Məhkəmə qərarları › İş №1(101)-1566/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1566/2022

15.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1566/2022 15.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokurormetodisti Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2022-ci il təvəllüdlü uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Abşeron rayonu, Məmmədli Ərazi Dairəsi, Məmmədli kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, nömsrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə sosial şəbəkə vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan mənbədən 09 aprel 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev metrosunun yaxınlığından 45 manat ödəməklə külli miqdarda 08 ədəd bükümdə ümumi təmiz çəkisi 12,971 qram qəhvəyi rəngli maddə narkotik vasitə heroini və 01 ədəd bükümdə təmiz çəkisi 0,3 qram psixotrop maddə metamfetamini əldə edərək əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibində, sol ayağındakı corabda, əyinindəki tünd göy rəngli cins şalvarın arxa kəmər hissəsində saxlamaqla daşımış, 09 aprel 2022-ci il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, köhnə qəbiristanlığın yaxınlığında Suraxanı RPİ-nin NMB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Suraxanı RPİ-nin inzibati binasına gətirilərək orada üzərində şəxsi axtarış həyata keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən “Nokia” markalı sadə telefon, sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş, sol ayağındakı qara rəngli corabın içərisindən 04 siqaretin gümüşü rəngli kağızına bükülmüş, bir ədəd göy rəngli şəffaf sellofana bükülmüş, 02 ədəd qırmızı rəngli şəffaf sellofana bükülmüş, ayrı-ayrılıqda təmiz çəkiləri 3,350 qram, 2,700 qram, 3,680 qram, 3,150 qram, 0,03 qram, 0,026 qram, 0,02 qram, 0,015 qram olmaqla ümumi təmiz çəkisi 12,971 qram olan və xarici görünüşü və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, sol arxa kürək nahiyyəsində isə 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi 0,3 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmamışdan 4-5 ay əvvəl narkotik vasitə olan heroindən istifadə etməyə başlamışdır. O, Əmircan qəsəbəsində olan velosiped mağazasında satıcı işləmişdir. Mağaza qəsəbə qəbirstanlığının yaxınlığında yolun o biri tərəfində yerləşir. Həmin qəbirstanlıqda tanımadığı şəxs narkotik vasitə satışı ilə məşğul olur. O da həmin qəbirstanlığa getməklə özünə, yəni şəxsi istifadəsi üçün 1-2 büküm heroin əldə edirdi. Sonuncu dəfə 09 aprel 2022-ci il tarixdə də həmin yerdən və həmin şəxsdən 2 çet heroin əldə etmiş, əldə etdikdən sonra qəbirstanlığın yanından keçən yolda olduğu zaman bir maşın onun yanında dayanmış, maşından 2 nəfər mülki geyimli şəxslər çıxıb ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onu narkotik vasitələrin istifadəçisi kimi şübhəli bildiklərini deyərək Suraxanı RPİ-nə dəvət etmişlər. Orada polis əməkdaşları onu təhqiqatçıya təqdim etmiş və təhqiqatçı onu tutan polis əməkdaşlarından biri ilə ona təzyiq göstərərək üzərində olan 2 büküm heroinə daha 6 büküm əlavə edərək bükümlərin hamısını corabının içinə yerləşdirmiş,bir büküm metamfetamini isə kürəyinə yerləşdirmişlər. O, buna etiraz etdikdə isə ona fiziki zor tətbiq etdikdən sonra bildirmişlər ki, onu narkotik vasitələrin istifadəçisi kimi cəlb edəcəklər, narahat olmasın. Ona görə o, polislərə etiraz etmədən üzərinə baxış zamanı corabına qoyulmuş 8 büküm heroinin və kürəyinə yerləşdirilmiş bir büküm metamfetaminin özünə məxsus bükümlər kimi təqdim etmiş, tərtib olunmuş protokola isə könüllü olaraq imzasını atmışdır. Hətta bundan sonra müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrdə həmin bükümlərin ona məxsus olmasını, bükümləri 45 manata əldə etdiyini bildirmişdir. Həqiqətdə isə o, yalnız 2 büküm heroin əldə etmiş, digər maddələr isə ona məxsus olmamışdır. Hesab edir ki, polis əməkdaşları onu narkotik vasitələrin satışı ilə məsuliyyətə cəlb etmək məqsədilə narkotikin sayı və çəkisini artırmışlar. Özünü istifadəçi kimi təqsirli bilir və məhkəmədən xahiş edir ki, o narkotik vasitələrin istifadəçisi kimi məsuliyyətə cəlb edilsin. Məhkəmə iclasında şahid qismində dindirimiş Bakı şəhəri Suraxanı RPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, ondan əvvəl onu tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 09 aprel 2022-ci il tarixdə “Tərlan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, istifadə etməsi və satışı barədə həmkarı Şahid2 əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında qərar və qrupun yaradılmasına dair əmr verilmiş, qrupun rəhbəri Şahid2, o isə qrupun üzvü təyin edilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ifşa edilməsi üçün 09 aprel 2022-ci il tarixdə saat 12 radələrində sonuncunun olması ehtimal olunan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, köhnə qəbiristanlığın yanına o və Şahid2 gələrək həmin ərazini müşahidə etmişlər. Saat 13:00 dəqiqədə əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan şəxsin onlara doğru Vaqif küçəsi ilə köhnə qəbiristanlığın yanı ilə hərəkət etdiyini görərək ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra ondan özünü təqdim etməsini bildirmişlər. O, da özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Ona narkotik vasitələrin əldə olunması, gəzdirməsi, istifadəsi və satışında şübhəli olduğunu bildirib onu Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etitaz etmədən onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinə gəldikdən dərhal sonra onu təhqiqatçı Sail Hacıyevə təqdim etmişlər. Sail Hacıyev vəkil dəvət edərək vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişlə Tərlanın üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlamışdır. Həmin baxışda təhqiqatçı, Təqsirləndirilən şəxs, o və Şahid2 iştirak etmişlər. Müdafiəçinin iştirak edib-etməməsini xatırlamır. Belə ki, bəzi hallarda müdafiəçilər müdafiə etdiyi şəxslərin üzərinə baxışda iştirak etməkdən imtina edirlər. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Tərlana üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması barədə sual vermiş, olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən isə bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs corablarını çıxarmasını təklif etmiş, Tərlan corabları çıxarakən sol ayağındakı qara rəngli corabın içərisindən 04 ədəd gümüşü rəngli kağıza, 01 ədəd göy rəngli sellofana, 02 ədəd qırmızı rəngli şəffaf sellofana bükülmüş büküm çıxmış, təhqiqatçı baxışı davam etdirdikdə Təqsirləndirilən şəxs kürək nahiyyəsindən bir ədəd şəffaf sellofan büküm yerə düşmüşdür. Təhqiqatçı həmin bükümləri bir-bir açaraq Tərlandan həmin bükümlərdə nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə sağ yan cibindən və sol corabından aşkar edilən 08 ədəd bükümdə narkotik maddə “kakos”, yəni heroin olduğunu, kürək nahiyyəsindən aşkar edilən bir ədəd bükümün içərisində isə “patı”, yəni metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə və vasitənin internet onlayn vasitəsilə 45 manat karta köçürməklə ona yerin şəklini göndərməklə həmin yerdən gedib bu maddə və vasitələri şəxsi istifadəsi üçün götürmüşdür. Götürülmüş bükümlər bir ədəd zərfə, telefon isə digər zərfə qablaşdırılmış, üzərləri möhürlənmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir təzyiq olmadan imzalanmışdır. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman və idarədə üzərinə baxış keçirilən zaman ona qarşı heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. Üzərinə hər hansı bir qanunsuz əşya qoyulmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri, Suraxanı RPİ-nin NMB-nin CA üzrə baş əməliyyat-müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi keçirdikləri əməliyyat tədbiri ilə əlaqədar tanımış, ondan əvvəl onu tanımamış, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 09 aprel 2022-ci il tarixdə “Tərlan” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, istifadə etməsi və satışı barədə əməliyyat məlumatı ona daxil olmuş və o, “Tərlan” adlı şəxsin ətrafında əməliyyat tədbirlərinin keçirilməsi barədə Suraxanı RPİ-nin rəisi tərəfndən təsdiq olunmuş qərar çıxarmış, tədbirin keçirilməsi ilə bağlı əməliyyat qrupu yaradılmış, qrupun rəhbəri o, üzvü isə həmkarı Şahid1 təyin edilmişlər. Bundan sonra Təqsirləndirilən şəxs ifşa edilməsi üçün 09 aprel 2022-ci il tarixdə saat 12 radələrində sonuncunun olması ehtimal olunan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Vaqif küçəsi, köhnə qəbiristanlığın yanına o və Şahid2 gələrək həmin ərazini müşahidə etmişlər. Saat 13:00 dəqiqədə əlamətləri Təqsirləndirilən şəxs əlamətlərinə oxşayan şəxsin onlara doğru Vaqif küçəsi ilə köhnə qəbiristanlığın yanı ilə hərəkət etdiyini görərək ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra ondan özünü təqdim etməsini bildirmişlər. O, da özünü Təqsirləndirilən şəxs olaraq təqdim etmişdir. Ona narkotik vasitələrin əldə olunması, gəzdirməsi, istifadəsi və satışında şübhəli olduğunu bildirib onu Bakı şəhəri, Suraxanı Rayon Polis İdarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etitaz etmədən onlarla birlikdə Suraxanı Rayon Polis İdarəsinə gəlmişdir. Suraxanı Rayon Polis İdarəsinə gəldikdən dərhal sonra onu təhqiqatçı Sail Hacıyevə təqdim etmişlər. Sail Hacıyev vəkil dəvət edərək vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkilişlə Tərlanın üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsinə başlanmışdır. Həmin baxışda təhqiqatçı, Təqsirləndirilən şəxs, o və Şahid1 iştirak etmişlər. Müdafiəçinin iştirak edib-etməməsini isə dəqiq xatırlamır. Belə ki, bu baxış 4-5 ay bundan əvvəl keçirildiyi üçün, həmçinin bu ərəfədə bir çox əməliyyat tədbirlərində iştirak etdiyi üçün bunu dəqiq deyə bilmir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı təhqiqatçı Tərlana üzərində dövriyyəsi qadağan olunmuş hər hansı əşya və ya predmetin olub-olmaması barədə sual vermiş, olduğu təqdirdə təqdim etməsini təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Nokia” markalı mobil telefonu, sağ yan cibindən isə bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs corablarını çıxarmasını təklif etmiş, Tərlan corabları çıxarakən sol ayağındakı qara rəngli corabın içərisindən 04 ədəd gümüşü rəngli kağıza, 01 ədəd göy rəngli sellofana, 02 ədəd qırmızı rəngli şəffaf sellofana bükülmüş büküm çıxmış, təhqiqatçı baxışı davam etdirdikdəTəqsirləndirilən şəxs kürək nahiyyəsindən bir ədəd şəffaf sellofan büküm yerə düşmüşdür. Təhqiqatçı həmin bükümləri bir-bir açaraq Tərlandan həmin bükümlərdə nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə sağ yan cibindən və sol corabından aşkar edilən 08 ədəd bükümdə narkotik maddə “kakos”, yəni heroin olduğunu, kürək nahiyyəsindən aşkar edilən bir ədəd bükümün içərisində isə “patı”, yəni metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə və vasitənin internet onlayn vasitəsilə 45 manat karta köçürməklə ona yerin şəklini göndərməklə həmin yerdən gedib bu maddə və vasitələri şəxsi istifadəsi üçün götürmüşdür. Götürülmüş bükümlər bir ədəd zərfə, telefon isə digər zərfə qablaşdırılmış, üzərləri möhürlənmiş və iştirakçılar tərəfindən, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən heç bir təzyiq olmadan imzalanmışdır. Qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxs saxlanıldığı zaman və idarədə üzərinə baxış keçirilən zaman ona qarşı heç bir təzyiq və fiziki zor tətbiq edilməmişdir. Üzərinə hər hansı bir qanunsuz əşya qoyulmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması qismən özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, Suraxanı RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı, saxlanması və istifadə etməsi ilə məşğuldur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan və “əməliyyat qrupunun təşkil edilməsi barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, istifadə etməsi və cinayət əməlinin ifşa olunması ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün əməliyyat qrupu təşkil olunmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Suraxanı RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan müəyyən olunur ki, Kərimov X6 rayonu, Əmircan qəsəbəsi Vaqif küçəsində yerləşən köhnə qəbirstanlığın yaxınlığında həmin tarixdə saxlanılaraq Suraxanı RPİ-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçi X1 oğlunun iştirak olmadan keçirilməsinə etiraz etməmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, axtarış videoçəkiliş aparılmaqla keçirilmiş, Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olduqda onları təqdim etməsi təklif edildikdən sonra o, əynindəki tünd göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffav sellofana bükülmüş içərisində qəhvəyi rəngli toz halında olan bükümü, şalvarının sol yan cibindən bir ədəd özünə məxsus “Nokia” markalı telefonu çıxararaq təqdim etmişdir. Sonra üzərinə baxış keçirilərkən sol ayağındakı qara rəngli corabın içərisindən 04 ədəd siqaretin gümüşü rəngli kağızına, 01 ədəd göy rəngli şəffav sellofana, 02 ədəd qırmızı rəngli şəffav sellofana bükülmüş qəhvəyi rəngli tozşəkilli maddə və sol arxa kürək nahiyyəsindən isə 01 ədəd şəffav sellofana bükülmüş ağ rəngli kristalşəkilli maddə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümlərin narkotik vasitə heroin olduğunu və 01 ədədinin içərisində isə metamfetamin olduğunu bildirmiş, həmin vasitələri internetdən 45 manata öz istifadəsi üçün əldə etmişdir. Həmin maddələr sübut əhəmiyyətli olduğu üçün DİN-nin “Zərflər üçün” 45 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntüləri təqdim edilmiş, görüntüləri əks etdirən CD diskə baxıldıqdan sonra həmin görüntülərin məzmununa dair heç bir qeyd etməmiş, protokola könüllü və sərbəst olaraq imzasını atmışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində, əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli “telefona baxış keçirilməsi barədə” protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Nokia” markalı mobil telefona baxış keçirilərkən heç bir sübut əhəmiyyəti daşıyacaq məlumat müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış xx.xx.2022-ci il tarixli qəbzdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Nokia” markalı mobil telefon atası X4 qaytarılmışdır. Məhkəmədə elan edilib araşdırılmış “evə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, ev Bakı şəhəri, Binə qəsəbəsində yerləşir, evə baxış zamanı dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsi üzrə sübut əhəmiyyəti daşıyacaq məlumatlar müəyyən edilməmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 09 aprel 2022-ci il tarixli 6/1973 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün N 45” dairəvi möhür əksi”...Vətəndaş Təqsirləndirilən şəxs....” yazı və imzalar olan zərfdə 8 ədəd bükümdə hər birinin ayrıayrılıqda təmiz çəkisi 3,350 qr, 2,700 qr, 3,680 qr, 3,150 qr, 0,03 qr, 0.026 qr, 0,02 və 0,015 qram olmaqla, ümumi çəkisi 12,971 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 0,3 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ ) daxildir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X13 X11 X12 Komissiyasının verdiyi 16 iyun 2022-ci il tarixli 3248 saylı rəyindən müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası X13 Şəxs” in verdiyi 04 iyun 2022-ci il tarixli 1427 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik , psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılılıq və ya sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməli dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası CM-nin 21-və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə tədqiq olunmuş «sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, tədqiqatdan sonra qalıq 12,891 qram heroin, və qalıq 0,250 qram metamfetamin saxlanılması üçün Suraxanı rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, şəxsi axtarış aparılan zaman çəkilmiş özündə videogörüntüləri əks etdirən bir ədəd DVD disk və Azerfon” MMC tərəfindən AZF/LGL- 5771/22 nömrəli xx.xx.2022-ci il tarixli məktubla təqdim olunmuş disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar qanuni hesab edilmişdir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Suraxanı RPİ-nin İŞ-nin xx.xx.2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Təqsirləndirilən şəxsn üzərindən aşkar olunaraq götürülmüş narkotik maddələri əldə etdiyi istintaqa məlum olmayan şəxsin şəxsiyyəti və yaşadığı ünvanı müəyyən edilib istintaqa təqdim edilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin iş üçün əhəmiyyətli ola biləcək məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmədə elan edilib araşdırılmış “cinayət işinin materiallarından cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində olan hal-hazırki baxılan ********* nömrəli cinayət işindən digər cinayət işi ayrıca icraata ayrılmış və icraata qəbul edilmişdir. Məhkəmədə tədqiq olunmuş cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs himayəsində 2022-ci il təvəllüdlü az yaşlı uşağı vardır. Məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs məhkumluğuna dair sorğuya cavabdan müəyyən olunur ki, o əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün, şahidlərin ifadələri, ekspertiza rəyləri, eləcə də cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü yalnız narkotik vasitələrin istifadəçisi olması, tutulan zaman üzərində yalnız iki büküm olmasını, əlavə bükümlərin onun üzərinə polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsi əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş DVD diskdəki görüntülərlə, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Qanuna əsasən heroin və metamfetamin növləri narkotik maddə 0,15 qramdan şəxsi istehlak miqlarından artıq, 2 qramdan isə külli miqdar hesab edilir. Təqsirləndirilən şəxs üstündən götürülmüş narkotik vasitə heroinin təmiz çəkisi 12,971 qram, psixotrop maddə metamfetaminin təmiz çəkisi isə 0,3 qram olmaqla istehlak miqdarından çoxdur. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır. Belə olan halda Təqsirləndirilən şəxs narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşağının olması onun cəzasını yüngülləşdirən hal olaraq müəyyən olunmuşdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Təqsirləndirilən şəxs məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 09 aprel 2022-ci il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 12,891 qram heroin və 0,250 qram metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş baxışı əks etdirən DVD disk və "xxxx" MMC-dən daxil olmuş disk cinayət cinayət işi materiallarında saxlanılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 88 (səksən səkkiz manat) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Suraxanı RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş, tədqiqatdan sonra qalıq çəkisi 12,891 qram heroin və 0,250 qram metamfetamin məhv edilsin, cinayət işinin materiallarına əlavə edilmiş baxışı əks etdirən DVD disk və "xxxx" MMC-dən daxil olmuş disk cinayət cinayət işi materiallarında saxlanılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 88 (səksən səkkiz manat) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar