Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1564/2024 22.08.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Kərimova Mahirə Nəzər qızının sədrliyi ilə, Hakimlər: Məmmədov Fəxri Afiq oğlu və X2 ibarət tərkibdə, Abbasov Fəxrəddin Səlahəddin oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə – CM) 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,505 qram çəkidə narkotik vasitə heroini əldə edib, özündə saxlamaqla daşımış, 13 noyabr 2023-cü il tarixdə, saat 16:40-da ünvan 2 ünvanda yerləşən X10 həyətində olan zaman özünü şübhəli apardığından Nəsimi rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən 20-ci polis şöbəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 2,505 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış, sonra onu Nəsimi RPİ-nin 20-ci PŞyə aparmışlar. 20-ci PŞ-də üzərindən 2 qram deyil, 1 qram narkotik vasitə aşkar olunmuşdur. 2 qram narkotik vasitəni sonradan büküm şəklində polis əməkdaşları etmişlər. İttiham aktında guya üzərindən aşkar olunan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə aldığı qeyd olunmuşdur. İllərdir 1 saylı şəhər Klinik Xəstəxanasında metadon suyu içir. Heç bir insan evdən xəstəxanaya metadon içməyə gedən zaman üzərində 2 qram narkotik vasitə aparmaz. Metadon içməkdən bezdiyi üçün polis əməkdaşlarının 1 qram narkotik vasitələri ilə razılaşmışdır. Özü öz istəyi ilə tutulmaq istəyirdi ki, azadlıqdan məhrum olunduğu vaxtda müalicə alsın, azadlığa çıxdıqdan sonra sağlam şəkildə nəvələri ilə məşğul ola bilsin. O, ümumiyyətlə, narkotik vasitəyə görə deyil, mağazadan meyvə oğurladığı üçün saxlanılmışdır. O, suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16:40 radələrində ünvan 4 ünvanında yerləşən X10 həyətində saxlanılmamışdır. 1 saylı şəhər Klinik Xəstəxanasının həyətində olduğu vaxt 1 nəfər cavan polis əməkdaşı ona yaxınlaşıb, barəsində şikayət daxil olduğunu, bu səbəbdən sonuncu ilə Nəsimi RPİ-nin 20-ci PŞ-yə getməli olduğunu bildirmişdir. Polis əməkdaşı onu avtomobillə 14:30 radələrində Nəsimi RPİ-nin 20-ci PŞ-yə aparmış və aparıldığı vaxt 1 saylı şəhər Klinik Xəstəxanasının həyətində olan kameralara düşmüşdür. Saxlanıldığı və Nəsimi RPİ-nin 20-ci PŞ-yə aparıldığı vaxt ona fiziki, psixoloji təsir və ya təzyiq göstərilməmişdir. 20-ci PŞ-də polis əməkdaşları ona 1 qram bildirdikləri üçün dedikləri ilə razılaşmışdır. Nəsimi RPİ-nin 20-ci PŞ-də üzərinə şəxsi axtarış video çəkilişlə aparılmışdır. Video çəkiliş zamanı üzərindən aşkar olunan narkotik vasitənin «Papanin» adlanan yerdən aldığını bildirmişdir. Aşkar olunan narkotik vasitəni «Papanin» adlanan yerdən almağını deməyinə görə ona heç bir təsir və ya təzyiq göstərilməmişdir. O, barəsində həbs qətimkan tədbiri seçildikdən sonra heç bir sənədə imza etməmişdir. Nəsimi RPİ-nin 20-ci PŞ-də üzərində şəxsi axtarış aparılan zaman aşkar olunan narkotik vasitənin çəkisini soruşmuşlar, o da 1 qram olduğunu söyləmişdir. Bütün istintaq hərəkətləri vaxtı müdafiəçisi olmuşdur. Saxlanıldığı vaxt üzərində telefonu olmamış və ümumiyyətlə, telefonu yoxdur. Saxlanıldığı yerdə üzərində şəxsi axtarış aparılmamışdır. ***-***-**-** nömrəli mobil nömrəni əvvəllər işlətmişdir, saxlanıldığı vaxt üzərində olmayıb, hal-hazırda da arvadının istifadəsindədir. Şahid2 onun saxlanmağında və şəxsi axtarışında iştirak etməmiş, ancaq barəsində həbs qətimkan tədbiri seçilən vaxtı iştirak etmişdir. Şahid1 onun saxlanmağında iştirak etmiş, amma səhv etmirsə şəxsi axtarışında iştirak etməmişdir. Şahid1 tərəfindən ona qarşı heç bir qanunsuz hərəkət olmamışdır. İbtidai istintaqdakı ifadələrindəki ziddiyyətlərdən xəbəri yoxdur, çünki nə sənəd təqdim olunurdusa oxumadan imza edirdi. Bu cinayətin ona aidiyyəti yoxdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmayıb. Xəstəliyi, əlilliyi nəzərə alınmaqla, azadlığa sağ çıxmağına şansının olması və ailəsinə qovuşması üçün yüngül cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Məhkəmə qanunun sadalanan bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində göstərmişdir ki, xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 16:40 radələrində ünvan 5 ünvanda yerləşən KTM-də olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu Nəsimi RPİ-nin 20-ci PŞ-yə inzibati binasında otaqlardan birinə dəvət etmişlər. Xidməti otaqda olarkən ondan üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O əynindəki şalvarının cibindən bir ədəd bükümdə bükülmüş içərisində qəhvəyi rəngli toz şəkilli maddə olan bükümü masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində qəhvəyi rəngli tozşəkilli maddənin el arasında “kakos” deyilən narkotik maddə olduğunu bildirmişdir. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi şalvarının yan və arxa ciblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan gödəkçəsinin yan ciblərinə və iç qoltuq çiblərinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ona ayaqqabılarını çıxarmaq tələb olunmuş o, ayaqqabılarını çıxarıb silkələmiş, sonra isə corablarını çıxarıb çevirməklə baxılmış, heç bir əşya aşkar edilməmiş və üst-başını səliqəyə salmağı tələb edilmişdir. Üzərindən aşkar edilən təqdim etdiyi həmin maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə o narkotik vasitə istifadə etdiyini, bu məqsədlə xx.xx.2023-cü il tarixində, saat 21.00 radələrində Nəsimi rayonu “Papanin” adlanan ərazidən tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini və bu məqsədlə üzərində saxladığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin bükümlərdə olan narkotik maddələr ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı, möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ona məxsus bir ədəd bükümdəki olan içərisində qəhvəyi rəngli toz şəkilli, spesifik iyi olan maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs V.Neymatovu o və Nəsimi RPİ-nin 20-ci PŞ-in əməkdaşı Şahid1 ilə birlikdə 1 saylı Klinik Şəhər Xəstəxananın nəznində olan X6 metadon suyu içilən yerin qarşısında şübhəli şəxs qismində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra Nəsimi RPİ-nin 20-ci PŞ-yə dəvət etmişlər. Nəsimi RPİ-nin 20-ci PŞ-də təhqiqatçının, mütəxəssisin və müdafiəçinin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış götürmə istintaq hərəkəti aparılan zaman sonuncunun üzərindən narkotik vasitə heroin aşkar olunmuşdur. Səhv etmirsə, təqsirləndirilən şəxsin üzərindən 2.5 qram narkotik vasitə heroin aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, ittihamda qeyd olunan Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanı X10 həyətində yerləşən metadon suyu içilən yerin ünvanıdır. X13 ünvan 6ir. Metadon suyu içən şəxslərin üzərində metadon suyu olmur, şöbənin daxilində həkim nəzarəti ilə içilir. V.X7 Mərkəzin həyətində özünü şübhəli apardığı üçün saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra ona qarşı heç bir hədə-qorxu gəlməmişlər. Təqsirləndirilən şəxsin saxlanılmasında və üzərində keçirilən şəxsi axtarışda iştirak etmişdir, sadəcə ola bilər təqsirləndirilən şəxsin yadından çıxıb. Təqsirləndirilən şəxsi saxladıqları vaxt özündə deyildi. Narkotik vasitə istifadə edən şəxslər içki içən şəxsin düşdüyü halda olurlar. Təqsirləndirilən şəxsi 15:00-18:00 aralığında saxlamışlar. Hadisədən uzun müddət keçdiyi üçün saat tam yadında qalmamışdır. Metadon suyu içilən yerdə metadon suyu içən şəxslər bir-birilərinə narkotik vasitə verirlər və ya satırlar. Polis əməkdaşı olduqları üçün bununla bağlı təlimlər keçdikləri üçün şəxsin özünü şübhəli hərəkətlərini dərhal başa düşə bilirlər. Təqsirləndirilən şəxsi saxladıqları yerdə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxsin saxlanmasında və üzərində şəxsi axtarış keçirilən zaman iştirak etmişdir. Təqsirləndirilən şəxsin saxlanılmasında 2 nəfər iştirak etmişlər. Təqsirləndirilən şəxsin üzərindən səhv etmirsə narkotik vasitə heroin aşkar olunmuş, narkotik vasitənin çəkisi çəkilməmişdir. Tərkibinin və çəkisinin müəyyən edilməsi üçün qablaşdırılıb ekspertizaya göndərilmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar olunan narkotik vasitənin neçə bükümdə olması yadında deyil. Təqsirləndirilən şəxsi tutulduğu vaxta qədər tanımamışdır. Təqsirləndirilən şəxsi hər hansısa oğurluq hadisəsi ilə bağlı saxlamamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs V.Neymatovu xx.xx.2023-cü il tarixdə o və Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməkdaşı Şahid2 ilə birlikdə 1 saylı Klinik Şəhər Xəstəxananın nəznində olan X11 həyətində şübhəli şəxs qismində saxlamışlar. Təqsirləndirilən şəxs saxladıqdan sonra Nəsimi RPİ-nin 20-ci PŞ-yə dəvət etmişlər. Nəsimi RPİ-nin 20-ci PŞ-də təhqiqatçının iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, götürmə istintaq hərəkəti aparılan zaman sonuncunun üzərindən narkotik vasitə aşkar olunmuşdur. O, suallara cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxsi Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsi 1 ünvanı X10 həyətində saxlamışlar. Təqsirləndirilən şəxsi xx.xx.2023-cü il tarixdə, 16:40 radələrində saxlamışlar. Təqsirləndirilən şəxsə yaxınlaşdıqları vaxt heç bir narazıçılıq bildirməmiş, tabesizlik göstərməmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış keçirilən vaxt sonuncunun üzərindən aşkar olunan narkotik vasitənin növü, çeşidi yadında deyil. Təqsirləndirilən şəxsin aşkar olunan narkotik vasitəni nə üçün əldə etdiyi barədə dedikləri yadında deyil, amma video çəkilişdə bu barədə dedikləri var. Təqsirləndirilən şəxs video çəkiliş vaxtı heç bir narazıçılıq bildirməmişdir. Təqsirləndirilən şəxsi saxladıqları yerlə PŞ arasında 5 dəqiqəlik məsafə olduğu üçün qısa müddət ərzində sonuncu ilə birlikdə Nəsimi RPİ-nin 20-ci PŞ-yə gəlmişlər. Təqsirləndirilən şəxsin üzərinə saat neçədə baxış keçirtməkləri yadında deyil. Təqsirləndirilən şəxsin üzərinə saxladıqları yerdə baxış keçirtməmişlər. Təqsirləndirilən şəxsin üzərindən başqa nə aşkar olunması, narkotik vasitənin çəkisi, təqsirləndirilən şəxsin hansı cibindən aşkar olunması yadında deyil. Əvvəllər Təqsirləndirilən şəxs oğurluq etməsi barədə Nəsimi RPİ-nin 20-ci PŞ-yə şikayətlər daxil olub, amma saxladıqları gün sonuncunun oğurluq etməsi barədə şikayətin daxil olub-olmadığını bilmir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli qərardan görünür ki, CM-in 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. (İ cild, i.v. 1) xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:40-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:40-dan tutulmuş hesab edilmişdir. (İ cild, i.v. 22) xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokoldan və ona əlavə edilmiş diskdən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın yan cibindən 01 ədəd büküm, 1 ədəd 20 qəpik pul vəsaiti, 1 ədəd siqaret çəkmək üçün müştüy və ağ rəngli salfetkanı çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm barədə məlumat verməsi bildirilmiş, Təqsirləndirilən şəxs 01 bükümdə olan maddənin narkotik vasitə heroin olmasını, həmin bükümü xx.xx.2023-cü il tarixdə “Papanin” adlan yerdə tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün aldığını qeyd etmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilən zaman və şöbədə olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, saxlanılan şəxs Təqsirləndirilən şəxs ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılığın olmadığını bildirmişdir. (İ cild, i.v. 48-51) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/5995 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 188” dairəvi möhür əksləri olan, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 2,505 qram olan qəhvəyimtil-boz rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (İ cild, i.v. 57-61) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilmişdir. (İ cild, i.v. 73) xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (İ cild, i.v. 77-78) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-553/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:50-dən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(006)-553/2023 saylı qərarı ilə həbsdə saxlama müddəti 20 gün, yəni 03 aprel 2024-cü il tarixədək uzadılmışdır. (İ cild, i.v. 111-115, 185-188) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(004)-473/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğl xx.xx.2006-cı il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1, 234.2-ci maddələri ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı Yasamal rayon Məhkəməsinin hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 04 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. (İ cild, i.v. 129-132, 134-140) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi, X12 Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1527 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkololi dispanserində qeydiyyata alınması məsləhət görülür. (İ cild, i.v. 145-146) xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd bükümdəki maddə, təmiz çəkisi 2,505 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra 2,455 qram qalığı saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmişdir. (İ cild, i.v. 151-160) Azemis elektron məhkəmə informasiya sistemindən çıxarışdan və Tibbi Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ilkin mərhələdə verdiyi ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 234.1-1ci maddəsi ilə düzgün olaraq tövsif olunmuş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsi, Nəsimi RPİ-nin 20-ci PŞ-də üzərindən 2 qram deyil, 1 qram narkotik vasitə aşkar olunması, 2 qram narkotik vasitəni sonradan büküm şəklində polis əməkdaşları tərəfindən edilməsi,, onu narkotik vasitəyə görə deyil, mağazadan meyvə oğurladığı üçün saxlamaları və s. ilə bağlı verdiyi ifadələrini onun müdafiə mövqeyinə söykənən şəxsi mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yayınmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasını sübuta yetirilmiş hesab edir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla şahidlərin ifadələri, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, cinayət işinin digər materialları ilə təkzib olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasına dair ibtidai istintaq zamanı ilkin mərhələdə müdafiəçinin iştirakı ilə verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etirafedici ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılarkən və şübhəli şəxs qismində ifadə verərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin Nəsimi RPİnin 20-ci PŞ-də üzərindən 2 qram deyil, 1 qram narkotik vasitə aşkar olunması, 2 qram narkotik vasitəni sonradan büküm şəklində polis əməkdaşları etmələri ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmişdir. O cümlədən, şəxsi axtarışın və götürmənin audio-video ilə aparılması, həmin prosesdə təqsirləndirilən şəxsin cinayət əməlini etiraf etməsi və digər təkzibedilməz sübutlar onun qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlayaraq daşımasını təsdiq edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında göstərmişdir ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və Məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. CM-in 61-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən halı, cəzanın məqsədini nəzərə alaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 17:40-da şübhəli şəxs qismində tutulmuş, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdə, saat 16:40dan tutulmuş hesab edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-553/2023 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən, saat 16:50-dən hesablanmış, həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 4(006)-553/2023 saylı qərarı ilə həbsdə saxlama müddəti 20 gün, yəni 03 aprel 2024-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddətinin əvvəli onun azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalı və həbsdə saxlanması müddəti ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı, CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, CM-in 93.1.2-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq 2,455 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Müdafiəçi “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X3 təqdim etdiyi hesabatlara əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 85 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 85 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 85 saat hüquqi yardıma görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 üçün 510 manat məbləğində pul köçürülməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin Növbətçi Hisəssinə təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq 2,455 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia yoxdur. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 85 (səksən beş) saat hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X4 üçün 510 (beş yüz on) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən hakim Mahirə Kərimova Hakimlər: Fəxri Məmmədov Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(101)-1564/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1564/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver