Məhkəmə qərarları › İş №1(101)-1562/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1562/2025

05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1562/2025 05.12.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 (sədrlik edən), X12 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi İmanlı Aytən Məhəmməd qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə 01 avqust 1970-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozu nömrəsiz fərdi evdə yaşamış, 10 may 2025 il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4(009)-234/2025 saylı, 12 may 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirləndirilərək məhkəməyə verilmişdir ondan ötrü ki, o, xx.xx.2025-ci il tarixdə 4-cü dərəcəli qəlibçi kimi çalışdığı ünvan 3 ünvanının yaxınlığında yerləşən X5 "xxxx" ASC-nə məxsus tikinti sahəsində istinad divarlarının beton işlərini həyata keçirib bitirdikdən sonra həmin gün saat 16:00 radələrində üzərində olan iş paltarlarını dəyişdirmək üçün qeyd olunan tikinti sahəsində yerləşən paltar dəyişmə konteynerinə getmiş və paltar dəyişmə konteynerində iş yoldaşı Zərərçəkmiş şəxs ilə birlikdə olan zaman sonuncu onun ünvanına nalayiq ifadələr işlədərək təhqir edib bir dəfə təpiklə ayağından zərbə vurmuş, bu vaxt o, Zərərçəkmiş şəxs yaxasından tutmuş və aralarında yaranmış mübahisə zamanı o, Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə baş nahiyəsindən stolun üzərində olan dəstəkli stəkan ilə 04 dəfə və bir neçə dəfə yumruq zərbələri vuraraq həyat üçün təhlükəli ölümün səbəbi ilə bilavasitə əlaqəsi olan baş beyinin yumşaq qişasına qansızmalarla müşayiət olunan qapalı küt kəllə-beyin travması, alın-təpə nahiyəsinin mərkəzinin, təpə və ənsə-təpə nahiyəsinin sağ yarısının əzilmiş yaraları, sağ qaş qövsünün bayır qurtaracağı və sağ yanaq-dodaq büküşü proyeksiyasının sıyrıqları sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 10 may 2025-ci il tarixdə saat 08:00 radələrində çalışdığı "xxxx" ASC-ə işə getmiş və saat 16:00-a qədər işləmişdir. Saat 15:00 radələrində Zərərçəkmiş şəxs ondan orada olan “kislorod” balonunu qarışdırmağını istəmişdir. Təqsirləndirilən şəxs “kislorod” balonunun zərərli maddə olduğunu eyni zamanda həmin işin onun öhdəliyində olmadığını bildirmiş və həmin işi görməyi rədd etmişdir. Oradan uzaqlaşaraq, zeytun ağacının altında “siqaret” yandıraraq, dayanmışdır. Ümumiyyətlə o, işdən könüllü getmək istəmiş, belə ki, onu iş yerində həddən artıq bezdirmişdilər. Hətta bu barədə rəhbər şəxs olan Mürvət müəllimə üç dəfə müraciət etmiş və bu barədə fikrini bildirmişdir. Siqaretini çəkdikdən sonra geyim dəyişdikləri yerə gələrək, geyimini dəyişmiş və bu zaman Zərərçəkmiş şəxs onun yanına gələrək onu təhqir etməyə və təpik vuraraq boğmağa başlamışdır. Zərərçəkmiş şəxs öldürmək kimi bir niyyəti olmamış, əlindən qaçmaq üçün özünü müdafiə məqsədilə ittiham aktında dörd dəfə qeyd edilməsinə baxmayaraq, bir dəfə gildən hazırlanmış stəkanla onu vurmuş və başından biriki damcı qan düşdüyünü görmüşdür. Zərərçəkmiş şəxs başında daha öncədən də kəsiklər olduğunu görmüşdür. Əl-üzünü yumaq üçün getmiş və geri qayıtdıqda Bahaduru qapının ağzında görmüşdür. Zərərçəkmiş şəxs yenidən onu təhqir etməyə başlamışdır. O, artıq əhmiyyət verməmişdir. Ara sakitləşdikdən hardasa bir saat sonra ona yaxınlaşmışdır. Zərərçəkmiş şəxs ondan siqaret istəmiş və özünü pis hiss etdiyini demişdir. O, Zərərçəkmiş şəxs özünü yaxşı hiss etmirsə təcili tibbi yardıma zəng etməyi təklif etmiş lakin Zərərçəkmiş şəxs ehtiyac olmadığını bildirmişdir. O, Elman adlı işçinin mobil telefonu ilə təcili tibbi yardıma zəng etmiş lakin təcili tibbi yardım gələnə qədər Zərərçəkmiş şəxs artıq vəfat etmişdir. Bundan öncə isə Mürvət müəllimə zəng etmiş, o da gözləməyi, heç kimə heç nə deməməyi bildirmişdir. Onun Zərərçəkmiş şəxs öldürmək kimi bir niyyəti olmayıb, əgər elə bir niyyəti olsa idi, onu iş yerində yox işdən sonra harasa çağırıb orada da öldürə biləcəyini demişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq hadisə zamanı spirtli içki qəbul etmədiyini, Zərərçəkmiş şəxs onu “Kislorod” söhbətinə görə təhqir etdiyini, Zərərçəkmiş şəxs özünü xilas etmək üçün onu vurduğunu, Zərərçəkmiş şəxs yumruq zərbəsi endirmədiyini, hadisəni təxminən saat 16:00 radələrində törətdiyini, TTY xidmətinin saat 18:00 radələrində gəldiyini və həmin ana qədər Zərərçəkmiş şəxs artıq vəfat etdiyini, Zərərçəkmiş şəxs stəkanın kənar hissəsi ilə vurduğunu, Zərərçəkmiş şəxs onun ilə söyüş ilə danışdığını, hadisədən öncə onu boğamağa çalışdığını, bu an onları Tofiq və İlqar adlı şəxslərin gördüyünü və ona kömək etdiklərini, Zərərçəkmiş şəxs düşən qan izini gördükdən sonra ona toxunmadığını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərər çəkmiş şəxsin hüquqi varisini, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə sonuncunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən həmin Məcəllənin 126.3-cü maddəsinə tövsif edilməlidir, bundan başqa Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən sübutlarla təsdiq edilir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, 10 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirilən Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 1995-ci ildə ailə həyatı qurmuş, həmin evlilikdən 4 övladları dünyaya gəlmişdir. Zərərçəkmiş şəxs onunla birlikdə Saatlı rayonu, Məzrəli Ə/D, Məzrəli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamışdır. Zərərçəkmiş şəxs 2003-cü ildən "xxxx" ASC-də fəhlə kimi çalışmışdır. Zərərçəkmiş şəxs 2022-ci ildə öz ərizəsi ilə "xxxx" ASC-də işdən ayrılmışdır. Zərərçəkmiş şəxs 2024-cü ildən etibarən isə yenidən "xxxx" ASC-də fəhlə kimi işə bərpa olunmuşdur. Həyat yoldaşı Zərərçəkmiş şəxs "xxxx" ASC- də işi ilə əlaqədar olaraq ayda 1 dəfə Saatlı rayonuna gəlmişdir. Qalan vaxtlarda Bakı şəhərində olmuşdur. 09 may 2025-ci il tarixdə Saatlı rayonunda olan yas mərasimi ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs Saatlı rayonuna gəlmiş və 10 may 2025-ci il tarixdə səhər saat 05 radələrində Saatlı rayonunu tərk edərək Bakı şəhərinə yollanmışdır. Həmin gün saat 12 radələrində Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək onun Bakı şəhərinə çatıb-çatmaması ilə maraqlanmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs ona artıq Bakı şəhərinə çatdığını bildirmişdir. Həmin gün saat 18 radələrində "xxxx" ASCnin tanımadığı işçisi onun qardaşının istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən qətlə yetirildiyini bildirmişdir. Qardaşı da sonra ona bu xəbəri vermişdir. Onun tələbi bundan ibarətdir ki, Zərərçəkmiş şəxs qətlə yetirən şəxs cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılsın. Zərərçəkmiş şəxs kiminləsə dava-dalaşının olmasını, mübahisə etməsini eşitməmişdir. Zərərçəkmiş şəxs həmçinin bu barədə ona heç nə deməmişdir. O, Təqsirləndirilən şəxs ümumiyyətlə heç vaxt tanımamışdır. Zərərçəkmiş şəxs sağlığında hər hansı bir xəstəlikdən əziyyət çəkməmişdir. Zərərçəkmiş şəxs istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələri olmuşdur. Sonda zərər çəkmiş şəxsin hüquqi varisi X8 Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü ildən "xxxx" ASC-də çalışır. 2025-ci ilin may ayından etibarən "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən tikinti sahəsində fəhlə kimi çalışır. xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və mərhum xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs da onunla birlikdə "xxxx"ASC-də fəhlə kimi çalışmışdır. Hər iki şəxslə münasibəti normal səviyyədə olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bundan əvvəl bir dəfə sözlü şəkildə mübahisə etmələrinin şahidi olmuşdur. Onlar qeyd olunan tikinti sahəsində dövlət sifarişi əsasında sürüşmə zonasında istinad divarlarının tikintisini həyata keçirlər. "xxxx" ASC-də iş saatı saat 08:00-dan 17:00-a qədərdir. 10 may 2025-ci il tarixdə ünvan 3 ünvanının yaxınlığında yerləşən "xxxx" ASC-nə məxsus tikinti sahəsində istinad divarlarının beton işlərini həyata keçirib bitirdikdən sonra gündəlik qarşıya qoyulmuş planı tez bitirdiklərinə görə "xxxx" ASC-nin rəhbərliyi tərəfindən işdən 1 saat tez buraxılmışlar. 10 may 2025-ci il tarixdə saat 16:00 radələrində üzərində olan paltarları dəyişdirmək üçün qeyd olunan tikinti sahəsində yerləşən paltar dəyişmə konteynerinə yollanmışdır. Qeyd olunan paltar dəyişmə konteynerinə çatan zaman qışqırıq səsləri eşitmişdir. Həmin vaxt paltar dəyişmə konteynerinə daxil olmuşdur. İçəri daxil olan zaman Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bir-biriləri ilə əlbəyaxa olduqlarını, Zərərçəkmiş şəxs isə baş nahiyəsinin qan içində olduğunu görmüşdür. O, dərhal hər iki şəxsi bir-birindən aralamışdır. Bu vaxt Təqsirləndirilən şəxs paltar dəyişmə konteynerini tərk edərək çölə çıxmışdır. Bu vaxt tikinti sahəsində olan digər iş yoldaşları gələrək Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişlər. Baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs maraqlandıqda sonuncu ona hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisəsindən 30-40 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs paltar dəyişmə konteynerinin yaxınlığında olan zaman ona və digər iş yoldaşlarına vəziyyətinin pis olduğunu bildirmiş və yerə uzanmışdır. Təxminən 10 dəqiqədən sonra Zərərçəkmiş şəxs vəfat etmişdir. Məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq, bu hadisəyə qədər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisənin şahidi olmadığını, hadisə baş verən yerə gələnə qədər Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mübahisənin artıq başladığını və əlbəyaxa oldqularını, hər ikisinin bir birini vurduqlarını, həmin an orada stəkan görmədiyini və sonradan gördüyünü, konteynerdən ilk olaraq Zərərçəkmiş şəxs çıxdığını, həmin an Zərərçəkmiş şəxs başının zədələndiyini, Təqsirləndirilən şəxs də onarla birlikdə konteynerdən çıxdığını, Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərdiyini, Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs hadisədən sonra köməklik göstərdiyini, hadisədən təxminən 40 dəqiqə sonra TTY çağırıldığını, Zərərçəkmiş şəxs konteynerdən gəzərək çıxdığını, çıxan zaman ürəyinin bulandığını dediyini, hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığını və ümumiyyətlə heç bir formada təzyiq göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən tikinti sahəsində sürücü kimi çalışır və hadisə günü işə iki gün idi ki, qəbul olunmuşdur. Hadisə baş verən zaman namaz qılmaq üçün o tərəfdən keçmişdir, hadisənin şahidi olmamışdır. Ətrafda olan insanlardan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stəkan ilə vurmasını eşitmişdir. Məhkəmə icasında ona verilmiş suallara cavab olaraq, Zərərçəkmiş şəxs hadisədən sonra görmüş və həmin an başında qan izləri olmuş, Təqsirləndirilən şəxs özünün Zərərçəkmiş şəxs stəkan ilə vurduğunu demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən tikinti sahəsində fəhlə kimi çalışır. Hadisə zamanı ilk olaraq Təqsirləndirilən şəxs və ardı ilə Zərərçəkmiş şəxs konteynderdən çıxdığını görmüşdür. O, hər iki şəxsə tibbi ləvazimatlar vermişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs köməklik göstərmişdir. Ətrafda olan insanlardan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stəkan ilə vurmasını eşitmişdir. Məhkəmə icasında ona verilmiş suallara cavab olaraq, Zərərçəkmiş şəxs hadisədən sonra görmüş və həmin an başında qan izləri olmuş, Təqsirləndirilən şəxs özünün Zərərçəkmiş şəxs stəkan ilə vurduğunu demədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2013-cü ildən "xxxx" ASC-də çalışır. 2025-ci ilin may ayından etibarən "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən tikinti sahəsində fəhlə kimi çalışır. xx.xx.1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və mərhum xx.xx.1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs da onunla birlikdə "xxxx"ASC-də fəhlə kimi çalışmışdır. Hər iki şəxslə münasibəti normal səviyyədə olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bundan əvvəl hər hansı bir dava-dalaşlarının şahidi olmamışdır. "xxxx"ASC qeyd olunan tikinti sahəsində dövlət sifarişi əsasında sürüşmə zonasında istinad divarlarının tikintisini həyata keçiririr. "xxxx" ASC-də iş saatı saat 08:00-dan 17:00- dəkdir. 10 may 2025-ci il tarixdə ünvan 3 ünvanının yaxınlığında yerləşən "xxxx" ASC-nə məxsus tikinti sahəsində istinad divarlarının beton işlərini həyata keçirib bitirdikdən sonra gündəlik qarşıya qoyulmuş planı tez bitirdiklərindən "xxxx" ASC-nin rəhbərliyi tərəfindən onlar işdən 1 saat tez buraxlımışlar. 10 may 2025-ci il tarixdə saat 16:00 radələrində üzərində olan paltarları dəyişdirmək üçün qeyd olunan tikinti sahəsində yerləşən paltar dəyişmə konteynerinə yollanmışdır. Qeyd olunan paltar dəyişmə konteynerinə çatan zaman Zərərçəkmiş şəxs paltardəyişmə konteynerinin yaxınlığında yerdə oturduğunu və baş nahiyəsindən qan gəldiyini görmüşdür. Bu vaxt tikinti sahəsində olan digər iş yoldaşları gələrək Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərmişlər. Baş vermiş hadisə ilə əlaqədar Zərərçəkmiş şəxs maraqlandıqda sonuncu ona baş vermiş hadisə ilə bağlı heç nə deməmişdir. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs mübahisəsindən 30-40 dəqiqə keçdikdən sonra Zərərçəkmiş şəxs paltar dəyişmə konteynerinin yaxınlığında olan zaman ona və digər iş yoldaşlarına vəziyyətinin pis olduğunu bildirmiş və yerə uzanmışdır. İş yoldaşlarından Şahid5 bu barədə təcili tibbi yardıma məlumat vermiş və təxminən 10 dəqiqədən sonra Zərərçəkmiş şəxs vəfat etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxslə mübahisəsi bitdikdən sonra qeyd olunan ASC-nin digər işçiləri Şahid3, Şahid6, Şahid5 və Şahid2 paltar dəyişmə konteynerinə yaxınlaşmışlar. Məhkəmə icasında ona verilmiş suallara cavab olaraq, hadisədən öncə su gətirməyə getdiyini, hadisənin şahidi olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stəkan ilə vurduğunu dediklərini, Təqsirləndirilən şəxs hadisədən sonra Zərərçəkmiş şəxs köməklik göstərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən tikinti sahəsində çalışır, hər iki şəxslə münasibəti normal olmuşdur. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında bundan əvvəl hər hansı bir dava-dalaşın şahidi olmamışdır. Hadisə günü təcili tibbi yardıma zəng etmişdir. İlk öncə təqsirləndirliən şəxsdən hadisə ilə bağlı soruşduqda Zərərçəkmiş şəxs yıxıldığını söyləmişdir. Məhkəmə icasında ona verilmiş suallara cavab olaraq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stəkan ilə vurduğunu görməmişdir, ətrafdakı insanlardan bu barədə eşitmişdir, hadisədən sonra Abdullayevin Zərərçəkmiş şəxs yardım göstərdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, "xxxx" ASC-nin ünvan 3 ünvanında yerləşən tikinti sahəsində çalışır. Hadisənin baş verməsini görməmiş, hadisə baş verəndən sonra gəlmiş və o, gələn zaman Zərərçəkmiş şəxs artıq vəfat etmişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs vurduğunu demişdir. Cinayət işinin materiallarında olan 10 may 2025-ci il tarixli, №2126076 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisəni törədən zaman sərxoş olmamışdır. Cinayət işinin materiallarında olan 12 may 2025-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona təqdim edilən əşyaları nəzərdən keçirib hadisəni qeyd olunan cinayət aləti ilə törətdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası” X13 daxil olmuş 16 may 2025-ci il tarixli 3-28-29/2- 4889/2025 saylı məktubunda Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Bakı Şəhər Narkoloji Mərkəzi” X13 daxil olmuş 16 may 2025-ci il tarixli 2308 saylı məktubunda Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda olmadığı göstərilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “2 nömrəli X2” daxil olmuş 27 may 2025-ci il tarixli 2718 saylı məktubunda Təqsirləndirilən şəxs son 10 ildə Bakı şəhəri 2 nömrəli X3 statisionar müalicə üçün müraciət etmədiyi göstərilmişdir. Cinayət işinin materiallarında olan Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Maştağa Qəsəbəsi İnzibati Ərazi X7 3 iyun 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz ünvanında qeydiyyatsız yaşayır. Maştağa qəsəbə Nümayəndəliyinə vətəndaş Təqsirləndirilən şəxs barəsində qəsəbədə yaşadığı bu müddət ərzində qonşulardan və sakinlərdən heç bir şifahi və ya yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X18 verilmiş 19 may 2025-ci il tarixli, 226 saylı canlı şəxsin ekspertizası rəyinda göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - başın tüklü hissəsində sol məməvari çıxıntı nahiyyəsinin, boyunun sağ yan səthinin aşağı 1/3-nin, sağ kürəküstü və sağ qoltuqaltı nahiyyənin, döş qəfəsinin arxa sağ-yan səthinin sıyıqları, sol bazunun yuxarı 1/3-nin bayır səthinin qançırı, sol diz oynağının və sol baldırın yuxarı 1/3-nin iç səthinin lövhəvari hematoması və sol baldırın orta yuxarı 1/3-nin ön səthinin sıyrığı bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müayinə olunanın göstərdiyi müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyyələrə əl, yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 verilmiş 19 may 2025-ci il tarixli, 43 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər-baş beyinin yumşaq qişasına qansızmalarla müşayiət olunan qapalı küt kəllə-beyin travması, alın-təpə nahiyyəsinin mərkəzinin, təpə və ənsə-təpə nahiyyəsinin sağ yarısının əzilmiş yaraları, sağ qaş qövsünün bayır qurtaracağı və sağ yanaq-dodaq büküşü proyeksiyasının sıyıqları bərk küt əşyanın (əşyaların) təsirindən mərhumun ölümündən az əvvəl törənmişdir, qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 10 may 2025-ci il tarixdə kənar şəxs tərəfindən baş nahiyyəsinə bərk küt əşya ilə, ola bilsin stəkanla vurma nəticəsində əmələ gələ bilərdi, həyati xüsusiyyətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır və belə xəsarətlər ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin yumşaq qişasına qansızmalarla müşayiət olunan qapalı küt kəllə-beyin travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 6-8 saat əvvəl baş vermişdir. Qarşılıqlı mübarizə və özünü müdafiə məfhumu hüquqi termin olduğundan bu sualın aydınlaşdırılması məhkəmə-tibb ekspertinin səlahiyyətləri xaricindədir. Mərhum Zərərçəkmiş şəxs xəsarətlər bədənin müxtəlif duruş vəziyyətlərində, o cümlədən ayaqüstə, yarımoturaq, oturaq və.s vəziyyətlərdə yetirilə bilərdi. Xəsarətlərin xarakterik xüsusiyyətlərini, lokalizasiyasını nəzərə alaraq zərbələr yetirilən anda xəsarət alanın baş və sifət nahiyyəsinin xəsarət yetirən şəxsə tərəf olması barədə mülahizə yürütmək mümkündür. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoidlər (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X13 verilmiş maddi sübutların ekspertizasının 27 may 2025-ci il tarixli 161-2025/MTKŞ saylı rəyi ilə təsdiq olunmuşdur ki, ekspertizaya təqdim edilmş mərhum Təqsirləndirilən şəxs məxsus olmuş gödəkçənin sol qolunun qoltuqaltı nahiyyəsində, sol yan tikişi və sol qolun daxili tikişi üzrə küt yaranma mexanizminə malik və gödəkçənin müvafiq nahiyyəsinin kəskin dartılması nəticəsində əmələ gəlməyə xarakterik bir ədəd sökülmə zədəsi; arxa səthinin sağ yarısının aşağı hissəsində isə, küt yaranma mexanizminə malik və gödəkçənin müvafiq nahiyyəsinin hər hansı küt əşyaya ilişib-cırılması nəticəsində əmələ gəlməyə xarakterik bir ədəd məhdud cırılma zədəsi vardır. Bu zədələrin mütəlif şəraitlərdə, o cümlədən, qərarda göstərilən fiziki qüvvənin təsiri nəticəsində əmələ gəlmələrinin mümkünlüyü istisna olunmur. Tədqiqata təqdim edilmiş 09 ədəd fraqmentlərin eyni bir tamın hissələri olub-olmamasını müəyyən etmək üçün aparılmış uyğunlaşdırma zamanı müəyyən edildi ki, 09 ədəd fraqmentlər birbiri ilə uyğunluq təşkil etməsə də, şərti 1№-li, 2№-li, 3№-li və 8№-li fraqmentlər yuxarı kənarları və bəziləri yan divarları ilə azad sınıq kənarları boyu üzrə, eləcə də hazırlanma materialı, forması, üzərində olan boya və təsvirlərə görə bir-biri ilə uyğunluq təşkil edir. Tədqiqata 09 ədəd fraqment şəklində təqdim edilmiş hissələr eyni bir tamın (bir ədəd fincanın) qalıqları olmuşdur, lakin fincanın digər qalıqlarının tədqiqata təqdim edilməməsi nəzərə alınmalıdır. Fincan küt mexanizmlə qarşılıqlı təsirdən sınmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən verilmiş 06 iyun 2025-ci il tarixli 25-936R saylı rəyi ilə təsdiq olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzunqol köynəyin sağ qolunda, ön aşağı hissəsində, sağ sinə hissəsində, sol kürək hissəsində, hadisədən sonra Zərərçəkmiş şəxs başına bağlanmış 01 ədəd bint parçası və 04 ədəd salfet üzərində, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın sol ayağının dizdən aşağı nahiyyəsində və sağ arxa cibinin yuxarı kantının iç səthində, hadisə yerindən götürülmüş 02 ədəd qırılmış fincan fraqmenti üzərində aşkar edilmiş qanabənzər ləkələrin və hadisə yerində olan qanabənzər ləkələrin 02 ədəd çöplü pambıq tampon vasitəsi ilə götürülmüş nümunələrin tərkibində insan qanına xas olan hemoqlabin zülalı aşkar edildi. Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzunqol köynəyin sağ qolunda, ön aşağı hissəsində, sağ sinə hissəsində, sol kürək hissəsində, hadisədən sonra Zərərçəkmiş şəxs başına bağlanmış 01 ədəd bint parçası və 04 ədəd salfet üzərində, Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın sağ arxa cibinin yuxarı kantının iç səthində, hadisə yerindən götürülmüş 02 ədəd qırılmış fincan raqmenti üzərində aşkar edilmiş qan ləkələri və 02 ədəd çöplü pambıq tampon vasitəsi ilə götürülmüş nümunələri Zərərçəkmiş şəxs məxsusdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvarın sol ayağının dizdən aşağı nahiyyəsində aşkar edilmiş qan ləkələri Təqsirləndirilən şəxs məxsusdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 verilmiş xx.xx.2025-ci il tarixli 2854 saylı kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət törədilən anda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs hadisə zamanı öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs göstərilən cinayəti törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə zamanı öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində gərginlik, emosionallıq yaranmış, həmin halın yaranması situasiya ilə şərtiləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gədəbəy Rayon Xalq Məhkəməsinin 14 avqust 1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 112c və 113.2-ci maddələri ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Nərimanov Rayon Məhkəməsinin 23 oktyabr 2003-cü il tarixli qərarı ilə 1 il 7 ay 21 gün müddətinə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində bu və ya digər cinayətin tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsi haqqında” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə isə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin normanın mənasına görə təqsirləndirilən şəxs cinayətin törədilməsində özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. İttihamı, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməlin törədilməsini sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsində qəsdən adam öldürmə cinayətinə tərif verilmiş, maddənin dispozisiyasına görə qəsdən adam öldürmə digər şəxsi qəsdən həyatdan məhrum etmədə ifadə olunur. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi üçün cinayət tərkibinin dörd vacib elementinin olması zəruridir. Belə ki, Cinayət hüquq nəzəriyyəsində cinayət tərkibi xüsusi yer tutur. Cinayət tərkibi dedikdə ictimai təhlükəli əməli cinayət kimi səciyyələndirilən, cinayət qanunu ilə nəzərdə tutulmuş obyekti və subyektiv əlamətlərinin məcmusu başa düşülür. Cinayət tərkibi isə dörd vacib elementdən ibarətdir; cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti. Cinayətin obyekti - cinayətkarın qəsd etdiyi maraqlar, sərvətlər və ya başqa şəxslərin hüquqlarıdır. Cinayətin obyektiv cəhəti dedikdə, cinayətin törədildiyi əməl (hərəkət və ya hərəkətsizlik), cinayətkar nəticələr, habelə əməl və nəticələr arasında səbəbli əlaqə başa düşülür. Cinayətin subyekti - üzərinə törədilmiş əmələ görə cinayət məsuliyyətinin qoyulması mümkün olan şəxsdir. Söhbət cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddindən və anlaqlılıqdan gedir, şəxsin törətdiyi əmələ (hərəkət və ya hərəkətsizlik) qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibətidir. Cinayətin subyektiv cəhətinə motiv, məqsəd və emosional vəziyyət kimi əlamətlər də daxildir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il qərarının 2-ci bəndinə əsasən, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 3-cü bəndində qeyd edilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd edilənlərlə bağlı cari cinayət işinə münasibətdə qeyd edir ki, Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazımınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə məhz hazırki cinayət işində Təqsirləndirilən şəxs cinayəti törədən zaman qəsdinin məzmunu və istiqaməti, o cümlədən sonuncunun törətdiyi cinayət əməlinə qəsd formasındakı psixi münasibətinin formasının dəqiq aydınlaşdırmalı olduğunu hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətməkdə ittiham olunduğu hazırki cinayət əməlinin zəruri tərkib elementlərindən olan cinayətin subyektiv cəhətinin birbaşa qəsd formasında törədilib-törədilməsinin aydınlaşdırılması üçün qəsdin, eləcə də birbaşa qəsdin psixoloji elementlərinin olduğunu, psixoloji akt kimi müvafiq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərinin mövcudluğunu qeyd etmək zəruridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Sözügedən maddənin dispozisiyasından göründüyü kimi ictimai təhlükəli əməlin birbaşa qəsdlə törədilməsi özündə üç imperativ əqli və iradəvi tərəfi birləşdirir: 1. Əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmək; 2. Əməlin ictimai təhlükəli nəticələrini qabaqcadan görmək; 3. İctimai təhlükəli nəticələri arzu etmək. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin CM-nin 120.1-ci maddəsi ilə tövsif edilə bilməsi üçün sonuncunun cinayəti subyektiv cəhətdən birbaşa qəsdlə törətməsi təsdiq edilməli, bunun üçün təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi və ictimai təhlükəli nəticələrinin qabaqcadan görməsi kimi əqli tərəfləri ilə birlikdə, həmçinin həmin nəticələrin baş verməsini arzu etməsi sübuta yetirilməlidir. Cari cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamla bağlı məhkəmə cinayət tərkibinin subyektiv cəhətinin əlaməti kimi sonuncunun əməlində psixoloji faktor olan qəsdən adam öldürmə niyyətinin həqiqətən mövcudluğunu subutların birini digəri ilə müqayisəli şəkildə tədqiq etməklə müəyyən etməlidir. Lakin hazırki cinayət işinə münasibətdə məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən öz əməlinin ictimai təhlükəli olduğunu dərk etməsi və əməlin ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi ilə qəsdin əqli tərəflərinin mövcud olduğunu, lakin həmin ictimai təhlükəli nəticələri arzu etməklə sonuncunun qəsdinin iradəvi tərəfinin mövcudluğunun istisna olunduğunu qeyd edir. Cinayət işinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hadisədən sonra köməklik göstərdiyini, hadisədən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmadığını və ümumiyyətlə heç bir formada təzyiq göstərmədiyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında şahid qismində dndirilmiş Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hadisədən sonra köməklik göstərdiyini bildirmişlər. Həmçinin cinayət işinin mübahisəsiz hallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs stəkan ilə xəsarəti yetirdikdən sonra Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsdən uzaqlaşmış və əl-üzünü yumaq üçün getmiş, geri qayıtdıqda Zərərçəkmiş şəxs yenidən onu təhqir etməyə başlamış lakin o, əhəmiyyət verməmiş, ara sakitləşdikdən bir saat sonra təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaxınlaşmış, Zərərçəkmiş şəxs ondan siqaret istəmiş və özünü pis hiss etdiyini demişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs stəkan ilə xəsarəti yetirdikdən sonra uzaqlaşmaqla və sonra yenidən geri qayıdanda Zərərçəkmiş şəxs onu yenidən təhqir etməsinə baxmayaraq sonuncunu öldürmək üçün real imkanları olduğu halda, bunu iradəvi olaraq həyata keçirməmiş, əksinə Zərərçəkmiş şəxs özünü yaxşı hiss etmirsə təcili tibbi yardıma zəng etməyi təklif etmiş lakin Zərərçəkmiş şəxs ehtiyac olmadığını bildirməsinə baxmayaraq Elman adlı işçinin mobil telefonu ilə təcili tibbi yardıma zəng etmişdir. Beləliklə, hadisə baş verdikdən sonra təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin ayağa qalxaraq getməsinə mane olmaması Təqsirləndirilən şəxs qəsdən adam öldürmə cinayətini başa çatdırmaq imkanına malik olması, lakin belə bir niyyətinin olmaması barədə məhkəmənin gəldiyi qənaəti bir daha təsdiq edir. Həmçinin ibtidai istintaq orqanı sübutların qiymətləndirilməsi barədə müvafiq qərarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyatdan məhrum etmək niyyətini həyata keçirmək üçün qarşısına qoyduğu vahid niyyətini həyata keçirmək məqsədilə gildən hazırlanmış stəkan ilə sonuncuun baş nahiyəsindən 4 dəfə zərbə vurub Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etdiyini göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyyəsindən xəsarət yetirməsi faktı özlüyündə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsi öldürmək niyyətinin mövcudluğuna dəlalət etmir. Belə ki, Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs təpiklə vuraraq boğmağa başlamışdır və Təqsirləndirilən şəxs sonuncun əlindən xilas olmaq üçün gildən hazırlanmış stəkan ilə ona zərbə endirmiş və xilas olmuşdur. Məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yoldaşlıq münasibətinin olduğunu, əvvəllər hər hansı düşmənçilik və ya ədavətlərinin olmadığını anoloji şəkildə bildirmişdir. Yuxarıda göstərilənlərlə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə baş nahiyəsindən xəsarət yetirməsinə səbəb Zərərçəkmiş şəxs onu boğması və sonuncunun əlindən xilas olmaq niyyəti ilə təqsirləndirilən şəxs gildən hazırlanmış stəkan ilə zərər çəkmiş şəxsin baş nahiyəsinə zərbə endirərək sonuncuya xəsarət yetirmiş, həmin nayihə Zərərçəkmiş şəxs öldürmək niyyəti ilə təqsirləndirilən şəxs tərəfindən qəsdən seçilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhz həyatdan məhrum etmək niyyətini həyata keçirmək üçün qarşısına qoyduğu vahid niyyətini həyata keçirmək məqsədilə gildən hazırlanmış stəkan ilə dörd dəfə Zərərçəkmiş şəxs baş nahiyəsindən zərbə yetirməsi faktı öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin zəruri tərkib elementi olan subyektiv cəhətinin (qəsdən adam öldürmə niyyəti) və dolayısıyla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin tərkibinin mövcud olmadığı işin halları ilə tam təsdiq edilir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş dəlillər sonuncunun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq edən mötəbər sübutlar kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələrini mötəbər sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş zərər çəkmiş şəxsi qəsdən öldürməsi barədə ittihamı təsdiq etmir. Bununla bərabər həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, qəsdən sağlamlığa ağır zərər vurma dedikdə, insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərər vurma başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, bu Məcəllənin 126.1 və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə müəyyən edir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında mübahisə məhz Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs söyməsi və onu boğması ilə bağlı münaqişəli vəziyyət olmuş və təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsə qarşı icra etdiyi zorakı hərəkətin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmiş, müvafiq olaraq da Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdi müstəsna olaraq zərərçəkmiş şəxsə xəsarət yetirilməsinə yönəlmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X17rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış və təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, xarakterizə olunmayan şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 2 yetkinlik yaşına çatmayan uşağının olmasını onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallardan hər hansı birini müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 may 2025-ci il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəlinin 10 may 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 may 2025ci il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Məһkəmə һesab edir ki, hazırki cinayət işi üzrə müsadirə edilməli əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Səbail Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar və 01 ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılmalı, mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzunqol köynək və hadisədən sonra başına bağlamış olduğu bint parçası, hadisə yerindən götürülmüş cinayətin aləti hesab olunan qırılmış stəkan parçaları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Qüvvədə olan “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi pulsuz hüquqi yardıma görə 32 (otuz iki) iş saatı üçün 352 (üç yüz əlli iki) manat məbləğində vəsait Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin əvvəli 10 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Səbail Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd cins şalvar və 01 ədəd gödəkçə hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Səbail Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş mərhum Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzunqol köynək və hadisədən sonra başına bağlamış olduğu bint parçası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut qismində tanınaraq Bakı şəhəri Səbail Rayon Prokurorluğunun maddi sübutların saxlanc yerinə təhvil verilmiş hadisə yerindən götürülmüş cinayətin aləti hesab olunan qırılmış stəkan parçaları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclasında göstərdiyi pulsuz hüquqi yardıma görə 32 (otuz iki) iş saatı üçün 352 (üç yüz əlli iki) manat məbləğində vəsait Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elnur Nuriyev (sədrlik edən) Azər Tağıyev Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar