Məhkəmə qərarları › İş №1(101)-1563/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1563/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1563/2024 18.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Məmmədov Əli İrfan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X29, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 38 saylı Vəkil bürosunun vəkilləri X20 və Müdafiəçi1, Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi2, “Yusifbəyli və Partnyorları” Vəkil bürosunun vəkili Müdafiəçi4, zərərçəkmiş şəxs X4 nümayəndəsi «Zəfər» vəkil bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və X4 iştirakları ilə, xx xxxxxxx 1990-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, işləməyən, Lənkəran şəhəri, Seperadi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşamış, barəsində polisin nəzarəti altına vermə qətmkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxx 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətmkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə, xx xxxxxx 1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4şayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs1 və sonuncunun vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 özlərini geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs3 əri X11 200.000 manat pul müqabilində azadlığa buraxılması məsələsini həll edəcəklərinə dair yalan vəd verib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürərək Bakı şəhəri, Nərimanov rayonu, X27 küçəsi 125 ünvanında yerləşən “X31” MMC-nin ofisində ona və Təqsirləndirilən şəxs2 verdiyi 30.000 manat pulu, 2020-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürərək həmin ünvanda eyni adla ona, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verdiyi 90.000 manat pulu, 2020-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürərək həmin ünvanda eyni adla ona, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 verdiyi 70.000 manat, ümumilikdə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürüb sonradan öz şəxsi vəsaiti hesabına Zərərçəkmiş şəxs3 qaytardığı 190.000 manat pulu ələ keçirib, verdikləri vədə əməl etməyərək əldə etdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ümumilikdə 190.000 manat məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişlər. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 şəxsi əlaqələri vasitəsilə sonuncunun qardaşı Şahid2 Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Çevik Polis Alayına xidmətə qəbul edilməsində köməklik göstərəcəyinə dair yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 2021-ci ilin iyun ayında ünvan 6 ünvanında yerləşən 247 nömrəli məktəbin qarşısında Zərərçəkmiş şəxs4 15800 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs1 və sonuncunun vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 özlərini geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1, 234.4.2 və və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs3 əri X11 200.000 manat pul müqabilində azadlığa buraxılması məsələsini həll edəcəklərinə dair yalan vəd verib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 etibarından sui-istiadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürərək Bakı şəhəri, Nərimanov rayonu, X27 küçəsi 125 ünvanında yerləşən “X31” MMC-nin ofisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdiyi 30.000 manat pulu, 2020-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürərək həmin ünvanda eyni adla ona, Fərdi Piriyev və Təqsirləndirilən şəxs1 verdiyi 90.000 manat pulu, 2020-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürərək həmin ünvanda eyni adla ona, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 verdiyi 70.000 manat, ümumilikdə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürüb sonradan öz şəxsi vəsaiti hesabına Zərərçəkmiş şəxs3 qaytardığı 190000 manat pulu ələ keçirib, verdikləri vədə əməl etməyərək əldə etdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ümumilikdə 190.000 manat məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişlər. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 guya özündə olan **-ET-*** dövlət nömrə nişanını 5000 manat pul müqabilində sonuncuya məxsus “Land-Cruiser” markalı avtomobilin üzərinə qeydiyyata saldıracağına dair yalan vəd verib etibarından suiistifadə etməklə aldadaraq, bu adla 28 dekabr 2021-ci il tarixdə ünvan 7 ünvanında yerləşən “50 Qəpik” çay evində Zərərçəkmiş şəxs1 5.000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 iş ortağı Şahid1 əleyhinə çıxarılmış Ali Məhkəmənin Mülki kollegiyasının 4 avqust 2022-ci il tarixli 2(102)-2984/2022 nömrəli qərarının ləğv edilərək sonuncunun xeyrinə qərar qəbul etdirəcəyinə dair Zərərçəkmiş şəxs2 yalan vəd verib etibarından sui-istifadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin sentyabr ayının əvvəllərində ünvan 8 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 3500 manat pulu, sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs2nm ünvan 9 ünvanında yerləşən “Spar” marketin qarşısında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə onun bank kartının hesabına göndərdiyi 505 manat pulu, sentyabr ayının ortalarında ünvan 10 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 1000 manat pulu, 2022-ci ilin sentyabr ayının sonlarında həmin ünvanın qarşısında 500 manat pulu, 2022-ci ilin oktyabr ayının əvvəllərində həmin ünvanın qarşısında 3500 manat pulu və 2022-ci ilin oktyabr ayının ortalarında qeyd olunan ünvanın qarşısında 7000 manat pulunu alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 16005 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tanışı Zərərçəkmiş şəxs1 və sonuncunun vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs3 özlərini geniş əlaqələrə malik olan şəxs kimi təqdim edib həmin əlaqələri vasitəsilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2, 234.4.1 234.4.2 və və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Zərərçəkmiş şəxs3 əri X11 200.000 manat pul müqabilində azadlığa buraxılması məsələsini həll edəcəklərinə dair yalan vəd verib Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 etibarından sui-istiadə etməklə aldadaraq, bu adla vahid niyyətlə əhatə olunan qəsdlə 2020-ci ilin fevral ayının sonlarında Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürərək Bakı şəhəri, Nərimanov rayonu, X27 küçəsi 125 ünvanında yerləşən “X31” MMC-nin ofisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdiyi 30.000 manat pulu, 2020-ci ilin aprel ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürərək həmin ünvanda eyni adla ona, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdiyi 90.000 manat pulu, 2020-ci ilin iyul ayının əvvəllərində Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürərək həmin ünvanda eyni adla ona, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verdiyi 70.000 manat, ümumilikdə Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 götürüb sonradan öz şəxsi vəsaiti hesabına Zərərçəkmiş şəxs3 qaytardığı 190000 manat pulu ələ keçirib, verdikləri vədə əməl etməyərək əldə etdikləri pulları aralarında bölüşdürməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ümumilikdə 190.000 manat məbləğində külli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Türkiyənin Anadolu Universitetində turizm ixtisası üzə təhsil almışdır. O, 2017-ci ildən 1 il müddətinə Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində böyük mütəxəssis vəzifəsində işləmişdir. O, əmək müqaviləsi əsasında işləyirmiş. Sonra öz ərizəsi ilə işdən çıxıb telefon mağazasında işə başlamışdır. O, Təqsirləndirilən şəxs2 uşaqlıqdan tanıyırmış, Təqsirləndirilən şəxs2 onun sinif yoldaşı olmuşdur, Təqsirləndirilən şəxs3 isə əvvəllər tanımamışdır. Əli ilə o aradabir görüşürmüşlər. 2019-cu ilin qış aylarında Əli çay içmək üçün onu kafeyə çağırmışdır. O, ora gedərkən Əlinin vasitəsilə Təqsirləndirilən şəxs3 tanımışdır. Onlar birlikdə çay içmişlər. Bu zaman Zahir adlı şəxs Fərid ilə görüşüb onlarla eyni masa arxasında əyləşmişlər. Söhbət zamanı Əli onun Prokurorluq orqanında işlədiyini və vəkil tanışlarının olduğunu demişdir. Zahir də onun tanışının həbs olunduğunu və onu həbsdən çıxarmağa köməklik etmələrini bildirmişdir. O, istintaq zamanı bütün sübutarı özü təqdim etmişdir. Əlavə sübut vermək istədikdə müstəntiq ondan pul istəmişdir. O, istintaq zamanı verdiyi ifadələri təsdiq edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Zahir ona vəkil üçün müraciət etmişdir. Zahir əvvəllər bir neçə vəkil tutsa da bu işi alındıra bilməmişdir. Onun tapdığı vəkilin ifadəsi istintaq zamanı alınsa da cinayət işi materiallarına əlavə edilməmişdir. İstintaq qərəzli aparılmışdır. O, əvvəllər Zahirə heç bir vəkil tapmamışdır. Vəkil tapmaqdan başqa Zahir ilə heç bir söhbətləri olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə hazırki ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 5-ci cild 215-221-cı vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs1 aşağıdakıları göstərmişdir: «...Bu zaman Əli polis kapitanı formasında içəri gəlmişdir. O da Əlini formada görüb təəccüblənmişdir....O da tanışlarının olduğunu və ona köməklik edəcəklərini, iş materialları ilə tanış olduqdan sonra nə isə fikirləşəcəklərini, bu işin həlli üçün 20.000 manat pul lazım olacağını demişdir. Sonra isə Zahir restorandan çıxıb getmişdir. Zahir getdikdən sonra Fərid onlara demişdir ki, Zahirə onu prokurorluğun işçisi kimi, Əlini də polis işçisi kimi təqdim etmişdir. Daha sonra Fərid də restorandan çıxıb getmişdir. ...O, bir vəkillə məsləhətləşmişdir, o da şikayət yazıb məhkəməyə verəcəyini bildirmişdir. Sonra da işlərin görülməsinə görə ilk öncədən 1000 manat pul istəmişdir. O da ona işləri görməsini və pulunun da veriləcəyini bildirmişdir. O vəkildən aralanıb Fəridə zəng edib vəkilə pul vermək lazım olduğunu demişdir. Fərid ona Zahirlə danışdığını və onun onlara 30.000 manat pul verəcəyini demişdir. Sonradan ona məlum olmuşdur ki, Fərid Zahirə onu Bakı şəhər prokurorunun köməkçisi kimi təqdim edib onun köməyi ilə işi həll edəcəyini demişdir. Fərid onunla Əlini Zahirin ünvan 11 ünvanında yerləşən ofisinə pulu almaq üçün göndərmişdir, özü də 28 May metrostansiyasının yaxınlığında yerləşən «50 qəpik» çay evində oturmağa getmişdir. Həmin vaxt 2020-ci ilin fevral ayı olmuşdur, lakin dəqiq tarixi xatırlamır. O, Əli ilə birlikdə ofisə getmişdir, orada Zahir 30000 manat pulu Əliyə vermişdir, Əli də pulu cibinə qoymuşdur. Onlar birlikdə Fəridin yanına «50 Qəpik çay» evinə getmişlər, orada 30000 manatı 10000 manat olmaqla 3 nəfər arasında bölmüşlər. Sonradan vəkilin pulunun verilməsi məsələsində Fərid o işə qarışmadığını və pulu Əli ilə onun verməyini demişdir. Əli ilə o, adama 500 manat pulu düzəldib vəkilə vermişlər. Vəkil də şikayət hazırlayıb apellyasiya şikayəti vermişdir. Sonradan pandemiya düşdüyü üçün məhkəmələr işləməmiş, buna görə iş uzanmışdır… Zahirin onlara dediyi həbsdə olan X11 arvadı Zərərçəkmiş şəxs3dır. Zahir və Nərmin onlardan işin gedişatı barədə soruşduqda narahat olmamalarını, məsələnin həll olunacağını deyib ofisdən çıxıb getmişlər. Zahirdən 30.000 manat pulu aldıqdan təxminən bir ay yarım keçdikdən sonra Fərid yenidən pul almaq eşqinə düşmüş və Bakı şəhəri, Nərimanov rayonu, Atatürk parkının yaxınlığında Fəridin evində onlar üçü görüşmüşlər. Fərid onlara Zahiri hazırladığını və 100.000 manat verəcəyini demişdir, daha sonra Fərid Zahir ilə telefonda danışmış, Zahir xanıma bu məsələni dediyini və xanımın da razılaşdığını bildirmişdir. O da Zahirə hələ məhkəmədən xəbərin çıxmadığını və işin hələki həll olunmadığını demişdir. O, Zahirə narahat olmamağını və işi özünün həll edəcəyini demişdir. Qadın da pulu biraz yubatdığına görə Fərid onun telefonuna birinci dəfə Zahirdən 30000 manatı pul almalarının videosunu göndərib ondan 3500 manat pul istəyib vermədiyi təqdirdə ona hədə-qorxu gələrək ondan şikayət edəcəyini və yuxarı qurumlara gedəcəyini bildirmişdir. O, bu barədə Əliyə demişdir. Əli də ona Fəridin ondan da hədəqorxu ilə pul tələb etdiyini və buna görə Fəridə 3000 manat pul verdiyini demişdir. Ona sonradan məlum olmuşdur ki, Əli və Fərid əlbir olub ondan yalandan pul almaq istəyirmişlər. O da məcbur olub ümumilikdə 2800 manat pul düzəldərək Fəridə vermişdir. Bir müddət keçdikdən sonra X39 xanıma öz evini tələsik satdırdığına görə xanım da 90000 manat pul düzəltmiş, Zahir də Fəridə zəng edib pulun hazır olduğunu və Fərid də onlara ofisə gedəcəklərini demişdir. O, getmək istəməsə də, Fərid ona hədə-qorxu gəldiyi üçün, qorxduğuna görə səsini də çıxarda bilməmişdir, Fərid, Əli və o özü birlikdə Zahirin ofisinə getmişlər. Orada da Zahir tək olmuşdur, Zahir onlara 90000 manat pul vermişdir, Əli də pulu götürüb ortaya qoymuşdur. O, Əli ilə pulu saymışdır… Əli pulu götürmüş və onlar ofisdən çıxmışlar, Əli pulu özündə saxlamışdır... Sonradan ona məlum olmuşdur ki, Əli ilə Fərid 90.000 manat pulu öz aralarında bölmüşlər. Sonradan o, Fəridə demişdir ki, vəkil bu işi həll edə bilməyəcək, pulu geri qaytarsın. Fərid isə ona demişdir ki, artıq gecdir, pulu xərcləmişlər. Emin İsmayılovun azadlığa buraxılması üçün Zahirə deyilmiş 200.000 manat puldan 120000 manatı alınmış və yerdə qalan 80000 manatı da almaq üçün onlar planlar qururmuşlar… Əli də Zahiri inandırırmışdır ki, Emin bir neçə aya buraxılacaqdır. 2020-ci ilin iyul ayında dəqiq tarix yadında qalmayan gündə Zahir Fəridə zəng edib pulu hazırladığını bildirmişdir. Fərid, Əli və o özü pulu götürmək üçün Zahirin ofisinə getmişdir. Həmin vaxt Nərmin də orada olmuşdur. X42 və Nərmin xanıma narahat olmamalarını demişlər. Daha sonra Nərmin xanım ofisdən çıxıb getmiş, biraz sonra Zahir çıxarıb 80.000 manat pulu onlara vermişdir. Həmin puldan Zahirə 10.000 manat şirinlik kimi pul verilmiş, sonra Əli 70.000 manat pulu götürmüş, onlar ofisdən çıxıb oradan uzaqlaşmışlar. Əli pulu idarə etdiyi avtomobilinə qoymuşdur. Fərid və Əli ona pul verməyəcəklərini, küçə söyüşü ilə ona gedib nə istiyirsən et deyirmişlər… Ondan sonra Fərid də onu əvvəlki kimi şantaj edərək ondan hissə-hissə ümumilikdə əvvəlki verdiyi 2800 manatla birlikdə 10.000 manatı tam almışdır. Hər dəfə Zahir və Nərmin onunla telefon əlaqəsi saxlayıb Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli barədə ondan soruşanda onlara yalandan deyirmiş ki, yaxın vaxtlarda məsələ həll olunacaqdır. Lakin o, Emin İsmayılovun azadlığa buraxılması məsələsini həll etmək iqtirdarmda deyilmiş. Bundan başqa o, Zərərçəkmiş şəxs4 qarşı da dələduzluq etmişdir. Belə ki, 2021-ci ilin aprel ayında o, Təqsirləndirilən şəxs2 vasitəsilə Zərərçəkmiş şəxs4 ilə tanış olmuşdur. O, Aynura özünü Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu bildirmişdir. 2021-ci ilin təxminən aprel ayında Aynur onun mobil telefonuna zəng vurub qardaşı ilə görüşməyini xahiş etmişdir. Həmin gündən təxminən iki gün sonra o, Aynurun qardaşı Sakit Vəliyev ilə görüşmüşdür, Sakit ona demişdir ki, polis işinə düzəlmək istəyir, o isə ona demişdir ki, bu işdə ona köməklik edər. 2021-ci ilin iyun ayında Zərərçəkmiş şəxs4 onunla telefon əlaqəsi saxlayaraq qardaşı Sakit ilə birlikdə onunla görüşüb iş barədə söhbət etmişdir. O da Zərərçəkmiş şəxs4 demişdir ki, 15800 manat pulun müqabilində onun qardaşı X40 Nazirliyinin Çevik Polis Alayına işə düzəlməsinə köməklik edər. Lakin o, X36 İşlər Nazirliyinin Çevik Polis Alayına işə düzəltmək iqtirdarında deyilmiş, məqsədi həmin pulu alıb pula olan ehtiyacını ödəmək olmuşdur. Həmin günün sabahı, 2021-ci ilin iyun ayında dəqiq tarix yadında qalmayan gündə o, ünvan 6 ünvanında yerləşən 247 nömrəli məktəbin qarşısında Zərərçəkmiş şəxs4 ilə görüşüb 15800 manat pulu ondan alıb 3 ay ərzində qardaşı X40 Nazirliyinin Çevik Polis Alayına işə düzəldəcəyini bildirmişdir. Həmin gündən sonra Aynur və qardaşı Sakit mütəmadi olaraq onunla telefon əlaqəsi saxlamışlar. Üç ay müddət bitdikdən sonra Aynur qardaşı Sakitin işə düzəlmək məsələsinin həll olunmadığını görüb ondan pulunu geri istəmişdir, o da müxtəlif bəhanələr gətirərək 15800 manat pulu ona qaytarmırmış. Sonradan 2022-ci ilin mart ayında 15800 manat puldan 2000 manatını Aynura qaytarmışdır. Daha sonra hissə-hissə olmaqla yenidən ona 1500 manat da qaytarmışdır, yəni ümumilikdə Zərərçəkmiş şəxs4 3500 manat pul qaytarmışdır… » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs1 göstərmişdir ki, imza onun imzasıdır, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs3lə dostluq münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 isə onun sinif yoldaşı olmuş və onu uzun müddətdir tanıyırmış. O, Təqsirləndirilən şəxs1 Bakı şəhər Baş Prokurorluq Orqanında X12 işlədiyini bilirmiş, lakin hansı vəzifədə işlədiyini bilmirmiş. Həmçinin o, Təqsirləndirilən şəxs1 işdən çıxdığından da məlumatsız imiş. O, zərərçəkmiş şəxs Zahiri Təqsirləndirilən şəxs3 vasitəsilə tanımışdır. İttiham aktında yazılanlar yalandır, o, polis formasında heç vaxt Təqsirləndirilən şəxs3lə görüşə getməmişdir. Belə ki, 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 ona zəng edəndə o, dostu Təqsirləndirilən şəxs3lə çay evində oturmuşdur. Təqsirləndirilən şəxs1 çay evinə gələcəyini demişdir. Sonra Təqsirləndirilən şəxs1 yanlarına gəlmişdir. Həmin vaxt Zahir də Fəridin dostu kimi onlarla bir masada əyləşmişdir. Təqsirləndirilən şəxs3 Əlizamin və onu tanışı Zahir ilə tanış etmiş, lakin Fərid qərəzli olaraq onları tanış etməmişdir. Söhbət zamanı Zahir Təqsirləndirilən şəxs1 Prokurorluq Orqanında işlədiyini öyrənmiş və onun tanışının həbs olunduğunu, onu həbsdən çıxartmağa kömək lazım olduğunu demişdir. Təqsirləndirilən şəxs1 isə Zahirə bu barədə maraqlanacağını demişdir. Təqsirləndirilən şəxs1 Zahirə prokurorluq orqanında işləməyinə dair vəsiqəni göstərmişdir. O, vəsiqəni görmüşdür. Vəsiqənin üzərində Azərbaycan Respublikası Prokurorluğu yazılmışdır. Təqsirləndirilən şəxs1 maraqlanadan sonra yenidən Zahirlə çay evində görüşmüşdür. Həmin görüşdə o, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Zahir iştirak edirmişlər. Təqsirləndirilən şəxs1 Zahirə bu məsələnin 200.000 manata həll olunacağını demişdir. Lakin o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 200.000 manat barəsində əvvəlcədən danışmamışdırlar, Fərid və o, bu barədə heç nə bilmirmişlər. Zahir pul məsələsini qadınla danışacağını razılıq olarsa Əlizaminə bildirəcəyini demişdir. Sonra razılıq olmuşdur. Lakin o, sonra baş verən görüşlər barədə heç nə bilməmişdir. O, sonuncu dəfə onların yanına gələndə artıq bütün məsələlər həll olunmuşdur. O, pul söhbətlərinin yalnız birində iştirak etmişdir. Videogörüntülərdə o da varmış, lakin o, həmin gün sonradan içəri gəlmiş və sonra da çıxıb getmişdir. Videogörüntü kəsilmiş formada istintaqa təqdim olunmuşdur. Zahir ona pul verməmişdir. Zahir ona sadəcə 10.000 manat borc pul vermişdir. O, həmin pulu Zahirin özünə qaytarmışdır. O, Zahirin Təqsirləndirilən şəxs3 borc pul verməyinin şahidi olmamışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 göstərmişdir ki, o, istintaq zamanı bir neçə dəfə ifadə vermiş və ifadələrini təsdiq edir. O, otağa gələndə pul sayılımış, amma o, pulun nə qədər olduğunu bilmirmiş. Təxminən 60.000-70.000 manat pul sayılırmış. Zahir ondan pul tələb etmişdir. Çünki o, Əlizamini onun vasitəsilə tanımış və borcunu ondan istəmişdir. O, X37 Orqanlarına müraciət etməsini bildirmişdir. O, Əlizamindən 2.800 manat pul almamış, ondan pul tələb etməmişdir. O, Təqsirləndirilən şəxs1 ifadəsi ilə razı deyil, Əlizamin düz ifadə verməmişdir. Zahir ona demişdir ki, bu iş alınsa ona 10.000 manat şirinlik pul verəcəkmiş. O da Zahirə demişdir ki, ona şirinlik verməsin, ona maşınının ehtiyacları üçün 10.000 manat borc pul versin,o, borcunu qaytaracaq. O, Zahirdən 2 dəfə borc almışdır. O, Zahirdən 10.000 manat borc pul alandan sonra 500 manat borc pul alıb qaytarmışdır. O, Təqsirləndirilən şəxs1 harda nə qədər pul verildiyini görməmişdir. 200.000 manat onun yanında Təqsirləndirilən şəxs1 verilməmişdir. Zahir Təqsirləndirilən şəxs1 Pokurorluq işçisi olduğunu eşidən kimi bu söhbəti özü açmışdır. Yəni, Zahir paqona görən kimi şirinlik etməyə başlamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə hazırki ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 2-ci cild 34-37-ci vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs2 aşağıdakıları göstərmişdir: «... o, Təqsirləndirilən şəxs3 təxminən 2019-cu ildən tanıyır, onunla normal münasibətləri vardır… Təqsirləndirilən şəxs1 Bakı şəhər prokurorluğunun rəhbər vəzifəli şəxsləri ilə yaxın münasibətlərinin olduğunu bildirərək onların vasitəsilə bu məsələ ilə maraqlanacağını bildirmişdir. Bundan bir neçə gün sonra o, Əlizamin, Fərid və Zahir Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyasının yaxınlığında yerləşən “Orman” restoranında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs1 Bakı şəhər prokurorluğunun rəhbər vəzifəli şəxslərinin vasitəsilə 200.000 manat müqabilində Emin İsmayılovun 4 ay müddət ərzində azadlığa buraxılmasına köməklik göstərə biləcəyini bildirmişdir. ...Bundan sonra X33 arvadı Zərərçəkmiş şəxs3 ilə bu barədə danışacağını bildirmişdir. Bir müddət sonra Zahir Zərərçəkmiş şəxs3 ilə danışdığını, sonuncunun tələb edilən məbləğlə razılaşdığını bildirmişdir. Zahir qeyd edilən məsələ ilə bağlı tələb edilən 200.000 manatı 3 dəfəyə olmaqla, Zərərçəkmiş şəxs3 almış və Əlizaminə də 3 dəfəyə vermişdir. Zahir ona 10 000 manat borca pul vermişdir. O, həmin pulu aldıqdan sonra şəxsi ehtiyaclarına sərf etmişdir. Əlizamin həmin pulu Ali Məhkəmənin rəhbərliyi ilə razılaşdırması üçün Bakı şəhər prokurorluğunun rəhbərliyinə verdiyini bildirirmiş. Bundan sonra vaxt keçdikcə Zərərçəkmiş şəxs1 və Eminin arvadı Zərərçəkmiş şəxs3 Əlizaminlə dəfələrlə danışırmış. O da Əlizaminin ona dediyi məlumatları Zahir və Nərminə bildirirmiş. Lakin həmin vaxt da özünün heç bir nüfuzlu işdə işləmədiyini nəzərə alaraq, özünün Emin İsmayılovun azadlığa buraxılmasına köməklik göstərə bilməyəcəyini tam şəkildə dərk edirmiş… O, Zahirlə də danışıqlarında ona narahat olmamasını və Əlizaminin elə bir işdə işlədiyi üçün məsələni həll edəcəyini və həll edə bilməyəcəyini düşünürsə pulunu geri alacaqlarını ona deyirmiş… Əlizaminin vəd verməyinə baxmayaraq, Emin İsmayılov azadlığa buraxılmamışdır. Buna görə də dəfələrlə Zahirlə aralarında söz- söhbətlər olmuş və o da ona alınmadığı təqdirdə gedib şikayət etməsini bildirmişdir. Zahir ona bildirmişdir ki, onun özü Zərərçəkmiş şəxs3 pulu tam şəkildə qaytarmışdır, buna görə də onlara verilmiş pulu qaytarmalarını tələb edirmiş. O da pulların onda olmadığını, Əlizamində olduğunu, sonuncunun həmin pulu hansısa vəzifəli şəxsə verib-vermədiyini, yaxud özündə saxlaması barədə məlumatının olmadığını Zahirə bildirmişdir. Bir daha bildirir ki, o Zahirdən 10 000 manat borc pul almış, həmin puldan yalnız 4000 manatını Zahir Nuralıyevə qaytarmışdır. Qalan 6000 manatı isə qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2 təxminən 3 ildir ki, tanıyır, aralarında şəxsi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs2nm Ali Məhkəmənin Mülki kollegiyasında işi olmuşdur. Bir dəfə Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlayıb ona köməklik etməyini istəmişdir. O, işlə maraqlanıb, hüquqi yardım göstərə biləcəyini demişdir. Bu işlə bağlı Zərərçəkmiş şəxs2 özünə vəkil tutub təkrar kassasiya şikayəti etməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 müraciətində qeyd etdiyi Namiq adlı şəxsin kim olmasını bilmir, belə bir şəxs tanımır. O, Zərərçəkmiş şəxs2 müraciətində bildirdiyi kimi ondan 16000 manat pul almamışdır. O, yalnız Zərərçəkmiş şəxs2 Ali Məhkəməyə müraciət etməsi ilə bağlı məsləhət vermişdir. Bu müraciət ilə bağlı o, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində izahat vermişdir. Hətta o, orada Zərərçəkmiş şəxs2 ilə üzüzə gəlmişdir, Zərərçəkmiş şəxs2 demişdir ki, o, ondan pul almamışdır…» Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, imza onun imzasıdır, o, istintaq zamanı verdiyi ifadəni təsdiq etmir və ona irəli sürülən ikinci epizod böhtandır. O, Təqsirləndirilən şəxs3 və Zahir orda olmuşlar və o heç kimdən 5.000 manat pul almamışdır. Üçüncü epizod üzrə o, 16.000 manat pul almamışdır. Həmin epizod üzrə heç bir istintaq hərəkəti də keçirilməyib, xarici nömrə ilə yazışmalar qoyulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 tanımır, o, sonradan bilmişdir ki, Əlizamin prokurorluq orqanında işləmişdir. O, Təqsirləndirilən şəxs2 tanıyır və bilirmiş ki, o, heç yerdə işləmir. O, Zərərçəkmiş şəxs1 6-7 ildir tanıyırmış. Zərərçəkmiş şəxs1 çay evində onunla söhbət edərkən bir tanışının barəsində azadlıqdan məhrumetmə cəzası təyin edildiyini bildirib onun azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş etmişdir. O, Zərərçəkmiş şəxs1 təsadüf nəticəsində Təqsirləndirilən şəxs2lə tanış etmiş və Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1lə tanış etmişdir. Ona pul müqabilində heçnə təklif olunmamışdır. Bu söhbətdən əvvəl onun pula ehtiyacı olduğu üçün şəxsi istifadəsindən ötrü Zərərçəkmiş şəxs1 ona əvvəlcə 3000 ABŞ dollar, sonradan isə 2300 ABŞ dollar borc pul vermişdir. Zərərçəkmiş şəxs1 ona pulu şifahi razılıqla vermişdir, yəni aralarında sənədləşdirmə olmamışdır. Onun Zərərçəkmiş şəxs1 10.000 manat borcu var imiş və Zərərçəkmiş şəxs1 ona olan həmin borcu bu işdə edəcəyi xeyir ilə əvəzləşdirəcəkmiş. Lakin sonradan Zərərçəkmiş şəxs1 pulu ödəməyi üçün ondan şikayət edərək pulu bu məsələ ilə bağlı aldığını bildirmişdir. Hazırda Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Əvvəllər Zərərçəkmiş şəxs1lə arasında hansısa bir məhkəmə işi ilə bağlı söhbət olmamış və yaxud o, əvvəllər Zərərçəkmiş şəxs1 bu barədə kömək etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X21 əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadə ilə hazırki ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunmuş, ifadələrin sonunda olan imza təqsirləndirilən şəxsə təqdim edilmişdir. Belə ki, cinayət işinin 5-ci cild 256-263-cü vərəqələrində olan ifadəsində Təqsirləndirilən şəxs3 aşağıdakıları göstərmişdir: «...o, Təqsirləndirilən şəxs2 ilə təxminən 2019-cu ildə çayxanada tanış olmuş, onunla normal münasibətləri var. ...Ondan bir müddət sonra Zahir onunla əlaqə saxlayaraq, Bakı şəhəri, Nərimanov rayonunda yerləşən «Gənclik» metrostansiyasının yaxınlığındakı “Orman” adlı çayxanada oturduqlarını bildirərək onu da dəvət etmişdir. Oraya getdikdə Zahir, Təqsirləndirilən şəxs2 və Əlinin Təqsirləndirilən şəxs1 adlı dostunun olduğunu görmüşdür. Görüş zamanı Əlizamin Bakı şəhər prokurorluğunda işlədiyini bildirib xidməti vəsiqəsini onlara göstərmişdir...Əlizamin Bakı şəhər prokurorluğunun rəhbər vəzifəli şəxsləri ilə bu məsələ barəsində danışacağını bildirmişdir. 2019-cu ilin mart ayında Zahir, Əli və Əlizamin onu yenə də görüşə dəvət etmişlər. Görüşləri Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Orman” restoranında olmuş, görüş zamanı Zahirlə söhbət zamanı Əlizamin Zahirə demişdi ki, onun dediyi məsələyə, yəni X11 azadlığa buraxılması məsələsinə köməklik göstərə biləcəklər… Bir müddət sonra Zahir onunla telefonla əlaqə saxladıqda həmin məsələ ilə bağlı Əlizamin və Əliylə iş gördüyünü bildirmiş, söhbət zamanı pulun hissə-hissə veriləcəyi barədə danışmış və ilkin olaraq 30000 manat pul verdiyini bildirmişdir. Həmin vaxtdan bir müddət sonra görüşlər zamanı aparılan söhbətlərdən ona aydın olmuşdur ki, qeyd edilən məsələ ilə bağlı 200.000 manat pul verilmişdir… Zahir bir müddət sonra bir neçə dəfə onunla əlaqə saxlayaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vədlərinə əməl etmədiklərini, Emin İsmayılovun azadlığa buraxılması işində heç bir irəliləyişin olmadığını, həmçinin onlarla əlaqə saxlamaqda çətinlik çəkdiyini bildirmişdir. O, dəfələrlə Zahir, Əli və Əlizamin ilə görüşüb qeyd edilən məzmunda onlarla söhbət etmiş, lakin heç bir irəliləyişi olmamışdır… » Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs3 göstərmişdir ki, imza onun imzasıdır, o, ofisə sonradan daxil olmuş, həmin vaxt yanında pul sayıldığını görmüşdür. Lakin məbləğin nə qədər olduğunu və hansı məsələ ilə bağlı pul saydıqlarını bilməmişdir. O, göstərilən məsələ ilə bağlı hər hansı məbləğlərdə pul almamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, “X31” MMC-nin direktorudur. Həmin MMC təmir tikinti işləri ilə məşğul olur. O, təqsirləndirilən şəxslərin hər üçünü tanıyır. 2020-ci ilin fevral ayında Zərərçəkmiş şəxs3 işçiləri vasitəsilə ona müraciət edərək əri X11 Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il azadlıqdan məhrum edildiyini, onun azadlığa buraxılmasına köməklik göstərilməsi üçün tanışının olub-olmamasını soruşmuşdur. O da onun tək qadın olduğunu və çətin vəziyyətdə olduğunu nəzərə alaraq bu işlə maraqlanacağını bildirmişdir. Tanıdığı Təqsirləndirilən şəxs3 ilə də bu barədə məsləhətləşmişdir. Fərid bu işin həll edilməsinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 köməklik göstərə biləcəyini bildirmişdir. O, üç hissəli ödəniş etməklə Əli, Əlizamin və Fəridə pul vermişdir. Bir müddət sonra yanıldığını görüb pulu tələb etmiş, amma onlar pulu geri verməmişdir. O da Polis İdarəsi, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan Təqsirləndirilən şəxs3 tərəfindən tam ödənilmişdir, lakin Təqsirləndirilən şəxs2 5.000 manat pulu ödəməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 avtomobil qeydiyyat nömrəsinə görə ondan aldığı 5.000 manat pulu geri verməmişdir. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmiş, şikayətçi deyil. Təqsirləndirilən şəxs2 şikayətçidir və avtomobil qeydiyyat nömrəsinə görə ondan aldığı 5.000 manat maddi ziyanın ödənilməsini tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq zərərçəkmiş şəxs Zahir Nuralıyev bildirmişdir ki, ibtidai istintaq vaxtı verdiyi ifadəni təsdiq edir. O, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etmiş, şikayətçi deyil. Təqsirləndirilən şəxs2 şikayətçidir və 5.000 manat maddi ziyanın ödənilməsini tələb edir. O, avtomobillə bağlı dekabrın 27-28-i Təqsirləndirilən şəxs2 pul vermişdir və Təqsirləndirilən şəxs2 bayramqabağı olduğunu sonra verəcəyini demiş və sonra o, ona 5.000 manat pulu geri qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən təkcə Təqsirləndirilən şəxs2 tanımış, digər təqsirləndirilən şəxsləri tanımamışdır. O, Ali Məhkəməyə müraciət etməli imiş. Belə ki, biznes şəriki X8 tərəf olduğu mülki iş üzrə verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarı ilə təmin edilməmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Plenumuna əlavə kassasiya şikayəti vermək istəyirmişlər. Təqsirləndirilən şəxs2 təsadüfən ona zəng edəndə söhbət zamanı Əliyə 43.000 manat almalı olduğu pulla bağlı problem yarandığını demişdir. Əli ona kömək edəcəyini, orada işləyən Namiq adlı biri ilə danışacağını demişdir. Əli bu işi görmək üçün ondan 16.000 manat pul alsa da nə 43.000 manatı geri vermiş, nə də 16.000 manat pulu ona geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs2 şikayətçidir, barışıq əldə etməmişdir. O, Təqsirləndirilən şəxs2 ona vurulan 16.000 manat zərəri tələb edir, 5 manat komissiya pulunu tələb etmir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, 16.000 manat pulu hissə-hissə 3 dəfə Təqsirləndirilən şəxs2 vermişdir. O, Əliyə «Memar Əcəmi»-də obyektinin qarşısında, bir dəfə obyektinin içərisində pul vermiş, bir dəfə də kartına pul köçürmüşdür. Əli ilk dəfə 4.000 manat pul istəmişdir. O, 3500 manat pul vermiş, sonra kartına 505 manat pul köçürmüşdür. 505 manatın 5 manat pulu komissiya pulu imiş. Bir neçə gün sonra 1000 manat, sonra 7000, 3000 olmaqla hissə-hissə pul vermişdir.O, hər dəfə qısa müddətə, yəni 3-4 gün müddətinə Əliyə pul verirmiş. Sadəcə 1-ci dəfə gec vermişdir. Əli ona pulu məhkəmədən istədiklərini deməmiş, sadəcə özü işi həll edəcəyini demişdir. O, 16.000 manat puldan sadəcə 500 manatı karta köçürmüş, qalan pulları nağd əlbəəl vermişdir. 500 manat pulu «Leo bank" kartına köçürmüşdür. Kartın kimin adına olduğunu bilməmişdir. Əli özü kartı ona mesajla atmışdır. Onun Əliyə pul verməyini işçiləri görüb. Obyektinin kameralarında da görüntülər vardır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərin hamısını tanıyır. Onun həyat yoldaşı X2 Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılmış və azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. O, Zərərçəkmiş şəxs1 makler kimi tanımış, Zahir onun ilk mənzilini satmışdır. Zahirin işçisi Zümrüd ona demişdir ki, Zərərçəkmiş şəxs1 hər yerdə tanışları var, əli hər yerə çatır və həyat yoldaşının azadlığa çıxmasına kömək edə bilərmiş. 2020-ci ildə Zahir Nuralıyev onu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3lə tanış etmiş və bildirmişdir ki, bu 3 nəfər yoldaşının azadlığa çıxmasına kömək edəcəkmiş. Zahir Nuralıyev demişdir ki, Təqsirləndirilən şəxs1 Prokurorluq işçisidir. Əlizamin özü də demişdir ki, prokurorluq orqanı işçisidir. Hətta Təqsirləndirilən şəxs1 2022-ci ilin xatırlamadığı ayında onu Baş Pokrurorluq Orqanının qarşısına çağırmış, Təqsirləndirilən şəxs1 Prokurorluq Orqanında çıxaraq ona sənəd vermişdir. Həmin vaxt Zahir Nuralıyev də Əlizaminin yanında imiş. X41 Vəliyevi ona DİN-nin işçisi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs2 əynində üzərində rütbəsi olan forma da var imiş. X38 Piriyevi isə elə özünün yanında MTN işçisi kimi təqdim etmiş, Təqsirləndirilən şəxs3 isə bu barədə heç bir etiraz etməmişdir. Zahir Nuralıyev onu Nərimanov rayonunda olan ofisinə çağırıb həyat yoldaşını Təqsirləndirilən şəxs3 azadlığa çıxaracağını, pulun Təqsirləndirilən şəxs3 veriləcəyini və Təqsirləndirilən şəxs3 yoldaşını Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əli ilə çıxaracağını demişdir. Zahir Nuralıyev ona demişdir ki, onların yanında pul söhbəti etməsin, pulu onun özünə versin, Zahid pulları özü Əli, Fərid və Əlizaminə verəcəkmiş O, özü maşınını satmış və ilk dəfə 50.000 manat pulu Zərərçəkmiş şəxs1 təklifi ilə ona vermiş ki, güya Zərərçəkmiş şəxs1 Prokurorluğa hədiyyə verəcəkmiş. Zərərçəkmiş şəxs1 pulu götürüb axşam da onu ofisinə çağırmışdır. Ofisdə Əli, Əlizamin və Fərid də var imiş. Təqsirləndirilən şəxs1 adi geyimdə gəlmiş amma Təqsirləndirilən şəxs2 DİN-nin formasında gəlmişdir. Zərərçəkmiş şəxs1 demişdir ki, narahat olma, pul verilibdir. Fərid demişdir ki, Əli və Əlizaminin səslərini yazmışdır. Zərərçəkmiş şəxs1 demişdir ki, 90.000 manat da pul verməlidir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs3 90.000 manat pulu ödəməyi üçün“Grand Hayat”-da yerləşən evini satdırmışdırlar. Beləliklə, o, 54.000 manata aldığı maşını 32.000 manat satmış, 2 evini satmış, qızılınıı aşağı qiymətə satmış və 230.000 manat pulu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 verməsi üçün Zərərçəkmiş şəxs1 vermişdir. Zahir Nuralıyev ona demişdir ki, 220.000 manat pulu Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 verib, 10.000 manat pulu da özünə götürübdür. Təqsirləndirilən şəxs3 Zahir Nuralıyevin yanında ona demişdir ki, pulu verəndə video və səs yazısı yazıb, narahat olmasın, aldadılma söhbəti yoxdur. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 evinin qarşısına gələrək demişlər ki, narahat olmasın, həyat yoldaşını içəridən çıxardacaqlar. Təqsirləndirilən şəxs3 milyon dəfə ona vədlər vermişdir. Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 onu 2 il süründürmüşlər və şantaj etmişlər. O, 1 ay çölə çıxa bilmirmiş. Zərərçəkmiş şəxs1 ona mesaj yazırmış ki, çölə çıxma, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 pulu qaytarmamaq üçün onu vuracaqlar. O, pulu Zahirə verdiyi üçün pulu ondan tələb etməyə başlamışdır. Sonradan Zərərçəkmiş şəxs1 tərəfindən ona vurulmuş 230.000 manat maddi ziyan ödənmişdir. Zərərçəkmiş şəxs1 onun 140.000 manat qiyməti olan evini 100.000 manata, 120.000 manat dəyərində olan evini 90.000 manata satdırmışdır. Zərərçəkmiş şəxs1 evin pulundan ona 10.000 manat geri qaytarsa da, hazırda 60.000 manat əldən çıxmış fayda ona ödənilməmişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, o, istintaq zamanı verdiyi ifadəni təsdiq edir. O, “Grand Hayat”da olan 2 otaqlı mənzilini, 50.000 manatlıq qızılı 17.000 manata satmış, maşınını 33.000 manata satmışdır, halbuki həmin əmlakların qiymətləri daha yüksəkdir. Həyat yoldaşının ilk vəkilini Zərərçəkmiş şəxs1 tapmışdır. Onun ilk evi 120.000 manat dəyərində imiş və evini pandemiya zamanı Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs1 90.000 manata satmışlar. Belə ki, pandemiya zamanı evi satmaq üçün həyat yoldaşı ona etibarnamə vermişdir. Lakin evinin yerləşdiyi MTK şirkəti evi etibarnamə ilə satmağa icazə verməmişdir. Təqsirləndirilən şəxs3 maşında Zərərçəkmiş şəxs1 demişdir di ki, notariusa yaxınlaşıb deyəcək ki, o, Nərmin xanımın həyat yoldaşıdır. Onun evi Yasamal rayonunda imiş, Fərid və Zahir evini təxminən 2018- 2019-cu ildə satmışlar. O, Korrupsiyaya qarşı Mübariə İdarəsində Zərərçəkmiş şəxs1 barəsində şikayət etməmişdir. O, telefonda ən çox Əlizaminlə danışmışdır. Zərərçəkmiş şəxs1 dediyinə görə onların işini aparan əsas şəxs Əli və Əlizamin imiş, Əli və Əlizamin isə Fəridin adamları imişlər. O, X15 geyimində görməmişdir. Əlizamin ona vəsiqə təqdim etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanıyır, Təqsirləndirilən şəxs3 tanımır. O, Təqsirləndirilən şəxs2lə ‘İnstagram’ sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Onun Təqsirləndirilən şəxs2lə dost münasibəti var imiş. Təqsirləndirilən şəxs2 ona polis şöbəsində işlədiyini demiş və ona üzərində 4 ədəd ulduzun olduğu bir şəkilini də telefon vasitəsilə göndərmişdir. Təqsirləndirilən şəxs2 ona hər hansısa işlə bağlı problemi olsa ona bildirməyini və ona kömək edəcəyini demişdir. Onun lombard ilə bağlı bir işi var imiş. O, bu barədə Təqsirləndirilən şəxs2 bildirmişdir ki, ona prokurorluq orqanında vəzifəsi olan bir şəxsin köməyi lazımdır. Əli onu Təqsirləndirilən şəxs1 ilə tanış etmiş və bildirmişdir ki, Əlizamin prokurorluq orqanında komputer idarəsində işləyir, ona müraciət etsə ona köməklik göstərəcək. Təqsirləndirilən şəxs2 bir gün ona zəng etmiş və demişdir ki, işi qaldırmaq üçün 1000 manat pul versin. O da lombard işində ona köməklik etməsi üçün 1000 manat pulu Təqsirləndirilən şəxs2 vermiş, lakin Təqsirləndirilən şəxs2 işlə bağlı ona heç bir köməklik göstərməmişdir. O, Təqsirləndirilən şəxs1 də qardaşının Daxili İşlər Nazirliyində işlə təmin edilməsinə kömək etməsi üçün zəng vurmuş və bunun üçün Təqsirləndirilən şəxs1 ondan 15800 manat məbləğində pul istəmiş və o da Təqsirləndirilən şəxs1 15800 manat pul vermişdir. O, pulu verərkən Təqsirləndirilən şəxs2 yanlarında yox imiş, Təqsirləndirilən şəxs2 15800 manat pul məbləğini Əlizamin Agayevə verdiyindən xəbərinin olub-olmaması haqqında məlumatı yoxdur. Lakin o bu barədə Əliyə deməmişdir. Təqsirləndirilən şəxs1 atası 15800 manat pul məbləğindən ona hissə-hissə pul geri qaytarmışdır. Həmçinin həbs edilməmişdən əvvəl Təqsirləndirilən şəxs2 onun qardaşına ‘Babək’ prospektində 2000 manat pul vermiş və bildirmişdir ki, bu pullar Təqsirləndirilən şəxs1 aldığı pulların bir hissəsidir. Təqsirləndirilən şəxs1 atası ona ümumilikdə 4300 manat pul vermiş, 11.500 manat pul məbləği geri verilməmişdir. O, Təqsirləndirilən şəxs1 ilə barışıq əldə etməmiş, şikayətçidir. O, Təqsirləndirilən şəxs1 11.500 manat maddi ziyanı tələb edir. Proses iştirakçılarının suallarını cavablandıraraq Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs2 ona bildirmişdir ki, Əlizamin Agayev Korrupsiya İdarəsində işləyir. O, Əlizamin və Əliyə pulunu geri qaytarmaları üçün zəng vurmuş, çünki onlar işi həll edə bilməmişlər. Həbs edilməmişdən əvvəl Təqsirləndirilən şəxs2 “Babək” prospektində 2000 manat pul məbləğini onun qardaşına vermiş və bildirmişdir ki, bu pullar Təqsirləndirilən şəxs1 aldığı pulların bir hissəsidir. O, zəng edib demişdir ki, pulunu qaytarsınlar, iş alınmır. Təqsirləndirilən şəxs2 özü demişdir ki, Əlizamin onun dostudur, özü gətirib verir. Təqsirləndirilən şəxs2 demişdir ki, özü gətirib 2000 manatı qaytaracaq. Məhkəmənin sonrakı barəsində Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 anası ona 15.800 manat ziyanı ödəmişdir və o Təqsirləndirilən şəxs1 şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərdən heç birini tanımır. O, 2010-cu ildə Şəlalə xanımla tanış olmuş və aralarında dostluq münasibətləri olmuşdur. 2017-ci ildən 2022-ci ilədək Zərərçəkmiş şəxs2 ilə birlikdə iş qurmaq məqsədi ilə Həmzə adlı şəxsdən “Şhaqman” yük markalı avtomobilləri və onlar üçün təkərlər almışlar. Lakin bu təkərlər yararsız vəziyyətdə imiş, buna görə də onlar məhkəməyə mülki qaydada şikayət etmişlər. Şəlalə xanım ona demişdir ki, Ali məhkəmə qərarının işin plenuma çıxarılıb ləğv etdirmək məsələsinin həlli üçün Təqsirləndirilən şəxs2 16000 manat pul vermişdir. Şəlalə xanım pulun Təqsirləndirilən şəxs2 çatdırılması barədə ona sadəcə sifahi olaraq məlumat vermişdir. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid1 bildirmişdir ki, Şəlalə xanım vasitəsilə Təqsirləndirilən şəxs2 16000 manat pul vermişlər. Şəlalə xanım pulu Təqsirləndirilən şəxs2 çatdırdığını bildirmişdir. Şəlalə xanım pulun Təqsirləndirilən şəxs2 çatdırılması barədə ona hər hansısa sübut göstərməmişdir, sadəcə sifahi olaraq ona bu haqda məlumat vermişdir. Şəlalə xanım pulu Təqsirləndirilən şəxs2 verdiyini ona demişdir. Zərərçəkmiş şəxs2 16000 manat pul məbləğini ona geri qaytarmamışdır Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxslərin hər birini tanıyır. O, ilk əvvəl Təqsirləndirilən şəxs1lə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 ona Prokurorluq Orqanında işlədiyini demişdir. O, Polis İdarəsində işə düzəlmiş amma turniklə bağlı biraz problemi olmuş, turnik mərhələsindən kəsilmişdir. Ona lazım imiş ki, kimsə xahiş etsin və onu həmin mərhələdən keçirsinlər. O, turnik mərhələsini çevik polis alayında keçməli imiş. Təqsirləndirilən şəxs1 ona demişdir ki, şirinlik verməyi qarşılığında tanışı işə düzəlməyinə köməklik edəcək. Onlar ilk dəfə X3rşısında görüşmüşlər və ona prokurorluqda işlədiyini, hər hansısa mövzuda köməyə ehtiyacı olsa köməklik göstərəcəyini demişdir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, sənədlərini yığıb versin. O, işə düzəlmək üçün sənədlərini ona təqdim etmişdir. Təqsirləndirilən şəxs1 bacısı Zərərçəkmiş şəxs4 12000 manat pul məbləği qarşılığında ona kömək edəcəyini demişdir. Bacısı Zərərçəkmiş şəxs4 onun yanında Təqsirləndirilən şəxs1 12000 manat pul vermişdir. O, yenə turnikə getdikdə ona hələ 1 ay vaxtın olduğunu və məşq etməli olduğunu demişlər. Sonra Təqsirləndirilən şəxs1 zəngləri açmamışdır. Təqsirləndirilən şəxs3 Əlizamin ilə birlikdə gəlmiş və 2000 manat pul məbləğini geri qaytarmışlar. Proses iştirakçılarının suallarını cavablandıraraq Şahid2 bildirmişdir ki, Əlizamınlə ilk dəfə məktəbin yanında görüşmüşlər, lakin məktəbin nömrəsini xatırlamır. Görüşlərdə Əlizaminin yanında heç kəs olmamış, görüşdə o, bacısı və bacısının qızı olmuşdur. Onlar pulu hissə-hissə deyil, birdəfəlik vermişlər. Təqsirləndirilən şəxs2 ilə əvvəllər bir dəfə görüşmüşlər və bu görüşü də Əlizamın təşkil etmişdir. Bu görüşdə iş haqqında danışmışlar. O, bildirmişdir ki, Polis Orqanında sınaq mərhələsində turnikin üzərinə düşmüşlər. Əlizamin də demişdir ki, çalışacaq ona kömək etsin. Əlizamin onu Əli ilə tanış edib demişdir ki, onun dostudur, yaxınıdır. Onlar Əlizaminə 12000 manata yaxın pul vermişlər. Bilmir, ola bilsinki bacısı Əlizaminə əlavə pul vermişdir. Onun yanında 12000 manata yaxın pul verilmiş, dəqiq yadında deyil. Çünki onlara pulları dollar ilə gətirmələrini demişlər, əlavə ola bilsin ki, başqa pul almışlar. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 7-8-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 01 avqust 2023-ci il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq, Təqsirləndirilən şəxs2 ondan 16.000 manat və 505 manat pul alaraq ələ keçirməsini, verdyi vədə əməl etmədiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 52-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası DİN-nin Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis mayoru Samir Ağayevin 11 oktyabr 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 etibarından sui istifadə edib Ali Məhkəməsinin Mülki Kollegiyasının 4 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini yalandan vəd verib aldadaraq 2022-ci ilin sentyabr-oktyabr aylarında Zərərçəkmiş şəxs2 hissə-hissə olmaqla 16.000 manat pul vəsaitini ələ keçirmişdir. Cinayət işinin 1-ci cild 82-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X5 02 iyun 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 etibarından sui-istifadə edərək onu aldadıb **-ET-*** saylı dövlət qeydiyyat nişanlı avtomobil nömrəsini ona satacağını vəd edərək 5000 manat pul vəsaitini əldə etmişdir. Cinayət işinin 1-ci cild 88-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 05 iyun 2023-cü il tarixli təqdim olunan sənədlərə baxış keçirilməsi və götürülməsi barədə protokoldan görünür ki, X6 təqdim etdiyi 8 ədəd sənədin kserosurətində “Eli Kapitan DİN Fərid” kimi telefonda qeydə alınmış Təqsirləndirilən şəxs2 ilə avtomobil nömrəsinn pul müqabilində ona verilməsi barədə müxtəlif məzmunlu ismarıclar göndərilmişdir. Cinayət işinin 1-ci cild 116-117-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış X6 27 oktyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X32 onun etibarından sui istifadə edərək onu aldadıb Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş X11 195.000 manat pul müqabilində azadlığa buraxılması məsələsini həll edəcəklərinə dair yalan vəd verib həmin pul vəsaitlərini ələ keçirmişlər. Cinayət işinin 1-ci cild 141-142-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 Nəzər oğlu onu aldadaraq 15800 manatını ələ keçirmişdir. Cinayət işinin 4-cü cild 66-69-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində ifadəsi yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiklərini bir daha əyani olaraq hadisə yerində göstərmiş, fotoşəkillər çəkilmiş və müəyyən olunmuşdur ki, Zahir X1 azadlığa buraxılması məsələsinin həll edilməsi üçün 190 000 manat pulu Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nərimanov rayonu, X27 küçəsi 125 ünvanında yerləşən “X31” MMC-nin ofisində vermiş, bundan başqa avtomobilin **-ET-*** dövlət qeydiyyat nişanını almaq üçün Təqsirləndirilən şəxs2 5000 manat pulu ünvan 12 ünvanında yerləşən “50 Qəpik” çay evində vermişdir. Cinayət işinin 3-cü cild 223-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 zərərçəkmiş şəxs qismində ifadəsi yerində yoxlanılması haqqında protokoldan görünür ki,Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiklərini bir daha əyani olaraq hadisə yerində göstərmiş, fotoşəkillər çəkilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs4 qardaşı Şahid2 işə düzəlməsi məsələsinin həll edilməsi üçün 15800 manat pulu Təqsirləndirilən şəxs1 ünvan 13 ünvanında yerləşən 247 nömrəli tam orta məktəbin qarşısında vermişdir. Cinayət işinin 5-ci cild 90-94-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində ifadəsi yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiklərini bir daha əyani olaraq hadisə yerində göstərmiş, fotoşəkillər çəkilmiş və müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs2 Şahid1 əleyhinə çıxarılmış Ali Məhkəmənin Mülki kollegiyasının 2022ci il 4 avqust tarixli 2(102)-2984/2022 nömrəli qərarının ləğv edilərək sonuncunun xeyrinə qərar qəbul etdirəcəyi adı ilə 2022-ci ilin sentyabr ayının əvvəllərində ünvan 8 ünvanın qarşısında Zərərçəkmiş şəxs2 3500 manat, sentyabr ayının ortalarında ünvan 9 ünvanında yerləşən “Spar” marketin qarşısında quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs2 bank kartının hesabına 505 manat, sentyabr ayının ortalarında ünvan 14 ünvanının qarşısında 1000 manat, sentyabr ayının sonlarında həmin ünvanın qarşısında 500 manat, 2022-ci ilin oktyabr ayının əvvəllərində həmin ünvanın qarşısında 3500 manat və həmin ilin oktyabr ayının ortalarında qeyd olunan ünvanın qarşısında 7000 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Cinayət işinin 1-ci cild 267-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsini təsdiq edərək Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli adı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 iştirakı ilə ondan 3 dəfəyə 190 000 manat pulu alıb ona qarşı dələduzluq etdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs2 onun üzünə qarşı dedikləri ilə qismən razılaşıb həmin məsələnin həlli ilə bağlı ona 10 000 manat pul çatdığını, həmçinin həmin puldan 10 000 manat da Təqsirləndirilən şəxs3 çatdığını, yerdə qalan pulları Təqsirləndirilən şəxs1 ələ keçirdiyini bildirmişdir. Cinayət işinin 1-ci cild 262-267-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış üzləşmə protokolundan görünür ki,Zərərçəkmiş şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli adı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə ondan 3 dəfəyə 190 000 manat pulu alıb ona qarşı dələduzluq etdiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 də Zərərçəkmiş şəxs1 dediklərini təsdiq etmişdir. Cinayət işinin 2-ci cild 170-176-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında aparılmış üzləşmə protokolundan görünür ki,Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli adı ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 3 dəfəyə 190 000 manat pulu alıb Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. Cinayət işinin 2-ci cild 177-183-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşmə protokolundan görünür ki,Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli adı ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 3 dəfəyə 190.000 manat pulu alıb Əli Vəlyevin üzünə qarşı demişdir. Cinayət işinin 3-cü cild 243-245-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış üzləşmə protokolundan görünür ki,Zərərçəkmiş şəxs4 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək qardaşı Şahid2 işə düzəlməsi məsələsinin həlli adı ilə Təqsirləndirilən şəxs1 ondan 15800 manat pulu alıb ona qarşı dələduzluq etdiyini Təqsirləndirilən şəxs1 üzünə qarşı demiş, Təqsirləndirilən şəxs1 də Zərərçəkmiş şəxs4nm dediklərini təsdiq etmişdir. Cinayət işinin 4-cü cild 182-184-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşmə protokolundan görünür ki,Zərərçəkmiş şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli adı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə ondan 3 dəfəyə 190 000 manat pulu alıb ona qarşı dələduzluq etdiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir. Cinayət işinin 5-ci cild 69-72-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşmə protokolundan görünür ki,Zərərçəkmiş şəxs2 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək mülki işin plenuma çıxarılması, Ali Məhkəmənnin Mülki kollegiyasının 2022ci il 4 avqust tarixli 2(102)-2984/2022 nömrəli qərarının ləğv edilməsi məsələsini həlli ilə bağlı Təqsirləndirilən şəxs2 16 000 manat pul verdiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha demişdir. Cinayət işinin 1-ci cild 100-103-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında aparılmış üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli adı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə ondan 3 dəfəyə 190 000 manat pulu alıb ona qarşı dələduzluq etdiklərini, onun direktoru olduğu MMC üçün İqtisadi İmkişaf Nazirliyindən tikinti təmir işlərinin aparılması üçün lisenziya almaq adı ilə 2020-ci ildə dəqiq tarix yadında qalmayan gündə Fəridin ondan 10 000 manat pulu aldığını, sonradan lisenziya alınması məsələsi həll olunmadığından ondan pulunu tələb etdiyini, Fəridin istintaqa təqdim etdiyi səs yazısında ona olan borcundan 1000 manat göndərməyini deməyinin onun lisenziya alınması ilə bağlı olan borcu ilə bağlı olduğunu, həmçinin Fəridin yanında Təqsirləndirilən şəxs2 avtomobilin qeydiyyat nömrəsini ona satmaq adı ilə ondan 5000 manat pul aldığını Təqsirləndirilən şəxs3 üzünə qarşı demişdir. Cinayət işinin 5-ci cild 136-139-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında aparılmış üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək əri Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli adı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs1 vasitəsilə 3 dəfəyə onun 190 000 manat pulunu almalarını bir daha təsdiq etmişdir. Cinayət işinin 5-ci cild 140-143-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış üzləşmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edərək əri Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli adı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 birlikdə Zərərçəkmiş şəxs1 vasitəsilə 3 dəfəyə onun 190 000 manat pulunu almalarını Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. Buna görə məhkəmə kollegiyası həmin üzləşmə protokollarını da sübut növü kimi qəbul edir. Cinayət işinin 4-cü cild 140-143-cü vərəqələrində və 5-ci cild 89-cu vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi 02 ədəd diskə və “whatsapp” yazışmalarına aparılmış baxış protokolundan görünür ki, 1-ci diskdə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs1 arasında, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1 arasında, Təqsirləndirilən şəxs2 ilə Zərərçəkmiş şəxs1 arasında, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan danışıqlar, həmçinin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs1 arasında Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli barədə danışıqlar, videogörüntü vardır. Bütün səs yazılarında, videogörüntülərdə Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli barədə danışıqlar gedir, yaxın vaxtlarda Emin İsmayılovun məhkəməsinin olacağı, tezliklə Eminin azadlığa buraxılacağı barədə vədlər edilir, Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli barədə 200 000 manat verilməsi barədə danışıqlar aparılır, daha sonra Emin İsmayılovun azadlığa buraxılması məsələsi həll olunmadığı üçün verilmiş pulun geri tələb edilməsi barədə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında sözlə mübahisələri qeydə alınmışdır. Zərərçəkmiş şəxs1 təqdim etdiyi 2-ci diskdə 02 ədəd faylda videogörüntü vardır. 1-ci videogörüntü xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Otaqda Zərərçəkmiş şəxs1 masa arxasında əyləşmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qədər irəlidə masa arxasında əyləşiblər, masanın üzərində çoxlu miqdarda pul əskinazları vadır, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 pulları sayırlar, Təqsirləndirilən şəxs3 deyir:...”-siz həmişə böyük pullar ilə iş görürsünüz...”, Təqsirləndirilən şəxs1 isə... “-bizim aparatımız olur, qoymuşuq yanımıza, əl ilə saymamışıq...” Təqsirləndirilən şəxs3 isə deyir ...”indi ot dalınca gəlməmisiniz ki, pul dalınca gəlmisiniz...” 2-ci videogörüntüdə Təqsirləndirilən şəxs3 avtomobilin ön sağ tərəf oturacağında əyləşərək deyir... –“mən Təqsirləndirilən şəxs3 məlum məsələyə görə Təqsirləndirilən şəxs2 30 000 manat pulu götürdüm...” və kiçik sellofan torbanı götürüb açır və içərisindən pulları çıxardır. Həmçinin Zərərçəkmiş şəxs1 təqdim etdiyi whatsapp yazışmalarında Zərərçəkmiş şəxs1 avtomobilin qeydiyyat nömrəsini alması, daha sonra həmin məsələ alınmadığı zaman pulunu Təqsirləndirilən şəxs2 tələb etməsi, Təqsirləndirilən şəxs2 isə avtomobilin qeydiyyat nömrəsinin Zərərçəkmiş şəxs1 adına keçirəcəyi, daha sonra isə pulu qaytaracağı barədə yazışmalar öz əksini tapmışdır. Cinayət işinin 4-cü cild 235-246-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd diskə aparılmış baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 arasında, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 arasında olan danışıqlar, həmçinin fotoşəkil və videogörüntü vardır. Bütün səs yazılarında Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli barədə danışıqlar gedir, yaxın vaxtlarda Emin İsmayılovun məhkəməsinin olacağı, tezliklə Eminin azadlığa buraxılacağı barədə vədlər edilir, Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli barədə 200 000 manat verilməsi barədə danışıqlar aparılır, Zərərçəkmiş şəxs3mn əri Emin İsmayılovun azadlığa buraxılması məsələsinin həlli ilə bağlı veriləcək pulu düzəltməsi üçün iki evini satmaq istəməsini bildirir, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında pul üstündə sözlə mübahisələri gedir. Həmçinin Təqsirləndirilən şəxs2 polis geyimində fotoşəkli və vidogörüntüsü qeyd edilmişdir. Cinayət işinin 1-ci cild 64-65-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Zərərçəkmiş şəxs2 təqdim etdiyi 01 ədəd diskə keçirilmiş baxış protokolundan görünür ki, 1-ci səs yazısında , “danışmışam, yaxın günlərdə həll olunacaq”, 2-ci səs yazısında “Şəlalə nə oldu 500 manat”, 3-cü səs yazısında “Şalka nə oldu, axşam oldu”...səslər əks olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittihamda özlərini təqsirli bilməmişlər, heç kimi aldadıb pulunu ələ keçirmədiyini göstərmişlər. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxslərin ibtidai istintaqda verdiyi ifadələrinin ittihamda nəzərdə tutulan əməllərin törənmə ardıcıllığını və mexanizmini təsdiq edən hissəsini həmin hallarla əlaqədar məhkəmədə araşdırılmış sübutların məcmusu ilə təhlil edib işin faktiki hallarına uyğun gəlməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə bu barədə verdiyi ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıyır. Təqsirləndirilən şəxslərin elan edilmiş ittiham üzrə cinayət əməllərini törətməkdə təqsirli olmaları cinayət təqibi ilə bağlı məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilib toplanmış iş materialları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrini, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun hər bir cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki: təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, plenum qərarının 1-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmək və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində cəza təyin edərkən onların törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X18 ərizə ilə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə barışdığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, heç bir şikayəti olmadığını, lakin digər Təqsirləndirilən şəxs2 şikayətçi olduğunu, avtomobil qeydiyyat nömrəsinə görə 5000 manat maddi ziyanı Təqsirləndirilən şəxs2 tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək, 230.000 manat pulu X14 verdiyini, sonuncu tərəfindən həmin pul vəsaitinin ona tam olaraq qaytarılmasını, ziyanın ödənildiyini, lakin, evi ucuz qiymətə satıldığından əldən çıxmış fayda olan 60.000 manat məbləgində ziyana düşdüyünü bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 29 may 2024-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs2lə barışıq əldə etmədiyini, ona vurulan 16.000 manat maddi ziyanın Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə barışmadığını, ona vurulmuş maddi ziyan 11500 manat pulun Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ödənilməsini tələb etmişdir. Məhkəmənin sonrakı iclaslarında Zərərçəkmiş şəxs4 notarial qaydada təsdiq edilmiş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş 29 aprel 2024-cü il tarixli ərizəsindən görünür ki, sonuncu ərizə yazaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs3 ona vurulmuş maddi ziyanı tam ödəmiş, onunla barışmış, Təqsirləndirilən şəxs3 barəsində heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Təqsirləndirilən şəxs3 azadlığa buraxılmasına qərar verilməsini xahiş etmişdir. Cinayət işinin 2-ci cild 79-cu vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış 16 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 3-cü cild 219-cu vərəqəsində olan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Separadi kənd inzibati ərazi dairəsi üzrə nümayəndələyindən verilmiş 05 aprel 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. Cinayət işinin 3-cü cild 12-15-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasə Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks məhkəmə-psixiatrik ekspertizasının 17 yanvar 2023-cü il tarixli 86 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Ə.NAğayev barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Lakin o, situasiyanı öz xeyrinə yönəltməklə danışa bilər. Cinayət işinin 3-cü cild 221-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı: xx.xx.2018-ci il təvəllüdlü Nərgiz Ağayeva və 30.0.2021-ci il təvəllüdlü İnci Ağayeva vardır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, müsbət səciyyələndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə və vurulmuş ziyanın qismən ödənilməsini isə Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Cinayət işinin 2-ci cild 78-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 16 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 3-cü cild 8-11-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasə Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks məhkəmə-psixiatrik ekspertizasının 17 yanvar 2023-cü il tarixli 87 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21 -ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Lakin o, situasiyanı öz xeyrinə yönəltməklə danışa bilər. Məhkəmə iclasında müdafiə tərəfinin təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tibbi Sənədlərin Arxivindən verilmiş 18 oktyabr 2024-cü il tarixli məktubdan və məktuba əlavə edilmiş epikrizdən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2012-ci ildən xx.xx.2012-ci ilədək, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək, xx.xx.2013-cü ildən xx.xx.2013-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs2 məxsus ******* nömrəli hərbi biletin kserosurətindən görünür ki, sonuncu xx.xx.2013-cü ildən xx.xx.2013-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Bundan başqa, məhkəmənin sonuncu iclasında Təqsirləndirilən şəxs2 son sözlə çıxış edərək, onun sağlamlığında ciddi problemlər olmasını, Qarabağ müharibəsində iştirak etməsini bildirmişdir. Bunu nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 sağlamlığında olan pozuntuları onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslər X18 və Zərərçəkmiş şəxs3 vurmuş olduğları maddi ziyanın ödənilməsində iştirak etmədiylərini, ziyanın yalınız Təqsirləndirilən şəxs3 ödəməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirlərinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir. Təqsirləndirilən şəxs1 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 03 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 172-ci vərəqəsində olan 24 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 245-250-ci vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 11 mart 2023-cü il tarixinədək həbs qətimkan tədbiri seçilmişdir. Həmçinin, cinayət işinin 3-cü cild 62-66-cı vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 4(001)-190/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddətinin 02 (iki) ay olmaqla 11 may 2023cü il tarixinədək uzadılması qərara alınmışdır. Cinayət işinin 4-cü cild 17-21-ci vərəqələrində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 4(001)-420/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs növündə qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Bundan başqa, cinayət işinin 4-cü cild 26-29-cu vərəqələrində olan Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevin 05 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(101)-1563/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs1 24 noyabr 2022-ci il tarixdən 05 may 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 11 (on bir) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Bundan başqa, digər Təqsirləndirilən şəxs2 ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı müvafiq olaraq 03 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 2-ci cild 10-11-ci vərəqəsində olan 28 noyabr 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 2-ci cild 50-59-cu vərəqələrində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 4(005)-1283/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 11 mart 2023-cü il tarixinədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 63-70-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 dekabr 2022-ci il tarixli, 4(103)-825/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək 03 ay müddətinə həbs növündə qətimkan tədbiri seçilmiş, həbsin əvvəli 05 dekabr 2022-ci ildən hesablanmışdır. Həmçinin, cinayət işinin 3-cü cild 38-41-ci vərəqələrində olan Binəqədi rayon prokuroru, baş ədliyyə müşaviri Fuad Məmmədovun 02 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(101)-1563/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” həbs qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.3, 158.6 və 69.3-cü maddələrinə əsasən həbsdə, ev dustaqlığında saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs2 28 noyabr 2022-ci il tarixdən 02 mart 2023-cü il tarixədək həbsdə və ev dustağlığında olduğu 03 (üç) ay 02 (iki) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. Cinayət işinin 2-ci cild 77-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 17 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 3-cü cild 16-19-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikasə Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin kompleks məhkəmə-psixiatrik ekspertizasının 18 yanvar 2023-cü il tarixli 97 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 oğlu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 əməli Azəı Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 barəsində tibbi xarakterli məcburi müalicə tədbirləri tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs3 özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Lakin o, situasiyanı öz xeyrinə yönəltməklə danışa bilər. Cinayət işinin 2-ci cild 203-cü vərəqəsində olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsindən daxil olmuş 31 yanvar 2023-cü il tarixli, 2800-013/0xx-xx/000138 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin X10 biopsiya material histopatoloji müayinəsi üçün müraciət etmiş, histopatoloji müayinələr nəticəsi 8140/3-Adenokarsinoma (yoğun bağırsaqda bədxassəli törəməsi) olması müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 143-cü vərəqəsində olan Ankara şəhəri "X45" Klinikasında tartib edilmiş xx.xx.2022-ci il tarixli patohistoloji müayinə cavabında görünür ki, Təqsirləndirilən şəxs3 "Yoğun bağırsaqda adenokarsinoma, orta dərəcə"nin olduğu qeyd edilmişdir. Cinayət işinin 3-cü cild 183-188-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X19 publik hüquqi şəxsinin 17 fevral 2023-cü il tarixli, 18/KEŞ nömrəli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının qərarından görünür ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs3 Kolon maliqn neoplazmı xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmişdir. Qeyd olunan xəstəlik onkoloji təsnifatına aid olmaqla ağır gedişlidir, mütəmadi olaraq müalicəyə və həkim nəzarətində olunmasına ehtiyac vardır. Bu baxımdan hal-hazırda onunla istintaq hərəkətlərinin aparılması və azadlığın məhdudlaşdırılması məqsədə müvafiq sayılmır. Cinayət işinin 4-cü cild 87-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 14 iyul 2023-cü il tarixli 414/Keş saylı komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 “Kolon maliqn neoplazmı” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildi. Qeyd olunan patologiya onkoloji xəstəliklərə aiddir və hal-hazırda xroniki gedişlidir.

3. Ankara şəhəri “X45” Klinikasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli patohistoloji müayinə cavabında görünür ki, Təqsirləndirilən şəxs3 “Yoğun bağırsaqda adenokarsinoma, orta dərəcə”nin olduğu qeyd edilmişdir.

4. Təqsirləndirilən şəxs3 məhkəmə-tibbi müayinəsi zamanı vəziyyətinin kafi və aktiv olmasını nəzərə alaraq hal-hazırda onunla istintaq hərəkətlərinin aparılması mümkündür. Cinayət işinin 4-cü cild 87-93-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X19 publik hüquqi şəxsinin əlavə komisyon məhkəmə-tibbi ekspertizasının 28 sentyabr 2023-cü il tarixli 662/Keş saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 “Kolon maliqn neoplazmı” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edildi. Qeyd olunan patologiya onkoloji xəstəliklərə aiddir və hal-hazırda xroniki gedişlidir. Ankara şəhəri “X45” Klinikasında tərtib edilmiş xx.xx.2022- ci il tarixli patohistoloji müayinə cavabında görünür ki, Təqsirləndirilən şəxs3 “Yoğun bağırsaqda adenokarsinoma, orta dərəcənin olduğu qeyd edilmişdir. Məhkəmə ona elan olunmuş epizodla bağlı vurulmuş ziyanın tam ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, onkoloji xəstə olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə xüsusi ilə vurğulayır ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımı cəzalandırma tədbirini təmin edir, məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir, həm onun, həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarşısını alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-nin 48-ci maddəsi, CM-nin 53.4-cü maddəsi və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları.) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. ...Hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan Hüquqlarının və X17 haqqında Avropa Konvensiyasının 5-ci maddəsində insan hüquqlarının müdafiəsinin mühüm elementi yer almışdır. Şəxsi azadlıq elə bir əsas şərtdir ki, hamı ondan istifadə etmək imkanına malik olmalıdır. Bu azadlıqdan məhrum edilmə bir çox digər hüquqlardan istifadəyə birbaşa mənfi təsir göstərə bilər. Hakimlər hər zaman yadda saxlamalıdırlar ki, azadlıq hüququna verilən təminatın hər hansı məna kəsb etməsi üçün istənilən azadlıqdan məhrum edilmə həmişə müstəsna tədbir olmalı, obyektiv əsaslandırılmalı və mütləq zərurət tələb etdiyi müddətdən artıq davam etməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Amyur Fransaya qarşı işində” (25 iyun 1996-cı il) qeyd etmişdir ki, 5-ci maddənin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur; Məhkəmənin məqsədi heç kəsin qanunsuz olaraq azadlıqdan məhrum edilməməsini təmin etməkdir. Digər tərəfdən, bu sadəcə hərəkət azadlığının məhdudlaşdırılmasına aid prinsip deyil, belə məhdudiyyətlər 4 saylı Protokolun 2-ci maddəsi ilə tənzimlənir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin (azadlıqdan məhrum etmənin) növünə, müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinin mühüm prinsiplərindən biri–humanizm prinsipidir (CM-nin 9-cu maddəsi). Humanizm prinsipi cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işkəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Yəni cinayət törədən şəxs barəsində nisbətən yüngül cəza növünü seçmək və tətbiq etməklə cəzanın məqsədinə nail olmasını nəzərdə tutur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevrvl 2017-ci il tarixli Sərəncamının 10.1-c ibəndində cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılmasından, 10.3-cü bəndində törədilən əməlin ictimai-təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsinin əsaslarının müəyyən olunmasından bəhs edilməklə, 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında“ olan xx.xx.1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb eyni zamanda məhkumları islah etmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs3 tərəfiəndən ona elan edilmiş epizod üzrə zərərçəkmiş şəxs X9 maddi ziyanı təkbaşına, yəni digər təqsirləndirilən şəxslərin heç bir dəstəyi olmadan tam ödəməsini, Təqsirləndirilən şəxs3 onkoloji xəstə olmasını, onun barəsində azadlıqdan məhrumetmə tədbiri seçilərsə xəstəliyinin daha da inkişaf edərək, ciddi fəsadlar yarada biləcəyini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun səhhətində ciddi məhrumiyyətlərə düçar edə bilər. Onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün sayan məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsi üçün əsaslar vardır və ona şərti cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa, cinayət işinin 4-cü cild 130-135-ci vərəqələrində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyul 2023-cü il tarixli, 4(006)-385/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbsetmənin əvvəli 27 iyul 2023-cü il tarixindən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 4-cü cild 149-161-ci vərəqələrində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 avqust 2023-cü il tarixli, 4(103)-712/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Həmçinin, cinayət işinin 5-ci cild 60-64-cü vərəqələrində olan Nəsimi rayon prokuroru, baş ədliyyə müşaviri Həsən Hənifəyevin 10 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(101)-1563/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” həbs qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmçinin, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(101)- 1563/2024 nömrəli qərarı ilə təqsirləmndirilən şəxs Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Göstərilənlərlə yanaşı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 barəsində “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilməli və onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında qərarının 2.21-cü bəndində qeyd edilmişdir ki, “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm cıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Gülağa qızı onlara dəymiş maddi ziyanla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Gülağa qızı cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək dəymiş ziyanla bağlı mülki iddia vermədiyindən, onlara Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsində nəzərdə tutulan mülki iddianı mülki mühakimə icraatı qaydasında vermək hüququ izah edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə işin faktiki hallarına və araşdırılmış sübutlara istinad edib zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Gülağa qızına dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsini əsaslı sayır. Məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli və 24 dekabr 2021-ci il tarixli “Məhkəmə hökmü haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 24 noyabr 2022-ci il tarixdən 05 may 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu 05 (beş) ay 11 (on bir) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 06 (altı) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 28 noyabr 2022-ci il tarixdən 02 mart 2023-cü il tarixədək həbsdə və ev dustağlığında olduğu 03 (üç) ay 02 (iki) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə tətbiq edilməsin.

3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs3 cəzası şərti hesab edilsin. Təqsirləndirilən şəxs3 02 (iki) il sınaq müddəti təyin edilsin. Sınaq müddəti ərzində üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, davranışına nəzarəti həyata keçirən orqanın çağırışına vaxtında gəlmək və öz davranış ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilsin və onun barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq edilməsin. 4.Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə uyğun olaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Gülağa qızına dəymiş maddi ziyanla və əldən çıxmış fayda ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Səbinə Məmmədzadə Əli Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar