Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1560/2021 22.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsi hakimlər Qəribov Fikrət Atlıxan oğlu (sədrlik edən), Hüseynov Telman Qulaməli oğlu və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi: X3, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə, xx xxxx 1973-cü ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, Ağcabədi rayonu Avşar kəndində qeydiyyatla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs, qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 2021-ci ilin əvvəllərində istintaqa məlum olmayan mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 247,09 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib Şahid idarə etdiyi “Mercedes E240” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşərək qabaq oturacağın alt hissəsində saxlayaraq daşımış, 13 fevral 2021-ci il tarixdə saat 16:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən 719 saylı Yol Patrul Xidməti Postunun qarşısında saxlanılaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ rayonu ərazisində yerləşən inzibati binasına gətirilmiş, orada inzibati binanın həyətində “Mercedes E240” markalı **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonuna video çəkiliş vasitəsi ilə baxış keçirilən zaman, avtomobilin qabaq ön oturacağının alt hissəsindən 3 (üç) şəffaf rəgli sellofana bükülmüş ayrı-ayrılıqda təmiz çəkisi 48.74 qr, 98,95 qr, 99.40 qr, ümumi təmiz çəkisi 247,09 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan təxminən 8-9 ay əvvəl İmişli rayon sakinlərindən biri adını hazırda xatırlamadığı şəxsdən təxminən 250 qram narkotik vasitə heroin almışdır. Özü narkotik istifadəçisidir. Həmin müddətdən bugünə kimi bir neçə dəfə həmin narkotikdən çox cüzi miqdarda istifadə etmişdir. Narkotik bağlamasını öz torpaq sahəsində gizlədib saxlayırmış. 13.02.2021-ci il tarixdə o, Bakıya gəlməyə qərar vermişdir. 13 fevral 2021-ci il tarixdə günortadan sonra həmin narkotik bağlamasını da özü ilə götürmüş və Akifin istifadəsində olan “Mercedes” markalı maşınla Bakı şəhəri istiqamətində yola düşmüşdür. Narkotik vasitə bağlamasını ön sağ oturacaqda sellofan torbanın içərisinə qoymuşdur. Akif maşını sürürmüş, o, isə ön oturacaqda əyləşmişdir. Akifə narkotik barədə heç nə deməmişdir. Həmin narkotik olan torbanın şəxsi əşyaları olduğunu Akifə bildirmişdir. Narkotik o, oturduğu oturacağın altında olmuşdur. 13 fevral 2021-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində DYP postunda onları polis əməkdaşları saxlamışdır. Bir neçə saniyə ərzində özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər onlara yaxınlaşmışlar. Nəqliyyat vasitəsinə baxış keçirəcəklərini qeyd etmişlər. Daha sonra video çəkilişlə maşına baxış keçirilmiş və onun ön oturacağın altında gizlətdiyi narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla bir kənddə yaşayır. İdarə etdiyi **-CP-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli “Mercedes E240” markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 13.02.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona müraciət edərək idarə etdiyi nəqliyyat vasitəsindən taksi kimi onu Bakıya aparmasını xahiş etmişdir. Fikrət Hüseyovla yol haqqını 140 manata razılaşaraq idarə etdiyi nəqliyyat vasitəsilə Təqsirləndirilən şəxs ilə birlikdə Ağcabədi rayondan Bakı şəhərinə idarə etdiyi nəqliyyat vasitəsilə yola düşmüşlər. Axşam saatlarında Bakı şəhəri Qaradağ rayonu ərazisində DYP postunda idarə etdiyi nəqliyyat vasitəsini polis əməkdaşları saxlamışdır. Həmin vaxtı avtomobilinə sərnişin qismində oturmuş Təqsirləndirilən şəxs da avtomobildə qabaq oturacağın ön hissədə oturmuşdur. Bir neçə saniyədən sonra özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər onun idarə etdiyi nəqliyyat vasitəsinə yaxınlaşaraq avtomobilində sərnişin qismində oturmuş X2 barəsində məhkəmə qərarı olduğunu nəzərinə çatdırmışlar. Yolda əlverişli şərait olmadığına görə onları nəqliyyat vasitəsi ilə birlikdə DTX-nin Qaradağ rayonu ərazisində yerləşən inzibati binasına gətirmişlər və orada onun idarə etdiyi avtomobilə Təqsirləndirilən şəxs iştirakı ilə video çəkiliş vasitəsi ilə baxış keçirilərkən avtomobilin ön sağ oturacağının altından şəffaf sellofanın içərisində üzərində ”Pulmoxol” və “Qerbion” sözləri yazılmış iki ədəd qutu, həmin qutuların içərisində isə şəffaf sellofana büklümüş 3 (üç) ədəd bağlama aşkarlanmış, bağlamaların içərisində tünd qəhvəyi rəngli, kəskin spesifik iyli narkotik vasitələr olan heroinə bənzər maddələr aşkarlanmışdır. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin narkotik maddələrin ona məxsus olduğunu bildirmişdir. Qeyd olunan bağlamalar sellofana bükülü halda elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin təxminən 248,14 qrama yaxın olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik olan torbanın şəxsi əşyaları olduğunu demişdir. Bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyü onun və digər iştirakçıların iştirakları ilə imza edilərək təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs sərnişin qismində olduğu Şahid idarə etdiyi **-CP-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli “Mercedes E240” markalı avtomobilə “Samsung S-20” markalı mobil telefon vasitəsilə videoçəkilişlə baxış keçirilməsinə dair protokolda göstərilmişdir ki, **-CP-*** dövlət qeydiyyat nişanlı, gümüşü rəngli “Mercedes E240” markalı avtomobil 13.02.2021-ci ildə saat 15:30 radələrində DTX-nin əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu ərazisində saxlanılmış, yolda əlverişli şərait olmadığına görə DTX-nin Qaradağ rayonu ərazisində yerləşən inzibati binasının həyətində avtomobilə videoçəkilişlə baxış keçirilmişdir. Baxış Zamanı avtomobilin ön sağ oturacağının altında şəffaf sellofanın içərisində üzərində ”Pulmoxol” və “Qerbion” sözləri yazılmış iki ədəd qutu, həmin qutuların içərisində isə şəffaf sellofana büklümüş 3 (üç) ədəd bağlama aşkarlanmış, bağlamaların içərisində tünd qəhvəyi rəngli, kəskin spesifik iyli narkotik vasitələr olan heroinə bənzər maddələr aşkarlandı. Qeyd olunan bağlamalar sellofana bükülü halda elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin təxminənm 248,14 qrama yaxın olması müəyyən edilmişdir. Bağlamalar aşkarlandığı qutularla birlikdə kağız zərfə qablaşdırılaraq 95 nömrəli möhürlə möhürlənmiş və protokola əlavə edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar, 30 (otuz) manat pul, dəmir halqada beş ədəd açar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi, üzərində qeydlər olan altı kağız və üç ədəd kiçik parçaların içərisində üzərilərində ərəbfars yazıları olan üç ədəd kağız parçaları aşkarlanmışdır. Qeyd olunan əşyalar kağız zərfə qablaşdırılaraq 95 nömrəli möhürlə möhürlənmiş və protokola əlavə edilmişdir. Bundan başqa iş üzrə sübuti əhəmiyyət kəsb edən biləcək hər hansı bir əşya aşkarlanmamışdır. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 24 iyun 2021-ci il tarixli 6/2321 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədiqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti Zərflər üçün №103” dairəvi möhür əksləri olan kağız yapışdırılmış bir ədəd ağ rəngli kağız paketdəki 3 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 48,690 qram, 98,900 qram, 99,350 qram, ümumi təmiz çəkisi 246,940 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25.06.2021-ci il tarixli 2078 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbilərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə ibtidai istintaq zamanı keçirilmiş və məhkəmədə elan edilərək tədqiq edilmiş stasionar məhkəmə psixiatrik ekspertizasının 02.08.2021-ci il tarixli 98 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “Şizoid tipli şəxsiyyət pozuntusu” formasında psixi pozuntudan əziyyət çəkmişdir. Elmi ədəbiyyatda verilən məlumata görə hər hansı formada şəxsiyyət pozuntusu diaqnozunun qoyulması yalnız xasiyyətin patologiyyasını əks etdirir.Belə patologiya zamanı şəxsin ali psixi funksiyalarında pozuntu qeydə alınmır. Təqsirləndirilən şəxs aşkara çıxarılan şizoid tipli şəxsiyyət pozuntusu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Həmin dövrdə şizoid tipli şəxsiyyət pozuntusunun gedişində kompensasiyan vəziyyəti olmuşdur. Bunu həmin şəxsin anlamaq imkanının kifayət qədər inkişaf etməsi, praktiki həyata qarşı bələdliyinin tam formalaşması, tənqidi imkanlarının yetərincə olması, cinayət əməlinin motivlərini istintaq orqanına lazimi qədər açıqlaması təsdiqləyir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs aşkarlanan şizoid tipli şəxsiyyət pozuntusunun gedişində hal-hazırda kompensasiya vəziyyəti davam edir. Onun hal-hazırki psixi vəziyyəti məcburi müalicə tədbirinin görülməsini tələb etmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Buna görə də onun əməli Azərbaycan Resublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs psixi cəhətdən sağlam olmayıb, “Şizoid tipli şəxsiyyət pozuntusu” formasında psixi patologiyadan əziyyət çəkir. Ş.Hüseynovda aşkarlanan şizoid tipli şəxsiyyət pozuntusunun gedişində hal-hazırda komopensasiya müşahidə edilir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144- 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, həmin subutların məcmusuna qiymət verməklə, belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlaması tam sübut olunmuşdur. Onun həmin əməlləri Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə tövsif edilməli və ona həmin maddə ilə təqsirli bilinməklə cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcədə cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini müzakirə etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbacan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2-ci qrup əlil olmasını, əməlini qismən etiraf edib peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsdirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyəyn edilməmişdir. Cinayət işi üzrə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 15.02.2021-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin başlanğıcı ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 13.02.2021-ci tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakı müəyyən edilmədiyindən, barəsində xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işi üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 246,790 qram narkotik vasitə heroin məhv edilməlidir. Maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci 81 manat 82 qəpik (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN**********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 əmək haqqı 780 (yeddi yüz səksən) manat, məhkəmə istintaqı zamanı onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X9 qızına 252 (iki yüz əlli iki) manat miqdarında pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin maddi sübutların saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalan 246,790 qram narkotik vasitə heroin məhv edilsin. Maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcini təşkil edən ekspertiza xərci xərci 81 manat 82 qəpik (səksən bir manat səksən iki qəpik) Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22) ödənilsin. Cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X4 əmək haqqı 780 (yeddi yüz səksən) manat, məhkəmə istintaqı zamanı onun hüquqlarını müdafiə etmiş Bakı şəhəri 04 saylı Vəkil Bürosunun vəkili X9 qızına 252 (iki yüz əlli iki) manat miqdarında pul ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1560/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1560/2021
22.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver