Məhkəmə qərarları › İş №1(101)-1567/2021

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1567/2021

22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1567/2021 22.09.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hüseynov Səbuhi Sabir oğlu (sədrlik edən), Məcidov X10 və Ağayev Zeynal Qurban oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş (Nəsimi rayon məhkəməsinin 9 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sabunçu rayon məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir), məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Səbail rayonu, 5-ci ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi və tamah niyyəti İlə qanunsuz olaraq külli miqdarda 4,01 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamini əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Bibiheybət” məscidinin yaxınlığına qanunsuz olaraq daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə saat 20:30-da həmin yerdə saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki idman şalvarının sol cibindən 3 ədəd sellofan bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 1,073 qram, 1,729 qram və 1,208 qram olmaqla ümumilikdə külli miqdarda 4,01 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, tutulmazdan əvvəl təxminən 6 ay psixotrop maddə metafetamini çəkmək yolu ilə qəbul etmişdir. Metafetamini əsasən təsadüfi şəxslərdən əldə edib istifadə etmişdir. Tutulmazdan təxminən 1 ay əvvəl sosial şəbəkə vasitəsi ilə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və ondan öz istifadəsi üçün metafetamin almağa başlamışdır. Belə ki, pulu iranlının göndərdiyi bank kartı hesabına “Million” vasitəsi ilə ödəmiş, bundan sonra iranlı Bakının müxtəlif yerlərində gizlədilən metafetaminin yerini ona izah etmiş, o da gedib həmin maddəni götürüb istifadə etmişdir. 22 iyun 2021-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu, “Bibiheybət” məscidinin yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla onu tanış etmişlər. Lakin həmin vaxt üzərindən qanunsuz heç bir maddə aşkar olunmamışdır. Psixotrop maddə olan metafetamini tanımadığı şəxslərdən almışdır. Qohumları ilə xatırlamadığı məzmunda yazışmaları olmuşdur. Metafetamini yalnız öz istifadəsi üçün əldə etmişdir. Üzərindən qanunsuz heç bir maddə aşkar olunmamışdır. Metafetamini aldığı şəxsləri sosial şəbəkələrdən tapmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. İbtidai istintaq zamanı yazılan həmin ifadələrə oxumadan imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirərək təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini mötəbər hesab etmir. Məhkəmədə ifadəsi elan olunub tədqiq edilərək sübut kimi qəbul edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində göstərmişdir ki, təxminən 6 aydır ki, psixotrop maddə metafetamini çəkmək yolu ilə qəbul etmişdir. Təxminən 1 ay bundan qabaq sosial şəbəkə vasitəsi ilə adını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş, ondan öz istifadəsi üçün metafetamin almağa başlamışdır. Belə ki, pulu iranlının göndərdiyi bank kartı hesabına “Million” vasitəsi ilə ödəmiş, bundan sonra iranlı Bakının müxtəlif yerlərində gizlədilən metafetaminin yerini ona izah etmiş, o da gedib həmin maddəni götürüb özü istifadə etmişdir. 21 iyun 2021-ci il tarixdə eyni qaydada adını bilmədiyi “Million” vasitəsi ilə İran İslam Respublikasının vətəndaşının bank hesabına 100 manat pul köçürdükdən sonra onun dediyi Bibiheybət qəsəbəsi ərazisindən 3 ədəd selofan bükümdə psixotrop maddə metafetamin əldə edib üzərində gəzdirməyə başlamışdır. 22 iyun 2021-ci il tarixdə saat 20:30 radələrində Bakı şəhəri, Səbail rayonu, “Bibiheybət” məscidi yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. O da özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş qərarla tanış etmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində psixotrop maddə metafetamin vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmiş və orada müdafiəçi ilə təmin edildikdən sonra polis əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman o, əynindəki şalvarının sağ cibindən “Huawei” markalı mobil telefonu, 70 manat pul vəsaitini, şalvarının sol cibindən 3 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 3 ədəd sellofon bükümün içində psixotrop maddə metafetamin olduğunu bildirmişdir. Həmin sellofan bükümlər açıldıqda bükümlərin içərisində psixotrop maddə metafetamin aşkar edilmişdir. Sorğu zamanı o, üzərindən aşkar edilmiş 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetamini 1 gün əvvəl tanımadığı İran vətəndaşına “Paypoint” vasitəsilə 100 manat pul köçürərək onun dediyi Bibiheybət qəsəbəsi ərazisindən götürdüyünü bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metafetamin polis əməkdaşları tərəfindən 1 ədəd kağız zərfdə qablaşdırılmışdır. 70 manat pul özünə qaytarılmış, mobil telefonu isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış keçirilməsi ilə bağlı polis əməkdaşları tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılara ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (cild 1, iş vərəqə 60-63 və 71-73). Həmin ifadələrin məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı törətdiyi cinayət əməlini qismən etiraf etmiş və işin hallarına uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri iş materiallarına və işin hallarına uyğun olduğundan, obyektiv həqiqəti əks etdirdiyindən məhkəmə onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələrini mötəbər hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla tam sübuta yetirildi. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra onun müəyyən edilib ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 22 iyun 2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarın icra edilməsi ilə əlaqədar həmin gün saat 20:30-da Təqsirləndirilən şəxs Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsində yerləşən “Bibiheybət” məscidinin yaxınlığında saxlanılaraq şəxsi axtarış və götürmə aparılması üçün Baş İdarəyə dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X5 dəvət olunaraq şübhəli şəxsə təqdim olunmuşdur. Bundan sonra şübhəli şəxsə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşımasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və əşyalarına baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də etiraz etməyərək şəxsi axtarış və baxış keçirilməsinə razı olduğunu demişdir. Şübhəli şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qəbul edilmiş qərarla tanış edilmiş və ona aparılacaq söhbətlər və hərəkətlər zamanı videoçəkilişdən istifadə ediləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs də masaya doğru yaxınlaşıb əynində olan qara-sarı rəngli idman şalvarının sağ cibindən 1 ədəd mobil telefonu və pul vəsaitini, habelə həmin şalvarın sol cibindən 3 ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Şübhəli şəxsin təqdim etdiyi 1 ədəd mobil telefonun “Huawei” markalı mobil telefon olduğu müəyyən edilmiş və şübhəli şəxs həmin telefonun özünə məxsus olduğunu bildirmişdir. Həmin mobil telefon sübut əhəmiyyəti kəsb edə biləcəyindən götürülmüşdür. Sonra təqdim olunan pul vəsaitinə baxış keçirilmiş və 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq və 6 ədəd 5 manatlıq pul əskinazı olduğu müəyyən edilməklə 70 manat pul şübhəli şəxsin özünə qaytarılmışdır. Daha sonra 3 ədəd bükümə baxış keçirilməsinə başlanılmış və şübhəli şəxs həmin bükülülərin içində psixotrop maddə olan metafetamin olduğunu və 1 gün əvvəl tanımadığı İran vətəndaşına “Paypoint” vasitəsilə 100 manat pul köçürərək onun dediyi Bibiheybət qəsəbəsi ərazisindən götürdüyünü bildirmişdir. Büküm halında olan şəffaf sellofana keçirilmiş baxış zamanı içində psixotrop maddə olan metafetaminə bənzər maddələrin olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd sellofan bükümdə psixotrop maddə olan metafetaminə bənzər maddələr müvafiq ekspertiza tədqiqatına təqdim olunması üçün qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış və götürmə aparılmasının nəticələrinə dair protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamış və doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddəni əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş 15 iyul 2021-ci il tarixli 10071/21 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə etmişdir. Qeyd olunan nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də “SMS” yazışmaları olmuşdur. Belə ki, həmin telefon nömrəsinin hər hansı İran İslam Respublikasının mobil telefon operatoruna məxsus telefon nömrəsi ilə telefon danışıqları aşkar edilməsə də, aşağıdakı qeyd olunan tarixdə və məzmunda “SMS” mətnlərinin qeyd olunan nömrələrdən daxil olması müəyyən edilmişdir: 12-06-2021 23:34:01 **********02 - Qaqa axsamun xeyir necesen.gör nedirem braat 30 manim var qonagim var rayondan.u arim kola.20-liy zad pati vere bilersenmi. 14-06-2021 04:45:20 **********41 - Nes qaqa mənə 1 pati 1 kola 14-06-2021 14:26:33 **********52 - Yarı fason pati lOnug kola brat düzelt qalxıram 14-06-2021 22:54:06 **********52 - Yarı fason pati 0.4 kola obsi 40m mendedi astanofkadayam yuxarı gel 15-06-2021 02:30:48 **********41 - 1 pati 1 kola özümə götürürəm sabah kəndə olmuyacam xais eliyirəm 15-06-2021 02:41:21 **********41 - Kolani yari ele .patinil.5 elə zəhməd olmasa hara gelim 15-06-2021 03:37:14 **********40 - Ela patini qramyarim ele tek sponka olsun.yarida kola qardasimsan tez duzelde 15-06-2021 05:45:33 **********90 - Pati da verde yarim 15-06-2021 05:45:33 **********90 - Pati da verde yarim 15-06-2021 05:47:26 **********90 - Brat vallah gizdar kola elemir pati istiyir 15-06-2021 05:49:20 **********90 - Qardawim vallah patinin pulunu 15 ver qalanida brat obede atacam karta ikimizin canuycun 15-06-2021 05:49:53 **********90 - Qardawim patini da getir bawiva denum elemede meni oblim gurban olaram 15-06-2021 18:01:06 **********31 - He de qaqa 20 kola 25 pati men iae 60 verdim sene 16-06-2021 21:08:02 **********90 - Yada 1 qram pati duz gow 16-06-2021 22:21:29 **********23 - Menem Əlibəy astanofkadayam yigda meni 0.4 kola video pati 17-06-2021 20:39:18 **********52 - Brat 5diyde pati 20m ustumde yazda hara gelim 17-06-2021 21:21:57 **********90 - Brat men terpenmiwem gelirem zaratka 15 faizdi 1 qram pati nagdidi qaqa kolaninda pulunu verirem daniwdigimiz kimi eliyek 18-06-2021 06:09:07 **********41 - Onda gələndə məni yig .patinin pulunu almisam camatda .ok 18-06-2021 19:16:26 **********90 - O geder elemir axi brat 5vurag 25 = 125 +25 bore +25 pati =175 18-06-2021 19:24:14 **********90 - Brta men gelib o iki qram kolani geturecem birde bir qram pati 18-06-2021 19:24:47 **********90 - Bir qram patinin pulunuda verecem 18-06-2021 22:12:52 **********40 - 1 pati 0.5 kola 18-06-2021 22:15:01 **********40 - İndiki 60 eliyir axi dosi 45 pati 15 kola 19-06-2021 00:46:36 **********90 - Rowka pati meselesin nece eliyek? 20-06-2021 00:38:12 **********40 - Qaqas noldu elibeyiye bartere pati var mene yoxduthe Usag gelib asdanovkafa gozduyur 20-06-2021 00:44:55 **********40- İpati yariekola 20-06-2021 21:49:20 **********41 - Bildikdə nə diyim mən uşağa yanimdadi 1.5 pati 1 kola pati tək sponka olsun 20-06-2021 23:28:15 **********41 - Pati noldu 5 dənə var.susə noldu Cavab didə Bundan başqa əlavə 149 eyni məzmunlu sms mətnlərinin olması müəyyən edilmişdir. Eləcə də, aşağıdağı qeyd olunan tarixdə, məzmunda sms mətnlərinin qeyd olunan nömrələrə göndərilməsi müəyyən edilmişdir: 12-02-2021 23:17:54 **********41 Qaqas men oynnan saat 12 bire isdemis, gencİliyde gorusciyem, lazim olacag yari pati 13-02-2021 01:02:44 **********97 Qaqas mene pati lazimdi, srocnu, getire bilirsen, tez bir yari 14-02-2021 00:27:31 **********41 Duzeldim patini? 14-02-2021 00:57:11 **********41 Bratgel patini verim 22-02-2021 20:06:15 **********13 İndi durmusam sebr ele lOdey, pati var 10 lug lazimdi 26-02-2021 16:41:43 **********41 Yari kola, yari pati he 27-02-2021 01:01:30 **********41 Dunen bugun çekdiyin patidandi, brat, nebilim men 02-04-2021 14:38:14 **********41 Cemil gel, senol, pati cetdi goture bilmirem ancag lOlug du 2dene 27-04-2021 21:52:20 **********75 2man kon atarsan pati vererem 11-05-2021 03:29:12 **********41 Cemil bidene patidi sende 12-05-2021 23:57:05 **********41 Pati yaridi, 13-05-2021 20:36:19 **********41 Pati cetdi hele 16-05-2021 15:58:32 **********12 Samir ogunki qaqasa dide bidene, pati goturek, 10dene,300vurum„. birde o, derman verdiye bize„ sorus onuda, gor nece lisd gotursek, 20den duser 16-05-2021 16:22:57 **********03 Pati, qramnan axsam olacag, indi cemi, 3dene lOman liq, qalib 20-05-2021 16:52:51 **********01 Elibey, bu gun, dvaccati usaglami, bos ver yaxin durma,, Elmar gili, Araz gili gelceyler, kende, pati, kako, divijeni eliyeni, yuklemeye, 20-05-2021 17:39:39 **********41 Cemil cemi bidene yari patidi 20-05-2021 19:49:22 **********41 Cetnen pati, kola,, heresinen 3_4dene 04-06-2021 21:41:06 **********41 1 dene patidida fso 08-06-2021 02:39:37 **********41 Cemil,,, inan allaha,, 6dene, yari patinin İdenesi, 4,8di,„biri 5di,qalan dordu 5,1, 5,2 gelir,, varyoxna lenet ele sey ola bilmez, 15-06-2021 03:35:10 **********40 Brat duzeldirüm, birde qerdes, pati, ancag dasdi, 50 meqsed var. ona qarisqa boyda toz yoxdu 15-06-2021 05:45:53 **********90 Qaqas pati vere bilmirem 15-06-2021 05:48:35 **********90 Qaqas pati menniy deyilde vere bilmirem, varyoxnu sikim diyir qaqas xarab olmurki qoy qalsin 15-06-2021 17:59:32 **********31 Qaqas men patini sene dimişdim yari 25, butov 4517-06-2021 20:39:19 **********52 Brat 5diyde pati 20m 20-06-2021 00:42:34 **********40 Yari pati fso 20-06-2021 21:41:33 **********41 Pati goturmemisem Bundan başqa əlavə 33 eyni məzmunlu sms mətnlərinin olması müəyyən edilmişdir (cild 1, iş vərəqə 142-146). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının 23 iyun 2021-ci il tarixli 6/2545 nömrəli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış 1 ədəd kağız paketdə 3 ədəd bükümdə təmiz çəkiləri 1,073 qram, 1,729 qram və 1,208 qram olmaqla ümumilikdə 4,01 çəkidə maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. 3 bükümdəki metafetaminlər kimyəvi tərkiblərinə görə öz aralarında eynilik təşkil edir (Qeyd: metafetaminin təmiz çəkisi 4,01 qram, tədqiqata sərf olundu 0,09 qram, qalıq 3,92 qram, cild 1, iş vərəqə 46-49). Məhkəmə istintaqı zamanı tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 2 avqust 2021-ci il tarixli 2604 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metafetaminin birgə qəbul edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 1, iş vərəqə 151-152). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə aparılması barədə” protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə saat 20:30-da saxlanılaraq ünvan 2 ünvanda yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki idman şalvarının sol cibindən 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,073 qram, 1,729 qram və 1,208 qram olmaqla ümumilikdə külli miqdarda 4,01 qram çəkidə kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür (cild 1, iş vərəqə 33-35). Cinayət işinin materiallarında olan 1 ədəd kağız paketdə qablaşdırılan 3,92 qram çəkidə psixotrop maddə metafetamin iş üzrə maddi sübut hesab edilmişdir (cild 1, iş vərəqə 107-108). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon məhkəməsinin 9 yanvar 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Sabunçu rayon məhkəməsinin 31 avqust 2020-ci il tarixli qərarı ilə cəzasının qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir (cild 1, iş vərəqə 116-129). Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinin tələbinə əsasən “az ağır” cinayətlər təsnifatına aiddir. Təqsirləndirilən şəxs törətdiyi hazırkı cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinin tələbinə əsasən “ağır” cinayətlər təsnifatına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinin tələbinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən 2 il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin tələbinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə məhkum olunmuş və vaxtından əvvəl cəza çəkməkdən azad edildikdən sonra 2 il keçmədən yenidən qəsdən ağır cinayət törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3 və 83.4-cü maddələrinin tələblərinə əsasən məhkumluğu ödənilməmiş və buna görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə əsasən onun əməlində cinayətlərin residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbinə əsasən ona təyin ediləcək cəzanın müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının yuxarı həddinin yarısından az ola bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. O həmin cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağı vardır (cild 1, iş vərəqə 175). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2021-ci il tarixdə tutulmuşdur (cild 1, iş vərəqə 22). İş materiallarında olan Nərimanov rayon məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 iyun 2021-ci il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 80-84). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi nəzərdə tutulmuşdur. Həmin normaların tələblərinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 22 iyun 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,92 qram çəkidə psixotrop maddə metafetamin məhv edilməli, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 197, 198, 344-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həmin cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 109,90 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan Təqsirləndirilən şəxs aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 3,92 qram çəkidə psixotrop maddə metafetamin məhv edilsin, "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərək ona narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Hökm elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar