Məhkəmə qərarları › İş №1(101)-1563/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1563/2021

03.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1563/2021 03.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri; Mahmudov İlham Ağa oğlunun sədrliyi ilə, hakimlər Qəniyev Faiq Əsəd oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1989-cu il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ismayıllı rayonu, Basqal qəsəbəsində pasport qeydiyyatında olan və halhazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 15 aprel 2021ci il tarixdə, günorta saatlarında ünvan 1 ünvanında yerləşən “Elit" ticarət mərkəzinin yaxınlığında əvvəlcədən aralarında olan razılaşmaya əsasən İran İslam Respublikası vətəndaşı tərəfindən digər şəxs vasitəsi ilə göndərdiyi satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 42,787 qram narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, həmin gün saat 17:30-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Bakı şəhəri, Binəqədi rayonu, X3 küçəsi 6 ünvanında yerləşən Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə gətirilərək orada şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 42,787 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ildir ki, narkotik vasitə heroin çəkmək yolu ilə qəbul edir, heroini tanımadığı şəxslərdən almışdır. Mütəmadi olaraq narkotik vasitə aldığı şəxs yoxdur. 15 aprel 2021-ci il tarixdə günortadan sonra «Elit» ticarət mərkəzinin yaxınlığında olarkən tanımadığ bir şəxslə ünsiyyəti yaranmış və həmin şəxs ona 03 qram narkotik vasitə heroin vermişdir. Belə ki, həmin şəxs ona bildirmişdir ki, narkotik vasitənin pulu üçün özü onunla əlaqə saxlayacaq. Bundan sonra həmin şəxs öz telefon nömrəsini ona vermişdir. Daha sonra Əhməd Rəcəbli küçəsi ilə gedərkən orada mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər və onu narkotik vasitə dövriyyəsində şübhəli olduğunu bildirərək Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə aparmışlar. Orada üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Belə ki, onun əynində olan qara rəngli gödəkçənin cibində olan 03 qram narkotik vasitə heroini konüllü olaraq təqdim etmişdir. Onun hər dəfə narkotik vasitə tapıb almaq imkanı olmadığına görə çox miqdarda narkotik vasitə almışdır ki, xeyli müddət istifadə edə bilsin. Çünki bədənində şüddətli ağrıları olduğundan işləyə bilməmiş və narkotik vasitə qəbul edib ağrılarını sakitləşdirib işləmişdir. O, heç zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Onu istintaq zaanı polis əməkdaşları döyüb incidərək 50 qram narkotik vasitənin ona məxsus olmasını etiraf eməyə məcbur etmişlər. Təqsirləndirilən şəxs oğlunun ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında dindirilmiş şahid ifadələri, ekspertiza rəyləri və digər protokollarla tam öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində çalışır, polis polkovnik-leytenantı rütbəsini daşıyır. 15 aprel 2021-ci il tarixdə idarəyə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Binəqədi rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün ondan və Baş İdarənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyi üçün 15 aprel 2021-ci il tarixdə saat 17:30-da ünvan 2 ünvanının yaxınlığında piyada hərəkət edən zaman tərəflərindən saxlanılaraq Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə gətirildi. Orada təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı, gödəkçəsinin cibindən 01 bükümdə açıq qəhvəyi rəngli, spesifik iyə malik kütlə təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə heroindir və onu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən əldə edib, həmçinin özü də narkotik vasitə istifadə edəndir. Aşkar edilmiş maddələr qablaşdırılaraq möhürlənmiş və ekspertizaya göndərilmişdir. Tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onların tərəfindən heç bir təzyiq göstərilməmiş, o, hər şeyi könüllü etiraf edərək üzərində olan 50 qrama yaxın narkotik vasitə olan heroinə bənzər maddəni təqdim tmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində qeyd etdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Baksell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, *** *** ** **, 055 *** ** ** və 055 *** ** ** saylı mobil nömrələrinə 01 yanvar 2020-ci il tarixdən 15 aprel 2021-ci il saat 17:30-a kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısının, mesajların məzmununun və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə daxil olan və həmin nömrələrdən çıxan onun müxtəlif şəxslərlə pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesajlar aşkar edilmişdir: 16-09-2020 13:51:39 1.1.**********09 1.1.**********81 Salam qaqa. Necesen? Bidene meni srochno yig. Maaşı gotudum. 20 borcum var idi. Birde biwey lazimdi elave 16-09-2020 14:23:22 1.1.**********09 1.1.**********81 Qaqa bidene qardashimsan gor maksimum tez alinirsa gotur mene xeber elede qurban sene. İwden icaze alib gelecem 18-09-2020 13:09:08 1.1.**********09 1.1.**********81 Qardashimsan gor neyniyirsen 18- 09-2020 15:51:57 1.1.**********09 1.1.**********81 Brat qurban sene mene bir xeber deda. Ölureme konkret. Bir saat keçdi uje. Gelim? 18-09-2020 16:08:11 1.1.**********09 1.1.**********81 Qaqa mene bidene he yox deda qardasimsan. Yadaki gec alinacaqsa bidene telefonu gotur deki flan vaxta alınacaq rahatliyim biraz. 18-09-2020 16:59:30 1.1.**********09 1.1.**********81 Eger İgoturmek alinmirda 2gotur eybiyox. Prosto mene deki tezbazar pul tapim gelim. 18-09-2020 17:24:08 1.1.**********09 1.1.**********81 Brat 15deyqeye cixiram ishden eve gedirem. Bidene he yox deki bilim ishimi, Eve gedennen sonra uje gele bilmiyecem 27-09-2020 23:56:22 1.1.**********90 1.1.**********81 Namiy sen ne gijdiyirsen ne danışırsan xiyar mən sənə hamısın demişəm kurs qoymuşam ki belə tema var qoyağ getsin sende dedun ki prablem yoxdu heçkimə hecne deme mənliydi mən yoluna qoyacam indi mənə nə deyirsən ki bu nədi sen bilirsen axı o nədi. 400vermisen indi qalıb 400onuda QardasimSan saba gönder men senin sozuve göre camaatın malın aldım gönderdim sene yeni qaqa başva dönerem senin sen menim QardasimSan mən o poxa görə səni aladmaram nə var onu demişəm sənə 29-09-2020 18:09:22 1.1.**********90 1.1.**********81 Namiq qaqa mane biraz kola ötür Eliş bilməsin ogriyiram 13-11-2020 16:14:17 1.1,**********67 1.1.**********81 Qaqas 2 deyqe qardasiva vaxt ayir cixda hayata sana ham pul vermey istiyirem hamda telefonu verim sana qardasivi vaziyyatini duzaltda qaqaw 30-11-2020 13:34:16 1.1.**********65 1.1.**********81 Namiq telefonummunn mikkrafonnnu isdemir aliko de tez gelsin gelsin tez 05-12-2020 17:40:11 1.1.**********62 1.1.**********81 Bariqasan da bilir hami qaldiki evime basqin edursen mesajdarvida gelem hamsina cavab verecekssseb gozde anamda 102 yiqib senin bu oyunun baasiva oyun acaacaq 26-12-2020 21:24:49 1.1.**********07 1.1.**********81 Namiq qaqas alinmirsa bir kelme de alinmir.qaqas mene pulsuz sipicka copide lazim deyil.ay qaqas alinmirsa bir kelme alinmir.burda ne varki.3 gundi ay qaqas de alinmirda burda ne varki.karopka ne qedrr eleyir pulu .qonaqim var he yox İstintaq zamanı «Azersell» şirkətindən daxil olmuş Təqsirləndirilən şəxs adına və istifadəsində olan 050 *** ** ** və 055 *** ** ** (sonradan “Azersell” şəbəkəsinə daşınmış) saylı mobil nömrələrinə 01 yanvar 2020-ci il tarixdən 15 aprel 2021 -ci il saat 17:30- a kimi daxil olan, həmin nömrələrdən çıxan zənglərin siyahısının, mesajların məzmununun və həmin nömrələrin sahiblərinin anket məlumatlarına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə daxil olan və həmin nömrələrdən çıxan onun müxtəlif şəxslərlə pərdələnmiş ifadələrdən istifadə etməklə narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmasını təsdiq edən aşağıdakı mesajlar aşkar edilmişdir: 27/02/2021,13:22:13,**********50,**********81,Pati varindi 27/02/2021,13:22:18,**********50,**********81,Bickan 27/02/2021,13:32:00,**********50,**********81,Direm bickan pati varindi 27/02/2021,13:32:25,**********81,**********50,Yox yoxdu ay yetim Cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs adına olan Kapital banka aid **********189493 və **********479672 saylı kartlarının hesablarından çıxarışlar götürülmüş və müəyyən edilmişdir ki, həmin kartlara müxtəlif tarixlərdə müxtəlif məbləğlərdə terminal vasitəsilə pullar köçürülmüş, həmçinin Təqsirləndirilən şəxs tərəfindən eyni qaydada köçürmələr edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 aprel 2021-ci il tarixli, 6/1486 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd sellofan bükümdə təmiz çəkisi 42,787 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi 42,787 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 42,737 qram. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 07 iyun 2021-ci il tarixli, 1780 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 iyul 2021-ci il tarixli, 1457 saylı rəyi ilə müəyyən edilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunun cinayət işinin materialları, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də hər hansı psixi xəstəlik qeyd edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanıdan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-in 21.1-ci və 21.3- cü maddəsinin təsiri altına düşmür. Barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. 07 avqust 2021 -ci il tarixli qərarla Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 42,787 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, aparılmış tədqiqatlardan sonra qalıq qalmış 42,737 qram narkotik vasitə heroin cinayət işinə əlavə edilmiş və saxlanması üçün Binəqədi RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. Həmçinin həmin qərarla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin istintaqı zamanı Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilib öz müdafiəsi üçün dəlil gətirərək üzərindən çıxan 50 qrama yaxın narkotik vasitə çıxmamasını, onün üzərində yalnız 3 qram narkotik vasitə heroin olduğunu və həin maddəni şəxsi istifadəsi üçün satış məqsədi ilə deyil, öz istifadəsi üçün aldığını bildirmişdir. Lakin, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda narkotik vasitə heroin aşkar edilməsi, şəxsi axtarış zamanı özünün həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini səmimi etiraf etməsi, sonrakı ifadəsində isə həmin narkotik vasitəni iranlının göndərdiyi şəxsdən dəyərini sonradan ödəmək şərtilə əldə etməsini bildirməsi, müxtəlif şəxslərin pərdələnmiş şəkildə mesaj yazaraq ondan narkotik vasitə istəməsi, adına olan bank kartlarına çoxsaylı pul köçürmə əməliyyatlarının aparılması Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə əldə etməsini bir daha sübut etdiyindən onun ifadəsinin üzərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədi ilə əldə etməməsi barədə, həmçinin qabaqcadan əlbir olduğu şəxslərin ifşa olunmaması üçün narkotik vasitəni tanımadığı şəxsdən əldə etməsi barədə verdiyi ifadələrinə məhkəmə tənqidi yanaşır, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə fəqli ifadə verərək yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Beləliklə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında öz təsdiqini tapdığından o təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə əməlin tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsüf edilməli və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 15 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 42,737 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə evkspertiza xərcləri 65 (almış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında" 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi 216 (iki yüz on altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-346, 349, 351-354, 356-cı maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 aprel 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək, ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hüquqi yardımla bağlı Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi 216 (iki yüz on altı) manat məbləğində pul ödənilsin. İş üzrə maddi sübut olan və Binəqədi rayon Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 42,737 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən aparılmış videoçəkilişin 1 ədəd DVD diski iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılsın. İş üzrə evkspertiza xərcləri 65 (almış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən, apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar