Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1559/2024 10.06.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Fəxri Afiq oğlu oğlunun sədrliyi, X1 və Kərimova Mahirə Nəzər qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X2, Dövlət ittihamçıları-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi sahibkarlıqla məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi ev 4, mənzil 23-də qeydiyyatda olmaqla yaşamış, Nizami rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə əldə edib daşımaqla saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq, külli miqdarda, 4,313 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddəni əldə edib üzərində daşıyaraq saxlamış, 21 noyabr 2023cü il tarixdə saat 20 radələrində Nizami Rayon Polis İdarəsinin 24-cü Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti 81 ünvanında yerləşən Nizami RPİ-nin 24-cü Polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən 01 ədəd sellofan paketdə içində 04 ədəd bükümdə xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan ayrı-ayrılıqda təmiz çəkiləri 1,061 qram, 1,123 qram, 1,063 qram və 1,066 qram olmaqla ümumi təmiz çəkisi 4,313 qram olan külli miqdarda psixotrop maddə metamfetamin və 01 ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan üzərində “Digital scale” yazısı olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 15 ildir ki, ticarətlə məşğul olur. Bakı şəhəri və Respublikanın digər bölgələrində gəzərək müxtəlif ünvanlara ətir satmaqla məşğul olur. Həyatında heç vaxt narkotik vasitə isitifadə etməmiş, ümumiyyətlə, siqaret belə çəkmir. Mağazadan çıxanda kimsə onun qolundan tutmuşdur. Həmin şəxs ona 24-cü Polis Bölməsinin əməkdaşı olduğunu bildirmişdir. O, orada 5 nəfər şəxs görmüşdür. Onu zorakılıqla avtomobilə mindirmişlər. Həmin şəxslər ona artıq sual verməməsini bildirmişlər. Onu kamerasız otağa aparmışlar. Ona qarşı polis əməkdaşları tərəfindən ancaq psixoloji təsir və təzyiqlər olmuşdur. Belə ki, polis əməkdaşları onu ailəsi ilə təhdid etmişlər. Əsas işi görən “Mətləb” adlı şəxs olmuş, narkotik vasitəni isə cibinə qoyan başqa şəxs olmuşdur. Onu 2 nəfər şəxs saxlamamışdır. Toğrul adlı şəxs vurmaq üçün onun üstünə gəlsə də, Mətləb adlı şəxs ehtiyac olmadığını, onun narkotik vasitıəni boynuna götürdüyünü bildirmişdir. Polislər onu maşına mindirəndə və düşürəndə qolunu burmuşlar. O, polis əməkdaşlarından ona qarşı olan qərəzli münasibətin səbəbini soruşduqda, onlar tapşırığın yuxarıdan olduğunu bildirmişlər. 3 saylı təcridxanaya gələn şəxslər ancaq onu dinlə bağlı sorğu-sual etmişlər. Ona “tiktok” sosial şəbəkəsində 2 səhifəsinin olduğunu bildirmişlər. Belə ki, həmin səhifələrdən o, iş və xəbər paylaşmaq məqsədilə istifadə edir. Polis əməkdaşları onu dinlə əlaqəli paylaşımları ilə bağlı sorğu-sual etmişlər. Onun barəsində “həbs” qətimkan tədbiri seçilən zaman o, məhkəmədə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. O, polis əməkdaşlarına Bəhrəmtəpə yolu ilə deyil, Qəbələ-İsmayıllı yolu ilə gəldiyini bildirmişdir. O, Qəbələyə 15 ildir getdiyini, orada evi olduğunu, bir gecə də qaldığını bildirmişdir. O, üzləşdirmə istintaq hərəkəti keçiriləndə hal-hazırda dediklərini şəxsin üzünə demişdir. Ətirləri paylayan digər dindar bir şəxs də narkotik vasitə ilə tutulmuşdur. Həmin şəxs onun dostudur. Həmin oğlan ona Bakı istintaq təcrdxanasından zəng etmiş və həyat yoldaşının ad günü olduğunu bildirərək ondan tort alıb göndərməsini istəmişdir. Düşünür ki, onun tutulmağına səbəb bu hal ola bilər. İbtidai araşdırma zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə ifadəsində göstərmişdir ki, narkotik vasitələrin aludəçisi deyil, Bakı şəhəri və Respublikanın digər bölgələrində gəzərək müxtəlif ünvanlara ətir satmaqla məşğul olur. 21 noyabr 2023-cü il tarixdə saat 13 radələrində İsmayıllı rayonu ərazisində, avtomobil yolunun kənarında meşəlik ərazidə olan restoranların birinin qarşısında idarə etdiyi “Mercedes” markalı **-TG-*** dövlət nömrə nişanlı avtomobili saxlayıb avtomobildən enmiş, həmin yerdə restoran kənarında 01 ədəd ağ rəngli paket tapmışdır. Həmin paketə baxanda isə paketdə 01 ədəd qara rəngli elektron tərəzi və 04 ədəd şəffaf bükümdə ağ rəngli maddələr olduğunu görmüşdür. Həmin bükümlərə baxanda içində “patı” olaraq tanıdığı maddə olmasını aşkar etmişdir. Maraq kəsb etdiyi üçün həmin ağ 4 ədəd büküm və elektron tərəzini özü ilə götürmüş və Bakı şəhərinə qayıtmışdır. Həmin gün saat 20 radələrində idarə etdiyi avtomobili ünvan 5 ünvanın qarşısında saxlayıb, avtomobildən düşərkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşları olmalarını və onun narkotik maddələrin qanunsuz əldə edib saxlamaqda şübhəli olduğunu demişlər və onu 24-cü Polis şöbəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşlarına üzərində narkotik vasitə olmasını etiraf etmişdir. 24-cü Polis şöbəsinə gəldikdən sonra onun üçün dövlət hesabına vəkil dəvət etmişlər. Vəkilin və polis əməkdaşlarının iştirakı ilə şöbədə otaqların birində üzərinə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı o, İsmayıllı rayonu ərazisində tapdığı ağ rəngli sellofan paketdə olan elektron tərəzini və 04 ədəd bükümdə olan “patı” olaraq tanıdığı maddəni, cibində olan “Samsung” markalı mobil telefonu, iki ədəd açarı, 880 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı onda olan mobil telefon, açarlar, elektron tərəzi və 04 ədəd bükümdə olan “patı” olaraq tanıdığı maddə polis əməkdaşları tərəfindən götürülmüşdür. 880 manat pul isə ona geri qaytarılmışdır. İzahat zamanı ona verilən suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən və şöbədə olduğu müddətdə ona qarşı hər-hansı hüquqa zidd qanunsuz hərəkətə yol verilməmişdir. (İş vərəqə 31) Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət əməli ilə bağlı ifadəsi, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, O, 2018-ci ildən daxili işlər orqanlarında çalışır. Əməliyyat qrupu 2 nəfər şəxsdən ibarət olmuşdur. Əməliyyat məlumatının konkret olaraq nədən ibarət olduğunu hadisənin üstündən uzun müddət keçdiyi üçün unutmuşdur. “Emin” adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin gün əməliyyat qrupu yaradılmışdır. 21 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 133 ünvanın yaxınlığında Emin avtomobildən düşən kimi ona yaxınlaşaraq özlərini təqdim etmiş və polis şöbəsinə dəvət etmişlər. Emin onlara heç bir müqavimət göstərməmiş və könüllü şəkildə onlarla polis şöbəsinə getmişdir. Eminin üzərindən tərəzi və 04 (dörd) ədəd büküm metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixi təsir və təzyiq olmamışdır. Eminlə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 21 noyabr 2023-cü il tarixdə əldə etdiyi əməliyyat məlumat ilə ona məlum olmuşdur ki, ünvan 7 ünvanın yaxınlığına gəlib gedən, 40-45 yaşlarında olan, arıq bədən quruluşlu, orta boylu “Emin” adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Əməliyyat məlumatı tərəfindən bir qədər dəqiqləşdirilmiş və “Emin” adlı şəxsin Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi ev 4, mənzil 23-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması və cinayət başında yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı tərəfindən qərar qəbul edilmiş, 24-cü Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 da tərkibinə daxil olduğu əməliyyat qrupu yaradılmışdır. Keçiriləcək əməliyyat-axtarış tədbirləri zamanı davranış xətti və tədbirlər planı izah edilmişdir. Keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdə saat 19-20 radələrində idarə etdiyi “Mercedes-Benz” markalı “Vito” model, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ünvan 7 ünvanına gələcəkdir. Bu səbəbdən onlar həmin ünvanın ətrafında onu gözləməyə başlamışlar. Saat 20 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobili ünvan 9 ünvanının yaxınlığında saxlayıb avtomobildən düşdüyünü görmüşlər. Bu zaman onlar Təqsirləndirilən şəxs yaxınlaşmış, vəsiqələrini ona göstərərək polis əməkdaşı olduqlarını, onun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu səbəbdən də onlarla birlikdə Nizami RPİ-nin 24-cü Polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs ilk öncə tərəddüd etmişdir. O, Təqsirləndirilən şəxs cibinin şiş olmasını gördükdə ondan cibində nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs cibində “narkotik vasitə” olduğunu demiş və onlardan onu buraxmaqlarını bunun əvəzində onlara “hörmət” edəcəyini demişdir. O, Eminin bu tərz danışıqları ilə bağlı ona heç nə deməmiş və bir daha şöbəyə getməli olduqlarını demişdir. Onun idarə etdiyi Təqsirləndirilən şəxs istifadəsində olan “Mercedes- Benz” markalı “Vito” model, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsi ilə 24-cü Polis şöbəsinə gəlmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs şöbəyə gətirilməsi və barəsində tədbir görülməsinə dair raport yazıb onu aidiyyəti üzrə bölmənin baş təhqiqatçısı Nəriman Əzizova təhvil vermişdir. Bir qədər sonra X7 onun, Şahid2, şübhəli şəxs Təqsirləndirilən şəxs vəkili Zabid Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Şəxsi axtarış şöbənin əməkaşı İlqar Məmmədov tərəfindən telefon vasitəsi ilə videoqeydə alınmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, predmet və maddələri təhvil verməyini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofan paketi və üzərində olan özünə məxsus telefon, pul, avtomobil açarı və digər şəxsi əşyaları masanın üzərinə qoymaqla təqdim etmişdir. X7 tərəfindən onun təqdim etdyi əşyalara, o cümlədən 01 ədəd sellofan paketin içərisinə baxış keçirilmişdir. Sellofan paketin içərisindən 01 ədəd elektron tərəzi, 04 ədəd içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan şəffaf bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq bildirmişdir ki, həmin bükümləri 21 noyabr 2023-cü il tarixdə saat bir radələrində İsmayıl rayonu ərazisində avtomobili saxlayarkən görmüş və götürmüşdür. Baxan zaman içərisində “patı adlı narkotik vasitə” olduğunu görmüşdür. Həmin bükümlər təhqiqatçı tərəfindən açılıb baxılmış, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində olan maddə “patı”dır. Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində psixotrop maddə metamfetamin olan 4 ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzlanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd elektron tərəzi təhqiqatçı tərəfindən digər bir kağız zərfə qoyulmaqla qablaşdırılıb, möhürlənmiş və bu zərfin üzəri də iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon və avtomobil açarları götürülmüş, onun üzərindən aşkar edilmiş xatırlamadığı məbləğdə olan pul isə ona geri qaytarılmışdır. Sonda bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, düz olduğu üçün iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Bir qədər sonra təhqiqatçı onun, Şahid2, Təqsirləndirilən şəxs, onun vəkili Zabid Məmmədovun və hal şahidi qismində dəvət edilmiş adlarını xatırlamadığı şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs istifadəsində olan “Mercedes-Benz” markalı “Vito” model, **-TG-*** dövlət qeydiyyat nişanlı avtombilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin içərisində olan göy rəngli idman çantasının içərisindən xatırılamadığı məbləğdə pulu çıxarıb təqdim etmiş, həmin pul təhqiqatçı tərəfindən götürülmüşdür. Sonda bu barədə protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru olduğu üçün iştirakçılar, o cümlədən onun tərəfindən imzalanmışdır. Dindirmə zamanı ona verilən “Patı” dedikdə nə nəzərdə tutulur?” sualına cavab olaraq bildirmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olan şəxslər öz aralarında psixotrop maddə metamfetamini “patı” kimi adlandırırmışlar. Ona verilən digər suala cavab olaraq bildirmişdir ki, onda olan digər məlumata görə Təqsirləndirilən şəxs psixotrop maddələrin satışını həyata keçirir. O, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini İsmayıllı rayon ərazisindən tapmasını bildirmişdir. Lakin bu yalandır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metafetamini hazırda adı ona məlum olmayan şəxsdən satış məqsədi ilə almışdır. O, barədə əlavə məlumat əldə etdikdə istintaqa bildiriləcəkdir. Təqsirləndirilən şəxs saxlanılarkən, şöbəyə gətirilərkən, şöbədə olarkən o və ya digər əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs qarşı pis rəftara yol verilməmiş, ona qarşı psixi, fiziki, psixoloji və ya digər növ təziqlər edilməmişdir. Onu saxladıqdan sonra şöbəyə gətirib təhqiqatçıya təhvil vermişlər. (İş vərəqə 132-135) Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, “Emin” adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra əməliyyat qrupu yaradılmışdır. 21 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov 133 ünvanın yaxınlığında Emini gözləmişlər. Emin “Mercedes” markalı avtomobillə gəlmişdir. Eminə yaxınlaşaraq özlərini təqdim etmiş və onu polis şöbəsinə dəvət etmişlər. Əməliyyat qrupunun rəhbəri Şahid1 olmuşdur. Emini axşam saat 19-20 radələrində saxlamışlar. Emin onlara müqavimət göstərməmişdir. Eminin üzərindən tərəzi və metamfetamin aşkar edilmişdir. Emini hansı maşınla gətirdiklərini xatırlamır. Eminə qarşı onun və ya digər polis əməkdaşı tərəfindən təzyiq olmamışdır. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 iş üzrə şahid qismində dindirilmiş Şahid1 ibtidai araşdırma zamanı verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (İş vərəqə 1) xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, “Emin” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (İş vərəqə 3) xx.xx.2023-ü il tarixli “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə şəxsiyyətinin və yaşadığı ünvan müəyyən edilərək yoxlanılmasından ötrü əməliyyat qrupu yaradılmışdır. (İş vərəqə 4-5) xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Polis İdarəsinin 24-cü PŞ-nin əməkdaşları tərəfindən həmin gün saat 20 radələrində ünvan 10 ünvanının yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmişdir. (İş vərəqə 9) xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan” görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 20:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. (iş vərəqə 11,19) xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan (həmin protokola əlavə olunmuş videoçəkilişinin köçürüldüyü bir ədəd “DVD” diskdən) görünür ki, Bakı şəhəri, Nizami RPİ-nin 24-cü PŞ-nin baş təhqiqatçısı, polis mayoru Nəriman Əzizov tərəfindən xidməti otaqda həmin şöbənin əməkdaşları Şahid1, Şahid2 və 06 saylı vəkil bürosunun vəkili Zabid Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Baş X7 şəxsi axtarışa başlamazdan əvvəl iştirakçları təqdim etmiş və şübhəli şəxs Təqsirləndirilən şəxs anket məlumatlarını dəqiqləşdirmişdir. Təhqiqatçı tərəfindən ona şübhənin mahiyyəti bir daha izah edilmiş, nədə şübhəli olduğu bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs şübhənin mahiyyətinin ona aydın olduğunu bildirmişdir. O, polis tərəfindən saxlanılan zaman üzərində narkotik vasitələrin olmasını polis əməkdaşlarına etiraf etdiyini bildirmişdir. Saxlanılan zaman ona qarşı hər-hansı fiziki zorakılıq və ya təzyiq olmadığını bildirmişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri ona aydındır. Ona üzərində olan qanunla qadağan edilmiş əşya və ya maddələri təhvil verməsi təklifindən sonra əlini əynində olan şalvarının sağ yan cibinə salıb cibindən bir ədəd sellofan bağlamanı, əlini şalvarının sol arxa cibinə salıb oradan bir ədəd mobil telefonu, şalvarının bel hissəsindən açarı, əynində olan şalvarın sol yan cibindən bir miqdar pulu masanın üzərinə qoymaqla təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim edilən əşyalara baxış keçirilmişdir. O, təqdim etdiyi açarın öz istifadəsində olan “Mersedes” markalı avtomobilin açarları olduğunu bildirmişdir. Onun təqdim etdiyi “Samsung” markalı mobil telefona zahiri baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi pullar təhqiqatçı tərəfindən sayılmış və pulun miqdarının 880 manat olduğu müəyyən edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi 01 ədəd ağ rəngli sellofan paketin içərisinə baxılmışdır. Təhqiqatçı həmin paketin içərisindən bir ədəd qara rəngli elektron tərəzi aşkar etmişdir. Bundan başqa həmin paketin içərisindən 04 ədəd şəffaf sellofan büküm aşkar edilmişdir. Həmin bükümlərin hər biri təhqiqatçı tərəfindən açılaraq baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metafetaminə bənzər maddə olduğu müəyyən edilmişdir. Təhqiqatçı tərəfindən həmin büküm içərisində nə olması ilə bağlı Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, bu bükümü bu gün günorta saat 1 radələrində İsmayıllı ərazisində meşə kənarında avtomobili saxlayarkən görmüş və maraq doğurduğu üçün götürmüşdür və içərisində “narkotik vasitə”nin olduğunu görmüşdür. Təhqiqatçı tərəfindən verilmiş “bu narkotik vasitəni necə tanıyırsız” sualına cavab olaraq “patı” kimi tanıdığını bildirmişdir. Təhqiqatçı tərəfindən ona izah edilmişdir ki, onun üzərindən aşkar edilmiş 04 ədəd sellofan bükümdə olan maddə və bir ədəd elektron tərəzi iş üçün əhəmiyyət kəsb etdiyindən zərfə qoyularaq qablaşdırılıb götürüləcək və tərkibi və çəkisinin müəyyən edilməsi üçün müvafiq ekspertizaya təqdim ediləcəkdir. İstintaq hərəkətinin davamında Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər 4 ədəd büküm zərfə qoyulmuş, Daxili İşlər Nazirliyinin 164 №-li möhüri ilə möhürlənmiş, qablaşmanın tamlığı Təqsirləndirilən şəxs tərəfindən yoxlanılmış və zərfin üzəri onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa onun üzərindən aşkar edilmiş üzərində “Digital Scale” yazıları olan bir ədəd elektron tərəzi başqa bir kağız zərfə qoyulmaqla qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 164 nömrəli möhürü ilə möhürlənmiş, qablaşdırmanın tamlığı Təqsirləndirilən şəxs tərəfindən yoxlanıldıqdan sonra onun tərəfindən və digər iştirakçılar tərəfindən imzalanmaqla təsdiqlənmişdir. Onun üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən qeyd edilənlərdən başqa dövriyyəsi qanunla qadağan edilmiş və ya məhdudlaşdırılmış əşya, maddə və ya predmet aşkar edilməmişdir. Onun üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işi materiallarına əlavə olunmuşdur. (İş vərəqə 27-28) xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Fətullayevin idarə etdiyi “Mercedes Vito” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı həmin avtomobildə olan göy rəngli idman çantasının içindən götürdüyü 5226 (beş min iki yüz iyirmi altı) manat pul təhqiqata təqdim edilmiş, həmin pul vəsaiti iş üçün əhəmiyyət kəsb edə biləcəyindən götürülmüş, sayılmış və zərfə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı qeyd edilən avtomobildə iş üçün sübut əhəmiyyəti kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. (iş vərəqə 32-33) Məhkəmə-kimyəvi ekspertizasının 22 noyabr 2023-cü tarixli 3-16-16/2-6/6110 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №164” dairəvi möhür əksi “Təqsirləndirilən şəxs tədqiqata təqdim etdiyi maddələr, şübhəli şəxs Təqsirləndirilən şəxs imza” sözləri və imzalar olan zərfdə 4 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,061 qram, 1,123 qram, 1,063 qram, 1,066 qram ümumi təmiz çəkisi 4,313 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olub, kustar üsulla hazrılanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN-in zərflər üçün N164” nömrəli dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs tədqiqata təqdim etdiyi tərəzi şübhəli şəxs Təqsirləndirilən şəxs (imza)” sözləri və imzalar olan zərfdəki bir ədəd üzərində “Digital scale” yazısı olan qara rəngli elektron tərəzinin üzərində metamfetamin izləri vardır. İz şəkilində olduğu üçün, metamfetaminin təmiz çəkisinin müəyyən etmək mümkün deyildir. QEYD: Metamfetaminin ümumi təmiz çəkisi 4,313 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 4,113 qram. (iş vərəqə 39-42) xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan olunmuşdur. (iş vərəqə 51-52) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(007)-476/2023 saylı (hakim N.Mehdiyev) qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. (iş vərəqə 78-80) Bakı şəhəri Nizami Rayon Prokurorluğunun 29 dekabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Nizami RPİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə göstərdiyi xüsusatlar təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. (iş vərəqə 128-129) "xxxx" MMC-dən göndərilmiş diskə baxış keçirilməsi haqqında” 02 fevral 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı iş üçün əhəmiyyətli hər-hansı məlumata rast gəlinməmişdir. (iş vərəqə 141) DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vərəqə 142-143) Məhkəmə-narkoloji ekspertizasının 22 dekabr 2023-cü il tarixli 8395 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmamışdır, hal-hazırda müayinə zamanı Fətullayev X4 xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə 147-148) “Sübutların qiymətləndirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişiklik edilmədən qüvəsində qalmış, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 4,313 qram metamfetaminin 0,2 qramı tədqiqata sərf edildikdən sonra qalıq qalan 4,113 qram psixotrop maddə metamfetamin, üzərində “Digital scale” yazısı olan elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Nizami RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin mənbəyinə dair ********* nömrəli cinayət işinin materiallarından ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin qeydinin tətbiqi rədd edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy S23+” markalı mobil telefonda iş üçün əhəmiyyətli məlumatlar olmadığından Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmış, Təqsirləndirilən şəxs istifadəsində olan **-TG-*** dövlət qeydiyyat nişanlı “Mercedes-Vito” markalı avtomobilin və avtomobilin açarlarının onun ərizəsi əsasında X6 təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Mercedes-Vito” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 5226 (beş min iki yüz iyirmi altı) manat pulun onun ərizəsi əsasında atası X3 təhvil verilməsi nəzərə alınmışdır. (iş vərəqə 155-163) Cinayət işinin materiallarından başqa cinayət işi ayrılması və ayrılmış cinayət işinin icraata qəbul edilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi psixotrop maddənin mənəsinə dair ********* nömrəli cinayət işindən ayrıca icxraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. (iş vərəqə 165) AZ-İ№542483 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2009-cu il tarixdə X8 ilə rəsmi nikah qeydi bağlamışlar. AZE 11195784 saylı şəxsiyyət vəsiqəsindən xx.xx.2010-ci il tarixdə anadan olmuş Zəhra adlı uşağın atası Təqsirləndirilən şəxsdur. AA ******* saylı saylı şəxsiyyət vəsiqəsindən xx.xx.2013-cü il tarixdə anadan olmuş Zeynəb adlı uşağın atası Təqsirləndirilən şəxsdur. Bakı şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi 12 saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi xx.xx.2024-cü il tarixli, 436 saylı xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə Cinayət Prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən əldə olunan sübutların mötəbərliyi, mümkünlüyü və mənsubiyyəti şübhə doğurmasa da, ibtidai istintaq orqanının həmin sübutların qiymətləndirilməsi nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamla bağlı gəldiyi yekun qənaət, yəni təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin məhz 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair gəldiyi nəticə əsaslı olmamışdır. Belə ki, şəxsin əməlində cinayət (əməlinin) tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin məzmununa (dispozisiyasına) görə həmin cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə sübut edilməli olan hallardan biridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri qanunsuz olaraq əldə etmə, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama, narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi daşınma kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edilən qərarları, tövsiyələri, həmçinin Cinayət Prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş psixotrop maddənin yalnız çəkisi (miqdarı), dörd büküm halında olması və işlək vəziyyətdə olub-olmaması ibtidai istintaq orqanı tərəfindən araşdırılmayan elektron tərəzinin mövcudluğu təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən mötəbər dəlillər (sübut) kimi qəbul oluna bilməz və təqsirləndirilən şəxsin psixotrop maddələri satış məqsədilə əldə edib saxlamaqla daşıması barədə nəticəyə gəlinməsi üçün kifayət etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin psixotrop maddəni narkotik vasitəni satmaq məqsədində (niyyətində) olması müəyyən edilərkən başqa sübutlarla və psixotrop maddənin - narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə məqsədin olmasını təsdiq edən başqa hallar, yəni başqa istehlakçı və ya istehlakçıların olması, təqsirləndirilən şəxsin onunla əvvəlcədən sövdələşməsi, psixotrop maddələrin çəkilib xırda bağlamalara bükülməsi isə ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs konkret olaraq psixotrop maddənin satışını həyata keçirərkən saxlanılmamış, üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan sübutlar, o cümlədən aşkar olunan psixotrop maddənin miqdarı, həmin psixotrop maddənin bükümlərdə, özü də əvvəlcədən hazırlanaraq eyni çəkilərdə olan xırda bükümlərə bölünməməsi, təqsirləndirilən şəxsin evindən, həyətyanı sahəsindən və ya avtomobilindən əlavə psixotrop maddənin aşkar olunmaması onu deməyə əsas verir ki, təqsirləndirilən şəxsdən aşkar olunan psixotrop maddə satış məqsədi ilə deyil, məhz şəxsi istifadə üçün əldə olunaraq saxlanılmışdır. Göründüyü kimi cinayət işinin materiallarında təqsirləndirilən şəxsin psixotrop maddənin satışı ilə məşğul olmasını, aşkar olunan psixotrop maddəni satmaq məqsədi ilə əldə etməsini, onu satmaq üçün bükümlərə ayırmasını, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut mövcud deyildir. Bundan əlavə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarda və bütövlükdə işin materiallarında təqsirləndirilən şəxs tərəfindən ondan aşkar edilmiş psixotrop maddəni əvəzli və ya qazanc əldə etmək məqsədi ilə yayılmasına yönəlmiş hər hansı hərəkətin edilməsini təsdiq edən heç bir sübut aşkar olunmamışdır. Bundan başqa, təqsirləndirilən şəxsdən aşkar olunan elektron tərəzi də ibtidai araşdırma orqanı tərəfindən yoxlanılmamış, həmin tərəzinin işlək vəziyyətdə olubolmaması müəyyən edilməmişdir. Bununla yanaşı, Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2023-cü tarixli 3-16- 16/2-6/6110 rəyindən müəyyən olunur ki, təqsirləndirilən şəxsdən aşkar olunmuş elektron tərəzidə iz şəkilində olan metamfetamin ondan aşkar olunmuş dörd ədəd bükümdə olan metamfetaminin kimyəvi tərkib komponentlərinə görə eyni olub-olmaması müəyyən edilməmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı məhz psixotrop maddənin miqdarını, dörd bükümdə olmasını nəzərə alaraq və işlək vəziyyətdə olması sual altında olan elektron tərəzinin də mövcudluğunu əsas götürərək, əlavə sübut toplamadan, real satış həyata keçirilərkən təqsirləndirilən şəxsi saxlamadan, digər əməliyyat tədbirləri həyata keçirmədən, ehtimala əsaslanmaqla təqsirləndirilən şəxsə qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə görə hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 25.3-cü maddəsinə görə hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab gəlir ki, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif olunmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsaslı olmamışdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutların məcmusuna əsasən onun Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı və ibtidai istintaq zamanı təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin ona məxsus olmadığını, üzərinə qoyulduğunu, şəxsi istifadəsi üçün əldə etmədiyini və belə bir fikrinin olmadığını, həmçinin polis bölməsində polis əməkdaşları tərəfindən ona psixoloji təzyiqlər edildiyini bildirsə də, həmin dəlillərin yoxlanılması zamanı təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar şahid ifadələri, şəxsi axtarış (baxış) protokolu, habelə toplanmış digər sübutlarla (istintaq materialları ilə) tam təkzib edilmişdir. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edən mötəbər sübutlar məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlarla bağlı olaraq məhkəmə bildirir ki, təqsirləndirilən şəxs tutularkən onun müdafiə hüququ təmin edilərək müdafiəçi ilə təmin edilmiş, müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış (baxış-götürmə) keçirilmiş və axtarışın nəticəsinə dair müvafiq protokol tərtib edilmişdir. Bununla yanaşı, təqsirləndirilən şəxs onun üzərindən aşkar edilmiş psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşımasını ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi ilə səmimi etiraf etmişdir. Qeyd olunanlara əsasən də, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsinə dair ifadəsinə, həmçinin üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddənin ona məxsus olmaması, onu şəxsi istifadəsi üçün əldə etməməsi və polis əməkdaşları tərəfindən saxlanılarkən polislərin ona psixoloji təzyiqlər etməsi barədə verdiyi ifadəsinə (həmin hissədə) tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uygun deyil və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə onun ifadələrinin həmin hissəsini özünü müdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş həqiqəti əks etdirməyən ifadələr kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin mərhələsində ifadəsində bildirdiklərini, yəni psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadələsini səmimi ifadələr kimi qəbul edir və həmin ifadələrdə göstərilən xüsusatların həm işin faktiki halları ilə, həm də mövcud sübutlarla üst-üstə düşdüyü qənaətinə gəldiyindən, həmin ifadələri (xüsusatları) həqiqəti əks etdirən ifadələr kimi qəbul edərək ittihamın əsasına qoyur. Yuxarıda sadalananlara əsasən də, məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadəsini (psixotrop maddəni qanunsuz olaraq əldə edib saxlamaqla daşıması ilə bağlı ifadəsini), şahidlərin ifadələrini, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəyini və digər sənədləri də sübut kimi qəbul edir və həmin sübutları əsaslı, mötəbər və mümkün hesab edir. Məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin başvermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Belə ki, qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Həmin Məcəllənin 21.3-cü maddəsinə gərə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə görə şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145-ci maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə şərh edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən, Avropa məhkəməsinin vəsifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib - qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla, bütövlükdə prosesin ədalətli olubolmadığını müəyyən etməkdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə, onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X12rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq ,yəni qanuni yolla əldə olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özünün ifadəsi (ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi ifadəsi) ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə və qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmin Məcəllənin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyinə görə, hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarında qeyd olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Beləliklə, təqsirləndirilən şəxsə cəza təyini məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, Cinayət Məcəlləsinin tələblərinə görə təqsirləndirilən şəxsin şəxsiyyəti, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmasını, cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və digər halları nəzərə alaraq cəza təyin etməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi xasiyyətnamədən, habelə digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü Zəhra Fətullayeva və xx.xx.2013-cü il təvəllüdlü Zeynəb Fətullayeva adlı uşaqları vardır. ünvan 11 ünvanında yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində heç bir inzibati orqan və qonşular tərəfindən ərizə, şikayət daxil olmamış, onun məhəllədaxili tədbirlərdə yaxından iştirak etdiyi və nizam-intizamı ilə qonşular arasında özünə dərin hörmət qazanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyini ilə bağlı məsələni müzakirə edərək, onun təqsirli bilindiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, habelə onun şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi əsaslı və ədalətlidir. Belə ki, Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə məhkəmə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini və təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs azadlıqdan məhrum olunmasını onun özünü cəmiyyətdən təcrid olunma hissinin güclənməsinə və cəmiyyət tərəfindən qəbul oluna bilməsi inamının sarsılmasına, ailə üzvlərinin maddi-mənəvi durumunun ağırlaşacağına səbəb olacağını hesab edir. Məhkəmə qeyd edilənləri və Təqsirləndirilən şəxs cəzasını yuxarıda sadalanan yüngülləşdirən halların məcmusunu, xüsusilə onun müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin və özünün ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan hallar kimi qəbul edir və Cinayət Məcəlləsinin 62-ci maddəsinə uyğun olaraq həmin halları müstəsna hal kimi qəbul edərək CM-in 62.1-ci maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə ittiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə eyni zamanda “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamında şərh olunan tövsiyələri nəzərə alır və Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmanı mümkün hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində 23 noyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 noyabr 2023-cü il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs götürülərək Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlama otağında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,113 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri təyin edilməsi üçün əsas müəyyən edilmədi. Məhkəmə Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq belə nəticəyə gəlir ki, 114 (bir yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak müəyyən olunmamış, həmçinin iş üzrə mülki iddia verilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla o, 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 noyabr 2023-cü il tarixdən hökm çıxarılanadək həbsdə saxlanıldığı 06 (altı) ay 20 (iyirmi) gün bir günə iki gün hesabı ilə hesablanmaqla 01 (bir) il 01 (bir) ay 10 (on) gün kimi nəzərə alınsın, həmin müddət ona təyin edilmiş 3 (üç) il azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı və Abşeron şəhərləri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə mindikdən sonra, iş üzrə maddi sübut kimi tanınmış Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4,113 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə edilməli olan digər əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim Fəxri Məmmədov Hakimlər Anar Sadıqov Mahirə Kərimova
Məhkəmə qərarları › İş №1(101)-1559/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1559/2024
10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver