Məhkəmə qərarları › İş №1(101)-1562/2023

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1562/2023

20.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1562/2023 20.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Hüseynov Cavid İbadulla oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və müdafiəçi - Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X11 küçəsi, ev 17 ünvanında yaşamış, 08 fevral 2023-cü il tarixdə hazırkı iş üzrə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - təmiz çəkisi 1207,65 qram təşkil edən narkotik vasitə heroin, külli miqdarda təmiz çəkisi 740,788 qram olan narkotik vasitə qurudulmuş marixuana və təmiz çəkisi 0,679 qram təşkil edən psixotrop maddə metamfetamin əldə edib yaşadığı ünvan 3 ünvanına daşıyıb saxlamış, 08 fevral 2023-cü il tarixdə səhər saatlarında həmin ünvanda narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 0,788 qram hissəsini və psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,298 qram hissəsini tanışı Şahid4 cəmi 20 manata satmış, eyni tarixdə saat 10:30 radələrində eyni ünvanında psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,240 qram hissəsini tanışı Şahid5 20 manata satmış, heroinin təmiz çəkisi 0,350 qramını, metamfetaminin təmiz çəkisi 0,141 qramını satış məqsədi ilə üzərində saxlayaraq daşımış, qalan külli miqdarda - təmiz çəkisi 1207,3 qram heroini və qalan külli miqdarda - təmiz çəkisi 740,0 qram qurudulmuş marixuananı yaşadığı ünvan 4 ünvanında evin yataq otağındakı çarpayının altında qara rəngli bir ədəd selofan torbada iki ədəd bağlamada saxlamış, 08 fevral 2023-cü il tarixdə saat 14 radələrində Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 42-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində saxlanılaraq bölməyə aparılıb barəsində şəxsi axtarış və götürülmə aparılmış Şahid4 üzərindən təmiz çəkisi 0,298 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd kağız bükümdə təmiz çəkisi 0,788 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, eyni ünvanda həmin radələrdə saxlanılaraq bölməyə aparılıb barəsində şəxsi axtarış və götürülmə aparılmış Şahid5 üzərindən isə təmiz çəkisi 0,240 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 08 fevral 2023-cü il tarixdə saat 14:40 dəqiqədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində saxlanılaraq Sabunçu RPİ-nin 42-ci Polis bölməsinə aparılmış, üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən iki ədəd kağız bükümdə təmiz çəkisi 0,350 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 0,141 qram ağ rəngli kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, həmin tədbirlərin davamı olaraq yaşadığı ünvan 3 ünvanına həmin tarixdə saat 17:30 dəqiqədə onun yazılı razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin yataq otağındakı çarpayının altından qara rəngli bir ədəd selofan torbada iki ədəd bağlamada saxladığı külli miqdarda təmiz çəkisi 1207,3 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda - təmiz çəkisi 740,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunub qanuna müvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılıb götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, texniki cəhətdən saz vəziyyətdə, atəş açmaq üçün yararlı, üzərində zavod nömrə nişanlarının həkk olunduğu sahələrin sonradan kustar üsulla kənar predmet vasitəsi ilə dərindən silinmiş, çaxmağının üzərində “BP 6001” hərf və rəqəmləri zavod işarələri həkk edilmiş bir ədəd yivli odlu avtomatik döyüş silahını, zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RPKS”) markalı əl pulemyotlarında, "SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, iz buraxan, atəşə yararlı, döyüş sursatı hesab edilən 11 ədəd patronu, zavod üsulu ilə hazırlanmış “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, 30 ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik, təyinatı üzrə istifadəyə yararlı olan bir ədəd sandıqçanı əldə edib üzərində gəzdirərək yaşadığı ünvan 4 ünvanına daşıyıb evin yataq otağındakı çarpayının altında ağ rəngli bir ədəd sintetik kisədə saxlamış, Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 42-ci Polis bölməsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 08 fevral 2023-cü il tarixdə saat 17:30 dəqiqədə həmin evə onun yazılı razılığı və iştirakı ilə keçirilmiş baxış zamanı evin yataq otağındakı çarpayının altından ağ rəngli bir ədəd sintetik kisədə Təqsirləndirilən şəxs qəsdən qanunsuz olaraq əldə edib saxladığı bir ədəd yivli odlu avtomatik döyüş silahı, onun komplekt hissəsi olan bir ədəd sandıqça və döyüş sursatı hesab edilən 11 ədəd patron aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, təzyiq altında olmuşdur və həmin vaxt onun üstündə heç nə olmamışdır. 2023-cü il fevral ayının 8-də marketə gedəndə polis işçiləri onu saxlamışlar. Həmin vaxt o, Şahid4 və Şahid5lə birlikdə olmuşdur. Onları birlikdə saxlayıb idarəyə aparmışlar. DİN-nin «102» xidmətinin videokameraları var, oradan çıxarış edilsə, narkotiklərin evdən çıxdığını, yoxsa polis bölməsindən evə gətirilib qoyulduğunu görmək mümkündür. O, özünü narkotik vasitələrdən istifadə etdiyi üçün təqsirli bilir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları onları fevral ayının 8-də səhər saat 10-da saxlamışlar. Onları Nardaran qəsəbəsində yolla gedərkən tutmuşlar. Bu zaman o, Hüseynlə Pərvizi yola salmaq üçün küçəyə çıxmışdır. Belə ki, gecə Hüseyn onlarda qalmış, Pərviz isə yoluüstü onlara gəlmişdir. Onları saxlayandan sonra polis işçiləri 42-ci Polis bölməsinə aparmışlar. Bölmədə ona təzyiqlər edilmiş və narkotiklərlə silahın harada olduğu soruşulmuşdur. Polis bölməsində onları ayrı-ayrılıqda saxlamışlar. Üzərinə baxış bölmə işçiləri tərəfindən aparılmışdır. Orada ona işgəncə verilmiş və üzü-gözü gömgöy, qulağı isə şişmiş vəziyyətdə olmuşdur. Videoçəkiliş zamanı onun cibindən «patı» kimi bildiiyi narkotik aşkar aşkar olunmuşdur. Həmin narkotik vasitəni onun cibinə polis əməkdaşları qoymuş, lakin həmin polisləri tanımamışdır. Əvvəlcədən ona üzərindən aşkar olunmuş narkotik vasitəni İran vətəndaşından aldığını bildirməsi təklif edilmiş, o da, videoçəkiliş zamanı aşkar olunmuş narkotiki iranlının kart hesabına 20 manat ödəməklə aldığını və sonuncunun qoyduğu yerdən götürdüyünü demişdir. Daha sonra onlar evə gəlmiş, evdən də narkotik vasitə və silah aşkar olunmuşdur. O, adətən «kokos» kimi tanıdığı narkotik vasitə heroindən istifadə etmiş, narkotik vasitəni damarına vurmaq yolu ilə qəbul etmişdir. O, istintaq təcridxanasına daxil olanda xəsarətlə bağlı bir şey deməmiş və heç yerə şikayət etməmişdir. Əvvəllər məhkum olunmamış və heç bir iran vətəndaşı ilə əlaqəsi olmamışdır. Hazırkı məhkəmədə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Sonradan o, Sabunçu rayon məhkəməsinin hökmü ilə məhkum olunmuşdur. Evə baxış keçirilərkən çox sayda polis əməkdaşı iştirak etmişdir. Üzərinə şəxsi axtarışda vəkil iştirak etməmişdir. Polis işçilərinin ona əvvəlcədən dediklərinə görə, guya o, evindən aşkar edilən silahı «Ləhiş bağları»ndan tapmışdır. Özünün canını qurtarmaq üçün polis işçilərinin dediyi kimi ifadə vermişdir. İfadələri arasında ziddiyyətlər olduğundan təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə iclasında elan və tədqiq edildi. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında tək yaşamışdır. O, rəsmi olaraq heç yerdə işləməmişdir. Təxminən on ildir narkotik vasitələrin və psixotrop maddələrin bir çoxundan istifadə etmişdir. Həmin maddələrdən istifadə etməyə onun aludəçiliyi yaranmışdır. 2023-cü ilin yanvar ayında o, sosial şəbəkədə özünü İran vətəndaşı kimi təqdim edən, adını bilmədiyi bir nəfərlə tanış olmuşdur. O, həmin şəxsdən istifadə etmək üçün bir neçə dəfə heroin və metamfetamin almışdır. Sonuncu dəfə o, həmin İran vətəndaşından 2022-ci ilin fevral ayının əvvəlində heroin, metamfetamin və qurudulmuş marixuana almışdır. Belə ki, o, sosial şəbəkədə iranlı ilə danışıb sonuncudan əvvəlcə 1 qrama yaxın heroin, 1 qrama yaxın metamfetamin və 2-3 qram qurudulmuş marixuana almışdır. O, həmin maddələri satmaq və istifadə etmək üçün bir neçə ədəd kağız bükümündə hissələrə ayırıb üzərində saxlamışdır. Bunun üçün o, iranlının xatırlamadığı telefon nömrəsinə ödəniş terminalı vasitəsi ilə 20 manat pul göndərmişdir. İranlı aldığı maddələri Məhəmmədli kənd qəbistanlığı yanında gizlətdiyini demiş və həmin yeri ona bildirmişdir. O, həmin yerə gedərək cəmi üç ədəd bükümdə olan heroini, metamfetamini və qurudulmuş marixuananı götürmüş və üzərində saxlayaraq az-az istifadə etməyə başlamışdır. Bundan sonra o, iranlıdan çox miqdarda heroin və qurudulmuş marixuana almağı, həm istifadə etməyi və həm də satıb pul qazanmağı qərara almışdır. Eyni qaydada o, iranlı ilə danışmış və sonuncudan bir kiloqramdan artıq miqdarda heroin və bir kiloqrama yaxın qurudulmuş marixuana almışdır. Bunun üçün o, iranlıya 1000 manat pul göndərmişdir. O, iki ədəd bağlamada olan heroin və qurudulmuş marixuananı Məhəmmədli kənd qəbirstanlığımn yaxınlığından götürüb yaşadığı evə aparmışdır. Həmin heroin və qurudulmuş marixuananı bir ədəd qara rəngli selofan torbada yaşadığı evdə yatdığı çarpayının altına qoymuşdur. Bundan başqa, həmin çarpayının altında o, təxminən 3-4 il əvvəl «Ləhic bağları» adlanan ərazidən tapdığı bir ədəd “Kalaşnikov” markalı avtomatı, həmin silaha məxsus bir ədəd sandıqçanı və 11 ədəd patronu bir ədəd ağ rəngli un kisəsində saxlamışdır. 08 fevral 2023-cü il tarixdə saat 10 radələrində o, yaşadığı evdə olarkən əvvəllər tanıdığı Şahid4 gələrək 20 manat pulunun olduğunu, həmin pulun müqabilində ona marixuana və metamfetamin satmağını demişdir. O, Pərvizdən 20 manat pul alıb sonuncuya təxminən 1 qrama yaxın marixuana və təxminən 0,2-0,3 qram miqdarında metafetamin satmışdır. Bundan sonra o, yaşadığı evə getmişdir. Həmin gün saat 10:30 radələrində onun yaşadığı ünvana əvvəllər tanıdığı Şahid5 gəlmişdir. Hüseyn də ona 20 manat pul verərək sonuncuya bir büküm metamfetamin satmağını demişdir. O, Hüseyndən 20 manat pul alıb sonuncuya təxminən 0,2-0,3 qram miqdarında metamfetamin satmışdır. Bundan sonra o, yaşadığı evə getmişdir. Həmin gün saat 15 radələrində Nardaran qəsəbəsində küçədə olarkən mülki geyimdə olan üç nəfər şəxs ona yaxınlaşmış, Sabunçu RPİ-nin 42-ci polis bölməsinin əməkdaşları olduqlarını bildirərək adını, soyadını soruşmuş, şəxsiyyətini təsdiq edən sənədi istəmişlər. Həmin vaxt onun üzərində heç bir sənəd olmadığından, cibində isə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğundan tez bir zamanda oradan yayınmaq istəmişdir. Lakin polis əməkdaşları ona imkan verməmişlər. O, polis əməkdaşlarının onun üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatlarının olduğunu başa düşmüşdür. Polis əməkdaşları onun üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməyindən, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, daşınmasında və dövriyyəsində ondan şübhələndiklərini demiş, onu Sabunçu RPİ-nin 42-ci polis bölməsinə aparmışlar. Polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Polis əməkdaşı videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmasının zəruri olmasını bildirmişdir. O, müdafiəçinin iştirakı olmadan videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılması üçün özü ərizə ilə müraciət etmişdir. Çünki, o, müdafiəçinin onun üzərindən narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsini görməsini istəməmişdir. Yəni, müdafiəçinin gələcəkdə onu daha yaxşı müdafiə etməsi üçün iştirakını istəməmişdir. Bundan sonra polis əməkdaşı onun üzərində saxlanması, daşınması, istifadəsi qanunla qadağan olunmuş əşya, predmet, maddə və ya başqa nə varsa, təqdim etməyini təklif etmişdir. O, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində olan iki ədəd qızılı rəngli siqaret kağızına bükülmüş bir büküm qəhvəyi rəngli narkotik vasitə olan heroini və bir ədəd ağ rəngli toz şəkilli metamfetamini çıxararaq masanın üzərinə qoymuşdur. O, narkotik vasitəni və metamfetamini sosial şəbəkədə tanış olduğu özünü İran vətəndaşı kimi təqdim edən şəxsə üç gün əvvəl Sabunçu bazarın yaxınlığında marketdə olan ödəmə terminalı vasitəsilə təqdim etdiyi hesab nömrəsinə 20 manat ödəməklə Məhəmmədli kənd ərazisində küçədən əldə etdiyini, üzərində şəxsi istifadəsi və satmaq üçün saxladığını bildirmişdir. Bundan sonra o, yaşadığı ünvanda da sosial şəbəkədə tanış olduğu İran vətəndaşından 1000 manata aldığı narkotik vasitə olduğunu bildirmişdir. O, polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişdir. Yataq otağındakı çarpayının altında olan bir ədəd bağlamada heroini, bir ədəd bağlamada qurudulmuş marixuananı, bir ədəd un kisəsində olan avtomat silahı, bir ədəd sandıqçanı və 11 ədəd patronu təqdim etmişdir. O, narkotik vasitələrin və silah-sursatın ona məxsus olduğunu, silahı 3-4 il əvvəl «Ləhic bağları»ndan tapdığını, lakin heç vaxt istifadə etmədiyini bildirmişdir. Bundan sonra protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuşdur. Aşkar edilmiş qurudulmuş marixuana, heroin, silah-sursat qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. O, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs həmçinin göstərmişdir ki, heroin, metamfetamin və marixuanadan istifadə etmiş, həmçinin satışı ilə məşğul olmuşdur. O, üzərindən və yaşadığı evdən aşkar edilmiş heroini, metamfetamini və qurudulmuş marixuananı həm istifadə etmək və həm də satmaq üçün tanımadığı iran vətəndaşından 1020 manat pulun müqabilində əldə etmişdir. O, silah və sursatı tapıb götürmüş və yaşadığı evdə saxlamışdır (cild 1, iş vərəqi 99-102, 208-211). Elan olunmuş ifadələrlə bağlı suallara cavab verən Təqsirləndirilən şəxs həmin etirafedici ifadələri təsdiq etmədiyini, özünün canını qurtarmaq üçün qeyd olunan ifadələri verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu RPİ, 42-ci Polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, etibarlı və qərəzsiz mənbədən ona Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsi, ev 17 ünvanında yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olması, həmçinin yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması barədə məlumat daxil olmuşdur. Bununla bağlı 08 fevral 2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və 42-ci polis bölməsinin əməkdaşları Şahid2 və Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdə saat 14:40-da Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində saxlanılaraq 42-ci polis bölməsinə aparılmışdır. Orada təhqiqatçı tərəfindən şübhəli şəxsə müdafiəsi təyin olunmuş, hüquq və vəzifələri izah edilmişdir. Cavanşir polis bölməsinə ərizə ilə müraciət edərək üzərində şəxsi axtarışın müdafiəçisi olmadan aparılmasını xahiş etmiş və onun üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs kənd sakinləri Hüseyn və Pərviz adlı şəxslərə narkotik vasitə satdığını etiraf etmişdir. Sonra Cavanşir əynində olan gödəkçənin cibindən bir ədəd 20 manatlıq pulu, iki ədəd qızılı rəngli bükümü çıxarıb təqdim etmişdir. Bükümlərin birində narkotik vasitə heroin, digərində isə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Cavanşir həmin maddələri istifadə etmək və satmaq məqsədi ilə sosial şəbəkə vasitəsi ilə tanıdığı iranlıdan aldığını, ödəniş terminalından iranlıya 20 manat pul göndərdiyini, maddələri Məhəmmədli kənd qəbirstanlığının yaxınlığında yerdən götürdüyünü bildirmişdir. Sonra Cavanşir yaşadığı ünvanda da narkotik vasitəsinin olduğunu və təqdim edə biləcəyini demişdir. Təhqiqatçı həmin maddələri bir ədəd zərfə qoyub qablaşdırmış və götürmüşdür. Təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və onlar protokolla tanış olub imzalamışlar. Şahid1 ifadəsinə görə, bundan sonra Cavanşir ərizə ilə müraciət edərək yaşadığı evə də baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və onlar birlikdə Cavanşirin yaşadığı Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsi, ev 17 ünvanına getmişlər. Baxış zamanı evin yataq otağında olan çarpayının altından qara rəngli bir ədəd selofan torba və burularaq bağlanmış ağ rəngli bir ədəd sintetik kisə aşkar edilmişdir. Selofan torbaya baxış zamanı içərisində iki ədəd bağlamanın olduğu, həmin bağlamaların birində heroinə bənzər maddənin, digərində isə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar edilmişdir. Kisədən isə bir ədəd nömrəsi silinmiş avtomat silah, bir ədəd sandıqça və sandıqçanın içərisində 11 ədəd patronlar aşkar edilmişdir. Cavanşir silah, sandıqça və patronların özünə məxsus olduğunu, təxminən 3-4 il əvvəl «Ləhic bağları» ərazisindən tapdığını və evdə saxladığını bildirmişdir. İki ədəd bağlamada olan maddələrin heroin və marixuana olduğunu, həmin narkotik vasitələri“Votsap” vasitəsi ilə tanış olduğu iranlıdan 1000 manata istifadə etmək və satmaq üçün aldığını bildirmişdir. Aşkar edilmiş heroin və marixuana bağlamada qara rəngli selofan torbada, silah, sandıqça və patronlar isə bir ədəd sintetik kisədə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Sonda protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 42-ci Polis bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılması, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə polis bölməsində üzərinə şəxsi axtarış və yaşadığı evə baxış zamanı narkotik və psixotrop maddələrin, həmçinin evdən qanunsuz olaraq saxladığı odlu silah və döyüş sursatının aşkar edilərək götürülməsi ilə bağlı təşkil olunmuş əməliyyat qrupunun üzvləri olduğunu bildirərək, həmkarları Şahid1 məhkəmədə verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Nardaran qəsəbəsi, ünvan 5 ünvanında yaşamış, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olmuşdur. O, 2013-cü ildən narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs bir həmkəndlisi və narkotikdən istifadə edən şəxs kimi tanımışdır. 08 fevral 2023-cü il tarixdə səhər saatlarında o, Təqsirləndirilən şəxs narkotik maddə almaq qərarına gəlmiş və saat 10 radələrində Cavanşirin yaşadığı Nardaran qəsəbəsi, Ş.Ə.Tuti küçəsi, ev 17 ünvanında sonuncu ilə görüşmüşdür. O, Cavanşirə 20 manat pul verərək 1 büküm marixuana və 1 büküm metamfetamin istəmiş və Cavanşir ona 20 manat müqabilində həmin narkotikləri satmışdır. Həmin maddələri cibinə qoymuş, lakin istifadə etməmişdir. 08 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində yaşadığı evin yaxınlığında olarkən Sabunçu RPİ, 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və orada üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilərkən əynindəki cins şalvarın sağ yan cibindən siqaret qutusunun içərisində saxladığı və həmin gün Cavanşirdən aldığı bir büküm marixuana və bir büküm metamfetamin aşkar edilmişdir. O, həmin maddələri Nardaran qəsəbəsində tanışı Cavanşirdən 20 manata aldığını bildirmişdir. Həmin iki ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində yaşamışdır. Təxminən iki ildir ki, o, “şüşə” kimi tanıdığı metamfetamindən istifadə etmişdir. 08 fevral 2023-cü il tarixdə səhər saatlarında onunla eyni qəsəbədə yaşamış narkotik maddə istifadə etmiş Təqsirləndirilən şəxs bir büküm metamfetamin almaq qərarına gəlmiş, saat 10:30 radələrində Cavanşirin yaşadığı ünvanda sonuncu ilə görüşmüşdür. Cavanşirə 20 manat pul verərək 1 büküm metamfetamin almışdır. O, həmin maddəni cibinə qoymuş, lakin istifadə etməmişdir. 08 fevral 2023-cü il tarixdə saat 14:30 radələrində yaşadığı Nardaran qəsəbəsi, A.Zeynallı küçəsində olmuş, Cavanşirdən aldığı bir bükümdə metamfetamin də onun əynindəki şalvarın cibində olmuşdur. Həmin vaxt Sabunçu RPİ, 42-ci Polis bölməsinin əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin əldə edib saxlamağında şübhəli olduğunu demiş və onu həmin polis bölməsinə aparmışlar. Orada onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynində olan şalvarın cibindən bir ədəd kağız bükümdə metamfetamini çıxarıb təqdim etmiş, həmin metamfetamini Nardaran qəsəbəsində tanışı Cavanşirdən 20 manata aldığını demişdir. Həmin bir büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, onun tərəfindən və şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən zərf imzalanmışdır. Bununla bağlı protokol tərtib edilmiş, o da, hamı kimi protokolu imzalamışdır. Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan 08 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola əsasən, həmin tarixdə saat 17:00-dan 17:08-dək olan müddət ərzində Sabunçu RPİ, 42-ci Polis bölməsində Təqsirləndirilən şəxs üzərində polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmış, həmin istintaq hərəkəti “Panasonic” markalı videokameradan istifadə edilməklə qeydə alınmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 20 manat pul əskinasını, iki ədəd qızılı rəngli siqaret bükümü təqdim etmişdir. Həmin bükümlərdən bir ədəd qızılı rəngli siqaret kağız bükümündə metamfetaminə və bir ədəd bükümdə heroinə bənzər maddə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri sosial şəbəkədə tanış olduğu, özünü İran vətəndaşı kimi təqdim edən şəxsdən 3 gün əvvəl ödəmə terminalı vasitəsi ilə hesab nömrəsinə 20 manat ödəməklə Məhəmmədli kəndində əldə etdiyini, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Aşkar edilmiş heroinə və metamfetaminə bənzər maddə təhqiqatçı tərəfindən bir ədəd zərfdə qablaşırılıb “Zərflər üçün” 241 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (cild 1, iş vərəqi 33-35). Cinayət işinə əlavə edilmiş 08 fevral 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə saat 17:30-dan 17:40-dək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilmiş, həmin istintaq hərəkəti “Panasonic” markalı videokamera ilə qeydə alınmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin evin hansı hissəsində olduğunu göstərməsi təklif edilmiş, sonuncu, yaşadığı evin yataq otağında yerləşən çarpayının altını göstərmişdir. Oradan bir ədəd qara rəngli selofan torba, həmin torbanın içərisində iki ədəd bükümdə tünd qəhvəyi rəngli maddə və yaşıl rəngli qurudulmuş ot kütləsi aşkar edilmişdir. Çarpayının altından ağ rəngli kisənin içərisində bir ədəd nömrəsi silinmiş avtomat, bir ədəd avtomat darağı, içərisində 11 ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş silahı 3-4 il əvvəl «Ləhic bağları»ndan tapdığını, istifadə etmədini, qorxduğu üçün polisə təhvil vermədiyini, təqdim etdiyi maddələri İran vətəndaşının Məhəmmədi kəndinə atdığını, həmin yerdən əldə etdiyini, silahın evdə olmasından ailə üzvlərinin xəbərinin olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş heroinə bənzər maddə, qurudulmuş marixuanaya bənzər kütlə, silah, daraq və patronlar qablaşdırılıb götürülmüşdür (cild 1, iş vərəqi 39-41). Cinayət işində olan baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürməsi aparılmasının videogörntüləninin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilərkən görüntülərlə şəxsi axtarış protokolunda qeyd olunanların uyğunluq təşkil etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 154). İş materiallarında olan baxış protokoluna əsasən, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi videogörntüləninin qeydə alındığı bir ədəd DVD diskə baxış keçirilərkən görüntülərlə baxış protokolunda qeyd olunanların uyğunluq təşkil etdiyi müəyyən edilmişdir (cild 1, iş vərəqi 155). Məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2023-cü il tarixli 6/799 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 241” dairəvi möhür əksləri olan kağız yapışdırılmış bir ədəd bağlamadakı bir ədəd bükümdə təmiz çəkisi 1207,3 qram olan qəhvəyi rəngli maddə kustar üsullar hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 1207,3 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 1207,2 qr. (cild 1, iş vərəqi 46, 55-60). Məhkəmə-kimyəvi ekspertizasının 09 fevral 2023-cü il tarixli 6/802 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "... Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,350 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 0,141 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi - 0,350 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 0,300 qr. Metamfetaminin təmiz çəkisi - 0,141 qr., tədqiqata sərf edildi - 0,050 qr., qalıq - 0,091 qr. (cild 1, iş vərəqi 46, 61-67). Məhkəmə-bioloji ekspertizasının 09 fevral 2023-cü il tarixli 7/197 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamada 1 (bir) ədəd ağ rəngli selofan torbada təmiz çəkisi 740,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi - 740,0 qr., tədqiqata sərf edildi - 0,05 qr., qalıq - 739,95 qram. (cild 1, iş vərəqi 47, 68-71). Məhkəmə-ballistik ekspertizasının 09 fevral 2023-cü il tarixli 23/110 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd №-si silinmiş silah 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş «Kalaşnikov» konstruksiyalı «AKM» modelli avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 11 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1958-ci ildə istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli «Kalaşnikov» konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli «Kalaşnikov» konstruksiyalı avtomatların komplekt hissəsidir - darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır (cild 1, iş vərəqi 48, 72-78). Məhkəmə-ballistik ekspertizasının 26 aprel 2023-cü il tarixli 3/582, 3/583 nömrəli rəyindən görünür ki: - tədqiqata təqdim edilmiş 1 ədəd silah keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, yivli odlu avtomatik döyüş silahıdır, silah saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir. Həmin silahın lülə qutusunun sol ön səthində, sürgünün üzərində, lülə qutusunun qapağının arxa tərəfində, qaz borusunun alt tərəfində, lülənin üzərində zavod nömrə nişanlarının həkk olunduğu sahələr sonradan kustar üsulla kənar predmet vasitəsi ilə dərindən silindiyindən ilkin mətnini müəyyən etmək mümkün deyil. Silahın çaxmağının üzərində “BP 6001” hərf və rəqəmləri zavod işarələri həkk edilmişdir. - tədqiqata təqdim edilmiş 8 ədəd patron zavod üsulu ilə istehsal edilmiş, pistonları mərkəzdən alışan, 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik, “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, AKMS”) markalı avtomat silahlarda, “RPK” (“RF>KS”) markalı əl pulemyotlarında, “SKS” karabinində və s. yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən, iz buraxan patronlardır, atəşə yararlıdırlar. - tədqiqata təqdim edilmiş 1 ədəd sandıqça “Kalaşnikov” konstruksiyalı “AK” (“AKM”, “AKS”, “AKMS”) markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, zavod üsulu ilə hazırlanmış, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli patron tutumuna malik olan sandıqçalardır, təyinatı üzrə istifadəyə yararlıdır. - təqdim edilmiş silahdan tədqiqat zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsində eksperimental atəşlər açıldığından ekspert qarşısında qoyulmuş “həmin silahdan atəş açıiıb-açılmamasım, əgər açılmışdırsa atəşin vaxtının müəyyən edilməsi” sualı üzrə tədqiqat aparılmadı (cild 1, iş vərəqi 105-106, 162-166). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 16 fevral 2023-cü il tarixli 3-13-1112-2218/2023 saylı məktubundan görünür ki, təqdim edilmiş 1 ədəd 7,62 mm kalibrli №-si silinmiş «Kalaşnikov» konstruksiyalı AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış baliistik sistemi vasitəsi ilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir (cild 1, iş vərəqi 138-139). Cinayət işinə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 08 fevral 2023-cü il tarixli 1/406 nömrəli protokoldan görünür ki, həmin tarixdə saat 18:19 dəqiqədə Təqsirləndirilən şəxs müayinə olunmuş, nəticədə sidikdə OPİ (tiryək), TML (tramadol), AMP (amfetamin) aşkar edilmişdir (cild 1, iş vərəqi 44-45). Məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli 3296 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispenserində qeydiyyata alınması məsləhət görülür (cild 1, iş vərəqi 171-172). İş üzrə əməliyyat tapşırığına verilmiş 24 may 2023-cü il tarixli cavab məktubuna əsasən, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin, qurudulmuş marixuananın, psixotrop maddə metamfetaminin istifadəsi və satışı ilə məşğul olmuşdur. Keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroini, qurudulmuş marixuananı, psixotrop maddə metamfetamini, yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd avtomat silahı, bir ədəd sandıqçanı və 11 ədəd patronu haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 159). İbtidai istintaq orqanının 27 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə olan 0,350 qram miqdarında narkotik vasitə heroin, bir ədəd zərfdə qablaşdırılmış bir ədəd bükümdə 0,141 qram miqdarında psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 0,300 qram miqdarında narkotik vasitə heroin və 0,091 qram çəkidə psixotrop maddə Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağında saxlanılmışdır (cild 1, iş vərəqi 173-194). İbtidai istintaq orqanının 27 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd bağlamada olan 1207,3 qram miqdarında narkotik vasitə heroin, bir ədəd kağız paketdə qablaşdırılmış bir ədəd bağlamada olan 740,0 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana iş üzrə maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1207,2 qram çəkidə narkotik vasitə heroin və 739,95 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağında təhvil verilmişdir (cild 1, iş vərəqi 173-194). İbtidai istintaq orqanının 27 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş bir ədəd kisədə qablaşdırılmış bir ədəd yivli odlu avtomatik döyüş silahı, onun komplekt hissəsi olan bir ədəd sandıqça və döyüş sursatı hesab edilən 11 ədəd patron iş üzrə maddi sübut hesab edilmiş və bir ədəd yivli odlu silah, bir ədəd sandıqça və 3 ədədi eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalmış 8 ədəd patron Bakı şəhəri, Sabunçu rayon polis idarəsinin maddi sübutların saxlanılma otağında təhvil verilmişdir (cild 1, iş vərəqi 173- 194). İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması, həmçinin yaşadığı evə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı iki ədəd DVD disk iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 1, iş vərəqi 173-194). 230050215 nömrəli cinayət işi üzrə Şahid4 götürülmüş 0,298 qram miqdarında psixotrop maddə metamfetamin və 0,788 qram miqdarında narkotik vasitə qurudulmuş marixuana, həmçinin ********* nömrəli cinayət işi üzrə Şahid5 götürülmüş 0,240 qram çəkidə psixotrop maddə metamfetamin həmin cinayət işləri üzrə qəbul edilmiş qərarlara əsasən maddi sübut kimi tanınmışdır (cild 1, iş vərəqi 128, 131-132). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik informasiya idarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilmiş ********* nömrəli cinayət işi xx.xx.2022-ci il tarixdə məhkəməyə göndərilmişdir (cild 1, iş vərəqi 160-161). Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır (cild 1, iş vərəqi 218-219). Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli 1(008)-110/2023 saylı göstərişindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabunçu rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü 27 iyun 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək, 08 fevral 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra təzyiq altında olduğunu və həmin vaxt üzərində heç nə olmadığını, küçədə Şahid4 və Şahid5lə birlikdə saxlanıldığını, yaşadığı evdən aşkar olunan narkotiklərin polis bölməsindən onların evinə gətirilib qoyulduğunu, silahın da özünə məxsus olmadığını və polis işçilərinin sözlərinə görə guya həmin avtomat silahı «Ləhiş bağları» ərazisindən tapdığını və gətirib evində saxladığını bildirdiyini, özünü yalnız narkotik vasitələrdən istifadə etdiyi üçün təqsirli bildiyini qeyd etdi və müdafiəsi üçün dəlillər gətirdi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyyə edilir ki, hökmün təsviriəsaslandırıcı hissəsində təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmədə gətirdiyi həmin dəlillərlə bağlı qeyd etməyi lazım bilir ki, iş materiallarına görə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, saxlanılması, daşınması, satışı ilə məşğul olması, həmçinin yaşadığı evdə qanunsuz odlu silah və narkotik vasitələr gizlətməsində şübhəli bilindiyinə görə saxlanılmış, bu zaman onunla birlikdə sonuncudan narkotik vasitələr aldıqlarını bildirən Nardaran qəsəbə sakinləri Şahid5 və Şahid4 da olmuşlar. Hər üç şəxs Sabunçu RPİ, 42-ci Polis bölməsinə gətirilərək, onların üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs özü heç bir kənar təsir olmadan üzərində saxladığı 0,350 qram çəkidə heroini və 0,141 qram çəkidə psixotrop maddə metamfetamini təhqiqatçıya təqdim etmişdir. Həmçinin onunla birlikdə saxlanılan Şahid4 və Şahid5 də üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman 0,788 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və 0,298 qram çəkidə psixotrop maddə metamfetamin Şahid4 üzərindən, 0,240 qram çəkidə psixotrop maddə metamfetamin isə Şahid5 üzərindən aşkar olunaraq götürülmüşdür. Qeyd olunan maddi sübutlar prosessual qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ilkin izahatında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi bütün ifadələrində, həmçinin barəsində qətimkan tədbiri seçilməsi ilə bağlı təqdimata baxılarkən məhkəmədə verdiyi izahatında törədilmiş cinayətlərə görə özünü təqsirli bilmişdir. O, sosial şəbəkədə tanış olduğu İran vətəndaşından dəfələrlə narkotik vasitələr və psixotrop maddələr aldığını və onların satışı ilə məşğul olduğunu, Şahid4 və Şahid5 də saxlanıldıqları gün hər birinə 20 manat müqabilində narkotik və psixotrop maddələri özünün satdığını, iranlıdan əldə etdiyi külli miqdarda narkotik və psixotrop maddələri Nardaran qəsəbəsində yaşadığı evdə saxladığını, həmçinin evində qanunsuz olaraq əldə etdiy odlu silah da saxladığını və həmin əşyaları təqdim etmək istədiyini bildirmişdir. Əməliyyat tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına 08 fevral 2023-cü il tarixdə baxış keçirilərkən evin yataq otağındakı çarpayının altından qara rəngli bir ədəd selofan torbada iki ədəd bağlamada saxladığı külli miqdarda narkotik vasitə heroin və külli miqdarda narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı avtomat silah, 11 ədəd patron və bir ədəd sandıqça aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ilə birlikdə saxlanılan Şahid4 və Şahid5 də həm ilkin izahatlarında, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində, eləcə də məhkəmə baxışı zamanı dindirilərkən üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs hər biri 20 manat müqabilində aldıqlarını etiraf etmişlər. Qeyd edilməlidir ki, Qasımov X6 Mövlanzadədən qanunsuz olaraq psixotrop maddə metamfetamin və narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlaması və daşıması cinayətini törətdiyinə görə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 26 may 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin hökm qanuni qüvvəyə minmişdir. 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etmiş Şahid5 CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı isə hazırda Sabunçu rayon Məhkəməsində davam etdirilir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi, fiziki təzyiqlərə və işgəncələrə məruz qalması barədə məhkəmədə gətirdiyi dəlillərin yoxlanılması istiqamətində müvafiq sorğular edilmiş və sorğuların cavabları məhkəmə baxışı zamanı tədqiq olunmuşdur. Belə ki, Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubla və tibbi kitabçadakı qeydlərlə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilkin tibbi müayinəsi zamanı bədənində xəsarət izləri aşkar edilməmiş və onun şikayəti daxil olmamışdır. Həmçinin, Bakı şəhəri, Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması barədə rayon prokurorluğunda araşdırma aparılmamışdır. Yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələrdən fərqli və ziddiyyətli ifadə verməsini, bununla bağlı məhkəmədə gətirdiyi dəlilləri iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, həmin dəlilər şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün seçdiyi müdafiə taktikası kimi dəyərləndirilməli, digər sübutlarla təsdiq olunduğuna görə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri iş üzrə obyektiv həqiqəti əks etdirən sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin üzərindən və yaşadığı evindən aşkar olunub götürülmüş narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması nəticəsinə gələrkən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar olunmuş narkotik vasitələrin özünə məxsus olduğunu, onları sosial şəbəkə vasitəsilə satmaq məqsədilə əldə edib saxlaması və daşımasını səmimi etiraf etməsini, həmçinin iki nəfər alıcıya eyni vaxtda eyni növ narkotik və psixotrop maddələri satdıqdan dərhal sonra cinayət başında yaxalanmasını, şəxsi axtarışı zamanı üzərində daha iki bükümdə, yaşadığı evdən isə külli miqdarda narkotik vasitələrin aşkar olunmasını, narkotik vasitələrin bir hissəsinin çəkilib xırda bükümlərə və ayrı-ayrı bağlamalara qablaşdırılmasını, aşkar olunmuş narkotik və psixotrop maddələrin miqdarının külli miqdar həcmindən dəfələrlə artıq olmasını nəzərə alır. Hazırkı cinayət işi üzrə məhkəmə baxışı zamanı Dövlət ittihamçısı2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsi ilə, yəni təkrarlıq əlaməti üzrə verilmiş ittihamdan imtina etdiyini bildirərək, həmin maddə ilə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı qeyd olunan məsələ ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs əldə etdiyi 740,788 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın 0,788 qram hissəsini və 0,679 qram psixotrop maddə metamfetaminin 0,298 qram hissəsini tanışı Şahid4 20 manata, eyni tarixdə saat 10:30 radələrində eyni ünvanda isə psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,240 qram hissəsini tanışı Şahid5 20 manata satmışdır. Yəni, dövlət ittihamçısının mövqeyinə görə, Təqsirləndirilən şəxs əldə etdiyi eyni tərkibli narkotik vasitələri eyni tarixdə müxtəlif saatlarda 2 nəfər şəxsə satmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 13-cü bəndinə əsasən, şəxs narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədilə əldə edir və özündə saxlayırsa, belə maddə bir şəxsə və ya bir çox şəxsə satıla bilər. Əgər qeyd edilən maddə və ya onun bir hissəsi eyni vaxtda, yaxud da müxtəlif vaxtlarda iki və ya daha çox şəxsə satılarsa, belə satma, həmin maddələrin satış məqsədi ilə əldə edilib saxlanılması hərəkətləri ilə birlikdə vahid niyyətlə əhatə olunduğundan, təkrar satma kimi deyil, belə maddənin satış məqsədi ilə əldə edilməsi (saxlanılması) və satılması əməli kimi (bir əməl) qiymətləndirilməli və satış məqsədi ilə əldə olunmuş narkotik vasitə, psixotrop maddənin miqdarından asılı olaraq CM-nin 234.2 və ya 234.4.3cü maddəsi ilə tövsif edilməlidir. Qeyd olunan əsasla Dövlət ittihamçısı2 məhkəmə iclasında Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ümumi ittihamdan CM-nin 234.4.2-ci maddəsi ilə olan hissədə ittihamdan imtina etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 38.4-cü maddəsinin tələbinə görə, cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. Həmin Məcəllənin 39.2-ci maddəsinin tələbinə görə, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 84.6.9-cu maddəsinə görə, həmin Məcəllənin 41.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət ittihamçısının təqsirləndirilən şəxsə qarşı cinayət təqibindən imtina etmək hüququ vardır. Həmin Məcəllənin 43.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə verilmiş ittiham üzrə Dövlət ittihamçısı2 ittihamdan imtinası qəbul edilməli və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə kollegiyası iş üzrə toplanmış və hazırkı hökmdə sadalanan bütün sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni külli miqdarda əldə edərək saxlamaqla daşımış və satmış, həmçinin qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib gəzdirərək daşıyıb saxlamışdır, yəni Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi öz təsdiqini tapmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin törətdiyi yuxarıda qeyd edilən əməlləri düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər, həmin Məcəllənin 15.4-cü maddəsinin tələbinə görə isə, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası CM-nin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 228.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Qeyd olunan müddəaya əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər maddə üzrə cəza təyin olunmalı, həmin cəzaları qismən toplama yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökm 27 iyun 2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbinə görə, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə, yəni cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Sabunçu rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə hesab edir ki, həmin cəza Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, yəni cinayətlərin məcmusu qaydasında hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əsasən Təqsirləndirilən şəxs həmin tarixdə Bakı şəhəri, Sabunçu rayon Polis idarəsi, 42-ci Polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulmuş və hal-hazıra qədər həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan müddəaları nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 08 fevral 2023-cü il tarixdən hökm çıxarılanadək həbsdə olduğu bütün müddət onun cəza müddətinə daxil edilməlidir. Eyni zamanda, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası ambulator məcburi-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli 3296 nömrəli rəyini əsas tutaraq hesab edir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğundan və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı ehtiyacı olduğundan, həmçinin məcburi müalicəyə əks göstərişi olmadığından, ona narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.4 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilməlidir: - bir ədəd zərfdə qablaşdırılmış 0,300 qram çəkidə heroin, bir ədəd zərfdə qablaşdırılmış 0,091 qram çəkidə metamfetamin, bir ədəd kağız paketdə qablaşdırılmış 1207,2 qram çəkidə heroin, bir ədəd kağız paketdə qablaşdırılmış 739,95 qram çəkidə qurudulmuş marixuana, bir ədəd zərfdə qablaşdırılmış 0,248 qram çəkidə metamfetamin, bir ədəd zərfdə qablaşdırılmış 0,768 qram çəkidə qurudulmuş marixuana, bir ədəd zərfdə qablaşdırılmış 0,190 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli; - 1 ədəd silah keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, yivli odlu avtomatik döyüş silahı, bir ədəd sandıqça və 03 ədədi eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalmış 8 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminatğ Baş idarəsinə təhvil verilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, həmçinin yaşadığı fərdi evə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatları ümumilikdə 298 (iki yüz doxsan səkkiz) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsində ekspertə ödənilməli haqqlar məhkəmə məsrəflərinin bir növü kimi nəzərdə tutulmuşdur və həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən, həmin məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər. Bu səbəbdən, məhkəmə məsrəfləri hesab edilən 298 (iki yüz doxsan səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 222 №-li qərarına əsasən hər iş saatı üçün 6 manat hesabı ilə müdafiə xərcləri hesablanmalıdır. Cinayət işinə əlavə edilmiş orderdən və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş vəkil X1 240 (iki yüz qırx) manat müdafiə xərci hesablanmış və həmin pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil bürosunun hesabına köçürülməlidir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun vəkili X4 həyata keçirmiş, vəkilə müdafiə xərcləri kimi 240 (iki yüz qırx) manat hesablanmışdır. Odur ki, qeyd olunan pul vəsaiti həmin vəkil bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 2 (iki) il müddətə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökm üzrə təyin olunmuş 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə Bakı şəhəri, Sabunçu rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasını qismən toplama yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdən 19 may 2022-ci il tarixə kimi şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 (iki) gün nəzərə alınmaqla həmin müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 10 (on) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 08 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Dövlət ittihamçısı2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə verilmiş ittihamdan imtinası qəbul edilsin və həmin maddə ilə onun barəsində cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə Bakı şəhəri, Sabunçu RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş maddi sübutların taleyi aşağıdakı qaydada həll edilsin: - bir ədəd zərfdə qablaşdırılmış 0,300 qram çəkidə heroin, bir ədəd zərfdə qablaşdırılmış 0,091 qram çəkidə metamfetamin, bir ədəd kağız paketdə qablaşdırılmış 1207,2 qram çəkidə heroin, bir ədəd kağız paketdə qablaşdırılmış 739,95 qram çəkidə qurudulmuş marixuana, bir ədəd zərfdə qablaşdırılmış 0,248 qram çəkidə metamfetamin, bir ədəd zərfdə qablaşdırılmış 0,768 qram çəkidə qurudulmuş marixuana, bir ədəd zərfdə qablaşdırılmış 0,190 qram çəkidə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 1 ədəd keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş “Kalaşnikov” konstruksiyalı, 7,62 mm kalibrli, “AKM” markalı, yivli odlu avtomatik döyüş silahı, bir ədəd sandıqça və 3 ədədi eksperimental atəşlər zamanı istifadə edildikdən sonra qalıq qalmış 8 ədəd patron hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası DİN-nin Maddi-Texniki Təminatğ Baş idarəsinə təhvil verilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması, həmçinin yaşadığı fərdi evə baxış keçirilməsi videogörüntülərinin qeydə alındığı iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfləri hesab edilən: - 298 (iki yüz doxsan səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün; - ibtidai istintaq zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş vəkil X1 ödənilməli 240 (iki yüz qırx) manat pul vəsaiti Bakı şəhəri, 7 saylı Vəkil bürosunun hesabına köçürülsün; - məhkəmə baxışı zamanı dövlət büdcəsinin vəsaiti hesabına təqsirləndirilən şəxsin müdafiəsini həyata keçirmiş vəkil X2 ödəniləcək 240 (iki yüz qırx) manat pul vəsaiti Bakı şəhəri, «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia verilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Cavid Hüseynov Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar