Məhkəmə qərarları › İş №1(101)-1568/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1568/2022

18.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1568/2022 18.11.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Saat 11:40-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Paşayev Azər İslah oğlu, (sədrlik edən), Quliyev Əhməd Qəhrəman oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, məhkəmənin iclas katibkzhb X11 və X1, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokurorları Dövlət ittihamçısı1 və X2, müdafiəçi Azərbayacan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və zərəçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli və himayəsində üç azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 26 aprel 2022-ci il tarixdə, saat 16:00 radələrində yaşadığı ünvan 3 ünvanının qarşısında, narkotik vasitənin təsiri altında xx.xx.2021-ci il təvəllüdlü olmaqla azyaşlı oğlu Zərərçəkmiş şəxs bioloji atası olmadığı qənaətinə gəldiyindən onu zorla anası Qanuni nümayəndə əlindən alaraq, sonuncunun ona xəyanət etdiyini düşündüyündən ondan qisas almaq niyyəti ilə uşağın yaşamalı olmadığını, ölməli olduğunu uca səslə deyərək Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəldiyini bəyan etmiş, cinayətkar niyyətini həyata keçirmək üçün azyaşlı olmaqla özünü müdafiə etmək iqtidarında olmadığını bildiyi aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs başının üzərinə qaldırmaqla anası Qanuni nümayəndə gözləri qarşısında ona bu hərəkətləri ilə əzab verdiyini dərk edib bir dəfə qəsdən evlərinin qarşısında olan asfalt örtüyünə çırpmış, bununla kifayətlənməyərək, həmin hərəkətləri ilə Zərərçəkmiş şəxs öldüyünə, yəni niyyətinin həyata keçməsinə tam əmin olmaq məqsədilə yenidən eyni üsulla oğlunu ikinci dəfə asfalt örtüyünə zərblə çırpmaqla sonuncuya açıq kəllə beyin travması, baş beynin əzilməsi, hər iki təpə sümüklərinin sınığı, ənsə nahiyəsində kəllə əsasına keçən xətti sınığı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirdikdən sonra onun yerdə səssiz və hərəkətsiz vəziyyətdə qaldığını görüb öldüyünü zənn edərək onu həyatdan qəsdən məhrum etdiyini yəqin edib yaşadığı mənzilə qayıtmış, lakin hadisə yerinə çağırılmış təcili tibbi yardım briqadası tərəfindən azyaşlı Zərərçəkmiş şəxs Kliniki Tibbi Mərkəzə çatdırılmaqla həkimlər tərəfindən həyatı xilas edildiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək, aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən narkotik vasitənin təsiri altında olmuşdur. Qanuni nümayəndə ilə 2013-cü ildə evlənmiş, birgə nikahdan 2014-cü ildə Nəzakət, 2017-ci ildə Tofiq və xx.xx.2021-ci il tarixdə isə Amin adlı övladları doğulmuşdur. Əvvəllər kompyuter sahəsində işləmiş, lakin son vaxtlar işsiz olmuşdur. Son 3-4 il ərzində heroin, metodon, “spays” və “patı” adlandırılan narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Arvadı Pərvanə ilə münasibətləri normal olmuşdur. Belə ki, onlar evlərini təmir etmək istəmişlər və əvvəldən razılaşdıqları kimi hadisə baş verən gün arvadı Pərvanə ilə evdəki əşyaları boşaltmalı olmuşlar. Həmin gün Pərvanə ilə aralarında mübahisə yaranmış, lakin o övladını yerə, asfaltın üstünə çırpmamışdır. O, özü uşaq evində böyüdüyü üçün bu cür hərəkəti övladına qarşı etməmişdir. İstintaq zamanı adından yazılan ifadəni təsdiq etmir. O, həmişə arvadı Pərvanəyə inanmışdır. Daha sonra polis əməkdaşları yaşadığı evə gəlib onu çağırmışlar. Həmin vaxt özünün çılpaq vəziyyətdə olduğunu görmüş, sonradan polislər onu Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Orada olarkən həyat yoldaşı Pərvanənin, eləcə də 3 övladının paltarlarını soyundurtduğunu, sonra da özünün soyunaraq, evdəki bütün əşyaları yaşadığı fərdi evin həyətinə və bəzisini də küçəyə atdığını, daha sonra azyaşlı övladı Aminin əl və qollarından yapışaraq asfalt örtüyünə iki dəfə çırpdığını, Aminin onun övladı olmadığını və bu səbəbdən ölməli olduğunu dediyini öyrənmişdir. Həmin hadisə zamanı psixotrop maddənin təsiri altında olduğundan baş verənləri xatırlamasa da, hadisədən əvvəl və sonra baş verənləri xatırlayır. O, sadəcə oğlu Amini götürərək həyətdə olan döşəyin üstünə atmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi övladı Aminin onun uşağı olmadığını və ölməli olduğunu deməməsi, arvadı Pərvanə ilə mübahisə edərək övladı Zərərçəkmiş şəxs yerə çırpmaması və həmi gün baş verən hadisəni xatırlamamasına dair xüsusatları özünümüdafiə xarakteri daşımaqla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıması kimi qiymətləndirməklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinin məhkəmə baxışı zamanı tədqiq edilmiş aşağıdakı sübut növləri ilə tam təsdiq olunması qənaətinə gəlir. Belə ki, ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə 26 aprel 2022-ci tarixdə şübhəli şəxs, 28 aprel 2022-ci l tarixdə təqsirləndirilən şəxs və 16 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən X3 ifadələrində bildirmişdir ki, Qanuni nümayəndə ilə 2013-cü ildə evlənmiş, birgə nikahdan 2014-cü ildə Nəzakət, 2017-ci ildə Tofiq və xx.xx.2021 -ci il tarixdə isə Amin adlı övladları doğulmuşdur. Əvvəllər müxtəlif yerlərdə kompyuter sahəsində işləsə də, uzun müddət işsiz olmuş, son 3-4 il ərzində heroin, metodon, “spays” və “patı” kimi adlandırılan narkotik vasitə və psixotrop maddələrdən istifadə etmişdir. Evli olduğu müddətdə arvadı Pərvanə ilə ciddi problemləri olmamış, lakin son aylar ərzində Qanuni nümayəndə internet üzərindən yardım qruplarına müraciət edərək ərzaq və pul yardımı aldığından, bunu qəbul edə bilməmiş və aralarında mübahisələr yaranmışdır. Bəzən Pərvanə evə saat 21-22 radələrində gəlmiş, bu barədə soruşanda yardımla bağlı kimlərləsə görüşdüyünü demişdir. Bir dəfə sonuncunu güdmək qərarına gəlmiş, qızını təhsil aldığı Yasamal rayonunda yerləşən 13 saylı məktəbə aparacağını deyərək evdən çıxdıqda onu güdmüş, Pərvanənin məktəbə getməyərək yol kənarında kimisə gözlədiyini müşahidə etmiş, sonuncu anidən onu görmüş və məktəb istiqamətində getməyə başlamışdır. Onun arxası ilə getsə də, onları görə bilməmiş, sonradan məktəbin qarşısına çatıb gözlədikdə Pərvanənin məktəbə getdiyini müşahidə etmişdir. Onun bəzən yardım üçün Xırdalan şəhərinə gedəcəyini desə də, həmin günü başqa yerlərə getdiyi aşkar olunmuşdur. Bu baxımdan Pərvanədən şübhələnmiş, həmçinin son zamanlar övladı Aminin ona isti münasibət göstərmədiyini müşahidə etmiş, bununla bağlı Pərvanəyə dedikdə, sonuncu Aminin hələ uşaq olduğunu, böyüyəndə düzələcəyini bildirmişdir. Bu baxımdan evdə Pərvanə ilə mübahisələri olmuş və sonuncuya Aminin onun uşağı olmadığını və ölməli olduğunu demişdir. Bəzən də Pərvanədən şübhələnib bu barədə söhbətlər apardıqda, sonuncu Tural adlı şəxsin ona arxa və dayaq olduğunu deyərək onu hədələmişdir. Turalı şəxsən tanımış, sonuncu onların yaşadıqları evə gələrək pul və ərzaq yardımı etmişdir. 26 aprel 2022-ci il tarixdə saat 10-11 radələrində Pərvanə ilə evdə mübahisə etdiyi zaman Aminin onun övladı olmadığını təkrarən bildirərək onun ölməli olduğunu demiş, həmin gün saat 12-13 radələrində “patı” almaq üçün yaşadığı evdən çıxmış və Yasamal rayonu ərazisində xatırlamadığı küçədə üzdən tanıdığı, adını bilmədiyi şəxsə 5 manat pul verib ondan özü üçün “patı” almışdır. Evə qayıdarkən 500-600 metr aralıda küçədə aldığı patını tək qəbul etmiş və bir qədər sonra evə qayıtmışdır. Həmin vaxt Pərvanə və uşaqlar evdə olmuş, evə daxil olub stolda oturmuş, sonra Pərvanə ilə mübahisə etmiş və sonuncuya Aminin onun uşağı olmadığını deyərək ölməli olduğunu bildirmişdir. Sonradan nə baş verdiyini xatırlamamış, daha sonra polis əməkdaşları yaşadığı evə gəlib onu çağırmışlar. Həmin vaxt özünün çılpaq vəziyyətdə olduğunu görmüş, sonra polislər onu Yasamal RPİ-nin 29-cu PŞ-nə aparmışlar. Orada olarkən yoldaşı Pərvanənin, eləcə də 3 övladının paltarlarını soyundurtduğunu, sonra da özünün soyunaraq, evdəki bütün əşyaları yaşadığı fərdi evin həyətinə və bəzisini də küçəyə atdığını, daha sonra azyaşlı övladı Aminin əl və qollarından yapışaraq asfalt örtüyünə iki dəfə çırpdığını, Aminin onun övladı olmadığını və bu səbəbdən ölməli olduğunu dediyini öyrənmişdir. Həmin hadisə zamanı psixotrop maddənin təsiri altında olduğundan baş verənləri xatırlamamış, lakin hadisədən əvvəl və sonra baş verənləri xatırlayır. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ondan üç övladı, başqa bir qadından isə iki övladı vardır. Hadisə baş verən zaman özündə olmamış, istintaqdakı ifadəni təzyiq altında vermişdir. Belə ki, Samir həmin gün narkotik vasitənin təsiri altında olmuş və nə etdiyini dərk etməmişdir. Samirin fikri uşağı öldürmək olmamış, o, sadəcə uşağı döşəyin üstünə çırpmışdır. Həmin günlərdə evdə təmir işləri aparılacağı üçün evin əşyalarını çölə yığmışlar. Samirlə aralarında uşağın sonuncudan olmaması ilə bağlı söz-söhbət olmamışdır. Samir uşağı çöldə olan döşəyin üstünə atmışdır. Samirin uşağı yerə çırpdığını o şəxsən görməmiş, bu barədə ona qonşular demişlər. Samir ailəcanlı olmuşdur. O, Samirdən şikayətçi deyil. Bununla belə, ibtidai istintaq zamanı 27 aprel 2022-ci il tarixdə şahid qismində dindirilərkən Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013cü ildə evlənmiş, birgə nikahdan 2014-cü ildə Nəzakət, 2017-ci ildə Tofiq və xx.xx.2021 -ci il tarixdə Amin adlı övladları doğulmuşdur. Əri Samir orta təhsilli olmaqla əvvəllər müxtəlif yerlərdə işləsə də, 2021-ci ilin sentyabr ayından heç bir yerdə işləməmiş, evli olduqları müddətdə Samirlə ciddi problemləri olmamışdır. 11 aylıq övladı Amin anadan olandan bir müddət sonra Samir evdə hər gün dava-dalaş salmış, guya Aminin onun övladı olmadığını deyərək onun əxlaqsızlıqla məşğul olduğunu və başqa kişi ilə eşq yaşadığını bildirmişdir. Bundan başqa işsiz olduğu üçün maddi çətinliklər üzündən sosial şəbəkələrdə olan yardım səhifələrinə müraciət edərək uşaqları üçün yardım istəmiş, dəfələrlə müxtəlif insanlar onlara və uşaqlarına yardım etmişlər. Bu səbəbdən Samir evdə mübahisə yaradaraq həmin yardımı guya onun gəzdiyi şəxsin etdiyini demişdir. Hadisədən əvvəlki son 3-4 gün ərzində Samir dayanmadan 11 aylıq Aminin onun uşağı olmadığını, başqa kişidən olduğunu demişdir. 26 aprel 2022-ci il tarixdə səhər saatlarında Samir yenə də evdə mübahisə yaratmağa başlamış və həmin gün saat 16-17 radələrində onu və 3 övladını çılpaq soyundurub həyətə çıxarmış, sonra Samir özü də çılpaq soyunmuş, evə göndərilmiş yardımı, paltarları, balış və döşəyi həyətə, bəzisini də küçəyə tullamışdır. Samirin səs-küyünə qonşular da yığışmışlar. Sonra qəflətən 11 aylıq övladı Amini onun əlindən almaq istəmiş, ondan Aminin nə günahı olduğunu soruşduqda, Samir bu uşağın ondan olmadığını, ondan olmayan uşağın ölməli olduğunu deyərək zorla əlindən almış, küçəyə çıxıb Aminin əl və ayağından yapışıb başının üzərinə qaldırmış və var gücü ilə yerə çırpmışdır. Daha sonra Samir yenə də Amini həmin yerdən götürmüş və uşağın ondan olmadığını deyib ölməli olduğunu bildirmiş və ikinci dəfə başının üzərinə qaldırıb var gücü ilə asfalt örtüyünün üzərinə çarpmışdır. Bundan sonra Amin sanki şoka düşərək ağlamamış, qonşulardan Könül tələsik yaxınlaşaraq Amini Samirin əlindən almış, bundan sonra Samir sakitləşib Aminə tərəf getməmişdir. Hadisə nəticəsində Aminin başı partlamış, gözləri çəpləşmiş, həmin vaxt qonşulardan kimsə hadisə yerinə polis və təcili yardım çağırmış, Samir də polisin çağırılmasını bildiyindən qaçıb gizlənmişdir. 5-10 dəqiqə sonra polis əməkdaşları onların yaşadığı ünvana gəlmiş, Samiri saxlayaraq Yasamal RPİ-nin 29cu PŞ-nə, onu isə övladı ilə birlikdə xəstəxanaya aparmışlar. Hadisə nəticəsində Samir azyaşlı övladı Amindən başqa heç kimə xəsarət yetirməmiş, eyni zamanda özü də xəsarət almamışdır. Bundan başqa cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxsla Qanuni nümayəndə arasında keçirilmiş 28 aprel 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Qanuni nümayəndə ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bir daha təsdiqləmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Samir Ağakərmovla qapı qonşudurlar. Təqsirləndirilən şəxs həmin ünvanda həyat yoldaşı Qanuni nümayəndə və 3 azyaşlı övladı ilə birlikdə yaşamışdır. Samir təxminən son 1 il ərzində narkotik vasitə istifadə etməyə başlamış, bundan sonra ailələrində söz-söhbət yaranmışdır. 26 aprel 2022-ci il tarixdə səhər saatlarında onların həyətlərindən səs-küy gəlmiş, lakin gələn səsin səbəbini bilməmiş, saat təxminən 16 radələrində səs-küy daha da artdığı üçün evinin qapısını açmış, Samirin yaşadığı evin qarşısında yolun üzərində müxtəlif ev əşyaları, həmçinin həyətlərində də, xeyli sayda ev əşyalarının yerdə olduğunu görmüşdür. Bu anda qəfildən Samir lüt vəziyyətdə çölə çıxmış, həmin vaxt sonuncunun əlində balaca övladı Aminin də lüt vəziyyətdə olduğunu görmüşdür. Samir uşağı yerə çırpmaq istəmişdir. Bu an onun halı qəfil pisləşmişdir. Daha sonra Samirin uşağı yerə çırpdığını eşitmişdir. Lakin özü şəxsən hadisənin şahidi olmamışdır. Samir özündə olmadığı üçün qonşular uşağı Samirin əlindən almışlar. Daha sonra o, Samirin xalası qızı Könülə zəng edərək hadisə barədə məlumat vermişdir. Bununla belə, ibtidai istintaq zamanı 27 aprel 2022-ci il tarixdə şahid qismində dindirilərkən Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən son 1 il ərzində narkotik vasitə istifadə etməyə başlamış, narkotik istifadə etməyə başlayandan sonra ailələrində söz- söhbət çoxalmağa başlasa da, hansı səbəbdən dalaşdıqlarını bilməmişdir. 26 aprel 2022-ci il tarixdə səhər saatlarında onların həyətlərindən səs-küy gəlmiş, lakin gələn səsin səbəbini bilməmiş, saat təxminən 16 radələrində səs-küy daha da artdığı üçün evinin qapısını açmış, Samirin yaşadığı evin qarşısında yolun üzərində müxtəlif ev əşyaları, həmçinin həyətlərində də, xeyli sayda ev əşyalarının yerdə olduğunu görmüşdür. Bu anda qəfildən Samir lüt vəziyyətdə çölə çıxmış, həmin vaxt sonuncunun əlində balaca övladı Aminin də lüt vəziyyətdə olduğunu görmüş, həmin vaxt Samir uşağın əl və ayaqlarından tutaraq ondan olmadığını və ölməli olduğunu deyib başı üzərinə qaldırıb var gücü ilə yerə çırpmış, uşağın yerə çırpılması ilə qəfil halı pisləşmiş və o, qışqıraraq qonşulardan kömək istəmiş, həmin vaxt Bəhram və digər xatırlmadığı şəxslər çölə çıxmışlar. Daha sonra evə daxil olaraq yardım etməsi üçün qonşuluqda yaşayan Samirin xalası qızı Könülə zəng edərək məlumat vermişdir. Həmin hadisəni gözü ilə gördüyü üçün halı çox pisləşmiş və özünə gələ bilməmişdir. Daha sonra qonşulardan eşitdiyinə görə o, evə daxil olduqdan sonra hadisə yerinə Könül gəlmiş, Samir Könülü gördükdə uşağı ikinci dəfə başı üzərinə qaldıraraq asfalt üzərinə çırpmış, hadisədən dərhal sonra polis əməkdaşları və həkim briqadası hadisə yerinə gələrək Samiri və uşağı aparmışlar. Məhkəmədə şahid qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, onun yaşadığı evlə üzbəüz X.Dadaşov küçəsi, ev 226 ünvanında Samir adlı şəxs üç azyaşlı övladı və Pərvanə adlı həyat yoldaşı ilə birlikdə yaşamış, Samirin narkotik istifadəçisi olması barədə heç bir məlumatı olmamışdır. 26 aprel 2022-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olduğu zaman çöldən qadın səslərinin gəldiyini eşitmiş, qapıdan küçəyə çıxdığı zaman yolun ortasında Samirin lüt vəziyyətdə evinə aid məişət əşyalarını və pal-paltarı küçəyə atdığını və səssiz şəkildə həmin əşyaların içərisində nəsə axtardığını görmüşdür. Samir həmin vaxt lüt vəziyyətdə olduğu üçün qonşular çölə çıxaraq müdaxilə etməmiş, lakin qonşuların pəncərələrindən “keç içəri keç içəri” deyə qışqırıq səsləri eşidilmişdir. Samirin lüt vəziyyətdə çöldə olduğunu gördüyü üçün üstünə qışqıraraq etdiyi hərəkətlərin utancverici olduğunu deyərək dərhal evinə keçməsini tələb etmiş, sonuncu həmin vaxt əyilmiş vəziyyətdə səssiz olaraq ona baxmış, əsəbi olduğunu görüb heç bir söz deməmiş, evinin qapısına tərəf keçmişdir. Üzünü çevirərək öz evinin qapısı istiqamətində getmək istədiyi zaman kimsə uşaq deyə çığırmış, geri çevrildiyi zaman Samirin yolun ortasında lüt vəziyyətdə olan körpə uşağın əl və ayağından tutaraq başının üzərinə qaldırıb həyətdə olan əşyaların üstünə atdığını görmüşdür. O, Samirin uşağı asfaltın üstüna atmasını görməmişdir. Həmin vaxt uşağa yaxınlaşmamış və öldüyünü düşünməmişdir. Bununla belə, ibtidai istintaq zamanı 26 may 2022-ci il tarixdə şahid qismində dindirilərkən Şahid3 ifadəsində göstərmişdir ki, Samirin yolun ortasında lüt vəziyyətdə olan körpə uşağın əl və ayağından tutaraq başının üzərinə qaldırıb var gücü ilə yerə çırpdığını görmüş, hadisə ani vaxt ərzində baş verdiyi üçün Samirə müdaxilə edə bilməmiş, bundan sonra Samir evinin qapısından içəri keçmiş, lakin uşaq səssiz şəkildə çırpıldığı yerdə qalmışdır. Uşağa yaxınlaşdığı zaman gözlərinin çevrildiyini və hərəkətsiz olduğunu gördüyündən öldüyünü düşünmüş, bundan sonra onlarla qonşuluqda yaşayan Samirin xalası qızı Könül gələrək uşağı yerdən götürüb öz evinə aparmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. 26 aprel 2022-ci il tarixdə işdən çıxaraq evə təzə daxil olduğu zaman çöldən səs-küy eşitmiş, həmin vaxt qonşuları Dilbər ona zəng edərək Samirgilin yaşadığı evin qarşısına gəlməsini xahiş etmiş, o öz yaşadığı evdən çıxaraq Samirin yaşadığı evin giriş qapısı istiqamətində getmişdir. Bu zaman onların qapılarının qarşısında müxtəlif ev əşyaları olduğunu, Samirin əynində heç bir paltar olmadan qapının qarşısında dayandığını və yerdə olan əşyaların üstündə uşaq görmüşdür. O, uşağın Amin olduğunu anlayaraq dərhal onu götürərək evinə aparmışdır. Aminin başı qanamışdır. Bir neçə dəqiqə sonra təcili yardım briqadası və polis əməkdaşları gəlmiş, o, çölə çıxmış, Pərvanə uşağı ondan alaraq polis avtomobilinə əyləşmiş və onlarla birlikdə xəstəxanaya getmişlər. Bununla belə, ibtidai istintaq zamanı 16 may 2022-ci il tarixdə şahid qismində dindirilərkən Şahid2 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. 1993-cü ildə xalası Reyhan vəfat etdikdən sonra Samirin atası Tofiq onu 1 saylı uşaq evinə yerləşdirmiş, o, 18 yaşınadək orada yaşamışdır. Samir 18 yaşında hərbi xidmətə yollanmış, hərbi xidməti başa vurduqdan sonra təxminən 2013-cü ildə Qanuni nümayəndə ilə evlənmiş, onlarla qonşu yaşayan nənəsi Səbinənin yanında yaşamışlar. Sonuncu 2015ci ildə vəfat etdikdən sonra Samir Pərvanə ilə həmin ünvanda yaşamağa davam etmiş, onların birgə nikahlarından 2014-cü ildə Nəzakət, 2017-ci ildə Tofiq və xx.xx.2021-ci il tarixdə isə Zərərçəkmiş şəxs adlı övladları doğulmuşdur. Samir orta təhsilli olsa da əvvəllər müxtəlif yerlərdə işləmiş, lakin qohum və qonşulardan eşitdiyinə görə son aylarda narkotik istifadəçisi olduğu üçün iş yerindən uzaqlaşdırılmış və 2021- ci ilin sentyabr ayından işsiz olaraq evdə olmuşdur. Samirin ailəsində hadisə baş verməmişdən öncəki aylarda davadalaş olmuş, mübahisələrinin əsas səbəbini bilməsə də, adətən Samir həyat yoldaşı Pərvanəyə əxlaqsız və eyni mənalı müxtəlif sözlər demiş, lakin o və bu sözləri eşidən digər qohum və qonşular Samirin narkotik təsirində olduğunu bildikləri üçün sonuncunun Pərvanənin ünvanına dediyi sözlərin uydurma olduğunu bilmişlər. 26 aprel 2022-ci il tarixdə işdən çıxaraq evə təzə daxil olduğu zaman çöldən səs-küy eşitmiş, həmin vaxt qonşuları Dilbər ona zəng edərək Samirgilin yaşadığı evin qarşısına gəlməsini xahiş etmiş, o öz yaşadığı evdən çıxaraq Samirin yaşadığı evin giriş qapısı istiqamətində gedərkən onların qapılarının qarşısında müxtəlif ev əşyalarını və Samirin əynində heç bir paltar olmadan qapının qarşısında dayandığını və yerdə səssiz və gözləri yumulu vəziyyətdə çılpaq uşaq görmüşdür. O, uşağın Amin olduğunu anlayaraq dərhal onu götürmək üçün həmin istiqamətdə getmiş, bunu görən Samir uşağın əl və ayaqlarından tutaraq başı üzərinə qaldırmış və “uşaq məndən deyil, neynirəm bunu” deyərək var gücü ilə asfalt üzərinə çırpmışdır. Bundan sonra qonşularla birlikdə Samirin üstünə qışqırmış, bu səbəbdən sonuncu evinə, yəni həyətinə daxil olaraq giriş qapısını bağlamışdır. O, dərhal başı qanamış Amini qucağına alaraq yaşadığı evə aparmış, orada uşağın üzünə su vursa da, ayılmamış, bir neçə dəqiqə sonra qonşular təcili yardım briqadasının və polis əməkdaşlarının gəldiyini dedikdə çölə çıxmış, Pərvanə uşağı ondan alaraq polis avtomobilinə əyləşmiş və onlarla birlikdə xəstəxanaya getmişlər. Hadisə baş verən zaman Pərvanə həyətdə çılpaq vəziyyətdə ağlayaraq Samirin qorxusundan qapıdan çölə çıxa bilməmişdir. Məhkəmədə şahid qismində dindirilən Şahid4 Sadiq oğlu ifadəsində göstərmişdir ki, fərdi sahibkarlıqla məşğul olur və son on il ərzində maddi təminatı az olan ailələrə imkan çatdığı qədər yardım etməyə çalışır. Bu işdə onun bir neçə dostu da, ona yardım edir. ünvan 5 ünvanında yaşayan Qanuni nümayəndə sosial şəbəkə vasitəsilə onlara müraciət edərək maddi yardım etmələrini xahiş etmişdir. 2021 -ci ilin noyabr ayından o, Qanuni nümayəndə ailəsinə yardım etməyə başlamışdır. Onların yaşadıqları ev təmirsiz və şəraitsiz vəziyyətdə olmuş, evdə Qanuni nümayəndə, həyat yoldaşı Təqsirləndirilən şəxs və üç azyaşlı övladları yaşamışdır. Ailə üzvlərindən heç kim işləməmiş, gəlir yerləri olmamışdır. Onlara yardım aparmaq üçün evlərinə getdiyi zaman Təqsirləndirilən şəxs yataq şəraitində olmuş, bu səbəbdən dostları ilə birlikdə sonuncunun ailəsinə aylıq ortalama 400- 600 manat aralığında yardım etmiş, bundan başqa evləri üçün mebel və digər əşyalar alıb aparmış, həmçinin övladlarının təhsil alması üçün kitab, geyim və digər dəftərxana ləvazimatları alaraq vermişlər. 2022-ci ilin aprel ayının sonlarında Qanuni nümayəndə watsapp proqramı vasitəsilə kiçik oğlu Zərərçəkmiş şəxs xəstəxanada şəklini paylaşdığını görmüş, bundan sonra Qanuni nümayəndə ilə əlaqə saxladığı zaman sonuncu ona xəstəxanada olduğunu və danışa bilmədiyini demişdir. Sonradan onlar xəstəxanadan evə gəldikləri zaman evlərinə ziyarətə getmiş, orada sonuncu ilə söhbət etdiyi zaman həyat yoldaşı Təqsirləndirilən şəxs həbs edildiyini demişdir. Ondan Samirin hansı səbəbdən həbs olunduğunu soruşduqda, guya Samirin Amin adlı övladını əlində oynatdığı zaman yerə düşdüyünü və bu səbəbdən şərlənərək həbs edildiyini demişdir. Pərvanə xanımın bu sözlərindən sonra ürəyində şübhə qalmış və qapılarından çıxdıqdan sonra qonşulardan bu barədə maraqlanmış, onlarla söhbət etdiyi zaman Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə lüt vəziyyətdə evlərinin qapısından çölə çıxaraq övladı Zərərçəkmiş şəxs başı üzərinə qaldırıb iki dəfə asfalt üzərinə çırpdığını demişlər. O, yalnız maddi yardım məqsədi ilə Qanuni nümayəndə və onun ailəsi ilə əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs göstərdikləri və şübhələri əsassızdır. Hazırda da, onun ailəsinə maddi yardım edilməsi davam etdirilir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibb ekspertizasının 27 iyul 2022-ci il tarixli, 747 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət açıq kəllə beyin travması, baş beynin əzilməsi, hər iki təpə sümüklərinin sınığı, ənsə nahiyyəsində kəllə əsasına keçən xətti sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunduğu kimi baş üzərindən asfalt örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan 26 aprel 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Məhkəmədə müdafiəçinin vəsatəti əsasında dindirilmiş məhkəmə-tibbi eksperti X5 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xəsarət aldıqdan 3 ay sonra ekspertizadan keçirilmişdir. Zərərçəkmiş şəxs xəstəxanada 10 gün qalmışdır. 3 ay sonra xəstəlik tarixini prokurorluq təqdim etmiş və buna əsasən onun tərəfindən ekspertiza tədqiqatı aparmışdır. Zərərçəkmiş şəxs ona 27 iyul 2022-ci il tarixdə təqdim olunmuşdur. Ekspertiza uşağın anasının iştirakı ilə keçirilmişdir. Tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli, 747 nömrəli tibbi rəyi tam təsdiq edir. Cinayət işinə əlavə olunmuş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli, 1985 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər-hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezində müxtəlif psixoaktiv maddələrin qəbulu müəyyən edilir. Aparılmış eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak peosesləri, dünyagörüşü, intellektual imkanlarının normaya uyğun olması müəyyən edilir. Hərəkət və davranışını iradi olaraq tənzimləməsində hər-hansı dəyişiklik aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər-hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə istintaq hərəkətlərinin aparılmasında iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs əqli və intellektual imkanları normaya uyğundur. O, iş üçün vacib olan halları düzgün dərk etmək və onları ölçüb-biçməklə ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs inamsızlıq, şübhəlilik, inadkarlıq, eqosentrizm, məsuliyyətsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixiemosional vəziyyətində qəzəb, aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X13 tərəfindən verilmiş 27 aprel 2022-ci il tarixli, 582 saylı aktdan görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlər və morfın tərkibli narkotik vasitə və psixotrop maddə istifadə etdiyi aşkar edilmişdir. Cinayət işinə əlavə olunmuş məhkəmə-narkoloji ekspertizasının 29 iyul 2022-ci il tarixli, 4159 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X7 daxil olmuş 18 iyul 2022-ci il tarixli, 3094 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixindən “Opioidlərin istifadə edilməsi nəticəsində psixi və davranış pozuntuları” epizodik qəbulu diaqnozu ilə BŞNM-də qeydiyyatdadır. Cinayət işinə əlavə olunmuş “ Hadisə yerinə baxış keçirilməsi” haqqında 26 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə ünvan 6 ünvanında baş vermişdir. Həmin ünvanda fərdi yaşayış evləri vardır. Hadisənin baş verdiyi yerdən 180 sm məsafədə hündürlüyü 220 sm, eni 90 sm olan dəmir metaldan olan qapı vardır. Fərdi yaşayış evi Təqsirləndirilən şəxs yaşadığı ünvandır. Fərdi yaşayış evinin qarşısı asfalt ilə örtülmüşdür. Giriş qapısı açıq vəziyyətdə olmaqla qarşısında asfalt üzərində müxtəlif adda geyim və məişət əşyaları vardır. Hadisə yerində baxış zamanı iştirak etmiş Qanuni nümayəndə göstərmişdir ki, əri Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında evdə olan geyim və məişət əşyalarını yaşadıqları evin giriş qapısından çölə atmış, daha sonra azyaşlı övladı Zərərçəkmiş şəxs onun əlindən alaraq küçəyə çıxmış və iki dəfə ardıcıl olaraq asfalt üzərinə çırpmışdır. Baxış zamanı qana bənzər ləkə nümunəsi, cinayətin predmeti ola biləcək hər-hansı əşya və sairə aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini onun ibtidai istintaq zamanı verdiyi ifadələri, eləcə də cinayət təqibi üzrə toplanmış digər mötəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri obyektiv həqiqəti əks etdirir və məhkəmə həmin ifadələri sübüt növü kimi qəbul edir. Bundan başqa məhkəmə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmə iclasında verdikləri ifadələrini, digər möhtəbər sübutlarla birlikdə müqayisəli şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmədə verdikləri ifadələri Təqsirləndirilən şəxs müdafiə etmək xarakteri daşımaqla onun cinayət məsuliyyətindən azad olunması məqsədini güdür. Təqsirləndirilən şəxs əməllərinin hüquqi tövsifinə gəldikdə isə, məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Həmin qərarın 13-cü bəndinə əsasən, Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı, bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə itihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, işin icraatına xitam verilməsi, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Nəzakət Ağakərimli, xx.xx.2017-ci il təvəllüdlü Tofiq Ağakərimov və xx.xx.2021-ci il təvəllüdlü Zərərçəkmiş şəxs adlı üç azyaşlı övladları vardır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin onunla barışmasını, ona qarşı tələb və şikayətinin olmamasını və himayəsində üç azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə ibtidai istintaq orqanının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən, cinayətin azyaşlı şəxsə qarşı törədilməsinin Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olması ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Zərərçəkmiş şəxs azyaşlı olduğu üçün köməksiz vəziyyətdə olan şəxs hesab edilmiş və bu əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsi (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) ilə ittiham irəli sürülmüşdür. Belə olan halda, məhkəmə cinayətin azyaşlı şəxsə qarşı törədilməsini Cinayət Məcəlləsinin 120.2.9-cu maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlaməti hesab edir və belə qənaətə gəlir ki, Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən həmin hal təkrarən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “cinayət etməyə cəhdə görə cəza təyin edilməsi”ndən bəhs edən 63cü maddəsinin müddəalarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə təyin ediləcək cəzanın müddəti 15 (on beş) ildən çox ola bilməz. Belə ki, Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə, cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 63.4-cü maddəsinə əsasən, cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə icraatın aparılması zamanı həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın əvvəli 26 aprel 2022-ci il tarixdən hesablanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq cəza ilə cəzanın məqsədini təmin etmək mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 60 (altmış) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi üçün 360 (üç yüz altmış) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-352, 353-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 03 ( üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Həmin cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 360 (üç yüz altmış) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qadasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar