Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1569/2021 02.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Quliyev Əhməd Qəhrəman oğlunun sədrliyi, hakimlər Paşayev Azər İslah oğlu və Həsənzadə İradə Xəlil qızından ibarət tərkibdə, Əlizadə Orxan Arzuxan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Bakı şəhəri, Yasamal rayonu M.Sübhi küçəsi ev 161-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, AR ƏN Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin yanvar ayının ortalarında, ünvan 1 ünvanın qarşısında istintaqa məlum olmayan şəraitdə bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən kasteti (beşbarmağ) qanunsuz olaraq əldə edib üzərində gəzdirmiş, bundan başqa şəxsiyyəti istintaqa məlum olmayan “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşı ilə sosial şəbəkə vasitəsilə danışıb istintaqa məlum olmayan bank hesabına 15.02.2021-ci il tarixdə saat 18:14 dəqiqədə “Milliön” ödəmə terminalı vasitəsi ilə 645 manat pulu ödədikdən sonra sonuncunun Bakı şəhəri Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən “Yeganə” şadlıq sarayının qarşısındakı istirahət parkında ağaclardan birinin altına istintaqla müəyyən olunmayan qaydada yerləşdirdiyi bir ədəd sellofan bükümün içərisində olmaqla 01 (bir) ədəd plastik qabda, təmiz çəkisi 50,0 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab olunan külli miqdarda heroini və 01 (bir) ədəd plastik qabda, təmiz çəkisi 2,318 qram təşkil edən ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamini 17.02.2021-ci il tarixdə axşam saatlarında qanunsuz olaraq satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşımış, 18 fevral 2021-ci il tarixdə saat 12:00 dəqiqədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİ-nin 27-ci PB-nin inzibati binasına gətirilmiş və inzibati binada üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara-boz rəngli gödəkcəsinin sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı bir ədəd sellofan bükümün içərisində olmaqla 01 (bir) ədəd plastik qabda, təmiz çəkisi 50,0 qram təşkil edən kustar üsulla hazırlanmış qəhvəyi rəngli narkotik vasitə hesab olunan külli miqdarda heroin və 01 (bir) ədəd plastik qabda, təmiz çəkisi 2,318 qram təşkil edən ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamin, sağ yan cibindən iki ədəd elektron tərəzi və həmin gödəkcənin sol iç cibindən qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi bir ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik, təyinatı üzrə istifadəyə yararlı soyuq silah hesab edilən kastet (beşbarmağ) aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərdi ki, o, yuxarıda qeyd olunan ünvanda yaşayır, heç bir yerdə işləmir. Əvvəllər 28.07.2015-ci il tarixdə Yasamal rayon məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, eyni zamanda 17 mart 2016-cı il tarixli Yasamal rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.1, 66.5-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 25.06.2016-cı il tarixli AR Milli Məclisinin Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Təxminən 2006-cı ildən narkotik vasitə qəbul edir, 2021-ci ilin yanvar ayının ortalarında o, yaşadığı məhəllədə piyada hərəkət etmiş, həmin vaxt o, yerdə tutacaq yeri olan əşya görmüşdür. O, həmin əşyanı yerdən götürdükdən sonra, əşyaya diqqətlə baxmış, həmin əşya dəmir metaldan hazırlanmış, qara rəngdə olmuş, el dilində ona beşbarmaq deyilən əşya olmuşdur. O, həmin əşyanı götürüb cibinə qoymuş, həmişə də üzərində gəzdirmiş, lakin nə vaxtsa istifadə etməmiş, həmin əşyadan istifadə etməklə hər hansı bir cinayət hadisəsini törətməmişdir. 15 fevral 2021-ci il tarixdə o, instaqram sosial şəbəkəsi vasitəsilə Məhəmməd adlı şəxslə tanış olmuş, həmin vaxt onun bədəni bərk ağrımış, narkotik vasitə qəbul etmək istəmişdir. Məhəmmədlə yazışanda, ondan harada yaşamasını soruşmuş, Məhəmməd ona İran İslam Respublikası vətəndaşı olmağını desə də, harada yaşaması barədə ona məlumat verməmişdir. Sonra o, onunla yazışdığı vaxt, ona bədəninin ağrıdığını və narkotik vasitə lazım olmasını bildirmiş, Məhəmməd də ona sms yazaraq bildirmişdir ki, «mən sənə kömək edərəm, pulun var», o da Məhəmmədə pulunun olmasını bildirmişdir. Sonra isə Məhəmməd ona yazmışdır ki, «sən harada yaşayırsan», o da ona Bakı şəhərində yaşadığını bildirmişdir. Bundan sonra Məhəmməd ona yazmışdır ki, «mən sənə bir adres verəcəyəm, ora gedərsən, park vardır, parkda ağacın altından götürərsən, sonra sənə bank hesabı göndərərəm, həmin bank hesabına pulu köçürərsən». O da Məhəmmədlə razılaşmış, Məhəmməd ona ünvan göndərmiş, o da həmin ünvana baxanda, həmin ünvanın Nəsimi rayonu ərazisində yerləşən Yeganə şadlıq sarayının qarşısındakı parkda yerləşdiyini bilmişdir. Sonra o, axşam saatlarında həmin ünvana getmiş, parkda olanda, yenidən instaqram vasitəsilə Məhəmmədə parkda olduğunu yazmışdır. Sonra Məhəmməd ona şəkil göndərmiş, həmin şəklə baxanda, orada bir ağacın əksinin olması və ağacın alt hissəsinə doğru istiqamətləndirici ox işarəsinin olmasını görmüşdür. O, həmin şəkildə qeyd olunanlara əsasən, ağacın yanında olanda, alt hissəsinə baxmış, orada bir ədəd sellofan paketin olmasını görmüşdür. O, sellofan paketi götürmüş, sonra yenə də Məhəmmədə yazmış və sellofan paketi götürdüyünü bildirmişdir. Məhəmməd də ona yazmışdır ki, ona 645 manat pul ödəniş etməlidir, bunun üçün bank hesabı göndərmiş, 645 manatı həmin bank hesabına miliön vasitəsilə ödəməyini bildirmişdir. O da milliön vasitəsilə 645 manat pulu həmin bank hesabına göndərmiş, sonra isə yaşadığı evinə getmişdir. Yaşadığı evində sellofan paketin içərisinə baxanda, orada iki ədəd plastik qab olmasını görmüş, plastik qabların içərisinə baxanda, birinin içərisində qəhvəyi rəngdə toz şəkilli narkotik vasitə heroin, digərinin içərisində isə kristal şəkilli metamfetamin olduğunu görmüşdür. O, narkotik vasitə olan heroindən bədəni ağrıdığından az bir hissəsini qəbul etmiş, qalan hissəsini isə özündə saxlamışdır ki, sonradan qəbul etsin. 18 fevral 2021-ci il tarixdə saat təxminən 12:00 radələrində ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət etdiyi zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onu Yasamal RPİ-nin 27-ci polis bölməsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə 27ci PB-nə getməyə etiraz etməmiş və onlarla polis bölməsinə getmişdir. Polis bölməsində xidməti otaqların birində onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsa təqdim etməyi xahiş edilmişdir. Bundan sonra o, ilk növbədə əynində olan şalvarının arxa bel hissəsindən, 1 ədəd qara rəngli pnevmatik tapançanı, əynində olan qara-boz rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 2 ədəd elektron tərəzini, sol iç cibindən 1 ədəd qara rəngli beşbarmağı, əynindəki boz rəngli şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, 1 ədəd “Vertu” markalı mobil telefonu, sağ yan cibindən 15 manat (on beş manat) nağd pulu və “Milliön” ödəmə terminalından 15.02.2021ci il saat 18:14:29 tarixli Kapital Bank xidmətindən istifadə nəticəsində əldə etdiyi ödəniş çekini təqdim etmişdir. O, təqdim etdiklərindən başqa üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirmiş, üzərinə şəxsi axtarış keçirilsə də, heç bir əşya və ya perdmet aşkar edilməmişdir. Ona məxsus 1 ədəd “Vertu” markalı, 1 ədəd “Redmi” markalı mobil telefonlar, şəxsiyyət vəsiqəsi, 1 ədəd ödəniş çeki, 1 ədəd alışqan ona izah edilməklə götürülmüşdür. Bundan sonra onun təqdim etdiyi pnevmatik və 1 ədəd beşbarmaq içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və götürülmüş, bundan sonra təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində 2 ədəd plastik qab olması müəyyən edilmişdir. Həmin plastik qablardan birinin içərisində psixotrop maddə metamfetamin, digər plastik qabda isə narkotik vasitə heroin olması məlum olmuşdur. Həmin maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, metamfetaminin çəkisinin 20 qram(iyirmi qram), digər plastik qabdakı heroinin çəkisinin isə 85 qram (səksən beş qram) olması müəyyən edilmişdir. Həmin maddələr içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri onun və iştirakıçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi qara rəngli pnevmatik tapançanı onunla bir məhəllədə qalan təxminən 2-3 gün bundan öncə vəfat etmiş “Rahil” adlı tanışının hədiyyəsi olduğu üçün üzərində saxladığını, indiyə qədər heç bir yerdə istifadə etmədiyini, qara rəngli beşbarmağı 2021-ci ilin yanvar ayının ortalarında gündüz saatlarında yaşadığı məhəllədə piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını, onu da indiyə qədər istifadə etmədiyini söyləmiş, cibindən çıxardaraq təqdim etdiyi sellofan torbanın içərisindəki 2 ədəd plastik qablardan birinin içərisində psixotrop maddə metamfetamin, digərində narkotik vasitə heroin olduğunu, həmin maddələri öz istifadəsi üçün “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşının köməkliyi ilə onun söylədiyi Bank hesabına 15.02.2021-ci il tarixdə 645 manat pul göndərdikdən sonra Nəsimi rayonu ərazisində yerləşən Yeganə şadlıq sarayının qarşısındakı parkdan götürdüyünü, həmin narkotikə görə etdiyi ödənişin çekinin üzərindən aşkar edilmiş çek olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. O, Məhəmmədi tanımır, onunla görüşməmiş, yalnız instaqram vasitəsi ilə əlaqə saxlayaraq narkotik vasitə almış və pulunu onun göndərdiyi karta göndərmiş, həmin şəxsin anket məlumatlarını harada yaşadığını bilmir, yalnız onun İİR-nın vətəndaşı olmasını və adının «Məhəmməd» olmasını bilir. O, heç vaxt İran İslam Respublikasına getməmiş, orada İran İslam Respublikası vətəndaşından narkotik vasitə almamış və Azərbaycan Respublikasına gətirməmiş, bir dəfə instaqram sosial şəbəkəsi vasitəsilə Məhəmməd adlı şəxslə tanış olmuş, onun məsləhəti ilə narkotik vasitəni özünün istifadəsi üçün əldə etmiş və üzərində saxlamışdır. O, narkotik vasitəni və psixotrop maddəni satış məqsədilə əldə etməmiş, özünün istifadəsi üçün əldə etmiş, heç kimə əldə etdiyi narkotik vasitədən satmamış, pay verməmiş, hər hansı bir şəxslə əldə etdiyi narkotik vasitədən və psixotrop maddədən birlikdə qəbul etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 18.02.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılığı, düşmənçilik və ədavəti olmamışdır. 18.02.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi ev 161-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə olunması və Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü rəhbərliyə məruzə edildikdən sonra, rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupuna o, rəhbərlik etmiş, əməliyyat qrupuna Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili Şahid2 daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 7 ünvanın qarşısında piyada hərəkətdə olduğu vaxt, ona yaxınlaşıb, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nin 27-ci PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 27-ci PB-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmişdir. Müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmiş, sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa bel hissəsindən, 1 ədəd qara rəngli pnevmatik tapançanı, əynində olan qara-boz rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 2 ədəd elektron tərəzini, sol iç cibindən 1 ədəd qara rəngli beşbarmağı, əynindəki boz rəngli şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, 1 ədəd “Vertu” markalı mobil telefonu, sağ yan cibindən 15 manat (on beş manat) nağd pulu və “Milliön” ödəmə terminalından 15.02.2021-ci il saat 18:14:29 tarixli Kapital Bank xidmətindən istifadə nəticəsində əldə etdiyi ödəniş çekini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Vertu” markalı, 1 ədəd “Redmi” markalı mobil telefonlar, şəxsiyyət vəsiqəsi, 1 ədəd ödəniş çeki, 1 ədəd alışqan sonuncuya izah edilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiklərindən başqa üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 15 manat pul özünə qaytarılsa da, 1 ədəd Vertu markalı, 1 ədəd Redmi markalı mobil telefonlar, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd ödəniş çeki iş üzrə əhəmiyyət kəsb etdiyindən, 1 ədəd alışqan isə təhlükəsizlik məqsədilə sonuncuya izah edilməklə, götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pnevmatik və 1 ədəd beşbarmaq içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs tərəfindən və iştirakıçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində 2 ədəd plastik qab olması müəyyən edilmişdir. Həmin plastik qablardan birinin içərisində psixotrop maddə metamfetamin, digər plastik qabda isə narkotik vasitə heroin olması məlum olmuşdur. Həmin maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, metamfetaminin çəkisinin 20 qram (iyirmi qram), digər plastik qabdakı heroinin çəkisinin isə 85 qram (səksən beş qram) olması müəyyən edilmişdir. Həmin maddələr içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs tərəfindən və iştirakıçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi qara rəngli pnevmatik tapançanı onunla bir məhəllədə qalan təxminən 2-3 gün bundan öncə vəfat etmiş “Rahil” adlı tanışının hədiyyəsi olduğu üçün üzərində saxladığını, indiyə qədər heç bir yerdə istifadə etmədiyini, qara rəngli beşbarmağı 2021-ci ilin yanvar ayının ortalarında gündüz saatlarında yaşadığı məhəllədə piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını, onu da indiyə qədər istifadə etmədiyini söyləmiş, cibindən çıxardaraq təqdim etdiyi sellofan torbanın içərisindəki 2 ədəd plastik qablardan birinin içərisində psixotrop maddə metamfetamin, digərində narkotik vasitə heroin olduğunu, həmin maddələri öz istifadəsi üçün “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşının köməkliyi ilə onun ona söylədiyi Bank hesabına 15.02.2021-ci il tarixdə 645 manat pul göndərdikdən sonra Nəsimi rayonu ərazisində yerləşən Yeganə şadlıq sarayının qarşısındakı parkdan götürdüyünü, həmin narkotikə görə etdiyi ödənişin çekinin üzərindən aşkar edilmiş çek olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı ola bilsin ki, onlarda olan tərəzidə nasazlıq vardır, ona görə də çəkilər fərqli qeyd olunmuşdur, o, həmin narkotik vasitənin və psixotrop maddənin dəqiq çəkiləri barədə bir söz deyə bilməz, lakin rəydə qeyd olunan çəkilərin doğru olduğu ilə razıdır, çünki ekspertizanın rəyində qeyd edilən çəkilər müasir tərəzilər vasitəsilə çəkilir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin BNMİ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhər sakini Təqsirləndirilən şəxs 18.02.2021-ci il tarixdən etibarən tanıyır, onu əvvəllər tanımamış, onunla əvvəllər aralarında narazılığı, düşmənçilik və ədavəti olmamışdır. 18.02.2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu M.Sübhi küçəsi ev 161-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədilə əldə olunması və Yasamal rayonu ərazisində qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılmasından ötrü rəhbərliyə məruzə edildikdən sonra, rəhbərlik tərəfindən əməliyyat qrupu yaradılmış, əməliyyat qurupuna Azərbaycan Respublikası DİN-nin BNMİnin əməliyyat müvəkkili Şahid1 rəhbərlik etmiş, əməliyyat qrupuna, o da daxil edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi ilə əlaqədar tərəflərindən əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 7 ünvanın qarşısında piyada hərəkətdə olduğu vaxt, ona yaxınlaşmışlar, özlərini ona təqdim etdikdən sonra, onu Yasamal RPİ-nin 27-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla Yasamal RPİ-nin 27-ci PB-nə gəlməyə etiraz etməmiş, onlar birlikdə Yasamal RPİ-nin 27-ci PB-nə gəlmişlər. Yasamal RPİ-nin 27-ci PBnin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin keçirilməsindən ötrü müdafiəçi dəvət edilmiş, müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, müdafiəçinin və onların iştirakları ilə üzərinə video müşahidə altında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə və cinayət xarakterli hər hansı bir əşya varsa təqdim etsin. Sonra isə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa bel hissəsindən, 1 ədəd qara rəngli pnevmatik tapançanı, əynində olan qara-boz rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 2 ədəd elektron tərəzini, sol iç cibindən 1 ədəd qara rəngli beşbarmağı, əynindəki boz rəngli şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, 1 ədəd “Vertu” markalı mobil telefonu, sağ yan cibindən15 manat (on beş manat) nağd pulu və “Milliön” ödəmə terminalından 15.02.2021-ci il saat 18:14:29 tarixli Kapital Bank xidmətindən istifadə nəticəsində əldə etdiyi ödəniş çekini təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Vertu” markalı, 1 ədəd “Redmi” markalı mobil telefonlar, şəxsiyyət vəsiqəsi, 1 ədəd ödəniş çeki, 1 ədəd alışqan sonuncuya izah edilməklə götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiklərindən başqa üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Tərəflərindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, iş üzrə əhəmiyyət kəsb edən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 15 manat pul özünə qaytarılsa da, 1 ədəd Vertu markalı, 1 ədəd Redmi markalı mobil telefonlar, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd ödəniş çeki iş üzrə əhəmiyyət kəsb etdiyindən, 1 ədəd alışqan isə təhlükəsizlik məqsədilə sonuncuya izah edilməklə, götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi pnevmatik və 1 ədəd beşbarmaq içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs tərəfindən və iştirakıçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində 2 ədəd plastik qab olması müəyyən edilmişdir. Həmin plastik qablardan birinin içərisində psixotrop maddə metamfetamin, digər plastik qabda isə narkotik vasitə heroin olması məlum olmuşdur. Həmin maddələrin təxmini çəkilərinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş, metamfetaminin çəkisinin 20 qram (iyirmi qram), digər plastik qabdakı heroinin çəkisinin isə 85 qram (səksən beş qram) olması müəyyən edilmişdir. Həmin maddələr içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri “DİN-nin Zərflər üçün 7 saylı” möhürü ilə möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs tərəfindən və iştirakıçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarına bildirmişdir ki, təqdim etdiyi qara rəngli pnevmatik tapançanı onunla bir məhəllədə qalan təxminən 2-3 gün bundan öncə vəfat etmiş “Rahil” adlı tanışının hədiyyəsi olduğu üçün üzərində saxladığını, indiyə qədər heç bir yerdə istifadə etmədiyini, qara rəngli beşbarmağı 2021-ci ilin yanvar ayının ortalarında gündüz saatlarında yaşadığı məhəllədə piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını, onu da indiyə qədər istifadə etmədiyini söyləmiş, cibindən çıxardaraq təqdim etdiyi sellofan torbanın içərisindəki 2 ədəd plastik qablardan birinin içərisində psixotrop maddə metamfetamin, digərində narkotik vasitə heroin olduğunu, həmin maddələri öz istifadəsi üçün “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşının köməkliyi ilə onun ona söylədiyi Bank hesabına 15.02.2021-ci il tarixdə 645 manat pul göndərdikdən sonra Nəsimi rayonu ərazisində yerləşən Yeganə şadlıq sarayının qarşısındakı parkdan götürdüyünü, həmin narkotikə görə etdiyi ödənişin çekinin üzərindən aşkar edilmiş çek olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı ola bilsin ki, onlarda olan tərəzidə nasazlıq vardır, ona görə də çəkilər fərqli qeyd olunmuşdur, o, həmin narkotik vasitənin və psixotrop maddənin dəqiq çəkiləri barədə bir söz deyə bilməz, lakin rəydə qeyd olunan çəkilərin doğru olduğu ilə razıdır, çünki ekspertizanın rəyində qeyd edilən çəkilər müasir tərəzilər vasitəsilə çəkilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2021-ci il tarixli, 6/732 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün №7» dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş…» sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd plastik qabda olan təmiz çəkisi 50.0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd plastik qabda olan təmiz çəkisi 2,318 qram ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (siyahı1) daxildir. 02 ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (iş vərəqə 44-49) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart 2021-ci il tarixli, 3/375-3/376 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd tapança, Rusiyada zavod üsulu ilə hazırlanmış pnevmatik (sıxılmış hava təzyiqi) iş prinsipinə malik «TQO108874» nömrəli, 4,5 mm kalibrli «Baikal MP-654K» modelli, təlimməşq təyinatlı pnevmatik tapançadır, odlu silah, qaz silahı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır, konstruksiyasında dəyişiklik edilməmişdir. -tədqiqata təqdim edilmiş 09 ədəd predmet zavod üsulu ilə hazırlanmış, pnevmatik tapançalarda istifadə edilmək üçün nəzərdə tutulan 4,5 mm kalibrli mərmilərdir, döyüş sursatı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır. -tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır. (iş vərəqə: 116-119) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 17.05.2021-ci il tarixli, 1472 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş vərəqə: 123-124) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsinin 11 may 2021-ci il tarixli, 1470 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham edilən əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (iş vərəqə: 120-122) Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı özü könüllü olaraq əynində olan şalvarının arxa bel hissəsindən, 1 ədəd qara rəngli pnevmatik tapançanı, əynində olan qara-boz rəngli gödəkcəsinin sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsini, 2 ədəd elektron tərəzini, sol iç cibindən 1 ədəd qara rəngli beşbarmağı, əynindəki boz rəgli şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu, 1 ədəd “Vertu” markalı mobil telefonu, sağ yan cibimdən 15 manat (on beş manat) nağd pulu və “Milliön” ödəmə terminalından 15.02.2021-ci il saat 18:14:29 tarixli Kapital Bank xidmətindən istifadə nəticəsində əldə etdiyi ödəniş çekini çıxararaq masanın üzərinə qoyur və bildirir ki, təqdim etdiyi qara rəngli pnevmatik tapançanı onunla bir məhlədə qalan təxminən 2-3 gün bundan öncə vəfat etmiş “Rahil” adlı tanışının hədiyyəsi olduğu üçün üzərində saxladığını, indiyə qədər heç bir yerdə istifadə etmədiyini, qara rəngli beşbarmağı 2021-ci ilin yanvar ayının ortalarında gündüz saatlarında yaşadığı məhəllədə piyada hərəkətdə olduğu vaxt yerdən tapdığını, onu da indiyə qədər istifadə etmədiyini söylədi, cibindən çıxardaraq təqdim etdiyi sellofan torbanın içərisindəki 2 ədəd plastik qablardan birinin içərisində psixotrop maddə metamfetamin, digərində narkotik vasitə heroin olduğunu, həmin maddələri öz istifadəsi üçün “Məhəmməd” adlı İran İslam Respublikasının vətəndaşının köməkliyi ilə onun olna söylədiyi Bank hesabına 15.02.2021-ci il tarixdə 645 manat pul göndərdikdən sonra Nəsimi rayonu ərazisində yerləşən Yeganə şadlıq sarayının qarşısındakı parkdan götürdüyünü, həmin narkotikə görə etdiyi ödənişin çekinin üzərindən aşkar edilmiş çek olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq edilmədiyini bildirmişdir. (iş vərəqə: 31-35, 87-88) İş materiallarında olan 18 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq, 27-ci PB-nə gətirilmiş və üzərinə video müşahidə altında şəxsi axtarış keçirilən zaman, o, əynində olan şalvarının arxa bel hissəsindən 1 ədəd qara rəngli, üzərində MP654K 4.5 kalibrli, T00108874 əks olunmuş silaha bənzər əşya, əynində olan qara-boz rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bükümü, sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd elektron tərəzi, sol iç cibindən 1 ədəd qara rəngli soyuq silah beşbarmağa bənzər əşya, əynindəki boz rəngli şalvarının sol yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon, 1 ədəd “Vertu” markalı mobil telefon, sağ yan cibindən 15 manat nağd pul, “Milliön” ödəmə terminalından 15.02.2021-ci il tarixdə saat 18:14:29-da Kapital bank xidməti vasitəsilə ödənilən qəbzi təqdim edərək, masanın üzərinə qoymuşdur. (iş vərəqə: 31-35) Məhkəmənin fikrincə məhkəmə baxışı zamanı tədqiq edilən sübutlar işin faktiki hallarına uyğundur, onların mötəbərliyi şübhə doğurmur və həmin sübutlar Təqsirləndirilən şəxs təqsirli olduğunu sübut edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə qiymət verərək belə hesab edir ki, onun ifadəsi işin faktiki hallarına uyğun olmamaqla öz məsuliyyətini yüngülləşdirməyə yönəlmişdir. Onun məhkəmədə verdiyi bu ifadəsi iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, ambulator məhkəmənarkoloji, məhkəmə - ballistik və məhkəmə - psixiatrik ekspertizalarının rəyləri, şəxsi axtarış və götürmə protokolu və digər mötəbər sübutlarla tam təkzib olunur. Məhkəmə gəldiyi nəticələri, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunun izah tələbləri baxımından da əsaslı hesab edir. Belə ki, həmin Qanuna əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (mad.1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (mad.1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (mad.1.0.8) hesab edilir. Bundan əlavə, həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər – narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekurslarının dövriyyəsi haqqında” 04.03.2011-ci il tarixli qərarında izah edilir ki, “narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır”. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları»na əsasən Təqsirləndirilən şəxs götürülmüş ümumi təmiz çəkisi 50,0 qram qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, ümumi çəkisi 2,318 qram təşkil edən ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə hesab olunan külli miqdarda metamfetamini şəxsi istehlak miqdarından artıq olmaqla, külli miqdar təşkil edir. İş materiallarında olan 61 saylı MKİS-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayonu, 61 saylı MKİS-in ərazisində yaşayır və müsbət xarakterizə olunur. (iş vərəqə 172) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin arayışından və müvafiq məhkəmə hökmlərinin surətlərindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər 28 iyul 2015-ci il tarixli Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkdiyi dövrdə, yəni 17 mart 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayon məhkəməsinin hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin 28.07.2015-ci il tarixli hökmü ilə təyin olunmuş 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir, 25.06.2016-cı il tarixli AR Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya Qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir, məhkumluğu ödənilmişdir. (iş vərəqə: 91-92, 105-109, 113-114) Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, işdə cəzanı ağırlaşdıran halların olmadığını qeyd edir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün olmadığından ona təqsirli bilindiyi maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin cəza təyin edərkən təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ağır cinayətlər daxil olduğundan, təyin olunmuş cəzalar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qismən toplanmalı və bu yolla təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1.1-99-1.1.4 maddələrində nəzərdə tutulan xüsusi müsadirəyə məruz qala biləcək əmlakı müəyyən edilmədiyindən Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tədbiri tətbiq edilməməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsi Ambulator X1 17.05.2021-ci il tarixli, 1472 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə əks göstərişi olmadığından və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görüldüyündən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin növbətçi hissəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, maddi sübut olan bir ədəd plastik qabda olan təmiz çəkisi 50.0 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış 49,95 qram narkotik vasitə heroin və bir ədəd plastik qabda olan təmiz çəkisi 2,318 qram ağ rəngli kristallik formada olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən ekspert tədqiqatları nəticəsində qalıq qalmış 2,268 qram psixotrop maddə - metamfetamin, iki ədəd elektron tərəzi, bir ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirilərkən, həmin istintaq hərəkətlərinin video çəkilişi zamanı qeydə alınmış və içərisində görüntülər olan bir ədəd SD disk və Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin və psixotrop maddənin alınması ilə əlaqədar pulun ödənilməsi barədə bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq iş üzrə aparılmış ekspertiza xərcinin dəyərini təşkil edən 189 (yüz səksən doqquz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 20 fevral 2021-ci il tarixli, 4(004)- 99/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs etmənin əvvəli 18 fevral 2021-ci il tarixdən hesablanmışdır. (iş vərəqə 23; 83-85) Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 18 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 27 yanvar 2010-cu il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə 08 ay müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 07 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 18 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Yasamal RPİ-nin növbətçi hissəsində saxlanılan bir ədəd plastik qabda ümumi qalıq çəkisi 49,95 qram olan narkotik vasitə heroin və bir ədəd plastik qabda ümumi qalıq çəkisi 2,268 qram psixotrop maddə - metamfetamin, iki ədəd elektron tərəzi, bir ədəd predmet, kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, içərisində görüntülər olan bir ədəd SD disk və Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin və psixotrop maddənin alınması ilə əlaqədar pulun ödənilməsi barədə bir ədəd qəbz cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərcləri – ekspertiza tədqiqatının dəyərini təşkil edən 189 (yüz səksən doqquz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçisi qismində işə buraxılmış və onun hüquqlarını müdafiə etmiş Müdafiəçi təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Bakı şəhəri 5 saylı vəkil bürosunun hesabına 120 manat miqdarında pul ödənilsin. Hökmdən 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Əhməd Quliyev Hakimlər Azər Paşayev İradə Həsənzadə
Məhkəmə qərarları › İş №1(101)-1569/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1569/2021
02.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver