Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1568/2024 11.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ saat 10:35 Hakim Qəniyev Faiq Əsəd oğlunun sədrliyi ilə, hakimlər Ağalarov Mahmud Muradxan oğlu və Əliyev Samir İmamverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X5 və X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər - “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, mütəxəssis X6 iştirakı ilə, 16 avqust 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə, xx xxxx 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmiş, saxlamış və daşımışlar. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və satma barədə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyrisinin sifarişi ilə gələcəkdə ayrı-ayrı ünvanlara çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Bakı şəhəri, Qaradağ rayonu ərazisində gizlətdiyi külli miqdarda - 9059,62 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı həmin yerdən qanunsuz olaraq əldə etmiş, əldə etdikləri narkotik vasitələrdən 01 ədəd bükümdə 36,120 qram çəkidə qurudulmuş marixuananı ayırıb Təqsirləndirilən şəxs1 satış üçün qablaşdıraraq öz üzərində, 01 ədəd bükümdə 38,500 qram çəkidə eyni tərkibli qurudulmuş marixuananı isə Təqsirləndirilən şəxs2 öz üzərində, qalan 10 ədəd bükümdə digərləri ilə tərkiblərinə görə eyni olan 8985,0 qram çəkidə qurudulmuş marixuananı isə birlikdə yaşadıqları ünvan 2 ünvanına daşımaqla orada saxlamışlar. Bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 yanvar 2024-cü il tarixdə saat 01:00-da Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, ev 15 ünvanının qarşısında birlikdə piyada hərəkət edərkən saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparılmış, orada Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd sellofan bükümdə 38,500 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 bir ədəd sellofan bükümdə 36,120 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq 10 yanvar 2023-cü il tarixdə saat 05:10dan etibarən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 razılığı və könüllü iştirakı ilə birlikdə onların faktiki yaşadıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, ev 15 ünvanına baxış keçirilən zaman evin yataq otağında 10 ədəd sellofan bükümlərdə ayrıayrılıqda çəkiləri 970,0 qram, 985,0 qram, 880,0 qram, 985,0 qram, 985,0 qram, 945,0 qram, 965,0 qram, 950,0 qram, 800,0 qram və 520,0 qram olmaqla ümumi təmiz çəkisi 8985,0 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, iranlı ilə 2 ildir ki, birlikdə işləmiş, pul qarşılığında kuryerlik etmiş, yəni bir kilo narkotik vasitəni dediyi ünvanlara çatdırmağı müqabilində ***-**** manat məbləğində haqq almışdır. Həmin vaxtlar hələ Valehi tanımamışdır. Gözlərinin yaxşı görməməsinə səbəb qaynatasıdır, belə ki, həyat yoldaşı tutulandan sonra uşağı atıb getməyini tələb etmiş, fiziki və psixoloji təzyiq göstərmişdir. Qaynatası ona essensiya içizdirməyə çalışmış, boynuna, gözünə tökülmüşdür. Bunu özü etmiş kimi göstərərək məsuliyyətdən kənarda qala bilmişdir. Sonralar iranlı ilə danışmağa başlamış, sadəcə səsli mesajlar göndərərək əlaqə saxlamışdır. Valehi əvvəlcə taksi sürücüsü kimi tanımış, narkotik vasitəni götürməyə gedəndə onu aparıb gətirmişdir. Doqquz kiloqram narkotik vasitəni götürəndən sonra Valehdən xahiş etmişdir ki, narkotik vasitə bir günlük onların evində qalsın, sonra gəlib götürəcək. Bunun qarşılığında Valehə 500 manat pul təklif etmiş, uşağı yeni dünyaya gəldiyinə görə ailəsinin pula ehtiyacı olduğundan razılaşmışdır. Özü bu işdən təxminən 2000 manat gəlir əldə etmişdir. Narkotik vasitəni Valehin evinə qoyduqdan bir gün sonra tanışı Ələkbər onu görüşmək üçün çağırmış, həmin anda polis əməkdaşları onu tutmuşdur. Polislər Ələkbəri də tutmuş, sonuncu da narkotik vasitə istifadəçisi olmuşdur. Polislər narkotik vasitənin harda olduğu soruşanda Valehin evində olduğunu demişdir. Valehin evinə baxış zamanı narkotik vasitəni təhvil vermiş, həmin anda evə gələn Valehi də tutmuşlar. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı tədqiq olunmuş, ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə barədə daha ətraflı danışaraq göstərmişdir ki, təxminən bir ildir “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə Səccad adlı İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Onunla bir müddət danışdıqdan sonra Səccad narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğunu və onun dediyi ünvanlardan narkotik vasitə və psixotrop maddələri götürüb və dediyi ünvana çatdırmağı təqdirdə müəyyən məbləğlərdə ödəniş edəcəyini təklif etmişdir. Aralarında olan razılığa əsasən Səccad 1 kiloqram narkotik vasitə qurudulmuş marixuanaya görə 250 manat, 1 kiloqram narkotik vasitə heroin və 1 kiloqram psixotrop maddə metamfetaminə görə 500 manat ödəyəcəyini bildirmişdir. Maddi vəziyyəti pis olduğuna görə iranlı ilə razılaşmışdır. Bundan sonra müxtəlif ünvanlardan, yəni Bakı-Ələt yolundan, Abşeron rayonu, Qobu qəsəbəsindən, Lökbatan qəsəbəsi və digər ünvanlardan müxtəlif çəkilərdə içərisində narkotik vasitə və psixotrop maddə olan bükümlər götürərək iranlının “WhatsApp” vasitəsilə göndərdiyi yerlərə qoymuşdur. Həmin ünvanlara getdiyi zaman avtomobil lazım olduğu üçün Valeh Rüstəmzadə ilə birlikdə getmişdir. Səccadın gördüyü işin müqabilində ona məxsus bank kartına göndərdiyi gəlirdən müxtəlif məbləğlərdə Valehə ödənişlər etmişdir. Belə ki, Valehi “Bolt” mobil tətbiqi vasitəsilə sifariş etdiyi taksi sürücüsü kimi tanımışdır. Bundan sonra onun əlaqə nömrəsini götürmüş və harasa getmək lazım olanda ona zəng etmişdir. Tanışlıqlarının ilk dövründə Valeh onu taksi kimi şəxsi işləri ilə əlaqədər sifariş verdiyi ünvanlara çatdırmış və bir neçə aydan sonra Valehlə onun arasında səmimi münasibət yaranmışdır. Bundan sonra ona etibar edə biləcəyini düşünmüşdür. Bu məqsədlə aralarında olan söhbətlərin birində özünün Səccad adlı tanışının olduğunu, həmin tanışının müxtəlif ünvanlara qoyduğu narkotik vasitələri və psixotrop maddələri götürərək müxtəlif ünvanlara çatdıracağı təqdirdə gəlir əldə edəcəyini, həmin işləri görmək üçün ona avtomobil lazım olduğunu və bu işdə onunla əlbir olmasını təklif etmişdir. Eyni zamanda Valehə bu işin təhlükəli olduğunu, polis əməkdaşları tərəfindən yaxalanaraq məsuliyyətə cəlb oluna biləcəkləri barədə xəbərdarlıq etmişdir. Valeh onun təklifi ilə razılaşmış və bundan sonra onlar birlikdə kuryerlik fəaliyyəti ilə məşğul olmuşlar. Təxminən 4-5 ay ərzində onlar Valehlə birlikdə bir neçə dəfə iranlının göndərdiyi ünvanlara gedərək bükümləri birlikdə götürmüşlər. Bir müddət sonra Valehə qalmağa yerinin olmadığını bildirmiş və Valeh ona ailəsi ilə birlikdə yaşadığı ünvanda qala biləcəyini demişdir. O da Valehin yaşadığı ünvana, yəni ünvan 5 ünvanda arvadı və iki övladı ilə birlikdə yaşamış, onu öz tanışı kimi təqdim etmiş və evsiz yetim olduğunu bildirmişdir. Aralarında yaş fərqinin kifayət qədər olması səbəbindən arvadı onun evdə qalmağına etiraz etməmiş və tutulduğu günə qədər həmin ünvanda yaşamışdır. Valehin arvadının və övladlarının onların qanunsuz əməllərindən hər hansı məlumatı olmamışdır. Valehlə birlikdə ümumilikdə nə qədər narkotik vasitə və psixotrop maddəni götürməyini tam olaraq xatırlamır. Sonuncu dəfə təxminən tutulmazdan iki gün əvvəl Valehə yenidən Səccadın Ələt yolunda narkotik vasitə qoyduğunu, onu götürərək bir müddət özlərində saxlamağı, bundan sonra Səccadın göstərişi ilə sonradan onu başqa ünvanlara qoymaqları müqabilində onlara 2500 manat pul verəcəyini, həmin pulun yarısını ona verəcəyini demiş və Valeh onunla razılaşmışdır. Valehlə Səccadın göndərdiyi koordinatda yerləşən ünvana getmiş və oradan birlikdə içərisində narkotik vasitə olan bükümləri götürmüşdür. Bundan sonra onlar həmin bükümləri gətirərək Valehlə birlikdə yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, ev 15 ünvanında otaqların birinə yerləşdirmişlər. Həmin bükümlərə baxdıqda onların ikisinin çox kiçik olduğunu görmüş və hər biri bükümlərin birini götürərək satmaq məqsədi ilə üzərlərində saxlamışlar. 10 yanvar 2024-cü il tarixdə saat 01:00-da Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, ev 15 ünvanının qarşısında Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki oln qara rəngli gödəkçəsinin sağ yan cibindən qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olunmuş marixuana zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, həmin maddəni Səccad adlı iranlının Qaradağ rayonu ərazisindən keçən Ələt avtomobilinin yolunun kənarından qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürdüyünü, götürdükləri maddəni Səccadın bildirəcəyi yerə qoyacaqlarını, gördükləri işin müqabilində Səccadın onlara pul verəcəyini bildirmişdir. Həmçinin, ünvan 2 ünvanında narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 ilə birgə yaşadıqları evə baxış keçirilmişdir. Evin yataq otağında 10 ədəd sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqsirləndirilən şəxs1 verilən sulara cavab olaraq üzərlərindən və yaşadıqları ünvandan aşkar edilmiş narkotik vasitələri iranlının sifarişi ilə başqa əraziyə yerləşdirmək məqsədi ilə əldə etdiklərini, üzərlərində narkotik vasitə olmasından heç kimin xəbəri olmadığını, yaşadığı evdə narkotik vasitə olmasından Təqsirləndirilən şəxs2 ailə üzvlərinin məlumatı olmadığını, Təqsirləndirilən şəxs2 arvadı və uşaqlarının narkotik vasitə və psixotrop maddə olan otağa daxil olmadığını, Valehin həmin otağı onun istifadəsinə verdiyini, qeyd edilən otağa ondan başqa heç kim daxil olmadığını, təxminən bir il ərzində Valehlə birlikdə dəfələrlə bu cür cinayətlər törətdiklərini, ümumilikdə gördükləri işin müqabilində o və Valehin xeyli miqdarda gəlir əldə etdiyini, təxminən bir aydır ki Valehlə birlikdə yaşadığını, cinayət yolu ilə əldə etdiyi pulu gündəlik şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir (cild 1, iş vərəqə 127-132). Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı tədqiq olunmuş bu ifadəsini təsdiq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, Tamara ilə başqa bir adamın sayəsində tanış olmuşlar. Tamaranı bir neçə dəfə taksi sürücüsü kimi metronun “28 May” stansiyasının yaxınlığında yerləşən xəstəxanaya – körpələr evinə aparmışdır. Tamara dekabrda tutulmuş, sonradan yanvar ayında azadlığa buraxılmışdır. Tamara ona qalmağa yerinin olmadığını, sadəcə ev tapana qədər müvəqqəti qalmasına razılıq verməsini demişdir. Demək olar ki heç bir gün qalmamış, səhərisi gün tutulmuşdur. Kimlə necə iş birliyi qurduğu ilə bağlı məlumatı olmamışdır. Təxminən 3-4 ay sonra bir iranlı ilə iş birliyi qurduğunu öyrənmişdir. Tamara bir dəfə “mənim götürməli olduğum narkotik vasitə var, onu gedib götürməliyəm, mənimlə gedə bilərsənmi” demiş, o da razılaşmayıb getməmişdir. Sonradan ondan xəbərsiz və icazəsi olmadan həmin vasitəni onların həyətinə gətirdiklərini bilmişdir. Tamara Ələkbər adlı şəxslə qeyri-rəsmi yaşamışdır. Onun iki ədəd telefonu olmuş, biri maşında olmuş, “Bolt” proqramı da həmin telefonda olmuşdur. O, maşınını və həmin telefonunu Ələkbərə vermiş, sonuncu onun maşını ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Bir neçə dəfə gəlib ona belə narkotik vasitəni çatdırması ilə bağlı işlər olduğunu demişdir. O, heç nədən xəbərsiz halda evə gələndə tutulmuşdur. Təqsirləndirilən şəxs2 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, bir neçə dəfə Tamaraya görə telefonla danışmış, bu hissədə özünü təqsirli bilir. Amma onu narkotik vasitəni götürmək üçün harasa aparmamış, sadəcə bir neçə dəfə körpələr evinə aparmışdır. Evinə qoyulan narkotik vasitədən ümumiyyətlə xəbəri olmamışdır. Pul qarşılığında hər hansı hərəkət edilməsi ilə bağlı razılığa gəlməmişlər. O, Tamaradan pul almamış, ona belə bir vəd edilməmişdir. O, evə gələndə uşağı “Ələkbər əmi gəlmişdi, əlində sellofan paket var idi, onu bizim evin həyətinə qoydu” demiş, bunu da polis işçisi eşitmiş və paketin harda olduğunu soruşmuşlar. Uşaq evin altında olduğunu dedikdə polis əməkdaşları gedib baxmışlar. O, narkotik vasitə ilə bağlı danışıqlarda iştirak etməmişdir. Ələkbər Buzovnada yaşamış, evlərini tanımamışdır. Tamara daha çox Ələkbərlə yaxın olmuşdur. Tamaranın narkotik vasitəni Ələkbərin yox, onun evinə gətirməsinə səbəb Ələkbərin ailəsinin Tamara ilə birlikdə olduğunu bilməməsi olmuşdur. Tamaranın uşağı əvvəl uşaq evində olmuş, sonradan uşağı götürüb Ələkbərlə birlikdə Buzovnada qalmışlar. Tamara təkcə “Bolt” tətbiqində müştərisi olmamış, bundan sonra həm də onların kəndindən, rayonlara ziyarətlərdən tanış olduqlarını bilmiş, bu səbəbdən 1- 2 günlük onların evində qalmasına razılıq vermişdir. Tamara məsələnin təhlükəli olduğundan onu xəbərdar etməmiş, 9 kiloqram narkotik vasitədən xəbəri olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən bir il əvvəl “Bolt” mobil tətbiqindən sifariş qəbul etmiş, sifarişi verən şəxs Təqsirləndirilən şəxs1 adlı qadın olmuşdur. Tamaranın görmə qabiliyyətinin zəif olduğunu görüb ona əlaqə nömrəsini vermiş, nə zaman lazım olsa onu istədiyi ünvana çatdıra biləcəyini bildrimişdir. Bundan sonra Tamara ilə arasında səmimi münasibət yaranmışdır. Tamara sirkə turşusunun təsirindən görmə qabiliyyətinin zəifləməsini bildirmişdir. O, dəfələrlə Tamaranı istədiyi ünvana aparmışdır. Bir gün yenə Tamara ilə görüşləri zamanı Tamara söhbətlərin birində Səccad adlı tanışının olduğunu, həmin tanışının müxtəlif ünvanlara qoyduğu narkotik vasitələri və psixotrop maddələri götürərək müxtəlif ünvanlar çatdıracağı təqdirdə gəlir əldə edəcəyini, amma həmin işləri görmək üçün ona avtomobil lazım olduğunu və bu işdə onunla əlbir olmağını təklif etmişdir. Eyni zamanda bu işin təhlükəli olduğunu, polis əməkdaşları tərəfindən yaxalanaraq məsuliyyətə cəlb oluna biləcəkləri barədə xəbərdarlıq etmişdir. Onun təklifi ilə razılaşmış və bundan sonra onlar birlikdə kuryerlik fəaliyyəti ilə məşğul olmuşlar. Təxminən 4-5 ay ərzində Tamara ilə birlikdə bir neçə dəfə iranlının göndərdiyi ünvanlara gedərək bükümləri götürmüşlər. Bir müddət sonra Tamara qalmağa yerinin olmadığını bildirmiş, o da Tamaraya ailəsi ilə birlikdə yaşadığı ünvanda qala biləcəyini demişdir. Tamara onun yaşadığı ünvana, yəni ünvan 6 ünvanda həyat yoldaşı və iki övladı ilə birlikdə yaşamış və Tamaranı onlara öz tanışı kimi təqdim edib evsiz yetim olduğunu bildirmişdir. Aralarında yaş fərqinin kifayət qədər olması səbəbindən arvadı Tamaranın evdə qalmağına hər hansı etiraz etməmiş və Tamara tutulduğu günə qədər həmin ünvanda yaşamışdır. Həyat yoldaşı və övladlarının onların qanunsuz əməllərindən məlumatı olmamışdır. Tamara ilə birlikdə ümumilikdə nə qədər narkotik vasitə və psixotrop maddəni götürməyini tam olaraq xatırlamır. Sonuncu dəfə təxminən tutulmazdan iki gün əvvəl Tamara yenidən Səccadın Ələt yolunda narkotik vasitə qoyduğunu, onu götürərək bir müddət özlərində saxlamağı, bundan sonra Səccadın göstərişi ilə sonradan onu başqa ünvanlara qoymaqları müqabilində onlara 2500 manat pul verəcəyini, həmin pulun yarısını ona verəcəyini demiş, o da Tamara ilə razılaşmışdır. O,Tamara ilə birlikdə Səccadın Tamaraya göndərdiyi koordinatda yerləşən ünvana getmiş və oradan birlikdə içərisində narkotik vasitə olan bükümləri götürmüşlər. Bundan sonra onlar həmin bükümləri gətirib yaşadığı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, ev 15 ünvanına otaqların birinə yerləşdirmişlər. Həmin bükümlərə baxdıqda onların iki ədədinin çox kiçik olduğunu görmüş və ikisi də həmin bükümlərin birini götürərək satmaq məqsədi ilə üzərlərində saxlamışlar. 10 yanvar 2024-cü il tarixdə, saat 01:00-da Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, ev 15 ünvanının qarşısında Tamara ilə birlikdə piyada hərəkət edərkən üç nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək xidməti vəsiqələrini göstərib Baş Narkotiklərlə Mübarizə İdarəsinə aparmışlar. Orada müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Aşkar olunmuş qurudulmuş marixuana kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri imzalanmışdır. Verilən suallara cavab olaraq yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni Səccad adlı iranlının Qaradağ rayonu ərazisindən keçən Ələt avtomobilinin yolunun kənarından qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə götürdüyünü, götürdüyü maddəni Səccadın bildirəcəyi yerə qoyacaqları, gördüyükləri işin müqabilində Səccadın o, və Tamaraya pul verəcəyini bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 ilə birgə yaşadıqları Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, ev 15 ünvanında narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Yaşadığı evə baxış zamanı yataq otağından 10 ədəd sellofan bağlamada qurudulmuş marixuananı təqdim etmişdir. Daha sonra aşkar olunmuş kütlələr qablaşdırılmış, möhürlənmiş və tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq yaşadıqları evdən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni Səccad adlı iranlının Qaradağ rayonu ərazisindən keçən Ələt avtomobilinin yolunun kənarından qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə götürdüyünü, götürdükləri maddəni Səccadın bildirəcəyi yerə qoyacaqlarını, gördükləri işin müqabilində Səccadın onlara pul verəcəyini bildirmişdir. Həmçinin, yaşadıqları evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı ünvandan aşkar edilmiş narkotik vasitələri iranlının sifarişi ilə əldə edib, başqa əraziyə yerləşdirmək məqsədi ilə əldə etdiklərini, üzərinizdə narkotik vasitə olmasından heç kimin xəbəri olmadığını, yaşadığı evdə narkotik vasitə olmasından ailə üzvlərinin xəbəri olmadığını, Səccad adlı iranlının əlaqə nömrəsini bilmədiyini, Səccadla bütün danışıqları Tamaranın apardığını, narkotik vasitə və psixotrop maddələrin qoyulduğu koordinatların Tamaranın telefonuna göndərildiyini, həmin şəxsin İran İslam Respublikasının vətəndaşı olmasını Tamaraya bildirdiyini, təxminən 1 il ərzində Tamara ilə birlikdə dəfələrlə bu cür cinayətlər törətdiyini, ümumilikdə gördükləri işin müqabilində o və Tamaranın xeyli miqdarda gəlir əldə etdiyini, təxminən bir aydır ki, Tamara ilə birlikdə yaşadığını, həyat yoldaşının Tamaranın belə cinayətlər törətdiyini bilmədiyini, Tamaranın kor olduğunu, övladının körpələr evində olduğunu, özünün də evsiz olduğunu bildirdiyi üçün həyat yoldaşının ona yazığı gəldiyini, həmçinin Tamara ilə bacı-qardaş kimi olduğunu gördüyünə görə Tamaranın orada qalmağına etiraz etmədiyini, cinayət yolu ilə əldə etdiyi pulu gündəlik şəxsi ehtiyaclarına xərclədiyini bildirmişdir (cild 1, iş vərəqə 151-156). Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməli ilə bağlı tam, Təqsirləndirilən şəxs2 qismən etiraflarını, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda onlara qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 göstərdi ki, 09 yanvar 2024-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əlbir olaraq satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Sabunçu rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmışdır. 10 yanvar 2024-cü il tarixdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Fəhlə küçəsi, ev 15 ünvanının qarşısında birlikdə piyada hərəkət edən zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oxşayan iki nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxslərə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmiş və onlardan özlərini təqdim etmələrini xahiş etmişlər. Sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onları Baş Narkotiklərlə Mübarizə İdarəsinə dəvət etmişlər. X17-zadə və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə təmin olunaraq hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra videoçəkiliş aparılaraq onların üzərlərinə şəxsi axtarış keçirilərkən hər ikisinin üzərindən 50 qram qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, onu Səccad adlı İran İslam Respublikasının vətəndaşının Qaradağ rayonu ərazisindən keçən Ələt avtomobilinin yolunun kənarından qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə götürdüyünü, götürdüyü maddəni Səccadın bildirəcəyi yerə qoyacaqlarını, gördüyü işin müqabilində Səccadın onlara pul verəcəyini, həmçinin Təqsirləndirilən şəxs1 ilə birgə yaşadıqları ünvanda narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra həmin ünvanda baxış zamanı 10 kiloqrama yaxın narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin digər əməkdaşı Şahid3, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid1 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi halları təsdiq etmişlər (cild 2, iş vərəqə 22-25). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspert rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir-birinin üzünə qarşı deyərək təsdiq etmişlər (cild 1, iş vərəqə 157-161). Şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu, onu Səccad adlı İran İslam Respublikasının vətəndaşının Qaradağ rayonu ərazisindən keçən Ələt avtomobilinin yolunun kənarından qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürdüyünü, götürdüyü maddəni Səccadın bildirəcəyi yerə qoyacaqlarını, gördüyü işin müqabilində Səccadın onlara pul verəcəyini, ünvan 2 ünvanında narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir.Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 51-53,61). Şəxsi axtarış və götürmə aparılması haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, onu Səccad adlı İran İslam Respublikasının vətəndaşının Qaradağ rayonu ərazisindən keçən Ələt avtomobilinin yolunun kənarından qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə götürdüyünü, götürdüyü maddəni Səccadın bildirəcəyi yerə qoyacaqlarını, gördüyü işin müqabilində Səccadın onlara pul verəcəyini, həmçinin Təqsirləndirilən şəxs1 ilə birgə yaşadıqları ünvan 2 ünvanında narkotik vasitə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmış və müvafiq disk protokola əlavə edilmişdir (cild 1, iş vərəqə 47-49,61). Evə baxış keçirilməsi və götürmə haqqında 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, ünvan 2 ünvanına zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 yaşadıqları evin yataq otağında on ədəd sellofan bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, onu Səccad adlı İran İslam Respublikasının vətəndaşının Qaradağ rayonu ərazisindən keçən Ələt avtomobilinin yolunun kənarından qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə götürdüyünü, götürdüyü maddəni Səccadın bildirəcəyi yerə qoyacaqlarını, gördüyü işin müqabilində Səccadın onlara pul verəcəyini bildirmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunmuş narkotik vasitənin ona məxsus olduğunu, onu Səccad adlı İran İslam Respublikasının vətəndaşının Qaradağ rayonu ərazisindən keçən Ələt avtomobilinin yolunun kənarından qoydurduğu yerdən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə götürdüyünü, götürdüyü maddəni Səccadın bildirəcəyi yerə qoyacaqlarını, gördüyü işin müqabilində Səccadın onlara pul verəcəyini bildirmişdir (cild 1, iş vərəqə 57-59). Məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2024-cü il tarixli 3-16-16-2-7/41 nömrəli rəyindən görünür ki; - tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddə...” yazı və imzalar olan zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 36,120 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır; - tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs X3 üzərindən aşkar olunan maddə...” yazı və imzalar olan zərfdə bir ədəd şəffaf sellofanda təmiz çəkisi 38,500 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır; - tədqiqata təqdim edilmiş üzərində şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində imza V.Rüstəmzadə, imza T. Nəzərova...” yazı və imzalar olan polietilen bağlamada dörd ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış sellofanda hər birinin ayrıayırlıqda təmiz çəkisi 970,0 qram, 985,0 qram, 880,0 qram, 985,0 qram və həmin bağlamanın içərisində olan ağ rəngli sintetik torbada altı ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 985,0 qram, 945,0 qram, 965,0 qram, 950,0 qram, 800,0 qram və 520,0 qram olmaqla, ümumi çəkisi 8985,0 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Valeh Rüstəmzadədən aşkar edilmiş marixuanalar tərkiblərinə görə eynidir. Ekspert tədqiqatından sonra marixuanaların qalıq çəkisi 36,07 qram, 38,450 qram və 8984,5 qram təşkil etmişdir (cild 1, iş vərəqə 77-81). Telefon danışıqları barədə məlumatlara baxış keçirilməsi haqqında 03 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: -xx-xx-2023 20:03:51, xx-xx-2023 20:03:51, 99***-***-**-**, 99***-***-**-**, Hele gondermiyib yarim saat dedi atiram? Zeng eledim acmir gozde gorum pul gelse men he yox yaz; -xx-xx-2023 23:05:02, xx-xx-2023 23:05:02, 99***-***-**-**, 99***-***-**-**, 15 manat geldi sene ? Obiride acmir mende qalmisa kucelerde bir qepiyde yoxdu mawinda tapa bilmire 15gore he yox de; -xx-xx-2023 23:35:07, xx-xx-2023 23:35:07, 99***-***-**-**, 99***-***-**-**, O qaraldiq neweni amile verek imkan var? -xx-xx-2023 23:37:07, xx-xx-2023 23:37:07, 99***-***-**-**, 99***-***-**-**, Yani cekeceksen?; -xx-xx-2023 23:56:03, xx-xx-2023 05:13:16, 99477345-29-76, 99***-***-**-**, Pati ne oldu xeber yoxdu? Bura yaz he yox de; -xx-xx-2023 22:28:38, xx-xx-2023 22:28:39, 99***-***-**-**, 99***-***-**-**, Ay qaqaw men size qarwi qehbelik elememiwem ki mene bele olasuz hemdeki dunen men gedin o dawdan on tusdu cekmedim hec bekede yatib qalmiwam ara yerde; -xx-xx-2023 22:28:39, xx-xx-2023 22:28:39, 99***-***-**-**, 99***-***-**-**, anam gelib wipirizi tapib mali tollayib olurem iw guc qalib telefonda xarab mene cixiw yolu de (cild 2, iş vərəqə 16-18). Telefon danışıqları barədə məlumatlara baxış keçirilməsi haqqında 12 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif nömrələr arasında müxtəlif tarixlərdə aşağıdakı məzmunda SMS yazışmaları olmuşdur: -xx-xx-2024, 22:41:04, xx-xx-2024, 22:41:04, 99***-***-**-**, 99***-***-**-**, Kimiynen gedirsen? Tek gedirsense biraz das qalibsa giturde mene halim pisdi; -xx.xx-2023, 22:28:29, xx-xx-2023, 22:28:29, 99***-***-**-**, 99***-***-**-**, Kədən daş. Tapa bilir isduorəm özümçün; - xx.xx-2023, 18:30:39, xx-xx-2023, 18:30:39, 99***-***-**-**, 99***-***-**-**, 05. Kola versen ona. 05 daş; -xx-xx-2023, 21:49:59, xx-xx-2023, 22:34:40, 99***-***-**-**, 99***-***-**-**, Balam. Daş yapmşam (cild 2, iş vərəqə 37-38). Mobil telefona baxış keçirilməsi haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş “Samsung A22 5G” markalı mobil telefona baxış zamanı “WhatsApp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Sedi Nerdaran” adı altında qeydə alınmış +99***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə 06 yanvar 2024cü il tarixdən 09 yanvar 2024-cü il tarixdə olan vaxt ərzində aşağıdakı məzmunda səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi müəyyən edilmişdir: 06 yanvar 2024-cü il: - Salam Sədi neynirsən, nə var nə yox. Bağışla baş qarışıq oldu, telefonda problemlər oldu, telefonumu aça bilmədim. Bu gün yəqin səhər-səhər sənə çatdırıblar əmanətimi. Sonra bibin oğlu ilə danışmışam. Xəbəri var ki, sənin malından göndərmişəm Sədidi. Xəbərin olsunda. Bibin oğlu dedi ki, əgər şeydisə, mənim bir payımıda ayırar ordan Sədi. Bibin oğlu belə dedi( səs yazı- Təqsirləndirilən şəxs2 - Ucuz daş düşüb vacib pul lazımdı adama( yazı- Təqsirləndirilən şəxs2) - 5qr 200 verir. ( yazı- Təqsirləndirilən şəxs2) 08 yanvar 2024-cü il: - Salam valeh necəsən qaqaş nə var nə yox yaxşısan.(yazı-Sedi Nerdarandan) - Səsli zəng - kola(yazı-Sedi Nerdarandan) - Herşey var( yazı- Təqsirləndirilən şəxs2) - Lazımdı düz qoş elemey olar - Amma gec geleceç( yazı- Təqsirləndirilən şəxs2) - Ayda nə pis oldu(yazı-Sedi Nerdarandan) - Hardasa saat 1 de( yazı- Təqsirləndirilən şəxs2) - Ələkbərə desən götürüb çatdıra bilməz mənə(səs yazı-Sedi Nerdarandan) - Yox. Men gedib almalıyam. ( yazı- Təqsirləndirilən şəxs2) - Bildim Kəbleyi.Əlaqə saxlayarıq, (səs yazı-Sedi Nerdarandan) 09 yanvar 2024-cü il: - Kəbleyi daş necə daşdı. Çəkmisən də, yəqin bilərsən day. Məsləhətdi? (səs yazı- Sedi Nerdarandan) - Səhər-səhər vermişdime sənə ondandı. Eyni daşdı(səs yazı- Valeh Rüstəmzadədən) - Daş super( yazı- Təqsirləndirilən şəxs2) - Bildim. Toma verəni deyirsən? O toz idiye Kəbleyi. Suyun içində heç daş yox idi. Toz idi. (səs yazı-Sedi Nerdarandan) - Yox qaqaş. Daşdı daş. Qarışıqdı. Tozuda var, daşıda var. (səs yazı- Təqsirləndirilən şəxs2) - Bildim Kəbleyi(yazı-Sedi Nerdarandan) - Kəbleyi gör niyə narahat edirəm səni. Dərman təşkil eləmişdine mənə. Ondan var həmin dərmandan? (səs yazı-Sedi Nerdarandan) Baxış zamanı həmin “Whatsapp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Elekber Masi” adı altında qeydə alınmış +99***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə 06 yanvar 2024-cü il tarixdən 09 yanvar 2024-cü il tarixdə olan vaxt ərzində aşağıdakı məzmunda səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata müəyyən edilmişdir; 09 yanvar 2024-cü il: - Ata daş qalıb? (səs yazı- Elekber Masi) - Hə var.( səs yazı- Təqsirləndirilən şəxs2) - Evə çatanda bir dənə qram düzəldərsən. Elə bili 2 yarı olsun. Ayrı-ayrı. Biri təmiz yarı olsun, onun tərəzisi var. O birisidə ki necə olur olsun. 2 dənə yarı düzəldərsən. Prosta mən yuxarı çıxmıyım. Sənə zıhmət qapıya çıxarda bilərsən onu. Mən gəlim götürüm (səs yazı- Elekber Masi) - Problem yoxdu. Pulu karta atırsan. Yoxsa nağd verəcəksən.( səs yazı- Valeh Rüstəmzadədən) - Kəndə verəcəm, karta verəcəm. Sənin necə istiyirdinki. Ürəyin istiyir mənlə gedək lazımdısa gedək mənlə kənddə verim. Gətirib düşürdərəm səni. Amma kəndə verəcəm ikisində, (səs yazı- Elekber Masi) - Gəl.( yazı- Təqsirləndirilən şəxs2) Baxış zamanı həmin “WhatsApp” ani mesajlaşma mübadilə sistemi bölməsində “vusalmmmedov980Kanal” adı altında qeydə alınmış +99***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə 06 yanvar 2024-cü il tarixdən 09 yanvar 2024-cü il tarixdə olan vaxt ərzində aşağıdakı məzmunda səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi müəyyən edilmişdir: 06 yanvar 2024-cü il: - Salam necəsən qardaş( yazı- Təqsirləndirilən şəxs2) - Qeşeng daş var isdyrsən göturum( yazı- Təqsirləndirilən şəxs2) - 5 dənə daş var vacib pul lazımdı. ( yazı- Təqsirləndirilən şəxs2) 09 yanvar 2024-cü il: - Kola superdi 2 sini 100 manaya( yazı- Təqsirləndirilən şəxs2) - Deyi hazırlasın - Hə qaqa sən hazırla. Başına dönərəm. ( yazı-usalmmmedov980Kanal) - Yaxcı( yazı- Təqsirləndirilən şəxs2) - Karta at atım ona( yazı- Təqsirləndirilən şəxs2) Baxış zamanı həmin “WhatsApp” ani mesajlaşma mübadilə sistemi bölməsində “Ramin Gulu” adı altında qeydə alınmış +99***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə 06 yanvar 2024-cü il tarixdən 09 yanvar 2024-cü il tarixdə olan vaxt ərzində aşağıdakı məzmunda səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir: 06 yanvar 2024-cü il: - Salam necesen( yazı- Təqsirləndirilən şəxs2) - Daş var( yazı- Təqsirləndirilən şəxs2) - Super daşdı( yazı- Təqsirləndirilən şəxs2) - Salam( yazı- Ramin Gulu) - Koko yoxdu( yazı- Ramin Gulu) - Yox( yazı- Təqsirləndirilən şəxs2) - Sendedi das? (yazı- Ramin Gulu) - He( yazı- Təqsirləndirilən şəxs2) - Yaxsı maraqlanaram görüm isdiyen var( yazı- Ramin Gulu) - yaxcı( yazı- Təqsirləndirilən şəxs2) - Bele qardasva vere bilmersen cekmeye( yazı- Ramin Gulu) - Sabada biri gunde pul ataramda sene( yazı- Ramin Gulu) - Nolardiki( yazı- Ramin Gulu) - Pulu vermemişem( yazı- Təqsirləndirilən şəxs2) - Belede edmek olar( yazı- Təqsirləndirilən şəxs2) - 2 dene ver 60 yarı sene ayırım( yazı- Təqsirləndirilən şəxs2) - Qramı 60 manatada he? ( yazı- Ramin Gulu) - He Qıramı 60( yazı- Təqsirləndirilən şəxs2) - 70 den aşağı vermirler bu daşı( yazı- Təqsirləndirilən şəxs2) - Kola niye goturmursene? Millet qirilir təpilmir yene( yazı- Ramin Gulu) - Yarınıda sabah qaytarmaq şertiyle( yazı- Təqsirləndirilən şəxs2) - Vallah negd elinde olsa seninucun eriderem olardan( yazı- Ramin Gulu) - Hindi yalvar yaxar 5 qıram götürdüm bunun pulunu atım ona ( yazı- Valeh Rüstəmzadədən) - İnandırmalıyam onu( yazı- Təqsirləndirilən şəxs2) - He basa dusdum( yazı- Ramin Gulu) - Buğun atım sabah kola göturecem( yazı- Təqsirləndirilən şəxs2) - 5 qıram var gör isdeyen var gel( yazı- Təqsirləndirilən şəxs2) - Gorum uşaqlara diyim kim isdiyir( yazı- Ramin Gulu) - Neyneye bildin? ( yazı- Təqsirləndirilən şəxs2) - Hele hecne( yazı- Ramin Gulu) - Cox gecikme( yazı- Təqsirləndirilən şəxs2) - Pul isdeyirsen? ( yazı- Təqsirləndirilən şəxs2) - 5 dene daşı 200 manata verir( yazı- Təqsirləndirilən şəxs2) - Ela( yazı- Ramin Gulu) - Amma tez gel apar( yazı- Təqsirləndirilən şəxs2) - Göturum? ( yazı- Təqsirləndirilən şəxs2) - Deyim uşaqlara gorum neyniyirem( yazı- Ramin Gulu) 07 yanvar 2024-cü il: - Salam Das isdeyen olsa xeber ele( yazı- Təqsirləndirilən şəxs2) - Dunen vere bilmedun( yazı- Ramin Gulu) - He o gedi 2 deqiqeye( yazı- Təqsirləndirilən şəxs2) - Kola yoxdu( yazı- Ramin Gulu) - Var mende deyil( yazı- Təqsirləndirilən şəxs2) - Daş var 35 manata 6 qıram( yazı- Təqsirləndirilən şəxs2) - Bu deyqe das alan yoxduye brat( yazı- Ramin Gulu) - Camaat qirilir agridan( yazı- Ramin Gulu) - Dasi neyniller( yazı- Ramin Gulu) - Baxda ne deyirem( yazı- Təqsirləndirilən şəxs2) - Deyirem ki var( yazı- Təqsirləndirilən şəxs2) 09 yanvar 2024-cü il: - Salam kola var( yazı- Təqsirləndirilən şəxs2) Baxış zamanı həmin “WhatsApp business” ani mesajlaşma mübadilə sistemi bölməsində “Ali İran” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operaturana məxsus +**********22 mobil nömrə istifadəçisi ilə 04 avqust 2023-cü il tarixdən 21 dekabr 2023-cü il tarixdə olan vaxt ərzində aşağıdakı məzmunda səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir: 04 avqust 2023-cü il: - Salamu elekun necesiz? Aga( səs yazı- Təqsirləndirilən şəxs2) - Salam necesen nə var nə yox?( səs yazı- Ali İran) - Cox sağol qardaş( yazı- Təqsirləndirilən şəxs2) - Salam necesen nə var nə yox? Qulluğundayam de( səs yazı- Ali İran) - Qulluğ sahibi olasan aga daş isdeyirdim varmı? ( yazı- Təqsirləndirilən şəxs2) - Daşım axşam olacaq torpağım var ( səs yazı- Ali İran) - İnşallah xeber edersen ( yazı- Təqsirləndirilən şəxs2) - Torpaqda lazım olacaq ( yazı- Təqsirləndirilən şəxs2) - Qiymeder nedi ( yazı- Təqsirləndirilən şəxs2) - Torpağım var problem yoxdu deyərsən ataram ( səs yazı- Ali İran) - Xebeber verem size ( yazı- Təqsirləndirilən şəxs2) 9 avqust 2023-cü il: - Selamun elekun necesen Ali bey ( yazı- Təqsirləndirilən şəxs2) - Mene qum lazımdı 2 edet 1 edetde daş varındısa gelim ( yazı- Valeh Rüstəmzadədən) - Hesab kartı atın mene ( yazı- Təqsirləndirilən şəxs2) - Ödeniş edim Burdamısın? ( yazı- Təqsirləndirilən şəxs2) 10 avqust 2023-cü il: - Salam qardaş deyesen alınmadı sizde? ( yazı- Təqsirləndirilən şəxs2) - Darıxma uşaq evə çatan kimi xeber edecem? ( səs yazı- Ali İran) - Salam he gedirem göturmeye teşekur ( yazı- Təqsirləndirilən şəxs2) - Bax normal olsun cekisi biricidefedi alıram xoşum gəlsə pasdayam alacam ( yazı- Təqsirləndirilən şəxs2) “Ali İran” adı altında qeydə alınmış İran İslam Respublikasının mobil operaturana məxsus +**********22 mobil nömrə istifadəçisi ilə Təqsirləndirilən şəxs2in mütəmadi olaraq 21 dekabr 2023-cü il tarixədək narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair çox saylı səs yazıları və SMS mətnlərinin olması müəyyən edilmişdir. Baxış zamanı həmin “WhatsApp business” ani mesajlaşma mübadilə sistemi bölməsində “Toma” adı altında qeydə alınmış +99***-***-**-** saylı mobil nömrə istifadəçisi ilə 05 oktyabr 2024-cü il tarixdən 09 yanvar 2024-cü il tarixdə olan vaxt ərzində səsli mesajların, SMS mətnlərinin mübadiləsinin həyata keçirilməsi faktlarının qeydə alındığı müəyyən edilmişdir. Baxış zamanı Toma adlı şəxsin Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. X15-zadə və Təqsirləndirilən şəxs1 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair çoxsaylı səs yazı, SMS mətnləri və fotoşəkillər aşkar edilmişdir. Bundan əlavə təqsirləndirilən şəxsə məxsus mobil telefonun “Qalareya” bölməsində çoxsaylı narkotik vasitələrə və psixotrop maddələrə bənzər maddələrin fotoşəkillərin olması müəyyən edilmişdir (cild 2, iş vərəqə 39-79). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 yanvar 2024-cü il tarixli 276 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 sintetik opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır (cild 2, iş vərəqə 88-89). Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 fevral 2024-cü il tarixli 1052 nömrəli rəyindən görünür ki, Rüstəm-X1 istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 2, iş vərəqə 90-91). İbtidai istintaq orqanının 28 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqə 123-125). Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində heç bir şifahi və ya yazılı məlumat daxil olmamışdır (cild 2, iş vərəqə 11). Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 adına tərtib olunmuş 07567 nömrəli ambulator xəstənin fərdi uçot vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs1 konyuktivit və buynuz qişasının kimyəvi yanığı diaqnozu qoyulmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə xx.xx.2023-cü il tarixdə stasionarda yatmaqdan imtina etdiyi və gələcəkdə növbətçi həkimə qarşı heç bir iddiası olmayacağı barədə iltizam vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 29 yanvar 2024-cü il tarixli 1147 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 14). Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının 29 yanvar 2024-cü il tarixli 1148 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 2, iş vərəqə 13). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Cinayət işinin materiallarına əlavə edilmiş sənəddən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2011-ci il təvəllüdlü bir azyaşlı, xx.xx.2007-ci il və xx.xx.2008-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 2, iş vərəqə 6). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 27 oktyabr 2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmişdir (cild 2, iş vərəqə 7-8). Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməl qəsdən törədilmişdir, başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli 8 №-li qərarının 9cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X13 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci, 234.3-cü və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qeyd olunan Plenum qərarının 16-cı bəndinin 3-cü abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edibetməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 evinə qoyulub saxlanılan narkotik vasitədən xəbəri olmamasına dair məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Onun öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla - cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları, o cümlədən narkotik vasitənin satışı ilə məşğul olmalarını birbaşa özündə əks etdirən sms yazışmalarının məzmunları ilə tam təkzib olunur. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlləri ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri, həmçinin Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etiraf ifadələrini də sübut kimi qəbul edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzalar təyin edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, onları səciyyələndirən halları, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzaların onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, gözlərində konyuktivitin və buynuz qişasının kimyəvi yanığı ilə bağlı görmə qabiliyyətinin zəifliyini, özünü təqsirli bilərək səmimi peşman olmasını, əvvəllər məhkum olmamasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, özünü qismən təqsirli bilərək səmimi peşman olmasını, hazırda məhkumluğunun olmamasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 10 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində ev dustaqlığı, həmin məhkəmənin 11 yanvar 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirləri seçilmiş, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanılma müddətinin əvvəli 10 yanvar 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 həbs etmənin əvvəli 10 yanvar 2024-cü il tarixdən hesablanmışdır (cild 1, iş vərəqə 21,38, 176-180, 181-186). Ona görə də, məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinə əsasən, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Həmin məcəllənin 135.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə əhəmiyyət kəsb edə bilən məlumatları hərf, rəqəm, qrafika və digər işarə formasında özündə əks etdirən kağız, elektron və ya digər daşıyıcılar sənəd hesab olunur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 09 kiloqram 59,02 qram təşkil edən marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd DVD disk, “Azərfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs2 məxsus “Samsung A22 5G” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 35 (otuz beş) manat olmaqla cəmi 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir (cild 1, iş vərəqə 78). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Başqa sözlə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi müvafiq olaraq “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla məhkəmə mərhələsində göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 və Müdafiəçi2 vəkil işlədiyi “Güvən” Vəkil Bürosunun hesabına hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Məhkəmə gəldiyi nəticələri “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Tutulduğu və ev dustaqlığında olma müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində ibtidai araşdırma zamanı seçilmiş ev dustaqlığı qətimkan dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına yerləşdirilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübutlar: - Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasına təhvil verilmiş, ekspert tədqiqatından sonra qalıq çəkiləri 09 (doqquz) kiloqram 59,02 qram təşkil edən marixuana məhv edilsin; - Təqsirləndirilən şəxs2 məxsus “Samsung A22 5G” markalı mobil telefon onun ailə üzvlərinə qaytarılsın; - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və evə baxış keçirilməsinin görüntülərini özündə əks etdirən 03 ədəd DVD disk, “Azərfon” və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətləri tərəfindən təqdim olunmuş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən ayrı-ayrılıqda 35 (otuz beş) manat olmaqla cəmi 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına “Güvən” Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 hər biri üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Faiq Qəniyev Hakimlər: Mahmud Ağalarov Samir Əliyev
Məhkəmə qərarları › İş №1(101)-1568/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1568/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver