Məhkəmə qərarları › İş №1(101)-1565/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1565/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1565/2022 07.09.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məcidov Azad Əli Ağa oğlunun sədrliyi, hakimlər Ağayev Zeynal Qurban oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçıları- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşqul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olaraq yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanam əldə edib üzərində, həmçinin yaşadığı ünvanda saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs naməlum mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə, ayrı- ayrılıqda təmiz çəkisi 0,311 qram, 0,736 qram və 0,770 qram, ümumi təmiz çəkisi 1,817 qram olmaqla qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponenet tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 15 aprel 2022-ci il tarixdə saat 12:50-də Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31- ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin 31 -ci Polis Bölməsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd bükümdə, ayrıayrılıqda təmiz çəkisi 0,311 qram, 0,736 qram və 0,770 qram, ümumi təmiz çəkisi 1,817 qram olmaqla qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda naməlum mənbədən 500 manat pul ödəməklə ümumi təmiz çəkisi 3575,771 qram ( 3 kq. 3575,771 qram) bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanam əldə edib üzərində və yaşadığı ünvan 1 ünvanda saxlamaqla daşımış, 22 aprel 2022-ci il tarixdə saat 18:30-da Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı, ünvan 1 ünvanın qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanılaraq ünvan 4 ünvanda yerləşən Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,946 qram, 1,688 qram və 2,137 qram, ümumi təmiz çəkisi 5,771 qram olmaqla tərkiblərinə görə eynilik təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və davam edən tədbirlər nəticəsində də yaşadığı ünvan 1 ünvana baxış və götürmə həyata keçirilən zaman, evdə kreslonun üzərindəki döşəyin altından 01 ədəd sellofan bağlamada təmiz çəkisi 3570 qram olan, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanalar ilə tərkiblərinə görə eynilik təşkil edən, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 il olar ki, narkotik vasitə olan heroindən, həmçinin qurudulmuş marixuanadan istifadə etməklə məşqul olmuşdur. Narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən almıışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Suraxanı keçidi adlanan arazidə tanımadığı şəxsdən 20 manat ödəməklə 01 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Aldığı narkotik vasitəni istifadə etmək üçün 3 hissəyə bölüb üzərində saxlamışdır ki, ağrıları olanda istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 12:50-da yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək, onu Suraxanı RPİ-nin 31-ci PB nə dəvət etmişlər. Polis bölməsinə gəldikdə, orada ona qanunsuz olaraq narkotik vasitənin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğu bildirilmişlər. Polis bölməsinə müdafiəçi dəvət olunmuş, sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçiriləcəyini bildirmişlər. O, buna etiraz etməmiş, videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya aşya olub-olmaması barədə soruşulmuş, o, əynində olan idman şalvarımın sağ yan cibində olan narkotik vasitə heroin olan 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis amakdaşları tərəfindən götürülərək zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və zarf iştirakçılar tarafindən, həmçinin onun tərəfindən imzalanmışdır. Bu barada protokol tərtib edilmiş, protokol da iştirakçılar tərəfindən imzalanmışdır. Ondan aşkar edilərək götürülmüş 03 adǝd bükümdə olan narkotik vasitə heroini o, öz şəxsi istifadəsi üçün əldə etmişdir. Onun etiraf xarakterli ifadəsi və ailə vəziyyəti nəzərə alınmaqla, 16 aprel 2022-ci il tarixdə o, Suraxanı RPİ-nin MSY-dən azad olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2022-ci il tarixdə yenidən onu polis əməkdaşları saxlayaraq Suraxanü RPİnə gətirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmayıb. Sonradan isə yaşadığı mənzilə baxış keçirilərkən evində narkotik vasitə olmayıb. Evinə də narkotik vasitəni polis əməkdaşaları qoymuşlar. Polis əməkdaşları ona bildirmişlər ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham veriləcəkdir, buna əsasən ondan tələb etmişlər ki, videoçəkiliş zamanı narkotik vasitələrin özünə məxsus olmasını boynuna götürsün. Polis əməkdaşlarına inanaraq onun üzərindən aşkar olunmuş və 22 aprel 2022ci il tarixdə 3 kq.575 qram narkotik vasitə marixuana özünə məxsus olmasını videoçəkiliş zamanı boynuna götürmüşdür.Halbu ki, vidioçəkilişlə üzərinə baxış keçirilərkən narkotik vasitəni özləri qoymuşlar. Narkotik vasitələri kim tərəfindən onun üzərinə qoymasını bilmir. Elan olunmuş cinayət işinin 35-37-ci vərəqələrində olan şəxsi axtarış və götürmə aparılması haqqında protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir, protokolda yazılan kannabis ona məxsus olmamışdır. Ona bildiriblər ki, o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacaq, ona görə protokola imza atmışdır. Elan olunmuş cinayət işinin 39-ci vərəqəsində olan evə baxış keçirilməsi barədə protokola və protokolda olan imzaya əsasən Təqsirləndirilən şəxs bildirmişdir ki, ona təqdim olunmuş imza onun imzasıdır, protokolu oxumadan imza etmişdir, protokolu təsdiq etmir, onda kannabis olmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyətlər olduğu üçün təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmiş və ifadələrinin və izahatın sonunda olan imza ona təqdim edilmişdir. Belə ki, cinayət işinin 59-60 və 74-75 -ci vərəqələrində olan ifadələrində Təqsirləndirilən şəxs aşağıdakıları göstərmişdir: o, təxminən 3 il olar ki, narkotik vasitə olan heroindən, həmçinin qurudulmuş marixuanadan istifadə etməklə məşqul olmuşdur. Narkotik vasitələri Bakı şəhərində müxtəlif ərazilərdən tanımadığı şəxslərdən alırdı. xx.xx.2022-ci il tarixdə gönorta saatlarında Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində Suraxanı keçidi adlanan ərazidə tanımadığı şəxsdən 20 (iyirmi) manat ödəməklə 01 ədəd bükümdə narkotik vasitə olan heroin almışdır. Aldığı narkotik vasitəni istifadə etmək üçün 3 hissəyə bölüb üzərində saxlamışdır ki, ağrıları olanda istifadə etsin. xx.xx.2022-ci il tarixdə saat 12:50-də yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsində olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onunla sorğu-sual etişlər. Sonra polis əməkdaşları onu Suraxanı RPİ-nin 31-ci PB- nə dəvət etmişlər. Polis bölməsinə gəldikdə, orada ona qanunsuz olaraq narkotik vasitənin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğu bildirilmişdir. Polis bölməsinə müdafiəçi dəvət olunmuş, o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona hüquq, həmçinin vəzifələri izah olunmuşdur. Sonra polis əməkdaşları videoçəkiliş aparmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olub-olmaması barədə sual verilmişdir. Suala cavab olaraq üzərində, yəni əynimdə olan qara rəngli idman şalvarımın sağ yan cibində saxlamaqla daşıdığı içərisində narkotik vasitə heroin olan 03 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan aşkar edilmiş narkotik vasitə polis əməkdaşları tərəfindən götürülərək iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, qablaşdırılmış zərf möhürlə möhürlənmiş və zərf iştirakçılar tərəfindən, həmçinin onun da tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin onun da tərfindən imzalanmışdır. Ondan aşkar edilərək götürülmüş 03 ədəd bükümdə olan narkotik vasitə heroini o, satış məqsədi ilə yox, öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşımışdır. PB-də olan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki təziqlər edən olmamışdır. Qeyd edilən cinayəti törətdiyimə görə, onun etiraf xarakterli ifadəsi və ailə vəziyyəti nəzərə alınmaqla, 16 aprel 2022-ci il tarixdə o, Suraxanı RPİ-nin MSY-dən azad olunmuş və həmin tarixdə barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. Polisdən buraxıldıqdan sonra özünü saxlaya bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə tutulmamışdan bir neçə saat öncə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində İİR-mn vətəndaşı olan, adını və ünvanını bilmədiyi şəxsdən öz şəxsi istifadəm üçün cəmi 500 manat ödəməklə 03 ədəd kibrit qutusunda və bir ədəd şəffaf sellofan torbada narkotik vasitə hesab edilən qurudulmuş marixuana almışdır. Kibrit qutularında olan qurudulmuş marixuananı hissə-hissə istifadə etmək üçün üzərində saxlamış, sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı evdə kreslonun üzərindəki döşəyin altına qoyub gizlətmişdir. Həmin gün, yəni 22 aprel 2022-ci il tarixdə təxminən saat 18:30da yaşadığı evin qarşısında olan zaman 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Sonra üzərində narkotik maddələr saxlayaraq daşımağında şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsi üçün onu Suraxanı RPİ-nə dəvət etmişlər. Suraxanı RPİ-nə gəldikdə müdafiəçi dəvət olunmuş, o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və ona hüquq, həmçinin vəzifələri izah edilmişdir. Sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirmişlər. Əvvəlcə üzərində hər hansı bir qanunsuz saxladığı əşya olduğu təqdirdə onu çıxarıb təqdim etməyini bildirmişlər. O, əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 03 ədd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Sorğu zamanı kibrit qutularının içərisində narkotik vasitə qurudulmuş marixuananın olduğunu, onları 22 aprel 2022-ci il tarixdə tutulmamışdan bir neçə saat öncə İİR-nın vətəndaşı olan adını və ünvanını bilmədiyim şəxsdən Öz istifadəsi üçün aldığını bildirmişdir. Sonra üzəriə baxış keçirldi və qanunsuz hər hansı bir əşya və ya maddə aşkar olunmadı. Təqdim etdiyi 03 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana zərfə qablaşdırılaraq möhürlə möhürləndi, zərf iştirakçılar tərəfindən, həmçinin onun da tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş və düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin onun da tərəfindən imzalanmışdır. Sorğunun davamı zaman o, yaşadığı evdə də həmin narkotik vasitə qurudulmuş marixuananın olduğunu bildirmişdir. Sonra yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və o, etirazının olmadığını bildirərək bu barədə ərizə yazmışdır. Daha sonra isə polis əməkdaşları tərəfindən müdafiəçinin və onun itşirakı ilə yaşadığı Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi, ev 30 ünvanda yerləşən evinə videoçəkiliş aparmaqla baxış keçirilmişlər. Evinə baxış zamanı əvvəlcə ondan yaşadığı evdə qanunsuz hər hansı əşya və ya maddə olub- olmaması, müsbət halda isə onu təqdim etməyi bildirilmişdir. O, da yaşadığı evdə kreslonun üstündə olan döşəyin altında saxladığı 01 ədəd sellofan torbada olan marixuananı və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sellofan torbanın içərisində narkotik maddə qurudulmuş marixuananın olduğunu, onu və üzərindən aşkar edilərək götürülmüş 03 ədəd kibrit qutusunda olan marixuanaları 22 aprel 2022-ci il tarixdə tutulmamışdan bir neçə saat öncə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində İİR- nm vətəndaşı olan, adını və ünvanını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün cəmi 500 manat Ödəməklə alaraq əldə etdiyini bildirmişdir. Evidən götürülmüş sellofan torbada olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi bir kağız torbasına qablaşdırılaraq möhürlə möhürlənmişdir. Torba iştirakçılar tərəfindən, həmçinin onun da tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, protokol ucadan ocunmuş, düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin onun da tərəfindən imzalanmışdır. Üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananı o, satış məqsədi ilə yox, öz şəxsi istifadəsi üçün əlıb əldə edərək üzərində, həmçinin evində saxlamışdır. Elektron tərəzini bir neçə il bundan əvvəl əldə etmiş, həmin tərəzi il qurudulmuş marixuananı satış üçün yox, ola bilsin ki, özü üçün çəkmiş və marixuananın izi tərəzidə qalmışdır. Proses iştirakçılarının suallarını cavablandıraraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ifadələrini oxumadan imza etmiş, onda 15 aprel 2022-ci il tarixdə narkotik vasitə olmuş, onda kannabis olmamışdır. 15 aprel 2022-ci il tarixdə onda aşkar edilmiş narkotik vasitələrlə əlaqədar ifadələrini təsdiq edir, 22 aprel 2022-ci il tarixli hadisələrlə əlaqədar ifadəsini təsdiq etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki,o, Bakı şəhəri Suraxanı RPİ-nin 31 -ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində çalışır. Polis Bölməsinə 15 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi üçün ondan və işlədiyi bölmənin cinayət axtarış üzrə əməliyat müvəkkili, polis baş leytenantı X1 ibarət 15 aprel 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, yəni 15 aprel 2022-ci il tarixdə saat 12:50-də Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Sabir küçəsi ilə piyada hərəkət edən zaman, onlar ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu bildirib onu Suraxanı RPİ-nin 31-ci PB-nə dəvət etmişlər. Bölməyə gəldikdə, orada dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra ona hüquq və vəzifəlri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş və o, hüquq və vəzifələri ilə tanış edilmişdir. Ona bildirilmişdir ki, videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacaq və təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa təqdim etsin. Təqsirləndirilən şəxs bu təklifdən sonra əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd bükümdə olan maddələri çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində narkotik vasitə heroinin olduğunu, tutulmamışdan 3 gün əvvəl Yeni Suraxanı qəsəbəsində Suraxanı keçidi adlanan yerdə öz şəxsi istifadəsi üçün tanımadığı bir şəxsdən 20 manata alıb əldə edərək üzərində saxlamaqla daşıdığım bildirmişdir. Təqdim edilmiş 03 ədəd bükümdə olan maddələr zərfə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 195 saylı möhürü ilə möhürlənmiş və zərf iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. Şəxsi axtarış zamanı sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol ucadan oxunmuş, düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili X4 Şahid3 dediklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əlisgəndər oğlu ifadəsində göstərmişdir ki,o,Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. İşlədiyi RPİ-nin Cinayət Axtarış Şöbəsinə 22 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində narkotik vasitələrin qanunsuz olaraq dövriyyəsi ilə məşqul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün ondan və işlədiyi şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət 22 aprel 2022-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, yəni 22 aprel 2022-ci il tarixdə saat 18:30-da ünvan 1 ünvanın qarşısında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılaraq Bakı şəhəri Suraxanı RPİ-nin CAŞ-nə gətirilmişdir. Şöbəyə gəldikdə, orada dövlət hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş,sonra ona hüquq və vəzifəlri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı barədə qərar elan edilmiş və o, hüquq və vəzifələri ilə tanış edilmişdir. Ona bildirilmişdir ki, videoçəkliş aparılmaqla üzərində şəxsi axtarış aparılacaq və təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa təqdim etsin. Təklifə əsasən Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən 03 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin qutuların içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd kibrit qutusunda olan kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, Yeni Suraxanı qəsəbəsində tanımadığı İİR-nm vətəndaşından öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamaqla daşıdığım, evində də həmin narkotik vasitə qurudulmuş marixuananın olduğunu və evinə baxış keçirilməsinə etirazının olmadığım bildirmişdir. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 03 ədəd kibrit qutusunda olan kütlələr zərfə qablaşdırılaraq möhürlənmiş və bu barədə müvafiq qaydada protokol tərtib edilmişdir. Tərtib edilmiş protokol ucadan oxunmuş, düzgün tərtib edildiyinə görə iştirakçılar tərəfindən, həmçinin Təqsirləndirilən şəxs tərəfindən də imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs öz razılığı ilə, Təqsirləndirilən şəxs tərəflərindən yaşadığı ünvan 1 ünvana aparılmışdır. Orada baxış keçirilməmişdən əvvəl o, qərarla tanış olmuş və ona evdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs təklifə əsasən evdə kreslonun üzərindəki döşəyin altından 01 ədəd sellofan bağlamada olan kütləni və 01 ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Sorğu zamanı sellofan bağlamada olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, üzərindən aşkar edilərək götürülmüş 03 ədəd kibrit qutusunda olan marixuanalar ilə birlikdə tutulmamışdan bir neçə saat öncə öz şəxsi istifadəsi üçün Yeni Suraxanı qəsəbəsində 500 manata tanımadığı İİR-nın vətəndaşından əldə etmişdir. Bu barədə protkol tərtib edilmiş və bütün iştirakçılar həmin protokolu imzalamışlar. Hər iki halda videoçəkiliş aparılmışdır. Təqsirləndirilən şəxsə heç bir təzyiq və təsir göstərilməmişdir Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 Əlisgəndər oğlunun ifadəsini təsdiqləmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin 1-ci cild 113-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 15 aprel 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrini əldə edib dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 114-cü vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin CA üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 15 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, «Sabir» adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrinin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 117-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi Ülvi Məmmədovun 15 aprel 2022-ci il tarixli, Ə37-098-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrinin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 143-144-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 15 aprel 2022-ci il tarixli Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd bükümdə qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin1-ci cild 150-154-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 15 aprel 2022- ci il tarixli 6/2155 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş zərfdəki 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,311 qram, 0,736 qram və 0,770 qram, ümumi təmiz çəkisi 1,817 qram olmaqla qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi-1,817 qram, tədqiqata sərf edildi-0,15 qram, qalıq- 1,667qram.Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təstiq edilmiş “Azərbaycan Respublikasının ərazində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ), Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr" in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin 1-ci cild 180-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 iştirakları ilə diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 16 aprel 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 03 ədəd bükümdə qəhvəyi rəngli maddə aşkar edilərək götürülmüşdür. Həmin disk iş üzrə əhəmiyyət kəsb etdiyindən istintaq sənədi kimi sübut qismində tanınaraq cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 5-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin CA üzrə əməliyyat müvəkkili, polis mayoru Şahid2 22 aprel 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələrini əldə edib dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin 1-ci cild 6-7-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin CA əməliyyat müvəkkili, polis mayoru Şahid2 22 aprel 2022-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələrinin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işinin 1-ci cild 8-ci vərəqəsində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri, Suraxanı RPİ-nin rəisi Suleyman Neymətovun 22 aprel 2022-ci il tarixli, Ə120-096-22 saylı Əmrindən görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələrinin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Cinayət işinin 1-ci cild 35-36-cı vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 aprel 2022-ci il tarixli Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 03 ədəd kibrit qutusunda ot tərkibli narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmışdır. Cinayət işinin 1-ci cild 39-cu vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış 22 aprel 2022-ci il tarixdə Bakı şəhəri Suraxanı RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən tərtib olunmuş Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvana baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, evdə olan kreslonun üzərindəki döşəyin altından 01 ədəd sellofan bağlamada ot tərkibli narkotik vasitəyə bənzər maddə və 01 ədəd üzərində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin 1-ci cild 47-51-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 23 aprel 2022-ci il tarixli 7/395 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş kağız paketdəki 03 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 1,946 qram, 1,688 qram və 2,137 qram və yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bağlamadakı təmiz çəkisi 3570 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 3575,771 qramdır.(3 kq.575,771 qram). Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzinin üzərində cuzi miqdarda narkotik vasitə olan marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cuzi miqdarda olduğu üçün onun çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün olmadı. Qeyd: Marixuananın ümumi çəkisi-3575,771 qram, cəmi tətqiqata istifadə olundu 0,35 qram (hər kibrit qutusundan 0,05 qram, sellofan torbadan 0,2 qram) qalıq-3575,421 qramdır. Cinayət işinin 1-ci cild 77-78-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 iştirakları diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında 24 aprel 2022-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 03 ədəd kibrit qutusunda ot tərkibli narkotik vasitəyə bənzər maddələr aşkar edilərək götürülmüşdür. Həmin disklər iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut növü kimi tanınaraq cinayət işinə əlavə edilmişlər. Cinayət işinin 1-ci cildin 245-247-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Fərid Əliyevin 27 iyul 2022-ci il tarixli cinayət işindən cinayət işinin ayrılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz əldə etdiyi narkotik vasitələr və psixotrop maddənin mənbəyinin müəyyən edilməsi üçün ********* saylı cinayət işindən ayrıca icraata Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ayrıca icraata ayrılmışdır. Məhkəmə iclasında dindirilərkən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək, bildirmişdir ki, onda cəmi 1,817 qr.narkotik vasitə heroin olmuş, 22 aprel 2022-ci il tarixdə onun üzərində və yaşadığı mənzildə narkotik vasitə olan qurudulmuş kannabis olmamışdır, həmçinin o, narkotik vasitənin istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə və ibtidai istintaq zamanı verdiyi ifadələrini ona elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etməsini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onun bu barədə verdiyi ifadələrini özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Məhkəmə, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olması kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuş, o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2005-ci il tarixli və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» xx.xx.2005-ci il tarixli qanuna əsasən “heroin”in 0,15 qramı şəxsi istehlak miqdarından artıq, 2 qramından artıq miqdarda külli miqdar, qurudulmuş marixuananın 5 qramı şəxsi istehlak miqdarından artıq, 500 qramından artıq külli miqdar hesab edilir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun tələblərinə və izahına əsasən isə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi hesab edilir. (mad 1.0.9): məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyinə olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad 1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər-narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respulikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin 1-ci cildin 207-208-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 27 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhküm olunmamışdır. Cinayət işinin 1-ci cild 222-223-cü vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin 22 iyun 2022-ci il tarixli 3424 saylı ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 1-ci cild 224-227-ci vərəqələrində olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X12 ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 1642 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs ona istintaq edilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs əməlində cinayəti ağırlaşdırılan hallar müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93-1-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməsini və ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə belə hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Qeyd edilənlərlə yanaşı, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini əsaslı hesab edir.dir. Təqsirləndirilən şəxs ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının başlanğıcı müvafiq olaraq 22 aprel 2022ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin 1-ci cild 23-ci vərəqəsində olan 22 aprel 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, cinayət işinin 1-ci cild 90-94-cü vərəqələrində olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 24 aprel 2022-ci il tarixli 4(010)-240/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bundan başqa, cinayət işinin 1-ci cild 131-ci vərəqəsində olan 41-ci vərəqəsində olan 15 aprel 2022-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş, lakin Bakı şəhəri, Suraxanı rayon prokurorunun 16 aprel 2022-ci il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair ibtidai istintaq orqanının vəsatəti təmin edilməmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (cild 1 i.v.186-188) Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsində qeyd edilmişdir ki, şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə şübhəli və təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Beləliklə, Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək olan 01 (bir) gün müddət hazırki hökmlə təyin ediləcək cəza müddətinə hesablanaraq qəti cəza müəyyən edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,311 qram, 0,736 qram və 0,770 qram, ümumi təmiz çəkisi 1,817 qram olmaqla, tədqiqata 0,15 qram sərf edildikdən sonra qalığı 1,667 qram təşkil edən qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 22 aprel 2022-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən, eləcə də baxış və götürmə həyata keçirilən zaman yaşadığı evdə ümumi təmiz çəkisi 3575,771 qram ( 3 kq. 575,771 qram), tədqiqata 0,35 qram sərf edildikdən sonra qalığı 3575,421 qram təşkil edən tərkiblərinə görə eyni olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan elektron tərəzi məhv edilməli, 03 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 143 (yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həl etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Azərbaycan Respublikası CM-nin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə edilmiş əmlak müəyyən edilməmiş, iş üzrə mülki iddia yoxdur. Buna əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 15 aprel 2022-ci il tarixdən 16 aprel 2022-ci il tarixədək olan 01 (bir) gün müddət nəzərə alınsın və ona hazırki hökmlə təyin edilmiş cəzasına hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zaman aşkar edilərək götürülmüş 03 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,311 qram, 0,736 qram və 0,770 qram, ümumi təmiz çəkisi 1,817 qram olmaqla, tədqiqata 0,15 qram sərf edildikdən sonra qalığı 1,667 qram təşkil edən qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, həmçinin 22 aprel 2022-ci il tarixdə şəxsi axtarış zamanı üzərindən, eləcə də baxış və götürmə həyata keçirilən zaman yaşadığı evdə ümumi təmiz çəkisi 3575,771 qram ( 3 kq. 575,771 qram), tədqiqata 0,35 qram sərf edildikdən sonra qalığı 3575,421 qram təşkil edən tərkiblərinə görə eyni olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd üzərində cüzi miqdarda narkotik vasitə qurudulmuş marixuananın hissəcikləri olan elektron tərəzi məhv edilsin. 03 ədəd DVD diskin cinayət işi materiallarına əlavə edilib saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 143 (yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarıldıqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Azad Məcidov Hakimlər: Zeynal Ağayev Səbuhi Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar