Məhkəmə qərarları › İş №1(101)-1569/2022

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1569/2022

26.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1569/2022 26.10.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sədrlik edən Məhəmməd Hüseyn oğlu Əkbərov, X7 Qəniyev və İlham Ağa oğlu Mahmudovdan ibarət tərkibdə, Məhkəmə iclasının katibi - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 12 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı ehtimal olunan “Babaxan” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşınması barədə razılığa gəlib, həmin cinayəti həyata keçirilməsi üçün aralarındakı razılaşmaya əsasən “WhatsApp” ani mesajlaşma tətbiqi vasitəsi ilə telefon danışığı zamanı sonuncunun ona bildirdiyi istintaqa məlum olmayan tarixdə və mənbədən külli miqdarda ümumi təmiz çəkisi 37,994 qram heroini, 84,970 qram tiryəki və külli miqdarda psixotrop maddə olan 29,040 qram metamfetamini digər şəxsə çatdırmaq üçün ona əlavə olaraq deyiləcək yerə qoymaq şərti ilə əldə edib üzərində və yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 15 nömrəli evdə saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixində saat 22:05 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, ünvan 4 evin yaxınlığında saxlanılaraq Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilmiş, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman üzərində daşıyaraq saxlamış əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 11,737 qram narkotik vasitə olan heroin, yaşadığı Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Azərbaycan Qadını küçəsi 15 nömrəli evindəki hamam otağından 1 ədəd bükümdəkülli miqdarda təmiz çəkisi 26,257 qram narkotik vasitə olan heroin 2 ədəd bükümlərdə 32,883 qram və 52,087 qram ümumi təmiz çəkisi 84,970 qram külli miqdarda narkotik vasitə olan tiryək, 1 ədəd bükümdə təmiz çəkisi 29,040 qram olan psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməl üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırki iş üzrə tutulmamışdan əvvəl ünvan 1 ünvanında yaşamışdır. Artıq bir neçə ildir ki, narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərindən istifadə edir. Narkotik vasitə və psixotrop maddələri müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Rəsmi olaraq heç bir yerdə işləməsə də, alverlə məşğul olmaqla aylıq 1500-2000 manat arası qazancı olmuşdur. 16 aprel 2022-ci il tarixdə axşam saatlarında yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu 14-cü Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt o, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Polis Bölməsinə getmiş və orada ona hüquq və vəzifələri izah olunmaqla üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Videoçəkiliş müşahidəsi ilə aparılmış şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya təqdim etməyi təklif olunmuş, o, da, həmin vaxt əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümdə heroini, “Samsung” markalı mobil telefon və həmin şalvarın sağ yan cibindən açar və iyirmi beş manat pulu təqdim edərək masanın üzərinə qoymuşdur. Sorğu sual zamanı o, üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkələr vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan “Babaxan” adlı şəxsin vasitəsi ilə təxminən on gün əvvəl Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babaxan” adlı şəxsin ona istifadə etmək üçün narkotik vasitə verdiyini, “Babaxan” adlı şəxsi təxminən iki ay olar ki, tanıdığını, əvvəllər də “Babaxan” adlı şəxsdən Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etdiyini, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən yaşadığı evə baxış keçirilmiş və orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, evdə hamam otağından bir ədəd bükümdə heroini, bir ədəd bükümdə metamfetamini, iki ədəd bükümdə tiryəki və bir ədəd elektron tərəzini təqdim etmişdir. Baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Babaxan” adlı şəxsin vasitəsi ilə bir neçə gün əvvəl Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babaxan” adlı şəxsin ona istifadə etmək üçün narkotik vasitə verdiyini, “Babaxan” adlı şəxsi təxminən iki ay olar ki, tanıdığını, əvvəl də “Babaxan” adlı şəxsdən Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etdiyini, başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri hal-hazırda təsdiq etmir. O, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı və ya müxtəlif ünvanlara çatdırılması ilə məşğul olmamışdır. Üzərindən və yaşadığı evdən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələri o, tutulmamşdan bir neç gün əvvəl şəxsi istifadəsi üçün almışdır. Elan edilməklə ona təqdim olunmuş "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokol ona tanışdır, həmin protokolun məzmununda onun istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə 23 mart 2022-ci il tarixdə ***-***-**-** nömrəsindən “Ay brat veziyyet pisdi gelirem yoldayam incitme meni yari kola bir iki cet pati qoy” məzmunlu, 25 mart 2022 tarixdə ********** nömrəsindən “yarıpatı lazımdı, kolda lazımdı,pul yox gumusvilka var ona baxarsan duzeliserik, qeseng seydi limon qaşıq boydadı,baxardığın qeder tezlesdirek”, 25 mart 2022 tarixdə 070 ******* nömrəsindən ramin qardsasımsan ele olsunki 2 neferi gorsunde yaxsı qardasımsan məzmulu, 02 aprel 2022-ci il tarixdə ***-***-**-** nömrəsindən “30 manat var. Hardasan 20 kola var sa 10 nug. Ot yoxdusa. 10 manatdig sus” məzmunlu, 05 aprel 2022-ci il tarixdə ***-***-**-** nömrəsindən “Salam ramin 20 manatm var meni kodan cxar” məzmunlu, 09 aprel 2022 tarixdə 055 ******* nömrəsindən “ata 20 alınar gelimmi”, 12 aprel 2022 tarixdə ********** nömrəsindən “ay qaqas sen gec cıxacaqsan men gelimgeceden seherecen yatmamaısam,lomkadayam 10 m ağ lazımdı”, həmin tarixdə ********** nömrəsindən “salam ramin 30 m elimde pul var qalmısam lomkada bir zeng elede sen meni bloka atmısan” məzmunlu məzmunlu smslərin yazıldığının müəyyən edilməsi ona aydındır. Sadalanan smslərin məzmunundan narkotik vasitə və psixotrop maddələrin satışının və müxtəlif ərazilərə çatdırılması ilə bağlı söhbətlərin aparılması ona aydındır. Lakin bildirir ki, üzərindən aşkar olunmuş mobil telefon və həömin nömrə ona məxsus deyil. Son olaraq özünü yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini qeyd edib, əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilərək barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması özünün məhkəmə iclasında verdiyi qismən etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi, hadisələrin baş vermə yeri, mexanizmi və ardıcıllığı ilə bağlı halları xırda detalları ilə təsvir etməklə iş materialları ilə uzlaşan ifadələri, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokollar və həmçinin məhkəmədə tədqiq olunmuş digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi hallarla iş üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmiş və bu zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, əvvəllər məhkum olunmuşdur. Subaydır, işləmir . 16 aprel 2022-ci il tarixdə, saat 22:05 dəqiqədə ünvan 3 ünvanının yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini ona polis əməkdaşı kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərərək, barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sabunçu RPİ-nin 14-cü PB-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdi. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdı. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya var isə onları təqdim etməyi təklif olunmuşdu. Bu təklifdən sonra o, əynində olan gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd bükümdə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən içərisində 070 ***-**-** və 070 909-49-09 sim kart nömrələri olan 2(iki) ədəd “Samsung” markalı mobil telefon və həmin şalvarın sağ yan cibindən 1 (bir) ədəd açar və 25(iyirmi beş) manat pul aşkar edilərək götürülmüşdü. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdi. Daha sonra təqdim etdiyi heroin elektron tərəzidə çəkilmişdi. Heroinin çəkisi 13,6(on üç tam onda altı) qram olmuşdu. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdı, DİNin 7 saylı möhürü ilə möhürlənmiş, üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdı. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 2(iki) ədəd “Samsung” markalı mobil telefon bu barədə ona izah verildikdən sonra götürüldü. 1 (bir) ədəd açar və 25(iyirmi beş) manat pul isə özünə geri qaytarılmışdı.Üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Babaxan” adlı şəxsin vasitəsi ilə “on gün” bundan əvvəl Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babaxan” adlı şəxsin ona istifadə etmək üçün narkotik vasitə verdiyini, “Babaxan” adlı şəxsi təxminən iki ay olar ki, tanıdığını, əvvəl də “Babaxan” adlı şəxsdən Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etdiyini, əvvəllər məhkum olunduğunu, həmçinin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evdə narkotik maddə olduğunu, həmin evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və yaşadığı evə getmişlər. Orada ona evdə saxladığı narkotik vasitələri təqdim etməyi təklif olunmuşdu. Bu təklifdən sonra o, evdə hamam otağından 1 (bir) ədəd bükümdə heroini, 1 (bir) ədəd bükümdə metamfetamini, 2(iki) ədəd bükümdə tiryəki və 1 (bir) ədəd elektron tərəzini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdi. Heroinin çəkisi 29(iyirmi doqquz) qram, metamfetaminin çəkisi 30(otuz) qram və tiryəkə bənzər kütləninin çəkisi 87(səksən yeddi) qram olmuşdu. Daha sonra həmin kütlələr və 1 (bir) ədəd elektron tərəzi içərisi boş olan sellofan torbanın içərisinə qoyularaq qablaşdırılmışdı, DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri o, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdı. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdi.O, baxış zamanı verilən suallara cavab olaraq aşkar olunmuş kütlələrin və elektron tərəzinin özünə məxsus olduğunu, həmin kütləni tanıdığı İran İslam Respublikası vətəndaşı olan “Babaxan” adlı şəxsin vasitəsi ilə “on gün” bundan əvvəl Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə əldə etdiyini, adı çəkilən şəxsin göstərişi ilə narkotik vasitələri müəyyən ünvanlara qoymağına görə “Babaxan” adlı şəxsin ona istifadə etmək üçün narkotik vasitə verdiyini, “Babaxan” adlı şəxsi təxminən iki ay olar ki, tanıdığını, əvvəl də “Babaxan” adlı şəxsdən Xəzər rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun göstərişi ilə deyilən ünvanlara qoymaq məqsədi ilə narkotik maddələr əldə etdiyini, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, evdə narkotik maddə saxlamağından heç kimin xəbəri olmadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirnmişdir. X1 ona verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmadığını, ona yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxlamağı demədiyini bildirmişdi. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmişdir. Babaxan adlı şəxsi internet vasitəsilə tanımış , həyatda görməmiş , onunla əlbir olmuşdur. Telefonundan çıxan mesajlar barədə heç nə deyə bilmir, hər şey aydındır. Onun üzərinə Sabunçu RPİnin 14-cü PB-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir (cild 01, iş vər. 74- 77). Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Afiq oğlu ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs keçirilmiş əməliyyataxtarış tədbirindən əvvəl tanımamışdır. Belə ki, 16 aprel 2022-ci il tarixdə Sabunçu rayonu ərazisində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitənin və psixotrop maddənin üzərində daşıması, satışı, dövriyyəsi və istifadəsi barədə etibarlı mənbədən ona məlumat daxil olmuş və bu barədə raportla baş idarə rəisinə yazılı şəkildə məruzə edildikdən sonra, əməliyyat qrupu yaradılmiş və həmin qrupa rəhbərlik ona həvalə olunmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid2 da qrupa daxil edilmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs ünvan 4 ünvanda onlar tərəfindən saxlanılaraq 14-cü Polis Bölməsinə gətirilmişdir. Polis Bölməsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və həmin vaxt sonuncuya üzərində qanunla qadağan olunmuş əşya varsa təqdim olunması təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən içərisində heroinəbənzər kütlə olan bir ədəd bükümü və sair xatırlamadığı şəxsi əşyaları təqdim edərək masanın üzərinə qoymuşdur. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin narkotik vasitə olan heroin olduğunu və yaşadığı evdə də narkotik vasitə saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yazılı razılığı ilə yaşadığı evə baxış keçirilmiş və həmin vaxt sonuncu evin hamam otağından narkotik vasitələr olan heroin, tiryək və bir ədə elektron tərəzini təqdim etmişdir. Şifahi sorğu zamanl Təqsirləndirilən şəxs həmin narkotik vasitənin və psixotrop maddənin satışıyla məşğul olmaqla, həmin narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikası vətəndaşı olan “Babaxan” adlı şəxsin dediyi yerdən götürüb ünvanlara qoymaq üçün götürdüyünü bildirmişdir. Keçirilmiş əməliyyat axtarış fəaliyyəti nəticəsində saxlanılan Təqsirləndirilən şəxs əməlini etiraf etmiş, sonuncuya qarşı heç bir zor və təziq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid2 digər Şahid1 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermiş və öz ifadəsi ilə iş üzrə tərtib olunmuş raportlarda və istintaq hərəkətlərinin həyata keçirilməsinə dair protokolların məzmununda qeyd olunan xüsusatları təsdiq etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş aşağıda qeyd edilən digər sübutlarla da təsdiq olunur. Belə ki, “şübhəli şəxsin tutulması haqqında” 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsinə bilavasitə şübhə yarandığından, sonuncu həmin tarixdə saat 22.05-də şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vərəqə 23). “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu üzərində daşıyaraq saxlamış əynindəki gödəkçənin sağ yan cibindən 1 ədəd bükümdə, təmiz çəkisi 11,737 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin əməliyyataxtarış tədbirini əks etdirən görüntülər olan bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin videogörüntüləri əks etdirən DVD disk və heroin iş üzrə maddi sübut kimi tanınmışdır (cild 01, iş vərəqə 32-33). İşdə olan Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabova ünvanladığı ərizədən görünür ki, Təqsirləndirilən şəxs Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat qrupunun təhqiqatçısı Yelmar Vahabova müraciət edərək polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 1 ünvanında olan mənzilə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir (cild 01, iş vər. 34). “Evə baxış keçirilməsi və götürmə haqqında” 17 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:15-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanında olan mənzilə, eyni olaraq həmin mənzildə yaşayan X2 razılığı və icazəsi ilə keçirilmiş baxış zamanı evin hamam otağından narkotik vasitə olan bir bükümdə 52,087 qram digər bükümdə 32,883 qram tiryək, 1 ədəd elektron tərəzi, bir ədəd bükümdə narkotik vasitə olan 26,257 qram heroin, 1 ədəd bükümdə psixotrop maddə olan 29,040 qram metamfetamin aşkar edilərək götürülməsi barədə 2 nəfər polis əməkdaşı, Təqsirləndirilən şəxs özünün və vəkilinin, həmçinin H.Hüseynovun iştirakları ilə DİN-in BNMİ-nin təhqiqatçısı polis kapitanı Y.Vahabov tərəfindən xx.xx.2022-ci il tarixdə müvafiq protokol tərtib edilərək bütün iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin, göstərilən baxış və götürmə aparılarkən texniki vasitə kimi «Sony» markalı vidokameradan istifadə edilərək aparılmış videoçəkiliş 1 ədəd DVD disk elektron maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir (cild 01, iş vər. 38-40). Məhkəmə-kimyəvi ekspertizasının 17 aprel 2022-ci il tarixli, 6/2187 saylı rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş » yazısı və imzalar olan kağız zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 11,737 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində Təqsirləndirilən şəxs evindən sözləri yazılmış paketdə bir ədəd bükümdə təmiz çəkisi 26,257 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir , iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 32,883 qram, 53,087 qram ümumi təmiz çəkisi 84,970 qram, olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir, digər bir bükümdə təmiz çəkisi 29,040 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin xarici görünüş əlmaətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edir. Bir ədəd elektron tərəzidə heroin izlıəri vardır. Tiryək və heroin 2005-ci il 28 iyun tarixli AR Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin metamfetamin isə psixotrop maddələrin siyahısına daxildir (cild 01, iş vərəqə 48-53). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və müdafiəçinin iştirakı ilə ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 01, iş vər. 61-63). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 4(008)-319/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxsin barəsində həbsetmənin əvvəli 16 aprel 2022-ci il tarixdən hesablanaraq «həbs» qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəqə 83-86). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədə və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmaqla, sonuncu dəfə Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir (cild 01, iş vərəqə 109-110, 113-116). İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gun müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. İşdə olan “cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaq edilən hazırki cinayət işi üzrə cinayət əməli həmin məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır (cild 01, iş vər. 176-177). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik- Hüquqi şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 04 iyul 2022-ci il tarixli, 3620 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi )aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 179-180). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatrik Ekspertiza Publik- Hüquqi şəxsi kompleks psixiatrik-psixoloji yoxlamanın 24.06. 2022-ci il tarixli, 1674 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixiki xəstəliyin əlamətləri aşkar olunmur, bunu cinayət işi materialları, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri və s sübut edir. Təqsirləndirilən şəxs xroniki psixiki xəstəlik, kəmağıllılıq, psixiki fəaliyyətin müvəqqəti pozulması və ya hər hansı bir psixiki xəstəliyin əlamətləri müəyyən edilmir. Təqsirləndirilən şəxs əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir (cild 01, iş vər. 181-184). İşdə olan “telefon məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Azerfon MMC tərəfindən AZF/LGL-5556/22 saylı müşaiyət məktubu ilə daxil olan bir ədəd CD diskə baxış keçirildiyi zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 23 mart 2022-ci il tarixdə ***-***-**-** nömrəsindən “Ay brat veziyyet pisdi gelirem yoldayam incitme meni yari kola bir iki cet pati qoy” məzmunlu, 25 mart 2022 tarixdə ********** nömrəsindən “yarıpatı lazımdı, kolda lazımdı,pul yox gumusvilka var ona baxarsan duzeliserik, qeseng seydi limon qaşıq boydadı,baxardığın qeder tezlesdirek”, 25 mart 2022 tarixdə 070 ******* nömrəsindən ramin qardsasımsan ele olsunki 2 neferi gorsunde yaxsı qardasımsan məzmulu, 02 aprel 2022-ci il tarixdə ***-***-**-** nömrəsindən “30 manat var. Hardasan 20 kola var sa 10 nug. Ot yoxdusa. 10 manatdig sus” məzmunlu, 05 aprel 2022-ci il tarixdə ***-***-**-** nömrəsindən “Salam ramin 20 manatm var meni kodan cxar” məzmunlu, 09 aprel 2022 tarixdə 055 ******* nömrəsindən “ata 20 alınar gelimmi”, 12 aprel 2022 tarixdə ********** nömrəsindən “ay qaqas sen gec cıxacaqsan men gelimgeceden seherecen yatmamaısam,lomkadayam 10 m ağ lazımdı”, həmin tarixdə ********** nömrəsindən “salam ramin 30 m elimde pul var qalmısam lomkada bir zeng elede sen meni bloka atmısan” eləcə də bu kimi narkotik vasitələrin satışı ilə bağlı mesaj mətnləri müəyyən edilmiş, sms mətnləri maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (cild 01, iş vər. 117- 162, 191-192). “Sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsin üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin mənbəyini müəyyən edilməsi üçün hazırkı cinayət işindən naməlum şəxs barəsində cinayət işi ayrılmışdır (cild 01, iş vərəqə 211-216). Məhkəmə iclasında nümayiş etdirilməklə cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd «DVD» diskdə olan videgörüntülərə baxış keçirilmiş və baxış zamanı həmin videogörüntülərdə “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 aprel 2021-ci il tarixli və “Evə baxış keçirilməsi və götürmə haqqında” 17 aprel 2022-ci il tarixli protokoların məzmununda qeyd olunan halların əyani olaraq öz əksini tapması müəyyən edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılarında narkotik vasitə olan heroinin 02 qramdan yuxarı, tiryəkin 50 (əlli) qramdan yuxarı olması, psixotrop maddələrin siyahısında isə metafetaminin çəkisinin 02 qramdan yuxarı olması külli miqdar hesab olunur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs və şahidləri dinləyərək iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspertiza rəyləri, videogörüntülər, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dəlalət edən istifadəsində olmuş telefon nömrəsi ilə aparılmış sms yazışmalarının məzmununu, maddi sübutlarla və məhkəmə iclasında elan edilmiş digər sənəd və iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla bağlı, narkotik vasitə və psixotrop maddəni satış məqsədi olmadan əldə edib, saxlamaqla, daşıdığı və gizlətdiyi, kiməsə heroin, tiryək, metamfetamin və yaxud başqa narkotik vasitə və ya psixotrop maddə satmaq niyyəti olmadığı barədə olan hissədə məhkəmə baxışı zamanı verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi ilə verilmiş və onun yuxarıda qeyd edilən cinayət əməlini, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini, tiryəki və psixotrop maddə metamfetamini əldə edib, özündə saxlayıb daşımaqda təqsirli olması iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən obyektiv subutların məcmusi ilə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, ictehlakçı ilə əvvəlcədən razılıq əldə edilməci, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinin tövsifi məsələsini müzakirə edərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi iş üzrə Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 11 (on bir) ay 28 (iyirmi səkkiz) gun müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4cü bəndi tətbiq edilmiş və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət əməlini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğuna və müvafiq hökm üzrə məhkumluğu ödənilmədiyinə görə o, məhkumluğu olan şəxs hesab olunmalı, onun hazırki iş üzrə ağır cinayət törətməkdə təqsirli bilindiyi nəzərə alınaraq Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Yuxarıda qeyd edildiyi kimi, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan narkomaniya xəstəliyi aşkar olunmuş və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu müəyyən olunmuşdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, həmçinin ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsi və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxsin cinayət əməlini qismən etiraf edib peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cinayətlərin residivini Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,ümumi çəkisi 28,990 qram psixotrop maddə metamfetamin, 37,894 qram narkotik vasitə heroin və 84,970 qram narkotik vasitə olan tiryək və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxsdən tutulmaqla dövlətin büdcəsinə ödənilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilmiş 40 iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 12 saylı Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona 07 (yeddi) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsəsən Təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübutlar: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Sabunçu rayon Polis İdarəsində saxlanılmaqla Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar olunmaqla, müvafiq ekspertiza tədqiqatlarından sonra qalıq qalmış,ümumi çəkisi 28,990 qram psixotrop maddə metamfetamin, 37,894 qram narkotik vasitə heroin və 84,970 qram narkotik vasitə olan tiryək və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə və yaşadığı mənzilə baxış keçirildiyi zaman çəkilmiş videogörüntülər olan iki ədəd «DVD» disk və "xxxx" MMC tərəfindən təqdim olunmuş bir ədəd CD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərcləri cəmi 65 (altmış beş) manat Təqsirləndirilən şəxsdən tutularaq dövlətin büdcəsinə ödənilsin. Məhkəmə mərhələsində göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabına Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar