və ya psixotrop maddələrin mütəmadi istehlakı üçün nəzərdə tutulmuş yaşayış (məsələn, mənzil, fərdi ev, bağ evi və s.) və yaxud qeyri-yaşayış sahəsi (anbar, qaraj, zirzəmi və s.) başa düşülür. Tiryəkxananın təşkili və saxlanılması məqsədilə binanın verilməsi də konstruktiv təyinatından asılı olmayaraq istənilən tikilinin və yaxud onun bir hissəsinin həmin məqsədlər üçün başqa şəxsin (tiryəkxananı təşkil edənin, saxlayanın) istifadəsinə verilməsini ehtiva edir. Tiryəkxana üçün yaşayış və qeyri-yaşayış sahələrinin əldə edilməsi, icarəyə, əvəzsiz olaraq istifadəyə və ya sahibliyə götürülməsi, təmir olunması, yenidən qurulması, xüsusi avadanlıqlarla təchiz edilməsi və sair bu kimi hərəkətlər tiryəkxananın təşkil edilməsi kimi təfsir olunmalıdır. Tiryəkxananı saxlama dedikdə isə artıq şəxsin özü və yaxud başqası tərəfindən təşkil olunmuş tiryəkxananın fəaliyyətinin davam etdirilməsinə yönələn hərəkətlər, məsələn, tiryəkxananın yerləşdiyi yaşayış və yaxud qeyri-yaşayış sahələrinin istismarı ilə bağlı maliyyə xərclərinin çəkilməsi, onların mühafizəsinin təşkil edilməsi, tiryəkxanadan istifadəni nizamlamaq üçün tədbirlərin görülməsi başa düşülməlidir. Nəzərə almaq lazımdır ki, CM-in 238-ci maddəsində nəzərdə tutulmuş cinayətlər formal tərkiblidir. Bu cinayətlər tiryəkxanada narkotik vasitələrdən və ya psixotrop maddələrdən faktiki olaraq istifadə edilib-edilməməsindən asılı olmayaraq, tiryəkxanaların təşkil edilməsini, saxlanmasını, habelə tiryəkxanaların təşkil edilməsi və saxlanılması üçün binaların verilməsini ifadə edən hərəkətlər törədildiyi andan bitmiş hesab olunur. Məhkəmə araşdırması zamanı belə nəticəyə gəlinmişdir ki, müvafiq istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və şəraitdə əldə etdiyi, üzərindən və evindən aşkarlanmış çoxlu sayda içərisində narkotik vasitə qurudulmuş marixuana olan bükümlərin bir qismini, yəni Şahid4 0,57 qram çəkidə olan bükümü satmış, eyni tarixdə həmin ünvanda digər tanışı Şahid2 isə 0,60 qram çəkidə olan bükümü hədiyyə etmiş, yəni bəxşiş kimi vermiş, qalan hissəsini isə satış məqsədi ilə saxlamaqla daşımışdır. Habelə, Təqsirləndirilən şəxs yaşadığı mənzildə tiryəkxana təşkil edib saxlamaqla Şahid2 və Şahid4 orada narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmələrinə şərait yaratmışdır. Bu faktları Şahid2 və Şahid4 məhkəmədə verdiyi ifadələrində səmimi şəkildə təsdiqləmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs mobil telefonunda olan “Whatsapp” tətbiqində narkotik vasitələrin satışına dair müxtəlif yazışmalar da aşkarlanmışdır. CPM-in 349-cu maddəsinə əsasən məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. CPM-in 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır” müddəası Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı işində xüsusi vurğulanmışdır. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə cinayətprosessual qanunvericiliyin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələblərinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələblərinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Məhkəmə təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla bağlı qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş Siyahıların İ siyahısının 109.1-ci bəndinə əsasən narkotik vasitə qurudulmuş marixuana təmiz halda 500 qramdan artıq olduqda külli miqdar, təmiz halda 5 qramdan artıq olduqda xeyli miqdar hesab olunur. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs əldə edib üzərində və evində saxladığı narkotik vasitə qurudulmuş marixuana 609,43 qram, yəni xeyli miqdarından təxminən 121,886 dəfə, külli miqdarından isə təxminən 1,218 dəfədən artıq olması, narkotik vasitənin satışına dair mesaj mətnlərinin, əməliyyat məlumatının mövcudluğu və cinayət işinin materiallarında olan digər sübutlar onun məqsədinin məhz satışla bağlı olduğunun bilavasitə təzahürüdür. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, barəsində narkotik vasitələrin külli miqdarda dövriyyəsi ilə məşğul olması və tiryəkxana təşkil etməsi barədə əməliyyat məlumatının mövcudluğundan, üzərindən və evindən xırda bükümlərin aşkarlanmasından, istehlakçı ilə əvvəlcədən razılaşdığından, bükümlərin hazırlanması üçün avadanlığın, yəni elektron tərəzinin olmasından Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı, tiryəkxananın təşkili ilə məşğul olmaması və hazırki hökmlə münasibət bildirilmiş digər xüsusatlarla bağlı ifadəsində göstərdiyi halları və gətirdiyi ziddiyyətli dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi ağır və az ağır cinayət əməllərinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələrinə tövsif edilməsi qənaətinə gəlir və onun ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələri ilə olan cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Məhkəmə kollegiyası yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini rəhbər tutaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələri ilə tövsif edilməsi əsaslı, qanuni və ədalətlidir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır və az ağır cinayətlər kateqoriyasına aid edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətlərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər: Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbinə əsasən əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməklə məhkum olunmamasını, məhkəməyədək icraat və məhkəmə icraatı dövründəki davranışını, mübət xarakterizə olunmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmadığını qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, irəli sürülmüş ittihamın az ağır və ağır cinayətlər təsnifatına aid olduğunu, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halın olmamasını, eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələrində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Cinayət Məcəlləsinin 17.3-cü maddəsinə əsasən, şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbləri nəzərə alınmalı, yəni onun təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən, cinayətlərin təsnifatına görə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli ağır, həmin Məcəllənin 238.1ci maddəsində göstərilən cinayət əməli isə az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə iclasında elan edilib tədqiq edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(009)-796/2023 nömrəli qərarına əsasən, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətinə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 4(009)-118/2024 nömrəli qərarına əsasən onun həbs müddəti 20 gün müddətinə, yəni 05 aprel 2024-cü il tarixədək uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə kollegiyası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 16 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş “Respublika Narkoloji Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli, 8112 nömrəli ekspert rəyinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir. Məhkəmə kollegiyası, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla, Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra 608,23 qram qalıq qalmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, xx.xx.2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” və “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə kollegiyası gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və X3 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü və 238.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 238.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 16 noyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Səbail Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 608,23 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. xx.xx.2023-cü il tarixli “Mənzilə baxış keçirilməsi və götürmə haqqında” və “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollara əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1557/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1557/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver