Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1567/2023 07.11.2023 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Sadıxov Rasim Əkrəm oğlu (sədrlik edən), Kərimov Novruz Ağakərim oğlu və Əsgərova-X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi: Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə açıq məhkəmə iclasında xx.xx.1986-cı ildə Abşeron rayonunun Tıxlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, himayəsində bir az yaşlı uşağı olan, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, Xızı rayonu, Tıxlı ərazi dairəsi, Tıxlı kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 21-ci məhlədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda ağ rəngli kristallşəkilli təmiz çəkisi 9,759 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 08 mart 2023-cü il tarixdə saat 08 radələrində Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivinin yaxınlığında Sabunçu RPİ-nin 14cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PB-nə gətirilmiş və üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş külli miqdarda ağ rəngli kristallşəkilli təmiz çəkisi 9,759 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilrək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ondan aşkar edilib götürülmüş 9,759 qram metamfetamini o şəxsi istifadəsi üçün sosial şəbəkələrdə tanış olduğu bir İİR-sı vətəndaşından almışdı. Belə ki, o tutulmamışdan 5-6 ay əvvəl metamfetamin istifadə etməyə başlamış, bu psixotrop maddənin təsiri altına düşdüyü üçün onun satıcısını axtarmışdı. İranlının telefonuna göndərdiyi bank kartına Milliön ödəmə terminalı vasitəsilə 225 manat pul köçürmüşdü ki, iranlı ona 10 qram «patı», yəni metamfetamin təqdim etsin. Pul köçürməsini 08 mart 2022-ci il tarixdə səhər saatlarında etmiş, bundan sonra iranlının onun telefonuna göndərdiyi konuma əsasən elə həmin gün Maştağa qəsəbəsi Albalılıq deyilən əraziyə gedərək şəffaf sellofan bükümdə olan həmin maddəni tapıb cins şalvarının sağ yan cibinə qoymuşdu ki, sonra özü istifadə etsin. Maştağadan qayıdan zaman onu polis əməkdaşları saxlayıb Sabunçu RPİ-nin 14-cü PBnə apardılar. Orada təhqiqatçı müdafiəçi dəvət edərək ona hüquq və vəzifələrini izah etdikdən sonra onu şübhəli şəxs qismində tutmuşdur. Lakin müdafiəçi qadın olduğu üçün üzərinə baxışda həmin vəkilin iştirak etməsini istəməmiş və bu barədə ərizə təqdim etmişdir. Bundan sonra onun üzərinə videoçəkiliş aparılmaqla baxış keçirildi. Baxış zamanı o könüllü olaraq əynində olan cins şalvarın sağ yan cibindən içində metamfetamin olan şəffaf sellofan bükümü masanın üzərinə qoymuşdur. Həmçinin şalvarının digər cibində olan Samsung markalı mobil telefonu da təqdim etmişdir. Psixotrop maddə zərfə qoyularaq qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Bundan sonra isə baxışın nəticələrinə dair tərtib olunmuş protokolu da imzası ilə təsdiq etmişdir. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki zor və təzyiq olmamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PBnin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə keçiridikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmin tarixdə Xızı rayonu Tıxlı kənd sakini Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə ona məlumat daxil olmuşdur.Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş məlumat əsasında ondan və həmkarı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və 08 mart 2023-cü il tarixdə saat 08 radələrində Şahid2lə birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X5 gedərək Təqsirləndirilən şəxs ola biləcək yeri müşahidəyə alaraq Təqsirləndirilən şəxs küçə ilə piyada gəldiyini görərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra barəsində narkotik vasitəlrin satışı və dövriyyəsi ilə məşqul olması barədə şübhələr olduğunu deyib 14-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heçbir etiraz etmədən onlarla birlikdə 14-cü PB-nə gəlmiş, orada onu araşdırma aparılması üçün təhqiqatçı polis mayoru Tahir Vəliyevə təqdim etmişlər. Təhqiqatçı müdafiəçi dəvət etdikdən sonra Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş, bundan sonra müdafiəçi qadın olduğu üçün Təqsirləndirilən şəxs öz yazılı ərizəsi əsasında müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilmiş, baxış videoçəkiliş aparılmaqla keçirilmiş, həmin baxışda o və həmkarı Şahid2 iştirak etmişlər.Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal formalı maddəni və əynindəki göy rəngində olan gödəkçənin sol yan cibindən Samsung Galaxy A13 markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlə bağlı suallara cavab olaraq bildirmişdir ki, 3 ildir narkotik vasitədən istifadə edir, həmin narkotik vasitə metamfetamini anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından 225 manat ödəməklə əldə etmiş və üzərində saxlamışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənib imzalanaraq götürülmüş, şəxsi axtarış barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və onlar protokolla tanış olaraq doğuluğunu imzalarıyla təsdiq etmişlər.Təqsirləndirilən şəxs saxladıqlar və polis bölməsinə gətirdikləri zaman ona qarşı heç bir fiziki zor və psixoloji təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-də əməliyyat müvəkkili polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 08 mart 2023-cü il tarixdə keçiridikləri əməliyyat tədbiri ilə əlaqədar tanımışdır. Belə ki, həmin tarixdə həmkarı Şahid1 Xızı rayonu Tıxlı kənd sakini Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması barədə ona məlumat daxil olmuşdur.Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və dövriyyəsi ilə məşqul olması barədə daxil olmuş məlumat əsasında ondan və həmkarı Şahid1 ibarət əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 08 radələrində Şahid1la birlikdə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi X5 gedərək Təqsirləndirilən şəxs ola biləcək yeri müşahidəyə alaraq Təqsirləndirilən şəxs küçə ilə piyada gəldiyini görərək ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra barəsində narkotik vasitəlrin satışı və dövriyyəsi ilə məşqul olması barədə şübhələr olduğunu deyib 14-cü PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs heçbir etiraz etmədən onlarla birlikdə 14cü PB-nə gəlmiş, orada onu araşdırma aparılması üçün təhqiqatçı polis mayoru Tahir Vəliyevə təqdim etmişlər. Təhqiqatçı müdafiəçi dəvət etdikdən sonra Təqsirləndirilən şəxs hüquqlarını izah etmiş, bundan sonra müdafiəçi qadın olduğu üçün Təqsirləndirilən şəxs öz yazılı ərizəsi əsasında müdafiəçinin iştirakı olmadan üzərinə baxış keçirilmiş, baxış videoçəkiliş aparılmaqla keçirilmiş, həmin baxışda o və həmkarı Şahid1 iştirak etmişlər.Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli kristal formalı maddəni və əynindəki göy rəngində olan gödəkçənin sol yan cibindən Samsung Galaxy A13 markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümlə bağlı suallara cavab olaraq bildirmişdir ki, 3 ildir narkotik vasitədən istifadə edir, həmin narkotik vasitə metamfetamini anket məlumatlarını bilmədiyi İran İslam Respublikası vətəndaşından 225 manat ödəməklə əldə etmiş və üzərində saxlamışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənib imzalanaraq götürülmüş, şəxsi axtarış barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs və onlar protokolla tanış olaraq doğuluğunu imzalarıyla təsdiq etmişlər.Təqsirləndirilən şəxs saxladıqlar və polis bölməsinə gətirdikləri zaman ona qarşı heç bir fizikizorvəpsixolojitəzyiqolmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli üzrə təqsirli olması özünün və şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə tədqiq edilmiş cinayət işinin digər materialları ilə də tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci PBnin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, etimad doğuran, qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması və daşıması bildirilir. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci PB-nin rəisinə ünvanlanan xx.xx.2023-cü il tarixli raportdan müəyyən olunur ki, 08 mart 2023-cü il tarixdə Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci PB-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz istifadəsində və daşınmasında şübhəli bilinən Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində olduğu yer müəyyən edilərək həmin tarixdə saat 08:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Albalılıq massivi, nömrəsiz fərdi bağ evlərinin yanında saxlanılmış və Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci PB-nə gətirilmişdir. Məhkəmədə elan edilib araşdırılmış «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023cü il tarixli protokoldan müəyyən olunur ki, həmin tarixdə saat 09:15-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs oğlu tutulmuşdur. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci PB-nin rəisinə ünvanlanmış Təqsirləndirilən şəxs məxsus xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs müdafiəçisi olan X3 iştirakı olmadan şəxsi axtarış keçirilməsini xahiş etmişdir. Məhkəmədə elan edilib araşdırılmış “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, videoçəkiliş aparılmaqla həmin tarixdə Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri könüllü surətdə verməsi təklif edildikdən sonra o əynində olan göy rəngli cinas şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində ağ kristallik maddə olan bükümü və əynində olan göy rənfgli gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli Samsung Galaxy A13 markalı mobil telefonu masanın üzərinə qoymuş və verilən suallara cavab olaraq həmin maddəni İran İslam Respublikasının vətəndaşından 225 manat pul ödəməklə atdığı yerdən gedib götürdüyünü, üzərində saxlayıb daşıdığını və 3 il olar ki, narkotik vasitə olan metamfetamin istifadə etdiyini demişdir. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar tərəfindən şikayət, təklif və qeydlər daxil olmamış və imzalarla təsdiq edilmişdir. Şəxsi axtarış və götürmədə iştirak etməyən Təqsirləndirilən şəxs müdafiəçisi A.Hüseynova protokolla tanış olmuş və protokolu imzalamışdır. Məhkəmədə elan edilib araşdırılmış Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2023-cü il tarxili qərarı ilə Təqsirləndirilən şəxs oğlunun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə elan edilib araşdırılmış fiziki-kimyəvi ekspertizasının 08 mart 2023-cü il tarixli 6/1421 nömrəli rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində «Şübhəli Təqsirləndirilən şəxs......» yazılar və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 9,759 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindi. Qeyd:Metamfetaminin təmiz çəkisi -9,759 qram tədqiqata sərf edildi -0,1 qram, qalıq 9,659 qram. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr »in İ saylı siyahısına daxildir. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-narkoloji ekspertizasının 01 may 2023-cü il tarixli 2557 nömrəli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə elan edilib araşdırılmış ambulator məhkəmə-psixiatrik ekspertizasının 08 may 2023-cü il tarixli 1263 nömrəli rəyindən müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli dövründə də, hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehdiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən 08 mart 2023-cü il tarixdə şəxsi axtarış aparılan zaman aşkar edilrərk götürülmüş içərisində ***-***-**-** sim nömrəsi olan «Samung Galaxy A13» markalı telefona baxış keçirilən zaman “Whatsapp” proqramına daxil edildikdə telefonda adı qeyd edilməyən +**********89 və +**********28 İran İslam Respublikasına aid nömrə qeyd edildiyi aşkar edilir. Təqsirləndirilən şəxs istifadəsində olan nömrədən +**********89 nömrəsi ilə olan danışıqlara nəzər saldıqda yazılan sonra silinən smslərə rast gəlinir. Telefonda olan xx.xx.2023-cü il tarixdə olan 22:28-ə aid səs yazısında deyilir: Yavər deyir- «qardaş götürdün ya yox tez mənə xəbər verdə Sumqayıt elə uzaq yer deyilki sizə yaxın yerdir». İzzət deyir- «Yavər kişi Sumqayıtın Corat bağlarıdı ora şəhərdən 5-10 deq aralıdı gedirəm çatıram naraht olma». Yavər deyir-«qaqaş nə oldu səndən xəbər çıxmadı». İzzət deyir-« Yavər kişi indi çatmışam and ola allaha bir deq sebirli ol götürüm gedirəm, on deq vururam aparata çatım vurram narahat olma, kişi bidene sete gir işim var senen vacib biden gir sete və.s». Bundan başqa telefonun qalereya bölməsində xx.xx.2023-cü il tarixə aid 225 manat pulun göndərilməsi ilə bağlı qəbzin şəkli vardır. Məhkəmədə elan edilib araşdırılmış "xxxx" MMC-dən alınmış CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə ötürülən zənglərdə və sms-lərdə aşağıda qeyd edilənlər müəyyən edimişdir:
1. SMS_Tarixcesi__**********4328__557217440 185 KB xx-xx-2022 12:37:46 1.1.**********40 1.1.**********35 Kola yoxdu daş var Qasan kola indi geldi xx-xx-2022 04:17:01 1.1.**********40 1.1.**********46 Qasan kola indi geldi xx-xx-2022 03:23:10 1.1.**********40 1.1.**********03 Qaqaw orda 20 manatliq kola varidi i pilus sen 18 manat vermisen gecen xeyre xx-xx-2022 13:32:30 xx-xx-2022 13:32:30 1.1.**********40 1.1.**********41 Zay pati veribler xx-xx-2022 19:48:02 xx-xx-2022 19:48:02 1.1.**********40 1.1.**********35 2 dene 10nluq daw
2. SMS_Tarixcesi__**********4331__557217440 423 KB xx-xx-2023 20:20:11 1.1.**********87 1.1.**********40 Qardasim birdene 10lug kola bidenede 5diy das alinar mene tezbazar he yox de vezyet pisdi 14 manat pulum var xx-xx-2023 18:36:07 xx-xx-2023 18:36:08 1.1.**********89 1.1.**********40 Yarı duzeler kola? xx-xx-2023 12:07:39 xx-xx-2023 12:07:39 1.1.**********03 1.1.**********40 10luq kola 10nluq daş xx-xx-2022 14:24:47 1.1.**********35 1.1.**********40 Qaqa 10 manatliq kola 5manatliq daş lazimdi 40:46 1.1.**********35 1.1.**********40 Qaqa kola var? xx-xx-2022 16:49:31 xx-xx-2022 16:49:31 1.1.**********66 1.1.**********40 ki dost dosta bor olar.tüpürüm o patıya..! xx-xx-2022 17:56:43 xx-xx-2022 17:56:43 1.1.**********41 1.1.**********40 Qaqa yari pati lazimdi ozunde mennensen bir usaq var o gelir yeri v xx-xx-2022 20:55:08 xx-xx-2022 20:55:08 1.1.**********35 1.1.**********40 1 kola 1 pati xx-xx-2023 01:40:27 1.1.**********57 1.1.**********40 Alidi pati var gorusey de emioglu xx-xx-2023 13:48:30 xx-xx-2023 13:48:30 1.1.**********35 1.1.**********40 2 cola 1 daş hazirla 30 manat vərəcəm amma doburu elə xx-xx-2022 16:49:31 xx-xx-2022 16:49:31 1.1.**********66 1.1.**********40 ki dost dosta bor olar.tüpürüm o patıya..! xx-xx-2022 17:56:43 xx-xx-2022 17:56:43 1.1.**********41 1.1.**********40 Qaqa yari pati lazimdi ozunde mennensen bir usaq var o gelir yeri v xx-xx-2022 08:38:11 xx-xx-2022 08:38:11 1.1.**********93 1.1.**********40 X13 Nedi Vermisen 20,yoxdu X9 Bele Elemede,qardawimsan X12,15,,biz X11,qaqa X10 xx-xx-2022 16:16:28 xx-xx-2022 16:16:28 1.1.**********64 1.1.**********40 Qaqa 3 dene 10lug daw xx-xx-2022 08:50:44 xx-xx-2022 08:50:45 1.1.**********93 1.1.**********40 X14,qaqa Daw Var? xx-xx-2022 02:54:06 1.1.**********10 1.1.**********40 a bilirsenki tuxta daw soxmusan mene teli acmirsan he.ac gorm teli xx-xx-2022 07:18:30 xx-xx-2022 14:42:07 1.1.**********57 1.1.**********40 İzzət ağzıvın qatığını dağıtma.verdiyin kakos atdım tərəziyə 1 deyildi
3. Zenglerin_Detallasmasi__**********5130___557217440 4949 KB
4. Zenglerin_Mexsusluq_Tarixceleri__**********5148___557217440_BKC 423 KB ***-***-**-** telefon nömrəsi İzzət Abdullayein arvadı Nəzrin Ağayevaya məxsusdur (16217121 1031,8,,SUMQAYİT şəh., məh.4, ev.24/11, m.10) Bundan başqa ***-***-**-** saylı nömrə vasitəsi ilə yazılan smslər və ya o nömrəyə yazılan smslərdən görünür ki, narkotik vasitə istifadə edən və ya satan şəxslərin dili ilə yazılmış « kola, pati, daw və mal » kimi sözlər vardır.Yazılan smslərdən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olmuşdur. Məhkəmədə elan edilib araşdırılmış «sübutların qiymətləndirilməsi, əməlin tövsif edilməsi və cinayət işindən ayrıca cinayət işi ayrılması haqqında » xx.xx.2023-cü il tarixli qərardan müəyyən olunur ki, göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsindən həmin məcəllənin 234.4.3-cü maddəsinə tövsüf edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsi barədə olan ********* nömrəli cinayət işindən narkotik vasitənin mənbəyi barədə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.Öz xüsusiyyətinə və əlamətlərinə, aşkar edildiyi yerə və vaxtına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 9,759 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilməklə ekspert tədqiqatı nəticəsində qalıq qalmış ümumi təmiz çəkisi 9,659 qram metamfetamin və «Samung Galaxy A13» markalı telefon Sabunçu RPİ-nin saxlancına verilmişdir «Samung Galaxy A13» markalı telefon və "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli, AZF/LGL- 5438/23 nömrəli məktuba əlavə edilmiş 01 ədəd CD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə elan edilib araşdırılmış “təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan müyyən olunur ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi A.Hüseynova Bakı şəhəri Sabunçu RPİ-nin inzibati binasında cinayət işinin materialları ilə tanış olmuş, etiraz, vəsatət, düzəliş və qeydlərinin olmadığını bildirmiş və imzaları ilə bunu təsdiq etmişlər. Məhkəmədə elan edilib araşdırılmış Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə hər-hansı bir məlumat yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs öz ifadəsi və şahid ifadələrini, üzərinə baxış protokolu ilə, ona məxsus “Samsung A13” markalı mobil telefona baxış keçirilməsi barədə protokolu, həmin mobil telefonda olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** sim nömrəsinə gələn sms və zənglərdə ,ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlləri tam sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitənin öz şəxsi istifadəsi üçün olmasına dair ifadələri əməliyyat tədbirini keçirmiş polis əməkdaşlarının ifadələri, üzərinə videoçəkilişlə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş CD diskdəki görüntülərlə, ekspertiza rəyləri, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış “Samsung A13” markalı mobil telefonun “Whatsapp bölməsinə” həmçinin qeyd olunan telefonun daxilində olan Təqsirləndirilən şəxs məxsus ***-***-**-** sim nömrəsinə gələn sms və zənglər və cinayət işinin digər materialları ilə təkzib olunur. Məhkəmə nəzərə alır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekusorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 02 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə metamfetaminin miqdarının həddən artıq çox olması, yəni şəxsi istehlak miqdarından olduqca artıq miqdarda olması və onun mobil telefonunda olan sms və zənglərin aşkar olunması Təqsirləndirilən şəxs həmin narkotik vasitəni şəxsi istifadə məqsədilə deyil, satış niyyəti ilə qanunsuz əldə edib saxlamasını təsdiq edir. Məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı araşdırılan cinayət hadisəsinin baş vermə faktı və halları təqsirləndirilən şəxsin hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cinayət hadisəsi ilə əlaqəsi və həmin cinayət əməllərinin törədilməsində cinayət məsuliyyətinə cəlb edilən şəxsin təqsirliliyi toplanmış sübutların məcmusu ilə tam müəyyən edilmiş və ittiham hökmünün çıxarılması üçün kifayətdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkar şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunası cəzanın bu şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Belə olan halda, məhkəmə Rahim Cəfərli azadlıqdan məhrum etmə növündə cəza təyin etdikdə cəzaçəkmə müddətinin əvvəlini tutulduğu andan, yəni 08 mart 2023-cü il tarixdən hesablamalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsi ilə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Belə olan halda Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza təhqiqatından sonra qalıq çəkisi 9,659 qram olan psixotrop maddə metamfetamin məhv edilməli və "xxxx" MMC-dən alınmış 01 ədəd CD disk və üzərinə baxışı əks etdirən CD disk cinayət işinin materiallarına əlavə edilməli, Təqsirləndirilən şəxs məxsus «Samung Galaxy A13» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza xərcləri olan 110 (yüz yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə iclaslarında məhkəmənin qərarına əsasən təyinatla Bakı şəhəri 25 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda hüquqi yardımın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına əsasən təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 25 saylı Vəkil Bürosunun nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Hökmdə şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 06 (altı) il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicəyə ehtiyacı olan şəxs kimi tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Bakı şəhəri Sabunçu RPİ-nin saxlanc yerinə təhvil verilmiş qalıq çəkisi 9,659 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus «Samung Galaxy A13» markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Narkotik vasitələrinin məhv edilməsi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunun 32-ci maddəsinin tələblərinə uyğun olaraq yaradılmış dövlət komissiyası tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza xərci 110 (yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublkasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Beynəlxalq Bankdakı Az MEM, VÖEN **********, H/h ******************** ABB mərkəzi filialı, VÖİN **********, Kod 805250, m/h **********944, S.W.İ.F.T. Bik: İBAZAZ 2X hesabına keçirilsin. Məhkəmə iclaslarında göstərdiyi hüquqi yardımla bağlı Müdafiəçi üçün 240 AZN (iki yüz qırx manat) pul Bakı şəhəri 25 saylı Vəkil Bürosunun nəfinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: (sədrlik edən) Rasim Sadıxov Novruz Kərimov Leyla Əsgərova-Məmmədova