Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-156/2020 21.02.2020 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Mikayılov Eldar Əli oğlu Hakimlər Abasov Əliövsəd Məzahir oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X25, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı Zərərçəkmiş şəxs - X3 nümayəndəsi Nümayəndə, Müdafiəçilər- Azərbaycan Respublikası Vəkillər kollegiyası fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkilləri- X17 və Müdafiəçi1 iştirakları ilə, 14mart 1989-cu ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə xx xxxx 1990-cı ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli və orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə xx xxxxxxx 1990-cı ildə Lənkəran rayonu, Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayaraq külli miqdarda ziyan vurmaqla oğurluq etmiş, həmçinin hər biri öz növbəsində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı olmaqla bununla bağlı ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş qərarla barəsində cinayət təqibinə xitam verilmiş Şahid14 sonuncunun qohumu X4 imkanlı şəxs olması barədə məlumatı eşitdikdən sonra Vüqar Səfərova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində yerləşən 14 nömrəli binanın 21 saylı mənzilində külli miqdarda pul vəsaitinin saxlandığını ehtimal etdiyindən tanışları Şahid14 və bununla bağlı ibtidai istintaq orqanı tərəfindən qəbul edilmiş qərarla barəsində cinayət təqibinə xitam verilmiş Şahid15 ilə həmin mənzilə qanunsuz daxil olub orada saxlanılması ehtimal edilən külli miqdarda pulu oğurlamaq və cinayət yolu ilə əldə ediləcək pul vəsaitini aralarında bölmək barədə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 Şahid15 və Şahid14lə birlikdə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının həyətinə gələrək ətraflı müşahidə aparmaqla oğurluq edəcəkləri yerin mövcud şəraitini öyrənib cinayətin törədilməsində hər birinin rolunun nədən ibarət olacağını dəqiqləşdirmiş və aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən oğurluq etməyi planlaşdırdıqları mənzilə 8-ci mərtəbədəki yaşayış olmayan təmirsiz mənzilin eyvanından düşmək üçün kəndir, elektrik burğu aləti və dəmirkəsən qayçı əldə etdikdən və cinayəti törədəcəkləri yerə gedib-gəlmək üçün Bakı şəhərində fəaliyyət göstərən avtomobillərin kirayəsi məntəqələrindən birindən dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Chevrolet Aveo” markalı avtomobili icarəyə götürdükdən sonra xx xxxxxxxx 2017-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 idarə etdiyi həmin kirayə götürdüyü avtomobillə Şahid15 və Şahid14lə birlikdə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının yanına getmişlər. Binanın blokunun giriş qapısı şifrəli domofon quraşdırıldığından bağlı olduğu üçün əvvəlcə Təqsirləndirilən şəxs1 sakinlərdən biri giriş qapısını açdığı vaxt bundan istifadə edib bloka daxil olmuş, daha sonra o, blokun giriş qapısını içəridən açıb Şahid15 də içəri daxil olmasına şərait yaratmış, Şahid14 isə mənzil sahibinin və ya qohumlarının gələcəyi, yaxud digər təhlükənin olduğu halda onlara məlumat vermək məqsədi ilə küçədə dayanıb gözləmişdir. Təqsirləndirilən şəxs1 və Şahid15 birlikdə oğurluq etməyi planlaşdırdıqları 7-ci mərtəbədəki Vüqar Səfərova məxsus 21 saylı mənzilin üstündə 8-ci mərtəbədəki yaşayış olmayan təmirsiz mənzilin giriş qapısını açıb içəri daxil olmuş, əvvəlcədən hazırladıqları plana uyğun şəkildə oğurluğu həyata keçirmək istəsələr də onları aşağıda gözləyən Şahid14 başlamış olduqları həmin cinayəti davam etdirməkdən tamamilə və həmişəlik əl çəkərək həmin cinayəti başa çatdırmaqdan könüllü olaraq qəti imtina etmiş, həmçinin xx xxxxxxxx 2017-ci il tarixdə saat 01 radələrində Şahid14 Şahid15 və Təqsirləndirilən şəxs1la aralarında olan telefon danışığı və sms yazışması zamanı özünün bu cinayəti başa çatdırmaqdan qəti imtina etdiyini, Təqsirləndirilən şəxs1 da cinayət törətməkdən imtina etməsinə nail olmaq üçün mənzildə hər hansı məbləğdə pul olmadığını, siqnalizasiya sisteminin quraşdırıldığını, birlikdə gəldikləri avtomobili idarə edib oradan uzaqlaşdığını bildirib onları da həmin cinayəti başa çatdırmaqdan imtina etməyi və oğurluq üçün apardıqları alət və vasitələri də götürüb mənzili tərk etməyi tələb etmişdir. Bundan sonra Şahid15 də oğurluq etmək istəmədiyini Təqsirləndirilən şəxs1 deyib hündürlükdən qorxduğunu bəhanə edərək başlamış olduqları həmin cinayəti davam etdirməkdən tamamilə və həmişəlik əl çəkməklə həmin oğurluq cinayətini başa çatdırmaqdan könüllü olaraq qəti imtina etmişdir. Təqsirləndirilən şəxs1 isə Şahid15 və Şahid14 birgə başlamış olduqları oğurluq cinayətini davam etdirməkdən tamamilə və həmişəlik əl çəkməklə bağlı tələblərinə əsasən sonuncuları inandırmaq üçün özünün də bu cinayəti başa çatdırmaqdan qəti imtina etdiyini yalandan bildirib cinayətin alət və vasitələrini atdığı barədə uydurma məlumat bildirsə də, faktiki olaraq cinayətkar niyyəti üzərində dayanıb oğurluğu başa çatdırmaqdan könüllü olaraq imtina etməyərək sonradan tanışı Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 ilə birgə həmin cinayəti törətmək üçün öz cinayətkar fəaliyyətini müvəqqəti dayandıraraq digər iştirakçılar olmadan cinayəti tək halda başa çatdırmağın mümkünsüz olduğunu dərk edib daha yaxşı hazırlaşmaq məqsədi ilə onu davam etdirməyi başqa vaxta təxirə salaraq özü ilə gətirdiyi kəndir, elektrik burğu aləti və dəmirkəsən qayçını növbəti dəfə daha münasib vaxtda və şəraitdə yeni iştirakçılarla birgə oğurluğu başa çatdırmaq niyyəti ilə həmin mənzildə tikinti materiallarının altında gizlətməklə saxlayıb həyətə düşərək oradan çıxıb getmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 vahid qəsdlə əhatə olunan cinayətkar niyyətindən çıxış edərək hazırlaşdığı oğurluq cinayətini başa çatdırmaq məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 və həmkəndlisi Təqsirləndirilən şəxs3lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə xx xxxxxxx 2017-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 Bakı şəhərində fəaliyyət göstərən avtomobillərin kirayəsi məntəqələrindən birindən icarəyə götürdüyü dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Flyundai Sonata” markalı avtomobillə özü tək ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısına gəlmiş, binanın blokunun giriş qapısı şifrəli domofon quraşdırıldığından bağlı olduğu üçün əvvəlcə Təqsirləndirilən şəxs1 sakinlərdən biri giriş qapısını açdığı vaxt bundan istifadə edib bloka daxil olub oğurluq etməyi planlaşdırdıqları 7-ci mərtəbədəki Vüqar Səfərova məxsus 21 saylı mənzilin üstündə 8-ci mərtəbədəki yaşayış olmayan təmirsiz mənzilin giriş qapısını açıb içəri daxil olmuş və gecə saatlarına kimi orada qalıb havanın qaralmasını gözləmiş, aralarında olan razılaşmaya əsasən 2018-ci ilin oktyabr ayının 28-dən 29-na keçən gecə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 naməlum taksi avtomobili ilə ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının qarşısına gəlmiş, Təqsirləndirilən şəxs1 blokun giriş qapısını içəridən açıb Təqsirləndirilən şəxs3 və qardaşı Təqsirləndirilən şəxs2 içəri daxil olmasına şərait yaratmış, sonradan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə oğurluq etməyi planlaşdırdıqları 7ci mərtəbədəki Vüqar Səfərova məxsus 21 saylı mənzilin üstündə 8-ci mərtəbədəki yaşayış olmayan təmirsiz mənzilin giriş qapısını açıb içəri daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 bir müddət əvvəl həmin mənzildən oğurluq etmək istədiyi vaxt mənzildə gizlədərək saxladığı kəndir, elektrik burğu aləti və dəmirkəsən qayçını özləri ilə götürüb Təqsirləndirilən şəxs1 köməkliyi ilə kəndirlə eyvandan aşağı 7-ci mərtəbədəki Vüqar Səfərova məxsus 21 saylı mənzilin eyvanına düşüb oradan isə pəncərədən keçməklə içəri qanunsuz daxil olaraq, yataq otağındakı şkafın içərisindəki dəmir seyfin yan divarını özləri ilə gətirdikləri burğu aləti və dəmirkəsən qayçıdan istifadə etməklə kəsib seyfin içərisində saxlanılan mənzil sahibinin əmisi X5 məxsus həmin dövrün məzənnəsi ilə ******* (bir milyon dörd yüz qırx beş min yüz yetmiş) manat təşkil edən 850000 (səkkiz yüz əlli min) ABŞ dolları pul vəsaitini gizli olaraq talayaraq külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda beş ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram, 0,979 qram, 0,956 qram, 0,988 qram və 0,980 qram olmaqla, ümumilikdə 4,928 (dörd tam, mində doqquz yüz iyirmi səkkiz) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxxxxxxx 2018-ci il tarixdə saat 00:20-də ünvan 2 ünvanında yerləşən “Şuşa” restoranının qarşısında saxlanılaraq üstünə baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi beş ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram, 0,979 qram, 0,956 qram, 0,988 qram və 0,980 qram olmaqla, ümumilikdə 4,928 (dörd tam, mində doqquz yüz iyirmi səkkiz) qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, öz növbəsində Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda dörd ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,902 qram, 0,890 qram və 0,860 qram olmaqla, ümumilikdə 3,712 (üç tam, mində yeddi yüz on iki) qram çəkidə narkotik vasitə heroini əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx xxxxxxxx 2018-ci il tarixdə saat 10:05-də ünvan 4 ünvanında yerləşən evin qarşısında saxlanılaraq üstünə baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi dörd ədəd sellofan bükümlərdə ayrı- ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,902 qram, 0,890 qram və 0,860 qram olmaqla, ümumilikdə 3,712 (üç tam, mində yeddi yüz on iki)qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, öz növbəsində Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,148 qram və 1,617 qram olmaqla, ümumilikdə 3,765 (üç tam, mində yeddi yüz altmış beş) qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşımaqla saxlamış, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, xx xxxxxxxx 2018-ci il tarixdə saat 16:00-da ünvan 5 ünvanında yerləşən evin qarşısında saxlanılaraq üstünə baxış keçirilərkən polis əməkdaşlarının təklifindən sonra Təqsirləndirilən şəxs3 əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən çıxarıb təqdim etdiyi iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,148 qram və 1,617 qram olmaqla, ümumilikdə 3,765 (üç tam, mində yeddi yüz altmış beş) qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, 2017-ci ilin mart ayında Bakı şəhərində Babək prospektindəki Bəhruzun qohumu Qadirin icarəyə götürüb işlətdiyi “Dədəmin” kafesində Şahid15 və Şahid14 ilə görüşmüşdür, üçü oturub çörək yeyən zaman maddi çətinlikdən, pulsuzluqdan aralarında söhbət düşmüşdür. Həmin vaxt Şahid14 maddi çətinlikdən və pulsuzduqdan şikayətlənərək Vüqar adlı qohumunun yaxşı imkanı olmasına baxmayaraq, ona satdığı avtomobilin pulunu tam ödəmədiyindən danışmışdır. Söhbət zamanı Şahid14 Vüqar adlı qohumundan narazı və incik qalmasını bildirmişdir. Qərara gəlmişdir ki, Samirin xəbəri olmadan Vüqar adlı şəxs barəsində maraqlansın. Maraqlandıqda ona məlum olmuşdur ki, Vüqarın Bakı şəhərində əla təmirli evi var, özü Naxçıvan Muxtar Respublikasında yaşayır və imkanlı şəxsdir. Sonradan Şahid14lə görüşərkən Vüqar adlı qohumunun evindən oğurluq etməyin mümkün olduğunu deyib həmin mənzilin yerini ondan soruşmuşdur. Lakin Samir onun dediyi sözlərə etiraz edib Vüqarın evindən oğurluq etməyə razılıq verməmiş və mənzilin yerləşdiyi yer barəsində də ona heç bir söz deməmişdir. X39 adlı qohumunun evinin Bakı şəhərində «Niaqara» restoranın yaxınlığında yerləşməsini bildirmişdir. Sonradan o, Vüqar adlı şəxs barəsində maraqlanıb öyrənməyə başlamışdır. Həmin söhbətdən bir neçə ay sonra, yəni 2017-ci ilin təxminən avqust ayında yenidən Samir və Bəhruzla görüşərkən Vüqar adlı şəxsin evinin yerini öyrəndiyini, həmin evdə heç kimin yaşamadığını, Vüqarın arada-sırada Bakı şəhərinə gəldiyini, buna görə evə rahatlıqla daxil olub oradan oğurluq etməyin mümkün olduğunu demişdir. O, bu məlumatları Samirə demişdir. O, Samirə qohumu Vüqara məxsus evdən oğurluq etməyi təklif etdikdə ilk olaraq Şahid14 razılıq verməmişdir. Çox israr etdiyindən, eləcə də maşın məsələsinə görə Vüqardan incik qaldığına görə sonradan Samir razılıq vermişdir. O, Şahid14 həmin evdə pul və ya qiymətli əşyanın olub-olmadığını soruşmuşdur. Samir isə Vüqarın evində hansı məbləğdə pul və ya qiymətli əşya olub-olmaması barədə məlumatının olmadığını, ancaq Vüqarın imkanlı şəxs olduğuna görə həmin evdə pul və ya qızıl-zinət əşyalarının olmasını ehtimal etdiyini bildirmişdir. Bundan sonra onun təklifi ilə bir dəfə üçü birlikdə Vüqara məxsus mənzilin yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 14 saylı binanın yanına getmişlər. Həmin vaxt o, oğurluq edəcəkləri mənzilin 7-ci mərtəbədə yerləşdiyini, Bəhruzla birlikdə 8-ci mərtəbədəki təmirsiz evin balkonundan kəndirlə mənzilə düşüb oğurluğu həyata keçirəcəklərini, Şahid14 isə həyətdə dayanıb onları gözləyəcəyini demişdir. Onu da qeyd etmişdir ki, o, əvvəl özü bir neçə dəfə Vüqara məxsus mənzilin yerləşdiyi binaya gələrək 7-ci mərtəbəyə qalxmışdır. Mənzilin giriş qapısını açıb mənzilə daxil olmanın mümkün olmadığını, mənzilə 8-ci mərtəbədəki təmirsiz evin balkonundan kəndirlə düşmənin yolunu tapmışdır. xx xxxxxxxx 2017-ci il tarixdə saat 18-19 radələrində o, Samir ilə birlikdə avtomaşında oğurluq edəcəklər ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının yanına gəlmişlər. O, maşından düşüb binaya yaxınlaşmış və binanın sakinlərindən biri damafonun kodunu yığıb içəri keçərkən onun arxasınca binaya daxil olub yuxarı 8-ci mərtəbəyə qalxmışdır. Samir avtomaşınla Bəhruzun arxası ilə getmişdir. Samir Bəhruz ilə birlikdə geri qaytıqda Bəhruz yoldan tort almışdır. Məqsədi bu olmuşdur ki, binaya daxil olduqda kənar şəxslər onun hərəkətindən şübhələnməsinlər. Samir isə avtomaşında qalıb onları gözləmişdir. Sonradan o, xx xxxxxxxx 2017-ci il tarixdə gecə saatlarında Bəhruzun binaya daxil olmasına şərait yaratmış və onlar birlikdə 8- ci mərtəbədəki təmirsiz mənzilə daxil olmuşlar. O, Bəhruzla mənzildən kəndirlə aşağı mərtəbəyə necə, hansı şəkildə düşəcəklərini planlaşdırmışlar. Həm də, bir qədər gözləmişlər ki, gecə yarısı olsun, sakinlər tam yatsınlar, heç kim oğurluqdan xəbər tutmasın. Onlar səkkizinci mərtəbədəki mənzilin içərisində olduqları vaxt Samir bir neçə dəfə zəng vurub onunla danışmış, onların harada olduqlarını soruşmuşdur. Samirə bildirmişlər ki, hələlik səkkizinci mərtəbədədirlər, aşağıya düşməmişlər, gözləyirlər ki, tam gecə yarısı olsun. Samir isə Fuada bildirmişdir ki, lazım deyil, o qohumunun evindən oğurluq etmək istəmir, təcili qayıdıb gəlsinlər. Həmin vaxt Bəhruz da ona bildirmişdir ki, hündürlükdən qorxur. xx xxxxxxxx 2017-ci il tarixdə Bəhruz və o, oğurluq edəcəkləri mənzilin üst mərtəbəsindəki, yəni 8-ci mərtəbədə yerləşən təmirsiz mənzildə olarkən təxminən gecə saat 01.30 radələrində Samir ona bir neçə dəfə «Sumkanı goturun gelin» və «Heçne elemeyin veşide goturun gelin» məzmunlu smslər yazmışdır. O, bu barədə Bəhruza dedikdə Bəhruz da Samirin fikri ilə razı olduğunu deyib oğurluq etməyəcəyini bildirmiş və ona təklif etmişdir ki, aşağı düşsünlər və oğurluq etmək fikrindən daşınsınlar. Samir, həm də Bəhruz qəti şəkildə oğurluq etməyəcəklərini bildirmişlər. Qeyd etmişdir ki, o, Bəhruz və Samirlə birgə oğurluq edəcəkləri barədə tanışı Kənana əvvəlcədən demiş və hətta bildirmişdir ki, oğurluq baş tutacağı halda ona yaxşı hörmət edəcəkdir. Ona görə də Bəhruz və Samir artıq oğurluqdan imtina etdikləri üçün o, dərhal Bəhruza və Samirə bildirmədən kənara çəkilib Kənanın istifadəsində olan ***-***-**-** saylı nömrəyə zəng etmiş və Bəhruzun və Samirin imtina etdiyini deyərək özlərinin birlikdə oğurluq etməklərini təklif etmişdir. Bundan sonra Kənan ona həmin nömrəsindən hər iki nömrəsinə gəl bura «özümüz həll edərik» məzmunlu smslər göndərmişdir. Hətta həmin arada Samir Bəhruza da sms yazaraq heçne elemeyib aşağı düşmələrini bildirdiyindən Bəhruz qəti şəkildə aşağa düşməyi tələb etmişdir. Nəticədə onunla razılaşmış və birinci Bəhruz düşmüşdür. O, isə həmin anda Kənana sms yazaraq çıxdıqlarını və onunla birgə sabah ikisi birlikdə mənzilə girəcəklərini bildirmişdir. Lakin o, bu barədə Samirə və Bəhruza heç nə deməmişdir. Sonradan o, Bəhruzla birgə taksi ilə Gənclik metrosunun yaxınlığına gəlib Samirlə görüşmüş və orada üçü söz vermişlər ki, həmin mənzildən oğurluq olmayacaq və bu barədə heç bir yerdə heç nə danışılmayacaq. Lakin əslində onun məqsədi Bəhruzu və Samiri azdırmaq olmuş, çünki oniar qəti şəkildə oğurluq etməyəcəklərini bildirdiyindən o, məcbur olmuşdur ki, onlara yalandan vəd versin ki, guya həmin mənzildən oğurluq etməyəcəkdir. Əslində isə o, artıq tanışı Kənanı bu məsələyə qoşmuş və onunla planlaşdırıb oğurluq etməyi düşünmüşdür. Hətta oğurluq etmək üçün əvvəlcədən özü tərəfindən alınmış və qeyd olunan təmirsiz mənzilə gətirilmiş içərisində alət və vasitələr idman çantasını 8-ci mərtəbədəki mənzildə gizlədərək saxlamışdır. Həmçinin bu barədə X13 Peterburq şəhərində olan qardaşı Valehə zəng edərək məlumat vermişdir. Nəticədə Valeh onu Rusiyaya dəvət edərək orada bu barədə ətraflı danışmağı təklif etmişdir. Ona görə də Kənanla danışmışdır ki, oğurluğu hələlik təxirə salsınlar, o, Rusiyadan qayıtdıqda bu məsələyə baxarlar. Bundan sonra 2017-ci ilin oktyabr ayının təxminən əvvəllərində o, Rusiya Federasiyasına getmiş və oradan qardaşı ilə birgə geri qayıtmışdır. Hətta oradan ataları üçün «KİA RİO» markalı avtomobil gətirmişlər. Yolda olarkən oğurluqla bağlı Valehə danışmış və Valeh təklif etmişdir ki, onun özünün də pul borcu var, özü də bu oğurluqda iştirak edəcəkdir. Nəticədə Bakıya qayıtdıqdan sonra o, Valeh və Kənan üçü bu oğurluğu planlaşdırıb törətmişlər. Belə ki, xx xxxxxxx 2017-ci il tarixdə axşam saat 18 radələrində «Rentacar»dan icarəyə götürdüyü «Hyundai Sonata» markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində «Niaqara» şadlıq sarayının qarşısındakı binanın yanına gəlmiş və özü tək binanın girişinə gəlib gözləmişdir. Sakinlərdən biri blokun giriş qapısının kodunu yığıb içəriyə keçdikdə onun ardınca sakitcə keçib yuxarı səkkizinci mərtəbəyə qalxmışlar. Səkkizinci mərtəbədəki təmirsiz mənzilin qapısını itələyib aça bilmişlər. O, gecə saatlarına kimi həmin mənzildə qalıb gözləmiş ki, hava qaralsın, gecə düşsün, sakinlər yatandan sonra onlar oğurluğu həyata keçirsinlər. Gecə saatlarında qardaşı Valeh və Kənan bloka yaxınlaşdıqda düşüb blokun giriş qapısını içəridən açmış, üçü birlikdə səkkizinci mərtəbədəki təmirsiz mənzilə qalxmışlar. Samir və Bəhruza yalandan zibiliyə atdığını dediyi alət və vasitələr təmirsiz mənzildə olmuşdur. Onlar kəndiri evin beton hissəsinə bağlamış və qardaşı Valeh mənzilin həyət tərəfə balkonundan kəndirin digər ucunu belinə bağlayıb 7-ci mərtəbədəki oğurluq edəcəkləri mənzilin balkonuna düşmüşdür. Ardınca isə eyni qaydada Kənan kəndirlə aşağıya düşüb mənzilə girmişdir. Mənzilə girməkdə çətinlik çəkməmişlər. Çünki balkon açıq olmuşdur. O, 8- ci mərtəbədə mənzildə onları gözləmişdir. Qardaşı Valeh və Kənan səhərə yaxın təxminən saat 5-ə qalmış əvvəlcə alətlər və pulla birlikdə çantanı kəndir vasitəsi ilə ona verdikdən sonra özləri yuxarı qalxmışlar. Qardaşı Valeh və Kənan bildirmişlər ki, mənzildə yataq otağında dəmir seyf olmuş, həmin seyfi dəmirkəsənlə kəsib, pulları seyfin içərisindən götürmüşlər. Həmin vaxt mənzildəki dəmir seyfin içərisindən 850.000 ABŞ dolları pulu vəsaiti oğurlamışlar. Hər birinə 280.000 ABŞ dolları pul çatmışdır. Qalan 10.000 ABŞ dolları pul isə ideya ona məxsus olduğu üçün onun tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, belə ki, onun özü ailə üzvləri ilə birlikdə xx.xx.2018-ci il tarixdə Astara rayonu sərhəddindən İran İslam Respublikasına keçərkən sənədlərini təqdim etdiyi zaman saxlanmış və polis əməkdaşları tərəfindən sonradan Azərbaycan Respublikası DİN BMCMİ-nin əməkdaşlarına təhvil verilmiş, bu zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. BMCMİ əməkdaşları tərəfindən təhvil alındıqdan sonra idarədə protokol tərtib edib ona imzalaması bildirilmiş, o da həmin protokolu imzalamışdır. Polis əməkdaşları onların oğurluq etmiş olduqlarını bildiklərindən əlavə olaraq ona qarşı da narkotik ittihamı yaratmışlar. Bir daha bildirir ki, o saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır, ona qarşı BMCMİ əməkdaşları tərəfindən heç bir əməliyyat keçirilməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin ikinci cildinin 51-ci vərəqində olan onun tərəfindən yazılmış izahat ona tanışdır, həmin izahtı həqiqətən o, öz əlyazması ilə yazmış, həmin vaxt orada müdafiəçisi kimi çağırılmış bir nəfər kişi cinsindən olan şəxs də iştirak etmişdir. Həmin izahatın məzmununda polis əməkdaşları tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə, saat təxminən 00.15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Şuşa» restoranının yaxınlığında saxlandığını, hal şahidlərinin iştirakı ilə şalvarının sol yan cibindəki 05 ədəd şəffaf bükümü polis əməkdaşlarına təqdim edib, içindəkilərin narkotik vasitə heroin olduğunu bildirməsi, həmin 05 ədəd bükümdəki narkotik vasitə heroinin özünə məxsus olmasını və 4 gün əvvəl Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evlərin yaxınlığından tapdığını bildirməsi barədə qeyd olunanlarla bağlı bildirir ki, həmin məzmunda izahatı hazırda xatırlamadığı polis əməkdaşları diktə etdiyindən yazmışdır. Hazırda həmin izahatın məzmununu təsdiq etmir. İş materiallarında olan onun şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair tərtib olunmuş protokolların məzmununda ifadələrində polis əməkdaşları tərəfindən hansı şəraitdə saxlanması, üzərindən narkotik vasitə aşkar olunması, narkotik vasitəni tutulmamışdan 4-5 gün əvvəl yaşadığı Lənkəran rayonu Sütəmurdov kəndində evlərinin yaxınlığında küçədə yerdən tapması və sonradan polisə təhvil vermək, yaxud özü qəbul etmək niyyəti ilə götürüb cibində saxlaması, narkotik vasitə heroinin nə olduğunu bilməsi, əvvəllər bir-iki dəfə yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etməsi kimi xüsusatları ətraflı şəkildə göstərməsi ilə bağlı bildirir ki, həmin ifadələrini hazırda təsdiq etmir. Bununla yanaşı, bildirmək istəyir ki, törətdiyi oğurluq hadisəsi ilə bağlı çox peşmandır. Cinayəti səmimi etiraf etməsini, istintaqa doğru ifadələr verməyini, himayəsində bir azyaşlı övladı olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəmiş olmalarını nəzərə alaraq barəsində yüngül cəza təyin cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək, 2017-ci ilin oktyabr ayının ortalarında idarə etdiyi və ona məxsus olan «Kia Rio» markalı dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobillə Rusiyanın Sankt-Peterburq şəhərindən Azərbaycana qardaşı Fuadla birlikdə qayıtmışdır. Yolda gələrkən qardaşı Fuad ona bildirmişdir ki, Bakı şəhərində bir mənzil var və eşitdiyinə görə mənzilin sahibi imkanlı adamdır, lakin ev sahibi rayonda yaşayır, evdə heç kim qalmır, oradan oğurluq etmək olar. Qardaşı Fuad ona danışıb bildirmişdir ki, əvvəllər o özü Samir və Bəhruz adlı şəxslərlə həmin mənzildən oğurluq etmək istəmişdir, hətta onlar oğurluq etmək üçün getmişlər də, lakin son anda Samir və Bəhruz oğurluqdan imtina etdikləri üçün, mənzilə girməyib əliboş geri qayıtmışlar. Fuad demişdir ki, evin sahibi Samirin qohumu olduğu üçün o son anda oğurluqdan imtina etmiş və onlara da imkan verməmişdir ki, evə girsinlər. Qeyd etmişdir ki, o, Samiri heç tanımamışdır, onu Fuad özü tanımışdır. Bəhruz isə onların həmyerlisi olmuşdur. Fuad ondan həmin oğurluğu onunla və tanışları Kənanla birlikdə edə biləcəyini soruşduqda o, etiraz etməmiş, qardaşı Fuad artıq bu barədə əvvəlcədən Kənana danışıb onun oğurluq etməsi ilə bağlı razılığını almışdır. Bir sözlə o, bu oğurluq hadisəsinin törədilməsində iştirak etməsinə razılıq vermişdir. Ona görə ki, kifayət qədər onun bəzi yerlərə pul borcları olmuşdur. Sonradan qardaşı Fuadın Bakı şəhərində «Neftçilər» metro stansiyasının arxa tərəfində beş mərtəbəli binanın ikinci mərtəbəsində kirayə tutduğu mənzilə getmişlər. Həmin vaxt tanışları Kənan da həmin mənzildə olmuşdur. Orada görmüşdür ki, Kənan söhbətdən xəbərdardır, Fuadla Kənan əvvəldən oğurluğu necə edəcəklərini öz aralarında danışıb razılaşmışlar. 2017-ci ilin oktyabr ayının sonlarında o, Kənan və qardaşı Fuad Bakı şəhərində «Neftçilər» metro stansiyasının yanında Fuadın qaldığı həmin mənzildə oğurluq hadisəsinin planını öz aralarında cızmağa başlamışlar. Həmin günlərdə qardaşı Fuad oğurluq edəcəkləri evin ünvanını göstərmək üçün onu və Kənanı həmin əraziyə aparmışdır. Həmin mənzil Fuadın bildirməsinə görə Bakı şəhəri Nərimanov rayonu Y.V.Çəmənzəminli küçəsində «Niaqara» şadlıq sarayının qarşısında yerləşən yeni tikili binanın 7-ci mərtəbəsində yerləşmişdir. Sonra Fuadın kirayə qaldığı evdə öz aralarında plan qurmuşlar. Fuad bildirmişdi ki, özü bu hadisəni törətməkdə istifadə etməkləri üçün direl, qalın ipdən olan kəndir və dəmirkəsən qayçı almış, deməsinə görə, artıq həmin əşyaları oğurlayacaqlar mənzilin yuxarı mərtəbəsində yerləşən təmirsiz mənzildə gizlətmişdir. Həmçinin, Fuad demişdir ki, oğurluq edəcəkləri mənzilin üstündə, yəni bir mərtəbə yuxarıdakı mənzil təmirsizdir, özü əvvəlcə həmin təmirsiz mənzilə qalxıb daxil olacaq, sonra ona və Kənana xəbər edəcək və şərait yaradacaq ki, onlarda onun olduğu həmin mənzilə daxil olsunlar. Sonra isə plana görə həmin təmirsiz mənzilin eyvanından kəndir vasitəsi ilə aşağıdakı oğurluğa girəcəkləri mənzilin eyvanına düşəcəklər. xx xxxxxxx 2017ci il tarixdə plana uyğun olaraq qardaşı Fuad «rentakar»dan icarəyə götürdüyü «Hyundai Sonata» markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobillə saat təxminən 18 radələrində, yəni axşam saatlarında həmin mənzilin olduğu yeni tikili binaya getmişdir. Fuad bildirmişdir ki, binanın sakinlərindən kimsə damafonun kodunu yığıb blokun qapısını açdıqda o özü arxasınca bloka daxil olacaq, yuxarı qalxıb səkkizinci mərtəbədəki təmirsiz mənzilə girəcək, orada gecə saatlarına kimi gözləyəcək, sakinlər yatdıqdan, tam sakitçilik olduqdan sonra gecə saatlarında ona və Kənana xəbər edəcəkdir ki, onlarda həmin binaya gəlsinlər. O və Kənan isə Fuadın kirayə qaldığı həmin evdə gözləməli olmuşlar. Artıq gecə saat təxminən 00:30 radələrində Fuad tanışı Kənana mobil telefonla zəng etmişdir. Bundan sonra, o və Kənan birlikdə həmin binanın həyətinə getmişlər. Fuad artıq içəridə olmuş, onlar çatanda ona telefonla məlumat verdikdə Fuad da olduğu mənzildən aşağı düşərək blokun kodlu qapısını içəridən açıb onları içəriyə buraxmış, sonra isə o, Kənan və Fuad 8-ci mərtəbəyə qalxmışlar. Fuad artıq həmin mərtəbədəki təmirsiz mənzilin qapısını özü açmışdır. Plana uyğun olaraq Fuad və Kənan həyətə baxan eyvanda dayandıqda əvvəlcə o, Fuadın tutduğu kəndirlə sürüşərək aşağıdakı mənzilin eyvanına düşmüşdür. Bir kəndiri ehtiyat üçün belinə bağlamış və yuxarıdan bərkidilmişdi. Əvvəlcə özü tək aşağı düşməli imiş, köməyə ehtiyac olmasa özü tək mənzilə daxil olub axtarış aparmalı, pul, qızılzinət əşyaları tapdığı halda oğurlayıb gəldiyi şəkildə də, kəndirlə çıxmalı imiş, əks halda kömək lazım olsa xəbər etməli, Kənan onun dalınca kəndirlə düşməli imiş. O, 7-ci mərtəbədəki həmin mənzilin eyvanına düşəndən sonra eyvanın plastik pəncərəsini özündə olan atvyorka aləti ilə salıb açmış, sonra pəncərədən içəriyə keçmişdir. Sonra evin otaqlarını gəzməyə, pul, qızıl- zinət əşyaları axtarmağa başlamışdır. Mənzil hazır təmirli, içərisində əşyalar olan mənzil olmuş, içərisi bahalı mebellərlə dolu olmuşdur. Lakin, mənzildən açıq vəziyyətdə, yaxud nəyinsə içərisinə qoyulmuş pul, qızıl-zinət əşyaları tapmamışdır. Evi axtararkən görmüşdür ki, yataq otağında təxminən 1 metr 60 santimetr yerdən hündürlüyü olan dəmir seyf var, seyfin üstünə taxtadan servant keçirilmişdir. Düşünmüşdür ki, yəqin həmin seyfdə pul olacaqdır və sonra Fuada mobil telefonla zəng edib demişdir ki, evdən pul tapa bilməmiş, lakin iri seyf var, pul da yəqin ki, həmin seyfdədir, Kənan alətləri götürüb kəndirlə düşsün. Bundan sonra Kənan o, düşdüyü qaydada həmin alətləri də özü ilə götürüb kəndirlə o, olan mənzilin eyvanına düşmüş, o eyvanın qapısını açıb Kənanı içəri keçirmişdir. Sonra o və Kənan həmin taxta servantı qaldırıb seyfin üstündən çıxartmış və kənara qoymuşlar. Seyf yerindən tərpənmədiyi üçün Kənanla birlikdə elektrik direlindən, dəmirkəsən qayçıdan istifadə etməklə həmin dəmir seyfin yan tərəfindən dəlik açmağa başlamış, dəmir qayçısı ilə hissə-hissə kəsərək dəliyi bir qədər böyütmüşlər. Dəmir seyfin divarı iki qat olduğu üçün hər iki divarı bu şəkildə kəsmişlər. Onlar bu işləri təxminən 3 saat ərzində yavaşyavaş etmiş, çünki gecə vaxtı çox səs-küy sala bilmirlərmiş ki, qonşular səs eşidər. Fuad həmin müddətdə onları üst mərtəbədəki mənzildə gözləmişdir. Əl girəcək ölçüdə dəlik açdıqdan sonra seyfin yuxarı gözünü axtarmışlar. Fləmin polkada çoxlu sayda 100-lük ABŞ dolları pul paçkalarından ibarət sellofan bağlamalar olmuşdur. O və Kənan həmin pul bağlamalarını seyfin içindən çıxarıb onların hamısını zamoklu çantanın içərisinə yığmışlar. Səhərə yaxın saat 05 radələrində mənzili tərk etmişlər. Kənan seyfi açmaqda istifadə etdiyi alətləri və pulları zamoklu torbanın içinə qoymuş sonra isə o, Fuada xəbər vermişdir ki, artıq qalxırlar. Bundan sonra əvvəlcə içi dolu olan həmin çantanı kəndir vasitəsi ilə Fuad özü olan mərtəbəyə qaldırmış, sonra özü, ondan sonra isə Kənan həmin kəndirlə dırmaşıb Fuad olan mərtəbəyə qalxmışlar. Daha sonra vaxt itirmədən əvvəlki qaydada həmin mənzili tərk edib bloka düşmüşlər. Əvvəlcə Fuad içində oğurladıqları pullar və alətlər olan çanta ilə binanın içindən çölə çıxmış, sonra isə o və Kənan birlikdə blokdan çölə çıxmışlar. Bir qədər kənarda Fuadın sükan arxasında onları gözlədiyi, əvvəldən «rentakar»dan icarəyə götürdüyü ağ rəngli «Hyundai Sonata» markalı avtomobilə gedib oturmuşlar. Mənzildəki dəmir seyfin içərsindən oğurladıqları pulları saydıqda 850.000 ABŞ dolları olmasını görmüşlər. 840.000 ABŞ dollarını aralarında bərabər olaraq 3 yerə böldük nəticədə hər birinə 280.000 ABŞ dolları pul çatmışdır. Qalan 10.000 ABŞ dollarını isə aralarındakı razılığa əsasən ideya Fuadın olduğu üçün ona vermişlər. Bakıda çox qalmaq onları üçün təhlükəli olduğundan xx xxxxxxx 2017-ci il tarixdə səhər saatlarında Fuadın idarə etdiyi həmin «Hyundai Sonata» markalı avtomobillə hər üçü birlikdə Lənkəran rayonuna yola düşmüşlər. Yolda gedərkən Salyan tərəfdə yol üstündə olan «Şorsulu» adlanan ərazidə o və Fuad içində dəmirkəsən qayçı, kəndir və direl olan çantanı izi itirmək üçün yol kənarında olan bir gölə tulamışlar. Törətdiyi oğurluq cinayətini səmimi etiraf etmiş və əməlindən səmimi peşmançılıq çəkmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, belə ki, onun özü 05-xx xxxxxxxx 2018-ci il tarixlərində Lənkəran şəhərində mobil telefonda şöyüşlə danışdığından polisin irad ona bildirməsi zamanı polislə mübahisə etdiyindən tutulmuş və inzibati qaydada həbs edilmişdir. Sonradan o, Lənkəran polisi tərəfindən Azərbaycan Respublikası DİN BMCMİ-nin əməkdaşlarına təhvil verilmiş, bu zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. BMCMİ əməkdaşları tərəfindən təhvil alındıqdan sonra idarədə protokol tərtib edib ona imzalaması bildirilmiş, o da həmin protokolu imzalamışdır. Polis əməkdaşları onların oğurluq etmiş olduqlarını bildiklərindən əlavə olaraq ona qarşı da narkotik ittihamı yaratmışlar. Bir daha bildirir ki, o polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır, ona qarşı BMCMİ əməkdaşları tərəfindən heç bir əməliyyat keçirilməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin ikinci cildinin 251-ci vərəqində olan onun tərəfindən yazılmış izahat ona tanışdır, həmin izahtı həqiqətən o, öz əlyazması ilə yazmış, həmin vaxt orada müdafiəçisi kimi çağırılmış bir nəfər kişi cinsindən olan şəxs də iştirak etmişdir. Həmin izahatın məzmununda polis əməkdaşları tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə, saat 10:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən binalardan birinin qarşısında olarkən saxlanması, bu zaman hal şahidlərinin iştirakı ilə əynində olan idman şalvarının sağ yan cibindən dörd ədəd bükülü təqdim edərək həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu bildirməsi, ondan aşkar olunmuş narkotik vasitəni xx xxxxxxxx 2018-ci il tarixdə beynəlxalq avtovağzalın ərazisində olarkən yerdən tapması barədə qeyd olunanlarla bağlı bildirir ki, qeyd olunan məzmunda izahatı hazırda xatırlamadığı polis əməkdaşları diktə etdiyindən yazmışdır. Hazırda həmin izahatın məzmununu təsdiq etmir. İş materiallarında olan onun şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair tərtib olunmuş protokolların məzmununda ifadələrində polis əməkdaşları tərəfindən hansı şəraitdə saxlanması, üzərindən narkotik vasitə aşkar olunması, narkotik vasitə heroini satış məqsədi olmadan əldə edib üstündə saxlamaqla gəzdirməsi, əvvəllər bir neçə dəfə narkotik vasitə heroini yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul etməsi, həmin narkotik vasitəni xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində Beynəlxalq Avtovağzalının yaxınlığında küçədən yerdən tapması kimi xüsusatları ətraflı şəkildə göstərməsi ilə bağlı bildirir ki, həmin ifadələrini hazırda təsdiq etmir. Bununla yanaşı, bildirmək istəyir ki, törətdiyi oğurluq əməli ilə bağlı çox peşmandır. Törətdiyi cinayəti səmimi etiraf etməsini, istintaqa doğru ifadələr verməyini, himayəsində bir azyaşlı övladı olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq o və qardaşı tərəfindən ödənilmiş olmasını, zərərçəkmiş şəxsin onlara qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən də Təqsirləndirilən şəxs1 Neftçilər metrostansiyasının yaxınlığında yerləşən kirayə qaldığı bir otaqlı evində qonaq kimi olarkən tanışları ilə birlikdə mənzildən oğurluq etməsi barədə məlumat vermiş və bildirmişdir ki, hətta oğurluq cinayəti baş tutacağı halda ona yaxşı hörmət edəcəkdir. Ona görə də onun əvvəlcədən bu barədə məlumatım olmuşdur. Lakin Fuad ondan xahiş etmişdir ki, birgə oğurluq edəcəkləri barədə Bəhruz və Samirə heç nə deməsin. Bəhruzu çoxdandır ki, tanısa da onunla hər hansı əlaqəsi olmamışdır. Lakin Şahid14 ümumiyyətlə tanımamışdır. Onun adını Fuadan eşitmişdir. Bildirmişdir ki, həqiqətən də xx xxxxxxxx 2017-ci il tarixdən xx xxxxxxxx 2017-ci il tarixə keçən gecə Fuad Samir və Bəhruzla birgə oğurluq ediləcəkləri binada olsalar da Samir onlarla birgə yuxarı çıxmamış, aşağıda onları gözləmiş, sonradan isə həm Fuada, həm də Bəhruza smslər yazaraq oğurluq etməyəcəyini bildirib imtina etdiyini deyərək onları da aşağı çağırmışdır. Sonradan Bəhruz da imtina etdiyi üçün Fuad artıq tək qaldığını görüb o da guya imtina etdiyini bildirmişdir. Lakin əslində Fuad oğurluqdan imtina etməmiş və Bəhruzun, eləcə də Samirin xəbəri olmadan ona bu barədə məlumat verərək Samir və Bəhruzun oğurluq etməkdən imtina etdiklərini bildirərək oğurluğun baş tutmadığını deyib səhəri gün onunla birgə oğurluğa gedəcəyini demişdir. Ona görə də sonradan Fuad istifadəsində olan ***-***-**-** saylı mobil telefondan onun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Çıxdıq geliriyi saba ikimiz gireriy» məzmunlu sms yazmışdır. ***-***-**-** saylı mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs1 məxsus olmasını və xx.xx.2017-ci il tarixdə saat 02.03-də istifadəsində olan ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 «Gel bura gelisen biz ozumuz hel ederuy» məzmunlu sms yazmışdır. SMS-i yazmaqda məqsədi isə Samir və Bəhruz oğurluq etməkdən imtina etsələr də Fuad da onlara imtina etdiyini bildirib əslində isə imtina etməmiş və bu barədə ona məlumat vermişdir. Bu oğurluğu ona Təqsirləndirilən şəxs1 təklif etmişdir. Samir və Bəhruz oğurluq cinayətini törətməkdən imtina etdikləri üçün onunla birgə həmin günün səhərisi oğurluğa getməli olmuşdur. Lakin Fuad sonradan bu barədə X13 Peterburq şəhərində yaşayan qardaşı Valehə zəng edərək məlumat vermişdir. Nəticədə Valeh onu Rusiyaya dəvət edərək orada bu barədə ətraflı danışmağı təklif etmişdir. Ona görə də Fuad onunla danışmışdır ki, oğurluğu hələlik təxirə salınsınlar. 2017-ci ilin oktyabr ayının təxminən əvvəllərində X15 getmiş və sonradan qardaşı Valeh ilə birlikdə geri qayıtmışdır. Yolda olarkən Fuad oğurluqla bağlı Valehə danışmış, Valehin pul borcu olduğundan onun bu təklifi ilə razılaşmışdır. Nəticədə Fuad və Valeh Bakıya qayıtdıqdan sonra o, Fuad və Valeh üçü bu oğurluğu planlaşdırıb törətmişlər. Oğurluq hadisəsi xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixə keçən gecə baş vermişdir. xx.xx.2017-ci il tarixdə saat 18-19 radələrində əvvəlcə həmyerlisi Təqsirləndirilən şəxs1 sakinlərdən birinin arxasınca keçərək bloka daxil olub yuxarı səkkizinci mərtəbədəki təmirsiz mənzildə onları gözləmiş, saat 24 radələrində isə Təqsirləndirilən şəxs1 aşağı düşüb blokun giriş qapısını içəridən açdıqda o və Təqsirləndirilən şəxs2 içəriyə keçmişlər. 8-ci mərtəbədəki təmirsiz mənzildən əvvəlcə Valeh, daha sonra isə o özü kəndirlə 7-ci mərtəbədəki mənzilin həyətə baxan eyvanına düşmüş, yataq otağındakı taxta şkafın içlərisində olan dəmir seyfi özləri ilə gətirdikləri elektrik direli, dəmirkəsən qayçı ilə kəsib içərisindən 840.000 ABŞ dolları pul vəsaitini oğurlamış, bundan sonra eyni qaydada 8-ci mərtəbədəki mənzilə kəndirlə qalxıb orada onları gözləyən Təqsirləndirilən şəxs1la birgə binadan çıxıb getmişlər. xx xxxxxxx 2017-ci il tarixdə səhər saatlarında oğurluq cinayətini törətdikdən sonra Lənkəran rayonu istiqamətində hərəkət etmişlər. Oğurlamış olduqları pulun məbləği 850.000 ABŞ dolları olmuşdur. Aralarında bölünmüş pulun məbləği 840.000 ABŞ dolları olmuşdur. Çünki asan bölgü olması üçün 10.000 ABŞ dolları kənara qoyulmuş və 840.000 ABŞ dolları aralarında bərabər olaraq 3 yerə bölünmüş və nəticədə hər birinə 280.000 ABŞ dolları pul çatmışdır. Qalan 10.000 ABŞ dolları isə aralarında olan razılığa əsasən ideya Fuadın olduğu üçün ona verilmişdir. Həmçinin aralarında pul bölgüsü zamanı 20.000 ABŞ dolları pulun Fuad tərəfindən götürülüb sonradan Samirə verməsi barədə hər hansı razılıq və ya ümumiyyətlə söhbət olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir, belə ki, onun bildiyinə görə, onun tutulmasından bir gün qabaq Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən tutulmuş, özü isə Valehdən sonra Lənkəran şəhərində polis əməkdaşları tərəfindən törətdikləri oğurluq cinayətinə görə xx.xx.2018-ci il tarixdə tutulmuşdur. Sonradan o, Lənkəran polisi tərəfindən Azərbaycan Respublikası DİN BMCMİ-nin əməkdaşlarına təhvil verilmiş, tutulduğu zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. BMCMİ əməkdaşları tərəfindən təhvil alındıqdan sonra idarədə protokol tərtib edib ona imzalaması bildirilmiş, o da həmin protokolu imzalamışdır. Polis əməkdaşları onların oğurluq etmiş olduqlarını bildiklərindən əlavə olaraq ona qarşı da narkotik ittihamı yaratmışlar. Onun özü 2014-cü ildə Rusiyada olarkən narkotik vasitə istifadə etməyə başlamış, əsasən “nəşə” adlandırdıqları narkotik vasitədən və “Tramal” adlı dərman preparatlarından istifadə etmişdir. Narkotik vasitələri əsasən İran İslam Respublikasından. Dərman vasitələrini isə müxtəlif apteklərdən əldə etmişdir. Bir daha bildirir ki, o polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində heç bir narkotik vasitə olmamışdır, ona qarşı BMCMİ əməkdaşları tərəfindən heç bir əməliyyat keçirilməmişdir. Elan edilməklə ona təqdim edilmiş cinayət işinin 2-ci cildinin 140-141-ci vərəqləridə olan onun tərəfindən yazılmış izahat ona tanışdır, həmin izahtı həqiqətən o, öz əlyazması ilə yazmış, həmin vaxt orada müdafiəçisi kimi çağırılmış bir nəfər kişi cinsindən olan şəxs də iştirak etmişdir. Həmin izahatın məzmununda polis əməkdaşları tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə, günorta saat 15-16 radələrində Gənclik metrostansiyasının yaxınlığında yerləşən ABU yanacaq doldurma məntəqəsinin yanında saxlanması, əynindəki cins şalvarın sol yan cibindən iki büküm heroini polislərə verməsi barədə qeyd olunanlarla bağlı bildirir ki, qeyd olunan məzmunda izahatı hazırda xatırlamadığı polis əməkdaşları diktə etdiyindən yazmışdır. Hazırda həmin izahatın məzmununu təsdiq etmir. İş materiallarında olan onun şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair tərtib olunmuş protokolların məzmununda ifadələrində polis əməkdaşları tərəfindən hansı şəraitdə saxlanması, üzərindən narkotik vasitə aşkar olunması, həmin narkotik vasitəni tutulmazdan bir neçə gün əvvəl yaşadığı kənddə işıq transformatorunun yanında tapması ilə bağlı xüsusatları ətraflı şəkildə göstərməsi ilə bağlı bildirir ki, həmin ifadələrini hazırda təsdiq etmir. Bununla yanaşı, bildirmək istəyir ki, törətdiyi oğurluq hadisəsi ilə bağlı çox peşmandır. Cinayəti səmimi etiraf etməsini, istintaqa doğru ifadələr verməyini, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödəmiş olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müvafiq olaraq yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, təqsirləndirilən şəxslərin oğurluq hadisəsinin baş vermə yeri, vaxtı və şəraiti ilə bağlı işin faktiki hallarına uyğun olan etirafedici ifadələri ilə tam təsdiq olunmuş, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri, sonuncuların özlərini həmin hissədə təqsirli bilməmələrinə baxmayaraq məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş aşağıda qeyd edilən obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs X3 nümayəndəsi - Nümayəndə çıxış edərək bildirmişdir ki, baş vermiş oğurluq hadisəsi nəticəsində atası Cəmaləddin Səfərova dəymiş ziyan 850.000 ABŞ dolları həcmində pul tam olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 atası Sərhəddin Əhmədov tərəfindən istintaq müddəti ərzində tam olaraq ödənmişdir və bu barədə atası istintaq orqanına ərizə ilə müraciət edərək bildirmişdir. Bildirir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la barışmışlar. Ziyanın ödənilməsini nəzərə alaraq hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir, Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq olunmuş iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsindən görünür ki, 2006-cı ildən hazırki müddətədək fiziki şəxs kimi nar məhsullarının, əsasən narşərab istehsalı ilə məşğul olmuş, həmin məhsulların Rusiya Federasiyasının müxtəlif şəhərlərinə idxalını həyata keçirmiş, istehsal sexi Qəbələ rayonunun Nic kəndində yerləşmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, oğurluq hadisəsinin baş verdiyi ünvan 6 saylı ünvan qardaşı oğlu X8 məxsusdur, mənzil 11 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. Anar Səfərov təxminən iki il əvvəl yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri aldığı üçün hazırda Naxçıvan şəhərində yaşayır, yeriyə bilmir, qeyd olunan ünvana arabir ailə üzvləri gəlib gedir, qardaşı oğlu evin açarlarından yalnız ikisini ona vermiş, digər açarlar onun özündə olmuşdur. Oğurlanmış pul məbləği ilə bağlı onu deyə bilər ki, pulun saxlanıdığı dəmir seyfi təxminən 3 il bundan əvvəl almışdır. Həmin seyfi qardaşı oğlunun mənzilində ona görə saxlamışdır ki, övladlarının onda külli miqdarda pulun olmasını bilmələrini istəməmişdir. 850.000 ABŞ dollarının təxminən 500.000 ABŞ dollarını 2017-ci ilin avqust ayının ortalarında Naxçıvan şəhərindən sərnişin avtobusunda özü əl çantasında İran İslam Respublikasından keçməklə Bakı şəhərinə gətirmiş, qalan məbləği isə əvvəllər saxlamaq üçün verdiyi tanışlarından, qohumlarından toplayıb qeyd olunan ünvandakı dəmir seyfə qoymuşdur ki, ilin sonlarında nar məhsullarının istehsalı mövsümü başlayanda dövriyyədə sərf etsin. 2017-ci ilin avqust ayının ortalarından dekabr ayının 2-dək olan müddət ərzində o, Naxçıvandan Bakı şəhərinə gəlib getsə də, ünvanda olmamışdır. Belə ki, sonuncu dəfə 2017-ci ilin oktyabr ayında Naxçıvan şəhərindən Bakı şəhərinə gəlmiş və oğlunun evində qalmışdır. xx xxxxxx 2017-ci il tarixdə bacı oğlu, ünvandakı seyf barədə, seyfdə pul saxlanılması barədə məlumatı X18 evin və seyfin açarlarını verib tapşırdır ki, seyfdəki pul və sənədləri götürüb ona versin. Bacı oğlu Ramin Həsənov mənzilə gedəndə oğurluq hadisəsini aşkar etmiş və ona məlumat vermişdir. O, əvvəlcə bu barədə polisə müraciət etmək istəməmiş, iki gün ərzində müəyyən tanışları ilə məsləhətləşəndən sonra qərara almışdır ki, polisə məlumat vermək lazımdır. İstintaq zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi baş vermiş ünvana gediş-gəlişi olan şəxslər qohumları X19 və Şahid14dur, onlar bir neçə dəfə qonaq kimi ünvana gəlib getmişlər, belə ki, qardaşı oğlu Bakıya müalicə üçün gələndə həmin qohumlar gəlib ona baş çəkmişlər. Bundan başqa bacı oğlu Ramin Həsənov seyf və pul barədə məlumatlı olmuş, əvvəllər bir neçə dəfə onun tapşırığı ilə ünvana gedib gəlmiş, lakin evin açarı daima onda olmuşdur. Hadisə ilə bağlı konkret olaraq şübhələndiyi şəxslər yoxdur. (cild 01, iş vər. 114-117) Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə Baş İdarəyə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün Baş idarə rəhbərliyinə raportla məruzə edilib əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə alındıqdan sonra bununla bağlı qərar qəbul edilmiş və həmin qərara əsasən Baş idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri əvvəlcədən dəvət olunmuş hal şahidləri ilə birlikdə xx xxxxxxxx 2018-ci il tarixdə saat 23.50-də Təqsirləndirilən şəxs1 ola biləcəyi ehtimal olunan yerə, yəni ünvan 2 ünvanında yerləşən 'Şuşa" restoranının qarşısına gedərək kənarda dayanmışlar. xx xxxxxxxx 2018-ci il tarixdə 00.20-də həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 oxşar şəxsi görüb ona yaxınlaşaraq saxlayıb özlərini və hal şahidlərini həmin şəxsə təqdim edərək ad və soyadını soruşmuşlar. Sorğu zamanı həmin şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib üzərində hər hansı qeyriqanuni əşya varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs1 tünd göy rəngli şalvarının sol yan cibindən beş ədəd şəffaf bükümü təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı bükümlərdən hər birinin içərisində narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli maddələrin olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr qablaşdırılmış, DİN-in 06 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə keçirilən baxış zamanı qanunsuz hər hansı başqa əşya və ya predmet aşkar olunmamış, sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş həmin 05 ədəd bükümdə olan narkotik vasitə heroin özünə məxsusdur və həmin narkotik vasitəni tutulduğu gündən 4 gün əvvəl Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evlərinin yaxınlığından tapmışdır. Protokolun tərtib olunması üçün əlverişli şəraitin olmaması səbəbindən iştirakçılar Baş idarəyə dəvət olunmuşlar. Baş idarədə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar Bakı şəhəri 14 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan istənilən vəkilin onun hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Baş idarəyə Bakı şəhəri 14 saylı vəkil bürosunda fəaliyyət göstərən vəkil Allahmanov Şöhrət Nəbi oğlu dəvət edilərək Təqsirləndirilən şəxs1 təqdim olunmuş, daha sonra protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən etiraz daxil olmadığından düzgünlüyü imzalarla təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş əməliyyat tədbirində iştirak etmiş polis əməkdaşı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməliyyat müvəkkili Şahid2 əməliyyat tədbirində iştirak etmiş digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, şahidin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə Baş X1 İdarəsinin əməkdaşları tərəfindən tutulmuş Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən hal şahidi kimi iştirak etmişdir. Belə ki, o və hal şahidi kimi çağırılmış digər vətəndaş polislərlə birgə xx xxxxxxxx 2018-ci il tarixdə saat 23.30 radələrində Təqsirləndirilən şəxs1 olduğu ehtimal edilən ünvan 2 ünvanında yerləşən 'Şuşa" restoranının qarşısına gedərək kənarda dayanmışlar. xx xxxxxxxx 2018-ci il tarixdə 00.20-də həmin ünvanın yaxınlığında Təqsirləndirilən şəxs1 bənzər şəxsi görüb polislərlə birgə ona yaxınlaşmışlar. Polislər özlərini və hall şahidlərini ona təqdim edərək kim olmasını soruşmuşlar. Məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxs1dur. Polislər Təqsirləndirilən şəxs1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib üzərində qanunsuz əşya varsa təqdim etməsini bildirdikdə Təqsirləndirilən şəxs1 əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən beş ədəd şəffaf bükümü polislərə təqdim edərək narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə baxış keçirilərkən bükümlərdən hər birinin içərisində narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli maddələrin olması məlum olmuş, həmin bükümlər polislər tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə keçirilən baxış zamanı qanunsuz əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, ondan aşkar olunmuş həmin beş ədəd bükümdə olan narkotik vasitə heroin özünə məxsusdur və həmin narkotik vasitəni tutulduğu vaxtdan 4 gün əvvəl Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evlərinin yaxınlığından tapmışdır. Baş verənlərlə bağlı protokolun tərtib olunması üçün şərait olmadığından polislərin dəvəti ilə Baş idarəyə gəlmişlər, Baş idarədə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ilə əlaqədar vəkil dəvət edilərək təqdim olunmuş, daha sonra protokol tərtib edilərək ucadan oxunmuş, şikayət olmadığından düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsindən görünür ki, sonuncu keçirilən tədbirdə hal şahidi qismində iştirak edən digər Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. (cild 05, iş vərəqi 141-143) Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə Baş idarəyə daxil olmuş məlumatda Lənkəran rayonu, Sütəmudov kənd sakini Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə əməlyyat qrupu yaradılmışdır. xx xxxxxxxx 2018-ci il tarixdə saat 10.05-də Təqsirləndirilən şəxs2 tərəflərindən saxlanılmışdır. X6 barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat- axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib üzərində hər hansı bir qeyri- qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs2 qara rəngli idman şalvarının sağ yan cibindən 04 ədəd şəffaf bükümü onlara təqdim edərək içərsində narkotik vasitə heroin olmasını bildirmişdir. Həmin bükümlərə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı bükümlərin hər birində narkotik vasitə heroini bənzər maddələrin olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr tərəflərindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş baxış zamanı qanunsuz hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. İlkin soruğ zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş narkotik vasitə heroin özünə məxsusdur və həmin narkotik vasitəni xx xxxxxxxx 2018-ci il tarixdə səhər saatlarında Binəqədi rayonun ərazisində yerləşən Beynəlxalq avtovağzalda yerdən tapmışdır. Həmin yerdə protokolun tərtib edilməsi üçün əlverişli şəraitin olmaması səbəbindən iştirakçılar Baş İdarəyə dəvət olunmuşlar. Baş idarəyə sonradan dəvət olunmuş vəkilin iştirakı ilə müvafiq protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokolun doğruluğu imzalara təsdiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid6 əməliyyat tədbirində iştirak etmiş digər Şahid5 ilə eyni məzmunlu ifadə verərək, şahidin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə o, Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşlarının təklifi əsasında onlar tərəflərindən keçirilmiş əməliyyat tədbirində hal şahidi qismində iştirak etməyə razılıq vermişdir. Həmin vaxt polis əməkdaşları tərəfindən tanımadığı daha bir nəfər şəxs tədbirdə hal şahidi qismində iştirak etmək üçün dəvət olunmuşdu. Əməliyyat tədbiri başlanmazdan əvvəl polis əməkdaşları tərəfindən hər ikisinə qanunvericilikdə nəzərdə tutulmuş hal şahidinin hüquq və vəzifələri izah edilmişdir. Bildirilmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə Baş idarəyə daxil olmuş məlumatda Lənkəran rayon sakini Təqsirləndirilən şəxs2 adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Məlumatın yoxlanılması ilə əlaqədar əməliyyat qrupu yaradılmış və onlar birlikdə xx xxxxxxxx 2018-ci il tarixdə ünvan 12 ünvanın qarşısına getmişlər, həmin gün saat 10.05-də həmin ünvanın qarşısında polis əməkdaşları bir nəfər şəxsi saxlamışlar. Sorğu zamanı həmin şəxsin Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir. Qeyd etmək istəmişdir ki, həmin şəxsi əvvəllər tanımamış, bu şəxslə heç bir əlaqəsi, aralarında ədavət, düşmənçilik olmamışdır. Bu şəxsi ilk dəfə görürmüşdür. Təqsirləndirilən şəxs2 barəsində daxil olmuş məlumat əsasında qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edib üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs2 qara rəngli idman şalvarının sağ yan cibindən dörd ədəd şəffaf bükümü onlara təqdim edərək içindəkilərin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə hal şahidlərinin iştirakı ilə keçirilən baxış zamanı bükümlərdən hər birinin içərisində narkotik vasitə heroinə bənzər tünd qəhvəyi rəngli maddələrin olması müəyyən edilmişdir. Aşkar olunmuş həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılmış və möhürlənmişdir. Daha sonra üzərinə keçirilən baxış zamanı qanunsuz hər hansı başqa əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ondan aşkar olunaraq götürülmüş həmin dörd ədəd bükümdə olan narkotik vasitə heroin özünə məxsusdur və həmin narkotik vasitəni xx xxxxxxxx 2018-ci il tarixdə səhər saatlarında Binəqədi rayonunun ərazisində yerləşən Beynəlxalq avtovağzalın ərazisində olarkən yerdən tapmışdır. Bundan sonra onlar və saxlanılan şəxs polis əməkdaşlarının dəvəti ilə Baş idarəyə gəlmişlər və orada sonradan dəvət olunmuş vəkilin iştirakı ilə müvafiq protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol onlara ucadan oxunduqdan sonra biz protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 tədbirdə iştirak etmiş digər hal şahidi Şahid7 ilə eyni məzmunlu ifadə verərək, şahidin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin əməliyyat müvəkkili Şahid9 ifadəsində göstərmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə Baş X1 İdarəsinə daxil olmuş əməliyyat məlumatında Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirilmişdir. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün baş idarə rəhbərliyinə raportla məruzə edilmiş, əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə alındıqdan sonra qərar qəbul edilmiş və həmin qərara əsasən Baş idarənin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra iki nəfər vətəndaş hal şahidi qismində dəvət edilərək onlara hüquq və vəzifələri izah edilmiş, daha sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri birlikdə qeyd olunan tarixdə saat 15:50-də Təqsirləndirilən şəxs3 ola biləcəyi ehtimal olunan Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 22/2A saylı binanın qarşısına gedərək kənarda dayanmışlar. Həmin gün saat 16:00-da qeyd olunan binanın qarşısında xarici görünüşündən Təqsirləndirilən şəxs3 bənzəyən şəxs görən kimi ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini və hal şahidlərini ona təqdim edərək özü haqqında məlumat verməsini xahiş etmişlər. Məlum olmuşdur ki, saxlanılan şəxs elə Təqsirləndirilən şəxs3dur. Təqsirləndirilən şəxs3 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edib onun üstünə baxış keçirəcəklərini bildirmişlər. Həmçinin əvvəlcədən Təqsirləndirilən şəxs3 bildirilmişdir ki, üzərində hər hansı qanunsuz əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə heroin olduğunu bildirərək əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərə hal şahidlərinin iştirakı ilə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu məlum olmuşdur. Aşkar olunmuş həmin iki ədəd bükümlər zərfə qoyularaq qablaşdırılmış, Daxili İşlər Nazirliyinin 06 saylı möhürü ilə möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, aşkar olunmuş bükümlərin içərisindəki kütlə narkotik vasitə heroindir, həmin maddələri bir neçə gün əvvəl Lənkəran rayonunda Sütəmurdov kəndindən tapmışdır. Protokolun tərtib olunması üçün əlverişli şəraitin olmaması səbəbindən iştirakçılar Baş idarəyə dəvət olunmuş və Baş idarədə sonradan dəvət olunmuş Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili Camal Hümbətovun iştirakı ilə protokol tərtib edilərək ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət olmadığı üçün düzgünlüyü imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin baş əməliyyat müvəkkili Şahid10 və əməliyyat müvəkkili Şahid11ə məliyyat tədbirində iştirak etmiş digər Şahid9 ilə eyni məzmunlu ifadə verərək, şahidin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsindən görünür ki, o, xx xxxxxxxx 2018-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs3 üstünə keçirilmiş baxış zamanı hal şahidi kimi iştirak etmişdir. Belə ki, o və hal şahidi kimi çağırılmış digər vətəndaş polislərlə birgə həmin tarixdə saat 15-16 radələrində polislərin sözünə əsasən Təqsirləndirilən şəxs3 ola biləcəyi ehtimal olunan Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi 22/2A saylı binanın qarşısına gedərək kənarda dayanmışlar. Həmin gün saat 16:00- da qeyd olunan binanın qarşısında polislərin sözlərinə əsasən Təqsirləndirilən şəxs3 bənzəyən şəxs görünən kimi polislərlə birgə ona yaxınlaşmışlar. Polislər xidməti vəsiqələrini göstərib özlərini və hal şahidlərini ona təqdim edərək həmin şəxsin kim olmasını soruşmuşlar. Məlum olmuşdur ki, o, Təqsirləndirilən şəxs3dur. Polis əməkdaşları Təqsirləndirilən şəxs3 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib üstünə baxış keçirəcəklərini bildirmişlər. Həmçinin qabaqcadan Təqsirləndirilən şəxs3 bildirmişlər ki, üstündə qeyri-qanuni nəsə varsa təqdim etsin. Təqsirləndirilən şəxs3 üstündə narkotik vasitə heroin olduğunu deyərək tünd göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd sellofan bükülünü çıxarıb polislərə vermişdir. İHəmin bükümlərə baxış keçirilərkən içərisində narkotik vasitə heroinə oxşar maddə olduğu aşkar olunmuşdur. Həmin iki ədəd büküm polislər tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Polislərin verdiyi suallara cavab kimi Təqsirləndirilən şəxs3 bildirmişdir ki, ondan aşkar olunmuş bükümlərin içərisindəki maddə narkotik vasitə heroindir, həmin heroini bir neçə gün əvvəl Lənkəran rayonunda Sütəmurdov kəndindən tapmışdır. Sonda baş verənlərlə bağlı protokol yazılması: üçün şərait olmadığından polislər bütün iştirakçıları Baş idarəyə dəvət etmişlər və Baş idarədə Təqsirləndirilən şəxs3 görə vəkil Camal Hümbətov dəvət edilərək protokol tərtib edilmiş, ucadan oxunmuş, şikayət olmadığı üçün düzgünlüyü imzalarla təsdiq olunmuşdur. (Cild 02, iş vərəqi 215-217) Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid13 ifadəsindən görünür ki, sonuncu əməliyyat tədbirində iştirak etmiş digər hal şahidi Şahid12 ilə eyni məzmunlu ifadə verərək, şahidin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. (Cild 02, iş vərəqi 218-220) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, 2017-ci ilin təxminən mart- aprel aylarında o, tanışı Samir və həmkəndlisi Fuadla Bakı şəhəri, Babək prospektində yerləşən yeznəsi Qadirin icarəyə götürüb işlətdiyi «Dədəmin» kafesində görüşmüşlər. Onlar həmin vaxt oturub söhbət edərkən maddi vəziyyətlərinin yaxşı olmadığı barədə danışaraq öz problemlərindən və maddi sıxıntılarından söhbət etmişlər. Söhbətin gedişində Fuad təklif etmişdir ki, Samirin qohumu Vüqarın evindən oğurluq etsinlər. Lakin, Samir onunla razılaşmamışdır. Fuad ondan evin yerini soruşsa da, deməmişdir. Bu söhbətdən sonra Fuad özü soraqlaşıb Samirin qohumu Vüqarın mənzilinin yerini öyrənmiş, o özü öyrənib bilmişdir ki, Vüqarın mənzili 7-ci mərtəbədə yerləşir, mənzildə heç kim qalmır. Bu söhbətdən sonra Samir, Fuad və o, üçü həmin binanın olduğu yerə getmişlər. Fuad mənzili kənardan göstərmiş ki, bu mənzildir. Mənzil binanın 7-ci mərtəbəsində yerləşmiş, mənzilin 8-ci mərtəbəsində yaşayış olmamış, təmirsiz mənzil olduğu üçün qərara gəlmişlər ki, həmin mənzilə üstdəki 8-ci mərtəbədə yerləşən təmirsiz mənzilin balkonundan kəndirlə düşsünlər. Binanın blokunun giriş qapısında damafon və kodlu olmuşdur. Oğurluğu həyata keçirmək üçün hətta Fuad özü bir dəfə sakinlərdən biri bloka daxil olarkən onun arxasınca qapıdan içəri keçib yuxarı qalxmış və həm oğurluq edəcəkləri 7-ci mərtəbədəki, həm də 8-ci mərtəbədəki mənzilləri nəzərdən keçirmişdi. Fuad 8-ci mərtəbədəki təmirsiz mənzilin giriş qapısını «Samsung A3» markalı mobil telefonu ilə çəkib gətirmişdi və bildirmişdi ki, oğurluq edəcəkləri mənzilin qapısını aça bilməzlər, səkkizinci mərtəbədəki mənzilin giriş qapısı isə etibarlı deyil, üstündəki qıfılı zəifdir, onu asanlıqla açıb həmin mənzilə keçib oradan kəndirlə aşağıya düşmək olar. Fuadın təklifi belə olmuşdu ki, oğurluğu yağışlı havada, axşam vaxtı etsinlər ki, heç kim görməsin və oğurluğu edərkən səs-küy yaransa da, yağışın səsindən heç kim bunu bilməsin, xəbər tutmasın. Mənzildə konkret pul, yaxud qızıl-zinət əşyaları olduğunu, yaxud nə qədər olmasını bilməmişlər, düşünmüşlər ki, imkanlı adamdırsa yəqin evində pulu, qızılı olar, nə oğurlasaq üçü öz aralarında bölsünlər. Həmin dövrdə Fuad «Neftçilər» metro stansiyasının yaxınlığında kirayədə qalmışdır. Güman etmişlər ki, evdə dəmir seyf ola bilər, pul və qızıl-zinət əşyaları dəmir seyfdə saxlanıla bilər. Buna görə də, Fuad «Sədərək» ticarət mərkəzindən təxminən 70 mert uzunluğunda ip, dəmirkəsən qayçı və drel aləti almışdı. 2017-ci ilin təxminən sentyabr ayının sonlarında, dəqiq xatırlamadığı yağışlı havada mənzildə oğurluq etməkləri üçün o, Samir və Fuad ilə yeznəsi Qadirin işlətdiyi «Dədəmin» kafesinin yanında görüşmüşlər. O, həmin yerə özünə məxsus «Mercedes» markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmişdir. Fuad isə Samir ilə birlikdə həmin vaxt icarəyə götürdüyü, asfalt rəngində olan «Chevrolet Aveo» markalı avtomaşınla gəlmişdir. Fuad həmin avtomaşını hansı rentakardan icarəyə götürməsini o, bilməmişdir. O, avtomaşınını orada saxlamışdır. Təxminən saat 19-20 radələrində Samir rentakardan Fuadın icarəyə götürdüyü «Chevrolet Aveo» markalı avtomaşınla Fuadı götürüb oğurluq edəcəkləri binanın yanında aparıb düşürmüşdür. Danışıqları belə olmuşdu ki, Fuad özü qabaqcadan sakinlərdən kimsə damafonun kodunu yığıb içəri keçdikdə onun arxasınca bloka daxil olmalı və yuxarı qalxıb səkkizinci mərtəbəki təmirsiz mənzildə gözləməli, telefonla xəbər verdikdən sonra o, blokun giriş qapısınına yaxınlaşmalı, Fuad blokun giriş qapısını içəridən açdıqda birlikdə səkkizinci mərtəbədəki təmirsiz mənzildən 7-ci mərtəbəki oğurluq edəcəkləri mənzilə düşməli, Samir isə bu müddətdə onları həyətdə gözləməli idi. Fuadın planına görə onlar oğurluğu gecə saatlarında, camaat yatdıqdan sonra etməyi planlaşdırmışlar. Saat təxminən 22 radələrində onlar həmin məhəlləyə gəlmişlər. O, Fuadla mesajlaşmış, danışıqları belə olmuşdu ki, Fuad heç kimə zəng vurmasın, yalnız onunla mesajlaşıb xəbər versin. Fuad mesajlaşıb xəbər eləmişdir ki, səkkizinci mərtəbədəki təmirsiz mənzildədir, amma binanın mühafizəçisi yatmayıb, bir də hansısa mənzildə ustalar işləyir, səs-küy olduğundan sakinlər yatmayıb. Bu səbəbdən də, o, Samirlə birlikdə aşağıda avtomaşının içərisində qalıb gecənin olmasını gözləmişdir. Təxminən gecə saat 24 radələrində Fuad xəbər etdikdən sonra o, tortu götürüb bloka yaxınlaşmış, blokun damafonlu giriş qapısını içəridən Fuad özü açmışdır. Həmin vaxt yağış yağmışdır. Fuad və o, birlikdə 8-ci mərtəbəyə qalxmışdır. Artıq Fuad təmirsiz podmayak mənzilin qapısını açmış və onlar birlikdə həmin təmirsiz mənzilə daxil olmuşlar. Onlar Fuadla mənzildən kəndirlə aşağı mərtəbəyə necə, hansı şəkildə düşəcəklərini planlaşdırmışlar. Həm də, bir qədər gözləmişlər ki, gecə yarısı olsun, sakinlər tam yatsınlar, heç kim oğurluqdan xəbər tutmasın. Onlar orada olduqları müddətdə Samir aşağıda «Chevrolet Aveo» markalı avtomaşınla dayanıb onları gözləmişdir. Onlar səkkizinci mərtəbədəki mənzilin içərisində olduqları vaxt Samir bir neçə dəfə zəng vurub Fuadla danışmış, onların harada olduqlarını soruşmuşdur. Fuad Samirə demişdir ki, hələlik səkkizinci mərtəbədədirlər, aşağıya düşməyiblər, gözləyirlər ki, tam gecə yarısı olsun. Samir isə Fuada bildirmişdir ki, lazım deyil, o qohumunun evindən oğurluq etmək istəmir, təcili qayıdıb gəlsinlər. Doğrusu o özü də, səkkizinci mərtəbədən baxdıqda hündürlükdən qorxmuş və içində bir qorxu, təlaş olmuşdur. Samir də, bu sözü deyəndən sonra Fuada bildirmişdir ki, o da oğurluq etmək istəmir, gəl çıxaq gedək ifadəsini işlətmişdir. Hətta, Samir onun telefonuna və Fuadın telefonuna mesaj da yazmışdır ki, «idman çantasındakı əşyaları da götürüb çıxıb gələk, oğurluq etməyək». Bundan sonra, Fuad və o, oğurluq etməyib aşağı düşmək qərarına gəlmişlər. Əvvəlcə o, həyətə düşüb Samirin avtomaşınla onları gözləməli olduğu yerə tərəf gəlmişlər. Bir neçə dəqiqə sonra isə Fuad binadan düşüb gəlmişdir. Oğurluq üçün Fuadın özü ilə gətirdiyi içərisində alət və ləvazimatlar olan idman çantasını əlində olmadığını görmüşdür. Fuadan həmin əşyaları hara etməsini, niyə özü ilə gətirmədiyini soruşduqda Fuad bildirmişdir ki, əlində görüb şübhələnməsinlər deyə zibilliyə atmışdır. Ancaq, onlar həyətə düşdükdə Samir artıq həyətdə olmamışdır, avtomaşınla birlikdə oradan sürüb getmişdir. Telefonla danışanda demişdir ki, «Gənclik» metro stansiyasının yanındadır. Fuad və o, sonradan taksi ilə «Gənclik» metro stansiyasının yanına «Bazar store» mağazasının qarşısına gəldikdə Samir ilə orada görüşmüşlər. Samirin vermiş olduğu suala cavab olaraq bildirmişlər ki, mənzilə girməmişlər və oğurluq etməmişlər, səkkizinci mərtəbədəki təmirsiz mənzilin içərisində gözləmişlər, oğurluqdan imtina etdiyi üçün zəngindən sonra onlar da oğurluqdan imtina edib çıxıb gəlmişlər. Samir bildirmişdir ki, Vüqar onun qohumudur, o, səhv etdiyini başa düşmüş və buna görə də, oğurluqdan imtina etmişdir. Samir onlara bildirmişdir ki, bu söhbət burada bağlansın, heç kimə, bir kəlmə də olsa bu oğurluq barədə danışmasınlar. Samir onlardan oğurluq etmək üçün özləri ilə apardıqları əşyalar olan idman çantasını soruşduqda Fuad bildirmişdir ki, binanın sakinlərindən kimsə görüb şübhələnməsin deyə əşyaları özü ilə geri qaytarıb gətirməmiş və düşəndə zibilliyə atmışdır. Beləliklə, Samirin təşəbbüsü ilə o və Fuad onunla birlikdə Vüqar adlı şəxsin mənzilindən oğurluq etməkdən imtina etmişdir. Sonrakı müddətdə bir daha o, nə Fuadla, nə də Samirlə bu mövzuya qayıtmamış, heç kimə də bu barədə qorxsundan danışmamışdır. Sonradan baş vermiş oğlurluq hadisəsindən xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş, iş üzrə ibtidai istintaq zamanı dindirilmiş Şahid14 ifadəsindən görünür ki, Fuad və Bəhruz oğurluq edəcəkləri Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsi ev 14 saylı binaya daxil olduqdan sonra o, bir qədər həyətdə idarə etdiyi avtomobildə gözlədikdən sonra fikirləşmişdir ki, o, düzgün etmir, belə ki, Vüqar onun qohumumdur, əvvəllər aralarında avtomobil məsələsinə görə narazılıq olsa da onun evindən oğurluq etmək düzgün deyildir. Buna görə qərara gəlmişdir ki, bu oğurluqdan imtina etsin və bu səbəbdən bir neçə dəfə Fuada zəng vurub onunla danışmış, bildirmişdir ki, oğurluq etmək lazım deyil, Bəhruzu da götürüb gəlsin. O, dəfələrlə Fuada zəng vurub məcbur etmişdir ki, oğurluq etməsinlər, Vüqar onun qohumdur, sabah o, onun üzünə necə baxar, idman çantasında oğurluq üçün apardıqları əşyaları da götürüb təcili çıxıb gəlsinlər. Hətta, Fuadı, Bəhruzu bu işdən çəkindirmək üçün telefonda bildirmişdir ki, onları gözləmədən çıxıb gedəcəkdir. Həmin vaxt artıq o, Fuad və Bəhruzu hadisə yerində gözləməyib Fuadın kirayə tutduğu və onun tərəfindən idarə olunan «Chevrolet Aveo» markalı avtomobillə «Gənclik» metro stansiyasının yaxınlığına gəlmişdir. Ona görə belə etmişdir ki, Fuad və Bəhruz yuxarıdan binadan baxdıqda onu avtomaşınla aşağıda dayanmadığını görsünlər, başa düşsünlər ki, bu işdə artıq yoxdur və onlar da, beləcə oğurluq fikrindən daşınıb çıxıb gəlsinlər. xx xxxxxxxx 2017-ci il tarixdə saat 01.30-da o, istifadəsində olan ***-***-**-** saylı nömrədən Fuadın istifadəsində olan ***-***-**-** saylı nömrəyə «Sumkanıda götürün gəlin, Hecne elemeyin veşide götürün gəlin» məzmunlu smslər yazmışdır. Fləmçinin həmin tarixdə Bəhruzun istifadəsində olan ***-***-**-** saylı nömrəyə «Hecne elemeyin veşide götürün gəlin» məzmunlu sms yazmışdır. Təxminən gecə saat 02-03 radələrində «Gənclik» metro stansiyasının yaxınlığında olarkən Fuad və Bəhruz taksi ilə oraya gəlmişlər. O, görmüşdür ki, onların əllərində heçnə yoxdur. O, onlardan içərisində oğurluq etmək üçün istifadə ediləcək əşyalar olan idman çantasının harada olduğunu soruşduqda Fuad bildirmişdir ki, içərisində əşyalar olan idman çantasını zibilliyə atmışdır. O, bir daha Fuad və Bəhruza bildirmişdir ki, o, oğurluqda iştirak etməyəcək, onlara da icazə vermir ki, qohumu Vüqarın evindən oğurluq etsinlər. Fuad və Bəhruz da onu əmin edərək bildirmişlər ki, narahat olmasın, oğurluqdan imtina etdiyi üçün onlar da oğurluqdan imtina etmişlər. Həmin hadisədən sonra o, Fuad və Bəhruzla bir daha oğurluq söhbətinə qayıtmamışdır. Həqiqətən də, sonrakı müddətdə qohumu Vüqarın evindən oğurluq olması, yaxud kiminsə mənzilə oğurluq etmək üçün daxil olması barədə heç bir söz-söhbət, xəbər eşitməmişdir. Beləcə, tam əmin olmuşdur ki, o, vaxtında oğurluqdan imtina etməklə bu işin qarşısını ala bilmişdir. (Cild 03, iş vərəqi 207-218, cild 05, iş vərəqi 122-127) Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müvafiq olaraq yuxarıda qeyd edilən cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tərəflərə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, işdə olan zərərçəkmiş şəxs X3 Nərimanov RPİ-nin rəisinə ünvanlandığı ərizəsindən və “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, 2017-ci ilin avqust ayından xx xxxxxx 2017-ci il tarixədək olan müddət ərzində naməlum şəxs (və ya şəxslər) ünvan 13 saylı ünvana naməlum şəraitdə qanunsuz daxil olaraq evin yataq otağındakı dəmir seyfdə saxlanılan, X5 məxsus 850.00 ABŞ dollarının gizli olaraq talanmaqla oğlurluq edilməsi fakti ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 01, iş vər. 102, 104) İşdə olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxxxx 2017-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Nərimanov RPİ-nin müstəntiqi tərəfindən dəvət olunmuş həmin idarənin əməkdaşları, zərərçəkmiş şəxs Cəmaləddin Səfərovun və dəvət olunmuş hal şahidlərinin iştirakları ilə vətəndaş X3 ərizəsi əsasında oğurluq faktının yoxlanılması ilə əlaqədar Nərimanov rayonu, Çəmənzəminli küçəsi 14, mənzil 21 saylı ünvana baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, həmin mənzil 3 otaqlı olmaqla, mənzilə daxil olduqda sağ tərəfdə paltar dolabı, ondan sonra hamam otağı, ondan sonra böyük yataq otağı yerləşir, dəhlizin sol tərəfində kiçik yataq otağı, ondan sonra mətbəx, daha sonra qonaq otağı yerləşir. Mnzilin giriş qapısında hər hansı sındırma əlamətləri aşkar edilməmişdir. Hamam otağının qapısı bağlıdır, açıldıqda içəridə dağıntı əlamətləri aşkar edilməmişdir. Hamam otağının qapısı bağlıdır, açıldıqda içəridə dağıntı əlamətləri aşkar olunmamışdır. Böyük yataq otağına daxil olduqda sol divar boyunca paltar dolabı, onun qarşısında yataq dəsti, sağ divar boyunca güzgülü kamot, divarın küncündə hündürlüyü 1.35 m, evi 0.45 metr olan dəmir seyf vardır, dəmir seyfin sol tərəfi kəsilmiş vəziyyətdədir, seyfin qarşısında döşəmədə seyf dolabı yıxılmış vəziyyətdədir. Paltar dolabında hər hansı dağıntı əlamətləri aşkar olunmamışdır. Baxış zamanı kiçik yataq otağında, mətbəxdə və qonaq otağındakı sındırma əlamətləri müşahidə əlamətləri müşahidə edilmədi. Baxış zamanı böyük yataq otağındakı dəmir seyfin üzərindən izlər aşkar olunmuş, yapışqan lentlə götürülərək protokola əlavə edilmişdir. Baxış zamanı ərizəçi Zərərçəkmiş şəxs şifahi şəkildə bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə oğurluq faktını aşkar etmiş, lakin əvvəlcə hadisəni özü araşdırmaq istəmiş, sonradan xx.xx.2017-ci il tarixdə polisə ərizə ilə müraciət etmişdir. Sonuncu dəfə ünvanda 2017-ci ilin avqust ayında olmuşdur. Baxış zamanı ünvanda cinayətin törədilməsi zamanı istifadə oluna biləcək hər hansı alət, predmet və ya mənzilə kənardan gətirilmə əşya müəyyən edilmədi, götürülmədi, ekspert kriminalistlər tərəfindən dəhlizin, otaqların fotoşəkilləri çəkilməklə protokola əlavə edilmişdir. (cild 01, iş vər. 105-112) İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 11999 nömrəli rəyindən görünür ki, təqdim edilmiş daktiloletlərin səthlərindəki papilyar naxış izləri tam, aydın əks olunmadığından, həmçinin kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. (cild 01, iş vər. 160-166) İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2018-ci il tarixli, 11998 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 1 və 2 rəqəmləri ilə işarələnmiş mexanizmərin səthində kənar predmetlə yetirilməyə xarakterik deformasiya, cızılma, əzilmə və s. izlər (zədələr) aşkar edilməmişdir. Təqdim edilmiş silindrik mexanizm tədqiqata təqdim edilmiş vəziyyətində işlək vəziyyətdədir, istifadəyə yararlıdır. Lakin silindrik mexanizm taxma qıfıldan ayrılmadığı və onun tərkib hissəsi olduğu halda, taxma qıfılın bütün hissələri ilə birlikdə təqdim edildiyi zaman taxma qıfılın daxilində olan bağlayıcı mexanizm vəziyyətinə dair (açıq və ya bağlı olması) tədqiqatın aparılması mümkündür. Taxma qıfılın konstruktiv xüsusiyyətlərinə görə onun silindrik mexanizmi taxma qıfıldan qıfılın bağlayıcı mexanizmi açıq olduğu halda ayrılır. Təqdim edilmiş 1 və 2 rəqəmləri ilə işarələnmiş silindrik mexanizmərin daxili detallarının (şriftlərin və yayların) üzərində kənar predmetlə yetirilməyə xarakterik deformasiya, cızılma, əzilmə və s. izlər şakar edilməmişdir. Təqdim edilmiş 1 və 2 rəqəmləri ilə işarələnmiş silindrik mexanizmərin stat açarı və ya ona dəqiq uyğunlaşdırılmış açarla açılıb-bağlanması mümkündür. Təqdim edilmiş açarların üzərində onların forma və qəlibinin nüsxəsinin çıxarılmasına xarakterik əlamətlər-mexaniki qurğu və ya vasitədən yaranan izlər aşkar edilmədiyi üçün onların nüsxəsinin çıxarılması müəyyən edilməmişdir. (cild 01, iş vər. 169-170) İşdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edib, saxlayaraq daşıması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. (cild 02, iş vər. 27) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2018-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qanunsuz əməllərini ifşa etmək məqsədi ilə həmin şəxsin ətrafında əməliyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 31) İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş «baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında» protokoldan görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində gecə saat 00:20-də ünvan 2 ünvanında yerləşən “Şuşa” restoranının qarşısında Təqsirləndirilən şəxs1 saxlanılmış və əynindəki tünd göy rəngli şalvarının sol yan cibindən beş ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 1,025 qram, 0,979 qram, 0,956 qram, 0,988 və 0,980 qram olmaqla, ümumilikdə 4,928 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 32-33) İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 38) İşdə olan şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə yazmış olduğu, Azərbaycan Respublikası DİN BMCMİ-nin rəhbərliyinə ünvanlanan izahatından görünür ki, Təqsirləndirilən şəxs1 öz əlyazması ilə yazaraq bildirmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə, saat təxminən 00.15 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən «Şuşa» restoranının yaxınlığında durarkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələtini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra onlar yanlarındakı hal şahidlərini də ona təqdim edərək, kim olduğunu soruşmuşlar və o da öz şəxsiyyətinə dair məlumatları demişdir. Bundan sonra onlar onu nə ilə əlaqədar saxladıqlarını qeyd edib, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edbi, üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsini bildirmişlər. Daha sonra o, şalvarının sol yan cibindəki 05 ədəd şəffaf bükümləri polis əməkdaşlarına təqdim edib, içindəkilərin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlər hal şahidlərinin iştirakı ilə zərfdə qablaşdırılmış və möhürülənmişdir. Daha sonra üzərinə baxış zamanı qanunsuz hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İlkin sorğu zamanı həmin 05 ədəd bükümdəki narkotik vasitə heroinin özünə məxsus olmasını və 4 gün əvvəl Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən evlərin yaxınlığından tapdığını bildirmişdir. Protokolun tərtib olunamsı üçün əlverişli şərait olmadığından baş idarəyə dəvət olunmuş, baş idarədə hüquqlarınn müdafiəsi üçü təyin olunan vəkili ona təqdim etmişlər və o da etiraz etməmişdir. Bundan sonra hamının iştirakı ilə protokol tərtib edilib, ucadan oxunmuş və tərəflərindən etirazlar olmadığından doğruluğunu imzalarla təsdiq etmişlər. (cild 02, iş vər. 51) İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli, 23589 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs1 aşkar olunmuş maddi sübut....” yazı, imzalar olan kağız zərfdəki, 05 ədəd polietilen kəsiyi bükümlərində, ayrıayrılıqda təmiz çəkiləri: 1,025 qram, 0,979 qram, 0,956 qram, 0,988 qram, 0,980 qram; ümumi təmiz çəkisi: 4, 928 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin heroinlər xarici əlamətlərinə və tərkib komponetlərinə görə eynidir. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 4,928 qram, sərf edildi: 0,10 qram, qalıq 4,828 qram. (cild 02, iş vərəqi 54-57) İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-477/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli “Həbs qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbsetmə müddətinin əvvəli xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 02. İş vər. 89-90) İşdə olan “əşyanın maddi sübut hesab edilməsi və məsul saxlanışa verilməsi haqqında” xx.xx.2018-cii l tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş narkotik vasiət heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. (cild 02, iş vər. 91) İşdə olan “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və cinayət işi ibtidai istintaq aparılmasından ötrü 181900318-ci nömrə altında icraata qəbul edilmişdir. (cild 02, iş vər. 113-114) İşdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild 02, iş vər. 118) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyat müvəkkili Şahid9 tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2018-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 qanunsuz əməllərini ifşa etmək məqsədi ilə həmin şəxsin ətrafında əməliyat-axtarış tədbirlərinin həyata keçirilməsi, saxlanıldığı halda üstünə baxış keçirilməsi qərara alınmışdır. (cild 02, iş vər. 121) İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid9 tərəfindən tərtib olunmuş «baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında» protokoldan görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:00-da ünvan 5 ünvanında yerləşən evin qarşısında Təqsirləndirilən şəxs3 saxlanılmış və əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən iki ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,148 qram və 1,617 qram olmaqla, ümumilikdə 3,765 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (Cild 02, iş vərəqi 122-123) İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid9 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 02, iş vər. 128) İşdə olan şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə yazmış olduğu, Azərbaycan Respublikası DİN BMCMİ-nin rəhbərliyinə ünvanlanan izahatından görünür ki, Təqsirləndirilən şəxs3 öz əlyazması ilə yazaraq bildirmişdir ki, Lənkəran rayonunun Sütəmurdov kəndində qardaşları ilə birlikdə yaşamış, tutulmazdan təxminən bir neçə gün əvvəl işləmək üçün Bakı şəhərinə gəlmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə, günorta saat 15-16 radələrində Gənclik metrostansiyasının yaxınılığında yerləşən ABU yanacaq doldurma məntəqəsinin yanında olarkən bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq, polis işçiləri olduqlarını bildirərək, vəsiqələrini göstərmiş, yanlarında olan iki nəfəri hal şahidi imi təqdim etmişlər. Ondan üzərində olan qanunsuz əşyanı təhvil verməyi təklif etmişlər. O da əynində olan cins şalvarın sol yan cibindən onda olan iki bükümü çıxaraaq polislərə vəerib, bildirmişdir ki, həmin bükümü bir neçə gün əvvəl yaşadığı kənddə uşıq transformatorunun yanında tapmışdır. Həmin maddələri polisə təhvil vermək yadından çıxaraq cibində qalmışdır. Daha sonra baş idarəyə getmişlər və sənədləşmə aparılmışdır. (cild 02, iş vər. 140-141) İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli, 23531 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs3....” sözləri yazılmış, içərisində iki ədəd sellofan bükümündə təmiz çəkisi ayrı-ayrılıqda 2,148 qram, 1,617 qram (ümumi 3,765 qram) maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və kimyəvi tərkibinə görə eynidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 3,765 qram, sərf edildi: 0,06 qram, qalıq 3,705 qram. (cild 02, iş vərəqi 145-147) İşdə olan “Maddi sübut hesab edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsinin maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. (cild 02, iş vər. 174) İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-482/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli “Həbs qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmə müddətinin əvvəli xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 02. İş vər. 182-183) İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (cild 02, iş vər. 211). “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və cinayət işi ibtidai istintaq aparılmasından ötrü 181900318-ci nömrə altında icraata qəbul edilmişdir. (cild 02, iş vər. 224-225) İşdə olan “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, toplanmış materiallar üzrə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. (cild 02, iş vər. 228) İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyat müvəkkili Şahid5 tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2018-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 qanunsuz əməllərini ifşa etmək məqsədi ilə həmin şəxsin ətrafında əməliyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. (cild 02, iş vər. 232) İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid5 tərəfindən tərtib olunmuş «baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında» protokoldan görünür ki, xx xxxxxxxx 2018-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 10:05-də ünvan 4 ünvanında yerləşən evin qarşısında Təqsirləndirilən şəxs2 saxlanılmış və əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən dörd ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,060 qram, 0,902 qram, 0,890 qram və 0,860 qram olmaqla, ümumilikdə 3,712 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər. 233-234) İşdə olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid5 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. (cild 02, iş vər. 239) İşdə olan şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə yazmış olduğu, Azərbaycan Respublikası DİN BMCMİ-nin rəhbərliyinə ünvanlanan izahatından görünür ki, Təqsirləndirilən şəxs2 öz əlyazması ilə yazaraq bildirmişdir ki, xx xxxxxxxx 2018-ci il tarixdə, Bakı şəhəri, Nizami rayonu, Şərifli küçəsində yerləşən binalardan birinin qarşısında olarkən saat təxminən 10.00 radələrində bir neçə mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, xidməti vəsiqələtini təqdim etdikdən sonra onun kimliyini soruşmuşlar. O özünü onlara təqdim edərəl Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları onu əməliyyat tədbirinin keçirilməsi barədə qərarla tanış edib, hal şahidlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin qanusuz dövriyyəsində şübhəli bilindiyini qeyd edərək üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə təqdim etməsini təklif etmişlər. O, hal şahidlərinin iştirakı ilə əynində olan idman şalvarının sağ yan cibindən dörd ədəd bükülü təqdim edərək həmin bükümlərdəki maddələrin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə hal şahidlərinin iştirakı ilə polis əməkdaşları tərəfindən baxış keçirilmiş və daha sonra qablaşdırılaraq onun və hal şahidləri tərəfindən imzalanmış, daha sonra polis əməkdaşları keçirilmiş tədbiri sənədləşdirilməsi üçün onu polis idarəsinə dəvət etmişlər və onlar baş idarəyə getmişlər. Baş idarədə protokol tərtib olunmuş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı bildirmişdir ki, ondan aşkar olunmuş narkotik vasitəni xx xxxxxxxx 2018-ci il tarixdə beynəlxalq avtovağzalın ərazisində olarkən yerdən tapmışdır. (cild 02, iş vər. 251) İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli, 24223 nömrəli ekspert rəyindən görünür ki, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri yazılmış, içərisində dörd ədəd sellofan bükümündə təmiz çəkisi ayrı-ayrılıqda qəhvəyi rəngli, toz şəkilli maddələr, təmiz çəkisi ayrı ayrılıqda 1,060 qram, 0,902 qram, 0, 890 qram, 0, 860 qram (ümumi 3,712 qram) kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və kimyəvi tərkibinə görə eynidirlər. Qeyd: Heroinin ümumi təmiz çəkisi: 3,712 qram, tədqiqata sərf edildi- 0,08 qram, qalıq 3,632 qram. (cild 02, iş vərəqi 254-257) İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 4(005)-495/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli “Həbs qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbsetmə müddətinin əvvəli xx xxxxxxxx 2018-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 03. İş vər. 32-33) İşdə olan “maddi sübut hesab edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalan hissəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilməsi qərara alınmışdır. (cild 03, iş vər. 37-38) “Cinayət işlərinin birləşdirilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.4 və 234.4.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi ilə birləşdirilmiş və cinayət işi ibtidai istintaq aparılmasından ötrü 181900318-ci nömrə altında icraata qəbul edilmişdir. (cild 03, iş vər. 57-58) İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. (cild 03, iş vər. 64). İşdə olan “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx xxxxxxxx 2018-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxs X30, Təqsirləndirilən şəxs1 və Şahid15 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 29,177.3.2, 177.3.2 və 234.4.3-cü maddələrinə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsindən həmin Məcəllənin 177.3.2 və 234.4.3-cü maddələrinə tövsif edilmişdir. (cild 03, iş vər. 67-73) İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli protokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin müstəntiqi Hüseynov Şöhrət Mehdi oğlu tərəfindən, idarənin digər əməkdaşının, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanmış, istintaq hərəktəti zamanı Təqsirləndirilən şəxs3 göstərdiyi istiqamətdə hərəkət edərək ünvan 15 ünvanında yerləşən çoxmənzilli yeni inşa olunmuş binanın qarşısına getmişlər. Təqsirləndirilən şəxs3 binanın üzərində 244 rəqəmləri yazılmış lövhə vurulmuş giriş blokunun girişinə gələrək domafon qurğusu quraşdırılmış 2 laylı dəmir giriş qapısını təqdim edərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə saat 18-19 radələrində əvvəlcə həmyerlisi Təqsirləndirilən şəxs1 sakinlərdən birinin arxasınca keçərək bloka daxil olub yuxarı səkkizinci mərtəbədəki təmirsiz mənzildə onları gözləmiş, saat 24 radələrində isə Təqsirləndirilən şəxs1 aşağı düşüb blokun giriş qapısını içəridən açdıqda o və Təqsirləndirilən şəxs2 içəriyə keçmişlər. 8-ci mərtəbədəki təmirsiz mənzildən əvvəlcə Valeh, daha sonra isə o özü kəndirlə 7-ci mərtəbədəki mənzilin həyətə baxan eyvanına düşmüş, yataq otağındakı taxta şkafın içlərisində olan dəmir seyfi özləri ilə gətirdikləri elektrik direli, dəmirkəsən qayçı ilə kəsib içərisindən 840.000 ABŞ dolları pul vəsaitini oğurlamış, bundan sonra eyni qaydada 8-ci mərtəbədəki mənzilə kəndirlə qalxıb orada onları gözləyən Təqsirləndirilən şəxs1la birgə binadan çıxıb getmişlər. Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılarkən 7-ci mərtəbədəki oğurluq hadisəsinin baş verdiyi 21 saylı mənzilin giriş qapısının, 8-ci mərtəbənin eyvanından həmin mənzilin eyvanına düşdükləri yeri, mənzilə daxil olduqları giriş qapısını, yataq otağındakı oğurluq vaxtı içərisində dəmir seyf olmuş taxta şkafı, oğurluq edilmiş yataq otağının giriş qapısını təqdim edərək əvvəlki ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs3 göstərdiyi istiqamətdə hərəkət edərək 8-ci mərtəbəyə qalxıb oğurluq olan mənzilin üstüdə yerləşən mənzilin giriş qapısının önünə getmişlər. Təqsirləndirilən şəxs3 tünd şabalıdı rəngli tək laylı dəmir giriş qapısını təqdim edərək bildirmişdir ki, oğurluq vaxtı bu mənzilin qapısı da eyni ilə yanakı yerləşən təmirsiz mənzilin giriş qapısı kimi “MTK” tərəfindən qoyulmuş, asanlıqla açıla bilə sadə qapı olmuş, sonradan mənzil təmir olunduğu üçün yeni seyf qapı qoyulmuşdur. Təqsirləndirilən şəxs3 bildirmişdir ki. Fuad və Təqsirləndirilən şəxs2lar və o, məhz həmin mənzilin qapısını çətinlik çəkmədən açıb içəri daxil olmuşlar, nəticədə kəndirlə həmin mənzilin həyəətə baxan balkonundan aşağı düşməklə 7-ci mərtəbədəki mənzildən oğurluq etmişlər. (cild 04, iş vər. 37-48) İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli prptokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin müstəntiqi X20 tərəfindən, idarənin digər əməkdaşının, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanmış, istintaq hərəktəti zamanı Təqsirləndirilən şəxs1 ilə birlikdə onun göstərdiyi istiqamət üzrə hərəkət edərək ünvan 15 ünvanında yerləşən çoxmərtəbəli yeni inşa olunmuş binanın həyətinə getmişlər. Təqsirləndirilən şəxs1 binanın üzərində 244 rəqəmləri yazılmış lövhə olan blokun girişindəki 2 laylı domafonlu dəmir giriş qapısını təqdim edərək bildirmişdir ki, xx.xx.2017-ci il tarixdə o, özü tək saat 18 radələrində icarəyə götürdüyü “Hyundai Sonata” markalı avtomaşınla həmin həəyətə gəlmiş, sakinlərdən biri domofon kodunu yığıb qapını açdıqda arxasınca adi qaydada bloka daxil olub liftlə 8-ci mərtəbədəki təmirsiz mənzilə qalxıb mənzilin etibarlı olmayan qapısını asanlıqla açaraq içəriyə keçmiş, gecə təxminən saat 2-nin yarısında qardaşı Valeh və həmkəndlisi Kənan gəlmişdirş O, aşağıya düşüb blokun giriş qapısını içəridən açmış, hər üçü birlikdə 8-ci mərtəbədəki təmirsiz mənzilə liftlə qalxmış, daha sonra əvvəlcə qardaşı Valeh bir qədər sonra isə Kənan 8-ci mərtəbədəki təmirsiz mənzilin həyətə baxan balkonundan oğurluq edəcəkləri aşağıdakı 7-ci mərtəbədə yerləşən mənzilin balkonuna düşərək oradakı mənzilə daxil olmuş, özləri ilə gətirdikləri elektrik direli və dəmirkəsən qayçı ilə mənzilin yataq otağından aşkar etdikləri dəmir seyfi kəsib içərisindən 840.000 ABŞ dolları pul oğurtlayaraq eyni qaydada 8-ci mərtəbədəki təmirsiz mənzilə qalxmış, bu müddətdə o özü isə 8-ci mərtəbədəki təmirsiz mənzildə yoldaşlarını gözləmişdir. İfadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs1 blokun domofonlu giriş qapısını, yuxarı qalxdıqları lifti, əvvəlcə daxil olduqları 8-ci mərtəbədəki təmirsiz mənzilə giriş qapısını, 8-ci mərtəbədəki mənzilin həyətə baxan balkonundan kəndirlə oğurluq etdikləri 7-ci mərtəbədə yerləşən mənzilin balkonuna düşdükləri yeri, həmçinin oğurluq hadisəsinin baş verdiyi 21 saylı mənzilin giriş qapısını təqdim etmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 bildirmişdir ki. ifadəsi yerində yoxlanılan zaman təqdim etdiyi 8-ci mərtəbədəki mənzilin oğurluq hadisəsinin baş verdiyi vaxt tamamilə təmirsiz vəziyyətdə olduğunu, mənzili giriş qapısının hazırda olduğu kimi tək laylı dəmir seyf qapı olmadığını, binada hazırda digər təmirsiz mənzillərdə olduğu kimi “MTK” tərəfindən qoyulmuş, möhkəm etibarlı olmayan, asan açıla bilən qapılar olduğunu bildirmişdir. (cild 04, iş vər. 63-71) İşdə olan xx xxxxxxxx 2018-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli prptokoldan və əlavə olunmuş fotocədvəldən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin müstəntiqi Hüseynov Şöhrət Mehdi oğlu tərəfindən, idarənin digər əməkdaşının, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanmış, istintaq hərəktəti zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi istiqamətdə hərəkət edərək ünvan 15 ünvanında yerləşən çoxmənzilli yeni inşa olunmuş binanın qarşısına getmişlər. Təqsirləndirilən şəxs2 binanın üzərində 244 rəqəmləri yazılmış lövhə vurulmuş giriş blokunun girişinə gələrək domafon qurğusu quraşdırılmış 2 laylı dəmir giriş qapısını təqdim edərək göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə saat 18-19 radələrində əvvəlcə qardaşı Təqsirləndirilən şəxs1 sakinlərdən birinin arxasınca keçərək bloka daxil olub yuxarı səkkizinci mərtəbədəki təmirsiz mənzildə onları gözləmiş, saat 24 radələrində isə Təqsirləndirilən şəxs1 aşağı düşüb blokun giriş qapısını içəridən açdıqda o və Təqsirləndirilən şəxs3 içəriyə keçmişlər. 8-ci mərtəbədəki təmirsiz mənzildən əvvəlcə o, daha sonra isə Təqsirləndirilən şəxs3 kəndirlə 7-ci mərtəbədəki mənzilin həyətə baxan eyvanına düşmüş, yataq otağındakı taxta şkafın içlərisində olan dəmir seyfi özləri ilə gətirdikləri elektrik direli, dəmirkəsən qayçı ilə kəsib içərisindən 840.000 ABŞ dolları pul vəsaitini oğurlamış, bundan sonra eyni qaydada 8-ci mərtəbədəki mənzilə kəndirlə qalxıb orada onları gözləyən Təqsirləndirilən şəxs1la birgə binadan çıxıb getmişlər. Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən giriş blokunun qapısını, binanın liftini, oğurluq edilmiş mənzilin giriş qapısını, 8-ci mərtəbədə yerləşən mənzilin giriş qapısını, həmin mənzilin eyvanını, oğurluq edilmiş mənzilin eyvanını, seyfin yerləşdiyi otağın giriş qapısını və seyfin yerləşdiyi taxta şkafı təqdim edərək əvvəlki ifadəsində göstərdiklərini bir daha təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 göstərdiyi istiqamətdə hərəkət edərək 8-ci mərtəbəyə qalxıb oğurluq olan mənzilin üst mərtəbəsində yerləşən mənzilin giriş qapısına getmişlər. Təqsirləndirilən şəxs2 tünd şabalıdı rəngli dəmir qapını göstərib bildirmişdir ki, oğurluq vaxtı həmin mənzilin qapısı “MTK” tərəfindən qoyulmuş sadə, asanlıqla açılan qapı olmuş, sonradan mənzil təmir olunmuşdur. Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Təqsirləndirilən şəxs1, o və Təqsirləndirilən şəxs3 məhz həmin mənzilin qapısını çətinlik çəkmədən açıb içəri daxil olmuşlar, nəticədə kəndirlə həmin mənzilin həyəətə baxan balkonundan aşağı düşməklə 7-ci mərtəbədəki mənzildən oğurluq etmişlər. (cild 04, iş vər. 72-82) İşdə olan X37 Hakimiyyəti başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsində nümayəndəsi tərəfindən verilmiş 12-24/34 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli məktubla təqdim olunmuş arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 həqiqətən Sütəmurdov kəndində yaşamaqla, yaşadığı müddətdə böyüklərin hörmət və ehtiramını saxlamışdır, kənd sakinləri tərəfindən onun haqqında mənfi fikir söylənilməmişdir, kənddə yaşadığı müddət ərzində nümayəndəliyə onun haqqında heç bir şikayət daxil olmamışdır. (cild 04, iş vər. 101-104) İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 5(005)- 416/2018, 417/2018 və 419/2018 nömrəli qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***- **-** və ***-***-**-** saylı telefon nömrələrindən xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək bu nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, bu telefon danışıqlarının hansı stansiyalardan ötürülməsi barədə antenn məlumatları, qəbul olunan və göndərilən SMS-lərin siyahısı, SMS mətnləri, daxil olan və çıxan zənglər siyahısına aid hər bir nömrənin sahibinin tam anket məlumatlarını əks etdirən telefonla aparılan danışıqlar və məlumatların müvafiq oeratorlardan götürülməsi qərara alınmışdır. (cild 04, iş vər. 166-174) İş üzrə keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının xx xxxxxxxx 2018-ci il tarixli 1667 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 04, iş vərəqi 237-238) İş üzrə keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının xx xxxxxxx 2018-ci il tarixli 1774 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayıbdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilatik qeydiyyata alınması məsləhət görülür. (Cild 04, iş vərəqi 241-242) İş üzrə keçirilmiş ambulator məcburi narkoloji ekspertizasının xx xxxxxx 2018- ci il tarixli 2007 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayıbdır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild 04, iş vərəqi 243-244) İşdə olan “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin istintaq şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X26 tərəfindən cinayət işi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı əsasında «xxxxxxxx» Telekom MMC-dən götürülmüş, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər: Şahid15 isitifadəsində olmuş 050 ***-**-** saylı, Şahid14 istifadəsində olmuş 050 ***-**-** saylı, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı və Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 050 ***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələri ilə xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxanşlara dair məlumatların əks olunduğu, «xxxxxxxx» Telekom MMC-nin xx xxxxxx 2018-ci il tarixli, 37210 nömrəli saylı müşaiyət məktubuna əlavə edilmiş bir ədəd «CD» markalı diskə baxış keçirilmiş, baxış keçirilərkən müəyyən edilmişdir ki, diskdə 050 657-42-42, 050 347- 47-24, 050 405-54-35, 050 ***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələri ilə aparılmış danışıqlara aid 10 ədəd qovluqlar vardır. Təqdim edilmiş məlumatlar xx xxxx 2017-ci il tarixdən son olaraq xx xxxxxx 2017-ci il tarixə kimi olan müddəti əhatə edir. Telefon danışıqlarına dair məlumata baxış keçirilərək təqsirləndirilən şəxs Şahid15 istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefon nömrəsinin Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs1 adına, təqsirləndirilən şəxs Şahid14 istifadəsində olmuş 050 347- 47-24 saylı mobil telefon nömrəsinin sonuncunun öz adına, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2017-ci İ tarixinədək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Qaryev küçəsi, ev 8, mənzil 15-də olan X9 adına, xx.xx.2018-ci il tarixdən isə Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyat olan X10 adına, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 050 ***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələrinin isə atası Lənkəran rayonu, Sütəmurdov kəndində qeydiyyat olan X14 adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefon nömrəsinin xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixinə kimi olan müddət ərzində deaktiv olduğu üçün xxxxxxxx şəbəkəsində istifadə edilmədiyi müəyyən edilmişdir. Telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edilmişdir ki, cinayət işi üzrə təqsirləndirilən şəxs Şahid14 istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefon nömrəsi ilə təqsirləndirilən şəxs Şahid15 istifadəsində olmuş 050 ***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi olan müddət ərizində mütamadi olaraq telefon əlaqəsi saxlamışlar. Baxış keçirilərkən təqsirləndirilən şəxs Şahid14 istifadəsində olmuş 050 347- 47-24 saylı mobil telefon nömrəsi ilə təqsirləndirilən şəxs Şahid15 istifadəsində olmuş 070 547-42-42, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 405- 54-35, 070 ***-**-** və 070 377-77-20, Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 050 ***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələri arasında zəng edilərək telefon danışıqlarının apanlması müəyyən edilməmişdir. Baxış keçirilərkən təqsirləndirilən şəxs Şahid15 istifadəsində olmuş 050 657- 42-42 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** və 070 ***-**-** saylı mobil telefon nömrələri arasında zəng edilərək telefon danışıqlarının aparılması müəyyən edilməmişdir. Baxış keçirilərkən təqsirləndirilən şəxs Şahid15 istifadəsində olmuş 050 657- 42-42 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrəsinə zəng edərək xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi olan müddət ərizində mütamadi olaraq telefon əlaqəsi saxlamışlar. Baxış keçirilərkən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 050 379- 36-93 saylı mobil telefon nömrəsi ilə təqsirləndirilən şəxs Şahid14 istifadəsində olmuş 050 347-47-24, təqsirləndirilən şəxs Şahid15 istifadəsində olmuş 070 547- 42-42 və 050 657-42-42, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 405-54-35, 070 ***-**-** və 070 ***-**-** saylı mobil telefon nömrələri arasında zəng edilərək telefon danışıqlarının aparılması müəyyən edilməmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs3 istifadəsində olmuş 050 756- 20-56 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070 ***- **-** saylı mobil telefon nömrəsinə zəng edərək xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixinə kimi olan müddət ərizində mütamadi olaraq telefon əlaqəsi saxlamışlar. Təqdim edilmiş «SMS» məlumatlarına baxış keçirilərkən müəyyən edildi ki, cinayətinin birgə iştirakçıları olmuş Şahid15 istifadəsində olan 050 657-42- 42 saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsinə qarşılıqlı olaraq xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərində maraq kəsb edən SMS-lər yazmışlar. «SMS» mətinlərinə baxış keçirilərkən xx.xx.2017-ci il tarixdə saat 02.39-da «xxxxxxx» MMC-nə məxsus 70 ******* saylı mobil telefon nömrəsinin sahibi tərəfindən təqsirləndirilən şəxs Şahid15 istifadəsində olan 50 ******* saylı mobil telefon nömrəsinə «Hecne elemeyin vewide goturun gelin» məzmunlu sms göndərilmişdir. Belə ki, xx xxxxxxxx 2017-ci il tarixdə saat 23.13-dən xx xxxxxxxx 2017-ci il tarixdə son olaraq saat 0.52-yə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs1 070 ******* nömrəsindən Şahid15 050 ******* nömrəsinə zəng edilərək 155, 139 və 29 saniyə müddətinə telefon danışığı aparılmış, bu telefon danışığı zamanı Təqsirləndirilən şəxs1 və Şahid15 istifadələrindəki telefonun əhatə dairəsi kimi oğlurluq hadisəsi baş verdiyi Bakı şəhəri, Səməd Vurğun küçəsi, Niaqara restoranın yaxınlığı qeyd edilmişdir. Bundan əlavə “xxxxxxxx Telekom” MMC-dən daxil olmuş Şahid15 istifadəsində olan 050 ******* mobil nömrəsinə gələn və qeyd edilən nömrədən yazılmış “SMS” məlumatlarına keçirilmiş baxışdan aydın olur ki, xx xxxxxxxx 2017-ci il tarixdə saat 21:30-dan xx xxxxxxxx 2017-ci il tarixdə son olaraq saat 0.43-ə kimi olan müddət ərzində Təqsirləndirilən şəxs1 və Şahid15 istifadələrindəki telefonun əhatə dairəsi kimi Bakı şəhəri, Səməd Vurğun küçəsi, Niaqara restoranın yaxınlığı qeyd edilmişdir. Təqdim edilmiş «SMS» məlumatlarına baxış keçirilərkən müəyyən edildi ki, cinayətinin birgə iştirakçılan olmuş Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 ******* saylı mobil telefon nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 ******* saylı mobil telefon nömrəsinə qarşılıqlı olaraq cinayət hadisəsinin baş verdiyi tarixlərdə maraq kəsb edən SMS-lər yazmışlar. Həmin SMS mətnlər aşağıdakı kimidir: xx/xx/2017, 02:04:23, **********56, **********98, Sen bura gelisen xx/xx/2017, 02:40:08, **********98, **********56, Cixdiq geliriy saba ikimiz gireriy”. Həmin «SMS» mətnindən məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs3 qeyd olunan oğurluq hadisəsindən əvvəlcədən xəbərdar olmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 ******* saylı mobil telefon nömrəsinin anten əhatə dairəsinə baxış keçirilərkən əhatə dairəsinin xx.xx.2017-ci il tarixdə saat 5:59-da Bakı şəhəri, 9 mikrayon, Mircalal küçəsində, həmin gün saat 6.03-də Bakı şəhəri, Yasamal rayonu, İpek Yolu magistral yolunda, saat 6.51-də Salyan rayonu,Kürsəngi kəndində, saat 7.12-də Salyan şəhərində, saat 7.21-də Salyan səhəri, 20 Yanvar küçəsi 60-da, saat 8.02-də Biləsuvar rayonu, Tezekend kəndində, saat 8.54-də Lənkəran rayonu, Liman qəsəbəsində, saat 9.46-da Lənkəran rayonu, Gərmətürk kəndində, saat 10.00-da Lənkəran şəhəri, Mərkəzi Stadionda qeydə alındığı müəyyən edilmişdir. (cild 05, iş vər. 94-107) İşdə olan xx xxxxxx 2019-cu il tarixli “Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi polis polkovnik-leytenantı X26 tərəfindən cinayət işi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qərarı əsasında «xxxxxxx» Telekom MMC-dən götürülmüş, təqsirləndirilən şəxs Şahid15 isitifadəsində olmuş 070 547- 42-42 saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070 ***-**- ** və 070 ***-**-** saylı mobil telefon nömrələrinə xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixədək daxil olan və çıxan zənglərdən çıxarışlara dair məlumatların əks olunduğu «xxxxxxx» Telekom MMC-nin xx xxxxxx 2018-ci il tarixli, AZF/LGL-31254/18 nömrəli müşayiət məktubuna əlavə edilmiş bir ədəd «CD» markalı diskə baxış keçirilərkən müəyyən edildi ki, diskdə 070 ***-**- ** və 070 ***-**-** saylı mobil telefon nömrəsi ilə aparılmış danışıqlara ai|H08 ədəd qovluqlar vardır. Təqdim edilmiş məlumatlar xx xxxx 2017-ci il tarixdən son olaraq xx xxxxxx 2017-ci il tarixə kimi olan müddəti əhatə edir. Şahid15 istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrəsinin öz adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 070 ***-**-** saylı mobil telefon nömrəsinin xx xxxx 2017-ci il tarixdən xx xxxxxx 2017-ci il tarixinə kimi olan müddət ərzində xxxxxxx şəbəkəsində istifadə edilmədiyi müəyyən edilir. Telefon danışıqlarına dair məlumata baxış keçirilərək müəyyən edildi ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadə etdiyi 070 ***-**-** saylı mobil telefon nömrəsindən təqsirləndirilən şəxs Şahid15 istifadə etdiyi 070 ***-**-** saylı nömrəsinə ilk dəfə xx xxxx 2017-ci il tarixdə zəng edilərək telefon danışığı aparılmışdır. Həmin tarixdən etibarən bu iki nömrə arasında müxtəlif tarixlərdə çoxsaylı telefon danışıqları aparılmış, sonuncu telefon danışığı xx xxxxxxx 2017-ci il tarixdə baş tutmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadə etdiyi 070 ***-**-** saylı mobil telefon nömrəsindən təqsirləndirilən şəxs Şahid15 istifadə etdiyi xxxxxxxx Telekom MMC-nin aid 050 ***- **-** saylı nömrəsinə ilk dəfə xx xxxxxx 2017-ci il tarixdə zəng edilərək telefon danışığı aparılmışdır. Həmin tarixdən etibarən bu iki nömrə arasında müxtəlif tarixlərdə çoxsaylı telefon danışıqları aparılmış, sonuncu telefon danışığı xx xxxxxxxx 2017-ci il tarixdə baş tutmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 istifadə etdiyi 070 ***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadə etdiyi xxxxxxxx Telekom MMC-nin aid 050 ***-**-** saylı nömrəsinə ilk dəfə xx xxxxxx 2017-ci il tarixdə zəng edilərək telefon danışığı aparılmışdır. Həmin tarixdən etibarən bu iki nömrə arasında müxtəlif tarixlərdə çoxsaylı telefon danışıqları aparılmış, sonuncu telefon danışığı xx xxxxxxx 2017-ci il tarixdə baş tutmuşdur. Təqdim edilmiş «SMS» məlumatlarına baxış keçirilərkən müəyyən edildi ki, cinayətinin birgə iştirakçıları olmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan 070 ***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsinə xx xxxxxxxx 2017-ci il tarixdə cinayət hadisəsinin baş verdiyi tarixdə maraq kəsb edən SMS yazmışdır. Həmin SMS mətnlər aşağıdakı kimidir: xx-xx-2017 01:40:08 xx-xx-2017 01:40:08 1.1.**********98 1.1.**********56 Cixdiq geliriy saba ikimiz gireriy, xx-xx-2017 02:04:28 xx-xx-2017 02:04:28 1.1.**********56 1.1.**********98 Sen bura gelisen. Həmin «SMS» mətnindən məlum olur ki, iş üzrə Təqsirləndirilən şəxs3 qeyd olunan oğurluq hadisəsindən əvvəlcədən xəbərdar olmuşdur. «SMS» mətinlərinə baxış keçirilərkən xx.xx.2017-ci il tarixdə saat 01.30 və 01.37-də «xxxxxxx» MMC-nə məxsus 70 ******* saylı mobil telefon nömrəsinin sahibi tərəfindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 70 ***-**-** saylı mobil telefon nömrəsinə «Sumkanida goturun gelin» və «Hecne elemeyin vewide goturun gelin» məzmunlu smslər göndərilmişdir. (cild 05, iş vər. 110- 121) İşdə olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 5(007)- 158/2018 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin əməliyyat müvəkkili Şahid5 “Əməliyyat- axtarış tədbirinin həyata keçirilməsinə dair” xx xxxxxxxx 2018-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (Cild 05, iş vərəqi 239-243) İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (cild 05, iş vər. 248-249). İşdə olan Lənkəran Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayış, X37 Başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsində nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailəli olmaqla, həqiqətən Lənkəran Rayonunun Sütəmurdov kəndində yaşayır və himayəsində xx.xx.2011-ci il təvəllüdlü Umud Əhmədov ad və soyadlı və xx.xx.2013-cü il təvəllüdlü Yusif Əhmədov ad və soyadlı iki azyaşlı uşağı vardır. Təqsirləndirilən şəxs1 yaşadığı müddətdə özünü həmişə hərəkətləri ilə mülayim bir insan kimi aparmış, özündən böyüklərin hörmət və ehtiramını saxlamış, yaşca kiçiklərə isə qayğıkeşliklə yanamışdır. Nümayəndəliyə onun haqqında kənd sakinləri və qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. (cild 05. İş vər. 251-254) İşdə olan X37 Başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsində nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2, ailəli olmaqla həqiqətən Lənkəran Rayonunun Sütəmurdov kəndində yaşayırlar və Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X16 ad soyadlı azyaşlı uşağı vardır və yaşadığı müddətdə özünü həmişə hərəkətləri ilə mülayim bir insan kimi aparmış, özündən böyüklərin hörmət və ehtiramını saxlamış, yaşca kiçiklərə isə qayğıkeşliklə yanamışdır. Nümayəndəliyə onun haqqında kənd sakinləri və qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. (cild 05. İş vər. 255-256) İşdə olan xx xxxx 2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərar və xx xxxx 2019-cu il tarixli “Cinayət işinin materiallaından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2, 177.3.2 və 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın məzmununda əlavə və dəyişiklik edilməklə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onlara həmin maddələrlə yenidən ittiham edilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Şahid14 və Şahid15 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.2 və 177.3.2-ci maddələri ilə həyata keçirilən cinayət təqibinə xitam verilmiş və cinayət işi materiallarından Şahid14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəsi ilə, Şahid15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli ilə ayrıca cinayət işi ayrılmış, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtdai istintaq ********* nömrəsi ilə davam etdirilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən X11 məxsus ünvan 1, mənzil 21-də törədilmiş oğurluq cinayətinin baş vermə tarixi xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixə keçən gecə kimi qəbul edilmiş, cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Mərkəzi Bankının valyuta məzənnələri üzrə çıxarışa əsasən, 28-xx xxxxxxx 2017-ci il tarixlərində Azərbaycan Respublikası manatının həmin dövr üçün dollara olan məzənnəsinin 1,7002 manat təşkil etməsi nəzərə alınmış, “xxxxxxxx” Telekom MMC-nin xx.xx.2018-ci il tarixli, 37210 nömrəli müşayiət məktubuna əlavə edilmiş bir ədəd “CD” disk və “xxxxxxx” Telekom MMC-nin xx xxxxxx 2018-ci iltarixli, AZF/LGL-31254/18 nömrəli müşayiət məktubuna əlavə edilmiş bir ədəd “CD” diskdəki məlumatlar maddi sübut hesab edilmiş, telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2019-cu il tarixli baxış protokolları sübut növü kimi qəbul edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 saxlanıldıqdan sonra üzərlərindən aşkar edilmiş satış-məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıdıqları narkotik vasitə heroinləri polis əməkdaşlarına təqdim etmələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234-cü maddəsinin qeydinin birinci bəndinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməmiş, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxslər tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 4,928 qram, 3,712 qram və 3,765 qram çəkdə narkotik vasitə olan heroinin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satılması faktına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ayrıca cinayət işi ayrılmışdır. (cild 01, iş vər. 114-165,167-171) İşdə olan zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs xx xxxxxxxx 2019-cu il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək cinayət işi üzrə ona dəymiş maddi ziyanın, yəni 850.000 ABŞ dolları məbləğində pulun ona qaytarıldığını, bu səbəbdən iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxslərə qarşı heç bir şikayət və tələbinin olmamasını, gələcəkdə də olmayacağını bildirmişdir. (cild 06, iş vər. 179) İşdə olan “xxxxxxxxxxxxxx” MTK-nın xx.xx.2019-cu il tarixli, 07 nömrəli arayışından görünür ki, oğurluq cinayət hadisəsinin baş verdiyi Bakı şəhəri, Nərimanov rayonu, Çəmənzəminli küçəsi, ev 14, mənzil 21-də olan üç otaqdan ibarət mənzil X4 mülkiyyətində olmuşdur. (cild 06, iş vərəqi 185) «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2005-ci il 1 №-li Qərarının 10, 11 və 27-ci bəndlərinə əsasən özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Özgə əmlakının talanmasında bilavasitə iştirak etməyən, lakin cinayətin izinin itirilməsi, cinayətin bilavasitə icraçısına kömək göstərməklə əlaqədar olmayan maneələrin aradan qaldırılması, oğurluq əmlakın özgəninkiləşdirilməsi və s. ilə əlaqədar məsləhətləri və göstərişləri ilə cinayətin törədilməsinə kömək etmiş şəxslərin əməlləri CM-nin 32.5-ci maddəsinə istinad etməklə köməkçi formada iştirakçı kimi tövsif edilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən, cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurluq cinayətin hadisəsinin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun etirafedici ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxs və şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verilməklə məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmin iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara qarşı irəli sürülmüş ittihamlarla bağlı, saxlanılarkən üzərilərində heç bir miqdarda narkotik vasitə olmadığına dair hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların bu kimi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmişdir. Belə ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirildikləri cinayət əməllərini törətmələri, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarlar, «baxış keçirilməsi və maddi sübut əhəmiyyətinə malik olan əşyaların götürülməsi haqqında» protokolların məzmunu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçilərinin iştirakı ilə verdikləri etirafedici əlyazma izahatlarının məzmunu, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdikləri etirafedici ifadələri, müvafiq məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin müvafiq cinayət əməllərində təqsirlərini təkzib edə biləcək hal məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduqları cinayət əməllərinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onların törətmiş olduqları cinayət əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə tövsif edilmiş və onlar həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cəza təyin olunması zamanı qeyd edir ki, iş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslərin oğurluq cinayətini xx xxxxxxx 2017-ci il tarixdən xx xxxxxxx 2017-ci il tarixə keçən gecə törətmişlər və həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasında 07 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası dəyişdirilərək, maddənin sanksiyasında beş ildən on ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası yüngülləşdirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 10.3-cü maddəsinə görə isə, əməin cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə cəza təyin olunarkən xx xxxxxxx 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyasına edilmiş dəyişiklik nəzərə alınmalı və Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsinin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3 və 64cü maddələrinə müvafiq olaraq onların törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin törədilmiş cinayətə görə cəza təyin edərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, təqsirləndirilən şəxslərin cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alır. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırki cinayət işi üzrə iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində hərəkətləri fərdiləşdirilməklə, cinayətlərin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətin hadisəsinin başa çatmasında rolu və iştirakının əhəmiyyəti də müəyyən edilməklə təqsirləndirilən şəxslərə cəza təyini məsələsi müzakirə edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4-№-li Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını, törətmiş olduğu oğurluq cinayət əməlini səmimi etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın onun atası tərəfindən tam olaraq ödənmiş olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını, törətmiş olduğu oğurluq cinayət əməlini səmimi etiraf edib peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın onun atası tərəfindən tam olaraq zərərçəkmiş şəxsə ödənmiş olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə müvafiq olaraq məhkəmə Təqsirləndirilən şəxs3 törətmiş olduğu oğurluq cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın tam olaraq zərərçəkmiş şəxsə ödənilmiş olmasını yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ağır cinayət əməli törətməkdə təqsirli bilindiklərinə görə Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən onlar cəzalarını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidirlər. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası CMnin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, Təqsirləndirilən şəxs3 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Digər Təqsirləndirilən şəxs2 isə məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görüldüyündən o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar: DİN-in Baş X1 İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 4,828 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 3,705 qram təşkil edən narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 3,632 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərcləri cəmi 317 (üç yüz on yeddi) manat 44 (qırx dörd) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlətin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlakın olmadığı nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 345-349, 351-354 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 177.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Əhmədov X12 ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 177.3.2-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Əhmədov X7 ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.3.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 177.3.2-ci maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən K.N.Vəlieyvə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın. Vəliyev X21 ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2018-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: DİN-in Baş X1 İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılmaqla Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 4,828 qram təşkil edən narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 3,705 qram təşkil edən narkotik vasitə heroin və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq çəkisi 3,632 qram təşkil edən narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərcləri cəmi 317 (üç yüz on yeddi) manat 44 (qırx dörd) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada dövlətin xeyrinə tutulsun. İş üzrə üzərinə mülki iddia, həbs qoyulmuş əmlak olmadığı nəzərə alınsın. Hökmdən elan olunduğu, məhkumlara isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-156/2020
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-156/2020
21.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver