Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-156/2023 31.01.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Paşayev Azər İslah oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2006 və 2008-ci il təvəllüdlü iki uşağı olan, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, Qabişev küçəsi, ev 17-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Azərbaycan qadını” küçəsi, ev 14-də yaşamış, barəsində seçilmiş həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə, qanunsuz olaraq psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, 6,120 qram narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,632 qram psixotrop maddə metamfetamini və şəxsi istehlak miqdarında yəni, 2,54 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşımış, 10 dekabr 2021-ci il tarixində saat 22:40-da özünü şübhəli apardığı üçün Sabunçu Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, “Azərbaycan qadını” küçəsində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilmiş, polis bölməsində onun barəsində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzi, 01 ədəd ağ rəngli sellofanda yerləşən, 07 ədəd kağız bükümdəki ayrı-ayrılıqda təmiz çəkisi 0,380 qram, 0,247 qram, 0,615 qram, 0,206 qram, 0,521 qram, 0,232 qram, 0,339 qram, ümumi təmiz çəkisi 2,54 qram olan narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 6,120 qram olan narkotik vasitə heroin və 01 ədəd ağ rəngli sellofan kəsiyinə bükülmüş halda təmiz çəkisi 0,632 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yeni Yasamal, M.Xiyabani küçəsi, ev 8-də ailəsi ilə birlikdə yaşayır, avtomobil təmiri sexində usta işləyir və 3 il olar ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2021-ci il tarixdə saat 09 radələrində yaşadığı evin həyətində olduğu zaman polis əməkdaşları daxil olaraq ona narkoman olmasını bildirib üzərində və yaşadığı ünvanda narkotik vasitənin olmasından şübhələndikləri üçün evinə baxış keçirəcəklərini bildirmişlər. Həyətlərində 2 ev vardır, onlardan biri atasına məxsus olan ev, digəri isə özünün yaşadığı evdir. O, axtarışa etiraz etməmiş və polis əməkdaşları evindən kiçik elektron tərəzi aşkar etmişlər. Həmin tərəzi ona məxsusdur, o əvvəllər zərgərlik fəaliyyəti ilə məşğul olduğu üçün həmin tərəzidən istifadə edirdi. Hal-hazırda həmin tərəzi işlək vəziyyətdə deyildir. Tərəzidən savayı evindən başqa heç bir şey aşkar edilməmişdir. Bundan sonra onu Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci PŞ-nə aparmışlar. Onun cibində siqaret qutusunun içində balaca bükümdə 0,5 qram heroin olmuşdur. Həmin heroini şəxsi istifadəsi üçün əldə etmişdir. Polis şöbəsində ona təzyiq olunmuş, onu döyərək tələb etmişlər ki, üzərinə qoyduqları heroin və metamfetamini özünə məxsus əşyalar kimi qəbul etsin, əks halda üzərinə külli miqdarda narkotik vasitə qoyacaq və yaxınlarını da narkotik vasitələrin dövriyyəsinə görə məsuliyyətə cəlb edəcəkləri ilə hədələmişlər. Bundan sonra videoçəkilişlə üzərinə baxış keçirib özlərinin ciblərinə qoyduğu heroin və 2 büküm metamfetamini özünə məxsus əşyalar kimi masanın üzərinə qoymuş, tərtib olunmuş protokolu imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə təkrarən yaşadığı ünvana gedərək 2-ci evə də baxış keçirib heç bir şey aşkar etməmişlər. Onu döyən və təzyiq edən polislərin adlarını bilmir, lakin görsə onları üzdən tanıyar. Onu polislər əlləri ilə döymüşlər, heç bir xəsarəti olmamış, bu səbəbdən də istintaq təcridxanasına daxil olduqda heç bir şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ-də kiçik əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 10 dekabr 2021-ci il tarixində, saat 22 radələrində həmkarı polis baş serjantı Şahid2 ilə birlikdə xidmət aparan zaman xidməti ərazi olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində özünü şübhəli apardığına görə saxlamışlar. Şüphəli olması isə onun onları gördükdə həyəcanlı olması, həmin yerdən uzaqlaşmağa cəhd etməsi olmuşdur. Onlar ona uzaqlaşmağa imkan verməmiş, sənədləri təqdim etməsini xahiş etmişlər, lakin bu şəxsin üzərində heç bir sənəd olmadığından və onlardan uzaqlaşmaq cəhdinə görə onu ərazi aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə inzibati binasına gətirmişlər. 14-cü Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı Samir Allahverdiyevə təhvil vermişlər. Sonuncu Təqsirləndirilən şəxs sorğu-sual edərək, müəyyən etmişdir ki, sonuncu narkotik vasitə aludəçisidir və hal-hazırda da üzərində narkotik vasitə vardır.Bundan sonra təhqiqatçı lazımi sənədləşmə aparmış, Təqsirləndirilən şəxs vəkil dəvət edərək, Təqsirləndirilən şəxs onu təqdim edərək hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirilərək sonuncudan etirazının olub-olmaması soruşmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim edərək masanın üzərinə qoyması təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü və sərbəst olaraq əynindəki qara rəngli gödəkçənin ciblərindən 1 ədəd şəffaf sellofan bükümü və 1 ədəd elektron tərəzi çıxararaq masanın üzərinə qoymuşdur. Həmin şəffaf sellofan bükümünün içərisinə baxış keçirildikdə orada 9 ədəd büküm aşkar edilmişdir. Bu bükümlərdin içərisinə təhqiqatçı baxış keçirdikdə onların içərisində narkotik vasitə heroinə bənzər maddə, psixotrop maddə metamfetaminə bənzər və qurudulmuş, yaşıl rəngli ot kütləsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üst-başı yoxlanılan zaman başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Aşkar edilən qanunsuz əşya və tərəzi ilə bağlı təhqiqatçı tərəfindəb verilən suallara Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdəki maddələrin müvafiq olaraq narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, bu maddələri 10 dekabr 2021-ci il tarixində Bilgəh qəsəbəsi ərazisində tanımadığı şəxsdən 200 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 09 ədəd bükümdəki maddələr və 1 ədəd elektron tərəzi 01 ədəd zərfdə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, həmin maddələrin ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bundan sonra təhqiqatçının qərarı və Təqsirləndirilən şəxs razılığı əsasında Təqsirləndirilən şəxs yaşadığı, Bilgəh qəsəbəsində yerləşən evdə də videoçəkilişlə axtarış keçirilmiş və sübut əhəmiyyətli hər hansı maddə və əşya aşkar edilməmişdir. Bununla bağlı da protokol tərtib edilmiş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər.Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs yaşadığı həyətdə özünün ailəsi ilə olan evi və yarım tikili bir ev var idi. Təqsirləndirilən şəxs ailə üzvlərindən anası və arvadının olmasını xatırlayır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. O və Şahid2 xidməti ərazi olan Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısından keçərkən sonuncunun onları gördükdə həyəcanlə vəziyyətə düşüb uzaqlaşmaq istədiyini görüb onu saxlamışlar. Onlar Təqsirləndirilən şəxs həyətinə girməmişlər, evində və üzərində axtarış etməmişlər, Təqsirləndirilən şəxs həyətdə onlara yarım qram heroin təqdim etməmiş, evində axtarış zamanı tərəzi müəyyən edilməmişdir. Həmçinin nə o nə Şahid2 Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zor tətbiq etməmişlər. Onun üzərinə olduğundan əlavə narkotik vasitə olan heroin və marixuana, həmçinin psixotrop maddə olan metamfetamin qoymamışlar. Təqsirləndirilən şəxs üzərində yalnız bölmədə təhqiqatçı tərəfindən baxış keçirilmişdir, yalnız bundan sonra təhqiqatçının qərarı əsasında sonuncu ilə və Təqsirləndirilən şəxslə birlikdə Rövşənin yaşadığı ünvana baxış keçirmişlər. Əgər şəxsən onun tərəfindən Rövşənə hər hansı bir təzyiq olmuşdursa, üzünə qarşı desin. Həmçinin həmkarı Şahid2 Rövşənə qarşı heç bir qanunsuz hərəkət etməmişdir. Şahid1 verdiyi ifadəsi ilə əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, Şahid1 ona qarşı heç bir zor tətbiq etməmiş, qanunsuz hərəkətlər törətməmişdir, onu başqa polislər döymüşdür.Belə ki, onu yaşadığı evin həyətində 4 nəfər polis saxlamış, 2 nəfər həyətə keçmiş, 2 nəfər isə bayırda, yəni küçədə gözləmişlər. Onu döyən polis əməkdaşlarının adın bilmir və tanımır. Döyülməsi barədə təhqiqatçıya, müstəntiqə və barəsində həbs qətimkan tədbiri seçən hakimə heç bir şikayət etməmiş, həmçinin istintaq təcridxanasında həkimlər tərəfindən müayinə olunduqda heç bir şikayət etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin CAŞ-də kiçik əməliyyat müvəkkili polis baş serjantı Şahid2 Mehman oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, onun xidməti ərazisi olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yaşayan sakinlərdən həmin ərazidə «Azərbaycan qadını» küçəsində yaşayan Təqsirləndirilən şəxs narkoman olması, sakinləri narahat etməsi barədə məlumatlar daxil olmuşdur. 10 dekabr 2021-ci il tarixində, saat 22 radələrində həmkarı Şahid1la birlikdə xidməti ərazi olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsində xidmətdə olduqları zaman Təqsirləndirilən şəxs küçədə görmüşlər. Sonuncu isə onları görən kimi oradan uzaqlaşmağa çalışmış, Təqsirləndirilən şəxs bu hərəkətləri onları şübhələndirmiş və bu səbəbə görə onlar onu saxlayaraq Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis bölməsinə inzibati binasına gətirmişlər. 14-cü Polis bölməsində Təqsirləndirilən şəxs təhqiqatçı Samir Allahverdiyevə təhvil vermişlər. Sonuncu Təqsirləndirilən şəxs sorğu-sual edərək, müəyyən etmişdir ki, sonuncu narkotik vasitə aludəçisidir və hal-hazırda da üzərində narkotik vasitə vardır.Bundan sonra təhqiqatçı lazımi sənədləşmə aparmış, Təqsirləndirilən şəxs vəkil dəvət edərək, Təqsirləndirilən şəxs onu təqdim edərək hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçiriləcəyi, şəxsi axtarışın videoçəkilişlə aparılacağını bildirilərək sonuncudan etirazının olub-olmaması soruşmuş, Təqsirləndirilən şəxs vəkilin iştirakı olmadan videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış keçirilən zaman əvvəlcə üzərində olan əşyaları özünün təqdim edərək masanın üzərinə qoyması təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs özü könüllü və sərbəst olaraq əynindəki qara rəngli gödəkçənin ciblərindən 1 ədəd şəffaf sellofan bükümü və 1 ədəd elektron tərəzi çıxararaq masanın üzərinə qoymuşdur. Həmin şəffaf sellofan bükümünün içərisinə baxış keçirildikdə orada 9 ədəd büküm aşkar edilmişdir. Bu bükümlərdin içərisinə təhqiqatçı baxış keçirdikdə onların içərisində narkotik vasitə heroinə bənzər maddə, psixotrop maddə metamfetaminə bənzər və qurudulmuş, yaşıl rəngli ot kütləsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üst-başı yoxlanılan zaman başqa qanunsuz heç bir əşya aşkar olunmamışdır. Aşkar edilən qanunsuz əşya və tərəzi ilə bağlı təhqiqatçı tərəfindəb verilən suallara Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümlərdəki maddələrin müvafiq olaraq narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuana olduğunu, bu maddələri 10 dekabr 2021-ci il tarixində Bilgəh qəsəbəsi ərazisində tanımadığı şəxsdən 200 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 09 ədəd bükümdəki maddələr və 1 ədəd elektron tərəzi 01 ədəd zərfdə ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmış, həmin maddələrin ekspertizaya göndəriləcəyi bildirilmişdir. Bundan sonra təhqiqatçının qərarı və Təqsirləndirilən şəxs razılığı əsasında Təqsirləndirilən şəxs yaşadığı, Bilgəh qəsəbəsində yerləşən evdə də videoçəkilişlə axtarış keçirilmiş və sübut əhəmiyyətli hər hansı maddə və əşya aşkar edilməmişdir. Bununla bağlı da protokol tərtib edilmiş və onlar həmin protokolu imzaları ilə təsdiq etmişlər.Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs yaşadığı həyətdə özünün ailəsi ilə olan evi və yarım tikili bir ev var idi. Təqsirləndirilən şəxs ailə üzvlərindən anası və arvadının olmasını xatırlayır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsi həqiqətə uyğun deyildir. O və Şahid2 xidməti ərazi olan Təqsirləndirilən şəxs yaşadığı ünvanın qarşısından keçərkən sonuncunun onları gördükdə həyəcanlı vəziyyətə düşüb uzaqlaşmaq istədiyini görüb onu saxlamışlar. Onlar Təqsirləndirilən şəxs həyətinə girməmişlər, evində və üzərində axtarış etməmişlər, Təqsirləndirilən şəxs həyətdə onlara yarım qram heroin təqdim etməmiş, evində axtarış zamanı tərəzi müəyyən edilməmişdir. Həmçinin nə o, nə də ki, Şahid1 Təqsirləndirilən şəxs qarşı fiziki və psixi zor tətbiq etməmişlər. Onun üzərinə olduğundan əlavə narkotik vasitə olan heroin və marixuana, həmçinin psixotrop maddə olan metamfetamin qoymamışlar. Təqsirləndirilən şəxs üzərində yalnız bölmədə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bundan sonra təhqiqatçının qərarı əsasında sonuncu ilə və Təqsirləndirilən şəxslə birlikdə Rövşənin yaşadığı ünvana baxış keçirmişlər. Lakin evində hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Şahid2 Mehman oğlunun verdiyi ifadəsi ilə əlavə ifadə vermiş Təqsirləndirilən şəxs göstərmişdir ki, hadisə günü səhər evinin içindən küçədə bir neçə nəfər mülki geyimli şəxsləri gördükdə onların kim olması ilə maraqlanmaq üçün evdən küçəyə çıxmış və həmin şəxslər polis olduqlarını bildirərək onu saxlamışlar. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti ilə əlavə ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs saxladıqları 10 dekabr 2021-ci il tarixində evində videokamera quraşdıran mütəxəssislərin olmasından məlumatı olmamış, bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs saat 22 radələrində saxlamış, cinayət işində olan Təqsirləndirilən şəxs tutma protokolunda, onun üzərinə baxış keçirilməsi barədə protokolda, ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs məhz 10 dekabr 2021-ci il tarixdə saat 22-dən sonra saxladıqlarını göstərmiş, Təqsirləndirilən şəxsla ibtidai istintaq zamanı üzləşdirmə zamanı göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixində saat 21 radələrindən etibarən həmkarı Şahid1la birlikdə Bilgəh qəsəbəsi ərazisində saxlayıb 14-cü PB-nə gətirmişlər. Etibarən dedikdə saat 21-dən sonranı nəzərdə tutmuşdur. Həmçinin vəkilin suallarına cavab olaraq bildirir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotikin nəyin içərisində olmasını artıq xatırlamır. Sonuncunun üzərinə baxış zamanı çəkilmiş videogörüntüdə olan halları təsdiq edir. Həmin görüntüdə nə varsa odur. Təqsirləndirilən şəxsla üzləşdirmə zamanı ola bilsin ki, səhvə yol vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğludur, hər ikisi Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsindəki məhəllədə yaşamışlar. Oğlunun evi ayrı, qonşuluqda isə onun ayrı evi olmuşdur. O, xəstə adamdır, bu səbəbdən xx.xx.2021-ci il tarixdə saat 17 radələrində oğlu mütəxəssis dəvət edərək evlər arasında videokameralar quraşdırmışlar ki, o, oğlu ilə, oğlu isə onunla əlaqə saxlaya bilsinlər. Artıq mütəxəssislər işlərini yekunlaşdırdıqları ərəfədə oğlu televizor gətirmək üçün öz evindən onun evinə gəlib televizoru götürüb çıxan zaman elə həyətlərində iki nəfər polis əməkdaşı tərəfindən saxlanılaraq bir taksi maşınına mindirilib aparılmışdır. Oğlu maşina mindirilməmişdən əvvəl özü cibindən bir büküm çıxarıb polislərə göstərmişdir. Bunu o, təsdiq edir və başa düşür ki, həmin bükümdəki narkotik vasitə ola bilərdi. O, oğlunun aparılmasına nə qədər etiraz etsə də həmin polis əməkdaşları əhəmiyyət verməmişlər. Elə həmin gün axşam başqa iki nəfər polis evinə gələrək onunla çox mədəni rəftar etməklə evində axtarış etməyə icazə alaraq axtarış keçirmiş, lakin heç bir qanunsuz əşya aşkar etməmişlər. Oğlu əvvəllər zərgər işlədiyi üçün evlərində zərgər tərəzisi olmuşdur. Həmin tərəzinin narkotik vasitələrə heç bir aidiyyatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, o Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin baş təhqiqatçısıdır. 10 dekabr 2021-ci il tarixdə Sabunçu RPİ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs 14-cü PB-nə gətirilib təhqiqat aparılması üçün ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs bölməyə gətirildiyi saatı xatırlamır, amma artıq işdən evə getməyə icazə verilmişdir, yəni artıq gecə vaxtı idi.CPM-nin tələblərinə əsasən o 7 saylı Vəkil Bürosunun vəkillər siyahısını Təqsirləndirilən şəxs təqdim edib vəkil dəvət edilməsi haqqında qərar qəbul etmiş, həmin qərarı 7 saylı Vəkil Bürosuna təqdim etmiş, ondan order təqdim etməklə gələn vəkili Təqsirləndirilən şəxs təqdim edib, onu vəkilin iştirakı ilə şübhəli şəxs qismində cəlb olunmasına dair protokol tərtib edib, ona şübhəli şəxsə aid, CPM-nin 91-ci maddəsində göstərilən hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış videoməkilişlə aparılmış, lakin baxışda vəkil iştirak etmək istəməmiş, bina Təqsirləndirilən şəxs etirazı olmamış, etirazı olmamasını Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsində də bildirmiş, daxışa dair diskdən bu hal öz əksini tapmışdır. Lakin texniki səhvə yol verərək bu barədə Rövşənin ərizəsini almamış, lakin Təqsirləndirilən şəxs evinə baxışda vəkilin iştirak etməməsinə dair Təqsirləndirilən şəxs ərizəsini almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair CD disk görüntülənmişdir. Görüntüdən aydın görünür və eşidilir ki, təhqiqatçı Təqsirləndirilən şəxs baxışın vəkilin iştirakı olmadan keçirildiyini elan edir və Təqsirləndirilən şəxs buna etirazı olmadığını bildirir.Videogörüntüdən açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim edilməsini təhqiqatçı təklif edir və Təqsirləndirilən şəxs könüllü olaraq gödəkcəsinin sol yan cibindən mobil telefon, sağ yan cibindən isə elektron tərəzi və selofan bükümü çıxarıb masanın üzərinə qoyur. Selofan büküm açıldıqda içindən 9 ədəd bükümlərdə olan marixuanaya, heroinə və metamfetaminə bənzər maddələr aşikar olunur. Videogörüntüdən görünür ki, təhqiqatçının sualına Təqsirləndirilən şəxs cavab verir ki, bu bükümlər ona aiddir, bir hissəsini istifadə etmək bir hissəsini isə satmaq üçün əldə etmişdir. Təqsirləndirilən şəxs həmin qanunsuz vasitə və maddələri tanımadığı şəxsdən Bilgəh kəndindən əldə etdiyini, hamsına bir yerdə 200 manat ödədiyini göstərir. Bundan sonra Təqsirləndirilən şəxs ünvanına baxış keçirilmiş, lakin orada heç bir qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlləri üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Sabunçu RPİ-nin 14-cü PB-nin rəisinə ünvanlanmış xx.xx.2021-ci il tarixli raportdan müəyyən olunur ki, həmin tarixdə, saat 22:40 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsində bir nəfər şəxs özünü şübhəli apardığından polis əməkdaşları ona yaxınlaşmış və verilən suallara adekvat cavab vermədiyindən 14-cü PB-nə dəvət olunmuş və bölmədə bu şəxsin Təqsirləndirilən şəxs Xudaşirin oğlu olduğu müəyyənləşdirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində həmin tarixdə 23:00 radələrində 7 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquqlarının müdafiəsi üçün dəvət edilmiş 7 saylı Vəkil Bürosunun vəkili X4 şübhəli şəxsin üzərinə və yaşadığı ünvana keçiriləcək axtarış zamanı iştirakını tələb etmir və müdafiəçisinin iştirakı olmadan baxışın keçirilməsini xahiş edir. Müdafiəçi X8 ərizə ilə tanış olmuş və imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, axtarış və götürmə müdafiəçinin iştirakı olmadan videoçəkilişlə həyata keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz, qadağan olunmuş əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sağ yan cibindən qara rəngli üzərində “f+” yazılan mobil telefonu, həmin gödəkçənin sol yan cibindən 1 ədəd elektron tərəzi və 01 ədəd şəffaf sellofanın içərisində 09 ədəd büküm: onlardan 03 ədədi gümüşü, 03 ədədi ağ, 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş marixuanaya bənzər ot kütləsini, 01 ədəd şəffaf sellofana bükülmüş heroinə bənzər maddəni və 01 ədəd şəffaf sellofana bükülmüş metamfetaminə bənzər maddəni təqdim edərək həmin maddələri xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsbəsində tanımadığı şəxsdən bir qismini şəxsi istifadəsi üçün digər hissəsini isə satmaq üçün 200 manata aldığını bildirmişdir. R.övşən Rəşidovun təqdim etdiyi həmin maddələr qablaşdırılaraq götürülümüş, bu barədə protokol tərtib edilmiş iştirakçılar tərəfindən qeydlər, şikayətlər və təkliflər olmamış və imzaları ilə protokol təsdiq edilmişdir. Müdafiəçisi X8 protokol ilə tanış olmuş və imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında bu istintaq hərəkətini əks etdirən CD disk nümayiş etdirildikdə müəyyən olunur ki, videogörüntüdə olan bütün roses protokolda tamlıqla öz əksini tapmışdır. Məhkəmədə elan edilib araşdırılmış “axtarış və götürmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan müəyyən olunur ki, axtarış müdafiəçinin iştirakı olmadan videoçəkilişlə həyata keçirilmişdir. Axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilində qanunsuz, qadağan olunmuş əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi, ev 14 ünvanında qeyd olunan sənəd və əşyaların olmadığını bildirmişdir. Mənzildə axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətə malik ola biləcək əşya və sənədlər aşkar edilməmişdir. Protokol ucadan iştirakçılara oxunmuş və ona dair qeydlər, şikayətlər və təkliflər olmamış protokol iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs müdafiəçisi 7 saylı Vəkil Bürosunun vəkili X8 protokol ilə tanış olmuş və imzası ilə təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2021-ci il tarixli şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş izahatdan müəyyən olunur ki, izahat müdafiəçinin iştirakı ilə alınmışdır və o, şəxsi axtarış və götürmə zamanı könüllü olaraq təqdim etdiyi qanunsuz maddə və vasitələri 200 manata əldə etmişdir. Aldığı narkotik tərkibli ot kütləsini və maddələri ağrıları olduğu üçün istifadə etmiş bir hissəsini isə satmışdır. Üzərində olan elektron tərəzi isə həmin maddə və vasitələrin çəkisini müəyyənləşdirmək üçündür. İzahatına əlavəsi olmamış, özü və müdafiəçisi tərfindən imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından müəyyən olunur ki, həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5467 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 100” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan 02 ədəd kağız paketdən birində 01 ədəd bükümdə təmiz çəkisi 0,632 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 01 ədəd bükümdə təmiz çəkisi 6,120 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, digər paketdəki 01 ədəd “gümüşü” korpuslu elektron tərəzinin üzərində heç bir maddə izi müəyyən edilmədi. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələri”-in siyahısına (Siyahı İ), metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 7/1272 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözlər yazılmış zərfdə 07 (yeddi) ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1) 0,380 qram, 2) 0,247 qram, 3) 0,615 qram, 4) 0,206 qram, 5) 0,521 qram, 6) 0,232 qram, 7) 0,339 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi – 2,54 qramdır. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 647 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Azərbaycan Respublika Psixatriya Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 1119 saylı məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış Sabunçu RPİ-nin İŞ-nə ünvanlanmış xx.xx.2022-ci il tarixli ***-**** saylı məktubdan müəyyən olunur ki, narkotik vasitələri satdığı şəxslərin dairəsini tam müəyyənləşdirmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli «cinayət işinin materiallarından digər cinayət işinin ayrılması barədə» qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işindən ********* saylı cinayət işi ayrılmışdır. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzin” dən daxil olmuş xx.xx.2022-ci il tarixli, xx/xx-4147 saylı məlumatdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020; xx.xx.2021xx.xx.2021 və xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə mərkəzdə stasionar müalicədə olmuşdur. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatlardan sonra qalıq çəkisi 0,582 qram çəkidə psixotrop maddə metamfetamin, 6,070 qram narkotik vasitə heroin, 2,4 qram narkotik vasitə marixuana və 01 ədəd elektron tərəzi, « F+» markalı mobil telefon aparatı Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş, şəxsi axtarış və yaşadığı fərdi evə baxış barədə görüntü əks etdirən 02 ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəiənin sorğusuna əsasən məhkəməyə daxil olmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Bakı şəhəri Sabunçu rayon prokurorluğunun 443 C/22 saylı, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək xəsarət yetirmə faktı toplanmış izahatlar, məhkəmə-tibbi ekspertiza rəyi və digər materiallarla öz təsdiqini tapmamış və CPMnin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması cinayət hadisəsi olmadığına görə rədd edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, cinayət işinin materiallarına əlavə edilmiş hökm və qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 oktyabr 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci madələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 24 may 2018ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 137 saylı sərəncamına əsasən əfv olunaraq cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən şəxs ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan Təqsirləndirilən şəxs əməlində təhlükəli residiv olmaqla məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutduğu əməli 10 dekabr 2021-ci il tarixdə, yəni məhkumluğu bitməyən dövrdə törətmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumlluğu ödənilməmiş, yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri, Sabunçu rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə inzibati ərazi nümayəndəliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2006 və 2008-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi qismən özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrlə yanaşı kiçik elektron tərəzinin aşkar olunması ona dəlalət edir ki, bu tərəzi qanunsuz əşyaların bükümlərə yerləşdirərək satışa yönəldilməsinə xidmət etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli həmçinin əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, videoçəkilişə keçirilmişə baxış və axtarış protokolları və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri, “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar və cinayət işinin digər materiallar ı ilə tam sübuta yetirilmişdir. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə narkoloji ekspertizasının rəyindən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu-narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivinin olmasını Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə uyğun olaraq, onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 10 dekabr 2021-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,582 qram çəkidə psixotrop maddə metamfetamin, 6,070 qram narkotik vasitə heroin, 2,4 qram narkotik vasitə marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “F+” markalı mobil telefon aparatı sonuncunun anası X5 qaytarılmalı, CD disklər cinayət işinin materiallaranda saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 198 (yüz doxsan səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş tədqiqatdan sonra qalıq çəkisi 0,582 qram çəkidə psixotrop maddə metamfetamin, 6,070 qram narkotik vasitə heroin, 2,4 qram narkotik vasitə marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “F+” markalı mobil telefon aparatı sonuncunun anası X5 qaytarılsın, 02 ədəd CD disk cinayət işinin materiallaranda saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 198 (yüz doxsan səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-156/2023
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-156/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver