Məhkəmə qərarları › İş №1(101)-156/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-156/2021

25.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-156/2021 25.06.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 Ağalarovun sədrliyi ilə, hakimlər Əliövsəd Məzahir oğlu Abasov və Eldar Əli oğlu Mikayılovdan ibarət tərkibdə, məsləhətçi Turan Zakir qızı Qafarovanın katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər: «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu, A.Rzayev küçəsi, ev 670-də qeydiyyatda olmaqla yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə, xx xxxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri Akademik Qarayev küçəsi, dalan 2, ev 4-də qeydiyyatda olub, Bakı şəhəri İ.Məmmədov küçəsi, ev 15-də yaşamış, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs2 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə yəni, xeyli miqdarda 13.000 manat pulu hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün sonuncunu Təqsirləndirilən şəxs2 vasitəsilə görüşüb söhbət etmək adı ilə 30 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu, «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığına dəvət etmiş, həmin gün saat 20 radələrində qeyd olunan ünvanda baş tutan görüş zamanı özünü cinayətkar aləmdə «Maqa» ləqəbi ilə tanınan nüfuz sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs1, qrup üzvlərindən olan Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan «Elnur» adlı şəxslə birlikdə söhbət etmək adı ilə Zərərçəkmiş şəxs Hövsan qəsəbəsinə kafeyə dəvət etmiş, sonuncu bu dəvəti qəbul etdiyi üçün birlikdə sonuncunun idarə «Subaru Forester» markalı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafeyə gəlmiş, orada dəniz kənarında açıq havada stol arxasında əyləşdikdən və yanlarına şəxsiyyəti istintaqa məlum olmayan əlavə dörd nəfər şəxs gəldikdən sonra Zərərçəkmiş şəxsla üzbəüz əyləşmiş və yanındakı şəxslərin «Maqa» deyə müraciət etdiyi Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə psixoloji təsir göstərməklə onda qorxu hissi yaratmaq üçün hər iki əlini stolun altına aparıb nə isə edərək odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxarmış və daha sonra nümayişkaranə şəkildə stolun altından çıxartdığı taxta saplı baltanı stolun üstünə qoyub yanındakı qrup üzvlərindən Təqsirləndirilən şəxs2 əli ilə göstərərək sonuncuya olan 8.500 manat pul borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmadığı puldan artıq məbləğdə yəni, 13.000 manat pulu iki gün ərzində ödəməli olduğunu, həmin məbləği deyilən müddətdə verməyəcəyi halda nümayiş etdirdiyi balta ilə qulağının kəsiləcəyini, başına oyun açılacağını, odlu silahla vurulacağını deyərək və qrupun digər üzvü «Elnur» adlı şəxs Təqsirləndirilən şəxs1 dediklərini təkrar edərək birlikdə zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda 13.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, yaranmış şəraitdə Zərərçəkmiş şəxs səslənən təhdidləri real və dərhal həyata keçirilə bilən hədə kimi qəbul etdiyindən qorxduğu üçün tələb olunan məbləği ödəməyə razı olduğunu bildirmiş və o, cinayətkar qrup üzvləri ilə birlikdə hadisə yerindən birbaşa Sumqayıt şəhəri X4 qəsəbəsində yerləşən hərbi şəhərciyə gələrək özü tək yaşadığı mənzilə qalxıb 2.000 manat pul götürüb aşağı düşüb həmin pulu cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs2 verərək, qalan məbləği bir müddət sonra çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 aldığı 2.000 manat pulu Təqsirləndirilən şəxs1 təhvil verdikdən sonra cinayətkar qrup üzvləri Zərərçəkmiş şəxs ayrılaraq çıxıb getmiş, sonrakı müddətdə Təqsirləndirilən şəxs2 və qeyrilərinin hədə-qorxu ilə tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini Zərərçəkmiş şəxs gecikdirdiyi üçün aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən vahid cinayətkar niyyətdən çıxış edərək qrup üzvlərindən şəxsiyyəti istintaqla araşdırılan «Elnur» adlı şəxs bir müddət sonra +**********43 nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan +**********16 nömrəli mobil telefona zəng edərək söz verdiyi qalan 11.000 manat pulu onlara çatdırmayacağı təqdirdə başından güllə ilə vurulacağını deyərək zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdikləri xeyli miqdarda 13.000 manat pulun qalan 11.000 manatını tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs2 əvvəlcədən görüş yeri olaraq təyin edilmiş Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev adına parkda saat 18:15-də Zərərçəkmiş şəxsla görüşərək seriya və nömrələri əvvəlcədən protokolda qeyd olunmaqla sonuncuya verilmiş C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrəli 14 ədəd 100 manatlıq pul əskinaslarından ibarət cəmi 1.400 manat məbləğində nağd pulu Zərərçəkmiş şəxs alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanat tipli pul kisəsinin içərisinə qoyduqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılmışdır. Bundan sonra polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs2 şalvarının cibindən çıxarıb təqdim etdiyi portmanat tipli pul kisəsinin içərisindəki bir qədər əvvəl qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100 manatlıq pul əskinazlarından ibarət cəmi 1.400 manat nağd pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmə barədə Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqla araşdırılan qeyriləri ilə cinayətkar razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Təqsirləndirilən şəxs2 8.500 manat pul borcu olan Zərərçəkmiş şəxs borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmalı olduğu puldan artıq məbləğdə yəni, xeyli miqdarda 13.000 manat pulu hədə-qorxu ilə tələb edib ələ keçirmək üçün sonuncunu Təqsirləndirilən şəxs2 vasitəsilə görüşüb söhbət etmək adı ilə 30 aprel 2019-cu il tarixdə Bakı şəhəri Nizami rayonu «Xalqlar Dostluğu» metrostansiyasının yaxınlığına dəvət etmiş, həmin gün saat 20 radələrində qeyd olunan ünvanda baş tutan görüş zamanı Təqsirləndirilən şəxs2, onun yanında olan qrup üzvlərindən özünü cinayətkar aləmdə «Maqa» ləqəbi İlə tanınan nüfuz sahibi kimi təqdim edən Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan «Elnur» adlı şəxslə birlikdə söhbət etmək adı ilə Zərərçəkmiş şəxs Hovsan qəsəbəsinə kafeyə dəvət etmişdir. Zərərçəkmiş şəxs bu dəvəti qəbul etdiyi üçün birlikdə sonuncunun idarə «Subaru Forester» markalı avtomobillə Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz kənarında yerləşən «Türkan Sahili» adlı kafeyə gəlmişlər. Orada dəniz kənarında açıq havada stol arxasında əyləşdikdən və yanlarına şəxsiyyəti istintaqa məlum olmayan əlavə dörd nəfər şəxs gəldikdən sonra Zərərçəkmiş şəxsla üzbəüz əyləşmiş və yanındakı şəxslərin «Maqa» deyə müraciət etdiyi Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə psixoloji təsir göstərməklə onda qorxu hissi yaratmaq üçün hər iki əlini stolun altına aparıb nə isə edərək odlu silahın çaxmağının çəkilməsini xatırladan səs çıxarmış və daha sonra nümayişkaranə şəkildə stolun altından çıxartdığı taxta saplı baltanı stolun üstünə qoyub yanındakı qrup üzvlərindən Təqsirləndirilən şəxs2 əli ilə göstərərək sonuncuya olan 8.500 manat borcunu vaxtında ödəmədiyinə görə bunun «cəzası» olaraq qaytarmadığı puldan artıq məbləğdə yəni, 13.000 manat pulu iki gün ərzində ödəməli olduğunu, həmin məbləği deyilən müddətdə verməyəcəyi halda nümayiş etdirdiyi balta ilə qulağının kəsiləcəyini, başına oyun açacağını, odlu silahla vurulacağını demiş və qrupun digər üzvü «Elnur» adlı şəxs Təqsirləndirilən şəxs1 dediklərini təkrar edərək birlikdə zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə Zərərçəkmiş şəxs xeyli miqdarda 13.000 manat pul verməsini hədə-qorxu ilə tələb etmiş, yaranmış şəraitdə Zərərçəkmiş şəxs səslənən təhdidləri real və dərhal həyata keçirilə bilən hədə kimi qəbul etdiyindən qorxduğu üçün tələb olunan məbləği ödəməyə razı olduğunu bildirmiş və o, cinayətkar qrup üzvləri ilə birlikdə hadisə yerindən birbaşa Sumqayıt şəhəri X4 qəsəbəsində yerləşən hərbi şəhərciyə gələrək özü tək yaşadığı mənzilə qalxıb 2.000 manat pul götürüb aşağı düşüb həmin pulu cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs2 verərək, qalan məbləği bir müddət sonra çatdıracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 isə aldığı 2.000 manat pulu Təqsirləndirilən şəxs1 təhvil verdikdən sonra cinayətkar qrup üzvləri Zərərçəkmiş şəxs ayrılaraq çıxıb getmişdir. Sonrakı müddətdə Təqsirləndirilən şəxs2 və qeyrilərinin hədə-qorxu ilə tələb etdikləri pulun qalan hissəsinin ödənilməsini Zərərçəkmiş şəxs gecikdirdiyi üçün aralarında əldə olunmuş ümumi razılaşmaya əsasən vahid cinayətkar niyyətdən çıxış edərək qrup üzvlərindən şəxsiyyəti istintaqla araşdırılan «Elnur» adlı şəxs bir müddət sonra +**********43 nömrəli mobil telefonla Zərərçəkmiş şəxs istifadəsində olan +**********16 nömrəli mobil telefona zəng edərək söz verdiyi qalan 11.000 manat pulu onlara çatdırmayacağı təqdirdə başından güllə ilə vurulacağını deyərək zərərçəkmiş şəxsin üzərində zor göstərmə hədəsi ilə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etdikləri xeyli miqdarda 13.000 manat pulun qalan 11.000 manatını tələb etmiş, Zərərçəkmiş şəxs bununla bağlı müraciəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət- Axtarış İdarəsinin əməkdaşları tərəfindən 20 iyun 2019-cu il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı cinayətkar qrup üzvlərindən Təqsirləndirilən şəxs2 əvvəlcədən görüş yeri olaraq təyin edilmiş Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev adına parkda saat 18:15-də Zərərçəkmiş şəxsla görüşərək seriya və nömrələri əvvəlcədən protokolda qeyd olunmaqla sonuncuya verilmiş C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrəli 14 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 1.400 manat məbləğində nağd pulu Zərərçəkmiş şəxs alıb əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanat tipli pul kisəsinin içərisinə qoyduqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində saxlanılmış, bundan sonra polis əməkdaşlarının təklifinə əsasən Təqsirləndirilən şəxs2 şalvarının cibindən çıxarıb təqdim etdiyi portmanat tipli pul kisəsinin içərisindəki bir qədər əvvəl qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etməklə ələ keçirdiyi əvvəlcədən seriya və nömrələri qeyd olunmuş 14 ədəd 100 manatlıq pul əsginaslarından ibarət cəmi 1.400 manat nağd pul aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, himayəsində iki azyaşlı uşağı var. Tutulanadək fərdi əməklə məşğul olmuş, Bərdə rayonunda yerləşən avtomobil satış mərkəzindən avtomobil alıb Bakı şəhərinə gətirib Badamdar qəsəbəsində yerləşən satış mərkəzində satmaqla özünü dolandırmışdır. İstifadəsində ***-***-**-**, ***-***-**-** mobil telefon nömrələri olmuşdur. ***-***- **-** mobil telefon nömrəsini 2019-cu ilin iyul ayından tutulduğu günədək istifadə etmişdir. 2019-cu ilin iyul ayınadək isə həmin mobil nömrə Emin adlı şəxsdə olmuşdur. Sonuncunun kimliyi barədə onda heç bir məlumat yoxdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamış və onu üzbəüz görməmişdir. Onunla bir neçə dəfə telefonda danışmış və yalnız adını eşitmişdir. Təqsirləndirilən şəxs2 isə tanışı Emin adlı şəxsin vasitəsi ilə tanımışdır. Xatırlamadığı tarixdə Emin ona zəng edib Zərərçəkmiş şəxs adlı bir nəfərin tanışı Təqsirləndirilən şəxs2 borcu olduğunu, borcu qaytarmadığını, Pərvinin ailəsində pul ilə bağlı maddi sıxıntılar olduğunu bildirib, borcun qaytarılmasında Pərvinə kömək göstərməsini xahiş etmişdir. Odur ki, təxminən 2019-cu ilin aprel ayında Emindən Aqilin mobil telefon nömrəsini öyrənib istifadəsində olan ***- ***-**-** saylı nömrədən sonuncuya məxsus, hazırda xatırlamadığı mobil nömrəyə zəng vurmuşdur. Aqilə adının Marif olduğunu, lakin, tanışlarının onu «Maqa» deyə çağırdıqlarının deyib ondan (Aqildən) Pərvinə olan borcu nə səbəbə qaytarmadığını soruşduqda, Aqil ona başqa fikirdə olmadığını bildirib borcunu verəcəyini bildirmişdir. Aqilə: «bu günə qədər Pərvinin pulunu verməmisənsə, bundan sonra necə verəcəksən?»-deyə sual etdikdə Aqil əlavə söz demədən verəcəyini bildirmişdir. Aqillə telefonda Bakıxanov qəsəbəsi ərazisindən danışmış, bu zaman Emin və Pərvin onun yanında olmuşdur. Pərvini ilk dəfə həmin vaxt görüb tanımışdır. Bu söhbətdən sonra onun Eminlə əlaqəsi kəsilmiş və bir daha onu görməmişdir. X2 borcu qaytarıb-qaytarmadığı barədə onun məlumatı olmamışdır. Aqillə olan telefon danışığından təxminən 10 gün sonra Eminlə təsadüfən Qaraçuxur qəsəbəsində təsadüfən rastlaşıb görüşmüşdür. Sonuncudan Aqildən borcu alıb-almadığını soruşduqda Emin hələ almadığını bildirmişdir. Bundan sonra Emini ümumiyyətlə görməmişdir. Bundan bir müddət sonra axtarışda olduğunu eşidib, 2019-cu ilin oktyabr ayında könüllü olaraq 30-cu PB-nə gedib özünü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə onun əmlakını hədə-qorxu ilə tələb etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, əvvəllər hərbiçi olmuş və N saylı hərbi hissədə baş leytenant rütbəsində xidmət etmişdir. 26 aprel 2019-cu il tarixdə ordudan təxris olunmuşdur. Zərərçəkmiş şəxsla aralarında əvvəllər dostluq münasibətləri olmuşdur. 2018-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs ondan iki ay ərzində qaytarmaq şərti ilə hissə-hissə olmaqla 13000 manat borca pul almışdır. Şərtləşdikləri müddət keçməsinə baxmayaraq Aqil onun pulunu verməmişdir. Bu barədə Samir adlı qohumuna danışmışdır. Sonuncu 2019-cu ilin yanvar ayında Aqillə ona olan borcun qaytarılması ilə bağlı söhbət etmiş, lakin Aqil onun pulunu verməmişdir. 2019-cu ilin aprel ayında əvvəllər tanımadığı bir nəfər şəxsin vasitəsi ilə «Maqa» kimi tanınan Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. Sonuncuya tanışı Zərərçəkmiş şəxs iki ay müddətinə qaytarmaq şərti ilə 13.000 manat borca pul verdiyini, lakin danışdıqları müddətin bitməsinə baxmayaraq pul qaytarmadığını bildirib, pulun alınmasında ona köməklik göstərilməsi xahiş etmişdir. Marif ona 3.000 manat pul veriləcəyi təqdirdə, bu məsələdə ona köməklik edəcəyini demiş və o, razılaşmışdır. «Maqa»nın əsl adının Marif olduğunu və onun kriminal aləmlə əlaqələrinin olduğunu sonradan bilmişdir. 30 aprel 2019-cu il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxsla Xalqlar Dostluğu metrostansiyasının yanında görüşmüş və həmin məsələ ilə bağlı söhbət etməkdən ötrü Aqilə məxsus dövlət nömrə nişanına fikir vermədiyi «Subaru Forester» markalı avtomobillə Hövsan qəbəsinə kafelərin birinə getmişlər. Orada o, Marif və daha iki nəfər tanımadığı şəxslər olmuşdur. Həmin tanımadığı şəxslərin Marifin tanışları olduğunu güman etmişdir. Onunla Marif borcla bağlı Aqillə söhbət edib, ondan pulunu tələb etməyə başlamışlar. Sonuncu yenə də, əvvəlki qaydada pulunu verəcəyini bildirmişdir. Bu zaman Marif Aqilə pulu həmin vaxt verməli olduğunu dedikdə, Aqil isə hazırda ancaq 2.000 manatı verə biləcəyini, bunun üçün Sumqayıt şəhərinə gedib evdən pul götürmək lazım gəldiyini demişdir. Odur ki, onlar birlikdə Sumqayıta gəlmiş, orada Aqil hərbi hissə şəhərciyinin həyətinə keçib, evindən 2000 manat pul gətirib ona verib, qalan hissəsini də iki ay ərzində verəcəyini bildirmişdir. Pulu götürəndən sonra onlar yaxınlıqda yerləşən «Socar» yanacaq doldurma məntəqəsinə getmişlər. Orada Aqildə aldığı həmin 2.000 manat pulu Marifə vermişdir. Daha sonra Aqil ilə ondan başqa heç kim danışmamışdır. 20 iyun 2019-cu il tarixdə Aqil ondan şikayət etmiş və ona 1.400 manat pul verilən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq BPİ-nə gətirilmişdir. Aqilin hazırda ona 11.000 manat pul borcu qalmışdır. Zərərçəkmiş şəxs şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə onun əmlakını hədə-qorxu ilə tələb etməmiş və bu məqsədlə Təqsirləndirilən şəxs1 və qeyriləri ilə birləşib qrup təşkil etməmişdir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə tanışdır. Onunla dostluq münasibətləri olmuşdur. 2018-ci ilin sentyabr ayında iki ay müddətində qaytarmaq şərti ilə Təqsirləndirilən şəxs2 hissə-hissə olmaqla 10.500 manat borca pul almış, lakin iki ay tamam olmamış sonuncu ondan pulunu tələb etməyə başlamışdır. Bu məqsədlə Pərvin onun üstünə Samir adında bir nəfər şəxsi göndərmişdir. Samir onun işlədiyi hərbi hissəyə gəlib ondan çölə çıxmağını tələb etmiş, sonuncunun niyyətini başa düşüb və həm də qorxduğu üçün onun onu hərbi hissə ərazisinə dəvət etmişdir. Samir hərbi hissəyə daxil olmuş və Pərvinin pulunu verməyəcəyi təqdirdə onu işdən çıxartdıracağı ilə hədələmişdir. Bundan sonra Samir onun yanından bir nəfər şəxsə zəng edib səs gücləndirici vasitəsi ilə danışmışdır. Telefonda danışdığı şəxsə: «bir nəfər hərbçi zabit bizim uşağın pulunu vermir, verməsə onu işdən çıxartdırmaq lazımdır»-demiş, telefonda danışan şəxsin: «çıxartdırarıq» deməsini eşitmişdir. Bundan sonra Samir çıxıb getmişdir. Sonradan da Samir bir neçə dəfə ona zəng edib işdən çıxartdırmaqla başına oyun açdıracağını deyib, ona hədə-qorxu gəlmişdir. Həmin ərəfələrdə Pərvin özü də ondan pulunu tələb etməkdə davam etmişdir. Hər dəfə Pərvinə vəziyyətinin yaxşı olmadığını, düzələn kimi pulunu verəcəyini desə də, sonuncu onu eşitmək istəməmişdir. Həmin vaxta onun Pərvinə 8.500 manat borcu qalmışdır. 2019-cu aprel ayında Pərvinə imkanı olduqca borcu ödəyib bağlayacağını demişdir. 30 aprel 2019-cu il tarixdə axşam saatlarında Pərvin istifadəsində olan ***-***-**-** mobil nömrədən onun istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonuna zəng edib görüşmək istədiyini bildirib onu Bakıxanov qəsəbəsinə dəvət etmişdir. Pərvinə həmin yerə gələ bilməyəcəyini demişdir. Bu zaman Pərvin onu Xalqlar Dostluğu metrostansiyası yaxınlığında yerləşən «Heydər» parkına» dəvət etmiş və o, razılaşmışdır. Həmin tarixdə saat təxminən 20 radələrində idarə etdiyi avtomobillə metronun Xalqlar Dostluğu stansiyasının yanına gəlib Pərvinlə görüşmüşdür. Sonuncu onun idarə etdiyi «Subaru Forester» markalı avtomobilinə əyləşmişdir. Bir neçə saniyə sonra daha iki nəfər gəlib onun avtomobilinə əyləşmiş və özlərini Pərvinin qohumları olduqlarının bildirmişdir. Onlardan biri özünü «Maqa», digəri isə «Elnur» kimi təqdim etmişdir. «Maqa»nın əsl adı və soyadının Təqsirləndirilən şəxs1 olduğu ona sonradan məlum olmuşdur. Sonuncunun təklifi ilə birlikdə Hövsan qəsəbəsinə gəlib, orada çöldə kafelərin birində oturmuşlar. Az sonra onun avtomobilinin arxasında başqa bir dövlət nömrə nişanı yadında qalmayan boz rəngli «Opel» markalı avtomobilin gəlib dayandığını görmüşdür. Həmin avtomobildən 4 nəfər tanımadığı şəxs düşüb onların yanına gəlmişdir. Həmin vaxt kafedə onlardan başqa adam olmamışdır. Masa arxasında əyləşdikləri zaman «Maqa», yəni Marif hər iki əlini masanın altına salıb, silahın atəşə hazır vəziyyətə gətirilməsi səsinə bənzər səs çıxartmışdır. Marifin əlində silah görməsə də, səsindən silahın atəş üçün hazır vəziyyətə gətirildiyini başa düşüb, bundan möhkəm qorxmuşdur. Bu zaman Marif ondan Pərvinin pulunu nə səbəbə vermədiyini soruşmuşdur. Marifə başqa şəxslərə də borcları olduğundan, hazırda Pərvinin pulunu verə bilmədiyini demişdir. Marif əlini Pərvinə tərəf uzadıb: «pulunu vaxtında vermədiyin üçün, bu gündən sənin borcun oldu 13.000 manat» demişdir. Qorxduğu üçün Pərvinin pulunu iki aya verəcəyinə Marifə söz vermişdir. Bir qədər sonra Marif qara rəngli sapı olan balta çıxardıb masanın üstünə qoyaraq ona: «Pərvinə 13.000 manat pul verməlisən, verməsən qulağını kəsəcəyik və başqa şeylər edəcəyik sənə» demişdir. Sonuncuların hədələrindən qorxub tez bir zamanda tələb etdikləri məbləğdə pulu tapıb verəcəyini bildirmişdir. Ona hədə qorxunu Marif və Ukrayna vətəndaşı olduğunu bildiyi «Elnur» adlı şəxs gəlmişdir. Orada olan digər şəxslər isə onlara qulaq asmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Elnur adlı şəxslə birlikdə ona məxsus «Subaru Forester» markalı avtomobili ilə Sumqayıt şəhərinə H.Z.Tağıyev qəsəbəsinə gəlmişlər. Həmin vaxt dövlət nömrə nişanını bilmədiyi «Opel» markalı avtmobil də onların arxasınca gəlmişdir. Bir yerdə qəsəbə ərazisində yerləşən hərbi şəhərciyin qabağına gəlmişlər. Pərvinlə birlikdə hərbi şəhərciyə daxil olmuş, Marif və yanındakılar isə çöldə dayanmışlar. Qalxıb evdən 2000 manat pul götürüb gətirib Pərvinə vermişdir. Bundan sonra gəlib «Opel» markalı avtomobilə minib «Socar» yanacaq doldurma məntəqəsinə getmişlər. Orada Marifin yanında olanlardan kimsə taksi çağırmış, lakin kimin üçün taksi çağırdığını bilməmişdir. Həmin vaxt Pərvinlə Marif yanacaq doldurma məntəqəsinin ərazisindəki tualetə gedib qayıtmışdır. Bu zaman taksi gəlmiş və Marif cibindən 20 manat pul çıxarıb ona vermişdir. Həmin vaxt Marifin cibindən çıxartdığı pulların onun Pərvinə verdiyi pullar olduğunu görmüşdür. Daha sonra taksiyə minib evə gəlmişdir. Bütün bunlar 30 aprel 2019-cu il tarixdə saat 20-dən 1 may 2019-cu il tarixə keçən gecə saat 1 radələrinədək olmuşdur. Sonradan Marifin yanında olan Elnur adlı şəxs ona zənglər etməyə başlamış və pulu verməyəcəyi təqdirdə onun başından atacağı ilə hədələmişdir. Elnur ona ***-***-**-** nömrəsindən zəng etmişdir. Bildiyinə görə Elnur Ukrayna vətəndaşıdır və hazırda Ukraynadadır. Marif və onun ətrafındakıların ondan əl çəkmədiklərini görüb, həm də qorxduğu üçün polisə şikayət etmişdir. 20 iyun 2019-cu il tarixdə Pərvinə 1400 manat pul verən zaman sonuncu polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hazırda Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Təqsirləndirilən şəxs2 olan borcu tam ödəmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2005-ci ildən DİO-da, 2016-cı ildən isə BŞBPİ-də baş əməliyyat müvəkkili vəzifəsində çalışır. 20 iyun 2019-cu il tarixdə Zərərçəkmiş şəxs BŞBPİ-nə ərizə ilə müraciət edərək tanışı Təqsirləndirilən şəxs2, onun tanışı «Maqa» ləqəbli Marif adlı şəxs və digər şəxslərin ondan hədə-qorxu yolu ilə 13.000 manat pul tələb etdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs bildirdiyinə görə 2019-cu ilin aprel ayında Təqsirləndirilən şəxs2, «Maqa» ləqəbli Marif adlı şəxs və adlarını Elnur, Anar kimi bildiyi şəxslər onu Suraxanı rayonu Hovsan qəsəbəsində yerləşən kafelərin birinə aparmış, orada tapança və digər dəmir alətlərlə hədə-qorxu gələrək ondan 2.000 manat pul almışlar. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və o, həmin qrupun üzvü təyin edilmişdir. Bundan sonra əməliyyat tədbiri keçirilmiş və ərizəçi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 Nizami rayonu Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən «Heydər parkında» 1400 manat pul verən zaman saxlanılaraq Bakı Şəhər BPİ-nə gətirilmişdir. Sorğu zaman Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Zərərçəkmiş şəxs borc pul vermiş, lakin, ala bilmədiyi üçün bu yola əl atmışdır. Pərvinin dediyinə görə «Maqa» ləqəbli Təqsirləndirilən şəxs1 tanımır, onu birinci dəfə elə həmin gün görmüşdür. Bundan sonra əməliyyat tədbirləri davam etdirilərək «Maqa» ləqəbli Təqsirləndirilən şəxs1 saxlanılaraq BŞBPİ-nin İstintaq və Təhqiqat idarəsinə təqdim edilmişdir. Hadisə vaxtı cinayətdə iştirak etmiş digər Elnur və Anar adlı şəxsləri müəyyən etmək mümkün olmamışdır. Hazırda həmin şəxslərin müəyyən edilib saxlanılmaları üçün müvafiq əməliyyat tədbirləri davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 Şahid3 ifadəsinə oxşar ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 20 iyun 2019-cu il tarixdə axşam saatlarında marşrut avtobusuna minmək üçün BŞBPİ-nin qarşısı ilə avtobus dayanacağına gedərkən mülki geyimldə bir nəfər ona yaxınlaşıb özünü BŞBPİ-nin əməkdaşı kimi təqdim edib, bir nəfər vətəndaşın üzərinə keçiriləcək baxış tədbirində hal şahidi qismində iştirak etməyini xahiş etmiş və o, razılaşmışdır. Bundan sonra həmin şəxslə birlikdə BŞBPİ-nin inzibati binasına gəlmişdir. Orada xidməti otaqların birində ona və digər dəvət olunmuş başqa hal şahidinə hüquq və vəzifələri izah olunduqdan sonra onlara vətəndaş Təqsirləndirilən şəxs2 təqdim edilmiş və polis əməkdaşları Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanatın içərisindən 14 ədəd 100 manatlıq pul əskinazlarını çıxardıb masanın üzərinə qoymuşdur. Həmin 14 ədəd 100 manatlıq, cəmi 1400 manat pula baxış keçirilmiş və pulların üzərində C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrələri müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 bildirdi ki, həmin 1400 manat pulu Zərərçəkmiş şəxs metronun Xalqlar Dostluğu stansiyasının yaxınılğında olan parkda almışdır. Daha sonra Təqsirləndirilən şəxs2 aşkar edilmiş 1400 manat pul zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, 20 iyun 2019-cu il tarixdə axşam saatlarında BŞBPİ-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmişdir. Baxışdan əvvəl ona və digər hal şahidinə hüquq və vəzifələri izah olunmuş və bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 əynindəki tünd göy rəngli cins şalvarının sağ arxa cibindəki qəhvəyi rəngli portmanatın içərisindən 14 ədəd 100 manatlıq pul əsginaslarını çıxardıb masanın üzərinə qoymuşdur. Həmin 14 ədəd 100 manatlıq cəmi 1400 manat pula baxış keçirilmiş və pulların üzərində C 33562036; C 73536442; C 39254700: C 46759755; A89830076; A 72860173; A 10428441; A 92653950; A 91239038; A 57658625; A 89591400; B 09384778; B 07162327; A 55312319 seriya və nömrələri müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 həmin 1400 manat pulu Zərərçəkmiş şəxs metronun Xalqlar Dostluğu stansiyasının yaxınılğında olan parkda aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 aşkar edilmiş 1400 manat pul zərfə qoyularaq qablaşdırılmışdır. Bununla bağlı tərtib edilmiş protokolu imzalamışdır. İşin 1-ci cildinin 160-179-cu vərəqələrindəki «telefon danışıqları barədə məlumatlara baxış keçirilməsi haqqında» protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oglunun istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**1, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və zərərçəkmiş şəxs X1 istifadəsində olan ***-***-**-** mobil nömrələrinə daxil olan və çıxan zənglər, sms və anten məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** və ***-***-**-** mobil nömrələri ilə telefon əlaqəsi saxlamış, zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı baş vermiş hədə-qoxu ilə tələb etmə cinayəti 30 aprel 2019-cu il tarixdə axşam saatlarından 1 may 2019-cu il tarixə keçən gecə saat 1 radələrinədək baş vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs həmin müddət ərzində bir yerdə olmuşlar. İşin 1-ci cildinin 59-60-cı vərəqələrindəki «maddi sübut kimi tanınma haqqında» 2 iyul 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 14 ədəd 100 manatlıq pul əskinası maddi sübut kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılmışdır. İşin 1-ci cildinin 226-233-cü vərəqələrindəki «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, «Azerfon» və «xxxx» MMC-lərdən alınmış özündə anten, sms və zənglərə dair məlumatları əks etdirən iki ədəd CD disklər maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. İşin 1-ci cildinin 276-279-cu vərəqələrindəki Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin tələbnamələrindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 1-ci cildinin 83-cü vərəqəsindəki protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 8 oktyabr 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 29-cu vərəqələrindəki protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 20 iyun 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İşin 1-ci cildinin 108-ci vərəqəsindəki Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 qohumları tərəfindən ödənilmişdir. Ona qarşı şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Təqsirləndirilən şəxslərin təqsirlərini təkzib edə biləcək hal müəyyən olunmadı. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə özlərini təqsirli bilməsələr də, onların ittiham olunduqları cinayəti törətməkdə təqsirli olmaları zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi materiallarına əlavə edilmiş protokollar, maddi sübut və işin digər faktiki halları ilə sübuta yetirildiyindən məhkəmə ifadələrinə tənqidi yanaşır, yuxarıda sadalanan və bir-birini tamamlayan sübutları isə mötəbər hesab edir. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə tövsif olunmalı, onlar həmin maddə ilə təqsirli bilinməli və onlara cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumların islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onların həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını və cinayət nəticəsində Zərərçəkmiş şəxs dəymiş ziyanın Təqsirləndirilən şəxs2 qohumları tərəfindən könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı y ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 8 oktyabr 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.4-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu 20 iyun 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınmalıdır. Maddi sübutlar: «Azerfon» və «xxxx» MMC-lərdən alınmış özündə anten, sms və zənglərə dair məlumatları əks etdirən iki ədəd CD disklər iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 14 ədəd 100 manatlıq pul əskinazın Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 8 oktyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 20 iyun 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia və məhkəmə məsrəflərinin olmadığı nəzərə alınsın. Maddi sübutlar: «Azerfon» və «xxxx» MMC-lərdən alınmış özündə anten, sms və zənglərə dair məlumatları əks etdirən iki ədəd CD disklər iş materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş 14 ədəd 100 manatlıq əskinasın Zərərçəkmiş şəxs qaytarıldığı nəzərə alınsın. Hökmdən elan olunduğu (məhkumlara isə hökmün surətinin verildiyi) andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar