Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1569/2024 02.10.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Vüqar Elbrus oğlu (sədrlik edən), Hacıyev Siyavuş Həbib oğlu və Əliyeva Aytən Heydər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – X3 və X6, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, ölmüş Zərərçəkmiş şəxs hüquqi varisi X4, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxxx 2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada daşınmaz əmlakın satışı ilə məşğul olmuş, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 37-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (Fin:xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 2 oktyabr 2024-cü il tarixdə, saat 10:50-də Bakı Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının 1 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 29 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq alkoqollu içkilərin qəbulu nəticəsində orta dərəcəli sərxoş halda texniki cəhətdən saz vəziyyətdə olan “Range Rover” markalı “Sport” modelli **-PB- *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 28 sentyabr 2023-cü il tarixli etibarnamə əsasında idarə edərkən Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı qəsəbəsi, M.Mirqasımov küçəsində hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, yəni “yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır” tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməyərək, həmin küçədə olan yol kəsişməsindən sağa dönərkən həmin yolun kənarında səkidə quraşdırılmış oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs avtomobilin qabaq sol hissəsi ilə vurub sağ və sol ağciyərin kontuziyası, sağ ağciyərin yuxarı və orta payının çoxsaylı cırılmaları, sağ l-ll-lll-İV-V-Vİ qabırğaların kürək xətti üzrə yerlərini dəyişmiş sınıqları ilə müşayiət olunan, kəskin daxili qanitirməyə (sağ plevra boşluğunda 1000 ml qan) səbəb olmuş döş qəfəsinin qapalı küt travması, sağ təpə-ənsə nahiyəsinin səthi əzilmiş yarası, döş qəfəsinin arxa səthinin sağ və sol yarısının, bel nahiyəsinin, yuxarı və aşağı ətraflarının çoxsaylı sıyrıqları, sol saidin yuxarı 1/3-nin arxa-iç səthinin qançırı ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlərin yetirilməsi nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs hadisə yerində ölümünə səbəb olmaqla alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək hadisə barədə, habelə öz şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsin qohumlarına və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarını gözləmədən hadisə yerindən uzaqlaşmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. İşin halları və dəlilləri:
2. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 29 sentyabr 2023-cü il tarixdə “Həyat” restoranında doğum günü ilə əlaqədar tədbir keçirmiş, həmin vaxt istifadəsində hadisədən bir gün əvvəl, yəni 28 sentyabr 2023-cü il tarixdə "xxxx" MMC şirkətindən icarəyə götürdüyü “Range Rover” markalı avtomobil olmuşdur. Siqaret almaq üçün mağazaya doğru həmin avtomobillə hərəkətdə olarkən avtomobilin idarəetməsini itirərək sükanı döndərə bilməmiş və nəticədə zərərçəkmiş şəxsi avtomobillə vurmuşdur. Hadisə baş verdikdən dərhal sonra avtomobildən düşmüş, yaxınlıqda olan atasının dostu Şahid1 də hadisə yerinə gəlmiş, orada olan kənar şəxslər zərərçəkmiş şəxsə su vermiş, sonuncunu əvvəlcə onun avtomobilinə qoymağa çalışsalar da, avtomobil yararsız vəziyyətdə olmaqla təkəri partladığından hadisə yerinə gəlmiş atasının dostları zərərçəkmiş şəxsi “Chevrolet Cruze” markalı avtomobilə yerləşdirib xəstəxanaya aparmışlar. Atasının dostları ona bir müddət sonra polislərin gələcəyini, bu səbəbdən hadisə yerində qalıb sonuncuları gözləməsini demişlər. Lakin o, narahat olduğundan hadisə yerini tərk edərək taksi ilə tək zərərçəkmiş şəxsin aparıldığı Sabunçu xəstəxanasına getmiş, orada qoxduğundan zərərçəkmiş şəxsin qohumlarına yaxınlaşaraq hadisəni özünün törətdiyini bildirməmiş, zərərçəkmiş şəxsin öldüyünü öyrəndikdən sonra könüllü gedib polisə təslim olmuşdur. Onun sürücülük hüququ olmuş, hadisədən əvvəl ad günü mərasimi ilə bağlı 150 qram spirtli içki qəbul etmişdir. Avtomobildə tək olmuş, yanında hər hansı başqa şəxs olmamışdır. Hadisədən sonra zərərçəkmiş şəxsin ailəsinə qohumları və atasının dostları tərəfindən 18.000 manat pul ödənilmişdir. Belə ki, hadisədən sonra onun qohumları və tanışları yas mərasimində iştirak etmiş, hüzur mərasimi ilə əlaqədar 3000 manat, sonradan isə mərhum Raqifin oğlu Murada və mərhumun digər qohumlarına 15000 manat məbləğində olmaqla ümumilikdə 18000 manata yaxın pul vermişlər. X25 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkməkdədir. Həmçinin qardaşı da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı məhkum olunmaqla hazırda cəza çəkir. Hadisə vaxtı üzərində ***-***-**- ** və ***-***-**-** saylı mobil telefon nömrələri olan iki ədəd mobil telefon olmuş, həmin mobil telefon nömrələri onun adına deyil, anasının və şirkətin adına rəsmiləşdirilmişdir. Hadisə vaxtı üzərində dəqiq olaraq hansı mobil telefonun olmasını xatırlamır, lakin üzərində adına olan mobil telefon nömrələrindən heç biri olmamışdır. O, ilk dəfə 30 sentyabr 2023-cü il tarixdə müstəntiq tərəfindən dindirilmiş, habelə sonradan müstəntiqlə daim əlaqə də saxlamış, ibtidai istintaq orqanı tərəfindən axtarışda olmasından xəbəri olmamışdır. Sonda Təqsirləndirilən şəxs atasının və qardaşının həbsdə olması ilə əlaqədar bacısı və anasına özünün baxdığını, ailədə yeganə gəlir gətirən şəxsin özünün olduğunu, özünü təqsirli bildiyi hissədə törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etsə də ondan həddən artıq çox məbləğdə pul tələb edildiyindən barışığa nail ola bilmədiyini və cavan olduğunu bildirərək məhkəmədən ona ədalətli cəza təyin edilməsini xahiş etdi.
3. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələri ilə məhkəməyədək icraat zamanı, o cümlədən müdafiəçisinin iştirakı ilə (25 oktyabr 2023 və 27 fevral 2024-cü il tarixlərdə) verdiyi ifadələri arasında müəyyən ziddiyyətlər olduğundan həmin ifadələr elan edilərək tədqiq edilmişdir. Təqsirləndirilən şəxs həmin ifadələrdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, onun “B” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 29 sentyabr 2023-cü il tarixdə Binəqədi rayonu, Pirşağı kəndində dənizkənarında yerləşən “Həyat” istirahət mərkəzində ad günü mərasimini qeyd etmişdir. Ad günündə atasının İsa, Zaur, Samir və Sadiq adlı dostları da iştirak etmişlər. Ad günü mərasiminə gəlmək üçün əmisi 1987-ci il təvəllüdlü X16 hadisədən bir neçə gün öncə “Xəzər” şirkətindən lizinqlə əldə etdiyi 2011-ci il buraxılışlı “Range Rover” markalı “Sport” modelli **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobili 29 sentyabr 2023-cü il tarixdə ona müvəqqəti sürməyə vermişdir. Ad günü məclisində təxminən 150 qram spirtli içki olan araq içmişdir. Təxminən saat 23 radələrində siqaret almaq məqsədilə sərxoş vəziyyətdə “Range Rover” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşərək “Həyat” istirahət mərkəzindən çıxıb Pirşağı kəndi istiqamətində hərəkət edib mağazaya getmişdir. Bu zaman sürəti saatda 50-60 kilometr təşkil etmişdir. “Həyat” istirahət mərkəzinin girişindən təxminən 150 metr aralaşdıqdan sonra M.Mirqasımov küçəsi ilə hərəkət edib sağ yola, yəni Sahil küçəsinə dönmək istədikdə idarəetməni itirib döngəyə girə bilməmiş və avtomobil sürüşərək döngədə səkinin üstündə əyləşmiş şəxslərə doğru getmişdir. Bu zaman avtomobilin ön sol hissəsi həmin şəxslərdən birinə dəymiş, digərləri isə qaçdıqlarına görə onlara heç nə olmamış, həmin şəxs avtomobilin zərbəsi nəticəsində arxasında yerləşən hasara dəymişdir. Hadisə baş verdikdən sonra avtomobili dayandırmış, atasının dostu İsa ilə telefon əlaqəsi saxlayıb baş vermiş hadisəni danışıb təcili gəlib kömək etmələrini istəmişdir. Avtomobillə vurduğu şəxs həmin vaxt sağ olmuşdur. Ətrafda olan şəxslər zərərçəkmiş şəxsə su vermiş, sonuncu da az-az olsa da su içmişdir. İsa, Zaur, Sadiq və Samir adlı atasının dostları hadisə yerinə özlərini tez bir zamanda çatdırmışlar. Onlar özləri də sərxoş olduqlarına görə orada olan tanımadığı bir nəfərdən İsanın avtomobilini idarə edərək zərərçəkmiş şəxsi xəstəxanaya aparmasını xahiş etmişlər. Zərərçəkmiş şəxsi İsaya məxsus olan “Chevrolet Cruze” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirmişlər. Həmin avtomobilə xəsarət alandan əlavə Zaur, İsa və Samir də əyləşmişdir. Zaurla telefon əlaqəsi saxlayıb hara getdiklərini soruşduqda sonuncu Sabunçu rayon xəstəxanasına getdiklərini bildirmişdir. O özü də həmin ərazidə dayanmış “Kia Rio” markalı dövlət nömrə nişanını xatırlamadığı taksiyə əyləşib onların arxasınca Sabunçu rayon xəstəxanasına getmiş, xəstəxanaya 2-3 dəqiqə fərqlə gəlib çatmışdır. Orada olduğu zaman xəsarət almış şəxsin qohumlarının uca səslə ağladığını eşitdikdə avtomobillə vurduğu şəxsin vəfat etdiyini başa düşmüş və orada qalmağın mənasını görmədiyinə görə yaşadığı evə getmişdir. Dönmə əməliyyatı edərkən həmin şəxsləri 6-7 metr məsafədən görüb əyləcdən istifadə etmiş, lakin sürəti çox olduğundan avtomobil sürüşüb həmin şəxslərə doğru gedib onlardan birini vurmuşdur. Avtomobilin sürəti yüksək olduğundan döngəyə daxil ola bilməmişdir. Xəstəxanada və hadisə baş vermiş ünvanda olduğu zaman sərxoş vəziyyətdə olduğuna görə vəfat etmiş şəxsin ailə üzvlərinə və ya polis əməkdaşlarına özünü təqdim etməkdən ehtiyat etdiyindən xəstəxanadan evə getmişdir (Cild 1, iş vərəqi (bundan sonra mətndə-i.v.) 22-24; 42-44; 91-92; 160-161;).
4. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
5. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
6. Məhkəmədə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Hadisə nəticəsində vəfat etmiş, 29 oktyabr 1979-cu ildə Xocalı şəhərində doğulmuş Zərərçəkmiş şəxs doğma övladı olmaqla sonuncu ailə üzvləri ilə birlikdə onunla bir evdə yaşamışdır. Hazırda da gəlini X14, nəvələri X17, X12 və X5 onunla eyni evdə yaşayır. Raqif 29 sentyabr 2023-cü il tarixdə, saat 22:00 radələrində gəzmək məqsədilə evdən çıxaraq yaşadıqları yataqxananın yanında yerləşən keçmiş adı ilə “Həyat”, hazırkı adı ilə “Tornado” olan istirahət mərkəzinin qarşısında qonşuları Ayxan və Nihatla birlikdə olmuşdur. Həmin gün təxminən saat 23:00 radələrində nəvəsi Murad onunla telefonla əlaqəsi saxlayıb oğlu Raqifi avtomobilin vurduğunu və sonuncunu xəstəxanaya apardıqlarını bildirmişdir. O, dərhal gəlini İlahə Abbasova ilə birlikdə taksi ilə Sabunçu xəstəxanasına getmiş və orada oğlu Zərərçəkmiş şəxs vəfat etdiyini öyrənmişdir. Sonradan 29 sentyabr 2023-cü il tarixdə, təxminən saat 22-23 radələrində oğlu Zərərçəkmiş şəxs tanışları ilə birlikdə yolun kənarında əyləşdiyi zaman bir nəfər şəxsin sərxoş vəziyyətdə yüksək sürətlə idarə etdiyi avtomobilin idarəetməsini itirərək Raqifi vurduğunu və nəticədə sonuncunun aldığı xəsarətlərdən hadisə yerində vəfat etdiyini öyrənmişdir. Hadisədən sonra nə Təqsirləndirilən şəxs, nə də sonuncunun qohumları ona yaxınlaşmamış, Təqsirləndirilən şəxs və ya onun qohumları ümumiyyətlə yas mərasimlərində iştirak etməmiş, habelə ziyanın ödənilməsi ilə bağlı hər hansı hərəkət etməmişlər. İbtidai istintaq zamanı təqsirləndirilən şəxsin əmisi Təqsirləndirilən şəxs həbs olunmaması üçün onunla razılıq əldə etməyə çalışsa da, o, cinayət törətmiş şəxsin cəzasını çəkməli olduğunu bildirmişdir. İfadəsinin sonunda Çingiz Abbasov Təqsirləndirilən şəxsla barışmadığını və onu bağışlamadığını bildirərək məhkəmədən sonuncuya qanunla nəzərdə tutulmuş ən yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etdi.
7. Məhkəmədə şahid qismində dindirilmiş X10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu ifadə verərək göstərdi ki, mərhum Zərərçəkmiş şəxsla həm qonşu, həm dostluq münasibətlərində olmuş, yaşadıqları yataqxananın yanında, yolun kənarında özləri üçün oturacaq düzəldib axşamları orada vaxt keçirmişlər. 29 sentyabr 2023-cü il tarixdə, axşam saat 22 radələrində Raqif, o və qonşuları Şahid4 yolun kənarında düzəltdikləri oturacaqda əyləşib söhbət etmişlər. Təxminən saat 22-23 radələrində keçmiş adı “Həyat” olan, hazırda “Tornado” adı ilə tanınan istirahət mərkəzindən onlara doğru “Range Rover” markalı avtomobil yüksək sürətlə hərəkət etmiş, avtomobil onlara çatanda o, sürücünün həmin sürətlə düz keçəcəyini düşünmüş, lakin sürücü düz onların yanlarında dönmə hərəkəti etmək istədikdə avtomobil yüksək sürətinə görə dönə bilməyərək sürüşüb onlara doğru gəlmişdir. Avtomobilin onları vurmaması üçün Ayxan onu kənara itələyib özü də kənara tullanmış, lakin Raqif çatdırıb qaça bilməmişdir. Nəticədə həmin avtomobilin sol ön hissəsi Raqifə dəymiş və Raqif daş hasarla avtomobilin arasında sıxılmış vəziyyətdə qalmışdır. Avtomobilin sürücüsü sonradan avtomobili arxaya doğru sürmüş və sıxılmış vəziyyətdə olan Raqif yerə yıxılmışdır. O və Ayxan Raqifə yaxınlaşdıqda sonuncunun vəziyyətinin pis olduğunu görmüşlər. Ətrafda olan digər şəxslər də onlara yaxınlaşıb Raqifin ətrafına yığışmış, qısa müddətdən sonra hadisə yerinə “Chevrolet Cruze” markalı avtomobili ilə bir neçə şəxs gəlmiş və həmin avtomobilin sürücüsü sərxoş olduğuna görə avtomobilini Ayxana verərək həmin avtomobillə Raqifi xəstəxanaya çatdırmalarını bildirmişdir. Orada olan digər şəxslərin köməkliyi ilə Raqifi dövlət nömrə nişanını xatırlamadığı “Chevrolet Cruze” markalı avtomobilin arxa oturacağına uzandırmış, Ayxan isə həmin avtomobilin sükanı arxasına əyləşib birbaşa Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına getmişlər. Qonşuları Pərvin və Elçin də həmin avtomobillə Raqifi xəstəxanaya aparmışlar. Özü isə baş vermiş hadisə barədə atasına xəbər vermək üçün əvvəlcə evə getmiş, təxminən bir saat sonra “Həyat” restoranında işləyən şəxsin idarə etdiyi “Ford Fusion” markalı avtomobillə Sabunçu xəstəxanasına getmiş, xəstəxanaya çatdıqda Raqifin ölüm xəbərini eşitmiş, lakin orada Təqsirləndirilən şəxs görməmişdir. Təqsirləndirilən şəxs hadisə yerində Zərərçəkmiş şəxs avtomobilə qoymağa kömək etmişdir. Hadisədən əvvəl onlar spirtli içki qəbul etməmiş, həmçinin oturduqları yer işıqlı olmuş, hadisə baş verənədək Raqif və Ayxanla aralarında söhbət edib başları qarışdığından avtomobilin yaxınlaşdığını görməmişlər. Xəstəxanadan qayıtdıqdan sonra yenidən hadisə yerinə getməmişdir.
8. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid5 ilə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, 29 sentyabr 2023-cü il tarixdə, təxminən axşam saat 22 radələrində Raqif, o və qonşuları X10 yolun kənarında düzəltdikləri oturacaqda əyləşib söhbət etmişlər. Təxminən saat 22-23 radələrində keçmiş adı “Həyat” olan, hazırda “Tornado” adı ilə tanınan istirahət mərkəzindən onlara doğru “Range Rover” markalı avtomobilin yüksək sürətlə hərəkət etdiyini görmüşdür. Avtomobil onlara çatanda o, sürücünün həmin sürətlə düz keçəcəyini düşünmüş, lakin sürücü qəfildən düz onların yanında dönmə hərəkəti etmək istədikdə avtomobil yüksək sürətinə görə dönə bilməyərək sürüşüb onlara doğru gəlmişdir. O, avtomobilin onları vurmaması üçün ani olaraq Nihatı kənara itələmiş, özü də kənara tullanmış, lakin Raqif çatdırıb qaça bilməmişdir. Nəticədə həmin avtomobilin sol ön hissəsi Raqifə dəymiş və Raqif daş hasarla avtomobilin arasında sıxılmış vəziyyətdə qalmışdır. Avtomobili köməkləşib arxaya itələdikdə sıxılmış vəziyyətdə olan Raqifin avtomobilin altında yerə yıxılmış vəziyyətdə olduğunu görmüşlər. Onlar Raqifin vəziyyətinin yaxşı olmadığını görmüşlər. Ətrafda olan digər şəxslər də həmin yerə toplaşmış, qısa müddət sonra həmin yerə dövlət nömrə nişanını bilmədiyi “Chevrolet Cruze” markalı avtomobillə bir neçə şəxs gəlmiş, həmin avtomobilin sürücüsü öz avtomobilinin açarlarını Raqifin xəstəxanaya çatdırılmasından ötrü ona vermişdir. O, digər şəxslərin köməkliyi ilə Raqifi “Chevrolet Cruze” markalı avtomobilin arxa oturacağına uzandırmış, özü isə həmin avtomobilin sükanı arxasına əyləşib qonşuları Pərvin və Elçinlə birlikdə birbaşa Sabunçu rayonu 3 saylı şəhər klinik xəstəxanasına getmişdir. Sabunçu xəstəxanasına çatdıqda Raqifi dəhlizlə palataya doğru apararkən həkim Raqifin artıq vəfat etdiyini, cərrahi müdaxilənin artıq gec olduğunu bildirmişdir. Xəstəxanada olarkən “Chevrolet Cruze” markalı avtomobili verən şəxs ona yaxınlaşıb Raqifin vəziyyəti barədə maraqlanmış, o, sonuncunun artıq öldüyünü bildirmiş, həmin şəxs isə hər hansı başqa söz demədən yanında olan digər tanımadığı şəxslərlə birlikdə xəstəxanadan çıxıb getmişlər. Sonradan Zərərçəkmiş şəxs xəstəxanaya apardığı “Chevrolet Cruze” markalı avtomobilin hadisəni törətmiş Təqsirləndirilən şəxs tanışları olmasını bilmişdir. Hadisə zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə heç kim olmamış, sonuncunun idarə etdiyi “Range Rover” markalı avtomobilin təkəri partladığından Raqifi həmin avtomobillə xəstəxanaya apara bilməmiş, sonradan təqsirləndirilən şəxsin yaxınları olduqlarını bildiyi şəxslər hadisə yerinə gəldikdə avtomobilin açarını ona uzadıb Zərərçəkmiş şəxs həmin avtomobillə xəstəxanaya aparmasını bildirmişlər. O, “Chevrolet Cruze” markalı avtomobili ona verən şəxsi tanımamış, sonuncu taksi ilə onun arxası ilə gəlmişdir. Raqifi xəstəxanaya aparıb çatdıranadək avtomobil bir neçə dəfə radara düşmüş, bir neçə gün sonra avtomobilin sahibi onunla telefonla danışarkən ona 800 manata yaxın cərimə yazıldığını demişdir. Təqsirləndirilən şəxs və sonuncunun qohumları tərəfindən zərərçəkmiş şəxsin ailəsinə hər hansı kömək (maddi) göstərilməsi barədə məlumatı olmamışdır. O, xəstəxanada olduğu müddətdə Təqsirləndirilən şəxs orada görməmişdir.
9. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bacısının həyat yoldaşıdır. 29 sentyabr 2023-cü il tarixdə, axşam saatlarında Zərərçəkmiş şəxs oğlu Murad Abbasov onunla telefonla əlaqə saxlayıb atasının yolnəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını və onu Sabunçu rayon xəstəxanasına apardıqlarını bildirmişdir. O, dərhal Sabunçu rayon xəstəxanasına getmişdir. 29 sentyabr 2023-cü il tarixdə, təxminən saat 23:50 radələrində xəstəxanaya çatdıqda Zərərçəkmiş şəxs artıq vəfat etdiyini öyrənmişdir. Xəstəxanadan Raqifin cənazəsini götürmək istədikdə həkimlər polis əməkdaşlarının iştirakını tələb etmiş, bu səbəbdən o, Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “102” xidmətinə müraciət edərək Raqifin yol-nəqliyyat hadisəsi nəticəsində ölümü barədə məlumat vermişdir. O, hadisənin birbaşa şahidi olmamış, xəstəxanada olduğu müddətdə Təqsirləndirilən şəxs görməmiş, xəstəxanadakı, eləcə də sonrakı bütün prosedurları özü həll etmiş, həmin dövrdə ona nə Təqsirləndirilən şəxs, nə də onun hər hansı qohumu və ya tanışı yaxınlaşmamışdır. O, yalnız 30 sentyabr 2023-cü il tarixdə, təxminən gecə saat 4 radələrində Raqifin meyitini məhkəmə-tibbi ekspertiza müayinəsindən götürərkən təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs adlı şəxsin olmasını bilmişdir. Sonradan özünü Təqsirləndirilən şəxs atasının dostları kimi təqdim edən şəxslər yas mərasiminə gəlmiş və bildiyinə görə yasdan sonra mərhum Zərərçəkmiş şəxs ailəsinə yas mərasimləri ilə bağlı 3.000 manat məbləğində pul vermişlər.
10. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs atası Elçinlə uzun müddətdir dostluq etmişdir. Elçin hazırda dələduzluq cinayət əməli ilə bağlı cəzaçəkmə müəssəsində cəza çəkir. 29 sentyabr 2023cü il tarixdə Elgünün ad gününü qeyd etmək məqsədilə sonuncunun atası Elçinin dostları, yəni o, Zaur İsayev və Şahid2 “Həyat” istirahət mərkəzində mərasim keçirmişlər. Mərasim zamanı hər kəs spirtli içki qəbul etmişdir. Elgün həmin məclisə əmisinin “Rent a car” şirkətindən icarəyə götürüb ona verdiyi “Range Rover” markalı avtomobillə, o, Sadiq və Zaur isə özünün idarə etdiyi lizinqdə olan “Chevrolet Cruze” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə getmişlər. Təxminən saat 23 radələrində Elgün mağazaya gedib-gələcəyini deyərək “Range Rover” markalı avtomobilə əyləşib idarə edərək oradan uzaqlaşmışdır. Qısa müddət sonra Elgün onunla mobil telefonla əlaqə saxlayıb “Həyat” restoranının yaxınlığında avtomobillə adam vurduğunu bildirib tez onun yanına yaxınlaşmağını xahiş etmişdir. O, dərhal Zaur İsayev və Şahid2la birlikdə idarə etdiyi avtomobilə əyləşib hadisə yerinə getmiş, ora çatdıqda Elgünün avtomobillə vurduğu şəxsi ətrafda olan digər şəxslərin köməkliyi ilə “Chevrolet Cruze” markalı **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə uzandırmış, lakin özü sərxoş vəziyyətdə olduğuna görə avtomobilini orada olan tanımadığı şəxslərdən birinə verərək zərərçəkmiş şəxsi ən yaxın xəstəxanaya aparmalarını xahiş etmişdir. Tanımadığı şəxs onun avtomobilinin sükanı arxasına əyləşmiş, yanında da bir neçə şəxs avtomobilə əyləşərək Sabunçu rayon xəstəxanasına doğru getmişlər. O isə Zaurla birlikdə taksi avtomobili ilə onların arxasınca Sabunçu xəstəxanasına getmişdir. Xəstəxanaya çatdıqda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış şəxsin ətrafına yığışmış şəxslərin səs-küyündən artıq zərərçəkmiş şəxs öldüyünü başa düşmüşdür. Xəstəxanadan çölə çıxdıqda Təqsirləndirilən şəxs xəstəxanın həyətində dayanıb onlardan zərərçəkmiş şəxsin vəziyyəti ilə bağlı xəbər gözlədiyini görmüşdür. Təxminən 10-15 dəqiqə xəstəxanada olduqdan sonra çıxıb getmişlər.
11. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə əlavə edərək göstərdi ki, Sabunçu xəstəxanasında olarkən zərərçəkmiş şəxsin ailə üzlərini görüb sonuncularla görüşmüşdür. Elgün də dostları ilə birgə taksi ilə xəstəxanaya gəlmiş, sonuncu xəstəxanaya çatdıqda ona içəri girməməsini, qapının qarşısında gözləməsini tapşırmışdır. Elgün xəstəxanaya zərərçəkmiş şəxsə tibbi yardımla bağlı pul lazım ola biləcəyi üçün gəlmiş, xəstəxananın qarşısında, darvazanın yanında dayanmış, lakin içəri keçməmişdir. O, zərərçəkmiş şəxsi xəstəxanaya aparan şəxsə yol boyu işıqforların qırmızı işıqlarında dayanmamasını, yazılacaq cərimələri özünün ödəyəcəyini bildirmiş, həmin gün avtomobilə 140 manat məbləğində cərimə yazılmışdır. Xəstəxanada avtomobili idarə edən şəxsin yanında olmuş, sonuncunun mobil telefon nömrəsini götürüb onunla sonradan əlaqə yaratmışdır. O, xəstəxanada olarkən zərərçəkmiş şəxsin yaxınlarına hadisəni Təqsirləndirilən şəxs törətməsini demişdir. Elgün polisə özü gedib könüllü təslim olmuşdur. Özünün istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. O, Elgünün ad günü mərasimində dostları ilə birlikdə spirtli içki qəbul etmiş, lakin Elgünün həmin gün içki qəbul edib-etməməsini bilməmiş, sonuncunun sərxoş vəziyyətdə olmasını sonradan öyrənmişdir. O, xəstəxanadan çıxdıqdan sonra Elgünlə birlikdə polis idarəsinə getmişdir. O, xəstəxanaya Zaur və Rəsulla birlikdə taksi ilə getmiş, Elgün və Sadiq isə başqa taksi ilə onların arxasınca gəlmiş, sonuncu zərərçəkmiş şəxslərin yaxınları ilə münaqişəli vəziyyət yaranmaması üçün Elgünü xəstəxanadan kənar saxlamağa çalışmışdır.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 4 sentyabr 2019-cu il tarixdən etibarən “Range Rover” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" MMC-yə məxsusdur. 28 sentyabr 2023-cü il tarixdə “Range Rover” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil müvəqqəti idarə edilməsi üçün etibarnamə əsasında Təqsirləndirilən şəxs təhvil verilmişdir. 29 sentyabr 2023-cü il tarixdə gecə saatlarında polis əməkdaşları təmsil etdiyi şirkətə zəng edərək “Range Rover” markalı **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsinin törədildiyini bildirərək sürücünün şəxsiyyəti barədə ondan məlumat istəmiş, danışıq zamanı onlar polis əməkdaşlarına avtomobili etibarnamə əsasında Təqsirləndirilən şəxs idarə etdiyini bildirmişlər. Hadisə nəticəsində avtomobilə təxminən 1500 manat məbləğində maddi ziyan dəymişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsi ilə əsasən eyni məzmunlu və Şahid1lə oxşar məzmunlu ifadə verərək əlavə olaraq göstərdi ki, xəstəxanada zərərçəkmiş şəxsin öldüyünü öyrəndikdən sonra həyətdə Elgünün dayanıb zərərçəkmiş şəxsin vəziyyəti ilə bağlı onlardan cavab gözlədiyini görmüşdür. Təxminən 10-15 dəqiqə ərzində xəstəxanada olduqdan sonra hamısı, o cümlədən Elgün də evlərinə getmişdir. Verilən suallarla cavab olaraq Şahid2 ifadəsinə əlavə edərək göstərdi ki, o və dostları spirtli içki qəbul etdiyindən zərərçəkmiş şəxsi İsanın avtomobili ilə oradakı şəxslərdən biri ilə xəstəxanaya göndərmiş, özləri də sonuncuların arxasınca taksi ilə xəstəxana getmiş, həmin vaxt Elgün onun yanında olmuş, lakin xəstəxanaya çatanda zərərçəkmiş şəxsin qohumları ilə aralarında münaqişə yaranmaması üçün sonuncunun xəstəxanaya daxil olmasına icazə verməmiş, zərərçəkmiş şəxsin vəfat etməsi xəbərini eşitdikdən sonra oradan çıxıb 7-ci mikrorayona getmiş, orada olan mağazalardan birindən su alıb içdikdən sonra Elgünü Binəqədi Rayon Polis İdarəsinə şəxsən təhvil vermişdir. O, xəstəxanada zərərçəkmiş şəxsin qohumlarına yaxınlaşmamış, lakin sonradan sonuncularla görüşü olmuşdur. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsində İsa və Zaurla birlikdə xəstəxanaya getməsini deməmiş, həqiqətdə özü Elgünlə birlikdə taksi ilə xəstəxanaya getmişdir.
14. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
15. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 29 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs sərxoş halda, etibarnamə əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Range Rover” markalı “Sport” modelli **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı qəsəbəsi, M.Mirqasımov küçəsində hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında əyləşmiş Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən vəfat etməsi və sürücü Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi yerindən qaçması faktına görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X8 tərəfindən 30 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (Cild 1, i.v.1;).
16. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli protokol, ona əlavə edilmiş fotocədvəl və sxemdən görünür ki, iki nəfər hal şahidinin iştirakı ilə 30 sentyabr 2023-cü il tarixdə, saat 00:20-dən 01:00-dək yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmişdir. Protokoldan və raportdan görünür ki, 29 sentyabr 2023-cü il tarixdə, saat 23:55-də müstəntiq Z.F.Qüdrətov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən yol-nəqliyyat hadisəsi barədə aldığı məlumat əsasında hadisə yerinə getmişdir. Müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Binəqədi rayonu, Pirşağı qəsəbəsi, Mirqasımov küçəsi, “Tornado” istirahət mərkəzinin qarşısıdır. Baxış qaranlıq havada, Mirqasmov küçəsindən Sahil küçəsi istiqamətində keçirilmişdir. Yolun hərəkət hissəsi düz, asfalt-beton olmaqla qurudur. Yol örtüyünün eni 11 metr, hərəkət zolağı yoxdur, hərəkət hissəsinin eni 11 metrdir. Hərəkət hissədə yol bir gedişli - bir gəlişli olmaqla yolun hərəkət hissəsində heç bir üfiqi nişanlanma xətləri aşkar olunmamışdır. Hərəkət hissəyə sağdan və soldan 0,5 metr enində səki birləşir. Daha sonra sağda daş hasar və market (“Tural”), solda daş hasar vardır. Hərəkət nizamlanmayan, yol nişanları zonası üfiqi nişanlanma xətləri ilə tənzimlənmişdir. Yol (küçə) şəhər elektrik işığı ilə işıqlandırılır. Sürücü yerindən faraların işığında görünüş məsafəsi: uzaq işıqda 100 metr, yaxın işıqda 50 metrdir. Bir nəfər piyadanın vurulma yeri yolun sol kənarında səki üzərindədir. Nəqliyyat vasitəsinin hadisədən əvvəlki hərəkət istiqaməti Mirqasımov küçəsindən Sahil küçəsi istiqamətində olmuşdur. Piyada hadisədən əvvəl səkinin üzərində oturmuşdur. Nəqliyyat vasitəsi hadisə yerində olmaqla, hadisə yerində hər hansı şin və ya tormozlama izi aşkar olunmamış, nəqliyyat vasitəsinin sınmış detalları isə hadisə yerində aşkar olunmuşdur. Nəqliyyat vasitəsi adama vurduqdan sonra daş hasara dəymiş, 2 kvadrat metr hissədə daş hasar dağılmışdır. Piyada vurulduqdan sonra digər nəqliyyat vasitəsi ilə xəstəxanaya aparılmış və xəstəxanada vəfat etmişdir. Bu barədə tərtib olunmuş protokol iştirakçılara ucadan oxunmuş, protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Protokolun düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir (Cild 1, i.v. 3; 5- 15;).
17. “Könüllü gəlmə haqqında” 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 02:30-da müstəntiq Zaur Qüdrətov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun könüllü olaraq Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə gəlməsi barədə protokol tərtib edilmişdir (Cild 1, i.v.17;).
18. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” 30 sentyabr 2023-cü il tarixli, 2/19955 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətindədir (Cild 1, i.v.19;).
19. BD046910 nömrəli “Azərbaycan Respublikası Sürücülük vəsiqəsi”ndən görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə 15 fevral 2033-cü il tarixədək B1 və B kateqoriyalı sürücülük hüququna malik olmasına dair vəsiqə verilmişdir (Cild 1, i.v. 25;).
20. “Zərərçəkmiş şəxs qismində və zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanıma haqqında” 1 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmış və sonuncunun atası X4 ərizəsi əsasında o, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır (Cild 1, i.v. 29-30;).
21. "xxxx" MMC tərəfindən tərtib olunmuş etibarnamədən görünür ki, həmin MMC-yə məxsus “Range Rover” minik markalı, qara metallik rəngli, **-PB-*** dövlət nömrə nişanlı, mühərrik № ban”SALSH2E44AA231173 olan minik avtomobilini idarə etmək hüququ Təqsirləndirilən şəxs verilmiş, həmin etibarnamə 28 sentyabr 2023-cü il tarixdən 5 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuşdur (Cild 1, i.v. 48;).
22. “Məhkəmə yol-nəqliyyat hadisələri” ekspertizasının 2 oktyabr 2023-cü il tarixli, 8/2953 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən, “Range Rover” markalı “Sport” modelli, 90-PB-25 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Range Rover” markalı “Sport” modelli avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Range Rover” “Sport” markalı avtomobillə piyadanı vurduqdan sonra hadisə barədə müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, qeyd olunan vəziyyətdə sürücü Təqsirləndirilən şəxs diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və elə yerinə yetirməli idi ki, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkəti təmin olunsun. Lakin sürücü Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan “Range Rover” markalı “Sport” modelli markalı avtomobili qeyd olunan yol şəraitində idarə edərkən avtomobilin sol səkinin üzərində dayanmış vəziyyətdə olan piyadanı vurması faktları izah edir ki, mövcud şəraitdə hadisənin baş verməsi sürücü Təqsirləndirilən şəxs hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə əlaqədar olmuşdur. Aparılmış tədqiqatın dəyərinin 85 (səksən beş) manat olması müəyyən edilmişdir (Cild 1, i.v. 49-52;).
23. “İttiham elan edilməli şəxs barəsində axtarış elan edilməsi haqqında” 6 oktyabr 2023cüi il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə ittiham elan edilməli olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (Cİld 1, i.v. 55;).
24. “Meyitin məhkəmə tibbi ekspertizasının” 30 sentyabr 2023-cü il tarixli 202 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ və sol ağciyərin kontuziyası, sağ ağciyərin yuxarı və orta payının çoxsaylı cırılmaları, sağ l-ll-lll-İV-V-Vİ qabırğaların kürək xətti üzrə yerlərini dəyişmiş sınıqları ilə müşayiət olunan, kəskin daxili qanitirməyə (sağ plevra boşluğunda 1000 ml qan) səbəb olmuş döş qəfəsinin qapalı küt travması, sağ təpə-ənsə nahiyəsinin səthi əzilmiş yarası, döş qəfəsinin arxa səthinin sağ və sol yarısının, bel nahiyəsinin, yuxarı və aşağı ətraflarının çoxsaylı sıyrıqları, sol saidin yuxarı 1/3-nin arxa-iç səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, həyati əlamətlərə malik olmaqla ölümlə bilavasitə səbəbli əlaqələri vardır, 29 sentyabr 2023-cü il tarixli avtomobil travması, o cümlədən piyadanın hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb sağ və sol ağciyərlərinin kontuziyası, sağ qabırğaların çoxsaylı sınıqları, sağ ağciyərin cırılmaları və kəskin daxili qanitirmə ilə müşayiət olunan döş qəfəsinin qapalı küt travması olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olur ki, Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir (Cild 1, i.v. 59-64;).
25. “Könüllü gəlmə haqqında” 25 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunduğunu bildikdən dərhal sonra İstintaq Şöbəsinə gəlmişdir (Cild 1, i.v. 65;).
26. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmaqla hüquq və vəzifələri ətraflı izah edilmişdir(Cild 1, i.v. 75- 77;).
27. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 25 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində müstəntiq Z.F.Qüdrətov tərəfindən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir (Cild 1, i.v. 96-97;).
28. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsi tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin 2 dekabr 2023-cü il tarixli cavabından, müvafiq hökm və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 1(060)-304/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Probasiya Şöbəsinin icra məmuru, kiçik ədliyyə müşaviri X7 24 noyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad olunmuşdur (Cild 1, i.v. 126-141;).
29. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin X28 Şöbəsinin rəisi, polis mayoru Vüsal Qələndərovun 6 dekabr 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X28 İdarəsinin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən, Sumqayıt şəhərində anadan olmuş xx xxxxxxxx 2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məxsus olan BD046910 nömrəli sürücülük vəsiqəsi 15 fevral 2023-cü il tarixdən 15 fevral 2032-ci il tarixədək qüvvədədir. Hazırda həmin sürücülük vəsiqəsi aktiv olmaqla Təqsirləndirilən şəxs hər hansı müddətə hüquqdan məhrum edilməsi barədə məlumat mövcud deyildir (Cild 1, i.v. 142;).
30. “Axtarış elan edilməsi haqqında” və “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 7 yanvar 2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həmin tarixdə cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulanadək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinin tələbinə əsasən dayandırılmışdır (Cild 1, i.v. 149; 153).
31. “Könüllü gəlmə haqqında” 27 fevral 2024-cü il tarixli protokol, “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” və “Qətimkan tədbirinin təsdiq edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixdə özünü istintaq orqanına təqdim etdiyindən həmin tarixdə iş üzrə icraat təzələnməklə ibtidai istintaq davam etdirilməklə barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (Cild 1, i.v. 156-157; 162-163;).
32. “Maddi sübut kimi tanınması haqqında” 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə "xxxx" MMC-yə məxsus “Range Rover” markalı, “Sport” modelli **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilməklə məsul saxlanış üçün "xxxx" MMC-yə qaytarılmışdır (Cild 1, i.v. 165;).
33. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə müstəntiq Z.F.Qüdrətov tərəfindən ibtidai istintaq tamamlanaraq 7 mart 2024-cü il tarixdə tərtib edilmiş ittiham aktı 12 mart 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (Cild 1, i.v. 184-192;).
34. Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə məhkəməyə verilmiş, cinayət işi məhkəmə baxışına təyin edilmiş və Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır (Cild 2;).
35. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin qəbul etdiyi qərarla hadisə vaxtı və sonradan təqsirləndirilən şəxsin istifadəsində olmuş mobil telefon nömrələrinin anten məlumatları müvafiq mobil telefon operatorlarından götürülmüşdür. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən təqdim edilmiş müvafiq məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs hadisədən dərhal sonra hadisə yerini tərk edərək Sabunçu xəstəxanasının yaxınlığına gəlmişdir (Cild 2).
36. Müdafiə tərəfinin təqdim etdiyi qəbzlərdən görünür ki, X17 və X1 adına müxtəlif tarixlərdə cəmi 7020 manat məbləğində pul köçürülmüşdür (Cild 2).
Əməlin tövsifi və digər hüquqi məsələlər:
37. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM-in) 3cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
39. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.
40. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.
41. CM-in 263.1-ci maddəsinin tələbinə görə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.
42. CM-in 263-1.1-ci maddəsinin tələbinə görə həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir.
43. CM-in 263-1.3-cü maddəsinə əsasən həmin Məcəllənin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
44. CM-in 264-cü maddəsinə əsasən həmin Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərini, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-cü il tarixli Qərarının müddəalarını rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
46. Belə ki, “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar.
47. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPMin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, şəxsin nəqliyyat vasitəsini alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda idarə edib-etməməsi ekspert rəyi, şəxsin sərxoşluğunun müəyyən edilməsi haqqında müayinə aktı ilə müəyyən edilir. Şəxs hadisədən sonra hadisə yerindən qaçdıqda və ya hər hansı vasitə ilə müayinədən və ya ekspertizanın keçirilməsindən imtina etdikdə onun cinayət törədərkən sərxoş olubolmaması CPM-in 124-cü maddəsində nəzərdə tutulan sübut növləri ilə müəyyən oluna bilər. Bu zaman sərxoşluğun dərəcəsi əməlin həmin maddə ilə tövsifi üçün əhəmiyyət kəsb etmir.
48. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 263-1.3-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. CM-in 263-1.3-cü maddəsində təsbit edilən cinayətin obyektiv cəhəti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının ehtiyatsızlıqdan iki və ya daha artıq şəxsin ölümünə səbəb olan dərəcədə pozulmasında ifadə olunur. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən “Yol hərəkəti haqqında” Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263-cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Şərh olunan maddə cinayətin subyekti qismində iki kateqoriya şəxsi nəzərdə tutur: 1) nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxsi; 2) alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsi. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-in 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur.
49. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həm ittiham, həm də müdafiə tərəfi mübahisəsiz olaraq Təqsirləndirilən şəxs əməllərində CM-in 263-1.3-cü maddəsinin tərkib əlamələtlərinin olmasını qəbul etmiş, həmin halı mübahisələndirməmişlər.
50. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 264-cü maddəsi ilə olan cinayət əməlinin tövsifi ilə əlaqədar qeyd edir ki, qeyd olunan cinayət əməlinin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olan ictimai münasibətlərdir. Şərh olunan cinayətin obyektiv cəhəti CM-in 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin – zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması, zərərçəkmiş şəxsin ölümü, yaxud iki və ya daha çox şəxsin ölümü baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasında ifadə olunur.
51. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-cü il tarixli Qərarında göstərilmişdir ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. CM-in 264-cü maddəsinin məqsədi yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. CM-in 264-cü maddəsinin mənasına görə, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz.
52. CM-in 264-cü maddəsinin qeydinə görə zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol-nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. Həmin qeyd hökmün 51-ci bəndində göstərilən qərarın müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-in 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərəçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin.
53. Halbuki, məhkəmə istintaqı ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs hadisəni törətdikdən sonra öz yaxınlarına bu barədə məlumat verməklə zərərçəkmiş şəxsin digər şəxslərin köməyi ilə tibb müəssisəsinə çatdırmasına nail olsa da, özü bütün bu proseslərdən kənarda qalaraq dərhal hüquq-mühafizə orqanlarına məlumat vermək imkanına malik olmasına, o cümlədən özünün zərərçəkmiş şəxsin tibb müəssisəsinə aparılmasında iştirak etməməsinə baxmayaraq, bu barədə hərəkətsizlik göstərməklə heç bir orqana məlumat verməmiş, əksinə hadisə yerini dərhal tərk edərək yenidən hadisə yerinə qayıtmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin aparıldığı xəstəxanaya (yaxınlığına) sonradan getsə də, özünü zərərçəkmiş şəxsin yaxınlarına (yaxın qohumlarına) göstərmədən (şəxsiyyətini bəlli etmədən), habelə törətdiyi əməl barəsində hər hansı məlumat vermədən yalnız uzaqdan müşahidə etmiş, həmçinin zərərçəkmiş şəxsin ölməsini dəqiqləşdirdikdən dərhal sonra ərazini tərk etmiş, artıq ibtidai araşdırma orqanı tərəfindən yol-nəqliyyat hadisəsini törətmiş avtomobilin sürücüsünün şəxsiyyəti müvafiq olaraq avtomobilin məxsus olduğu lizinq şirkəti ilə əlaqə saxlanılaraq dəqiqləşdirildikdən sonra, yəni hadisənin üzərindən xeyli müddət sonra (təxminən 3 saat sonra) Təqsirləndirilən şəxs ifşa olunduğunu və cinayət təqibi orqanı tərəfindən axtarıldığını bildiyindən ibtidai istintaq orqanına təslim olmuşdur.
54. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl ehtiyatsızlıqdan (CM-in 263-1.3-cü) və qəsdən (CM-in 264-cü) törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə müvafiq olaraq ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir.
55. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.
56. CPM-in 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.
57. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı təkidlə hadisə yerindən qaçmaması, sərxoş olduğundan zərərçəkmiş şəxsin yaxınlarına yaxınlaşmaması, zərərçəkmiş şəxsin vəfat etməsini öyrəndikdən sonra hadisə yerinə dərhal qayıtmayaraq polis orqanına gedərək təslim olması və sair göstərdiyi xüsusatlar işin faktiki halları ilə öz təsdiqini tapmadığından məhkəmə həmin ifadələrə tənqidi yanaşaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmaqdan və məsuliyyətini yüngülləşdirmək məqsədi daşıması kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir.
58. Eyni zamanda, məhkəmə şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bəzi xüsusatlara da tənqidi yanaşılmalı olmasını qeyd edir. Belə ki, Şahid1 məhkəməyədək icraatdakı ifadəsindən fərqli olaraq məhkəmə iclasında verdiyi ifadəsində əvvəlcə Təqsirləndirilən şəxs dostları, daha sonra isə Şahid2 ilə birlikdə xəstəxanaya getdiyini, özünün zərərçəkmiş şəxsin qohumlarına yaxınlaşaraq hadisənin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi barədə məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla birlikdə xəstəxanaya getdiyini Şahid2 Vahid oğlu da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərmişdir. Halbuki, Təqsirləndirilən şəxs istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə icraatı zamanı xəstəxanaya S.V.Alışovla birlikdə getməsini bildirməmiş, özü tək taksi ilə xəstəxanaya getdiyini demişdir. Təqsirləndirilən şəxs ifadələrində həmçinin atasının dostlarının ona hadisə yerində polislərin gəlməsini gözləməsini və hadisə yerini tərk etməməsini demələrinə baxmayaraq, özü tək taksi ilə xəstəxanaya getdiyini bildirmişdir. Bundan başqa, Şahid1 guya xəstəxanada zərərçəkmiş şəxsin qohumlarına yaxınlaşaraq yol-nəqliyyat hadisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsini bildirməsinə dair ifadəsində göstərdikləri işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Şahid3 ifadəsində "xxxx" MMC-yə məxsus olan “Range Rover” markalı **-PB-*** dövlət qeydiyyat nömrəli avtomobilin sürücüsü barədə hadisədən bir müddət sonra ibtidai araşdırma orqanı tərəfindən onunla əlaqə saxlanılaraq maraqlanıldığını, bu barədə dəqiqləşdirildikdən sonra hadisə zamanı avtomobilin məhz Təqsirləndirilən şəxs idarə etməsinə icarə əsasında verildiyini polis orqanına bildirdiyini göstərmişdir. Həmçinin iş üzrə digər sübutlarla da yolnəqliyyat hadisəsini törətmiş şəxsin şəxsiyyəti barədə məlumatın müvafiq olaraq polis orqanına və zərərçəkmiş şəxsin yaxınlarına məhz ibtidai araşdırma orqanı tərəfindən araşdırma zamanı məlum olması müəyyən edilmişdir. Şahidlər Şahid1 və Şahid2 təqsirləndirilən şəxslə yaxın münasibətdə olmaları, hadisə vaxtı özlərinin də təsdiq etdikləri kimi sərxoş vəziyyətdə olmaları, habelə ifadələrində qeyd etdikləri yuxarıda göstərilən hallar iş üzrə tədqiq edilmiş mötəbər sübutlarla tam inkar edildiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşılmalı olmasını nəzərə alır.
59. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə iclaslarında verdiyi hadisənin törədilmə mexanizmi və ondan sonrakı dövrdəki hərəkətlərinə dair etirafedici ifadələri, o cümlədən çoxsaylı şahid ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və digər sənədlərlə kifayət qədər sübuta yetirilir.
60. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
61. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin sərxoş vəziyyətdə yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-in 263-1.3 və 264-cü maddələri ilə tövsif edilmiş və o həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
62. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
63. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmə hökmü haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
64. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
65. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
66. Məhkəmə CM-in 59.1.10-cu maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna almasını (bax hökmün 17-ci bəndi), 59.1.11-ci maddəsinin tələbinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyatının xilas edilməsinə cəhd edilməsi, 59.1.14-cü maddəsinin tələbinə əsasən zərərçəkmiş şəxsin ailə üzvləri ilə barışmağa, o cümlədən cinayət nəticəsində dəymiş ziyanın azaldılmasına yönəldilmiş hərəkətlərin edilməsini, habelə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən 22 yaşında olmaqla gənc olmasını və törətdiyi əməldən peşmanlıq çəkməsini bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.
67. Məhkəmə CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
68. CM-in 60.1-ci maddəsinin tələbinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar möcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.
69. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə, habelə CM-in 60.1-ci maddəsinin (CM-in 59.1.10-cu maddəsi baxımından) tələbləri nəzərə alınmaqla məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.
70. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz.
71. CM-in 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, CM-in Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün CM-in Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz.
72. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə təqsirli bilindiyi hər bir cinayət əməlinə görə ayrı-ayrılıqda əsas və əlavə cəzalar təyin edilməli, daha sonra CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusuna görə ona hazırkı iş üzrə qəti cəza təyin edilməlidir.
73. CM-in 45-ci maddəsinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilib-edilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur.
74. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət əməlini yol hərəkəti qaydalarını kobud pozması nəticəsində törətməsi müəyyən edildiyindən ona nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir.
75. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.
76. Odur ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
77. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində 25 oktyabr 2023-cü il tarixdən polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 aprel 2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmışdır (Cild 1, i.v. 94-97; Cild 2).
78. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin CM-in 69.3cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 3 aprel 2024-cü il tarixdən hesablanmalıdır.
79. Məhkəmə, CM-in 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir və iş üzrə xüsusi müsadirə edilməli əmlakın müəyyən edilmədiyini qeyd edir.
80. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar qeyd edir ki, CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq iş üzrə maddi sübut olan “Range Rover” markalı, “Sport” modelli **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin məsul saxlanış üçün "xxxx" MMC-yə qaytarılması və 3 (üç) ədəd diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır.
81. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
82. Məhkəmə hesab edir ki, CPM-in 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir.
83. İş üzrə üzərinə həbs qoyulmuş əmlak yoxdur, mülki iddia verilməmişdir.
84. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
85. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-cü il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
86. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş əsas cəzaları əsas cəza ilə, əlavə cəzaları isə əlavə cəza ilə qismən toplanılmaqla toplanmış əsas cəzaya əlavə cəzanı birləşdirmək yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı 3 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla “Range Rover” markalı, “Sport” modelli **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobilin məsul saxlanış üçün "xxxx" MMC-yə qaytarılması və 3 (üç) ədəd diskin isə iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın, üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.