Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1567/2024 16.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Muxtarov Kamran Nüsrət oğlunun sədrliyi, X11 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində X4 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1981-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 7, mənzil 6-da qeydiyyatda olmaqla Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcrixdanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımış və satmışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilmiş narkotik vasitələr və psixotrop maddələrin» İ və İİ siyahılarına daxitl edilmiş küllü miqdarda 22,124 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 02 ədəd sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,612 qram və 0,242 qram olmaqla ümumi çəkisi 1,848 qram olan qəhvəyi rəngli toz şəkillində maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, 10 oktyabr 2023-cü ildən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində psixotrop maddə metamfetaminin bir hissəsini külli miqdarda olmaqla 2,445 qram psixotrop madə metamfetamini 20 manat müqabilində tanışı Şahid3 satdıqdan sonra Nərimanov RPİ NMB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs 11 oktyabr 2023-cü il tarixdə saat 16:40 radələrində ünvan 1 ünvanının qarşısında saxlanılaraq ünvan 2erləşən Nərimanov RPİ-nə gətirilmiş və orada şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “sucay” markirovkalı qutunun içərisindən 02 ədəd sellofan bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 1,612 qram və 0,242 qram olmaqla ümumi çəkisi 1,848 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 19,340 qram və 0,339 qram olmaqla ümumi təmiz çəkisi 19,679 qram ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 01 ədəd naroktik vasitə və psixotrop maddəni çəkilib satışa hazırlanmasında avadanlıq kimi istifadə olunan üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan ona edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Toyota Prius” markalı avtomobili icarəyə götürərək taksi fəaliyyətilə məğul olmuşdur. Saxlanıldığı gün idarə etdiyi avtomobildən düşərək evinə tərəf getmişdir. Həmin vaxt 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, alışqanı olub-olmamasını soruşmuşlar. O, alışqanının olmadığını demişdir. Elə həmin anda 2 nəfər mülki geyimli şəxs onu tutmuş, sonra başqa 2 nəfər mülki geyimli şəxs də ona yaxınlaşmışdır. Həmin 4 nəfər şəxs onu döyməyə başlamışdır. Evinin açarını cibindən çıxardıb qapını açaraq evinə daxil olmuşlar. Evdən yarım qram narkotik vasitə aşkar etmişlər. Narkotik vasitə istifadəçisi olduğunu və həmin narkotik vasitənin özünə məxsus olmasını etiraf etdmişdir. Saxlanılarkən üzərində 0,5 qram metamfetamin, 1600 manat pul olmuşdur. Həmin pulun 80 manatını polis əməkdaşları müdafiəçiyə və ekspertə verəcəklərini deyərək götürmüşlər. X9 aparılmışdır. Onu şöbəyə apardıqdan sonra yenidən evinə qayıtmışlar. Sonra ona evindən narkotik vasitə və tərəzi tapdıqlarını demişlər. Şahid3la qonşu olmuşdur. Birlikdə narkotik vasitə istifadə etmişlər. Sonuncuya narkotik vasitə verməmişdir. MSY-də Samirlə üzləşdirilərkən sonuncu narkotik vasitəni tanımadığı şəxsdən aldığını demişdir. Polis əməkdaşları tərəfindən döyülmüşdür. Ona xəsarət yetirənlər Fariz, İsa və Rəşad adlı əməliyyatçılar olmuşdur. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməmişdir. Şübhəli şəxs kimi verdiyi ifadəsinin sonundakı imzalar onun tərəfindən icra olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün ifadəsindən başqa ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə tam təsdiq edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 oktyabr 2023-cü il tarixdə Narkotiklərlə Mübarizə bölməsinə Təhqiqat şöbəsinin təhqiqatçısı Nadir Rza-zadənin raportu daxil olmuşdur. Raportda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan Şahid3 onda aşkar olunan metamfetamini Qaraçuxur qəsəbəsində tanışı Vüqar adlı şəxsdən alması qeyd edilmişdir. Həmin əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda Qasım və Fariz olmuşdur. Saat 17 radələrində Qaraçuxur qəsəbəsinə qəbirstanlığa tərəf yollanmışlar. Xarici əlamətlərinə görə Vüqara bənzəyən şəxsə yaxınlaşıb Vüqar olubolmadığını soruşmuşlar. Həmin şəxsin Vüqar olduğunu bildirdikdən sonra özlərini təqdim etmişlər. Vüqara narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün idarəyə getməli olduğunu demişlər. İdarəyə getdikdən sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtraış zamanı Vüqarın üzərində olan qara qutunun içərisində 4 ədəd büküm aşkar edilmişdir. Qutunun içərisində 2 büküm heroin və 2 büküm metamfetamin olmuşdur. Bundan başqa cibində müxtəlif əskinaslarda dollar və manat olmuşdur. Vüqar sorğu zamanı müalicə xərclərini qarşılamaq üçün mal-qara satdığını demişdir. Narkotik vasitələri hardan almasını soruşduqda isə 150-200 manat müqabilində tanımadığı şəxsdən aldığını demişdir. İbtidai istintaq zamanı Vüqara qarşı heç bir təzyiq edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onunla düşmənçilik və ədavəti yoxdur. 2023-ci ilin oktyabr ayının ortaları Samir adlı şəxs narkotik vasitələri qanunsuz olaraq istifadə etdiyinə görə tutulmuşdur. Sonuncu narkotik vasitələri Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını, Vüqarı Nərimanov rayonu ərazisində yaşadığı məhəllədə qonşu olduqlarını bildirmişdir. Samir, həmçinin Vüqarın Suraxanıda yaşadığını da bildirmişdir. Həmin ifadə əsasında əməliyyat tədbirləri həyata keçirilmişdir. Əməliyyat tədbirində Şahid1 ilə birlikdə iştirak etmişdir. Əməliyyat-axtarış tədbirləri keçirdikdən sonra Samirin bildirdiyi Təqsirləndirilən şəxs şəxsiyyətini müəyyən etmişlər. Bundan sonra Vüqarın yaşadığı evin yaxınlığında gözləmiş, xarici əlamətləri məlumatda qeyd edilən şəxsə oxşar bir şəxsin gəldiyini görmüşlər. Vüqar yaxınlaşdıqda özlərini təqdim etmiş və əməliyyat tapşırığına uyğun olaraq Nərimanov Rayon Polis İdarəsinə aparmışlar. Bölmədə Vüqarın üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı sonuncunun üzərindəki paketin içərisində 2 ədəd bükümdə heroin, 2 ədəd bükümdə metamfetamin, 300 dollar və bir neçə yüz manat pul vəsaiti aşkar edilmişdir. Vüqardan bu pulları necə əldə etdiyini soruşduqda sonuncu rayonda mal-qaranı satdığını bildirmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs qarşı heç bir zorakılıq edilməmişdir. Əksinə səs-küy salaraq tutulma səbəbini soruşmuş, onlara tutulma səbəbini bildirmələrinə imkan verməmişdir. Vüqarı saxlayarkən ayaqlarında yara və sarğı olmuşdur. Vüqar qaçmağa cəhd etdiyindən sonuncunu çətinliklə tutmuşlar. Səsküyə çıxan qonşulara polis olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə daxil olmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hal-hazırda AR CM-nin 234.1-ci maddəsi ilə cəzaçəkmə müəssisəsində cəza çəkir. Əvvəllər Vüqarla sürücü yoldaşı olmuş, birlikdə işləmişlər. Həmçinin onlar bir məhəllədə qalmışlar. Sonuncu ilə narkotik vasitələrlə əlaqədar alış-veriş olmamışdır. Sadəcə narkoman yoldaş kimi bir-birilərinə istifadə məqsədilə “mal” vermişlər. Vüqara pul borcu olsa da, narkotik vasitə boru olmamışdır. Saxlanılarkən üzərində narkotik vasitə olmuşdur. Həmin narkotik vasitəni tanımadığı şəxsdən 50 manata almışdır. Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə əlaqədar müstəntiq Samir müəllimə ifadə vermişdir. Həmin ifadəsində yanvar ayında Təqsirləndirilən şəxs narkotik vasitə almadığını bildirmişdir. Şahid3 məhkəmə baxışı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 4 ildir ki, narkotik vasitə və psixotrop maddə qəbul edir. Narkotik vasitəni qəbul etməyə başlayanda Suraxanı rayonu Qaraçuxur qəsəbəsində Vüqar adlı şəxslə tanış olmuşdur. Vüqar ona bildirmişdir ki, nakotik vasitə və ya psixotrop maddə lazım olanda Qaraçuxur qəsəbəsinə gəlib ondan ala bilər. O, da narkotik vasitə lazım olanda Qaraçuxur qəsəbəsinə gedib Vüqardan pul müqabilində narkotik vasitə və ya psixotrop maddə almışdır. 10 oktyabr 2023-cü ildə günorta saatlarında Qaraçuxur qəsəbəsinə gedib Vüqarla görüşmüş və ondan 20 manat müqabilində psixotrop maddə metamfetamin gətirməsini xahiş etmişdir. Təxminən 10 dəqiqə sonra Vüqar bir ədəd şəffav selofan bükümdə ona metmfetamin gətirmişdir. Təqsirləndirilən şəxs ayrıldıqdan sonra xx.xx.2023-cü ildə saat 22:15-də ünvan 4 ünvanda polis əməkdaşları tərəfindən saxlanılmışdır. 11 oktyabr 2023-cü il tarixli raportdan görünür ki, 10 oktyabr 2023-cü il tarixdə Şahid3 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə günorta vaxtı Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində tanışı olan Vüqar adlı şəxsdən 20 manat qarşılığında əldə etdiyini bildirmişdir. Vüqar adlı şəxsin xx xxxxxx 1981-ci ildə ünvan 5 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. (Cild 1 i.v. 4) 11 oktyabr 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin gün Nərimanov RPİ-nin PŞ-nin təhqiqatçısı, polis mayoru Nadir Rza-zadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1 i.v. 24-25) 13 oktyabr 2023-cü il tarixli Nərimanov Rayon Məhkəməsinin qərarından görünür ki, Vüqar Fazil oğlu barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Vüqar Fazil oğlu üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını, narkotik vasitəni evinə yaxın ünvandan götürərək lazımi ünvanlara çatdırdığını bildirmişdir. (Cild 1 i.v. 97-101) 11 oktyabr 2023-cü il tarixli şəxsi axtarış protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qutunun içərsində 2 ədəd bükümdə ağ rəngli kristal formalı maddələr, 2 ədəd bükümdə isə qəhvəyi rəncli toz halında olan kütlə, 01 ədəd elektron tərəzi, 01 ədəd “Poco M 3” markalı mobil telefon, 300 ABŞ dolları və 905 manat pul aşkar edilərək götürülmüşdür. (Cild 1 i.v. 32-33) xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi protokolundan görünür ki, xx.xx.2023-cü il saat 02:15:23-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** GSM nömrəsindən ********* GSM nömrəsinə «kola axtarıram sən adama cavab ver də»; həmin tarixdə saat 00:36-da ********* GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki 50705380 CM nömrəsinə «Sabah ya da bürüsügün 30 manat atacaqar verəcəm. Mən pulsuz soska istəyənlərdən deyiləm. Məni kiminləsə dəyişik salma»; xx.xx.2023-cü il tarixdə saat 23:19-da Təqsirləndirilən şəxs istifadəsində olan ********* GSM nömrəsindən ********** GSM nömrəsinə «Elgiz tez gəl üstümdə kola var, gəl çıx»; xx.xx.2023-cü ildə saat 23:58-də Təqsirləndirilən şəxs istifadəsində olan ********* GSM nömrəsindən ********** GSM nömrəsinə: « Qaqa mən Saray postunu keçib dayanmışam. Bu gedir rayona məni gözləyir. Mənnən görüşüb gedəcək. Pul atırsan? Atmırsansa özümə daş götürüb qayıdım. Qaqa bir Kamaz daşdı, 3 Kamaz torpaq birdi, yarı da bir ot alınmadı, 50-də mənimki. 270 manat edir. Çat yığ məni amma puldan qalmasın. Demişəm ki, atıram hamısını bir azdan»; xx.xx.2023-cü ildə saat 17:42-də ********** GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* GSM- nömrəsinə: «Vüqar mən sənnən piş danışıram sən ağlına gələni danışırsan. Qatıq nə ağzına gələni danışırsan. Sənnən nətər danışdım, sən mənnən nətər danışırsan. Barıqanın polojenisi nədir, göstərəcəm sənə. Kakos, pati satanı əl-əl axtarırlar. Bunun alverini eləyirsən heç olmasa bir az düzgün danış camaatnan». xx.xx.2023-cü ildə saat 18:16-da həmin CSM-dən Təqsirləndirilən şəxs telefonuna: «Barıqa deyilsən bəs nəsən? Bu satdığın şeyləri sən satmırsan, patini, kakosu sən satmırsan. Səslərin hamısı durur mən də sübut edəcəyəm kimdi barıqa»; xx.xx.2023-cü ildə saat 02:31-də ********** GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki ********* GSM nömrəsinə: « Pulun əvəzinə başqa şey verə bilərəm, məsələn telefon «Samsunq». Onu verərəm qiymətləndir. Borcu çıxarsan, qalanına da sən mənə verərsən tema-zad». Təqsirləndirilən şəxs GSM nömrəsindən həmin nömrəyə cavab: « telefon lazım deyil, özün sat pulunu ver Emin»; ********** GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki GSM nömrəsinə cavab: «50 verirəm raşot olarıq». xx.xx.2023-cü ildə saat 03:22-də ********** GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* GSM nömrəsinə «Qara qara tema alınır yarı istəyən var. Normal qara, xəbər elə mən gəlib götürüm. Mənə də bir versin». xx.xx.2023-cü il saat 11:54-də həmin GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki GSM nömrəsinə: «Vüqar uşaqlar tərifləyən temadan düzələr? Yarı gələk götürək. Sənə bir az borcdan verim ancaq tez xəbər elə bu getməmiş»; Həmin tarixdə saat 01:59:33-də Təqsirləndirilən şəxs ********* CSM nömrəsindən ********** GSM nömrəsinə: «qaqa sənə uje etibarım qalmayıb ona görə başqa yerdən». xx.xx.2023-cü il saat 12:01:40-da ********** nömrəli GSM-dən Vüar Həsənovun istifadəsində olan ********* GSM nömrəsinə: «Vüqar deyirəm istəyən var sən öl demirəm Emilin canı. Sənə o gün bilə-bilə gəlib. Görürsən ki, tel. Belə pul vururlar kişiliyinə lənət»; Həmin gün saat 12:02:30-da ********** GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ********* GSM nömrəsinə «Sən ona görə xəstə tuxtanı verdin?»; Saat 12:04:52-də Təqsirləndirilən şəxs istifadəsində olan ********* GSM nömrəsindən ********** GSM nömrəsinə «Emin sən nə versələr, sən busan pulu gətir deyirəm sənə». xx.xx.2023cü ildə saat 21:18:45- də ********** GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki ********* GSM nömrəsinə: «Axşamın xeyir, işin uğurlu olsun. Dədə, 30 atdım 1 aya 15, qalanını da atsam zəng edəcəyəm». Həmin tarixdə Təqsirləndirilən şəxs cavab: «Heç nə yoxdur, Xəyyam gör hardan tapırsan mənə də ver». xx.xx.2023-cü ildə ********** GSM nömrəsindən Təqsirləndirilən şəxs istifadəsindəki ********* GSM nömrəsinə: «Yarı təşkil elə də adam da tapdım pul qoysun atışıb götürək». xx.xx.2023-cü ildə saat 19:52-də Təqsirləndirilən şəxs istifadəsində olan ********* GSM nömrəsindən ********** GSM nömrəsinə: « Təzə xoddu Xəyyam nəsə götürdün getdin tel. söndü 1 saata gələn oğlan». xx.xx.2023-cü ildə saat 04:57:22-də Təqsirləndirilən şəxs istifadəsində olan ********* GSM nömrəsindən ********** GSM nömrəsinə: « səndə olan ayın-oyunu sabah səndən kom. götürəcəklər. Sənə etibar etmək ağılsızlıqdır». xx.xx.2023-cü ildə saat 23.11.17-də Təqsirləndirilən şəxs istifadəsində olan ********* GSM nömrəsindən ********** CSM nömrəsinə: «Samir pulu at mən sənə borc ödəyən deyiləm». (Cild 1 i.v. 202-204) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/2-6/5323 nömrəli rəyindən görünür ki, 3-16-16/2-6/5323 nömrəli və 3-16-16\2-6\6252 nömrəli rəylərii ilə Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,606 qram və 0,242 qram ümumi çəkisi 1,848 qram qəhvəyi rəngli tozşəkilli maddələrin kimyəvi tərkiblərinə görə eyni olub kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 19,340 və 0,339 qram, ümumi təmiz çəkisi 19,679 qram ağ rəngli kristallardan ibarət maddələrin xarici əlamətlərinə və kimyəvi komponet tərkibinə görə eyni olub küstar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Bir ədəd elektron tərəzi üzrəində heroin və metamfetamin izləri aşkar olunmuşdur. (Cild 1 i.v. 47-49) Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cii il tarixli 3-16-16/2-6/6252 nömrəli rəyindən görünür ki, Şahid3 aşkar edilərək götürülmüş 1 bükümdə psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 2 ədəd bükümdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidir. (Cild 1 i.v. 169-170) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7423 №-li rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixostimuiyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar edilir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v. 142- 143) Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 3207 nömrəli rəyi ilə Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkməməsi, anlaqlı olması müəyyən edilmişdir. (Cild 1 i.v. 176-178) 17 yanvar 2024-cü il tarixli maddi sübut kimi tanınma qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,748 qram çəkidə narkotik vasitə heroin, 19,579 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi Nərimanov RPİ-nin maddi sübutları saxlanc yeirnə təhvil verilmişdir. (Cild 1 i.v. 210-211) DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Bərdə rayon məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (Cild 1 i.v. 129-130) Cinayət işinin materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 7 ünvanında yaşadığı müddətdə hər hansı xoşagəlməz hallar haqqında məlumat daxil olmamışdır. (Cild 1 i.v. 153) Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasından daxil olmuş tibbi kitabçanın suərtindən görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2023-cü il tarixdə 03 saylı İstintaq Təcridxanasına daxil olmuş və ilkin tibbi müayinədən keçmişdir. İlkin tibbi müayinə zamanı o, tibbi zədə aldığını bildirmiş, bədən səthinin müayinəsi zamanı sol said, qarının sol nahiyəsində sarımtıl-yaşıla çalar rəngli qançır aşkar edilmişdir. (Cild 2 i.v. 65- 66) Nərimanov Rayon Polis İdarəsindən daxil olmuş məktubdan görünür ki, Həsənov X7 Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerinə daxil olarkən onun hər iki ayağında sarğı aşkar olunmuş, deməsinə görə hər iki ayağında göbələk xəstəliyi olduğu üçün sarğı qoyulmuşdur. (Cild 2 i.v. 73-77) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 289/MEŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs 03 saylı İstintaq Təcridxanasına daxil olarkən üzərində olmuş xəsarətlərdən sol saidində və qarının sol nahiyəsində sarımtıl rəngli, yaşılımtıl çalarlı qançır küt təsir mexanizminə malik əşya ilə yetirilmişdir, törənmə müddətləri xx.xx.2023-cü il tarixdən 6-8 gün əvvələ uyğun gəlir, özü tərəfindən yetirilməsi inkar olunmur. (Cild 2 i.v. 91-94) Məhkəmə-xətşünaslıq ekspertizasının 4/969 saylı rəyindən görünür ki, cinayət işinin materiallarının 1-ci cildinin 11-ci və 13-cü vərəqlərindəki “İmza:” sözünün qarşısındakı imza, 1-ci cildinin 19-cu və 20-ci vərəqindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 24-cü vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 25-ci vərəqindəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı hər iki imza, 1-ci cildinin 26-cı vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 27-ci vərəqindəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, -ci cildinin 27-ci vərəqindəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 30-cu vərəqindəki “Bildirişi aldım, hüquq və vəzifələrim izah edildi:” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 31-ci vərəqindəki “Barəsində şəxsi axtarış aparılan şəxs” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 32-ci vərəqin son sətirindən aşağıdakı “1.)” sözünün qarşısındakı imza, 1-ci cildinin 33-cü və 36-cı vərəqindəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 37-ci vərəqindəki hər üç imza, 1ci cildinin 38-ci və 39-cu vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 40-cı vərəqindəki “İmza” sözünün qarşısındakı imza, 1-ci cildinin 52-ci vərəqindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 59-cu vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 60-cı və 61-ci vərəqindəki “Şübhəli şəxs” sözlərinin qarşısındakı imza, 1ci cildinin 62-ci vərəqindəki “İmza” sözünün qarşısındakı imza, 1-ci cildinin 63-cü vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 64-cü vərəqindəki imza 1-ci cildinin 72-ci və 73cü vərəqindəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 74-cü vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 75-ci və 76-cı vərəqindəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 77-ci vərəqindəki “İmza” sözünün qarşısındakı imza, 1-ci cildinin 78-ci vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 79-cu, 81-ci, 84-cü, 96-cı vərəqindəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 193-cü, 194-cü, 195-ci, 196-cı və 197-ci vərəqindəki “Təqsirləndirilən (şübhəli) şəxs” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 198-ci vərəqindəki “İmza” sözünün qarşısındakı və vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 199-cu və 200-cü vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 201-ci vərəqindəki “/Təqsirləndirilən şəxs/” sözünün qarşısındakı imza, 1-ci cildinin 202-ci və 203-cü vərəqin son sətirindən aşağıdakı imza, 1ci cildinin 204-cü vərəqindəki “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imza, 2-ci cildinin 64-cü vərəqindəki hər üç imza, 2-ci cildinin 66-cı vərəqindəki “FİN xxxxxxx” sözünün aşağısındakı “İmza:” sözünün qarşısındakı imza, 2-ci cildinin 67-ci vərəqindəki 1ci abzasın aşağısındakı soldan 1-ci “İmza:” sözünün və “Xahiş edirəmki, ifadələr latın əlifbası ilə yazılsın” sözünün aşağsındakı soldan 1-ci imza, 2-ci cildinin 67-ci vərəqinin son sətrinin aşağısındakı soldan 1-ci imza, 2-ci cildinin 68-ci vərəqinin son sətrinin aşağısındakı soldan 1-ci imza, 2-ci cildinin 69-cu vərəqinin son sətrinin aşağısındakı soldan 1-ci “İmza:” sözünün qarşısındakı imza, 2-ci cildinin 194-cü vərəqindəki əl yazısı ilə yazılmış “qəbul etdim” sözlərinin qarşısındakı imza Təqsirləndirilən şəxs tərəfindən icra edilmiş, cinayət işinin materiallarının 1-ci cildinin 28-ci vərəqin son sətirindən aşağıdakı imza, 1-ci cildinin 67-ci vərəqindəki “Şübhəli şəxs:” sözlərinin qarşısındakı imza, 1-ci cildinin 88-ci vərəqindəki “Təqsirləndirilən şəxs:” sözlərinin qarşısındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən icra edilib-edilməməsini ekspertizaya təqdim edilmiş imza nümunələri cizgilərin sadəliyi, həm uyğunlaşdırıcı, həm də fərqləndirici əlamətlərin olması qəti (müsbət və ya mənfi) bir rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmağa imkan vermədiyindən həmin imzaların Təqsirləndirilən şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntünün olduğu 01 ədəd diskə baxılmışdır. Müəyyən edilmişdir ki, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsi axtarış aparılan zaman o, təhqiqatçının təklifi ilə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən “Sucay” sözləri yazılmış qutunu, şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli elektron tərəzi, 03 ədəd 100 ABŞ dolları, 01 ədəd 200 manat, 7 ədəd 100 manat, 5 ədəd 1 manatlıq pul əskinası, arxa sağ cibindən 01 ədəd mobil telefonu təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd “Sucay” sözləri yazlmış qutuy baxış keçirilərək içərisindən 04 ədəd sellofan büküm aşkar edildi. Həmin bükümlərə baxış keçirilən zaman bükümlərdən 02 ədədinin içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə, 02 ədəd bükümün içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edildi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi məqsədilə, 3 gün əvvəl “MilliÖn” ödəmə terminalı vasitəsilə tanımadığ şəxsuin hesabına 150 manat atdıqdan sonra aldığını bildirdi. O, həmçinin Şahid3 tanıdığını, eyni məhəllədə yaşadığını bildirsə də, sonuncuya narkotik vasitə satmadığını bildirdi. Bundan başqa o, ayağında tromb xəstəliyi olduğunu, bu səbəbdən ayağının dərisi soyulduğunu bildirdi. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi və təhqiqtçının suallarına cavab olaraq ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzər maddələr qablaşdırılaraq eksperttizaya təqdim edilməsi üçün götürülmüş, 300 ABŞ dolları və 905 manat pul vəsaiti sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmış, 1 ədəd elektron tərəzi və “Poco M3” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Elektron məhkəmə informasiya sistemindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 oktyabr 2008-ci il təvəllüdlü X6 adında bir yetkinlik yaşına çatmayan övladı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 12 iyul 1988ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir, bu, ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Yallo Almaniyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 11 iyul 2016cı il tarixli qərarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Məhkəmə qeyd edir ki, bütün məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların, o cümlədən maddi sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və müdafiəçisi vasitəsi ilə suallar vermişdir. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən sübutların əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalıdır, yəni Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosesual Məcəlləsinin, Cinayət Məcəlləsinin və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının CM-nin 3-cü maddəsinə əsasən yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə : həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilən anda qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın 1-ci siyahısının 5-ci bəndinə əsasən - təmiz halda 0,15 (sıfır tam yüzdə on beş) qramdan 2 (iki) qramadək çəkidə narkotik vasitə heroin şəxsi istehlak miqdarından artıq miqdar, 2-ci siyahısının 67-ci bəndinə əsasən - təmiz halda 2 (iki) qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə ilk olaraq şəxsi axtarışın qanunun tələblərinə müvafiq aparılıbaparılmamasını, eləcə də, təqsirləndirilən şəxsin gətirdiyi dəlilərin əsaslı olub-olmamasını araşdırmağı zəruri hesab edir. CPM-nin 207-ci maddəsinə əsasən də cinayət işi başlamadan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi qanununun tələblərinə uyğun olmuşdur. Belə ki, CPM-nin 207.4-cü maddəsində göstərilmişdir ki, …cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. CPM-nin 90.11.2-ci maddəsində isə şübhəli şəxsin tutularkən baxışa və şəxsi axtarışa məruz qalmaq vəzifəsi təsbit olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs şəxsi axtarışı zamanı CPM-nin 246-cı maddəsinin tələblərinə riayət edilmişdir. Belə ki, 11 oktyabr 2023-cü il tarixli şəxsi videoçəkilişlə aparılmış və orada təqsirləndirilən Təqsirləndirilən şəxs videoçəkilişlə üzərində olan heroin, metamfetamin və 01 ədəd elektron tərəzini könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ona qarşı irəli sürülmüş ittihamla bütövlükdə razılaşmamış, ondan aşkar edilmiş narkotik vasitə və psixtrop maddələrdən yalnız 0.5 (sıfır tam onda beş) qram miqdarda metamfetaminin ona məxsus olduğunu, digər narkotik vasitə, psixtrop maddələrin ona aidiyyətinin olmadığını, həmin maddələri satış məqsədilə əldə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsin iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,606 qram və 0,242 qram, ümumi təmiz çəkisi 1,848 qram çəkidə narkotik vasitə heroin və iki ədəd bükümdə ayrı-ayrılıqda ümumi təmiz çəkiləri 19,340 qram və 0,339 qram ümumi təmiz çəkisi 19,679 qram psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi üzərində ibtidai araşdırma dövründə qanuni üsullarla toplanmış və hazırki məhkəmə iclasında tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edilmiş sübutlarla, yəni özünün istintaq zamanı verdiyi ilkin ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında protokol, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar və digər sənədlərlə də tam təsdiq edilmişdir. Həmçinin barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni İran İslam Respublikası vətəndaşından aldığını, narkotik vasitəni evinə yaxın ünvandan götürərək lazımi ünvanlara çatdırdığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında satış məqsədi subyektiv cəhətin zəruri əlaməti kimi nəzərdə tutulmuş və məhkəmə bu halın hazırki işdə sübuta yetirilib-yetirilmədiyini araşdırmalıdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarında məhkəmələrə tövsiyyə olunur ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə baxış keçirərkən çoxlu sayda mesajlar aşkar olunmuş, həmin mesajlar isə narkotik vasitələr və psixotrop maddələrin satışı ilə bağlı olmuşdur. Göstərilən mesajların mahiyyəti və məzmunu ona dəlalət edir ki, təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə əldə etmişdir. Bundan başqa, onun üzərindən tərəzi aşkar edilmişdir ki, bu da onun satış məqsədini təsdiq edən haldır. Həmçinin Şahid3 həm ibtidai istintaq zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs almasını bildirmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması ilə bağlı qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən üzərində xəsarətlər aşkar olunmuş, həmin xəsarətləri polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində almasını göstərmişdir. Göstərilən halın araşdırılması üçün məhkəmənin qərarı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, keçirilən ekspertiza ilə müəyyən edilmişdir ki, istintaq təcridxanasına daxil olarkən onda aşkar edilmiş xəsarətlərdən sol saidində və qarının sol nahiyəsində sarımtıl rəngli, yaşılımtıl çalarlı qançır küt təsir mexanizminə malik əşya ilə yetirilməsi, törənmə müddətləri xx.xx.2023-cü il tarixdən 6-8 gün əvvəl yetirilməyə, yəni həmin xəsarətlər Təqsirləndirilən şəxs tutulduğu 11 oktyabr tarixidən əvvələ uyğun gəlir. Eyni zamanda həmin xəsarətlərin özü tərəfindən yetirilməsi də inkar olunmamışdır. Yəni xəsarətlər o, tutulmamışdan əvvəl əmələ gəlmiş və ona görə də, polis əməkdaşları tərəfindən yetirilən xəsarət kimi qəbul edilə bilməz. Həmçinin məhkəmə Şahid3 məhkəmə zamanı vermiş olduğu ifadəsi ilə bağlı qeyd edir ki, sonuncu Təqsirləndirilən şəxsla yaxın olmuş, özlərinin də demələrinə görə bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. Bu səbəbdən də Şahid3 məhkəmə zamanı vermiş olduğu ifadəsini dostluq münasibətinin təsiri altında verməsi nəzərə çarpır. Odur ki, Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi daha mötəbər hesab edilməlidir. Həmçinin məhkəmə qeyd etmək istəyir ki, Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş ifadəsi daha mötəbər və inandırıcıdır. Belə ki, üzərindən aşkar edilmiş narkotik vasitələrin aşkar edilməsi ilə bağlı istintaq zamanı vermiş olduğu ifadəsi digər sübutlarla - videoçəkiliş zamanı aparılmış şəxsi axtarış protokoluı, telefonuna daxil olan və çıxan məlumatlar, şahidlərin ifadələri də dəstəklənmişdir. Həmçinin istintaq zamanı vermiş olduğu ifadəsinin inandırıcılığı ilə bağlı qeyd edilməlidir ki, nəzəriyyədə inandırıcılığın kriterlərinin ən önəmlisi ayrıntıdır. Burada önəmli olan təqsirləndirilən hadisənin ayrıntılı bir şəkildə anlada bilməsidir. Hazırki iş üzrə də görünür ki, Təqsirləndirilən şəxs isintaq zamanı ifadəsində və videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı hadisə ilə, yəni narkotik vasitənin əldə edilməsi, saxlanılması bağlı halları bir-biri ilə əlaqəli, zəncir kimi bağlı, detallı ayrıntılarla anlatmış, özü könüllü şəkildə narkotik vasitələri təqdim etmişdir. Məhkəmə məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə tövsif edilməlidir. Onun əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərindən görünür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəzanın məqsədlərinə çatmaq baxımından qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli onun faktiki tutulduğu vaxtdan, yəni 11 oktyabr 2023-cü il tarixdən hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndinə görə məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Həmin Məcəllənin 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1,748 qram çəkidə narkotik vasitə heroin, 19,579 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə-kimyəvi, məhkəmə-xətşünaslıq və məhkəmə kompüter-texniki ekspertizalarına sərf edilmiş ümumilikdə 433 (dörd yüz otuz üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 60 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi üçün vəkil işlədiyi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına ödənilməsi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353-cü maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 11 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1,748 qram çəkidə narkotik vasitə heroin, 19,579 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, 2 ədəd disk sübut kimi tanınaraq cinayət işinin materiallarında salanılsın. İş üzrə məhkəmə-kimyəvi, məhkəmə-xətşünaslıq və məhkəmə kompüter-texniki ekspertizalarına sərf edilmiş ümumilikdə 433 (dörd yüz otuz üç) manat məbləğində ekspertiza xərci təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin büdcəsinə keçirilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 36 Vəkil Bürosunun hesabına vəkil Müdafiəçi üçün 360 (üç yüz altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1567/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1567/2024
16.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver