Məhkəmə qərarları › İş №1(101)-1563/2025

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1563/2025

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1563/2025 18.02.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Eldar Herov oğlunun sədrliyi ilə, hakimlər Məmmədzadə Səbinə Adil qızı və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclası katibi X2, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və həmin idarənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs1 və nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müdafiəçilər - Bakı şəhəri “FİDES” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri, 27 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 14 avqust 1989-cu ildə İsmayıllı rayonunda doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, “Aziza Consulting and Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru işləmiş, Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının müddəti 2 il 4 aya endirilmiş və Qobustan Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 6 ay 4 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2da yaşamış, 07 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə, xx xxx 1980-cı ildə Qazax şəhərində doğulmuş (FİN: xxxxxxx), Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru işləmiş, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla ünvan 5nvanında yaşamış, 07 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 əvvəllər qabaqcadan əlbir olan bir qrup şəxs halında yandırmaqla özgənin əmlakını qəsdən məhv edib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurma cinayətinə görə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilməsinə, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəza müddətinin 2 il 4 aya endirilməsinə, Qobustan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 6 ay 4 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilməsinə baxmayaraq, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən 23 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınaraq icraçı direktoru olduğu, nizamnaməsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəalliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olması nəzərdə tutulmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 Şahid2 vasitəsi ilə müraciət etmiş əvvəlcədən tanımadığı Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə, özlərini daşınmaz əmlakların özəlləşdirilməsi sahəsində geniş əlaqələrə malik işgüzar şəxslər kimi təqdim edərək faktiki olaraq Zərərçəkmiş şəxs1 məxsus, 27 noyabr 2017-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında sonuncunun qohumu Şahid1 direktoru olduğu "Qardaş” firmasının istifadəsində və dövlət mülkiyyətində olan ünvan 6 ünvan: Bakı şəhəri, Nizami rayonu, ünvan 12) ünvanında yerləşən, faktiki olaraq ümumi sahəsi 5,1315 hektar təşkil edən torpaq sahəsini "Qardaş” firmasının adına özəlləşdirilməsini və mülkiyyət növü "xüsusi” kimi qeyd edilən yeni çıxarışın alınmasını təşkil edəcəklərinə dair yalan vəd verib aldadaraq, qrup üzvü Təqsirləndirilən şəxs2 tapşırığı ilə guya özəlləşdirmə işinin həyata keçirilməsi üçün ilkin ödəniş kimi 1.000.000 manat məbləğində pul vəsaiti hissə-hissə ödənilməklə, ümumilikdə 4.000.000 manat məbləğində pul vəsaitinin ödənilməli olmasını, bundan sonra guya torpaq sahəsinə dair yeni çıxarışın alınacağını Zərərçəkmiş şəxs1 bildirib cinayətkar niyyətlərini pərdələmək və özlərinə qarşı inam yaratmaq məqsədilə torpaq sahəsinin mülkiyyətçisi “Qardaş" firmasının direktoru Şahid1 ilə aralarında bu fəaliyyətlə bağlı hər hansı xüsusi icazələri və səlahiyyətləri olmamasına baxmayaraq, torpaq sahəsinin özəlləşdirilməsi işlərinin yerinə yetirilməsinə dair 08 aprel 2024-cü il tarixli adsız müqavilənin formal bağlanmasına nail olaraq ünvan 8 ünvanında olan "xxxx" biznes mərkəzinin üçüncü mərtəbəsində yerləşən “Aziza Consulting and Construction" MMC-nin ofisində vahid niyyətlə əhatə olunmuş qəsdlə 08 aprel 2024-cü il tarixdə 300.000 manat, 29 aprel 2024-cü il tarixdə 200.000 manat və 02 iyul 2024-cü il tarixdə 200.000 manat olmaqla, ümumilikdə 700.000 manat pul vəsaitini nağd şəkildə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək verdikləri vədi yerinə yetirməyib aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs2 və qeyriləri ilə aralarında bölüşdürərək Zərərçəkmiş şəxs1 700.000 manat məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs1 23 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeydiyyata alınaraq icraçı direktoru olduğu, nizamnaməsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəalliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul olması nəzərdə tutulmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində olan öz qulluq mövqeyindən istifadə edərək, təkrar, tamah niyyəti, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xüsusilə külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, bu məqsədlə X3 vasitəsi ilə ona müraciət edən Şahid8 vasitəsilə sonuncunun tanışı Zərərçəkmiş şəxs2 Kəmaləddin oğlunun etibarından sui-istifadə etməklə, özünü geniş əlaqələrə malik işgüzar şəxs kimi təqdim edərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində Təbriz, Ağa Nemətulla, X21 və Əhməd Rəcəbli küçələrinin kəsişməsində hündür mərtəbəli yaşayış binalarının inşası ilə əlaqədar tərtib edilmiş tikinti layihəsinin təsdiq edilməsi üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Şahid8 direktoru olduğu “Xansaray Corporation" Məhdud Məsuliyyətli Cəmiyyətinə müvafiq razılığın alınacağına dair yalan vəd verib aldadaraq, həmin razılığın alınması üçün ilkin ödəniş kimi 500.000 manat olmaqla, ümumilikdə 2.000.000 manat məbləğində pul vəsaitinin ödənilməli olduğunu bildirib, cinayətkar niyyətini pərdələmək və özünə qarşı inam yaratmaq məqsədilə "xxxx" MMC-nin direktoru Şahid8 ilə aralarında bu fəaliyyətlə bağlı hər hansı xüsusi icazələri və səlahiyyətləri olmamasına baxmayaraq, Şəhərsalma Əsaslandırılmasının alınması və təsdiqlənməsi işlərinin yerinə yetirilməsinə dair 05 avqust 2024-cü il tarixli adsız müqavilənin formal olaraq bağlanmasına nail olub ünvan 8 ünvanında olan "xxxx" biznes mərkəzinin üçüncü mərtəbəsində yerləşən "xxxx" MMC-nin ofisində vahid niyyətlə əhatə olunmuş qəsdlə 05 avqust 2024-cü il tarixdə 300.000 manat və 28 avqust 2024-cü il tarixdə 300.000 manat olmaqla, ümumilikdə 600.000 manat pul vəsaitini nağd şəkildə alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib verdiyi vədi yerinə yetirməyərək aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun digər üzvləri ilə arasında bölüşdürüb Zərərçəkmiş şəxs2 Kəmaləddin oğluna 600.000 manat məbləğində xüsusilə külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2024-cü ilin aprel ayından etibarən "xxxx" MMC-nin icraçı direktoru vəzifəsində işləmiş, həmin şirkətə təsisçisi və direktor Təqsirləndirilən şəxs2 vasitəsi ilə işə düzəlmişdir. Şirkətin əsas fəaliyyəti təmir-tikinti işlərinin görülməsi və torpaq sahəsinə dair sənədlərin toplanılmasında köməklik göstərilməsindən ibarət olmuşdur. Nərimanov rayonu, Qarabağ küçəsi, 22 ünvanında yerləşən "xxxx" binasının 3-cü mərtəbəsində MMC-nin ofisi yerləşmişdir. 2024-cü il aprel ayının əvvəllərində Təqsirləndirilən şəxs2 ona bir nəfər Xanlar adlı tanışının torpaq sahəsi ilə bağlı köməklik göstərmək lazım olduğunu bildirmiş, həmin gün Xanlar Səxavət adlı nəfərlə ofisə gəlmişdir. Xanlar Nizami rayonunda "Neolit" şadlıq sarayının arxasında Zərərçəkmiş şəxs1 məxsus 5 hektar torpaq sahəsini özəlləşdirmək istədiklərini bildirmiş, çıxarışın surətini təqdim etmiş, çıxarışda torpaq sahəsi 1.54 hektar kimi göstərilmişdir. O, Həsənlə məsləhətləşib xəbər edəcəyini demişdir. Daha sonra o, Həsənlə əlaqə saxlamış, sonuncu ofisə gələrək Xanlar tərəfindən ona verilən çıxarışın surətini götürmüşdür. Bir müddət sonra Həsən kiminləsə görüşərək bu işi həyata keçirə biləcəklərini demişdir. Sonra onlar “Qardaş" firmasının rəhbəri Zərərçəkmiş şəxs1 qohumu Şahid1, Xanlar və Səxavətlə ofisdə görüşmüşlər. Həmin görüşdən əvvəl Təqsirləndirilən şəxs2 işlərin hansı qaydada aparılacağını ona izah etmiş və ümumilikdə bu işin 4.000.000 manat müqabilində həyata keçiriləcəyini bildirmişdir. O, Həsənin dediyi sözləri yanına gələn şəxslərə izah etmiş, ilkin olaraq 1.000.000 manat, daha sonra hissəhissə qalan pul vəsaitinin ödənilməli olduğunu bildirmişdir. İlkin olaraq torpaq sahəsinə hüququn yaranması üçün icarəyə veriləcəyini, icarənin 3-4 ay ərzində davam edəcəyini izah etmişdir. Gələn şəxslər onun dedikləri ilə razılaşmış, həmin gün orada müqavilə bağlanaraq onun və Şahid1 tərəfindən imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən ilkin ödəniləcək 1.000.000 manatın 30 faizi, yəni 300.000 manat məbləğində ödəniş həmin gün Şahid1 tərəfindən ona ödənilmişdir. O, götürdüyü 300.000 manat pulu və torpaq sahəsinə dair olan sənədlərin surətini ofisdə Təqsirləndirilən şəxs2 vermişdir. Təxminən bir həftə sonra Həsən ona Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının torpaq sahəsinə baxış keçirilməsi üçün oraya gələcəklərini söyləmiş, o da, bu barədə Xanlara demişdir. Həmin ərəfədə təxminən 2 ay ərzində Zərərçəkmiş şəxs1 tərəfindən şirkətin ofisində ona əlavə olaraq iki dəfəyə hissə-hissə 400.000 manat pul ödənilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 tərəfindən ona verilən pulun məbləği 700.000 manat təşkil etmişdir. Həmin pul vəsaitlərini o, Təqsirləndirilən şəxs2 vermişdir. 2024-cü ilin may ayında torpaq sahəsi icarəyə alınmış və icarə haqqının məbləği kimi aylıq 38.500 manat müəyyən edilmişdir. Torpaq sahəsi icarəyə alındıqdan bir müddət sonra Əmlak Məsələləri Dövlət Xidmətində özəlləşdirmə ilə bağlı müqavilə bağlanmalı olduğu halda Adil və Natiq kifayət qədər pullarının olmadığını bildirmiş və digər daşınmaz əmlaklarını girov qoya biləcəklərini demişlər. Lakin həmin şərtlərlə torpaq sahəsinin özəlləşdirilməsi mümkün olmamış və buna görə prosesin başa çatdırılması çətinləşmişdir. Torpaq sahəsi bir neçə ay icarədə qalmış, hətta icarə haqqının üç ayının pulu onun tərəfindən ödənilmişdir. 2024-cü ilin iyun ayında onların vasitəsi ilə torpağa dair yeni çıxarış alınmış və həmin çıxarışda əvvəlkindən fərqli olaraq torpaq sahəsinin ölçüsü 5.1315 hektar kimi göstərilmişdir. Lakin həmin çıxarışda torpağın dövlətə məxsus olması və icarəyə verilməsi göstərilmişdir. Həsənin pulları kimlərə verməsindən onun məlumatı olmamışdır. Sonradan Zərərçəkmiş şəxs1 və Şahid1 onlara müqavilədə qeyd olunan qaydada pul vəsaiti təqdim etmədikləri üçün onlar həmin prosesi başa çatdıra bilməmiş və Şahid2 özəlləşdirmə işini öz üzərinə götürdüyünü söyləmişdir. Bundan sonra Xanlar özü rəsmi qaydada Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyə başlamışdır. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin bildirmişdir ki, 700.000 manat pul tamlıqla onun tərəfindən götürülsə də, o, pul vəsaitlərini şirkətin direktoru olan Təqsirləndirilən şəxs2 vermiş, Həsənin isə konkret olaraq kimlərə pul vəsaitini verdiyini bilməmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi prosesinin hansı qaydada baş verəcəyi barədə ona şirkətin direktoru Təqsirləndirilən şəxs2 izah vermişib, o da, Həsənin dediklərini Natiq və Adilə çatdırmış, lakin Həsən tərəfindən pul vəsaitlərinin kimlərə verilməsi barədə onun məlumatı olmamışdır. Digər cinayət epizodu üzrə ifadə verən Təqsirləndirilən şəxs1 göstərmişdir ki, 2-3 il qabaq o, Şahid8 adlı şəxslə tanış olmuş, Əşrəf tikinti-təmir sahəsində sənədləşmə işləri ilə məşğul olmuşdur. 2024-cü ilin iyul ayında o, “Aziza Construction and Consalting" MMC-nin ofisində olduğu vaxt Şahid8 yanına Azadxan Kərimov adlı şəxslə gəlmiş, Azadxanın bina tikintisi ilə məğul olduğunu söyləmişdir. X6 rayonu ərazisində “Mado" restoranının arxasında yerləşən beş mərtəbəli binaların sökülərək yerində hündür mərtəbəli binaların tikinti layihəsinin üzərində işlədiyini, lakin həmin layihənin hələ də təsdiqlənmədiyini söyləmişdir. Əşrəf həmin layihənin başında bir neçə nəfər "ağsaqqalın" olduğunu, onların bu işə pul yatırımı edəcəyini və əsas investorun Zərərçəkmiş şəxs2 adlı şəxs olacağını demişdir. Əşrəf və Azadxan həmin layihənin həyata keçirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınmasına köməklik göstərilməsini xahiş etmişlər. Əşrəf və Azadxan tikintinin “Xansaray Corporation" MMC tərəfindən həyata keçiriləcəyini bildirmiş, o, bu məsələ ilə bağlı müəyyən şəxslərlə danışıb əlaqə saxlayacağını söyləmişdir. Bir müddət sonra o, bu sahədə çalışan tanışları ilə danışıb məsləhət alaraq Azadxan Kərimovla əlaqə saxlamış, işlərin başlanılması üçün 2.000.000 manat, ilkin olaraq isə 500.000 manat pulun ödənilməli olduğunu izah etmişdir. Həmin pulun 500.000 manatı Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən layihənin icra edilməsinə icazə verilməsi üçün xərclənməli, 1.500.000 manat isə layihənin həyata keçirilməsi ilə bağlı sərəncamın alınması üçün dövlət rüsumu şəklində Bakı Şəhər İcra Hakimiyyətinə ödənilməli olduğunu izah etmişdir. X7 aralarında olacaq razılaşmaların müqavilə əsasında tənzimlənəcəyini bildirmişdir. 05 avqust 2024-cü il tarixdə o, müqavilə tərtib etmiş, həmin müqavilədə Nərimanov rayonunda yerləşən X21, Əhməd Rəcəbli, Təbriz və Ağa Nemətulla küçələrinin kəsişməsində layihələndirilən çoxmərtəbəli yaşayış binalarının Şəhərsalma Əsaslandırılmasının alınması və təsdiqlənməsi işlərinin görülməsi üçün ümumilikdə 2.000.000 manat olmaqla, ilkin ödəniş şəklində 500.000 manat pul vəsaitinin nağd şəkildə ödənilməsi barədə göstərilmişdir. Həmin müqavilədə tərəf qismində layihəni icra edəcək "xxxx" MMC-nin direktoru Şahid8 göstərilmişdir. O, həmin müqaviləni Azadxana vermişdir ki, sonuncu bu işə görə pul yatırımı edəcək şəxslərə müqaviləni təqdim etsin. Azadxan müqaviləni ondan götürdükdən sonra onun yanına ofisə köhnə tanışı Şahid9 öz işləri ilə bağlı gəlmişdir. Onlar bir neçə saat ərzində ofisdə söhbət etmiş və Vaqif ofisdən getdiyi vaxt Azadxan yenidən onun yanına oraya gəlmişdir. Vaqif Azadxanla görüşərək ofisi tərk etmişdir. Vaqif getdikdən sonra Azadxan selofan torbada olan külli miqdarda pul vəsaitini nağd şəkildə ona təqdim etmişdir. Həmin vaxt o, pulu saydıqda razılaşdırılan məbləğdən az miqdarda, yəni 300.000 manat pulun verildiyini müəyyən etmiş, bu barədə öz narazılığını bildirmiş və gələcəkdə də bu cür halların baş tutacağından narahat olmuşdur. Azadxan isə adını söyləmədiyi investorun bankla bağlı müəyyən problemi olduğu üçün razılaşdırılan məbləğdə pulu düzəldə bilmədiyini, 2-3 gün ərzində əlavə 200.000 manat pulu ödəyəcəyini bildirmişdir. Həmin pulu götürdükdən sonra tərəfindən layihənin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsinə başlanılmışdır. O, müvafiq şəxslərlə görüşüb bu işin həyata keçirilməsi prosesinə başlamışdır. Hətta razılaşdırılan qaydada 500.000 manat məbləğində pul vəsaiti verilmədiyi üçün o və tanışı Şahid9 öz vəsaiti hesabına hərəsi 100.000 manat olmaqla, ümumilikdə 200.000 manat pulu bu işə görə xərcləmişlər. 2024-cü ilin avqust ayında razılaşdırılan qaydada pul vəsaiti düzəldikdən sonra layihənin icrasının "xxxx" MMC-yə həvalə edilməsi barədə Şəhərsalma və Arxitektura Komitəsindən icazə alınmış və oranın rəsmi portalında bu barədə qeyd aparılmışdır. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətindən icazənin alınması ilə bağlı əlavə olaraq pul vəsaitləri ödənilməsi zərurəti yaranmış, o, Azadxangilə qalan 1.500.000 manat pulu özlərinin də Bakı Şəhər İcra Hakimiyyətinə rüsum şəklində ödəyə biləcəklərini izah etmişdir. Lakin Azadxan bütöv şəkildə həmin pulu düzəldə bilməyəcəklərini və hissə-hissə müəyyən məbləğlərdə pulu verəcəklərini bildirmiş, zəmçinin ondan xahiş etmişdir ki, bütün məsələləri özü həll etsin və sonra pul razılaşdırılan qaydada verilsin. 28 avqust 2024-cü il tarixdə Azadxan Əşrəf ilə birlikdə onun yanına gərələrək əlavə olaraq nağd şəkildə 300.000 manat pulu ona vermişdir. Həmin pulun hesabına ona və Vaqifə olan borc bağlanmışdır. O, yenə də pul vəsaitlərinin müvafiq qurumlara vaxtında və bütöv şəkildə verilməli olduğunu İzah etmiş, lakin Azadxan və Əşrəf bütün məsələləri həll edib İcra Hakimiyyətindən sərəncam alındıqdan sonra investordan əlavə 1.500.000 manat pulu alacaqlarını söyləmişlər. Həmin ərəfədə ofisdə Əşrəf ona demişdir ki, bir nəfər adını demədiyi bina tikintisi işi ilə məşğul olan şəxs həmin layihənin icrasını öz üzərinə götürmək istəyir və bütün razılıqlar əldə edildikdən sonra layihəni alacaqdır. Əşrəflə həmçinin baş tutan görüşlər zamanı sonuncu onu Vəli və İlkin adlı şəxslərlə tanış edib həmin şəxslərin də bu işə aidiyyəti olduğunu söyləmişdir. Əşrəf söhbət zamanı investorları olan Zərərçəkmiş şəxs2 hansı məbləğdə pulun Şəhərsalma Komitəsi və Bakı Şəhər İcra Hakimiyyətinə verilməli olduğunu izah etmədiklərini bildirmişdir. O, buna görə Əşrəfdən tələb etmişdir ki, onu Puşkinlə görüşdürsün. Həmin ərəfədə Zərərçəkmiş şəxs2 8-ci mikrorayonda yerləşən “Zirvə" şadlıq sarayının yaxınlığındakı ofisində Əşrəfin iştirakı İlə görüşmüşdür. Görüş zamanı o, Zərərçəkmiş şəxs2 verilən pul vəsaitinin müqabilində öz öhdəsinə düşən işləri gördüyünü izah etmiş, layihənin "Xansaray Corporation” MMC-yə həvalə edilməsi ilə bağlı icazənin alındığını söyləmişdir. Ona izah edilmişdir ki, bundan sonra qalan məbləğdə pul vəsaiti Bakı Şəhər İcra Hakimiyyətinə ödənilməlidir ki, sərəncam versilsin və daha sonra Şəhərsalma və Arxitektura Komitəsində müqavilə bağlansın. Zərərçəkmiş şəxs2 digər işlərlə məşğul olduğu üçün hazırda pulunun olmadığını demiş, o da, əgər mümkündürsə, Puşkinin özünün də 1.500.000 manat pulu hissə-hissə Bakı Şəhər İcra Hakimiyyətinə ödəyə biləcəyini izah etmişdir. Lakin Puşkin yenə də hissə-hissə belə pulu ödəyə bilməyəcəyini demişdir. Söhbət zamanı o, xərclənən 600.000 manat pulun Puşkin tərəfindən verilib-verilmədiyini soruşmuş və sonuncu həmin pulu verdiyini təsdiq etmişdir. O da, Azadxan Kərimovun guya verilən pula Puşkinin aidiyyətinin olmaması barədə ona dediyini söyləmişdir. Puşkin bu barədə bildikdən sonra öz narazılığını bildirmiş, o, belə bir təklif irəli sürmüşdür ki, əgər Puşkin qalan 1.500.000 manat pulu ödəməyə qadir deyilsə o, tanıdığı bina tikintisi ilə məşğul olan sahibkarlara həmin layihəni təklif edib satışını təşkil etsin və nəticədə Zərərçəkmiş şəxs2 verdiyi pul artıqlaması ilə özünə qaytarılsın. Zərərçəkmiş şəxs2 onunla razılaşmış, hətta buna görə ona öz minnətdarlığını bildirmişdir. Zərərçəkmiş şəxs2 bu işi tam olaraq ona havalə etmişdir. O, həmin yerin layihəsinin təxminən 15.000.000 manat müqabilində satışını təşkil edəcəyini söyləmişdir. Bundan sonra o, tanışı Şahid4 vasitəsi ilə bir nəfər tanıdığı bina tikintisi ilə məşğul olan Alim adlı şəxslə əlaqə saxlayıb oranı almağı təklif etmiş və həmin şəxs buna dair öz marağını göstərmişdir. Bundan sonra isə onunla Azadxan Kərimov əlaqə saxlamış və görüşmələrini təklif etmişdir. O, Azadxanla görüşdükdə, sonuncu Zərərçəkmiş şəxs2la işləmədiyini söyləmişdir. Azadxan yenə də pulun Puşkin tərəfindən verildiyini təsdiq etməmişdir. O, Azadxandan bu işdən kənarda durmağını xahiş etmişdir ki, öz işlərini yekunlaşdıra bilsin və sonda Azadxanın da müəyyən məbləğdə pul qazanacağını söyləmişdir. Azadxan layihəni kimin almaq istədiyini soruşmuş və o, Alim adlı şəxsin almaq istədiyini bildirmişdir. Bundan sonra onlar ayrılmışlar. Sonradan ona məlum olmuşdur ki, X16 adlı şəxsin yanına iki nəfər şəxsi göndərərək tikinti aparılacaq yerin özünə məxsus olduğunu və pulun ona verilməli olduğunu bildirmişdir. Bundan sonra Alim bu kimi anlaşılmazlıqlara görə layihəni həyata keçirməkdən imtina etmişdir. Bundan sonra o, bu barədə Puşkinə məlumat vermiş, Azadxanı bu məsələdən kənarda saxlamağı tapşırmışdır. Bir müddət sonra isə Vəli adlı şəxsin vasitəsi ilə öyrənmişdir ki, Zərərçəkmiş şəxs2 verdiyi pulun geri qaytarılmasını tələb edir. O, məcbur olub pulu geri qaytaracağını demiş, lakin razılaşdırılan yerin tikintisi ilə bağlı layihənin digər şəxslər tərəfindən aparılacağını izah etmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs1 bildirdi ki, alınan pullar iş görmək üçün alınmışdır. Onların dələduzluq etmək niyyətləri olmamışdır. Təqsirləndirilən şəxs2 şirkətin icraçı direktoru olmuşdur. 700.000 manat pulun Zərərçəkmiş şəxs1 adamlarından alınması ilə Hüseyn məşğul olmuşdur. Onlar üç ay davamlı olaraq hər ay 38500 manat olmaqla icarə haqqı ödəmişlər. Pulu əmlakın hesabına köçürmüşlər. Razılaşmaya əsasən 5 hektar 13 sot torpaq sənədləşdirilməli və həmin ərazi “Qardaş” firmasının icarəsinə verilməli olmuşdur. Həmin torpaq sahəsi əvvəllər dövlətə məxsus olmuşdur. Aylıq icarə haqqını özləri dövlətə keçirmişlər. 580.000 manat pul torpaq sahəsinin onlara icarəyə verilməsi üçün ödənilmişdir. Həmin ödənişlərin çekləri yoxdur. Zərərçəkmiş şəxs1 ziyanla bağlı qismən ödəniş olunmuş, məhkəmə prosesinin sonuna qədər onun ziyanı tam bağlanacaqdır. Zərərçəkmiş şəxs2 ziyanı isə tam ödənilmişdir. O, əvvəllər Natiqi tanımamış, sonradan Xanların vasitəsi ilə tanımışdır. Natiqlə bir dəfə görüşmüşdür. 700.000 manat yalnız icarə müqaviləsi bağlanılmasına görə alınmışdır. İcarə müqaviləsinin 3 aylıq ödənişinin pulunu özləri vermişlər. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, "xxxx" MMC-nin təsisçisi və direktoru olmuş, şirkətin fəaliyyəti torpaq sahələrində tikinti işlərinin, həmçinin torpaq sahələri ilə bağlı olan sənədləşmə işlərinin aparılmasından ibarət olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 7 ildir ki, tanıyır. O, Ceyhunu şirkətə icraçı direktor vəzifəsinə işə qəbul etmiş, şirkətin ofisi ünvan 9 ünvanında "xxxx"nın 3-cü mərtəbəsində yerləşmişdir. 2024-cü ilin aprel ayında Şahid2 adlı tanışı onunla əlaqə saxlayaraq Zərərçəkmiş şəxs1 məxsus Nizami rayonunda yerləşən “Neolit” şadlıq sarayının arxasındakı böyük ölçüdə torpaq sahəsini özəlləşdirmək istədiyini söyləmişdir. O, həmin vaxt Bakı şəhərində olmadığı üçün Xanlara Ceyhunun mobil nömrəsini vermiş və Ceyhunla əlaqə saxlamağı məsləhət görmüşdür. Xanlar ofisdə Ceyhunla görüşərək sonuncuya torpaq sahəsinə dair çıxarışın surətini vermişdir. O, Bakı şəhərinə qayıtdıqdan sonra həmin çıxarışın surətini götürüb bir neçə tanışlarından bu işin həyata keçirilməsinin mümkünlüyü ilə bağlı məsləhətlər almışdır. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 1.54 hektar kimi göstərilmişdir. Özəlləşdirmənin mümkün olduğunu öyrəndikdən sonra o, bu barədə Ceyhuna demiş və Natiqgili ofisində qəbul etməsini istəmişdir. 2024-cü ilin aprel ayında Təqsirləndirilən şəxs1 Natiqgili ofisində qəbul etmiş, həmin görüşdə kimlərin iştirak etdiyini o, bilməmişdir. Torpağın ölçüsü böyük olduğu üçün özəlləşdirmə xərcləri çox olmuş və həmin xərclər Natiqgili qane etmədiyi üçün, sonuncu, onların şirkəti vasitəsi ilə daha ucuz qiymətə bu işi həyata keçirmək istəmişdir. Təqsirləndirilən şəxs1 onun tapşırığı ilə Natiqin adamlarını qəbul etmiş, hər bir şeyi onlara izah edib ümumilikdə torpaq sahəsinin özəlləşdirilməsi üçün 4.000.000 manat pul lazım olduğunu söyləmişdir. Razılaşmaya görə həmin məbləğ bir neçə dəfəyə hissə-hissə verilməli olmuşdur. Ofisə gələn şəxslər şərtlərlə razılaşmış və həmin gün müqavilə tərtib edilmişdir. Razılaşmaya əsasən 1.000.000 manat pul vəsaiti ödənildikdən sonra 2 ay ərzində torpağa dair yeni çıxarış verilməli, çıxarış verildikdən sonra Natiq özünə məxsus digər əmlakları girov qoymalı, torpaq sahəsi isə satışa çıxarılmalı və 6 ay ərzində satılmalı, satıldıqdan sonra qalan 3.000.000 manat ödənilməli və girovda olan əmlakların geri qaytarılmalı olmuşdur. Şirkətin adından müqaviləyə Təqsirləndirilən şəxs1 imza etmişdir. Torpaq sahəsinin rəsmi mülkiyyətçisi “Qardaş” firması hesab olunduğu üçün qarşı tərəfdən müqaviləyə firmanın rəhbəri Zərərçəkmiş şəxs1 yaxın tanışı Şahid1 imza etmişdir. Elə həmin gün ofisdə Təqsirləndirilən şəxs1 300.000 manat məbləğində ödəniş verilmişdir. Ceyhun verilən pulu sonradan ofisdə tamlıqla ona vermişdir. Həmin pul götürüldükdən sonra özəlləşdirmə ilə bağlı bəzi işlərə başlanılmışdır. O, Əmlak Məsələləri Dövlət Xidməti ilə əlaqə saxlamış, razılaşdırılmışdır ki, ilkin olaraq torpaq sahəsinin icarəsi rəsmiləşdirilsin. Çünki qanuna görə, torpaq özəlləşdirilmədən əvvəl 6 ay ərzində dövlət tərəfindən icarəyə verilməli idi. 2024-cü ilin may ayında torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə imzalanmış və hər ay torpağa görə 38.500 manat məbləğində icarə haqqı müəyyən edilmişdir. Həmçinin həmin ərəfələrdə onun iştirakı olmadan Təqsirləndirilən şəxs1 tərəfindən şirkətin ofisində Zərərçəkmiş şəxs1 əlavə pul vəsaiti götürülmüş və sonuncunun ödədiyi məbləğ ümumilikdə 700.000 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs1 ödədiyi ümumilikdə 700.000 manat pul vəsaiti bütün işlərin idarə edilməsi üçün Təqsirləndirilən şəxs1 vasitəsi ilə ona verilmişdir. O, həmin puldan 560.000 manatı yaxın tanışı və bu sahədə təcrübəsi olan X4 vermiş və bildiyi qədər verilən pullar sonuncu tərəfindən torpağın icarəyə verilməsi, yeni çıxarışın alınması və digər işlərə görə xərclənmişdir. Torpaq sahəsi icarəyə verildikdən sonra 2024-cü ilin iyun ayında onların vasitəsi ilə torpağa dair yeni çıxarış alınmış və həmin çıxarışda əvvəlkindən fərqli olaraq torpaq sahəsinin ölçüsü 5.1315 hektar kimi göstərilmişdir. Lakin həmin çıxarışda da torpağın dövlətə məxsus olması və icarəyə verilməsi barədə göstərilmişdir. Bir müddət sonra o və Ceyhun başa düşmüşlər ki, belə bir böyük ölçüdə olan torpaq sahəsinin özəlləşdirməsi işinin ümumi xərci 7-8.000.000 manat təşkil edəcək və bu ilkin razılaşdırılan məbləğdən çox edir. Bu barədə Zərərçəkmiş şəxs1 bildirdikdə, sonuncu öz narazılığını bildirmişdir. Torpaq sahəsinin özü həmin vaxtdan etibarən icarədə olmuş və onunla Ceyhun tərəfindən torpağa görə iki ayın icarə pulu ödənilmişdir. İcarə haqqı Zərərçəkmiş şəxs1 verdiyi 700.000 manat puldan ödənilmişdir. Torpaq sahəsinin özəlləşdirilməsi xərci çox olduğundan və Zərərçəkmiş şəxs1 bu işə görə əlavə pul ödəmək istəmədiyi üçün o və Ceyhun bu istiqamətdə aparılan işləri dayandırmaq məcburiyyətində qalmışlar. Zərərçəkmiş şəxs1 verdiyi 700.000 manat puldan 560.000 manat məbləğində pul vəsaiti tərəfindən torpaq sahəsinin icarəyə verilməsi məqsədilə bu sahədə çox sayda tanışları olduğu üçün X4 verilmişdir. Müşfiq verilən pulun müqabilində torpağın icarəyə verilməsinə nail olmuş, daha sonra isə icarənin iki aylıq pulu Natiqin verdiyi puldan tərəfindən ödənilmiş, yəni ümumilikdə 77.000 manat pul icarə haqqı kimi ödənilmişdir. Qalan 63.000 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, həmin pulun zəhmət haqqı olduğunu hesab etdiyi üçün xərcləmişdir. Verilən sualları cavablandıran Təqsirləndirilən şəxs2 bildirdi ki, Zərərçəkmiş şəxs1 məxsus torpağın özəlləşdirilməsi ilə bağlı proseslərin gedişində o, iştirak etmiş, bununla bağlı 4 milyon manatlıq müqavilə imzalanmışdır. Natiqin adamları 700.000 manat pulu versələr də, sonradan qalan pulu vermədikləri üçün iş alınmamışdır. Digər epizodla bağlı isə onun heç bir iştirakı olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, yeznəsi Şahid1 “Qardaş Firması” şirkətinin direktoru və təsisçisidir, şirkətin mülkiyyətində ünvan 10 ünvanında yerləşən 5.1315 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə dair 27 noyabr 2017-ci il tarixdə aldıqları çıxarışa əsasən torpaq sahəsinin üzərində yerləşən əmlak, yəni 14796.2 kvadrat metr ölçüdə qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət, həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyəti hesab olunmaqla şirkətin həmin torpağa dair istifadə hüququ olmuşdur. Həmin çıxarışda torpaq sahəsinin ölçüsü 1.54 hektar qeyd edilsə də, sahənin real ölçüsü 5 hektardan artıq olmuşdur. Torpaq sahəsinin yerləşdiyi ünvan isə çıxarışda ünvan 11 ünvan Cavid Manafov küçəsi 64 ünvanına dəyişdirilmişdir. Torpaq sahəsi formal şəkildə onun qohumu və yaxın dostu Şahid1 rəhbərlik etdiyi şirkətin adına rəsmiləşdirilsə də, oranın faktiki sahibi özü olmuşdur. Həmin torpaq sahəsi faktiki olaraq dövlətə məxsus olduğu üçün o, həmin sahəni özəlləşdirib yeni çıxarış almaq qərarına gəlmişdir. Bu səbəbdən həmin torpaq sahəsinin özəlləşdirilməsi üçün yollar axtarmışdır. Əvvəlcə o, həmin vəziyyətdə torpaq sahəsini satışa çıxarmış və Səxavət adlı şəxs bir neçə alıcıları torpağa baxmaq üçün oraya gətirmişdir. Həmin alıcıların içində bir nəfər vasitəçi Şahid2 da olmuşdur. Lakin həmin torpaq sahəsi özəlləşdirilmədiyi üçün heç kim oranı almaq istəməmişdir. Bir müddət sonra Səxavət və Xanlar “Aziza Consulting and Construction" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilkin olaraq 1.000.000 manat ödəmək şərti İlə ümumilikdə 4.000.000 manat müqabilində torpaq sahəsinin özəlləşdirilməsi prosesini öz üzərinə götürəcəyini bildirmişlər. Xanlar və Səxavətin sözlərinə görə o, 1.000.000 manat ödədikdən sonra 2 ay ərzində torpağa dair yeni çıxarış veriləcək, çıxarış verildikdən sonra özünə məxsus digər əmlakları girov qoymalı, Cavid Manafov küçəsindəki torpaq sahəsi isə satışa çıxarılmalı idi və 6 ay ərzində satılmalı, satıldıqdan sonra isə qalan 3.000.000 manat ödənilməli idi ki onun girovda olan əmlakları geri qaytarılsın. Səxavət və Xanların deməsinə görə, onlar bir çox işləri bu qaydada Təqsirləndirilən şəxs1 ilə həll etmişlər. 27 mart 2024-cü il tarixdə “Qardaş Firması” nın direktoru Şahid1 tərəfindən bu işlə bağlı sənədləşmə işlərinin görülməsi üçün Şahid2 etibarnamə verilmişdir. İlk dəfə 08 aprel 2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs1 ilə sonuncunun ofisində görüşmüşdür. Görüşdə ondan və Ceyhundan başqa, Səxavət, Xanlar və Adil iştirak etmişlər. Təqsirləndirilən şəxs1 Səxavət və Xanların dediklərini tam olaraq təsdiq etmiş, ödəniş edildikdən sonra tez bir müddətdə bütün proseslərə rəhbərlik edib torpaq sahəsinin özəlləşdirilərək xüsusi mülkiyyətə dair çıxarışın alınmasına dair söz vermişdir. Həmin tarixdə ofisdə Ceyhun tərəfindən müqavilə tərtib edilərək sonuncu və Adil tərəfindən imzalanmışdır. Müqavilənin şərtlərinə əsasən, torpaq sahəsinin özəlləşdirilməsi üçün ümumi olaraq 4.000.000 manat pul ödənilməli idi. İlkin olaraq 1.000.000 manat ödənilməli, daha sonra 6 ay ərzində qalan məbləğ hissəhissə verilməli idi. Həmçinin müqavilədə “Qardaş Firması”nın adından bu işlərin görülməsinin etibarnamə əsasında Şahid2 həvalə edilməsi barədə qeyd olmuşdur. Həmin gün o, müqavilənin şərtlərinə uyğun özünə məxsus olan 300.000 manat pul vəsaitini nağd şəkildə Təqsirləndirilən şəxs1 təqdim etmiş və pulu verməyi müvafiq sənədlərlə rəsmiləşdirilmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs1 və Şahid2 tərəfindən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı işlər görülməli olmuşdur. Daha sonra 29 aprel 2024-cü il tarixdə o, Səxavət, Xanlar və Adilin iştirakı ilə Ceyhunun ofisində görüşüb sonuncuya razılaşmanın şərtlərinə əsasən 200.000 manat pulu nağd şəkildə vermişdir. Həmin ərəfədə mütəmadi olaraq Xanlar, Səxavət və Ceyhun ilə əlaqə saxlamış, onların sözlərinə görə torpaq sahəsi özəlləşdirilmək üçün guya 2 ay ərzində icarəyə verilməli idi. 2024-cü ilin may ayında isə ona məlum olmuşdur ki, bağlanmış icarə müqaviləsinə əsasən tərəfindən hər ay 38486,25 manat məbləğində aylıq icarə haqqı ödənilməlidir. Həmin icarə müqaviləsinə Ceyhunun istəyi İlə Şahid1 imza etmişdir. Müqavilə bağlandığı zaman onların belə yüksək icarə haqqının olacağı barədə heç bir məlumatı olmamış və Ceyhunun sözlərinə görə icarə müddəti iki aydan artıq davam etməməli idi. Həmin icarə haqqı iki ay ərzində tərəfindən ödənilmiş, lakin aralarındakı razılaşmanın şərtlərinə uyğun olmadan icarə müddəti iki aydan çox davam etmiş, buna görə iki aydan sonrakı iki ayın icarə haqqı Ceyhun tərəfindən ödənilmiş, lakin daha sonra indiyə qədər həmin torpağa dair heç bir məbləğdə icarə haqqı ödənilməmişdir. 21 iyun 2024-cü il tarixdə torpaq sahəsinə dair yeni çıxarış verilmiş, lakin həmin çıxarışda torpaq sahəsinin yüklülüyün növü kimi “icarə” qeyd edilmişdir. Həmin çıxarışda qeyd edilənlər onların aralarında olan razılaşmanın şərtlərinə uyğun olmamışdır. Yeni çıxarışda torpaq sahəsinin ölçüsü 5.1315 hektar kimi qeyd edilmişdir. 02 iyul 2024-cü il tarixdə tərəfindən sonuncu dəfə Ceyhuna ofisində Adilin iştirakı ilə razılaşmanın şərtlərinə əsasən 200.000 manat pul nağd şəkildə ödənilmişdir. Həmin pul ödənildikdə hələ ki, Ceyhunla aralarında problemlər yaşanmamış, həmin dövrdə Ceyhun icarənin guya 2 aydan artıq olmayan müddətdə davam edəcəyini demişdir. İlkin olaraq ödəməli olduğu 1.000.000 manat puldan qalan 300.000 manat pul vəsaiti Ceyhun, Xanlar və Səxavətin deməsinə əsasən dövlət rüsumunun ödənilməsi üçün tərəfindən verilməli idi. O, bilmişdir ki, həmin rüsum 500.000 manat civarında olmalıdır, lakin adlarını çəkdiyi şəxslər qiyməti aşağı salacaqlarını və 300.000 manatı özlərinin dediyi vaxtda verməli olduğunu demişlər. Lakin sonradan Ceyhun və digər şəxslərdən bu barədə heç bir xəbər çıxmamışdır. Beləliklə o, ümumilikdə Təqsirləndirilən şəxs1 700.000 manat pul vermişdir. Lakin indiyədək qeyd edilən torpaq sahəsi özəlləşdirilməmiş və hər ay ödənilməli olan icarə haqqına görə külli miqdarda borcu yaranmışdır. O, bu problemlərə görə dəfələrlə Ceyhun, Səxavət və Xanlarla əlaqə saxlamış, görüşməyə cəhd göstərmiş, lakin həmin şəxslər çox vaxt telefon zənglərinə cavab verməmişlər. Bir dəfə Ceyhun onunla görüşməkdən yayınaraq Adil ilə ofisində görüşmüş, Ceyhun Adildən pulu geri qaytarmaq üçün möhlət verməyini istəmiş, kimdənsə pul alıb onlara olan borcu bağlayacağını demişdir. Hadisə ilə bağlı rəsmi qaydada şikayət etdikdən sonra Təqsirləndirilən şəxs2 adlı şəxs onunla əlaqə saxlayıb bu məsələ ilə bağlı görüşmək istədiyini söyləmişdir. O, Həsəni “Sahil" metrostansiyasının yaxınlığında yerləşən ofisində qəbul etmişdir. Görüş zamanı Həsən "xxxx" MMC-nin direktoru olduğunu deyərək pulun geri qaytarılması üçün Təqsirləndirilən şəxs1 möhlət verməyini istəmişdir. Həsənin sözlərinə görə, onun verdiyi 700.000 manat məbləğində pul vəsaiti tamlıqla geri qaytarılacaq, lakin pulu geri qaytarmaq üçün müəyyən vaxt lazımdır. O, Həsənə izah etmişdir ki, baş vermiş hadisə ilə bağlı artıq rəsmi qaydada şikayət etmiş və müəyyən vaxt vermək artıq onun səlahiyyətində olmamışdır. Bu görüşdən sonra Həsən bir neçə dəfə mobil telefonla onunla əlaqə saxlayıb vaxt verməyini istəmiş, o isə, görüş zamanı olduğu kimi eyni cavabı vermişdir. Verilən sualları cavablandıran Zərərçəkmiş şəxs1 bildirdi ki, o, ümumilikdə 700.000 manat pul vermişdir. Ona iki ay müddətində çıxarışın alınacağını demişlər. Təxminən 6-7 ay sonra Həsən Hüseyinov zəng edərək Təqsirləndirilən şəxs1 dostu olduğunu söyləmişdir. Dəymiş ziyanla bağlı ona İsmayıllı rayonu əraziisndə 10 sot torpaq sahəsi və 70-80 min manat dəyərində “Mersedes” markalı maşın verilmişdir. Danışıqlara onları Səxavətlə Xanlar aparmışdır. O, müqavilə bağlanılmasında iştirak etmiş, müqavilədə 4 milyon manat qeyd edilmiş, onun 1 milyon manat hissəsi çıxarış alınana qədər, çıxarış alındıqdan sonra isə yerdə qalan məbləğin verilməsi razılaşdırılmışdır. Müqavilənin şərtlərində 38.500 manat icarə haqqı ödənilməsi barədə bənd olmamış, bu barədə onlara heç nə deyilməmişdir. Çıxarışı 3-4 ay sonra almışlar. Yubandığı üçün əlavə 200.000 manat da istəmişlər. Müqavilə Aqil ilə bağlanılmışdır. Murad da onlara bu işin davamı olaraq danışacağını və icarənin dayandırılacağını, çıxarışın veriləcəyini söyləmişdir. Əgər ona dəymiş ziyan ödənilsə şikayətçi olmayacaqdır. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2026-cı il tarixli ərizəsinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, onlara qarşı heç bir şikayəti, tələbi və iddiası qalmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 həmin ifadəsində göstərmişdir ki, 2024-cü ilin iyul ayının əvvəllərində tanışı və əslən Ağstafa rayonundan olan həmyerlisi Şahid11 onunla əlaqə saxlayıb bir məsələ ilə bağlı yanına məsləhətə gəlmək istədiyini söyləmişdir. O, ofisdə olacağını və gələ biləcəyini demişdir. Şahid11 Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən ofisinə gəlmişdir. Vəlinin yanında əvvəllər görmədiyi və tanımadığı iki nəfər şəxs olmuşdur. Vəli onu həmin şəxslərlə tanış edib birinin onun çox hörmət etdiyi və təhsil aldığı Ağstafa rayonu 24 nömrəli orta məktəbdə idman müəllimi işləyən Ələs müəllimin oğlu Azadxan Kərimov, digərinin isə Şahid10 olmasını demişdir. Onun Ələs müəllimə dərin hörməti olduğundan övladını da xoş qarşılamışdır. Azadxan Kərimov bir qədər danışıb ona Bakı şəhəri, Nərimanov rayonu, X21, Əhməd Rəcəbli, Təbriz və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən ərazidə 12 ədəd 5 mərtəbəli yaşayış binasının sökülərək həmin ərazidə hündür mərtəbəli yeni yaşayış binalarının salınması ilə tərtib edilmiş layihəni təqdim etmişdir. Azadxan həmin lahiyəni rəsmi olaraq bu işi bilən şəxslər tərəfindən layihə institutunda hazırlandığını və buna görə özünün 80.000 manat xərci çıxmasını demişdir. Azadxan Kərimov qeyd olunan layihəni əvvəlcə həmin ərazidə tikinti işlərini həyata keçirəcək investora vermək üçün hazırlatdığını, lakin sonradan həmin investorun qeyd olunan ərazidə bina tikintisini həyata keçirməkdən İmtina etdiyini söyləmişdir. Azadxan hazırda həmin layihəyə investor axtardığını və buna görə ona müraciət etdiyini demişdir. O, uzun illərdir bu işin içində olduğundan layihəyə baxıb həqiqətən də uğurla işləndiyini və layihənin kim tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qoyulan tələblərə uyğun işlədildiyini soruşmuşdur. Azadxan Kərimov ona Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bina tikintisi ilə bağlı normaları bilən bir neçə nəfər tanıdığı şəxslərin adını çəkib layihəni həmin şəxslərin məsləhəti əsasında tərtib etdirdiyini demişdir. O, adlarını çəkdiyi adamların həqiqətən də bu işin mütəxəssisləri olmasını bildiyindən dediklərinə inanmışdır. Azadxan Kərimov Şəhərsalmanın əsaslandırılmasına aid bütün sənədlərin toplanılması və ilkin razılıq müqaviləsinin alınmasını da Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləyən tanışlarının vasitəsi ilə rəsmi və qeyri-rəsmi formada həll edə biləcəyini demişdiri. O, Azadxandan bu layihə əsasında qeyd olunan ərazidə tikinti işlərinin aparılmasına razılıq verəcəyi halda istəyinin nə olmasını maraqlanmışdır. Sonuncu ona bildirdiyi 80.000 manat puldan əlavə olaraq tikələcək ərazinin hər kvadratmetrinə görə 10 manat pul verməli olduğunu demişdir. O, layihənin onda qalmasını bir neçə gün ərzində baxıb cavab verəcəyini söyləmişdir. Bundan sonra bir neçə tanıdığı bina tikən şirkətlərlə həmin layihəni müzakirə etmiş və hamı layihənin normal Şəhərsalmanın əsaslandırma layihəsinə uyğun tələblər əsasında işləndiyini demişlər. Artıq o, qeyd olunan ərazidə tikinti işlərini həyata keçirməyə qərar vermişdir. Bunun üçün ilk növbədə həmin ərazidə tikinti işlərini həyata keçirməkdən ötrü döstlarının məsləhəti ilə “Xansaray Corporation" MMC yaradılmış və həmin şirkətə tanışı Şahid8 direktor təyin edilmişdir. Bir neçə gün keçdikdən sonra Azadxan Kərimov, Şahid10 və Şahid11 yenidən onun yanına gəlmişlər. Azadxan Kərimov ona Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbər vəzifələrində İşləyən tanışlarının vasitəsi İlə həmin layihəyə razılığı təsdiq edən müqaviləni ala biləcəyini bir daha söyləmişdir. Belə ki, bu işlərdə ümumi olaraq öncədən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən layihənin əsaslandırılması ilə bağlı razılıq müqaviləsinin verilməsi nəzərdə tutulur, daha sonra Bakı şəhər İcra hakimiyyəti tərəfindən tikintinin aparılması ilə bağlı sərəncam verilir. Azadxan Kərimov ona Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tikintiyə razılıq müqaviləsinin alınmasından ötrü rəsmi və qeyri-rəsmi formada ilkin olaraq 500.000 manat olmaqla ümumilikdə 2.000.000 manat pul verilməli olduğunu demişdir. Bina tikintisində hər kvadratmetrə görə 40-50 manat məbləğində pul dövlət rüsumu nəzərdə tutulduğundan gələcəkdə həmin rüsumun tərkib hissəsi kimi hesablanacağını bildirmişdir. Azadxan bu işin "xxxx" şirkətinin rəhbəri Təqsirləndirilən şəxs1 vasitəsi ilə görüləcəyini bildirmişdir. O, "xxxx" MMC-nin bu işə nə aidiyyatının olduğunu soruşmuşdur. Azadxan isə cavabında həmin şirkəti tanımadığını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin köməkçisinin zəng edərək bu işi "xxxx" MMC-in vasitəsi ilə görülməli olduğunu bildirdiyini söyləmişdir. Qeyd olunan şirkətin adi bir şirkət olmasını görüb bu İşdən şübhələnmişdir. Buna görə də Azadxanın yanında Şahid10 sual verib Anar Quliyevin köməkçisi ilə həqiqətən əlaqəsinin olub-olmadığını soruşmuşdur. İlkin də ona Azadxana telefon zəngi gəldiyini və kənara çəkilib telefonla danışıb yanına qayıtdıqdan sonra həmin zəng edən şəxsin Anar Quliyevin köməkçisi olmasını bildirdiyini və layihəyə razılıq verildiyini deməsini söyləmişdir. O, Azadxan Kərimovdan bir neçə dəfə bu işi dəqiq həmin adı çəkdiyi adamla görməsini soruşduqda sonuncu təkidlə suallarına müsbət cavab verib təsdiqləmişdir. O, Azadxan Kərimova bu işin etibarlı olması üçün komitədə pul verməyi ilə bağlı bir arayış, qəbz və ya hər hansı bir sənəd verilməsini demişdir. Azadxan Kərimov isə ona heç bir problem olmadığını gün ərzində və ya səhərisi gün pul köçürməyi ilə bağlı bir sənəd gətirəcəyini demişdir. Elə həmin gün Azadxan ofisinə gəlib razılaşma protokolu və təhvil təslim aktının bir nüsxəsini ona təqdim etmişdir. O, pul vermədiyi halda bu formada sənəd tərtib etmələrini, "xxxx" MMC-nin rəhbərinin də imzası və möhrünün olmasını görüb verəcəyi pulu həqiqətən də qeyd olunan dövlət idarəsinə çatdıracaqlarına dair inam yaratmışdır. Razılaşma protokolunda ümumi olaraq 2.000.000 manat qeyd olunmuşdur. Azadxan Kərimov ilkin olaraq 500.000 manat pul "xxxx" MMC-yə ödənildikdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən lahiyənin əsaslandırılması ilə bağlı ilkin razılıq müqaviləsinin alınacağını demişdir. Səhəri gün Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən ofisin içərisində Vəli və İlkinin yanında 300.000 manat məbləğində pulu Azadxana vermişdir. Danışıqları belə olmuşdur ki, pulun qalan hissəsini layihə təsdiq olunandan sonra verəcəkdir. Azadxan onunla razılaşmış, qeyd olunan məbləği götürüb Vəli və İlkinlə "xxxx" şirkətinin rəhbərinin yanına getmişlər. Həmin gün Azadxanın ona dediyinə görə qeyd olunan şirkətin rəhbəri Təqsirləndirilən şəxs1 məbləğin tam olmadığını, yəni müqavilədə 500.000 manat göstərildiyi halda onun 300.000 manat pul verdiyinə görə irad tutmuş, həmin vaxt Ceyhunun yanında olan Vaqif adlı şəxs guya ki, İş pozulmasın deyə 200000 manatı özü əlavə edib beləliklə guya Təqsirləndirilən şəxs1 Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 500.000 manat pul vermişdir. O, həmin müddət ərzində Azadxan Kərimov ilə bir neçə dəfə əlaqə saxlayıb Şəhərsalma və Arxitektura Komitəsinin layihəyə razılıq müqaviləsinin nə yerdə olmasını maraqlanmışdır. xx.xx.2024-cü il tarixdə Azadxan Kərimov yenidən onun yanına gəlib Komitədən zəng gəldiyini təcili olaraq özünün və ya şirkətin direktoru Əşrəfin 300.000 manat pulu aparıb Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə gedib pulu orada onları qəbul edən şəxsə verəcəklərini və sədrin yanına girib oradan razılıq müqaviləsini götürə biləcəklərini demişdir. Azadxan Kərimov pulu heç kimə deyil Komitənin özündə onları qəbul edən şəxsə çatdırmalı olduqlarını və sədrin onları qəbul edəcəyini bir neçə dəfə demişdir. O, artıq buna inanıb 300.000 manat pulu Əşrəf və Azadxana verib gedib həmin şəxslə görüşmələrini söyləmişdir. Lakin Azadxan ondan qeyd olunan pulu götürdükdən sonra "Aziza Consaİting and Construction” MMC-nin direktoru Təqsirləndirilən şəxs1 Azadxana zəng edib pulu götürüb-götürmədiklərini dəqiqləşdirmiş, sonra İsə öz ofisinə gəlmələrini demişdir. Azadxan və Əşrəf də həmin ofisə getmişlər. Ceyhun orada Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən zəng gəldiyini, pulun yalnız özündən qəbul ediləcəyini deyib 300.000 manat pulu Əşrəf və Azadxandan almış, özü isə avtomobilə oturub guya ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istiqamətində hərəkət etmiş, Azadxan gilə arxasıyca gəlmələrini və zəng gözləmələrini demişdir. Lakin sonradan Ceyhunla bir neçə dəfə əlaqə saxlanılsa da, sonuncu zənglərə cavab verməmişdir. Həmin vaxtdan bu günədək Ceyhun və Azadxan müxtəlif bəhanələr gətirərək verilən pulu geri qaytarmamışlar. Verdiyi pulun müqabilində ortada heç bir iş görülməmişdir. Bundan sonra əvvəl tanımadığı Təqsirləndirilən şəxs1 öz təşəbbüsü ilə onunla Cəfər Xəndan küçəsində yerləşən ofisində Əşrəfin iştirakı ilə görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 verdiyi pulun müqabilində layihə ilə bağlı iş görə bilmədiyini söyləmiş və ona təklif etmişdir ki, layihəni digər şəxsə satışını təşkil etsin, bununla da satışdan əldə olunacaq pulun hesabına ondan götürülən pulu geri qaytarsın. Ceyhun 18.000.000 manat müqabilində layihənin satışını təşkil edəcəyini və verdiyi pulu tamlıqla geri qaytaracağına dair söz vermişdir. Lakin həmin görüşdən sonra Ceyhundan heç bir xəbər çıxmamışdır. Ceyhun onunla görüşdən əvvəl artıq layihənin satışı ilə bağlı təklif vermək və ondan razılıq əldə edərək vaxt qazanmaq fikrində olmuşdur (cild 3, iş vərəqi 90-93, 143-146). Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ərizəsinə əsasən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmiş, onunla barışıq əldə edilmişdir, Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti, tələbi və iddiası qalmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, ‘‘Qardaş’’ firmasının təsisçisi və direktorudur, Zərərçəkmiş şəxs1 Mütəilim oğlu onun qohumu və yaxın dostudur. "Qardaş” firmasının mülkiyyətində Nizami rayonu ərazisində böyük ölçüdə torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi faktiki olaraq Zərərçəkmiş şəxs1 məxsus olmuş, lakin formal qaydada Natiqin yaxın qohumu və tanışı olduğu üçün onun şirkətinin adına rəsmiləşdirilmişdir. Bir neçə il bundan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti bir neçə dəfə rəsmi qaydada məktubla müraciət edərək həmin torpaq sahəsinin özəlləşdirilməsini tələb etmiş, lakin belə böyük ölçüdə torpaq sahəsinin özəlləşdirilməsi üçün onun və Natiqin kifayət qədər pulu olmamışdır. Buna görə də Zərərçəkmiş şəxs1 ilə birlikdə həmin torpaq sahəsi və üzərində olan tikilini özəlləşdirmədən satışa çıxarmaq qərarına gəlmişlər. Bu işlərlə Səxavət adlı makler məşğul olmuşdur. Lakin torpaq sahəsi dövlətə məxsus olduğu üçün bir çox alıcı oranı almaqdan imtina etmişdir. Bir dəfə Səxavətin tanışı olan Şahid2 bir neçə dəfə hansı səbəbdən torpaq sahəsini özəlləşdirmədiklərini soruşmuş, onlar da bunun səbəbini Xanlara bildirmişlər. Bundan sonra Səxavət və Xanlar "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 ilkin olaraq 1.000.000 manat, ümumilikdə isə 4.000.000 manat müqabilində torpaq sahəsini özəlləşdirəcəyini və torpaq sahəsinə dair xüsusi mülkiyyət kimi qeyd olunan yeni çıxarışın alınmasını təşkil edəcəyini bildirmişlər. Səxavət və Xanların sözlərinə görə 1.000.000 manat pul vəsaiti ödənildikdən sonra 2 ay ərzində torpağa dair yeni çıxarış verilməli, çıxarış verildikdən sonra Natiq və o, özlərinə məxsus digər əmlakları girov qoymalı idilər, Cavid Manafov küçəsi 64 ünvanında yerləşən torpaq sahəsi isə satışa çıxarılmalı və 6 ay ərzində satılmalı idi, satıldıqdan sonra isə qalan 3.000.000 manat ödənilməli və girovda olan əmlakları geri qaytarılmalı idi. Səxavət və Xanların deməsinə görə, onlar bir çox işləri bu qaydada Təqsirləndirilən şəxs1la həll etmişlər və heç vaxt problem yaşanmamışdır. Onlar «Qardaş Firması»nın adından sənədləşmə işlərinin görülməsi üçün Şahid2 etibarnamə vermişlər. Daha sonra o və Natiq 08 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə sonuncunun Nərimanov rayonunda yerləşən "xxxx"nın üçüncü mərtəbəsindəki ofisində görüşmüşlər. Görüşdə onlardan başqa həmçinin Səxavət və Xanlar iştirak etmişlər. Təqsirləndirilən şəxs1 Səxavət və Xanların dediklərini tam olaraq təsdiq etmiş, Natiq ödəniş etdikdən sonra bacardığı qədər tez bir müddətdə bütün proseslərə rəhbərlik edib torpaq sahəsinin özəlləşdirilərək xüsusi mülkiyyətə dair çıxarışın alınmasına dair söz vermişdir. Həmin tarixdə Ceyhun tərəfindən müqavilə tərtib edilmiş və torpaq sahəsi onun rəhbəri olduğu şirkətin mülkiyyətində olduğu üçün Ceyhundan başqa müqaviləyə o da, imza etmişdir. Razılaşmaya əsasən torpaq sahəsinin özəlləşdirilməsi üçün ümumilikdə 4.000.000 manat pul ödənilməli, ilkin olaraq hissə-hissə 1.000.000 manat, daha sonra qalan məbləğ verilməli olmuşdur. Həmçinin müqaviləyə əsasən şirkətin adından bu işlərin görülməsini etibarnamə əsasında Şahid2 həvalə edilmişdir. Həmin gün Zərərçəkmiş şəxs1 öz vəsaiti hesabına ilkin ödəniş şəklində verilməli olan pul vəsaitinin 300.000 manatını nağd şəkildə Səxavət, Xanlar və onun iştirakı ilə Təqsirləndirilən şəxs1 təqdim etmiş və bu barədə olan akta imza edilmişdir. Daha sonra 29 aprel 2024-cü il tarixdə o, Səxavət və Xanların iştirakı ilə Zərərçəkmiş şəxs1 tərəfindən Ceyhunun ofisində sonuncuya nağd şəkildə manat pul verilmişdir. Həmin ərəfələrdə o və Natiq mütəmadi olaraq Xanlar, Səxavət 'və Ceyhun ilə əlaqə saxlamış, qeyd edilən şəxslərin sözlərinə görə torpaq sahəsi özəlləşdirilmədən əvvəl 2 aydan çox olmayan müddətdə icarəyə verilməli olmuşdur. 2024-cü ilin may ayının əvvələrində axşam saatlarında Şahid2 onunla əlaqə saxlayaraq özəlləşdirmə işi ilə əlaqədar təcili olaraq Əmlak Məsələləri Dövlət Xidmətinə gəlməyini, özü ilə “Qardaş” firmasının möhürünü gətirməyini istəmişdir. O, Nərimanov rayonunda yerləşən Əmlak Xidmətinə yaxınlaşaraq orada Xanlar və yanında olan bir nəfər şəxsin onu gözlədiklərini görmüşdür. Xanların yanında olan Anar adlı şəxs Əmlak Komitəsində işlədiyini söyləmiş və ona içi doldurulmayan boş bir kağızı təqdim edərək oraya imza etməyini istəmişdir. O, Xanlar və Anardan həmin kağızın nə olduğunu soruşduqda, həmin şəxslər heç bir şey barədə narahat olmamağını və özəlləşdirmə prosesi ilə bağlı zəruri sənədin olduğunu bildirmişlər. O, kağıza imza edib oraya şirkətin möhürünü vurmuşdur. Kağıza imza etdikdən sonra Anar adlı əməkdaş torpaq sahəsinə ilkin olaraq hüququn yaranmalı olduğunu izah etmişdir. Daha sonra o, Xanlardan bu barədə soruşduqda, sonuncu həmin kağızın icarə müqaviləsi olduğunu söyləmişdir. Beləliklə, 2024-cü ilin may ayında torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Həmin zaman onların hansı məbləğdə icarə haqqı ödəyəcəkləri barədə məlumatı olmamışdır. Onlar elə fikirləşmişlər ki, 2 ay ərzində torpaq sahəsi icarədə olacaq və az miqdarda icarə haqqı ödəniləcək. Lakin sonradan müəyyən edilmişdir ki, hər ay 38.500 manata yaxın icarə haqqı ödənilməlidir. Buna baxmayaraq həmin icarə haqqı iki ay ərzində tərəfindən ödənilmişdir. Ceyhun, Xanlar və Səxavətin sözlərinə görə icarə iki aydan artıq davam etməməli idi. Lakin məsələ uzandığı üçün bundan sonrakı iki ayın pulu Ceyhun tərəfindən ödənilmiş, daha sonra isə həmin torpağa dair heç bir məbləğdə icarə haqqı ödənilməmişdir. 21 iyun 2024-cü il tarixdə torpaq sahəsinə dair yeni çıxarış verilmiş, həmin çıxarışa əsasən onların torpaq sahəsi üzərində hüquqları “icarə” kimi qeyd edilmiş, bu da, aralarında olan razılaşmanın şərtlərinə uyğun olmamışdır. 02 iyul 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 onun, Səxavət və Xanların iştirakı ilə sonuncu dəfə Ceyhuna ofisində razılaşmanın şərtlərinə əsasən 200.000 manat pulu nağd şəkildə təqdim etmişdir. İlkin olaraq ödənilməli olan 1.000.000 manat puldan qalan 300.000 manat Ceyhun, Xanlar və Səxavətin deməsinə əsasən dövlət rüsumunun ödənilməsi üçün verilməli idi. Beləliklə, Zərərçəkmiş şəxs1 tərəfindən ümumilikdə Təqsirləndirilən şəxs1 700.000 manat pul verilmiş, lakin qeyd edilən torpaq sahəsi özəlləşdirilməmiş və torpaq sahəsi icarədə olduğu külli miqdarda borcları yaranmışdır. O və Natiq bu problemlərə görə dəfələrlə Ceyhun, Səxavət və Xanlar ilə görüşməyə cəhd göstərmiş, lakin sonuncular, çox vaxt telefon zənglərinə cavab verməmişlər. Yaranmış problemlərdən sonra Ceyhun yalnız bir dəfə onunla öz ofisində görüşmüş, pulu geri qaytarmaq üçün möhlət vermələrini istəmişdir. Natiq tərəfindən rəsmi qaydada hadisə ilə bağlı şikayət edildikdən sonra Təqsirləndirilən şəxs2 adlı şəxs Natiqlə görüşüb özünü Ceyhunun işlədiyi şirkətin direktoru kimi təqdim edərək pul vəsaitinin geri qaytarılması üçün müəyyən vaxt verməyini xahiş etmişdir. Verilən sualları cavablandıran Şahid1 bildirmişdir ki, onlar pulu üç dəfəyə Xanlar və Səxavətin yanında torpağın özəlləşdirilməsi üçün vermişlər. Ceyhun ziyanın ödənilməsi ilə bağlı Zərərçəkmiş şəxs1 maşın və ev vermişdir. Müqavilənin tərtib olunmasında, o, iştirak etmişdir. Müqavilə 4 milyon manatlıq bağlanmışdır. Müraciət Xanlar tərəfindən olunmuş, Xanlar bu prosesdə hər iki tərəfdən iştirak etmişdir. Xanlar Ceyhungili tanıdığını, yaxşı iş gördüklərini bildirmişdir. Müqavilənin şərtlərini xatırlamır. Bu proseslərdə Murad olmamışdır. İcarə müqaviləsi Xanlar tərəfindən bağlanılmışdır. O, 700.000 manat pulu Təqsirləndirilən şəxs1 vermiş, qarşılığında isə mədaxil qəbzi verilməmişdir. Ceyhun həmin pulu hara verəcəyini deməmiş, həmçinin rəsmi maliyyə sənədi verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, qeyri-rəsmi qaydada tikinti işləri və bəzi sənədləşmə işləri ilə məşğuldur, həmçinin arabir makler kimi fəaliyyət göstərir. Təxminən 4-5 il əvvəl Şahid3 adlı şəxslə tanış olmuş və münasibət saxlamışlar. Təxminən 2021-ci ildə bir nəfər tanışı torpaq sahəsini almaq istədiyini ona söyləmiş, o da, bu barədə Səxavətə demişdir. Sonuncu Nizami rayonu ərazisində təxminən 5 hektar torpaq sahəsinin satışa çıxarıldığını bildirmiş, həmin torpaq sahəsinin ailəsinin sürücüsü olduğu Zərərçəkmiş şəxs1 məxsus olduğunu söyləmişdir. O, Səxavət və torpağı almaq istəyən şəxs həmin yerə gedib torpağa baxmışlar. Daha sonra alıcı torpaq sahəsinin sahibi ilə görüşmək istəmiş və onlar Səxavətin vasitəsi ilə ilk dəfə Zərərçəkmiş şəxs1 ilə görüşmüşlər. Alıcı görüş zamanı torpağa dair sənədlərlə maraqlanmış və Natiq həmin şəxsə torpaq sahəsinin çıxarışının surətini təqdim etmişdir. Görüş zamanı müəyyən edilmişdir ki, həmin torpaq sahəsində olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyətdir, torpaq sahəsi isə dövlətə məxsus olmaqla Zərərçəkmiş şəxs1 ondan istifadə hüququ olmuşdur. Torpaq sahəsini almaq istəyən şəxs qiymətin baha olduğunu öyrəndikdən sonra oranı almaqdan İmtina etmişdir. Təxminən 2024-cü mart ayında o, yenidən Natiqlə əlaqə saxlamış, sonuncu, yenə torpağı heç kimin almaq istəmədiyini söyləmişdir. Buna görə o, həmin torpaq sahəsinin satılmamışdan əvvəl ilkin olaraq özəlləşdirilməsini təklif etmişdir. Lakin Natiq bunun üçün kifayət qədər pulunun olmadığını, təxminən 1.000.000 manat pulunun olduğunu söyləmişdir. O, ümumilikdə bu işə görə nə qədər pul verə biləcəyini soruşduqda, sonuncu 4-5.000.000 manat civarında pul vəsaiti xərcləyə biləcəyini demişdir. Onun bu sahədə çox sayda tanışları olduğu üçün bu işlə özü məşğul olacağını söyləmiş və torpaq sahəsinin sənəd əsasında sahibi olan “Qardaş" firmasının rəhbəri Zərərçəkmiş şəxs1 qohumu Şahid1 tərəfindən bu işlərin görülməsi üçün ona etibarnamə verilmişdir. Həmin vaxtdan sonra o, bu işlə bağlı Səxavətin köməkliyi ilə mütəmadi şəkildə “Asan Xidmət” mərkəzi və Əmlak Məsələləri Dövlət Xidmətinə getməyə başlamışdır. «Asan Xidmət»də ona bildirilmişdir ki, torpaq sahəsinin ölçüsü böyük olduğuna görə bu məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməlidir. Onun həmin Xidmətdə tanışları olmadığı üçün həmin ərəfədə tikinti və sənədləşmə işləri ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs2la əlaqə saxlamışdır. Həsəni uzun illərdir ki, bir yerli kimi tanımış və sonuncunun bu sahədə müəyyən işlər gördüyünü bilmiş, torpağın özəlləşdirilməsi ilə bağlı köməklik göstərilməsini istəmişdir. Həsən isə özü Bakıda olmadığı üçün əlaqə saxlamaq üçün bu işlərlə məşğul olan işlədiyi şirkətin icraçı direktoru Təqsirləndirilən şəxs1 mobil nömrəsini vermişdir. O, Ceyhunla əlaqə saxlamış, Zərərçəkmiş şəxs1 ümumilikdə 4.000.000 manat pul verə biləcəyini bildirmişdir. Ceyhunun istəyi ilə torpağa dair sənədlərin fotoşəkillərini göndərmiş, bir müddət sonra Ceyhun onunla əlaqə saxlayıb direktoru olduğu şirkətin vasitəsi ilə bu işi görəcəyini söyləmişdir. Ceyhun şirkətlə müqavilə bağlanacağını, rəsmi qaydada pulu qəbul edəcəyini və daha sonra bütün prosesləri özünün idarə edəcəyini bildirmişdir. O, bu barədə Zərərçəkmiş şəxs1 demiş, sonuncu, onunla razılaşmışdır. 2024-cü il aprel ayının əvvəllərində o, Natiq və Adil şirkətin ofisində Təqsirləndirilən şəxs1la görüşmüşlər. Natiq özünü maraqlandıran məqamlar barədə Ceyhuna suallarını vermiş və sonuncu bütün suallarını cavablandırmışdır. Ceyhun özünün müxtəlif qurumlarda çox sayda tanışlarının olduğunu bildirərək rahatlıqla bu işi həyata keçirəcəyini söyləmiş və onları inandıra bilmişdir. Ceyhunun sözlərinə görə, işlərin başlanması üçün 1.000.000 manat pulun 30 faizi, yəni 300.000 manat məbləğində ilkin ödəniş olunmalı, sonra müəyyən müddət ərzində hissə-hissə əlavə pullar ödənilməli idi. Ümumilikdə, özəlləşdirmə xərcləri 4.000.000 manat təşkil etməli idi. Həmin gün Ceyhun tərəfindən müqavilə tərtib olunmuş, "Qardaş" firması tərəfdən Şahid1 və şirkət tərəfindən Təqsirləndirilən şəxs1 müqaviləni imzaladıqdan sonra ofisdə Zərərçəkmiş şəxs1 tərəfindən 300.000 manat pul vəsaiti nağd şəkildə Ceyhuna verilmişdir. Həmçinin torpaq sahəsinə dair sənədlərin surəti Təqsirləndirilən şəxs1 təqdim edilmişdir. Bundan sonra 2024-cü ilin aprel ayının sonlarında və iyul ayının əvvəlində Zərərçəkmiş şəxs1 tərəfindən Səxavət, Adil və onun iştirakı ilə Ceyhuna nağd şəkildə eyni ofisdə ümumilikdə 400.000 manat verilmişdir. Həmin günün səhəri Ceyhun ona zəng edərək Əmlak Məsələləri Dövlət Xidmətinə getməyini istəmişdir. O, bu barədə Adilə demiş və daha sonra Səxavət ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinə getmişlər. Orada o, Anar adlı əməkdaşla görüşmüş və sonuncu torpağa dair sənədlərə baxmışdır. Anarın sözlərinə görə, sənədlərin arasında ayrıc aktı və ya sərəncam olmadığı üçün torpaq sahəsi təxminən 2-3 ay ərzində icarəyə keçirilməli, daha sonra özəlləşdirilməlidir. Zərərçəkmiş şəxs1 bütün proseslər barədə Adilə məlumat verməyi tapşırmış, buna görə onda etibarnamə olmasına baxmayaraq bütün hərəkətlər barədə Adilə məlumat vermişdir. Anar adlı şəxslə görüşdükdən sonra o və Adil bir neçə dəfə Əmlak Məsələləri Dövlət Xidmətinə gəlmişlər, orada həmin Anar adlı şəxs yenə də guya torpağın icarəyə verilməli olduğunu söyləmişdir. 2024-cü ilin may ayında icarə müqaviləsinin bağlanması üçün Səxavət, Şahid1 və o, Xidmətə yaxınlaşmışlar. Anar tərəfindən İcarə haqqı barədə heç bir şey deyilməmiş və sonuncunun təqdim etdiyi boş bir kağıza Şahid1 tərəfindən imza edilərək “Qardaş" firmasının möhürü vurulmuşdur. Anarın sözlərinə görə həmin sənəd icarə müqaviləsidir və sonradan özü onu tərtib edəcək. Bundan sonra Ceyhun ona zəng edərək Əmlak Xidmətinin əməkdaşlarının torpaq sahəsinə baxış keçirəcəklərini söyləmiş və həmin əməkdaşları qarşılamağı tapşırmışdır. O və Səxavət torpaq sahəsinə gedib orada komissiya üzvlərini qarşılamış və əməkdaşlar tərəfindən torpaq sahəsinə baxış keçirilmişdir. Həmin əməkdaşlar özəlləşdirmə ilə bağlı onlara köməkliyin göstəriləcəyini söyləyib oradan getmişlər. Bir müddət sonra isə ona "Asan Xidməf’dən zəng gəlmiş və zəng edən xanım torpaq sahəsi ilə bağlı oraya yaxınlaşmağını İstəmişdir. Səxavət, Adil və o, Xətai rayonunda yerləşən 2 saylı "Asan Xidmət”ə yaxınlaşıb orada rüsum ödəyərək icarə müqaviləsini götürmüşlər. Həmin vaxt müqaviləyə baxdıqda aylıq icarə haqqının 38.500 manat olduğunu görmüşdür. İcarə haqqı yüksək olduğu üçün o, Ceyhunla əlaqə saxlayıb bu barədə maraqlanmış, sonuncu torpaq sahəsinin böyük olduğu üçün icarə haqqının da böyük olduğunu, ödənilən icarə haqqının pulunun da 4.000.000 manata aid olduğunu söyləmiş və vaxtında icarə haqqının ödənilməsini istəmişdir. O, bu barədə Adilə demiş və onlar razılaşmışlar ki, iki ay icarə haqqını ödəsinlər. Lakin iki ay keçdikdən sonra məsələ öz həllini tapmamış və buna görə bundan sonrakı bir ayın icarə haqqı Ceyhun tərəfindən ödənilmişdir. Ona həmin ərəfədə şəxsi ehtiyacları üçün təcili olaraq pul lazım olmuş, buna görə o, ilk öncə Adilə müraciət etmiş, lakin sonuncu pul verməkdən imtina etmişdir. Bu səbəbdən o, Ceyhuna zəng edib borc pul istəmiş, Ceyhun ona 30.000 manat pul vermişdir. Torpaq sahəsinin icarəsinin dördüncü ayında Ceyhun icarə haqqını ödəməkdə çətinlik çəkdiyi üçün o, borcun bağlanmasına görə sonuncunun əvəzinə icarə haqqı qismində 30.000 manat ödəmiş, qalan 8.500 manatı isə Ceyhun ödəmişdir. Zərərçəkmiş şəxs1 torpaq sahəsinin özəlləşdirməsi işi uzandığı üçün o, Ceyhunla dəfələrlə əlaqə saxlamış və sonuncu müxtəlif bəhanələr edərək guya özəlləşdirmə proseslərinin dayandığını, tezliklə problemin həll olunacağını demişdir. Zərərçəkmiş şəxs1 tərəfindən bu işin həyata keçirilməsi üçün Təqsirləndirilən şəxs1 ümumilikdə 700.000 manat məbləğində pul vəsaiti verilmişdir. Proses uzandığı üçün o, Əmlak Xidmətinin əməkdaşı Anar adlı şəxslə görüşmüş, icarənin müvəqqəti dayandırılmasını istəmiş, lakin sonuncu bunun mümkün olmadığını bildirmişdir. Bu səbəbdən o, artıq rəsmi qaydada Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edərək icarənin dayandırılması və torpaq sahəsinin özəlləşdirilməsini tələb etmiş, lakin verilən cavab o olmuşdur ki, torpağa dair ayrıc aktı və sərəncam olmadığından özəlləşdirmənin aparılması mümkün olmamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən hadisə İlə bağlı rəsmi qaydada şikayət edildikdən sonra o, Ceyhunu yaşadığı ünvanın yaxınlığına dəvət edib Natiq tərəfindən verilən pulu hara verdiyini soruşmuş, bu suala cavab olaraq Həsən nədənsə 180.000 ABŞ dolları birinci dəfə, 150.000 ABŞ dolları ikinci dəfə, 80.000 ABŞ dollar üçüncü dəfə müəyyən yerlərə verdiyini demiş, lakin konkret olaraq kimə verdiyini deməmişdir. O, dəfələrlə pulu verdiyi şəxsin adını deməsini istəsə də Həsən heç nə deməmişdir. Ceyhun söhbət zamanı Həsəni Natiqin yanına göndərdiyini və sonuncudan vaxt aldıqlarını bildirmişdir. O, yalnız bir dəfə Natiqin işi ilə bağlı deyil, borc şəklində Ceyhundan 30.000 manat pul götürüb sonradan Ceyhunun əvəzinə torpaq sahəsinin icarə haqqını ödəyərək həmin borcu bağlamışdır. Həmçinin bir neçə nəfər şəxsləri oxşar problemlərin həll edilməsi üçün Ceyhuna yönləndirmişdir. Belə ki, Ceyhun özünü işgüzar şəxs kimi təqdim edərək onda inam yaratdığı üçün o, bir çox şəxslərə köməklik göstərə biləcəyini və özünün də pul qazana biləcəyini düşünmüşdür. O, ilkin olaraq Ceyhundan dediyi işi hansı qiymətə görəcəyini soruşmuş, sonuncu müəyyən məbləği ona dedikdən sonra o, bu barədə ona müraciət edən şəxsə deyirdi və əgər razılıq olarsa həmin şəxs Ceyhunla görüşüb deyilən məbləği sonuncuya verirdi. O, iş uğurla başa çatacağı halda əvvəlcədən həmin şəxslərlə ona veriləcək pulun məbləği barədə danışırdı. Belə ki, ona müraciət edən Sabit adlı şəxs fərdi yaşayış evinin xüsusi mülkiyyətə çevrilməsi üçün onun tövsiyyəsi ilə Ceyhunla görüşərək sonuncuya ümumilikdə 50.000 manat vermişdir. Həmçinin Qiyas adlı şəxs də həyət evinin özəlləşdirilməsi üçün Ceyhuna 20.000 manat pul vermişdir. Yeni çıxarış alındıqdan sonra razılığa əsasən o, Sabitdən 5.000 manat, Qiyasdan isə 2.000 manat pul almalı İdi. Artıq Zərərçəkmiş şəxs1 məsələsi uzandıqda və çox narazılıqlar meydana çıxdıqda o, mütəmadi şəkildə Ceyhunla əlaqə saxlamağa başlamışdır. Həmin ərəfələrdə Ceyhun ona bir nəfər Kazım adlı tanışının zəng edəcəyini söyləmişdir. Belədə olmuşdur, həmin Kazım adlı şəxs ona 2024-cü ilin avqust ayının sonlarında zəng edərək Təqsirləndirilən şəxs1 yaxın dostu olduğunu, özünün də Əmlak Məsələləri Dövlət Xidmətində çox sayda tanışlarının olduğunu, Zərərçəkmiş şəxs1 məsələsi ilə bağlı maraqlandığını və tezliklə işin həll olunacağını söyləmişdir. Kazım adlı şəxs onların səbrli olmaqlarını istəmiş və tezliklə çıxarışın alınacağını bildirmişdir. Daha sonra həmin ərəfələrdə Kazımın təklifi ilə o, sonuncu ilə "Ulduz” metrostansiyasının yaxınlığında görüşmüşdür. Görüşdə onunla Şahid3 də iştirak etmişdir. Görüş zamanı həmin Kazım adlı şəxs Əmlak Xidmətində çox sayda tanışlarının olduğunu, lakin əlavə pul veriiməyəcəyi halda torpağın özəlləşdirilməsi ilə bağlı onları heç kimin qəbul etməyəcəyini demişdir. O, nə qədər pul lazım olduğunu soruşmuş, Kazım isə 10.000 manat pulun lazım olduğunu demiş, pulun müqabilində məsələnin tam köklü həlli ilə bağlı Əziz müəllim və yaxud digər vəzifəli şəxsin qəbuluna onları salacağına dair söz vermişdir. Kazımın sözlərinə görə onların sənədləri özəlləşdirmə şöbəsinin rəisi Əziz Mirzəyevin masasının üzərindədir. O, bu barədə Şahid1 demiş və sonuncu elə olduğu halda Kazıma pul verməyini istəmiş, sonradan onunla haqq hesab edəcəyini bildirmişdir. O da Kazım ilə "Ulduz” metrostansiyasının yaxınlığında təxminən 2024-cü ilin avqust ayının sonlarında görüşərək öz vəsaiti hesabına 10.000 manat pul vermişdir. Həmçinin görüş zamanı o, Xanlar adlı tanışının torpaq sahəsinin özəlləşdirilməsi məsələsi ilə bağlı məlumatlı olubolmadığını soruşmuşdur. Belə ki, bundan əvvəl o. Təqsirləndirilən şəxs1 yanına Xanlar adlı tanışının yaxın dostu Firdovsi adlı şəxsi Xətai rayonu, Vunqtau küçəsi və Hovsan qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin özəlləşdirilməsi ilə bağlı yönləndirmiş və Xanlar Ceyhuna bu iş ilə bağlı hər iki evə görə ümumilikdə 46.000 manat pul vermişdir. Onun bu barədə sualına cavab olaraq Kazım Ceyhun tərəfindən bu işin həyata keçirilməsinin özünə tapşırıldığını söyləmişdir. Kazım Ceyhunun bu işə görə ona 11.000 manat pul verdiyini və əlavə olaraq 4.000 manat pulun verilməli olduğunu söyləmişdir. O, bu işləri öz öhdəsinə götürdüyü üçün öz cibindən həmin 4000 manatı verəcəyini söyləmiş və həmin gün 4.000 manatı Kazıma çatdırmışdır. Kazım isə 2 gün ərzində çıxarışların hazır olacağını demişdir. Beləliklə Kazıma ümumilikdə 14.000 manat pul vermişdir. Zərərçəkmiş şəxs1 məsələsi ilə bağlı Kazıma pul verdikdən bir neçə gün sonra sonuncudan heç bir xəbər çıxmamış və o, Adil ilə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinə getmək qərarına gəlmişdir. Oraya gəldikdə o, aşağıdan özəlləşdirmə şöbəsi ilə əlaqə saxlamış və oranın işçisi olan Elşən adlı şəxs aşağı düşərək onları qarşılamışdır. Söhbət zamanı Elşən adlı əməkdaş torpağa dair ayrıc aktı olmadığı üçün oranın özəlləşdirilməsinin mümkün olmadığını söyləmişdir. O, orada şöbə rəisinin qəbuluna düşmək istədiyini bildirmiş, lakin Elşən bunun mümkün olmadığını, müraciəti ilə bağlı, onlara rəsmi qaydada cavab veriləcəyini söyləmişdir. Həmçinin həmin X5rın məsələsi İlə bağlı heç bir sənədin və yaxud işin olmadığını söyləmişdir. Onlar orada söhbət etdikləri vaxt isə oraya Kazım gəlmişdir. Kazım özünə xəbər etmədən oraya gəlməklərinin düzgün olmadığını demiş, o isə verdiyi pulun müqabilində onları qəbula salmağını istəmişdir. Kazım səbrli olmaqlarını, tezliklə vəzifəli şəxsin qəbuluna salacağını söyləyərək bu barədə narahat olmamaqlarını istəmişdir. Lakin onun verdiyi pulların müqabilində heç bir iş görülməmişdir. Məsələ uzandığı üçün Xanlar adlı tanışı pulunu geri tələb etməyə başlamış və Təqsirləndirilən şəxs1 tərəfindən tam olaraq Xanlara 46.000 manat pul geri qaytarılmışdır. Həmçinin o, Xanlardan sonuncunun əvəzinə Kazıma verdiyi 4.000 manat pulu almış və Kazımdan artıq Xanlara çatası pulu geri qaytarmağını tələb etmişdir. Həmçinin o, uzun müddət ərzində Kazımdan verdiyi 10.000 manat pulu da geri qaytarmağını tələb etmişdir. Lakin indiyədək Kazım heç bir məbləğdə pulu geri qaytarmamış və onun telefon zənglərinə cavab verməmişdir. Həmçinin Şakir adlı şəxs Sabit tərəfindən Keşlə qəsəbəsində yerləşən torpaq sahəsinin özəlləşdirmə işinin həyata keçirilməsi üçün etibarnamə verilmiş şəxsdir, həmin etibarnamə də Kazımın istəyi ilə Şakirin adına verilmişdir. Kazımın sözünə görə Şakir dövlət işçisidir və bu cür işlərlə məşğul olduğu üçün etibarnamə verilməli idi. Lakin həmin məsələdən heç bir xəbər çıxmamış və Şakirin bu proseslərdə iştirakına heç bir ehtiyac olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirərək, özünə aid hissədə Zərərçəkmiş şəxs1 və Şahid1 dindirmə zamanı bildirdiklərinə uyğun məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2008-ci ildə təsis edilmiş "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, həmin şirkət bina, yaşayış sahəsi və qeyri-yaşayış sahələrinin layihələrinin işlənib hazırlanması ilə məşğuldur. 2024-cü ilin yaz aylarında bir nəfər sifarişçi tərəfindən Füzuli prospektində yaşayış binasının layihələndirilməsi ilə bağlı işləri görmüş, bir müddət sonra sifarişçinin nümayəndəsi ona zəng edərək “Şərq Bazarı”nın arxasında ofisi yerləşən iş adamı Təqsirləndirilən şəxs1 adlı şəxsi tanıyıb-tanımadığını soruşmuş, özü Ceyhunu tanımadığına görə və Ceyhunun ofisində onun işlədiyi layihənin olması barədə öyrəndiyinindən sifarişçinin nümayəndəsi ilə birlikdə Ceyhunun Nərimanov rayonunda yerləşən "Alliance Plaza”dakı ofisinə getmişlər. Həmin vaxtdan etibarən o, Təqsirləndirilən şəxs1 tanımış və layihələrin təsdiq edilməsi, müvafiq icazələrin alınması işi ilə məşğul olduğunu öyrənmişdir. Təxminən bir il əvvəl Azadxan Kərimov ilə tanış olmuş, Azadxan ilk dəfə onun yanına gələrək Nərimanov rayonu ərazisində X21, Əhməd Rəcəbli, Təbriz və Ağa Nemətulla küçələrinin kəsişməsində çox mənzilli yaşayış binalarının inşası ilə bağlı layihənin təqdimatını təqdim edərək həmin layihənin tam şəkildə işlənib hazırlanması və təsdiq edilməsini xahiş etmişdir. Azadxan ondan xahiş etmişdir ki, layihənin həyata keçirilməsinin mümkün olub-olmadığını öyrənsin. O, köməklik göstərəcəyini demiş və layihəni qəbul edib Bakı Şəhər İcra Hakimiyyətinə getmişdir. Oradakı tanışlarına layihəni göstərmiş və oradakı işçilər bu layihədən məlumatlı olduqlarını, həmin layihənin icrası ilə bağlı işlərin yalnız Bakı şəhərində baş tutacaq “COP 29" tədbiri başa çatdıqdan sonra başlanacağını söyləmişlər. O, bu barədə Azadxana demiş və izah etmişdir ki, layihənin hazırda işlənib tam şəkildə hazırlanması mümkün deyil. Belə ki, layihənin tam şəkildə işlənib hazırlanması üçün Bakı Şəhər İcra Hakimiyyətindən müvafiq icazə alınmalıdır, konkret olaraq aydın olmalıdır ki, hansı ərazidə və hansı ölçüdə tikinti işləri aparılacaq, layihə müvafiq qurumlar tərəfindən təsdiq olunmadıqda isə bu cür halları əvvəlcədən müəyyən etmək qeyri-mümkündür. Həmçinin həmin ərəfələrdə o, digər sifariş ilə əlaqədar bir neçə dəfə Təqsirləndirilən şəxs1 yanına gedib gəlmişdir. Həmin ərəfələrdə Azadxan ondan "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs1 barədə soruşmuşdur. O, Ceyhunu tanıdığını, Azadxan İsə sonuncunun müxtəlif tikinti layihələrin dövlət qurumlarından İcazələrin alınması, o cümlədən şəhərsalma əsaslandırılmasının alınması və təsdiqlənməsi işləri ilə məşğul olduğunu bildirmişdir. Azadxan özü də həmin şəxsin barəsində maraqlanacağını söyləmişdir. Təxminən 2024-cü ilin iyul ayında o, digər işləri ilə bağlı Ceyhunun yanında olarkən Azadxanın da Ceyhunun yanına ofisə gəldiyini görmüşdür. Həmin ərəfələrdə o, 2- 3 dəfə Nərimanov rayonu ərazisində olan layihə ilə bağlı Azadxanla birlikdə Ceyhunun yanına gedib gəlmişdir. Aralarında olan söhbətlər zamanı Təqsirləndirilən şəxs1 layihənin təsdiq edilməsi işini yüksək səviyyədə görəcəyini söyləmişdir. O, həmin vaxt Ceyhuna izah etmişdir ki, layihəyə icazə verildikdən sonra həmin layihəni tam şəkildə işləyib hazırlayacaq. Təqsirləndirilən şəxs1 işlərinin arxasında adını demədiyi “ağsaqqalların” durduğunu, həmin yüksək vəzifəli şəxslərin tapşırığı ilə bütün işlərinin qaydasında getdiyini söyləmişdir. Həmçinin Ceyhun binaların tikintisi ilə bağlı texniki tərəfləri izah etmiş, binaların hansı formada və qaydada tikiləcəyini bildirmiş, artıq müvafiq qurumlarda işləyən tanışları İlə bu layihə ilə bağlı maraqlandığını və heç bir problemin olmayacağını söyləmişdir. Ceyhunun bu cür inamlı danışıqları ona qarşı olan etibarının artmasına səbəb olmuşdur. Həmçinin həmin vaxt qeyd etdiyim kimi Ceyhun digər sifarişçi üçün tərtib etdiyi layihənin təsdiq edilməsi işi ilə məşğul olmuşdur. Həmin ərəfələrdə Azadxan onunla əlaqə saxlayaraq Ceyhunun İşlərin başlanılması üçün ilkin olaraq 500.000 manat pul istədiyini söyləmişdir. Azadxan Ceyhun tərəfindən bununla bağlı müqavilənin tərtib olunacağını bildirib, onun da görüşdə iştirak etməyini xahiş etmişdir. O, Azadxanla birlikdə Ceyhunun ofisinə gedib tərtib edilən müqaviləyə baxmış, müqavilədə yalnız şəhərsalma əsaslandırılması ilə bağlı Təqsirləndirilən şəxs1 tərəfindən ilkin olaraq 500.000 manat pulun qəbul edilməsi barədə göstərilmişdir. Azadxan Ceyhuna demişdir ki, həmin müqaviləni gedib bu işə görə pul xərcləyən şəxsə təqdim etməlidir ki, həmin şəxsdən pulu götürə bilsin. Həmin vaxtadək Azadxan bu işə görə kimin pul xərcləyəcəyini, investor şəklində kimin çıxış etdiyini bildirməmişdir. Beləliklə 2024-cü ilin avqust ayının əvvəllərində dəqiq tarixi yadında olmayan gündə Azadxan onunla əlaqə saxlayaraq pulu götürüb Ceyhunun yanına getdiyini demiş və onun da Ceyhunun ofisinə gəlməyini istəmişdir. O, həmin vaxt öz işləri ilə bağlı Ceyhunun ofisində olmuş və Azadxana gözlədiyini demişdir. Həmin gün Azadxan yanında Əşrəf adlı şəxslə birlikdə Ceyhunun ofisinə gəlmişdir. Orada Azadxan sellofan torbada külli miqdarda pul vəsaitini Ceyhuna teqdim etmişdir. Ceyhun verilən pulu saymadan qəbul etmiş və Əşrəf adlı şəxs Ceyhun tərəfindən tərtib edilən müqaviləyə imza etmişdir. Bundan sonra Əşrəf və Azadxan ofisi tərk etmişlər və Ceyhun verilən pulu sayaraq 300.000 manat pulun verildiyini söyləmişdir. Ceyhun razılaşdırılan məbləğdə pul vəsaitinin verilmədiyi üçün öz narazılığını bildirmişdir. O, Ceyhundan onu pul məsələsinə qatmamağını xahiş etmiş və ofisi tərk etmişdir. Artıq “Alliance Plaza’’dan çıxdığı zaman Ceyhun ona zəng edərək Əşrəf və Azadxanla əlaqə saxlaya bilmədiyini söyləmişdir. Həmin zaman o, Əşrəfin plazanın yanında dayanıb kimləsə mobil telefonla danışdığını görmüş və bu barədə Ceyhuna demişdir. Ceyhun ofisdən çıxaraq aşağı düşmüş və Əşrəfə pulun az məbləğdə verildiyini bildirmişdir. Əşrəf buna cavab olaraq söyləmişdir ki, bu işə görə pul verən adını demədiyi şəxs qalan 200.000 manat pulun Ceyhun tərəfindən verilməli olduğunu söyləyib. Əşrəfin sözünə görə pul verən şəxs məsuliyyətin bir hissəsini də Ceyhunun öz üzərinə götürməli olduğunu bildirmişdir. Ceyhun Əşrəfin dedikləri ilə razı olmamış və sonuncu qırağa çəkilərək həmin pulu verən şəxslə əlaqə saxlamışdır. O, Ceyhuna ya pulu geri qaytarmağını, ya həmin pulun məbləğinin artırılmasını tələb etməsini və ya özünün əlavə pul qoymasını təklif etmişdir. Əşrəf yanında olmadığı vaxt isə Ceyhun ona icazənin alınması ilə bağlı ümumiyyətlə pula ehtiyac olmadığını, bu işi pulsuz da həyata keçirə biləcəyini, sadəcə olaraq deyilən məbləğdə pul vəsaitinin verilməsi iiə investorun bu işə qarşı hansı dərəcədə məsuliyyətlə yanaşmasını müəyyən etmək istədiyini söyləmiş, belə ki, icazə alındıqdan sonra da müəyyən məbləğlərdə pui vəsaitləri verilməli İdi. O, həmin zaman təklif etmişdir ki, Əşrəf gilə hərəsinin bu işə görə guya 100.000 manat pul xərcləyəcəkləri barədə bildirsinlər. Belə ki, icazə alındıqdan sonra layihənin İşlənib hazırlanması işini o, özü görməli idi və investor bu işə qarşı daha məsuliyyətli yanaşması üçün bilməli idi ki, layihəni işləyən şəxsə borcu vardır. Həmçinin o, layihəni hazırlayacaq şəxs kimi işin uğurla həll olunduğu halda onun da əməyi olduğu üçün bu layihənin hazırlanmasının digər şəxsə həvalə edilməsinin qarşısını almaq məqsədilə Əşrəfə guya 100.000 manat pul verəcəyini bildirmək istəmişdir. Ceyhun da özündə 100.000 manat pulun olduğunu deyərək təklifi ilə razılaşmışdır. Beləliklə o və Ceyhun hərəsi 100.000 manat olmaqla bu işə görə ümumilikdə 200.000 manat pulu xərcləyəcəklərini demişlər, müvafiq icazələr alındıqdan sonra isə pulun geri qaytarılmasını istəmişlər. Əşrəf işin uğurla həll olunduqdan sonra pulları geri qaytaracaqlarına dair söz vermişdir. Lakin faktiki olaraq o, bu işə görə heç bir məbləğdə pul vəsaiti xərcləməmiş, Ceyhun da bildiyi qədər bu işə görə öz cibindən böyük məbləğdə pul xərcləməmişdir. Pul verildikdən uzun müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs1 heç bir xəbər çıxmamış. O, Əşrəf və Azadxan mütəmadi olaraq Ceyhunla əlaqə saxlamışlar sonuncu isə müxtəlif bəhanələr gətirərək tezliklə məsələni həll edəcəyini söyləyirdi. Bir müddət sonra isə Azadxan onunla əlaqə saxlayaraq Ceyhunun əlavə 300.000 manat pul istədiyini söyləmişdir. O, Ceyhunla əlaqə saxlayıb bu barədə maraqlanmış və sonuncu həmin pulu götürüb Şəhərsalma və Arxitektura İdarəsinə çatdıraraq icazənin alınacağını bildirmişdir. O, artıq həmin zaman Ceyhunun onları aldatdığını hiss etmişdir. Azadxan və Əşrəf investor ilə əlaqə saxladıqdan sonra ikinci dəfə Ceyhuna pul verməyə razı olduqlarını demişlər. Beləliklə 2024-cü ilin avqust ayının sonlarında o, Əşrəf və Azadxan Ceyhunun ofisinə getmişlər. Ceyhunun sözlərinə görə sonuncu həmin gün pulu götürərək Şəhərsalma komitəsinə gedəcək və onlara icazənin verilməsi ilə bağlı müvafiq sənəd təqdim ediləcək. Buna görə Azadxan xahiş etmişdir ki, bu proseslərdə layihəni işləyəcək bir şəxs kimi o da iştirak etsin və sənəddə qeyd ediləcək tikinti parametrləri ilə bağlı məlumatları əldə etsin. Ceyhun ofisində Azadxan və Əşrəf 300.000 manat pulu təqdim etmişlər. Həmin gün pulun təhvil verilməsi barədə sənədlərə Əşrəf tərəfindən imza edilmişdir. Ceyhun pulu götürdükdən sonra Şəhərsalma komitəsinə getdiyini demiş və zəng etdikdən sonra onların da oraya yaxınlaşmalarını istəmişdir. Buna görə onlar ofisin yaxınlığında Ceyhunun zəngini gözləməyə başlamışlar. Təxminən bir saat sonra Ceyhuna zəng etdikdə sonuncu ilə əlaqə yaratmaq mümkün olmamışdır. Artıq həmin gün axşam saatlarında Ceyhun onlarla əlaqə saxlayaraq ofisə gəlməklərini istəmişdir. O, Əşrəf və Azadxan oraya getmişlər və Ceyhun hər bir şeyin qaydasında olduğunu, 1-2 gün sonra onlara rəsmi icazənin veriləcəyini demişdir. Lakin həmin vaxtdan sonra layihənin təsdiq edilməsi və icazənin alınması işi öz həllini tapmamışdır. Təqsirləndirilən şəxs1 hər dəfəsində müxtəlif bəhanələr gətirərək vaxtı uzatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10, Şahid8, Şahid11 ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək, özlərinə aid hissədə Zərərçəkmiş şəxs2 və Şahid9 dindirmə zamanı bildirdiklərinə uyğun məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 2024-cü ilin yay aylarında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la tanış olmuş, həmin ərəfədə Qarabağ bölgəsində böyük tikinti layihələrini həyata keçirmək istəmişdir. Bu məsələ ilə bağlı sifarişin qəbul edilməsi üçün ona tanışları tərəfindən Təqsirləndirilən şəxs1 müraciət etmək məsləhəti görülmüşdür. O, Ceyhunla ilkin olaraq özü əlaqə saxlamış və məsələni izah etmiş, sonuncu özünü işgüzar şəxs kimi təqdim edərək geniş əlaqələrə malik olduğunu, bu məsələdə köməklik göstərəcəyini söyləmişdir. Onlar arasında belə razılaşma olmuşdur ki, o, tikinti layihəsini qəbul edib bunun sayəsində gəlir əldə etdikdən sonra Təqsirləndirilən şəxs1 müəyyən məbləğdə pul verəcəkdir. Həmçinin həmin ərəfədə o, Ceyhunla "xxxx"nın üçüncü mərtəbəsindəki ofisində görüşmüşdür. Ofisə gəlib-getdikdə Ceyhunun yanında Təqsirləndirilən şəxs2 görüb sonuncu ilə tanış olmuşdur. Ceyhun özünü “Aziza Consulting and Construction" MMC-nin rəhbəri kimi təqdim etmiş, Həsəni isə Ceyhunun köməkçisi kimi tanımışdır. Həmin ərəfədə ofisdə Ceyhunun yanında bir nəfər Şahid2 adlı şəxsi görüb orada sonuncu ilə tanış olmuşdur. Tanışlıq zamanı o, Xanların Təqsirləndirilən şəxs1 ilə birgə işlərinin olduğunu başa düşmüşdür. Təqsirləndirilən şəxs1 ofisində pul müqabilində müxtəlif şəxslərə torpaq sahələrinin sənədləşməsi ilə bağlı köməklik göstərmişdir. Bu minvalla onun ilə Ceyhun və Xanlar arasında müəyyən işgüzar münasibət yaranmışdır. Ceyhun onun üçün Qarabağda tikinti layihəsini götürəcəyinə söz versə də, indiyədək bu barədə heç bir xəbər çıxmamışdır. O, bir neçə dəfə Ceyhunun yanına ofisə gəldikdə orada Xanları görmüş və sonuncu ofisdə Ceyhun olmadığı vaxt bir neçə dəfə onun yanında Ceyhun barədə gileylənmişdir. O, Xanlardan nəyin baş verdiyini soruşmuş, sonuncu isə tanışları Adil və Natiq adlı şəxslərin Nizami rayonunda yerləşən “Neolit” restoranın yaxınlığında olan böyük torpaq sahəsinin özəlləşdirilməsi işi ilə Təqsirləndirilən şəxs1 məşğul olduğunu və Ceyhun tərəfindən 700.000 manat pulun götürüldüyünü söyləmişdir. Xanların sözünə görə, Ceyhun məsələni həll etməmiş, əksinə torpaq sahəsini icarəyə verdiyi üçün hər ay 38.500 manat məbləğində icarə haqqı verilməlidir. Həmçinin ofisdə baş verən digər görüş zamanı Xanların dediklərini Şahid1 da təsdiq etmişdir. Xanlar onu tikinti mühəndisi kimi tanımış və ofisdə olduğu zaman hər dəfə ona Adilgilin məsələsinin uğursuz olması barədə bildirmişdir. Həmçinin Xanlar bir neçə dəfə ona zəng edib torpaq sahəsinin icarəsinin dayandırılmasının mümkün olub-olmadığını soruşmuş, Xanlar Natiq və Adil gilin həmin torpağı satmaq istədiklərini söyləmiş və əgər bu baş tutarsa onun da müəyyən məbləğdə satışdan pul qazanacağını söyləmişdir. O, icarənin dayandırılması İlə bağlı, həmçinin torpaq sahəsini almaq istəyən şəxslərlə maraqlanacağını söyləmişdir. Daha sonra o, tikinti işləri üzrə tanışı Samir adlı şəxsin vasitəsilə Əmlak Məsələləri Xidmətində icarə şöbəsində işləyən adı yadında olmayan bir nəfər şəxslə əlaqə saxlamışdır. O, həmin şəxsə vəziyyəti izah etmiş və icarənin dayandırılmasının mümkün olub-olmadığını soruşmuşdur. Həmin şəxs torpaq sahəsinin aylıq icarə haqqının çox böyük məbləğdə olmasına təəcüblənmiş və icarənin dayandırılmasında köməklik göstərəcəyini söyləmişdir. Bundan sonra o, məsələnin uğurla həll olunacağını düşünüb Şahid2la əlaqə saxlamış və icarənin dayandırılması üçün sonuncudan 10.000 manat pul istəmişdir. O, Şahid2 ilə «Şəki dairəsi»nin yaxınlığında “Baş Kənd” restoranının qarşısında görüşüb sonuncudan 10.000 manat pulu almışdır. O, həmin pulu aldıqdan sonra heç nə xərcləməmiş, icarənin dayandırılmasını gözləmişdir. Həmin pulu özü üçün çəkdiyi əziyyətə görə almış və şəxsi ehtiyaclarına xərcləmək fikrində olmuşdur. Həmçinin həmin vaxt o, torpaq sahəsini almaq istəyən şəxslərlə bağlı tanışlarından sorğu etmiş və bizneslə məşğul olan Alim adlı şəxslə əlaqə saxlayıb torpağı almağını təklif etmişdir. Alim torpağın sənədlərinin qaydasında olduğu halda oranı almağa razı olduğunu söyləmişdir. Daha sonra o, Xanlar və Adilin Əmlak Məsələləri Dövlət Xidmətində işləyən əvvəl onunla mobil telefonla danışan adı yadında olmayan şəxslə görüşləri baş tutmuşdur. Görüş zamanı həmin şəxs torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı Adil və Natiq tərəfindən çox böyük məbləğdə pul vəsaitinin Ceyhuna Şirinova verilməsinə görə, həmçinin torpağın belə yüksək icarə haqqı əsasında icarəyə verilməsinə görə təəcüblənmiş, onlara heç cür köməklik göstərə bilməyəcəyini, icarənin dayandırılmasının mümkün olmadığını söyləmişdir. Bundan sonra artıq Adil ilə Xanlar və Ceyhun arasında ciddi narazılıqlar baş vermişdir. O isə, Şahid2 götürdüyü 10.000 manat pulu tamlıqla geri qaytarmışdır. 10.000 manat pul vəsaitini hissəhissə Xanların yanında olan və birgə işlədiyi Şahid3 ona göndərdiyi bank kartlarına göndərməklə ödəmişdir. Yalnız 2.500 manat pulu nağd şəkildə Xanlara geri qaytarmışdır. Pulu elektron qaydada ödəməyi barədə qəbzləri Səxavətə göndərmişdir. Şahid3 Xanların vasitəsi ilə tanımış, həmin şəxslər şərik olaraq bütün işlərini birlikdə görmüşlər. Zərərçəkmiş şəxs1 məxsus torpaq sahəsinə dair sənədlər lazımi qaydada olmadığına görə Alim müəllim də oranı almaqdan imtina etmişdir. Həmçinin, həmin ərəfədə Şahid2 ona müraciət edərək Hovsan qəsəbəsində yerləşən Xanlar adlı bir tanışının torpaq sahəsinin özəlləşdirilməsinə köməklik göstərməyini istəmişdir. Bu məsələdən Təqsirləndirilən şəxs1 da məlumatı olmuşdur. O, bir nəfər tanışı Şakir ilə əlaqə saxlayacağını söyləmişdir. Həmin Şakir əvvəl Əmlak Məsələləri Dövlət Xidmətində işlədiyi üçün bu sahədə çox sayda tanışları olmuşdur. Şakir lazımi şəxslərlə əlaqə saxlayıb ona geri dönüş edəcəyini bildirmişdir. Bir müddət sonra isə Şakir işin həyata keçirilməsi üçün 14.000 manat pul lazım olduğunu bildirmişdir. O, bu barədə Ceyhun və Xanlara söyləmişdir. Həmin şəxslər razılaşmış və ilkin olaraq hissə-hissə 10.000 manat pulu düzəldib ona vermişlər, o isə, həmin pulu “Qara Qarayev” metrostansiyasının yaxınlığında Şakirə vermişdir. Həmçinin sənədləşmə işlərinin aparılması üçün Şakirə etibarnamə verilmişdir ki, sonuncu sərbəst şəkildə işini görə bilsin. Bir müddət sonra isə Şahid2 onunla xatırladığı qədər Nərimanov rayonu ərazisində görüşərək qalan 4.000 manat pulu vermiş, o isə həmin pulu Şakirə çatdırmışdır. Daha sonra o, Şakir və Xanların arasında baş verənlərlə bağlı maraqlanmamış, artıq uzun müddət keçdikdən sonra isə Şakir ona demişdir ki, Təqsirləndirilən şəxs1 və Şahid2 torpaq sahəsini özəlləşdirmək istəyən şəxsdən təxminən 40.000-50.000 manat arası pul almışlar. Həmçinin, Xanlar Şakirə müraciət edərək özəlləşdirmədən imtina etdiklərini bildirib 14.000 manatın geri qaytarılmasını istəmişdir. Şakir də Xanlara həmin pulu geri qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2009-cu ildən etibarən Əmlak Məsələləri Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmişdir. 2021-ci ildən etibarən Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının icarəyə verilməsi və dövlət ehtiyacları şöbəsinin torpaq sahələrinin icarəyə verilməsi sektorunun müdiri vəzifəsində işləyir. Təxminən 2024-cü ilin aprel-may aylarında dəqiq tarixi yadında olmayan vaxt əvvəl tanımadığı Şahid2 işlədiyi İcarə şöbəsinə yaxınlaşaraq "Qardaş” firmasının nümayəndəsi olduğunu bildirib həmin şirkətə məxsus Bakı şəhəri, Nizami rayonu, Cavid Manafov küçəsi 64 ünvanında yerləşən təxminən 5 hektar ölçülü torpaq sahəsini dövlətdən icarəyə götürülməli olduğunu söyləmişdir. Həmin Xanlar adlı şəxsə ərizə forması nümayiş etdirilmişdir ki, rəsmi qaydada həmin ərizəyə uyğun şöbəyə müraciət etsin və onlar həmin müraciətə rəsmi qaydada baxa bilsinlər. Qeyd edilən torpaq sahəsinin faktiki sahibi "Qardaş” firmasının direktoru Şahid1 tərəfindən rəsmi qaydada müraciət edildikdən sonra həmin torpaq sahəsinə aid sənədlər, yəni çıxarış, texniki pasport, həmçinin "Qardaş” firmasının hüquqi sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi Şöbəsinə göndərilmişdir. Torpaq sahəsinə dair onlara təqdim edilən dövlət reyestrindən çıxarışda torpağın dövlətə məxsus olması və torpaq üzərində “istifadə" hüququnun olması barədə göstərilmişdir. Həmçinin çıxarışda torpaq sahəsinin üzərində olan daşınmaz əmlakın xüsusi mülkiyyət olması və torpaq sahəsinin ölçüsünün təxminən 1.5 hektar olması göstərilmişdir. Müvafiq sənədlər təqdim edildikdən sonra ünvan 13 ünvanında yerləşən torpaq sahəsinə gedilərək oraya baxış keçirilmişdir. Baxışın keçirilmə məqsədi torpaq sahəsinin sənədlərdə qeyd edilən ölçülər ilə üst üstə düşməsinin müəyyən edilməsi olmuşdur. İcarə şöbəsinə müraciət edildikdə həmin torpaq sahəsinin ölçüsü təxminən 1.5 hektar kimi qeyd edilmişdir. Onun səbəbi odur ki, əgər torpaq sahəsi xüsusi mülkiyyətdə deyilsə və ya dövlətə icarəyə verilmirsə əksər hallarda çıxarışlarda yalnız torpaq sahəsinin üzərində olan daşınmaz əmlakın altındakı torpaq sahəsinin ölçüsü qeyd edilir. Faktiki olaraq isə torpaq sahəsinə keçirilən baxış zamanı həmçinin torpaq sahəsinə dair texniki pasportla oranın ölçüsünün təxminən 5 hektar təşkil etməsi müəyyən edilmişdir. Torpaq sahəsinə baxış keçirildikdən sonra həmin torpağa dair olan sənədlər və baxış aktı Ərazi Şöbəsi tərəfindən İcarə çöbəsinə göndərilmiş, sənədlər daxil olduqdan sonra Mərkəzi Registr bazasından torpaq sahəsinin məlumatları əks olunan çıxarış əldə edilmişdir. Daha sonra Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi tərəfindən müvafiq sərəncam imzalanaraq icarə müqaviləsi hazırlanmışdır, icarə müqaviləsinin hazırlanması barədə “Qardaş" firmasına əvvəlcədən məlumat verilmişdir. Müvafiq qiymətləndirici şirkətin verdiyi rəy əsasında həmin torpağa görə aylıq icarənin məbləği 38.500 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin “Qardaş" firmasının direktoru Şahid1 tərəfindən imzalanması prosesində o, iştirak etməmişdir. Bütün bu proseslərdən sonra torpaq sahəsinə dair yeni çıxarışın verilib-verilməməsi barədə məlumatı olmamış, çünki çıxarışın verilməsinin onların şöbəyə heç bir aidiyyəti olmamışdır. Müqavilə bağlandıqdan sonra bir neçə ay ərzində icarə ödənişləri vaxtında verilsə də sonradan heç bir məbləğdə icarə haqqı ödənilməmişdir. Bununla bağlı İcarə şöbəsi tərəfindən “Qardaş” firmasının direktoru Şahid1 bir neçə dəfə bildirişlər göndərilmişdir ki, ödənişləri etməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq edilsin. Həmin bildirişlər göndərildikdən sonra Şahid1 və Şahid2 bir neçə dəfə Əmlak Məsələləri Dövlət Xidmətinə yaxınlaşmışlar. O, həmin şəxsləri özü qəbul etdikdə Xanlar və Adil əvvəlcədən torpaq sahəsinin özəlləşdirilərək xüsusi mülkiyyətə dair yeni çıxarışın alınmasını istədiklərini, icarə haqqının verilməsi ilə bağlı maddi cəhətdən çətinlik çəkdiklərini söyləmişlər. Həmçinin Şahid1 adını xatırlamadığı şəxslə müqavilə bağladığını bildirmiş, həmin müqavilənin şərtlərinə uyğun olaraq Adilin dediyi şəxs 4.000.000 manat müqabilində guya torpaq sahəsini özəlləşdirəcəyini öz öhdəsinə götürmüşdür. O, Şahid1 özəlləşdirmə ilə bağlı özünün də heç kimin köməyi olmadan Əmlak Xidmətinin özəlləşdirmə şöbəsinə müraciət edə biləcəyini izah etmiş, həmçinin 5 hektar ölçüdə ərazinin 4.000.000 manat müqabilində özəlləşdirilməsinin qeyri- mümkün olduğunu bildirmiş. Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı əsasında dövlətə məxsus torpaqların özəlləşdirilməsinin dəyəri bazar qiymətinə uyğun müəyyənləşdirilməlidir. Bazar qiyməti isə tenderdə qalib gələn qiymətləndirici şirkət tərəfindən müəyyən edilməlidir. Qeyd edilən torpağın ölçüsü böyük olduğundan həmin torpaq sahəsinin özəlləşdirilmə dəyəri 4.000.000 manatdan qat qat yüksəkdir. Bundan əlavə Cavid Manafov küçəsi 64 ünvanında yerləşən torpaq sahəsinin icarəyə alınması ilə bağlı İcarə şöbəsinə müraciət edildikdə onlara heç bir vaxt torpaq sahəsinin özəlləşdirilməsi barədə heçnə deyilməmişdir. O, bütün bu hallar barədə Xanlar və Adilə izah vermişdir. Hətta həmin şəxslər bir neçə dəfə icarə müqaviləsinin ləğv edilməsi ilə də bağlı müraciət etmişlər. Torpaq sahəsinə dair bir neçə ay ərzində heç bir ödəniş edilmədiyi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin adından rəsmi qaydada iddiaçı qismində İnzibati-İqtisad Məhkəməsinə müraciət edilmişdir. İlk bir neçə aylar istisna olmaqla heç bir məbləğdə icarə haqqı ödənişi verilməmişdir. Dindirmə zamanı verilən suallara cavab olaraq Şahid7 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tanımır və həmin şəxsləri heç bir vaxt görməmişdir. Bir dəfə Şahid1 torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı adını xatırlamadığı şəxsə pul verdiyini bildirmişdir. Həmin şəxsin adının Ceyhun olub-olmadığını dəqiq xatırlamır. Torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı həmin torpaq sahəsinin sahibinin özü Əmlak Məsələləri Dövlət Xidmətinin dövlət əmlakının özəlləşdirilməsi şöbəsinə heç bir vasitəçi olmadan müraciət edə bilər. Özəlləşdirmənin ümumi dəyəri “Qiymətləndirmə fəaliyyəti” haqqında Azərbaycan Respublikasının qanununa əsasən müvafiq qiymətləndirici şirkət tərəfindən bazar qiymətinə uyğun müəyyən edilir. Qeyd edilən torpaq sahəsinin ölçüsü böyük olduğundan özəlləşdirmə dəyərinin bazar qiyməti 4.000.000 manatdan daha çox təşkil edir. Yəni həmin torpağın 4.000.000 manat müqabilində özəlləşdirilməsi mümkün deyildir. Əgər torpaq sahəsi özəlləşdirilməyibsə və yaxud İcarəyə verilməyibsə əksər hallarda çıxarışlarda toraq sahəsinin üzərində olan tikilinin yerləşdiyi ərazinin ölçüsü torpaq sahəsinin ölçüsü kimi qeydə alınır, işlədiyi icarə şöbəsinə müraciət edildikdən sonra müvafiq əməkdaşlar həmin torpaq sahəsinə gedib oraya baxış keçirərək torpaq sahəsinin reallıqda texniki pasportda göstərildiyi kimi 5.1315 hektar ölçüdə olmasını müəyyən etmişlər. Həmçinin baxış zamanı hər hansı qanun pozuntusu, torpağın zəbt edilməsi halları müəyyən edilməmişdir. Bu səbəbdən torpaq sahəsi icarəyə verildikdən sonra yeni alınan icarə çıxarışında artıq torpağın real ölçüləri qeyd edilmişdir. Yəni yeni çıxarışda əslində olduğu kimi torpağın ölçüsü 5.1315 hektar kimi göstərilmişdir. Yeni çıxarışda həmin real ölçünün göstərilməsi üçün rəsmi və ya qeyri-rəsmi qaydada harasa pul vəsaitinin ödənilməsi tələb edilmir. Yalnız çıxarışın özünün alınması üçün dövlət tərəfindən müəyyən edilmiş qaydada 50-100 manat civarında, torpağın cizgisini də almaq istədikdə isə təxminən 500 manat civarında pul vəsaiti dövlət rüsumu kimi ödənilməlidir. Məhkəmə iclasında Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Həmin ifadəsində Şahid5 göstərmişdir ki, uzun müddətdir ünvan 14 ünvanında yerləşən fərdi yaşayış sahəsinin sahibi olmaqla orada yaşamışdır. Təxminən 2009-2010cu illər ərzində o, həmin 6 sot torpaq sahəsində öz vəsaiti hesabına bir mərtəbəli fərdi yaşayış evinin tikilməsini həyata keçirib artıq ailəvi şəkildə oraya köçmüşdür. Fərdi yaşayış evini tikdikdən sonra isə ailəsinin həmin yerə qeydiyyata düşmək üçün “Asan Xidmət” mərkəzinə müraciət etmişdir. Müharibə veteranı olduğu üçün ailəsinin qeyd edilən ünvana qeydiyyata salınmasında köməklik göstərilmişdir. Hazırki vaxtadək o, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Evinin yerləşdiyi 6 sot ölçüdə torpaq sahəsi dövlətə məxsus olmuş və o, oranın özəlləşdirilməsi ilə bağlı müxtəlif şəxslərdən məsləhətlər almışdır. Təxminən 10 ildən çoxdur ki, Şahid2 tanımışdır. Xanlar yaşadığı evin yaxınlığında yaşamış və həmin ərazidə çox adam sonuncunu daşınmaz əmlak agenti, o cümlədən müxtəlif sənədləşmə işlərini həyata keçirən şəxs kimi tanımışdır. 2024-cü ilin yay aylarında o, Xanlar ilö birlikdə olduğu zaman yaşadığı ünvanı özəlləşdirib xüsusi mülkiyyət şəklində çıxarış almaq istədiyini söyləmişdir. Xanlar ona qulaq asıb "xxxx" adlı şirkətin bu cür məsələlərlə məşğul olduğunu və oranın direktoru Təqsirləndirilən şəxs1 tanıdığını söyləmişdir. Xanların sözlərinə görə Ceyhuna çox sayda şəxslər oxşar problemlərin həlli ilə bağlı müraciət etmişlər. O, həmin Ceyhun ilə görüşüb özü ilə bu barədə söhbət etmək İstədiyini demişdir. Beləliklə 24 iyul 2024-cü il tarixdə o, Şahid2 ilə birlikdə Nərimanov rayonunda yerləşən "xxxx"nın üçüncü mərtəbəsində yerləşən ofisdə ilk dəfə Təqsirləndirilən şəxs1 ilə görüşüb tanış olmuşdur. Orada Ceyhundan prosedurun hansı qaydada aparılacağını soruşmuşdur. Təqsirləndirilən şəxs1 bu sahədə özünü təcrübəli şəxs kimi qələmə vermiş, bir çox şəxlərə oxşar problemlərin həlli ilə bağlı köməklik göstərdiyini, onun tərəfindən edilən ödəniş müqabilində 60 gün ərzində torpaq sahəsinə dair yeni çıxarışın alınacağını söyləmişdir. Ceyhunun sözlərinə görə bu işin həyata keçirilməsinin ümumi qiyməti 35.000 manat təşkil edir, həmin puldan 18.000 manat müvafiq prosedurların başlanılması üçün tərəfindən əvvəlcədən ödənilməli idi, qalan pul isə artıq çıxarış hazır olduqdan sonra ödənilməli idi. Ceyhunun bu cür inandırıcı danışıqlarından sonra, o cümlədən onları uzun müddət tanıdığı Şahid2 tanış etdiyi üçün güvənmiş, bu səbəbdən işlərin başlanılmasına razılıq vermişdir. Həmin gün ofisdə Ceyhun tərəfindən müqavilə tərtib olunmuş və sonuncunun şifahi olaraq ona dediyi məqamlar həmin müqavilədə öz əksini tapmışdır. Elə həmin gün ofisdə Şahid2 yanında o, razılaşdırılan qaydada 18.000 manat məbləğində pul vəsaitini nağd şəkildə Təqsirləndirilən şəxs1 vermişdir. Pul verməyi müqavilədə öz əksini tapmışdır. İş yerindən ona yeni mənzilin ayrılması planlaşdırılmış və adına digər bir evin olması müəyyən edildiyi halda ona yeni ev verilməyəcəkdir, bu səbəbdən o, Neapol küçəsi 26D ünvanında yerləşən torpaq sahəsinin çıxarışla qardaşı X1 adına rəsmiləşdirilməsini İstəmişdir. Buna görə müqavilədə onun qardaşı Sələddin Həsənovun adı qeyd edilmiş, lakin sonuncu orada iştirak etməmişdir. Müqavilələrdə qardaşının adının qeyd olunmasına baxmayaraq pul vəsaiti onun tərəfindən verilmişdir. Qardaşının əvəzinə müqaviləyə o, imza etmiş, "xxxx" MMC- nin adından isə icraçı direktoru kimi qeyd edilən Təqsirləndirilən şəxs1 imza etmişdir. Daha sonra 05 avqust 2024-cü il tarixdə qardaşı Sələddin Həsənov tərəfindən onun adına etibarnamə verilmişdir. O, Təqsirləndirilən şəxs1 pul verdikdən təxminən 10 gün sonra sonuncu onunla əlaqə saxlayaraq kommunal xərclərin qəbzlərinin fotoşəkillərini göndərməyini istəmişdir. O, dediyi kimi qəbzlərin fotoşəkillərini göndərmişdir. Daha sonra o, işi ilə əlaqədar dənizə getməli olmuş və bir müddət heç kim ilə əlaqə saxlaya bilməmişdir. Dənizdən qayıtdıqdan sonra Şahid2 ilə əlaqə saxladıqda sonuncu işlərin qaydasında getdiyini və tezliklə çıxarışın əldə ediləcəyini demişdir. Bu minvalla 2025-ci ilin fevral ayınadək davam etmişdir. Qeyd olunan aylar ərzində o, mütəmadi şəkildə Şahid2 ilə əlaqə saxlamışdır. X18 tanış etdiyi üçün və Ceyhunu yaxşı tanımadığı üçün ancaq Şahid2 ilə əlaqə saxlayıb görüşmüşdür. Hər dəfəsində Xanlar tezliklə bütün məsələlərin öz həllini tapacağını deyərək heç bir şey barədə narahat olmamağını xahiş etmişdir. Xanlar müxtəlif səbəblərə görə prosesin ləngidiyini, lakin yekunda müsbət yönümdə həllini tapacağını söyləmişdir. Artıq razılaşdırılan müddətdən xeyli zaman keçdiyi üçün 2025-ci ilin fevral ayında o, Xanlarla əlaqə saxlayıb qəti olaraq 17 fevral 2025-ci il tarixədək proses yekunlaşmadığı halda verdiyi pulun geri qaytarılmasını tələb etmişdir. Xanlar onunla razılaşmış, lakin söylənilən vaxtadək məsələ öz həllini tapmamışdır. 27 fevral 2025-ci il tarixdə Neapol küçəsində o, Xanlarla görüşüb sonuncudan 18.000 manat pulunu geri almışdır. Xanlardan pulun kimə məxsus olduğunu soruşmamışdır. Pulu geri qaytarıldığı üçün hadisə ilə bağlı şikayəti yoxdur (cild 2, iş vərəqi 16-19). Məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan və tədqiq edilmişdir. Həmin ifadəsində Şahid6 göstərmişdir ki, təxminən bir il bundan əvvəl Şahid2 ilə tanış olmuşdur. Xanlar onun işlətdiyi Əhmədli qəsəbəsində yerləşən kafesinə gəlibgetmiş və sonuncu ilə tanışlığı həmin ərəfədə baş tutmuşdur. O, Xanların torpaq sənədləşməsi işi ilə məşğul olduğunu bilmişdir. Bunu bildiyi üçün aralarında olan söhbət əsnasında o, qohumuna məxsus Hovsan qəsəbəsində yerləşən 13 sot sahəli torpaq sahəsinin özəlləşdirilməsi işi ilə məşğul olmasını təklif etmişdir. O və qohumu Firdovsi həmin torpaq sahəsində qeyri-yaşayış sahəsi tikmək və bu səbəbdən torpaq sahəsinin özəlləşdirilib xüsusi mülkiyyətə çevrilməsini istəmiş, Xanlar ona məlumat verəcəyini söyləmişdir. Bir neçə gün sonra Xanlar onunla əlaqə saxlayaraq bir nəfər Təqsirləndirilən şəxs1 adlı şəxsin bu cür işlərlə məşğul olduğunu və tez bir zamanda torpaq sahəsini özəlləşdirə biləcəyini söyləmişdir. Xanlar onu Təqsirləndirilən şəxs1 Nərimanov rayonunda yerləşən ‘‘Alliance Plaza”dakı ofisinə apararaq tanış etmişdir. Ceyhun aralarındakı söhbət zamanı dəfələrlə bu cür məsələləri həll etdiyini, Əmlak Komitəsi və digər qurumlarda çox sayda tanışlarının olduğunu bildirərək özünü ona işgüzar şəxs kimi təqdim etmişdir. Ceyhun Hövsan qəsəbəsində yerləşən torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı ondan 30.000 manat pul istəmişdir, ilkin olaraq 20.000 manat, daha sonra isə əlavə 10.000 manat pul ödənilməli idi. O, Ceyhuna inanaraq 20.000 manat pulu düzəldib 2024-cü ilin avqust ayının əvvəllərində Nərimanov rayonunda yerləşən ofisində Şahid2 yanında həmin pulu Ceyhuna vermişdir. Pul verdikdən sonra Ceyhun israrla müqavilə bağlamağını istəmiş və bu barədə müqaviləni özünün tərtib edəcəyini bildirmişdir. O, əvvəl uzun müddət müstəntiq işlədiyi üçün Ceyhunun onunla müqavilə bağlatdırmaq istəməsindən şübhələnmiş və müqaviləyə ehtiyacın olmadığını, Xanlar və Ceyhuna inandığını bildirmişdir. Ceyhun 45 gün ərzində torpağı özəlləşdirəcəyinə dair söz vermiş və o, iş müsbət yönümdə öz həllini tapdıqdan sonra qalan 10.000 manat pulu verməli olmuşdur. Təxminən avqust ayının ortalarında bir müddətlik Bakı şəhərindən getməli olmuşdur. Rayonda olduğu zaman Xanlar və Ceyhun ilə əlaqə saxlamış və həmin şəxslər tezliklə məsələnin həll olunacağını demişlər. Artıq bir aydan çox müddət 'keçdikdən sonra Ceyhunla əlaqə saxladıqda sonuncu bu işin həll olunması ilə bağlı öz tanışı Şakir adlı şəxsə etibarnamənin verildiyini, həmin Şakirin əvvəl Əmlak Xidmətində işlədiyi üçün, çox sayda tanışlarının olduğunu və Şakirin vasitəsilə bu məsələnin həll olunacağını bildirmişdir. Lakin artıq 2 aydan artıq müddət keçməsinə baxmayaraq məsələdən heç bir xəbər çıxmamışdır. Bu səbəbdən o, Bakı şəhərinə gəlib dərhal Ceyhunla əlaqə saxlayıb bir gün ərzində verdiyi pulu tamlıqla geri qaytarmağını tələb etmişdir. Zəng etdiyi günün axşamı Ceyhun özü onun işlətdiyi kafesinə gələrək 20.000 manat pulu geri qaytarmışdır. Daha sonra o nə Xanlar nədə ki Ceyhunla əlaqə saxlamamışdır. O, həmçinin digər qohumuna məxsus Xətai rayonu, Vunqtau küçəsində yerləşən torpaq sahəsini də özəlləşdirmək istəmiş, lakin bəzi problemlərə görə bu istəyini gerçəkləşdirə bilməmişdir. Vunqtau küçəsindəki torpağa görə heç kimə pul verilməmişdir. Təqsirləndirilən şəxs1 vermiş olduğu 20.000 manat məbləğində pul vəsaiti ona tamlıqla qaytarıldığı üçün hadisə ilə bağlı şikayəti yoxdur (cild 2, iş vərəqi 72-75). Məhkəmə kollegiyası iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə edilmiş 17 iyun 2025-ci il tarixli üzləşdirmə protokollarına əsasən, Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə, həmçinin Şahid8 və Təqsirləndirilən şəxs1 ilə aralarında keçirilmiş həmin istintaq hərəkətləri zamanı adları çəkilən şəxslər sərbəst ifadələrində göstərdikləri halları biri-birinin üzünə qarşı bir daha təsdiq etmişlər (cild 3, iş vərəqi 232- 234, 235-239, 240-243). İş materiallarında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 könüllü olaraq təqdim etdiyi, istifadəsində olmuş “İphone 13 Pro Max” markalı və Təqsirləndirilən şəxs2 könüllü olaraq təqdim etdiyi, istifadəsində olmuş “İphone 8 Plus” markalı mobil telefonlara baxış keçirilməsinə dair 10 aprel 2025-ci il tarixli protokola əsasən, Təqsirləndirilən şəxs1 məxsus “İphone 13 Pro Max” markalı mobil telefonun “WhatsApp" ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş “Hesen" adı altında qeyd edilən +**********82 saylı mobil nömrə ilə olan yazışmalardan aşağıdakılar müəyyən edilir: - Təqsirləndirilən şəxs1 ("xxxx" MMC-nin ofisində çəkilmiş fotoşəkilləri göndərir): Hesen narmalni yazhaa; Palit eleme; Seliqeli yaz; Oldumu?; - Təqsirləndirilən şəxs2: OK; - Təqsirləndirilən şəxs1: Qaqa nə yazıb eleyib?; - Təqsirləndirilən şəxs2 (səsli mesaj): Heçnə qaqa heçnə yazıb eləmiyib qardaşım. - Təqsirləndirilən şəxs2 (səsli mesaj); Qaqa bu prokuror Xanlar qançığlıq eliyir qardaş, mən gedək Şəhərsalmaya ordan pul alım olmasa mən gedirəm yazacam pozacam, nəm belə söhbətlər eliyir. - Təqsirləndirilən şəxs2 (Şahid2 səsli mesajını göndərir): Həsən salam, mən sənə bayax danışdım mən sənə dedim orda o, Neapol məsələsi belədir, bu qalır bir tərəfə mən baxıram uje qardaş sizdən heç bir hərəkət yoxdur, bu tərəfdən də Xanlar müəllimnən mən neçə illərdir dostluq eləmişəm ancaq indi gəlib, bu adam məndən əl çəkmirdə konkret olaraq, deyir qardaş sən aparıb calamısanda bunları, ay qardaş bunla qurtarmaq lazımdı, indi bugün saat 4-də dəvət olunubda ora, oda ora getsə aləmi qatacaq bir birinə mən bilirəm, Qiyas da məsəlçün onun dostu idi də Qiyası da o gətirib, orda pox poxa qarışanda qardaş iş tamam ağırlaşacaq, gedin məsələni bağlayın da qardaş, Xanlar müəllimlə danışın özünüz mən uje bunun qarşısını ala bilmirəm, qardaş indi burda nədi 5 10 hər nədisə verin canın qurtarın, bugündə axırıncı iş günüdür mən bilmirəm indi nədi nə deyil özünüz danışın da, bu elə belə məsələ deyil bütün hamısını elə daşıyıb gətirdik verdik heç birinin də nəticəsi yoxdur, qardaş hər şey nəticə ilə ölçülür nəticə yoxdursa sıfra bərabərdir, qardaş bu idi sizin dostluğunuz qardaşlınığınız, olmadı ki, indi problem yaranıb problemin qabağını alın mən uje ala bilmirəm, gör neçə aydır uje, 9 aydır mən fırlayıram, bügün olacaq, sabah olacaq, qardaş bunu qaydasına salın da özünüz. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mütəmadi olaraq “WhatsApp" ani mesajlaşma mübadilə sistemində zəng vasitəsilə bir-biri ilə əlaqə saxladıqları müəyyən edilmişdir. Bundan başqa baxış zamanı Təqsirləndirilən şəxs1 “X17” adı altında qeyd edilən ***- ***-**-** saylı; "Elwen Rentacar” adı altında qeyd edilən 070-399-62- 62 saylı; “X19" adı altında qeyd edilən ***-***-**-** saylı və “Zaur HH” adı altında qeyd edilən ***-***-**-** saylı mobil telefon nömrələrinin istifadəçiləri və digər şəxslərlə mütəmadi şəkildə əlaqə saxlayıb icarəyə müxtəlif markalı avtomobillər götürməsi, əlaqə saxladığı şəxslərin bank hesablarına hər dəfə müxtəlif məbləğlərdə pul göndərməsi müəyyən edilmişdir. Həmçinin baxış zamanı mobil telefonda cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid6 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Xanlar mailim Prakror” adı altında, Şahid5 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Qiyas” adı altında qeyd edilməsi, o cümlədən Şahid2 və Şahid3 istifadəsində olan mobil telefon nömrələrinin də yaddaşda qeyd edilməsi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olan “İphone 8 Plus” markalı mobil telefona baxış zamanı mobil telefonda Təqsirləndirilən şəxs1, Şahid2 və Şahid3 istifadəsində olan mobil telefon nömrələrinin qeyd edilərək, bir neçə dəfə “WhatsApp" ani mesajlaşma mübadilə sistemində zəng vasitəsilə qeyd edilən şəxslər ilə əlaqə saxlamağından başqa istintaq üçün əhəmiyyət kəsb edə biləcək digər məlumatlar aşkar edilməmişdir (cild 2, iş vərəqi 229-230). Cinayət işinə əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-**; ***-***-**-** saylı və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrələrinə dair məlumatları əks etdirən "xxxx", "xxxx" və "Azərfon” MMC-dən daxil olmuş 3 ədəd CD disklərə baxış keçirilməsinə dair 15 aprel 2025-ci il tarixli protokola əsasən, "Bakcell” MMC-dən daxil olmuş 1 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə dair məlumatları əks etdirən faylların mövcud olması aşkar edilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** saylı mobil telefon nömrəsinə asağıdakı məzmunda “sms”lər göndərilmişdir: xx.xx.2024-cü il saat 22:09:30-da - Vatsapi yukle tecili meni yig problem var. ***-***- **-** savlı mobil telefon nömrəsindən cinavət isi üzrə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aşağıdakı məzmunda “sms” göndərilmişdir: - xx.xx.2024-cü il saat 15:56:01-də - Meliim meni yığında; - xx.xx.2024-cü il saat 16:38:41-də - Mellim sizi yüzdefe yıgmıwam telefonu acmırsız. O yerin konumu lazımdı bize. Bir zehmet olmazsa elaqe saxlayında menımle; - xx.xx.2024-cü il saat 15:43:11-də - Xanlar meliim görüşdeyem yıgacam çıxan kımı. ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** savlı mobil telefon nömrəsinə aşağıdakı məzmunda "sms” göndərilmişdir: - xx.xx.2024-cü il saat 16:51:58-də - Adilin gorusune gore narahatam. ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** savlı mobil telefon nömrəsinə aşağıdakı məzmunda “sms” göndərilmişdir: - xx.xx.2024-cü il saat 10:27:02-də -1.6 ha senedi at mene ve konumu. ***-***-**-** savlı mobil telefon nömrəsindən ***-***-**-** savlı mobil telefon nömrəsinə aşağıdakı məzmunda "sms" göndərilmişdir: -xx.xx.2024-cü il saat 13:21:30-da - Qardawım meni yığarsanda.O haylanderi gelirler götürmeye.Sene qurban bu renc roveri neyleye bildin?; -xx.xx.2024-cü il saat 17:36:16-da - Qardaş salamatciliqdi? Mennen bir elaqe saxlada işim var seninle. “Azərfon" MMC-dən daxil olmuş 01 ədəd diskə baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə dair məlumatları əks etdirən faylların mövcud olması aşkar edildi. İstintaq üçün əhəmiyyət kəsb edə biləcək məlumatlara baxıs zamanı müəyyən edilmişdir ki, ***-***-**-** savlı mobil telefon nömrəsindən ***-***-**-** savlı mobil telefon nömrəsinə aşağıdakı məzmunda "sms” göndərilmişdir: - 27.01.2024-cü il saat 20:32:19-da - Sən utanmırsan qadınnan pul alıb qaçıb gizlənməyə, sonuncu dəfə deyirəm bu gün saat 11-ə qədər pulu göndər. Mənim alnımda enayi yazılmayıb; - 26.02.2024-cü il saat 21:55:46-da - Sən nətər adamsan yalançı, fırıldaqçı, guya sənin bu vaxta qədər 60 mntın olmadı adam biraz utanare Vallah. Ay axırıdı mamanın pensiyasınnan at, mən bilmirəm necə İstirsən at. Allaha and olsun mənim təcili ehtiyacım var göndər, yoxsa yenə çirkinləşəcəm; - 09.03.2024-cü il saat 13:58:48-də - 1 saatın içində pulu göndər yoxsa səhifəyə yazacam bugün inanki edəcəm 3-cü aya keçib sən deyəsən ağ elədin, mənə maraqlı deyil var ya yox tap göndər yoxsa mənnən incimə. "xxxx" MMC-dən daxil olmuş diskdə olan fayllara baxış zamanı cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar aşkar edilməmişdir (cild 3, iş vərəqi 19-20). İş materiallarında olan Şahid2 tərəfindən könüllü olaraq təqdim edilən özünə məxsus “Samsung” markalı mobil telefona baxış keçirilməsinə dair 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Whatsapp" ani mesajlaşma mübadilə sisteminə daxil olduqda “Ceyhun Yeni” adı altında qeyd edilən Şahid2 deməsinə əsasən Təqsirləndirilən şəxs1 istifadəsində olan +**********6 saylı mobil nömrə istifadəçisi ilə olan yazışmalardan aşağıdakılar müəyyən edilmişdir: - Şahid2: Sabitgilin işi nə yerdədi mən cavab verə bilmirəm özünüz tənzimləyin; Mən belimdən əməliyyat olundum narkozun təsirindən danışa bilmirəm, Sabitgilnən danışın, qaydasına salın, böyük gərginlikləri var, məni yıqmasınlar. - Təqsirləndirilən şəxs1: Danişilib hell olur uzağı sabaha götüreceyler senedlerini. - Şahid2: Salam bir yenilik varmı keşlədən; O neapolada gör neyniyirsən; Ceyhun müəllim Sabitlə danış problem olmasın; Bunlar aləmi qatırlar Sabitlə danış; Bunlarla sroçnu danışın şikayətə gedirlər; Mən bilmirəm nə deyim pasteldə yatıram sistem altındada rahat qoymurlar mütləq danış. - Təqsirləndirilən şəxs1: Emi nömrəni göndər mene. - Şahid2: Səxavətlə məni təhqiqatçi sabaha saat 10 üçün çağırıb xeyirdimi?; Məsələni qaydasına salmamısız ki? İnanırsız uje bezdik, bir dənə işimiz getmir bu nə bəladı, işlər hamısı vozvrat üstəlik problemlər, yığışaqın birgə bu məsələlərə aydınlıq verək belə olmaz, bu cür iş olmaz; Sabitlə danışın; Ceyhun müəllim biz mütləq görüşməliyik, vəziyyət həddindən artıq pisdi, bunların qabaqım almaq lazımdı vaxt edib bu gün görüşəyin. - Təqsirləndirilən şəxs1: Salam axşam görüşeciy xanlar mellim. - Şahid2: Saat neçədə görüşəcəyik vaxtını deyin işimizi bilək; Təhqiqatçı əl çəkmir sabah saat 10-a çaqırıb. Təqsirləndirilən şəxs1 istifadəsində olan “Ceyhun Əmlak 2” adı altında qeyd edilən +**********07 saylı mobil nömrə ilə olan yazışmalardan aşağıdakılar müəyyən edilmişdir: - Şahid2: Ceyhun muellim bunlarin mulkiyyete verilmesi ucun huquq yaranibdimi cunkİ 27si 2 ayliq odenisini etdirirəm muraciet nevaxt olunmalidi? Bu haqda sorqu apar yalan cixmiyaq Natiq gilin yaninda. - Şahid2: Ceyhun muellim sabahiniz xeyirli olsun, bunlarla men danisdim Natiq muellim bu gun seherde olmadiqindan butun meseleler sabaha saxlanildi odurki sabah odenisi edib bir basa sizinle goruseceyik. - Təqsirləndirilən şəxs1: Müqavilənin şeklin tecili gönder mene Xanlar mellim. - Şahid2: (icarə müqaviləsinin fotoşəklini göndərir). - Şahid2: Oz isimizden ne melumat hansı merhelededi, onlarin artiq ayliqini odemek lazimdirki novbeti ay ucun gecikmeyek; Yola vermek lazim deyil, denen emele gelmir mende bunlari umudlu etmeyim her gun bunlara deyirem bu gun olacaq sabah olacaq; İnanin bu deqiqe Sexavetinde menimde problemlerim basimizdan asib. - Təqsirləndirilən şəxs1: Melİİm men bir kelme size dedimki hersey hazırdı, hersey danışılıb, Anar mellim gəlsin bakıya gireceyler qebula. - Şahid2: Salam sened atiram bunun qiymetini deyin mulkiyyete cevrilmesi ucun. - Şahid2: Adil muellim zeng edir ne deyim. - Təqsirləndirilən şəxs1: Danışdı menımle Adil mellim. - Şahid2: Ne dediniz. - Təqsirləndirilən şəxs1: Bu hefte yekundu. - Şahid2: İnşallah. - Təqsirləndirilən şəxs1: Buğun mellim cixmalidi. - Şahid2: Sabaniz xeyirli olsun elaqe yaradin gor ise cixibmi? - Təqsirləndirilən şəxs1: Salam melumat verecem buğun inşallah. - Şahid2: Adil zeng etmişdi dedim bu gun uzaqi sabah devet olunacaqiq, xırda isi ile baqli usaqlari herekete getir. - Şahid2: Sabahin xeyir necesen, Adil zeng etmişdi, dedim obedden sonra zeng edecem gedek komiteye; Bir xeber yoxdu?; Mende narahatciliq yaranib ne deyeceyik bunlara. - Təqsirləndirilən şəxs1: Xanlar mellim hersey qaydasındadı menim zengimi gozleyin. - Şahid2: Men Sexaveti gonderdim ancaq oz isimiz uzre men cox narahatam eger uzanirsa gotur Adili basa sal cunki oda o birisine hesabat verir, qaldi ki eger problem yaradilarsa kecek b variantina onda onlarliq is qalmir. - Təqsirləndirilən şəxs1: Hecbir problem yoxdur, sadece buğun administrasyada toplantıdadılar. Herseyi yüksek seviyyede danışmışam men heçbir narahatçılığa esas yoxdur. - Şahid2: Sen meni anlamadin, 180 derece deyismisen, diqqətsizlik, qeyri semimiyyet ve isin qeyri obyektivliyi, ancaq men senin haqqinda tebliqati basqa cure qururam, eybi yox cavansan yeqin dinleyende tek olmamisan, biz kuce adami deyilik gunahi yene ozumde gorurem. - Təqsirləndirilən şəxs1: Xanlar mellim vallah gozleyirem. - Şahid2: Adil yiqmisdi dedim heleki biraz sebr ele, deyir is vaxti qurtarir yene yalan, Ceyhun muellim yene deyirem ola biler orada nese var seni yola verirlər. - Təqsirləndirilən şəxs1: Yox mellim vallah heçbir problem yoxdu, sadece Eziz mellim buğun ancaq tedbirde olub, hele indide tedbirdedi. - Şahid2: Ceyhun muellim odenisi etmek lazimdi; Sabahin xeyir calisin obededek qaliqi odeyin demisem obedden sonra ceki goturub gelirem. - Şahid2: Neapolun işinədə bir əncam çək; Ceyhun müəllim salam Elçin gilin məsələsini yekunlaşin ayıbdı. Baxış zamanı "Whatsapp” ani mesajlaşma mübadilə sistemində Təqsirləndirilən şəxs1 və Şahid2 bir-birinə səsli mesajlar göndərməsi müəyyən edilmişdir. İstintaq üçün əhəmiyyət kəsb edə biləcək həmin səsli mesajlardan aşağıdakılar müəyyən edilmişdir: - Təqsirləndirilən şəxs1: Xanlar müəllim bu sənədlərə baxarsan, bax bu Adil müəllimin sənədləridir hazırdır, hazırdır sənədlər, mən sənlə olan sirrimi kiməsə deyəsi deyiləm ki narahat olma. - Təqsirləndirilən şəxs1: Xanlar müəllim siz saat 4-də gedib sənədləri verin ora, qalanı mən özüm işləri həll edirəm, day başqa şeylərdən narahat olma, saat 4-də aparın sənədləri verərsiz ora. - Şahid2: Sabah saat neçədə komitəyə yaxınlaşacayıq mənə məlumat ver, məndə onlara məlumat verim, onlar mənim zəngimi gözləyəcəklər. - Təqsirləndirilən şəxs1: Xanlar müəllim bu məsələ tam konkret danışılıb, mən sizə izah da elədim ki hansı qaydadadır, yəni bu auksion söhbəti filan bayax sizə izah elədim, siz Adil müəllimə bircə kəlmə deyin ki, biz hər bir şeyi yüksək səviyyədə danışmışıq, Allahın izni ilə də tez bir müddətdə İnşAllah ki pramoy çıxarışa keçəcək, yəni biz danışmışıq, hər şey yüksək səviyyədə danışmışıq, yəni burda heç bir narazıçılıq yoxdu, boş yerə nəsə narazıçılıq keçirməsinlər, bu iş yüksək səviyyədə danışılıb, Allahın köməyi ilə bügünki gündə də bütün proses yüksək səviyyədə gedir ki tez bir zamanda da çıxarış məsələsini həll edək, yəni Adil müəllimə də deyin ki tam rahat olsun, bu iş ilə bağlı mən öz öhdəliyimə götürmüşəm ondan da tam arxayın olun. - Şahid2: Sabahın xeyir, mən gəlirəm ofisə, axşam səhərə kimi qırmışıq bir birimizi yoldaşlarla, sən gəl ora söhbətimizi eliyək, bugün onların aylıq ödənişlərini ödədək və prosesə başlayaq, yəni belə olmaz da qardaş mən hər gün deyirəm ki bu proses belə getməlidir, mən tənzimləyirəm siz pozursuz olmadıki sizinki, mən dedim rəsmiyyətlə edək siz dediz ki variant budur, qardaş indi müəyyən olunmuş müddət gətib keçir biz qalmışıq belə çıxılmaz vəziyyətdə gəlin oturaq söhbətimiz edək. - Təqsirləndirilən şəxs1: Salam Xanlar müəllim, çox guman ki Allahın köməkliyi ilə sabah deyiləcək, belə deyim də 99 faiz ki sabah, amma ki məlumat verəcəm mən sizə, bu videoları göndərmisiniz Moskvadakılara zada? Göndərin bir baxsınlar eləsinlər ətraflı bu yernən bağlı, bu Adil müəllim gilnən bağlı sabah 99 faiz məlumat olacaq inşAllah. - Təqsirləndirilən şəxs1: Xanlar müəllim siz çox rahat sakit formada mənim zəngimi gözləyin, danışılıb hər bir şey okeydir, heç bir şeydən qəti narahat olmayın, mənə zəng edib deyəcəklər mən sizə məlumat verəcəm, siz bayax zəng edəndən sonra mən bir dəfə də zəng etmişəm, narahat olmayın iş uje danışılıb okeyi verilib hər bir şeyi danışılıb, bir dənə səbrinizi gözləyin mənə deyəcəklər mən deyən kimi gedəcəksiz siz. - Təqsirləndirilən şəxs1: Xanlar müəllim kiməsə gözlə gözlə deyəndə ki, almışıq icarəsini vermişik indi xüsusi mülkiyyətinə vermişik, ora dövlət idarəsidir, Əziz müəllim elə bil bütün günü otağında oturub bizi çağırmır elə deyil ki, siz Adil müəllimə izah edin ki ora dövlət idarəsidir dövlətin tərəfindən təyin edilmiş rəhbər adamdır, özəlləşmənin rəisidir, bəli bügünki gündə "Copa” görə hamının başı qarışıqdır, indi bir dənə tək siz deyilsiz ki yüzlərlə adam var, plus da ki elə mənim özümdə sizlərdə qarışıq yeddi dənə sənəd mən vermişəm, bu adam indi burda nə problem varki gözləmək o qədər belə qəbahət böyük bir şeydiki, sizin işdə heç bir problem yoxdu qardaş uzaq başı bugün çağırmayıb sabah çağıracaq, amma fakt bugün ki gün sənədlər ordadı, yüksək səviyyədə hər bir şey tapşırılıb, dobrosu verilib, girəcəksiz ərizənizi yazacaqsız qurtardı getdi məsələ gedir xüsusi mülkiyyətə, burda heç bir problem yoxdur, nəsə bir həyəcanlanmağa təşvişə düşməyə əsas yoxdur, dövlət idarəsidir dövlət idarəsinə vermişik, dobro da verilib bəli hər bir şey yüksək səviyyədə danışılıb, prosto özünüz qaydalaşdırın o məbləğin elə bil artırmağına səbəb olasız çünki biz özümüz uje danışmışıq biz demişik bizim ağsaqqalımız deyib, hər bir şey okeydi, orda problem olsa idi mən deyərdim problem var qardaş, heç bir problem yoxdur burda sadəcə olaraq biraz səbrli olun mən dediyim vaxtı gedib girəcəysiz içəri ərizənizi yazacaqsız qurtardı getdi, camaat aylarla oturur bir dənə sənəd ala bilmir, indi Allaha şükür İcarəni də almışıq, dobrosunu da almışıq okey də veriblər bir dənə gedib ərizə yazacaqsız, yəni Adil müəllimə də bildirin ki burda problemli heç bir şey yoxdu, indi Natiq müəllim də belə pis çıxmasın dövlət işçisidir də bugün ki gün ümumi gedişatı bilmirlər ki nə yerdədir, hamının bu dəqiqə başı qarışıqdır Şəhərsalmada da Əmlakda da, guya hamı gedib otağında oturmur ki, elə tapşırıqlar var ki ölkə başçısı tərəfindən, elə tapşırıqlar varki hamı öz işindən əlavə o işlərə də köməklik edir, yəni bir balaca anlayışlı olmaq lazımdır, səbrli olmaq lazımdır, yenə deyirəm sənədlər müəllimin qarşısındadır, dobro verilib sadəcə olaraq bir dənə moment həll olunub çağınlacaqsız gedib ərizənizi yazacaqsız qurtardı getdi. - Təqsirləndirilən şəxs1: Xanlar əmi deyirsən ki Elçin gilnən yeri yekunlaşdır məsələnin yekunlaşdır ayıbdır, bunun nəyi ayıbdır Xanlar müəllim sən 150.000-lik işi olan yerə 50.000 pul danışıb gəlmisən, sən bilirsən mən cibimdən nə gədər ora pul tökmüşəm, sən bilirsən nə boyda yüklənmişəm mən. - Təqsirləndirilən şəxs1: Set zəifdi Xanlar əmi danışa bilmirəm, indi bir tərəfdən pul verirəm ki, otuzdursunlar sisteme uje onların çıxarışı da hazırdır tex pasportları da hazırdır, havayı iş görmür ee heç kim ay Xanlar əmi, sən elə bii 150.000 pul verilməlidir 50.000 onlara pul demisən ordan da götürüb nəbilim ora bura, indi qalmışam mən yükün altında bir səbrli olun qoy pul gözləyirəm gəlsin pul versinlər otuzdursanlar bunların sənədini sistemə gedin götürün. - Təqsirləndirilən şəxs1: Xanlar əmi həmişə yerin bazar qiymətinə baxırlar ona görə sənədə qiymət deyirlər, mən ona görə sən həmişə mənə sənəd atanda deyirəm ki əmi qiymət demə gözlə mənə qiymət desinlər mən sənə deyim sonra denən, hər yerin öz bazar qiyməti var, 150.000 o yerin sənədinin qiyməti var sən elə bil gedib ondan 50.000 almısan nəbilim o götürüb bu götürüb ortalıqda heçnə yox bir ətək mən yüklənib qalmışam ortalıqda indi səbrli olun hazırdır sənədləri indi təzdən pul demişəm onu gözləyirəm pulu çatdırsın verim otuzdursunlar sistemə gedib bunlar da götürsünlər “Asan Xidməf’dən çıxarışını da tex pasportunu da. “Kazim Ceyhun 1" adı altında qeyd edilmiş ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə olan yazışma və səsli mesajlardan aşağıdakılar müəyyən edilmişdir: - Şahid2: Kazım neyniyə bildin mənim vəziyyətim pisdi mən artiq gözləmək vaxtım yoxdu haqqımda tədbir görülür nə fikirləşirsən? Mən bir daha sənə zəng etməyəcəm mənə cavab ver. - Şahid2 (səsli mesaj): Kazım telefona niyə cavab vermirsən, dünən dedim ki sabah görüşək dedin yox indi görüşək amma gəlmədin nə gədər vaxt mən sənə verim ki sən bu işlərə yekun vurasan, Kazim bəsdidə ayıb deyil, Kazım gör sənə nə deyirəm mən sənə dünən dedim ki mən sənə birdə yazmıyacam aç telefonumu son sözümü deyim mən sənə deyirəm ki qardaşım o iş üzrə 10.000 bir vermişəm mən sənə kimləsə görüşdürməli idin 4.000 də Hövsanın işinə görə vermişəm düzdü qardaş? Sənin də Xanlara verəcəyin 4200dür düzdü? Qardaş həmin o 4200-ü 4.000-lə bağladıq qurtardı getdi sənin Xanlarla artıq işin qalmıyıb qaldı ki deyirsən ki mən sənə pullar vermişəm neynəmişəm gəl otur haqq hesab edək qalan haqq hesabın nədi nə deyil dur gəl oranın pulunu bağla, yenə deyirəm ay kişi bax bu oddur, tem bolee o Keşlə məsələsi ilə bağlı sən Şakirin adı ilə etibarnamə vermisən sabah o əməliyyatçılar gəlib sənidə götürər o birilərini də götürər pox poxa qarışacaq, Kazım çıx meydana bu söhbəti yekunlaşaq, a qardaş mən citimai nəqliyyatdan istifadə edirəm ölmürəm ki, a altındakı maşını götürün satında camaatın pulu ilə maşın sürmək olmaz eşidirsən mən nə deyirəm, bəsdirində ay biz dostuq qardaşıq, iş işdir qardaşlıq qardaşlıqdır, çıxardın məsələni camaatın pulunu qurtarın verin sabah qoy camaat alqı-satqısını qurtarsın eləsin. “Sabit AKİF" kimi qeyd edilən ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə olan yazışmalardan aşağıdakılar müəyyən edilmişdir: - “Sabit AKİF” (səsli mesajlar): Xanlar kişi telefonu aç ginən, sənə sözum var, yenə keçmə o biri planlara, adama qıcıq verirsən telefonu aç; Xanlar müəllim salam, nə oldu mən sizin zənginizi gözləyirəm Xanlar müəllim, sistem qurtarmadı?; Xanlar kişi Allaha and olsun Qurana and olsun bu sənə baha başa gəlməsə mən onda Sabit deyiləm bax bu sözü mən sənə deyirəm, sən ki bax belə udar vurdun bu udarın altından indi oğul istiyirəm çıxsın, bax mən sənə indi bu sözü deyirəm bil ginən, eybi yox telefonlara cavab vermə sən narahat olma, qəti narahat olma birbaşa sənin evinə gəlirəm, narahat olma rahatca da otur ginən evində. - Şahid2: Sabit salam necəsən? O söht olduqu kimi qalır rahat danışa bilərsən, əvvəlcə komitə ilə icarə müqaviləsi baqlanır 3 ay icarə haqqı ödənildikdən sonra 21-24 gün ərzində xüsusi mülkiyyət olaraq qeyri yaşayış kimi çıxarış verilir ümumi rasxod 100.0 min manat üzərinə heç nə qoymayın 20.0 min ortada yaranır 10.0 min manat sənindi. “X22” kimi qeyd edilən ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə olan yazışmalardan aşağıdakılar müəyyən edilmişdir: - X22: Salam Xanlar müəllim necəsən sənətlərdən nə xəbər. - Şahid2: Dunən Xanlar müəllimlə birlikdə Şakir müəllimlə görüşdük konkret olaraq bildirdiki serencam siyahisina salinib dekabr ayinda sərəncamlari, yanvar ayinda isə çıxarışınızı götüresisiz. - Şahid2: Qiyas necəsən narahat olma bu ayın içində yekunlaşacağıq. - X22: Salam Xanlar müəllim necəsiz sizdən xahiş edirəm mənim işimi bu ay ücün yekunlaşdır; Fevral ayına qalmasın. - Şahid2: Baş ustə narahat olma. - X22: Salam necəsiz sənətlərdən nə xəbər; Vaxtınız varsa görüşək. - Şahid2: Salam mümkünsə sabah görüşək. - X22: Yaxşı zəng edəcəm. - Şahid2 (yönləndirici mesaj): Xanlar emi bu meseleni tam sakit saxlamaq lazımdı, yene emlaka ora bura gedib melumat gelse men mesuliyyet daşımıramha. Sakit dayanıb gözlesinler ayın 17si senedlerin götürsünlər. - X22: Axşamınız xeyir o adamlardan görüşə bildiz. - Şahid2: Axşamın xeyir görüşə bilməmişəm telefon danışıqımız olub, mesaj daxil olmalidi sənədlərin hazır olmaqı barədə rüsumunu ödəyib çıxarışımızı götürməliyik. - X22: İnşallah səhərə mesaj gələr. - X22: Salam necəsən hələ bir xəbər yoxdu; Burda yaxındasan görüşək. - Şahid2: Qiyas salam qabağınca danışmışam sabah birgə görüşümüz olacaq yekundu mesaj gözlənilir. - X22: Ceyhun dedi 17 si qutaracam sənətləri götürəsiz. - X22: Salam necəsən Xanlar müəllim cavab yoxdusa zəng elə Ceyhun məlimə bizə demişdi ayın 17 sinə bu gun ayın 21 dir. - Şahid2: Qiyas salam belimdən əməliyyat olunmuşam narkozun təsirindən damsa bilmirəm qoy özümə gəlim qaydasına salacam. - X22: Salam necəsən Xanlar məllim mənim telefonum niyə cavab vermirsən. - Şahid2: Qiyas salam necəsən indi indi düzəlirəm danışmışam səbirli ol bu həftə sənin işin yekunlaşır sənədini götüresisən. - X22: Xanlar məllim bu həfdənidə gözləyəcəm amma zəng elə Ceyhuna de ki ayın 17 si nə sənətlərin hazır olacağın demişdi. “Drakon” kimi qeyd edilən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə olan yazışmalardan aşağıdakılar müəyyən edilmişdin: - Şahid2: Ceyhuna zeng catmir Hesenin nomresini ver. - Şahid3: ("X15” adı ilə qeyd edilən mobil nömrəni göndərir) - Şahid2: Ceyhun srocnu gozleyir seni get Ceyhundan pulu gotur sonra Adili gotur ozu odesin ceki mene atin menim vaxtim yoxdur sonra menimle elaqe saxla; 38550 manatdi. - Şahid2: Her halda gozlemek lazimdi, men Adile yonlendirmisem onun sesini. - Şahid3: Biz gözləyirik gözləməyinə; Natiq gilə nə deyək necə edək bax burda prablem var. - Şahid3 3000 dollar; Dedi; Burdayam. - Şahid2: Cay ic Cavanşiri apar qoy ordan 1000 Xanlara 1000 ozune 1000 de mene ayirarsan. - Şahid3: Yaxşı. - Şahid2: X12xacaq ki orada problem olmasin Adille danisarsan ki sabah Rustemin qohumu ile birge qalxib meseleni hell edeceksiz; Men Adilie danisdim ehtiyac qalmadi her sey qaydasindadi; Gotursen gel Birlİye idman zalina meslehetlesek sonra addim ataq. “Həsən Ceyhun” adı altında qeyd edilən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə olan yazışmalardan aşağıdakılar müəyyən edilmişdir: - Şahid2: Mən bilmirəm Xanlardı sahibilə kontaktda eşitdiyimə görə 100 manat teklif edirlər sənədləşmə üçün özünüz danışın. - Təqsirləndirilən şəxs2: Ok. Şahid2 tərəfindən "Whatsapp" ani mesajlaşma mübadilə sistemində göndərilən ərizə, çıxarış, icarə müqaviləsi, qəbzlər, texniki pasport və digər sənədlərin fotoşəkilləri çıxarış şəklində protokola əlavə edilmişdir. Həmçinin mobil telefona baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemində olan cinayət işi üzrə əhəmiyyət kəsb edən yazışmalar çıxarış şəklində, səs mesajları isə bir ədəd diskə köçürülərək cinayət işinə əlavə edilmişdir (cild 1, iş vərəqi 201-271). İş materiallarında olan Şahid4 tərəfindən könüllü olaraq təqdim edilən “Samsung” markalı mobil telefona baxış keçirilməsinə dair 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, mobil telefonun "Whatsapp” ani mesajlaşma mübadilə sisteminə daxil olduqda “ = Səxavət = Xanlar Malim” adı altında qeyd edilən Şahid3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə olan yazışmalardan aşağıdakılar müəyyən edilmişdir: - Şahid3: 4169 7388 7650 5128; Kazim bura atarsan. - Şahid4: 1500 atiblar karta gorum naqadar gotura biliram atiram kartiniza. - Şahid3: Yaxşı qardaş at cixardim verim gözdüyüllər məni. - Şahid4: (01.10,2024-cü il tarixdə 300 manat pulun bank kartına köçürülməsini təsdiq edən qəbzi göndərir) - Şahid3: 300 manat gəldi. - Şahid4: (xx.xx.2024-cü il tarixdə ümumilikdə 600 manat pulun ödənilməsini təsdiq edən iki ədəd qəbzləri göndərir) - Şahid4: Salam qardaş sahar mana kart göndarin atım atsınlar karta buğun alınmadı mana dedi kart göndar. - Şahid3: 4169 7388 7650 5128 KAPİTAL. - Şahid4: (ünvan 15 ünvanında yerləşən ödəmə aparatı vasitəsilə 2.000 manat pulun göndərilməsini təsdiq edən qəbzin fotoşəklini göndərir) - Şahid3: Gəldi; 2000 min manat. - Şahid4: Mana Ceyhun o isi deyanda man verdim mana dedilar maykamaynan hal olacaq; Sani inan allaha; Buğun man özum özumu prablema salıram. - Şahid3: Canin sagolsun neyniyək qardaş qaytarib verərsiz pulu qutarsin bu iş. - Şahid4: (ünvan 16 ünvanında yerləşən ödəmə aparatı vasitəsi ilə 1.600 manat pulun ödənilməsini təsdiq edən qəbzin fotoşəklini göndərir) Baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemində Şahid4 və Şahid3 bir birinə səsli mesajlar göndərməsi müəyyən edildi. İstintaq üçün əhəmiyyət kəsb edə biləcək həmin səsli mesajlardan aşağıdakılar müəyyən edilmişdir: - Şahid4: Qardaş gəlmir ee, bu limitdi nədi dolub nədisə bu kart gəlmir, 300 300 göndərdim yenə dayandı, bir dənə səbrli ol beş on dəqiqə yenə göndərirəm. - Şahid3: Kazım sabahın xeyr olsun, Kazım bir dənə at gör gəlir mən onu çıxarım bir dənə aparım çatdırım uje, vəziyyət xarabdı, yəni bu dəqiqə bizə uje zəng gələcək, Sən Allah gör neynirsən onu at mən çıxardım çatdırım. - Şahid3: Kazım mən sənə xəbər edəcəm prosto səndə tələsdir o pulu de atsınlar aparaq qaytaraq, orada Xanlar aləmi qatıb bir birinə day uje onun da üzünə çıxa bilmirik, deyir bu nədi məni siz calaşdırmısız bu nə poxdur məni saimısız, orada deyir mənim üstümə düşüblər, yəni qırğınlar gedir orda bizdə gedə bilmirik yanına, qalmışıq burada Nərimanovda. - Şahid4: Qardaş mən Ceyhunu tanıyırdım bu işdə? Mən böyük bir səhv elədim, mən gərək bu söhbəti eləməzdim, məndə bütün kartları açdım telefon nömrələrini də verdim, belə bir oyuna düşdük nəysə, mən dedim də sənə məndən kiməsə ziyan dəyməyib dəyməyəcəkdə, mən qanunla onu Ceyhuna verməli idim, yəni mən Ceyhundan götürmüşdüm sadəcə Ceyhuna dedim ki, Ceyhun veriləcək o pul qayıdacaq dedi qayıtsın, kiməsədə verilən pul da həmin dəqiqə geri qayıtmır, bir var düzəlməsin biri də var düzələn işi özləri, onu mən əvvəldən Ceyhuna demişdim ki, mənə deyiblər ki çerez məhkəmə düzəlir, onu demişdim mən sadəcə indi olduda belə Səxavət. Həmçinin baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 Saxavət Quliyevə sonuncunun Şahid2 və Təqsirləndirilən şəxs1 iiə birlikdə olan "xxxx" MMC-nin ofisində çəkilən fotoşəkilləri göndərmişdir. Mobil telefona baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemində olan cinayət işi üzrə əhəmiyyət kəsb edən yazışmalar çıxarış şəklində, səs mesajları isə bir ədəd diskə köçürülərək cinayət işinə əlavə edilmişdir (cild 2, iş vərəqi 49-50). Cinayət işinə əlavə edilmiş Şahid9 tərəfindən könüllü olaraq təqdim edilən özünə məxsus "İphone” markalı mobil telefona baxış keçirilməsinə dair 08 may 2025-ci il tarixli protokoldan görünür ki, mobil telefonun “Whatsapp" ani mesajlaşma mübadilə sisteminə daxil olduqda “Jeyhun Kassa” adı altında qeyd edilən cinayət işi üzrə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə olan yazışmalardan aşağıdakılar müəyyən edilmişdir: - Təqsirləndirilən şəxs1: Fsyo qardaw müqavile yazılır; Fikret gelir menim yanıma düzdü bawqa bir işle bağlı. - Şahid9: Qardaş salam; Ceyhun bugün görüşürük??? - Təqsirləndirilən şəxs1: Brat qurban sene görüşe girirem sabah seher görüşey ya men senin ofise gelerem ya sen gelersen görüşey; Meni indi gözleyirler vacib görüşdü üzürlü hesab ele eziz qardaş. - Şahid9: Ceyhun sənədi ala bildin??? Vallah ürəyimiz partladı, çox stresdeyik bu işə görə. Təqsirləndirilən şəxs1: Qardaş biraz tezleşdir vallah gecikirik uje; Vaqif saat 4 olur qardaş; Gelmirsizse bir söz deyin mene. - Şahid9: 100 faiz gəlirik! - Şahid9: Danışıram telefonnan, hər şey qaydasındadı. Bir balaca texniki problemləri çıxdı mühasibatlığnan. İndi yoluna qoyacam hər şeyi; Yığacam seni birazdan. - Təqsirləndirilən şəxs1: Vaqif eger alınmırsa mene vaxtında deyin xahiş edirəm, men yalançı veziyyetine düşürem. - Vaqif Əiiyev: (28 avqust 2024-cü il) Ceyhun bunları bayağdan çox pis qaydada pazlıyırlar; Azada Əşrəf valeryanka aldı verdiki bir az sakitləşsin; Brat bu kontaktı almağ lazımdır; BÜGÜN. - Təqsirləndirilən şəxs1: (28 avqust 2024-cü il) Brat herşey qaydasındadı stres eleme, menim zengimi gözleyin. - Şahid9: Ceyhun, bu Azad özünü öldürür burda. Mənimdə İşlərim tökülüb qalıb. Yapışdırıb məni özünə. Bütün əsəblərimi korladı; Ceyhun bir xəbər yoxdur? - Təqsirləndirilən şəxs1: Xeber verecem birazdan qardaş. - Şahid9: Ceyhun salam; Səhərdən uje Azad Əşrəf 40 dəfə yığıblar məniki haçan giririk; Pul 100 faiz hazırdı; Ağsaqqallarıda bunların üstünə düşübki müqaviləni gedin götürün; Bu işi uzatma saat 12yə girsinlər; Ceyhun bu iki nəfər ömrümü çürütdülər; Qardaş birdə salam; Bizə bir söz de mən bunlara deyim. - Vaqif Əiiyev: Ceyhun indi Azadnan danışdım, deyir aşağıda polisnən danışdı deyir Anar m. yerindədi..; Təmiz dəli olub uje orda; Mənimdə başımı təmiz xarab elədilər. - Təqsirləndirilən şəxs1: Qardaş vallah billah qebul edeceyler. Mobil telefonda “Whatsapp” ani mesajlaşma mübadilə sistemi vasitəsilə göndərilən sənədlərin fotoşəkilləri və cinayət işi üzrə əhəmiyyət kəsb edən yazışmalar çıxarış şəklində protokola əlavə edilmişdir (cild 3, iş vərəqi 156-157). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən daxil olmuş 02 aprel 2025-ci il tarixli 3-21-3/2-4560/2025 nömrəli məktuba əsasən, 21 iyun 2024-cü il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Cavid Manafov küçəsi 64 ünvanında əmlak kompleksinin yerləşdiyi dövlət mülkiyyətində olan 5.1315 hektar torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı “Qardaş” firmasının etibarnamə ilə nümayəndəsi Şahid2 tərəfindən xx.xx.2024-cü il tarixində Xidmətə ünvanladığı müraciətə xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Bundan sonra “Qardaş” firmasının direktoru Şahid1 tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat naziri və Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə ünvanladığı müraciətlərə Xidmətin xx.xx.2025-ci il tarixli məktubu ilə cavab verilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin “Qardaş" firmasının qanuni təmsilçisinin etibarnamə ilə nümayəndəsi Şahid2 ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən Bakı şəhəri, Nizami rayonu, Cavid Manafov küçəsi 64 ünvanında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsinə dair müvafiq icra hakimiyyəti orqanının torpaqayırma sərəncamı və ayrıc aktı təqdim edildikdən sonra özəlləşdirmə məsələsinə baxılmasının mümkünlüyü barədə izah edilməsi müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2025-ci il tarixli məktubun surətindən Şahid1 eyni məzmunlu izahın verilməsi müəyyən edilmişdir (cild 2, iş vərəqi 104-113). Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsindən daxil olmuş 11 iyun 2025-ci il tarixli 3-35-1/2-1868/2025 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X21, Əhməd Rəcəbli, Təbriz və Ağa Nemətulla küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının tikinti layihələrinin təsdiq edilməsi ilə bağlı hər hansı müraciət daxil olmamış və qeyd edilən məsələ ilə əlaqədar Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində sənəd aşkar edilməmişdir (cild 3, iş vərəqi 228-229). Elektron Məhkəmə portalından əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində 2024-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır. Elektron Məhkəmə portalından əldə olunmuş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində 2019-cu il təvəllüdlü bir azyaşlı və 2008-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəza müddəti 2 il 4 aya endirilmiş və Qobustan Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 6 ay 4 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir (cild 1, iş vərəqi 158-159). Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Qazax Rayon Məhkəməsinin 05 yanvar 2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, hazırda məhkumluğu yoxdur (cild 1, iş vərəqi 156-157). Məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamlar üzrə özlərini təqsirli bilməsələr də, öz müdafiəsi üçün hər hansı dəlillər gətirməmiş və məhkəmə baxışının sonuna qədər hər iki zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam şəkildə ödəyərək onlarla barışıq əldə etmişlər. Şərh olunanlara və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlərdir, təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər azyaşlı, Təqsirləndirilən şəxs2 himayəsində isə bir nəfər azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və 59.1.13-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münaəsibətdə cəzaları yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi, cinayətlərin residivi Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəza müddəti 2 il 4 aya endirilmiş və Qobustan Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarı ilə şəxs cəzasının çəkilməmiş 6 ay 4 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət törətməyə görə məhkum olunduqdan sonra cəzadan azad edilsə də, həmin cinayətə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir. Həmin hal təqsirləndirilən şəxsə cəza təyin edilərkən nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbinə görə, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərərçəkmiş şəxslərin onlara qarşı iddia tələbi və şikayətlərinin olmamasını nəzərə alaraq, onların cəza çəkmədən də islah oluna biləcəklərini mümkün hesab edir. Bu səbəbdən, məhkəmə kollegiyası hər iki təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinin tətbiq edilməsini, həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti təyin olunmaqla onların şərti məhkum edilmələrini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsinə görə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinə əsasən, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə həmçinin vəzifələr qoyulmalı və həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən onların üzərində nəzarət müvafiq dövlət orqanlarına həvalə olunmalıdır. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər ikisi 07 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərarlarına əsasən onların barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin vaxtdan hal-hazıra qədər həbsdə saxlanılırlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021ci il tarixli qərarının 2-ci bəndində nəzərdə tutulan “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarında dəyişiklik edilmişdir. Həmin dəyişikliyə əsasən məhkəmələrə verilmiş tövsiyələrə görə, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 şərti məhkum etmənin tətbiq olunması ilə əlaqədar məhkəmə hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbirləri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri ilə əvəz edilməli və onların hər ikisi məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Göstərilənlərlə yanaşı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1 və 132.1.6-cı maddələrinin tələblərinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, həmçinin maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Qeyd olunan müddəalara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus "İphone 13 Pro Max” və Təqsirləndirilən şəxs2 məxsus “İphone 8” markalı mobil telefonlar onların özlərinə qaytarılmalı; - Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış zamanı "Whatsapp” ani mesajlaşma mübadilə sistemində olan səs yazısının köçürüldüyü 1 ədəd disk, təqsirləndirilən şəxslərin istifadəsində olmuş mobil telefon nömrələrinə dair məlumatları əks etdirən “Bakcell" və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk, Şahid2 məxsus mobil telefona baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemində olan səs yazılarının köçürüldüyü 1 ədəd disk və Şahid4 məxsus mobil telefona baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemində olan səs yazılarının köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı; - iş üzrə şahidlər Şahid2 məxsus “Samsung" markalı, Şahid4 məxsus "Samsung” markalı və Şahid9 məxsus "İphone” markalı mobil telefonların ibtidai istintaq orqanı tərəfindən sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin olmaması, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilniş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 barəsində şərti məhkumetmə tətbiq edilsin və ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab olunsun. Sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilniş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən: - Bakı Şəhər Baş Polis İdarəsinin Təchizat Şöbəsinə təhvil verilməklə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 məxsus "İphone 13 Pro Max” və Təqsirləndirilən şəxs2 məxsus “İphone 8” markalı mobil telefonlar onların özlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış zamanı "Whatsapp” ani mesajlaşma mübadilə sistemində olan səs yazısının köçürüldüyü 1 ədəd disk, təqsirləndirilən şəxslərin istifadəsində olmuş mobil telefon nömrələrinə dair məlumatları əks etdirən “Bakcell" və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd disk, Şahid2 məxsus mobil telefona baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemində olan səs yazılarının köçürüldüyü 1 ədəd disk və Şahid4 məxsus mobil telefona baxış zamanı “Whatsapp” ani mesajlaşma mübadilə sistemində olan səs yazılarının köçürüldüyü 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın; - iş üzrə şahidlər Şahid2 məxsus “Samsung" markalı, Şahid4 məxsus "Samsung” markalı və Şahid9 məxsus "İphone” markalı mobil telefonların ibtidai istintaq orqanı tərəfindən sahiblərinə geri qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə mülki iddia verilməməsi, məhkəmə məsrəflərinin müəyyən edilməməsi, əmlak üzərinə həbs qoyulmaması və xüsusi müsadirə üçün təklif edilən əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim Eldar İsmayılov Hakimlər Səbinə Məmmədzadə, Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar