Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1562/2022 25.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ hakim İradə Xəlil qızı Həsənzadənin sədrliyi ilə hakimlər Əhməd Qəhrəman oğlu Quliyevdən və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə Zülfiyyə Asif qızı Salmanzadənin katibliyi ilə dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və sonuncunun atası olan qanuni nümayəndəsi Qanuni nümayəndə müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 1991-ci il mayın 23-də Qubadlı rayonunun Seləli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məcburi köçkün, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməmiş, Qubadlı rayonu, Zilanlı ərazi dairəsi, Seləli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən ittiham irəli sürülmüşdür ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 2022-ci il mayın 17-də saat 15 radələrində ünvan 2 ünvanın qarşısı ilə piyada hərəkətdə olarkən həmin küçə ilə piyada arxasınca gələn 2008-ci il 06 sentyabr təvəllüdlü Zərərçəkmiş şəxs mobil telefonla danışaraq göstərilən ünvanda yerləşən binaya daxil olmasını gördükdə sonuncunun dalınca hərəkət etməklə bloka girmiş, ilkin olaraq həmin şəxsdən danışmaq bəhanəsi ilə aldığı, üzərində 1 manatlıq danışıq konturu olan 3 manat qiymətində ***-***-**-** saylı «Azercell Telekom» məhdud məsuliyyətli cəmiyyətinə aid nömrəli bir ədəd 180 manat dəyərində «Poco M3 128 GB» markalı M2010J19CG modelli mobil telefon aparatı ilə danışıb telefonun şifrəli olmasını müşahidə edəndə sonuncuya cihazın kodunu deməsini təkid etməklə gödəkcəsinin sol qol hissəsində gizlətdiyi, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, uzunluğu 80 mm, orta hissəsindən eni 20,6 mm, qalınlığı 1,5 mm, dəstəyinin ölçüləri 105 mm, orta hissəsindən eni 24 mm, qalınlığı 15 mm olaraq soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış mətbəx bıçağını çıxarıb silah qismində nümayiş etdirmiş, hücuma məruz qalmış zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi hədəsi ilə basqın etmiş, mobil telefonun şifrəsini öyrənərkən hadisə yerindən qaçmaqla uzaqlaşmış, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 184 manat məbləğində maddi ziyan vuraraq quldurluq etmişdir. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərdi ki, 2022-ci il mayın 17-də saat 14 radələrində dostları ilə görüşmək üçün evdən çıxaraq avtobusla Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən «Katv» adlanan yerə gəlib piyada Şirvani küçəsi istiqamətində hərəkət etməyə başlamış, saat 15 radələrində göstərilən küçədəki binaların qarşısı ilə hərəkət edən zaman bir nəfər tanımadığı azyaşlı, adını sonradan bildiyi Zərərçəkmiş şəxs mobil telefonla danışaraq yanından keçdiyini müşahidə etdikdə mobil telefonu sonuncunun əlindən alıb satmaqla öz ehtiyaclarına sərf etməyi qərarlaşdırmışdır. O, Rəsulu izləyərək oğlanın ardınca bloka daxil olmuş, liftin qarşısında gözləyən sonuncuya yaxınlaşıb Rəsuldan zəng etmək üçün mobil telefonunu istəmiş, sonuncu cihazı verən kimi aparatı götürüb qaçmışdır. Hadisə vaxtı onun üzərində bıçaq olmamışdır. Polis əməkdaşlarının ona qarşı fiziki zor tətbiq etməsi nəticəsində istintaqdakı sənədlərə qol çəkmişdir. Hazırda yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxslə və ailəsi ilə barışıq əldə etmişdir. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilən 2008-ci il 16 sentyabr təvəllüdlü Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci il mayın 17-də saat 14 radələrində təhsil aldığı orta məktəbdən çıxaraq piyada evi, ünvan 2 ünvan istiqamətində gedərkən «Rosa M3» markalı mobil telefonu ilə anasına zəng edib yolda olduğunu bildirmiş, bu zaman bir neçə addım irəlidə tanımadığı bir nəfər kişi, adını sonradan bildiyi Təqsirləndirilən şəxs yaşadığı binanın girişindən onun ardınca içəri daxil olaraq zəng etmək üçün ondan mobil telefonunu istəmiş, o, razılaşıb cihazı həmin adama verəndə sonuncu aparatı götürərək qaçmışdır. Atası Qanuni nümayəndə DİN-in 102 xidmətinə zəng etməklə hadisə barədə məlumat vermişdir. Hadisə vaxtı göstərilən şəxsin əlində bıçaq olmamış, o, anadangəlmə əsəbi olduğundan ibtidai istintaqda bıçaqla hədələndiyini bildirmişdir. Ona görə atası yarım saatın içində ikinci dəfə DİN-in 102 xidmətinə zəng vuraraq səhvini düzəltmişdir. Hazırda o və ailəsi təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmə iclasında elan olunub tədqiq edilən Təqsirləndirilən şəxs ibtidai istintaqda şübhəli şəxs və təqsirləndirilən şəxslər qismindəki ifadələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini tam etiraf edərək göstərmişdir ki, o, 2022-ci il mayın 17-də saat 15 radələrində ünvan 2 ünvanda yerləşən binanın blokuna adını sonradan bildiyi yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ardınca girib zəng etmək bəhanəsi ilə sonuncudan mobil telefonu aldıqdan sonra cihazın kilidini istəsə də oğlan kodu ona verməkdən imtina etdiyindən əynindəki gödəkcənin sol qol hissəsində saxladığı bıçağı çıxararaq Rəsula göstərib aparatın kilidini bildirməsini təkid etmiş, sonuncu qorxusundan kodu dedikdən sonra o, blokdan çıxaraq uzaqlaşmışdır (1-ci cild, iş vərəqi 38-41, 78-81 və 181-184). Məhkəmə iclasında elan olunub tədqiq edilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ibtidai istintaqda zərər çəkmiş şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, 2022-ci il mayın 17-də saat 15 radələrində yaşadığı, ünvan 2 ünvanda yerləşən binanın blokunda olduğu zaman ardınca gələn, adını sonradan bildiyi Təqsirləndirilən şəxs ondan danışmaq üçün mobil telefonunu istəyərək söhbət edib əynindəki gödəkcənin sol qolunun içərisindən çıxartdığı bıçağı onun qarın nahiyəsinə yaxınlaşdırmış, səsini çıxartsa, bıçaqlayacağını söylədikdə cihazın şifrəsini tələb etmiş, o da qorxusundan aparatın kodunu Pərvinə demiş, daha sonra sonuncu bloku giriş qapısından tərk edərək qaçmışdır (1-ci cild, iş vərəqi 55-58). Məhkəmə iclasında elan olunub tədqiq edilən Qanuni nümayəndə ibtidai istintaqda şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 2022-ci il mayın 17-də saat 15 radələrində yetkinlik yaşına çatmayan övladı Zərərçəkmiş şəxs evə həyəcanlı şəkildə gələrək tanımadığı bir nəfər kişinin ardınca yaşadıqları binaya daxil olub zəng etmək üçün Rəsuldan mobil telefonunu istədiyini, sonuncu cihazı həmin şəxsə ötürəndə sonuncunun əynindəki gödəkcənin sol qol hissəsindən bıçaq çıxararaq Rəsulun qarnına dirəyib mobil telefonun kilidini deməsini təkid etdiyini, Rəsuldan aparatın kodunu öyrənərək blokdan çıxıb qaçdığını söyləmiş, o da DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir (1-ci cild, iş vərəqi 63-65). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin tərtib etdiyi 2022-ci il 19 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 2022-ci il mayın 17-də saat 15 radələrində ünvan 2 ünvanda tanımadığı şəxsdən cinayət yolu ilə ələ keçirdiyi bir ədəd «Poco M3» markalı mobil telefon və hadisə vaxtı istifadə etdiyi bir ədəd qara rəngli bıçaq götürülmüş, fotoşəkillər protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 10-12). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 19 may tarixli baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisənin baş verdiyi ünvan 2 ünvanda yerləşən yaşayış binasını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 13-17). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 19 may tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 18:00-da Azərbaycan Respublikasının CM-nin 181.2.5.-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə sonuncunun ailə üzvlərinə məlumat vermək hüququ təmin edilmişdir (1-ci cild, iş vərəqi 27). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 20 may tarixli tanınmaya təqdim etmə protokolundan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona məxsus olan «Poco M3» markalı mobil telefonu tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 59-60). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 20 may tarixli tanınmaya təqdim etmə protokolundan görünür ki, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi bıçağı tanımış, fotocədvəl protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 61-62). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 20 may tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur (1-ci cild, iş vərəqi 66-67). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 21 may tarixli protokoldan görünür ki, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs ünvan 2 ünvanda yerləşən yaşayış binasını göstərib ifadəsini təsdiqləmiş, fotocədvəlin kserosurəti protokola əlavə olunmuşdur (1-ci cild, iş vərəqi 82-85). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 21 may tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində əvvəli 2022-ci il mayın 19-dan hesablanmaqla həbs qismində qətimkan tədbiri seçilmişdir (1-ci cild, iş vərəqi 106-110). İş materiallarındakı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2022-ci il iyunun 24-də tərtib etdiyi tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 01 iyun tarixli hökmü əsasında Azərbaycan Respublikasının CMnin 170.3.-cü maddəsi ilə təqsirli bilinib 5 il, Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci və 180.2.2-ci maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü məddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə sonuncu qəti olaraq 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 2016-cı il aprelin 05-də cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir (1-ci cild, iş vərəqi 113-114 və 116-129). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasına dair 2022-ci il 03 iyun tarixli 3/722 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən uzunluğu 80 mm, orta hissəsindən eni 20,6 mm, qalınlığı 1,5 mm, dəstəyinin ölçüləri 105 mm, orta hissəsindən eni 24 mm, qalınlığı 15 mm olan bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağı soyuq silah hesab edilmir, ekspertiza tədqiqatının dəyəri 64 manatdır (1-ci cild, iş vərəqi 132-133). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının 2022-ci il 20 may tarixli 1301 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilərək hər hansı bir psixi xəstəliyin əlamətləri aşkarlanmamış, sonuncu ittiham olunduğu əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, buna görə də törədilən əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyacı yoxdur, Təqsirləndirilən şəxs emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitlik müəyyən olunmaqla fizioloji affekt vəziyyətində olmamışdır (1-ci cild, iş vərəqi 135-138). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin məhkəmə-psixoloji ekspertizasının 2022-ci il 30 iyun tarixli 1715 saylı rəyindən görünür ki, 2008-ci il 16 sentyabr təvəllüdlü zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır, ünsiyyətcillik, emosionallıq, tez həyəcanlanmaq kimi xarakterik xüsusiyyətlərə malik olmaqla sonuncuda özündən uydurmağa meyllilik əlamətləri müşahidə edilməmiş, Zərərçəkmiş şəxs ona qarşı törədilən hərəkətlərin xarakterini və mahiyyətini qavramaq, dərk etmək və anlamaq qabiliyyətinə malik olmuşdur (1-ci cild, iş vərəqi 140-141). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-ballistik ekspertizasına dair 2022-ci il 25 iyul tarixli 9/3937 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş bir ədəd «Poco M3 128 GB» markalı, M2010J19CG modelli, aksesuarları olmayan mobil telefonun istifadəsi nəzərə alınaraq hazırki vəziyyətdə 2022-ci ilin may ayına orta bazar qiyməti təxminən 180,00 manat müəyyən edilir, ekspertiza tədqiqatının dəyəri 100 manatdır (1-ci cild, iş vərəqi 143-145). İş materiallarındakı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin tərtib etdiyi 2022-ci il 27 iyul tarixli protokoldan görünür ki, hadisə yerinin yaxınlığında olan müşahidə kameralarında qeydə alınmış 2022-ci 17 may tarixli görüntüləri əks etdirən bir ədəd diskə baxış zamanı videogörüntüdə əynində qara rəngli paltar olan bir nəfər şəxsin piyada ətrafa baxmaqla hərəkət etməsi, sonuncunun arxasınca kürəyindən çanta asılmış bir nəfər şəxs gələrək qara geyimli şəxsin yanından ötüb keçməklə sol tərəfdəki binaya daxil olması, qara geyimli şəxsin də onun arxasınca binaya daxil olaraq bir qədər sonra qara geyimli şəxsin binadan qaçıb çıxması və sağ əlində əşya saxlaması aşkarlanmış, Təqsirləndirilən şəxs qara geyimdə olan şəxsin özü, arxasınca gələn və kürəyində çanta olan şəxsin mobil telefonunu aldığı şəxs olduğunu, görüntülərin sonuncunun telefonunu aldıqdan sonra binadan çıxmaqla qaçdığı görüntülər olmasını bildirmişdir (1-ci cild, iş vərəqi 154). İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 2022-ci il 27 iyul tarixli sübutların qiymətləndirilməsi və 2022-ci il 28 iyul tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında qərarlarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmiş, sonuncu barəsində Azərbaycan Respublikasının CM-nin 228-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş, maddi sübut hesab olunan bir ədəd bıçaq saxlanılması üçün idarənin maddi sübutların saxlanılması otağına, bir ədəd «Poco M3» markalı mobil telefon saxlanılmaq üçün yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmiş, bir ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır (1-ci cild, iş vərəqi 155-164 və 170-171). Məhkəməyə təqdim olunan AA seriyalı ******* №-li və AA seriyalı ******* №-li şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs 2019-cu il 20 sentyabr təvəllüdlü X3 və 2021-ci il 01 iyul təvəllüdlü X4 adlı övladları vardır. Məhkəməyə təqdim olunan Qubadlı Rayonu İcra Hakimiyyəti başçısının Zilanlı Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərtib etdiyi 2022-ci il 24 may tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs valideynləri 1993-cü ildə məcburi köçkün düşməklə Bakı şəhəri, Xətai rayonundakı uşaq evində müvəqqəti məskunlaşmışlar, Təqsirləndirilən şəxs özünü tərbiyəli, əməksevər və sakit bir kənd sakini kimi aparmış, barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim olunan Bakı şəhəri Xətai Rayon Prokurorluğunun 2022-ci il 13 iyun tarixli qərarının kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalaraq döyülməsi barədə müraciəti əsasında aparılmış araşdırma vaxtı Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşlarının əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəməyə təqdim olunan AA seriyalı 293373 №-li və AA seriyalı 293372 №-li məcburi köçkün vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs bacısı X2 və anası X6 Qubadlı rayonundan məcburi köçkündür. Məhkəməyə təqdim olunan notariat qaydasında təsdiq olunmuş 2022-ci il 15 sentyabr tarixli Qanuni nümayəndə ərizəsindən və onunla yetkinlik yaşına çatmayan övladı Zərərçəkmiş şəxs 2022-ci il 19 sentyabr tarixli ərizəsindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, sonuncuya qarşı heç bir şikayətləri və tələbləri yoxdur və olmayacaqdır. Məhkəməyə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının 2022-ci il 10 sentyabr tarixli 17/86327 №-li məktubu ilə təqdim olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin məhkumun tibbi kitabçasından çıxarışın kserosurətindən görünür ki, Təqsirləndirilən şəxs hər iki said nahiyəsində çapıq toxuma və baldır nahiyəsində qərtməkli yara aşkarlanmaqla sonuncunun deməsinə görə xəsarətləri həbs olunan zaman almışdır. Məhkəməyə təqdim olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissləri İdarəetmə Xidmətinin 2022-ci il 14 oktyabr tarixli 003/17975R-4222 №-li məktubundan görünür ki, Qanuni nümayəndə 2022-ci il mayın 17-də saat 15:29-da 102 Xidmətinə zəng edib tanımadığı şəxsin əlindəki açarla onun övladı Zərərçəkmiş şəxs hədələyərək 200 manat dəyərindəki mobil telefonu götürməklə uzaqlaşdığını bildirmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, hərəkətlərində cinayət tərkibinin olması, bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətdə özünü qismən təqsirli bilməsinə tənqidi yanaşaraq hesab edir ki, onun göstərdikləri işin faktiki hallarına uyğun deyildir və digər mötəbər sübutlarla təkzib olunur. Məhkəmə onun bu ifadələrini özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə yalan ifadələr verməsi qənaətinə gəlir. Məhkəmə yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışındakı ifadəsini Təqsirləndirilən şəxs vəziyyətini yüngülləşdirmək məqsədi ilə verməsi kimi qiymətləndirir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman istifadə etdiyi aləti bir tərəfi kəsici, ucu deşici xassəyə malik, uzunluğu 80 mm, orta hissəsindən eni 20,6 mm, qalınlığı 1,5 mm, dəstəyin ölçüləri 105 mm, orta hissəsindən eni 24 mm, qalınlığı 15 mm olaraq soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış mətbəx bıçağı kimi qəbul edir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2005-ci il 3 mart tarixli 1 saylı qərarının 25-ci bəndində göstərilir ki, təqsirli şəxsin əməli Azərbaycan Respublikasının CMnin 181.2.5-ci maddəsi ilə tövsif edildikdə, silah qismində istifadə edilən əşya dedikdə zərərçəkmişə həyatı və ya sağlamlığı üçün təhlükəli xəsarətlər yetirə bilən predmetlər (məsələn, qatlanan və ya mətbəx bıçaqları, ülgüc, ling, dəyənək, balta və i.a.), həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər (məsələn, mexaniki püsgürdücülər, gözyaşardıcı və qıcıqlandırıcı maddələrlə doldurulmuş aerozol və digər qurğular) başa düşülməlidir. Belə ki, Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törətməsi məhkəmə istintaqında hərtərəfli araşdırılmışdır, özünün qismən etirafedici, məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxsin etirafedici, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, maddi sübut olan bıçağın mövcud olması, habelə iş üzrə başqa mötəbər sübutlarla tam təsdiq olunur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1.-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının CMnin 41.2.-ci və 58.3.-cü maddələrinə əsaslanmaqla cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsi əsasında Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasının və zərər çəkmiş şəxslə barışıq əldə etməsinin işdə cəzanı yüngülləşdirən hallar olduğunu nəzərə almaqla məcburi köçkünlüyünü, ailə vəziyyətini, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsinə əsasən, bu Məcəllənin 59.1.8.-ci, 59.1.10.-59.1.13.-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2012-ci il 2 aprel tarixli Qərarının 3-cü maddəsi Azərbaycan Respublikasının CM-nin 60-cı maddəsində qeyd olunan «bu Məcəllənin 59.1.9 və 59.1.10cu maddələrində» müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər ağır cinayət törətməsi ilə bağlı məhkumluğu ödənildikdən sonra qəsdən ağır cinayət törətməyə görə azadlıqdan məhrumetməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməklə Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilməli, bir ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalıdır. İş üzrə 164 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 2012-ci il 7 mart tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2.-ci maddəsi əsasında, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Azərbaycan Respublikasının CPM-nin 132.0.1.-ci maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Qeyd edilən normaların tələbləri isə ona dəlalət edir ki, əmlak müsadirəsi məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99- 1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Təqsirləndirilən şəxs barəsində seçilən həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi «Kredo» vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 40 iş saatı müddətində müdafiə olunmuşdur. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 3 may tarixli 202 №-li qərarına uyğun olaraq, təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Azərbaycan Respublikasının CPM-nin 193.2.-ci və 193.4.-cü maddələrinə müvafiq olaraq, müdafiəçinin hüquqi yardımının ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Bununla da Təqsirləndirilən şəxs məhkəmədə göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan cəza müddətinə ibtidai həbs müddətindən başqa təqsirləndirilən şəxsin azadlığı faktiki məhdudlaşdırıldığı zaman da daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi qaydasında tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlanıldığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək davam edən müddət də daxildir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2006-cı il 30 mart tarixli 5 №-li qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2021-ci il 24 dekabr tarixli 15 saylı qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq Azərbaycan Respublikasının CPM-nin 158.2.-ci maddəsinə əsaslanaraq hesab edir ki, cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs tutulduğu gündən, yəni 2022-ci il mayın 19-dan hesablanmalıdır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 193-cü, 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci, 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin Azərbaycan Respublikasının CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2022-ci il mayın 19-dan hesablansın. İş üzrə 164 manat təşkil edən ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri «Kredo» vəkil bürosunun nəfinə (VÖEN: **********) 240 manat köçürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmaq üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməklə Təqsirləndirilən şəxs cinayəti törədərkən istifadə etdiyi bir ədəd bıçaq məhv edilsin, bir ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi) 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İradə Həsənzadə Hakimlər Əhməd Quliyev Azər Paşayev
Məhkəmə qərarları › İş №1(101)-1562/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1562/2022
25.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver