Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-157/2024 12.01.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Hüseynov Cavid İbadulla oğlunun sədrliyi, hakimlər İsmayılov Eldar Herov oğlu və Hüseynov Səbuhi Sabir oğlundan ibarət tərkibdə, X8, X1, X5 və Feyzi Günay Rasim qızının katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin Bakı Ağır Cinayətlər Məhkəməsi üzrə prokurorları, ədliyyə müşavirləri Dövlət ittihamçısı2, Dövlət ittihamçısı3, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə məhkəmənin hazırlıq iclasında xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, faktiki həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni əldə edib satmaq məqsədi ilə şəxsiyyəti naməlum olan «İlqar» adlı İran İslam Respublikasının (bundan sonra: İİR və ya İran) vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aralarında olan razılaşmaya əsasən sonuncunun WhatsApp mesaj mübadiləsi sistemi vasitəsi ilə ərazinin dəqiq koordinatını və şəkilini göndərməsi üzrə 19 sentyabr 2022-ci il tarixdə, gecə saatlarında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu adlanan yerə gedərək yol kənarında yerləşdirilən tullantı qablarının arxa hissəsində gizlədilmiş qanunsuz olaraq külli miqdarda, təmiz çəkisi 3005,6 qram olan narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün, saat 06:20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, ünvan 2 ünvanında yerləşən polis idarəsinə gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilərkən sol əlində daşıdığı 01 ədəd göy rəngli sellofan torbanın içərisindəki səffaf rəngli sellofana bükülmüş halda ayrı ayrılıqda təmiz çəkiləri 504,4qr., 501,0qr., 495,0qr., 496,5qr., 503,1qr., 505,6qr. olan 06 ədəd səffaf rəngli sellofan bükümlərdə ümumilikdə 3005,6 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür, yəni Təqsirləndirilən şəxs qeyd olunan hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, O, tək olaraq Nəsimi rayonu ərazisində qeydiyyatda olduğu bina evində, anası isə İ qrup əlil olan bacısının yanında yaşamışdır. Hazırda həmin evdə kimsə yaşamır. O, əvvəllər narkotik olaraq marixuana çəkmiş, 2020-ci ildən isə heroin çəkməyə başlamış, heroini falqada çəkmişdir. O, narkotiki 1 dəfə İlqar adlı iranlıdan almış, gedib Sumqayıtdan Dram Teatrının binasının yanından götürmüş, lakin nədənsə tutulmamışdır. Belə ki, İlqar özü ona zəng etmiş və belə tanış olmuşlar. İlqar ona ucuz qiymətə narkotik olduğunu demiş, həmin vaxt İlqar onun adını da bilməmişdir. O, İlqara adının Sahib olduğunu demişdir. İranlı ondan nə istifadə etdiyini soruşduqda o, marixuana istifadə etdiyini, 2020-ci ilə kimi heroinin nə olduğunu bilmədiyini demişdir. İranlının nömrəsi Azərbaycan nömrəsi olmamış, İlqardan başqa ona tanımadığı kimlərsə zəng etməmişdir. Onun özünün mobil telefon nömrəsi isə ***-***-**-** olmuşdur. Sentyabr ayının 18-də o, İlqara 5 qram marixuana, 5 qram isə heroin sifariş vermiş və buna görə 150 manat da ödəniş etmişdir. Sifariş verəndən sonra o, evdə olarkən, İlqar ona zəng etmiş, ona Ramanaya getməyi tapşırmış, narkotikin “Buta Market”-lə üzbəüzdə olduğunu ona demiş, sadəcə Votsapla zibillikdə olan bir ədəd kreslo şəkli çəkib yerini, şəklini, xəritəsini ona göndərmişdir. Amma narkotikin özünü çəkməmişdir. Lakin o, İlqarın özünü görməmişdir. İlqar ona dediyi yerə 5 qram marixuana və 2 qram heroin qoyulduğunu demişdir. O, İlqarla gecə saat 4-də danışmış, İlqar zəng edən ərəfədə Ramanada yaşayan Elgün adlı tanışı da onun yanında olmuş, lakin İlqarla olan danışıqlarının məzmununu Elgün bilməmişdir. O, tək yaşadığı üçün Elgün də onlarda qalmış, oturub çay içib, söhbət etmişlər. İlqarla danışandan təxminən yarım saat sonra o, narkotik olan yerə getmişdir. O, Ramanıya elə Elgünün maşını ilə getmiş, lakin Ramanıya nə üçün getdiyini ona deməmişdir. Həmin yerə çatanda onun ayağı ağrıdığından, o, gedib götürməsini Elgündən xahiş etmiş, lakin nə olduğunu ona deməmişdir. Bundan sonra onlar maşından düşən kimi, narkotiki götürməmiş tutulmuşlar. Narkotik polis əməkdaşlarında olmuşdur. Onları tutanlar Fəxri, Samir, Ramin və digər tanımadığı polislər olmuşlar. Onlardan başqa həmin yerdə dükanın yanındakı arada bir qadın da olmuş, qadın onlar tərəfə baxmış, polislər həmin qadına hirslənib, içəri keçməsini tələb etmişlər. Onlar polislərdən onları tutmalarının səbəbini soruşmağa imkan tapmamış, tutan kimi maşına mindirmişlər. İçərisində narkotik olması sonradan ona məlum olan torba Samir adlı polis əməkdaşının əlində olmuş, lakin həmin vaxt torbada nə olduğu barədə onlara məlumat verilməmişdir. Polis onları Elgünün maşınına mindirmiş, maşını Ramin adlı polis sürmüşdür. Polislər Elgünlə onu bölməyə aparmışlar. Polis sellofan torbanı ona göstərmiş, boynuna götürməsi tələb olunmuş, əks təqdirdə Elgünün, özünün anasının da qatılacağı ilə hədələnmişdir. Odur ki, sellofan torbada olan narkotiki boynuna götürmək məcburiyyətində qalmışdır. Narkotik polis idarəsində ona verilmiş və həmin narkotiki ilk dəfə onda əlinə götürmüşdür. Onlar tutulanın səhəri günü Elgünü bölmədə görməmişdir. Eşitdiyimə görə Elgündən 10000 manat pul alıb onu buraxmışlar. Bu barədə o, Bakı İstintaq Təcridxanasından telefonla İlqar adlı məhəllə uşağı ilə danışarkən sonuncudan eşitmiş, lakin dəqiq olduğunu bilməmişdir. Belə ki, o, tutulan zaman İlqar da tutulmuş, lakin onda narkotik olmadığından buraxılmışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ifadəsinin davamında göstərdi ki, Polis Bölməsində onlar bir otağa salınmış, vəkil çağrılmamış, o, vəkili növbəti gün məhkəmədə görmüşdür. Onun şəxsi axtarışı videoçəkilişlə olmuş, həmin vaxta qədər onların üstündə axtarış aparılmamışdır. Ona videoçəkiliş zamanı narkotiki götürdükdən sonra guya iranlının ona yer deyəcəyini, həmin narkotiki aparıb ora qoyandan sonra iranlının ona pul verəcəyini deməsi tapşırılmış, o da təsir və təzyiqlərə məruz qaldığından videoçəkiliş zamanı tapşırılanları demişdir. Video çəkiliş zamanı sellofan torbanın ağzı açılana qədər içərisində nə olduğunu bilməmişdir. Videoçəkilişdə vəkil iştirak etməmiş, o, vəkilin iştirak etməməsi ilə bağlı heç bir ərizə verməmiş, həmin ərizəni də polislər özləri yazmışdır. Lakin ona təqdim edilən sənədlərə təzyiqlər altında oxumdan imza etmişdir. Ona təzyiqlər konkret olaraq polis əməkdaşı Samir tərəfindən göstərilmişdir. O, sanksiya ilə bağlı məhkəmədə olarkən orada da ona qarşı olan qanunsuzluqlar, polisin təzyiqləri barədə heç nə deməmiş, ondan bu barədə nəsə soruşulmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin davamında daha sonra göstərdi ki, işdə adı şahid olaraq keçən Mirrəsul adlı polis əməkdaşı onun tutulmasında iştirak etməmiş, o, səhər bölməyə gəlmiş və videoçəkilişdə iştirak etmişdir. O, tutulanda Ramin adlı polis ona “indi 1000 manatın 20 qatını verərsən» sözlərini demişdir. Belə ki, Binəqədi RPİ-nin əməkdaşları Samir, Emin, Fəxri və Ramin hələ 2022-ci ilin 27 iyun tarixində onu tutmuş, o, onları həmin vaxtdan tanımışdır. Fəxri və Ramin həmin vaxt evdə stolun üstündə olan 1 çəkimlik marixuanaya görə onu tutmuş, sonra onu aprıb siqaret paçkasının içindən metamfetamin çıxarmışlar. O, isə ümumiyyətlə metamfetamin istifadə etməmişdir. Sonra ondan pulu alıb onu buraxmış, buraxarkən 1000 (min) manat da üzərinə əlavə öhdəlik qoymuşlar. Pulu olmadığını dedikdə, onlar anasını da tutacaqlarını bildirmişlər. Həmin vaxt anası şikayətlər etmiş, polislərin onun evindən pul və əşyalarını apardıqlarını bildirmişdir. O, tutularkən polislər onun pul kisəsindən 650 manat və 105 dollar pulunu götürmüşlər. Həmin puldan 105 dollar qaytarılmış, lakin 650 manatı qaytarılmamışdı. Onun İ Phone 5S markalı telefonu da götürülmüş, Elgün aparıb 105 dolları verəndən sonra onun telefonu onlara qaytarılmışdır. Polisdə olanda anası Ramingilə 4500 manat pulu Səftərin vasitəsilə vermiş, o özü də kartında olan 500 manatı da çıxarıb polisə verməsi üçün kartını Səftərə vermişdir. Səftər onların həyətində qalmış və əvvəllər polisdə gizir məktəbində işləmişdir. Amma onlar tutulanda Səftərin haradan Polis Bölməsinə gəlməsini o, bilməmişdir. Ümumilikdə isə Ramingildən şikayət olunduğuna görə ikinci dəfə onu qisas məqsədi ilə tutmuşlar. Həm də onun ehtimalına görə İlqarın mənə zəng etməsi və onun tutulması İlqarın özünün qurması olmuşdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə onun məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan ifadəsində ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 20 il ərzində narkotik vasitələrdən olan marixuana və heroindən istifadə edir. Təxminən 1 ay bundan əvvəl tanışlarından biri vasitəsilə İran vətəndaşı olan «İlqar» adlı şəxslə tanış olmuş, onun yalnız adını və istifadəsində olan xarici mobil nömrəni bilmiş, barəsində hər hansı başqa bir məlumatı olmamışdır. İlqar adlı şəxslə xarici mobil nömrənin «WhatsApp» mesaj mübadilə sistemi vasitəsilə əlaqə saxlayıb ayrı-ayrı vaxtlarda, 2 dəfə olmaqla şəxsi istifadəsi üçün narkotik vasitə olan heroin almışdır. İlqar adlı şəxs əvvəlcədən narkotik vasitənin qoyulduğu yerin dəqiq koordinatını və fotoşəklini onun istifadəsində olan mobil telefona «WhatsApp»la göndərmiş, o da həmin dəqiq koordinat və fotoşəkil əsasında narkotik vasitəni əldə edib İlqar adlı şəxsin kart hesabına pul göndərmişdir. Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə, gecə saat 02-03 radələrində yaşadığı mənzildə olarkən İlqar adlı şəxs istifadəsində olan mobil nömrəyə zəng vuraraq içərisində müəyyən miqdarda narkotik vasitə olan bir ədəd bağlamanı götürüb sonradan onun deyəcəyi yerə çatdırmağı bildimiş və sonuncu bunun müqabilində ona müəyyən məbləğdə pul verəcəyinə söz vermişdir. İlqarın deməsinə görə həmin bağlamanın içərisində narkotik vasitə olan heroin olmuş, lakin miqdarı barədə ona dəqiq məlumat verilməmişdir. Bir qədər sonra İlqar adlı şəxs ona bağlamanın yerləşdiyi ərazinin dəqiq koordinatını və fotoşəklini göndərmişdir. O da yaşadığı ünvandan çıxıb taksi avtomobili ilə koordinat əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsinə getmişdir. Saat 06:00-06:10 radələrində koordinat əsasında Ramana qəsəbəsində yerləşən yolun kənarındakı şam ağacının yanına getmiş, şam ağacının altında 1 ədəd göy rəngli sellofan torba olmasını görüb həmin yerə yaxınlaşıb 1 ədəd göy rəngli sellofan torbanı götürmüşdür. Sellofan torbanı götürüb yola çıxarkən mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmiş, üzərində narkotik vasitə və psixotrop maddə olmasından şübhə edildiyi üçün üzərinə şəxsi axtarış keçirilməsi məqsədi ilə onu Binəqədi RPİ-yə dəvət etmişlər. O, hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Binəqədi RPİ-yə getmişdir. Xidməti otaqların birində hüquqlarının müdafiə olunması üçün ona dövlət hesabına müdafiəçi seçmək hüququ izah olunmuş, müdafiəçi ilə təmin olunduqdan sonra ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra isə xidməti otaqda ona öz razılığı ilə müdafiəçinin iştirakı olmadan hüquq və vəzifələri izah edilərək polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə axtarış keçirilmişdir. Axtarış zamanı üzərində olan paltarlarında və geyimlərində qeyri-qanuni əşya və ya predmetlərin olub-olmadığı soruşulduqda əvvəlcə əlində saxladığı 1 ədəd göy rəngli selllofan torbanı, daha sonra əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən 1 ədəd qara rəngli «İphone 5S» markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli pul kisəsini könüllü olaraq çıxarıb masanın üzərinə qoymuşdur. Torbanın ağzı açıldıqda içərisindən 1 ədəd şəffaf rəngli sellofan bağlama, həmin şəffaf rəngli sellofan bağlamanın içərisindən isə 6 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. Bağlamaların içərisində açıq qəhvəyi rəngli, bərk formalı kütlələr olmuşdur. Polis əməkdaşları ondan həmin kütlələrin nə olması, kimdən, nə vaxt və haradan əldə etməsi soruşduqda o, bağlamaların hər birinin içərisində olan kütlənin camaat arasında «kakos» deyilən narkotik vasitə olmasını, həmin kütlələri 1 ədəd göy rəngli sellofan torbaya qablaşdırılmış halda bu gün, yəni 19 sentyabr 2022-ci il tarixdə, gecə saatlarında «İlqar» adlı şəxsin mobil telefonunda olan «WhatsApp» mesaj mübadilə sistemi vasitəsilə ərazinin dəqiq koordinatını və fotoşəklini göndərməsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsindən götürdüyünü bildirmişdir. Bundan sonra əlində olan göy rəngli sellofan torbanın içərisində olan 6 ədəd şəffaf rəngli sellofan bağlamalar göy rəngli sellofan torbaya qablaşdırılmışdır. Əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən çıxardığı 1 ədəd qara rəngli pul qabının içərisindən 2 ədəd 1 manatlıq, 3 ədəd 10 manatlıq və 1 ədəd 20 manatlıq kağız pul əskinasları olmaqla cəmi 52 manat, 1 ədəd 5 ABŞ dolları, 1 ədəd «Araz» supermarketinə məxsus bonus kartı, 1 ədəd «Adore» marketə məxsus bonus kartı, 1 ədəd X4 məxsus sürücülük vəsiqəsi, 1 ədəd İlkin Süleymanlıya məxsus «Bank of Baku»ya məxsus plastik kart, 1 ədəd «Kapital Bank»a məxsus plastik kart, 1 ədəd özümə məxsus Gürcüstan Respublikasında fəaliyyət göstərən banka aid plastik kart aşkar olunmuşdur. Bundan sonra üzərində axtarış aparılsa da hər hansı qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış əşya və ya predmet aşkar olunmamışdır. Pul qabının içərisindən aşkar edilmiş cəmi 52 manat məbləğində pul, 1 ədəd 5 ABŞ dolları, 1 ədəd «Araz» supermarketinə məxsus bonus kartı, 1 ədəd «Adore» marketə məxsus bonus kartı, 1 ədəd X4 məxsus sürücülük vəsiqəsi maddi sübut əhəmiyyəti kəsb etmədiyindən pul qabı ilə birlikdə ona qaytarılmışdır. 1 ədəd İlkin Süleymanlıya məxsus «Bank of Baku»ya aid plastik kart, 1 ədəd «Kapital Bank»a məxsus plastik kart, 1 ədəd özümə məxsus Gürcüstan Respublikasında fəaliyyət göstərən banka aid plastik kart və 1 ədəd qara rəngli «İphone 5S» markalı mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür (iş vərəqə: 87-90). Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Binəqədi RPİ-də işləyərkən 2022-ci ilin sentyabr ayının 18də Səid adlı şəxsin Sabunçu rayonu ərazisində qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi, saxlanması daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə raportla rəhbərliyə müraciət etmişdir. Sonra isə Sabunçu rayonu ərazisində əməliyyat tədbiri keçirilməsi üçün Bakı Şəhəri Baş Polis İdarəsindən icazə alınmışdır. Baş idarə rəhbərliyindən müvafiq icazə alındıqdan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılaraq, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Əməliyyat tədbirində Şahid3 və o özü iştirak etmişlər. Səidin şəxsiyyəti barədə onların tam məlumatı olmuş, hətta raport təqdim olunan zaman da onun haqqında bütün məlumatları bilmişlər. O, Səidi əməliyyat tədbiri keçirilməzdən əvvəl tanımamış, daha əvvəl onu heç vaxt görməmişdir. Onlar Təqsirləndirilən şəxs qanunsuz əməlini ifşa etmək üçün 19 sentyabr 2022-ci il tarixdə, saat 05-06 radələrində Sabunçu rayonunun Ramana qəsəbəsinə getmişlər və əməliyyat tədbiri orada keçirilmişdir. Orada olarkən şəxsiyyətini əvvəlcədən müəyyən etdiyi şəxsi, yəni baxılan iş üzrə Təqsirləndirilən şəxs gördükdə onu bir qədər kənardan müşahidə edib şübhə doğurmadan həmkarı Şahid3la ona yaxınlaşıb, özlərini təqdim etmiş, xidməti vəsiqələrini göstərmiş və bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs tək olmuş, onlar sonuncunun yanında Elgün adlı şəxsi görməmiş, sonuncunu ümumiyyətlə tanımamışdır. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə əldə edilməsi, saxlanması və daşınmasında şübhəli olduğunu bildirib onu Binəqədi RPİ-yə dəvət etmişlər. Səid saxlanılarkən əlində göy rəngli sellofan torba olmuşdur. Səid qaçmağa cəhd etməmiş, heç bir müqavimət göstərməmişdir. Onlar Təqsirləndirilən şəxs İdarəyə aparmış, İdarədə müvafiq sənədləşmə aparması üçün onu təhqiqat bölməsinə təhvil vermişlər. Səidi kimin maşını ilə RPİ-yə gətirdikləri onun yadında qalmamışdır. Onlar Səidi saxlayarkən və ya İdarəyə apararkən onun əllərini bağlamamışlar. İdarəyə gedərkən Təqsirləndirilən şəxs əlindəki sellofanda narkotik vasitə olduğunu etiraf etmiş, torbanı iranlının atdığını, o da götürüb başqa ünvana aparacağını, bu işin müqabilində pul aldığını onlara danışmışdır. Onlar Səidin əlində olan torbanı açıb baxmamışlar. Şahid1 ifadəsinin davamında göstərdi ki, onlar həmin gün gecə saatlarında xidmətdə olduqları, yorğun olduqları və onların iştirakı ilə başqa bir əməliyyat tədbiri planlaşdırıldığı üçün şəxsi axtarış və digər prosessual hərəkətlərdə onlar iştirak etməmiş, şəxsi axtarış və götürmədə idarənin əməliyyat müvəkkili Şahid2 və kiçik əməliyyat müvəkkili Şahid4 iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman əlində tutduğu göy rəngli sellofanın içərisində üzərinə keçirilmiş şəxsi axtarış zamanı 3 kq-ya yaxın külli miqdarda narkotik vasitə heroin aşkar edilməsini sonradan öyrənmişdir. Əvvəllər Təqsirləndirilən şəxs saxlanılmasından, onun hansısa səbəbdən Binəqədi RPİ-yə gətirilməsindən məlumatı olmamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Binəqədi RPİ-nin CAŞ üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs əvvəllər saxlanılmasından məlumatsız olduğunu və ya iştirak etmədiyini, ondan hər hansı məbləğdə pul almadığını, həmçinin ona “1000 manat pul verməlisən, verməsən 20 qatını alacağıq” sözlərini demədiyini bildirmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı şahid qismində dindirilən Abşeron RPİ-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, təqsirnləndirilən şəxs Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbiri keçirilməsi və onun saxlanılması mərhələsində o, Binəqədi RPİ-də xidmət etmişdir. Belə ki, 18 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-yə Səid adlı şəxsin qanunsuz olaraq olaraq narkotik vasitə əldə etməsi, saxlanması və daşıması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, Binəqədi RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə müvafiq əməliyyat qrupu yaradılaraq 19 sentyabr 2022-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs müəyyən edilərək Binəqədi RPİ-yə gətirilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Şahid1 və onu saxlayan digər əməliyyatçı iştirak etməmişdir. O, Səidi gətirən şəxslər arasında Şahid1 və Şahid3 görmüşdür. Şəxsi axtarnış onun və Binəqədi RPİ-nin CAŞ-nın kiçik əməliyyat müvəkkili Cəfər Nəcəfovun iştirakı ilə təhqiqatçı İlkin Almazov tərəfindən aparılmışdır. Əvvəlcə Təqsirləndirilən şəxs hüquq və vəzifləri elan olunmuş, sonuncunun özünün xahişi ilə vəkillə təmin olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı ilə video çəkilişlə onun üzərinə axtarış keçirilmişdir. Axtarışdan öncə ona üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ayağa qalxıb əvvəlcə əlində saxladığı 01 ədəd göy rəngli selllofan torbanı, daha sonra əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən 01 ədəd qara rəngli «İphone 5S» markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 01 ədəd qara rəngli pul kisəsini çıxarıb könüllü masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs masaya qoyduğu göy rəngli sellofan torbanın ağzı açılmış, torbanın içərisindən 01 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin şəffaf rəngli sellofan bağlamanın içərisi açıldıqda bağlamanın içərisində yenidən 06 ədəd şəffaf rəngli sellofan bağlamanın olması müəyyən edilmişdir. Bütün bağlamalardakı paketlər bir-bir açılıb baxılmış, bağlamaların içərisində açıq qəhvəyi rəngli, bərk formalı kütlələr olmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin nə olması, kimdən, nə vaxt və haradan alıb əldə etməsi soruşulduqda o, bağlamaların hər birinin içərisində olan kütlənin «kakos» deyilən narkotik vasitə olmasını, həmin kütlələri 01 ədəd göy rəngli sellofan torbaya qablaşdırılmış halda bu gün, yəni 19 sentyabr 2022-ci il tarixdə, gecə saatlarında anket məlumatlarını tam olaraq bilmədiyi, İran vətəndaşı olan «İlqar» adlı şəxsin mobil telefonunda olan «WhatsApp» mesaj mübadilə sistemi vasitəsilə ərazinin dəqiq koordinatını və fotoşəklini göndərməsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidən götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş içərisində camaat arasında «kakos» adlanan narkotik vasitə olan 06 ədəd şəffaf rəngli sellofan bağlamaları sonradan İran vətəndaşı olan «İlqar» adlı şəxsin müəyyən edəcəyi yerlərə çatdırmaq üçün üzərində saxladığını və gəzdirdiyini bildirmişdir. Şahid2 ifadəsinin davamında göstərdi ki, Səidin üzərindən narkotik vasitə aşkar onun zaman o, çəkilməmiş, kütləsi müəyyən edilməmişdir. Aşkar edilmiş narkotik vasitəyə şübhəli maddənin herion narkotik vasitəsi olması və kütləsi ekspertiza nəticəsində müəyyən olunmuşdur. Səidin konkret olaraq harada tutulduğunu, İdarəyə necə gətirildiyini, o, bilməmişdir. Əməliyyatçıların deməsinə görə Səid Ramanıda tutulmuşdur. Bundan başqa, məhkəmə baxışı zamanı şahid qismində dindirilən Binəqədi RPİ-nin CAŞ üzrə əməliyyat müvəkkili Şahid4 ifadəsində məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş həmkarı Şahid2 ilə oxşar məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, Səidi hadisədən 1 ay əvvəl tanımışdır. Belə ki, o, Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydiyyatda olmaqla Ramana qəsəbəsində sosial evlərin yanındakı evdə yaşamış, əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, Səidlə ümumi dostları vasitəsi ilə şəhərdə görüşüb tanış olmuşdur. Hadisə günü o, ortaq dostlarını “28 may” metrostansiyasının yanında yerləşən “Dəmiryol vağzalı”na düşürdüb qayıdan zaman Səidlə zəngləşib onların məhəllələrində görüşmüş, təxminən gecə saat 2 radələrində Səid onu çay içmək üçün evə dəvət etmiş, evdə onunla çay içmişlər. Sonuncu dəfə evdən çıxıb getmək istərkən Səid ondan hara getdiyini soruşmuş, o, Səidə Ramana qəsəbəsinə gedəcəyini demişdir. Həmin vaxt Səid onu yolüstü “Buta” restoranının yanında düşürməyi xahiş etmiş, lakin ora nə üçün getmək istədiyini bildirməmişdir. O, Səidi də özünə məxsus “Hyundai Sonata” markalı avtomobilə götürmüş, “Buta” restoranına çatdıqdan sonra onu orada yaxınlıqda yerləşən marketə düşürmüşdür. Səid alacağı siqaret və sudan ona da verməyi nəzərdə tutmuşdur. Səid maşından düşüb 2-3 metr aralanıb həmin marketdən siqaret və su almaq istədikdə təxminən 10 nəfər polis onlar saxlamışdır. O, həmin polisləri tanımasa da, lakin onun maşınımda olan zaman Səidlə polis arasında olan söhbət əsnasından Səidin həmin polisi tanıdığını başa düşmüşdür. Səid onlardan birinin adını Ramin deyə çəkmişdir. Danışıqlardan belə başa düşmüşdür ki, Səidlə həmi polis arasında pul söhbəti olmuş, polis Səidə “gör 1000 manata görə sənə nə edəcəm, 20 qatını alacam” demişdir. Səiddən onları saxlayanların kimliyini soruşduqda, polislər onlara “sakit durun, danışmayın” demişdir. Səid nə baş verdiyini soruşduqda, polislərdən biri “İdarəyə çatanda biləssiniz” deyə cavab vermişdir. İdarəyə çatandan sonra polis onlara narkotik vasitəyə görə gətirildiklərini bildirmişdir. Onların maşınını polislər özləri idarə etmiş, onların maşınında cəmin 3 nəfər polis olmuş, digər polislər isə ayrı maşınlarla İdarəyə gəlmişlər. İdarəyə gətirilərkən onların üzərinə və maşına baxış keçirilməmişdir. O, təəccüblə maşınından narkotik vasitə çıxması ilə maraqlandıqda, ondan heç nə çıxmadığını bildirmişlər. Onun heç nədən xəbərinin olmadığını Səidi özü də təsdiq etmişdir. Şahid5 ifadəsinin davamında göstərdi ki, həmin gün gecə saatlarında 3 nəfər polis əməkdaşı ona məxsus maşınla onları Bİnəqədi RPİ-yə aparmış, 3-4 saat orada saxlandılıqdan sonra onu buraxmışlar. Onlar idarəyə ayrı-ayrı daxil olmuş, orada olan zaman onun telefonu yoxlanılıb araşdırılmış, sonra Səidi çağrılmış və ona onunla bağlı suallar verilmişdir. Səid isə “bu adamlıq heç nə yoxdur, ondan mən xahiş eləmişəm ki, məni “Buta” restoranının yanına aparsın” cavabını vermişdir. Bundan sonra onları başqabaşqa otaqlarda saxlamışlar. Onlar saxlanılarkən heç birinin əlində və ya üzərində selofan paket olmamış, həmin paketin kimin əlində olduğunu ümumiyyətlə görməmişdir. Səiddə hər hansı narkotik vasitənin aşkar olunduğunu o, görməmiş, Səidin həmin yerə hansı məqsədlə getdiyini bilməmiş, sonuncu sadəcə onu “Buta” restoranın yanına aparıb düşürməyi ondan xahiş etmişdir. Səidin Binəqədi RPİ-də narkotik vasitə ilə əlaqəsinin olub-olmaması ilə bağlı hər hansı fikir bildirməsini o, eşitməmişdir. Səidlə sonuncu görüşən gün o, “Samsung” markalı mobil telefondan istifadə etmiş, həmin telefonda ***-**- ** və ***-**-** nömrələr olmuş və həmin nömrələr onun adına olmuş və hər iki nömrə işlək vəziyyətdə olmuşdur. Onun nömrəsi Səidin telefonunda, Səidin də nömrəsi onun telefonunun yaddaşında olmuşdur. O, maşında aparılan 1000 manatla bağlı söhbətin məğzini bilməmiş, Səidin əvvəllər polis idarəsinə aparılması və ondan pul istənilməsi ilə bağlı onun məlumatı olmamışdır. Şahid5 ifadəsinin davamında daha sonra göstərdi ki, o özü hal-hazırda CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməyə görə məhkum olunmuşdur və cəza çəkməkdədir. Barəsində məhkəmə hökmü olmuş, ibtidai istintaq Xəzər RPİ-də aparılmışdır. Belə ki, Səidlə tanışlığı zamanı o, narkotik vasitədən istifadə etməsə də, həmçinin Səidin narkotik vasitədən istifadə etməsini bilməsə də, o özü tutulmazdan 1 ay əvvəl narkotik vasitədən istifadə etməyə başlamışdır. Onu saxlayan polis əməkdaşları ilə Səidi saxlayan polis əməkdaşlarının bir-biri ilə əlaqəsi olmamışdır. O, məhkəməyə Şüvəlandan, Səid isə Kürdəxanıdan gətirilmiş, məhkəmədə ayrı-ayrılıqda saxlanılmış, birbiri ilə əlaqəsi olmamışdır. Lakin tutulmazdan əvvəl Səidin anası ilə telefon danışığı olmuş, sonuncu ondan məhkəməyə gəlib-gəlməyəcəyini soruşmuş, o da gələ biləcəyini demiş, məhkəmədə danışdıqlarını Səidin anasına da danışmışdır. Səidin ansı onun mobil nömrəsini qonuşusu İlqar adlı şəxsin vasitəsilə tapıb onunla əlaqə saxlamışdır. Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi RPİ-nin TB-nin baş təhqiqatçısı İlkin Almazov tərəfindən tərtib olunmuş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin protokol baxılan iş üzrə Təqsirləndirilən şəxs, Binəqədi RPİ-nin əməliyyat müvəkkili Şahid2, həmin İdarənin CAŞ üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid4 və Binəqədi RPİ-nin KTQ-nin baş ekspertkriminalisti, polis polkovnik-leytenantı X3 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinə görə tərtib edilmiş, şəxsi axtarış və götürmə video çəkilişlə aparılmışdır. Tədqiq olunan həmin protokoldan görünür ki, şəxsi axtarış zamanı təhqiqatçı tərnəfindən Təqsirləndirilən şəxs üzərində olan əşayaları təqdim etməsi təklif olunmuş, sonuncu əvvəlcə əlində saxladığı bir ədəd göy rəngli sellofan torbanı, daha sonra əynində olan göy rəngli cins şalvarın qabaq sol cibindən 1 ədəd qara rəngli «İphone 5S» markalı mobil telefonu, əynində olan göy rəngli cins şalvarın arxa sağ cibindən 1 ədəd qara rəngli pul kisəsini çıxarıb könüllü olaraq masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs əlində saxladığı göy rəngli sellofan torbanın ağzı açılmış, torbanın içərisindən bir ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. Həmin şəffaf rəngli sellofan bağlama açıldıqda bağlamanın içərisində əlavə olaraq 06 ədəd şəffaf rəngli sellofan bağlama olması müəyyən edilmişdir. Bağlamaların içərisində açıq qəhvəyi rəngli, bərk formalı kütlələr aşkar edilmişdir. Tədqiq olunan həmin rəydən daha son görünür ki, Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq göstərmişdir ki, bağlamaların hər birinin içərisində olan kütlələr camaat arasında «kakos» deyilən narkotik vasitədir, həmin kütlələri 1 ədəd göy rəngli sellofan torbaya qablaşdırılmış halda bu gün, yəni 19 sentyabr 2022-ci il tarixdə, gecə saatlarında anket məlumatlarını tam olaraq bilmədiyi, İİR vətəndaşı olan «İlqar» adlı şəxsin mobil telefonunda olan «WhatsApp» mesaj mübadilə sistemi vasitəsilə ərazinin dəqiq koordinatını və fotoşəklini göndərməsi əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük Sovxozu adlanan ərazidən götürmüş, 06 ədəd şəffaf rəngli sellofan bağlamalarda olan narkotik vasitələri sonradan «İlqar» adlı İran vətəndaşının müəyyən edəcəyi yerlərə çatdırmaq üçün üzərində saxlamış və gəzdirmişdir. Bundan başqa, tədqiq olunan həmin rəydən görünür ki, 06 ədəd şəffaf rəngli sellofan bağlamalar aşkar olunduqları 01 ədəd şəffaf rəngli, daha sonra 01 ədəd göy rəngli sellofan torbaya qablaşdırılıb üzərinə yapışqan kağızla ağ vərəq yapışdırılıb vərəqin üzəri hər bir iştirakçı tərəfindən müvafiq qeydiyyatlar aparılmaqla imzalanmış, vərəqin üzəri Binəqədi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 172 nömrəli möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərində aparılmış sonrakı axtarış müsbət nəticə verməmişdir (iş vərəqə: 37-39). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 sentyabr 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi bir ədəd DVD formatlı diskə baxış keçirilməsi haqqında eyni tarixli protokoldan görünür ki, diskə baxış nəticəsində tərtib olunan protokolun məzmunu “Şəxsi axtarış və götürmə aparılması haqqında” 19 sentyabr 2022-ci il tarixli protokolun məzmunu ilə üstüstə düşür, ziddiyyətlər və qanun pozuntuları müəyyən olunmur (iş vərəqə: 59-60). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarından görünür ki, şəxsi axtarış və götürmə aparılması prosesinin videogörüntülərinin yükləndiyi 1 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir (iş vərəqə: 152). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 6/5324 saylı məhkəmə-kimyəvi ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycanb Respublikası DİN “ Zərflər üçün N 172 dairəvi möhür əksi olan “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözlər soyadlar və imzalar olan üzəri yapışqanlı lentlə bağlanmış bir ədəd göy rəngli sellofan bağlamanın içərisində 06 ədəd bağlamada ayrı ayrılıqda təmiz çəkiləri 504,4 qr., 501,0 qr., 495,0 qr., 496,5 qr., 503,1 qr., 505,6 qr. olmaqla ümumi təmiz çəkisi 3005,6 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiq olunan həmin rəydən, həmçinin görünür ki, ekspertiza tədqiqatına 0,3 qram heroin sərf edildiyindən 3005,3 qram çəkidə narkotik vasitə heroin qalıq qalmışdır (iş vərəqə: 43-46). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 3005,6 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3005,3 qram heroin narkotik vasitəsi saxlanılması üçün Binəqədi RPİnin Növbətçi Hissəsinə təhvil verilmişdir (iş vərəqə: 152). Cinayət işinə məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəməkimyəvi ekspertizasının 13 noyabr 2022-ci il tarixli, 6/5629 saylı rəyindən görünür ki, tədqiqata “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkmə Ekspertizası Mərkəzi № 65 dairəvi möhür əksləri olan “6/5324....19 sentyabr 2022-ci il” sözləri olan bir ədəd MEM-ə məxsus kağız paketdə qablaşdırılmış, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan bağlamada 06 ədəd bağlamada ayrı ayrılıqda təmiz çəkiləri 504,35 qr., 500,95 qr., 494,95 qr., 496,45 qr., 503,05 qr. və 505,55 qr. ümumi təmiz çəkisi 3005,3 qram heroin bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edir (iş vərəqə: 135-138). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6993 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: 139-140). Cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd «İphone 5S» markalı mobil telefona baxış keçirilməsi haqqında protokolun tədqiqi ilə aşağıdakılar müəyyən edilmişdir: mobil telefonun «WhatsApp» sosial sms mübadiləsi proqramında +**********96 saylı mobil nömrədən səsli və yazılı smslər çoxlu sayda müxtəlif tarix və saatlarda daxil olmuşdur. Səsli smslər qadın və kişi tərəfindən göndərilmişdir. Sms-lərdə Təqsirləndirilən şəxs qarşı tərəfdən narkotik vasitənin yerinin harada olmasını, ona müştəri tapacağını, özünün də maddi vəziyyətinin pis olduğunu deyir, qarşı tərəf isə ona işləməli olduqlarını, müştəri taparsa ona aşağı qiymətdən hesablayacağı vədini verir, eyni zamanda narkotik vasitənin yerlərini ona bildirir. Təqsirləndirilən şəxs satmaq üçün əldə etdiyi narkotik vasitənin pulunu göndərdiyi çeklərin səkilləri də smslərdə əks olunuşdur. Həmin səsli və yazılı smslər video halında Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş «İphone 5S» markalı mobil telefondan çəkilərək işə əlavə edilməsi üçün diskə köçürüldü. Mobil telefonun qalereyasında Təqsirləndirilən şəxs narkotik vasitənin yerini müəyyən etməsi üçün çəkilmiş foto aşkar edildi, belə ki fotoda narkotik vasitənin olduğu göy rəngli sellofan torbanın olduğu yer yaşıl rəngli oxla işarə edilmişdir. Mobil telefonun Whatsapp sosial sms mübadiləsi proqramında ***-***-**-** saylı mobil nömrədən yazılı smslər daxil olmuş sms-lərdə qeyd edilmişdir: - kola istəyirəm 10 manatlıq var? - Salam su var yarım lazımdır və s., Cavab olaraq Səid bildirmişdir ki, “Həri var” (iş vərəqə: 61-66). İşdə olan və məhkəmə baxışı zamanı tədqiq olunan ibtidai istintaq orqanının müvafiq qərarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş axtarış zamanı təqdim etdiyi bir ədəd «İphone 5S» markalı mobil telefon və mobil telefonda olan səsli smslərin videogörüntülərinin yükləndiyi 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: 152). Cinayət işinə məhkəmə baxışı zamanı tədqiq edilən ambulator-məhkəmə psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 3074 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir və məcburi müalicəyə ehtiyacı yoxdur (iş vərəqə: 141-144). Məhkəmə baxışı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş külli miqdarda heroin narkotik vasitəsinin mənbəyinin müəyyənləşdirilməsi məqsədilə baxılan cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin tərkib əlamətləri ilə ayrıca icraatda ********* saylı cinayət işi ayrılmışdır (iş vərəqə: 155-156). Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edildi ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş heroin narkotik vasitəsinin çəkisi 3005,6 qram təşkil etməklə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulan eyni maddənin külli miqdar həddindən müvafiq olaraq təxminən 1500 dəfədən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli həmin qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun 04 mart 2011-ci il tarixli qərarının bu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülən heroin narkotik vasitəsinin külli miqdar təşkil etməsi, aşkar edilmiş ümumi narkotik vasitənin təmiz çəkiləri 504,4 qr., 501,0 qr., 495,0 qr., 496,5 qr., 503,1 qr. və 505,6 qram olan 06 ədəd səffaf rəngli sellofan bükümlərdə qablaşdırılmış olması, Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi, saxlaması və daşıması, həmçinin həmin narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları, narkotik vasitələrin satışını realizə etmək məqsədilə qeyriləri ilə qabaqcadan cinayət əlaqəsinə girməsi, eyni məqsədlə cinayətkar qrupun digər üzvü ilə sms yazışmaların və danışıqların aparılması, narkotik vasitələrin satışını təşkil etmək məqsədilə cinayətkar qrupun üzvləri arasında kordinatların müəyyənləşdirilməsi və qarşılıqlı məlumatlandırılması, şahid ifadələri və işin ayrı-ayrı halları təqsirləndirilən şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə edib üzərində saxlamasına və daşımasına dəlalət edir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq külli miqdarda – 3005,6 qram çəkidə heroin narkotik vasitəsini əldə etməsi, üzərində gəzdirməsi, daşıması və saxlaması, yəni Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadələrində ondan aşkar edilib götürülən külli miqdarda heroin narkotik vasitəsini qabaqcadan əlbir olan bir qrup şəxs kimi satış məqsədilə qanunsuz olaraq əldə etməsinə dair verdiyi inkaredici və ziddiyyətli ifadələri, o cümlədən «İlqar» adlı iranlıya yalnız özünün istifadəsi üçün 5 qram marixuana, 5 qram isə heroin sifariş verməsi və buna görə iranlıya 150 manat ödəniş etməsi, üç kiloqramdan artıq heroin narkotik vasitəsini iranlının dediyi yerdən götürmədiyi, həmin narkotik vasitənin olduğu göy rəngli torbanın polis əməkdaşlarının əlində olması, təzyiqlər və hədələr altında ittihamda göstərilən narkotik vasitəni boynuna götürməyə məcbur edilməsi, 27 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları Samir, Emin, Fəxri və Ramin adlı şəxslər tərəfindən qanunsuz saxlanılarkən buraxılması müqabilində onun anasından 5000 manat pul alınmasına və əlavə olaraq 1000 (min) manat istənilməsinə görə polis əməkdaşlarının barəsində şikayət etmələri ilə bağlı sonuncu dəfə onun boynuna üç kiloqramdan artıq narkotik vasitəsi qoyulmaqla qisas məqsədi ilə tutulması barədə ifadələri onun ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, hətta əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, cinayət işinə məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb-saxlanılmaması, onun Binəqədi RPİ-nin inzibati binasına aparılıb-aparılmaması, aparıldığı təqdirdə aparılmasının səbəbləri barədə məhkəməyə rəsmi məlumat verilməsi üçün müvafiq sorğu göndərilmişdir. Məhkəməyə Binəqədi RPİ tərəfindən təqdim olunan 20 sentyabr 2023-cü il tarixli, 46/2-36816/23 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılması müəyyən edilməmişdir. Məhkəməyə təqdim olunan Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17 yanvar 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, baxılan iş üzrə Təqsirləndirilən şəxs 27 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılması və ona qarşı qanunazidd hərəkətlər edilməklə onun müqabilində təqsirləndirilən şəxsin anasından 5000 manat pul alınması və s. barədə təqsirləndirilən şəxsin anası Səidə Məmmədova tərəfindən Binəqədi rayon prokurorluğuna sonuncunun oğlu Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən tutulmasından sonra şikayət ərizəsi ilə müraciət olunmuş və prokurorluq tərəfindən aparılmış araşdırma nəticəsində Binəqədi RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilmədiyi, cinayət işi başlanılmasına əsaslar müəyyən edilməmiş və araşdırma materialları üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Bundan başqa, cinayət işinə məhkəmə baxışı zamanı əlavə şahid qismində dindirilmiş Şahid5 27 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb-saxlanılmaması, onun Binəqədi RPİ-nin inzibati binasına aparılıb-aparılmaması, aparıldığı təqdirdə aparılmasının səbəbləri barədə məhkəməyə rəsmi məlumat verilməsi üçün müvafiq sorğu göndərilmişdir. Məhkəməyə Binəqədi RPİ tərəfindən təqdim olunan 12 oktyabr 2023-cü il tarixli, 31- 13-46/2-40099/23 saylı arayışdan görünür ki, Şahid5 27 iyun 2022-ci il tarixdə Binəqədi RPİ-yə gətirilməmişdir. İşdə olan və məhkəmə baxışı zamanı elan olunan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının məzmunundan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə izahat verərkən ona qarşı Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamla özünü təqsirli bilmiş və bunun əksi olan heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin əməliyyat-sorğu arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarxili Amnistiya haqqında qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılaraq üzərində bir il altı ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bundan sonra o, xx.xx.2016-cı il tarixdə 04 ay 07 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2016-cı il tarixdə cəza müddəti sona çatmışdır (iş vərəqə: 122-124). Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə məhkumluqla bağlı hissədə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Məhkəmə baxışı nəticəsində Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən və ağırlaşdıran müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində nəzərdə tutulan hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan, şəxsiyyətinə uyğun müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6993 saylı rəyi əsas götürülməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması nəzərə alınmalı və barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi-xarakterli məcburi tədbirlər tətbiq edilməli, Təqsirləndirilən şəxs, həmçinin ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını, onun məhkumluğu olmayan şəxs kimi ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə 19 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 20 sentyabr 2022-ci il tarixdə müvafiq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Bundan sonra məhkəmə hökmü çıxarılanadək Təqsirləndirilən şəxs qanuni əsaslarla fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 19 sentyabr 2022-ci il tarixdən başlayaraq həbsdə saxlanıldığı bütün müddət ona təyin olunmalı olan cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxsə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilməlidir: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3005,3 qram çəkidə heroin narkotik vasitəsi məhv edilməli; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalı; - Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı bir ədəd mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilməli; - Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı mobil telefonda olan səsli smslərin videogörüntü halında köçürüldüyü bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iş üzrə 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 19 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbixarakterli məcburi tədbirlər tətbiq edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutların taleyi hökm qanuni qüvvəyə mindikdən sonra aşağıdakı qaydada həll edilsin: - Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatlarından sonra qalıq qalmış 3005,3 qram çəkidə heroin narkotik vasitəsi məhv edilsin; - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və götürmə prosesini əks etdirən videogörüntülərin yükləndiyi bir ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın; - Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı bir ədəd mobil telefon onun özünə qaytarılması üçün yaxın qohumlarına təhvil verilsin; - Təqsirləndirilən şəxs məxsus «İphone 5S» markalı mobil telefonda olan səsli smslərin videogörüntü halında köçürüldüyü bir ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-157/2024
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-157/2024
12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver