Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-156/2022 25.01.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qəribov Fikrət Atlıxan oğlunun sədrliyi, hakimlər Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X5, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, müdafiəçilər: Аzərbаycаn Rеspublikаsı Bakı şəhəri, 19 saylı vəkil bürosunun vəkili: X1, Azərbaycan Respublikası Bakı şəhəri, 11 saylı vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx xxxxxxxx 1995-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri ilə; xx xxxxxx 1992-ci il tarixdə Xaçmaz rayonu Çarxı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli himayəsində bir nəfər azyaşlı uşağı olan, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Zərdab rayonu, Körpükənd kəndində qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, təkrar oğurluq və təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, yaşayış sahəsinə qanunsuz girməklə, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs2 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 yanvar 2020ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısının kilidini sındırıb qapını açmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan 01 qutusunun qiyməti 1,40 manat olmaqla 4900 manat dəyərində 3500 qutu “Tabaterra QSC” tərəfindən Azərbaycan Respublikası ünvan 3 ünvanında istehsal olunmuş “ARGO” markalı siqareti, 01 qutusunun qiyməti 1,50 manat olmaqla 750 manat dəyərində 500 qutu “Caspian Galaxy” MM tərəfindən Azərbaycan Respublikası ünvan 4 ünvanında istehsal olunmuş “MAGNA” markalı siqareti, 01 qutusunun qiyməti 0,60 manat olmaqla 28,80 manat dəyərində 48 qutu hər birinin 120 qram çəkisi olan ünvan 5 ünvanında “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qəndi və 01 ədədinin qiyməti 01 manat olmaqla 24 manat dəyərində 24 ədəd hər biri 250 mlqram çəkidə “HELL energy” içkisini gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 5702,80 (beş min yeddi yüz iki manat səksən qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 yanvar 2020-ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısının kilidini sındırıb qapını açmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan 01 qutusunun qiyməti 1,40 manat olmaqla 9100 manat dəyərində 6500 qutu “Tabaterra QSC” tərəfindən Azərbaycan Respublikası ünvan 3 ünvanında istehsal olunmuş “ARGO” markalı siqaretləri gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 9100 (doqquz min yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə 25 may 2020-ci il tarixdə saat 02 radələrində ünvan 6 ünvanın qarşısında qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əvvəlcədən razılaşdırılmış cinayət planına əsasən sifətlərinin görünməsini çətinləşdirən qara rəngli maska-örtüklərdən istifadə edərək yayayış evinin həyətinə hasardan aşmış, həyətdə evin elektrik cərəyan blokundan elektrik keçiricini ayırmaqla işıqları söndürmüş, evə həyətdə olan taxta pilləkəndən istifadə edərək pəncərədən qanunsuz olaraq girməklə Zərərçəkmiş şəxs1 və arvadı Zərərçəkmiş şəxs2 yatmış olduğu yataq otağına daxil olaraq çarpayıda uzanılı vəziyyətdə yatan hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs1 baş və bədəninin müxtəlif nahiyələrinə qəsdən əl və yumruq zərbələri endirib, sonuncuya sağ gözətrafı nahiyənin qançırı, hər iki gicgah nahiyəsinin şişkinli qançırları, alt dodağın səthi əzilmiş yarası ilə müşayiət olunan dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, digər hücuma məruz qalmış şəxs Zərərçəkmiş şəxs2 çarpayıdan durub dəhlizə doğru qaçmaq istəyən zaman şəxsiyyəti istintaqa məlum olmayan şəxs dəhlizdə Zərərçəkmiş şəxs2 tutaraq bədəninə qəsdən əl və yumruq zərbələri vurmaqla yerə yıxmış, bundan sonra o və qeyrisi hər iki zərərçəkmiş şəxsin sağlamlıqlarına təhlükəli zorakılıq tətbiq edərək əl və ayaqlarını kustar üsulla hazırlanmış kəndir və skoçla bağlayıb basqın etməklə mənzilin şkafından 2900 manat, stulun üzərində asılmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus şalvarın cibindən 600 manat pulu ələ keçirməklə ümumilikdə zərər çəkmiş şəxsə 3500 manat maddi ziyan vurmaqla quldurluq etmişdir. Təqsirləndirilən şəxs2, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları qeyriləri ilə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 14 dekabr 2019-cu il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs3 məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısının kilidini sındırıb qapını açmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan 01 qutusunun qiyməti 1,40 manat olmaqla 9800 manat dəyərində 7000 qutu “Tabaterra QSC” tərəfindən Azərbaycan Respublikası ünvan 3 ünvanında istehsal olunmuş “ARGO” markalı siqareti, 01 ədədinin qiyməti 01 manat olmaqla 24 manat dəyərində 24 ədəd hər biri 250 mlqram çəkidə “HELL energy” içkisi və 1 ədəd 160 manat dəyərində “EVRONET” firmasına məxsus X10 4CH AHD DV 2 MP markalı təhlükəsizlik kamerasının yaddaş qurğusunu gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 9984 (doqquz min doqquz yüz səksən dörd) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən, özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə Təqsirləndirilən şəxs1 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 yanvar 2020ci il tarixdə gecə təxminən saat 02 radələrində Zərərçəkmiş şəxs3 məxsus Gədəbəy şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən ərzaq mağazasının anbarına giriş qapısının kilidini sındırıb qapını açmaq yolu ilə qanunsuz daxil olub saxlanc yeri hesab olunan anbardan 01 qutusunun qiyməti 1,40 manat olmaqla 4900 manat dəyərində 3500 qutu “Tabaterra QSC” tərəfindən Azərbaycan Respublikası ünvan 3 ünvanında istehsal olunmuş “ARGO” markalı siqareti, 01 qutusunun qiyməti 1,50 manat olmaqla 750 manat dəyərində 500 qutu “Caspian Galaxy” MM tərəfindən Azərbaycan Respublikası ünvan 4 ünvanında istehsal olunmuş “MAGNA” markalı siqareti, 01 qutusunun qiyməti 0,60 manat olmaqla 28,80 manat dəyərində 48 qutu hər birinin 120 qram çəkisi olan ünvan 5 ünvanında “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qəndi və 01 ədədinin qiyməti 01 manat olmaqla 24 manat dəyərində 24 ədəd hər biri 250 mlqram çəkidə “HELL energy” içkisini gizli talayıb, zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 5702,80 (beş min yeddi yüz iki manat səksən qəpik) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, baş vermiş quldurluq hadisəsi ilə onun heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə həmin hadisə olan zaman o, Bakıda yox, Şabran rayonunda olmuşdur. O, Gədəbəy rayonunda ərzaq mağazasından olan oğurluğ hadisəsində işitrak etmişdir. Həmin hadisə günü saat 18 radələrinda ona məxsus VAZ-2114 markalı avtomobil ilə Elmir və Semralla birlikdə Bibiheybət yoluna getmişlər. Həmin vaxt Azneft dairasi yaxınlığında Qəribşah özünə məxsus “Priora” markalı avtomobil ilə onları gözləmişdir. O, avtomobili orada saxlamış və Qəribşahın avtomobili ilə Gədəbəy rayonuna gəlmişlər. Həmin vaxt Qəribşaha məxsus avtomobildə meymun maskasi olmuşdur. Semral hamin maskanı götürmüş və anbara girəndə başına taxacağını demişdir. Onlar Gədəbəy rayonunun girişində olan zaman Elmir sükan arxasına keçmiş və onları oğurluq edəcəkləri anbarın yanına gətirmişdir. Saat təxminən 03 radələrində onlar avtomobillə bir neçə dəfə anbarın ətrafında gəzmişlər və sonra Elmir avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra avtomobildən düşmüşlər və anbarın qapısının qıfılını sındırmaq üçün avtomobildən təkər açarını çıxarıb, anbara yaxınlaşmışlar. O, Qəribşahla birlikdə anbarın qapısının qıfılını sındırmış, Elmir isə ətrafa nəzarət etmişdir. Bundan sonra Qəribşah içəri daxil olmuş və içəridən siqaret qutularını çıxardıb yolun kənarında olan daş hasarın üzərinə qoymuş, Elmir isə daşıyıb avtomobilin yük yerinə yığmışdır. O, isə aşağıda ətrafa nəzarət etmişdir. Qəribşahla birlikdə Semral da içəridən siqaret qutularını gətirmişdir. Ümumilikdə 14 qutu götürmüşlər və bir qutu da HELL enerji içkisi götürmüşlər. Siqaret qutularının ağzını açıb siqaretləri salona yük yerinə boşaltmışlar. Qutuları boşaldan zaman görmüşlər ki, qutulardan ikisi kəllə qəndlərdir. Qəndləri də avtomobilə yükləmişlər və Elmir avtomobili idarə etdərək, Bakı şəhəri istiqamətində hərəkətə başlamışalr. Yolda oğurladıqları qəndləri yolun kənarına atmışlar. Bakıya çatandan sonra, kimsə siqaret alqı-satqısı ilə məşğul olan şəxsə məlumat vermiş və həmin tanımadığı şəxs də avtomobillə gəlib, 3070 manat pul ödəyərək, siqaretləri almışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun qardaşıdır. Şahid6 və Şahid3 onun dayısı oğlanlarıdır, münasibətləri normal olmuşdur. Şahid2 isə taksi sürücüsü kimi tanımış, onunla heç bir münasibəti olmamışdır. Şahid7 Namiq oğlu isə onun qaynıdır. “Bəbəş” ləqəbli Şahid4 isə tanımır, onunla hər hansı bir münasibəti olmamışdır. Əliağanın “Mersedes” markalı, Qəribşahın isə “Lada Priora” markal avtomobili vardır. Təxminən 2019-cü ilin dekabr ayında Elmirlə birlikdə söhbət edən zaman demişdir ki onda siqaret var, siqareti satmağı təklif edəndə, həmin vaxtı pula ehtiyacı olduğundan onun təklifi ilə razılaşmışdır. Təxminən bir neçə gün keçdikdən sonra Elmir onun iş yerinə gəlmış və demişdir ki, dükan bağlanıb siqaqretləri satıb əldə olunan puldan ona da əziyyət haqqı olaraq verəcəkdir. O, Elmir ilə birlikdə qardaşı Nurlana məxsus “VAZ-2114”markalı avtomobili idarə edərək, yol üstü Bahaduru da avtomobilə mindirib yola davam etmişlər. Yol boyu gələn zaman Bahadur rayonda ərzaq mağazasının anbarı olduğunu və orada xeyli sayda siqaret olduğunu və oradan oğurluq etməyin asan olduğunu demişdir. Bahadurun dediyi ilə razlaşaraq, onun dediyi ünvana getmişlər. Təxminən saat 02 radələrində, o, avtomobili ara küçədə saxlamış. Avtomobildə onları gözləyən zaman yuxu tutduğu üçün yatmışdır. Ayılanda Bahadur və Elmirin avtomobilin salonuna və baqajına siqaret qutularını yığdıqlarını görmüşdür. Oğurluğu məcburiyyət qarşısında qalıb etmişdir, belə ki, onun azyaşlı uşağı xəstədir, əldə etdiyi pulu azyaşlı uşağının müalicəsinə xərcləmişdir. 06 yanvar 2020-ci il tarixdə, o, dayısı oğlu Qəribşahla birlikdə şəhərdə gəzirmiş. O, Nurlan və Elmirlə Bibiheybət yolunda görüşmüşdür, Qəribşaha məxsus olan "Priora" markali avtomobili ilə Gədəbəy rayonuna getmişlər. Həmin vaxt avtomobildə meymun maskası olmuş, o, maskanı götürmüş və siqareti götürən zaman başına taxacağını demişdir. Saat texminən 02-03 radələrində bir neçə dəfə anbarın ətrafında gəzmişlər və avtomobili yolun kanarında saxlamışlar. Sonra avtomobildən düşmüşlər. Anbarın qapısının qıfılını sındırmaq üçün avtomobildən təkər açarını çıxardıb, anbara yaxınlaşmışlar. Qəribşah Nurlanla birlikdə anbarın qapısının qıfılını sındırmış, Elmir isə ətrafa nəzarət etmişdir. Onlar içəri daxil olub, siqaret qutularını çıxardıb yolun kanarında olan daş hasarın üzərinə qoymuşlar. Elmir isə daşıyıb avtomobilin yük yerinə yığmışdır. Onunla bərabər Nurlan ve Qəribşah da içəridən siqaret qutularını gətirmişdir. Ümumilikdə 10 qutu siqaret və bir qutu da HELL enerji içkisi götürmüşlər. Təxminən saat 08 radələrində Bakı şəhərində Yasamal rayonuna çatmışlar. Həmin vaxt Elmir topdan satış siqaret alqı-satqısı ilə məşğul olan Nizami adlı şəxsə siqaretləri 3070 manat pula satmışdır. Həmin puldan 70 manatını Gədəbəyə gedəndə götürdükləri borca çıxmışlar. 3000 manat pulu isə dördünün aralarında bölmüşlər. Hər birinə 750 manat pul çatmış və o, pulunu alandan sonra oradan xəstəxanaya getmişdir. Əldə etdiyi pulu uşağının müalicəsinə xərcləmişdir. Məhkəmədə təqirləndirilən şəxslərin verdikləri ifadələri ilə ibtidai istintaq zamanı verdikləri ifadələr arasında ziddiyyətlər olduğundan, onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayının ikinci on günlüyündə Bəbəş və Elmir söhbət edən zaman imkansızlıqdan söz düşdüyü üçün Bəbəş Gədəbəy şəhərində bir nəfər şəxsin mağazası və böyük anbarı olduğunu və anbarda siqaret və digər məhsullar saxladığını və oradan oğurluq etməyin mümkün olduğunu, heç kəsin onlardan şübhələnməyəcəyini bildirmişdir. 06 yanvar 2020-ci il tarixdə Bəbəşin dediyi obyektə gedib oradan oğurluq etməyi qərara almışdır. Bunun üçün də istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə əsasında işlətdiyi whatsapp sosial şəbəkə vasitəsilə Qəribşahın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə əsasında işlətdiyi whatsapp sosial şəbəkəsinə zəng etmiş və Gədəbəy rayonuna oğurluğa getmək istədiklərini bildirmişdir. Qəribşah da işdə olduğunu və heç bir problem olmadığını, lakin pulu olmadığını demişdir. Həmin vaxt o, Qəribşaha Elmirə də deyəcəyini, birlikdə pul qoyub Qəribşahın maşını ilə gedib gələcəklərini və onun işdən çıxmasını gözlədiyini demişdir. Bundan sonra Elmirlə əlaqə saxlamış, Elmir ona qardaşı Semralla birlikdə olduğunu bidirmişdir. Elmirə Gədəbəyə oğurluğa gedəcəklərini demiş. Elmir və Semral da onunla razılaşmışlar. Həmin gün saat 18 radələrində özünə məxsus VAZ-2114 markalı avtomobil ilə Elmir və Semralla birlikdə Bibiheybət yoluna getmişlər. Həmin vaxt Azneft dairəsi yaxınlığında Qəribşah özünə məxsus Priora markalı avtomobil ilə onları gözləmişdir. Avtomobili orada saxlamış və Qəribşahın avtomobili ilə Gədəbəy rayonuna gəlmişlər. Həmin vaxt Qəribşaha məxsus avtomobildə meymun maskası olmuşdur. Semral həmin maskanı götürüb və anbara girəndə başına taxacağını demişdir. Gədəbəy rayonuna gəlmişlər. Onlar Gədəbəy rayonunun girişində olan zaman Elmir sükan arxasına keçmiş və oğurluq edəcəkləri anbarın yanına gətirmişdir. Həmin vaxt saat təxminən 03 radələri olmuşdur. Onlar avtomobillə bir neçə dəfə anbarın ətrafında gəzdikdən sonra Elmir avtomobili yolun kənarında saxlamış, sonra onlar avtomobildən düşərək anbarın qapısının qıfılını sındırmaq üçün avtomobildən təkər açarını çıxararaq anbara yaxınlaşmışlar. Qəribşahla birlikdə anbarın qapısının qıfılını sındırmışlar. Elmir isə ətrafa nəzarət etmişdir. Bundan sonra Qəribşah içəri daxil olaraq içəridən siqaret qutularını çıxardıb yolun kənarında olan daş hasarın üzərinə qoymuş, Elmir isə daşıyıb avtomobilin yük yerinə yğmışdır. O, isə aşağıda ətrafa nəzarət etmişdir. Qəribşahla birlikdə Semral da içəridən siqaret qutularını daşımışdır. Ümumilikdə 14 qutu siqaret və bir qutu da HELL enerji içkisi götürmüşlər. Onlar siqaret qutularının ağzını açıb siqaretləri salona və yük yerinə boşaltmışlar. Qutuları boşaldan zaman qutulardan ikisinin xeyir-şər mərasimlərində istifadə olunan kəllə qənd olduğunu görmüşlər. Qəndləri də avtomobilə yüklədikdən sonra Elmir avtomobili idarə etmiş və Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda oğurladıqları qəndləri yolun kənarına atmışdır Gədəbəy rayonunda olanda Elmir yolun kənarında pir kimi yer göstərmişdir. Həmin vaxt Qəribşah namaz qılan olduğu üçün Elmirdən avtomobili saxlasını xahiş etmişdir. Elmir də avtomobili saxlamış və Qəribşah avtomobildən düşüb pirə 1 manat nəzir qoymuşdur. Onlar təxminən saat 08 radələrində Bakı şəhərində olmuşlar, həmin vaxt uşaqlardan kimsə siqaret alqı-satqısı ilə məşğul olan şəxsə məlumat vermiş və həmin tanımadığı şəxs də BMV markalı avtomobillə gələrək onlardan siqaretləri həmin avtomobilə yükləmiş və 3070 manat pul alıblar. Həmin puldan 70 manatını Gədəbəy gedəndə xərclədikləri pula çıxmışlar və 3000 manat pulu isə dördünün arasında bölmüşlər, hərəsinə 750 manat pul düşmüşdür. Qəribşah pulu alandan sonra çıxıb iş yerinə, o biriləri isə öz evlərinə getmişdir. O, əldə etdiyi pul vasitəsilə özünə məxsus avtomobilin nasaz yerlərini təmir etdirmişdir. Bundan başqa 08 yanvar 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, Əliağa, Zaman və Tural Bakı şəhərində Əliağaya məxsus Merdes markalı avtomobildə oturub söhbət edən zaman onlara Gədəbəy rayonunda ərzaq mağazasının anbarı olduğunu və həmin anbardan oğurluq etməyi və onlardan heç kimin şübhələnməyəcəyini demişdir. Uşaqlar nə oğurlayacaqlarını soruşanda onlara siqaret oğurlayacaqlarını demişdir. Onlar da bununla razılaşmışlar, Əliağa həmin vaxt onlardan atasına vermək üçün 100 manat pul istəmişdir. Həmin vaxt onlar Əliağa ilə razılaşmışlar, bunun üçün də yol pulu üçün evdən 100 manat pul götürmüşlər. Onlar həmin puldan 24 manatına avtomobilə dizel yanacaq tökmüşlər və təxminən saat 20:30 radələrində Bakı şəhərindən çıxmışlar. Yol ilə gələn zaman 19 manata mağazadan şirniyyat, su, siqaret alıblar və söhbət edə-edə Gədəbəy rayonuna gəlmişlər. Gədəbəy rayonunun girəcəyində pir kimi yer olduğu üçün Zaman avtomobildən düşərək Əliağadan da 2 manat alıb həmin pirə nəzir kimi qoyaraq avtomobilə minmişdir. Əliağa avtomobili idarə edib Gədəbəy şəhərinə gəlmişlər. Gədəbəy şəhərində işıqforu keçəndən sonra Əliağaya anbarın olduğu yerə gedən yolu göstərmiş və anbarın yaxınlığına gəlmişlər. Bir neçə dəfə avtomobillə anbarın ətrafına fırlananmışlar və heç kəsin olmadığına əmin olandan sonra Əliağa avtomobili anbardan 25-30 metr aralıda saxlamış və onlar avtomobildən düşmüşlər. Əliağa avtomobilin yük yerindən təkər açmaq üçün istifadə olunan açarı Turala vermiş və Turalla Zaman anbara yaxınlaşmışdır. O, isə Əliağa ilə birlikdə avtomobilin yanında dayanıb ətrafa nəzarət etmişdir. Həmin vaxt vəziyyəti öyrənmək üçün Zamana zəng vurmuş və onunla danışan zaman qapını açıb-açmadıqlarını soruşmuşdur. Zaman da birinci qıfılı, sonra ikinci qıfılı və nəhayət üçüncü qıfılı sındırdıq deyə bildirmişdir. Zamanla danışan zaman əvvəl anbara girdiyi üçün Zamana qapıdan içəri girəndən sonra sola, sonra isə sağa dönmələrini və qarşılarına piştaxta çıxacağını və siqaret qutularının ora yığıldığını bildirmişdir. Həmin vaxt Əliağa ona yaxınlaşaraq yuxarı tərəfdən səs gəldiyini demişdir. Əliağanın dediyi yerə baxmış, lakin heç kim olmadığı üçün geri qayıtmışdır. Sonra da Əliağa ilə birlikdə anbarın giriş qapısının yanından siqaret qutularını gətirib avtomobilə yığmış və qutuların bəzilərini ora atmışdır. Sonra da maşını idarə edib anbarın giriş qapısının yaxınlığına aparmış və Zamanla Turalın bayıra çıxardığı siqaret qutularını avtomobilin yük yerinə və salonuna yığmışlar. Həmin vaxt səhv etmirsə 13 qutu siqaret götürdükdən sonra Tural anbarın sındırmış olduğu qıfıllarını da götürmüşdür. Qabaq sağ oturacaqda oturmuş, Zaman və Tural isə arxa oturacaqda oturmuşlar və Bakı istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt qucağında siqaret qutuları olduğundan anbardan uzaqlaşandan sonra avtomobili saxlayıb qutuları avtomobilin salonuna boşaltmışlar. Lakin bir qutunu boşalda bilməmişlər. Bakı şəhərinə gedən zaman Gədəbəy rayonun girəcəyində olan pirin qarşısında avtomobili Əliağa saxlamış və avtomobildən düşüb 5 manat nəzir qoymuşdur. Bundan sonra onlar yola davam etmişlər. Yolda həmin bir qutu siqareti də avtomobilin salonuna boşaltmışlar. Şəmkir rayonunda yerləşən yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq doldurub və yenə öz yollarına davam etmişlər. Həmin günü təxminən saat 06 radələrində Bakı şəhərinə çatmışlar və siqaretləri kirayədə yaşadığı evə yığmışlar. Bundan sonra dördüdə əldə etdiyi siqaretləri harada satmaq barədə söhbət etməyə başlamışlar. Həmin vaxt o, bir nəfər şəxslə danışmış, lakin həmin şəxsdən xəbər çıxmadığı üçün Əliağa çıxıb evlərinə getmiş və həmin vaxt Əliağa ondan 100 manat pul almış və atasına verəcəyini bildirmişdir. Həmin günün səhərisi Əliağa ilə görüşüb və evdən oğurladığı ARGO markalı siqaretdən 200 blok, yəni 2000 ədəd siqareti götürüb avtomobilə yükləmişdir. Bundan sonra onlar birlikdə Şabran rayonuna getmişlər. Həmin vaxt Əliağanın avtomobilinə 30 manat pul vermiş və 10 manat da avtomobilə yanacaq doldurmuş, Şabran şəhərində kafeyə dönmüşlər. O, düşüb orada dükan işlədən şəxslərə satlıq siqaret olduğunu, dostunun mağaza işlədiyini və ziyana düşdüyünü, bunun üçün də siqaretləri satmaq üçün gəldiklərini bildirmişlər. Həmin vaxt bir nəfər tanış ondan siqaretləri götürüb və çıxıb getmişdir. Təxminən 3-4 saatdan sonra həmin uşaq gəlmiş və ona 1500 manat pul veribmiş. Həmin puldan yenə də 10 manatlıq avtomobilə yanacaq tökmüşlər və 70 manat da Əliağaya vermişlər. Bakı şəhərinə gəlmişlər. Qalıq qalan siqaretləri isə Zamanla Tural satmaq üçün maşın tutub Şabran rayonuna getmişlər. Zaman və Turalın siqareti necə və harada satmasından xəbri olmadığını bildirmişdir. Zamangil satdığı siqaretdən 500 manat pul vermiş və yenə də həmin pulu avtomobilimə xərcləmiş. Bundan bir neçə gün sonra Elmir ona vatsap sosial şəbəkə vasitəsilə səs göndərib ki, Rusiyada olduğunu və dayısı oğlu Qəribşahın abtomobilindən Gədəbəydə polislərin şübhələndiyini və maşını gizlətmələrini bildirib. Oda heç bir narahatçılıq olmadığını demiş. Həmin avtomobilin Rusiya Federasiyasında qeydiyyatda olduğu üçün onu Rusiyaya aparmalı olduğunu 15 yanvar 2020-ci il tarixdə Tural və Zamanla birlikdə Rusiyaya getmişlər. Bunun üçün də sərhəd keçid məntəqəsində olan zaman saxlamışlar və Gədəbəy rayon Polis Şöbəsindən çıxışa qadağa qoyulduğunu bildirmişlər və onları polis bölməsinə aparmışlar. Həmin günü gecə saatlarında da Gədəbəy RPŞ-nin əməkdaşları gəlib Gədəbəy RPŞ-yə gətirmişlər. Gədəbəy rayonundan oğurluq etməyi Bəbiş ləqəbli şəxs demişdir və həmin oğurluq olunan obyekti də ona və Elmirə göstərmişdir. Hadisə zamanı istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. Gədəbəy rayonundan oğurluq etdikləri anbarı Bəbiş onlara göstərmişdir, lakin Bəbişlə oradan hər hansı bir oğurluq etməmişdir. Birinci dəfə oğurladıqları siqaretlərdən bir qutu, yəni 50 blok MAGNA olmuş, qalanı ARGO markalı siqaret olmuş, ikinci dəfə oğurladığı siqaretlərin hamısı ARGO markalı olmuşdur. Həmin siqaretlərin hamısı qalın ölçüdə olmuşdur. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində göstərmişdir ki, ona quldurluq maddəsi ilə verilmiş ittihamla razı deyil, həmin cinayəti o, törətməmiş, onun həmin cinayətdən ümumiyyətlə xəbəri yoxdur. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin dekabr ayının ikinci ongünlüyündə Elmirlə birlikdə söhbət edən zaman Elmir ona onda siqaret olduğunu və ona siqareti satmağı birlikdə təklif edəndə o da həmin vaxtı pul lazım olduğundan Elmirin təklifi ilə razılaşmışdır. Təxminən bir neçə gün keçdikdən sonra Elmir onun iş yerinə gələrək onunla salamlaşıb dükanın bağlandığını və orada olan siqaretləri götürüb gətirməklə onları satıb əldə olunan puldan ona da əziyyət haqqı olaraq verəcəyini bildirmişdir. O da Elmirlə birlikdə qardaşı Təqsirləndirilən şəxs1 məxsus olan “Vaz 2114” markalı avtomobili idarə edərək yolüstü Bahaduru da avtomobilə mindirib yollarına davam etmişlər. Yolboyu gedən zaman Bahadur onlara rayonda ərzaq mağazasının anbarı olduğunu, orada xeyli sayda siqaret olmasını və oradan oğurluq etməyin asan olduğunu bildirmişdir. Həmin vaxt o, əvvəlcə razı olmasa da sonradan Bahadurun danışıqlarına uymuş və Bahadurla razılaşaraq anbara girməyəcəyini və bayırda onları gözləyəcəyini demişdir. Bahadur və Elmir onunla razılaşaraq Bahadurun dediyi ünvana getmişlər. Həmin vaxt təxminən saat 02 radələri olmuş, o, avtomobili ara küçədə saxlamış və onlar avtomobildən düşmüşlər. Avtomobildə onları gözləyən zaman yuxu tutduğu üçün yatmışdır. O, ayılanda Bahadur və Elmirin avtomobilin salonuna və baqajına siqaret qutularını yığdıqlarını görmüşdür. Həmin siqaretlər ARGO markalı qalın siqaret olmuşdur. Sonra da avtomobili idarə edərək Gədəbəy rayonundan üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Onlar təxminən səhər saat 09 radələrində Bakı şəhərində olmuşlar. Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə olan zaman Bahadur avtomobildən düşüb getmişdir. O da həmin vaxtı maşında olan siqaretləri Elmirin onun öyrətməsi ilə Nizami adlı şəxsə zəng vurub tanış adamın mağazasının bağlandığını, onda siqaret olduğunu və həmin siqaretləri satmaq istədiyini deyən zaman Nizami ona hansı növ siqaret olduğunu maraqlanmış və o, Nazimə həmin siqaretlərin “Argo” markalı olduğunu bildirmişdir. Daha sonra onlar Nizamini gözləmişlər. O, Elmirlə birlikdə Nizamiyə siqaretləri ümumilikdə 2600 manata satmışlar. Həmin vaxt Elmir ona 550 manat pul vermiş və o, Elmiri Yasamal rayonu, 2-ci Alatava adlı yerdə yola salmışdır. Oğurluğu məcburiyyət qarşısında qalıb etmiş və əldə etdiyi pulu azyaşlı uşağının müalicəsinə xərclənmişdir. Bundan başqa, 06 yanvar 2020-ci il tarixdə o, həmin vaxt dayısı oğlu Qəribşahla birlikdə şəhərdə gəzirmiş. Həmin vaxt onlar Nurlan və Elmirlə Bibiheybət yolunda görüşmüş və Qəribşaha məxsus olan “Priora” markalı avtomobili ilə Gədəbəy rayonuna getmişlər. Həmin vaxt Qəribşaha məxsus avtomobildə meymun maskası olmuşdur. Həmin maskanı o, götürüb siqareti götürən zaman başına taxacağını demişdir. Onlar dördü Gədəbəy rayonuna getmişlər. Həmin vaxt saat təxminən 02-03 radələri olmuşdur. Onlar avtomobillə bir neçə dəfə anbarın ətrafında gəzərək avtomobili yolun kənarında saxlamışlar. Bundan sonra onlar avtomobildən düşmüşlər. Həmin vaxt o, başa düşmüşdür ki, oğurluq etmək üçün gəlmişlər. Bundan sonra anbarın qapısının qıfılını sındırmaq üçün avtomobildən təkər açarını çıxarmış və onlar anbara yaxınlaşmışlar. Qəribşah Nurlanla birlikdə anbarın qapısının qıfılını sındırmış, Elmir isə ətrafa nəzarət etmişdir. Bundan sonra onlar içəri daxil olaraq içəridən siqaret qutularını çıxardıb yolun kənarında olan daş hasarın üzərinə qoymuşlar, Elmir isə oğurladıqları əşyaları daşıyıb avtomobilin yük yerinə yığmışdır. Onlar ümumilikdə 10 qutu siqaret və bir qutu HELL enerji içkisi götürmüşlər. Onlar siqaret qutularının ağzını açıb siqaretləri salona və yük yerinə boşaltmışlar. Onlar qutuları boşaldan zaman görmüşlər ki, qutulardan ikisi xeyir-şər mərasimlərində istifadə olunan kəllə qəndlərdir. Onlar qəndləri yaxınlıqda yerləşən çayın kənarına düzmüşlər, daha sonra isə Elmir avtomobili idarə etmiş və onlar üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Onlar Gədəbəy rayonunda olanda Elmir onlara yolun kənarında pir kimi yer göstərmişdir. Qəribşah Elmirdən avtomobili saxlamasını xahiş etdikdə, Elmir avtomobili saxlayaraq düşüb pirə 1 manat nəzir qoymuş və sonra onlar yollarına davam etmişlər. Onlar təxminən saat 08 radələrində Bakıda şəhərində Yasamal rayonunda olmuşlar. Həmin vaxt Elmir topdan satış siqaret alqı-satqısı ilə məşğul olan Nizami adlı şəxsə zəng vurmuş və onlarda siqaret olduğunu demişdir. Nizami də ondan nə siqaret olduğunu deyəndə Elmir ona dükanı olduğunu və hazırda bağladığını və bir qutusunu 90 qəpiyə satacağını demişdir. Nizami də gəlib baxacağını demiş və bir qədər sonra həmin şəxs də BMV markalı avtomobillə yanlarına gəlmiş və onlar siqaretləri həmin avtomobilə yükləmişlər. Ümumilikdə 3070 manat pul olmuşdur. Həmin puldan 70 manatını Gədəbəyə gedəndə götürdükləri borca çıxmışlar və 3000 manat pulu isə dördünün arasında bölərək adama 750 manat pul götürmüşlər. O, pulunu alandan sonra oradan xəstəxanaya getmişdir. Əldə etdiyi pulu uşağının müalicəsinə xərcləmişdir. Həmin hadisədən bir neçə gün sonra Elmir ölkə ərazisini tərk etmiş və Rusiya Federasiyasına getmişdir. Elmir Rusiya Federasiyasında olan zaman bilmişdir ki, Elmir, qardaşı Nurlan, qaynı Tural, dayısıoğlu Zaman, taksi sürücüsü Əliağa oğurluq etmişlər və bunu da polis işçiləri bilmişlər. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3cü Mədən, Korpus 125 ünvanına köçmüşdür. Əvvəl ünvan 7ır. Həmin evdə olarkən o, evinin şifonerini satırmış. Bu barədə o, qonşularına, o cümlədən Günaya bildirmişdir. Günayın yoldaşının Taleh adlı qohumu olmuşdur. Günay ona demişdir ki, Talehin yoldaşı şifoner almaq istəmişdir. Bu məqsədlə 2019-cu ilin yay ayında Taleh, həyat yoldaşı Səidə ilə, Günay da öz həyat yoldaşı ilə onlara gəlmişlər. Səidə Talehlə şifonerə baxıb bəyənməmiş və çıxıb getmişlər. Sonradan o, həmin şifoneri «Lalafo»da satmışdır. O, Günaya o vaxt demişdir ki, “evimizə gətirdiyin kimlərdir?” Günay demişdir ki, “Taleh avtoritetdir, türmədən təzə çıxıb”. O, həmin söhbətin üstünü vurmamışdır. 2019cu ilin oktyabr ayında təzə evə köçəndən sonra dekabr ayında evin qabağından onun “Reno meqan” markalı avtomobilindən 4300 manat pul oğurlanmışdır. Bir müddət keçsə də pul tapılmamışdır. O, Günayın evə şifoner almaq məqsədilə gətirdiyi Taleh adlı şəxsə müraciət etmiş, bəlkə həmin şəxs oğrunu taparmış. O, Talehə zəng vurmuş və yeni il ərəfəsində Talehə zəng vurub evə çağırmışdır. Taleh 2019-cu ilin sonlarında ilk dəfə onlara gəlmiş, əlində də yeni il hədiyyəsi olmuşdur. O, Talehə maşından pul oğurlanmasını demişdir. Taleh ona sual vermişdir ki, “maşını yuyucuya aparmamısan?” O da demişdir ki, maşını Badamdar qəsəbəsinə ustaya aparmışdır. Taleh yanlarında kiməsə zəng vurmuş və demişdir ki, guya həmin ustanı tapsınlar. Taleh çıxıb getmiş və demişdir ki, “darıxma pulunu tapacağam”. Təxminən 1 aydan sonra o, Talehə zəng vurmuş və demişdir ki, “puldan xəbər varmı?” Taleh ona demişdir ki, “xəbər var, görüşərik söhbət edərik”. 2020-ci ilin yanvar ayında Taleh yenidən onlara gəlmişdir. Taleh demişdir ki, “maşından oğurluq edən şəxsi tapdım, o dedi ki, mən maşından pul oğurlamamışam, yalnız maqnitofon oğurlamışam”. Həmin şəxsin kim olduğunu öyrənmək istəsə də Taleh adını deməmiş, yalnız demişdir ki, “narkomandır”. Taleh çıxıb getmişdir. 25 may 2020-ci il tarixdə saat 01.30 radələrində o, evə gəlmiş, bərk yorğun olduğu üçün dəhlizin sonunda yataq otağında Fatmanın yanında çarpayıda uzanıb yatmışdır. Uşaqlar da o biri yandakı otaqda yatmışlar. Bir də bədənində baş verən ağrıdan yuxudan durmuşdur. Görmüş ki, bir nəfər qara maskalı şəxs onu vururmuş. O, durmaq istəsə də onu yumruqla vuraraq yenidən çarpayıya uzatmışdır. Fatma çarpayıdan duraraq bayıra qaçmış və dəhlizdə bükülüb yerə oturmuşdur. Onlardan biri isə onu yumruqla vurmaqla əlqolunu bağlamışdır. Digər şəxs isə şkafı axtarmağa başlamışdır. Fatma bayıra çıxanda pilləkəndə bir nəfər də maskalı şəxs Fatmanı söyərək demişdir ki, «qancıq hara qaçırsan?», Fatmanı içəri itələyəndə Fatma yerə yıxılmış və ürəyi getmişdir. Həmin şəxslərdən biri isə şalvarının cibindən 600 manat, digəri isə şkafdan 2900 manat pulunu götürmüşdür. Onu da dəhlizə yerdə əlləri və ayaqları bağlı vəziyyətdə ataraq getmişlər. Fatma özünə gələndə demişdir ki, əlini açsın və Fatma əlini açmışdır. O, bıçağı götürərək bayıra onların arxasınca qaçmaq istəsə də fikrindən daşınmışdır. Sonra o, yataq otağının pəncərəsinə açılan qonşunu pəncərəsinin şüşəsini bıçağın tiyəsi ilə döyməyə başlamışdır. Sonra isə 102 xidmətinə yığmışdır. Sonradan Fatma ona demişdir ki, evə girən şəxslərdən birinin sifətini görə bilmiş, həmin şəxs Nurlan imiş, digər şəxs isə Taleh olmuşdur. O, həmin şəxslərin sifətini görə bilməmiş, lakin Talehi təxmin etmişdir. Talehin səsindən də bilmişdir ki, odur, arada-bir ona deyirmiş ki, “kimin arvadına sataşmısan?”. Nurlanın sifətini Fatma dəqiq görmüş, Talehi də hərəkətlərindən tanımış, belə ki, Talehin üzünü görməmişdir. Üçüncü şəxs isə dəhlizdə dayanmışdır. Ona hadisə nəticəsində 3500 manat maddi ziyan dəymişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin oktyabr ayında o, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü Mədən, Korpus 125 ünvanına köçmüşdür. Ondan əvvəl Binəqədi rayonu, Gülüstan küçəsi 15 ünvanındakı həyət evində yaşamışlar. Həmin evdə olarkən o, evin şifonerini satırmış. Bu barədə o, qonşularına, o cümlədən Günay adlı qonşusuna bildirmişdir. Günayın yoldaşının Taleh adlı qohumu olmuşdur. Günay ona demişdir ki, Talehin yoldaşı şifoner almaq istəyirmiş. Bu məqsədlə 2019-cu ilin yay ayında Taleh, həyat yoldaşı Səidə ilə, Günay da öz həyat yoldaşı ilə onlara gəlmişlər. Səidə Talehlə şifonerə baxıb bəyənməmiş və çıxıb getmişlər. Sonradan o, həmin şifoneri «Lalafo» da satmışdır. O, Günaya həmin vaxt demişdir ki, “evimizə gətirdiyin kimlərdir?”, Günay demişdir ki, “Taleh avtoritetdir, türmədən təzə çıxıb”. O, həmin söhbətin üstünü vurmamışdır. 2019cu ilin oktyabr ayında təzə evə köçəndən sonra dekabr ayında evin qabağından həyat yoldaşının Reno Meqan markalı avtomobilindən 4300 manat pul oğurlanmışdır. Bir müddət keçsə də pul tapılmamışdır. O, təsadüfən bir dəfə Babəkə demişdir ki, Günayın onların evə şifoner almaq məqsədilə gətirdiyi Taleh adlı şəxsə müraciət etsin, bəlkə Taleh oğrunu taparmış. Günayın həyat yoldaşından o, Talehin nömrəsini istəmişdir. O da nömrəsini həyat yoldaşı Babəkə vermişdir. Babək Talehə zəng vurmuş və yeni il ərəfəsində Talehə zəng vurub evə çağırmışdır. Taleh 2019-cu ilin sonlarında ilk dəfə bunlara gəlmiş, əlində də yeni il hədiyyəsi olmuşdur. Babək Talehə maşından pul oğurlanmasını demişdir. Taleh Babəkə sual vermişdir ki, “maşını yuyucuya aparmamısan?” Babək də demişdir ki, “maşını Badamdar qəsəbəsinə ustaya aparmışam.” Taleh yanından kiməsə zəng vurmuş və demişdir ki, guya həmin ustanı tapsınlar. Taleh çıxıb getmiş və demişdir ki, “darıxma pulunu tapacağam”. Təxminən 1 aydan sonra Babək Talehə zəng vurmuş və demişdir ki, “puldan xəbər varmı?” Taleh Babəkə demişdir ki, “xəbər var, görüşərik söhbət edərik”. Taleh Babəki kafeyə çağırsa da o, Babəkə demişdir ki, “Talehi evə çağır”. 2020-ci ilin yanvar ayında Taleh yenidən onlara gəlmişdir. Taleh demişdir ki, “maşından oğurluq edən şəxsi tapdım, o dedi ki, mən maşından pul oğurlamamışam, yalnız maqnitofon oğurlayıb”. Həmin şəxsin kim olduğunu öyrənmək istəsələr də Taleh adını deməmiş, yalnız demişdir ki, “narkomandır”. Taleh çıxıb getmişdir. Təxminən 2020-ci ilin fevral ayında Taleh onun mobil telefonuna zəng vurmuş və özünü təqdim edərək ona demişdir ki, “Babək lazımdır”. O da demişdir ki, “Babəkin özünə zəng vur”. Taleh demişdir ki, “Babəkə zəng çatmır”. Təxminən 15 dəqiqədən sonra qapı döyülmüş və o, qapını açmışdır. Taleh ona demişdir ki, “Babəkə zəng çatmadığı üçün gəlmişəm və demək istəyirdim ki, mənə təcili 200 manat pul lazımdır”. O demişdir ki, “özünə zəng vur”. Taleh demişdir ki, “Babəkə deyərsən ki, 200 manat pul lazımdır”. O da demişdir ki, “deyərəm”. Lakin o, Babəkə Talehin evə gəlməsini deməmişdir. Səhərisi gün yenə Taleh evə gəlmiş, qapını döymüş və demişdir ki, “Babəkə dedin ki, 200 manat pul lazımdı?”. O da demişdir ki, “xeyr, demədim”. Taleh demişdir ki, “siz məni elə-belə adam bilirsiniz, lakin səhv edirsiniz”. O Talehə demişdir ki, “bir də evə gəlsən 102 xidmətinə zəng vuracağam”. Taleh demişdir ki, “mən içəridən çıxmış adamam, 16 il yatmışam, içəri getmək mənim üçün heç nədir. Sən uşaqlarından qorx, mənim bayırda adamlarım var, səhərə pulu hazırla gəlib aparacağam”. O Talehdən bərk qorxmuş, yenə də Babəkə deməmişdir. Həmin gün Babəkin cibindən 100 manat pul götürmüş, qonşuluqda yaşayan Sinə adlı xanımdan da 100 manat almışdır. Səhərisi gün ona zəng vurmuş və demişdir ki, yaxınlıqda yerləşən balaca mağazaya gəlsin. Onların evdən təxminən 300 metr aralıda mağaza olmuşdur. O, aparıb ilk dəfə 200 manat pulu Talehə vermiş və ona heç nə demədən çıxıb getmişdir. Təxminən 1 ay keçəndən sonra Taleh yenə ona zəng vurmuşdur. Yenə də ondan pul istəmişdir. O, Talehə demişdir ki, “pulum yoxdur”. Taleh demişdir ki, “kimdənsə tapa bilərsən?” O, da demişdir ki, “pul yoxdur”. Taleh demişdir ki, “çox təcilidir”. O, demişdir ki, “təzə köçmüşəm, bu arada heç kimi tanımıram”. Taleh demişdir ki, “sabah gələcəyəm və dəstəyi asmışdır”. O yenə də qorxusundan Babəkin cibindən 100 manat götürüb səhəri gün yenə də Talehin zəngindən sonra həmin mağazada aparıb Talehə vermişdir. Bir neçə gündən sonra evin qapısı döyülmüş və o, soruşmuşdur ki, “kimdi?”, Taleh də demişdir ki, “Talehdir”, o, qorxub qapını açmışdır. Taleh içəri girmiş və ondan 50 manat pul istəmişdir. O, Talehə demişdir ki, “sənə daha pul verməyəcəyəm”. Həmin vaxt Taleh onu şillə ilə vurmuş və o, yerə yıxılanda başı pilləkənə dəyərək partlamışdır. Həmin vaxt bıçaq çıxararaq əlində fırlatmağa başlamış və demişdir ki, “səhərə gələcəyəm, pulu hazırla” və çıxıb getmişdir. Təxminən yarım saatdan sonra Babək evə gəlmiş, alnında olan yaranı soruşanda demişdir ki, “yıxılmışam”. Lakin təcili yardıma zəng vurmamışlar. Səhəri gün ona zəng etmiş və o, demişdir ki, “qaynından gedib 50 manat pul götürüb verəcəyəm, lakin taksi pulum yoxdur, qaynım da 20-ci sahədə qalır”. Taleh demişdir ki, “maşın bəhanədir, maşın məndədir, gəlib səni aparacağam”. Çox keçmədən Taleh ona zəng vurmuş və demişdir ki, “çıx yola”. O, uşaqlarla yola çıxmış və orada Taleh yoldan taksi saxlamış və o, uşaqlarla maşına minib anasının yaşadığı C.Cabbarlı küçəsindəki evinə getmiş, Taleh də öz maşını ilə arxası gəlmişdir. O, uşaqları anası gilə qoyub, bacısının 12 yaşlı qızı Yağmuru özü ilə götürmüş ki, Taleh yolda ona zor tətbiq etməsin. O, Yağmurla xatırlamadığı markalı Talehin maşınına minib 20-ci sahəyə getmişdir. Taleh maşını sürmüş və 20-ci sahəyə gedib qaynı Natiqdən 50 manat pul alamışdır. Demişdir ki, həyat yoldaşı ondan kosmetika istəyibmiş, buna görə həmin kosmetikanı almaq üçün 50 manat lazımdır. Natiq pulu ona vermiş və o, həmin pulu maşında Talehə vermişdir. Taleh gətirib onu “Sentralni” adlanan ərazidə düşürmüş və o, anasıgilə getmişdir. Təxminən 10 gündən sonra ona Taleh zəng vurmuş və demişdir ki, “rayondayam, telefonuma kontur vur”. Lakin o, kontur vurmamışdır. 24 may 2020-ci il tarixdə səhər Taleh ona zəng vurmuş və o, mobil telefonu götürməmiş, anasıgildə olmuşdur. Saat 19 radələrində o, evə getmişdir. Axşam saat 01.30 radələrində Babək də evə gəlmişdir. O, Babəklə dəhlizin sonundakı yataq otağında çarpayıda uzanmışdır. Babək yorğun olmuş və dərhal yatmışdır. Uşaqlar da o biri yandakı otaqda yatmışlar. O, Babəkin yanında uzanmış və mobil telefonla “tik.tokda” olmuşdur. Həmin vaxt Taleh mesaj yazmışdır. Mesaj belə imiş - «Neynəyirsən?», o da yazmışdır ki, “heç nə”. Taleh yazmışdır ki, “uşaqlar yatıb?” o da yazmışdır ki, “uşaqlar yatıb, mən də yorğunam, yatıram, mənə yazma”. Sonra o, Watsapı söndürmüşdür. O, yata bilməmişdir. Belə ki, Talehin hədə qorxularından sonra o, dəfələrlə xəstəxanaya müraciət etmiş, yuxusu pozulubmuş. Təxminən yarım saatdan sonra o, tappıltı səsi eşitmişdir. Babəkə demişdir ki, “evdən səs gəlir”. Babək ayılmamışdır. Həmin vaxt tappıltı səsləri güclənəndə o, daha bərk qışqıraraq Babəki yuxudan ayıltmaq istəmişdir. Həmin vaxt içəri iki nəfər qara maskalı şəxs daxil olmuşdur. Babək həmin vaxt ayılmış və həmin şəxs Babəki yumruqla vuraraq yenidən çarpayıya uzatmışlar. O, çarpayıdan duraraq bayıra qaçmış və dəhlizdə bükülüb yerə oturub qışqırmışdır. Həmin şəxslər isə Babəki yumruqla vurmuşlar və Babək əli ilə ona işarə etmişdir ki, “qaç”. O, bayıra çıxanda pilləkəndə bir nəfər də maskalı şəxs olmuşdur. Həmin şəxs onu söyərək demişdir ki, «qancıq hara qaçırsan?». Onu içəri itələyəndə Babəkin döyən şəxslərdən biri, onun başından tutaraq itələmiş və yerə sıxmışdır. Həmin vaxt o, Talehin yekə əlindən bilmişdir ki, bu Taleh olmuş, sifətini görməsə də boy buxunundan da Talehi tanımışdır. O, ayağa duraraq qonaq otağına qaçanda şillə ilə onu vurmuş və o, yerə yıxılmış və huşunu itirmişdir, ayılanda görmüşdür ki, əlini skoçla bağlamışlar. Babək də dəhlizdə yerdə əlləri və ayaqları bağlı vəziyyətdə olmuşdur. Babək demişdir ki, “getdilər və qapını bağla”. O, əli skoçlu vəziyyətdə gedib qapının cəftəsini çəkmişdir. Babəkin yanında yerdə bıçaq olmuşdur. Babək demişdir ki, “əlimi aç”. O, əli skoçlu vəziyyətdə Babəkin əlindəki ipi bıçaqla kəsmiş və Babəkin əlini açmışdır. Babək öz əli ilə ayağındakı kəndiri açmışdır. Sonra Babək onun qolundakı laxlayan vəziyyətdə olan skoçu açmışdır. Daha sonra Babək həmin bıçağı götürərək bayıra onların arxasınca qaçanda o, qoymamışdır. Babək onun sözünə baxmayıb qaçanda demişdir ki, “məni tək qoyma”. Həmin vaxt Babək geri qayıtmışdır. Sonra isə Babək yataq otağının pəncərəsinə açılan qonşunu pəncərəsinin şüşəsini bıçağın tiyəsi ilə döyməyə başlamışdır. Sonra isə 102 xidmətinə yığmışdır. O, sonradan özünə gələndə bilmişdir ki, iki nəfər otağa girən şəxslərdən biri Taleh, o biri isə Nurlan olmuşdur. Nurlanı o, Talehin yanında görmüşdür. Belə ki, Taleh maşınla ondan pul almağa gələndə Nurlan Talehin maşınında olmuşdur. Nurlanı o, atasıgilin məhləsində də görmüşdür. Belə ki, Talehin sifətini o, görməmişdir, lakin hərəkətlərindən bilmiş ki, Taleh imiş, Taleh heç danışmırmış. Nurlanın yanındakı şəxsin Taleh olmasına əmin olmuşdur. Taleh üzündəki maskanı çıxarmırmış. Nurlan isə Babəki döyəndə maskasını yarıya kimi yuxarı qaldırmışdır, bu cəhətdən o, Nurlanı tanımışdır. Üçüncü şəxsi isə o, tanımamışdır. Üçüncü şəxsin üzündə qara maska olmuşdur. Həmin şəxslər evə daxil olanda bayırda həyətin işığını da rubilnikdən söndürmüşlər ki, həyət qaranlıq olsun. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, onun özünə məxsus Gədəbəy şəhəri X13 küçəsində yerləşən ərzaq mağazasının anbarından 2019-cu ilin dekabr ayının sonlarında və 07 yanvar 2020-ci il tarixdə gecə saatlarında oğurluq hadisəsi olmuşdur. Belə ki, 2019-cu ilin dekabr ayının ikinci on günlüyündə sonrakı vaxtlarda səhər saatlarında özünə məxsus ərzaq mağazasının anbarına yaxınlaşanda həmin anbarın giriş qapısının sındırıldığını və içəriyə naməlum şəxsin daxil olduğunu aşkar etmişdir. Anbara yaxınlaşıb içəri daxil olanda anbarın içərisindən siqaret qutularından oğurlandığını və anbara quraşdırdığı təhlükəsizlik kamerasının yaddaş qurğusunun oğurlandığını aşkar etmişdir. Anbarda olan satış üçün nəzərdə tutduğu əmlakı nəzərdən keçirmiş və müəyyən olunmuşdur ki, anbardan hər bağlamasında 500 qutu olmaqla cəmi 14 ədəd bağlamada 7000 qutu Argo markalı siqaretin, 24 qutu 250 ml qram çəkidə HELL enerji içkisinin və təhlükəsizlik kamerasının yaddaş qurğusunun oğurlanmışdır. Həmin vaxt mağazadan baş vermiş oğurluq hadisəsindən mağazanın işçilərindən şübhələndiyi üçün bu barədə polisə məlumat verməmişdir. Bundan sonra 07 yanvar 2020-ci il tarixdə də səhər saatlarında anbara yaxınlaşanda yenə anbardan oğurluq olduğunu görmüşdür. Anbara yaxınlaşmış və anbarın giriş qapısının açıq olduğunu, giriş qapısının qarşısında yol tərəfdə boş siqaret qutularının olduğunu görmüşdür. Bunun üçün də anbara daxil olmuş və anbardan 7 bağlamada cəmi 3500 qutu ARGO markalı siqaretin, 1 ədəd bağlamada 500 qutu MAGNA markalı siqaretin, 2 bağlamada 24 qutu olmaqla cəmi 48 ədəd 120 qram çəkisi olan Gəncə şəhərində “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qəndin və 24 qutu 250 ml qram çəkidə HELL enerji içkisinin oğurlandığını aşkar etmişdir. Bunun üçün də oğurlanmış əmlakın siyahısını tutmuş, mağazada və anbarda işləyən işçilərinə bu barədə məlumat vermişdir. İşçilərindən də heç kəs mağazadan və anbardan oğurluq etmədiyini bildirdikləri üçün polisə məlumat vermək qərarına gəlmişdir. 09 yanvar 2020-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq anbara getmişdir. Yenə də anbara gedəndə anbarın giriş qapısının açıq olduğunu, anbarın giriş qapısının yaxınlığında yerləşən bulağın ətrafında siqaret qutularının boş qablarını, bir bağlamada 500 qutu olmaqla siqaretin bulağın ətrafında olduğunu aşkar etmişdir. Bunun üçün də şöbəyə gəlmiş və polisə şikayət ərizəsi yazmışdır. Polislə birlikdə hadisə yerinə baxış keçirilən zaman iştirak etmiş, baxış zamanı anbarın yaxınlığına qalmış 500 qutu siqaret olan bağlamanı anbara qoymuş və məlum olmuşdur ki, anbardan 13 ədəd bağlamada cəmi 6500 qutu argo markalı siqaret oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 24762,80 manat maddi ziyan dəymişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, hazırki cinayət işi üzrə qeyd edilən hadisələri təxminən iki il əvvəl törətmişlər. Həmin vaxtlar daimi işi olmadığı üçün gündəlik işlərlə məşğul olmuşdur. Ortaq dostları olan Bahadur Gədəbəy rayonunda yaşasa da, teztez Bakı şəhərinə işləri ilə əlaqədar gəlirdi. Günlərin bir günü Bahadur çayxanada çay içdiyi zaman Gədəbəy rayonunda köhnə ərzaq mağazasının içərisində boş kardon qutular olduğunu və onları Bakıya gətirə biləcəyini bildirmişdir. O, bu barədə Semrala da məsləhət görüb birlikdə Gədəbəy rayonundan kardon qutuları götürüb Bakıya gəlməyi təklif etmişdir. O, Semral və Bahadurla birlikdə kardon qutuları gətirmək üçün Gədəbəy rayonuna doğru yola düşmüşlər. Həmin yerə çatdıqları zaman qutuların içində siqaret olduğunu bilmişlər. İçərisində siqaret olan kardon qutuları Bakı şəhərinə gətirib satmışlar. Həmin satışdan hər adama 650-700 manat pul vəsaiti qalmışdır. Gədəbəy rayonunda olan ərzaq mağazasına 2 dəfə oğurluq məqsədilə getmişdir. Bir neçə müddətdən sonra Rusiya Federasiyasının Moskva şəhərinə işləmək məqsədilə getmişdir. Daha sonra bu hadisələri eşidəndən sonra ölkəyə qayıtmışdır. Şahid5 həmçinin ifadəsində göstərdi ki, o, cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin dekabr ayının ikinci ongünlüyündə, o, Bəbəş və Semral birlikdə söhbət edən zaman, Bəbəş onlara Gədəbəy rayonuna gəzməyə getməyi məsləhət bilmişdir. Əvvəlcə Bəbəşə havanın soyuq olduğunu, Gədəbəydə hər yerin qar olduğunu desə də, sonradan onlar Gədəbəy rayonuna gəzməyə gəlməyi qərara almışlar. Bunun üçün də Bəbəşlə birlikdə Nurlana məxsus Semralın VAZ- 2114 minik markalı avtomobili ilə Gədəbəy rayonuna gəlmişlər. Yolboyu gələn zaman Bəbəş rayonda ərzaq mağazasının anbarı olduğunu və orada xeyli sayda siqaret olduğunu və oradan oğurluq etməyin asan olduğunu bildirmişdir. Həmin vaxt o, əvvəlcə razı olmasa da sonradan Bəbəşin danışıqlarına uymuş və onunla razılaşaraq anbara girməyəcəyini və bayırda onları gözləyəcəyini demişdir. Həmin vaxt Bəbəş və Semral onunla razılaşmış və Semral avtomobili Bəbəşin dediyi ünvana sürmüşdür. Həmin vaxt təxminən saat 02 radələri olmuşdur. Bəbəş avtomobili ara küçədə saxlatdırmış və avtomobildən düşmüşlər. Gədəbəy rayonunda əvvəllər yaşadığı üçün oraları tanımış və yol ilə üzü hərbi komissarlıq tərəfə getmişdir. Semral və Bəbəş isə anbara tərəf getmişlər. Təxminən 20 dəqiqədən sonra görmüş ki, Bəbəş və Semral avtomobilə minmişlər. O da tez avtomobilə yaxınlaşmış və avtomobilə minəndə avtomobilin salonunda ayaqaltında siqaret bloklarını görmüşdür. Həmin siqaretlər ARGO markalı qalın siqaret olmuşdur. Sonra da Semral avtomobili idarə etmiş və Gədəbəy rayonundan üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Semral və Bəbəş yolda olan zaman anbarın təhlükəsizlik kamerasını da sökdüklərini bildirmişlər və Yasamal dağının enişli-yoxuşlu yolunda onu dərəyə atmışlar. Onlar təxminən səhər saat 09 radələrində Bakı şəhərində olmuşlar. Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə olan zaman Bəbəş avtomobildən düşüb getmişdir. Sonra da o, Semraldan ayrılıb evlərinə gedən zaman təxminən 3-4 blok siqaret götürmüşdür. Semral da evə gedəcəyini bildirmişdir. O evə gedib yatmış və həmin günü axşam saatlarında Semral ona zəng vurmuş və görüşmək istədiyini bildirmişdir. O, Bəbəşə zəng vurmuş və Semralın zəng etdiyini, siqaretləri satdığını və görüşmək istədiyini bildirdikdə, Bəbəş də gələcəyini demiş və Semralla Şamaxinkada görüşmüşlər. Semralla görüşən zaman Semral siqareti satdığını bildirmiş və ona 1000 manat pul vermişdir. Həmin vaxt Semral Bəbəşə daha artıq miqdarda pul verdiyini bildirmişdir. Semralın siqaretdən hansı məbləğdə pul almasından xəbəri olmamış, Semraldan da soruşmamışdır. Oğurluq etdiyinə görə çox narahat olmuş, əldə etdiyi puldan bir baş erkək alıb qurban kəsərək paylamış və qalıq qalan pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 06 yanvar 2020-ci il tarixdə o, evdə olan zaman tanışı Nurlan istifadəsində olan ***-***-**-** saylı mobil nömrə əsasında işlətdiyi whatsapp sosial şəbəkə vasitəsilə ona istifadəsində olan ***-***-**-** saylı mobil nömrə əsasında işlətdiyi whatsapp sosial şəbəkəsinə zəng etdiyini və ona Gədəbəy rayonuna oğurluğa getmək istədiyini bildirmişdir. Həmin vaxt o, başa düşüb ki, Semral oğurluq barədə Nurlana məlumat vermişdir. Nurlana qorxduğunu və oğurluq etmək istəmədiyini desə də Nurlan ona israrla heç bir narahatçılıq olmayacağını və anbarda külli miqdarda siqaret olduğunu və qohumu Qəribşaha da dediyini bildirmişdir. Nurlana onlarla birlikdə Gədəbəy rayonuna gedəcəyini bildirsə də anbara girməyəcəyini demişdir və onlardan uzaq duracağını demişdir. Nurlan da onunla razılaşmış və qardaşı Semralın da razı olduğunu, ancaq Bəbəşin xəbərinin olmadığını bildirmişdir. Problem olmadığını, Bəbəşə məlumat verilməyəcəyini demişdir. Həmin günü saat 18 radələrində onlar Nurlana məxsus VAZ-2114 markalı avtomobil ilə Bibiheybət yoluna getmişlər. Azneft dairəsi yaxınlığında Qəribşah özünə məxsus Priora markalı avtomobil ilə gözləmişdir. Nurlan avtomobili orada saxlamış və Qəribşahın avtomobili ilə Gədəbəy rayonuna gəlmişlər. Həmin vaxt Qəribşaha məxsus avtomobildə meymun maskası olmuşdur. Semral həmin maskanı götürmüş və anbara girəndə başına taxacağını demişdir. Onlar dördü də Gədəbəy rayonuna gəlmişlər. Həmin vaxt saat təxminən 02-03 radələrində, avtomobillə bir neçə dəfə anbarın ətrafında gəzmişlər və avtomobili yolun kənarında saxlamışlar. Bundan sonra avtomobildən düşərək komissarlıq küçəsinə tərəf getmişdir. Onlar isə anbara yaxınlaşmışlar. Təxminən 15-20 dəqiqədən sonra o, Nurlangilə yaxınlaşmış və sükan arxasında oturmuş və avtomobili idarə edərək üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda hərəkətdə olarkən uşaqlar oğurladıqları iki qutunun içərisində qənd olduğunu demiş və bir qutusunu yolun kənarına atmışlar. Eyni zamanda bir qutu HELL enerji içkisi də götürdüklərini demişlər və bir banka da ona vermişlər. Gədəbəy rayonunda olanda o, uşaqlara yolun kənarında pir kimi olan yeri göstərmişdir. Həmin vaxt Qəribşah namaz qılan olduğu üçün avtomobili saxlatdırmış və Qəribşah avtomobildən düşüb pirə 1 manat nəzir qoymuşdur. Yolboyu oğurladıqları hell enerji içkisini içib qurtarmışlar. Həmin günü təxminən səhər saat 08 radələrində Bakı şəhərinə çatmışlar. Oğurladıqları siqareti kimin satıb-satmasını bilməmişdir. Sonradan da eşitmişdir ki, siqareti kiminsə vasitəsilə Nizami adlı şəxsə satmışlar və əldə etdikləri pulu dördü aralarında bölmüşlər və adama 750 manat pul düşmüşdür. Siqaretdən aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişidir. 08 yanvar 2020-ci il tarixdə isə işləmək üçün Rusiya Federasiyasına bilet aldığı üçün Rusiya Federasiyasına getmişdir. Rusiya Federasiyasında olan zaman evdən ona zəng edib Gədəbəy rayonunda oğurluq olduğunu və onun da həmin oğurluqda iştirak edibetmədiyini soruşmuşlar, əvvəlcə etiraf etməmiş və sonradan Nurlangiln polis əməkdaşları tərəfindən Gədəbəyə aparıldığını və onlar törətmiş olduqları cinayət əməlini etiraf etdiklərini eşitmişdir. Atasına və qardaşına zəng vurub oğurluq etdiyini etiraf etmişdir. 01 fevral 2020-ci il tarixdə də Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş, evdə valideynlərinə oğurluq etdiyini və dəymiş ziyanın ödənilməli olduğunu bildirmişdir. Bunun üçün də atası Çingiz 3000 manat pul düzəldib maddi ziyanının ödənilməsi üçün müstəntiqə qəbzlə vermişdir. Gədəbəy rayonundan oğurluq etməyi Bəbəş ləqəbli qohumu Şahid4 demişdir və həmin oğurluq olunan obyekti də o göstərmişdir. Hadisə zamanı istifadəsində olan ***-***-**-** saylı mobil nömrə olmuşdur. Oğurlanan siqaretlər avtomobilin baqajına və yük yerinə açıq şəkildə yığılmış, həmin siqaretlər ARGO markalı olmuşdur. Siqaretlərin neçə qutu olmasını bilməmişdir. İkinci dəfə oğurluğa o, Semral, Nurlan və Qəribşah gəlmişlər. Oğurladığı siqaretlər MAGNA və ARGO markalı olmuşdur. Həmin siqaretlərin hamısı qalın ölçüdə olmuş, lakin neçə qutu olmasını bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Şahid7la birlikdə Gədəbəy rayonu ərazisində olan köhnə ərzaq mağazasında siqaret qutularını götürməyə getmişdir. Təqsirləndirilən şəxs1 maşını ilə getmişdir. Həmin yerdən götürdüyü siqaret qutularını Siyəzən rayonunda satmışdır. Ümumilikdə 1000 manat xeyir əldə edib hamıya bərabər şəkildə bölmüşdür. Həmin yerdə olan bir qutu enerji içkisini özləri istifadə etmək üçün götürmüşlər. Gədəbəydə belə mağazanın olmasını “Qaqaş” adlı şəxs onlara demişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 08 yanvar 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, Nurlan, Əliağa və Tural Bakı şəhərində Nurlangilin yaşadığı məhəllədə çayçıda oturmuş və çay içib söhbət etmişlər. Söhbət zamanı Nurlan onlara rayona gedəcəyini və Əliağadan onu apara bilib-bilməyəcəyini soruşmuşdur. Əliağa Nurlandan hansı rayona gedəcəyini soruşanda Nurlan ona əvvəlcə Ucar rayonuna gedəcəyini demişdir. Sonra söhbət əsnasında Nurlan onlara Gədəbəy rayonuna gedəcəklərini və orada mağazanın anbarı olduğunu, həmin anbardan siqaret oğurlayacaqlarını bildirmişdir. Nurlandan nə məsələ olduğunu, necə oğurlayacaqlarını soruşanda Nurlan onlara əvvəlcə demək istəməsə də, sonradan onlara yüz faizlik işə gedəcəklərini, hər şey qaydasında olduğunu və öz maşını ilə Gədəbəy rayonuna gəlib getməsini demişdir. O, pula ehtiyacı olduğunu və krediti olduğuna görə Nurlanla razılaş və onlarla birlikdə Gədəbəy rayonuna oğurluğa gələcəyini bildirmişdir. Həmin vaxt o, Nurlanın özünə tam əmin olduğunu yəqin ki, tutulmayacaqlarını, yüz faizlik iş olduğunu fikirləşərək, həmin vaxt tərəddüd edən Əliağaya allahın köməkliyi ilə işin yaxşı həll olunacağını demişdir. Bundan sonra onlara anbarın qapısını açmaq üçün nə isə açar dəmir alət götürmək lazım olduğunu demiş və Əliağadan avtomobildə açar olub-olmadığını soruşmuşdur. Əliağa da ona avtomobil təkəri açıb bağlamaq üçün açar olduğunu demişdir. Bundan sonra onlar Gədəbəy rayonuna gedib anbardan siqaret oğurlamaq qərarına gəlmişlər. Bunun üçün də Nurlan evə getmiş və evdən 100 manat pul götürmüşdür. Həmin puldan 24 manatına avtomobilə dizel yanacaq tökmüşlər və təxminən saat 20:30 radələrində Bakı şəhərindən çıxmışlar. Yol ilə gələn zaman 19 manata mağazadan şirniyyat, su siqaret almışlar və söhbət edə-edə Gədəbəy rayonuna getmişlər. Gədəbəy rayonunun girəcəyində pir kimi yer olduğu üçün o, avtomobili saxlatdırmış və Əliağadan 2 manat alıb həmin pirə nəzir kimi qoymuş və sonra avtomobilə minib Gədəbəy şəhərinə getmişdir. Nurlan özü avtomobildə qabaq sağ oturacaqda oturmuş və avtomobili idarə edən sürücü Əliağaya yolu göstərmişdir. Onlar anbarın yaxınlığına gəlmişlər və bir neçə dəfə avtomobillə anbarın ətrafına fırlanmışlar, heç kəsin olmadığına əmin olandan sonra Əliağa avtomobili anbardan 25-30 metr aralıda saxlamış və onlar avtomobildən düşmüşlər. Əliağa avtomobilin yük yerindən təkər açmaq üçün istifadə olunan açarı Turala vermiş və o, Turalla anbara yaxınlaşmışdır, Əliağa ilə Nurlan isə avtomobilin yanında qalmışlar. Tural açarla qıfılı sındırmağa başlamışdır. Həmin vaxt Nurlan ona zəng vuraraq vəziyyəti soruşanda ona qıfılları sındırdığını dedikdə Nurlan içəri girən kimi sola dönməyi və düz gedib sonra sağa dönəndə qarşısına piştaxta çıxacağını və siqaret qutularının orada olacağını bildirmişdir. Nurlanın dediyi kimi anbara daxil olmuş və qarşısına siqaret qutuları çıxmışdır. Turalla birlikdə siqaret qutularını anbardan bayıra çıxarmışlar. Nurlan və Əliağa isə qutuları avtomobilə tərəf aparmışlar. Sonra da Nurlan avtomobili idarə edib anbarın qarşısına gətirmiş və siqaret qutularının bəzilərini açıb avtomobilin salon və yük baqajına boşaltmışlar, bəzilərini isə qutu ilə birlikdə avtomobilin salonuna qoymuşlar. Cəmi 13 qutu siqaret götürmüşlər. Sonra da o və Tural zorla avtomobilin arxa oturacağına oturmuş, Nurlan qabaq sağda əlində siqaret qutusu oturmuş, Əliağa isə avtomobili idarə etmişdir. Bir qədər gedəndən sonra siqaret qutusu narahatçılıq etdiyi üçün avtomobili saxlamışlar və bir neçəsini avtomobilə boşaltmış və qutunu kənara atmışlar. Sonra da bir qədərdən sonra bir qutunu da boşaltmışlar və yollarına davam etmişlər. Onlar gəldikləri yolla Bakı şəhərinə gedən zaman yenə də Gədəbəy rayonunun girəcəyində olan pirin qarşısında avtomobili Əliağa saxlamış və avtomobildən düşüb 5 manat nəzir qoymuşdur. Bundan sonra yola davam etmişlər. Yolda həmin bir qutu siqareti də avtomobilin salonuna boşaltmışlar. Şəmkir rayonunda yerləşən yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq doldurmuşlar və yenə öz yollarına davam etmişlər. Həmin günü təxminən saat 06 radələrində Bakı şəhərinə çatmışlar və Nurlanın kirayədə yaşadığı Xırdalan şəhərinə getmişlər. Xırdalan şəhərində Turalın götürdüyü qıfılları Əliağa avtomobildən kənara tullamışdır. Onlar siqaretləri Nurlanın kirayə tutduğu evə yığmışlar. Bundan sonra onlar dördünün də əldə etdiyi siqaretləri harada satmaq barədə söhbət etməyə başlamışlar. Həmin vaxt Nurlan bir nəfər şəxslə danışmış, lakin, həmin şəxsdən xəbər çıxmadığı üçün Əliağa evə gedəcəyini bildirmiş və Nurlandan da atasına vermək üçün 100 manat pul almış və 20 manat da üzərində olmuşdur. Əliağa həmin 120 manatı atasına verəcəyini və müştəriyə görə evə getmədiyini deyəcəyini bildirmişdir. Həmin günü onlar yatıb istirahət etmişlər, sonra da siqaretləri satmağa qərar vermişlər. Bunun üçün də Nurlan və Əliağa oğurladığı ARGO markalı siqaretdən 200 blok, yəni 2000 ədəd siqareti avtomobilə mindirib Şabran rayonuna getmişdir. Tural taksi çağırmış və onlar 450 blok, yəni 4500 ədəd siqareti avtomobilə mindirmiş və Siyəzən rayonuna getmişlər. Orada Tural avtomobildən düşərək mağazalara tanışlarının mağaza açdığını və ziyana düşdüyü üçün malları satdığını, yalnız siqareti qaldığını və satmaq istədiklərini demişdir. Tanımadığı mağaza sahibi lakin üzdən görsə tanıya biləcəyi şəxs onlara siqaretin hamısına 2500 manat verə biləcəyini bildirmişdir. Onlar da razılaşmışlar və siqareti həmin şəxsə satmışlar. Həmin puldan o, 1200 manat götürmüş, təxminən 70 manat telefonun kreditinə vermiş 20 manata şalvar, 20 manata kofta almış, 400 manatlıqda evinə kubik tökdürmüş, 500 manatını Nurlanın avtomobilinin təmiri üçün xərcləmiş qalıq qalan pulu isə xərcləmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 yanvar 2020-ci il tarixdə o, Tural, Zaman və Nurlanla birlikdə kafedə oturub çay içən zaman Gədəbəyə işlə bağlı gedəcəklərini ona təklif etmişlər. O, nə iş olduğunu soruşduğu zaman köhnə ərzaq mağazasına girəcəklərini, təhlükəli heç nə olmadığını demişlər. Onlar birlikdə Gədəbəy rayonuna yola düşmüşlər. Mağazaya gecə saatlarında daxil olaraq oradan içərisində siqaret qutuları olan kardon qutuları götürmüşlər. Həmin qutuları maşına dolduraraq, Bakı şəhərinə gəlmişlər. Bakıya gəldikdən bir neçə gün sonra Nurlanla birlikdə Şabarana gedərək, içərisində siqaret olan qutuları Nurlanın tanışına verərək əvəzində pul əldə etmişlər. Şahid2 həmçinin bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 08 yanvar 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində Nurlan, Zaman və Tural Bakı şəhərində yaşadıqları məhəllədə çayçıda oturub çay içib söhbət edən zaman Nurlan ona rayona gedəcəyini bildirmiş və onunda gedib-getməyəcəyini soruşmuşdur. Oda ona heç bir problem olmadığını, gedəcəyini demiş və hansı rayona gedəcəklərini soruşanda Nurlan ona əvvəlcə Ucar rayonuna gedəcəklərini demişdir. Həmin vaxt söhbət əsnasında Nurlan Gədəbəy rayonuna gedəcəklərini, orada mağazanın anbarı olduğunu, həmin anbardan siqaret oğurayacaqlarını demişdir. O, Nurlandan nə məsələ olduğunu, necə oğurlayacaqlarını soruşanda Nurlan əvvəlcə demək istəməsə də sonradan onlara yüz faizlik işə getdiklərini və hər şey qaydasında olduğunu, öz maşını ilə Gədəbəy rayonuna gedib gəldiyini bildirmişdir. O da Nurlanla razılaşmış və onlarla birlikdə Gədəbəy rayonuna oğurluğa gələcəyini demişdir. Eyni zamanda Zaman Nurlana ora tam ehtiyatla getmələrini və qapını açmaq üçün nə isə açar dəmir alət götürməyin lazım olduğunu bildirmişdir. Bundan sonra Zaman ondan avtomobildə açar olub-olmadığını soruşanda Zamana avtomobil təkərini açıb bağlamaq üçün açar olduğunu demişdir. Həmin vaxt o, Nurlandan ona 100 manat verməsini, həmin pulu atasına verib maşını atasından alacağını və rahat gedib gələcəklərini demiş, Nurlan da onunla razılaşmışdır. Bunun üçün də Nurlan evə gedərək evdən 100 manat pul götürmüşdür. Həmin puldan 24 manatına avtomobilə dizel yanacaq tökmüşlər və təxminən saat 20:30 radələrində Bakı şəhərindən çıxmışlar. Yol ilə gedən zaman 19 manata mağazadan şirniyyat, su siqaret almışlar və söhbət edə-edə Gədəbəy rayonuna getmişlər. Gədəbəy rayonunun girəcəyində pir kimi yer olduğu üçün Zaman avtomobildən düşmüş və ondan 2 manat alıb həmin pirə nəzir kimi qoymuş və sonra avtomobilə minib və avtomobili idarə edib Gədəbəy şəhərinə getmişlər. Gədəbəy şəhərində işıqforu keçəndən sonra Nurlan anbarın olduğu yerə gedən yolu göstərmiş və avtomobili anbarın yaxınlığına sürmüşdür. Onlar bir neçə dəfə avtomobillə anbarın ətrafına fırlanmışlar, heç kəsin olmadığına əmin olandan sonra o, avtomobili anbardan 25-30 metr aralıda saxlamış və avtomobildən düşmüşlər. Avtomobilin yük yerindən təkər açmaq üçün istifadə olunan açarı Turala vermiş və Turalla Zaman anbara yaxınlaşmışlar. O, Nurlanla birlikdə avtomobilin yanında dayanıb ətrafa nəzarət etmişlər. O, anbardan aşağıda daş olan yerdə durmuş, Nurlan isə avtomobilin yanında dayanmışdır. Həmin vaxt Nurlan Zamana zəng vurmuş və onunla danışan zaman qapını açıbaçmadıqlarını soruşmuş, Zaman da Nurlana birinci qıfılı, sonra ikinci qıfılı və nəhayət üçüncü qıfılı sındırdıqlarını demişdir. Zaman Nurlana qapının qıfıllarını sındırdıqlarını deyəndən sonra Nurlan Zamana qapıdan içəri girəndən sonra sola, sonra isə sağa dönmələrini və qarşılarına piştaxta çıxacağını və siqaret qutularının ora yığıldığını bildirmişdir. Həmin vaxt o, yuxarı tərəfdən səs gəldiyini eşitdiyi üçün Nurlana yaxınlaşmış və səs gəldiyini demişdir. Nurlan da səs gələn tərəfə gedərək heç nə olmadığını bildirmişdir. Sonra Nurlan anbarın giriş qapısına tərəf gedərək əlində iki qutu siqaret gətirmişdir. O da tez anbara yaxınlaşaraq qapıdan içəri girmiş və Zamanın əlindən iki qutu siqareti götürüb maşına tərəf aparmışdır. Siqareti aparanda gücü çatmadığı üçün qutunun birini Nurlana vermiş. Nurlan ondan qutunu alandan sonra ona aşağı tərəf baxmağını və kimsə gələrsə xəbər verməsini bildirmişdir. Nurlan avtomobili idarə edib anbarın yaxınlığına sürmüşdür. O, geri qayıdana kimi Zaman və Tural bir neçə qutu siqareti bayıra çıxarmışlar. O və Zaman 3-4 qutu siqareti avtomobilin yük yerinə, Nurlan və Tural isə siqaretləri qutudan çıxardıb salona yığmışlar. Təxminən 13 qutu siqaret götürdükdən sonra Tural anbarı sındırmış olduğu qıfılları da götürmüş və Nurlan qabaq sağ oturacaqda oturmuş, Zaman və Tural isə arxa oturacaqda oturmuşlar və Bakı istiqamətində hərəkətə başlamışlar. Həmin vaxt Nurlanın qucağında siqaret qutuları olduğu üçün yolu güclə gördüyünü bildirmişdir. Onlar anbardan uzaqlaşandan sonra avtomobili saxlamış və qutuların ağzını açıb siqaretləri avtomobilin salonuna boşaltmışlar. Lakin bir qutunu boşalda bilməmişlər. Bakı şəhərinə gedən zaman yenə də Gədəbəy rayonun girəcəyində olan pirin qarşısında avtomobili saxlamış və avtomobildən düşüb 5 manat nəzir qoymuşdur. Bundan sonra öz yollarına davam etmişlər. Yolda həmin bir qutu siqareti da avtomobilin salonuna boşaltmışlar. Şəmkir rayonunda yerləşən yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq doldurmuşlar və yenə öz yollarına davam etmişlər. Həmin günü təxminən saat 06 radələrindən sonra Bakı şəhərinə çatmışlar və Nurlanın kirayədə yaşadığı Xırdalan şəhərinə getmişlər. Xırdalan şəhərində o, qıfılları bir tərəfə tullamışdır. Siqaretləri Nurlanın kirayə tutduğu evə yığmışlar. Bundan sonra dördü də əldə etdiyi siqaretləri harada satmaq barədə söhbət etməyə başlamışlar. Həmin vaxt Nurlan bir nəfər şəxslə danışmış, lakin, həmin şəxsdən xəbər çıxmamışdır. O, evə getmək qərarına gəlmişdir. Evə gedəndə Nurlandan 100 manat pul almış, eyni zamanda Nurlanın Bakı şəhərindən Gədəbəy rayonuna gedən zaman evdən götürmüş olduğu 100 manat puldan qalıq qalan 20 manat pulu da həmin 100 manatın üstünə qoymuş və 120 manat pulu evdə atasına vermiş və atasına Şəmkir rayonuna müştəri aparıb gətirdiyini bildirmişdir. Atası ona heç nə deməmişdir. Yorğun və yuxusuz olduğu üçün yatmışdır. Səhəri günü isə o, Nurlanla görüşmüş və oğurladıqları ARGO markalı siqaretdən 200 blok, yəni 2000 ədəd siqareti götürüb avtomobilə yükləmişlər. Bundan sonra Nurlanla birlikdə Şabran rayonuna getmişlər. Həmin vaxt Nurlan 30 manat pul vermiş və 10 manat da avtomobilə yanacaq doldurmuşdur. Şabran şəhərində Nurlanla birlikdə kafeyə dönmüşlər, Nurlanın dostu gəlmiş və siqareti onlardan götürüb getmişdir. Təxminən 3-4 saatdan sonra Nurlanın dostu gəlmiş və Nurlanla haqq-hesab etmişdir. O, isə Nurlanı avtomobildə gözləmiş, Nurlan gələndən sonra ona siqaretdən cəmi 1500 manat pul əldə etdiyini və həmin puldan 300 manatını dostunun götürdüyünü bildirmişdir. Sonra da Nurlan avtomobilə 10 manatlıq yanacaq doldurmuş və 70 manat pul vermiş və Bakı şəhərinə gəlmişlər. Qalıq qalan siqaretləri isə Zamanla Tural satmaq üçün maşın tutub Şabran rayonuna getmişlər. Zaman və Turalın siqareti necə və harada satmasından xəbəri olmamış, nədəki, həmin siqaretin pulundan ona verməmişlər. Ancaq danışıq zamanı həmin əldə olunan puldan ona 500 manat verəcəklərini demişlər. Nurlanı evə düşürüb yaşadığı ünvana getmiş və atasına 100 manat pul vermiş və Şabran rayonuna müştəri olduğunu aparıb gətirdiyini bildirmişdir. Atası da ondan şübhələnərək avtomobilin açarını ondan alaraq Şəmkir rayonundan 120 manat, Şabrandan isə 100 manat almağında nə isə qaranlıq bir iş olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Şahid2 və Şahid5 eyni ərazidə yaşadığı üçün tanımış, Təqsirləndirilən şəxs1 və Semral isə onun bibisi oğlanlarıdır. 06 yanvar 2020-ci il tarixdə Nurlan ona Gədəbəyə oğurluğa gedəcəyini bildirmiş və birlikdə getməyi təklif etmişdir. O, Nurlan, Semral və Elmir onun maşını ilə Gədəbəy rayonuna getmişlər. Gədəbəy rayonunda girəcəkləri yerin köhnə ərzaq mağazası olduğunu bilmişdir. Mağazanın içərisindən siqarət olan qutuları götürərək, Bakı şəhərinə qayıtmışlar. Şahid6 həmçinin ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 06 yanvar 2020-ci il tarixdə işdə olan zaman whatsapp sosial şəbəkə vasitəsilə Nurlan onunla əlaqə saxlamış və Gədəbəy rayonuna oğurluğa getmək istədiklərini bildirmişdir. O, da Nurlana heç bir problem olmadığını, lakin pulunun olmadığını demişdir. Nurlan da ona Elmirə də deyəcəyini və birlikdə pul qoyub ona məxsus maşınla gedib gələcəklərini və onun işdən çıxmağını gözləyəcəklərini demişdir. Həmin günü saat 18 radələrində işdən çıxandan sonra Nurlanla whatsapp sosial şəbəkə vasitəsilə əlaqə saxlamış və razılaşmışlar ki, Elmir, Semral və Nurlan üçü birlikdə ona məxsus avtomobillə Gədəbəy rayonuna gəlsinlər. Özünə məxsus Lada Priora markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bakı şəhərində Azneft dairəsində Elmirgili gözləmişdir. Bir qədər sonra Elmir, Nurlan və Semral Nurlana məxsus Vaz-2114 markalı avtomobillə gəlmiş və Nurlanın avtomobilini orada saxlayıb ona məxsus avtomobilə minmişlər. Həmin vaxt ona məxsus avtomobildə meymun maskası olmuş, Semral həmin maskanı götürərək anbara girəndə başına taxacağını demişdir. Dördü də pullarını bir yerə yığıb avtomobilə yanacaq tökmüşlər. Gədəbəy rayonunun girişində olan zaman Elmir ondan sükanı ona verməyini və buraları o tanıdığını bildirmiş və sükan arxasında Elmir oturmuşdur. Elmir onları oğurluq edəcəkləri anbarın yanına gətirmişdir. Həmin vaxt saat təxminən 03 radələri olmuş, avtomobillə bir neçə dəfə anbarın ətrafında gəzdikdən sonra Elmir avtomobili yolun kənarında saxlamışdır. Bundan sonra avtomobildən düşərək anbarın qapısının qıfılını sındırmaq üçün avtomobildən təkər açarını çıxarmışlar və anbara yaxınlaşmışlar. Nurlanla birlikdə anbarın qapısının qıfılını sındırmış, Elmir isə ətrafa nəzarət etmişdir. İçəri daxil olub siqaret qutularını çıxardıb yolun kənarında olan daş hasarın üzərinə qoymuşlar, Elmir isə daşıyıb avtomobilin yük yerinə yığmışdır. Onunla bərabər Nurlan və Semral da içəridən siqaret qutularını gətirmişdir. Onlar ümumilikdə 10 qutu siqaret və bir qutu da HELL enerji içkisi götürmüşlər. Siqaret qutularının ağzını açıb siqaretləri salona və yük yerinə boşaltmışlar, qutuları boşaldan zaman qutulardan ikisinin xeyir şər mərasimlərində istifadə olunan kəllə qənd olduğunu görmüşlər. Qəndləri də avtomobilə yükləmişlər. Elmir avtomobili idarə edib üzü Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır. Yolda oğurladıqları qəndlərdən bir neçə qutusunu yolun kənarına atmışlar. Gədəbəy rayonunda olanda Elmir yolun kənarında pir kimi yer göstərdiyi üçün Elmirdən avtomobili saxlamasını xahiş etmiş, Elmirdə avtomobili saxladığı üçün düşüb pirə 1 manat nəzir qoymuşdur. Həmin vaxt yorğun olduğundan yatmış və ayılanda Bakı şəhərində olduğunu görmüşdür. Təxminən saat 08 radələrində Bakı şəhərində Yasamal rayonunda olmuşlar. Onlardan kimsə siqaret alqısatqısı ilə məşğul olan şəxsə zəng vurmuş və həmin şəxs də BMV markalı avtomobillə gələrək siqaretləri həmin avtomobilə yükləmiş və ümumilikdə 3070 manat pul vermişdir. Həmin puldan 70 manatını Gədəbəy rayonuna gələndə götürdükləri borcunu qaytarmaq üçün götürmüş və 3000 manat pulu isə dördünün arasında bölmüşlər, adama 750 manat pul düşmüdür. Pulu alandan sonra oradan iş yerinə getmişdir. Həmin hadisədən bir neçə gün sonra Elmir ölkə ərazisini tərk etmiş və Rusiya Federasiyasına getmişdir. Elmir Rusiya Federasiyasında olan zaman bibisi oğlu Nurlana whatsapp sosial şəbəkə vasitəsilə səs göndərmiş və bildirmişdir ki, Gədəbəydə prioradan şübhələnmişlər, maşını gizlədin. Nurlan da ona bu barədə məlumat vermiş, lakin o, gizlənməmişdir. Sonra da evdə olan zaman polis işçiləri ona yaxınlaşaraq cinayətin üstünün açıldığını bildirmişlər. Anbardan 7 qutu ARGO, bir qutu isə MAGNA markalı siqaret oğurlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəllərinədək bir müddət Binəqədi rayonu, Binəqədi qəsəbəsində kirayədə yaşamışdır, “Daveo Nexia” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 təxminən bir il olmuşdur ki, tanımışdır. Fatma onun qohumu olan Günaygillə bir həyətdə yaşayırdı. Ona demişdilər ki, Fatma şifoner satır, həmin ərəfədə onun həyat yoldaşı da ev üçün şifoner axtarırdı. O, həyat yoldaşı Səidə ilə birlikdə Fatmagilə getmiş, Fatmanın həyat yoldaşı Babək də evdə olmuşdur. Şifoneri bəyənmədikləri üçün almamışlar. Həmin gündən sonra Babək və Fatma ilə münasibətləri yaranmışdı. Onun mobil nömrəsi Babək gildə olmuşdur. Babək ona bir neçə dəfə zəng vuraraq taksi fəaliyyati ilə məşğul olduğunu bildiyi üçün Fatmanı bir neçə yerə aparmalı olduğunu demiş o da onun dediyi yerlərə Fatmanı aparmışdır. Zərərçəkmiş şəxs1 yaşadığı evə gedib gəlirdi, onlarla gediş-gəlişi olmuşdur, lakin hadisə olduğu gün, Təqsirləndirilən şəxs1 onun yanımda olmamışdır, Təqsirləndirilən şəxs1 həmin zaman rayonda olmuşdur. O, Zərərçəkmiş şəxs1 evindən soyğunçuluğ etməmimşdir. Əvvəllər soyğunçuluğ və narkotik vasitəyə görə məhkumlu olmuşdur. Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluq etməmişdir. Babəki döyüb onun cibindən pul götürməmişdir. İstintaq dövründə verdiyi ifadəni təsdiq edir. Şahid1 həmçinin ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2019-cu ilin əvvəllərinədək bir müddət Binəqədi rayonu, Binəqədi qəsəbəsində kirayədə yaşamış, “Daveo Nexia” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs2 təxminən bir il olmuşdur ki, tanımışdır. Bir il əvvəl Binəqədi rayonu, Gülüstan küçəsində yaşayarkən Fatmagilin evində olmuşdur. Fatma onun qohumu Günaygillə bir həyətdə yaşamışdır. Ona demişlər ki, Fatma şifoner satır, həmin ərəfədə onun həyat yoldaşı da ev üçün şifoner axtarırmış. O, həyat yoldaşı Səidə ilə birlikdə Fatmagilə getmişdir. Fatmanın həyat yoldaşı Babək də evdə olmuşdur. Şifoneri bəyənmədiyi üçün almamışdır. Həmin vaxtdan etibarən onun Babəklə və Fatma ilə münasibətləri yaranmışdır. Onun mobil telefonu Babəkgildə olmuşdur. Babək ona bir neçə dəfə zəng vurmuş və taksi ilə Fatmanı müxtəlif ünvanlara aparmaqla taksi xidməti göstərmişdir. 2019-cu ilin sonlarında Babəkin həyətdə saxladığı avtomobildən pul oğurlanmışdır. Babək həmin oğurluqla bağlı onu evinə çağırmışdır. Çağırmaqda məqsədi o olmuşdur ki, maşınından pul oğurlayan şəxsin müəyyən olunmasında köməklik etsin. O, Babəkə bildirmişdir ki, “xəbər olsa deyərəm”. Bundan sonra o, bir neçə dəfə onların evində olmuşdur. Sonradan o, eşitmişdir ki, Babək onun arxası ilə danışıb və onu söymüşdür. 24 may 2020-ci il tarixdə gecə saatlarında o, Şabran rayonunda olarkən Fatma ona səhv etmirsə əri Babəkin telefonundan zəng vurmuş və bir qədər telefonda danışdıqda yenə də əri tərəfindən döyülüb incidildiyini ona demiş, bu zaman telefonda əri Babəkin otağa daxil olduğunu deyib telefonu kənara atmış, lakin zəng kəsilmədiyindən o, otaqda olan danışıqları eşidirmiş. Fatmanın əri Babək onu vururmuş, bu zaman Fatma qışqıraraq onu vurmamasını tələb edirmiş, əks halda qardaşına və qardaşının dostu olan Talehə, yəni ona deyəcəyini bildirirmiş. Babək isə onu döyməyə davam edərək onu və Fatmanın qardaşını söyməyə başlamışdır. O, bütün bu danışıqları zəngi açıq qalmış telefon vasitəsi ilə eşidirmiş və əsəbləşib zəngə «otboy» verərək həm Babək, həm də Fatmanın telefonuna zəng vurub sözünü demək istəsə də, heç biri zənginə cavab verməmişdir. 24 may 2020-ci il tarixdə səhər saatlarından başlayaraq Fatmaya zəng vurub danışmaq istəsə də, onun nömrəsinə zəng çatmamış və o, ünvanına deyilən söyüşlərə görə Babəki cəzalandırmaq məqsədi ilə axşam saatlarında xalası oğlu Nurlan ilə birlikdə Şabrandan çıxıb Bakıya gəlmişdir. 25 may 2020-ci il tarixdə gecə saat təxminən 00:00 radələrində Fatma ilə Babəkin Binəqədi rayonunda yaşadıqları evə gəlib darvazanın qapısını döymüşlər, qapını Babək açmış və o, onunla salamlaşıb Nurlan ilə birlikdə həyətə daxil olmuşlar. Babəkdən evdəkilərin yatıb-yatmadıqlarını soruşmuş, Babək arvad-uşaqların yatdığını dediyindən evin qapısını bağlayıb həyətdə bir az söhbət etmək istədiyini ona demişdir. Babək evin qapısını bağlayıb həyətə qayıtmış və o, Babəkdən onu niyə söydüyünü soruşmuş, Babək isə ona söyüş söymədiyini dedikdə o, elə yaşadıqları evin həyətində onu döyməyə başlamışdır. Bu zaman Nurlan sadəcə durub baxırmış, onların mübahisələrinə müdaxilə etmirmiş. Babək yüksək səslə qışqırdığından qonşuların eşitməməsi üçün onun ağzını tutub itələyərək evin içinə salmışdır. Onunla birlikdə evə Nurlan da daxil olmuşdur. Evə girən kimi səsə Fatma çıxdıqda ona işarə edib sakit durmasını bildirmiş və yaxınlaşıb demişdir ki, ya keçsin uşaqların yanına, ya da ki, əşyalarını və uşaqları götürüb çıxsın otursun gəldiyi avtomobilə. Bu zaman Fatma bir qədər duruxub qalmışdı və Babək yenə də səsküy salmasın deyə evdə əlinə keçən əski parçasını götürüb Nurlanın köməkliyi ilə Babəkin əlini bağlayıb onu yatağa uzatdığını görürmüş. Sonra Fatma uşaqların yatdığı otağa keçmiş və o, yataq otağında Babəki artıq vurmurmuş, ona sadəcə bildirirmiş ki, bir də onu söysə, arxasınca danışıb gicləsə onun üçün yaxşı olmayacaqdır. Bundan sonra, o, Nurlan ilə birlikdə evdən çıxmışlar və yaşadığı Şabran rayonuna getmişlər. Yolda gedərkən Nurlan ona demişdir ki, evdə olarkən Babəkin şalvarının cibində pul görüb 230 manatı oğurlamışdır. O, Nurlana iradını bildirərək nahaq yerə evdən pul oğurladığını, onun məqsədinin yalnız Babəki söyüş söydüyünə və Fatmanı döydüyünə görə cəzalandırmaq olduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun kiçik oğludur. Təqsirləndirilən şəxs1 ailəlidir və onun iki az yaşlı övladı var. Şahid1 onun bacısı oğludur. Onum bacısı rəhmətə getmişdir. Şahid1 isə 2003-ci ildə həbs edilmiş və 14 il həbs cəzası çəkmişdir və 2017-ci ildə həbsdən azadlıqa buraxılmışdır. Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında yaxın münasibət olmamışdır. Zərərçəkmiş şəxs1 3.100 manat pul vermişdir, Zərərçəkmiş şəxs1 pul vermə səbəbi ondan ibarət olmuşdur ki, oğlu şərlənib həbs olunmasın. Onun oğlu Zərərçəkmiş şəxs1 qarşı soyğunçuluğ etməyib, o, pulu Zərərçəkmiş şəxs1 sadəcə ona görə vermişdir ki, oğlu şərlənməsin. Hadisə olduğu gün oğlu Təqsirləndirilən şəxs1 Dəvəçi rayonunda olmuşdur, ümumiyyətlə Covid-19 xəstəliyi ilə əlaqədar karantinlər olduğundan oğlu Təqsirləndirilən şəxs1 və ailəsi çox zamanlarını Dəvəçi rayonunda qalmışlar. Bir müddət keçdikdən sonra gəlini telefon vasitəsilə zəng vuraraq, Təqsirləndirilən şəxs1 polis işçiləri tutub apardığını demiş, o həmin zaman bilmişdir ki, oğlu Təqsirləndirilən şəxs1 polis tərəfindən saxlanılmışdır. Daha sonra Zərərçəkmiş şəxs1 əlaqə nömrəsini öyrənək, onunla telefon vasitəsilə danışaraq ona görüşmək istsədiyini demiş və Zərərçəkmiş şəxs1 ilə İran klinikasının yanında görüşmüşlər. Zərərçəkmiş şəxs1lə görüşdüyü zaman oğlu Təqsirləndirilən şəxs1 nəyə görə tutulduğunu soruşmuşdur. Zərərçəkmiş şəxs1 demişdir ki, Təqsirləndirilən şəxs1 ümumiyyətlə görməmişdir və tanımır. Bacısı oğlu Talehin ona ziyan vurduğunu və evdən 7000 min manat pulunu apardığını demişdir. Zərərçəkmiş şəxs1 pulu verəcəyini demiş, Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs1 görməmiş və tanımamışdır. Babəkdən qorxub pul verməmişdir, oğlunun şərlənəcəyini düşünərək o, pulu vermişdir. Oğlu Təqsirləndirilən şəxs1 özünün işlədiyi şirkətə düzəltmişdir, lakin işə bir neçə dəfə gecikdiyi üçün onu işdən azad etmişlər, işdən azad etdikdən sonra, Nurlan ailəsi ilə birlikdə Dəvəçiyə getmişdir və bir müddət orada yaşamışdır. Onun ürəyi xəstə olduğu üçün Nurlan həbs olunan kimi deməmişdilər, bir müddət keçdikdən sonra bilmişdir. Şahid8 həmçinin ifadəsində göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, Babəkə demişdir ki, oğlunun bu işdə günahı yoxdur, onu şərləyib tutdurmasın, ona görə də məcbur qalıb Nurlanın qaynatası Novruza zəng vurub borc pul istəmişdir. Novruz bankdan kredit götürüb ona 3500 manat pul göndərmişdir. O da həmin puldan 3100 manatı Babəkə vermişdir. Bundan sonra Babək notariat kontorunda ərizə vermişdir ki, Nurlana qarşı şikayəti yoxdur. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 08 yanvar 2020-ci il tarixdə təxminən saat 17:30 radələrində o, Nurlan, Əliağa və Zaman Bakı şəhərində Nurlangilin yaşadığı məhəllədə çayçıda oturub çay içib söhbət edən zaman Nurlan onlara rayona gedəcəyini və Əliağadan onu apara bilib-bilməyəcəyini soruşmuşdur. Əliağa Nurlandan hansı rayona gedəcəyini soruşanda Nurlan ona əvvəlcə Ucar rayonuna gedəcəyini demiş, sonra söhbət əsnasında Nurlan onlara Gədəbəy rayonuna gedəcəklərini, orada mağazanın anbarı olduğunu, həmin anbardan siqaret oğurlayacaqlarını bildirmişdir. Nurlandan nə məsələ olduğunu, necə oğurlayacaqlarını soruşanda Nurlan əvvəlcə demək istəməsə də, sonradan yüz faizlik işə getdiklərini, hər şeyin qaydasında olduğunu, öz maşını ilə Gədəbəy rayonuna gəlib getdiyini bildirmişdir. Həmin vaxt pula ehtiyacı olduğu üçün Nurlanla razılaşmışdır. Bundan sonra onlar Gədəbəy rayonuna gəlib anbardan siqaret oğurlamaq barədə tam qərara gəlmişlər. Bunun üçün də Nurlan evə getmiş və evdən 100 manat pul götürmüşdür. Həmin puldan 24 manatına avtomobilə dizel yanacaq tökmüşlər və təxminən saat 20:30 radələrində Bakı şəhərindən çıxmışlar. Yol ilə gələn zaman 19 manata mağazadan şirniyyat, su siqaret almışlar və söhbət edə-edə Gədəbəy rayonuna gəlmişlər. Gədəbəy rayonunun girəcəyində pir kimi yer olduğu üçün Zaman avtomobili saxlatdırmış və Əliağadan 2 manat alıb həmin pirə nəzir kimi qoymuşlar və sonra onlar Gədəbəy şəhərinə gəlmişlər. Nurlan özü avtomobildə qabaq sağ oturacaq oturmuş və avtomobili idarə edən sürücü Əliağaya yolu göstərmişdir. Anbarın yaxınlığına gəlmişlər və bir neçə dəfə avtomobillə anbarın ətrafına fırlandıqdan sonra heç kəsin olmadığına əmin olandan sonra Əliağa avtomobili anbardan 25-30 metr aralıda saxlamışdır. Əliağa avtomobilin yük yerindən təkər açmaq üçün istifadə olunan açarı götürüb ona vermiş, o, da Zamanla anbara yaxınlaşmışdır. Əliağa ilə Nurlan isə avtomobilin yanında qalmışlar. Anbarın qarşısına çatdıqda qapıda üç ədəd qıfıl olduğunu görmüşlər və təkər açarı ilə qıfılı sındırmışlar. Bu zaman Nurlan Zamana zəng vuraraq vəziyyəti soruşmuşdur. Zaman da ona qıfılları sındırdıqlarını deyəndə Nurlan ona içəri girən kimi sola dönməyi və düz gedib sonra sağa dönəndə qarşılarına piştaxta çıxacağını və siqaret qutularının orada olacağını demişdir. Nurlanın dediyi kimi anbara daxil olmuşlar və qarşılarına siqaret qutuları çıxmışdır. Zamanla birlikdə siqaret qutularını anbardan bayıra çıxarmışlar, Nurlan və Əliağa isə qutuları avtomobilə tərəf aparmışlar. Sonra da Nurlan avtomobili idarə edib anbarın qarşısına gətirmiş və siqaret qutularının bəzilərini açıb avtomobilin salon və yük baqajına yükləmişlər, bəzilərini isə qutu ilə birlikdə avtomobilin salonuna qoymuşlar. Cəmi 13 qutu siqaret götürmüşlər. Sonra da Zamanla birlikdə zorla avtomobilin arxa oturacağına oturmuş, Nurlan qabaq sağda əlində siqaret qutusu oturmuş, Əliağa isə avtomobili idarə etmişdir. Bir qədər gedəndən sonra siqaret qutusu narahatçılıq etdiyi üçün avtomobili saxlamışlar və bir neçəsini avtomobilə boşaldıb qutunu kənara atmışlar. Sonra da bir qədərdən sonra bir qutunu da boşaltmışlar və yollarına davam etmişlər. Gəldikləri yolla Bakı şəhərinə gedən zaman yenə də Gədəbəy rayonunun girəcəyində olan pirin qarşısında avtomobili Əliağa saxlamış və avtomobildən düşüb 5 manat nəzir qoymuşdur. Bundan sonra öz yoluna davam etmişlər. Yolda həmin bir qutu siqareti da avtomobilin salonuna boşaltmışlar. Şəmkir rayonunda yerləşən yanacaq doldurma məntəqəsində avtomobilə yanacaq dolduraraq öz yoluna davam etmişlər. Həmin günü təxminən saat 06 radələrindən sonra Bakı şəhərinə çatmışlar və Nurlanın kirayədə yaşadığı Xırdalan şəhərinə getmişlər. Siqaretləri Nurlanın kirayə tutduğu evə yığmışlar. Bundan sonra dördü birlikdə əldə etdikləri siqaretləri harada satmaq barədə söhbət etməyə başlamışlar. Həmin vaxt Nurlan bir nəfər şəxslə danışmış, lakin, həmin şəxsdən xəbər çıxmadığı üçün Əliağa evə gedəcəyini bildirərək Nurlandan da atasına vermək üçün 100 manat pul almış, 20 manat da üzərində olduğu üçün Əliağa həmin 120 manatı atasına verəcəyini və müştəriyə görə evə getmədiyini deyəcəyini bildirib çıxıb getmişdir. Həmin günü yatıb istirahət etmişlər, sonra da siqaretləri satmağa qərar vermişlər. Bunun üçün də Nurlan və Əliağa oğurladıqları ARGO markalı siqaretdən 200 blok, yəni 2000 ədəd siqareti avtomobilə mindirib Şabran rayonuna getmişlər. O da bir ədəd taksi çağırmış və Zamanla 450 blok, yəni 4500 ədəd siqareti avtomobilə mindirərək Siyəzən rayonuna getmişlər. Zamanla Siyəzən şəhərində avtomobildən düşərək tanımadıqları və adlarını bilmədikləri mağaza sahiblərinə tanışlarının mağaza açdığını və ziyana düşdüyü üçün malları satdığını, yalnız siqareti qaldığını və satmaq istədiklərini demişlər. Tanımadığı mağaza sahibləri onlara siqaretin hamısına 2500 manat verə biləcəyini bildirdiyi üçün onunla razılaşmışlar və siqareti həmin şəxsə satmışlar. Həmin puldan 430 manat götürmüşdür. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2019-cu ilin dekabr ayında Elmirlə söhbət edən zaman Elmir iş-güc olmadığını, pulsuz olduğunu və oğurluq etmək istədiyini bildirmişdir. Elmirə İlhamın mağazası və anbarı olduğunu və oradan oğurluq edə biləcəyini demişdir. Elmir də heç bir problem olmadığını və həmin obyektə baxmaq lazım olduğunu dedikdə Elmirə heç bir narahatçılıq olmadığını gedib baxa biləcəklərini demişdir. Həmin günün axşam tərəfi Elmir yanında bir nəfər idmançı bədən quruluşlu oğlanla yanına gəlmiş və ona Gədəbəy rayonuna obyektə getmələrini demişdir. Elmirlə birlikdə Elmirin tanışının Vaz-2114 markalı Rusiya Federasiyası nömrəsi olan avtomobili ilə Gədəbəy şəhərinə gəlmişlər. Həmin günü dəqiq tarixi yadında qalmamışdır. Gədəbəy şəhərinə çatanda təxminən saat 00 radələri olmuşdur. Elmirgilə yolu izah etmiş və İlhamın anbarının yaxınlığına getmişlər. Heç kəsin olmadığına əmin olandan sonra anbarın giriş qapısına yaxınlaşmışlar və Elmirgil avtomobildən dəmir parçasını götürüb anbarın giriş qapısının qıfılını sındırmışlar. Elmirin tanışı ilə içəri girmiş, Elmir isə çöldə ətrafa nəzarət etmişdir. Həmin şəxslə birlikdə anbardan 14 qutu siqaret çıxartmışlar və VAZ-2114 markalı avtomobilə yükləmişlər. Anbarın içərisində olan zaman anbara quraşdırılmış kameranı gördükləri üçün kameranı söküb çıxartmışlar və yaddaş bazasını da özü ilə götürüb avtomobilə qoymuşlar. Sonra da bir qutu HELL enerji içkisi götürüb və avtomobilə minib üzü Bakı şəhəri istiqamətində hərəkətə başalamışlar. Şəmkir rayonu ərazisində yerləşən Yasamal dağını enən zaman anbarın videokamera qurğularını dağdan dərəyə tullamışlar. Hell enerji içkisini isə yolboyu içmişlər. Səhərə yaxın Bakı şəhərinə çatmışlar və Şamaxinka deyilən yerdə o gözləmişdir. Elmir və tanışı siqareti satmaq üçün getmişlər. Təxminən yarım saatdan sonra Elmirgil gəlmişlər və ona 1500 manat pul vermişlər. O da pulu götürüb onlardan uzaqlaşmışdır. Əldə etdiyi pulu öz şəxsi ehtiyacına xərcləmişdir. Cinayət iş üzrə 09.01.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Gədəbəy şəhəri, X13 küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus saxlanc anbarıdır. Anbar asfalt yoldan 20 metr aralıda sağ tərəfdə yerləşir. Anbarın giriş qapısı iki taylı dəmir qapıdan hazırlanmış, hər iki tayın yuxarı hissəsi karton materialla bağlanmışdır. Anbar bir mərtəbəli olmaqla üstü köhnə şiferlərlə örtülmüşdür. Anbarın qarşısında bulaq vardır, bulağın yaxınlığında olan arxın içərisində üzərində "xxxx" yazısı yazılan “Argo” markalı siqaretin yığıldığı iki boş qutu aşkar olundu. Bulağın arxasına yığılmış qumun üzərində içərisində 500 qutu olan üzərinə "xxxx" sözləri yazılmış dolu bir bağlama aşkar olundu. Baxış zamanı anbarın giriş qapısının üzərinə bağlanmış asma qıfılın yerində olmadığı və anbarın qapısının açıq vəziyyətdə olması müəyyən olundu. Anbarın içərisinə baxış zamanı Zərərçəkmiş şəxs3 anbarda sağ tərəfdən 13 bağlama “Argo” markalı siqaretlərin oğurlandığı yeri əyani olaraq göstərmişdir. Hadisə yerinin bir neçə istiqamətdən fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət iş üzrə 10.02.2020-ci il tarixli avtomobilə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında protokoldan görünür ki, baxış keçirilən avtomobil Lada Priora markalı olmaqla **-BK-*** dövlət qeydiyyat nişanlıdır, ağ rəngdədir. Avtomobilin salonuna baxış zamanı iş üçün əhəmiyyət kəsb edilən predment aşkar edilməmişdir. Avtomobilin baqaj yük yerinə baxış keçirilən zaman oradan gündəlik geyim paltarları, “Taxı” tanınma nişanı və 6 künc formasında açıq yaşıl rəngdə, 120 qram çəkidə ünvan 12 ünvanında “Tamlı Qənd” adı ilə istehsal olunmuş və xeyir-şər mərasimlərində istifadə olunması üçün nəzərdə tutulmuş 20 qutu qənd aşkar olundu. Baxış zamanı avtomobil sahibi Şahid6 aşkar olunmuş qəndləri 07.01.2020-ci il tarixdə Gədəbəy rayonundan anbardan siqaret oğurlayan zaman oğurladıqlarını və həmin vaxtdan avtomobildə saxladığını bildirmişdir. Həmin 20 qutu qənd iş üçün əhəmiyyət kəsb etdiyindən fotoşəkilləri çəkilərək götürülmüşdür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 19 iyun 2020-ci il tarixli 797 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlər-sağ gözətrafı nahiyənin qançırı, hər iki gicgah nahiyəsinin şişkinli qançırları, alt dodağın səthi əzilmiş yarası bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 4-5 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən 25 may 2020-ci il tarixdə əmələ gələ bilərdilər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (yumruq, əl və s.) ilə endirilmiş zərbələrin təsirindən əmələ gələ bilərdilər. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04.03.2020-ci il tarixli 3177 saylı rəyindən görünür ki, tədqiq edilən maddi sübutların 08-09 yanvar 2020-ci il tarixə respublikadaxili orta bazar satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir. - 1 qutu "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası ünvan 3 ünvanında istesal olunmuş Argo markalı qalın siqaret 1,40 manat. - 1 qutu Caspian Galaxy MM tərəfindən Azərbaycan Respublikası ünvan 13 ünvanında istehsal olunmuş MAGNA markalı qalın siqaret 1,50 manat. - 1 qutu 250 ml çəkidə HELL Energy Drink içkisi 1,00 manat. - 1 qutu 120 qram çəkisi olan ünvan 5 ünvanında “Tamlı Qənd” adı ilə istehsal olunmuş xeyir-şər mərasimlərində istifadə olunan qənd 0,60 manat. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 04.03.2020-ci il tarixli 3178 saylı rəyindən görünür ki, tədqiq edilən 1 qutu "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası ünvan 3 ünvanında istesal olunmuş Argo markalı qalın siqaretin 08-09 yanvar 2020-ci il tarixə respublikadaxili orta bazar satış qiymətləri təxminən 1,40 manat müəyyən edilir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30.11.2020-ci il tarixli 9/4704 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində tədqiqata təqdim edilmiş bir ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusunun karton qutusunda olan məlumatlata əsasən, Çin istehsalı olan “EVRONET” firmasına məxsus X10 4CH AHD DV 2 MP markalı təhlükəsizlik kamerasının yaddaş qurğusunun, 2019-cu ilin dekabr ayına respublikadaxili orta bazar pərakəndə satış qiyməti təxminən 160,00 manat müəyyən olunur. Cinayət iş üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı "xxxx" MMC-yə məxsus kart nömrəsinə daxil olan və çıxan zənglər, daxil olan və çıxan sms-lərin siyahısı "xxxx" MMC tərəfindən təqdim olunmuşdur. "xxxx" MMC tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin 13.12.2019-cu il tarixdə Bakı şəhəri Nəsimi rayonun, 14.12.2019-cu il tarixdə saat 00:47 dəqiqədən Göy-göl rayonu, 14.12.2019-cu il tarixdə saat 01:32 dəqiqədən Şəmkir rayonu Qasımalılar kəndi, 14.12.2019-cu il tarixdə Gədəbəy rayonu, 07.01.2020-ci il tarixdə Şəmkir rayonu və 09.01.2020-ci il tarixdə isə Gədəbəy rayonun inzibati ərazisinin antenna dairəsində olması aşkar edilmişdir. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin arasında 06.01.2020-ci il tarixdə, X2 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə ilə 06.01.2020-ci il tarixdə və 07.01.2020-ci il tarixlərdə, Şahid3 ilə 07-09 yanvar 2020-ci il tarixlərdə və X3 istifadəsində olan ***-***-**-** saylı nömrə ilə telefon danışıqları olması aşkar edilmişdir. Bundan başqa diskə baxış zamanı müəyyən edilmişdir ki, Şahid6 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr 06.01.2020-ci il tarixdə Bakı şəhərinin inzibati ərazisinin antenna dairəsində olmuş və Gədəbəy rayonu istiqamətində hərəkətdə olduğu üçün mobil telefonun antenası keçdiyi rayonların və Gədəbəy rayonunun inzibati ərazisinin antena dairəsində olmuşdur. Şahid6 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə 06-07 yanvar 2020-ci il tarixlərdə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı və Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə mütəmadi danışıqlar olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə 06.01.2020-ci il tarixdə Bakı şəhərinin inzibati ərazisinin antenna dairəsində olmuş və həmin tarixdən etibarən Gədəbəy rayonu istiqamətində hərəkətdə olduğu üçün mobil telefonun antenası keçdiyi rayonların və Gədəbəy rayonunun inzibati ərazisinin antena dairəsində olmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı və Şahid6 istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr ilə mütəmadi olaraq 06- 07 yanvar 2020-ci il tarixlərdə danışıqlar olmuşdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 30.03.2021-ci il tarixli 643 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi üzrə ibtidai istintaq zamanı «Azersell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs1 adına olan 050 719 10 71 və 051 229 82 89 saylı, Şahid1 adına olan 051 311 52 21 və 050 551 24 63 saylı mobil nömrələrinə 01 yanvar 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixə kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısının, mesajların məzmununun, anten məlumatlarının və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 adına olan 050 719 10 71 saylı və Şahid1 adına olan 050 551 24 63 saylı nömrələrin 01 yanvar 2020-ci il tarixdən 01 yanvar 2021-ci il tarixə kimi olan müddətdə zəngləri və SMS mətnləri qeydə alınmamışdır. Həmçinin Təqsirləndirilən şəxs1 adına olan 051 229 82 89 saylı nömrənin 01 yanvar 2020-ci il tarixdən 05 may 2020-ci il tarixə kimi aktiv olması, zənglər və SMS mətnlərinin qeydə alınması, anten məlumatlarına əsasən həmin nömrənin 2020-ci ilin mart ayından 05 may 2020-ci il tarixə kimi Bakı şəhərində işləməsi, Şabran rayonunda işləməməsi müəyyən edilmişdir. Bundan başqa Şahid1 adına olan 050 311 52 21 saylı nömrənin 25 may 2020-ci il tarixdə saat 16:57-dən aktiv olması və həmin günü saat 19:47-də Şabran rayonunda işləməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 məhkəmədə vermiş olduğu ifadəsində zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qarşı quldurluq cinayətində iştirak etmədiyi ilə bağlı göstərdiyi xüsusatlar yuxarıda sadalanan sübutlarla müqayisəli qaydada yoxlanılarkən, müəyyən olunmuşdur ki, onun ifadəsi həmin hissədə məhkəmədə dindirilmiş zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin faktiki halları ilə tam təkzib olunmuşdur. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiklərinə tənqidi yanaşmaqla, işin faktiki halları ilə uzlaşmadığından həmin ifadəni inandırıcı qəbul etmir və cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilmiş ifadə kimi qiymətləndirir. Həmçinin məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid3, Şahid5 və Şahid6 ibtidai istintaq zamanı vermiş olduqları ifadələrində göstərilən xüsusatlar işin faktiki halları ilə uzlaşdığından, məhkəmə həmin şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini həqiqəti əks etdirən ifadələr kimi qəbul edir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayıb, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, təkrar oğurluq və təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, yaşayış sahəsinə qanunsuz girməklə, hücuma məruz qalmış şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etməsi, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində, saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla, təkrarən oğurluq etməsi tam sübut olunmuşdur. Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri tövsif edilməli və onlara həmin maddələr ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, habelə onların cinayət məsuliyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdikləri cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcədə cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən təqdim olunmuş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, iş üzrə zərər çəkmiş Zərərçəkmiş şəxs1lə barışıq əldə etməsini, digər zərər çəkmiş şəxslərə cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.12-59.1.14-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 Azərbaycan Republikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 Azərbaycan Republikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayətlərin məcmusuna az ağır və ağır cinayətlər daxil olunduğundan, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 23.12.2020-ci il tarixdə tutulmuş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 25.12.2020-ci il tarixli qərarı ilə onunn barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı onun hazırki iş üzrə tutulduğu 23.12.2020-ci il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 hazırki iş üzrə həbsdə saxlandığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza müəyənləşdirilməli, həmçinin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxslər Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barələrində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 20 qutu qəndin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 175 (bir yüz yetmiş beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və qeyrilərindən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12 oğluna 300 (üç yüz) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 181.2.1, 181.2.2 və 181.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.2, 181.2.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumii rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 dekabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 hazırki iş üzrə həbsdə olduğu 2 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq, 01 il 11 ay 26 gün müddətə azdlıqın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin başlanğıcı cəzanın icrasını həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 20 qutu qəndin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərcini təşkil ekspertiza xərci olan 175 (bir yüz yetmiş beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs1 Semral oğlu və qeyrilərindən müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM, VÖEN **********, ABB Mərkəzi Fililalı, VÖEN **********, kod 805250, m/h **********944, H/h COR 328518 AZN 3201-01 SWİFT Bik:İBAZAZ 2X) ödənilsin. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X12 oğluna 300 (üç yüz) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surətinin verildiyi) andan 20(iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Qəribov Hakimlər: Telman Hüseynov Əli Məmmədov
Məhkəmə qərarları › İş №1(101)-156/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-156/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver