Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1565/2021 22.11.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Əli İrfan oğlunun sədrliyi, Hüseynov Telman Qulaməli oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan, Masallı şəhəri, M.Müşfiq küçəsi, ev 10-da qeydiyyatda olan və həbs olunanadək faktiki olaraq ünvan 4-da kirayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə, xx xxxxxx 1971-ci ildə Neftçala şəhəri, Novovasilyevka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 2-da qeydiyyatda olan və həbs olunanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr tiryəki, metadonu, külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda güclü təsir edən maddə sayılan preqabalini əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs2 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən 3 (üç) ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 4,275 qram, 0,843 qram və 0,421 qram, ümumi təmiz çəkisi 5,539 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 3 (üç) ədəd bükümdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 54,821 qram, 0,955 qram və 0,824 qram, ümumi təmiz çəkisi 56,60 qram olan xaş-xaş bitkisindən kutar üsulla hazırlanmış narkotik vasitə tiryək, 15 (on beş) ədəd bütöv, 1 (bir) ədəd blister kəsiyində külli miqdarda təsiredici maddəsinin ümumi çəkisi 23,1 qram təşkil edən ümumilikdə 154 həb güclü təsir edən maddə preqabalin dərman preparatı, 2 (iki) ədəd blister kəsiyində təsiredici maddəsinin ümumi çəkisi 0,68 qram təşkil edən ümumilikdə 17 həb narkotik vasitə metadon dərman preparatı əldə edib üstündə gəzdirməklə daşıyıb saxlamış və 18 avqust 2021-ci il tarixdə 2 (iki) ədəd bükümdə ümumi çəkisi 1,264 qram olan psixotrop maddə metamfetamini 40 manat pul müqabilində tanışı Təqsirləndirilən şəxs1 satdıqdan sonra, Təqsirləndirilən şəxs1 həmin gün saat 23:00 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində yerləşən 56 saylı binanın qarşısında narkotik vasitələri qəbul etməkdə şübhəli şəxs qismində saxlanılıb 35-ci Polis bölməsinə aparılaraq videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman gödəkçəsinin sol yan cibindən həmin 2 (iki) ədəd bükümdə ümumi çəkisi 1,264 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Keçirilmiş tədbirlərin davamı olaraq Təqsirləndirilən şəxs2 19 aprel 2021-ci il tarixdə, saat 00:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində saxlanıldığı zaman onun “Saipa Saina” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olduğu zaman avtomobilin pəncərəsindən kənara atdığı 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,275 qram olan psixotrop maddə metamfetamin, 3 (üç) ədəd bükümdə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 54,821 qram, 0,955 qram və 0,824 qram, ümumi təmiz çəkisi 56,60 qram olan xaş-xaş bitkisindən kutar üsulla hazırlanmış narkotik vasitə tiryək, 15 (on beş) ədəd bütöv, 1 (bir) ədəd blister kəsiyində külli miqdarda təsiredici maddəsinin ümumi çəkisi 23,1 qram təşkil edən ümumilikdə 154 həb güclü təsir edən maddə preqabalin dərman preparatı, 2 (iki) ədəd blister kəsiyində təsiredici maddəsinin ümumi çəkisi 0,68 qram təşkil edən ümumilikdə 17 həb narkotik vasitə metadon dərman preparatı və 1 (bir) ədəd elektron tərəzi ünvan 1 ünvanda yolun hərəkət hissəsinin sağ kənarında polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 ilə bağlı gəldiyi nəticəyə görə, o, satış məqsədi olmadan qanunsuz olaraq 18 aprel 2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında tanışı Təqsirləndirilən şəxs2 oğundan 40 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram və 0,421 qram, ümumi təmiz çəkisi 1,264 qram olan psixotrop maddə metamfetamin əldə edib, üstündə gəzdirməklə saxlamışdır. Təqsirləndirilən şəxs1 18 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin qəbulunda şübhəli şəxs qismində saxlanılıb 35-ci Polis bölməsinə aparılaraq üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman gödəkçəsinin sol yan cibindən həmin 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 1,264 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, təxminən iki ilə yaxındır ki, narkotik vasitələrdən istifadə edir. O, əsasən psixotrop maddə metamfetamindən və narkotik vasitə tiryəkdən istifadə etmişdir. Hadisə baş verən gün o, yaşadığı məhəllədə meyvə-tərəvəz satan İlqar adlı şəxslə mübahisə etmişdir. Onların arasında sözlü mübahisə yaranmışdır. Onunla İlqar arasında mübahisə yarandığı zaman mübahisəyə digər şəxslər də qoşulmuşdur. Sonra mübahisə barədə kimsə polis orqanına məlumat vermiş və həmin əraziyə Post Patrul Xidmətinin əməkdaşları gəlmişlər. O və onun yanında olan dostları mübahisəyə görə tutulmaqdan qorxduqları üçün oradan uzaqlaşmaq qərarına gəlmişlər. Ona görə də o, yanında olan dostu Samirə onun maşınına oturub sürməyi və onu oradan uzqlaşdırmağı demişdir. Həm baş vermiş mübahisəyə, həm də həmin yerə polis əməkdaşları gəldiyinə görə o, qorxduğundan həyacanlı olmuşdur. Ona görə o, özü maşını sürmək istəməmişdir. Bundan sonra Samir maşının sükan arxasına, Vasif adlı digər dostu qabaq sərnişin oturacağına, o da arxa oturacağa oturmuşdur. Həmin vaxt ona soyuq olduğundan o, Kamran adlı dostundan gödəkçəsini gətirib ona verməsini xahiş etmişdir. Kamran da onun gödəkçəsini gətirib maşının şüşəsindən uzatmışdır. Həmin vaxt Kamran qabaq oturacağın üstünə 1 (bir) dənə qutu da qoymuşdur Lakin o, həyacanlı olduğundan həmin qutuya fikir verməmişdir. Həmçinin Kamranın maşına qoyduğu qutu bağlı olduğundan o, qutunun içərisində nə olduğunu bilməmişdir. Kamran ona gödəkçəni verdikdən dərhal sonra Samir maşını sürmüş və onlar oradan uzaqlaşmışlar. Post Patrul Xidmətinin maşını da onları təqib etməyə başlamışdır. Polis əməkdaşları onları təxminən 10-15 dəqiqə təqib etmişlər. Sonra onların olduğu maşın yolun kənarında olan daşa (bardura) dəyərək dayanmışdır. Polis əməkdaşları həmin vaxt onun olduğu maşına yaxınlaşmışlar və onları tutaraq Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinə aparmışlar. Orada ona fiziki zor tətbiq etmişlər. Polis əməkdaşları onu “maşında həmin vaxt narkotik vasitə olması və onun həmin narkotik vasitəni satmaq istəməsi” məzmunda ifadə verməyə məcbur etmişlər. Lakin o, bununla razılaşmamışdır. O, tutulduqdan bir neçə saat sonra, təxminən gecə saat 01:00 radələrində polis əməkdaşları onu tutulduğu yerə, yəni Gəncə prospektində yerləşən zibil qutularının yanına aparmışlar. Orada polis əməkdaşlarından biri zibil qutularının yanında olan səkiyə bir neçə bükümü yerləşdirmişdir. O, polis əməkdaşının həmin bükümləri yerləşdirməsini şəxsən görmüşdür. Sonra polis əməkdaşları onu özlərinin düzdüyü bükümlərin ona aid olmasını etiraf etməyə məbcbur etmişlər. O isə həmin bükümlərin ona məxsus olmadığını bildirmişdir. Səkiyə düzülmüş bükümlərdə olan vasitələr ona məxsus olmamışdır. O, özü narkotik vasitədən istifadə etsə də, tutulduğu gün üzərində narkotik vasitə olmamışdır. O, heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2021ci ilin aprel ayından narkotik vasitələrdən istifadə edir. O, narkotik vasitələri tanımadığı şəxsdən almışdır. O, saxlanılan zaman üzərində 2 (iki) bükümdə psixotrop maddə metamfetamin olmuşdur. O, həmin metamfetamini öz istifadəsi üçün almışdır. Ağrıları olduğundan o, tez-tez metamfetamindən istifadə etmişdir. O, vərəm xəstəsidir və İİ qrup əlildir. İttiham aktında göstərilmiş bükümlər həqiqətən o, saxlanıldığı zaman üzərində olmuşdur. O, törətdiyi əməldən çox peşmandır. Təqsirləndirilən şəxs1 ifadəsində, həmçinin göstərmişdir ki, Təqsirləndirilən şəxs2 ona heç vaxt narkotik vasitə verməmiş və satmamışdır. O, həmişə narkotik vasitəni və psixotrop maddəni tanımadığı şəxslərdən almışdır. O, narkotik vasitə və psixotrop maddələr aldığı şəxslərin adlarını və yaşadıqları yerləri bilməmişdir. O, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə almasını təzyiq altında demişdir. Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiklərinin nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ayrı-ayrılıqda verdikləri ifadələri, şahid ifadələrini, elan olunmuş şahid ifadəsini, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini həqiqətən də törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsi və aşkarlanmış külli miqdarda narkotik vasitələr olan tiryəkin, metadonun, külli miqdarda psixotrop maddə metamfetaminin və külli miqdarda güclü təsir edən maddə olan preqabalinin ona məxsus olmaması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilsə də, ibtidai istintaq zamanı vermiş olduğu ifadədən fərqli məzmunda ifadə verərək üzərindən aşkar edilmiş 2 (iki) ədəd bükümdə olan psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 almasını inkar etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 bu hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə tanışı Təqsirləndirilən şəxs2 müdafiə etmək məqsədi güdmüşdür. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 bir müddətdir ki, tanıyır. O, Natiqə meyvə daşımasında kömək etmiş və sonradan Natiqin ailə üzvlərini Natiqin tapşırığına əsasən gedəcəkləri yerlərə aparmışdır. Belə ki, Natiq ona özünə məxsus “Saipa Saina” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili vermiş və o, həmin avtomobillə Natiqin ailəsinə sürücülük etmişdir. 18 aprel 2021-ci il tarixdə Natiq ona zəng vuraraq məhəllədə dava-dalaş olduğunu bildirmiş və özünü aparması üçün onu yaşadığı məhəlləyə çağırmışdır. O da Natiqin “Panorama Park” yaşayış massivində yaşadığı məhəlləyə getmiş və həmin vaxt məhəllədə aləmin bir-birinə dəydiyini görmüşdür. Bu vaxt Natiq təcili olaraq oradan aparmağı ona demişdir. O da avtomobilə oturaraq mühərriki işə salmışdır. Bu vaxt Natiq avtomobilin arxa oturacağına, Natiqin dostu Vasif isə avtomobilin qabaq oturacağına oturmuşdur. Birdən Natiq digər dostu Kamrana müraciət edərək gödəkçəsini gətirməyi demişdir. Kamran da əlində Natiqin gödəkçəsini və balaca çantanı gətirərək arxa qapını açmış və həmin əşyaları Natiqə vermişdir. Sonra o, avtomobili sürərək oradan uzaqlaşmışdır. O, oradan uzaqlaşan zaman idarə etdiyi avtomobilin arxasınca Post Patrul avtomobilinin gəldiyini görmüşdür. Natiq həmin vaxt ona avtomobili sürətlə sürməyi və polislərdən uzaqlaşmağı bildirmişdir. O da qorxduğundan Natiqin dediyi kimi etmişdir. O, Natiqin dava-dalaş hadisəsinə görə polis əməkdaşları tərəfindən axtarıldığını düşünmüş və sonuncuya köməklik etmək məqsədi ilə avtomobili Gəncə prospekti ilə Xəzər dairəsi istiqamətində sürmüşdür. O, Gəncə prospektində döngəni döndüyü zaman avtomobilin qabaq sərnişin tərəfindən olan pəncərəsindən Natiqin çantasını çölə atdığını görmüşdür. Lakin həmin vaxt o, polisləri “azdırmaq” istədiyindən Natiqdən çantasını niyə çölə atdığını soruşmamışdır. Polis avtomobili onları təqib etdiyinə görə o, avtomobili sürətlə sürmüş və ona görə də birdən idarə etdiyi avtomobil yolun kənarında olan daşa (bordürə) çırpılmışdır. Bu vaxt polis əməkdaşları yaxınlaşaraq onları tutmuşlar və Polis İdarəsinə aparmışlar. Onun narkotik vasitələrə heç bir aidiyyəti olmamışdır. Ona görə də polislər onu sonradan buraxmışlar. Lakin polis əməkdaşları Natiqi buraxmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2 Masallı rayonundan məhəllə adamı kimi tanıyır. Onların arasında həmişə yaxşı münasibətlər olmuşdur. 18 aprel 2021-ci il tarixdə səhər saatlarında o, Natiqə zəng edib yemək yeməyi təklif etmişdir. Natiq də ona etiraz etməyərək həmin gün axşam Yeni Günəşli qəsəbəsində yerləşən “Qartal” heykəlinin qarşısında görüş təyin etmişdir. Həmin gün o, Natiq ilə danışdığı ünvana gedib yenidən sonuncuya zəng edərək həmin ünvana gəldiyini və Natiqə də ora gəlməsini demişdir. Natiq isə işləri olduğu üçün yubandığını demiş və onu götürmək üçün sürücüsünü göndərəcəyini, sonradan isə özünün onlara qoşulacağını bildirmişdir. O da Natiqlə razılaşmışdır. Təxminən 15-20 dəqiqədən sonra Natiqin dostu Samir “Saipa" markalı avtomobillə gəlib onu “Antalya” restoranına aparmışdır. Onlar restorana çatdıqda, Samir Natiqin onlara restoranda oturub yemək yəməklərini tapşırdığını demişdir. Samir, həmçinin ona Natiqin yaxın vaxt ərzində onların yanına gələcəyini demişdir. Bundan sonra o, Samirlə birlikdə restoranda oturub yemək yeməyə başlamışdır. Onlar yemək yeyərkən Natiq Samirə zəng edərək özünün olduğu yerdə dava-dalaş hadisəsinin baş verdiyini bildirmiş və onların təcili olaraq həmin ünvana gəlmələrini xahiş etmişdir. Bundan sonra onlar dərhal restorandan çıxaraq avtomobilə əyləşib Natiqin olduğu ünvana getmişlər. Onlar həmin ünvana çatdıqda, binanın həyətində çoxlu sayda insanın toplaşdığını görmüşlər. Həmin vaxt onlar Natiqin dava-dalaş etdiyini görməmişlər. Lakin o, abu-havadan Natiqin orada kiminləsə dalaşdığını başa düşmüşdür. X15 çağırmışdır. Natiq də gələrək onların oturduqları maşının arxa oturcağında əyləşmişdir. Həmin vaxt maşını Samir idarə etmişdir. O isə qabaq oturacaqda oturmuşdur. Natiq maşına oturan kimi cəld şəkildə Samirə maşını sürərək oradan uzaqlaşmasını tapşırmışdır. Samir maşını sürmək istədikdə, Natiq orada olan Kamrana müraciət edərək sonuncudan gödəkçəsini gətirməsini xahiş etmişdir. Kamran da qısa müddət ərzində binanın blokuna gedib-gələrək Natiqin gödəkçəsini və çantasını gətirib Natiqə vermişdir. Kamran özü isə maşına əyləşməmişdir. Bundan sonra Samir cəld şəkildə maşını sürərək oradan uzaqlaşmağa başlamışdır. Onlar binanın tinindən döndükləri zaman maşının arxasınca Post Patrul avtomobilinin gəldiyini görmüşlər. O, dəfələrlə Samirdən maşını saxlamasını tələb etsə də, Natiq Samirin üstünə qışqıraraq sonuncudan maşını tez sürməsini və polislərdən yayınmasını tapşırmışdır. Samir də Natiqin tapşırığını icra etmişdir. Samir Natiqin dava-dalaş hadisəsinə görə polis əməkdaşları tərəfindən axtarıldığını düşünüb Natiqə köməklik etmək məqsədi ilə avtomobili sürətlə sürmüşdür. Onlar bir qədər uzaqlaşdıqdan sonra Samir maşını yola yaxın yerdə yerləşən binaların birinin həyətinə vermiş və birdən maşının təkəri partlamışdır. Samir də məcbur olub maşını saxlamışdır. Bu vaxt polis əməkdaşları maşına yaxınlaşaraq onları tutmuşlar və 35-ci Polis bölməsinə aparmışlar. Onlar Polis bölməsinə getdikləri zaman orada Elçin adlı şəxsin də olduğunu görmüşlər. O, Elçini yalnız bir dəfə görmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 18 aprel 2021-ci il tarixdə, saat 23:00 radələrində polis serjantı Şahid5la birlikdə təhkim olunmuş inzibati ərazi üzrə avtopatrulla Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsində xidmətdə olduqları zaman həmin küçədə yerləşən 56 nömrəli binanın qarşısında bir nəfər şəxsin səs-küy yaratdığını görərək həmin şəxsə yaxınlaşmışlar. Onlar həmin şəxsə yaxınlaşdıqdan sonra xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onların yaxınlaşdığı şəxs Salyan rayon sakini olmuşdur. O, həmin şəxslə ünsiyyətdə olduğu zaman sonuncunun narkotik vasitələr qəbul etməsindən şübhələnmiş və ona görə də həmin şəxsi yaxınlıqda yerləşən 35-ci Polis bölməsinə dəvət etmişdir. Onlar Polis bölməsində olduqları zaman yenidən həmin ünvanda mübahisə yaranması barədə məlumat almışlar. Bundan sonra onlar dərhal Polis bölməsindən çıxıb həmin mübahisə olan məhəlləyə getmişlər. Onlar ora çatdıqda, adının Natiq olduğunu sonradan bildiyi şəxsin “Saipa Saina” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağına oturduğunu görmüşlər. Onlar xidməti avtomobillə “Saipa Saina” markalı avtomobilə yaxınlaşdıqda, avtomobilin sürücüsü avtomobili dərhal işə salaraq oradan sürüb getmişdir. Onlar da xidməti avtomobil ilə həmin avtomobilin arxasınca getmişlər. “Saipa” markalı avtomobili idarə edən şəxs Gəncə prospekti ilə Xəzər dairəsi istiqamətində uzaqlaşmağa çalışmışdır. Onlar Gəncə prospekti ilə hərəkət edib “Saipa” markalı avtomobili müşahidə etmişlər və Gəncə prospekti 105 saylı ünvanda avtomobilin qabaq sağ yan pəncərəsindən 1 (bir) ədəd şübhəli qutunun çölə atıldığını görmüşlər. Bununla belə, onlar xidməti avtomobili saxlamayaraq hərəkəti davam etdirmişlər və yardım məqsədi ilə əlavə avtopatrul çağırmışlar. “Saipa” markalı avtomobilin sürücüsü hərəkətdə olarkən qarşı küçədən digər PPXB-nin avtomobilinin gəldiyini gördükdə, avtomobili prospektdə yerləşən məhəllələrin birinin içərisinə sürərək uzaqlaşmaq istəmişdir. Lakin həmin vaxt “Saipa” markalı avtomobilin qabaq sol yan təkəri yol kənarındakı plitəyə dəymiş və nəticədə avtomobilin təkəri partlamışdır. Bundan sonra avtomobilin sürücüsü məcbur olub avtomobili saxlamışdır. Həmin vaxt artıq saat təxminən 00:10 radələri olmuşdur. Onlar avtomobilə yaxınlaşdıqda, həmin avtomobildə olan 3 (üç) nəfər şəxs avtomobildən düşərək qaçmağa cəhd göstərmişlər. Lakin onun və digər polis əməkdaşlarının çevikliyi nəticəsində həmin şəxslər onlardan qaça bilməmişlər. Onlar həmin şəxslərin üçünü də saxlamışlar. Sonra onlar saxladıqları şəxsləri və “Saipa” markalı avtomobillə birlikdə baş vermiş hadisəni araşdırmaq üçün Polis bölməsinə aparmışlar. Onlar baş verənlərlə bağlı raport tərtib edərək Polis bölməsinin rəhbərliyinə hadisə barədə məruzə etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Sonra onlar Gəncə prospekti 105 saylı ünvanında “Saipa” markalı avtomobilin qabaq sağ yan pəncərəsindən 1 (bir) ədəd şübhəli qutunun çölə atıldığı yerə Təqsirləndirilən şəxs2 və sonuncunun hüquqlarının müdafiəsi ilə dəvət edilmiş müdafiəçi ilə birlikdə getmişlər. Həmin ünvanda Təqsirləndirilən şəxs2 şübhəli qutunun atıldığı yeri göstərməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 da yolun hərəkət hissəsinin kənarını işarə edərək, avtomobildə polislərdən qaçarkən narkotik vasitələrin həmin yerə atıldığını bildirmişdir. Bundan sonra həmin yerə baxış keçirilərkən o, hazırda xatırlamadığı miqdarda və dağılmış vəziyyətdə narkotik vasitə, psixotrop maddə və 1 (bir) ədəd elektron tərəzinin aşkar edildiyini görmüş və bundan sonra həmin predmetlər onlar tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra onlar birlikdə Polis bölməsinə qayıtmışlar. Polis bölməsində aşkar edilmiş predmetlərlə bağlı protokol tərtib olunmuş və iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 həmin predmetləri bir neçə gün əvvəl satmaq məqsədi ilə aldığını onlara bildirmişdir. Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs2 təxminən bir ilə yaxındır ki, tanıyır. O, Natiq ilə təsadüf nəticəsində tanış olmuş və sonradan onların arasında normal münasibətlər olmuşdur. 18 aprel 2021-ci il tarixdə, təxminən saat 21:00 radələrində o, Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi ilə hərəkət etdiyi zaman təsadüfən məhəllələrin birindən səs-küy gəldiyini eşitdiyindən həmin yerə yaxınlaşmışdır. O, həmin ərəfədə insan toplusu arasında dayanıb nə baş verdiyi aydınlaşdırmağa çalışmışdır. Sonra o, təsadüfən kiminsə onu çağırdığını eşitmiş və geriyə döndüyündə tanışı Natiqin həmin ünvanda yerləşən binanın blokların birinin qarşısında durub onu çağırdığını görmüşdür. Sonra o, Natiqə yaxınlaşmışdır. Həmin vaxt Natiq həyəcanlı vəziyyətdə dayandığı blokun 1-ci mərtəbəsindəki mənzili işarə edib həmin mənzildə yaşayan Elçin adlı şəxslə aralarında problem yaşandığını, həmçinin Elçinin qeyd etmədiyi səbəbə görə polis əməkdaşları tərəfindən saxlanıldığını demişdir. Sonra Natiq ondan Elçinin yaşadığı mənzildə olan yataq otağındakı çarpayının üzərində qalmış 1 (bir) ədəd qara rəngli çantasını və 1 (bir) ədəd qırmızı rəngli gödəkçəsini götürərək verməsini xahiş etmişdir. O, Elçin adlı şəxsi Natiqin yanında bir neçə dəfə gördüyündən tanımışdır. Buna baxmayaraq, onunla Elçin arasında heç bir münasibət olmamışdır. Natiqin deməsindən sonra, o, Elçinin yaşadığı mənzilə yaxınlaşmış və qapının açıq olduğunu görüb mənzilə daxil olmuşdur. Sonra o, dərhal yataq otağına keçmiş və Natiqin dediyi kimi oradakı çarpayının üzərində 1 (bir) ədəd qara rəngli çanta və 1 (bir) ədəd qırmızı rəngli gödəkçə aşkar edərək həmin əşyaları götürmüş və cəld şəkildə mənzili tərk etmişdir. O, mənzili tərk edib çölə çıxdıqda, Natiqin “Saipa Saina” markalı avtomobilin arxa oturacağına əyləşdiyini görmüşdür. O, avtomobilin sükanı arxasında və qabaq sağ yan oturacaqda da, kiminsə əyləşdiyini görmüş, lakin həmin şəxslərin kim olduqlarını bilməmişdir. Sonra o, Elçinin mənzilindən götürdüyü 1 (bir) ədəd qara rəngli çatanı və 1 (bir) ədəd qırmızı rəngli gödəkçəni Natiqə vermiş və bundan sonra oradan uzaqlaşmışdır. O, bundan sonra baş verənləri, habelə Natiqə verdiyi 1 (bir) ədəd qara rəngli çantanın və 1 (bir) ədəd qırmızı rəngli gödəkçənin içərisində nəyin olduğunu bilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, elan olunmuş şahid ifadəsini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 4) görünür ki, həmin gün Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları xidmətdə olarkən saat 23:30 radələrində ünvan 3 ünvanının qarşısında bir nəfərin özünü şübhəli aparmasını hiss edərək həmin şəxsə yaxınlaşmışlar və həmin şəxsi 35-ci Polis bölməsinə dəvət etmişlər. 35-ci Polis bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 13) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 20) görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 21-22) görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən o, əynində olan boz rəngli idman gödəkçəsinin sol yan cibindən 2 (iki) ədəd şəffaf sellofana bükülmüş kristal formalı spesifik iyə malik maddəni çıxarıb təqdim etmiş və həmin maddənin psixotrop maddə metafetamin olduğunu, həmin psixotrop maddə metamfetamini Natiq adlı şəxsdən 40 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 2 (iki) ədəd bükümdə psixotrop maddə metafetaminə bənzər kütlə qablaşdırılaraq götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli raportdan (cild 1, iş vərəqə 28) görünür ki, həmin gün Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları xidmətdə olarkən saat 00:10 radələrində ünvan 3 ünvanının yaxınlığında “Saipa Saina” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində əyləşmiş 3 (üç) nəfər şəxs avtopatrul xidmətini gördükdə, özlərini şübhəli apararaq dərhal avtomobili sürərək həmin ərazidən uzaqlaşmağa çalışmışlar. Lakin həmin şəxslər saxlanılaraq 35-ci Polis bölməsinə aparılmışlar. 35-ci Polis bölməsində həmin şəxslərin Təqsirləndirilən şəxs2, Şahid1 və Şahid2 olması müəyyən edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan (cild 1, iş vərəqə 37) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında qərardan (cild 1, iş vərəqə 43) görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış və götürmə aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 44-45) görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmış, lakin həmin vaxt onun üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan (cild 1, iş vərəqə 48-49) görünür ki, Təqsirləndirilən şəxs2 göstərdiyi istiqamətdə yolun sağ kənar hissəsində Gəncə prospektindən Xəzər dairəsi adlanan istiqamətdə səkinin kənarına paralel şəkildə səpələnmiş halda üzərində “Preqabalin 150” yazısı olan 10 ədəd konvalyutda ümumilikdə 154 həb, 2 ədəd üzərində “Methadone 40” yazısı olan konvalyutda ümumilikdə 17 ədəd həb, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd şəffaf rəngli sellofan büküm, içərisində narkotik vasitə tiryəkə bənzər maddə olan 3 ədəd şəffaf rəngli sellofan büküm və üstündə batareyası olmayan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən (cild 1, iş vərəqə 52-53) görünür ki, “Saipa Saina” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisinə baxış keçirilmiş, lakin həmin vaxt qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, habelə digər əşya və predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1534 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 73-75) görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərində və.s” yazılar və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram və 0,421 qram, ümumi təmiz çəkisi 1,264 qram təşkil edən ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 2 (iki) ədəd bükümdəki psixotrop maddə metamfetamin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 6/1533 saylı ekspertiza rəyindən (cild 1, iş vərəqə 78-80) görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş və üzərində “vət.Təqsirləndirilən şəxs2 üzərində və.s” yazılar və imzalar olan zərfdə 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 54,821 qram, 0,955 qram və 0,824 qram, ümumi təmiz çəkisi 56,60 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 3 (üç) ədəd bükümdəki tiryək kütlələri kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,275 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Üzərlərində “Preqabalin” göstəriciləri olan 15 ədəd bütöv, 1 ədəd blister kəsiyində ümumilikdə 154 ədəd göy/narıncı rəgli dərman kapsulalarının tərkibində güclü təsir edən maddə pregabalin müəyyən edilmişdir. 154 kapsulda pregabalinin təsiredici maddəsinin ümumi çəkisi 23,1 qram təşkil edir. Üzərində “Methadone 40” göstəriciləri olan 2 ədəd blister kəsiyində ümumilikdə 17 ədəd üzərilərində “M40” yazısı həkk olunmuş dərman tabletlərinin tərkibində narkotik vasitə metadon müəyyən edilmişdir. 17 ədəd tabletlərin tərkibində metadon təsiredici maddəsinin ümumi çəkisi 0,68 qram təşkil edir. Üzərində “vət. Təqsirləndirilən şəxs2 üzərində və.s” yazıları olan zərfdəki metamfetaminlə üzərində “vət. Təqsirləndirilən şəxs1 üzərində və.s” yazıları olan zərfdəki 2 bükümdə psixotrop maddə metamfetamin kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan (cild 1, iş vərəqə 105-106) görünür ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 1, iş vərəqə 108-109) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə ittiham elan edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən (cild 1, iş vərəqə 134) görünür ki, Təqsirləndirilən şəxs1 2008-ci il təvəllüdlü oğlu və 2010-cu il təvəllüdlü qızı vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli axtarış aparılması haqqında qərardan (cild 1, iş vərəqə 136-137) görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 4 ünvanında yerləşən mənzildə axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 138-140) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 yaşadığı mənzildə axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş əşya və yə predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli axtarış aparılması haqqında qərardan (cild 1, iş vərəqə 142) görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanında axtarış aparılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli axtarış aparılması haqqında protokoldan (cild 1, iş vərəqə 143-145) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 yaşadığı mənzildə axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş əşya və yə predmet aşkar edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-154/2021 saylı qərarından (cild 1, iş vərəqə 172-178) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-155/2021 saylı qərarından (cild 1, iş vərəqə 165-169) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin əvvəli 18 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 204-205) görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 may 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən (cild 1, iş vərəqə 206-207) görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə turulmuş cinayət əməlini törətdiyinə görə təqsirli bilinmiş və ona 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 iyun 2021-ci il tarixli Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis bölməsinin məktubundan (cild 1, iş vərəqə 228) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olubolmaması barədə əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olması faktı müəyyən olunsa da, onun konkret olaraq hansı şəxslərə narkotik vasitə satması müəyyən edilməmişdir. Bundan başqa, Gəncə prospekti 105 saylı ünvandan götürülmüş videogörüntüdə Təqsirləndirilən şəxs2 sürücülük xidməti göstərmiş Şahid1 içərisində narkotik vasitələr olan 1 (bir) ədəd qara rəngli çantanı götürməklə bloku tərk etməsi müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 2114 saylı rəyindən (cild 2, iş vərəqə 1-2) görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 2115 saylı rəyindən (cild 2, iş vərəqə 3-4) görünür ki, Təqsirləndirilən şəxs1 psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 iyul 2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan (cild 1, iş vərəqə 239-240) görünür ki, istintaq zamanı iş üzrə əhəmiyyət kəsb edəcək məlumatların əldə edilməsi məqsədi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 istifadəsində olan ***- ***-**-** və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə kartlarına dair məlumatları əks etdirən Azərbaycan Respublikası DlN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən daxil olmuş 1 (bir) ədəd diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə kartı ilə 22 mart 2021ci il tarixdən 17 aprel 2021-ci il, saat 23:26-dək olan müddət ərzində mütəmadi olaraq digər Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrə kartı ilə əlaqə saxlanılmaqla danışıqlar aparması müəyyən edilmiş, habelə 18 mart 2021-ci il tarixdən 17 aprel 2021-ci il tarixədək olan müddət ərzində mobil nömrənin anten dairəsi əsasən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan ətrafını, yəni Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsini əhatə etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 iyul 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-295/2021 saylı qərarından (cild 1, iş vərəqə 246-249) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 1 (bir) ay müddətinə, yəni 18 avqust 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan (cild 2, iş vərəqə 54-78) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2ci maddələri ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 avqust 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-339/2021 saylı qərarından (cild 2, iş vərəqə 133-136) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri 03 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2021-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-345/2021 saylı qərarından (cild 2, iş vərəqə 128-131) görünür ki, həmin gün Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri 15 (on beş) gün müddətinə, yəni 02 sentyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 noyabr 2021-ci il tarixli Bakı şəhər Probasiya İdarəsinin 21-1/3-10456 saylı cavab məktubundan (cild 2, iş vərəqə 235) görünür ki, Təqsirləndirilən şəxs2 Şahir oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü ilə ona təyin olunmuş 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından 05 (beş) ay 28 (iyirmi səkkiz) gün çəkmiş və onun hazırda çəkilməmiş cəzası 1 (bir) il 03 (üç) ay təşkil edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 12 aprel 2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 120) görünür ki, 16 mart 2018-ci il tarixdə X9 doğulmuş, onun anası – X3, atası – Təqsirləndirilən şəxs2dur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 noyabr 2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən (cild 1, iş vərəqə 119) görünür ki, həmin gün Təqsirləndirilən şəxs2 ilə X4 arasında nikah bağlanmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 sentyabr 2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-281 /2020 saylı hökmündən (cild 1, iş vərəqə 208-216) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçilərinin vasitəsi ilə suallar vermişlər, o cümlədən Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamı bütövlükdə mübahisələndirmiş, digər Təqsirləndirilən şəxs1 isə ona qarşı irəli sürülmüş ittihamla razılaşaraq ittihamı mübahisələndirməmişdir. Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında Təqsirləndirilən şəxs2 əməllərində Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin, Təqsirləndirilən şəxs1 əməlində isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və göstərilən cinayət əməllərinin təqsirləndirilən şəxslər tərəfindən qəsdən törədilməsi tam təsdiq olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitə və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitə və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitə və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının 1-ci Siyahısının 5, 13 və 19-cu bəndlərinə əsasən – təmiz halda 1,5 qramdan artıq çəkidə narkotik vasitə metadon, təmiz halda 50 qramdan artıq çəkidə narkotik vasitə tiryək, 2-ci Siyasının 67-ci bəndinə əsasən – təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143- 146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan tiryəki və metadonu, habelə külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda güclü təsir edən maddə olan preqabalini əldə etmiş, saxlamış və daşımışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 18 aprel 2021-ci il tarixdə yaşadığı ünvan 2 ünvanında tanışı Təqsirləndirilən şəxs2 oğundan 40 (qırx) manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram və 0,421 qram, ümumi təmiz çəkisi 1,264 qram təşkil edən psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxslər ayrı-ayrılıqda qeyd edilən halı mübahisələndirsələr də, məhkəmə aşağıda göstərilən dəlillərə əsasən 18 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 40 (qırx) manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,843 qram və 0,421 qram, ümumi təmiz çəkisi 1,264 qram təşkil edən psixotrop maddə metemfetamini alması, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetamini satması məhkəmə istintaqında tam şəkildə sübuta yetirilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 məhz bu epizodla bağlı ittiham sürülsə də, digər Təqsirləndirilən şəxs2 irəli sürülmüş ittiham onun Təqsirləndirilən şəxs1 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetamini satmasını ehtiva etməmişdir. Məhkəmə bu hissədə ibtidai istintaq orqanının fəaliyyətinə tənqidi yanaşır və hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetamin alması ilə bağlı ittiham irəli sürdüyü, hər iki təqsirləndirilən şəxs barəsində bir icraatda cinayət işinin ibtidai istintaqını apardığı və kifayət qədər ciddi və mötəbər sübutlar topladığı halda məhz bu epizodla (Təqsirləndirilən şəxs1 psixotrop maddə satması) bağlı ittihamı Təqsirləndirilən şəxs2 elan etməməsi əməlin tövsifi və maddi hüquq normasının tətbiqi ilə bağlı yol verilmiş nöqsandır. İttiham aktından da göründüyü kimi Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamın mahiyyəti - onun satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr olan tiryəki və metadonu, habelə külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda güclü təsir edən maddə olan preqabalini əldə etməsi, saxlaması və daşıması ilə bağlı olmuş, habelə ona Təqsirləndirilən şəxs1 psixotrop maddə satması ilə bağlı ittiham verilməmişdir. Bu səbəbdən də məhkəmə Təqsirləndirilən şəxs2 müdafiə hüququnun təmin edilməsi məqsədi ilə 18 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 40 (qırx) manat pul müqabilində psixotrop maddə metemfetamini alması, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 2 (iki) ədəd bükümdə psixotrop maddə metamfetamini satması məsələsinə yalnız Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham baxımından hüquqi qiymətin verilməsini məqbul və zəruri hesab edir. Belə ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, 18 aprel 2021-ci il tarixdə, təxminən saat 23:00 radələrində Təqsirləndirilən şəxs1 Xətai rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən narkotik vasitələrin qəbulunda şübhəli bilindiyinə görə tutulmuş və 35-ci Polis bölməsinə aparılmışdır. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman onun əynində olan boz rəngli idman gödəkçəsinin sol yan cibindən 2 (iki) ədəd bükümdə, ümumi təmiz çəkisi 1,264 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 18 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirildiyi vaxt və onun üzərindən dövriyyəsi qadağan edilmiş 2 (iki) ədəd bükümdə psixotrop maddə aşkar edilərkən o, üzərindən aşkar edilmiş həmin 2 (iki) ədəd bükümdə olan psixotrop maddəni həmin gün məhz Təqsirləndirilən şəxs2 40 manat pulun müqabilində aldığını etiraf etmişdir. Məhz bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 barəsində əməliyyat tədbiri keçirilmiş və nəticədə sonuncu tutularaq ibtidai istintaq orqanına təhvil verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 tutulduqdan və üzərində şəxsi axtarış keçirildikdən sonra birbaşa Təqsirləndirilən şəxs2 əleyhinə ifadə verərək üzərindən aşkarlanmış 2 (iki) ədəd psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 40 manat pulun müqabilində aldığını bəyan etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəni inkar edərək üzərindən aşkarlanmış psixotrop maddəni Təqsirləndirilən şəxs2 almadığını bildirmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə məzmunda ifadə verməklə özünü Təqsirləndirilən şəxs2 qarşısında “təmizə” çıxarmaq istəmişdir. Əks nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Məhz bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsini mötəbər sübut kimi qəbul edir. Eyni zamanda məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş ilkin ifadəsi Təqsirləndirilən şəxs2 əməllərinin qiymətləndirilməsinə kifayət edir. Belə ki, məhkəmə istintaqında ətraflı şəkildə tədqiq edilmiş və araşdırılmış 10 iyul 2021-ci il tarixli telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında sonuncular tutulanadək dəfələrlə telefon danışıqları olmuş, bundan başqa, 18 mart 2021-ci il tarixdən 17 aprel 2021-ci il tarixədək olan müddət ərzində Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil nömrənin anten dairəsi əsasən Təqsirləndirilən şəxs1 yaşadığı ünvan ətrafını, yəni Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsini əhatə etmişdir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında aparılmış telefon danışıqları məhz narkotik vasitə və psixotrop maddələrin qanunsuz alqı-satqısı ilə bağlı olmuşdur. Başqa nəticəyə gəlmək üçün məhkəmə istintaqında heç bir hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tutulduqdan və üzərindən aşkarlanmış psixotrop maddələri 40 manat müqabilində Təqsirləndirilən şəxs2 aldığını bildirdikdən sonra sonuncunun tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbir görülmüş, lakin Təqsirləndirilən şəxs2 polis əməkdaşlarından qaçmağa cəhd göstərmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tutulacağını güman edərək iki dostu ilə birlikdə özünə məxsus avtomobillə polis əməkdaşlarından qaçmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs2 özünə məxsus avtomobildə arxa oturacaqda oturmuşdur. Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının onları təqib etdiyini və polis əməkdaşlarından qaça bilməyəcəklərini gördükdən sonra digər tanışı Kamranın ona avtomobilin pəncərəsindən verdiyi qutunu (içərisində dövriyyəsi qadağan edilmiş narkotik vasitə və psixotrop maddələr olan) avtomobilin pəncərəsindən çölə atmışdır. Bununla da Təqsirləndirilən şəxs2 dövriyyəsi qadağan edilmiş predmetlərdən canını qurtarmaq istəmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 “Saipa Saina” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə polis əməkdaşlarından qaçmağa cəhd etməsi, qaçmağa cəhd edərkən avtomobilin pəncərəsindən qutunu atması, həmin qutunun içərisində 1 (bir) ədəd bükümdə külli miqdarda təmiz çəkisi 4,275 qram olan psixotrop maddə metamfetaminin, 3 (üç) ədəd bükümdə külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 54,821 qram, 0,955 qram və 0,824 qram, ümumi təmiz çəkisi 56,60 qram olan xaş-xaş bitkisindən kutar üsulla hazırlanmış narkotik vasitə tiryəkin, 15 (on beş) ədəd bütöv, 1 (bir) ədəd blister kəsiyində külli miqdarda təsiredici maddəsinin ümumi çəkisi 23,1 qram təşkil edən ümumilikdə 154 həb güclü təsir edən maddə preqabalin dərman preparatının, 2 (iki) ədəd blister kəsiyində təsiredici maddəsinin ümumi çəkisi 0,68 qram təşkil edən ümumilikdə 17 həb narkotik vasitə metadon dərman preparatının və 1 (bir) ədəd elektron tərəzinin olması cinayət işinin mübahisəsiz hallarıdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı etirafedici ifadələr verərək yuxarıda qeyd edilən bütün halları etiraf edərək dəfələrlə ətraflı şəkildə ifadələr vermişdir. Lakin o, sonradan ifadəsini dəyişərək cinayət məsuliyyətindən və cəzadan yaxa qurtulmaq istəmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərhələsində ətraflı şəkildə ifadələr verərək avtomobilin pəncərəsindən çölə atdığı narkotik vasitə və psixotrop maddələrinin növünü, çəkisini, olduğu bükümlərin sayını ətraflı və dəqiq şəkildə göstərmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmuş və avtomobilin pəncərəsindən çölə atdığı külli miqdarda narkotik vasitələri, psixotrop maddəni və güclü təsir edən dərman preparatlarını məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamış və daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələri, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə törətdikləri cinayət əməllərinə görə ayrı-ayrılıqda ədalətli şəkildə cəzalandırılmalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətini, cinayətlərin hər birinin xarakterini, ictimai təhlükəlilik dərəcələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cavan olmalarını, Təqsirləndirilən şəxs1 evli olmaqla himayəsində 2 (iki) azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində 1 (bir) azyaşlı uşağının olmasını, onların ailədə yeganə qazanc gətirən şəxslər olmalarını cəzalarını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Odur ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhz bu cəzanı ona təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Eyni zamanda Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində göstərilən cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən az ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, onun əməlində cəzanı ağırlaşdıran halların olmadığını, onun əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına nisbətdə daha yüngül cəzaya məhkum edilməsinə baxmayaraq, həmin cəza əsasında islah olunmadığını, əksinə narkotik vasitələrlə əlaqəli cinayətləri törətməyə meyilli olduğunu və eləcə də işin digər hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasına uyğun şəkildə həmin Məcəllənin 66.3, 67.1 və 68.1.1-1-ci maddələrinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırda 01 (bir) il 03 (üç) ay təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrinin sanksiyasına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməli, təyin edilmiş cəzalar Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında qismən toplanmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 03 (üç) ay müddət Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 7 (yeddi) ay 15 (on beş) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu qaydasında qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrində göstərilən cinayət əməlləri həmin Məcəllənin 15-ci maddəsinə əsasən ağır cinayətlər təsnifatına daxildir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işində olan 01 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 Şəxsi Ambulator X1 2114 və 2115 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi), Təqsirləndirilən şəxs1 isə psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri təhlil edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza çəkəcəkləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, onlar ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə məhkəmə hökmü qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,124 qram təşkil edən psixotrop maddə metemfetamin, qalıq çəkisi 4,225 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çıkisi 56,48 qram təşkil edən narkotik vasitə tiryək, 152 ədəd həb preqabalin kapsulaları, 15 ədəd metadon tabletləri, 1 (bir) ədəd elektron tərəzi məhv edilməli, 1 (bir) ədəd “Solido” markalı qara rəngli çanta Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmalı, 4 (dörd) ədəd disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Eyni zamanda məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 219 (iki yüz on doqquz) manat 80 (səksən) qəpik məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyərini təşkil edən 219 (iki yüz on doqquz) manat 80 (səksən) qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi üzrə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 1 (bir) il 3 (üç) ay müddət azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə 7 (yeddi) ay 15 (on beş) gün müddət azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 5 (beş) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona hökmlərin məcmusu qaydasında qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 19 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut olub Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc otağında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,124 qram təşkil edən psixotrop maddə metemfetamin, qalıq çəkisi 4,225 qram təşkil edən psixotrop maddə metamfetamin, qalıq çıkisi 56,48 qram təşkil edən narkotik vasitə tiryək, 152 ədəd həb preqabalin kapsulaları, 15 ədəd metadon tabletləri və 1 (bir) ədəd elektron tərəzi məhv edilsin, 1 (bir) ədəd “Solido” markalı qara rəngli çanta Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılsın, 4 (dörd) ədəd disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 219 (iki yüz on doqquz) manat 80 (səksən) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan digər əmlak yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1565/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1565/2021
22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver