Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1564/2025 02.03.2026 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, hakimlər Namazov Fərid Arif oğlu və Hüseynov Telman Qulaməli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, X6 və X3, müdafiəçi – Universal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məşkumluğu olan və ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin faktiki halları
2. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikası vətəndaşından qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Suraxanı rayonu,Hövsan qəsəbəsi ərazisində yerləşdirdiyi külli miqdarda təmiz çəkisi 12453,95 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan tarixdə və vaxtda həmin yerdən götürmüş, yaşadığı ünvan 1 ünvanına daşımış, Yasamal RPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 13 yanvar 2025-ci il tarixdə saat 19:00 dəqiqədə Bakı şəhəri, Yasamal rayonu, M.Məmmədzadə küçəsi 121 ünvanın qarşısında saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən üç, sol yan cibindən iki kibrit qutusu olmaqla ümumilikdə 5 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri 2,63 qram; 3,42 qram; 3,05 qram; 2,49 qram, 1,83 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq yaşadığı ünvan 1 ünvanına baxış zamanı qara rəngli polietilen bükülülərdə ayrıayrılıqda təmiz çəkisi 1260 qram, 1245 qram, 1190 qram, 1225 qram, 1230 qram, 1275 qram, 1230 qram, 1250 qram, 1285 qram, 1235 qram və 06 ədəd kibrit qutusunda ayrıl ayrılıqda təmiz çəkisi 2,65 qram, 1,28 qram, 3,21 qram, 3,20 qram, 1,17 qram, 4,02 qram tərkibinə görə eyni olan külü miqdarda ümumi təmiz çəkisi 12453,95 qram bitki mənşəli tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
3. xx.xx.2025-ci il tarixli raportdan (cild 01, iş vərəqə 4) görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin saxlanması, istifadəsi və satışını həyata keçirməsi bildirilmişdir.
4. xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında (cild 01, iş vərəqə 23) protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2025-ci il tarixdə, saat 19.00 dəqiqədən tutulmuş hesab edilmişdir.
5. xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 01, iş vərəqə 34-35) görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, aşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən üç kibrit qutusu, sol yan cibindən isə iki kibrit qutusu çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, altı ay əvvəl Hövsan qəsəbəsində Əli adlı İran İslam Respublikasının vətəndaşından 200 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşıl rəngli, bitki mənşəli olan, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı M.Məmmədzadə küçəsi 121 ünvanında qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd kibrit qutusundaki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.
6. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-7/67 №-li rəyindən (cild 01, iş vərəqə 47-49) görünür ki, tədqiqata təqdim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 05 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 2,63 qram; 3,42 qram; 3,05 qram; 2,49 qram; 1,83 qram, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs evindən..." yazısı və imzalar olan kağızpaketdəki 06 (altı) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 2,65 qram; 1,28 qram; 3,21 qram; 3,20 qram; 1,17 qram; 4,02 qram, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar olunan maddə...." yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 05 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1275 qram; 1230 qram; 1250 qram; 1285 qram; 1235 qram, üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs aşkar olunan maddə... " yazısı və imzalar olan ağ rəngli sintetik torbadakı 05 (beş) ədəd qara rəngli polietilen bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 1260 qram; 1245 qram; 1190 qram; 1225 qram; 1230 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi təmiz çəkisi — 12453,95 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər.
7. xx.xx.2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan (cild 01, iş vərəqə 58-59) görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1 ədəd diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd 13 yanvar 2025-ci il tarixdə yazılmış video fayl olduğu müəyyən edilmişdir. Həmin video fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin inzibati binasında baş təhqiqatçı, polis mayoru Əli Məmmədovun xidməti otağında şübhəli şəxs Təqsirləndirilən şəxs Yasamal RPİ-nin NMB-nin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək üzərində əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş əşya və ya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən üç kibrit qutusu, sol yan cibindən isə iki kibrit qutusu çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, altı ay əvvəl Hövsan qəsəbəsində Əli adlı İran İslam Respublikasının vətəndaşından 200 manata aldığını bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşıl rəngli, bitki mənşəli olan, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edildi. Bundan başqa Təqsirləndirilən şəxs bildirdi ki, yaşadığı M.Məmmədzadə küçəsi 121 ünvanındada qurudulmuş marixuana vardır.Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd kibrit qutusundaki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür.
8. xx.xx.2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan (cild 01, iş vərəqə 60-62) görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 1 ədəd diski «HP» markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd 13 yanvar 2025-ci il tarixda yazılmış video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, ünvan 4 ünvanda şübhəli şəxs Təqsirləndirilən şəxs özünü təqdim etməsini təklif edir və həmin şəxs özü barədə məlumat verdikdən sonra ona təhqiqatçı tərəfindən Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsinin tələbləri izah edilərək yaşadığı evdə əldə edilməsi, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuşəşya vəya maddəni könüllü olaraq təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Saqiyev tikiliyə daxil olaraq işığı yandırır və iştirakçılar da tikiliyə daxil olur. Saqiyev həmin tikilinin onun yaşadığı ev olmasını bildirir. Otağa daxil olduqda giriş qapısından solda mebel rəngli taxta materialdan masa, masadan sağda bir ədəd mebel rəngində olan taxta materialından şkaf, şkafdan sağda, yəni giriş qapısı ilə paralel vəztiyyətdə üzərində yataq dəstləri olan bir nəfərlik çarpayı, çarpayından sağda giriş qapısına nisbətdə sağ divarın qarşısında üzəri üzlüklə örtülmüş vəziyyətdə olan divan, giriş qapısından solda yerləşən pəncərənin qarşısında döşəmə üzərindəi sə televizor olması müəyyən edilir. Saqiyev həmin evdə tək yaşamasını, ondan başqa heç kimin yaşamamasını, ailəsinin həyətdə olanbaşqa otaqda yaşamasını bildirir. Bundan sonra Saqiyevə evdə qanunsuz əşya varsa təqdimetməsi təklif olunur. Saqiyev bu təkliflə razılaşaraq divanın girişqapısına nisbətdə dayandıqda sağ kənarı ilə divar arasında olan yerdən bir ədəd ağzı düyünlənmiş, yəni bağlı vəziyyətdə olan, ağrəngli, üzərində göy rəngli çızıq olan kisəni çaxırdaraq divanın qarşısında döşəmənin üzərinə qoyaraq kisənin ağzını açır. İştirakçılar tərəfindən kisə divanın üzərinə çevrilərək boşaldıqda 6 ədəd böyük formalı, qara rəngli polietilenə bükülərək şəffaf yapışqanlı lentlə sarılmış bükülülərin olması müəyyən edilir. Büükümlər deşilib açılarkən içərisində ota bənzər maddələr olması müəyyən edilir. Saqiyevdən həmin maddənin nə olması soruşulduqda, sonuncu həmin maddənin marixuana olmasını bildirir. Bundan başqa Saqiyev şkafın qapısının sağ tayını açaraq aşağı hissədə dağınıq vəziyyətdə yığılmış paltarları kənara çəkərək altında olan bir ədəd ağzı düyünlənmiş, yəni bağlı vəziyyətdə olan, ağ rəngli, üzərində göy rəngli cızıq olan kisəni çıxardaraq döşəmə üzərinə qoyub kisənin ağzını açaraq çevrib boşaltdıqda 4 ədəd böyük formalı, qara rəngli polietilenə bükülərək şəffaf yapışqanlı lentlə sarılmış bükülülərin olması müəyyən edilir.Daha sonra otaqda olan çarpayı üzərində yataq dəstinin baş hissəsindən yataq dəstini qaldırdıqda altında altı ədəd kibritqutusu olması müəyyən edilir və həmin qutular Saqiyev tərəfindən olduğu yerdən götürülərək döşəyin üzərinə qoyuldundan sonra içərisində marixuana olmasını bildirir. Kibrit qutuları açılarkən içərisində qurudulmuş ot vəziyyətində olan maddələr olması müəyyən edilir. Saqiyev aşkar olunmuş marixuanaları eyni adamdan aldığını, kibrit qutusunu da həmin şəxsin özünün qablaşdırmasını və qablaşdırılmış vəziyyətdə almasımı bildirir. Daha sonra Saqiyev tərəfindən şkafdan çıxarılaraq təqdim edilmiş kisə içərisindən aşkar edilmiş 4 ədəd yapışqanlı lentlə sarınmış vəziyyətdə olan bükümlərə baxış keçirilərkən həmin bükümlərdədə, qurudulmuş ot vəziyyətində olan maddələr olması müəyyən edilir. Daha sonra Şaqiyevdən başqa hər hanst bir qanunsuz əşya olub-olmaması soruşulduqda sonuncu aşkar olunmuşlardan başqa heç bir qanunsuz əşya olmamasını bildirdi. Bundan sonra ilk öncə aşkar olunmuş 6 ədəd kibrit qutusu içərisi boş vəziyyətdə olan böyük ağ zərfə qoyularaq qablaşdırılır və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Daha sonra aşkar olunmuş 10 ədəd bükümlər əvvəlcədən içərisində saxlanıldığı 2 ədəd ağ rəngli göy cızıqlı kisələrə qablaşdırılmaqla kisələrin ağzı bağlanaraq üzərləri imzalarla təsdiq edildi. Daha sonra evə baxış keçirilərkən heç bir qanunsuz əşya müəyyən edilmədi.
9. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə və ititham elan edilməsi haqqında qərardan (cild 01, iş vərəqə 63-64) görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunması və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi il nəzərdə tutulan ittiham elan edilməsi qərara alınmışdır.
10. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-46/2025 saylı qərarından (cild 01, iş vərəqə 88-90) görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır.
11. DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumata (cild 01, iş vərəqə 103-105) əsasən, Saqiyev X7 Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 226-1 M.1 H AR maddəsi ilə təqsirli bilinib 1 il müddətə, Yasamal Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 226-1 M.2 H AR maddəsi ilə təqsirli bilinib 03 il müddətə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 02 il 06 ay müddətinə və souncu dəfə Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay 28 gün müddətinə müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi hazırki cinayəti törədən zaman təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və əməlində cinayətlərin residivi yaranmışdır.
12. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 396 №-li rəyindən (cild 01, iş vərəqə149-150) görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, onda hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istər ictimai təhlükəli-cinayət əməlini törədərkən, istərsə də törətdikdən sonra xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs qərarda qeyd edilən əməli törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.
13. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1075 №-li rəyinə (cild 01, iş vərəqə151-152) əsasən Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan Asıllıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci tarixdən Bakı şəhər Narkoloji mərkəzdə «F11.2» (Opioidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatındadır.
14. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin xx.xx.2025-ci il tarixli 1601-1225 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi şəxsi müəyyən etmək mümkün olmamışdır.
15. Əməlin tövsifi və sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 01, iş vərəqə 153-163) görünür ki, Təqsirləndirilən şəxsmun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.4.1 va 234.4.3-cü maddələrinə tövsif edilməsi, təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikası CM-nin 234.4.1 va 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrdə nəzərdə tutulan ittihamın yenidən elan edilməsi, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə Yasamal rayon Məhkəməsi tərəfindan seçilmiş həbs qətimkan tədbirinin nəzərə alınması, Təqsirləndirilən şəxs və şahid ifadələri, şəxsi axtarış baxış protokolu, ekspert rəyinin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut qismində qiymətləndirilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2 134.4.4-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, CM-nin 234-cü maddəsinin qeyd hissəsinin birinci bəndində göstərilən qayda ilə X4 cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsasların olmamasının nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş təmiz çəkisi 12453,95 qram kustar üsullu hazırlanmış narkotik vasitə qrudulmuş marixuananı maddi sübut kimi tanınması və ekspertiza tədqiqatından qalıq qalmış 12452,4 qram narkotik vasitə qrudulmuş marixuananın məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi, iş üzrə istintaq zamanı şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması, baxış və götürmə aparılması zamanı çəkilmiş videogörüntünü özündə əks etdirən 02 ədəd DVD diski iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün istintaq sənədi kimi sübut qismində tanınması,iş üzrə Təqsirləndirilən şəxs 12453,95 qram narkotik vasitə qrudulmuş marixuananı əldə etdiyi istintaqa məlum olmayan «Əli» adlı İran İslam vətəndaşının şəxsiyyətini müəyyən edərək istintaqa təqdim edilməsi məqsədilə ********* saylı cinayət işindən ayrıca icrata Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işinin ayrılması və icraata qəbul edilərək istintaqı aparılması, Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab edilməsinin nəzərə alınması qərara alınmışdır.
16. Elektron məhkəmə sistemindən müəyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü bir Məhəmməd Saqiyev adlı bir yetkinlik yaşına çatmayan övladı vardır.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Güləlini daha əvvəllər də tanımışdır. Belə ki, daha əvvəl yenə 1 dəfə onun narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması səbəbindən saxlanılaraq məsuliyyətə cəlb olunmasında iştirak etmişdir. 13 yanvar 2025-ci il tarixdə Şahid1 qərəzsiz mənbədən daxil olmuş əməliyyat məlumatı əsasında, o və Həsənov Yılmazın da əməliyyat qrupuna daxil edilməsi ilə, əməliyyat qrupu ilə birlikdə hərəkətə keçərək, saat 19:00 radələrində Məmmədzadə küçəsi ilə hərəkətdə olan zaman şübhəli şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, vəsiqələrini göstərib onu polis idarəsinə dəvət etmişlər. İdarədə təhqiqatçının da iştirakı ilə, Təqsirləndirilən şəxs üzərindən 05 ədəd kibrit qutusunda, içərisində marixuana olan narkotik vasitələr aşkar olunmuşdur. Şübhəli şəxs yaşadığı evdə də narkotik vasitələrin olduğunu bildirmiş və onlar təhqiqatçının da iştirakı ilə onun yaşadığı evə yollanmışlar. Bu zaman evin müxtəlif nöqtələrindən böyük bağlamalarda narkotik vasitə marixuana aşkar olunmuşdur. Hər iki istintaq hərəkəti video çəkiliş vasitəsi ilə keçirilmiş və şübhəli şəxs ilkin izahatında narkotik vasitələri İran vətəndaşından əldə etdiyini bildirmişdir. Toplanmış materiallar daha sonra istintaqa rəhbərlik edən orqana göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onlar yaxınlaşan zaman Güləli hərəkətdə idi, lakin çağırışları əsasında o dayandı. Hadisə yerində Güləlinin üzərinə baxış keçirilməmişdir. Şübhəli şəxsin üzərinə saxlanıldığı yerdə baxış keçirilməsinin zəruriliyi barədə Ali Məhkəmənin plenum qərarı qüvvəyə mindikdən 6-7 ay sonra onlar tərəfindən tətbiq olunmağa başlandı. Əməliyyat şəraitinin uyğunsuzluğu səbəbindən saxlanıldığı yerdə şübhəli şəxsin üzərinə baxış keçirilməmişdir. Təqsirləndirilən şəxsin dedikləri ilə razılaşmır. Qəti şəkildə, təqsirləndirilən şəxsə qarşı fiziki zorakılıq baş verməmişdir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, əvvəlcədən daxil olmuş əməliyyat məlumatı əsasında, 13 yanvar 2025-ci il tarixdə, saat 19:00 radələrində Məmmədzadə küçəsi 121 ünvanında şübhəli şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, vsiqələrini göstərib ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini bildirərək, onu polis idarəsinə dəvət etmişlər. İdarədə təhqiqatçının və vəkilin də iştirakı ilə, Təqsirləndirilən şəxs üzərindən, onun sağ yan cibindən 03 ədəd, sol yan cibindən isə 02 ədəd olmaqla, 05 ədəd kibrit qutusunda, içərisində ot şəkilli, marixuanaya bənzər narkotik vasitələr aşkar olunmuşdur. Şübhəli şəxs yaşadığı evdə də narkotik vasitələrin olduğunu bildirmiş və onlar təhqiqatçının da iştirakı ilə, video çəkiliş keçirilməklə, onun yaşadığı evə yollanmışlar. Bu zaman evdə olan divanın altından 01 ədəd böyük torbada, onun içərisində isə böyük bağlamalarda narkotik vasitə marixuana aşkar olunmuşdur. Ələ keçirilmiş narkotik vasitələr qablaşdırılaraq tərkibi və mənşəyi müəyyən olunması üçün ekspertizaya göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, evin bir neçə fərqli yerindən narkotik vasitələr aşkar olunmuşdur. Hadisə yerində Güləlinin üzərinə baxış keçirilməmişdir. Şübhəli şəxsin üzərinə saxlanıldığı yerdə baxış keçirilməsi barədə onlara rəhbərlikdən göstəriş verilməmişdir. 2025-ci ilin yanvar-fevral aylarında keçirdikləri əməliyyat tədbirlərində hadisə yerində şübhəli şəxslərin üzərinə baxış keçirilməmişdir. Mart ayından etibarən şübhəli şəxsləri saxladıqları yerdə üzərilərinə baxış keçirilməyə başlandı. Saxlanılan zaman şübhəli şəxsə qarşı fiziki zorakılıq olunmamışdır. Təqsirləndirilən şəxs küçədə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxsin dedikləri ilə razılaşmır. Qəti şəkildə, təqsirləndirilən şəxsə qarşı fiziki və ya başqa formada zorakılıq törədilmədiyini bildirir.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdu. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində şübhəli şəxs tərəflərindən yaxalanaraq polis idarəsinə gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış və baxış istintaq hərəkətləri keçirilmişdir. Bu zaman şübhəli şəxsin üzərindən kibrit qutularında narkotik vasitə marixuana aşkar olunmuş və şübhəli şəxs həmin narkotik vasitələri İran vətəndaşı Əli adlı şəxsdən 06 ay əvvəl, Hövsan qəsəbəsi ərazisində əldə etdiyini və onun dediyi ünvanlara yerləşdirərək, narkokuryerlik fəaliyyəti ilə məşğul olduğunu, yaşadığı mənzildə də narkotik vasitələr olduğunu bildirmişdir. Dərhal əməliyyat qrupu ilə birlikdə şübhəli şəxsin yaşadığı evə də baxış keçirilmiş və oradan da narkotik vasitələr olan bükümlər ələ keçirilmişdir. Ələ keçirilən narkotik vasitələr qablaşdırılaraq, ekspertizaya göndərilmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, şübhəli şəxs Yasamal rayonu ərazisində saxlanılmışdır. Şübhəli şəxsin saxlanılmasında iştirak etməmişdir. Şübhəli şəxsin yaşadığı mənzilə baxış istintaq hərəkətində iştirak etmişdir. Mənzilə baxış keçirilməmişdən əvvəl, həmin mənzilin qapısının açıq yaxud bağlı olduğunu xatırlamır. Şübhəli şəxsin saxlanıldığı yerdə dərhal üzərinə baxış keçirilməsi barədə AR Ali Məhkəməsinin xx.xx.2024 tarixli plenum qərarı, şübhəli şəxsin saxlanıldığı dövrdə tətbiq olunmurdu.
20. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs mütamadi olaraq qanunsuz narkotik vasitələrin əldə etməsi, satması, saxlanması və qəbulu ilə məşğul olması barədə Yasamal rayon Polis İdarəsinin NMB-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq və Təqsirləndirilən şəxs cinayət başında ifşa etmək məqsədi ilə 13 yanvar 2025-ci il tarixdə o, NMB-nin əməliyat müvəkkili, polis kapitanı Şahid2, NMB-nin kiçik inispektoru, polis serjantı X1 ibarət əməliyyat qrupu təşkil olunmuşdur.Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün saat 19:00 radələrində ünvan 5 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və onu Bakı şəhər Yasamal rayon Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs razılaşaraq birlikdə Polis İdarəsinə gəlmiş və idarənin xidməti otaqlarının birində video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış aparılması ona bildirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri, həmçinin vəkildən istifadə etmək hüququ izah edilərək vəkillərin siyahısı təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üstündə hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Təqsirləndirilən şəxs təklifə əsasən əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən üç kibrit qutusu, sol yan cibindən isə iki kibrit qutusu çıxarıb təqdim edərək içərisindəki maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, altı ay əvvəl Hovsan qəsəbəsində Əli adlı İran İslam Respublikasının vətəndaşından 200 aldığını bildirmişdiri. Təqsirləndirilən şəxs təqdim etdiyi beş ədəd kibrit qutusuna baxış keçirilən zaman içərisində yaşıl rəngli, bitki mənşəli olan, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olması aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı M.Məmmədzadə küçəsi 121 ünvamndada qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi 05 ədəd kibrit qutusundaki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 42 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvnma baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs evdə qanunsuz əşya varsa təqdimetməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təkliflə razılaşaraq divanın giriş qapısına nisbətdə dayandıqda sağ kənarı ilə divar arasında olan yerdən bir ədəd ağzı düyünlənmiş, yəni bağlı vəziyyətdə olan, ağ rəngli, üzərində göy rəngli çızıq olan kisəni çaxırdaraq divanın qarşısında döşəmənin üzərinə qoyaraq kisənin ağzını açmışdır.Tərəflərindən kisə divanın üzərinə çevrilərək boşaldıqda 6 ədəd böyük formalı, qara rəngli polietilenə bükülərək şəffaf yapışqanlı lentlə sarılmış bükülülərin olması müəyyən edilmişdir. Bükümlər deşilib açılarkən içərisində ota bənzər maddələr olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin nə olması soruşulduqda, sonuncu həmin maddənin marixuana olmasını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şkafın qapısının sağ tayını açaraq aşağı hissədə dağınıq vəziyyətdə yığılmış paltarları kənara çəkərək altında olan bir ədəd ağzı düyünlənmiş, yəni bağlı vəziyyətdə olan, ağ rəngli, üzərində göy rəngli çızıq olan kisəni çıxardaraq döşəmə üzərinə qoyub kisənin ağzını açaraq çevrib boşaltdıqda 4 ədəd böyük formalı, qara rəngli polietilenə bükülərək şəffaf yapışqanlı lentlə sarılmış bükülülərin olması müəyyən edilmişdir. Daha sonra otaqda olan çarpayı üzərində yataq dəstinin baş hissəsindən yataq dəstini qaldırdıqda altında altı ədəd kibrit qutusu olması müəyyən edilmiş və həmin qutular Təqsirləndirilən şəxs tərəfindən olduğu yerdən götürülərək döşəyin üzərinə qoyuldundan sonra içərisində marixuana olmasını bildirmişdir.Kibrit qutuları açılarkən içərisində qurudulmuş ot vəziyyətində olan maddələr olması müəyyən edilmişdir.Təqsirləndirilən şəxs aşkar olunmuş marixuanaları eyni adamdan aldığını, kibrit qutusunu da həmin şəxsin özünün qablaşdırmasını və qablaşdırılmış vəziyyətdə almasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs tərəfindən şkafdan çıxarılaraq təqdim edilmiş kisə içərisindən aşkar edilmiş 4 ədəd yapışqanlı lentlə çarmmış vəziyyətdə olan bükümlərə baxış keçirilərkən həmin bükümlərdədə, qurudulmuş ot vəziyyətində olan maddələr olması müəyyən edilmişdir.Daha sonra Güləli Şaqi'yevdən başqa hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulduqda sonuncu aşkar olunmuşlardan başqa heç bir qanunsuz əşya olmamasını bildirmişdir. Bundan sonra ilk öncə aşkar olunmuş 6 ədəd kibrit qutusu içərisi boş vəziyyətdə olan böyük ağ zərfə qoyularaq qablaşdrılmış və üzəri iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra aşkar olunmuş 10 ədəd bükümlər əvvəlcədən İçərisində saxlanıldığı 2 ədəd ağ rəngli göy çızıqlı kisələrə hər birinə 5 bağlama qablaşdırılmaqla kisələrin ağzı bağlanaraq üzərləri imzalarla təsdiq edilmişdir. Daha sonra evə baxış keçirilərkən heç bir qanunsuz əşya müəyyən edilməmişdir.
21. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətinin 09.08..2025-ci il tarixli 3-13-3/2-19498/2025 nömrəli məktunundan görünür ki, arxivlərin saxlanılma müddəti bitdiyindən istənilən informasiyanın təqdim edilməsi mümkün deyildir.
22. Məhkumun 553/2025 nömrəli tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs həbs olunmadan əvvəl zədələr və bədən xəsarətləri aldığını inkar etmişdir.
23. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalmasını bildirməsi barədə Yasamal Rayon Məhkəməsindən daxil olmuş məlumat əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində material üzrə araşdırma aöarılaraq xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
24. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşları onun 6 qutu narkotik ilə tutulduğunu deyir amma ittiham aktında 5 qutu yazılıb. Polis əməkdaşları onu axşam saat 8-9 radələrində evindən aparıblar. Onun evindən 200,00 Azərbaycan manatı dəyərində narkotik aşkar olunduğu deyilir, amma o bu qədər pulu heç vaxt bir yerdə görməmişdir. O, narkotik istifadəçisidir amma narkotik satışı ilə məşğul olmamışdır. O, narkomandır. Polis bölməsində onun qarşısına narkotik qoyulub və təzyiq ilə etiraf etməyə məcbur edilmişdir. Daha sonra eyni qayda ilə guya evindən də narkotik aşkar olunmuşdur. İttiham aktında onun guya yanvarın 14-ü tutulduğu yazılıb, amma əslində 13 yanvar tarixində tutulmuşdur. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları ona təzyiq etdikləri üçün onların dedikləri ilə məcbur qalıb razılaşmışdır. Polis əməkdaşları onu döyməyib, lakin onu təhqir ediblər. Uzun müddətdir ki, narkotik maddə olan heroin istifadəçisidir. Qurudulmuş marixuana istifadə etmir. Heç vaxt qurudulmuş marixuana istifadə etməmişdir. Qurudulmuş marixuananın nə olduğunu bilmir. Heroini tanımadığı şəxslərdən əldə edirdi. Əli adlı şəxsi tanımır. O, İnşaatçılar metrosunun yaxınlığında parking bələdçisi işləyirdi. Orada narkotacirlər özləri ona yaxınlaşıb, narkotik almağı təklif edirdi. Polis əməkdaşları onu evindən aparıblar. O, həmin istiqamətdə olmamışdır. Həmin 5 qutu narkotik ona məxsus olmayıb. Heç vaxt üzərində narkotik gəzdirməmişdir. Evə baxış istintaq hərəkətində iştirak etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Çünki ibtidai istintaq zamanı verdiyi ifadəni təzyiq altında vermişdir. Polis əməkdaşları onu döyməmiş, amma istədikləri ifadəni verməsi üçün ona təzyiq etmişdirlər. Qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxılan zaman məhkəmə iclasında hakimə günahsız olduğunu demişdir. O, həyət evində yaşayır və yaşadığı evin apısı həmişə açıq olur. O, ailə üzvləri ilə birlikdə yaşayır. Oğlu həyətdəki digər evdə yaşayır. Həmin həyətdə başqa qonşu yoxdur. Polis əməkdaşları evdən onu aparan zaman heç kəs bunun şahidi olmamışdır. Heç vaxt mobil telefon istifadə etməmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Cinayət Məcəlləsi
25. Maddə 234.4.3. Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma; külli miqdarda törədildikdə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
26. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
27. Maddə 18.1. Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.
28. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir
29. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir
30. Maddə 56.1.3. Cəzaçəkmə müəssisəsinin yeri xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir.
31. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
32. Maddə 59.2 Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.
33. Maddə 61.1. Cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi:
34. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
35. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
36. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
37. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
38. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
39. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir
40. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
41. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu:
42. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən narkotik vasitə qurudulmuş marixuana təmiz halda 5 qrama qədəri xeyli miqdarı, 500 qramdan artıq miqdarı külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu
43. Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir.
44. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir.
45. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
46. Maddə 1.0.11. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarı
47. Qərarın 9-cu bəndi. Məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı
48. Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
49. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz Avropa Məhkəməsinin presedent hüququ:
50. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər” Məhkəmənin hüquqi dəyərləndirməsi
51. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə düzgün tövsif edilməmişdir.
52. Məhkəmə istintaqı zamanı aparılmış tam, hərtərəfli və obyektiv araşdırma zamanı təqsirləndirilən şəxsin “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə edib üzərində saxlamaqla daşıması” barədə verilmiş ittiham, yəni Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir.
53. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs həmçinin Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verərkən sonuncunun konkret olaraq kiminlə, nə vaxt, hansı şəraitdə və sair hallarda birgə cinayət törətməyə razılaşması, iştirakçıların əməlinin nədən ibarət olması və digər xüsusatları nəinki müəyyən etmiş, sadəcə olaraq adı “Əli” kimi məlum olan İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə qanunsuz olaraq narkotik maddəni əldə edib bir qrup şəxs halında hərəkət etməsi”ni göstərməklə kifayətlənmişdir. Qeyd edilən qənaətə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs özünün ilkin ifadələrindən başqa hansı mötəbər sübutlar əsasında, necə və hansı əsasla gəlməsi isə iş materialları ilə müəyyən olunmur. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ibtidai araşdırma orqanı şəxsə ittiham elan edərkən qanunvericiliyin tələblərinə müvafiq olaraq onun nədən müdafiə olunmalı olması hüququnu tam təmin etməmiş, qabaqcadan əlbir olduğu şəxsin kim olması, harada yaşaması və ya cinayətin subyekti olub-olmaması və sair hallar müəyyən edilməmiş, habelə məhkəmə istintaqı zamanı belə sübutlar təqdim edilməmişdir.
54. Bundan başqa, məhkəmə kollegiyası qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 7.0.20-ci maddəsində əsasən “ittiham – bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”.
55. Cinayət-Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən “cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir.
56. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli Plenum qərarında da (31-ci bənd) iştirkaçılıqla törədilən cinayətlərlə əlaqədar ittihamda və məhkəmə aktlarında hər bir iştirakçının hərəkətlərinin və ya hərəkətsizliyinin nədə ifadə olunmasının, onların rollarının göstərilməsinin vacibliyi vurğulanmışdır.
57. Bu səbəbdən şəxsə qarşı irəli sürülmüş qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayət törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, birgə cinayət törətmək barədə razılaşmanın qabaqcadan, yəni cinayətin obyektiv cəhətinin yerinə yetirilməsinə başlanılana qədər əldə olunduğuna dəlalət edən zaman, məkan, üsul barədə məlumatları nəzərdə tutması, narkotik vasitənin qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin törədilməsi şəxsə isnad edilirsə bu əməllərin hər birinin yerinə yetirilməsində hər bir iştirakçının rolunun, hərəkətlərinin nədən ibarət olmasının əks etdirməsi tələb olunur.
58. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda isə narkotik vasitənin əldə edilməsi, saxlanılması, daşınması, satışı əməllərinin Təqsirləndirilən şəxs və “Əli” adlı şəxsin qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində (birgə) törədildiyi qeyd olunsa da, razılaşmanın nə vaxt, harada, hansı üsulla əldə olunduğu, eləcə də təqsirləndirilən şəxsin sözügedən əlamətlə (birgə törədilməsi iddia edilən - əldə etmə, saxlama, daşıma, satma kimi əməllərlə) uzlaşdırıla biləcək konkret hərəkətləri göstərilməmişdir. Ümumiyyətlə, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittihamın məzmununu CPM-in 7.0.20 və 223.3.2-ci maddələrinin tələbləri və Ali Məhkəmənin Plenumunun “Məhkəmə hökmü haqqında” qərarının 31-ci bəndi ilə müqayisə etdikdə görünür ki, əslində bu ittiham cinayət təqibi orqanının müəyyən edə bilmədiyi (ona məlum olmayan), lakin həmin normalara, CPM-in 139.0-cı maddəsinə və Plenum qərarının müddəalarına görə müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edən halların sadalanmasından (“naməlum vaxtda və yerdə”, “şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikasının vətəndaşı”, “”istintaqla müəyyən edilməyən vaxtda”, “istintaqla müəyyən edilməyən mənbədən ” kimi konkretləşdirilməyən ifadələr toplusundan) ibarətdir.
59. Özü üçün belə bu qədər “naməlumlar” olduğu vəziyyətdə cinayət təqibi orqanının təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə - qabaqcadan əlbir olan bir qrup şəxsin tərkibində narkotik madədənin əldə edilməsi, daşınması, saxlanması, satışı üzrə əməlləri başqa şəxslə birgə törətməsi barədə ittiham irəli sürməsi onu göstərir ki, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən məsələlərə dair ciddi və aradan qaldırılmayan şübhələlər olduğu halda –CPM-in 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinin ziddinə olaraq təqsirləndirilən şəxsə qarşı həmin maddə ilə ittiham irəli sürülmüş və baxılması üçün məhkəməyə göndərilmişdir.
60. Beləliklə məhkəmə belə qərara gəlir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın “qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması” ilə bağlı verilmiş ittihamda təqsirliliyi sübuta yetirilməməsi əsası ilə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham ona qarşı irəli sürülmüş ümumi ittihamdan xaric edilməlidir.
61. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı narkotik vasitəni satış məqsədilə əldə etməsi, saxlaması və daşımasına dair irəli sürülmüş ittiham toplanmış sübutlarla tam olaraq təsdiq olunur. Bununla bağlı ittiham tərəfinin təqdim etdiyi sübutların şübhə altına alınması üçün əsaslar yoxdur. Eyni zamanda təqsirləndirilən şəxsdə aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması və digər sübutlar narkotik vasitənin məhz satış məqsədilə əldə edilməsinə dəlalət edir
62. Narkotik vasitənin təqsirləndirilən şəxsin üzərindən və evindən aşkar edilməsi, qablaşdırılması, həmin vasitələrin kimyəvi tərkibinin müəyyən edilməsi ilə bağlı ilkin sübutların əldə edilməsi ilə əlaqədar istintaq hərəkətlərinin etibarsız hesab olunması üçün əsaslar müəyyən edilmədiyindən həmin hərəkətlərin nəticələri iş üzrə mötəbər sübutlar kimi qəbul edilir.
63. Təqsirləndirilən şəxsdə aşkar edilərək götürülmüş narkotik vasitənin növü qadağan olunmuş əşya olduğundan və miqdarı qüvvədə olan qanunvericiliyə əsasən külli miqdar təşkil etdiyindən irəli sürülmüş ittihama uyğun cinayət məsuliyyəti yaradır.
64. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər keçərli deyil. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs tutulduqdan sonra ona psixoloji və fiziki təsir göstərilməsi barədə etirazlar etməmiş, bu barədə ibtidai araşdırma zamanı, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən nə özü, nə vəkili və nə də başqa şəxslər bildirməmiş, istintaq təcridxanasına yerləşdirilərkən üzərində hər-hansı xəsarət olması və ya döyülməsi barədə məlumat verməmişdir. Həmçinin o, məhkəmə istintaqı zamanı da ona qarşı psixoloji təzyiq edildiyini, fiziki zorakılığa məruz qalmadığını bildirmişdir. Nəzərə almaq lazımdır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək vəzifəsindən azad edən hal deyil.
65. Məhkəmənin mövqeyinə görə müdafiə tərəfinin irəli sürdüyü dəlillər heç bir sübutla dəstəklənmədiyi, ittiham tərəfinin təqdim etdiyi sübutlar isə sübutun yolverilənliyini təsdiq etdiyindən müdafiə tərəfinin dəlilləri əsassız hesab edilməlidir (qərarın 36-cı bəndi)
66. Məhkəmə təqsirləndirilən şəxsdə aşkar edilmiş qurudulmuş marixuananın şəxsi istehlak miqdarından dəfələrlə artıq və bükümlərə ayrı-ayrı bölünüb saxlanmış halda olmasını habelə iş üzrə toplanmış digər sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, o, narkotik vasitəni məhz satış məqsədilə əldə etmişdir.
67. Məhkəmə baxışı gedişində tədqiq olunmuş yuxarıda qeyd olunan sübutların məcmusu təqsirləndirilən şəxsin cinayətdə təqsirini təsdiq etdiyi üçün məhkəmə ittiham hökmü çıxarmaq qənaətinə gəlir. (qərarın 34-cü bəndi)
68. Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanunun müvafiq normasının sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
69. Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (qərarın 29,30-cu bəndləri).
70. Cinayət işinə əlavə edilmiş hökmə əsasən Saqiyev X7 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay 28 gün müddətinə müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2023cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən xx.xx.2023-cü il tarixdən, iki il keçmədən, yəni 13 yanvar 2025-cü il tarixdə yenidən cinayət törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayəti törədən zaman məhkumluğu ödənilməmiş və əməlində cinayətlərin residivi vardır.
71. Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu qüvvədə olan cinayət qanunvericiliyinin müddəalarına əsasən cinayətin residivini yaradır. Bu hal təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal hesab edilir. (qərarın 33-cü bəndi)
72. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin himayəsijndə bir yetkinlik yaşına çatmamış övladının olması onun əməlini yüngülləşdirən haldır.(qərarın 32-ci bəndi)
73. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər dəfələrlə cinayət törətməsi və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzalarının onun islah olması üçün yetərli olmamasını, cinayət törətməyə meylli şəxs kimi səciyyələndiyini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halın mövcudluğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin yarısından az olmamaqla ədalətli cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar
74. Təqsirləndirilən şəxs əməlində residiv olduğundan cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. (qərarın 31-ci bəndi)
75. İşdə olan tutma protokolundan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 15 yanvar 2025-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı üçün həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə bir günə bir gün hesablanmaqla daxil edilməlidir (qərarın 38-ci bəndləri).
76. Məhkəmə hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir
77. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir.
78. İş üzrə maddi sübut olan, Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından qalıq qalmış 12452,4 qram narkotik vasitə qrudulmuş marixuana məhv edilməlidir. Digər maddi sübut - şəxsin üzərində axtarış və götürmə aparılması zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 2 ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır (qərarın 40-cı bəndi)
79. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq ona narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2025-ci tarixdən Bakı şəhər Narkoloji mərkəzdə «F11.2» (Opioidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatında olmasını nəzərə alır.
80. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (qərarın 41-ci bəndi)
81. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ümumi ittihamdan Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə olan ittiham xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2025-ci tarixdən Bakı şəhər Narkoloji mərkəzdə «F11.2» (Opioidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatında olması nəzərə alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Bakı Şəhər Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından qalıq qalmış 12452,4 qram narkotik vasitə qrudulmuş marixuana məhv edilsin, üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 2 (iki) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78 (yetmiş səkkiz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Aygün Qurbanova Hakimlər Telman Hüseynov Fərid Namazov