Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-156/2024 26.04.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlunun sədrliyi ilə, Quliyev Əhməd Qəhrəman oğlu və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 və X4, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X12, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər, “Pro Bono” Vəkil bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, 11 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs1 ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, özlərini müxtəlif ticarət sahələrində işgüzar, uğurlu iş adamı və geniş əlaqələrə malik şəxslər kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə guya ticari əlaqələrindən istifadə edərək Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən ət məhsullarının topdansatışı obyektindən ucuz qiymətə ət məhsulları alıb Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Şaurma N1” restoranlar şəbəkəsinə baha qiymətə satmaqla gəlir verəcəyi adı ilə aldadıb yalan vəd verərək 2020-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən “Sahil bağı”nın yaxınlığında 12.000 manat, 2020-ci ilin sentyabr ayının sonunda həmin ünvanda 12.000 manat, 2020-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Neftçilər” metrostansiyasının yaxınlığında 12.000 manat, ucuz qiymətə ətirlər alıb-satmaqla gəlir verəcəyi adı ilə 2020-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72N ünvanında yerləşən “X25”nın “Babək” filialının yaxınlığında qrup üzvü Təqsirləndirilən şəxs1 vasitəsilə 3.000 manat, ucuz qiymətə “İphone” markalı mobil telefon alıb baha qiymətə sataraq gəlir verəcəyi adı ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət küçəsində olan “Bravo” supermarketin yaxınlığında yerləşən ödəmə terminalından qrup üzvü Təqsirləndirilən şəxs1 adına olan bank kartı hesabına “online” qaydada köçürülməklə 700 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Binəqədi” filialında tanışlarının olmasını bildirməklə buradan Zərərçəkmiş şəxs üçün qısa müddətdə 10.000 manat kredit verilməsini təşkil etmək adı ilə 2020-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvəlində ünvan 5 ünvanında yerləşən “Səs” qəzetinin redaksiyasında 1.000 manat, “online” qaydada valyuta ticarəti ilə məşğul olub qazanc vermək adı ilə 2020-ci ilin dekabr ayında həmin ünvanda 3.600 manat, bir neçə avtomobili icarəyə götürüb taksi fəaliyyəti məşğul olmaqla gəlir vermək adı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospketi 92 ünvanında yerləşən qeyri-yaşayış obyektində qrup üzvü Təqsirləndirilən şəxs1lə birlikdə 5.000 manat, Zərərçəkmiş şəxs tanışı Şahid6 adına Azərbaycan Respublikasına gətirilmiş 2013-cü il istehsallı “X27” markalı avtomobili dövlət rüsumundan daha ucuz qiymətə gömrük qeydiyyatına aldıracağı adı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şosesində yerləşən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının yaxınlığında qrup üzvü Təqsirləndirilən şəxs1 vasitəsilə 7.700 manat pulu alıb ümumilikdə 57.000 manat pulu ələ keçirərək cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1lə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 57.000 manat, yəni külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmə məqsədi ilə qardaşı Təqsirləndirilən şəxs2 ilə birlikdə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə o, özlərini müxtəlif ticarət sahələrində işgüzar, uğurlu iş adamı və geniş əlaqələrə malik şəxslər kimi təqdim etməklə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə qrup üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə guya ticari əlaqələrindən istifadə edərək Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən ət məhsullarının topdansatışı obyektindən ucuz qiymətə ət məhsulları alıb Bakı şəhəri ərazisində fəaliyyət göstərən “Şaurma N1” restoranlar şəbəkəsinə baha qiymətə satmaqla gəlir verəcəyi adı ilə aldadıb yalan vəd verərək 2020-ci ilin sentyabr ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsində yerləşən “Sahil bağı”nın yaxınlığında 12.000 manat, 2020-ci İlin sentyabr ayının sonunda həmin ünvanda 12.000 manat, 2020-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən Bakı Metropoliteninin “Neftçilər” metrostansiyasının yaxınlığında 12.000 manat, ucuz qiymətə ətirlər alıbsatmaqla gəlir verəcəyi adı ilə 2020-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvəlində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72N ünvanında yerləşən “X25”nın “Babək” filialının yaxınlığında 3.000 manat, ucuz qiymətə “İphone” markalı mobil telefon alıb baha qiymətə sataraq gəlir verəcəyi adı ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Bibiheybət küçəsində olan “Bravo” supermarketin yaxınlığında yerləşən ödəmə terminalından onun adına olan bank kartı hesabına “online” qaydada köçürməklə 700 manat, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Binəqədi” filialında tanışlarının olmasını bildirməklə buradan Zərərçəkmiş şəxs üçün qısa müddətdə 10.000 manat kredit verilməsini təşkil etmək adı ilə 2020-ci ilin oktyabr ayının sonu noyabr ayının əvvəlində ünvan 8 ünvanında yerləşən “Səs” qəzetinin redaksiyasında qrup üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə 1.000 manat, “online” qaydada valyuta ticarəti ilə məşğul olub qazanc vermək adı ilə 2020-ci İlin dekabr ayında həmin ünvanda qrup üzvü Təqsirləndirilən şəxs2 vasitəsilə 3.600 manat, bir neçə avtomobili icarəyə götürüb taksi fəaliyyəti məşğul olmaqla gəlir vermək adı ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospketi 92 ünvanında yerləşən qeyri-yaşayış obyektində qrup üzvü Təqsirləndirilən şəxs2lə birlikdə 5.000 manat, Zərərçəkmiş şəxs tanışı Şahid6 adına Azərbaycan Respublikasına gətirilmiş 2013-cü il istehsallı “X27” markalı avtomobili dövlət rüsumundan daha ucuz qiymətə gömrük qeydiyyatına aldıracağı adı ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən şosesində yerləşən Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin inzibati binasının yaxınlığında 7.700 manat pulu alıb ümumilikdə 57.000 manat pulu ələ keçirərək cinayətkar qrupun digər üzvü Aydm Tarverdiyevlə aralarında bölüşdürüb Zərərçəkmiş şəxs 57.000 manat yəni, külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs məktəb vaxtından tanımış, ondan sonra onların əlaqəsi kəsilmişdir. Bir müddətdən keçmiş əlaqələri yaranandan sonra İsmayıla iş görməyi təklif etmişdir. Belə ki, o, İsmayıla toyuq əti alıb dönərxanalara satmaq işi təklif etmişdir. Pulun İsmayıl tərəfindən qoyulması, toyuq əti alıb dönərxanalara satacaqları, xərcləri çıxdıqdan sonra qazandıqları pulu 3 yerə böləcəkləri nəzərdə tutulmuşdur. Onlar bir müddət işlədikdən sonra ziyana uğramışlar, ət xarab olmuş, pulun da bir qismi xərclənmişdir. 1-2 il sonra İsmayıl və onun valideynlərinin iştirakı ilə İsmayıla dəymiş ziyan hesablanmışdır. Bakı şəhər Baş Polis İdarəsində İsmayıl ona dəymiş ziyanı aldıqdan sonra həmin kağızlara qol çəkmişdir. İşlərinin əvvəlində ilk dəfə “Xətai” metrosunun yanında İsmayıldan 8 min, ya da 10 min pul almışdır. İlk dəfə 1200 manat qazancları olmuşdur, xərclər çıxdıqdan qalan pul 3 nəfər arasında bölünmüşdür. Daha sonra İsmayıldan aldığı pulu özünə qaytarmışdır. Ümumilikdə bu işi 3- 4 dəfə görmüşlər. 1000-1500 arası xeyir qalmış, həmin xeyiri 3 nəfər arasında bölmüşlər. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs2 İsmayılın bu işə 57 min manat pul qoymadığını, 1-ci toyuq ətini İsmayılla bir yerdə aldıqlarını, toyuq ətini satılan yerlərdən, Xırdalan ərazisində olan müəssisələrdən aldıqlarını, Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi ilə həmin müəssisələrə getdiklərini, indi həmin müəssisələrin bağlandığını, İsmayılın əti verdiyi yerləri də bildiyini, bu işlə 1 ay məşğul olduqlarını, İsmayıla ümumilikdə 26-27 min civarında borcu olduğunu, qardaşının onunla bir yerdə olmadığını, qardaşının və İsmayılın sonradan ayrı iş gördüklərini, ondan məlumatı olmadığını, ilk dəfə İsmayıldan Xətai metrosunun yanında 8 min manat pul aldığını, səhəri gün İsmayılla birlikdə gedib toyuq əti aldıqlarını, sonra gətirib dönərxanalara verdiklərini, 2 gündən sonra aldığı puldan 8 mini İsmayıla verdiyini, xərclər çıxdıqdan sonra qalan pulu 3 nəfər arasında böldüklərini, pulu o, İsmayıl və İsmayılın pul aldığı adam arasında böldüklərini, İsmayılın pulu aldığı adamın onların yanında olmadığını, 2-3 gün sonra ondan 2-ci dəfə 10-12 min civarı “Sahil” bağının yanında pulu aldığını, səhəri gün gedib əti alıb şəhərə gəldikdən sonra İsmayılın ona qoşulduğunu, daha sonra məhsulu aparıb təhvil verdiklərini, 4 gün sonra verdikləri məhsulun pulunu aldıqlarını, aldıqları pulun bir hissəsini qaytardıqlarını, bir hissəsinin qaldığını, xərclər çıxdıqdan sonra qalmış qazancı yenə 3 nəfər arasında böldüklərini, 2-ci dəfə nə qədər borcu qaldığını dəqiq xatırlamadığını, 3-cü dəfə İsmayıldan 10 min manat pulu “Neftçilər” metrostansiyasının yanında aldığını, bundan sonra aldıqları ətin xarab olduğunu, puldan müəyyən qədər xərcləndiyini, aralarında borc qaldığını, İsmayılın borcunu qaytara bilmədiyini, bir müddət sonra İsmayılın Bakı şəhər Baş Polis İdarəsinə şikayət etdiyini, valideynləri arasında xərclərin ümumi hesablandığını, 31 min 400 manat İsmayılın o və qardaşına verdiyi ümumi borc məbləği olduğunu, İsmayılın Bakı şəhər Baş Polis İdarəsində ilk əvvəl 20 min manat məbləğlə razılaşdığını, 20 min manat aldıqdan sonra şikayətinin olmaması ilə bağlı ərizə yazdığını, üstündən 5 ay keçdikdən sonra İsmayılın yenidən vəsatət qaldırdığını, şikayəti olduğunu, ona dəymiş zərərin ödənilmədiyinin dediyini, İsmayılın qaldırdığı vəsatətlə bağlı onlardan 10 min manat tələb etdiyini, Bakı şəhər Baş Polis İdarəsində müstəntiqin iştirakı ilə 10 min manatı onlardan aldığını və şikayətini geri çəkmək barəsində ərizə yazdığını, işin Ağır Cinayətlər Məhkəməsinə gəldikdən sonra hesabladıqları 31 min 400 manat pulun 1400 manatını Bakı şəhər notariusunda aldığını, notarial qaydada ona dəymiş zərərin ödənildiyi, heç bir şikayəti və tələbinin olmadığını dediyini bildirdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, qardaşı Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs arasında olan məsələni onların iş gördükləri müddətdə bilməmiş, problem ortaya çıxdıqdan sonra bilmişdir. Onlar bir yerdə toyuq əti alıb satırmışlar, ziyan olduqdan sonra İsmayıl onun yanına gəlmiş və Aydınla iş gördüklərini, toyuqların xarab olduğunu, ziyan etdiklərini demişdir. O da alıb-satanda xəbərinin olmadığını, indi də xəbərinin olmadığını, heç nə edə bilməyəcəyini bildirmişdir. Sonra İsmayılın atası ilə onun atası danışmışdır. Onlar arasında iyirmi neçə minlik söhbət olduğunu o, dəqiq bilməmişdir. Onunla Zərərçəkmiş şəxs onun arasında 4.300 dollar borc olmuşdur. 300 dollardan 100 dolları ona xeyir qalmış, qalan 200 dolları isə İsmayıla qalmışdır. İsmayıl atasının maşınını gömrükdən keçirməyə görə 4.000 dollardan ora çatacaq pul olmuş, 200 dolları İsmayıl götürmüş, 100 dollar da onun xeyiri olmuşdur. 4.000 dolları vermiş, amma iş alınmamış və pul ona qayıtmışdır. O, İsmayıla məsələnin həll olmadığını və pulun bir miqdarını öz şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. Gecə Ağşəhərdə İsmayılla görüşmüş, qardaşı da orada olmuşdur. İsmayıl problem olmadığını bildirmişdir. Cinayət işi başladıqdan sonra İsmayıldan alınan pulun 7.000 manatını qaytarmışdır. Müdafiəçiyə bu barədə bütün sənədləri təqdim eləmişdir. Qardaşı ilə İsmayıl arasında nə qədər borc olduğunu dəqiq bilmir. Ümumi İsmayılla ikisinin arasında olan haqq-hesab 31.400 manat olmuşdur. Onun 2.000 manatı Bakı şəhər Baş Polis idarəsində verilmişdir, bunu özü də təsdiqləmişdir. 1.000 manat bir verilmişdir, hamısı müstəntiqin yanında baş verib və İsmayıl da bu barədə əizəsini yazmışdır. Həmçinin, notarius da bu barədə sənəd vermişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs1 İsmayılın onun qardaşının sinif yoldaşı olduğunu, İsmayılı əvvəl tanımadığını, bir dəfə “Volkswagen” ofisində qardaşı Təqsirləndirilən şəxs2la bir yerdə olanda gördüyünü, 4-5 ay sonra onlar arasında bu proseslər olduğunu, İsmayıl birinci dəfə onun yanına gələndə iş gördüklərini, qazandıqlarını və ziyanları olduğunu danışdığını, əlindən heç nə gəlmədiyini, fəhləlik etməklə bu pulu qaytarmağın mümkün olmadığını və özlərinin həll etməsini bildirdiyini, İsmayılın ona ətir işi görməyi təklif etdiyini, ayrı-ayrı işlər görüb pul qazanacaqlarını dediyini, o da başının çıxmadığını, amma köməkliklə işləyə biləcəklərini bildirdiyini, ortada 1000 manat pul olduğunu, gömrükdə 4.000 dollar pul aldığı üçün Bakı şəhər Baş Polis İdarəsinə çağırıldığını, o pulu qaytarmalı olduğunu bildirdiklərini, pulun hamısının müstəntiqin yanında ödəndiyini, əti şaurma yerlərinə verdiklərini, ətin maşının içində bir gün qalıb xarab olduğunu, neçə manatlıq ət olduğunu bilmədiyini, malın xarab olduğu üçün iş alınmadığını, aralarında problem olduqdan sonra pulların ziyana getdiyini öyrəndiyini, 20 neçə min manat ziyan etdiklərini, 24 ya da 25 min manat borcu olduqlarını, 57.000 manat ittihamın səhv olduğunu, İsmayılın atası, əmisi və onun atasının oturub hesabladıqları dəqiq məbləğin 31.400 manat olduğunu bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində Təqsirləndirilən şəxs1 göstərmişdir ki, Şahid3 onun atası, Təqsirləndirilən şəxs2 isə doğma qardaşıdır. Mahiyyəti üzrə bildirir ki, Zərərçəkmiş şəxs 2 ildir ki, qardaşı Aydının sinif yoldaşı kimi tanımışdır. Aydınla münasibətləri normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Aydının İsmayıldan hər hansı bir məbləğdə pul almasını əvvəlcədən bilməmişdir. Təxminən 2021-ci ilin payız aylarında İsmayıl onunla əlaqə saxlamış, İsmayıl, onun qaynı Mahal, Aydınla birlikdə onunla 9-cu mikrorayon ərazisində görüşmüşlər, bu zaman İsmayıl ona bildirmişdir ki, əmisinin mühasibatlığından 17.000 manat, həmçinin atasının avtomobilini girov qoymaqla 8.000-10.000 manat faizə pul götürmüş, qalan pulu digər tanışlarından borca alaraq ümumilikdə təxminən 31.000 manat civarında pul düzəldərək Aydınla birlikdə qazanc əldə etmələri üçün ət alveri ilə məşğul olmuşlar, nəticədə Aydın İsmayıla heç bir pul qaytarmamış, heç bir qazanc da verməmişdir. Belə olan halda həmin şəxslərə kömək etməyini istəmiş, onun bu pul məsələsindən xəbəri olmamasını bildirib həmin pulla bağlı heç bir köməklik edə bilməyəcəyini demişdir. Bundan iki gün sonra İsmayılın atası onun atasıyla əlaqə saxlayıb həmin pulun qaytarılmasını istəsə də atası da onun kimi bundan xəbəri olmamasını demişdir. Bu hadisədən bir ay sonra İsmayıl onunla yaxınlıq eləməyə başlayıb tez-tez onunla vaxt keçirirmiş. Bu ərəfədə İsmayıl ona birgə parfum alıb sataraq qazanc əldə etməklə bağlı iş görüməyi təklif etmiş, o da bu işdən başının çıxmadığını, lakin satışda kömək edə biləcəyini bildirmişdir. Həmin işlə bağlı İsmayıl ona 2020-ci ilin sonlarında “Xalqlar Dostluğu” metrosunun yaxınlığında 1.000 manat pulu ətir işi şərikli formada görmək üçün vermiş, o da həmin pulu götürüb səhəri günü “Sədərək” bazarından 10 ədəd qadın və kişi ətiri alıb İsmayılla görüşərək sonuncuya təqdim etmişdir. İsmayıl həmin ətirləri bir neçə gün avtomobildə saxlayıb sata bilmədiyindən satmağı üçün ona vermişdir. O da həmin ətirləri götürüb yaşadıqları evə qoymuş, həmin ətirlərdən iki ədədini 200 manata satıb həmin pulun 180 manatını özünə düşən qazancla birlikdə İsmayıla göndərmişdir. İsmayıl ətirləri göndərməyini istəsə də o özünün satacağını demiş, lakin buna baxmayaraq İsmayıl həmin ətirləri Aydın vasitəsilə ondan xəbərsiz otağından götüzdürmüşdür. Buna görə də o, Aydın və İsmayılla görüşüb sonuncuya ətir işinin qurtarmağını bildirmiş, İsmayıl da bunu təsdiqləmişdir. Sonradan ona məlum olmuşdur ki, İsmayıl həmin ətirləri müxtəlif yüngül həyat tərzi keçirən qadınlara paylamışdır. Bundan iki ay sonra İsmayıl ondan “meyvəli bazar” adlanan yerdə yerləşən gömrük idarəsinə gəlməyini xahiş edib burada “X27” markalı avtomobili gömrük qeydiyyatından bir qədər ucuz qiymətə qeydiyyata aldırıb atasının verdiyi puldan qazanc əldə etsin. O da həmin vaxt oradan ortaq tanışları vasitəsilə “Murad” adlı şəxsi tapıb həmin şəxsə müraciət edib həmin avtomobili 7.000 manata qeydiyyata sala biləcəyi ilə bağlı razılaşdırmışdır. Həmin vaxt atasından aldığı 4.400 ABŞ dollarından 300 ABŞ dollarını özünə götürüb 4.100 ABŞ dolları və 30 manat olmaqla ümumilikdə 7.000 manat pulu ona vermişdir ki, bu məsləni həll etsin. İsmayıl ona həmin məsələnin həllindən sonra usta xərclərində atasından artıq pul alıb ona da burada hörmət edəcəyini bildirib şirnikləşdirmişdir. O həmin 7.000 manat pulu Murada versə də həmin məsələ bu məbləğə alınmamış və Murad bu pulu ona geri qaytarmışdır. Lakin İsmayıl ona bildirmişdir ki, atasına söz verdiyi üçün bu məsələni mütləq həll etsin, o da həmin pulun üstündən 500 manat pulu öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Daha sonra İsmayıl ona atasının yanına gedib pulu qaytarmağa söz verməyini istəmiş, o da İsmayılın atasının yanına gedib onlara 7.000 manat borcunun olması barədə qəbz yazmış, bundan 4-5 gün sonra həmin pulu tam məbləğdə İsmayılın özünə Babək prospektində idarə etdiyi “Prado” markalı sonu “277” rəqəmi ilə qurtaran dövlət qeydiyyat nişanlı avtomobilin içərisində həmin pulu İsmayıla geri qaytarsa da İsmayıldan heç bir qəbz almamışdır. Bundan başqa onların aralarında heç bir pul alışverişi olmamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs dedikləri tamamilə yalandır. İsmayılın dediyi hadisələr olmamışdır. Həmin məsələlərdə atası ümumiyətlə iştirak etməmişdir. Baş vermiş hadisədə o, ifadəsində bildirdiyi kimi olmuşdur. Digər məbləğlərdən onun xəbəri yoxdur. O hazırda İstifadə etdiyi ********** saylı mobil telefon nömrəsini 2022-ci ilin mart ayından hazıradək istifadə edir, bundan əvvəl əsasən ********** telefon nömrəsini, əlavə olaraq ********** saylı mobil telefon nömrəsini ifadəsində bildirdiyi hadisənin baş verdiyi ərəfədə ümumilikdə isə 2019-cu ildən 2022-ci ilin mart ayına qədər olan müddətdə istifadə etmişdir. Sözü gedən hadisə baş verən ərəfədə “Kapitalbank”a aid bir ədəd kartı olmuşdur, onun nömrəsi yadında deyil, İsmayıl cəmi bir dəfə 300 manat pulu ona borca həmin kartına göndərmişdir. Sonradan həmin pulu o, İsmayıla geri qaytarmışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilməklə cinayət işi materiallarına əlavə edilmiş məzmunundan onun tərəfindən yazılması görünən 7.000 manat, daha sonra 7.400 manat kimi qeyd edilmiş məbləği almağı, bunun müqabilində avtomobili təqdim edəcəyini öhdəsinə götürməyi məzmununda olan qəbzlə bağlı bildirmişdir ki, həmin qəbz İsmayılın atasının Babək prospektində olan ofisində onun tərəfindən İsmayılın atasının yanında yazmış, burada başqa şəxs olmamışdır. İsmayıl özü ona həmin qəbzi yazmağını xahiş etmiş və o da həmin qəbzi İsmayılın xahişi ilə atasının yanında pis olmaması üçün yazmışdır (cild 2, iş vərəqi 91-94). İfadəsi elan edildikdən sonra Təqsirləndirilən şəxs1 Aydınla İsmayıl arasında sözsöhbət olub qurtarandan 3 ay sonra ətir söhbəti olduğunu, İsmayıl ona 180 manat pul göndərdiyini, 4.000 dollar pulu gömrük üçün Murada verildiyini, iş həll olunmadığı üçün pulun ona qayıtdığını, oradan 100 dollar və 30 manat qalan xeyir olduğunu, pul sonra onda qaldığını və İsmayıla ondan bir miqdarını xərclədiyini dediyini, 2.000 dollar pulu xərclədiyini, İsmayıla gömrük üçün 4.000 manat istədiklərini dediyini, İsmayıl xeyir tutmaq üçün atasından artıq pul istəyəcəyini dediyini, maşın oradan çıxdıqdan sonra vuruq, əziklərini yığdıracaqlarını və oradan da pul tutacaqlarını dediklərini, o puldan 2.000 dollar xərclədiyini, müstəntiqə də ətdən xeyr olduğunu dediyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun sinif yoldaşı olmuş, 2005-ci ildən bəri onu tanımışdır. Aydını tanıdığı vaxtdan onun qardaşı Təqsirləndirilən şəxs1 da qiyabi olaraq tanımışdır. Ukraynada müharibə olması ilə əlaqədar oradan Azərbaycana bəzi məhsulların idxalı məhdudlaşmışdır. O dönəmdə Aydınla bir az söhbətləşdikdən sonra Aydın “Shaurma N1” restoranlar şəbəkəsinə “Qualiko” markalı toyuq məhsulları sataraq gəlir əldə etməklə bağlı ona təklif irəli sürmüşdür. O da Aydınla razılaşmışdır. Bu məsələ ilə əlaqədar dəfələrlə müxtəlif yerlərdə Aydınla görüşərək sonuncuya pul vermişdir. Hər dəfə Aydınla görüşdükdə ona 10.000 manatdan az olmayaraq pul vermişdir, məbləğlər hazırda tam dəqiq yadında qalmamışdır, amma Aydına ümumilikdə 57.000 manat pul vermişdir. O, pulları hər hansı yazılı sənəd əsasında verməmişdir. Lakin hadisədən sonra Aydın və Abdinlə aralarında razılaşmış və Aydın ilə Abdin ondan pulları alması ilə bağlı yazılı sənəd tərtib etmişlər. Həmin sənədlərdə Aydının ondan 31.000-32.000 manat, Abdinin isə 8.000 manat aldığı göstərilmişdir. Bu sənədlərin tərtibindən sonra onunla Aydın və Abdin arasında yenə pul verilməsi ilə bağlı hadisələr olmuşdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Zərərçəkmiş şəxs pulu Aydına və Abdinə hər dəfə müxtəlif yerlərdə, müxtəlif şəxslərin yanında verdiyini, birinci dəfə pulu Aydına verəndə ikisinin olduğunu və o vaxt ona səhv etmirsə 11.000 manat verdiyini, ikinci dəfə 13.000 manat pulu Aydına “50 Qəpik” kafesinin yanında qaynı Mahal Novruzovun yanında verdiyini, üçüncü dəfə Aydına pulu Səbuhi adlı şəxsin yanında Neftçilər dairəsi tərəfdə maşının içində verdiyini və o vaxt Aydına 10.000 manat pul verdiyini, bundan sonra digər pulları Aydına kiçik məbləğlər şəklində Babək prospekti 92 ünvanında yerləşən ofisində verdiyini, ümumilikdə 44.000 manat məbləğində Aydına, 13.000 manat məbləğində isə Abdinə pul verdiyini, Aydın və Abdini əvvəldən tanıdığı üçün onlara etibar etdiyini, həm də onların atası qida işi ilə məşğul olurdu deyə onlara inandığını, ümumilikdə 57 min manat pul verdiyini, barışıq ərizəsi yazdığını, ataları gəlib zərərin böyük hissəsini ödədiyini, aralarında müəyyən qədər şərti razılıq əldə etdiklərini, ona 30 min manat zərər ödəndildiyini bildirdi. Zərərçəkmiş şəxs daha sonra ona dəymiş zərərin təqsirləndirlən şəxslər tərəfindən tam ödənildiyini bildirdi. Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq olunmuş, habelə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslərlə barışdığını, ona vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı tələb və şikayətinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, onun həyatı çox dinamik keçdiyi üçün hadisə yadında qalmamışdır. Təqsirləndirilən şəxs2 onun yanına 2 dəfə gəlmiş və dilindən pulu qaytaracağı barədə kağız yazmışdır. Onlardan biri borcun miqdarının 48.000, digərinin 50.000 olduğunu demişdir. Miqdar kağızda qeyd olunmuşdur, amma dəqiq miqdar yadından çıxmışdır. İsmayılla Aydın uşaqlıqda bir sinifdə oxumuşlar. Yaxşı dost olmadıqları üçün bir-birlərinə pul atmışlar. Onda olan məlumata görə İsmayılla Aydın birlikdə alış-veriş etmişlər, sonra Aydın İsmayıldan gizlin gedib pulu götürmüşdür. Onlar “Şaurma №1” şəbəkələrinə toyuq əti verirmişlər. Daha sonra Aydın İsmayıldan gizlin gedib pulları götürmüşdür. X6 otağında olarkən danışmışlar. O, onlara böyüklük edərək məsləhət vermək istəmiş və gedib problemlərini öz aralarında həll etmələrini, onun yanına belə söhbətlərə görə gəlməmələrini bildirmişdir. Üzərindən 2-3 ay keçdikdən sonra Aydın yenə onun yanına gəlmişdir. Təqsirləndirilən şəxs1 də başqa istiqamətdə İsmayıla pul atmışdır. Aydın yanına gələrək əmilik etməsini və pulu qaytaracağına söz vediyini bildirmişdir. O da məsuliyyət hiss etməsi üçün öz aralarında dilindən bir kağız yazmağını, nə qədər borcu olduğunu və hansı müddətdə verməli olduğunu qeyd etməsini söyləmişdir. Hər ay nə qədərsə pul verəcəyini qeyd etmişdir. Bir müddət sonra pulu ödəyə bilməmişdir. İsmayıldan pulu verib vermədiyini soruşmuş, cavabında vermədiyini bildirmişdir. İsmayıl onun yanına gələrək hamıya yaxşılıq etdiyi kimi Aydına da yaxşılıq etməsini, taksi işlədib pulu qaytarması üçün bir avtomobil götürüb Aydına verməsini xahiş etmişdir. Aydının pulu qaytarmağa söz verdiyini bildirmişdir. Atdıqları pulun yarısı demək olar ki, onundur. Məsuliyyət hiss etsin deyə 2 dəfə Aydına kağız yazdırmışdır. Sonra səhlənkar adam olduqlarını görmüş, öz işlərini özlərinin həll etməsini söyləmişdir. Daha sonra heç nədən xəbəri olmamışdır. Aydının atası bir dəfə ona görüşməyi təklif etmiş və onun ofisinə gəlmişdir. İşi necə yola qoya biləcəyini soruşmuş və o da cavabında onu bu məsələlərə qatmamalarını, öz işlərini özlərinin həll etməsini bildirmişdir. Ondan sonra çıxıb getmişlər və heç nədən xəbəri olmamışdır. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid7 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun böyük qardaşı Rasimin oğludur. Ona məlum imiş ki, qardaşı oğlu İsmayıl fərdi şəkildə müəyyən ticarət işləri ilə məşğul olmuşdur. 2020-ci ilin sentyabr ayı ərəfəsində qardaşı oğlu İsmayılın işləri ilə maraqlanan zaman sonuncu ona əvvəldən tanımadığı sinif yoldaşı olan Təqsirləndirilən şəxs2 tərəfindən guya ucuz qiymətə toyuq və ət məhsulları alıb sonradan həmin məhsulları “Şaurma” restoranlar şəbəkəsinə sataraq gəlir əldə etmək, başqa müxtəlif ticarət işləri ilə məşğul olmaq adı ilə 31.480 manat pulunu alıb faktiki heç bir iş görməyərək həmin pulu ələ keçirilməsini bildirmişdir. O da bir əmi kimi İsmayıla təklif etmişdir ki, İsmayıl həmin şəxsi dəvət etsin, o da bir böyük kimi bu şəxslə problemin həlli istiqamətində söhbət etsin. Beləliklə, 27 sentyabr 2020-ci il tarixdə İsmayıl Aydınla birlikdə onun işlədiyi “Səs” qəzetinin ofisinə gəlmişlər. Burada o, Aydınla söhbət edib bu problemin nə üçün yaranmasını soruşmuş, Aydın da ona hər şeyi etiraf edib İsmayıldan aldığı pulları “Topaz” mərc oyunlarına qoyub uduzmasını etiraf etmişdir. Həmin söhbət zamanı o, Aydına ziyalı bir şəxs və böyük kimi öyüd-nəsihət vermişdir. Aydın da ona söz vermişdir ki, İsmayılın pulunu qısa müddətə ödəyəcəkdir. Bununla bağlı Aydın onların inanmağı üçün öz təşəbbüsü ilə bu barədə yazılı şəkildə iltizam yazıb həmin öhdəliyi icra edəcəyini bildirmişdir. Daha sonra onun və İsmayılın şahidiliyi ilə əvvəlcə xx.xx.2020-ci il, daha sonra xx.xx.2020-ci il tarixlərdə iki dəfə eyni məzmunlu iltizam yazıb pulu İsmayıla geri qaytaracağına söz vermişdir. Lakin sözünə əməl etməmişdir. Həmin qəbzlərdə pulun xx.xx.2020-ci il tarixdə alınması qeyd edilsə də əslində həmin günü pul alınmamış, bildiyinə görə həmin pul vəsaiti hissə-hissə olmaqla bir neçə ay ərzində İsmayıldan alınmışdır. Aydın özü həmin tarixi belə qeyd etmişdir. Ona təqdim edilmiş iltizamlarda onun adının qarşısında olan imzalar ona məxsusdur. xx.xx.2020-ci il tarixdə olan iltizamda Aydının özünün xəbəri olmadan şirkətdən pulun götürülməsi barədə olan ifadə məhz guya satılmış ət məhsullarının pulunun “Şaurma N1” şirkətindən Aydından xəbərsiz götürülməsini bildirir. Onu da demişdir ki, o, bu problemin həlli ilə bağlı Aydının atası Arzu ilə də telefon əlaqəsi saxlamışdır. Lakin Arzu kişi ona nə istəyirlərsə etməklərini, oğluna cavabdeh olmadığını, heç bir pul ödəməyəcəyini bildirmişdir. Ona sonradan İsmayılın deməsindən dəqiq məlum olmuşdur ki, Aydın və qardaşı Abdin 2020-ci ilin sonları 2021-ci ilin əvvəlində bir neçə ay ərzində guya toyuq və ət məhsulları alıb-satmaq, taksi fəaliyyəti ilə məşul olmaq, ətir və telefonlar alıb satmaqla, İsmayıl üçün Azərbaycana gətirilmiş “X27” markalı avtomobili ucuz qiymətə gömrük qeydiyyatına aldırmaq adlarıyla İsmayıla guya gəlir vermək bəhanəsi ilə ümumilikdə 57.000 manat pulunu alıb geri qaytarmamış, vəd verdikləri heç bir işlə məşğul olmamış və İsmayıla heç bir qazanc verməmişlər. İsmayıl özü də ona bidirmişdir ki, artıq əvvəldən verdiyi pulları risk altına almamaq həmin şəxslərin şirin vədlərinə inanaraq əvvəlki pullarımı da diriltmək üçün bir neçə ay arzində həmin pulları ard-arda sinif yoldaşı Aydın və Abdinə vermişdir. Aydın və Abdinin atasını yaxından tanımırmış, həmin şəxsin bu işdə iştirakı ilə bağlı konkret məlumatı olmamışdır. Sadəcə İsmayılın deməsindən ona məlum olmuşdur ki, səhv etmirsə Arzuya hansısa məbləğdə pul lazım olmuş, oğlanları da həmin pulu İsmayıldan dələduzluqla ələ keçirmişlər. Ələ keçirilən həmin pul məbləği İsmayıla məxsus olmuş, ona aidiyyəti olmamış, lakin əmi kimi sivil qaydada Aydını çağırıb söhbət etmişdir ki, könüllü olaraq həmin pulu geri qaytarsın (cild 2, iş vərəqi 15-18). Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs İsmayıl onun iş yoldaşı olmuşdur. “Səs” Media Qrupunda bərabər işləmişlər. O, təqsirləndirilən şəxsləri əvvəllər tanımamışdır, bir neçə dəfə İsmayılın yanında görmüşdür. İsmayıl ona borcları olduğunu demişdir, amma onun yanında İsmayıl onlara pul verməmişdir. Sadəcə İsmayıl dəfələrlə ona külli miqdarda borcları olduğunu demişdir. İsmayılın dediyinə görə, məbləğ 57.000 manat olmuşdur. Borcun nədən yarandığını dəqiq bilməmişdir. İstintaqa ifadəsini özü vermişdir. İsmayıl iki qardaşın ikisinin də borclu olduğunu demişdir. Onları bir neçə dəfə İsmayılın yanına gələndə işdə görmüşdür. Bir dəfə İsmayılın ofisində görmüşdür. Dəfələrlə onların borclu olduğunu deyib, amma onu yanında onlara pul verməmişdir. 4-5 ay əvvəl, müstəntiqin yanında olan zaman İsmayıl onların arasında 27.000 manat borcun qaldığını demişdir. İsmayıl redaktor işləmiş, maaşı 600- 700-ə yaxın olmuşdur. Pulu hardan alması barədə məlumatı olmamışdır. İsmayıl dəfələrlə əmisindən, dayısından pul aldığını, əmisindən daha çox pul aldığını demişdir. Əmisi Bəhruz müəllimdir. Dəqiq nə qədər pul aldığını bilmirmiş, dəfələrlə ondan pul alıb iş gördüyünü demişdir. 10.000 bir, 5.000 bir, 15.000 bir aldığını demişdir. Təqsirləndirilən şəxslərin atası olan Şahid3 hüququndan istifadə edərək yaxın qohumlarının əleyhinə məhkəmədə ifadə verməkdən imtina etdikdən sonra onun ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmişdir. Həmin ifadəsində Şahid3 göstərmişdir ki, o özü 2003-cü ildən ərzaq məhsullarının topdan satışı ilə məşğul olmaqla qazanc əldə etmişdir. Hazırda Dərnəgül qəsəbəsi, ünvan 11 ünvanını bilmədiyi obyektdə təchizatçı kimi ərzaq məhsullarının topdan satışı ilə məşğuldur. 1994-cü ildə X2 ilə ailə həyatı qurmuş, birgə nikahdan 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 adlı övladları vardır. Hazırda kiçik oğlu Abdin, Aydın və həyat yoldaşı onunla birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs sözü gedən hadisəyə qədər ümumiyyətlə tanımamışdır. Onunla ilk tanışlığı 2021-ci ilin sentyabr-oktyabr aylarında İsmayılın atası kimi özünü təqdim edən əvvəldən tanımadığı, sonradan adının Şahid8 olduğunu bildiyi şəxs ona zəng vurduğu vaxtdan tanımış, həmin şəxs ona bildirmişdir ki, oğlu İsmayıl evdən miqdarını bilmədiyi qədər pul oğlurlayıb və Rasimdən xəbərsiz avtomobilini oğurlayıb satmaqla ümumilikdə 30.000 manat civarında pulu onun böyük oğlu Aydınla birlikdə ona məlum olmayan hansısa işə qoyaraq bütün pulu batırmışdır. O, həmin vaxtı Rasimə öz oğlunun onun övladından da betər olmasını bildirib hər ikisi barəsində hərbi komissarlığa müraciət etməsini, Aydın və İsmayılın “Vətən müharibəsi”ndə iştirak etmələrini təşkil etməyini xahiş etmişdir. Aydın hər şeyi yalan danışdığı üçün o, Aydınla dəqiqləşdirmək məqsədilə bu barədə heç bir şey soruşmamışdır. Bu hadisədən təxminən 4-5 ay sonra İsmayılın əmisi kimi özünü təqdim edən Şahid7 adlı şəxs ona zəng vurub İsmayılın Aydına pul verməsini həmin pulu geri qaytarmalı olduğunu bildirdikdə o demişdir ki, onun həmin pulun verilməsindən ümumiyyətlə xəbəri olmamışdır, bu məsələ ilə heç bir əlaqəsi olmadığı üçün o, heç bir məbləğdə pulu verməyəcəkdir. Bundan sonra həmin məsələ ilə bağlı onu narahat edən olmamışdır. Daha sonra da Aydınla bu barədə heç bir məsələni aydınlaşdırmamışdır. Sonradan kiçik oğlu Abdin ona bildirmişdir ki, Aydın Abdinə demişdir ki, İsmayıldan aldığı pula münasibətdə olduğu qadına avtomobil almışdır. Bu qadının şəxsiyyəti və yaxud anket məlumatları ona məlum deyildir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, Aydının və Abdinin İsmayıldan hər hansı bir məbləğdə hər hansı bir adla pul almasından ümumiyyətlə xəbəri olmamışdır. Onu da demişdir ki, o, İsmayılı nəinki aldatmaq, etibarından sui-istifadə etmək, heç tanımamışdır da. Aydınla hər hansı bir işlə bağlı ümumiyyətlə söhbəti olmamışdır. Onun bu hadisədə heç bir iştirakı olmasa da övladlarına xatir İsmayılla aralarında razılaşdıqları 20.000 manat bütün maddi ziyanın əvəzinə ödəyir. Aydın da ona vəd vermişdir ki, bununla da heç bir şikayət və tələbi olmayacaqdır (cild 1, iş vərəqi 89-92). İfadəsi elan olunduqdan sonra Şahid3 müvafiq suala cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, İsmayıl və Aydın sinif yoldaşı olmuşlar. Onlar birlikdə iş görmək istəmişlər. Oğlu da buna görə ondan pul istəmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid8 həmin vaxt oğlunun agentlikdə işlədiyini, amma hansı vəzifədə işlədiyini bilmədiyini, indiyə kimi Aydın və Abdinlə 1 dəfə görüşdüyünü, onların arasında pul haqq-hesabı olduğunu, oğlundan pul götürdüklərini, biznes quracaqlarını dediklərini, bu biznesin nə olduğunu bilmədiyini, oğlunun nədən zərər çəkdiyini bilmədiyini, oğlu ilə istintaqa niyə çağırıldığı ilə bağlı söhbət etdiklərini, “Santa Fe” markalı maşın aldığını, gömrükdən qeydiyyatdan keçirməli olduğunu, maşını nəticədə özünün qeydiyyatdan keçirdiyini, oğlunun ona özünün maşını aparıb qeydiyyatdan keçirəcəyini deməsini, onun da buna görə oğluna 7-8 min manat arası pulu verdiyini, oğlunun pulu kimə verəcəyini bilmədiyini, oğluna dəyən maddi ziyanın ödənilməsi ilə bağlı məlumatının olmadığını, oğluna dəyən maddi ziyanın məbləğini dəqiq deyə bilmədiyini bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid8 göstərmişdir ki, Zərərçəkmiş şəxs onun böyük oğludur. Oğlu İsmayıl “Səs” qəzetində müxtəlif vəzifələrdə işləmişdir, həmçinin bir neçə ildir ki, fərdi şəkildə ticarətlə məşğuldur. Bildirir ki, təxminən 10 ildir ki, tanıdığı Şahid6 2020-ci ilin sonlarında tarixini dəqiq bilmədiyi vaxtda 2013-cü il istehsallı, yaş asfalt rəngli “X27” markalı, 2.000 kub metr həcmli mühərriki olan avtomobili ABŞ-da “online” qaydada təxminən 7.700 ABŞ dollarına hərraclardan almışdır. Bu avtomobil Gürcütana gətirilən ərəfədə o, Tehranın özündən bu barədə eşitmişdir. Onu da demişdir ki, o həmin avtomobili oğlu İsmayıl üçün gətizdirmək məqsədi İlə dəyərini ödəyib Tehrandan almışdır. Bununla da həmin avtomobili oğlu İsmayıla alındığı üçün və qeyd etdiyi avtomobil birbaşa Tehranın adına gəldiyindən, Tehran həmin avtomobilə dair Zərərçəkmiş şəxs etibarnamə vermişdir ki, bu avtomobil Azərbaycana daxil olduqdan sonra müvafiq qaydada gömrük qeydiyyatına aldırıb daha sonra dövlət qeydiyyat nişanı alaraq öz adına rəsmiləşdirsin. Əvvəlcə o, Tehrana gömrük məsələlərinin həll etməyi xahiş etsə də sonradan İsamayıl gömrük xərclərini bilmədiyi şəxs vasitəsilə daha ucuz qiymətə həll edəcəyini bildirdiyindən o, bu işi İsmayıla həvalə etmişdir. Qeyd etdiyi avtomobilin gömrük xərci təxminən minimum 8.500 manat təşkil etməli olsa da İsmayıl öz pulu hesabına bu məsələnin 7.700 manata həll edəcəyini bildirmişdir. İsmayıl həmin pulu həmin ərəfədə kim olduğunu bilmədiyi şəxsə verəcəkdi. Lakin bu məsələ çox uzanmış və məlum olmuşdur ki, 2020-ci ilin sonu 2021-ci ilin əvvəli sonradan İsmayılın sinif yoldaşı olduğunu bildiyi Abdin adlı şəxs guya qeyd etdiyi Tehranın adına gələn avtomobili gömrük qeydiyyatına salmaq adı ilə 7.700 manat pul alıb ələ keçirmiş və bu pula həmin avtomobili gömrük qeydiyyatına aldırmamışdır. Nəticədə həmin avtomobil 2 ay müddətinə gömrük idarəsinin dayanacağında qalmış, buna görə də həmin avtomobilə əlavə cərimələr də hesablanmışdır. Bu məsələ ilə bağlı o biləndən sonra Abdini Babək prospektində yerləşən ofislərinə dəvət edib burada öyüd-nəsihət vermiş, həmin vaxtı Abdin öz təşəbbüsü ilə aldığı pulu geri qaytarması məzmunu dəqiq yadında qalmayan iltizamı da yazıb İsmayıla vermişdir. Ona daha sonra məlum olmuşdur ki, bu hadisədən əvvəl onun xəbəri olmadan İsmayıl 2020-ci ilin sentyabr ayı ərəfəsində qiyabi olaraq tanıdığı sinif yoldaşı olan Təqsirləndirilən şəxs2 yalan vədlərinə aldanaraq həmin şəxs tərəfindən guya ucuz qiymətə toyuq və ət məhsulları alıb sonradan həmin məhsulları “Şaurma N1” restoranlar şəbəkəsinə sataraq gəlir əldə etmək, başqa müxtəlif ticarət işləri ilə məşğul olmaq adı ilə özünə məxsus 31.480 manat pul vermişdir. Aydın isə faktiki heç bir iş görməyərək həmin pulu ələ keçirmişdir. Ona sonradan İsmayılın deməsindən dəqiq məlum olmuşdur ki, Aydın və qardaşı Abdin 2020-ci ilin sonları 2021-ci ilin əvvəlində bir neçə ay ərzində guya toyuq və ət məhsulları alıb satmaq, taksi fəaliyyəti ilə məşul olmaq, ətir və telefonlar alıb satmaqla, İsmayıl üçün Azərbaycana gətirilmiş “X27” markalı avtomobili ucuz qiymətə gömrük qeydiyyatına aldırmaq adlarıyla İsmayıla guya gəlir vermək bəhanəsi ilə ümumilikdə 57.000 manat pulunu alıb geri qaytarmamış, vəd verdikləri heç bir işlə məşğul olmamış və İsmayıla heç bir qazanc verməmişlər. İsmayıl özü də ona bidirmişdir ki, artıq əvvəldən verdiyi pullan risk altına almamaq guya həmin şəxslərin şirin vədlərinə inanaraq əvvəlki pullarını da diriltmək üçün bir neçə ay arzində həmin pulları ardarda sinif yoldaşı Aydın və Abdinə vermişdir. Aydın və Abdinin atasını yaxından tanımamış, həmin şəxsin bu işdən iştirakı ilə bağlı konkret məlumatı yoxdur. Sadəcə bu məsələlər böyüdükdən sonra o həmin şəxslə görüşmüş, bu görüşləri zamanı söhbət etmişlər, lakin atası Arzu 57.000 manat pulu verə bilməyəcəyini bildirmişdir. (cild 2, iş vərəqi 20-23). Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, onun bu işlə bağlı heç bir məlumatı yoxdur. Məhkəmədə verilən əlavə suallara cavab olaraq şahid X7 bir dəfə Baş Polis İdarəsinə gedib ifadə verdiyini, orada sadəcə birlikdə çörək yediklərini, başqa bir şeydən xəbəri olmadığını dediyini, üstündən çox vaxt keçdiyini, Abdin, o, İsmayıl birlikdə çörək yediklərini, aralarında puldan söhbət getmədiyini, aralarında normal həyatdan söhbət getdiyini, çox vaxt Abdinlə bir yerdə olduğunu, ailəvi gediş-gəlişlərinin olduqlarını, heç vaxt bu söhbətlərin içərisində olmadığını, Abdinlə heç vaxt bu məsələlər barəsində danışmadıqlarını bildirdi. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində X7 göstərmişdir ki, o, Abdin və Təqsirləndirilən şəxs2 ortaq qohumları vasitəsilə tanımış, həmin şəxslərlə onun münasibətləri hər zaman normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Həmin şəxslərdən Abdinlə daha yaxın münasibətləri olmuşdur və sonuncu ilə vaxtaşırı olaraq birlikdə vaxt keçirmişlər. Zərərçəkmiş şəxs də Abdingilə görə təxminən iki il bundan öncəyə qədər tanımışdır. İsmayılla Abdin və Aydının aralarında nə kimi işgüzar münasibətləri olmasını dəqiq bilməmişdir. Sadəcə həmin şəxslərin arasında olan söhbətlərdən bilirmiş ki, Abdin və İsmayıl nəsə müxtəlif qarışıq sahələrdə ətir və s. alışsatışı ilə bağlı birlikdə iş görməyə çalşırlar. 2020-ci ilin oktyabr-noyabr aylarında tarixini dəqiq bilmədiyi vaxtda İsmayıl özünə məxsus olan qızılı rəngli “Mersedes E-clas” markalı avtomobilini tanımadığı şəxsə təxminən 10.000 manat civarında məbləğə satmışdır. Lakin həmin pulu Abdingilə və yaxud başqa bir şəxsə verib verməməsini bilməmiş, o, bu məsələlərə ümumiyyətlə qarışmadığı üçün dəqiq məlumatı olmamışdır. Həmin vaxtlar Abdinin avtomobili olmadığından o, idarə etdiyi “Mercedes C-klas” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abdinin istədiyi yerlərə aparmışdır. Abdinlə birlikdə olduğu vaxtlar İsmayılı da Abdinin yanında görürmüş. Lakin İsmayıl onun yanında Abdinə heç bir məbləğdə pul verməmiş, onun bundan ümumiyyətlə xəbəri olmamışdır. O yalnız bilmişdir ki, İsmayıl Abdingillə nəsə birgə işlə məşğul olmaq istəyir. Həmin işin nəticəsini isə bilməmişdir. Sadəcə olaraq həm İsmayılın, həm də Abdingilin deməsindən ona məlum olmuşdur ki, onun iştirakı olmadan İsmayıl Abdingilə müxtəlif pullar veribsə, verdiyi pullar geri qayıtmamış, sonradan yenə də həmin şəxslərə pul vermişdir. Ona məlum olmuşdur ki, Abdin İsmayılla ətir alveri ilə bağlı nəsə iş görür, sonradan həm də onu bilmişdir ki, X9 yeni gətirilən “X27” markalı avtomobili gömrük qeydiyatından keçirməklə bağlı nəsə köməklik edirmiş. Abdingilin atası Arzu kişinin isə ümumiyyətlə İsmayılla bağlı işlərdə iştirak etməsinin şahidi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, İsmayılın atası onun dostu olmuşdur. O vaxtı onun adına onlar üçün avtomobil gətirmişlər. Ondan sonra İsmayıla etibarnamə vermişdir. Sonra gömrükdə pul məsələləri ilə bağlı problem yaşandığını eşitmişdir. Onlar Amerikadan “X27” markalı maşın gətirmişlər. Onlar maşını auksionda aldıqları üçün qiymət yadında deyil. Maşını Şahid8 satmamışdır, onlar dost olmuşlar, gömrük rüsumu ilə bağlı problem olmuş, İsmayıldan pulu almışlar, amma qaytarmamışlar. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Şahid6 sadəcə işi həll etmək üçün İsmayıldan pulu aldıqlarını, amma qaytarmadıqlarını eşitdiyini, pulun kimə verildiyini bilmədiyini, həmin şəxs İsmayılın tanışı olduğunu, elə pulu da İsmayılın verdiyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Bununla yanaşı, ibtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid6 göstərmişdir ki, o, 15 ildir ki, "xxxx" ASC-də ekspert kimi işləyir. O, Zərərçəkmiş şəxs atası Şahid8 10 ildir ki, ortaq tanışları vasitəsilə tanımış, Rasimlə münasibətləri hər zaman yaxşı olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Rasimin vasitəsilə də oğlu İsmaylı tanımış, eynilə İsmayılla da münasibətləri yaxşı olmuşdur. O, 2020-ci ilin sonlarında tarixini dəqiq bilmədiyi vaxtda əvvəlcə öz istifadəsi üçün “Chevrolet Wolt” markalı daha sonra isə, 2013-cü il istehsallı, yaş asfalt rəngli “X27” markalı, 2.000 kub santimetr həcmli mühərriki olan avtomobili ABŞ-da “online” qaydada hərraclardan alıb Azərbaycana gətirtmişdir. Qeyd etdiyi ikinci avtomobili ABŞ-da keçirilmiş hərracdan təxminən 7.700 ABŞ dolarına qazanmışdır. Həmin avtomobil Gürcüstana gətirilən ərəfədə tanışlarına da bununla bağlı məlumat vermişdir. Buna görə də Rasim bundan xəbərdar olduqdan sonra ona müraciət edib bildirmişdir ki, həmin avtomobili oğlu İsmayıl üçün almaq istəyir. Beləliklə, Rasim müəllim ona yaxın olduğu üçün həmin avtomobili demək olar ki, ona başa gələn qiymətə Rasimə satmışdır. Bununla da Rasim həmin avtomobili oğlu İsmayıla aldığı üçün və qeyd etdiyi avtomobil birbaşa öz adına gəldiyindən, həmin avtomobilə dair Zərərçəkmiş şəxs etibarnamə vermişdir ki, bu avtomobili Azərbaycana daxil olduqdan sonra müvafiq qaydada gömrük qeydiyyatına aldırıb daha sonra dövlət qeydiyyat nişanı alaraq öz adına rəsmiləşdirsin. Əvvəlcə Rasim ona gömrük məsələlərini özü həll etməyi xahiş etsə də sonradan İsmayıl gömrük xərclərini onun tanımadığı şəxs vasitəsilə daha ucuz qiymətə həll edəcəyini bildirdiyindən o, etibarnamə verdikdən sonra həmin işi həmin şəxslərin özünə həvalə etmişdir və heç nəyə qarışmamışdır. Qeyd etdiyi avtomobilin gömrük xərci təxminən minimum 8.500 manat təşkil etməli olsa da İsmayıl öz pulu hesabına bu məsələnin 7.700 manata həll edəcəyini bildirmiş, İsmayıla bununla bağlı səhv etmirsə sinif yoldaşı Abdin adlı şəxs vəd vermişdir. Lakin o, Abdin adlı şəxsi ümumiyyətlə tanımamış və görməmişdir. Ümumiyyətlə bu məsələ ilə bağlı gömrük orqanlarına getməmişdir. 2020-ci ilin sonu 2021-ci ilin əvvəli ona Rasim və İsmayılın deməsindən məlum olmuşdur ki, həmin Abdin adlı şəxs İsmayılın guya qeyd etdiyi, onun adıına gələn avtomobili gömrük qeydiyyatına salmaq adı ilə aldadıb 7.700 manat pulunu alaraq ələ keçirmiş və bu pulla həmin avtomobili gömrük qeydiyyatına aldırmamışdır. Nəticədə həmin avtomobil 2 ay müddətinə gömrük idarəsinin dayanacağında qalmış, buna görə də həmin avtomobilə əlavə cərimələr də hesablanmışdır. Belə hal baş verdiyi üçün də o, həmin avtomobilə görə Rasimdən xeyir olaraq heç bir əlavə ödəniş almamışdır. Həmin proseslər zamanı ona məlum olmuşdur ki, avtomobili Rasim oğlu üçün alsa da İsmayıl öz pulu hesabına bu avtomobili gömrük qeydiyyatına aldırmaq istəyirmiş, ələ keçirilən 7.700 manat pul məhz İsmayılın özünə məxsus imiş. Həmin məsələ ilə bağlı ona məlum olan hallar bunlardır. Hazırda uzun müddət keçdiyindən həmin avtomobilə aid sənədlər onda yoxdur, buna görə də istintaqa təqdim edə bilmir. O, etibarnamə verdikdən sonra heç bir məsələyə qarışmamış, həmin şəxslər özləri həmin avtomobili sonradan onun iştirakı olmadan rəsmiləşdirmişlər (cild 2, iş vərəqi 2-4). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində Şahid1 göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2018-ci ildən ortaq tanışları olan Zaur adlı şəxs vasitəsilə tanımış, münasibətləri hər zaman yaxşı olmuşdur. O, Aydın və Təqsirləndirilən şəxs1 qardaşlarını İsmayılın vasitəsilə təxminən bir il əvvəl İsmayılın vasitəsilə tanımış, birinci dəfə həmin ərəfədə İsmayıla harasa gedən zaman sonuncunun xahişi ilə yolüstü Goradil qəsəbəsinə gedib Aydını evindən götürmüşlər. Daha sonra o, İsmayılın yanında bir neçə dəfə Aydın və qardaşı Abdini görmüş, həmin şəxslər hər zaman İsmayılı aldadıb vədlər verərək pullarını alıb həmin şəxsləri aldatmışlar. İsmayılın ona dediyindən bilirmiş ki, Aydın və Abdin birlikdə hansısa toyuq məhsullarının ticarəti ilə məşğul olmuş, bununla bağlı qazanc vermək vədini vermiş, lakin heç bir qazancı olmamış və Aydın, qardaşı Abdin müxtəlif işlərlə məşğul olub qazanc vermək adı ilə aldıqları 50.000 manat civarında olan pulu geri qaytaracaqlarını bildirmişlər. 2020-ci ilin sonunda İsmayılın bizneslə, yəni müxtəlif stəkanlar, paltarlar və s. malların satışı ilə məşğul olduğu işdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 92 ünvanında yerləşən ofisi olmuş, o da İsmayılın yanına tez-tez gedib gəlmişdir. 2020-ci ilin dekabr ayında həmin ünvanda olan ofisdə İsmayılın yanında olan zaman Aydın və Abdin birlikdə bir neçə dəfə ora gəlib İsmayıla deyirmişlər ki, həmin şəxslərin İsmayıla olan verəcəklərini icarəyə taksi götürüb işlətməklə geri qaytarmaq istəmişlər, guya bu işdə çox yaxşı gəlir var, həmin şəxslərə yalnız taksi kimi istifadə edəcəkləri avtomobilləri götürmək üçün ilkin ödənişlər lazımdır. Həmin vaxtlarda Aydın və Abdin İsmayıldan bir neçə dəfəyə 5.000 manat məbləğində pul almışlar. Ümumiyyətlə İsmayıl 2020-ci ildə bir neçə ayın ərzində Aydın və Abdin qardaşları guya toyuq məhsulları alıb satmaq, taksi fəaliyyəti ilə məşul olmaq, ətir və telefonlar alıb satmaqla, ucuz qiymətə avtomobilin gömrük qeydiyyatına aldırmaqla İsmayıla da xeyir vermək adı ilə ümumilikdə 57.000 manat pulunu alıb geri qaytarmamış, vəd verdikləri heç bir işlə məşğul olmamış və İsmayıla heç bir qazanc verməmişlər. O, dəfələrlə Aydın və Abdinin xırda məsələlərdə çoxlu yalan danışmalarını görmüş, hər zaman yalandan vəd vermişlər ki, guya qısa müddətdə pulları geri qaytaracaqlar. Aydın və Abdinin atasını isə ümumiyyətlə tanımır, həmin şəxslərin atasının bu işdən iştirakı və ya xəbərinin olub-olmaması barədə heç bir məlumatı yoxdur (cild 2, iş vərəqi 83-85). İbtidai istintaq zamanı şahid qismində verdiyi və məhkəmədə tərəflərin razılığı ilə elan olunmaqla tədqiq edilmiş ifadəsində X10 göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2020-ci ilin təxminən ortalarından “Səs” qəzetində qeyri-rəsmi olaraq texniki işçi kimi işlədiyi vaxtdan tanımışdır. Təxminən bir ildən çoxdur ki, həmin işdən çıxıb “Sədərək” TM-də fərdi şəkildə işçi kimi işləyir. O, Aydın və Təqsirləndirilən şəxs1 qardaşlarını İsmayılın vasitəsilə 2020-ci ilin payız aylarında İsmayılın sinif yoldaşı kimi tanımışdır. İsmayıla görə Aydınla münasibətləri daha sıx olmuş, Abdinlə isə çoxda yaxın münasibətləri olmamışdır. Aydın hər zaman İsmayılın yanında olur, İsmayıllı çoxlu vaxt keçirirmiş. O da İsmayılın köməkçisi kimi işlədiyindən hər zaman Aydını görür, həmin şəxslərin arasında olan söhbətlərin və işlərin şahidi olurmuş. Onun nə Aydın, nə də ki, Abdinlə heç bir düşmənçilik və ya ədavəti olmamışdır. İsmayılın ona deməsindən Aydın, Abdin və həmin şəxslərin atası ilə birlikdə hansısa toyuq məhsullarının ticarəti ilə məşğul olmuş və bununla bağlı Aydıngilin İsmayıla bu ticarətlə bağlı qazanc vermək vədini bilmiş, lakin hələ ki, həmin şəxslərin heç bir qazancı olmamış və Aydın, qardaşı Abdin müxtəlif işlərlə məşğul olub qazanc vermək adı ilə aldıqları külli miqdarda təxminən 50.000 manatdan çox pulu geri qaytaracaqlarını bildirmişlər. 2020-ci ilin dekabr ayı ərəfəsində Aydın İsmayıla mütəmadi olaraq bildirirmiş ki, müxtəlif qazanc gəitrən işlər görüb İsmayıldan həmin vaxta qədər aldığı pulları geri qaytaracaq, həmin ərəfədə tarixini dəqiq bilmədiyi vaxtda işlədikləri “Səs” qəzetinin redaksiyasında İsmayılın otağında Aydın İsmayıla təklif etmişdir ki, guya “online” qaydada valyuta alqı-satqısı məsələsinə başlamış, həmin işdə çox yaxşı pul var, əgər istəsə İsmayıl Aydına 3.600 manat pul versin, İsmayıl da həmin pulun müqabilində məbləğini dəqiq bilmədiyi miqdarda qazanc və əvvəlki ödənişlərini geri qaytarmaq üçün əlavə pullar verəcək, İsmayıl da uşaq yaşlarından Aydını tanıdığı üçün həmin şəxsə etibar edib onun yanında 3.600 manat pulu elə işlədikləri ofisdə Aydına versə də sonuncu verdiyi sözü yerinə yetirməyib həmin pulu çox güman ki, özü üçün sərf edib heç bir iş görməmişdir. Onlara sonradan məlum olmuşdur ki, Aydın həmin işlə ümumiyyətlə məşğul olmamışdır. Əvvəlcədən aldıqları pullarla yanaşı onun şahidlyi ilə aldığı pulları da “Topaz” mərc oyunlarına qoyub uduzmuşdur. İsmayıl Aydından pullarını almaq üçün sonuncunun arxası ilə çox sürünmüş, dəfələrlə Aydını gözləmək üçün soyuq havada küçədə dayanmışdır. Sonradan özünün eşitdiklərindən və İsmayılın deməsindən məlum olduğu ki, Aydın və Abdin 2020-ci ilin sonları 2021-ci ilin əvvəlində bir neçə ay ərzində guya toyuq məhsulları alıb satmaq, taksi fəaliyyəti ilə məşul olmaq, ətir və telefonlar alıb satmaqla, avtomobili ucuz qiymətə gömrük qeydiyyatına aldırmaq adları ilə İsmayıla guya gəlir vermək üçün ümumilikdə 57.000 manat pulunu alıb geri qaytarmamış, vəd verdikləri heç bir işlə məşğul olmamış və İsmayıla heç bir qazanc verməmişlər. Aydın və Abdinin atasını isə ümumiyyətlə tanımır, həmin şəxsin bu işdən iştirakı və ya xəbərinin olub-olmaması barədə heç bir məlumatı yoxdur. Həmin şəxslərin atasının bu işlə hər hansı bir əlaqəsi olubolmamasını bilmir (cild 2, iş vərəqi 79-83). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş; - Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və qardaşı Təqsirləndirilən şəxs1 biznes qurmaq məqsədilə ondan 57.000 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Ona dəymiş maddi ziyanın ödətdirilməsi və onların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir (cild 1, iş vərəqi 5). - qəbzlərin könüllü təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs aid 31.480 manat məbləğdə pulu özünün xəbəri olmadan götürüb “Topaz” mərc oyunlarına qoymuş, götürdüyü məbləği qaytaracağına dair söz vermiş və öz imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqi 12-16). - Təqsirləndirilən şəxs2 məxsus iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs dəymiş 57.000 manat məbləğində pulu ödəyəcəyini öhdəsinə götürmüşdür (cild 1, iş vərəqi 42). - zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 64). - Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Şahid3 övladları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs dəymiş olan 57.000 manat məbləğdə maddi ziyandan 20.000 manatını ödəmişdir (cild 1, iş vərəqi 93). - xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 20.000 manat pulu maddi ziyanın ödənilməsi üçün Zərərçəkmiş şəxs təqdim etmiş, Zərərçəkmiş şəxs təqdim edilmiş 20.000 manat məbləğdə pulu qəbul etmişdir (cild 1, iş vərəqi 94). - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şahid3 və digərlərinin adına Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (cild 1, iş vərəqi 100). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, fincan alış-satışı ilə məşğul olmaqla ailəsini dolandırır, hazırda “Metro Park” ticarət mərkəzinin birinci mərtəbəsində kiçik mağazada fincaların satışını təşkil etmişdir. O, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonunda yerləşən “Heydər Əliyev” adına liseyin 5-ci sinifdən etibarən eyni sinifdə təhsil aldıqları ildən, yəni 2005-ci ildən etibarən tanımış, təxminən həmin vaxtlardan da Aydının kiçik qardaşı X8 və həmin şəxslərin atası Arzu Tarıverdiyevlə münasibəti yaranmışdır. O, kiçik sahibkarlıqla məşğul olmağa başladıqdan sonra Aydınla telefon danışıqları zamanı bir-biri ilə hal-əhval tutan zaman Aydın ondan işləri haqqında soruşmuş, o da kiçik sahibkarlıqla, yəni fincan alveri ilə məşğul olduğunu bildirmişdir. 2020-ci ilin təxminən avqust ayında Aydın onunla telefon əlaqəsi saxlayıb görüşən zaman onunla hal-əhval tutmuş, işlərinin necə olmasını soruşmuş, o da hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin vaxt Aydın ona əvvəlcədən də özünün deməsindən məlumatı olduğu kimi bir daha bildirmişdir ki, Aydının atası Arzunun “Elit” ticarət mərkəzi ilə üzbəüzdə və Binəqədi-Mehdiabad yolunun üstündə ümumilikdə iki ədəd ərzaq məhsullarının topdan satışı ilə məşğul olduğu obyektlərinin olmasını bu sahədə yaxşı gəlirlər əldə etdiklərini bildirmiş, həmçinin ona demişdir ki, guya onun xətrini çox istədiyi üçün ona da bu sahədə dəstək olub külli miqdarda gəlir qazandırmaq istəyir. Bundan sonra Aydın ona təklif etmişdir ki, özünün, qardaşının və atasının birgə məşğul olduğu ona gəlir qazandıra biləcəyi işin mahiyyəti ondan ibarətdir ki, Xırdalan şəhəri ərazisində yerləşən topdan ət satışı təşkil olunmuş soyuducu-anbar vardır ki, həmin yerdən birinci əldən bir qədər ucuz qiymətə ət alıb “Şaurma” restoranlar şəbəkəsinin anbarına satmaqla qısa müddətə yaxşı gəlir əldə etmək olur. Aydın özü ona demişdir ki, həmin obyektdən qeyri-rəsmi formada mal alan zaman satıcı vergi ödəmədiyi üçün avtomatik olaraq malında qiymətini ucuz verir, “Şaurma” restoranlar şəbəkəsi isə yalnız köçürmə yolu ilə ət məhsullarını aldıqlarından həmin obyekt həmin şəxslərə vergi də nəzərə alınmaqla bir qədər baha qiymətə mal sata bilir. Beləliklə, guya Aydın iddia etmişdir ki, tanışları vasitəsilə ucuz qiymətə ət məhsullarını götürüb satmaqla gəlir əldə edə bilir. Əgər o, həmin işə pul qoysa artıq sistem formasında mövcud olan, heç bir riski olmayan bu iş nəticəsində yaxşı gəlir əldə edə bilər, əldə edilmiş gəliri də Aydınla böləcəyini ona bildirmişdir. Bütün bunlardan sonra o Aydına bildirmişdir ki, əgər Aydının atası Arzunun bu məsələdən xəbəri varsa və Aydın həmin işi təşkil edirsə bunu təsdiq etsin. Bu zaman Aydın özü telefon vasitəsilə atasına zəng vurub onunla birlikdə olmasını bildirib ona qeyd etdiyi təklif etdiyini atasına demiş, daha sonra o Aydının atası ilə Aydnın telefonu vasitəsilə danışıb həmin şəxsin həqiqətən də Aydının atası Arzu olmasını bilmiş, Arzu özü ona demişdir ki, qətiyyən narahat olmasın, həmin işi Arzu özü qurub, buna görə də onun verəcəyi pul birmənalı ona xeyir gətirəcəkdir. Bütün bunlardan sonra həmin şəxsləri uzun müddət tanıdığı, həmin şəxslərə etibar etdiyi üçün inanmış və həmin şəxslərin onu aldatmasına dair heç bir şübhəsi qalmamışdır. O özü də baş verənləri atasına bildirdikdən sonra Aydıngilin təklifi ilə razılaşmışdır. O, Aydına bildirmişdir ki, Aydının mal götürəcəyi yerə onunla birlikdə getsin o həmin malların haradan götürülüb hara verilməsini dəqiq bilsin, Aydın ilk əvvəl onun bu fikrinə cavab olaraq qəti narahat olmamağını, hər şeyin qaydasında olmasını bildirmişdir. Lakin onun təkidindən sonra Aydın onunla razılaşmışdır. 2020-ci ilin sentyabr ayında tarixini dəqiq bilmədiyi vaxtda o, Aydınla görüşüb sonuncunun tələbi ilə Səbail rayonu ərazisində “iyirmi altılar” bağı adlanan ərazidə ikisinin iştirakı ilə 12.000 manat pulu Aydına vermiş, Aydın da ona bildirmişdir ki, həmin pulun müqabilində bildirdiyi işi görüb yəni, həmin pula ət məhsullarını alaraq “Şaurma” restoranına verib 2 gün sonra bu pulun üstündə ümumilikdə əldə edilmiş 1.600 manat xeyirin ona çatası yarısı, yəni 800 manatla birlikdə verdiyi 12.000 manat pulu da geri qaytaracaq, bundan sonra əgər o yenə istəsə yenidən həmin pulu və ya daha artıq məbləği yenidən bu işə qoyub daha çox gəlir əldə edə bilər. Onlar belə razılaşmışlar ki, səhəri günü tezdən görüşüb birlikdə Xırdalanda yerləşən ət məhsullarını götürəcəkləri anbara getsinlər. O, səhəri günü saat 07 radələrində Aydınla telefon əlaqə saxladığı zaman əslində çox tez olmasına baxmayaraq ona artıq malın maşına yükləndiyini və “Şaurma” restoranına çatmaq üzrə olduğunu bildirmişdir. Belə olan halda o da Aydınla görüşə bilməmişdir. Həm də Aydın onu arxayın salmışdır ki, qətiyyən narahat olmasın, hər şeyə özü və atası nəzarət edir və bu işin heç bir riski yoxdur. O pulu verəndən iki gün sonra təxminən 2020-ci ilin sentyabr ayının sonlarında Aydınla əlaqə saxlayıb pulu istəyən zaman Aydın ona bildirmişdir ki, artıq “Vətən Müharibəsi” başlanıldığından ölkədə komendant saatı tətbiq edildiyi üçün pulun verilməsi obyektiv səbəblərdən gecikir, lakin tezliklə həllini tapacaqdır. Həmçinin Aydın ona demişdir ki, həmin ərəfədə “44 gülük Vətən Müharibəsində” iştirak edən əsgərlərimiz üçün “Şaurma” restoranlar şəbəkəsi ət məhsulları ilə bağlı əsgərlərimizə yardımlar edir, buna görə də həmin şəxslərə hazırda daha çox ət məhsulları lazımdır. Hətta bununla bağlı Aydın ona “Şaurma” restoranlar şəbəkəsinin rəsmi internet səhifəsində elanı göstərmişdir. Aydın ona demişdir ki, bu dövriyyəni, yəni bu işə qoyduğu pulu artıracaqları təqdirdə dolayı yolla həm əsgərlərə dəstək olacaq həm də daha çox gəlir əldə edəcəklər. Bu məsələ də hər bir azərbaycanlı üçün həssas olduğundan o da Aydınla razılaşmış, həmçinin müharibə dövrü olduğu üçün Aydından pulu təcili olaraq almasını tələb etməmişdir. Həmin ərəfədə, yəni 2020-ci ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində növbəti görüşləri zamanı o Aydına əvvəlki yerdə “iyirmi altılar bağı” adlanan yerdə eyni məqsədlə ikisinin iştirakı ilə yenə də 12.000 manat pul vermişdir. Bundan sonra Aydın ona bildirmişdir ki, onlar dövriyyəni yenə də artırmalıdırlar, yəni daha çox ət məhsullarını alıb təhvil vermək lazımdır ki, həm işləri genişləndirsinlər, həm də bu cür çətin bir vaxtda orduya dəstək olan “Şaurma” şirkətini onların pullarını vermək üçün tələsdirməsinlər. O da Aydınla razılaşıb növbəti dəfə 2020-ci ilin oktyabr ayının əvvəlində “Neftçilər” metrosunun yaxınlığında qohumu Səbuhinin yanında sonuncunun həmin vaxtlar idarə etdiyi yaş asfalt rəngli “Saipa” markalı avtomobilin içərisində Aydına 12.000 manat pulu vermiş, Səbuhi əvvəlcədən də bu məsələdən xəbərdar olmaqla yanaşı həmin vaxtı Aydının dediklərindən həmin pulu Aydına hansı məqsədlə verdiyinin şahidi olmuşdur. Onu da demişdir ki, qeyd etdiyi vaxta qədər 36.000 manat pulu cəmi bir neçə gün ərzində Aydın ondan almışdır. Həmin vaxtdan bir müddət keçdikdən sonra o Aydından işlərin nə yerdə olmasını, pullarını nə vaxt alacağını soruşanda müxtəlif bəhanələrlə işin yubandığını bildirib hər şeyə özünün və atasının nəzarət etdiyini tezliklə bütün aldığı pulları xeyiri ilə birlikdə geri qaytaracağını bildirmişdir. Lakin bu məsələ uzandıqdan sonra o Aydının balaca qardaşı Abdinlə əlaqə saxlayıb sonuncu ilə “Nərimanov” metrosunun yaxınlığında təxminən 2020-ci ilin oktyabr ayında Aydın, həmin şəxslərin yaxını olan ekstrasens kimi tanınan Fərid Zamanlı ilə birlikdə görüşmüşlər, həmin görüş zamanı Abdin özü ona bildirmişdir ki, bu işlərdən məlumatı var, Abdin də atasına bu məsələlərdə yaxından kömək göstərir, lakin Abdinin qardaşı Aydın həmin şəxsləri heç vaxt yarıtmamışdır. Abdin özü məsələni həll edib ona dəymiş ziyanı artıqlaması ilə ona qaytaracaqdır. O da həmin şəxsləri yəni, Tanverdiyev qardaşları uzun müddətdir ki, yəni uşaq yaşlarından tanıdığından və həmin şəxslərə etibar etdiyindən yenə də inanmışdır. Abdin ona bildirmişdir ki, həqiqətən də həmin şəxslərin gördükləri işlərdə texniki həmin şəxslərin özlərinə aid olmayan problemləri yaranmış, həmçinin ölkədə müharibə ilə əlaqədar vəziyyət gərgindir, onun pullarını geri qaytarmaq üçün o özündə Abdinin növbəti işlər görməsi üçün sonuncuya köməklik göstərsin. Həmin vaxtı da o arxayın olmaq üçün həmin şəxslərin atasının bu işlərin üstündə olmasını təsdiq etməsini istəmişdir. Abdin də atası ilə telefon əlaqəsi saxlamış, lakin ona öncədən bildirmişdir ki, atasının ürəyi xəstə olduğu üçün qətiyyən pis danışıb atasını narahat etməsin və ona söz vermişdir ki, bütün problemləri özü həll edəcək. O, birinci dəfə Arzu kişi ilə danışdığı üçün elə yadında qalmışdır ki, Arzu ilə ikinci dəfə də danışmışdır. Lakin əslində Abdin özü atası ilə danışıb onu da arxayın etmişdir ki, bütün məsələləri həll edib ona dəymiş maddi ziyanı ödəyəcəkdir. Bundan sonra o, Abdinlə yenə də bu məsələ ilə əlaqədar Aydınla birlikdə mütəmadi olaraq görüşürmüş, bu vaxtlarda Abdin ona bildirmişdir ki, ucuz qiymətə topdan ətirlər alıb satmaqla ona xeyir verə bilər, buna görə 3.000 manat lazım olmasını, həmin pulun müqabilində təxminən 3.000-3.500 manat xeyir olacağını, onun payına düşən qazancını özünün götürəcəyini, qalan yarısını isə həmin şəxslərin ona verəcəyi puldan çıxmağını bildirmişdir. O da Abdinlə razılaşıb, 2020-ci ilin oktyabr-noyabr aylarında tarixini dəqiq bilmədiyi vaxtda Babək prospektində yerləşən “X25”nın yaxınlığında Abdinə yaxını olan Kamrandan (***-***-**-**, Fərid Zamanlının bacısının əri) bir qədər kənarda 3.000 manat vermiş, Kamran özü də ondan bu pulu Abdinə verib vermədiyini soruşmuş, onda hansı məqsədlə nə qədər verdiyini demişdir. Onu da demişdir ki, hadisədən bir qədər əvvəl həmin günü Kamran və Abdinin iştirakı ilə o həmin vaxtlar sahibi olduğu “Mersedes E-clas” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilini 10.000 manat müqabilində İlqar adlı tanışına satmışdır. Həmin vaxt Abdin və Kamran da bunun şahidi olmuş, Abdin onda pul olmasını görüb Aydının etdiyi kimi müxtəlif adlarla ondan ələ keçirməyə başlamışdır. Bundan sonra Aydın ona elə həmin ərəfədə ucuz qiymətə bir qədər köhnə model işlənmiş “İphone” markalı telefon alıb satmaqla gəlir əldə etmək adı ilə 700 manat pul istəmiş, o da həmin məbləğdə pulu “Kapitalbank”a aid bank kartına Bayıl qəsəbəsi “20ci dairə” adlanan yerin yaxınlığındakı marketin birində olan “Milli Ön” terminalından Aydının kartına 700 manat pul köçürmüşdür. Daha sonra o həmin ərəfədə söhbət əsnasında Aydına kredit götürmək istədiyini bildirmişdir. Abdin də ona təklif etmişdir ki, “Şamaxinka” adlanan ərazidə olan “Kapitalbank”ın filialında Abdinin tanışı var, həmin tanışı vasitəsilə 10.000 manat kredit verilməsini təşkil edə bilər. Onda guya Abdinlə iş birliyi qurub həyata keçirmək və borclarını qaytarmaq üçün həmin məbləği kredit olaraq götürmək istədiyindən razılaşmışdır. Bundan sonra “Sahil” metrosu yaxınlığında 2020-ci ilin oktyabr-noyabr ayında tarixini dəqiq bilmədiyi vaxtda işlədiyi “Səs” qəzeti redaksiyasının ofisində öz otağında Abdinlə ikisinin iştirakı ilə onun adına “Kapitalbank”dan birlikdə iş görməkləri üçün kredit götürməyi tezləşdirmək məqsədilə 1.000 manat pulu Abdinə vermişdir. Həmin vaxt iş yoldaşı Şahid2 (***-***-**-**) onun otağına girib-çıxdığı üçün bu məsələdən xəbərdar olmuş, həmçinin 1.000 manat məbləğin 300 manat hissəsini Orxandan borc olaraq götürmüş, həmin məbləği sonradan Orxana geri qaytarmışdır. Onu da demişdir ki, Orxan həmin vaxtı ona təklikdə narahatlığını bildirib bəlkə bu pulu ona Abdinə verməməyini də təklif etmişdir. Bu ərəfələrdə, yəni Aydın və Abdin birlikdə guya aldıqları pulları tezliklə geri qaytarmaq məqsədilə müxətlif xırda işlər görüb ona xeyir vermək adı ilə hissə-hissə olmaqla 8.600 manat pulunu almışlar. Belə ki, o 2020-ci ilin dekabr ayında tarixini dəqiq bilmədiyi vaxtda həmin pulun 3.600 manat hissəsini İşlədiyi “Səs” qəzetinin redaksiyasında iş yoldaşı Qorxmaz (***-***-**-**) adlı işçilərinin şahidliyi ilə pulu Aydın guya “online” qaydada valyuta alqı-satqısı ilə məşğul olmaqla qazanc verəcəyi adı ilə almışdır. Bundan sonra həmin ərəfədə Aydın və Abdin guya bir neçə avtomobillə taksi fəaliyyəti ilə özləri şəxsən məşğul olub qazanc əldə edərək ona olan borcları qaytarmaq üçün ondan hissə-hissə olmaqla 5.000 manatı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 92 ünvanında yerləşən ofisdə almışdır. Həmin məsələlərdən iş yoldaşları Qorxmaz, Fərid (***-***-**-**) və Orxan şahid olmuşlar. Həmin ərəfədə yəni, 2020-ci ilin dekabr ayında atasının dostu olan Şahid6 adına X3 mühərrik həcmi 2TSİ olan “X27” markalı avtomobil gəldiyindən həmin avtomobili gömrükdə qeydiyyata salmaq istədiyini, bunun 9.500 manat xərcinin olmasını bildirmiş, həmin vaxtı Abdin ona demişdir ki, Abdinin gömrükdə geniş əlaqələri vardır, həmin məsələni onun üçün 7.700 manata həll edə bilər, bu yolla da ona xeyir vermək istəyir. O da Abdinə inanıb bu məsələni ucuz qiymətə həll etmək üçün Abdinlə razılaşmış və 2021 -ci ilin təxminən dekabr ayında Abdinə özünün təklif əsasında qeyd etdiyi avtomobili gömrük məsələsini həll edib qeydiyyata saldırmaq üçün 7.700 manat pulu “Meyvəli bazari’ın yaxınlığında gömrük idarəsinin qarşısında Abdinə vermiş, Abdin də ona qəti içəri girməməyini bildirib bu məsələni gizli formada özünü həll edəcəyini demiş, avtomobilin Bakıya gəlməsi barədə sənədləri ondan götürmüş, o da Abdini bayırda gözləmiş, Abdin içəri daxil olub, bir müddət sonra bayıra çıxaraq məsələni həll etdiyini, onu qısa zamanda çağırıb əməkdaşların müvafiq sənədləri verəcəylərini bildirmiş, bir qədər onunla söhbətləşdikdən sonra özünün işi olduğu üçün getməli olduğunu ona demiş və getmişdir. O da orada axşama kimi gözləsə də nəticə olmamış və Abdinlə də əlaqə saxlaya bilməmişdir. Bundan sonra həmin şəxslər ondan yayınıb gizlənmişlər. O ilkin olaraq Aydıngilə qısa müddət ərzində 36.000 manat pulunu verdikdən sonra həmin şəxslər onun etibarından sui-istifadə edib ard-arda onu aldadaraq guya batmış pulunu “diriltmək” üçün ondan növbəti məbləğləri almışlar. O da artıq külli miqdarda pulu həmin şəxslərə verdiyi üçün əvvəlcədən verdiyi pulları xilas etmək məqsədi ilə məcbur qalıb həmin şəxslərin vədlərinə aldanaraq növbəti pulları vermişdir. Beləliklə, Aydın, Abdin və ataları Arzu qeyd etdiyi vədləri ona verib aldadaraq onun ümumilikdə 57.000 manat pulunu 2020-ci ilin sentyabr ayından dekabr ayına qədər olan müddətdə alıb ələ keçirmişlər. Sonradan Aydın özü ona etiraf etmişdir ki, həmin pulun böyük hissəsi Aydının atasındadır, bir qismini Abdin öz şəxsi ehtiyacları üçün sərf etmiş, Aydına düşən pulu isə o “Topaz” mərc oyunlarında uduzmuşdur. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs onun üzünə qarşı dedikləri ilə qismən razı olmuş və bildirmişdir ki, o, Xətai rayonu ərazisində olan “Heydər Əliyev” adına liseydə 5-ci sinifdə eyni sinifdə təhsil aldığı vaxtdan yəni, 2005-ci ildən etibarən Zərərçəkmiş şəxs tanımış, İsmayılın ailə üzvlərini də həmin ərəfədə tanımış və onlar eyni sinifdə təhsil aldıqlarından ailələrinin münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. İsmayıl başqa ali təhsil müəssəsinə daxil olduqdan sonra münasibətləri qalsa da tez-tez görüşmür, telefonla əlaqə saxlayırmışlar. O, İsmayılla telefon danışıqları zamanı sonuncudan işləri haqqında soruşur, İsmayıl da kiçik sahibkarlıqla məşğul olduğunu bildirmiş, “Metro Park” ticarət mərkəzində fincan satışı təşkil etməsini ona demişdi. İsmayıl özü də atası Arzunun topdan ərzaq satışı ilə məşğul olan obyektlər işlətməsini bilirmiş, 2020-ci ilin təxminən avqust ayında o İsmayılla telefon əlaqəsi saxlayıb bildirmişdir ki, müxtəlif şirkətlərdən müxtəlif ərzaq məhsulları alıb həmin məhsulları topdan olaraq Bakı şəhəri ərazisində olan mağazalara satışını həyata keçirir, bu işlə bağlı İsmayıla təklif etmişdir ki, onun məşğul olduğu həmin işə pul qoyub İsmayıl da gəlir əldə edə bilər. Lakin atası Aydının bu məsələyə ümumiyyətlə aidiyyəti olmamışdır. O, İsmayıla demişdir ki, özünün məşğul olduğu gəlir əldə edə biləcəkləri iş ondan ibarətdir ki, Xırdalan şəhəri ərazisində yerləşən topdan ət satışı təşkil olunmuş obyektdən bir qədər ucuz qiymətə ət məhsulları alıb “Şaurma” və digər restoranlara satmaqla qısa müddətə yaxşı gəlir edir. Əgər İsmayıl həmin işə pul qoysa heç bir riski olmadan bu iş nəticəsində yaxşı gəlir əldə edə bilər, əldə edilmiş gəliri ikisi bölüşdürərlər. O, İsmayıla bu işlə özünün məşğul olduqlarını bildirib qətiyyən atası və qardaşının onun gördüyü işə aidiyyəti olmaması məzmununda heç bir söz deməmişdir. Onu da demişdir ki, həqiqətən də Xırdalan şəhəri ərazisində yerləşən keçmiş “Qafqaz” Universitetinin yaxınlığında ət məhsullarının satışı obyektindən həqiqətən də ətir məhsulları alıb bunları Bakı şəhəri ərazisində fəaliyyət göstərən hazırda adlarını dəqiq bilmədiyi dönərxalara satmışdır. Ət məhsullarını satdığı şəxslərin adlarını bilməsə də həmin obyektlərin yerlərini bilir. Lakin, hazırda o, mal satdığı şəxslərin bu obyektlərdə işləyib-işləməsini dəqiq bilmir. Onun ət məhsullarını aldığı obyektdə mallar ona rəsmi sənədlər və ya qaimələrlə satılmasa da onu çox güman ki, həmin obyektdə tanıyarlar. O, İsmayılla birgə gördükləri işə görə bu obyektdən ümumilikdə hər karopkası 14 kq olan toyuq məhsullarını orta hesabla hər dəfəsində 50 karopka olmaqla ümumilikdə 3 dəfəyə 150 karopka mal götürmüşdür. Bu malları hər karopkası təxminən 40-50 manat təşkil edirmiş. Aldığı həmin malları hər karopkasını müxtəlif dönərxanalara hər kiloqramında 25 qəpik karopkasında isə 3,5 manat qazancla 10 karopkaya qədər olan malları satmışdır. O həmin ərəfədə İsmayılla birlikdə topdan ət məhsulları götürdüyü obyektə birlikdə getmişlər, həmin vaxt mal almamış, malın qiymətini öyrənmişlər. 2020-ci ilin sentyabr ayında İsmayılla görüşüb Səbail rayonu ərazisində “iyirmi altılar” bağının yanında ikisinin iştirakı ilə 12.000 manat pulu almış və bildirmişdir ki, həmin pulun müqabilində bildirdiyi işi görüb yəni, həmin pula ət məhsullarını alaraq Bakı şəhərində olan müxtəlif dönərxanalara verib 2 gün sonra bu pulun üstündə ümumilikdə əldə edilmiş 1.600 manat xeyirin İsmayıla çatası yarısı, yəni 800 manatla 12.000 manat pulu da geri qaytaracaq, bundan sonra əgər yenə istəsə yenidən həmin pulu və ya daha artıq məbləği yenidən bu işə qoyub daha çox gəlir əldə edər. İsmayıl ona həmin vaxt bildirmişdir ki, birlikdə gördükləri işə qoyacaqları pulu əmisinin tanışı olan şəxsdən faizə götürdüyü üçün əldə edilmiş 1.600 manat pulu üç yerə bölməyi təklif etmiş, o da İsmayılla razılaşmışdır. O İsmayıldan ilk dəfə pulu alandan iki gün sonra həmin müddətdə 12.000 manat müqabilində qeyd etdiyi ət məhsullarının topdan satış obyektindən toyuq əti məhsullarını alıb bunları dediyi kimi Bakı şəhəri ərazisində fəaliyyət göstərən müxtəlif dönərxalara sataraq 12.000 manatla yanşı 1600 manat gəlir əldə etsin. Həmin gəlirdən 100 manat xərclərə çıxdıqdan sonra İsmayılın istəyinə uyğun olaraq 1.000 manat pulu “Sahil” metrosu yaxınlığında İsmayıla vermiş, 500 manat isə qazanc olaraq ona qalmışdır. O həmin vaxtı İsmayılın ona verdiyi 12.000 manat pulu da özüylə gətirsə də ona bildirmişdir ki, bu pulu yenidən həmin işə yatırmaq istəyir. Həmin ərəfədə yəni, sentyabr ayının sonu oktyabr ayının əvvəlində növbəti görüşləri zamanı İsmayıl ona “Neftçilər” metrosu yaxınlığında eyni məqsədlə ikisinin iştirakı ilə yenə də 8.000 manat pul vermişdir. Nəticədə İsmayılın ona verdiyi pul 20.000 manat təşkil etmişdir. İsmayıl ona ikinci dəfə pul verəndən üç-dörd gün sonra yenə də qeyd etdiyi kimi 20.000 manat civarında ət alıb dönərxalara sataraq təxminən 2.400 manat gəlir əldə edib “26-lar bağı” adlana ərazidə ikisinin iştirakı ilə 200 manat xərcləri çıxdıqdan sonra təxminən 1.500 manat İsmayıla verib 700 manat pulu gəlir kimi özünə götürmüşdür. Həmin vaxtı yenə də İsmayılın ona verdiyi pulun 16.000 manatı üstündə olmuş, qalan 4.000 manat isə dönərxalardan hələ almamışdır. O hər dəfə olduğu kimi İsmayıla pulun üstündə olmasını bildirmiş, İsmayıl da ona yenə də həmin pulu işə qoymalı olmasını bildirmişdir. Bundan sonra İsmayıla təklif kimi bildirmişdir ki, onlar dövriyyəni yenə də artırsalar, daha çox ət məhsullarını alıb təhvil verərək daha çox gəlir əldə edərlər. Növbəti dəfə 2020-ci ilin oktyabr ayının əvvəlində “Neftçilər” metrosunun yaxınlığında İsmayılla sonuncunun qohumu Səbuhinin yanında görüşüb İsmayıldan 5.000 manat pul almışdır. Beləliklə, İsmayılın ona verdiyi məbləğ 25.000 manat təşkil etmişdir. Bundan bir həftə sonra İsmayıl ondan gəliri istəyən zaman o bildirmişdir ki, malları nisyə olaraq verdiyi dönərxanalar ödənişləri gecikdirdiyi üçün işləri yubanır. Üç-dörd gün sonra səhv etmirsə “Xətai” metrosu yaxınlığında görüşləri zamanı o, İsmayıla ümumi gəlir olan 3.400 manatdan 2.200 manat hissəsini gəlir olaraq vermişdir. Həmin vaxt üstündə pul çox az olmuşdur. Artıq həmin vaxtı pulların bir hissəsini nisyədə olsa da 7.000-8.000 manat hissəsini “Topaz” mərc oyunlarına qoymuşdur. Həmin vaxtı İsmayıl onda olan pulunu ümumiyyətlə istəməmişdir. O həmin ərəfədə maya kimi olan puldan öz ehtiyacları üçün 3.000 manat hissəsini xərclədiyindən düşünmüşdür ki, mərc oyunlarında udub mayanı düzəldə bilər. Bir müddət keçdikdən sonra İsmayıl ondan pullarını soruşanda o, işin yubandığını bildirib hər şeyə özünün nəzarət etdiyini, tezliklə bütün aldığı pulları xeyiri ilə birlikdə geri qaytaracağını bildirmişdir. O həm də düşünürmüş ki, Aydının pulları hesabına “Topaz” mərc oyunlarında oynayıb uduş əldə edərək pulunu geri qaytarar. Bir-birlərini uşaqlıqdan tanıdıqlarından İsmayılın ona problem yaratmayacağını düşünmüşdür. O, bu barədə İsmayılın özünə də bildirmişdir. İsmayıl isə ona bildirmişdir ki, pulu başqasından götürüb buna görə də onda olan 25.000 manat pulunu geri istəmişdir. O isə həmin vaxtı özündə olan 14.000 manat hissəsini 9-cu mikrarayonda yerləşən "Bolmart” adlı marketin yaxınlığında olan adını xatırlamadığı aptekin qarşısında 10.000 manatı verib bildirmişdir ki, ümumi 25.000 manatdan cəmi 10.000 manat pul qalmışdır. 4.000 manat pulu isə yenə də “Topaz” mərc oyunlarına qoyub uduzmuşdur. İsmayıl ondan pullarını tələb edən zaman bu məsələ uzandıqdan sonra İsmayıl qardaşı Abdinlə əlaqə saxlayıb “Nərimanov” metrosunun yaxınlığında o, tanışları Fərid Zamanlı ilə birlikdə görüşmüşlər, həmin görüş zamanı qardaşı Abdin İsmayılı sakitləşdirmək üçün bildirmişdir ki, o, yarıtmaz iş görmüş, çalışmışlar ki, İsmayılın pulunu geri qaytarmaqda kömək etsin. Həmin vaxt Abdin özü söz vermişdir ki, bu məsələni özü həll edib İsmayıla dəymiş ziyanı artıqlaması ilə qaytaracaqdır. Həmin vaxt İsmayılı yenidən inandırmışlar. Bundan sonra onun birbaşa iştirak etmədiyi lakin xəbərinin olduğu kimi Abdin ucuz qiymətə topdan ətirlər alıb satmaqla 500-600 manat pulu İsmayıldan almışdır. Daha sonra Abdin özü İsmayılı tanışı üçün gətizdirilmiş “X27” markalı avtomobili gömrük qeydiyyatına salmaq üçün 7.700 manat pulu almışdır, bundan daha sonra onun xəbəri olmuşdur. Beləliklə, onun özünün iş görmək üçün İsmayıldan aldığı pul 25.000 manat təşkil etmiş, həmin puldan 10,000 manat hissəsini geri qaytarmış, nəticədə 15.000 manat geri qaytarılmamış pul qalmışdır. İsmayıldan aldığı pulların bir hissəsini öz borclarına sərf edib, bir hissəsini isə “Topaz” mərc oyunlarına qoyub uduzmuşdur (cild 1, iş vərəqi 150- 159). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, fincan alış-satışı ilə məşğul olmaqla ailəsini dolandırır, hazırda “Metro Park” ticarət mərkəzinin birinci mərtəbəsində kiçik mağazada fincaların satışını təşkil etmişdir. O, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonunda yerləşən “Heydər Əliyev” adına liseyin 5-ci sinifdən etibarən eyni sinifdə təhsil aldıqları ildən, yəni 2005-ci ildən etibarən tanımış, təxminən həmin vaxtlardan da Aydının kiçik qardaşı X8 və həmin şəxslərin atası Arzu Tarıverdiyevlə münasibəti yaranmışdır. O, kiçik sahibkarlıqla məşğul olmağa başladıqdan sonra Aydınla telefon danışıqları zamanı bir-biri ilə hal-əhval tutan zaman Aydın ondan işləri haqqında soruşmuş, o da kiçik sahibkarlıqla, yəni fincan alveri ilə məşğul olduğunu bildirmişdir. 2020-ci ilin təxminən avqust ayında Aydın onunla telefon əlaqəsi saxlayıb görüşən zaman onunla hal-əhval tutmuş, işlərinin necə olmasını soruşmuş, o da hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin vaxt Aydın ona əvvəlcədən də özünün deməsindən məlumatı olduğu kimi bir daha bildirmişdir ki, Aydının atası Arzunun “Elit” ticarət mərkəzi ilə üzbəüzdə və Binəqədi-Mehdiabad yolunun üstündə ümumilikdə iki ədəd ərzaq məhsullarının topdan satışı ilə məşğul olduğu obyektlərinin olmasını bu sahədə yaxşı gəlirlər əldə etdiklərini bildirmiş, həmçinin ona demişdir ki, guya onun xətrini çox istədiyi üçün ona da bu sahədə dəstək olub külli miqdarda gəlir qazandırmaq istəyir. Bundan sonra Aydın ona təklif etmişdir ki, özünün, qardaşının və atasının birgə məşğul olduğu ona gəlir qazandıra biləcəyi işin mahiyyəti ondan ibarətdir ki, Xırdalan şəhəri ərazisində yerləşən topdan ət satışı təşkil olunmuş soyuducu-anbar vardır ki, həmin yerdən birinci əldən bir qədər ucuz qiymətə ət alıb “Şaurma” restoranlar şəbəkəsinin anbarına satmaqla qısa müddətə yaxşı gəlir əldə etmək olur. Aydın özü ona demişdir ki, həmin obyektdən qeyri-rəsmi formada mal alan zaman satıcı vergi ödəmədiyi üçün avtomatik olaraq malında qiymətini ucuz verir, “Şaurma” restoranlar şəbəkəsi isə yalnız köçürmə yolu ilə ət məhsullarını aldıqlarından həmin obyekt həmin şəxslərə vergi də nəzərə alınmaqla bir qədər baha qiymətə mal sata bilir. Beləliklə, guya Aydın iddia etmişdir ki, tanışları vasitəsilə ucuz qiymətə ət məhsullarını götürüb satmaqla gəlir əldə edə bilir. Əgər o, həmin işə pul qoysa artıq sistem formasında mövcud olan, heç bir riski olmayan bu iş nəticəsində yaxşı gəlir əldə edə bilər, əldə edilmiş gəliri də Aydınla böləcəyini ona bildirmişdir. Bütün bunlardan sonra o Aydına bildirmişdir ki, əgər Aydının atası Arzunun bu məsələdən xəbəri varsa və Aydın həmin işi təşkil edirsə bunu təsdiq etsin. Bu zaman Aydın özü telefon vasitəsilə atasına zəng vurub onunla birlikdə olmasını bildirib ona qeyd etdiyi təklif etdiyini atasına demiş, daha sonra o Aydının atası ilə Aydnın telefonu vasitəsilə danışıb həmin şəxsin həqiqətən də Aydının atası Arzu olmasını bilmiş, Arzu özü ona demişdir ki, qətiyyən narahat olmasın, həmin işi Arzu özü qurub, buna görə də onun verəcəyi pul birmənalı ona xeyir gətirəcəkdir. Bütün bunlardan sonra həmin şəxsləri uzun müddət tanıdığı, həmin şəxslərə etibar etdiyi üçün inanmış və həmin şəxslərin onu aldatmasına dair heç bir şübhəsi qalmamışdır. O özü də baş verənləri atasına bildirdikdən sonra Aydıngilin təklifi ilə razılaşmışdır. O, Aydına bildirmişdir ki, Aydının mal götürəcəyi yerə onunla birlikdə getsin o həmin malların haradan götürülüb hara verilməsini dəqiq bilsin, Aydın ilk əvvəl onun bu fikrinə cavab olaraq qəti narahat olmamağını, hər şeyin qaydasında olmasını bildirmişdir. Lakin onun təkidindən sonra Aydın onunla razılaşmışdır. 2020-ci ilin sentyabr ayında tarixini dəqiq bilmədiyi vaxtda o, Aydınla görüşüb sonuncunun tələbi ilə Səbail rayonu ərazisində “iyirmi altılar” bağı adlanan ərazidə ikisinin iştirakı ilə 12.000 manat pulu Aydına vermiş, Aydın da ona bildirmişdir ki, həmin pulun müqabilində bildirdiyi işi görüb yəni, həmin pula ət məhsullarını alaraq “Şaurma” restoranına verib 2 gün sonra bu pulun üstündə ümumilikdə əldə edilmiş 1.600 manat xeyirin ona çatası yarısı, yəni 800 manatla birlikdə verdiyi 12.000 manat pulu da geri qaytaracaq, bundan sonra əgər o yenə istəsə yenidən həmin pulu və ya daha artıq məbləği yenidən bu işə qoyub daha çox gəlir əldə edə bilər. Onlar belə razılaşmışlar ki, səhəri günü tezdən görüşüb birlikdə Xırdalanda yerləşən ət məhsullarını götürəcəkləri anbara getsinlər. O, səhəri günü saat 07 radələrində Aydınla telefon əlaqə saxladığı zaman əslində çox tez olmasına baxmayaraq ona artıq malın maşına yükləndiyini və “Şaurma” restoranına çatmaq üzrə olduğunu bildirmişdir. Belə olan halda o da Aydınla görüşə bilməmişdir. Həm də Aydın onu arxayın salmışdır ki, qətiyyən narahat olmasın, hər şeyə özü və atası nəzarət edir və bu işin heç bir riski yoxdur. O pulu verəndən iki gün sonra təxminən 2020-ci ilin sentyabr ayının sonlarında Aydınla əlaqə saxlayıb pulu istəyən zaman Aydın ona bildirmişdir ki, artıq “Vətən Müharibəsi” başlanıldığından ölkədə komendant saatı tətbiq edildiyi üçün pulun verilməsi obyektiv səbəblərdən gecikir, lakin tezliklə həllini tapacaqdır. Həmçinin Aydın ona demişdir ki, həmin ərəfədə “44 gülük Vətən Müharibəsində” iştirak edən əsgərlərimiz üçün “Şaurma” restoranlar şəbəkəsi ət məhsulları ilə bağlı əsgərlərimizə yardımlar edir, buna görə də həmin şəxslərə hazırda daha çox ət məhsulları lazımdır. Hətta bununla bağlı Aydın ona “Şaurma” restoranlar şəbəkəsinin rəsmi internet səhifəsində elanı göstərmişdir. Aydın ona demişdir ki, bu dövriyyəni, yəni bu işə qoyduğu pulu artıracaqları təqdirdə dolayı yolla həm əsgərlərə dəstək olacaq həm də daha çox gəlir əldə edəcəklər. Bu məsələ də hər bir azərbaycanlı üçün həssas olduğundan o da Aydınla razılaşmış, həmçinin müharibə dövrü olduğu üçün Aydından pulu təcili olaraq almasını tələb etməmişdir. Həmin ərəfədə, yəni 2020-ci ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində növbəti görüşləri zamanı o Aydına əvvəlki yerdə “iyirmi altılar bağı” adlanan yerdə eyni məqsədlə ikisinin iştirakı ilə yenə də 12.000 manat pul vermişdir. Bundan sonra Aydın ona bildirmişdir ki, onlar dövriyyəni yenə də artırmalıdırlar, yəni daha çox ət məhsullarını alıb təhvil vermək lazımdır ki, həm işləri genişləndirsinlər, həm də bu cür çətin bir vaxtda orduya dəstək olan “Şaurma” şirkətini onların pullarını vermək üçün tələsdirməsinlər. O da Aydınla razılaşıb növbəti dəfə 2020-ci ilin oktyabr ayının əvvəlində “Neftçilər” metrosunun yaxınlığında qohumu Səbuhinin yanında sonuncunun həmin vaxtlar idarə etdiyi yaş asfalt rəngli “Saipa” markalı avtomobilin içərisində Aydına 12.000 manat pulu vermiş, Səbuhi əvvəlcədən də bu məsələdən xəbərdar olmaqla yanaşı həmin vaxtı Aydının dediklərindən həmin pulu Aydına hansı məqsədlə verdiyinin şahidi olmuşdur. Onu da demişdir ki, qeyd etdiyi vaxta qədər 36.000 manat pulu cəmi bir neçə gün ərzində Aydın ondan almışdır. Həmin vaxtdan bir müddət keçdikdən sonra o Aydından işlərin nə yerdə olmasını, pullarını nə vaxt alacağını soruşanda müxtəlif bəhanələrlə işin yubandığını bildirib hər şeyə özünün və atasının nəzarət etdiyini tezliklə bütün aldığı pulları xeyiri ilə birlikdə geri qaytaracağını bildirmişdir. Lakin bu məsələ uzandıqdan sonra o Aydının balaca qardaşı Abdinlə əlaqə saxlayıb sonuncu ilə “Nərimanov” metrosunun yaxınlığında təxminən 2020-ci ilin oktyabr ayında Aydın, həmin şəxslərin yaxını olan ekstrasens kimi tanınan Fərid Zamanlı ilə birlikdə görüşmüşlər, həmin görüş zamanı Abdin özü ona bildirmişdir ki, bu işlərdən məlumatı var, Abdin də atasına bu məsələlərdə yaxından kömək göstərir, lakin Abdinin qardaşı Aydın həmin şəxsləri heç vaxt yarıtmamışdır. Abdin özü məsələni həll edib ona dəymiş ziyanı artıqlaması ilə ona qaytaracaqdır. O da həmin şəxsləri yəni, Tanverdiyev qardaşları uzun müddətdir ki, yəni uşaq yaşlarından tanıdığından və həmin şəxslərə etibar etdiyindən yenə də inanmışdır. Abdin ona bildirmişdir ki, həqiqətən də həmin şəxslərin gördükləri işlərdə texniki həmin şəxslərin özlərinə aid olmayan problemləri yaranmış, həmçinin ölkədə müharibə ilə əlaqədar vəziyyət gərgindir, onun pullarını geri qaytarmaq üçün o özündə Abdinin növbəti işlər görməsi üçün sonuncuya köməklik göstərsin. Həmin vaxtı da o arxayın olmaq üçün həmin şəxslərin atasının bu işlərin üstündə olmasını təsdiq etməsini istəmişdir. Abdin də atası ilə telefon əlaqəsi saxlamış, lakin ona öncədən bildirmişdir ki, atasının ürəyi xəstə olduğu üçün qətiyyən pis danışıb atasını narahat etməsin və ona söz vermişdir ki, bütün problemləri özü həll edəcək. O, birinci dəfə Arzu kişi ilə danışdığı üçün elə yadında qalmışdır ki, Arzu ilə ikinci dəfə də danışmışdır. Lakin əslində Abdin özü atası ilə danışıb onu da arxayın etmişdir ki, bütün məsələləri həll edib ona dəymiş maddi ziyanı ödəyəcəkdir. Bundan sonra o, Abdinlə yenə də bu məsələ ilə əlaqədar Aydınla birlikdə mütəmadi olaraq görüşürmüş, bu vaxtlarda Abdin ona bildirmişdir ki, ucuz qiymətə topdan ətirlər alıb satmaqla ona xeyir verə bilər, buna görə 3.000 manat lazım olmasını, həmin pulun müqabilində təxminən 3.000-3.500 manat xeyir olacağını, onun payına düşən qazancını özünün götürəcəyini, qalan yarısını isə həmin şəxslərin ona verəcəyi puldan çıxmağını bildirmişdir. O da Abdinlə razılaşıb, 2020-ci ilin oktyabr-noyabr aylarında tarixini dəqiq bilmədiyi vaxtda Babək prospektində yerləşən “X25”nın yaxınlığında Abdinə yaxını olan Kamrandan (***-***-**-**, Fərid Zamanlının bacısının əri) bir qədər kənarda 3.000 manat vermiş, Kamran özü də ondan bu pulu Abdinə verib vermədiyini soruşmuş, onda hansı məqsədlə nə qədər verdiyini demişdir. Onu da demişdir ki, hadisədən bir qədər əvvəl həmin günü Kamran və Abdinin iştirakı ilə o həmin vaxtlar sahibi olduğu “Mersedes E-clas” markalı **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobilini 10.000 manat müqabilində İlqar adlı tanışına satmışdır. Həmin vaxt Abdin və Kamran da bunun şahidi olmuş, Abdin onda pul olmasını görüb Aydının etdiyi kimi müxtəlif adlarla ondan ələ keçirməyə başlamışdır. Bundan sonra Aydın ona elə həmin ərəfədə ucuz qiymətə bir qədər köhnə model işlənmiş “İphone” markalı telefon alıb satmaqla gəlir əldə etmək adı ilə 700 manat pul istəmiş, o da həmin məbləğdə pulu “Kapitalbank”a aid bank kartına Bayıl qəsəbəsi “20ci dairə” adlanan yerin yaxınlığındakı marketin birində olan “Milli Ön” terminalından Aydının kartına 700 manat pul köçürmüşdür. Daha sonra o həmin ərəfədə söhbət əsnasında Aydına kredit götürmək istədiyini bildirmişdir. Abdin də ona təklif etmişdir ki, “Şamaxinka” adlanan ərazidə olan “Kapitalbank”ın filialında Abdinin tanışı var, həmin tanışı vasitəsilə 10.000 manat kredit verilməsini təşkil edə bilər. Onda guya Abdinlə iş birliyi qurub həyata keçirmək və borclarını qaytarmaq üçün həmin məbləği kredit olaraq götürmək istədiyindən razılaşmışdır. Bundan sonra “Sahil” metrosu yaxınlığında 2020-ci ilin oktyabr-noyabr ayında tarixini dəqiq bilmədiyi vaxtda işlədiyi “Səs” qəzeti redaksiyasının ofisində öz otağında Abdinlə ikisinin iştirakı ilə onun adına “Kapitalbank”dan birlikdə iş görməkləri üçün kredit götürməyi tezləşdirmək məqsədilə 1.000 manat pulu Abdinə vermişdir. Həmin vaxt iş yoldaşı Şahid2 (***-***-**-**) onun otağına girib-çıxdığı üçün bu məsələdən xəbərdar olmuş, həmçinin 1.000 manat məbləğin 300 manat hissəsini Orxandan borc olaraq götürmüş, həmin məbləği sonradan Orxana geri qaytarmışdır. Onu da demişdir ki, Orxan həmin vaxtı ona təklikdə narahatlığını bildirib bəlkə bu pulu ona Abdinə verməməyini də təklif etmişdir. Bu ərəfələrdə, yəni Aydın və Abdin birlikdə guya aldıqları pulları tezliklə geri qaytarmaq məqsədilə müxətlif xırda işlər görüb ona xeyir vermək adı ilə hissə-hissə olmaqla 8.600 manat pulunu almışlar. Belə ki, o 2020-ci ilin dekabr ayında tarixini dəqiq bilmədiyi vaxtda həmin pulun 3.600 manat hissəsini İşlədiyi “Səs” qəzetinin redaksiyasında iş yoldaşı Qorxmaz (***-***-**-**) adlı işçilərinin şahidliyi ilə pulu Aydın guya “online” qaydada valyuta alqı-satqısı ilə məşğul olmaqla qazanc verəcəyi adı ilə almışdır. Bundan sonra həmin ərəfədə Aydın və Abdin guya bir neçə avtomobillə taksi fəaliyyəti ilə özləri şəxsən məşğul olub qazanc əldə edərək ona olan borcları qaytarmaq üçün ondan hissə-hissə olmaqla 5.000 manatı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 92 ünvanında yerləşən ofisdə almışdır. Həmin məsələlərdən iş yoldaşları Qorxmaz, Fərid (***-***-**-**) və Orxan şahid olmuşlar. Həmin ərəfədə yəni, 2020-ci ilin dekabr ayında atasının dostu olan Şahid6 adına X3 mühərrik həcmi 2TSİ olan “X27” markalı avtomobil gəldiyindən həmin avtomobili gömrükdə qeydiyyata salmaq istədiyini, bunun 9.500 manat xərcinin olmasını bildirmiş, həmin vaxtı Abdin ona demişdir ki, Abdinin gömrükdə geniş əlaqələri vardır, həmin məsələni onun üçün 7.700 manata həll edə bilər, bu yolla da ona xeyir vermək istəyir. O da Abdinə inanıb bu məsələni ucuz qiymətə həll etmək üçün Abdinlə razılaşmış və 2021 -ci ilin təxminən dekabr ayında Abdinə özünün təklif əsasında qeyd etdiyi avtomobili gömrük məsələsini həll edib qeydiyyata saldırmaq üçün 7.700 manat pulu “Meyvəli bazari’ın yaxınlığında gömrük idarəsinin qarşısında Abdinə vermiş, Abdin də ona qəti içəri girməməyini bildirib bu məsələni gizli formada özünü həll edəcəyini demiş, avtomobilin Bakıya gəlməsi barədə sənədləri ondan götürmüş, o da Abdini bayırda gözləmiş, Abdin içəri daxil olub, bir müddət sonra bayıra çıxaraq məsələni həll etdiyini, onu qısa zamanda çağırıb əməkdaşların müvafiq sənədləri verəcəylərini bildirmiş, bir qədər onunla söhbətləşdikdən sonra özünün işi olduğu üçün getməli olduğunu ona demiş və getmişdir. O da orada axşama kimi gözləsə də nəticə olmamış və Abdinlə də əlaqə saxlaya bilməmişdir. Bundan sonra həmin şəxslər ondan yayınıb gizlənmişlər. O ilkin olaraq Aydıngilə qısa müddət ərzində 36.000 manat pulunu verdikdən sonra həmin şəxslər onun etibarından sui-istifadə edib ard-arda onu aldadaraq guya batmış pulunu “diriltmək” üçün ondan növbəti məbləğləri almışlar. O da artıq külli miqdarda pulu həmin şəxslərə verdiyi üçün əvvəlcədən verdiyi pulları xilas etmək məqsədi ilə məcbur qalıb həmin şəxslərin vədlərinə aldanaraq növbəti pulları vermişdir. Beləliklə, Aydın, Abdin və ataları Arzu qeyd etdiyi vədləri ona verib aldadaraq onun ümumilikdə 57.000 manat pulunu 2020-ci ilin sentyabr ayından dekabr ayına qədər olan müddətdə alıb ələ keçirmişlər. Sonradan Aydın özü ona etiraf etmişdir ki, həmin pulun böyük hissəsi Aydının atasındadır, bir qismini Abdin öz şəxsi ehtiyacları üçün sərf etmiş, Aydına düşən pulu isə o “Topaz” mərc oyunlarında uduzmuşdur. Üzləşmə zamanı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs onun üzünə qarşı dedikləri ilə qismən razı olmuş və bildirmişdir ki, Zərərçəkmiş şəxs 2 ildir ki, qardaşı Aydının sinif yoldaşı kimi tanımışdır. Aydınla münasibətləri normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Aydının İsmayıldan hər hansı bir məbləğdə pul almasını əvvəlcədən bilməmişdir. Təxminən 2021-ci ilin payız aylarında İsmayıl onunla əlaqə saxlamış, İsmayıl, onun qaynı Mahal, Aydınla birlikdə onunla 9-cu mikrorayon ərazisində görüşmüşlər, bu zaman İsmayıl ona bildirmişdir ki, əmisinin mühasibatlığından 17.000 manat, həmçinin atasının avtomobilini girov qoymaqla 8.000-10.000 manat faizə pul götürmüş, qalan pulu digər tanışlarından borca alaraq ümumilikdə təxminən 31.000 manat civarında pul düzəldərək Aydınla birlikdə qazanc əldə etmələri üçün ət alveri ilə məşğul olmuşlar, nəticədə Aydın İsmayıla heç bir pul qaytarmamış, heç bir qazanc da verməmişdir. Belə olan halda həmin şəxslərə kömək etməyini istəmiş, onun bu pul məsələsindən xəbəri olmamasını bildirib həmin pulla bağlı heç bir köməklik edə bilməyəcəyini demişdir. Bundan iki gün sonra İsmayılın atası onun atasıyla əlaqə saxlayıb həmin pulun qaytarılmasını istəsə də atası da onun kimi bundan xəbəri olmamasını demişdir. Bu hadisədən bir ay sonra İsmayıl onunla yaxınlıq eləməyə başlayıb tez-tez onunla vaxt keçirirmiş. Bu ərəfədə İsmayıl ona birgə parfum alıb sataraq qazanc əldə etməklə bağlı iş görüməyi təklif etmiş, o da bu işdən başının çıxmadığını, lakin satışda kömək edə biləcəyini bildirmişdir. Həmin işlə bağlı İsmayıl ona 2020-ci ilin sonlarında “Xalqlar Dostluğu” metrosunun yaxınlığında 1.000 manat pulu ətir işi şərikli formada görmək üçün vermiş, o da həmin pulu götürüb səhəri günü “Sədərək” bazarından 10 ədəd qadın və kişi ətiri alıb İsmayılla görüşərək sonuncuya təqdim etmişdir. İsmayıl həmin ətirləri bir neçə gün avtomobildə saxlayıb sata bilmədiyindən satmağı üçün ona vermişdir. O da həmin ətirləri götürüb yaşadıqları evə qoymuş, həmin ətirlərdən iki ədədini 200 manata satıb həmin pulun 180 manatını özünə düşən qazancla birlikdə İsmayıla göndərmişdir. İsmayıl ətirləri göndərməyini istəsə də o özünün satacağını demiş, lakin buna baxmayaraq İsmayıl həmin ətirləri Aydın vasitəsilə ondan xəbərsiz otağından götüzdürmüşdür. Buna görə də o, Aydın və İsmayılla görüşüb sonuncuya ətir işinin qurtarmağını bildirmiş, İsmayıl da bunu təsdiqləmişdir. Sonradan ona məlum olmuşdur ki, İsmayıl həmin ətirləri müxtəlif yüngül həyat tərzi keçirən qadınlara paylamışdır. Bundan iki ay sonra İsmayıl ondan “meyvəli bazar” adlanan yerdə yerləşən gömrük idarəsinə gəlməyini xahiş edib burada “X27” markalı avtomobili gömrük qeydiyyatından bir qədər ucuz qiymətə qeydiyyata aldırıb atasının verdiyi puldan qazanc əldə etsin. O da həmin vaxt oradan ortaq tanışları vasitəsilə Murad adlı şəxsi tapıb həmin şəxsə müraciət edib həmin avtomobili 7.000 manata qeydiyyata sala biləcəyi ilə bağlı razılaşdırmışdır. Həmin vaxt atasından aldığı 4.400 ABŞ dollarından 300 ABŞ dollarını özünə götürüb 4.100 ABŞ dolları və 30 manat olmaqla ümumilikdə 7.000 manat pulu mənə vermişdir ki, bu məsləni həll etsin. İsmayıl ona həmin məsələnin həllindən sonra usta xərclərində atasından artıq pul alıb ona da burada hörmət edəcəyini bildirib şirnikləşdirmişdir. O həmin 7.000 manat pulu Murada versə də həmin məsələ bu məbləğə alınmamış və Murad bu pulu ona geri qaytarmışdır. Lakin İsmayıl ona bildirmişdir ki, atasına söz verdiyi üçün bu məsələni mütləq həll etsin, o da həmin pulun üstündən 500 manat pulu öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Daha sonra İsmayıl ona atasının yanına gedib pulu qaytarmağa söz verməyini istəmiş, o da İsmayılın atasının yanına gedib onlara 7.000 manat borcunun olması barədə qəbz yazmış, bundan 4-5 gün sonra həmin pulu tam məbləğdə İsmayılın özünə Babək prospektində idarə etdiyi “Prado” markalı sonu “277” rəqəmi ilə qurtaran dövlət qeydiyyat nişanlı avtomobilin içərisində həmin pulu İsmayıla geri qaytarsa da İsmayıldan heç bir qəbz almamışdır. Bundan başqa onların aralarında heç bir pul alış-verişi olmamışdır (cild 1, iş vərəqi 181-189). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Şahid1 şahid qismində dindirilən zaman verdiyi ifadəsini təsdiq edərək Zərərçəkmiş şəxs uzun müddət tanıdığını, Aydın və Abdin qardaşlarını İsmayıla görə tanıdğını, bir neçə dəfə İsmayıl ilə birlikdə Aydını Goradil qəsəbəsindən götürdüklərini, İsmayılın yanında bir neçə dəfə Aydın və Abdin qardaşlarını gördüyünü, İsmayılın dediyinə görə Abdin və Aydın qardaşlarının toyuq məhsullarının ticarəti ilə məşğul olub bununla bağlı qazanc vermək vədi ilə pulunu aldığını, lakin heç bir qazanc əldə etmədiklərini, daha sonra borcu qaytarmaq məqsədi ilə taksi fəaliyyəti ilə məşğul olduqlarını, ətir və telefon ticarəti, avtomobillərin ucuz qiymətə gömrük qeydiyyatından keçirmək vədi ilə ümumilikdə 57.000 manat pulu ələ keçirdiklərini və geri ödəmədiklərini, Aydın və Abdin qardaşlarının atası Arzunu isə ümumiyyətlə tanımadığını, İsmayılın bir neçə dəfə Arzu ilə əlaqə saxlayaraq pulu geri ödəmələrini tələb etməsinin şahidi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 Şahid1 onun üzünə qarşı söylədiklərini qismən təsdiq etdiyini, qardaşı Aydınla İsmayıl arasında olan məsələni çox gec öyrəndiyini, buna görə də Aydın ilə onun arasında olan pul haqq-hesabını geri qaytara bilməyəcəyini, lakin bir müddət sonra İsmayılın ona ətir biznesinə başlamağı təklif etdiyini, onun da qəbul edərək, İsmayıldan pul aldığını, lakin İsmayılın ətirləri sata bilmədiyi üçün ətirləri ondan götürüb özünün satdığını və İsmayıla 180 manat qazanc verdiyini, bir müddət sonra İsmayılın ondan “X28” markalı avtomobili ucuz qiymətə gömrük qeydiyyatından keçirməsini təklif etdiyini, onun da Murad adlı tanışından xahiş edərək bu məsələni 7.000 manata həll edə biləcəyini razılaşdırdığını, bu səbəbdən İsmayılın ona 7.000 manat pul verdiyini, lakin sonra bu məsələnin həmin məbləğə həll oluna bilmədiyini üçün Muradın pulu ona geri qaytardığını, İsmayıl ondan atasının yanına gedərək pulu qaytarmağa söz verməsini xahiş etdiyini, onun isə İsmayılın atasının yanına gedərək pulu qaytaracağı ilə bağlı qəbz imzaladığını, daha sonra həmin pulu “Prado” markalı sonu “277” seriya nömrəsi ilə qurtaran avtomobilin içərisində geri qaytarsa da pulu geri qaytarması ilə bağlı İsmayıldan qəbz almadığını, bundan sonra İsmayıl ilə onun arasında heç bir pul alış-verişinin olmadığını bildirmişdir (cild 1, iş vərəqi 190-195). - xx.xx.2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs göstərmişdir ki, o, 2018-ci ildən kiçik fərdi sahibkarlıqla məşğul olmuş, fincan alış-satışı ilə məşğul olmaqla ailəsini dolandırmış, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai rayonunda yerləşən “Heydər Əliyev” adına liseyin 5-ci sinfindən etibarən eyni sinifdə təhsil aldıqları ildən, yəni 2005-ci ildən etibarən tanımış, təxminən həmin vaxtlardan da Aydının kiçik qardaşı X8 və həmin şəxslərin atası Arzu Tarıverdiyevlə münasibəti yaranmışdır. Həmin şəxslərlə onun və atasının hər zaman yaxşı münasibətləri olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Kiçik sahibkarlıqla məşğul olmağa başladıqdan sonra Aydınla telefon danışıqları zamanı bir-bir ilə hal-əhval tutan zaman Aydın ondan işləri haqqında soruşmuş, o da kiçik sahibkarlıqla, yəni fincan alveri ilə məşğul olduğunu bildirirmişdir. 2020-ci ilin təxminən avqust ayında Aydın onunla telefon əlaqəsi saxlayıb görüşən zaman onunla hal-əhval tutmuş, işlərinin necə olmasını soruşmuş, o da hər şeyin qaydasında olduğunu bildirmişdir. Həmin vaxt Aydın ona əvvəlcədən də özünün deməsindən məlumatı olduğu kimi bir daha bildirmişdir ki, Aydının atası Arzunun “Elit” ticarət mərkəzi ilə üzbəüzdə və Binəqədi-Mehdiabad yolunun üstündə ümumilikdə iki ədəd ərzaq məhsullarının topdan satışı ilə məşğul olduğu obyektlərinin olmasını bu sahədə yaxşı gəlirlər əldə etdiklərini bildirmiş, həmçinin ona demişdir ki, guya onun xətrini çox istədiyi üçün ona da bu sahədə dəstək olub külli miqdarda gəlir qazandırmaq istəyir. Bundan sonra Aydın ona birinci əldən bir qədər ucuz qiymətə ət alıb “Şaurma” restoranlar şəbəkəsinin anbarına satmaq təklif etmişdir. 2020-ci ilin sentyabr ayında tarixini dəqiq bilmədiyi vaxtda o, Aydınla görüşüb sonuncunun tələbi ilə Səbail rayonu ərazisində “iyirmi altılar” bağı adlanan ərazidə ikisinin iştirakı ilə 12.000 manat pulu Aydına vermiş, Aydın da ona bildirmişdir ki, həmin pulun müqabilində bildirdiyi işi görüb, yəni həmin pula ət məhsullarını alaraq “Şaurma” restoranına verib 2 gün sonra bu pulun üstündə ümumilikdə əldə edilmiş 1.600 manat xeyirin ona çatası yarısı, yəni 800 manatla birlikdə verdiyi 12.000 manat pulu da geri qaytaracaq, bundan sonra əgər o yenə istəsə yenidən həmin pulu və ya daha artıq məbləği yenidən bu işə qoyub daha çox gəlir əldə edə bilər. 2020-ci ilin sentyabr ayının sonu oktyabr ayının əvvəlində növbəti görüşləri zamanı o, Aydına əvvəlki yerdə “iyirmi altılar bağı” adlanan yerdə eyni məqsədlə ikisinin iştirakı ilə yenə də 12.000 manat pul vermişdir. Növbəti dəfə 2020-ci ilin oktyabr ayının əvvəlində “Neftçilər” metrosunun yaxınlığında qohumu Səbuhinin yanında sonuncunun həmin vaxtlar idarə etdiyi yaş asfalt rəngli “Saipa” markalı avtomobilin içərisində Aydına 12.000 manat pulu vermiş, Səbuhi əvvəlcədən də bu məsələdən xəbərdar olmaqla yanaşı həmin vaxtı Aydının dediklərindən həmin pulu Aydına hansı məqsədlə verdiyinin şahidi olmuşdur. Onu da demişdir ki, qeyd etdiyi vaxta qədər 36.000 manat pulu cəmi bir neçə gün ərzində Aydın ondan almışdır. Abdin özü bildirmişdir ki, bu işlərdən məlumatı var, Abdin də atasına bu məsələlərdə yaxından kömək göstərir, lakin Abdinin qardaşı Aydın həmin şəxsləri heç vaxt yarıtmamışdır. Abdin özü məsələni həll edib ona dəymiş ziyanı artıqlaması ilə ona qaytaracaqdır. O da həmin şəxsləri, yəni Tarverdiyev qardaşları uzun müddətdir ki, yəni, uşaq yaşlarından tanıdığından və həmin şəxslərə etibar etdiyindən yenə də inanmışdır. Abdin ona bildirmişdir ki, həqiqətən də həmin şəxslərin gördükləri işlərdə texniki, həmin şəxslərin özlərinə aid olmayan problemləri yaranmış, həmçinin ölkədə müharibə ilə əlaqədar vəziyyət gərgindir, onun pullarını geri qaytarmaq üçün o özündə Abdinin növbəti işlər görməsi üçün sonuncuya köməklik göstərsin. Həmin vaxtı da o, arxayın olmaq üçün həmin şəxslərin atasının bu işlərin üstündə olmasını təsdiq etməsini istəmişdir. Abdin də atası ilə telefon əlaqəsi saxlamış, lakin ona öncədən bildirmişdir ki, atasının ürəyi xəstə olduğu üçün qətiyyən pis danışıb atasını narahat etməsin və ona söz vermişdir ki, bütün problemləri özü həll edəcək. O, birinci dəfə Arzu kişi ilə danışdığı üçün elə yadında qalmışdır ki, Arzu ilə ikinci dəfə də danışmışdır. Lakin əslində Abdin özü atası ilə danışıb onu da arxayın etmişdir ki, bütün məsələləri həll edib ona dəymiş maddi ziyanı ödəyəcəkdir. Bundan sonra o, Abdinlə, yenə də bu məsələ ilə əlaqədar Aydınla birlikdə mütəmadi olaraq görüşmüş, bu vaxtlarda Abdin ona bildirmişdir ki, ucuz qiymətə topdan ətirlər alıb satmaqla ona xeyir verə bilər, buna görə 3.000 manat lazım olmasını, həmin pulun müqabilində təxminən 3.000-3500 manat xeyir olacağını, onun payına düşən qazancını özünün götürəcəyini, qalan yarısını isə həmin şəxslərin ona verəcəyi puldan çıxmağını bildirmişdir. O da Abdinlə razılaşıb, 2020-ci ilin oktyabr-noyabr aylarında tarixini dəqiq bilmədiyi vaxtda Babək prospektində yerləşən “X25”nın yaxınlığında Abdinə yaxını olan Kamrandan bir qədər kənarda 3.000 manat vermiş, Kamran özü də ondan bu pulu Abdinə verib vermədiyini soruşmuş, onda hansı məqsədlə nə qədər verdiyini demişdir. 2020-ci ilin dekabr ayında atasının dostu olan Şahid6 adına X3 mühərrik həcmi 2TSİ olan “X27” markalı avtomobil gəldiyindən həmin avtomobili gömrükdə qeydiyyata salmaq istədiyini, bunun 9.500 manat xərcinin olmasını bildirmiş, həmin vaxtı Abdin ona demişdir ki, Abdinin gömrükdə geniş əlaqələri vardır, həmin məsələni onun üçün 7.700 manata həll edə bilər, bu yolla da ona xeyir vermək istəyir. O da Abdinə inanıb bu məsələni ucuz qiymətə həll etmək üçün Abdinlə razılaşmış və 2021-ci ilin təxminən dekabr ayında Abdinə özünün təklifi əsasında qeyd etdiyi avtomobili gömrük məsələsini həll edib qeydiyyata saldırmaq üçün 7.700 manat pulu “Meyvəli bazarı”n yaxınlığında gömrük idarəsinin qarşısında Abdinə vermiş, Abdin də ona qəti içəri girməməyini bildirib bu məsələni gizli formada özünü həll edəcəyini demiş, avtomobilin Bakıya gəlməsi barədə sənədləri ondan götürmüş, o da Abdini bayırda gözləmiş, Abdin içəri daxil olub, bir müddət sonra bayıra çıxaraq məsələni həll etdiyini, onu qısa zamanda çağırıb əməkdaşların müvafiq sənədləri verəcəylərini bildirmiş, bir qədər onunla söhbətləşdikdən sonra özünün işi olduğu üçün getməli olduğunu ona demiş və getmişdir. O da orada axşama kimi gözləsə də nəticə olmamış və Abdinlə də əlaqə saxlaya bilməmişdir. Bundan sonra həmin şəxslər ondan yayınıb gizlənmişlər. O, ilkin olaraq Aydıngilə qısa müddət ərzində 36.000 manat pulunu verdikdən sonra həmin şəxslər onun etibarından sui-istifadə edib ard-arda onu aldadaraq guya batmış pulunu “diriltmək” üçün ondan növbəti məbləğləri almışlar. O da artıq külli miqdarda pulu həmin şəxslərə verdiyi üçün əvvəlcədən verdiyi pulları xilas etmək məqsədi ilə məcbur qalıb həmin şəxslərin vədlərinə aldanaraq növbəti pulları vermişdir. Beləliklə, Aydın, Abdin və ataları Arzu qeyd etdiyi vədləri ona verib aldadaraq onun ümumilikdə 57.000 manat pulunu 2020-ci ilin sentyabr ayından dekabr ayına qədər olan müddətdə alıb ələ keçirmişlər. Sonradan Aydın özü ona etiraf etmişdir ki, həmin pulun böyük hissəsi Aydının atasındadır, bir qismini Abdin öz şəxsi ehtiyacları üçün sərf etmiş, Aydına düşən pulu isə o, “Topaz” mərc oyunlarında uduzmuşdur. Şahid3 Zərərçəkmiş şəxs dediklərini təkzib edərək onun dediklərinin həqiqət olmadığını, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 adlı övladlarının olduğunu bildirmişdir. Hazırda kiçik oğlu Abdin, Aydın və həyat yoldaşı onunla birlikdə yaşayır. O, Zərərçəkmiş şəxs sözü gedən hadisəyə qədər ümumiyyətlə tanımamışdır. Onunla ilk tanışlığı 2021-ci ilin sentyabr-oktyabr aylarında İsmayılın atası kimi özünü təqdim edən əvvəldən tanımadığı, sonradan adının Şahid8 olduğunu bildiyi şəxs ona zəng vurduğu vaxtdan tanımış, həmin şəxs ona bildirmiş ki, oğlu İsmayıl evdən miqdarını bilmədiyi qədər pul oğlurlayıb və Rasimdən xəbərsiz avtomobilini oğurlayıb satmaqla ümumilikdə 30.000 manat civarında pulu onun böyük oğlu Aydınla birlikdə ona məlum olmayan hansısa işə qoyaraq bütün pulu batırmışdır. O, həmin vaxtı Rasimə öz oğlunun onun övladındanda betər olmasını bildirib hər ikisi barəsində hərbi komissarlığa müraciət etməsini, Aydın və İsmayılın “vətən müharibəsin”də iştirak etmələrini təşkil etməyini xahiş etmişdir. Aydın hər şeyi yalan danışdığı üçün o, Aydınla dəqiqləşdirmək məqsədilə bu barədə heç bir şey soruşmamışdır. Bu hadisədən təxminən 4-5 ay sonra İsmayılın əmisi kimi özünü təqdim edən Şahid7 adlı şəxs ona zəng vurub İsmayılın Aydına pul verməsini həmin pulu geri qaytarmalı olduğunu bildirdikdə o demişdir ki, onun həmin pulun verilməsindən ümumiyyətlə xəbəri olmamışdır, bu məsələ ilə heç bir əlaqəsi olmadığı üçün o heç bir məbləğdə pulu verməyəcəkdir. Bundan sonra həmin məsələ ilə bağlı onu narahat edən olmamışdır. Daha sonra da Aydınla bu barədə heç bir məsələni aydınlaşdırmamışdır. Sonradan kiçik oğlu Abdin ona bildirmişdir ki, Aydın Abdinə demişdir ki, İsmayıldan aldığı pula münasibətdə olduğu qadına avtomobil almışdır. Bu qadının şəxsiyyəti və yaxud anket məlumatları ona məlum deyildir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, Aydının və Abdinin İsmayıldan hər hansı bir məbləğdə hər hansı bir adla pul almasından ümumiyyətlə xəbəri olmamışdır. Onu da demişdir ki, o İsmayılı nəinki aldatmaq, etibarından sui-istifadə etmək, heç tanımamışdır da. Aydınla hər hansı bir işlə bağlı ümumiyyətlə söhbəti olmamışdır. Onun bu hadisədə heç bir iştirakı olmasa da övladlarına xatir İsmayılla aralarında razılaşdıqları 20.000 manat bütün maddi ziyanın əvəzinə ödəyir. Aydın da ona vəd vermişdir ki, bununla da heç bir şikayət və tələbi olmayacaqdır. Həmçinin Aydın və yaxud başqa şəxs vasitəsilə İsmayılla telefonla danışıb hansısa işlə bağlı söhbətlər etməmişdir (cild 1, iş vərəqi 199-207). - tədqiqat üçün nümunələrin götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 imza nümunələrinin tədqiqat üçün götürülməsi aparılmış, tədqiqat üçün nümunələrin götürülməsi zamanı video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə olunmamış, Təqsirləndirilən şəxs2 xüsusi formalı blankda imzalar icra etmiş, şahidin imza nümunələri götürülərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 121-129). - tədqiqat üçün nümunələrin götürülməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 imza nümunələrinin tədqiqat üçün götürülməsi aparılmış, tədqiqat üçün nümunələrin götürülməsi zamanı video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə olunmamış, Təqsirləndirilən şəxs1 xüsusi formalı blankda imzalar icra etmiş, şahidin imza nümunələri götürülərək protokola əlavə edilmişdir (cild 1, iş vərəqi 135-143). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs 2020ci ilin sentyabr ayından dekabr ayına qədər olan müddətdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə ona yalan vədlər verərək ümumilikdə 57.000 manat pulun dələduzluqla ələ keçirtdiklərini bildirmişdir. Zərərçəkmiş şəxs göstərmişdir ki, əvvəlcə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 92 ünvanında yerləşən ofisdə Aydın və Təqsirləndirilən şəxs1lərlə birlikdə taksi fəaliyyəti ilə məşğul olmaq adı ilə 2020-ci ilin dekabr ayında 5.000 manat pulunu ələ keçirmişlər. Bundan sonra ünvan 12 ünvanında yerləşən "xxxx" ASC-dən “Binəqədi” filialının inzibati binasının qarşısına gedib orada həmin filialı göstərərk tanışı olduğunu bildirmiş və 10.000 manat kredit verilməsini təşkil edə biləcəyini deyərək Abdin 1.000 manat pul almışdır. Bundan sonra Bakı şəhəri, Qaradağ rayonu, Xocəsən şosesində yerləşən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısında yeməkxanaya götürərək Təqsirləndirilən şəxs1 ondan avtomobilin gömrük qeydiyyatına qoymaq adı ilə 7.700 manat pulu 2021-ci il dekabr ayında almışdır. Bakı şəhəri, Səbail rayonu, Bibiheybət yolu küçəsində yerləşən 20-ci dairə addım yerin yaxınlığında marketi göstərib həmin yerin qarşısında olan terminalda Təqsirləndirilən şəxs1 700 manat verdiyini bildirmişdir. ünvan 14 ünvanında yerləşən “Səs” qəzetinin binasını göstərərək Abdin tərəfindən 1.000 manat, Aydın tərəfindən 3.600 manat pulun alınmasını bildirmişdir (cild 2, iş vərəqi 34-41). - ifadənin yerində yoxlanılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs2 verdiyi ifadəsində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən ət məhsulları satışı ilə məşğul olan obyektin olmasını, həmin obyektdən Zərərçəkmiş şəxs pulu hesabına ət və ət məhsulları almasını bildirmiş və onunla birlikdə Abşeron rayonu, Xırdalan şəhəri 120 ünvanında yerləşən Bakı Mühəndislik Universitetinin inzibati binasının qarşısında yerləşən hündürmərtəbəli binanın yaxınlığında topdan satış obyektini tapmadığını, daha sonra isə belə bir topdan satış obyektinin olmadığını bildirmişdir (cild 2, iş vərəqi 44-46). - xx.xx.2020-ci il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs aid 31.480 manat məbləğdə pulu sonuncunun xəbəri olmadan götürüb “Topaz” mərc oyunlarına qoymuş, götürdüyü məbləği hər həftənin 2-ci günü ***- **** manat ödəniş edib, 1-2 həftədən sonra qaytaracağına dair söz vermiş və öz imzası ilə təsdiq etmişdir (cild 1, iş vərəqi 222). - xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs 31.480 manat məbləğində pul almış və deyilən vaxta pulu qaytaracağını imzası ilə təsdiq etmiş, ərizəni öz istəyi ilə yazmışdır (cild 1, iş vərəqi 223). - xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 Meyvəlidə gömrük idarəsində Zərərçəkmiş şəxs 7.000 pul aldığını, xx.xx.2021-ci ildən etibarən 5 gün ərzində avtomobili gömrükdən çıxardacağını və avtomobili təkər və ximçistikasını edib cəmi 8-10 gün ərzində Zərərçəkmiş şəxs təvhil verəcəyini, Tarveridev Abdin Bakı tamojnuda Meyvəlidə gömrük idarəsində Zərərçəkmiş şəxs xx.xx.2020-ci ildə 7.400 manat pul aldığını, “Santa Fe” markalı avtomobili rastamoşka eləmək üçün xx.xx.2020-ci il tarixdə avtomobili tam təmirli vəziyyətdə Zərərçəkmiş şəxs təhvil verəcəyini öhdəsinə götürdüyünü yazmış, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs aldığı 31.480 manat pulu xx.xx.2021-ci ilə qədər qaytarmağa söz vermişdir (cild 1, iş vərəqi 224-225). - tarixsiz iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs müraciəti üzrə barəsində aparılan araşdırma ilə əlaqədar Zərərçəkmiş şəxs dəymiş ümumi maddi ziyan 57.000 puldan 30.000 manat hissəsini xx.xx.2022-ci tarixdə saat 18:00-dək, qalan 27.000 hissəsini xx.xx.2022-ci il tarixdə saat 10:00-dək ödəyəcəyinə, istintaq sirrini təşkil edən ona məlum olan məlumatları yaymayacağına, istintaqın çağırışlarına vaxtında təxirə salınmadan gələcəyinə söz vermiş, iltizamı yerinə yetirmədiyi halda cinayət məsuliyyəti daşımağa hazır olduğunu bildirmişdir (cild 1, iş vərəqi 226). - 03.03.2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs müraciəti üzrə barəsində araşdırılan faktla bağlı Şahid8 57.000 manat pulunu qaradaşı Təqsirləndirilən şəxs1 və atası Şahid3 ilə birlikdə ələ keçirmiş, atası Şahid3 və qardaşı Təqsirləndirilən şəxs1 pulun ələ keçirilməsində iştirakları olmuşdur. Yaxın qohumlarına qarşı izahat və ifadə verməkdə sərbəst olması hüquq ona izah edilmiş, sadəcə istintaqa həqiqətləri bildirmək istəymişdir (cild 1, iş vərəqi 227). - diskin könüllü təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 yaddaşında 53 saniyədən ibarət "VİD-20221208-WA0020", 01 dəqiqə 36 saniyədən ibarət "VİD-20220310-WA0067" və 01 dəqiqə 36 saniyədən ibarət "VİD- 20220310-WA0067 (1)" adlı ümumilikdə 03 ədəd video görüntü olan 01 ədəd diski istintaqa təqdim etmiş və bildirmişdir ki, qeyd edilən video görüntülərdə oğlu Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında olan telefon danışıqları əks olunur. Həmin diskdə cinayət təqibi üçün əhəmiyyət kəsb edən məlumatlar olduğundan təhvil alınaraq cinayət işi materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 248). - “Şaurma N°1” restoranlar şəbəkəsinin rəhbəri, fərdi sahibkar X15 xx.xx.2022-ci il tarixli, 34 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid3 ilə heç vaxt işgüzar münasibətləri olmamış, heç vaxt ət və ya ət məhsulları alışı etməmişlər (cild 1, iş vərəqi 214). - məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1791 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2020-ci tarixli iltizamdakı yazılar və iltizamın orta hissəsində "A.T" hərflərinin qarşısında olan imza, xx.xx.2020-ci il tarixli qəbzdəki yazılar və qəbzin orta hissəsində "Təqsirləndirilən şəxs1A" yazılarının yuxarsında olan imza (Şahidlər Zərərçəkmiş şəxs o, Şahid7 o yazılarından qarşılarındakı imzalardan başqa), xx.xx.2021-ci il tarixli qəbzdəki yazılar və imza - TARVERDİYEV AYDİN ARZU oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 1 ədəd A4 formatlı kağız parçası üzərində yazılmış "Mən Təqsirləndirilən şəxs1 Meyvəlidə..." sözləri ilə başlayıb, "öz imzamlada təsdiq edirəm: Taryerdiyev. Abdin. ***-***-**-**" sözləri ilə bitən yazılar və qəbzdəki imzalar (2 ədəd imza) - Təqsirləndirilən şəxs1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, xx.xx.2020-ci tarixli iltizamdakı yazılar və iltizamın orta hissəsində "A.T" hərflərinin qarşısında olan imza, xx.xx.2020-ci il tarixli qəbzdəki yazılar və qəbzin orta hissəsində "Təqsirləndirilən şəxs1A" yazılarının yuxarsında olan imza, xx.xx.2021-ci il tarixli qəbzdəki yazılar və imza, 1 ədəd A4 formatlı kağız parçası üzərində yazılmış "Mən Təqsirləndirilən şəxs1 Meyvəlidə..." sözləri ilə başlayıb, “öz imzamlada. təsdiq edirəm: Taryerdiyev. Abdin. ***-***-**-**" sözləri ilə bitən yazılar və qəbzdəki imzalar (2 ədəd imza) - əlyazmanın qeyri-adi psixofizioloji və hər hansı qeyri-adi vəziyyətdə və ya şəraitdə (həyəcanlı, stress vəziyyətində, sərxoş, qeyri-adi duruş və ya qeyri-adi yazı şəraiti və s.) icra olunmasını xarakterizə edən əlamətlər müəyyən olunmamışdır. Aparılmış tədqiqatın dəyəri 124 (yüz iyirmi dörd) manat təşkil edir (cild 1, iş vərəqi 217-221). - diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş, müəyyən edilmişdir ki, həmin diskin yaddaşında 53 saniyədən ibarət birinci-“VİD-20221208- WA0020”, 01 dəqiqə 36 saniyədən ibarət ikinci-“VİD-20220310-WA0067” və 01 dəqiqə 36 saniyədən ibarət üçüncü-“VİD-20220310-WA0067 (1)” adlı üç video görüntü vardır, həmin görüntülərdə iş üzrə Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs arasında olan telefon danışıqlarından ibarətdir. Həmin görüntülərdən ikinci- “VİD-20220310-WA0067” və üçüncü -“VİD- 20220310-WA0067 (1)” adlı video görüntülər tamamilə eynidir. - “VİD-20221208-WA0020” adlı ikinci video görüntüdə olan səs yazıları aşağıdakı kimidir: - Təqsirləndirilən şəxs2: “Mən bilirəm gedib əmigildə, nənəgildə, atagildə nə deyəcəm, mənə bir dənə onu elə bir and iç ki, ürəyimdə tam arxayın olum.” - Zərərçəkmiş şəxs: “Eşidirsən məni, mən onu sənə eləməsəm də sən onsuz da tutulacaqsan, sən bu gün tutulacaqdın.” - Təqsirləndirilən şəxs2: “Bilirəm də mən də ona görə izahatı dəyişdim, dədəmin sevinə, sən bir dənə onun sözün ver mənə, İsmayıl.” - Zərərçəkmiş şəxs: “Sənin bir dənə xəbərin var, Bakı şəhər Baş Prokurorluğunda, orda sənin işinə baxılır və rəy verilib ki, həbs olunsun.” - Təqsirləndirilən şəxs2: “Bildim də izahatımı elə dəyişdim ki, həbs olunsam tək getmiyim, dədəm, Abdin də.” - Zərərçəkmiş şəxs: “Yox e sən getməməlisən qaqaş, niyə tək həbs olunmalısan, məni yandıran odu e, sən.” “VİD-20220310-WA0067” adlı ikinci video görüntüdə olan səs yazıları aşağıdakı kimidir: - Zərərçəkmiş şəxs: (söyüş söyərək müraciət edir.) - Təqsirləndirilən şəxs2: “Biri var yenə əmi, dayı gedirəm qapısına bir tikə çörək yeyirəm, vapşey məni nəsildən ... (söyüş) eliyəcəklər. Mən o izahatı dəyişdim sənin mənə verdiyin o söz var e on min, bax onu elə də İsmayıl, ona söz ver mənə, heç olmasa bu dəfə ona söz ver.” - Zərərçəkmiş şəxs: “Sənə bu günə qədər söz verib eləmədiyim şey var.” - Təqsirləndirilən şəxs2: “Mənə elə bir and iç ki, eşidirsən məni. Mən tezdən, mən dünən günortadan sonra heç nə yeməmişəm, heç nə ha, serjant mənə gəldi dedi ki, ölmürsən, sənin arxanca bir yiyən yoxdu, aşağıdakı bariqa səndən hörtmətlidi, ona iki dəfə yemək gətiriblər.” - Zərərçəkmiş şəxs: “Sən düşdün aşağı?” - Təqsirləndirilən şəxs2: “Düşmədim, mənə bax, eşidirsən, mənə bir dənə and iç ki, dədən pulu verəndən sonra sənə on min verəcəm. Get həyatını yaşa özün.” - Zərərçəkmiş şəxs: “Onu bəlkə yeddi eliyək.” - Təqsirləndirilən şəxs2: “On demisən İsmayıl,” - Zərərçəkmiş şəxs: “Bilirsən də qaqa mən pulu ona görə vermirəm sənə ki, dədənin üzünə durasan, mən görürəm ki, sənin vəziyyətin pisdi.” - Təqsirləndirilən şəxs2: “Get həyatını yaşa, heç kim sənə dəstək durmur, get həyatını yaşa (özünə münasibətdə), mən də ona görə istəyirəm, mən də ya xaricə gedib yaşayaram, ya burada yaşayaram, bir maşın götürərəm kirayəyə, beş altı ayın verərəm dolanıb.” (cild 1, iş vərəqi 249-250). - "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ***-***-**-** saylı nömrə xx.xx.2018-ci il tarixində Nömrə Daşınma xidməti vasitəsilə “Bakcell” operatoruna keçmiş, xx.xx.2022-ci il tarixində isə həmin xidmət vasitəsilə "xxxx" MMC-yə geri dönmüşdür. ***-***-**-** saylı nömrənin qərarda göstərilən müddətdə “Azercell” şəbəkəsində deaktiv olduğu üçün istifadəsi aşkar edilməmişdir (cild 2, iş vərəqi 26). - diskə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubu ilə göndərilmiş diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Şahid3 istifadəsində olan **********93 saylı mobil nömrəsi vasitəsilə 02 yanvar 2020-ci il tarixdən 01 dekabr 2022-ci il tarixədək olan müddət ərzində, Təqsirləndirilən şəxs2 istifadəsində olan **********54 mobil nömrələrə zənglər edilmiş və onlar arasında aşağıdakı məzmunda sms yazışmaları mövcuddur: xx/xx/2021,17:08:02, **********54 (Təqsirləndirilən şəxs2), **********93 (Şahid3), ATA SENDEN AXİRİNCİ DEFE KOMEK İSTİYİREM 4000 VERE BİLERSEN YADA TAPA BİLERSEN MASİNİ GOTURUM İSLİYİM AYDA 300-400 QAYTARARAM AXİRİNCİ DEFE NESE İSTİYİREM DAY GUCUM QALMİYİB YASAMAGA xx/xx/2021,17:09:33, **********93 (Şahid3), **********54 (Təqsirləndirilən şəxs2). Yoxdur ne özümde nede yer qoymusuz kimese ağiz açmağa xx/xx/2021,17:10:14, **********54 (Təqsirləndirilən şəxs2), **********93 (Şahid3), ALLAH KOMEYİN OLSUN OZUNDEN MUGAYET OL xx/xx/2021,16:16:46, **********54 (Təqsirləndirilən şəxs2), **********93 (Şahid3), ATA HEMİWE KOMEK ELEDİYİVE PEWMAN OLMUSAN AMMA BU DEFE ELEMEDİYİVE GORE PEWMAN OLASSAN ONDA DA GEC OLACAQ xx/xx/2021,18:41:24, **********54 (Təqsirləndirilən şəxs2), **********93 (Şahid3), MENİM BU VEZİYYETDE OLMAGİMİNDA OZUME NESE ELEMEYİMİNDE SEBEBİ SENSEN xx/xx/2021,15:00:36, **********54 (Təqsirləndirilən şəxs2), **********93 (Şahid3), MENE KOMEK ELE xx/xx/2021,20:37:56, **********54 (Təqsirləndirilən şəxs2), **********93 (Şahid3), ATA KOMEK ELE UJE YASİYAMMİRAM KOMEK ELE SİQARETİMİ BELE ALAMMİRAM YERDEN PİCOK CEKİREM BEZMİSEM HER SEYDEN xx/xx/2021,14:26:14, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), MENİ 1 DEFE AYAGA VERMİSEN BİRDE VERME NOLAR MEN 2 Cİ DEFE CANİMİ GOYRAM YER ACRAM 1 DEFE AYDİN 2 CİDE REWAD TORBAMİ TİKMEKİSTYR KENDE GETDYMİZ ZİYARETLERE AND OLSUN 1 MANAT HARAM GATMAMİWAM GOY İWMİ İWDİYİM 1 Cİ GUNUMDU XEİR DUA VER İWMİ İWYM xx/xx/2021,14:30:50, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), SENİ DİRİ GEBRE GOYUM 1 MANAT HARAM GATMAMİWAM GOY İWMİ İWDİYM XEİR DUASİN VER SEN OL SEN AYAGA VERİRSEN OLARDA TORBAMİ TKR XEİR DUA VER İWMİ İWDYM xx/xx/2021,14:33:08, **********93 (Şahid3), **********54 (Təqsirləndirilən şəxs1), Bəsdi day pulumu getir ged işlə yoxdursa ged özünə iş tap men dedim xx/xx/2021,14:33:09, **********93 (Şahid3), **********54 (Təqsirləndirilən şəxs1), sen kişilik edersen birdə alçaq hərəkət etmərsən səndə niyətində ginda ginda fikirlər olduğu üçün səni Allah çörək avarasi qoyagaq xx/xx/2021,14:35:32, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), SENİ DİRİ GEBRE GOYUM HARAM GATMAMİWAM MEN BURANİ DRNAGMNAN YGMİWAM OZVNDE BİSEN MENİM TORBAMİ TKRLER XEİR DUA VER İWMİ İWDİYM UREYM PARTDYR XEİR DUA VER İWMİ İWDYM xx/xx/2021,14:36:49, **********93 (Şahid3), **********54 (Təqsirləndirilən şəxs1), Ölsəmdə bu dəfədə məni firlatdiğin üçün hallaliq yoxdur xx/xx/2021,14:37:00, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), ATAN OLMUWU CİNDALG ELEMEMİWEM MEN HAGLİ OLANDA DİREWREM BİSEN HAQİMİ GOYΜΑ YESNLER XEİR DUA VER İWMİ İWDYM xx/xx/2021, 14:38:58, **********93 (Şahid3), **********93 (Təqsirləndirilən şəxs1), Pulu gətirənmirsənsə işdə yoxdur kimlərə görə məni bu günlərə qoyursansa onlarida sənidə bu məhərrəmlik günündə Allaha tapşirdim gedin bəsdi malimda gedir ganimda xx/xx/2021,14:39:08, **********93 (Şahid3), **********54 (Təqsirləndirilən şəxs1), Heçnə yazma xx/xx/2021,14:39.30, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), AYDİN BABANİN GEBRİ SEN! ELİMNEN DİRİ GEBRE GOYUM FİRLATMAMİWAM HARAM GATMAMİWAM XEİR DUA VER İWMİ İWDİYM OZMU PİS HİS EDİREM YAD KİMİ BURDA TORBAMİ TİKİR SEN OL MENE BİR SOZ DİR SENE BİR XEİR DUA VER İWMİ BAWLİYİM R SEN OL MENE BİR SOZ DİR SENE BİR XEİR DUA VER İWMİ BAWLİYİM xx/xx/2021,14:40:46, **********93 (Şahid3), **********54 (Təqsirləndirilən şəxs1), Yox nə iş nədə xeyir duva xx/xx/2021,14:43:25, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), MENİM PULUM VAR HARDAN VERİM İWDİYİM VERHMDE BU BURDA DİR MEN İWJLEMİREM ORDANDA DİR SEN CİXSAN GOTRECEM MENİM HAGMİ HECKİM YEYENMEZ İWYB GAYTARACAM 1 MANAT ELEMEMİWEM HARAM GAN SALMA EVE XEİR DUA VER BAWDİYM KLETLER GELMEK İSTYR GOY İWDYM ELMİ GOLMU SOYUTMA ELİMNEN DİRİ GEBRE GOYM HARAM GATMAMİWAM HAGMİ YENE YİMİYN xx/xx/2021,14:44:44, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), CAMAT GELMEK İSTYR KLENT XERİ DUA VER BAWDİYM ELEME BELE BU DEFE MEN SENE FRLDAG GELMEMİWEM BİL ALLAH WAHİDİ xx/xx/2021,14:51:33, **********93 (Şahid3), **********54 (Təqsirləndirilən şəxs1), Firildağin yekəsin gəlmisən puluda verenmirsənsə ged günahin özündə axtar bəsdi mən ha istədim səni adam edim sən mənidə xəstə elədin day bəsdi xx/xx/2021,14:53:26, **********54 (Təqsirləndirilən şəxs2), **********93 (Şahid3), WACAPA BAX YAZMİWAM MEN ADAMAM ALLAH WAHİDİ HARAM GATMİRAM HAGMİ YEYİRLER BOWLUGDAN İSTFADE EDİB xx/xx/2021,15:11:45, **********93 (Təqsirləndirilən şəxs2), **********93 (Şahid3), BURANİ NE SENE NE ONA YEDİRTMERDM xx/xx/2021,15:28:24, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), XEİR DUANİ VER İWMİZE BAWLADG HEFTE SONU PULUN CATAR İNWALAH XEİR DUA VER VESALAM xx/xx/2021,19:58:27, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), Mene acdıqın obyektde dozdun dozdun axırıncı gunde meni tula kimi ortaya atdın var of olerem yadımnancıxmaz men ora 1 qepik haram qatmamısdım allah goyden gorurdu sen ama meni it tulası kımı atdın ortaya men sene duz ola ola sef olanda qınadıj hemse duz olanda bele elya men sene duz ola ola sef olanda qınadıj hemse duz olanda bele eledin isciler bele uje mene pis baxır haqqımı yetdr qoymaram men haqımı yedırtmerem bu gun gece eve gelende 5 mini getirib verecem colde pul yıgınam axhsam evr grimfe getirib qabaqına qoyacam xx/xx/2022,21:25:50, **********54 (Təqsirləndirilən şəxs1), **********93 (Şahid3), Onu sen mene ürcah eledhn men gul khmi heyatmh yawyrdim üzve düran oglu eve buraxanda bele olacag menh de bedbext eledin allaha tapwiram senhde arvadvida oglüvüda tikelervhz ele gelmeshn xx/xx/2022,12:50:10, **********36 (Təqsirləndirilən şəxs2), **********93 (Şahid3), ATA NECESEN? 5 GUNDU EVDEYEM DEDİYİN SOZ EVDE OTUR HER GUNUVE 20 MANATİ AL 5 GUNDU EVDEYEM AXSAM DA RESTORANA GEDECEM 5×20=100… (cild 2, iş vərəqi 27-29). - təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 2, iş vərəqi 54-56). - qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 17 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 70-72). - təqsirləndirilən şəxs qismində cəlb etmə və ittiham elan etmə haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (cild 2, iş vərəqi 80-82). - qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx xxxx 1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 17 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 2, iş vərəqi 95-97). - Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışıq ərizəsindən görünür ki, Şahid3 tərəfindən ona 10.000 (on min) manat maddi ziyanı ödənilməklə, ümumilikdə 30.000 (otuz min) manat maddi ziyan ödənilmiş, beləliklə ona dəymiş maddi ziyanı tamamilə ödənilmiş hesab edir. Təqsirləndirilən şəxslərlə barışmış, onlar barəsində heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır (cild 2, iş vərəqi 106). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, şahid qismində dindirilmiş Şahid3 tərəfindən 13 dekabr 2022-ci il tarixdə təqdim edilmiş 01 ədəd disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilməsi nəzərə alınmışdır (cild 2, iş vərəqi 107-128). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 31). - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və müstəntiqin qərarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Yasamal RPİ tərəfindən CM-nin 178.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilmiş, həmin tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqi 30). Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs qısa və ya uzun müddətdən sonra həmin əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən, buna nail ola bilmir. Məhkəmə hazırkı iş üzrə sübutları məcmu halında qiymətləndirərkən, eyni zamanda Ali Məhkəmə Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182, 185-187 və 189.1-ci maddələrində “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsdən daha az pul götürmələri, götürdükləri pulu birlikdə iş görmək məqsədilə əldə etdikləri, hətta əldə edilmiş qazancı aralarında bölmələri barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır, bunu təqsirləndirilən şəxslərin müdafiə mövqeyi kimi qiymətləndirir. Belə ki, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, eləcə də ibtidai istintaq zamanı toplanmış və məhkəmədə tədqiq edilmiş sübutların məcmusu məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxsdən pul ələ keçirməkdə məqsədləri əvvəlcədən hər hansı iş görmək olmamışdır. Onlar ittihamda göstərilən məbləğləri müxtəlif vaxtlarda iş görmək bəhanəsi ilə zərəçəkmiş şəxsdən aldatma yolu ilə əldə edərək öz məqsədləri üçün xərcləmiş, hətta bir hissəsini “Topaz” mərc oyunlarına qoyaraq uduzmuşlar. Bu hallar təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri, o cümlədən üzləşdirmələr zamanı ifadələri ilə tam təsdiq olunur. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrini, həmin ifadələr işin digər materialları ilə tam uzlaşdığı səbəbindən sübut kimi qəbul edir. Beləliklə, təqsirləndirilən şəxslərin ifadələrində özlərini müdafiə məqsədilə göstərdikləri xüsusatlar iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdiyi ifadələri ilə, həmçinin cinayət işinin materiallarında olan üzləşdirmə protokolları, ekspertiza rəyləri, sənədlər və digər istintaq materialları ilə tam təkzib olunmuşdur. Habelə, cinayət işinin materiallarında təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri dəlilləri təsdiq edən mötəbər sənəd də yoxdur, bu hal məhkəmə baxışı zamanı da müəyyən edilməmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrdə göstərdikləri hallar hər hansı dəlillərə söykənməmiş, həmin halları təsdiq edən sübut olmamışdır. Bununla bağlı əsaslı şübhələr yoxdur. Bu səbəbdən, məhkəmə həmin xüsusatlarla bağlı təqsirləndirilən şəxslərin dediklərini özünü müdafiə xarakterli verdiyi ifadə kimi qiymətləndirərək onun göstərdiyi xüsusatları rədd etməklə, həqiqətə uyğun olmayan hesab edir. Məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqında bu kimi məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşlər. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmələri kifayət qədər sübuta yetirilir, onlar təqsirlidir, əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışıq əldə etmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü surətdə tamamilə ödəmələrini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə, cavan olmalarını, ilk dəfə məhkum olunmalarını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növü təyin edərkən onların törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, ailə vəziyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, Cinayət Məcəlləsinin 59.1.13cü maddəsində nəzərdə tutulmuş dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10.1-ci bəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ittiham olunduqları maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, qanunun yuxarıda şərh edilən tələbləri baxımından, törədilən cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, yuxarıda qeyd olunan, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən halların məcmusunu nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkməsi cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın real surətdə çəkilməsi CM-nin cinayət məsuliyyətinin ədalət və humanizm prinsiplərini nəzərdə tutan 8 və 9-cu maddələrinin tələblərinə ziddir və cəzanın bu cür çəkilməsi təqsirləndirilən şəxsləri və onların ailəsini ciddi məhrumiyyətlərə düçar edər. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsləri cəmiyyətdən təcrid etmədən də islah etmək mümkündür, bu baxımdan məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiqini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq olunması barədə qərar çıxara bilər. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoya bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə müəyyən vəzifələr qoyulması məsələsini də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslərin davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinin tələbinə əsasən sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmaldır. Məhkəmə, təqsirləndirilən şəxsləri şərti məhkum etmənin qanuni və ədalətli olması qənaətinə gəldiyi üçün hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işinin materiallarına əlavə edilmiş maddi sübut, şahid qismində dindirilmiş Şahid3 13 dekabr 2022-ci il tarixdə istintaq orqanına təqdim etdiyi 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada hər birindən 62 (altmış iki) manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə nəzərə alır ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq edilməkdə ona təyin edilmiş 5 (beş) il azadlıqdan məhrum etmə cəzası şərti məhkum etmə sayılmaqla 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun və onun davranışı üzərində nəzarət daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işinin materiallarına əlavə edilmiş maddi sübut - şahid qismində dindirilmiş Şahid3 13 dekabr 2022-ci il tarixdə istintaq orqanına təqdim etdiyi 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 124 (yüz iyirmi dörd) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada, hər birisindən 62 (altmış iki) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Əhməd Quliyev Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-156/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-156/2024
26.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver