Məhkəmə qərarları › İş №1(101)-1564/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1564/2022

14.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1564/2022 14.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat - 12:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibləri, X5 və X6, dövlət ittihamçıları, Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Bakı Apellyasiya Məhkəməsinin 17 mart 2017-ci tarixli qərarına əsasən hökm dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə cəzası 04 il 06 ay müddətinə endirilmiş, 22 may 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ssivində yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Tahir adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək 01 aprel 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Quba-Bakı yolunun kənarındakı yağ dəyişmə məntəqəsinin qarşısında əvvəlcədən aralarında olan razılaşmaya əsasən sonuncudan 400 manat pul müqabilində üç bükümdə ümumi çəkisi 13,859 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və üç bükümdə ümumi çəkisi 1,167 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış və 05 aprel 2022ci il tarixdə Binəqədi RPİ-si 40-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində o, saat 15:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi Yeni Yol küçəsində yerləşən 103 saylı orta məktəbin qarşısında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Binəqədi RPİ-nin 40-cı PB-nə gətirilmiş və saat 16:50-də Polis Bölməsində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli qısaqol gödəkçənin sol yan cibindəki “Samsung” markalı fotokameranın qutusundan ayrı-ayrılıqda təmiz çəkiləri 11,979 qram, 0,950 qram və 0,930 qram olmaqla üç ədəd şəffaf sellofan bükümlərdə ümumi çəkisi 13,859 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin və qara rəngli plastmas qutuda ayrı-ayrılıqda təmiz çəkiləri 0,414 qram, 0,483 qram və 0,270 qram olmaqla üç ədəd şəffaf sellofan bükümlərdə ümumi çəkisi 1,167 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona verilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, bir neçə müddətdir o, narkotik vasitələrin istifadəsi ilə məşğul olur. Bir müddət əvvəl Bakı şəhərində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Tahir adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə və psixotrop maddə əldə etmişdir. Sonuncu dəfə o, Tahirdən 01 aprel 2022-ci il tarixdə el arasında kakos adlanan narkotik vasitə olan heroin və el arasında patı adlanan psixotrop maddə olan metamfetamin almışdır. Belə ki, 01 aprel 2022-ci il tarixdə günorta təxminən saat 15:00 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Quba-Bakı yolunun kənarındaki Yağ dəyişmə məntəqəsinin qarşısında özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Tahir adlı şəxslə görüşərək özünün istifadə etməsi məqsədilə 400 manata ondan 3 sellofan bükümdə el arasında kakos kimi tanınan narkotik vasitə hesab edilən heroin və 3 sellofan bükümdə el arasında patı adlanan psixotrop maddə olan metamfetamin alaraq üzərində saxlamışdır. 05 aprel 2022-ci il tarixdə saat 15:20 radələrində Binəqədi rayonu, Xocasən qəsəbəsi, Yeni yol küçəsində yerləşən Binəqədi rayon 103 saylı orta məktəbin qarşısında üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edərək Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşları olmalarını bildirərək ona narkotik vasitələri saxlamaqda və istifadə etməkdə məlumatları olduğunu bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onu 40-cı Polis bölməsinə dəvət etmişlər. O, könüllü olaraq polis əməkdaşları ilə birlikdə 40-cı Polis bölməsinə getmişdir. 40-cı Polis bölməsində xidməti otaqların birində vəkilin iştirakı və video çəkilişdən istifadə olunmaqla üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı o, könüllü olaraq əynindəki qara rəngli qısa qol gödəkcəsinin sol yan cibindən Samsung markalı kiçik ölçülü fotoapartın göy rəngli qabına qoyduğu şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə heroin olan 1 ədəd iri bükümü, şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında narkotik maddə heroin olan 2 ədəd kiçik bükümləri, telefon qulaqcığının qara rəngli qabına qoyduğu şəffaf selofana bükülmüş içərisində ağ duz kristallarına bənzər psixotrop maddə metamfetamin olan 3 bükümü və 1 ədəd özünəməxsus göy rəngli Xiaomi note 8 pro markalı mobil telefonu təqdim etmişdir. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, Tahirlə əlbir olmamış və onunla heç bir cinayət törətməmişdir. Narkotik vasitələri yalnız özünün istifadəsi üçün əldə etmişdir. Bununla belə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 06 aprel 2022-ci il tarixdə müdafiəçi Çingiz Mansurovun iştirakı ilə şübhəli şəxs qismində dindirilərkən ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, bir neçə müddətdir o, narkotik vasitələrin qəbulu ilə məşğul olur. Bir müddət əvvəl Bakı şəhərində tanış olduğu, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Tahir adlı şəxsdən narkotik vasitə və psixotrop maddə əldə edib həm özü istifadə edir, həm də tanıdığı narkotik aludəçilərinə satışı ilə məşğul olur. Onun narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasını Tahir bilmiş, sonuncu dəfə o, Tahirdən 01 aprel 2022-ci il tarixdə el arasında kakos adlanan narkotik vasitə olan heroin və el arasında patı adlanan psixotrop maddə olan metamfetamin almışdır. Belə ki, 01 aprel 2022-ci il tarixdə günorta təxminən saat 15:00 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Quba-Bakı yolunun kənarındaki Yağ dəyişmə məntəqəsinin qarşısında özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Tahir adlı şəxslə görüşərək satmaq məqsədi ilə 400 manata ondan 3 sellofan bükümdə el arasında kakos kimi tanınan narkotik vasitə hesab edilən heroin və 3 sellofan bükümdə el arasında patı adlanan psixotrop maddə olan metamfetamin alaraq üzərində saxlamışdır. 05 aprel 2022-ci il tarixdə saat 15:20 radələrində Binəqədi rayonu Xocasən qəsəbəsi, Yeni yol küçəsində yerləşən Binəqədi rayon 103 saylı orta məktəbin qarşısında üç nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, özlərini təqdim edərək Binəqədi RPİ-si 40-cı Polis Bölməsinin əməkdaşları olmalarını bildirərək ona narkotik vasitələri saxlamaqda və istifadə etməkdə məlumatları olduğunu bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onu 40-cı Polis bölməsinə dəvət etmişlər. O, könüllü olaraq polis əməkdaşları ilə birlikdə 40-cı Polis bölməsinə getmişdir. 40-cı Polis bölməsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilməmişdən öncə ona hüquqları izah olunmuş, dövlət hesabına hüquqlarını müdafiə etməsi üçün vəkil təyin edilmişdir. Bundan sonra onun öz razılığı ilə video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, könüllü olaraq əynindəki qara rəngli qısa qol gödəkcəsinin sol yan cibindən Samsung markalı kiçik ölçülü fotoapartın göy rəngli qabına qoyduğu şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə heroin olan 1 ədəd iri bükümü, şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında narkotik maddə heroin olan 2 ədəd kiçik bükümləri, telefon qulaqcığının qara rəngli qabına qoyduğu şəffaf selofana bükülmüş içərisində ağ duz kristallarına bənzər psixotrop maddə metamfetamin olan 3 bükümü və 1 ədəd özünə məxsus göy rəngli Xiaomi note 8 pro markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 aprel 2022-ci il tarixdə müdafiəçi Çingiz Mansurovun iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilərkən yuxarıda qeyd olunanan ifadə ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini öz istifadəsi üçün əldə etməsi və üzərində gəzdirməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsi özünümüdafiə xarakteri daşımaqla ağır cinayətdən yayınmaq məqsədi güdür və iş materiallarında olan digər sübutlarla tam təkzib edilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 05 aprel 2022-ci il tarixdə xx xxx 1988-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsindəki Yeni Yol köçəsində yerləşən Yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə heroin saxlaması, gəzdirməsi və satması barədə mötəbər mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Alınmış məlumat bölmənin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün 40-cı PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantları Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. O, və 40-cı PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 da həmin əməliyyat qrupuna daxil olmuşlar. Alınmış məlumatın yoxlanılması məqsədi ilə 05 aprel 2022-ci il tarixdə günorta, təxminən saat 14:00 radələrində əməliyyat qrupu ilə birlikdə o, Bakı şəhəri, Binəqədi rayonunun Xocasən qəsəbəsinə getmişdir. Saat 15:20-də Xocasən qəsəbəsi, Yeni Yol küçəsində yerləşən 103 saylı orta məktəbin qarşısında onlar Təqsirləndirilən şəxs əlamətlərinə oxşar şəxsin piyada keçdiyini görüb hənim şəxsə yaxınlaşıb özlarını təqdim etmişlər. Bundan sonra əməliyyat qrupunun rəhbəri Şahid1 həmin şəxsə də özünü təqdim etməyi təklif etmişdir. Həmin şəxs özünü xx xxx 1988-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xəcasən qəsəbəsindəki Yeni Yol köçəsində yerləşən Yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Şahid1 Təqsirləndirilən şəxs bildirdi ki, onun qanunsuz olaraq üzərində narkotik vasitələr gəzdirməsi barədə daxil olmuş məlumatla bağlı o, onlarla Binəqədi RPİ-si 40-cı Polis Bölməsinə getməlidir. Təqsirləndirilən şəxs etiraz etmədən könüllü olaraq onlarla birlikdə 40-cı Polis Bölməsinə getmişdir. 40-cı Polis Bölməsində baş təhqiqatçı, polis mayoru İlkin Əsgərov tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, təhqiqatçı tərəfindən müdafiəçinin iştirakı ilə onun hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, bölmədəki xidməti otaqların birində Təqsirləndirilən şəxs razılığı ilə, müdafiəçinin iştirakı olmadan onun, əməliyyat qrupunun rəhbəri Şahid1 və əməliyyat qrupunun üzvü Şahid3 iştirakı ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyanın olub-olmaması soruşulmuş, olduğu halda isə həmin əşyanın könüllü surətdə verməsi təklif edilmişdir. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısa qol gödəkçəsinin sol yan cibindən 1 ədəd Samsung markalı kiçik ölçülü fotoaparatın göy rəngli qabına qoyulmuş şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan bir ədəd iri bükümü, şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan iki ədəd kiçik bükümləri, telefon qulaqcığının qara rəngli plastmas qutusuna qoyulmuş şəffaf sellofana bükülmüş içərisində ağ duz kristallarına bənzər maddə olan üç bükümü və bir ədəd qöy rəngli Xiaomi note 8 pro markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi Samsung markalı fotoaparatın qabında saxladığı şəffaf sellofana bükülmüş biri iri, ikisi kiçik bükümlərdə olan maddə narkotik vasitə olan heroin, telefon qulaqcığının qara rəngli plastmas qutusunda saxladığı üç ədəd şəffaf sellofan bükümlərdə olan maddə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin narkotik vasitəni və psixotrop maddəni o, dörd gün əvvəl, yəni 01 aprel 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu Ceyranbatan qəsəbəsində, Quba-Bakı yolunun kənarındaki Yağ dəyişmə məntəqəsinin qarşısındakı reklam lövhəsinin yaxınlığında görüşdüyü, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Tahir adlı şəxsdən 400 manata satmaq məqsədi ilə aldığını bildirmişdir. Samsung markalı kiçik ölçülü fotoaparatın göy rəngli qabına qoyulmuş şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan bir ədəd iri büküm, şəffaf sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan iki ədəd kiçik bükümlər, telefon qulaqcığının qara rəngli plastmas qutusuna qoyulmuş şəffaf sellofana bükülmüş içərisində ağ duz kristallarına bənzər maddə olan 3 büküm və bir ədəd göy rəngli Xiaomi note 8 pro markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılaraq möhürlənib təhqiqatçı tərəfindən götürülmüşdür. Onlar tərəfindən Təqsirləndirilən şəxs heç bir fiziki və ya psixi təzyiq edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etdi. İbtidai istintaq zamanı dindirilmiş, məhkəmədə ifadəsi tədqiq edilmiş Binəqədi RPİ-nin 40-cı PB-nin əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə oxşar ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 aprel 2022-ci il tarixli 6/1843 saylı rəyinə görə Təqsirləndirilən şəxs üzərindən götürülmüş üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 11,979 qr., 0,950 qr. və 0,930 qram olmaqla, ümumi çəkisi 13,859 qram olan qəhvəyi rəngli tozşəkili maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, üç ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,414 qr., 0,483 qr., və 0,270 qram olmaqla, ümumi çəkisi 1,167 qram olan ağ rəngli kristalşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroinin 0,15 qramı (hər bir obyektdən 0,05 qram olmqla), tədqiqata sərf edildikdən sonra 13,709 qramı qalıq qalmışdır. Metamfetaminin 0,15 qramı (hər bir obyektdən 0,05 qram olmqla), tədqiqata sərf edildikdən sonra 1,017 qramı qalıq qalmışdır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ), Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının 15 iyul 2022-ci il tarixli 3839 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinin materiallarına əlavə olunmuş ambulator məhkəmə psixiatrik ekspertizasının 14 iyun 2022-ci il tarixli 1834 saylı rəyinə görə Təqsirləndirilən şəxs cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs cinayət əməlini törədən anda öz hərəkətlərini ölçüb-biçmək və cinayətləri törədən anda düzgün qavramaq, təsvir edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda psixi xəstəliyin əlamətləri aşkar olunmur. O, hazırda ifadə vermək qabiliyyəti və onu baş verənləri, düzgün qavrayıb təsvir edə bilməsi imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarına əlavə olunmuş 05 aprel 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısa qol gödəkçəsinin sol yan cibindən 1 ədəd Samsung markalı kiçik ölçülü fotoaparatın göy rəngli qabına qoyulmuş şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan bir ədəd iri bükümü, şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan iki ədəd kiçik bükümləri, telefon qulaqcığının qara rəngli qabına qoyulmuş şəffaf selofana bükülmüş içərisində ağ duz kristallarına bənzər maddə olan üç bükümü və bir ədəd göy rəngli Xiaomi note 8 pro markalı mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi Samsung markalı fotoaparatın qabında olan şəffaf selofana bükülmüş biri böyük, ikisi kiçik bükümlərdə olan maddə narkotik vasitə olan heroindir, telefon qulaqcığının qara rəngli qabında olan üç ədəd şəffaf selofan bükümlərdə olan maddə psixotrop maddə olan metamfetamindir. Həmin narkotik vasitəni və psixotrop maddəni o, dörd gün əvvəl, yəni 01 aprel 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu Ceyranbatan qəsəbəsində, Yağ dəyişmə məntəqəsinin qarşısındaki reklam lövhəsinin yaxınlığında görüşdüyü, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Tahir adlı şəxsdən 400 manata satmaq məqsədi ilə aldığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 07 aprel 2022-ci il tarixli “video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarışda Binəqədi RPİ-si 40-cı PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis leytenantı Şahid2 və polis leytenantı Şahid3, Binəqədi RPİ-si X1 inspektor kriminalisti, polis mayoru X7 iştirak etmişlər. Binəqədi RPİ-si 40-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Təhqiqatçının bu təklifindən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli qısa qol gödəkcəsinin sol yan cibindən Samsung markalı kiçik ölçülü fotoaparatın göy rəngli qabına qoyulmuş şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan 1 ədəd iri bükümü, şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan 2 ədəd kiçik bükümləri, telefon qulaqcığının qara rəngli plastmas qutusuna qoyulmuş şəffaf selofana bükülmüş içərisində ağ duz kristallarına bənzər maddə olan 3 ədəd bükümləri və 1 ədəd göy rəngli Xiaomi note 8 pro markalı mobil telefonu təqdim etdi. Sorğu zamanı X4 bildirdi ki, həmin Samsung markalı fotoaparatın qabında saxladığı şəffaf selofana bükülmüş biri iri, ikisi kiçik bükümlərdə olan maddə heroindir, telefonun qara rəngli qabında saxladığı 3 ədəd şeffaf selofana bükülü olan maddə isə metamfetamindir. Həmin narkotik maddələri 4 gün əvvəl, yəni 01 aprel 2022-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, yağ dəyişmə məntəqəsinin qarşısındaki reklam lövhəsinin yaxınlığında görüşdüyü, özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim etmiş Tahir adlı şəxsdən 400 manata satmaq məqsədi ilə aldığını bildirdi. Həmin Samsung markalı kiçik ölçülü fotoaparatın göy rəngli qabına qoyulmuş şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan 1 ədəd iri büküm, şəffaf selofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında maddə olan 2 ədəd kiçik bükümlər, telefon qulaqcığının qara rəngli qabına qoyulmuş şəffaf selofana bükülmüş içərisində ağ duz kristallarına bənzər maddə olan 3 büküm və 1 ədəd göy rəngli Xiaomi note 8 pro markalı mobil telefon cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 234 saylı möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürüldü. Şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən zərflərin üzərində şəxsi axtarışda iştirak etmiş şəxslər, o, cümlədən də şübhəli şəxs Təqsirləndirilən şəxs özü də imza etdi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin aşkar edilməsi, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələrin xırda bükümlərə bölünməsi və narkotik vasitə olan heroinin külli miqdarda olması onun həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib üzərində saxlaması qənaətinə gəlməyə əsas verir. Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur, ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs atası X2 İ Qarabağ müharibəsi veteranı olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2016cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya məhkəməsinin 17 mart 2017-ci tarixli qərarına əsasən hökm dəyişdirilib Azərbaycan Respublikası CM-nin 177.2.1, 180.2.1 və 180.2.2-ci maddələri ilə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 22 may 2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələblərinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu olmayan hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs cəzadan azad olunduğu gündən 2 (iki) il keçməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunmalı və onun hərəkətləri cinayətin residivi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həmdə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə nəzərdə tutulmuş müsadirə edilməli əmlak olmadığından yuxarıda qeyd olunan müddəa tətbiq olunmamalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 13,709 qram təşkil edən narkotik vasitə olan heroin və ümumi qalıq çəkisi 1,017 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 48 iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 288 manat məbləğində pul onun vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut kimi Bakı şəhəri, Binəqədi rayon Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 13,709 qram təşkil edən narkotik vasitə olan heroin və ümumi qalıq çəkisi 1,017 qram təşkil edən psixotrop maddə olan metamfetamin məhv edilsin. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 288 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, hakim: Azər Paşayev Hakimlər: İradə Həsənzadə Əhməd Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar