Məhkəmə qərarları › İş №1(101)-1566/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1566/2021

07.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1566/2021 07.10.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim: Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, Hakimlər: X3 və Səbuhi Sabir oğlu Hüseynovdan ibarət tərkibdə, Məhəmməd Arif oğlu Kazımovun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı1, Dövlət ittihamçısı2 Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs (04.01.1974-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda ƏN PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədilə istintaq məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq ümumi təmiz çəkisi 17,180 qram külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 5,329 qram külli miqdarda psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 mart 2021-ci il tarixdə saat 23:30-da ünvan 3 ünvanda saxlanılan zaman hərəsindən 01 ədəd olmaqla cəmi 02 ədəd şəffaf sellofan bükümdə 0,750 qram psixotrop maddə metamfetamini və 1,230 qram narkotik vasitə heroini polis əməkdaşlarından gizli olaraq ağız boşluğundan udmaqla qəbul etmiş, Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılıb xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olmuş şalvarının sağ yan cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,185 qr və 1,765 qr, ümumi təmiz çəkisi 15,950 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və 01 ədəd bükümdə təmiz çəkisi 4,579 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, barəsində Yasamal rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildikdən sonra 10 mart 2021-ci il tarixdə saat 11:15-də Yasamal RPİ-nin X4 əməkdaşları tərəfindən Bakı şəhəri Sabunçu rayonu Zabrat-2 qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına təhvil verildikdən sonra orada xüsusi ayrılmış otaqda dəvət olunmuş hal şahidlərinin iştirakları ilə təcridxananın əməkdaşları tərəfindən baxış keçirildikdə kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə 04 mart 2021-ci il tarixdə saxlanılan zaman üzərindən aşkar edilmiş 4,579 qram psixotrop maddə metamfetaminlə və 15,950 qram narkotik vasitə heroinlə eyni olan 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,750 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,230 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs düz bağırsağından aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1995-ci ildən etibarən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul etmişdir. 04 mart 2021-ci il tarixdə saat 23:30-da ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı təqdim edib, onu Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Onu polislər Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılıb üzərinə şəxsi axtarış keçirmişlər, polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə aparılarkən üzərində sellofan bükümdə olmuş 1 büküm narkotik vasitə heroini və 1 büküm psixotrop maddə metamfetamini gizli olaraq ağız boşluğundan daxilə qəbul etməklə udmuşdur. 10 mart 2021-ci il tarixdə saat 11 radələrində Yasamal RPİ-nin MSY-nin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına aparılıb təhvil verildikdə İstintaq təcridxanasında hal şahidlərinin iştirakı ilə üzərinə keçirilmiş baxış zamanı düz bağırsağından 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə narkotik vastə heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüdür. Bu barədə protokol tərtib olunmuş, protokolun düzgünlüyü onun və baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Onun üzərindən başqa heç bir narkotik vasitə aşkar olunmamışdır, narkotik vasitəni özü istifadə etməyi üçün udmuşdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğu üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmədə elan olunmuşdur. Həmin ifadəsində o, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 04 mart 2021-ci il tarixdə saat 23:30-da ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini polis əməkdaşı kimi təqdim edib, onu Yasamal RPİ-nin 29-cu polis şöbəsinə dəvət etmişdirlər. Etiraz etməyib onlarla birlikdə polis şöbəsinə getmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nə aparılıb üzərinə şəxsi axtarış keçirilmişdir. İlk öncə ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri hüquqlarını müdafiə etmək üçün dövlət hesabına dəvət olunmuş vəkil Ramiz Mirzəyevin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakları ilə izah olunmuş, daha sonra üzərində şəxsi axtarış keçiriləcəyi barədə məlumat verilərək, üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra tərəfindən ilk növbədə əynində olmuş qara rəngli uzunqol gödəkcənin sol yan cibindən özünə məxsus 1 ədəd boz rəngli “Samsung” markalı mobil telefonu, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 14 manat pulu və 3 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi, iş üzrə əhəmiyyət kəsb edən digər əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 3 ədəd sellofan bükümlərə baxış keçirilmiş, baxış zamanı bükümlərdən birinin içərisində psixotrop maddə metamfetamin, digər 2 ədəd sellofan bükümün içərisində isə narkotik vasitə heroin aşkar edilmiş, bükümlər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu, həmin bükümlərdə narkotik vasitə heroin və psixtrop maddə metamfetamin olduğunu, onları 2003-cü ildə birlikdə eyni cəza çəkmə müəssisəsində cəza çəkmiş məhkum, İran İslam Respublikasının vətəndaşı “Əli İsa” adlı şəxsdən əldə etdiyini, 04 mart 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Vasmoy” adlanan ərazidən öz istifadəsi üçün götürdüyünü, bunun müqabilində “Əli İsa” adlı şəxsin bildirdiyi bank hesabına 350 manat pul göndərdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş 14 manat pul özünə qaytarılsa da, boz rəngli, “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Bununla bağlı protokol tərtib olunmuş, o və baxışda iştirak edən şəxslər tərəfindən protokolun doğruluğu imzaları ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə şübhəli şəxs qismində tutulub Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. Toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayəti işi başlanılmış və o, təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Yasamal rayon məhkəməsin 06 mart 2021-ci il tarixli qərarına əsasən bərəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Polis əməkdaşları tərəfindən tutulub polis şöbəsinə aparılarkən bükümlərin sayı az olması və cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə üzərində sellofan bükümlərdə olmuş 1 büküm narkotik vasitə heroini və 1 büküm psixotrop maddə metamfetamini gizli olaraq, polis əməkdaşları görmədən ağız boşluğundan daxilə qəbul etməklə udmuşdur. Digər bükümlər bir qədər böyük olduqlarından uda bilməmişdir. 10 mart 2021-ci il tarixdə saat 11 radələrində Yasamal RPİ-nin MSY-nin əməkdaşları tərəfindən Bakı İstintaq Təcridxanasına aparılıb təhvil verilmiş və İstintaq təcridxanasında hal şahidlərinin iştirakı ilə üzərinə keçirilmiş baxış zamanı düz bağırsağından 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd bükümdə narkotik vastə heroin aşkar edilərək müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokolun düzgünlüyü onun və baxışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Üzərindən və düz bağırsağından aşkar edilib götürülmüş maddələri eyni tarixdə, eyni adamdan, eyni ünvanda almışdır. 20 may 2021-ci il tarixdə vermiş olduğu ifadəsində Yasamal RPİ-nin 29-cu PŞ-də üzərində keçirilmiş şəxsi axtarış zamanı 2 ədəd ayrı-ayrılıqda bükümlərin aşkar edildiyini səhvən göstərmişdir. Həqiqətən üzərindən 3 ədəd büküm aşkar olunmuşdur. Həmçinin Yasamal RPİ-nin İstintaq şöbəsində verdiyi ifadələrində səhvən polis əməkdaşları tərəfindən saxlanıldığı tarixi səhvən 04 mart əvəzinə 05 mart qeyd etmişdir. “Əli İsa” adlı şəxsin bildirdiyi bank hesabını unutmuş, ona görə də həmin hesabın nömrəsini deyə bilməyəcəkdir. Pulu isə xatırlamadığı ünvanda «Million» ödəniş sistemi vasitəsi ilə hesaba göndərmişdir. Yaşadığı və ya hər hansı bir digər ünvanda narkotik vasitə heroin və ya psixotrop maddə metamfetamin saxlamır, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğundan və daim bədəni heroin və metamfetamin tələb etdiyi üçün tez-tez heroin və metamfetamin satan şəxslərlə görüşüb onlardan həmin maddələri almaq məcburiyyətində qalır. Bu isə təhlükəli olduğundan, yəni polis əməkdaşları tərəfindən tutula biləcəyindən ehtiyyat edib sonuncu dəfə çox həcmdə heroin və metamfetamin almışdır ki, bir müddət həmin maddələrin satışı ilə məşğul olan şəxslərlə görüşməsin və təhlükəsiz bir şəraitdə qalsın. Həmin maddələri bükümlərə bölən «Əli İsa» adlı şəxs olmuşdur, bükümlərə bölməmiş, həmin maddələri satmaq niyyətində olmamışdır. «Əli İsa» adlı şəxsin anket məlumatlarını, harada yaşaması barədə heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəni oxumadan imzaladığını və məhkəmədə verdiy ifadənin düzgün olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxx 1972-ci ildə ünvan 6 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə edib, Bakı şəhəri Yasamal rayon ərazisində dövriyyəsi ilə məşğul olması barədə qərəzsiz mənbədən daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması, onun cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik tərkibli güclü təsiredici xassəyə malik dərman preparatlarının və narkotik tərkibli maddələrin, cinayətin izlərinin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə əməliyyat qrupunun yaradılmasına və təxirəsalınmaz tədbirlər görülməklə qanunvericilikdə nəzərdə tutulmuş qaydada aşkar və gizli üsullarla müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazənin verilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin və müvafiq prosessual hərəkətlərin həyata keçirilməsi üçün ondan və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupunun yaradılması ilə bağlı İdarənin rəisi, polis polkovniki İslam Hümbətov tərəfindən 04 mart 2021-ci il tarixdə Ə69-008-21 nömrəli əmr imzalanmış, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 04 mart 2021-ci il tarixli qərar təsdiq edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 mart 2021-ci il tarixdə saat 23:30-da ünvan 4 ünvanın yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs tərəflərindən saxlanılıb Yasamal RPİ-nin 29-cu PŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs barəsində toplanmış materiallar üzrə araşdırmanın aparılması Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı, polis kapitanı Vüsal Həsənquliyevə həvalə edilmişdir. 05 mart 2021-ci il tarixdə təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarışda Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına dəvət olunmuş vəkil Ramiz Mirzəyev, o, və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 iştirak etmişdik. Şəxsi axtarış keçirilməzdən öncə Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunmuş, daha sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olmuş qara rəngli uzunqol gödəkcəsinin sol yan cibindən 1 ədəd boz rəngli “Samsung” markalı mobil telefonu, əynindəki boz rəngli cins şalvarnın sağ yan cibindən 14 manat pulu və 3 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən digər əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan bükümlərə baxış keçirilmişdir. Baxış zamanı bükümlərdən birinin içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər 2 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin bükümlər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu həmin bükümlərdə narkotik vasitə heroin və psixtrop maddə metamfetamin olduğunu, onları 2003-cü ildə onunla birlikdə eyni cəza çəkmə müəssisəsində cəza çəkmiş məhkum, İran İslam Respublikasının vətəndaşı “Əli İsa” adlı şəxs vasitəsilə əldə etdiyini, 04 mart 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Vasmoy” adlanan ərazidən öz istifadəsi üçün götürdüyünü, bunun müqabilində “Əli İsa” adlı şəxsin ona bildirdiyi bank hesabına 350 manat (üç yüz əlli manat) pul göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 14 manat pul özünə qaytarılsa da, boz rəngli, “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş, protokolun doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Polis şöbəsinə aparılıb təhvil verilərkən və polis şöbəsində olduğu müddət ərzində Əhməd Abbasov qarşı hər hansı bir şəxs tərəfindən fiziki və ya psixi təzyiq və təsirlərə məruz qalmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasının axtarış korpusunda xidmət aparan nəzarətçi Şahid4 ifadəsində bildirmişdir ki, 10 mart 2021-ci il tarixdə saat 11:15-də Bakı şəhəri Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən işlədiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə Bakı İstintaq Təcridxanasında xüsusi ayrılmış otaqda, Bakı İstintaq Təcridxanasının axtarış korpusunda xidmət aparan əməliyyat şöbəsinin inspektoru, ədliyyə baş leytenantı Şahid3, nəzarətçilər Şahid5, Şahid6, Şahid7, hal şahidi qismində dəvət olunmuş Bakı İstintaq Təcridxanasında saxlanılan məhkumlar Şahid8 və Şahid9 iştirakları ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs düz bağırsağından 02 ədəd sellofan büküm aşkar olunmuşdur. Bükümlər açıldıqda bir bükümdə qəhvəyi rəngli maddə, ikinci bükümdə isə ağ rəngli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələrin aludəçisi olduğuna görə həbs olunmamışdan əvvəl, dəqiq xatırlamadığı tarixdə, Bakı şəhərində dəqiq xatırlamadığı ünvanda anket məlumatlarını bilmədiyi, İran İslam Respublikasının vətəndaşı olan «İsa» adlı şəxsdən aldığını, polis əməkdaşları onu saxlayan zaman gələcəkdə istifadə etməkdən ötrü daxilə qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs düz bağırsağından aşkar edilmiş iki ədəd bükümlə ekspert tədqiqatına təqdim olunması üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş şahidlər Şahid5, Şahid6, Şahid7, məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş Şahid3 da ifadələrində Şahid4 ifadəsindəki xüsusatları təsdiq etmişlər. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid8 ifadəsində bildirmişdir ki, 10 mart 2021-ci il tarixdə saat 11:15-də Bakı şəhəri Yasamal RPİ-nin X2 əməkdaşları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərinə Bakı İstintaq Təcridxanasında xüsusi ayrılmış otaqda baxış keçirilməsində o, və Bakı İstintaq Təcridxanasında saxlanılan digər məhkum Şahid9 hal şahidi qismində iştirak etmişlər. Baxış keçirilən zaman Təqsirləndirilən şəxs düz bağırsağından 02 ədəd sellofan büküm aşkar olunmuşdur. Bükümlər açıldıqda bir bükümdə qəhvəyi rəngli maddə, ikinci bükümdə isə ağ rəngli maddə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin maddələrin aludəçisi olduğuna görə həbs olunmamışdan əvvəl İran İslam Respublikasının vətəndaşı olan «İsa» adlı şəxsdən aldığını, polis əməkdaşları onu saxlayan zaman gələcəkdə istifadə etməkdən ötrü daxilə qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs düz bağırsağından aşkar edilmiş iki ədəd bükümlə ekspert tədqiqatına təqdim olunması üçün müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bununla bağlı protokol tərtib olunmuş, protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid9da ifadəsində Şahid8 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə təqsirli olması özünün qismən etirafedici ifadəsi, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı məhkəmədə tədqiq edilən aparılmış istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri və digər sübut növləri ilə də tam sübuta yetirilmişdir. Cinayət işinin materiallarında olan 05 mart 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən öncə təhqiqatçı Vüsal Həsənquliyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına dəvət olunmuş vəkil Ramiz Mirzəyevin və Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələrinin izah olunmuş, daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş və üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşyaların olub-olmaması soruşulmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs ilk növbədə əynində olmuş qara rəngli uzunqol gödəkcəsinin sol yan cibindən 1 ədəd boz rəngli “Samsung” markalı mobil telefonu, əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən 14 manat pulu və 3 ədəd sellofan bükümü təqdim edərək masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən digər əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 3 ədəd sellofan bükümlərə baxış keçirildikdə bükümlərdən birinin içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə, digər 2 ədəd sellofan bükümün içərisində isə qəhvəyi rəngli kəskin iyə malik narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Bükümlər təhqiqatçı tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlərin özünə məxsus olduğunu, həmin bükümlərdə narkotik vasitə heroin və psixtrop maddə metamfetamin olduğunu, onları 2003-cü ildə onunla birlikdə eyni cəza çəkmə müəssisəsində cəza çəkən məhkum, İran İslam Respublikasının vətəndaşı “Əli İsa” adlı şəxs vasitəsilə əldə etdiyini, 04 mart 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Vasmoy” deyilən yerdən öz istifadəsi üçün götürdüyünü, bunun müqabilində “Əli İsa” adlı şəxsin ona bildirdiyi bank hesabına 350 manat pul göndərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 14 manat pul özünə qaytarılsa da, boz rəngli, “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün təhqiqatçı tərəfindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 01 ədəd DVD diskdə olan görüntülərdə yuxarıdakı protoklda qeyd olunanlar əksini tapmışdır. Cinayət işinin materiallarında olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 04 mart 2021-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Bakı şəhəri rayon Yasamal rayon Məhkəməsinin «həbs» qətimkan tədbirinin seçilməsi barədə 06 mart 2021-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 04 mart 2021-ci il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan 10 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasnın əməkdaşları tərəfindən tərtib olunmuş protokoldan görünür ki, təqsirləndirilən şəxs Abasov X7 RPİ-nin X4 əməkdaşları tərəfindən İstintaq Təcridxanasına təhvil verildikdən sonra Əhməd Abbasovun üzərinə baxış keçirilərkən düz bağırsağından 02 iki ədəd sellofan bükülüdə olmaqla bir bükümdə qəhvəyi rəngli maddə, ikinci bükümdə isə ağ rəngli maddə aşkar olunmuş, Əhməd Abbasov həmin maddələri həbs olunmamışdan əvvəl Bakı şəhərində İran İslam Respublikası vətəndaşı olan «İsa» adlı şəxsdən aldığını, polis əməkdaşları onu saxlayarkən daxilə qəbul edərək gələcəkdə istifadə etməsi üçün düz bağırsağında saxladığını bildirmişdir. Həmin maddələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 05 mart 2021ci il tarixli 6/897 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» yazısı olan paketdəki, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,185 qr və 1,765 qr, ümumi təmiz çəkisi 15,950 qram qəhvəyi rəngli maddələr kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,579 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in İ siyahısına daxildirlər. Qeyd: heroinin ümumi təmiz çəkisi 15,950 qr, tədqiqata sərf edildi ümumi 0,15 qr, qalıq 15,800 qr. Metamfetaminin təmiz çəkiləri–4,579 qr, tədqiqata sərf edildi – 0,05 qr, qalıq -4,529 qr. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 10 mart 2021-ci il tarixli 6/979 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş «…həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə …» sözləri yazılmış zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,750 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,230 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublkasnın Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi 1,230 qr., tədqiqata sərf olundu-0,050 qr., qalıq – 1,180 qr. Metamfetaminin təmiz çəkisi 0,750 qr, tədqiqata sərf olundu 0,050 qr, qalıq 0,700 qr. Cinayət işinin materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 22 iyul 2021ci il tarixli 6/2558 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…həbs olunmuş şəxs Təqsirləndirilən şəxs üzərinə…» sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,700 qram olan ağ rəngli kristalik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 1,180 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «…həbs olunmuş şəxs X6 üzərinə…» sözləri olan 1№-li zərfdəki heroinlə üzərində «…Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 15,800 qram olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər, 1 №-li zərfdəki metamfetaminlə 2 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 4,529 qram olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: 1 №-li zərfdəki metamfetaminin təmiz çəkisi – 0,700 qr, tədqiqata sərf olundu – 0,050 qr, qalıq-0,650qr. 1 №-li zərfdəki heroinin təmiz çəkisi – 1,180 qr, tədqiqata sərf olundu – 0,050 qr, qalıq – 1,130 qr. 2 №-li zərfdəki metamfetaminin təmiz çəkisi – 4,529 qr, tədqiqata sərf olundu – 0,050 qr, qalıq – 4,479 qr. 2 №-li zərfdəki heroinin təmiz çəkisi – 15,800 qr, tədqiqata sərf olundu -0,050 qr, qalıq – 15,750 qr. Cinayət işinin materiallarında olan Ambulator Məhkəmə-Psixiatrik ekspertizasının 20 aprel 2021-ci il tarixli 832 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Əhməd Abbasovun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Ambulator Məhkəmə-X5 dair 26 aprel 2021-ci il tarixli 1253 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2011-ci il tarixli 1(101)-255 nömrəli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 iyul 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-ci maddəsi ilə təqsirli bilinib 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 08 aprel 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 4,579 qram psixotrop maddə metamfetamin, ümumi təmiz çəkisi 15,950 qram narkotik vasitə heroin, düz bağırsağından aşkar edilərək götürülmüş təmiz çəkisi 0,750 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 1,230 qram narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra qalıq – ayrı-ayrılıqda 0,650 qr. və 4,479 qr. psixotrop maddə metamfetamin, 1,130 qr. və 15,750 qr. narkotik vasitə heroin məhkəmənin qanuni hökmü qüvvəyə minənədək qorunub saxlanılması üçün Sabunçu RPİ-nin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, şəxsi axtarış zamanı qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da onun təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini özünü müdafiə məqsədi ilə uydurulmuş ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə onun əməli Azərbaycan Respublikası CM-nin 18.2-ci maddəsinə əsasən təhlükəli residiv sayılır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal cinayətlərin təhlükəli residividir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlükəli residivi olduğu üçün və o, əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi üçün cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. İş üzrə mülki iddia, müsadirə olunması təklif edilən cinayət törədərkən istifadə olunan alət və vasitələr, cinayətin predmetləri, cinayət yolu ilə əldə edilmiş əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2.-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahiblərinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Qeyd edilən normaların tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikasının CM-nin 99-1.1.ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikasının CPM-nin 132.1.4-cü maddəsinə uyğun olaraq, mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 132.1.6-cı maddəsinin tələblərinə əsasən sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, şəxsi axtarış zamanı qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, DİN Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və düz bağırsağından aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq – ayrı-ayrılıqda 0,650 qr. və 4,479 qr. psixotrop maddə metamfetamin, 1,130 qr. və 15,750 qr. narkotik vasitə heroin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan – 04 mart 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 277 manat 64 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 7 saylı vəkil vəkil bürosunun vəkilli X1 366 (üç yüz aliımş altı) manat məbləğində pul ödənilməlidir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 344-347, 349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 04 mart 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Barəsində xüsusi müsadirə tətbiq edilməsin. İş üzrə maddi sübutlar olan şəxsi axtarış zamanı qeydə alınmış və yaddaş daşıyıcısına köçürülmüş, özündə videgörüntüləri əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlansın, DİN Sabunçu RPİ-nin saxlancına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən və düz bağırsağından aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq – ayrı-ayrılıqda 0,650 qr. və 4,479 qr. psixotrop maddə metamfetamin, 1,130 qr. və 15,750 qr. narkotik vasitə heroin məhkəmənin hökmü qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri – 277 manat 64 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 5 saylı vəkil bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat, ibtidai araşdırma zamanı göstərdiyi hüquqi yardıma görə Bakı şəhəri 7 saylı vəkil vəkil bürosunun vəkilli X1 366 (üç yüz aliımş altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm çıxarılandan 20 (iyirmi) gün sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar