Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-157/2022 28.12.2022 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri Hacıyev Siyavuş Həbib oğlu (sədrlik edən), Salmanov Rahib Vaqif oğlu və Ağalarov Mahmud Muradxan oğlundan ibarət tərkibdə məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, müdafiəçi - Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1997-ci il tarixdə Ağsu rayonunun Gəgəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonunun, Gəgəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsi, nömrəsiz evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, xuliqanlıq niyyəti ilə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs 7 mart 2020-ci il tarixində saat 01:30 radələrində ünvan 1 ünvanında yerləşən “Məhəllə” marketin qarşısında dostluq münasibətlərində olduğu Zərərçəkmiş şəxs ilə Şahid1 mübahisə etdiklərini görüb mübahisə iştirakçılarını sakitləşdirmək, tərəfləri intizama dəvət etmək və mübahisənin başa çatması üçün səylər göstərmək əvəzinə Zərərçəkmiş şəxs qarşı səsləndirdiyi qıcıqlandırıcı ifadəyə görə sonuncunun sillə ilə bir dəfə onu vurmasını cüzi səbəb qəbul edib heç bir əsaslı səbəb olmadan öz şəxsiyyətini digər şəxslərin şəxsiyyəti fövqündə qoyaraq sağ əlini arxa cibinə salmaqla üzərində gəzdirdiyi qatlanan bıçağı çıxardıb Zərərçəkmiş şəxs üstünə gedərək xuliqanlıq niyyəti ilə əlindəki bıçaqla qəsdən vurub sonuncuya təpə nahiyyəsində solda deşilmiş-kəsilmiş yara kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər və döş qəfəsinin sol yan səthinə arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədəyən yara kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Məhkəmə zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilməmiş və ifadə verərək göstərmişdir ki, Şahid1 ilə 2017-ci ildən dostluq etmiş, Şahid1 ilə Zərərçəkmiş şəxs isə 15 il müddətdir eyni məhəllədə yaşamaqla dostluq etmişlər, 7 mart 2020-ci il tarixində saat 19:00 radələrində dostu Şahid1 ona zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Sahib Hüseynov küçəsindəki kafedədir və onu da ora dəvət etmişdir; evdən çıxıb avtobusla Şahid1 olduğu kafeyə getmiş və birlikdə ayrıca kabinetdə əyləşib çay içmişlər; həmin vaxt tanıdığı Zərərçəkmiş şəxs kafenin ümumi zalında əyləşib öz məhəllə uşaqları ilə spirtli içki qəbul etmiş, axşam saatlarında Zərərçəkmiş şəxs məhəllə uşaqları ilə qəbul etdiyi spirtli içkinin təsiri altında olduğuna görə məhəllə uşaqları ilə mübahisə etmiş və həmin mübahisənin səs-küyünə əvvəlcə o, sonra isə Şahid1 çıxmışdır; Zərərçəkmiş şəxs digər mübahisə etdiyi şəxslərdən ayırmışlar, orada hər hansı dava-dalaş olmamışdır, bundan sonra o, Şahid1, Zərərçəkmiş şəxs və digər məhəllə yoldaşları kafedən çıxmışlar, həmin vaxt artıq kafe bağlanırmış, kafenin qarşısında olan zaman Şahid1la birlikdə Zərərçəkmiş şəxs evinə yola salmağa köməklik etməyi təklif etmişlər, lakin Zərərçəkmiş şəxs razı olmamışdır; o və Şahid1 əvvəlcə Zərərçəkmiş şəxs irad tutuaraq niyə spirtli içki qəbul etməsini soruşmuşlar, sonra avtomobillə məhəlləni tərk etmişlər, Şahid1 idarə etdiyi VAZ 21015 markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib birlikdə 6-cı mikrorayonda olan Abşeron marketin qarşısına getmiş və birlikdə tikintidə fəhlə işlədiyi Fuadı görmüşdür; avtomobili Şahid1 onun sözü ilə saxlamış, Fuaddan orada nə etməsini xəbər almış Fuad Sumqayıt şəhərində yaşadığını və ora gedəcəyini bildirmişdir, hazırda isə “Şamaxinka” adlanan yerə getmək üçün avtobus gözlədiyini demişdir, Şahid1 bildirmişdir ki, Fuadı Şamaxinka adlanan yerə düşürsünlər, sonuncu etiraz etməmiş, Elşənin idarə etdiyi avtomobildə o salonda, öndə, Fuad isə onun arxasında əyləşmişlər, onlar Fuadı düşürmək üçün aparan zaman, yolda, Şahid1 mobil nömrəsinə zəng gəlmiş və zəng etmiş şəxsin telefonda yüksək səslə Şahid1 ünvanına nalayiq söyüşlər etməsini eşitmiş və anlamışdır ki, həmin şəxs sərxoş halda söyüşlərini davam edən Zərərçəkmiş şəxsdir; Şahid1 Zərərçəkmiş şəxs telefonla etdiyi söyüşlərinə bərk əsəbləşmiş və ona bildirmişdir ki, gedib Zərərçəkmiş şəxs başa salmaq lazımdır, Zərərçəkmiş şəxs avtomobili yaşadığı evin yaxınlığında olan məhəllə marketin qarşısına sürmüş, onlar həmin ünvana çatan zaman hamı avtomobildən düşmüş, dür. Şahid1 sükan arxasından düşüb marketin qarşısında yerdə oturmuş Zərərçəkmiş şəxs yaxınlaşmış və sonuncuya doğru, pilləkənlərə tərəf, əyilmiş və yaxasından tutub: “Mənəm, Elşən, sənin dostun, böyük qardaşın, niyə söyüş edirsən, özünə gəl, dostuna olan söyüşlərinə son qoy”,- demişdir; bu zaman Zərərçəkmiş şəxs Şahid1 spirtli içkinin təsiri altında olmasına görə başa düşməmiş və ayağa qalxmaqla Şahid1 yaxasından tutmuş, sonuncular tutaşıb dartışmağa başlamışlar, lakin bir-birinə xəsarət yetirməmişlər, o isə artıq həmin gedişatın yaxşı olmayacağını görüb aralarına keçib ayırmış və bu zaman Zərərçəkmiş şəxs əli ilə onun baş nahiyəsinə sillə vurub onun ünvanına dözülməyəcək dərəcədə ağır söyüşlər etmişdir, o da Zərərçəkmiş şəxs səsini kəsmək üçün sonuncunun baş nahiyəsindən bir sillə vurmuş və ünvanına söyüşlər etdiyinə görə üzərinə getmişdir; bu zaman Zərərçəkmiş şəxs belindən bir ədəd bıçaq çıxarıb onun üzərinə gəlmiş, həmin vaxt Şahid1 Zərərçəkmiş şəxs, Fuad isə onu qucaqlamışdır ki, aralasınlar, o da Zərərçəkmiş şəxs qorxutmaq üçün əlini yalandan belinə doğru istiqamətləndirmişdir, bu zaman X19 Qulivevi tutub aralaşdırmış, Zərərçəkmiş şəxs yenə onun ünvanına söyüşlər edirmiş və o da Zərərçəkmiş şəxs ünvanına söyüşlər edirmiş; Şahid1 Zərərçəkmiş şəxs aralaşdıran zaman bir qədər kənara itələmiş və onlar qaçıb avtomobilə əyləşməklə həmin ünvandan uzaqlaşaraq evlərinə getmişlər. o və Fuad Şamaxinkada avtomobildən düşmüşlər; səhəri günü eşitmişdir ki, Elşən bıçaq xəsarəti almışdır, Fuadın yanına KTM-ə getmiş və ziyarət etmişdir, hadisə günü üzərində bıçaq olmamışdır; eşitdiyinə görə Zərərçəkmiş şəxs əvvəllər də özü-özünə xəsarət yetirmişdir, Zərərçəkmiş şəxs və hər-hansı digər şəxslə ibtidai istintaqda üzləşdirilməmişdir. Rəsmi qeydiyyatda olduğu yer Ağsu rayonu, Gəgəli kəndi olduğu üçün ona ibtidai istintaqın rəsmi çağırışları çatmamış, bu səbəbdən də ibtidai istintaq orqanı tərəfindən barəsində axtarış elan olunmuşdur, heç vaxt məsuliyyətdən yayınmaq və gizlənmək niyyəti olmamışdır, (077) ***-**-** və (070) ***-**-** mobil telefon nömrələrini istifadə etmiş, (070) 210-73-10” mobil telefon nömrəsi ona məlum deyil və heç vaxt istifadəsində olmamışdır; cinayət işinin 2-ci cildinin 118-121 səhifələrində olan “təqsirləndirilən şəxsin əlavə ifadəsinin alınması haqqında protokol” saxtadır, həmin protokolun məzmununda olanlar onun sözləri ilə yazılmamışdır və bu səbəbdən də onu imzalamamış, müdafiəçi isə protokola yazılanların müstəntiqin uydurmaları olması barədə qeyd vermişdir; Şahid9 ilə aralarında intim münasibətlər olmuş, aralarında olan münasibətdən irəli gələrək Şahid9 ona bəzən maddi kömək göstərmişdir; Şahid9 Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə heç vaxt deməyib, lakin xx.xx.2019-cu il tarixində bıçaqladığı və sonradan buna görə məhkum olunduğu iş üzrə zərərçəkmiş şəxs X7 maddi yardım göstərməsi üçün Sədircahandan bir neçə dəfə maddi yardım istəmişdir, cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsində olan “axtarışda olan şəxsin tutulması haqqında” protokolunda məhkəmə iclasında baxaraq təsdiq edir ki, orada olan imza onun özü tərəfindən icra olunmayıb. xx.xx.2020-ci il tarixində onu tutan polis işçiləri arasında məhkəmə iclasında üzünü gördüyü Şahid3 olmamışdır. Azərbaycan Respublikasının CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir; hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir; cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir; məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, hadisə baş verən gün Şahid1 və Təqsirləndirilən şəxs ilə birlikdə çayxanada olmuş, Elşənlə Röyal ibadət əhli olduğuna və zalda spirtli içkilər olduğuna görə ayrıca kabinetə keçmişlər, o özü həmin vaxt zalda içki içmiş, arada sonuncuların yanına gəlib dərdləşmiş, bir qədər sonra spirtli içkini çox içdiyindən məhəllə uşaqlarını acılamış, səsinə Təqsirləndirilən şəxs ilə Şahid1 kabinetdən çıxmışlar, Şahid1 onu acılaya-acılaya evə yola salmışdır; Şahid1 onun yaxın dostudur və evinə girib-çıxan adamdır, lakin buna kifayət qədər ərki çatmadan Təqsirləndirilən şəxs da onu tənqid etmiş və ona: “Bəsti... içirsən... bu nə səs küydür... 35 yaşın var... ayıbdır...”,- demişdir; Şahmuradov və Hüseynov onu evə yola salmışlar, lakin o, evə daxil olmadan siqaret almaq üçün məhəlləyə geri qayıtmış və görmüşdür ki, “Məhəllə-market” mağazası bağlıdır, sonra Şahid1 zəng edib camaatın içində acıladığının səbəbini soruşmuş, telefon danışığı zamanı Şahid1 söymüş, eyni zamanda Təqsirləndirilən şəxs da söymüşdür, Şahid1 onun harada olduğunu soruşduqda, məhəllədə olduğunu bildirmiş, Şahid1 avtomobili ilə hər ikisi qısa müddət ərzində gəlmişlər, çatan kimi Şahid1 maşından düşmüş, onu silkələmiş və demişdir: “Özünə gəl. Sən bizi niyə söyürsən?”,- cavabında o: “Yaxşı edirəm”,- demişdir, həmin vaxt Təqsirləndirilən şəxs söhbətə müdaxilə edərək: “Sən bizi yox, özünü söyürsən, biz qardaşıq, nəyimiz varsa birdir”,- demiş, sərxoş halda Şahid1 bu sözləri ona ağır təsir etmiş, Şahid1 ondan yaşca böyük olmuş və onunla 20 illik dostluqları olmuşdur; Təqsirləndirilən şəxs isə nisbətən yeni tanımış və onun belə danışmasını bəyənməmiş və Royal Şahmuradovu cəzalandırmaq qərarına gəlmiş, bu məqamda Təqsirləndirilən şəxs sillə atmış, sonra isə cibində olan bıçağı çıxararaq ondan üzr istəməsini tələb etmiş, üzr istəməsə Röyalın qanını axıdacağını demişdir, içkili olmuş, nə səbəbdən belə etdiyini halhazırda bilmir, Röyalın əlini belinə atıb onu qorxutmaq istədiyini görməmişdir; Ümumiyyətlə, Röyalın üzərində heç vaxt bıçaq olduğunu görməmişdir. Nə niyyətlə onu etdiyini də bilməmişdir. Sonra onun əlində bıçağı görən Şahid1 onun qarşısına keçmiş, lakin sonuncu nə qədər çalışsa da o, sakitləşməmişdir. Həmin vaxt o, özünə xəsarət yetirmişdir. Röyal və Elşən qaçanda o, artıq özünü vurmuşdur. Şahid1 buraxsaydı bəlkə də Təqsirləndirilən şəxs vuracaqdı, Şahid1 saxladığına görə sonuncunun əlindən çıxmaq üçün özünə xəsarət yetirmişdir. Özünü vurmasından nə Elşənin, nə də Röyalın xəbəri olmamış, hər ikisi hadisə yerindən qaçmış. Özünə xətər yetirdikdən sonra məhəllədə uşaqlar onu xəstəxanaya aparmışlar. Səhər ayılanda heç nə yadında olmamışdır. Bıçağı istintaqa təqdim etmək üçün tapa bilməmişdir. Bıçağın uzunluğu təxminən 7-8 sm olmuşdur. Hadisədən sonra xəstəxanada heç kimə mesaj yazmaq iqtidarında olmamış. Xəstəxanada qohumu Qasımov Zöhrab Vəli oğlu daim onun yanında olurmuş, telefonu da daim Zöhrabda olmuş və zənglərə də həmin şəxs cavab vermişdir. Özü 4 gündən sonra xəstəxanadan çıxmış, evdə də qohumu Zöhrab Qasımov ona qulluq etmişdir, çünki hərəkət məhdudiyyəti olmuşdur, müstəqil hərəkət edə bilməmiş, tam sağalmamışdır. Valideynləri yaşlı olduqlarına görə onlar kömək edə bilməmişlər. Evə gələndən 1 həftə sonra nisbətən özünə gəlmiş, lakin Zöhrab Qasımov təxminən 1 ay onun yanında qalmışdır. Həmin qohumu Qasımov Zöhrab Vəli oğlu Sumqayıtda 06 iyun 2020-ci il tarixində qətlə yetirilmişdir. Xəstəxanada və evdə ona qulluq etdiyi dövrdə onun mobil telefonu daha çox Zöhrabda olmuşdur, bu səbəbdən də Röyala zəng və mesajların göndərilməsindən xəbərsizdir. Şəxsən özü Röyala həmin ərəfələrdə mesaj göndərməmişdir. Təqsirləndirilən şəxs ilə dərin dostluğu olmamış. Dərin dostluğu Şahid1 ilə olmuşdur. Hal-hazırda spirtli içki qəbul etmir, lakin hadisə olan zaman mütəmadi spirtli içki qəbul edirdi. Təqsirləndirilən şəxs namaz qıldığına görə spirtli içki qəbul etmirdi. Lakin bu fərq onların dostluq münasibətlərimizə manə olmurdu. Heç yerdə Təqsirləndirilən şəxs qarşı nə şifahi, nə də yazılı ifadə verməmiş, onun barəsində şikayət etməmişdir. O, əvvəllər də özü özünə xəsarət yetirmiş, lakin həmin xəsarətlər ciddi olmadığına görə bununla bağlı xəstəxanaya yerləşdirilməmişdir. Hal-hazırda alnında olan çapığı göstərə bilər ki, başını divara vurmağı nəticəsində əmələ gəlmişdir. Psixi xəstəliyi yoxdur, bütün bunlar spirtli içkinin təsirindən baş verir. Heç vaxt istintaqın çağırışlarından yayınmamış və Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə gətirilməmiş və həmin polis bölməsinin əməkdaşlarına heç vaxt Təqsirləndirilən şəxs ona xəsarət yetirməsi barədə məlumat verməmişdir. Məhkəmə-tibbi eksperti Şahid4 tərəfindən müayinə olunan zaman Röyal (Təqsirləndirilən şəxs) adlı dostu ilə ilə mübahisə etdiyini deyərək onun adını çəkməyinə baxmayaraq onun tərəfindən xəsarət aldığını deməmişdir. Ekspertin rəyin təsviri hissəsində göstərdiyi bu qeyd həqiqəti əks etdirmir. O, Röyal adlı dostu ilə mübahisə etdiyini və ona hörmətsizlik edərək üzrxahlıq etməməsi səbəbindən əsəbiləşdiyini, bu səbəbdən özünə xəsarət yetirdiyini məhkəmə-tibb eksperti Şahid4 demişdir. Hansı səbəbdən həmin sözlər onun adından ekspertiza rəyinə başqa məzmunda daxil edilməsini bilmir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə uzun müddətdir dostluq münasibətindədir. Hadisə günü onu evə aparmaq istəmişdir. Ərk etdiyi üçün ona bəzən bir-iki sillə vura bilərdi. Zərərçəkmiş şəxs hələ də öz kiçik qardaşı hesab edir. Həmin gün də ona bir-iki sillə vurmuşdur. Bu dəfə Zərərçəkmiş şəxs cibindən bıçaq çıxarmışdır. Zərərçəkmiş şəxs bıçaqla özünə xəsarət yetirdiyini bilavasitə görüb. Əgər o bilsəydi ki, zərərçəmiş Zərərçəkmiş şəxs ciddi xəsarət alıb, onu orada atıb getməzdi. Lakin onun özünü də bıçaqla vura biləcəyindən ehtiyat edib oradan avtomobillə uzaqlaşmışdır. Zərərçəkmiş şəxs əvvəlcə onunla mübahisəyə başlamış, sonradan Təqsirləndirilən şəxs hücum etmək istəmişdir. Təqsirləndirilən şəxs hadisə günü üzərində bıçaq olduğunu görməyib. Təqsirləndirilən şəxs oğlu onunla Zərərçəkmiş şəxs arasında başlamış mübahisəyə müdaxilə etmiş, bu da zərərçəkmiş Zərərçəkmiş şəxs xoşuna gəlməmiş, buna görə də Röyalı sillə ilə vurmuşdur. Bıçaq Zərərçəkmiş şəxs sol əlində olmuşdur. Hadisədən sonra təxminən saat 03-04 radələrində Zərərçəkmiş şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirildiyini bilmişdir. Arada spirtli içki qəbul etsə də, hadisə günü içməmişdir. Təqsirləndirilən şəxs ibadət etdiyinə görə ümumiyyətlə spirtli içki içmir. Təqsirləndirilən şəxs həbsdə olmasını düzgün hesab etmir və hadisənin baş verməsində onun təqsirinin olmadığına əmindir. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 göstərmişdir ki, təxminən 1 il 1 ay müddət olar ki, ** RB *** dövlət qediyyat nişanlı avtomobili tanımadığı şəxsdən «əl krediti» əsasında almışdır. Təxminən 10 il bundan əvvəl bıçaqla bir nəfərə xəsarət yetirdiyinə görə barəsində Binəqədi RPİ-nin İstintaq şöbəsində başlanmış cinayət işi Binəqədi Məhkəməsinə göndərilmiş və sonra məhkəmə mərhələsində barışıq olmasına görə barəsində cinayət işinə xitam verilmişdir. Başqa hər hansı cinayət əməli törətməmişdir, narkotik vasitə və psixotrop maddə qəbul etmir. Zərərçəkmiş şəxs təxminən 15 il müddət olar ki, tanıyır və eyni məhəllədə böyüməklə onlar arasında hazırki vaxta kimi yaxın dostuq münasibəti vardır. Onlar Binqədi rayon 30 №-li tam orta məktəbdə paralel oxumuşlar. Belə ki, o şəhərdə çayxana, pub işlətmiş, bundan başqa Novxanıda çimərliklər işlətmişdir və həmin ərəfələrdə Elşən onun işlətdiyi yerlərdə qəlyançı işləmişdir. Hətta o bir müddət taksi sürücüsü işləmişdir. Təqsirləndirilən şəxs təxəminən 2-3 il müddət olar ki Əcəmidə Elxan adlı sinif yoldaşı vasitəsilə tanımışdır. Elxan onunla 30 №-li tam orta məktəbdə 9-cu sinifə kimi «J» sinifində təhsil almışdır. Elxan təxminən 3 il müddət olar ki qəsdən sağlamlığa ağır xəsarət yetirməsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən 12 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur və hazırda həbsdədir. Təqsirləndirilən şəxs da onun bildiyinə görə əvvəllər bir dəfə məhukum olunmuşdur və hətta Bakı İstintaq Təcəridxasında həbsdə saxlanılmışdır. Onun hazırda Röyal və Elşənlə səmimi dostluq münanasibəti vardır. 07 mart 2020-ci il tarixdə saat 14 radələrində istifadəsində olan (055) ***-**-** və ya (077) ***-**-** nömrələrinin birindən Zərərçəkmiş şəxs istifadəsində olan (055) ***-**-** nömrəsinə zəng etmiş və bildirmişdir ki, yaşadığı evin qarşısındadır, həyətə çıxımasını bildirmişdir. Zərərçəkmiş şəxs həyətə çıxmış və onun idarə etdiyi ** RB *** dövlət qediyyat nişanlı avtomobilə əyləşərək 30 nömrəli tam orta məktəbin yanında olan kafeyə getmişlər. Həmin kafedə onlar ümumi zalda əyləşmişlər və günorta yeməyini yeyən zaman Elşənlə birlikdə yemək üçün kafedə olan kabinet tipli bir otaq lazım olduğundan onlar həmin otağa keçmişlər. Həmin otaqda onlar çörək yeyib nahar etmişlər, bir müddət kafeni tərk etmiş və axşam saatlarında yenidən həmin kafeyə qayıdaraq birlikdə axşam yeməyi yemişlər və Zərərçəkmiş şəxslə spirtli içki qəbul etmişlər. Hava artıq qaralmışdır. Zərərçəkmiş şəxs Royalın istifadəsində olan xatırlamadığı (070) 230-21-30, (077) ***-**-** olan mobil nömrəsinə zəng edib kafeyə dəvət etmişdir. Bir müddət sonra Röyal tək kafeyə gəlmiş və onlarla eyni kabinetdə əyləşmişdir. Zərərçəkmiş şəxs kafenin ümumi zalına keçib spirtli içkini məhəllə uşaqları ilə də qəbul etmişdir. Elşən sərxoş halda onunla Royalın olduğu kabinetə keçirdi. Röyal və o isə kabinetdə çay içir, nərd, domino oynayırmışlar. Axşam vaxtı Zərərçəkmiş şəxs məhəllə uşaqları ilə spirtli içkinin təsiri altında olduğuna görə mübahisə etmiş və həmin mübahisəyə o və Röyal da səs-küyə çıxmışlar. Onlar mübahisə edənləri ayırmış və orada hər hansı dava-dalaş olmamışdır. O, Elşən, Röyal və digər mübahisə iştirakçıları kafedən çıxmışlar. Həm də kafe bağlanırdı. Zərərçəkmiş şəxs kafenin qarşısında olan zaman Röyal və o avtomobilə əşyləşib məhəlləni tərk etmişlər. Həmin vaxt hətta o, Zərərçəkmiş şəxs acılayıb niyə spirtli içki qəbul etməsini bildirmişdir. O, artıq həyətdən çıxmışdır ki Zərərçəkmiş şəxs ona zəng edib nə səbəbə məhəllə uşaqlarının yanında onu (Zərərçəkmiş şəxs) acılayıb danladığını soruşmuş, o isə yaxşı etdiyini deməklə spirtli içki qəbul etdiyinə görə bunu etdiyini deyəndə Zərərçəkmiş şəxs telefonda onun ünvanına nalayiq söyüşlər etmiş və o, Zərərçəkmiş şəxs evə gedib-getmədiyini xəbər almışdır. Elşən məhəllədə olduğunu bildirmiş və o, avtomobili ilə məhəlləyə qayıdan zaman Röyal sonradan adını bildiyi və Royalla birlikdə tikintidə fəhlə işləyən Fuad adlı şəxsi də götürməsini bildirmişdir. O, həmin şəxsi də götürmüş və sonuncu avtomobilin salonunda arxada əyləşmişdir. Onlar məhəllə marketin qarşısına çatmış və Zərərçəkmiş şəxs marketin qarşısında pilləkən üzərində oturduğunu görmüşlər. Onlar avtomobildən düşmüş və o, Elşənin üzərinə gedib sonuncu ilə pilləkəndə dartışmış, Elşənin çənəsindən tutub onu nəyə görə söyməsini xəbər almışdır. Zərərçəkmiş şəxs onu söydüyünü bir daha bildirəndə sonuncunun sifətindən əli ilə vurmuş və bu zaman Elşən onun üzərinə gəlmişdir. Röyal araya keçmiş və həmin vaxt Röyal Elşənə peysər dediyindən Zərərçəkmiş şəxs sillə ilə Röyalı vurmuş, Röyal da Elşənin üzərinə getmişdir, Elşəni vurub-vurmamasını görməmişdir, lakin dartışmışlar. Bu zaman o, Elşəni kənara çəkmiş, Fuad isə Röyalı tutmuşdur. Elşənin bıçaq çıxarmasını görmüşdür və sonuncu İlk öncə qoluna, sonra isə bədinin digər nahiyələrinə bıçaq atıb söyüş etmişdir ki, onları vurar, buna görə onlar 3 nəfər ehtiyat edib həmin ünvandan onun avtomobilinə əyləşməklə qaçmışlar. O, Elşənin həmin vaxt xəsarət almasını görməmişdir. 2-3 saatdan sonra bilmişdir ki, Elşən özü-özünu vurub xəstəxanaya getmişdir. 2-3 saatdan sonra o, xəstəxanaya getmiş və yalnız xəstəxandan çıxanda Elşənlə bir də görüşmüşdür (1-ci cild iş vərəqi 11-14, 219-223). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, 1986-cı ildən məhkəmə-tibb eksperti kimi fəaliyyət göstərir. İş üzrə Zərərçəkmiş şəxs bıçaq yarası ilə ekspertiza müayinəsinə gəlmişdir. Zərərçəkmiş şəxs xəsarətlərini qeyd edib, iş üzrə iki dəfə rəy verib. “İnandırıcı” sözü məhkəmə-tibbi ekspertizasına aid termin deyil. “Lokalizasiyasına görə xəsarəti özü-özünə yetirməsi inandırıcı deyil” sözü olmamalıdır, orada çox güman ki, “əmələ gələ bilər və ya bilməz”, “xarakterik ola bilər və ya bilməz” sözləri əvəzinə kompüterdə texniki səhv getmişdir. Müstəntiq təkrar ekspertiza təyin edəndə qərarında zərərçəkmişin və şahidlərin ifadələrini otuzdurmuşdu və ekspert qarşısında sual olaraq qoymuşdu ki, zərərçəkmiş şəxs həmin xəsarətləri özü-özünə yetirə bilərdimi, o da rəyində qeyd edib ki, ola bilər. İndi də təsdiq edir ki, zərərçəkmiş şəxs tərəfindən xəsarətin özü tərəfindən yetirilməsi ola bilərdi. Hazırda zərərçəkmiş şəxsin onu Röyalın bıçaqla vurmasını deyib-deməməsini dəqiq xatırlamır, rəyin tərtib olunmasında zərərçəkmiş şəxsin ilk sözü var, ondan nə olduğu soruşulur və o da kim tərəfindən vurulduğunu bildirir. Rəyin yazılma qaydası belədir. Şəxs kimin adını çəkirsə onu da qeyd edirik. İkincisi də müstəntiqin məhkəmə-tibbi ekspertizasının təyin olunması haqqında qərarında bir qayda olaraq kimin kimə xasarət yetirməsi yazılır və rəy kompüterdə yığılan zaman həmin ad nəzərə alınır. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 1986-cı ildən məhkəmə-tibb eksperti kimi fəaliyyət göstərir və 2017-ci ildən MTE və PA Birliyinin Bİnəqədi rayon şöbəsinin ekspertidir. 01 aprel 2020-ci il tarixdə Binəqədi RPİ-nin sabiq müstəntiqi Şahid13 Zərərçəkmiş şəxs müayinəsinə dair qərarı daxil olmuşdur və həmin qərarda ekspert qarşısında Zərərçəkmiş şəxs bədən sətində hansı xəsarətlərin olması, vardırsa hansı nahiyədə yerləşməsi, xəsarətlərin yetirilmə aləti, müddəti, ağırlıq dərəcəsi, bıçaqla vurulması nəticəsində əmələ gələ bilməsi, xəsarətlərin özü tərəfindən yetirilməsi nəticəsində əmələ gələ bilməsi ilə bağlı suallar qoyulmuşdur. Həmin qərarın icrası ilə əlaqədar 14 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs onun yanına, xidməti otağına müayinə olunması üçün gəlmiş və onun tərəfindən xidməti otağında müayinə olunan zaman bildirmişdir ki, «07 mart 2020-ci il tarixdə saat 01:30 radələrində küçədə Röyal adlı şəxs tərəfindən bıçaqla vurulmuşdur», Zərərçəkmiş şəxs həmçinin bildirmişdir ki, «dostu ilə kafedə olmuş və kafedə bir qədər spirtli içki qəbul edərək sərxoş hala düşmüş, sonra dostu Şahid1 ilə arasında mübahisə olmuş, Şahid1 həmin ünvana tanışları olan Royalı dəvət etmiş, sonradan Şahid1 zəng edərək söyüş söymüş və bundan sonra Şahid1 idarə etdiyi markasını xatırlamadığı avtomobillə həmin ünvana gəlmiş, həmin vaxt yanında Təqsirləndirilən şəxs və daha bir nəfər şəxs gəlmiş və bu şəxslərin gözü önündə dostu Şahid1la mübahisə edən zaman Təqsirləndirilən şəxs onların arasına keçmiş və ona peysər deyərək söyüş edən zaman əli ilə Royalın baş nahiyəsinə sillə ilə vurmuş, həmçinin Röyal da onu sillə ilə vurmuşdur. Bundan sonra Röyal küçədə həmin şəxslərin gözü önündə əlində olan bıçaqla ona xəsarət yetirmişdir. Buna görə də tibbi yardım üçün KTM-yə müraciət etmişdir». Xəsarət nahiyəsində olan ağrıladardan şikayətçi olmasını bildirmişdir. Müayinə olunanın deməsinə görə olan qrafada o qısa olaraq Röyal tərəfindən küçədə bıçaqla vurumasına dair özündə qeyd aparmış və sonra həmin halı xx.xx.2020-ci il tarixli 602 nömrəli Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasının rəyində qeyd etmişdir.- Müayinə müddətində Zərərçəkmiş şəxs ona üzərində bıçaq olması və özü-özunə həmin bıçaqla xəsarət yetirməsi ilə bağlı bir kəlmə söz deməmişdir. Həmin şəxs müayinə bitdikdən sonra MTE-nin Binəqədi şöbəsini tərk etmişdir. Həmin vaxta kimi o, Röyal adlı şəxsi, Zərərçəkmiş şəxs, o cüməldən hadisənin digər iştirakçılarını tanımamış və həmin şəxslərlə hər hansı ədavəti, düşmənçiliyi olmamışdır. Ekspert olaraq ona ünvanlanmış Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin özü tərəfindən yetirilməsinə dair suala İsə xəsarətlərin xarakteri və lokalizasiyasına görə həmin xəsartələrin şəxsin özü tərəfindən özünə yetirilməsinin inandırıcı olmadığına görə həmin halı birmənalı olaraq inkar etmişdir. Belə ki, məhkəmə-tibb ekspertiza təcrübəsinə əsasənə özü-özünə xəsarət yetirmə zamanı xəsarətlər eyni nahiyədə bir neçə dəfə eyni istiqamətdə paltar üzərində olmur. İstisna halda paltarlar üzərində də xəsarət ola bilər. Lakin onun tərəfindən müayinə olunmuş Zərərçəkmiş şəxs isə qarın nayihəsində bir, təpə nahiyəsində isə bir xəsarət olmuşdur. Belə ki, Zərərçəkmiş şəxs eyni nahiyədə eyni istiqamətdə bir neçə xəsarət olmamışdır. Həm də Zərərçəkmiş şəxs həmin xəsarətin ona Röyal adlı şəxs tərəfindən yetirməsini bildirməsinə görə o, özü-özünə xəsarət yetirməsi halının inandırıcı olmasını tamamilə inkar etmişdir. 02 iyun 2020-ci il tarixdə Binəqədi RPİ-nin sabiq müstəntiqi Şahid13 Zərərçəkmiş şəxs müayinəsinə dair əlavə məhkəmə-tibb ekspertizasının təyin olunması haqqında qərarı daxil olmuş və həmin qərarda ekspert qarşısında 1 sual, yəni Zərərçəkmiş şəxs xəsarətlərinin özü tərəfindən özünə yetirilməsi nəticəsində əmələ gələ bilməsi mümkünlüyünə dair sual qoyulmuşdur. Həmin qərar MTE-nın Binəqədi rayon şöbəsinin rəisi tərəfindən ona həvalə olunmuşdur, o, ilkin ekspertiza onun tərəfindən aparılmasına baxmayaraq rəis tərəfindən ona həvalə olunmasına görə həmin qərarı icra etmiş və müstəntiqin qərarı istiqamətləndirici olmasına görə yəni qərarda zərərçəkmiş şəxsin, şahidlər Şahid1 və Təqsirləndirilən şəxs ifadələri qısa göstərilməklə Zərərçəkmiş şəxs bıçaqla özü-özünə xəsarət yetirməsi əks olunduğundan istintaqın nəticəsinə əsaslanmaqla həmin xəsarətlərin əl çatan nahiyədə olmasına görə, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin lokalizasiyası əl çatan nahiyələrdə olduqlarına görə və iş üzrə zərərçəkmiş, şahidlərin ifadələrinə əsaslanmaqla həmin xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi mümkünlüyü haqqında cavab yazıb xx.xx.2020-ci il tarixli 40/602 saylı rəy tərtib etmişdir. O həmin rəyə şəxsin özü tərəfindən özünə xəsarət yetirilə «bilərdi» sözü qəti nəticə demək deyil, yəni həm «bilərdi» həm də «bilməzdi» (1-ci cild iş vərəqi 209-212). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid9 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə əvvəllər sevgili olmuşdur, hazırda isə başqa şəxslə ailəlidir. Təqsirləndirilən şəxsla sevgili olduqları dövrdə kafedə ofisiant işləyərək günə təxminən 100 manat pul qazanmış, Röyal isə işləmədiyinə görə sonuncuya da maddi yardım etmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs tez-tez onu aldadaraq müxtəlif bəhanələrlə ümumilikdə ondan 5000 manat pulunu almışdır. Belə bəhanələrin sırasında müxtəlif adamlarla dava etməsi, polis bölmələrində problemlərinin olmasını göstərmiş, Röyal ondan 200, 300, 400, 100 manat olmaqla bir neçə dəfə müxtəlif problemlərini əsas gətirməklə pullar almışdır. Bir dəfə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəstəxanada olması barədə xəbər verərək maddi yardım göstərmək üçün pula ehtiyacının olduğunu bildirmişdir. Röyal demişdir ki, Zərərçəkmiş şəxs onun ucbatından xəstəxanadadır və bu səbəbdən də pul lazımdır. Zərərçəkmiş şəxslə şəxsən tanışlığının olması və Röyala etibarının olmaması səbəbindən məsələni aydınlaşdırmaq üçün birbaşa Elşənə zəng etmiş, lakin telefonu Elşən özü yox “Zopu” ləqəbi ilə tanıdığı, əsl adı Zöhrab olan qohumu açmış və Elşənin özünü pis hiss etməsini, bir qədər sonra özünün geri zəng edəcəyini bildirmişdir. Bir müddət sonra Elşənə təkrar zəng edərək özü ilə danışmağa nail olur, zərərçəmiş şəxs Zərərçəkmiş şəxs özü-özünə xəsarət yetirməsini bildirərək Röyalla aralarında heç bir mübahisənin olmadığını demiş, baş vermiş hadisə ilə Röyalın heç bir əlaqəsinin olmadığını bildirmişdir. Bundan sonra Röyalın yalanı ifşa olunmuş və həmin səbəbə görə pul verməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə “Atan deyir get pulu tap, sən mənə deyirsən get tap, mən verməliyəm? Yoxsa mən demişəm Həcini bacaqla?!” məzmunlu SMS-i Röyala göndərən zaman adını çəkdiyi “Həci” Röyalın xx.xx.2019-cu il tarixdə bıçaqladığı və məhkum olunduğu iş üzrə zərərçəkmiş şəxs X8 nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs (077) ***-**-** və (070) 230-21-30” mobil telefon nömrələrini istifadə etmişdir. Bəzən Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrini telefonunun qara siyahısına daxil edib sonuncunun zəng və mesajlarına məhdudiyyət qoymuşdur. Belə olan hallarda Təqsirləndirilən şəxs atasının mobil telefon nömrəsindən zəng edib və ya SMS göndərib. Bundan başqa yad nömrələrdən Röyalın zəng etməsini və ya SMS yazmasını xatırlamır. Röyalın atasının mobil telefon nömrəsini xatırlamır, lakin Röyalın öz nömrəsinə oxşar olduğunu xatırlayır. Təqsirləndirilən şəxs ona qarşı ağır söyüşlər istifadə edib, təqdim olunan SMS tarixçəsindəki siyahılarda olan qısa mesajlar həqiqətən də ona göndərilib. xx.xx.2020-ci il tarixdə Röyal Şamuradov məhkəmə zamanı səsləndirilməsi mümkün olmayan söyüşlə ******* senin.beterivin agzini conen******** olar oda sensen, sen ******* soxmursan.dilivi ****** onsuzda meni.biyabir elediyin kimi indide atami biyabir edersen. senin ********* deserem. bicagnan bawin gedibb qalirsan.qal.******.kimi.durub men ora gelen.doremm....qiwqirmaliyamda sen nece gundu meni qiwqirdirsan bloka atirsan meni hec bir wey men. yatiram sabah daniwacam sennen men gedecekdunse neye mene agiz acdirdinn belede nenirsen ele yuxum gelir menim meen yatiram ne istirsen elee daha deyen.dorem sene nese.!” məzmunlu qısa mesajı həqiqətən ona (070) 230-21-30” mobil telefon nömrəsindən göndərdiyini təsdiq edir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs “besdidee dedim sene bawa duwursenn indi baxda men daha sene soz demirem deyen deilem getmek istiyeni saxlamazlar oz fikrindii.....birdee deyirem sene telefonda bele yazma mene...yooox seeen daniwdaydun cavab verseydun menn seni vuran doriydum indi yatdim men vsyo saol” məzmunlu qısa mesajı həqiqətən ona (070) ***-**-** mobil telefon nömrəsindən göndərdiyini təsdiq edir. İbtidai istintaqa verdiyi ifadədə Təqsirləndirilən şəxs (077) 757-72-71” və (070) ***-**-** mobil telefon nömrələri ilə yanaşı həmçinin (070) 210-73-10” mobil telefon nömrəsini istifadə etməsi barədə müstəntiqin kompüterdə yazdığı cümlə onun sözləri ilə yazılmamışdır və həqiqəti əks etdirmir. Həmin gün onu yaşadığı evdən azyaşlı uşağı ilə birlikdə məcburi çıxarıb Bakı şəhər Baş Polis İdarəsinə aparmışdılar. İfadəni oxumadan imzalamağa məcbur edilmiş, əks halda gecəni İdarədə saxlanılacağı ilə hədələnmişdir. Eyni zamanda müstəntiq onu cinayəti bilib gizlətdiyinə görə məsuliyyətə cəlb edəcəyi ilə hədələyərək ifadəni imza ilə təsdiqləməsini tələb etmişdir. Əslində isə (070) ***-**-** mobil telefon nömrəsi ona məlum deyil, həmin nömrə ilə Təqsirləndirilən şəxsla heç vaxt ünsiyyətdə olmamışdır. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir tanıyır, 6-cı mikrorayonda yerləşən və ofisiant işlədiyi «Kanka» çay evində tanış olub sonra sevgili kimi münasibətləri yaranmışdır. «Röyal» ora bir müştəri kimi daimi gedib-gələn insan olmuş və beləliklə münasibəti yaranmışdır. «Röyal» ilə təxminən 1 il sevgili münasibətində olmuş, bu münasibət 2019-cu ilin payız aylarından 2020-ci ilin yay aylarına kimi davam etmişdir. Tanışlığın və sevgili kimi münasibətin ilk vaxtarında özünü yaxşı aparırmış, lakin sonradan görmüşdür ki, Röyal əsəbləşəndə çox aqressiv olur. 2019-cu ilin oktyabr-noyabr aylarında Röyal həbsdən buraxılmış, bıçaqla adam vurduğuna görə həbs edilmişdir və azadlığa çıxandan sonra onların sevgili kimi münasibəti başlamışdır. Belə ki, Röyal həbsdən çıxandan sonra onun işlədiyi çay evinə gəlib ondan xoşlandığını bildirmiş, onun da Röyaldan xoşu gəldiyi üçün sevgili münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs da o eyni vaxtdan etibarən tanımış, hər ikisi dost olmuş və onun ofisiant işlədiyi çay evinə də çox vaxt birlikdə gəlirmişlər. 2020-ci ilin mart ayının ortaları olmuşdur ki, Röyal ona bildirdi ki, Elşənlə mübahisəsi və davası olmuşdur və Elşən polisə şikayət vermişdir, polis tərəfindən axtarılır, buna görə qaçıb gizlənmək məcburiyyətində qalmışdır. O, hadisə barədə Röyaldan soruşanda bildirmişdir ki, Elşən kafedə içmişdir və dava salanda aralayıb maşına mindirərək məhəllələrində düşürmüşdür. Bir neçə dəqiqə sonra Elşən zəng vurub söhbətini etməyə imkan vermədiyi üçün Röyala söyüş söydüyünə görə geri qayıdıb Elşənlə görüşərək söyüş söydüyünə görə Elşəni bıçaqla vurmuşdur. Tam səmimi olub bu ifadəni istintaqa vermişdiyini bildirmiş və baş vermiş hadisəni o, Röyalın ona danışdıqlarından söylədiyini, özü bilavasitə həmin hadisənin şahidi olmadığını qeyd etmişdir. Bu hadisədən sonra Röyal daha da aqressivləşmiş və ondan da pul istəmişdir ki, Elşənin müalicəsi üçün versin. O isə demişdir ki, pulu yoxdur. Hətta Röyal axtarışda olduğunu ona deyəndə, təklif etmişdir ki, polisə gedib təslim olsun, əks halda gec və ya tez polis tərəfindən saxlanılacaqdır. Onu da xatırlayıb istintaqa bildirmişdir ki, bıçaqlanan Elşənin xətrini o çox istəyirmiş və sonuncu ilə çox yaxşı münasibəti olmuşdur. Hətta Röyal ona bu məsələni danışandan sonra qərara gəlmişdir ki, Elşəni ziyarət etsin, həmin ərəfədə artıq xəstəxanadan çıxmışdır, Röyal isə ona bildirmişdir ki, maddi köməklik etsin, belə ki, Elşənin xəstəxana xərci olan 2000 manat pul verməlidir, pulu düzəltməkdə köməklik etməsini istəmiş və sonra Elşəni ziyarət etməyə gedə biləcəyini bildirmişdir. O, “Röyala səhv etmirsə 150-200 manat pul vermiş, çünki günü 10 manata ofisiant işləyirdi. Sonra o özü “Elşənlə telefonla, “WhatsApp»la danışmış, məqsədi onları barışdırmaq olmuşdur, çünki yaxşı dost olmuşlar. Elşən ona bildirmişdir ki, polisə şikayət vermək niyyəti olmamışdır, demişdir ki, bıçaqla vurandan sonra Röyal maşına minib qaçıb getmişdir, onu qan aparıb ölsəydi necə olardı? əgər onu xəstəxanaya aparsaydı heç polisə şikayət etməzdi. O, Elşənə bildirmişdir ki, barışsınlar, çünki dostdurlar. Hətta məlumatı vardır ki, Elşəngil qanpulu almamışlar, belə ki, Elşənin anası demişdir ki, Röyal gəlsin, onu balta ilə vurub xəsarət yetirəndən sonra bu məsələdə barışıq olacaqdır. Beləliklə istər Röyalın, istərsə də Elşənin ona danışdıqları əsasında təsdiq edə bilər ki, Zərərçəkmiş şəxs bıçaqla Təqsirləndirilən şəxs vurub bədən xəsarəti yetirmişdir. Sonra bu barədə həmin ərəfədə Rimma adlı qadınla eyni mənzildə yaşadığı və rəfiqə olduğu üçün Rimmaya məlumat vermiş, Röyalın bıçaqla Elşəni vurması barədə Rimmaya demişdir, çünki Rimma da Röyalı tanıyırdı, Röyal bir neçə dəfə Rimma ilə birgə qaldığı evə gəlmişdir və Rimma ilə Röyalı o tanış etmişdir. Başqa heç kimə bu barədə məlumat verməmişdir. ***-***-**-** mobil telefon nömrəsinin kimə məxsus olması və həmin nömrənin istifadəçisinin kim olması ilə bağlı suala cavab olaraq bildirir ki, həmin nömrə Rimmanın adına olmuşdur, o Rimmanın şəxsiyyət vəsiqəsi ilə almışdır, lakin özü istifadə etmişdir. Royalla ayrılandan sonra həmin nömrəni sındırıb atmışdır, eyni zamanda sonradan ailə həyatı qurmuş, qeyri-rəsmi olsa da ərinin onun keçmiş həyatı barədə heç nə bilməməsi üçün həmin nömrəni qırıb atmışdır. Royalın istifadəsində (055) 521-12-30, (070) 230-21-30, (077) ***-**-** və (070) ***-**-** mobil telefon nömrələri, həmçinin xatırlamadığı başqa nömrəsi də olmuşdur, daha çox Röyalla (070) ***-**-** mobil telefon nömrəsi ilə danışıb yazışmışdır. İş materiallarına əlavə edilmiş zənglərin çıxarışına əsasən xx.xx.2020-ci il tarixdə saat 10:38-də (055) ***-**-** mobil telefon nömrəsindən (077) ***-**-** mobil telefon nömrəsinə “Sənə atan deyir get pulu tap, sən mənə deyirsən get tap mən verməliyəm, yoxsa mən demişəm həcini bıçaqla? Bəsdİdə, mənim bir problemimi həll etmirsən, imkan ver heç olmasa öz problemimi özüm həll edim, səninlə tanış olandan sonra çöllərə düşmüşəm” qısa mesajın o, Röyala yazmışdır və bunu təsdiq edir, yenə də ondan pul istəyəndə bunu yazmışdır. Həmin mesajı o, Röyalın Elşəni bıçaqla vurması ilə bağlı Röyala yazmışdır. xx.xx.2020-ci il tarixdə saat 14:55-də ***-***-**-** mobil telefon nömrəsindən (077) ***-**-** mobil telefon nömrəsinə “Başına heç nə gəlmir? Və tutulursan niyə bilirsən? Camahatın balasını vurursan, anasının gözünü yaşdı qoyursan ona görə bu günki gündə gizlənə gizlənə gəzirsən” qısa mesajı Röyalın Elşəni bıçaqla vurması ilə bağlı o, Röyala yazmışdır. xx.xx.2020-ci il tarixdə saat 06:08-də (077) ***-**-** mobil telefon nömrəsindən (055) ***-**- ** mobil telefon nömrəsinə “Şeylərİvə görə həmişədə mən tərəfdən pazdansan bəsdi... gedib ******* yedizdirdiyini gətirib məni kimi oğlanın problemlərinə vermədiyin üçün get” qısa mesajı ona Röyal yazmışdır, ondan Elşənin xəstəxana pulunu düzəltmək üçün maddi cəhətdən köməklik göstərməsini xahiş edərkən. Ümumiyyətlə Röyal dəfələrlə fərqli məsələlərə görə ondan pul istəmişdir. İş materiallarına əlavə edilmiş zənglərin çıxarışına əsasən xx.xx.2020-ci il tarixdə saat 23:30-da (055) ***-**-** mobil telefon nömrəsindən (055) ***-**-** mobil telefon nömrəsinə “Röyal bədənimi zadi yandırdı, necə kəlləynən vurdu burnumdan qan acıldı, saxlayamırdım” qısa mesajını, həmin tarixdə, saat 00:05-də göndərilmiş “Yox ee, 12-yə kimi mənə vaxt qoymuşdur Rasimi çıxardım ortaya, evdən çıxdım qaçdım, söyüş süydü ki, bıçaqlayacaq” mesajını o yaxın rəfiqəsi olan və “Mila” kimi hamının səslədiyi, lakin əsl adı Şahid10 olan qıza yazmışdır. Belə ki, ifadəsində qeyd etdiyi kimi, (055) 631-42- 86 mobil telefon nömrəsi onun istifadəsində olmuşdur, (055) ***- **-** mobil telefon nömrəsi isə yaxın rəfiqəsi “Mila”nın istifadə etdiyi nömrədir. Həmin ərəfədə, qeyd olunan mesajı o, yazmazdan 1-2 gün əvvəl Röyal mübahisə zəminində onu döymüşdür, qolunda siqaret söndürmüşdür, başı ilə burnundan vurmuşdur, burnundan qan açılmışdır və qanı saxlaya bilmirdi. Həmin mübahisə vaxtı Röyal ondan tələb etmişdir ki, Rasimi çıxartsın ortalığa. Həmin şəxs onun üçün kirayə ev tutmuşdur və kirayə pulunu ödəmişdir. Röyal bunu bilib qısqanmış və aralarında mübahisə olmuşdur. Röyal mübahisə zamanı söyüş söymüşdür ki, onu bıçaqla vuracaqdır, o da qorxduğu üçün kirayə qaldığı evdən çıxıb qaçmışdır. Röyal həmin mübahisə zamanı bıçaqla onu vurmağa cəhd etməsə belə, üzərində bıçaq gəzdirdiyini o dəfələrlə görmüşdür, daimi üzərində, daha dəqiq desə belində qara rəngli, “Kəpənək” adlanan bıçaq gəzdirirdi. O da həmişə bıçaqla gəzdiyini və əvvəllər də iki nəfər şəxsi bıçaqla vurub xəsarət yetirdiyini bildiyi üçün qorxub evdən qaçmışdır ki, onu bıçaqlamasın. Röyalın onu döyməsi, bədənində siqaret söndürməsi, onu hədələməsi ilə bağlı şikayəti və tələbi yoxdur. 09 aprel 2020 ci il tarixdə saat 23:58-də (070) ***-**-** mobil telefon nömrəsindən 055-631- 42-86 mobil telefon nömrəsinə “məni biyabır elediyin kimi indi də atamı biyabır edərsən. Sənin ****** deşərəm bıçağla...” mesaj yazışması Röyal və onun arasında olmuşdur, eyni ilə mübahisələri olmuşdur və Röyal onu hədələmişdir ki, bıçaqla onu göstərdiyi nahiyədən vuracaqdır. Röyal bıçağa meyilli adamdır və xasiyyəti elədir ki, istənilən şəxsi cüzi səbəb üstündə bıçaqla vurmağa qadirdir. xx.xx.2020-ci il tarixdə saat 18:12-də (055) ***-**-** mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə “Rasdawanda deyebdeki neyniyesen ee he gel vur oldur mende onu isdirem ele vurasan xesdexanaliq olacam evimde yoxdu sen wotuna xesdexanada yataram” mesajını o, Röyala yazmışdır. Onu yenə danışıq zamanı bıçaqla vurub öldürəcəyi ilə hədələyəndə, o da yazmışdır ki, onun hesabına xəstəxanada yatar, onsuz da həmin ərəfədə yaşamağa yeri olmamışdır. Zərərçəkmiş şəxs bıçaqla vurulub xəsarət alması hadisəsi barədə Röyalın əhatəsində olan bütün şəxslər məlumatlıdır, sadəcə Röyal kriminal insan olduğundan, kriminal aləmə meyilli olduğundan və bunu bilənlər, yəni əhatəsində olan insanlar Röyaldan buna görə qorxduqları üçün heç kim hadisə barədə məlumat vermək istəmir. Röyaldan şikayət edən əslində Elşənin anası olmuşdur, hətta demişdir ki, Röyal onlara ac gələndə öz əlləri ilə yemək bişirib Röyalı yedizdirmişdir, sonra isə Röyal onun balasını bıçaqlamışdır (2-ci cild iş vərəqi 128-132). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid10 ifadə verərək göstərmişdir ki, Şahid9 təxminən 10 ilə yaxındır ki, tanıyır, yaxın rəfiqədirlər. Təqsirləndirilən şəxs Sədircahanın sevgilisi kimi tanıyır. Röyalın ona göstərdiyi münasibəti gördükcə Sədircahana onun tayı olmadığını bildirmişdir. Röyalı cəmi iki dəfə görüb. Röyalın Sədircahanla tez-tez mübahisələri olurdu. Röyal Sədircahanı tez-tez vururdu və ondan pul istəyirdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurması hadisəsi barədə xəbəri yoxdur. Buna baxmayaraq rəfiqəsi Şahid9 ona bir dəfə SMS yazaraq Röyalın öz dostunu bıçaqlamasını bildirmişdir. Həmin SMS-i nə vaxt aldığını və orada hansı adın qeyd olunmasını, ümumiyyətlə insan adının göstərilib-göstərilməməsini xatırlamır. Bu səbəbdən də X1 və ya Zərərçəkmiş şəxs nəzərdə tutmasını dəqiq bilmir. Təqsirləndirilən şəxs Sədircahandan pul alanda dava etməsini, paltar almaq istədiyini və ya kiməsə borcunun olduğunu söyləyirdi. İbtidai istintaqa verdiyi ifadədə nə yazıldığını dəqiq oxumadan imzalamışdır. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Şahid9 təxminən 10 ilə yaxındır ki, tanıyır, yaxın rəfiqədirlər. Təqsirləndirilən şəxs 2-3 ildir ki, tanıyır, yaxın rəfiqəsi Şahid9 sevgilisi kimi tanımışdır, həmin müddət ərzində 3-4 dəfə görmüşdür, normal münasibəti olmuş, ədavət və düşmənçiliyi olmamışdır. Sədircahan yaxın rəfiqəsi olduğundan və Röyalın onunla davranışını gördükdə özü dəfələrlə Sədircahana demişdir ki, Röyal tayı deyil. Zərərçəkmiş şəxs o tanıyır, Röyalın vasitəsilə tanış olmuşdur, bir neçə dəfə birlikdə görüşüb vaxt keçirmişlər, hətta Elşənlə «İnstaqramm» sosial şəbəkədə yazışmışdır. Səhv etmirsə 2020-ci ilin aprel-may ayları olmuşdur ki, Sədircahanla danışığı zamanı ona demişdir ki, «xəbərin var Röyal Elşəni bıçaqla vurub». O bu xəbərdən açığı şoka düşmüş, çünki yaxın dost olduqlarını bilirdi. Təfərrüatları barədə soruşanda Sədircahan bildirmişdir ki, söyüş üstündə Röyal Elşəni vurmuşdur. Xatırladığı qədər bunu ona SMS vasitəsilə yazmışdır. Həmin ərəfədə o atasının istifadə etdiyi (055)805-28-53 mobil telefon nömrəsini işlədirdi, öz nömrəsini istifadə etmirdi, çünki sevgilisi ilə yenicə ayrılmışdır və ona zəng vurmasını istəmirdi. İş materiallarına əlavə edilmiş zənglərin çıxarışına əsasən xx.xx.2020ci il tarixdə saat 23:30-da (055)631-42-86 mobil telefon nömrəsindən (055)828-49-58 mobil telefon nömrəsinə “Röyal bədənimi zadi yandırdı, necə kəlləynən vurdu burnumdan qan acıldı, saxlayamırdım” qısa mesaj göndərilmişdir. Həmin tarixdə saat 00:05-də göndərilmiş “Yox ee, 12-yə kimi mənə vaxt qoymuşdur Rasimi çıxardım ortaya, evdən çıxdım qaçdım, söyüş süydü ki, bıçaqlayacaq” mesajı il bağlı bildirmişdi ki, (055)828-49-58 mobil telefon nömrəsi atasının və ya anasının adına olsa da həmin nömrədən o istifadə etmişdir. (055)631-42-86 mobil telefon nömrəsindən isə yaxın rəfiqəsi “Sədircahan” istifadə etmişdir. Həmin mesajı xatırlayır, ona “Sədircahan” yazmışdır. Mesajla “Sədircahan” ona xəbər vermişdir ki, sevgilisi “Royal” onu döymüşdür, qolunda siqaret söndürmüşdür, başı ilə burnundan vurmuşdur ki, burnundan qan açılmışdır və qanı saxlaya bilmirdi. Röyal tələb etmişdir ki, Rasimi çıxartsın ortalığa. Bilirdi ki, “Rasim” rəfiqəsi “Sədircahan” üçün kirayə ev tutmuşdur və kirayə pulunu ödəmişdir. Röyal bunu bilib qısqanmış və aralarında mübahisə olmuşdur (2-ci cild iş vərəqi 137-138). 01 dekabr 2021-ci il tarixdə məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, Binəqədi RPİ-nin Cinayət-axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Binqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi Şahid13 Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması haqqında qərar daxil olmuşdur. Binəqədi RPİ-dən 40-cı polis bölməsinə təhkim olunan zaman Röyalı bir dəfə saxlamaqla RPİ-yə gətirmiş və ona görə adının Röyal olmasını bilmişdir. Röyalı aparan zaman sonuncu heç nə danışmamışdır. Röyal bildirmişdir ki, zərərçəkmiş şəxsi o vurmayıb. Röyalın tutulması vaxtı əməliyyat müvəkkili kimi köməyə gedib. Əvvəllər Röyalı tanımamış, onun başqa cinayət törətməsi barədə məlumatı olmamışdır. İbtidai istitaq zamanı 14 sentyabr 2020-ci il tarixdə şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 göstərmişdir ki, Binəqədi RPİ-nin Cinayət Axtarış Şöbəsinin kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Binəqədi RPİ-nin Cinayət axtarış şöbəsinə sabiq müstəntiq Şahid13 xx xxxx 1997-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Ağsu rayonu, Gəngərli kəndində qeydiyyatda olamaqla Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması barədə qərar daxil olmuşdur. Belə ki, həmin hadisəyə dair marketin girişində olan müşahidə kamerasının görüntüsü ilə tanış olan zaman məlum olmuşdur ki, 07 mart 2020ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs marketin qarşısında olan pilləkəndə oturmuş, sonradan adını bildiyi Şahid1 idarə etdiyi qara rəngli «VAZ 015» markalı **-RB- *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gələrək özü sükan arxasından düşməklə digər tanışları isə biri ön tərəfdən digəri isə arxa oturucaq tərəfindən düşmüşlər ki, həmin vaxt Şahid1 yerdə oturmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərinə gedib yaxasından dartmaqla sonuncuya fiziki zor tətbiq etmiş, bu zaman adı Röyal kimi məlum olan şəxsin və daha bir nəfər onlarla gələn şəxsin bir kənarda dayanmaları müşahidə olunmuşdur. Şahid1 ilə Zərərçəkmiş şəxs dartışan zaman Röyal həmin şəxslərin ortasına keçmiş və bu zaman mübahisənin olması, həmin vaxt Zərərçəkmiş şəxs əli ilə Royalın baş nahiyəsindən vurması, Royalın isə eyni tərzdə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurması, sonra Şahid1 Zərərçəkmiş şəxs ayıran zaman Royalın əlini atıb arxa sağ cibindən bıçağı çıxartmaqla əlində olan əşyanın yan tərəfinə doğru əlində tutmaqla Elşənlərə yaxınlaşıb Zərərçəkmiş şəxs yan tərəfindən vurması, sonra hadisə iştirakçılarının marketin qarşısından qaranlığa doğru getməsi müşahidə olmuşdur ki, bir neçə saniyyədən sonra həmin 3 nəfər şəxs Zərərçəkmiş şəxs kənara qaçaraq avtomobilə əyləşib həmin ünvandan uzaqlaşmışlar. Həmin şəxsi, yəni Röyalı o polis İdarəsindən 40-cı PB-in ərazisinə təhkim olunan zaman bir dəfə saxlamaqla RPİ-nə gətirmişdir və ona görə adının Röyal olmasını bilirdi. CAŞ-nin sabiq baş əməliyyat müvəkkili polis kapitanı İntiqam Umudovun və onun iştirakı ilə keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı 01 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ünvan 2 ünvanın qarşısında saxlanılaraq Binəqədi RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsini etiraf etmiş və əməlindən peşman olmasını bildirmişdir. Qeyd edilən cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və analoji əmələ görə 2020-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən CM-in 126-ci madəsi ilə təqsirli bilinib məhkum olmuşdur (1-ci cild iş vərəqi 91-93). Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi 14 sentyabr 2020-ci il tarixli ifadəsi elan olunduqdan sonra Şahid3 bildirmişdir ki, həmin ifadə həqiqətə uyğun deyil, o, elə ifadə verməmişdir, dindirilmə protkolundakı imzalar onun tərəfindən icra olunmayıb. Şahid qismində dindirilmiş Şahid3 onun dindirilməsi protkolundakı imzaların ona məxsus olmaması barədə göstərdiyi xüsusatın yoxlanılması üçün dövlət ittihamçısının vəsatəti əsasında təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizası üzrə 26 yanvar 2022-ci il tarixli 4/1828 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş 14 sentyabr 2020-ci il tarixli şahidin dindirilməsi protokolunda Şahid3 adından olan imzalar və «İmza» qrafasının qarşısındakı imza - Şahid3 tərəfindən icra olunmuşdur. 15 aprel 2022-ci il tarixdə Şahid3 iştirakı ilə keçirilən məhkəmə iclasında 26 yanvar 2022-ci il tarixli məhkəmə-xətşünaslıq eksperizası üzrə ekspert rəyi elan edilmiş və Şahid3 ilə təkrarən şahid qismində dindirilmiş və göstərmişdir ki, eksper rəyində göstərilən nətiəcələr ilə razıdır, 14 sentyabr 2020-ci il tarixli şahidin dinidirilməsi protkolundakı imzalar ounun tərəifndən icra olunmuşdur, 01 dekabr 2021-ci il tarixdə məhkəmə iclasında verdiyi ifadədə dediyi kimi, Təqsirləndirilən şəxs tutaraq ibtidai istintaq orqanına təhvil vermişdir. O, Röyalı təxminən 15 dəqiqə görmüşdür. Müstəntiq isə onu uzun müddət dindirib. Bu səbəbdən də təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs ilə olan söhbətini xatırlamır. Əvvəlki məhkəmə iclasında verdiyi ifadədən fərqli olaraq, Bakı şəhər Baş Polis İdarəsində müstəntiq Şahid12 verdiyi ifadəni təsdiq edir, lakin həmin ifadəni çoxdan verdiyinə görə məzmunu yadında deyil. Məhkəmə iclasında təkrar elan edilən həmin ifadəni özünün verdiyini bildirmiş, imzaların ona aid olmasını və məzmununun həqiqətdən ibarət olmasını təsdiq etmişdir Buna baxmayaraq Təqsirləndirilən şəxs ona konkret nə dediyi yadında deyil və bu barədə heç nə deyə bilmir. Polis orqanlarında tutduğu vəzifənin səlahiyyətləri tutulan şəxsi dindirmək və ondan ifadə almağı əhatə etmir və Cinayət Prosessual Məcəlləsində də onun belə hüququ nəzərdə tutulmayıb. xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cinayət işinin materiallarında olan dindirmə protokolundakı imzaların ona məxsus olmadığını yalan demişdir, əslində ekspert rəyində göstərildiyi kimi imzalar onun özünə aiddir. Məhkəmə zamanı Təqsirləndirilən şəxs tarixli tutma protokolundakı imzanın onun tərəfindən icra olunmamasını göstərmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmənin qərarı ilə təyin edilmiş məhkəməxətşünaslıq ekspertizası üzrə 01 sentyabr 2022-ci il tarixli 4/1225 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs eksperimental imza nümunələri ilə Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsində “vəsiqə sahibinin imzası” qrafasındakı imza - eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işinin 1-ci cildinin 37-ci vərəqində olan axtarışda olan şəxsin tutulmasına dair protokolda “M. Tahirzadə” sözünün qarşısındakı imza - Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş cinayət işinin 1-ci cildinin 37-ci vərəqində olan axtarışda olan şəxsin tutulmasına dair protokolda “R. Şahmuradov” sözünün qarşısındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. 11 oktyabr 2022-ci il tarixidə qeyd edilən məhkəmə-xətşünaslıq ekspertizası üzrə 01 sentyabr 2022-ci il tarixli 4/1225 saylı ekspert rəyi ilə əlaqədar məhkəmə iclasında təkrarən dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsində olan “axtarışda olan şəxsin tutulması haqqında” protokolda olan imza onun tərəfindən icra olunmuşdur. Ümumiyyətlə o, tez-tez imzasını dəyişir. Məsələn, şəxsiyyət vəsiqəsində olan imza ilə sürücülük vəsiqəsindəki imzalar kəskin fərqlənirlər. Həmin protokolu o, Binəqədi RPİ-nin sabiq baş əməliyyatçısı İntiqam Umudovun yanında imzalamışdır. İntiqam Umudovun daxili işlər orqanları sıralarından xaric olunması barədə məlumatı var. Təqsirləndirilən şəxs tutaraq Binəqədi RPİ-yə gətirən zaman sonuncu ona könüllü şəkildə bildirmişdir ki, “yekəbaş” adlandırdığı Zərərçəkmiş şəxs o özü vurub, vurulmalı adam olduğuna görə yaxşı edib vurub. Onun tutduğu şəxsləri dindirmək səlahiyyəti yoxdur və Təqsirləndirilən şəxs dindirməmiş, lakin Röyal hadisəni özü, könüllü danışmışdır. Əvvəlki məhkəmə iclaslarında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi barədə hadisəni ona danışmasını xatırlamamasını həmin vaxtlarda boksla məşğul olması və bu səbəbdən unutması ilə əlaqələndirir. Təqsirləndirilən şəxs cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsində olan “axtarışda olan şəxsin tutulması haqqında” protokolu onun gözünün qarşısında imzalamışdır. İmzalayan zaman Təqsirləndirilən şəxs onun gözünün içinə baxaraq dişini qıcamış, bu səbəbdən ola bilsin Şahmuradovun imzası fərqli alınmışdır. Cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsində olan “axtarışda olan şəxsin tutulması haqqında” protokolunu cinayət işi məhkəmənin icraatında daxil olduqdan sonra görməsə də, əmindir ki söhbət onun imzaladığı həmin protokoldan gedir və onu heç kim dəyişdirməyib. Belə ki, Binəqədi RPİ-də heç vaxt sənədlər saxtalaşdırıla və dəyişdirilə bilməzdi. Həmin cinayət işi sonradan Bakı şəhər Baş Polis İdarəsinin icraatında olsa da, o əmindir ki, həmin protokol yerindədir. Cinayət işinin 1-ci cildinin 37-ci vərəqəsində olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoluna hazırki məhkəmə iclasında baxaraq təsdiq edir ki, orada olan imzalar onun özü və Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşlar. Bakı şəhər Baş Polis İdarəsində dindirilən zaman dindirmə protokolunda, məhkəmədə ifadə verəndən öncə imzalanmış şahidin iltizamında və eksperimental nümunələrdə olan imzalarının biri-birindən kəskin fərqlənməməsi barədə fikirlə razı deyil, bu səhv fikirdir, o tez-tez imzalarını dəyişir. Məhkəmə zamanı şahid qismində dindirilmiş Binəqədi RPİ-nin 7-ci PB-də Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadə verərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilmişdir. Biz onu dindirməyə getdik, amma özündə deyildi və bizimlə danışa bilmədi. Zərərçəkmiş şəxs hardasa belə üstüörtülü danışırdı, mənasını dəqiq bilə bilmirdim. Qabaqlar onlar Röyalla dost olublar, səhv etmirsə, Elşən şifahi söhbətdə dedi ki, o, 30 nömrəli məktəbin hasarından yıxılıb, Elşən bu sözləri sonuncunu istintaq orqanına gətirilməsini təmin edəndə deyib, hadisədən 1-2 ay sonra Binəqədi RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi Şahid15 əməliyyat tapşırığına əsasən Zərərçəkmiş şəxs istintaq orqanına gətiriliəsinin təmin edilməsi məqsədi ilə sonuncunu 7-ci Polis Bölməsinin rəisini həmin vaxt əvəz edən Ramin Mehdiyevin qəbuluna gətirmiş, Ramin Mehdiyevlə söhbət edən zaman Təqsirləndirilən şəxs tərəfindən ona bıçaq xəsarəti yetirilməsi barədə deməsini eşitmişdir. Elşən ibtidai istintaqa gəlmirdi, hadisə mart ayında olmuşdur. Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinin rəisi Tuncay Abbasovun xx.xx.2022-ci il tarixli ***-**** saylı məktubunda Zərərçəkmiş şəxs təmin edilməsinə dair əməliyyat tapşırığının daxil olmaması barədə yazılı məlumatı Tuncay Abbasovun qeyd edilən əməliyyat tapşırığı verildikdən sonra rəis təyin olunması ilə əlaqələndirirəm.. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 07 mart 2020-ci il tarixdə Binəqədi RPİ-nin 7-ci polis bölməsində əməliyyat qrupunda olmuş və həmin gün onunla qrupda təhqiqatçı Məsud Qarayev və sahə inspektoru olmuşdur. Hadisədən uzun müddət keçməsinə görə həmin şəxsin adını xatırlamır. 07 mart 2020-ci il tarixdə növbətçi hissədən KTM-dən ünvan 4 ünvanıda yaşayan Zərərçəkmiş şəxs döş qəfəsinin kəsilmiş yarası ilə X17 müraciət etməsi barədə məlumat daxil olmuşdur. Dərhal baş vermiş hadisə ilə əlaqədar olaraq əməliyyat qrupu KTM-ə yola düşmüş, Zərərçəkmiş şəxs səhətti ilə əlaqədar dindirilməsi mümkün olmamışdır. Növbəti gün isə yenə KTM-ə gedən zaman Zərərçəkmiş şəxs bildirmişdir ki, “yaşadıqları evin qarşısında olan kafedə dostu Şahid1 ilə birlikdə çörək yemiş və bir qədər spirtli içki qəbul etmişdir, daha sonra kafe bağlanmış, Şahid1la kafenin qarşısında mübahisəsi olmuş, sonra Şahid1 həmin ünvandan uzaqlaşmış, bir neçə dəqiqdən sonra məhəllənin girişində olan «Məhəllə» marketin qarşısında olan pilləkəndə oturan zaman Şahid1 idarə etdiyi avtomobillə Röyal adlı dostu və tanımadığı daha bir nəfər şəxslə həmin ünvana gəlmiş, marketin qarşısında Şahid1 onun ünvanına söyüş etməsinə görə aralarında mübahisə olmuş və sonuncu ilə dartışan zaman bir-birlərinə fiziki zor tətbiq etmişlər, bu zaman dostu Röyal araya girib onları ayıran zaman ona «peysər» deməsinə görə əli ilə Royalın baş nahiyəsinə sillə vurmuş, Röyal da onun baş nahiyəsindən sillə vurmuşdur, həmin vaxt Şahid1 onu qucaqlayıb bir qədər kənara çəkmiş, tanımadığı şəxs isə Royalın qarşısına keçmiş, həmin vaxt Royalın təkrar olaraq ona yaxınlaşıb əlində olan iti kənarlı əşya ilə Şahid1 onu tutmasından İstifadə edərək qarın nahiyəsindən vurub xəsarət yetirmiş, həmçinin bədənin digər nahiyələrindən də dartışma zamanı xəsarət almışdır”. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin ünvanda olan «Məhəllə» marketin girişində olan müşahidə kamerasından 07 mart 2020-ci il tarixdə saat 01:30 radələrində olan görüntünü çıxartmış və görüntünü CD diskdə istintaqa təqdim etmişdir. Həmin görüntü ilə tanış olan zaman Zərərçəkmiş şəxs marketin qarşısında olan pilləkəndə oturması və Şahid1 idarə etdiyi qara rəngli «VAZ 21015» markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin ünvana gəlməsi, özünün sükan arxsından düşməklə digər tanışlarının isə biri ön tərəfdən digəri arxa oturucaq tərəfdən düşmələri, həmin vaxt Şahid1 yerdə oturmuş vəziyyətdə olan Zərərçəkmiş şəxs üzərinə gedib sonuncunu yaxasından tutmaqla fizikir zor tətbiq etməsi, bu zaman Röyal adlı şəxsin və daha bir nəfər şəxsin kənarda dayanmaları müşahidə olunmuşdur. Şahid1 ilə Zərərçəkmiş şəxs dartışan zaman Röyal həmin şəxslərin ortasına keçir və bu zaman nəsə mübahisə olması, həmin vaxt Zərərçəkmiş şəxs əli ilə Royalın baş nahiyəsindən vurması, Royalın da eyni tərzdə Zərərçəkmiş şəxs baş nahiyəsindən vurması, Şahid1 Zərərçəkmiş şəxs ayıran zaman Röyal əlini atıb arxa sağ cibindən bıçağı çıxarmaqla əlində olan əşyanın yan tərəfinə doğru əlində tutmaqla yaxınlaşıb Zərərçəkmiş şəxs yan tərəfindən vurması daha sonra isə hadisənin marketin qarşısından qaranlığa doğru getməsi müşahidə olmuşdur ki, bir neçə saniyyədən sonra həmin 3 nəfər şəxs Zərərçəkmiş şəxs bir kənara qaçaraq avtomobilə əyləşib həmin ünvandan uzaqlaşmışlar. Hadisədən sonra qeyd edilən faktın açıq olması və həmin əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur, toplanmış materallar istintaqa göndərilmiş və istintaq tərəfindən Təqsirləndirilən şəxs axtarışı elan edilmişdir. Həmin şəxslər məhəllə uşaqları olmaqla bir-birini ifşa etməmə prinsipi ilə yaşamalarına görə ilk öncə ona xəsarətin Röyal tərəfindən bıçaqla yetirilməsini bildirdiyi halda Zərərçəkmiş şəxs sonradan həmin xəsarəti özü-özünə yetirməsi kimi absurd ifadə vermişdir. Qeyd edilən cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən törədilmiş və sonuncu analoji əmələ görə 2020-cİ il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 126-ci madəsi ilə məhkum olmuşdur (1-ci cild iş vərəqi 86-89). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərmişdir ki, hərbi xidmətdə Təqsirləndirilən şəxs ilə bir yerdə xidmət etmişlər. Sonradan bir neçə dəfə görüşüblər. Təqsirləndirilən şəxs həbs olunmamışdan əvvəl də Röyalın qardaşı X5 görmüşdür. Salamlaşdıqdan sonra Röyalın harada olduğu ilə maraqlanmışdır. Röyalın qardaşı Xəyal “Röyalı şərləyiblər. Tutulub” deyə cavab vermişdir. Təqsirləndirilən şəxs hansı səbəbədən tutulması barədə soruşsa da, Xəyal Şahmuradov ətraflı məlumat verməmiş, sadəcə şərlənərək həbs olunduğunu söyləmişdir. Xəyal Şahmuradovla “20 Yanvar” metrostansiyasının yanında təsadüfən görüşmüşlər. Üzdən Röyalın qardaşı kimi tanısa da, həmin vaxt adını da dəqiq bilməmişdir. İbtidai istintaqa şahid kimi cəlb olunub Bakı şəhər Baş Polis İdarəsinin müstəntiqi tərəfindən dindirilən zaman da eyni ifadəni vermiş, lakin kompüterdə yazılmış ifadənin məzmununu oxumadan təsdiq etmiş və imzalamışdır. Müstəntiqdən ifadəsinin olduğu kimi düzgün yazılıb-yazılmamasını soruşduqda müsbət cavab aldığına görə sonuncuya inanmış və yoxlamaq üçün oxumağı lazım bilməmişdir. Xəyal Təqsirləndirilən şəxs kimisə bıçaqlaması barədə ona heç nə deməmişdir. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid7 ifadəsində göstərmişdir ki, (077) 457-58- 87 mobil nömrəsini 3-4 ay müddət olar ki, öz adına mağazadan almışdır. Təqsirləndirilən şəxs 2015-2016-cı il tarixlərində Ağdam rayonunda hərbi xidmətdə olan zaman tanımış və dostluq münasibəti yaranmışdır, onlar əsgər yoldaşı olmuşlar. Hərbi xidmətdən sonra belə onların yaxın münasibəti olmuş və hərbi xidmət zamanı onlar bir-birinin istifadəsində olan mobil telefonları götürmüşlər. Hərbi xidmətdən sonra Royalın nə işlə məşğul olmasını bilməmiş, Royalla o hərbi xidmətdən sonra Yasamal rayonunda özünün zəngindən sonra görüşmüşdür. O etiraf etmişdir ki, bir neçə dəfə nəşə və patı qəbul etmişdir. Belə ki, o ildə bir dəfə qonaqlıq zamanı qəbul edir, lakin buna pul xərcləmir və qonaqlıqda olan tanışlar tərəfindən həmin vasitələr gətirilir. Dəqiq olaraq kim tərəfindən gətirilməsini xatırlamır. Bir neçə ay öncə Təqsirləndirilən şəxs qardaşı Xəyal Şahmuradov ilə 20 yanvar adlanan yerdə təsadüfən görüşmüş və görüş zamanı Xəyal bildirmişdir ki, müharibədə olmuşdur, bir müddət olar ki, qayıtmışdır. Həmçinin ona bildirmişdir ki, Təqsirləndirilən şəxs bir nəfər tanımadığı şəxsi bıçaqlamasına görə həbs olunmuşdur və hazırda X2. Lakin o hadisənin dəqiq olaraq necə baş verməsi ilə maraqlanmamışdır, Zərərçəkmiş şəxs və Şahid1 tanımır (2-ci cild iş vərəqi 59-61). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs rəfiqəsi Şahid9 sevgilisi kimi tanıyır. Röyalın Sədircahandan tez-tez pul aldığını bilib. Təqsirləndirilən şəxs kimisə bıçaqlaması barədə heç nə bilmir. Rəfiqəsi Şahid9 həmin vaxt şəxsiyyət vəsiqəsi üzərində olmadığına görə onun adına aldığı “(055)631-42-86” mobil telefon nömrəsinə görə şahid kimi ibtidai istintaqda dindirilmişdir. İbtidai istintaqa verdiyi ifadəsini oxumadan imzalamışdır. İbtidai istintaq orqanı tərəfindən kompüter vasitəsilə tərtib olunmuş şahidin dindirilməsi protokolunda olan “Cahandan nə məsələ olduğunu soruşanda bildirmişdir ki, Röyal bıçaqla adam vurmuşdur, indi isə böyük problemi vardır” cümləsi onun sözləri ilə yazılmamışdır. Müstəntiq ifadəni oxumağı ona qadağan etməmiş, onun belə bir imkanı olmuş, lakin oxumağı lazım bilməmişdir. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 ifadəsində göstərmişdir ki, «Cahan» adlı, təxminən 21 yaşı, əslən Ermənİstanlı olan qızla o ümumi tanışları «Rəna» və «Aytac» vasitəsilə tanış olmuşdur. Belə ki, tanışlıq ərəfəsində, yəni təxminən 2 il bundan əvvəl «Cahan» adlarını qeyd etdiyi «Rəna» və «Aytac» adlı qızların yanında kirayədə qalırdı. Sonra onun yanına köçmüş və bir mənzildə yaşamağa başlamışlar. «Cahan»ın soyadını və ata adını unutmuşdur. «Cahan» bir neçə ay onun yanında qalmış, sonra isə başqa ünvana köçmüşdür. «Cahan»ın onun yanında qalması təxminən 2020-ci ilin fevral-aprel aylarına təsadüf etmişdir. Təqsirləndirilən şəxs «Cahan»ın sevgilisi kimi tanımış, münasibəti yaxşı olmuş, sonuncu ilə 2 dəfə görüşmüşdür, bir dəfə onun «Cahan»la birgə yaşadıqları evə gəlmişdir, «Cahan»la görüşüb söhbət etmişdir, 2-ci dəfə isə bir müddət sonra «Niva» markalı avtomobillə gəlib «Cahan»ı götürərək harasa getmişlər. «Cahan»ın istifadəsində olmuş (055)631-42-86 mobil telefon nömrəsinə gəldikdə bildirmişdir ki, həmin nömrə onun adına olsa da nömrədən “Cahan” istifadə etmişdir. Belə ki, həmin ərəfədə, yəni 2020-ci ilin fevral-mart aylarında “Cahan” ondan şəxsiyyət vəsiqəsini xahiş edərək özünə mobil telefon nömrəsi almaq istədiyini bildirmiş və o, razılıq vermişdir. “Cahan”da onun adına (055)631-42-86 mobil telefon nömrəsini alıb özü işlətməyə başlamış, sonra nömrəsini dəyişmiş və hazırda işlətdiyi nömrə (077) ***-**-** dür. 2020-ci ilin mart ayının ortalarına yaxın “Cahan” evdə olan vaxt sonuncunun həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşmuş, “Cahan” bildirmişdir ki, sevgilisi olan “Royal” işə düşmüşdür. O, “Cahan”dan nə məsələ olduğunu soruşanda isə bildirmişdir ki, Röyal bıçaqla adam vurmuşdur, indi isə böyük problemi vardır. Artıq həmin ərəfədən başlayaraq “Cahanla Röyalın münasibətləri pisləşməyə başlamış və sonra ayrılmışlar. Bundan başqa onun heç bir məlumatı yoxdur. Sonra “Cahan” da onun yanından köçmüş və hazırda Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Qardaşlar marketin yaxınlığında yaşayır, münasibəti yaxşıdır və əlaqəsi indi də vardır, hətta dünən danışmışdır., Röyalın bıçaqla adam vurduğunu o “Cahan”ın sözlərindən 2020ci ilin mart ayının ortalarına yaxın, birgə kirayədə yaşadıqları evdə bilmişdir. Daha doğru məlumatı, yəni bu hadisənin təfərrüatları barədə məlumatı “Cahan” verə bilər, çünki Röyal ilə sevgili olmuşdur və Röyal haqqında, həmçinin baş vermiş həmin hadisə barədə ondan daha çox məlumatı vardır. O isə özünə aidiyyəti olmadığından və maraqlı olmadığından həmin hadisənin necə və hansı şəraitdə baş verməsi barədə “Cahan”dan soruşmamışdır (2-ci cild iş vərqəi 125-126). Məhkəmə zamanı şahid qismində dindirilmiş Şahid11 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun məhəllə uşağıdır, idmançı olduğunu bilir. Özü hal-hazırda həbsdədir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək məhkum olunmuşdur. Təqsirləndirilən şəxs ona çoxdan mesaj yazaraq bıçağın qaytarılmasını tələb etmişdir. Təqsirləndirilən şəxs adam bıçaqlaması, polisdə işinin olması, məhkum olması barədə ona heç nə deməyib. İbtidai istintaqı aparan müstəntiq Bakı İstintaq Təcridxanasında onunla görüşərək özünün kompüterdə yazdığı ifadəni imzalamağı ona təklif etmiş, əks halda təqsirləndirildiyi cinayət işi üzrə ona problem yaradacağı ilə hədələmiş, o da dindirmə protokolunda olan həqiqəti əks etdirməyən ifadəni imzalamışdır. Təqsirləndirilən şəxs narkotik maddə istifadə etməsi barədə məlumatı yoxdur. İbtidai istitaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid11 ifadəsində göstərmişdir ki, barəsində olan cinayət işi üzrə ibtidai istintaq Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində sabiq müstəntiq Etibar Balakişiyev tərəfindən aparılmışdır. Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir, lakin sonradan Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə azad edilmiş və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləndən sonra axtarışa elan edilmiş və xx.xx.2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına yerləşdirilmişdir. (055)972-30-12 mobil telefon nömrəsi əmisi oğlu X9 adına olmasına baxmayaraq həmin nömrdən o istifadə etmiş və onun işlətdiyi mobil telefon nömrəsi olmuşdur. Təqsirləndirilən şəxs təxminən 2 il bundan əvvəl tanımış, ümumi tanışları «Orxan» adlı şəxsin vasitəsilə tanış olmuş, ilk dəfə olaraq Röyal ilə «Sahil» metrostansiyasının yaxınlığında yerləşən «AFF MALL» ticarət mərkəzinin qarşısındakı parkda görüşmüş və orada gəzişmişlər, beləliklə münasibətləri yaranmışdır. Tanışlığın əsas səbəbi ondan narkotik vasitə almaq istəməsi olmuşdur və sonrakı müddətdə Röyala narkotik vasitə satmışdır, əsasən «Kola» və ya «Kakos» adlandırılan narkotik vasitə satmışdır, hətta bir neçə dəfə birlikdə həmin narkotik vasitədən qəbul etmişlər. (077)757-72-71 mobil telefon nömrəsinin kimə məxsus olmasını bilmir, lakin həmin nömrədən Təqsirləndirilən şəxs istifadə etmişdir. Cinayət işinə əlavə edilmiş zənglərin çıxarışına əsasən 20 may 2020-ci il tarixdə saat 16:51-də ***-***-**-** mobil telefon nömrəsindən (055)972- 30-12 mobil telefon nömrəsinə «Rail mənəm Röyal mənə yığ sroçnu» qısa SMS-i Röyal ona yazmışdır. Hazırda həmin SMS-lə ondan nə istədiyini dəqiq olaraq xatırlaya bilmir, lakin böyük ehtimalla ondan narkotik vasitə almaq istəmişdir, buna görə onunla danışmaq üçün SMS göndərmişdir, belə ki, bəzən nömrəni sönülü saxlayırdı, bəzən daxil olan zəngləri bloka qoyurdu, bu səbəbdən ona SMS yazmışdır. xx.xx.2020-ci il tarixdə saat 20:30-da ***-***-**-** mobil telefon nömrəsindən (055)972-30- 12 mobil telefon nömrəsinə «Ay Rail bu günə o bıçaq çatmasa yaxşı olmayacaq» qısa SMS-lə bağlı bildirir ki, həmin ərəfədə, yəni 2020-ci ilin yaz aylarında Röyal ondan narkotik vasitə alaraq pul əvəzi kimi ona bir ədəd suvenir xəncəl vermişdir. Daha sonra Röyal bildirmişdir ki, həmin xəncəl oğurluq mal olmuşdur, belə ki, kiminsə evindən oğurlanmışdır və buna görə bir nəfər tanışı tutulmuşdur. Röyal bildirmişdir ki, xəncəli qaytarmaq lazımdır və pulunu ödəyib xəncəli qaytarmaq istəyir. O da razılaşmışdır. Sonra böyük ehtimalla Röyal bir neçə dəfə ona zəng vurmuşdur, götürmədiyinə görə və ya telefonu sönulu olduğuna görə, yaxud daxil olan zəngləri bloka qoyduğu üçün bu məzmunda SMS ona göndərmişdir. Həmin xəncəlin tutacağı nikel dəmirdən olmuşdur, üzərində çoxsayda naxışlar olmuşdur, tiyəsi isə bir qədər aypara şəklində olmuşdur. Həmin xəncəli o Röyala qaytarmışdır. xx.xx.2020-ci il tarixdə saat 22:54-də ***-***-**-** mobil telefon nömrəsindən (055)972-30-12 mobil telefon nömrəsinə «Rail aç bıçağa görə yığmamışam» qısa SMS göndərilməsi ilə bağlı bildirmişdir ki, onun Royalla əlaqəsi bir qayda olaraq narkotik vasitə ilə bağlı olmuşdur. Dəqiq xatırlamır, lakin böyük ehtimalla Röyal ondan narkotik vasitə almaq üçün əlaqə yaratmaq istəmişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından sonrakı müddətdə hər hansı bir hüquq pozuntusu törətməsi, problemlə üzləşməsi, işinin polisə düşməsi və ya bu kimi müstəvidə söhbətlər aparıb-aparmaması ilə bağlı bildirir ki, dəqiq tarixi yadında deyil, 2020-ci ilin yaz aylarında, ola bilsin ki, mart-aprel aylarında Royalla danışığı zamanı xatırlayır ki, Röyal ona bildirmişdir ki, adam bıçaqlayıb. O, Royaldan hadisənin hallarını soruşmamış, Röyal özü də ona bildirməmiş, çünki çox yaxın münasibəti olmamışdır. Röyal ona sadəcə demişdir ki, iş polisdədir, həll etməyə çalışır. Səhv etmirsə birlikdə narkotik vasitə qəbul etdikləri zaman Röyal bunu ona demişdir. Başqa bir şey bilmir, çünki qeyd etdiyi kimi çox yaxın münasibəti olmamışdır, münasibətləri yalnız narkotik vasitə ilə bağlı olmuşdur, ondan narkotik vasitə alırdı, bəzən birlikdə qəbul edirdilər (2-ci cild iş vərəqi 213-215). Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Şahid14 ifadə verərək göstərmişdir ki, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə müstəntiqi vəzifəsində işləyir, polis polkovnik-leytenantıdır. Cinayət işinin bütün detalları yadında deyil. Onu deyə bilər ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə aparılmış telefon danışıqları və mesajları ələ keçirildikdən sonra maraq doğuran şəxslərin dairəsi müəyyən edilmiş və onların ifadələri alınmışdır. Təqsirləndirilən şəxs ilə yaxın münasibətdə olmuş Şahid9 ifadəsi alınmış və sonuncu bildirmişdir ki, Təqsirləndirilən şəxs başqa şəxsə bıçaqla xəsarət yetirmişdir, hətta zərər çəkmiş şəxsin tibbi xərclərinin qarşılanması üçün Təqsirləndirilən şəxs ondan dəfələrlə pul da istəmişdir. Həmçinin əldə edilmiş SMS yazışmalarından dolayı şəkildə müəyyən olunmuşdur ki, zərər çəkmişə xəsarəti məhz təqsirləndirilən şəxs yetirmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaxın münasibətdə olmuş Şahid9 rəfiqələri də ifadə verərək Təqsirləndirilən şəxs bədənə qəsdən ağır xəsarət yetirilməsi hadisəsinin törədilməsi barədə xəbərləri olduqarını bildirmişlər. Bu səbəbdən də ibtidai istintaq orqanı tərəfindən toplanmış mötəbər sübutların məcmusu ilə bu cinayət hadisəsinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübut olunmuşdur. Bundan sonra cinayət işi Bakı şəhər prokurorluğuna görəndilmiş və ittiham aktı təsdiq edilmişdir. Həqiqətən də (070) ***-**-** mobil telefon nömrəsi Təqsirləndirilən şəxs tərəfindən şəxsiyyət vəsiqəsi təqdim olunmadan və öz adına qeydiyyata alınmadan əldə olunmuş və istifadə olunmuşdur. Bu faktı onunla faktiki nikah münasibətlərində olmuş Şahid9 da öz ifadəsində təsdiq etmişdir. Bu səbəbdən də xx.xx.2020 tarixində Zərərçəkmiş şəxs “***-***-**-**” mobil telefon nömrəsinə göndərdiyi “Oz sozuvunde, senden qan pulu gozleyeninde oz payına varyoxun ****** naxLka atanında. Gonderdiyin puluda ozuve qaytardim. Menim qanımı sen almisansa sen qorxub gizlenen men oğlan senin usduve gelenleri qabağına çıxanların biri olmuşam. Men de qan pulu gonderecem sene qeyretin olsa goturmersen.demirsen picax cixartdun birinci elin picaxa atanında qeyretin ******kimde bilmese Allah ve elin birinci picaxa atan bilir.heqiqeti.get ******.men ne cur eledimse.xestexana ve it xana vaxti çatanda senin payiva elemeyende bi qeyret olar.ya allah kime verer verer” məzmunlu SMS zərərçəkmiş tərəfindən şəxsən Təqsirləndirilən şəxs göndərilmişdir. Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadələri tərəfindən olduğu məzmunda dindirmə protokoluna kompüter vasitəsilə yazılmışdır. Sədircahanın hansı səbəbdən məhkəmədə fərqli ifadə verməsi ona məlum deyil. Şahid9 zərərçəkmiş şəxsə zəng etməsi, sonuncunun ona özünün özünə xəsarət yetirməsi, təqsirləndirilən şəxsin Şahid9 bu səbəndən Şahmuradova pul verməkdən imtina etməsi və bu zəmində aralarında mübahisənin yaranması barədə ifadəni Şahid9 ibtidai istintaqa yəqin verməmişdir. O, Şahid9 evindən çıxarıb Bakı şəhər Baş Polis İdarəsinə aparmamışdır, bu barədə hər hansı sübut yoxdur. Sonuncu ibtidai istintaqa dəvət olunmuş və ifadəsi alındıqdan sonra sərbəst buraxılmışdır. Şahid9 kompüter vasitəsilə yazılmış ifadəsini oxumaq üçün şəraitin yaradılmaması və təzyiq altında imzalaması barədə verdiyi məlumat həqiqətə uyğun deyil. Sədircahan öz ifadəsi ilə tanış olduğunu və təsdiq etdiyini öz imzası ilə təsdiq etmişdir. Dindirilmiş şahidlərlə təqsirləndirilən şəxsin ifadələri arasında olan əhəmiyyətli ziddiyyətlərin olmasına baxmayaraq istintaq orqanı belə qənaətə gəlmişdir ki, üzləşdirmə istintaq hərəkərinin keçirilməsi üçün zərurət yoxdur. İfadəsini aldığı şahidlərin mütləq əksəriyyətinin Təqsirləndirilən şəxs qarşı məhkəmədə ifadə verməmələri və Röyalın mənafeyinə zidd olan hissədə ifadələrindən imtina etmələrini onunla əlaqələndirir ki, onlar Təqsirləndirilən şəxs qorxurlar və ya hər-hansı başqa səbəb var. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Şahid12 ifadə verərək göstərmişdir ki, əvvəllər Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində müstəntiq vəzifəsində işləmiş və Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi onun icraatında olmuşdur. Hal-hazırda Bakı şəhər Suraxanı rayon Polis İdarəsinin İstintaq Şöbəsində xidmətini davam etdirir. Məhkəmə-tibb eksperti Şahid4 şahid qismində dindirmək üçün zərurət ondan yaranmışdır ki, ekspertiza rəyində Röyal adı əks olunmuşdur. Bu səbəbdən də zərərçəkmiş şəxsin müayinəsi zamanı ekspertə dediklərini aydınlaşdırmaq üçün məhkəmə-tibb eksperti Şahid4 dindirmişdir. Həmin şahid də ibtidai istintaqda Zərərçəkmiş şəxs ekspertiza müayinəsindən keçən zaman ona xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini dediyini bildirmişdir. Şahid4 məhkəmədə istintaqa verdiyi ifadədən fərqli ifadə verməsinin səbəbləri ona məlum deyil. Şahid4 kompüterdə yığılmış ifadəsini oxumaması, həmin gün özünü pis hiss etməsi barədə gətirdiyi dəlillər də əsassızdır. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə zamanı əlavə şahid qismində dindirilmiş Şahid15 ifadə verərək göstərmişdir ki, Binəqədi RPİ-nin İstintaq Şöbəsində müstəntiq vəzifəsində işlədiyi zaman vətəndaş Zərərçəkmiş şəxs ağır xəsarət alması barədə məlumat daxil olmuş, həmin faktla bağlı tərəfindən cinayət işi başlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs ifadəsi alınsa da, ittiham elan olunması üçün kifayət qədər sübut olmadığına görə 48 saatdan sonra sərbəst buraxılmış, lakin barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Sonradan sübutların kifayət etməməsi səbəbindən tərəfindən cinayət işinin icraatına xitam verilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zaman ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 Psixanova göstərmişdir ki, 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. 2020-ci ilin mart ayının dəqiq xatırlamadığı günündə Zərərçəkmiş şəxs dayısı oğlu, hazırda ölmüş Zöhrab ona zəng edərək Elşən X3masını bildirmişdir. O Zərərçəkmiş şəxs baş çəkmək üçün ora getmiş və sonuncu həmin vaxt palataya köçürülmüşdür. O, xəstəxanda olan zaman Elşənin qarın nahiyəsindən xəsarət almasını görmüş və nə zaman xəsarət almasını xəbər alanda Elşən narkozun təsiri altında olduğundan cavab verə bilməmişdir. O, Elşənin yanında təxminən 5-10 dəqiqə qalmış və sonra evinə getmişdir. Sonra mütəmadi olaraq Elşənə xəstəxanda baş çəkmişdir. Zərərçəkmiş şəxs istifadəsində həmin ərəfədə (055) *** ** ** nömrəsi olmuşdur və həmin nömrə ilə daimi Elşənlə yazışmışdır. Həmin ərəfədə Elşəni sevmişdir. Şahid1 və Təqsirləndirilən şəxs o bir-iki dəfə Zərərçəkmiş şəxslə çay içən zaman və avtomobillə Zərərçəkmiş şəxs yanına gedən zaman da görmüşdür. Şahid6 Psixanovanın məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli AZ1113/********** saylı teleqramda göstərmişdir ki, ağır əməliyyat keçirdiyinə görə məhkəməyə gəlmək və ifadə vermək imkanı yoxdur. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq edir və əlavə olaraq qeyd edir ki, Elşən xəstə olduğu zaman ona hər dəfə zəng edəndə qohumu Zöhrab cavab verib. Elşən əvvəldən ona özünün özünə xəsarət yetirdiyini demişdi. Spirtli içkiyə hədsiz meylinin olduğuna görə onunla ayrılmış və əlaqəsi yoxdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 göstərmişdir ki, “Məhəllə market” onlara məxsus olmaqla Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Masazır küçəsi, 1 ünvanında yerləşir. Marketin girişində 3 pilləli pilləkən vardır. Marketdə müşahidə kamerası quraşdırılmışdır ki, içərini və çölü əhatə edir. 07 mart 2020-ci il tarixdə ərazi üzrə polis əməkdaşları ona müraciət edərək saat 01 radələrində marketin qarşısında bıçaqlama hadisəsi baş verməsini bildirmişlər. O da kameralara baxanda həmin radələrdə bir nəfərin pilləkən üzərində oturmasını, daha sonra “VAZ-21015” markalı avtomobilin gəlməsi, avtomobildən düşmüş şəxslərin pilləkən üzərində oturan şəxslə dartışması, bir-birinə fiziki zor tətbiq etməsi və həmin şəxslərdən birinin cibindən bıçaq çıxardaraq digər şəxsin üzərinə getməsi, əlində olan aləti digər şəxsə doğru istiqamətləndirməsi müəyyən edilmiş, həmin görüntünü CD diskdə polis əməkdaşlarına təqdim etmişdir (1-cicild iş vərəqi 246-248). İşdə olan məhkəmə-tibb ekspertizası üzrə 05 aprel 2020-ci il tarixli 1005 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən sol ağ ciyərin aşağı payını zədələyən bir ədəd deşilmişkəsilmiş yarası və sol təpə nahiyəsinin kəsilmiş yarası kimi deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən əmələ gəlmiş, müddəti xx.xx.2020-ci il tarixə uyğun gələn bədən xəsarətləri aşkar edilmişdir ki, dərəcəsinə görə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən sol ağ ciyərin aşağı payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir, sol təpə nahiyəsinin kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər bıçaqla yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdilər. Xəsarətlərin xarakterinə və lokalizasiyasına görə şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir. Rəydə müayinə olunanın deməsinə görə xx.xx.2020-ci il tarixdə saat 01:30 radələrində küçədə Röyal tərəfindən bıçaqla vurulması göstərilmişdir (1-ci cild iş vərəqi 34-35). İşdə olan əlavə məhkəmə-tibb ekspertizası üzrə 20 iyun 2020-ci il tarixli 40/602 saylı ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən almış olduğu xəsarətlər - döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən sol ağ ciyərin aşağı payını zədələyən bir ədəd deşilmiş-kəsilmiş yarası və sol təpə nahiyyəsinin kəsilmiş yarası aşkar edilmişdir. Qeyd olunan xəsarətlər deşici-kəsici alətin (əşyanın), ola bilsin bıçağın tiyəsinin deşici-kəsici təsirindən onun tibbi yardım üçün KTM müraciət etdiyi xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdirlər, dərəcəsinə görə döş qəfəsinin sol yarısının plevra boşluğuna nüfuz edən sol ağ ciyərinin aşağı payını zədələyən bir ədə deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sol təpə nahiyyəsinin kəsilmiş yarası isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin lokalizasiyalarına, əlçatan nahiyyələrdə olduqlarına görə və iş materiallarında zərərçəkənin və şahidlərin ifadələrinə əsasən demək olar ki, həmin xəsarətlər onun özü tərəfindən yetirilə bilərdi. İşdə olan komisyon məhkəmə-tibb ekspertizası üzrə 07 iyun 2021-ci il tarixli T109/2021 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin sol yan səthində arxa qoltuqaltı xətt üzrə döş boşluğuna nüfuz edərək sol ağciyərin aşağı payını zədələyən və təpə nahiyəsində solda deşilmiş-kəsilmiş yara olmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin, ola bilsin ki, bıçağın tiyəsinin təsirindən törənmişdir, yetirilmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə döş boşluğuna nüfuz edən yara həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya, təpə nahiyəsindəki yara isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr bədənin əlçatan nahiyələri olsa da zərərçəkmiş şəxsin özü tərəfindən yetirilməsindən daha çox kənar şəxs tərəfindən yetirilməsinə uyğun gəlir (2-ci cild iş vərəqi 219-222). İşdə olan kompleks videoyazının məhkəmə ekspertizası və kompüter-texniki ekspertizası üzrə 15 aprel 2021-ci il tarixli 4/101-4/293 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı videofonoqramın ilk kadrında kişi cinsinə məxsus geyim formasında olan xarici görünüşünə görə kişi cinsinə məxsus görünüşə malik şəxsin (K1-Zərərçəkmiş şəxs) yolun kənarında asma jalyuz formasında qapının ağzında olan pillələrin üstündə oturduğu görünür. Həmin kadrda K1-in önündə markasının, modelinin və rənginin müəyyən olunması dəqiq mümkün olmayan tünd rəngli hərəkətdə olmayan avtomobil görünür (bax: şəkil 1). Daha sonra avtomobilin qabaq sol qapısından kişi cinsinə məxsus geyim formasında olan xarici görünüşünə görə kişi cinsinə məxsus görünüşə malik şəxsin (K2 - Şahid1) düşdüyü və K1-ə yaxınlaşdığı görünür (bax: şəkil 2 və şəkil 3). K2 K1-ə yaxınlaşaraq hər iki əlini onun yuxarı üst geyiminin altına salır, sonra K1-in çənə hissəsindən tutaraq onun başını jalyuzə vurur, çənə hissəsindən tutaraq onun başını sağasola tərpədir. Videofonoqramin 305-ci kadrında avtomobilin arxa tərəfındən kişi cinsinə məxsus geyim formasında, xarici görünüşünə görə kişi cinsinə məxsus görünüşə malik şəxs (K3-Təqsirləndirilən şəxs) görünür. K3 K1 və K2-yə tərəf yaxınlaşaraq K2-nin sol tərəfində bir qədər aralıda dayanır (şəkil 7-10). Keçən müddət ərzində K2 K1-in çənəsindən tutaraq silkələməkdə, onun başını jalyuzə vurmaqda davam edir. Videofonoqramın 526-cı kadrında avtomobilin qabaq tərəfindən kişi cinsinə məxsus geyim formasında, xarici görünüşünə görə kişi cinsinə məxsus görünüşə malik dördüncü şəxs (K4-Fuad adlı şəxs) görünür. K4 K3-ə yaxınlaşaraq K3-ün durduğu yerdən baş verən hadisəni müşahidə edir. Bütün bu müddət ərzində sol əlində siqarət olan K1, K2-yə demək olar ki, heç bir müqavimət göstərmir (sol əlində tutduğu siqareti belə atmır) və onun hərəkəti baş verən hadisəyə adekvat deyil. Təxminən 800-cü kadrdan başlayaraq K3 K1 və K2-yə daha da yaxınlaşaraq K2-nin sağ tərəfındə dayanır, lakin mübahisə edənlərə fıziki müdaxilə etmir. 815-ci kadrda K2 sağ əli ilə K1-in sol üzünə sillə vurur, yenidən onun başını jalyuzə sıxır. K3 yenidən əvvəlki yerinə qayıdır, 1107-ci kadrda sol əlində siqarət olan K1 sağ əli ilə K2-ni itələyərək ayağa qalxır. K1 və K2 ayaqüstə bir qədər itələşdikdən sonra K2 sağ əli ilə K1-in sol üzünə yenidən sillə vurur, bu zaman da K1-in sol əlində olan siqareti hələ də atmadığı aydın görünür. (bax: kadr 1192-1197, şəkil 15). Sonrakı kadrlarda K2-nin sol əlində siqaret olan K1-i yıxmağa çalışdığı, K3-ün bu zaman onları aralaması qeydə alınmışdır (şəkil 16 -17). K1 və K2-ni aralamağa çalışan K3-ü K1 sillə ilə vurur (şəkil 20-21). Bir qədər arxaya çəkilən K3 sağ əlini şalvarının arxa cibinə salaraq videogörüntüyə görə eyniləşdirilməsi mümkün olmayan əşyanı sağ arxa cibindən çıxardır (şəkil 24-29) və K1-in üstünə gedir (şəkil 30-31). Hadisənin sonrakı inkişafında mübahisəyə indiyə qədər qoşulmayan K4 K3-ə yaxınlaşaraq onun sağ əlini tutur və K3-ün cəhdinə baxmayaraq onun əlini uzun müddət buraxmır (şəkil 32-36). 2510-2862-ci kadrlarda mübahisə iştirakçılarının hərəkətləri işıqlanmayan sahədə davam etdiyindən videogörüntüyə görə hadisənin sonrakı inkişafını təsvir etmək mümkün olmur. Bir qədər sonra K2, K3 və K4 qaçaraq avtomobilə otururlar və hadisə yerini tərk edirlər (şəkil 39- 43). Videofonoqramın axırıncı kadrlarında K1-in əvvəlki yerinə qayıtması və hadisənin başlanğıcında oturdrduğu yerdə sağ əlində telefonabənzər əşya tutduğu, sol əli ilə isə qarın nahiyəsinin sol tərəfini tutaraq oturması qeydə alınmışdır (şəkil 44-47). 2 saylı videofonoqramda K1-in 1 saylı videofonoqramın ilk kadrında olduğu yerə qayıtdığı, pillələrin üstündə oturaraq siqaret çəkdiyini əks olunmuşdur. 3 saylı videofonoqramda 1 saylı videofonoqramın təxminən 3310-cu kadrından sonrakı kadrlardakı görüntülər əks olunmuşdur. Videofonoqramın sonunda K1-in hadisə yerini tərk etdiyi əks olunmuşdur (2-ci cild iş vərəqi 74-95). İşdə olan rabitə operatorundan ələ keçirilmiş məlumatlara baxış protokolundan görünür ki, - Zərərçəkmiş şəxs istifadəsində olan (055)450-09-74 mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 02:48:58-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Oz sozuvunde. senden qan pulu gozleveninde oz payina varvoxun ***** naxLka ataninda. göndərdiyin puluda ozuve qaytardim. menim qanimi sen almisansa sen qorxub gizdende men oqlan senin usduve gelenleri qabaqina cixanlardan biri olmisam. men de qan pulu gonderecem sene qeyretin olsa qoturmersen.demirsen picax cixartun birinci elin picaxa ataninda qevretin ******.kimde bilmese ALLAH ve elin birinci picaxa atan bNir.heqiqeti.get ****.men ne cur eledimse.xesdaxana ve it xana vaxti çatanda senin paviva elemevende bi qeyret olar.YA ALLAH kime verer verer.” SMS göndərilmişdir. - Zərərçəkmiş şəxs istifadəsində olan (055)450-09-74 mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 01:17:00-də Şahid1 istifadəsində olan (055)894-97-97 mobil telefon nömrəsinə «Senki meni pula satdun ne haqqim varsa usdunde xeberim yoxdu eger varsa haramin olsun ALLAHA tapwiriram oz haqqimi.sen mene senintanidiqim boyuk qardaw kimi tanidiqim yerde mene wille vurub meni alcatdinsa hecne demirem ALLAH alcatsin seni.saqol» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 00:27:22-də ***-***-**-** mobil telefon nömrəsinə «menide apar menem.royal» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 17:28:07-də (055)972-30-12 mobil telefon nömrəsinə «bu menim nomremdi royaldi» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 19:39:34-də (055)920-05-05 mobil telefon nömrəsinə « kapital bank **********604722 12 22 brat wahmuradov wahmuraddi» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 20:30:04-də (055)972-30-12 mobil telefon nömrəsinə «ay rail bu gune o bicag çatmasa yaxwi olmuyacag» SMS göndərilmişdir. -Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 00:22:54-də (055)972-30-12 mobil telefon nömrəsinə «rail ac bicaga gore yigmamiwam» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 01:39:49-da (055)972-30-12 mobil telefon nömrəsinə «raill telefonu ac menem royaldi» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 06:08:13-də Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsinə «weylerive goree hemiwede men terefden pazdanssan besdi...gedib *****mote yedizdirdiyivi getirib menim kimi oglanin problemlerine vermediyin ucun get» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 20:25:10-da (055)211-36-35 mobil telefon nömrəsinə «salam eldar menem Şahmuradov Royaldi men siznen elaqe saxliya bilmiremm.. mene baki weheri baw polis idaresinnen zeng edib cagiriblar.. tecili daniwmaliyam siznen» SMS göndərilmişdir. - Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 03:58:29-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Demirsen prableme duwurem men seni prableme salmıram ki Allahnan danis neynirem? seni tutduram daviya salam neynirem catmirda mene demirsen mene ailem bir de 1 2 nefer vacibdi Allah haminiz cani sag elesin ayrilmisan day nie meni her defe soyursen ki» SMS göndərilmişdir. - Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 18:12:18-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Rasdawanda deyebdeki neyniyesen ee he gel vur oldur mende onu isdirem ele vurasan xesdexanaliq olacam evimde yoxdu sen wotuna xesdexanada yataram» SMS göndərilmişdir. - Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 00:01:07-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Sen seher meni ne gormuyesen ne tapmiyasan söhbet elemey get yat gel des men seni biyabir elememisem neyniyib elemisem ? men senin atani biyabir elemerem indi evin yiyesinen danisib normal *****gedirem cox sagol duz deirsen ozuvu alqiwdiya bilersen men sene möhtac oldum duz deirsen» SMS göndərilmişdir. - Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-cİ il tarixdə saat 20:41:53-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Men pula gore elemirem men sene deirem qaytarirdim olurdum sen meni soymeye basladin indide bilirem soyesen sonra cagirib doyesen» SMS göndərilmişdir. - Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 23:30:59-da Şahid10 istifadəsində olan (055)828-49-58 mobil telefon nömrəsinə «Royal bedenimi zadi yandirdi nece kelleynen vurdu burnumnan qan acildi saxliyanmirdim» SMS göndərilmişdir. - Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 00:05:50-də Şahid10 istifadəsində olan (055)828-49-58 mobil telefon nömrəsinə «Yox ee 12ye kimi mene vaxt qoymuşdu Rasimi cixardim ortaya evden zadan cixdim qacdim soyuw soyduki bicaqlivcaq» SMS göndərilmişdir. - Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 00:09:40-da Şahid10 istifadəsində olan (055)828-49-58 mobil telefon nömrəsinə «Ne zarafat senol sryoznu deirem» və saat 00:10;48-də «Royal 12ye vaxt qoymuwdu mene dedi bicaqlivacam» SMS göndərilmişdir. -Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 1Q:34:03-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Menim yanimda hec kim yoxdu bu bir menim basima az oyun ac sen kimese pul vermelisen onu men vermeli deilem menim borcum deil bugune kimi insan kimi hormet eliyib komeylik elemisem daha meni ****deilsen ki», saat 10:36:55-də «Burnum bu gunde boynum zadim bugunde besdi yeke oğlansan hec olmasa ozduyunde fikirlewki sene qarsi bugune kimi nece olmusam», saat 10:38:38-də «Sene atan deir get pulu tap sen mene deirsen get tap men vermeliyem yoxsa men demisem heçini bicaqla? besdide menim bir prablemi hel elemirsen imkan ver hec olmasa oz prablemi ozum hel eliyim senen tanis olanan sonra colere dusmusem» SMS göndərilmişdir. - Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 14:55:12-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Basiva hecne gelmir? ba tutulursan nie bilirsen?? camatin balasini vursan Anasin gozu yasdi qoyursan ona gore bugunki gunde gizdene gizdene gezirsen» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 23:58:08-də Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsinə «****.senin.beterivin agzinii conen **** olar oda sensen sen **** soxmursan.dilivi ***** onsuzda meni.biyabir elediyin kimi indide atami biyabir edersen.senin ******* deserem.bicaqnan bawin gedib qalirsan.qal.*****kimi.durub men ora gelen.doremm....qiwqirmaliyamda sen nece gundu meni qiwqirdirsan bloka atirsan meni hec bir wry men.yatiram sabah daniwacam sennen men» SMS göndərilmişdir. - Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xxxx-2020-ci il tarixdə saat 00:11:30-da Şahid9 istifadəsində olan (055)631-42-86 mobil telefon nömrəsinə «telefonda bele yazma mene...yooox seeen daniwsaydun cavab verseydun menn seni vuran doriydum indi yatdim men vsyo sağol» SMS göndərilmişdir. - Qasımov Zöhrab Vəli oğlunun istifadəsində olan (055)509-26-56 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 18:51:52-də Şahid1 istifadəsində olan (055)699- 31-11 mobil telefon nömrəsinə «20 yanvardayam gedirem ****elseni virmaqa», saat 18:52:59-da isə «Zeng eliyirem gelsin bura» SMS göndərilmişdir. - ***-***-**-** mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 09:55:25-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Qaqa sabahin xeyir.adi teli getir mene birde besh barmagi gotur Bahardan men ona qaytaracam her sheyi narahat olamasin.mutleq bu iki ishi gor evdeyem men opurem qaqanı menim» SMS göndərilmişdir. ***-***-**-** mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 00:24:15-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Exi menem maqa indi gelmiwem eve telefon evdeydi men oz canimin sudbasina gore vay vay eliyirem inwallahki bu temalar qutarsin goruwecuy ne qeder isdiyirsen hara da desun gelerem otrarug buyunku gun varavisqoynan bu terefden itdernen bu terefden poxdayam birinnen silah almiwdim poxu cixib tutulub qoyub menide ciriga indide deyir sixdilar mende dedim ki vermiwem maqiya saxlamağa burur meni indi bu deyqede apweron meni axdarir biliremki bular meni tutsalar icalatimi dagidacaglar ona gore gece gunduz duwmuwem temamin daliyca sora ne olar olar» SMS göndərilmişdir. - ***-***-**-** mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 10:41:53-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Yigma men ozum sene yigacam milaya ne bade yigasan kankret yigma birde bilmirsen aa qasimin yana zada getdiyimizi bidene milaynan salona geldimizi bilirsen», xx-xx-2020-ci il tarixdə saat 19:21:00-da «Sen kimi pulnan getizdirsen? bugunr kimi pula gore sen gelmisen menim yanima sen meni pulnan getizdiresen??setin gedib senin basin xarabdi indi men durub gederem Elwen eminin yana sen baxarsan deyecem kayf eliyir basi gedir daniwiqini itirir diyan. Menim bacimin agzini soydun menim pulnan kiwilenen olmuşanda bele deirsen valike cixiram i bunanda aydinliqin verersen men valike cixirdim yaxsi sen ozun mecbur eliyirdin millete yigmaqa agzimi nie acırsan kiwi ol» SMS göndərilmişdir. - ***-***-**-** mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 03:13:36-da Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «A mesaj yazib bloka atib, men seni flan weye göre kecrem zad' aa kiwi mene hele bu gune qeder kecen oğlan olmuyub, mene kecen oğlan Sabah silahvida gotur gel, Saat 2 den sora» SMS göndərilmişdir. - ***-***-**-** mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 11:51:58-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «A mesaj yazib bloka atib, men seni flan weye göre kecrem zad' aa kiwi mene hele bu gune qeder kecen oğlan olmuyub, mene kecen oğlan menim **** yiyir. Sen qardaw deduyun oglanin pisdiyni istiyen oğlansan! Men seni ozume yaxın bilib ordan burdan senincun pul dilenib getirmiwem ki, sen mene bu gun balaca deyesen? ala bilirsen ne get **** burdan! ******** ****** agzuva! Sen buna laiqsen! menim senen sözum söhbetim yoxdu! Vuruwmaq ucun sabah yıgacam seni!» SMS göndərilmişdir. - ***-***-**-** mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 22:53:32-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Royal çıxma» SMS göndərilmişdir. - (055)949-43-48 mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 22:18:13-də Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə «Menem ulvi bidene söhbet var menim sohbetimdi gedirsen menen sohbete» SMS göndərilmişdir. - Şahmuradov Röyal Şahbala oğlunun istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 16:51:21-də Şahid11 istifadəsində olan (055)972-30-12 mobil telefon nömrəsinə «rail menem. royal mene.yig srocnu bu menim nomremdi royaldi» SMS göndərilmişdir. - Şahmuradov Röyal Şahbala oğlunun istifadəsində olan ***-***-**-** mobil Telefon nömrəsindən xx-xx-2020-ci il tarixdə saat 20:30:04-də Şahid11 istifadəsində olan (055)972-30-12 mobil telefon nömrəsinə «av rail bu gune o bicag çatmasa vaxwi olmuvacag» SMS göndərilmişdir. Anten əhatə dairəsinin araşdırılması zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən aşağıdakılar müəyyən edilmişdir: - Zərərçəkmiş şəxs istifadəsində olan (055)450-09-74 mobil telefon nömrəsinin xx.xx.2020-ci il tarixdə saat 01:28 radələrində ünvan 5 ünvanında quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu, saat 01:33 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İ.Dağıstanlı küçəsi, 57 saylı binanın qarşısında yerləşən İdman Kompleksinin dam örtüyü üzərində quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu, saat 01:43 radələrində isə ünvan 6 ünvanında quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu məlum olmuşdur. - Şahid1 istifadəsində olan (055)894-97-97 mobil telefon nömrəsinin xx.xx.2020-ci il tarixdə saat saat 00:31 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İ.Dağıstanlı küçəsi, 57 saylı binanın qarşısında yerləşən İdman Kompleksinin dam örtüyü üzərində quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu, saat 01:14 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 6-cı Nasos stansiyası ərazisində quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu, saat 01:27 radələrində ünvan 7 ünvanında quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu, saat 01:28 radələrində isə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 155 ünvanında quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu məlum olmuşdur. -Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin xx.xx.2020-ci il tarixdə saat saat 17:34 radələrindən saat 18:04 radələrinədək Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, İ.Dağıstanlı küçəsi, 57 saylı binanın qarşısında yerləşən İdman Kompleksinin dam örtüyü üzərində quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu, saat 19:16 radələrindən saat 21:11 radələrinədək yenidən eyni ünvanda quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu, saat 23:27 radələrindən saat 23:28 radələrinədək yenidən eyni ünvanda quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu, saat 01:31 radələrində isə Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 128 ünvanında quraşdırılmış radio ötürücünün əhatə dairəsində aktiv olduğu məlum olmuşdur (2-cicild iş vərəqi 159-164) İşdə olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1, 70-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 1 ay 21 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, cəzası şərti hesablanmaqla 2 il sınaq müddəti müəyyən edilmişdir (1ci cild iş vərəqi 141-142 və 97-109). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini barəsinə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü çıxarılanadək yəni, 07 mart 2020-ci il tarixdə törətdiyindən, onun bu əməli cinayətlərin residvini yaratmır. İşdə olan 16 aprel 2020-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı aparan sabiq baş müstəntiq Şahid13 tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilməsi üçün tutulması və axtarışa elan edilməsi haqqında qərar qəbul edilmiş və eyni tarixdə tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (1-ci cild iş vərəqi 29-31). İşdə olan 01 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs axtarış qərarına əsasən tutulub istintaqa təqdim edildiyindən eyni tarixdə ibtidai İstintaqı aparan sabiq baş müstəntiq Şahid13 tərəfindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (1-ci cild iş vərəqi 37-38). İşdə olan 03 iyun 2020-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı aparan sabiq baş müstəntiq Şahid13 tərəfindən Təqsirləndirilən şəxs ittiham elan etmək üçün kifayət edəcək sübutların olmadığı qənaətinə gəlinərək sonuncu saxlanıldığı Binəqədi RPİ-nin X10 azad edilmişdir (1-ci cild iş vərəqi 54). İşdə olan 01 iyul 2020-ci il tarixdli qərardan görünür ki, ibtidai istintaqı aparan sabiq baş müstəntiq Şahid13 tərəfindən cinayət işi üzrə sübutlara qiymət verilməklə cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən xitam verilmişdir (1-ci cild iş vərəqi 59-61). İşdə olan 05 sentyabr 2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, sabiq baş müstəntiq Şahid13 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərar Binəqədi Rayon Prokurorluğu tərəfindən ləğv edilmiş və 09 sentyabr 2020-ci il tarixdə Bakı Şəhər Prokurorluğu tərəfindən cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə həvalə edilmişdir (1-ci cild iş vərəqi 1-cicxild iş vərəqi 70-73) İşdə olan 11 sentyabr 2020-ci il tarixli raportdan görünür ki, cinayət işi üzrə istintaqın davam etdirilməsi Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsinin sabiq müstəntiqi polis mayoru X11 tapşırıldığından həmin tarixdə icraatına qəbul edilmişdir (1-ci cild iş vərəqi 68-69, 74-75). İşdə olan 15 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı aparan sabiq müstəntiq Şahid12 tərəfindən Təqsirləndirilən şəxs axtarışı elan edilməklə eyni tarixdə tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (1-ci cild iş vərəqi 1-ci cild iş vərəqi 95, 110). İşdə olan 29 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı aparan sabiq müstəntiq Şahid12 tərəfindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və zəruri istintaq hərəkətləri aparıldıqdan sonra eyni tarixdə tərəfindən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-in 53,1.3-cü maddəsinə əsasən dayandırılmışdır (1-ci cild iş vərəqi 110, 120). İşdə olan 25 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs axtarış qərarına əsasən saxlanılıb istintaqa təqdim edildiyindən həmin tarixdə ibtidai istintaqı aparan sabiq müstəntiq Şahid12 tərəfindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir ()1-ci cild iş vərəqi 144-145). İşdə olan 25 yanvar 2021 -ci il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1 -ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (1-ci cild iş vərəqi 152).\ İşdə olan 27 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ibtidai istintaqı aparan sabiq müstəntiq Şahid12 tərəfindən cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 126.1 -ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir (1-cicild iş vərəqi 169-170). İşdə olan 27 yanvar 2021 -ci il tarixli Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və sonuncu məhkəmənin iclas zalından azad edilmişdir (1-cicild iş vərəqi 200-203). İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 02 fevral 2021 -ci il tarixli qərarından görünür ki, Xətai Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında 27 yanvar 2021-ci il tarixli qərarı ləğv edilməklə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir (1-ci cild iş vərəqi 224-229). Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq sonuncunun sağlamlığına ağır zərər vurması məhkəmə zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ifadələri özünü müdafiə xarakteri daşıyır, bir çox hallarda həqiqətə uyğun deyil. Belə ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs belindən bıçaq çıxararaq onun üzərinə gəlmişdir, bu isə iş materiallar ilə tam təkzib olunur, videogörüntüyə keçirilmiş baxış protokolundan və kompleks videoyazının məhkəmə ekspertizası və kompüter-texniki ekspertizası üzrə ekspert rəyindən görünür ki, sol əlində siqaret olan Zərərçəkmiş şəxs (K1) sağ əli ilə Şahid1 itələyərək ayağa qalxır. Zərərçəkmiş şəxs və Şahid1 ayaq üstə bir qədər itələşdikdən sonra Şahid1 sağ əli ilə Zərərçəkmiş şəxs sol üzünə yenidən sillə vurur, bu zaman da Zərərçəkmiş şəxs sol əlində olan siqareti hələ də atmadığı aydın görünür. (kadr 1192-1197, şəkil 15). Sonrakı kadrlarda Şahid1 sol əlində siqaret olan Zərərçəkmiş şəxs yıxmağa çalışdığı, Təqsirləndirilən şəxs bu zaman onları aralaması qeydə alınmışdır (şəkil 16 -17). Zərərçəkmiş şəxs və Şahid1 aralamağa çalışan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli açılmış vəziyyətdə sillə ilə vurur, sol əlində siqareti atmadan saxlaması, sağ əlində isə heç bir əşya olmaması aydın görünür, (şəkil 20-21). Bir qədər arxaya çəkilən Təqsirləndirilən şəxs sağ əlini şalvarının arxa cibinə salaraq videogörüntüyə görə eyniləşdirilməsi mümkün olmayan əşyanı sağ arxa cibindən çıxardır (şəkil 24-29) və Zərərçəkmiş şəxs üstünə gedir (şəkil 30-31). Hadisənin sonrakı inkişafında mübahisəyə indiyə qədər qoşulmayan Fuad adlı şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunun sağ əlini tutur və Təqsirləndirilən şəxs cəhdinə baxmayaraq onun əlini uzun müddət buraxmır (şəkil 32-36). Sonrakı 2510-2862-ci kadrlarda mübahisə iştirakçılarının hərəkətləri işıqlanmayan sahədə davam etdiyindən videogörüntüyə görə hadisənin sonrakı inkişafını təsvir etmək mümkün olmur. Bir qədər sonra Şahid1, Təqsirləndirilən şəxs və Fuad adlı şəxs qaçaraq avtomobilə otururlar və hadisə yerini tərk edirlər. Axırıncı kadrlarda Zərərçəkmiş şəxs əvvəlki yerinə qayıtması və hadisənin başlanğıcında oturdrduğu yerdə sağ əlində telefonabənzər əşya tutduğu, sol əli ilə isə qarın nahiyəsinin sol tərəfini tutaraq oturması qeydə alınıb. Videogörüntüdən göründüyü kimi Təqsirləndirilən şəxs ifadəsi həqiqətə - işin materiallarına, o cümlədən videogörüntüyə uyğun deyil, belə ki, Təqsirləndirilən şəxs ifadəsinə əks olaraq - Zərərçəkmiş şəxs bel nahiyəsindən bıçaq çıxarmamış, Röyalın üzərinə bıçaqla getməmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs onu sillə ilə vurmasından dərhal sonra arxaya çəkilərək şalvarının arxa cibindən düyməli bıçaq çıxardaraq düyməli bıçağın açılmasına xarakterik sağ əlinin və baş barmağının hərəkəti ilə bıçağı açıq vəziyyətə gətirərək Zərərçəkmiş şəxs üzərinə getmiş, Fuad adlı şəxs isə Röyalın bıçaq olan sağ əlinin hərəkətini məhdudlaşdırmaq üçün iki əli ilə sağ əlindən tutaraq buraxmamış, Şahid1 isə Zərərçəkmiş şəxs əlləri ilə tutaraq hərəktlərini məhdudlaşdırmış, bir neçə saniyədən sonra Təqsirləndirilən şəxs, Şahid1 və Fuad adlı şəxs hadisə yerində avtomobilə əyləşərək qaçmış, Zərərçəkmiş şəxs qayıdaraq bir əlində mobil telefon, digər əli ilə qarın nahiyəsini tutaraq mağazanın qarşısında oturmuş, həmin vaxt da onun əlində bıçaq olmamış, videogörüntüyə düşməyən bir neçə saniyə zaman axımında həmin şəraitdə, yəni Zərərçəkmiş şəxs Şahid1 tərəfindən tutub saxlanılması vəziyyətində bıçaq çıxarıb özünü həm baş, həm də qarın nahiyələrində vuraraq xəsarət yetirməsi qeyri-mümkündür, hadisə yerində və əməliyyat tədbirləri zamanı, o cümlədən istintaqın sonrakı mərhələlərində də Zərərçəkmiş şəxs məxsus bıçaq aşkar edilməmişdir. Fuad adlı şəxs Röyalın bıçaq olan sağ əlinin hərəkətini məhdudlaşdırmaq üçün iki əli ilə sağ əlindən tutaraq buraxması, məhkəmənin gəldiyi nəticəyə görə sağ əlində bıçaq tutmuş Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs vurmasının qarşısını almağa yönəlmişdir Bununla da videogörüntüyə baxış, həmin videogörüntü ilə bağlı keçirilmiş ekspertiza üzrə ekspert rəyi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 ifadələrinin qarşılıqlı və müqayisəli analizi və işin digər materialları münaqişə zamanı Zərərçəkmiş şəxs əlində bıçaq olmaması, hadisədən dərhal sonra Elşən Qliyevin bıçaq xəsarət aldığı qarın nahiyəsini əli ilə tutması, əlində bıçaq olmaması, hadisə yerindən Zərərçəkmiş şəxs məxsus bıçağın aşkar edilməməsi Zərərçəkmiş şəxs özünü bıçaqla vurmamasını, Zərərçəkmiş şəxs bıçaqla Təqsirləndirilən şəxs vurmasını təkzibedilməz qaydada təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs ifadə verərək göstərmişdir ki, o cibindən heç bir əşya, predmet çıxartmamış, ancaq Zərərçəkmiş şəxs qorxutmaq üçün şalvarın arxa sağ cibindən düyməli bıçaq çıxartmasını və bıçağın düyməsini basıb tiyəsini açmasının imitasiyasını etmişdir. Təqsirləndirilən şəxs əlini arxa cibindən çıxarandan sonra Zərərçəkmiş şəxs üzərinə getməsini ifadəsində göstərməmiş, Fuad adlı şəxsin hər iki əli ilə onun sağ əlindən tutaraq əlinin hərəkətinin məhdudlaşdırmasını etiraf etməyərək ifadəsində göstərməmiş, münaqişədə iştirak edən şəxslərin hadisə yerini tələsik tərk etmələrinin səbəbini izah etməmiş - dost adlandırdıqları Zərərçəkmiş şəxs özü-özünü bıçaqla vurduğu halda Təqsirləndirilən şəxs, Şahid1 və Fuad adlı şəxs hadisə yerindən tələsik halda dərhal qaçmalarına aydınlıq gətirməmiş, Elşən Quiyevə tibbi yardım göstərmədənə hadisə yerindən qaçmalarının səbəbi kimi Zərərçəkmiş şəxs öz əlindəki bıçaqla özünə xəsarət yetirməsini və onlara da xəsarət yetirməsindən qorxmasını göstərmişdir. Müdafiə tərəfi birmənalı olaraq bildirir ki, Təqsirləndirilən şəxs əl barmaqlarını şalvarının cibinə salmaması videogörüntüdən açıq-aydın görünür, lakin bu hal ekspert rəyi ilə təkzib olunur - kompleks videoyazının məhkəmə ekspertizası və kompüter-texniki ekspertizası üzrə ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs əlini şalvarının arxa sağ cibinə salıb eyniləşdirilməsi mümkün olmayan hansısa predmeti çıxardır və Zərərçəkmiş şəxs üzərinə gedir. Həmin ekspert rəyinə əlavə edilmiş videoörüntünün fotokadrlara bölünərək diskə köçürülmüş fotokadrlarının kadrdan-kadra dəfələrlə təkrar olunan irəli-geri nümayişi zamanı Şahmuradovun sağ əlinin baş barmağının düyməli bıçağın açılmasına yönəlmiş xarakterik hərəkəti zamanı baş barmağın qarşısında, yəni düyməli bıçağın tiyəsinin açılma trayektoriyasının proyeksiyasında parıltı müşahidə olunur. Məhkəmə zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, Royal Şahmuradovu cəzalandırmaq qərarına gəlmiş, bu məqamda Təqsirləndirilən şəxs sillə atmış, sonra isə cibində olan bıçağı çıxararaq ondan üzr istəməsini tələb etmiş, üzr istəməsə Röyalın qanını axıdacağını demişdir, içkili olmuş, nə səbəbdən belə etdiyini hal-hazırda bilmir. Zərərçkəmiş şəxs Zərərçəkmiş şəxs qeyd edilən ifadəsi həqiqətə uyğun deyil, hadisənin qeyd alındığı və məhkəmə zamanı təhlil olunan videogrüntüyə tam ziddir. Belə ki, videogörüntüdən aydın görünür ki, iş üzrə Şahid1 Zərərçəkmiş şəxs yaxasından tutub silkələyir, qaldırıb-otuzdurur, itələyir, nə isə təkidlə deyir, Təqsirləndirilən şəxs isə onların arasında olan mübahisəni dinləyir və izləyir, Zərərçəkmiş şəxs sol əlində siqaret olması, sağ əlinin isə heç bir əşyanın olmaması, heç bir əlində bıçaq görünməməsi, açıq əllə Təqsirləndirilən şəxs sillə ilə vurması aydın görünür, Şahid1 Zərərçəkmiş şəxs tutub saxlayarkən sonuncunun əlində bıçaq olmaması da videogörüntü ilə aydın müşahidə olunur; xəsarət aldıqdan sonra pilləkənin üstündə oturmuş Zərərçəkmiş şəxs nə əlində, nə ətrafında bıçaq olmamış, hadisə yerinə baxış zamanı da hadisə yerində bıçaq aşkar edilməmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs cəzalandırmaq məqsədilə bıçaq çıxarıb sonuncunun üzərinə getməsi barədə Zərərçəkmiş şəxs ifadəsi də videogörüntü ilə təkzib edilir, belə ki, faktiki olaraq münaqişə Şahid1la Zərərçəkmiş şəxs arasında başlamış, Təqsirləndirilən şəxs kənarda var-gəl edərək münaqişəni izləmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Şahid1 Zərərçəkmiş şəxs qucaqlayaraq əllərindən tutub saxladığı vəziyyətdə Zərərçəkmiş şəxs özünə bıçaqla xəsarət yetirə bilməsi mümkün deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələri həqiqəti əks etdirmir, Təqsirləndirilən şəxs müdafiə etmək və məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. İş üzrə Şahid1 istintaq və məhkəmə zamanı verdiyi ifadələrini Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrinə uyğynlaşdırılmış qaydada versə də, Şahid1 ifadələri işin materialları, o cümlədən CD diskə köçürülmüş və cinayət işinin materiallarına əlavə edilmiş hadisənin bilavasitə videogörüntüsü ilə kəsgin ziddiyyət təşkil edir. Belə ki, işin materiallarından görünür ki, münaqişənin təşəbbüskarı Zərərçəkmiş şəxs deyil məhz Şahid1 özü olmüş, məhz Şahid1 xeyli müddət ərzində Zərərçəkmiş şəxs yaxasından tutub sonuncu ilə əlbəyaxa olaraq və Zərərçəkmiş şəxs əl çəkməyərək təkidlə sonuncudan nə isə tələb etmiş, halbuki Şahid1 ifadəsində münaqişənin başlanğıcında onun tərəfindən Zərərçəkmiş şəxs qarşı aqressiv hərəkətlər edilmədiyini, əksinə Zərərçəkmiş şəxs ona qarşı aqressiv hərəkətlər etməsini, Zərərçəkmiş şəxs münaqişənin səbəbkarı olduğunu, əvvəlcə onunla mübahisə etməsini, sonra isə Təqsirləndirilən şəxs hücum etmək istədiyini, Zərərçəkmiş şəxs özünə xəsarət yetirməsini görməsini, ona da bıçaqla xəsarət yetirmək istədikdə hadisə yerindən qaçmasını bildirmişdir. Lakin videogörüntü ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs əlində bıçaq olmamış, sol əlində siqaret, sağ əli isə boş olmuş, özünə xəsaərt yetirməmiş, bıçağı isə şalvarının arxa cibindən Təqsirləndirilən şəxs çıxartmışdır. Şahid1 özü də əvvəllər bıçaqla adam vurmağa görə məhkum olunmuşdur. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid1, digər şahidlərin və ekspertlərin ibtidai istintaq və məhkəmə zamanı verdikləri ifadə, rəy və açıqlamaları bir-birinə ziddiyyətli olduqlarından birmənalı qarşılanmır və digər sübutlarla, həmçinin hər bir ifadənin digər ifadələrlə, o cümlədən hər bir prosessual şəxsin ibtidai istintaqın və məhkəmənin ayrı-ayrı mərhələlərində verdikləri ifadələrlə, rəylərlə, baxış və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə müqayisəli qaydada qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid1 ibtidai istintaq və məhkəmə zamanı verdikləri ifadələri, iş üzrə şahidlər Şahid7, Şahid9, Şahid10, Şahid11, Şahid8 məhkəmə zamanı verdikləri ifadələri Təqsirləndirilən şəxs müdafiəsi üçün verilmiş həqiqəti və işin faktiki hallarını tam əks etdirməyən ifadələr kimi qiymətləndirir. Belə ki, məhkəmə tərəfindən qeyd edilən şəxslərin hər biri Təqsirləndirilən şəxsla yaxın münasibətdə olmaqla (Zərərçəkmiş şəxs, şahidlər Şahid1, Şahid11 və X22 Şahverdiyevlə yaxın münasibətdə olmuş şəxslərdir, Şahid9 isə Təqsirləndirilən şəxsla sevgili münasibətlərində olmaqla yanaşı, Təqsirləndirilən şəxs qorxması, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dəfələrlə pul tələb etmə, zor tətbiq etmə, döymə kimi hüquqa zidd hərəkətlərə yol verilməsi) məhkəmə zamanı verdiyi ifadələri yalnız Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yaxa qurtarmasına yönəlmiş ifadələr kimi qəbul edilir. Narkotik maddələrin («kola», «kokos» və s.) dövriyyəsi ilə məşğul olmaları, kiriminal aləmə meylli şəxs olmaları barədə Şahid11 və digər şahidlərin ifadələrinin, həmçinin silah, bıçaq, beşbarmaq və digər qanunsuz əldə edilmiş əşyaların biri-birilərinə verilməsi, satılması, geri tələb edilməsi, kriminal xarakterli mübahisələrin həll edilməsi, bıçaqla bədən xəsarətləri yetirilməsi barədə həbə-qorxu gəlmə ilə zəngin olan ifadələrin və çoxsaylı SMS-lərin təhlili cinayət işində adları çəkilən şəxslərin - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 (bıçaqla xəsarət yetirməyə görə məhkum olunmuşdur), Şahid11, Zöhrab Qasımovun (sonradan kriminal mübahisə nəticəsində öldürülmüşdür), Fuad adlı və digər şəxslərin ictimai normalara uyğun olmayan həyat tərzi yaşamalarını və digər qanuna zidd hərəkətlərə meylli olmalarını göstərir. Təqsirləndirilən şəxs hazırki cinayəti 07 mart 2020-ci il tarixdə törədir, lakin barəsində cinayət təqibinə 01 iyul 2020-ci il tarixdə xitam verildiyinə və cəzasız qaldığına görə, yenidən analoji cinayət törədir və barəsində şərti cəza təyin edilmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs 07 mart 2020-ci il tarixində saat 01:30 radələrində ünvan 1 ünvanında yerləşən “Məhəllə” marketin qarşısında yaxın münasibətlərdə olduğu Zərərçəkmiş şəxs əlindəki bıçaqla qəsdən vurub sağlamlığına ağır zərər vurmasına dair istintaq orqanının gəldiyi nəticə ilə razılaşır, lakin qarşılıqlı mübahisə zamanı baş verdiyindən həmin əməlin xuliqanlıq niyyəti ilə, yəni cüzi səbəbdən törədilməsi barədə ibtidai istintaqın gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, Röyal Şahverdiyevin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Röyal Şahverdiyevin Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri, baxış protkolları və iş üzrə toplanmış sənədlərlə tam təsdiq olunmuşdur. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ciil tarixli Plenum qərarının 6-cı maddəsinə əsasən qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-in 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıbyaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymətin verilməsidir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qararda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törtməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.http://eqanun.az/alpidata/code/data/0/c_c_11.htm Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Röyal Şahverdiyevin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Röyal Şahverdiyevin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs xəsarəti ona Təqsirləndirilən şəxs tərəfindən yetirilməməsi bildirməsi, aralarında olan təhqir və hədə xarakterli SMS-lərin olması Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla barışması kimi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qəbul edilə bilməz. İş materialları ilə Röyal Şahmurdov mənfi səciyyələndirliir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası işin hallarına əsasən, Azərbaycan Respublikası CM-in tələblərinə riayət etməklə, ədalət prinsipini və sosial ədalətin bərpasını, cəzanın məhkumun islah edilməsinə və təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqla preventiv rol oynamasını və təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, qanuni əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquq qaydalarının möhkəmləndirilməsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir. Məhkumun islah edilməsi - cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumun yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyillərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-in 8 və 9-cü maddələrinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza ədalət və humanizm prinsiplərinə əsaslanaraq, hər bir halda zərər çəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Təsadüfi deyil ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə kollegiyası istinad edilən qanunvericilik nomalarını əsas tutaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi ilk növbədə cəzanın məqsədlərinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən halların olmamasını və həmin Məcəllənin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun cəza çəkmədən islah olunmasını mümkün saymır, törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini cəza siyasətinin məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsində birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi plenumunun 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 15-ci bəndində göstərilir ki, «İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır». Məhkəmə Avropa Məhkəməsinin hüquqi mövqeyini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki Təqsirləndirilən şəxs 01 iyun 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün, 25 yanvar 2021-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti cəza saxlanılmasını, həbs müddətinin başlanğıcı 02 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən, şəxsiyyətini, törətdiyi ağır cinayətlər kateqoriyasına aid edilən cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və işin digər hallarını nəzərə alaraq törətdiyi cinayəti nəzərdə tutan Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 iyun 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün, 25 yanvar 2021-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti cəza saxlanılmasını, cəzaçəkməsinin başlanğıcının 02 fevral 2021-ci il tarixdən tarixdən hesablanmasını və Cinayət Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 62 və 70-ci maddələrini tətbiqinə heç bir əsas görmür. Məhkəmə kollegiyası hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının CPM-in 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir İş üzrə maddi sübutlar - video görüntünün olduğu 1 ədəd, «Baksell», «Azercell» və «Azerfon» mobil operatorlarından əldə edilmiş 14 ədəd, cəmi 15 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-in 346.1.21 və 353.4.10-cü maddələrinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, iş üzrə İş kompleks videoyazının məhkəmə ekspertizası və komputer-texniki ekspertizası, məhkəmə xətşünaslıq ekspertizaları üzrə tədqiqatların dəyəri cəmi 551 (beş yüz əlli bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkminləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə əsasən məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Məhkəmə gəldiyi nəticələri “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarının izahları baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-349, 351-353, 356, 358, 383-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 iyun 2020-ci il tarixdən 03 iyun 2020-ci il tarixədək tutulduğu 2 (iki) gün, 25 yanvar 2021-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək tutulduğu 2 (iki) gün, cəmi 4 (dörd) gün müddət ona təyin edilmiş cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – video görüntünün olduğu 1 ədəd, «Baksell», «Azercell» və «Azerfon» mobil operatorlarından əldə edilmiş 14 ədəd, cəmi 15 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – kompleks videoyazının məhkəmə ekspertizası və komputer-texniki ekspertizası, məhkəmə xətşünaslıq ekspertizaları üzrə tədqiqatların dəyəri cəmi 551 (beş yüz əlli bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Siyavuş Hacıyev hakimlər: Rahib Salmanov Mahmud Ağalarov
Məhkəmə qərarları › İş №1(101)-157/2022
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-157/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver