Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1567/2025 06.11.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X16 və Ələkbərli Roman Nəriman oğlundan ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1, onun nümayəndəsi və vəkili Xırdalan Vəkil Bürosunun vəkili Müdafiəçi4, Zərərçəkmiş şəxs3, müdafiəçilər Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1975-ci ildə İmişli rayonu, Qaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli olmaqla, himayəsində iki yetkinlik yaşına çatmayan övladı olan, orta təhsilli, işləməyən, məhkum olunmayan, İmişli rayonu Qaraqaşlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM-in) 178.3.2-ci maddəsi ilə, xx.xx.1955-ci ildə Gürcüstan Respublikası Bolnisi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olan, Xırdalan şəhəri, Quşçuluq massivi küç 8, mənzil 108 ünvanında yaşayan, Bakı Ağır Cinayətlər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Müalicə Müəssisəsində müalicə alan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə, xx.xx.1974-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ:
1. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vuraraq təkrar dələduzluq əməlini törətmişlər.
2. Digər Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq əməlini törətmişdir.
İşin faktiki halları:
3. Təqsirləndirilən şəxs1 digər Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin satış meneceri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti ilə etibardan sui- istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək xx.xx.2018-ci ildə Zərərçəkmiş şəxs1 qızı X1 üzrə menecer işlədiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus binanın “S” girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 96,7 kvadrat metr olan, 2 otaqlı, 3 nömrəli Şahid2 məxsus mənzili satacağına dair yalan vəd verib aldatmışdır. O, həmin MMC-in Xırdalan şəhəri H.Aslanov küçəsində yerləşən satış ofisində L.Zərərçəkmiş şəxs1anın adına mənzilin alqı-satqısı barədə MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə birlikdə müqavilə bağlayaraq Zərərçəkmiş şəxs1 58.000 manat pulunu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin satış meneceri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək özlərini guya "xxxx" MTK-nın icraçı direktoru və əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs2 Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən "xxxx" MTK-da yaşayış binasının "S" girişinin 11-ci mərtəbəsindəki 61 saylı ümumi sahəsi 87,8 kv.metr olan faktiki olaraq Əliyev Mübariz Şahid oğluna məxsus iki otaqlı mənzili 36.000 manata satacağı adı ilə aldatmışlar. O, bu işləri görməyə səlahiyyəti olmadığı və ona malik olmadığı halda xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu "Lider" televiziyasının yaxınlığında yerləşən kafedə 17.000 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən "Ləvəngi" kafesində 19.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 36.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 inandırmaq üçün mənzilin alqı-satqısına dair müqavilə və maliyyə arayışını sonuncuya təqdim etmişdir. Lakin o, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ila özgənin əmlakını ələ keçirmək məqsədi ilə "xxxx" MMC-nin satış meneceri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, Zərərçəkmiş şəxs3 etibarından suiistifadə etmişdir. Belə ki, o, xx.xx.2021-ci ildə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən satış üzrə menecer işlədiyi "xxxx" MMC-yə məxsus binanının “B” girişinin 9-cu mərtəbəsindəki ümumi sahəsi 90 kv.m olan 2 otaqlı 42 nömrəli mənzili satacağına dair yalan vəd verib aldatmışdır. O, Bakı şəhəri, Yasamal rayonu, Salyan kazarması adlanan yerin yaxınlığındakı yaşayış binasının qarşısında sonuncunun adına mənzilin alqı-satqısı barədə həmin vaxt MMC-nin direktoru Şahid1 adından müqavilə bağlayaraq Zərərçəkmiş şəxs3 45.000 manat pulunu ələ keçirmiş və verdiyi vədə əməl etməyib sonuncuya xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
4. Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin direktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, o, xx.xx.2018-ci ildə Zərərçəkmiş şəxs1 qızı L.Zərərçəkmiş şəxs1aya rəhbərlik etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus binanının “S” girişinin 1-ci mərtəbəsindəki ümumi sahəsi 96,7 kvadrat metr olan, 2 otaqlı, 3 nömrəli faktiki olaraq Şahid2 məxsus mənzili satacağına dair yalan vəd verib aldatmışdır. O, həmin MMC-nin Xırdalan şəhəri, H.Aslanov küçəsində yerləşən satış ofisində L.Zərərçəkmiş şəxs1anın adına mənzilin alqı-satqısı barədə Təqsirləndirilən şəxs1lə birlikdə müqavilə bağlayıb Zərərçəkmiş şəxs1 58.000 manat pulunu ələ keçirmiş, lakin verdiyi vədə əməl etməyib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin satış meneceri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmişdir. Belə ki, əvvəlkilər özlərini guya "xxxx" MTK-nın icraçı direktoru və əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs2 Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən "xxxx" MTK-da yaşayış binasının "S" girişinin 11-ci mərtəbəsindəki 61 saylı ümumi sahəsi 87,8 kv.metr olan faktiki olaraq M.Ş.Əliyevə məxsus iki otaqlı mənzili 36.000 manata satacağı adı ilə aldatmışlar. O, bu işləri görməyə səlahiyyəti olmadığı və ona malik olmadığı halda xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, "Lider" televiziyasının yaxınlığında yerləşən kafedə 17.000 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən "Ləvəngi" kafesində 19.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 36.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 inandırmaq üçün mənzilin alqı-satqısına dair müqavilə və maliyyə arayışını sonuncuya təqdim etmişdir. Lakin o, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir.
5. Təqsirləndirilən şəxs3 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında "xxxx" MMC-nin satış meneceri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etmişdir. Belə ki, əvvəlkilər özlərini guya "xxxx" MTK-nın icraçı direktoru və əməkdaşı kimi təqdim edərək Zərərçəkmiş şəxs2 Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən "xxxx" MTK-da yaşayış binasının "S" girişinin 11-ci mərtəbəsindəki 61 saylı ümumi sahəsi 87,8 kv.metr olan faktiki olaraq M.Ş.Əliyevə məxsus iki otaqlı mənzili 36.000 manata satacağı adı ilə aldatmışlar. O, bu işləri görməyə səlahiyyəti olmadığı və ona malik olmadığı halda xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu "Lider" televiziyasının yaxınlığında yerləşən kafedə 17.000 manat, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən "Ləvəngi" kafesində 19.000 manat olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 36.000 manat pulunu ələ keçirərək Zərərçəkmiş şəxs2 inandırmaq üçün mənzilin alqı-satqısına dair müqavilə və maliyyə arayışını sonuncuya təqdim etmişdir. Lakin o, verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Təqsirləndirilən şəxsə qarşı ittiham tərəfinin təqdim etdiyi sübutlar aşağıdakılardan ibarətdir:
6. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2018-ci ildə qızına Xırdalan şəhərində yerləşən bina evlərində mənzil almaq istəmiş, bu məqsədlə çoxdan tanıdığı ev alqı-satqısı ilə məşğul olan İldırım adlı tanışına danışanda sonuncu bildirmişdir ki, Xırdalan şəhəri, H.Aslanov küçəsində "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli binada mənzil satılır, özü də həmin binadan mənzil almışdır. Daha sonra o, İldırımla birlikdə "xxxx" MMC-nin satış üzrə meneceri kimi özünü təqdim edən Təqsirləndirilən şəxs1 yanına getmiş, sonuncu ona yeni inşa edilmiş binada sahibləri tərəfindən satışa qoyulmuş 3 mənzili göstərmiş, mənzilin pulu tam şəkildə ödəndiyi təqdirdə sənədləşmənin onun adına aparılacağını bildirmişdir. O, satışa qoyulan “S” blokunda 96.7 kv.metr, 3 saylı mənzili almaq üçün Təqsirləndirilən şəxs1 ilə razılaşmış, xx.xx.2018-ci il tarixdə 58.000 manat pul ödəyərək sözü gedən mənzili qızı L.Zərərçəkmiş şəxs1anın adına sənədləşdirmişdir. Mənzili alması ilə bağlı MMC-nin rəhbərliyi ilə alqı-satqı müqaviləsi bağlanmışdır və ona mənzilin dəyərinin ödənilməsi ilə bağlı maliyyə arayışı verilmiş, bütün sənədləşmə "xxxx" MMC-nin satış üzrə nümayəndəsi Təqsirləndirilən şəxs1 tərəfindən aparılmışdır. Təxminən 2 il sonra Mürsəl adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki, mənzili ondan əvvəl almış, Təqsirləndirilən şəxs1 ona mənzil üçün ödəmiş olduğu puldan yalnız 10.000 manatı geri qaytarmışdır. O isə Mürsələ mənzilin pulunu tam olaraq Təqsirləndirilən şəxs1 ödədiyini, bunu təsdiq edən sənədi sonuncudan aldığını bildirərək problemini Təqsirləndirilən şəxs1lə həll etməli olduğunu bildirmişdir. 3 gün sonra o aldığı mənzilə gəlib baxanda orada apardığı 5.000 manat dəyərindəki təmir işlərinin, yəni kərpiclərin söküldüyünü, giriş qapısının çıxarılaraq başqa qapı qoyulduğunu görmüşdür. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 həmin təmir etdiyi yerləri söküb mənzili yenidən Mürsələ vermişdir. O, bununla bağlı Təqsirləndirilən şəxs1 ilə görüşəndə sonuncu ona Mürsəllə aralarında olan pul məsələsini yaxın müddətdə həll edib mənzili və ona çəkilmiş xərciləri verəcəyini bildirmiş, o da bu sözlərə inanaraq gözləmiş, lakin nə mənzil geri qaytarılmış, nə də mənzilə çəkdiyi xərc ödənilmişdir. O, mənzil üçün ödədiyi 58.000 manat və təmir üçün ödədiyi həmin 5.000 manat pulu dəfələrlə Təqsirləndirilən şəxs1 tələb etsə də, sonuncu ona heç bir ödənişi geri qaytarmamış və sonda isə bütün pulları MMC-nin direktoru Təqsirləndirilən şəxs2 verdiyini, pulunu sonuncudan tələb etməli olduğunu bildirmişdir. Belə ki, ona təqdim edilən müqavilə və maliyyə arayışı sonuncu tərəfindən təsdiq edilsə də, bütün danışıqlar və sənədləşmə işlərini Təqsirləndirilən şəxs1 ilə aparmış, onun ödədiyi pulları da sonuncu qəbul etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, alqı-satqı müqaviləsini Təqsirləndirilən şəxs1 ilə bağlamışdır. Təqsirləndirilən şəxs2 cəmi bir dəfə görmüş, sonuncuya məsələ ilə bağlı şikayət edəndə X.N.Cəfərov ona “deyəcəm sənin işini həll edəcəklər” deyə bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ona dəymiş zərərin ödənilmədiyini, mülki iddianı müdafiə etdiyini, ondan qanunsuz olaraq alınmış 58.000, təmirə xərclənmiş 5.000 və dövlət rüsumuna görə ödənilmiş 398 manat məbləğində pul vəsaitinin mülki cavabdeh - Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsini, ödənilmədiyi halda Təqsirləndirilən şəxs1 cəza verilməsini məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, Şahid1, ev alqı-satqısı ilə məşğul olan X13, İsmayılzadə Famil və Şahid5 2021-ci ilin əvvələrində kürəkəni X8 vasitəsi ilə tanımışdır. Belə ki, C.T.Abbasov həmin ərəfədə Xırdalan şəhərində, H.Aslanov küçəsi 21 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yeni inşa edilmiş binadan mənzilləri həmin adlarını qeyd etdiyi ev alqı-satqısı ilə məşğul olan F.İsmayılzadə və N.Y.Qaraşovun vasitəsi ilə almışlar. Bundan sonra o da həmin binadan mənzil almaq qərarına gəlmişdir. Bu səbəbdən 2021-ci ilin okyabr ayında F.İsmayılzadə və N.Y.Qaraşov ilə əlaqə saxlayıb C.T.Abbasovun mənzil aldığı binadan 2 otaqlı mənzil almaq istədiyini bildirmişdir. Daha sonra F.İsmayılzadə ilə Xırdalan şəhərində görüşmüş, sonuncu ona həmin binada 45.000 manat dəyərində 90 kv.metrlik 2 otaqlı mənzil olduğunu bildirmiş, onlar birlikdə binaya baxmağa getmiş və razılıq əldə etmişlər. 15 oktyabr 2021-ci il tarixdə F.İsmayılzadə ilə “Dünyagöz” göz klinikasının yaxınlığında çayxanada görüşmüş, həmin vaxt N.Y.Qaraşov və Şahid5 da orada olmuşlar. Orada söhbət zamanı məlum olmuşdur ki, həmin mənzili Şahid5 almış, lakin pula ehtiyacı olduğundan mənzili satmağa qərara gəlmişdir. F.İsmayılzadə və N.Y.Qaraşov ona mənzili sənədləşdirmə üçün "xxxx" MMC-nin satış üzrə müdiri Təqsirləndirilən şəxs1lə danışmalı olduqlarını bildirmiş, sonuncu ilə əlaqə saxladıqda isə MMC-nin direktoru Şahid1 xəstə olduğunu, bu səbəbdən sənədləri sonuncunun evində hazırladığını və oraya gəlməli olduqlarını bildirmişdir. Beləliklə onlar Şahid1 Bakı şəhəri Salyanski kazarma tərəfdə yerləşən evinin qarşısında gözləmiş, bir neçə dəqiqə sonra MMC-nin satış müdiri Təqsirləndirilən şəxs1 əlində sənədlər gətirmiş, həmin sənədlər mənzilin alqı-satqısına dair müqavilə və mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışı olmuş, o da sənədləri imzalamışdır. Mənzilin pulunu F.İsmayılzadə, N.Y.Qaraşov və qardaşı Elşadın yanında Şahid1 yaşadığı Bakı şəhəri, Yasamal rayonunda yerləşən binanın qarşısında mənzilin əvvəlki sahibi Şahid5 vermiş, sənədləri alıb getmişdir. Sonradan kürəkəni C.T.Abbasovun həmin binadan aldığı mənzilin əvvəl başqa şəxsə satıldığı məlum olmuş, o da özünün aldığı mənzilin digər şəxslərə satılıb-satılmaması ilə maraqlanmış, binanın komendantı Elşən adlı şəxs ona həmin mənzilin bina inşa edilməyə başlananda Vüqar adlı şəxsə satıldığını bildirmişdir. O, Elşəndən Vüqarın nömrəsini alıb əlaqə saxlayanda sonuncu həmin mənzili bina inşa olunduğu zaman müqavilə bağlayaraq aldığını və maliyyə arayışının da olduğunu bildirmişdir. Daha sonra o, F.İsmayılzadə, N.Y.Qaraşov və Təqsirləndirilən şəxs1 zəng edərək bu məsələni soruşmuş, sonuncu isə narahat olmamasını, Vüqar ilə danışacaqlarını, sonuncuya başqa mənzil veriləcəyini, razı olmasa mənzilin dəyərinin geri ödəniləcəyini bildirmiş, o, da deyilənlərə inanaraq gözləmişdir. Lakin MMC tərəfindən Vüqarın mənzil məsələsi həll olunmadığından o, şikayətçi olmuş və onun kimi bir çox şəxsin də eyni qaydada aldadıldığını və şikayətçi olduqlarını görmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs3 tanımır, sonuncunun adı onun yanında çəkilməmişdir. O, həmçinin Təqsirləndirilən şəxs2 da tanımır, lakin maşında gedəndə sonuncunun adını eşitmişdir. Təqsirləndirilən şəxs2la telefonda danışmamışdır. Ona sənədləri Təqsirləndirilən şəxs1 vermişdir. Sonuncu ilə birlikdə sənədləri təsdiqlətmək üçün getdikləri yer direktorun evinin yaxınlığı idi. Pulu Vüsala verəndə qardaşı Elşad, Namik, Famil və Vüsal orada olmuşdur. Ev Vüsalın adına olmuş, o, sənədləri Vüsala vermiş, sonuncu da evi satmışdır. Daha sonra o, pulunun geri qaytarılmasını istədiyini və şikayətçi olduğunu bildirərək pulunun qaytarılmadığı halda ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir.
8. Məhkəməyədək istintaq dövründə zərəçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq ifadəsini təsdiq etdiyini və üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ikinci Qarabağ müharibəsi iştirakçısıdır və "Füzulinin işğaldan azad edilməsi", "Xocavəndin işğaldan azad edilməsi", "Vətən uğrunda" medalları ilə təltif edilmişdir. 2021-ci ilin mart ayında Xırdalan şəhərində ev almaq üçün bu işlə məşğul olan Elçin adlı şəxslə tanış olmuş, sonuncu ona Xırdalan şəhəri H.Aslanov 21 ünvanında yerləşən "xxxx" MTK -da yerləşən, 2 otaqlı, 87.8 kv.m sahəli, 40.000 manat dəyərində mənzili göstərmiş, o isə sonuncuya yalnızca 36.000 manat pulunun olduğunu bildirmişdir. xx.xx.2021-ci il tarixdə evi ona tapan makler Elçin və Mais adlı qohumu ilə birlikdə Bakı şəhəri Yasamal rayonu ərazisində "Lider" televiziyasının yaxınlığında yerləşən kafelərdən birində əyləşən zaman oraya Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 gəlmiş, sonuncu ona özünü "xxxx" şirkətinin icraçı direktoru olduğunu tanıtmış, Təqsirləndirilən şəxs3 isə həmin şirkətin əməkdaşı olduğunu bildirmişdir. Bundan sonra onlar həmin kafedə kənar masada oturan bir nəfər şəxsi göstərərək şirkətin rəhbəri olduğunu bildirmiş, o, Təqsirləndirilən şəxs1 ilə evin qiyməti barədə danışmış və onlar 36.000 manat müqabilində həmin mənzilə dair razılıq əldə etmişlər. O, üzərində olan 17.000 manat pulu ordaca Təqsirləndirilən şəxs3 vermiş, sonuncu pulu sayıb cibinə qoyduqdan sonra kağız götürərək ondan 17.000 manat pulu alması ilə bağlı qəbzi ona vermişdir. Növbəti gün saat 10 radələrində Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən "ləvəngi" kafesində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, makler Elçin, Elçinin yanında olan tanımadığı bir nəfər şəxslə görüşərək qalan 19.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs3 isə dünən 17.000 manat pulun sonuncuya verilməsi ilə bağlı qəbzi götürüb cırmışdır. Bundan sonra ona 36.000 manat pulu verməsi ilə bağlı maliyyə arayışını və alqı-satqı müqaviləsini vermişlər. O, evə gedib baxdıqdan sonra hərbi xidmətdə olduğu Laçın rayonuna getmiş, həmin vaxtdan bir müddət sonra evə gələn zaman evə qaz sayğacı quraşdırıldığını görmüş, məsələni araşdırdıqdan sonra mənzilin ondan 7 il öncə 2014-cü ildə ünvan 5 ünvanında yaşayan M.Ş.Əliyevə satıldığını öyrənmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 tərəfindən ona dəymiş 17.000 (on yeddi min) manat məbləğində zərərin hamısı ödənilmiş və ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Digər Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın 15.000 (on beş min) manatı ödənilsə də, qalan 4.000 (dörd min) manat məbləğində pul hələ də ödənilməmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş ziyanın ödənilməsini və ödənilmədiyi halda sonuncunun məhkəmə tərəfindən cəzalandırılmasını xahiş etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Fəxrəddin oğlu ifadəsində göstərmişdir ki, "xxxx" MMC-nin tikdiyi binadan mənzil almaq üçün Nərimanla Təqsirləndirilən şəxs1 yanına getmişlər. Sonuncu Mürsəlin mənzilini onlara təklif etmiş, kvadratı 650 manatdan razılaşmış, 58.000 manat pulu Təqsirləndirilən şəxs1 vermişlər. Sonuncu müqavilə və arayışı vermişdir. 6-7 ay sonra isə mənzilin başqa adama da satıldığı müəyyən olunmuşdur.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014cü ilin avqust ayında arvadı X6 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən "xxxx" MMC-nin satış ofisinə gəlmiş və həmin MMC-nin direktoru Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Onlara həmin MMC-yə məxsus, tikiləcək olan binanın “S” girişli 1-ci mərtəbəsində 96,7 kv.m sahəli, 3 nömrəli mənzil təklif edilmiş, onlar da binanın eksiz layihəsi ilə tanış olub razılaşmışlar. Beləliklə, 24 avqust 2014-cü ildə Təqsirləndirilən şəxs2 ilə arvadı R.N.Mikayılova arasında alqısatqı müqaviləsi bağlanmış, həmin müqavilənin şərtələrinə görə tikiləcək olan mənzil üçün ümumilikdə 52.000 manat pul ödəməli olmuşdur. Müqavilənin şərtinə görə onlar ilkin olaraq 25.000 manat pulu həmin vaxt əlbəəl qaydada Təqsirləndirilən şəxs2 ödəmiş, qalan 27.000 manat pulu isə hər ay 900 manat olmaqla 30 ay müddətində ödəməyə razılaşmış və həmin məbləği 2017-ci ilin iyul ayının 25-dək rəsmi çeklərlə Təqsirləndirilən şəxs1 təqdim etmişlər. 2017-ci ilin iyul 25-də isə Təqsirləndirilən şəxs1 qeyd edilən mənzili və mənzilin dəyərinin tam ödənilməsinə dair rəsmi möhürlü maliyyə arayışını onlara təqdim etmişdir. O, 2020-ci ildə həmin mənzilə giriş qapısı qoydurmuş, hər ay mənzilə baxmağa getmiş, lakin maddi sıxıntıları olduğu üçün təmirə başlaya bilməmişdir. 2021-ci ilin oktyabr ayında qonşular ona zəng edərək mənzilinin qapısının Nəriman adlı şəxs tərəfindən sökdürüldüyünü və onun həmin mənzili almasını bildirmiş, o da dərhal həmin yerə gəlmişdir. Orada Zərərçəkmiş şəxs1 ilə tanış olaraq ona sənədləri göstərib həmin mənzilin onun arvadı R.N.Mikayılovaya məxsus olduğunu, onun Təqsirləndirilən şəxs1 tərəfindən aldadılmasını izah etmiş, əvvəlki də vəziyyəti başa düşərək həmin mənzili tərk etmişdir. Həmin vaxt yanlarında Təqsirləndirilən şəxs1 də olmuş və Zərərçəkmiş şəxs1 mənzilin R.N.Mikayılovaya məxsus olduğunu və Zərərçəkmiş şəxs1 pulunun onda olduğunu və özünün qaytaracağını söz vermişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, müqaviləni Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1lə bağlamış, pul ödəyən zaman əvvəlkini Təqsirləndirilən şəxs1 yanında görmüşdür. İlk dəfə 25.000 manat pulu ödəyərkən Təqsirləndirilən şəxs2 da orda olmuşdur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşı X11 qaynatasıdır. O, əvvəlkinin təxminən 2014-cü ildən müxtəlif yerlərdə bina tikintisi ilə məşğul olduğunu bilir. Sonuncu dəfə Təqsirləndirilən şəxs2 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən "xxxx" MMC adlı tikinti şirkətinin nəzdində bina tikintisini həyat keçirdiyini bilmişdir. 2018-ci ilin aprel ayının 18-də məhkəmənin qərarı əsasında Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan sonra sonuncunun oğlu və qardaşı onu işləri idarə etməyə kömək etmək məqsədilə "xxxx" MMC-yə çağırmış, o da kömək etməyə getmişdir. Şirkətə gedəndə şirkətin bir çox şəxslərə borcu olduğunu görmüş, ev almış şəxslərin problemlərini həll etməyə və şirkətin iş fəaliyyətini davam etdirirək müəyyən borclarını bağlamağa çalışmışdır. Daha sonra "xxxx" MMC-nin Xırdalan şəhərində olan tikintisində satış meneceri işləyən Təqsirləndirilən şəxs1 ilə tanış olmuşdur. 2018-ci ilin dekabr ayının 28-i Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər məhkəməsinin qərarı ilə azadlığa buraxılmışdır. Həmin ilin dekabr ayının 27-dən 2021-ci ilin oktyabr ayının 9-dək Təqsirləndirilən şəxs2 azadlıqda qalmış, o ərəfədə onlarla birlikdə şirkətin müəyyən işlərinə köməklik etmişdir. 2019-cu ilin may ayında Təqsirləndirilən şəxs1 ofisə gəlib Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 240.000 manata binanın “S” blokunda erləşən üç mənzili satdığını, sonuncunun oranı alıb klinika edəcəyini, evlərin pulunu da hissə-hissə ödəyəcəyini bildirmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 ofisə 35.000 manat pul gətirmiş, həmin pul Zərərçəkmiş şəxs1 ödədiyini və iki gün sonra də yenə də ödəniş edəcəyini bildirmişdir. O da Təqsirləndirilən şəxs1lə birlikdə Təqsirləndirilən şəxs2 özünün razılığı ilə 35.000 manat pulu aparıb şirkətin borcu olan Rövşən adlı şəxsə vermişdir. İki-üç gün sonra isə Təqsirləndirilən şəxs1 yenə də ofisə 20.000 manat pul gətirərək Zərərçəkmiş şəxs1 58.000 manata aldığı mənzildən ödəniş etdiyini bildirmişdir. O da şirkətin digər borclarını hesablayaraq həmin puldan 20.000 manatı qeyd etdiyi armatur, enerji və digər borclarına vermişdir. Zərərçəkmiş şəxs1 satılan mənzil üçün ondan alınmış 58.000 manat puldan özünə heç bir məbləğdə pul çatmamış, alınan pullar şirkətin borclarına verilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 satdıqları 58.000 manatlıq mənzilin saxta müqaviləsinin 2018-ci ilin aprel ayında bağlandığını bilməmişdir. Sonucunun verdiyi 58.000 manatı MMC-nin borclarna xərclənmişdir.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Cəmaləddin oğlu ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də satış meneceri kimi tanıdığı Təqsirləndirilən şəxs1 bir neçə ildir ki, ortaq tanışları vasitəsilə tanımışdır. Özü əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 ona Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintisi başa çatmaq üzrə olan "xxxx" MMC-yə məxsus bina olduğunu, həmin binada ucuz qiymətə ona ev sata biləcəyini bildirmiş, o isə imkanının o qədər də yaxşı olmadığını qeyd etmişdir. Təqsirləndirilən şəxs1 ona evi almaq üçün ilkin olaraq 5.000 manat verə bilsə, ayda 600 manat olmaqla 5 illik ödəmək şərtilə ev sata biləcəyini bildirmiş, o da razılaşaraq 5.000 manat pulu sonuncuya vermişdir. Lakin bir-iki ay aylıq ödənişləri etdikdən sonra maddi durumu yaxşı olmadığına görə qalan pulu ödəyə bilməmişdir. Təqsirləndirilən şəxs1 isə ona zəng edib aylığı ödəyə bilmədiyi üçün evin sənədlərini gətirib evi geri qaytarmasını, evi başqa şəxsə satacaqlarını, onun pulunu da geri qaytaracaqlarını bildirmiş, o da razılaşmışdır. 15 oktyabr 2021-ci il tarixdə Xəzərlə Bakı şəhəri, 43 saylı notariat ofisinə gedib orada öz adından ona məxsus "xxxx" MMCnin Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən tikintidə B girişi, 9-cu mərtəbə, 42 nömrəli mənzildən imtina etməsi və həmin mənzilin digər şəxsin adına keçirilməsinə etiraz etməməsinə dair ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və hazırda bildiyinə görə rəhmətə getmiş Namiq adlı şəxslə birlikdə Bakı şəhəri, Yasamal rayonu, Salyanski kazarma deyilən yerin yanında görüşmüşlər. Orada mənzilin Zərərçəkmiş şəxs3 satılmasına dair bir daha etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 hazır şəkildə Zərərçəkmiş şəxs3 adına tərtib etdiyi maliyyə arayışı və alqı-satqı müqaviləsini özü ilə gətirdiyini, Cahangir adlı şirkətin rəhbərinə imzaladıb və peçat vurdurub gətirəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs3 Cahangir adlı şirkət rəhbəri ilə görüşmək istəyəndə Təqsirləndirilən şəxs1 onun xəstə olduğunu, bu səbəbdən də özünün gedib imzaladıb gətirəcəyini qeyd etmişdir. Sonra Təqsirləndirilən şəxs1 Cahangirin yaşadığı mənzilə gedib sənədləri imzalatmış və gətirib Məhəmmədə maliyyə arayış və alqı-satqı müqaviləsini vermişdir. Bundan sonra Məhəmməd 45.000 manat pulu sayıb Namiq və Təqsirləndirilən şəxs1 vermiş, sonuncuya verdiyi 5.000 manatı qaytarmasını deyəndə Təqsirləndirilən şəxs1 ona haqq-hesab edib verəcəyini bildirmişdir. Bir neçə müddət sonra Təqsirləndirilən şəxs1 sonuncuya verdiyi pulları azaz da olsa qaytarmışdır. Onda olan məlumata görə hazırda Namiq adlı şəxs ölmüşdür.
13. Məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, 28 dekabr 2019-cu ildən Təqsirləndirilən şəxs2 təsisçisi olduğu "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. Qeyd edir ki, əvvəl həmin cəmiyyətə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr ərazisində inşa edilən 19 mərtəbəli yaşayış binasında usta kimi işləmiş, Təqsirləndirilən şəxs2 ona cəmiyyətə onu daimi direktor kimi işə götürdüyünü, hər ay maaş verəcəyini bildirmiş, mənzilləri satması bağlı müqavilələri direktor kimi ona imza etdirmiş, möhür isə Təqsirləndirilən şəxs2 olmuşdur. Sonuncu həbs edildikdən sonra işlərini cəmiyyətin hüquqşünası Mübariz icra etmiş, sonuncu möhürü özündə saxlamış və ona lazım olanda müqavilələrə və arayışa imza çəkəcəyini bildirmişdir. 15 oktyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 "xxxx" MMC-dən mənzil alması, həmin mənzilə dair müqavilə və arayışdan onun məlumatı və həmin sənədlərdəki imzalar ona məxsus olmamışdır.
14. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 232).
15. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İİ cild i/v 4-5).
16. 02.10.2023-cü il tarixli təqsirləndirilən şəxsə ittiham elan olunması üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət prosesini həyata keçirən orqandan gizlənməklə istintaqa gəlmədiyindən barəsində axtarış elan edilmişdir (İ cild i/v 52-53).
17. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 60).
18. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlandığı Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir (İ cild i/v 103-104).
19. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 115-119).
20. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbirinin müddəti 26 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır (İ cild i/v 138-141).
21. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanma müddəti Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunmuş həbsdə saxlanılma müddəti ilə məhdudlaşdırılaraq xx.xx.2023-cü il tarixədək müəyyən edilmişdir (İ cild i/v 144-148).
22. 23.11.2023-cü il tarixli təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmişdir (İ cild i/v 151-152).
23. xx.xx.2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs1 həmin tarixdə Abşeron rayonu ərazisində tutulmuşdur (İ cild i/v 156).
24. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (İ cild i/v 160-161).
25. 22.06.2025-ci il tarixli seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində digər cinayət işi üzrə xx.xx.2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmış və barəsində digər qətimkan tədbiri seçilməmişdir (İİİ cild i/v 211).
26. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İV cild i/v 43-45).
27. 07.01.2025-ci il tarixli seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində hazırkı cinayət işi üzrə xx.xx.2021-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən seçilmiş “həbs” qətimkan tədbirinin qüvvədə olması nəzərə alınmış və barəsində digər qətimkan tədbiri seçilməmişdir (İİİ cild i/v 113).
28. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İV cild i/v 43-45).
29. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (İ cild i/v 62).
30. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs3 saxlandığı Yasamal Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir (İ cild i/v 101-102).
31. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən hesablanmaqla 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i/v 120-123).
32. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və ev dustaqlığında saxlanılma müddəti həbs müddətinin sonunadək, yəni xx.xx.2023-cü ilədək müəyyən edilmişdir (İ cild i/v 128- 132).
33. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild i/v 149).
34. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İV cild i/v 43-45).
35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3471 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1nin məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (İİİ cild 72- 75).
36. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin Ambulator Məhkəmə-Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3472 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə ona edilən ittihamın mahiyyətini dərk etmək iqtidarındadır (İİİ cild 76-79).
37. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 aldığı 19.000 manat puldan 2.500 manatı sonuncuya X7 tərəfindən ödənilmişdir (İ cild i/v 113).
38. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 aldığı 17.000 manat puldan 2.500 manatı sonuncuya Təqsirləndirilən şəxs3 qardaşı X12 tərəfindən ödənilmişdir (İ cild i/v 114).
39. 23.10.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 aldığı 17.000 manat ziyandan qalıq qalmış 14.500 manat ziyan Təqsirləndirilən şəxs3 qardaşı X4 zərərçəkmiş şəxsə ödənilməsi üçün təhvil alınmışdır (İ cild i/v 124).
40. 23.10.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 qarşı heç bir şikayət, tələb və iddiasının olmadığını bildirmiş, sonuncu tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, onun barəsində aparılan araşdırmaya xitam verilməsini xahiş etmişdir (İ cild i/v 127).
41. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əvvəlkinin qardaşı X5 Zərərçəkmiş şəxs2 ödənilməsi üçün 7.500 manat pul təhvil alınmışdır (İ cild i/v 137).
42. 20.04.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və foto cədvəllərdən görünür ki, baxış ünvan 7 ünvanında və Elşən Məmmədovun iştirakı ilə Zərərçəkmiş şəxs1 şikayəti ilə keçirilmiş, sözügedən binanın “S” giriş, İ mərtəbəsində yerləşən mənzilin giriş qapısından içəri daxil olmaq mümkün olmamışdır. İlkin baxış zamanı mənzilin yarı təmirli vəziyyətdə olması müəyyən edilmişdir (İ cild i/v 196-200).
43. 02.04.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı bir daha təsdiq etmişdir (İİ cild i/v 126-127).
44. 21.06.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid5 istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs1 üzünə qarşı bir daha təsdiq etmişdir (İİİ cild i/v 182-183).
45. "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə Şahid5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, sonuncu Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının B girişi 9-cu yaşayış mərtəbəsində 42 №-li, ümumi sahəsi 90 kv.m olan mənzilin ümumi dəyəri, yəni 45.000 (qırx beş min) manat məbləğində pul ödənilmişdir və maliyyə arayışı direktor Təqsirləndirilən şəxs2 tərəfindən təsdiqlənmişdir (İİ cild i/v 89 - 90).
46. "xxxx" MMC-nin direktoru Şahid1 ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, sonuncu Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının B girişi 9-cu yaşayış mərtəbəsində 42 №-li, ümumi sahəsi 90 kv.m olan mənzilin ümumi dəyəri, yəni 45.000 (qırx beş min) manat məbləğində pul ödənilmiş və maliyyə arayışı direktor Şahid1 tərəfindən təsdiqlənmişdir (İİ cild i/v 91 - 92).
47. "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə X6 arasında bağlanmış xx.xx.2014cü il tarixli müqavilədən görünür ki, sonuncu Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının S girişi 1-ci yaşayış mərtəbəsində 3 №-li, ümumi sahəsi 96,7 kv.m olan mənzilin dəyərini, yəni 52.000 (əlli iki min) manat pulun 25.000 (iyirmi beş min) manatını ilkin olaraq ödəmiş, qalan 27.000 (iyirmi yeddi min) manatı isə 30 ay ərzində, ayda 900 (doqquz yüz) manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür (İ cild i/v 189-190)
48. 25.07.2017-ci il tarixli maliyyə arayışından görünür ki, R.N.Mikayılova tərəfindən Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının S girişi 1-ci yaşayış mərtəbəsində 3 №-li, ümumi sahəsi 96,7 kv.m olan mənzilin ümumi dəyəri, yəni 52.000 (əlli iki min) manat məbləğində pul ödənilmişdir və maliyyə arayışı direktor Təqsirləndirilən şəxs2 tərəfindən təsdiqlənmişdir (İ cild i/v 189).
49. "xxxx" MMC-nin direktoru Təqsirləndirilən şəxs2 ilə X3 arasında bağlanmış xx.xx.2018ci il tarixli müqavilədən və maliyə arayışından görünür ki, sonuncu Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının S girişi 1-ci yaşayış mərtəbəsində 3 №-li, ümumi sahəsi 96,7 kv.m olan mənzilin ümumi dəyəri, yəni 58.000 (əlli səkkiz min) manat məbləğində pul ödənilmişdir və maliyyə arayışı direktor Təqsirləndirilən şəxs2 tərəfindən təsdiqlənmişdir (İ cild i/v 191 - 192).
50. "xxxx" MMC-nin direktoru Şahid1 ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən və maliyyə arayışından görünür ki, sonuncu Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının S girişi 11ci yaşayış mərtəbəsində 61 №-li, ümumi sahəsi 87,8 kv.m olan mənzilin ümumi dəyəri, yəni 36.000 (otuz altı min) manat məbləğində pul ödənilmişdir və maliyyə arayışı direktor Şahid1 tərəfindən təsdiqlənmişdir (İ cild i/v 31-32).
51. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, sonuncu ondan qanunsuz olaraq alınmış 58.000 (əlli səkkiz min) manat, təmirə xərclənmiş 5.000 (beş min) manat, vurulmuş mənəvi zərərə görə 45.000 (qırx beş min) manat məbləğində pul vəsaitinin, həmçinin mülki iddia qaldırılması üçün ödənilmiş 398 (üç yüz doxsan səkkiz) manat dövlət rüsumunun mülki cavabdeh Təqsirləndirilən şəxs1 alınaraq ona ödənilməsini məhkəmədən xahiş etmişdir (İV cild i/v 29-32).
52. 1841567339 nömrəli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs1 tərəfindən mülki iddia üçün nəzərdə tutulmuş 398 (üç yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumu ödənilmişdir (İV cild i/v 33).
53. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum edilməmişdir (İİ cild i/v 113-115).
54. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2: 1) Azərbaycan SSR Sumqayıt Rayon Məhkəməsinin xx.xx.1982ci il tarixli hökmü ilə Azərbaycan SSR CM-in 167.2, 153.2-ci maddələri ilə təqsirli bilinərək 5 il müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.1985-ci ildə şərti olaraq vaxtından əvvəl azad edilmiş; 2) Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2009-cu ildən xx.xx.2010-cu ilədək həbsdə olduğu müddət nəzərə alınaraq qəti 05 il 09 ay 22 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi ilə 02 il şərti sınaq müddəti tətbiq edilmiş, xx.xx.2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin 178.3.2-ci maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; 3) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2, 213.3 və 313-cü maddələri ilə təqsirli bilinərək 03 il dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbərlik və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 il 09 ay 19 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsi ilə 02 il şərti sınaq müddəti tətbiq edilmişdir; 4) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 308.2, 313-cü maddələri ilə təqsirli bilinərək 03 il dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbərlik və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmiş və 07 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti azad edilmişdir; 4) Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2, 320-ci maddələri ilə təqsirli bilinərək 03 il dövlət və yerli özünü idarə etmə orqanlarında rəhbərlik və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (İİİ cild i/v 11-14).
55. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamamışdır (İİ cild i/v 15-16).
56. Cinayət işinin materiallarına əlavə edilmiş “AZEMİS” elektron informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2010-cu il təvəllüdlü X9 atası Təqsirləndirilən şəxs1dir.
Təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürdüyü sübutlar aşağıdakılardır:
57. Təqsirləndirilən şəxs1 məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 178.3.2ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 17.000 manat pul alındıqdan sonra ona sabah yox birisi gün Ləvəngi kafesinə gəlməsi, alqı-satqı olacağı, evə qapı qoydurulması deyilmişdir. O, evi əvvəllər M.Ş.Əliyevin aldığını bilmiş, sonuncunun ödənişindən qalıq qaldığına görə sonuncuya zəng edib pulu gətirib verməsini istəmişdir. M.Ş.Əliyev ona gücünün çatmadığını, evi satmalarını və əvvəlkinin pulunu da geri vermələrini istəmişdir. Elçin adlı makler müştəri, yəni Zərərçəkmiş şəxs2 tapmış, o, 18 min manat pulun verilməsində iştirak etmişdir. Pul Təqsirləndirilən şəxs2 verilmiş, o da müqavilə və maliyyə arayışını Samiqə təqdim etmişdir. Zərərçəkmiş şəxs1 2018-ci ilin əvvəllərində Xırdalanda 3 ədəd ev lazım olduğunu bildirmişdir. Biri şirkətin, biri də başqa adamın olan iki ev Zərərçəkmiş şəxs1 verilmişdir. Onun yanında pul şirkətə və ev sahibinə ödənilmişdir. Şirkətin rəhbəri həmin vaxt Təqsirləndirilən şəxs2 olmuşdur. Sənədlərə möhürü o vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs1 bir ev də istəmişdir. Mürsəl əvvəlcə 52.000 manata aldığı evini həmin qiymətə satdığını bildirmiş, 2 gündən sonra fikrini dəyişərək evdə problem olduğunu, 58 min manata satdığını qeyd etmişdir. O, Zərərçəkmiş şəxs1 bunu deyəndə sonuncu ilkin olaraq əlində olan 20.000 manat pulu vermiş, qalan pulu da 2-3 günə verəcəyini bildirmişdir. O da 20.000 manat pulu götürüb şirkətə getmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 maliyyə məsələlərini Şahinə tapşırdığından pulu sonuncuya vermişdir. Şahin də Mürsəllə danışıb 10.000 manat pulu Nərimanov parkında ona vermişdir. Qalan 48.000 manat pulu da bir həftəyə verəcəyini bildirmişdir. 3 gün sonra Zərərçəkmiş şəxs1 qalan pulu vermişdir. O da aparıb şirkətdə pulu Şahinə vermiş, evin sənədlərini sonuncu Təqsirləndirilən şəxs2 təsdiqlədib vermişdir. Daha sonra o sənədləri Zərərçəkmiş şəxs1 vermiş, sənədləri sonuncunun qızının adına tərtib etmişdilər. O, Zərərçəkmiş şəxs1lə evin qapılarını qoymuş, arakəsmələri atmışdır. Aradan bir müddət keçəndən sonra Mürsəl zəng edib ondan pulu soruşanda bu barədə Şahinə bildirmiş, sonuncu da tikintidə dava olduğunu, pulun 30.000 manatını Rövşən adlı şəxsə verdiyini qeyd etmişdir. Həmçinin Mürsəl də Şahini çağırıb 10.000 manatı onun pulunu tam verməsini qeyd etmişdir. Ə.Zərərçəkmiş şəxs3 məsələsinə gəldikdə şirkətdə iki mənzilin betonu xarab çıxdığına görə şirkət həmin mənzillərə dair müqaviləsini ləğv etmişdir. Mənzillərdən biri Vüsal adlı şəxsin adına rəsmiləşdirilmiş, o, həmin mənzili götürüb satacağını qeyd etmişdir. Bir müddət sonra Famil və Namik adlı maklerlər Ə.Zərərçəkmiş şəxs3 müştəri kimi gətirmişdir. Onunla maklerlər Namik, Famil, o və Vüsal görüşmüş və müqavilə bağlamışdır. Vüsal evdə bir problem olmadığını, evin sonuncuya məxsus olduğunu qeyd etmişdir. 45.000 manat pulu Məhəmməd Vüsala vermiş, sonuncu o puldan nə qədərsə götürmüş, qalan pulu Təqsirləndirilən şəxs2 borcu olduğu Fariz adlı şəxsə vermişdirlər.
58. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, "xxxx" MMCdə satış meneceri vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 10 aprel 2018-ci il tarixdə Abşeron rayonu H.Əliyev prospektində yerləşən "xxxx" MMC-in binasından qızı L.Baxşəliyevanın adına 96,7 kvadrat metr mənzil almışdır. O, əvvəlkindən 58.000 manat pulu aldıqdan sonra həmin pulu aparıb şirkətin rəhbəri Təqsirləndirilən şəxs2 vermiş, daha sonra isə sonuncunun yazdığı maliyyə arayışı ilə birlikdə evin sənədlərini gətirib Zərərçəkmiş şəxs1 vermişdir. Bundan bir müddət sonra Zərərçəkmiş şəxs1 evi təmirə başlamış, lakin sonradan məlum olmuşdur ki, şirkətin rəhbəri Təqsirləndirilən şəxs2 həmin evi 2017-ci ildə Mürsəl adlı şəxsə satmış, bu satınalmadan onun məlumatı olmamışdır. Təqsirləndirilən şəxs2 ona Zərərçəkmiş şəxs1 bu barədə narahat olmamasını, məsələni həll edəcəyini bildirməsini tapşırmış, lakin sonradan bunun üçün heç bir tədbir görməmiş, məhz bu səbəbdən də Zərərçəkmiş şəxs1 şikayət vermişdir. Həmin mənzil hal-hazırda Mürsəl adlı şəxsə məxsusdur. Həmin mənzilin Mürsələ Xanlar tərəfindən satılması barədə heç bir məlumatı olmamışdır. Nərimandan 58.000 manat pulu alıb şirkətin rəhbəri Xanlara vermişdir. Həmin puldan özünə pul götürməmişdir. Həmin evin isə 2017-ci ildə başqa şəxsə satılmasını isə o bilməmişdir. Onu da qeyd edir ki, Xanlar hal-hazırda həmin binada mənziləri başqa şəxslərə sataraq dələduzluq etdiyi üçün barəsində cinayət işi başlanaraq tutulmuşdur. Onu da qeyd etmək istəyir ki, o bu barədə Xanlara bildirəndə Xanlar ona deyib ki, Nərimana desin ki, narahat olmasın. Lakin sonradan Xanlar Nərimanın evinin məsələsini həll etməmiş, ona görə də Nəriman onun barəsində şikayət etmişdir. Həmin mənzil hal-hazırda Mürsəl adlı şəxsə məxsusdur. 2021-ci ilin mart ayında Elçin adlı ev-alqı satqısı ilə məşğul olan şəxs və Təqsirləndirilən şəxs3 birlikdə Zərərçəkmiş şəxs2 apararaq "xxxx" MTK-da yerləşən binanın "S" girişi 11-ci mərtəbə 61 saylı 87,8 kv.metr sahəsi olan faktiki olaraq M.Ş.Əliyevə məxsus iki otaqlı mənzili göstərmiş və həmin mənzilin satıldığını bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 ilə görüşərək ondan 17.000 manat pul almışdır. Bununla bağlı o və "xxxx" MTK-nın hazırki icraçı direktoru M.İsmayılov Təqsirləndirilən şəxs3 zəng vuraraq Zərərçəkmiş şəxs2 17.000 manat pul alıb-almadığını soruşmuş, bu zaman Təqsirləndirilən şəxs3 həmin 17.000 manat pulu Zərərçəkmiş şəxs2 aldığını etiraf etmiş və həmin pulu Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Bundan sonra 2021-ci ilin mart ayının 26-da Təqsirləndirilən şəxs2 ona zəng vuraraq Bakı şəhəri Yasamal rayonu "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən "Ləvəngi" restoranına çağırmış, ora getdikdə Təqsirləndirilən şəxs2, Elgizin, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs3 orada olduğunu görmüş, sonuncunun yanında tanımadığı bir nəfər şəxs də olmuşdur. Həmin vaxtı Zərərçəkmiş şəxs2 19.000 manat pul çıxararaq Təqsirləndirilən şəxs2 vermişdir. Sonuncu həmin pulu ona uzadaraq saymasını istəmiş, o isə ağrıdığı üçün saymamışdır. Həmin evin 2014-cü ildə Mübariz adlı şəxsə satıldığını bilirmiş. Təqsirləndirilən şəxs2 isə 19.000 manat pulu Zərərçəkmiş şəxs2 aldıqdan sonra alqı-satqı müqaviləsini möhürləmiş və sonuncuya vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 ondan pulu saymağını tələb etmişdir. Ona ağrıdığını bildirdikdə və pulu saymaqdan imtina etdikdə Təqsirləndirilən şəxs2 boşqabı onun üstünə tullamış və əlbəyaxa olmuşlar. Həmin vaxtı Zərərçəkmiş şəxs2 artıq çıxıb getmişdir. Təqsirləndirilən şəxs3 və Elgiz onları ayırdıqdan sonra hərəsi öz yerində oturmuşlar. Bir müddət isə dağlışıb hər kəs öz evinə getmişdir. O Zərərçəkmiş şəxs2 pul almamış və ona müqavilə verməmişdir. Zərərçəkmiş şəxs3 əvvəl satış meneceri kimi işlədiyi "xxxx" MMC tərəfindən Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında inşa edilmiş binadan mənzil almışdır. Həmin mənzil əvvəl Şahid5 satılmış və mənzilin pulu onun tərəfindən tam ödənilmişdir. Lakin sonuncu sonradan pula ehtiyacı olduğu üçün həmin mənzili satmaq istəyirmiş. Bu barədə ev alqı-satqısı ilə məşğul olan Namiq və Famil adlı şəxslərə bildirmişdir. Namiq Zərərçəkmiş şəxs3 onunla görüşdürmüş və Vüsala məxsus mənzili Zərərçəkmiş şəxs3 almaq istədiyini bildirmişdir, o da onlara Vüsalın pulunu ödədikdən sonra müqavilənin Zərərçəkmiş şəxs3 adına rəsmləşdiriləcəyini qeyd etmişdir. 15 oktyabr 2021 -ci il tarixdə Zərərçəkmiş şəxs3 Vüsalın pulunu tam şəkildə ödədiyi üçün həmin mənzillə bağlı əvvəlki ilə MMC arasında müqavilə bağlanmış və Zərərçəkmiş şəxs3 mənzilin dəyərinin tam ödəməsi ilə bağlı maliyyə arayışı MMC-nin direktoru tərəfindən imzalanmaqla verilmişdir. Zərərçəkmiş şəxs3 mənzilin pulunu onların yanlarında Vüsala vermişdir. Sonradan məlum olmuş ki, MMC-nin təsisiçisi və direktoru olmuş Təqsirləndirilən şəxs2 bina inşa edildiyi vaxt Vüqar adlı şəxsdən aldığı betonun əvəzinə sözügedən mənzili sonuncunun adına sənədləşdirmişdir. Lakin həmin mənzili Vüsala satarkən Vüqarın adına olan qeydiyyatı çıxarmamış, bu səbəbdən Zərərçəkmiş şəxs3 aldığı mənzillə bağlı problem yaranmışdır. Təqsirləndirilən şəxs2 bir neçə şəxsi aldadıb pulunu ələ keçirdiyi üçün onun barəsində cinayət işi başlanaraq həbs olunmuşdur. Zərərçəkmiş şəxs3 mənzil satılarkən həmin mənzilin Vüqara məxsus olması barədə onun və sonradan MMC-nin direktoru təyin edilmiş Şahid1 məlumatı olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Samiqə müqavilə və maliyyə arayışını Təqsirləndirilən şəxs2 özü təsdiq edib vermiş, Zərərçəkmiş şəxs1 də verilən sənədləri Şahin Təqsirləndirilən şəxs2 təsdiq etdirib ona vermişdir. İmzalar Təqsirləndirilən şəxs2 olmuşdur, o, sənədlərə imza atmamışdır. O, 17.000 manat pulun verilməsində iştirak etməmişdir. Təqsirləndirilən şəxs3 ona pulun Təqsirləndirilən şəxs2 verildiyini bildirmişdir. Sonuncunun yanına dəfələrlə Samiqin qohumları gələrək ya pulu, ya da evi vermələrini istəmişlər. Təqsirləndirilən şəxs2 tutulandan sonra da 17.000 manata görə Təqsirləndirilən şəxs3, 18 min manata görə də ondan şikayətçi olmuşlar. Təqsirləndirilən şəxs3 sonralar şirkətə mərmər, qranit vermiş, 17.000 manat verilən zaman isə mərmər verməmişdir. Həmin dövrdə başqa materiallara görə şirkətin Təqsirləndirilən şəxs3 borcu olmuşdur. Şahin ona özünün Mürsəllə əlaqə saxlayacağını bildirmiş, pulu da əvvəlki götürmüşdür. Zərərçəkmiş şəxs1 evdə təmir işləri görmüşdür. Daha sonra özünü təqsirli bilmədiyini və iki yetkinlik yaşına çatmayan övladının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.
59. Digər Təqsirləndirilən şəxs2 məhkəmə iclasında Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun bu işlərdən daha sonra xəbəri olmuşdur. O, bu işlərdə iştirak etməmişdir. Heç bir epizodda təqsiri yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-ni təsis etmiş, bu hadisələrə qədər təsisçi olmuşdur. Şirkət tərəfindən tikinti fəaliyyəti yerinə yetirilmiş, Xırdalan və Bakıda hündürmərtəbəli binalar tikilmişdir. Zərərçəkmiş şəxs1 tanıyır, lakin sonuncunun onunla əlaqəsi olmamış, ev üçün ona müraciət etməmişdir. Zərərçəkmiş şəxs1 iki ev satılmış, həmin evlərin satılmasında onun rolu olmamışdır. Bu söhbətləri qohumu olan və ona köməklik edən Şahid4 yaxşı bilir. Zərərçəkmiş şəxs2 tanımır, Təqsirləndirilən şəxs1 sonuncuya ev satmasını bilmir. O, bütün bu alqı-satqı proseslərində iştirak etməmişdir və müqavilələri kimin imzaladığını bilmir. Vüsalı tanıyır, lakin sonuncuya mənzil satmamışdır.
60. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, 2014-cü ildə "xxxx" MMC-ni təsis edərək həmin cəmiyyətin direktoru vəzifəsində işləmişdir. Cəmiyyət yaşayış binalarının inşası fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 həmin vaxtdan "xxxx" MMC-də satış üzrə menecer vəzifəsində işləmişdir. 2014-cü ildə Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21 ünvanında yaşayış binası inşa etməyə başlamışdır. 24 avqust 2014-cü il tarixdə Şahid2 onların inşa etdikləri Xırdalan şəhərindəki binadan arvadı R.N.Mikayılovanın adına binanın «S» girişindəki 1-ci mərtəbədə inşa edilən 3 nömrəli 96.7 kv.metr sahədə, dəyəri 52.000 (əlli iki min) manat olan mənzili almağa razılaşmışdır. Onunla həmin mənzilin alqı-satqısı ilə bağlı R.N.Mikayılova arasında müqavilə bağlanmışdır, ilkin ödəniş kimi 25.000 manat pul ödənilmişdir. Qalan pulu isə razılığa əsasən 30 ay müddətində hər ay 900 manat ödənilməli imiş. Şahid2 25 iyul 2017-ci ilədək mənzilin qalan 27.000 manatını tam olaraq satış üzrə menecer Təqsirləndirilən şəxs1 ödədikdən sonra əvvəlkinə mənzilin pulunun ödənilməsi barədə maliyyə arayışı təqdim edilmişdir. 2018-ci ildə Şahid2 inşa etdikləri binadan aldığı mənzili satmaq istəmiş, həmin ərəfədə Zərərçəkmiş şəxs1 sözügedən binadan 1-ci mərtəbədən 2 mənzil almış, orada poliklinika açmaq istədiyi üçün başqa 1 dənə də mənzil almaq istəmiş, Təqsirləndirilən şəxs1 isə ona Şahid2 satmaq istədiyi mənzili təklif etmişdir. Onlar öz aralarında razılaşaraq Zərərçəkmiş şəxs1 qızı L.Baxşəliyevanın adına Xırdalan şəhəri, Həzi Aslanov küçəsi 21 ünvanında inşa edilmiş yaşayış binasının «S» girişindəki 1-ci mərtəbədə yerləşən R.N.Mikayılovaya satılmış 3 nömrəli mənzili almaq barədə cəmiyyətlə 10 aprel 2018-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamış, mənzilin pulunu isə 2 dəfəyə Təqsirləndirilən şəxs1 ödəmişdir. O isə Təqsirləndirilən şəxs1 ona bubarədə bildirdiklərindən sonra müqaviləni təsdiq edərək mənzilin dəyərinin tam şəkildə ödənilməsi ilə bağlı L.Zərərçəkmiş şəxs1anın adına maliyyə arayışını təsdiq edərək müştəriyə çatdırması üçün Təqsirləndirilən şəxs1 vermişdir. Lakin 2020-ci ildə Zərərçəkmiş şəxs1 onun iş otağına gələrək onlardan qızı üçün aldığı 2 otaqlı mənzildə apardığı təmir işlərinin korlandığını və qapının sökülməsini, həmin mənzilin sahibi Şahid2 mənzilin sonuncuya məxsus olduğunu bildirdiyini qeyd etmişdir. N.S.Bəxşəliyev həmçinin Təqsirləndirilən şəxs1 əvvəlkini aldadaraq 58.000 manat pulunu alıb ələ keçirdiyi bildirmişdir. O, bu barədə maraqlandıqda Zərərçəkmiş şəxs1 həmin mənzilə görə ödədiyi 58.000 manat pulun X.Q.Təqsirləndirilən şəxs1 tərəfindən MMC-də işləyən Şahinə verildiyini öyrənmişdir. Sonuncu isə həmin pulun 30.000 manatını onun Rövşən adlı şəxsə olan borca, 20.000 manatını binaya armatur verən şəxsə ödəmişdir. Bu səbəbdən Şahid2 mənzilinin pulu ödənilməmişdir. O, daha sonra Zərərçəkmiş şəxs1lə danışaraq narahat olmamasını, Şahid2 pulunun ödəniləcəyini bildirmiş, lakin MMC-in maliyyə problemləri olduğu üçün həmin pulu ödənilə bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 2021-ci ilin mart ayında ona Xırdalan şəhəri, H.Aslanov küçəsi 21 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış binasının "S" girişinin 11-ci mərtəbəsindəki 61 saylı ümumi sahəsi 87,8 kv.metr olan mənzili Zərərçəkmiş şəxs2 almaq istədiyini bildirmişdir. 25 mart tarixində Yasamal rayonu ərazisində yerləşən kafedə oturan zaman Təqsirləndirilən şəxs1 evi almaq istəyən şəxsin 36.000 manatdan 17.000 manatını verdiyini, səhərisi də 19.000 manatını verəcəyini qeyd etmiş, əvvəlki özü maliyyə arayışı və müqaviləni hazırlamışdır. 26 mart 2023-cü il tarixdə Yasamal rayonu 20 Yanvar metrostansiyası yaxınlığındakı “Ləvəngi” restoranında olarkən Təqsirləndirilən şəxs1 ona Zərərçəkmiş şəxs2 üçün satılan mənzilin sənədlərini möhürlədib pulu sonuncudan tam şəkildə almış və həmin pul binanın tikintisi üçün xərclənmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunduqdan sonra o verilmiş suallara cavab olaraq bildirmişdir ki, "xxxx" MMC-də direktor vəzifəsini icra etmiş, R.Əliyeva ilə bağlı göstərilənlər yadında deyil, Zərərçəkmiş şəxs1 mənzil almaq istəyəndə Təqsirləndirilən şəxs1 ona Mürsəlin mənzilini təklif etmiş, Təqsirləndirilən şəxs1 dediyinə görə Zərərçəkmiş şəxs1 pulu iki dəfəyə ona vermişdir. O, Təqsirləndirilən şəxs1 inandığı üçün satış işlərini ona tapşırmış, möhür stolun üstündə olmuş, Təqsirləndirilən şəxs1 də həmin möhürdən istifadə etmiş və o, sonuncunun vurduğu möhürləri yoxlamamışdır. Maliyyə arayışlarını direktor tərəfindən imzalanmış və həmin dövrdə də direktor o olmuşdur. O, Təqsirləndirilən şəxs1 insanları aldatdığını sonradan bilmişdir. Daha sonra ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir.
61. Təqsirləndirilən şəxs3 məhkəmə baxışında Azərbaycan Respublikasının CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, mərmər daş alqı-satqısı ilə məşğul olmuşdur. "xxxx" MTKya mərmər qranit verdiyindən həmin qurumun ona borcu olmuşdur. O, Zərərçəkmiş şəxs2 ev göstərməmişdir. Zərərçəkmiş şəxs2 əvvəlcə onun yanında 17.000 manat, növbəti gün isə 18.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 vermiş, sonuncu məhz həmin 18.000 manat məbləğində pulu aldıqdan sonra evin sənədlərini Zərərçəkmiş şəxs2 vermişdir. Sonuncu, o və Təqsirləndirilən şəxs1 şikayət edəndə müstəntiq onu çağırıb ifadəsini almış, sonrakı 6 ay ərzində isə onu çağırmamışdır. Daha sonra o, axtarışla saxlanılmışdır. Müstəntiqə Zərərçəkmiş şəxs2 çağırmalarını, sonuncu ilə onu üzləşdirmələrini bildirsə də, müstəntiq bunu təmin etməmişdir. İki gün saxlandıqdan sonra barəsində 1 aylıq həbs qətimkan tədbiri seçilmişdir. Lakin ailəsində problemlər yarandığına görə qardaşı onun kimsədən pul almadığı təqdirdə 10-15 gün sonra 17.000 manat məbləğində pulu onun adından Zərərçəkmiş şəxs2 ödəmişdir.
62. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində bildirmişdir ki, mərmər daş alqı-satqısı ilə məşğul olur. Abşeron rayonu Xırdalan şəhəri ərazisində yerləşən "xxxx" MTK nın rəhbəri Təqsirləndirilən şəxs2 ona 67.000 manat, Təqsirləndirilən şəxs1 isə 88.000 manat borcu olmuş, Təqsirləndirilən şəxs1 ona borclu olduğu pulu ödəməmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 21:00 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Elgiz İsmayılov Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Lider" televiziyasının yaxınlığında yerləşən kafedə olan zaman ev alqı-satqısı ilə məşğul olan tanıdığı Elçin adlı şəxs Zərərçəkmiş şəxs2lə birlikdə kafeyə gəlmişdir. Daha sonra sonuncu və Elçin "xxxx" MTK-da yerləşən mənzilə baxdıqlarını və xoşladıqları üçün almaq istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 mənzili 36.000 manata satmağa razılaşmış, sonuncu əvvəlcə üstündə olan 17.000 manat pulu Təqsirləndirilən şəxs2 verərək, qalan hissəni sabah verəcəyini qeyd etmişdir. Növbəti gün, yəni xx.xx.2021 -ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən "Ləvəngi" kafesində o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Elçin və Zərərçəkmiş şəxs2 görüşən zaman sonuncu qalan 19.000 manat Təqsirləndirilən şəxs2 vermiş, sonuncu da Zərərçəkmiş şəxs2 alqı-satqı müqaviləsi və maliyyə arayışını vermişdir. O sonradan evin başqasına məxsus olduğunu öyrənmişdir. O, Təqsirləndirilən şəxs1 başqasına məxsus olan evi niyə digər şəxsə satdıqlarını soruşduqda sonuncu evin birinci sahibinin pulu tam ödəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 evin alqısatqısına dair müqaviləni və maliyyə arayışını da Təqsirləndirilən şəxs1 vermişdir. Sonuncu "xxxx" MTK-da rəsmi işləməsə də həmin binada bir çox mənzilləri satmışdır. Təqsirləndirilən şəxs1 çoxlu sayda şikayətçilər vardır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 getdikdən sonra sonuncudan aldığı 19.000 manat puldan 10.000 manatı Təqsirləndirilən şəxs1 vermişdir. Çünki evin alqı-satqısına dair saxta müqaviləni və maliyyə arayışını Təqsirləndirilən şəxs1 hazırlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 verilmiş suallara cavab olaraq bildirmişdir ki, ona çox təzyiq olunduğuna görə qardaşı onun adından 17.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 ödəmişdir. Əslində isə o, sonuncuya satılan evin alqı-satqısında iştirak etməmiş, ondan pul almamışdır. "xxxx" MTK-nın borcları olduğuna görə o da alqısatqı zamanı yanlarında olmuşdur. Kafedə Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs2 birinci dəfə pul verəndə orada o və Elçin olmuşdur. Zərərçəkmiş şəxs2 pulu stolun üstünə qoymuş, Təqsirləndirilən şəxs2 da pulu götürərək evin sənədini Zərərçəkmiş şəxs2 göstərərək qalan pulu da gətirdikdə sənədi sonuncuya verəcəyini bildirmişdir. İkinci dəfə 18.000 manat pul veriləndə isə o deyil, Təqsirləndirilən şəxs1 orada olmuşdur. Daha sonra zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməsini, qısa müddətdə həmin məbləğin 25%-ni də dövlətə ödəyəcəyi nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir.
HÜQUQİ MƏSƏLƏLƏR:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi:
63. Maddə 178.2.1 və 178.2.4. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
64. Maddə 178.3.2. Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
65. Maddə 8.1. Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
66. Maddə 18.4.4. Residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır.
67. Maddə 41.1. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.
68. Maddə 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
69. Maddə 46.2. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.
70. Maddə 56.1.2. Qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir.
71. Maddə 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır.
72. Maddə 66.3. Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir.
73. Maddə 66.4. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.
74. Maddə 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır.
75. Maddə 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.
76. Maddə 99-1.2. Məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi:
77. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
78. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir.
79. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.
80. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür.
81. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı, həmçinin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir.
82. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir.
83. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir.
84. Maddə 179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.
85. Maddə 193.2. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir).
86. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər.
“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli, 1 nömrəli Qərarı:
87. Qərarın 6-cı bəndinə əsasən vurğulamaq lazımdır ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Ona görə də məhkəmələr işlərə baxarkən cinayət-prosessual qanununun göstərişlərini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 1996-cı il 27 dekabr tarixli Qərarının 3-cü bəndinin izahlarını rəhbər tutaraq heç bir halda qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməməlidir. Məhkəmə təhqiqat və ibtidai istintaq orqanı tərəfindən təqdim edilən sübutun qanunsuz yolla əldə olunması nəticəsinə gəldikdə, bütün hallarda həmin sübutu iş üzrə toplanmış başqa sübutların cəmindən çıxmaqla qanunu pozmuş vəzifəli şəxsin hərəkətinə münasibətini bildirməlidir. Bu izah şahid ifadələrinə qiymət verilməsi hallarına da aiddir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarı:
88. Məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı:
89. Qərarın 1-ci bəndi. Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər.
Avropa Məhkəməsinin Presedent Hüququ:
90. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız Cinayət Prosesual Məcəlləsində (bundan sonra - CPM) göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-nin həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericirik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosesual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-nin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə ictintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-nin 349.3., 349.4., 349.5-ci maddələri).
Məhkəmənin hüquqi dəyərləndirməsi:
91. Beləliklə, Təqsirləndirilən şəxs1 öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vuraraq təkrar dələduzluq cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, müqavilə və maliyyə arayışları və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 79-cu bəndi).
92. Həmçinin digər Təqsirləndirilən şəxs2 öz qulluq mövqeyindən istifadə edərək qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli və külli miqdarda ziyan vuraraq təkrar dələduzluq cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin və zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə protokolları, müqavilə və maliyyə arayışları və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-in 178.3.2-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 79-cu bəndi).
93. Eyni zamanda digər Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq dələduzluq cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin ifadələri, Zərərçəkmiş şəxs2 ifadəsi və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur (hökmün 79-cu bəndi).
94. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməməsi, Təqsirləndirilən şəxs1 sənədlərin onun tərəfindən imzalanmaması və təsdiqlənməməsi, Zərərçəkmiş şəxs1 mənzilin əvvəlki mənzil sahibinin razılığı ilə satması, ona edilən ödənişləri şirkətə təhvil verməsi, Təqsirləndirilən şəxs2 alqı-satqı müqavilələrinin bağlanması zamanı iştirak etməməsi və həmin müqavilələrə görə pul almaması, bu işlərdən ümumiyyətlə məlumatsız olması, Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs2 pulu ona deyil Təqsirləndirilən şəxs2 verməsi barədə ifadələrini müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır.
95. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdikləri ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir.
96. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilmələri barədə protokollardan (İ cild i/v 80- 82, 138-139, 245-247, İİ cild i/v 79-80, İİİ cild 98-100, 107-108, 124-126, 148-149), eləcə də məhkəmə qərarlarından (İ cild i/v 115-119, 120-123) görünür ki, təqsirləndirilən şəxlər məhkəməyədək istintaq dövründə törətdikləri əməlləri ətraflı izah etməklə dəfələrlə etiraf etmiş, məhkəməyədək istintaq dövründə protokolları və digər sənədləri imzalamışlar.
97. Belə ki, Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbirinin seçilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək vurulmuş zərərin bir hissəsini qaytardığını, ailəsində tək qazanc yeri olan şəxs olduğunu, daimi yaşayış yerinin olmasını və vurulmuş zərərin qalan hissəsini də yaxın günlərdə qaytaracağını əsas gətirərək barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir (İ cild i/v 115-119).
98. Bundan başqa Zərərçəkmiş şəxs2 istintaqa verdiyi izahatından görünür ki, o, Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən mənzilin dəyəri üçün əvvəlcə 17.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs3, digər 19.000 manat məbləğində pulu Təqsirləndirilən şəxs1 verdiyini, sonuncunun da alqı-satqı müqaviləsi və maliyyə arayışını özü ilə gətirərək Təqsirləndirilən şəxs3la birlikdə ona verdiyini bildirmişdir (İ cild i/v 29-30).
99. Təqsirləndirilən şəxs3 barəsində qətimkan tədbirinin seçilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxsə 5000 manat məbləğində pul vəsaitinin ödənilməsini nəzərə alaraq, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsini xahiş etmişdir (İ cild 120-123). 100.Həmçinin iş materiallarında olan alqı-satqı müqavilələri və maliyyə arayışlarından görünür ki, Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının B girişi 9-cu yaşayış mərtəbəsində 42 №-li, ümumi sahəsi 90 kv.m olan mənzilin direktor Təqsirləndirilən şəxs2 tərəfindən Şahid5, direktor Şahid1 tərəfindən isə Zərərçəkmiş şəxs3 satılmış, hər iki alıcıya mənzilin dəyərinin tam ödənilməsinə dair qurumun möhürü və direktorun imzası təsdiqlənmiş maliyyə arayışı verilmişdir. Eyni şəkildə Abşeron rayon, Xırdalan şəhəri, H.Aslanov 21 ünvanında yerləşən yaşayış binasının S girişi 1-ci yaşayış mərtəbəsində 3 №-li, ümumi sahəsi 96,7 kv.m olan mənzil direktor Təqsirləndirilən şəxs2 tərəfindən R.N.Mikayılovaya və L.Zərərçəkmiş şəxs1aya satılmış, hər iki alıcıya mənzilin dəyərinin tam ödənilməsinə dair qurumun möhürü və direktorun imzası təsdiqlənmiş maliyyə arayışı verilmişdir (hökmün 45-51-ci bəndləri). 101.Beləliklə də məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdikləri bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmişdir. 102.Məhkəmə cəza təyin edərkən cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini nəzərə alır (hökmün 64-cü bəndi). 103.Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 104.Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 iki yetkinlik yaşına çatmayan övladının olmasını və sonuncu tərəfindən vurulmuş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. 105.Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. 106.Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. 107.Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutulma hüququndan məhrum edilməklə həmin Məcəllənin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 108.Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 26 (iyirmi altı) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 02 (iki) ay 02 (iki) gün müddət ona təyin ediləcək əsas cəzadan çıxılaraq sonuncunun üzərində müəyyən müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır (i/v 42, 70-75, 161- 169, 242-243, hökmün 75-ci bəndi). 109.Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 70-ci bəndi).
110. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan olunduğu vaxtdan, yəni 06 noyabr 2025-ci il tarixdən hesablanmalıdır.
111. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək onun barəsində barəsində həbs qətimkan tədbiri seçilməlidir. 112.Bundan başqa məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü tarixli qərarı ilə sonuncu barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. 113.Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 114.Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yaşını və xəstə olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. 115.Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır.
116. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının hüdudları daxilində cəza təyin edilməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar.
117. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 46.2-ci maddəsinə əsasən dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutulma hüququndan məhrum edilməklə həmin Məcəllənin 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. 118.Bundan əlavə məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.3.2-ci və 320.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi tətbiq edilməklə qəti olaraq 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş və cəzasının əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır.
119. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. 120.Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə cinayət əməlini Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)- 254/2024 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, sonuncuya hazırkı hökmlə təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası həmin Məhkəmənin hökmü ilə təyin edilmiş 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının CM-nin 66.4 və 66.5-ci maddələrinə əsasən əlavə cəza tam, əsas cəza qismən toplanılaraq ona qəti cəza təyin edilməlidir (hökmün 73 və 74-cü bəndləri). 121.Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (hökmün 70-ci bəndi). 122.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 saylı hökmünə əsasən xx.xx.2021-ci il tarixdən hesablamalıdır. 123.Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. 124.Məhkəmə digər Təqsirləndirilən şəxs3 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 125.Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Zərərçəkmiş şəxs2lə barışmasını, ona vurulmuş ziyanı tam şəkildə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. 126.Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. 127.Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, Zərərçəkmiş şəxs2 ilə barışmasını, vurulmuş ziyanı tam şəkildə ödəməsini, həmçinin cəzanı ağırlaşdırılan halların olmamasını nəzərə alaraq hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. 128.Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 30 (otuz) gün, ümumilikdə 01 (bir) ay 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına, yəni 02 (iki) ay 04 (dörd) gün hesablanmalı və sonuncunun üzərində qəti cəza saxlanılmalıdır (hökmün 75-ci bəndi). 129.Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. 130.Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. 131.Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. 132.Qanunverici Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsi ilə müəyyən edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir (hökmün 68-ci bəndi). 133.Hazırkı halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. 134.Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlinə görə təqsiri olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmış, sonuncu tərəfindən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 qanunsuz olaraq 58.000 (əlli səkkiz min) manat məbləğində pulun dələduzluq yolu ilə alınması iş materiallarında olan müqavilə, maliyyə arayışları, üzləşdirmə protokolu və Təqsirləndirilən şəxs1 və Şahid4 ifadələri ilə təsdiq olunduğundan 58.000 (əlli səkkiz min) manat məbləğində müəyyən edilməlidir. Dəymiş mənəvi və evin təmiri ilə bağlı vurulmuş zərərin həcminə gəldikdə isə məhkəmə qeyd edir ki, mülki iddiaçı iddianın həmin hissəsinə dair sübutlar təqdim edə və əsaslandıra bilmədiyindən mülki iddia həmin hissədə rədd edilməlidir. 135.Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 qanunsuz olaraq alınmış 58.000 (əlli səkkiz min) manat və dövlət rüsumuna görə ödənilmiş 398 (üç yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti mülki cavabdeh - Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs1 ödənilməli, mülki iddia digər hissədə rədd edilməlidir. 136.Digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. 137.Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir (hökmün 95-ci bəndi). 138.İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir (hökmün 76 və 84-ci bəndləri). 139.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 01 (bir) ay 26 (iyirmi altı) gün, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 02 (iki) ay 02 (iki) gün müddət ona təyin edilən əsas cəzadan çıxılaraq sonuncunun üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 (altı) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 06 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 hazırkı hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 saylı hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən əlavə cəza tam, əsas cəza qismən toplanılaraq ona qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-254/2024 saylı hökmünə əsasən 09 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 30 (otuz) gün, ümumilikdə 01 (bir) ay 02 (iki) gün müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına, yəni 02 (iki) ay 04 (dörd) gün hesablansın və sonuncunun üzərində qəti olaraq 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs3 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin edilsin, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 alınmış 58.000 (əlli səkkiz min) və dövlət rüsumuna görə ödənilmiş 398 (üç yüz doxsan səkkiz) manat məbləğində pul vəsaitləri mülki cavabdeh - Təqsirləndirilən şəxs1 tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia digər hissədə rədd edilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onlara vurulmuş maddi və mənəvi ziyanla bağlı mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətlərə görə “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 məhkəmədə iştirak etdikləri 25 saata görə hər birinə ayrı-ayrılıqda 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən məhkum onu aldığı andan və elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Roman Ələkbərli