Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(101)-1559/2023 31.07.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namazov Fərid Arif oğlunun sədrliyi, hakimlər Quliyev Əhməd Qəhrəman oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair 1(101)-1559/2023 nömrəli cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: Tərtib edilmiş ittiham aktına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinin tələbinə görə məhkəmənin hazırlıq iclası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmənin hazırlıq iclasında müdafiəçi, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 şifahi vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qohumları ilə müqavilə bağlayaraq təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün 17 may 2023-cü il tarixli, ******* nömrəli vəkil orderini həmin tarixdə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin dəftərxanasına təqdim etmiş, həmin order əsasında Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Məhəmməd Tağıyev ona xx.xx.2023cü il tarixli, ********* nömrəli məktubla Təqsirləndirilən şəxsla görüşməsinə icazə vermiş, o da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında Təqsirləndirilən şəxsla görüşmüşdür. O, məhkəməyədək icraat dövründə bir neçə dəfə vəsatətlə ibtidai istintaq orqanına müraciət etsə də, vəsatətlərinə münasibət bildirilməmiş, həmin vəsatətlər ittiham aktı tərtib edildikdən sonra cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə ona cinayət işinin materialları ilə tanış olmaq üçün şərait yaradılmamış, o yalnız cinayət işinin materialları məhkəməyə daxil olduqdan sonra tanış olmuşdur. Qeyd etdikləri təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozuntusu olduğundan, cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Müdafiəçi2 17 may 2023-cü il tarixli, ******* nömrəli vəkil orderin və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru Məhəmməd Tağıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********* nömrəli məktubun kserosurətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə cinayət işinin materiallarını nəzərdən keçirdikdə müəyyən etmişdir ki, cinayət işi üzrə icraat 30 mart 2023-cü il tarixdə başlanmış, dövlət büdcəsinin vəsaiti hesabına xx.xx.2023-cü il tarixdə 512/23 nömrəli vəkil orderi əsasında Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X2 ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılaraq bütövlükdə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçisi qismində müvafiq istintaq hərəkətlərində iştirak etmişdir. Cinayət işi üzrə ittiham aktı 14 iyun 2023-cü il tarixdə təsdiq edilərək Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Lakin müdafiəçi, “Verdiktum” Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün təqdim etdiyi 17 may 2023-cü il tarixli, ******* nömrəli vəkil orderi, vəsatətlər, habelə müvafiq icazə məktubu cinayət işinin materiallarına əlavə olunmamışdır. Məhkəmə həmin xüsusatın dəqiqləşdirilməsi üçün ibtidai istintaq orqanı və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına sorğu ilə müraciət etmiş, ibtidai istintaq orqanı 17 may 2023-cü il tarixli, ******* nömrəli vəkil orderi və vəsatətlərin cinayət işi üzrə ittiham aktı təsdiq edildikdən sonra təqdim olunduğunu bildirsə də, 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-3429/2023 nömrəli məktubunda Müdafiəçi2 Təqsirləndirilən şəxs ilə xx.xx.2023-cü il tarixdə saat 14:40-dan 16:20-dək təcridxanada görüşdüyü qeyd edilmişdir. Məhkəmənin hazırlıq iclasında Dövlət ittihamçısı yazılı vəsatətlə məhkəməyə müraciət edərək Müdafiəçi2 xx.xx.2023-cü il tarixli vəkil orderini ibtidai istintaq orqanına təqdim etdiyinə görə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Məhəmməd Tağıyevin həmin tarixli məktubu əsasında Təqsirləndirilən şəxs ilə Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında görüşsə də, cinayət işinə müdafiəçi qismində buraxılmaması və müdafiəçinin tərtib etdiyi vəsatətlərin cinayət işinin materiallarına əlavə edilməməsi təqsirləndirilən şəxsin aradan qaldırıla bilməyən müdafiə hüququnun pozulması kimi qiymətləndirildiyindən, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması üçün əsas olduğundan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddətinin 1 ay müddətinə uzadılmasını məhkəmədən xahiş etmişdir. Müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə əsasən, bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 13cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Məhkəmə tərkibi cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərək belə qərara gəlir ki, məhkəməyə daxil olmuş cinayət işinə baxılması Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə ciddi əsas vardır. Belə ki, aparılmış ibtidai araşdırma zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri pozulmuşdur. Dövlət ittihamçısı və Müdafiəçi2 vəsatətləri təmin edilməli, cinayət işinin baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə görə, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra məhkəmə bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada eyni zamanda təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı andan 7 (yeddi) gün müddətində qurtardıqda və ya cinayət işi üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə vəsatətlə məhkəməyə müraciət etdikdə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə baxmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs Müdafiəçi2 barəsində seçilmiş həbsdə saxlama müddəti Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 iyul 2023-cü il tarixli qərarı ilə məhkəmənin hazırlıq iclasının nəticələrinə dair qərar qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxsin barəsində əlavə istintaqın aparılması zərurətininin olduğunu, dövlət ittihamçının vəsatətini və ibtidai istintaq zamanı seçilmiş qətimkan tədbirinin seçilməsi əsaslarının hazırda da dəyişmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 31 avqust 2023-cü il tarixədək uzadılmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsasən hesab edir ki, dövlət ittihamçısı və müdafiəçinin vəsatətləri təmin edilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 (bir) ay müddətinə, yəni 31 avqust 2023-cü il tarixədək uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 298-300, 303.1, 303.3.1, 303.4 və 306 və 307-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara alır: Dövlət ittihamçısı və təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 1 (bir) ay müddətinə, yəni 31 avqust 2023-cü il tarixədək uzadılsın. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçtla göndərilməsi təmin edilsin. Sədrlik edən hakim Fərid Namazov Hakimlər Əhməd Quliyev Telman Hüseynov
Məhkəmə qərarları › İş №1(101)-1559/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(101)-1559/2023
31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver