Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-157/2025 18.06.2025 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), X12 və Namazov Fərid Arif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X1 qızının, X5, X6 və X7, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər, Sumqayıt Regional Vəkil bürosunun vəkili Müdafiəçi2, Bakı şəhəri 20 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx xxxxxx 1995-ci ildə Türkmənistanda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, H.Aslanov küçəsi, nömrəsiz fərdi evdə qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış sahəsi, Şahid2 küçəsi, ev 24B, mənzil 3a ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 07 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və 19 iyun 2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs2 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 61,939 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 2,135 qram çəkidə narkotik vasitə heroin və 4,721 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 iki ədəd bükümdə 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə 4,721 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, “Yeni Yasamal” yaşayış sahəsi, Şahid2 küçəsi 24B saylı ünvanın qarşısına, Təqsirləndirilən şəxs2 3 ədəd bükümdə 42,362 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 02:50-də Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə saat 03:37-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 28,911 qram narkotik vasitə qurudulmuş marixuana, gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 0,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, əynində olan şalvarının sol arxa cibindən bir ədəd bükümdə 12,583 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdə saat 04:33-də Bakı şəhəri, Yasamal rayonu, “Yeni Yasamal” yaşayış sahəsi, Şahid2 küçəsi 24B saylı ünvanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə 05:20-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 18,964 qram və 0,613 qram, ümumi təmiz çəkisi 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,785 qram, 0,545 qram, 0,391 qram, ümumi təmiz çəkisi 4,721 qram psixotrop maddə metamfetamin və gödəkçənin sağ yan cibindən üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktından həmçinin görünür ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 180.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən və 18 oktyabr 2021-ci il tarixdə cəzasının sonu ilə azad edildikdən sonra məhkumluğu qanunla ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma barədə tanışı Təqsirləndirilən şəxs1 ilə razılıq əldə edib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə 61,939 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, külli miqdarda 2,135 qram çəkidə narkotik vasitə heroin və 4,721 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə etmiş, əvvəlcədən aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən qeyd edilən narkotik vasitə və psixotrop maddələrdən Təqsirləndirilən şəxs1 iki ədəd bükümdə 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə 4,721 qram çəkidə psixotrop maddə metamfetamini ayırıb satış məqsədilə üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, “Yeni Yasamal” yaşayış sahəsi, Şahid2 küçəsi 24B saylı ünvanın qarşısına, Təqsirləndirilən şəxs2 3 ədəd bükümdə 42,362 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroini ayırıb satış məqsədilə üzərində saxlamaqla Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 fevral 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs2 həmin gün saat 02:50-də Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yolu, “Jasmin park” yaşayış sahəsinin yaxınlığında saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə saat 03:37-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan gödəkçəsinin sağ yan cibindən 1 ədəd bükümdə ümumi təmiz çəkisi 28,911 qram narkotik vasitə qurudulmuş marixuana, gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümdə 0,353 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 0,868 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, əynində olan şalvarının sol arxa cibindən bir ədəd bükümdə 12,583 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdə saat 04:33-də Bakı şəhəri, Yasamal rayonu, “Yeni Yasamal” yaşayış sahəsi, Şahid2 küçəsi 24B saylı ünvanın qarşısında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Baş İdarəyə gətirilib 04 fevral 2023-cü il tarixdə 05:20-dən etibarən keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan gödəkçənin sol yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 18,964 qram və 0,613 qram, ümumi təmiz çəkisi 19,577 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, bir ədəd bükümdə 1,782 qram çəkidə narkotik vasitə heroin, üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 3,785 qram, 0,545 qram, 0,391 qram, ümumi təmiz çəkisi 4,721 qram psixotrop maddə metamfetamin və gödəkçənin sağ yan cibindən üzərində psixotrop maddə metamfetamin izləri olan bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, onun bu işə heç bir aidiyyəti olmamışdır. Onu Sumqayıtda başqa iş ilə bağlı tutmuşlar, o da həmin işi həll etmişdir. Bəzi adamlar ona xəbər göndərmişdir ki, bu işdən əl çəksin, hətta o izlənildiyini də hiss etmişdir. O, Allahverdini tanıyır. Allahverdi onunla eyni cəzaçəkmə müəssisəsində olmuşdur. Bir dəfə Allahverdi maşın almaq məqsədilə ona zəng edib “maşın yeri bilirsənsə, mənə deyərsən” demiş, o da Allahverdiyə “gəl, mən sənə maşınımı verim, öz maşınımı dəyişəcəyəm” deyə bildirmişdir. İlk öncə Allahverdi qiymətlərə narazıçılıq etmiş, amma sonra öz aralarında məsələni həll edə bilmişlər. Sonra Allahverdi ona maşını sürüb yoxlamağı təklif etmiş, onlar Sumqayıt yoluna getmiş, o da sürüb göstərmiş, aralarında qiyməti danışmış, sonra o, Allahverdini öz evlərində düşürtmüşdür. Qayıdanda Allahverdi zəng edib evin açarının maşında qaldığını demiş, o da baxıb açarın doğrudan da maşında olduğunu görmüş və Allahverdiyə gözləməsini deməklə yenidən məhəlləyə getmiş və pəncərədən açarı Allahverdiyə vermişdir. Qayıdanda yolda onu yol polisi saxlamış, o da pəncərəni aşağı saldıqda yol polisi əməkdaşı ona “indi deyəcəksən ki, taksi sürücüsüyəm, niyə belə bərk sürürsən?” deyə bildirmiş, o da bərk sürmədiyini demişdir. Sonra əməkdaş ondan şirinlik istəyərək “sənədi də gətir” demiş, o gedib sənədi gətirmiş, maşından düşəndə “Lexus” markalı maşın, Allahverdigildən gələndə yolda gördüyü maşın onu saxlayaraq Allahverdigilin həyətinə aparmış, orada onu vurmağa başlamışlar. Sonra bir nəfər də onu vurmağa, nalayiq sözlər deməyə başlamışdır. Bir müddət keçmişdir ki, Allahverdini də gətirmişlər. Allahverdinin döyüldüyü üçün səsi çıxmamışdır. Polis əməkdaşları sonra onları Allahverdigilə apararaq evi axtarmağa başlamışlar. Allahverdigildən çıxıb onun maşınına oturaraq “sür, sizə gedirik” demişlər. O da “mənim evimdə heç nə tapa bilməzsiniz” deyə bildirmişdir. Onun evinə yollanmışlar, o da anasına gələnlərin iş yoldaşları olduqlarını, geyimlərini götürüb gedəcəklərini demişdir. Polis əməkdaşları onun evini axtarsa da, heç nə tapa bilməmişlər. Sonra o, polis idarəsinə aparılmış, orada da 2 gün döyülmüşdür. Allahverdidən bunun nə olduğunu soruşmuş, elə bilmişdir ki, bu, Allahverdinin işidir. Allahverdi də özünün heç nədən xəbəri olmadığını bildirmişdir. Sonra əməkdaşlar onlara “gəlin sizi yükləyək, biriniz götürün, gedin” təklifini vermişlər. Səhər saat 9-da bir nəfər içəri girərək onu döyüb çox pis hala salmışdır. Ona deyilmişdir ki, “sənə 30 qram narkotik maddə qoyacağıq”. O, “niyə belə edirsiniz, mənim günahım nədir?” deyə soruşmuşdur. Polis əməkdaşları isə heç bir cavab verməmişlər. Onun üzərindən heç bir bir qanunsuz vasitə çıxmamışdır. Üzərindən aşkarlanan narkotik vasitəni əməkdaşlar özləri qoymuşlar. Protokolda yazılanların hamısı yalandır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirdi ki, o, bu hadisədə qərəzin nə olduğunu bilmir. O, narkotik vasitə istifadə etməmişdir. Allahverdinin niyə tutulduğunu bilmir. Onu polis əməliyyatçıları döymüşlər. Evindən heç nə aşkar olunmamışdır. İdarədə çəkiliş zamanı tək olmuşdur, vəkil də iştirak etmişdir, hətta onu vəkilin yanında da döymüşlər. Bu hadisələr fevral ayının 2-si axşam baş vermişdir. Əməliyyatçıların onu nə məqsədlə tutduğunu bilmir, bunun Sumqayıt Şəhər Məhkəməsində bəraət aldığı işlə əlaqəli olduğunu düşünür. Onun öz telefonu aktiv olmuşdur, hətta o, iş yoldaşı ilə də polis idarəsində danışmışdır. Döyülən zaman ona zəng gəlmiş, əli qandallı ola-ola ona telefonu danışmağı üçün vermişlər. 3 fevral, səhər-səhər o, iş yoldaşı ilə danışmışdır. Polis əməkdaşları Allahverdinin evinə çəkilişə gedən zaman o da getmişdir. Allahverdigildə oğlan, qadın və uşaq olmuşdur. Əməliyyat qrupuna ümumi rəhbərlik Emin müəllimə həvalə olunmuşdur. Şahid1 onun döyülməsinə şahid olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs2lə 14 saylı cəzaçəkmə müəssisəsində tanış olmuş, bir yerdə cəza çəkmişlər. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra bir dəfə təsadüfən şadlıq sarayında görüşmüşlər. Həmin vaxt söhbət etməyə vaxtları olmamış, amma bir-birilərinin nömrələrini götürmüşlər. Natiqin maşın ustası olduğunu bilmişdir. Ona taksi sürmək üçün maşın lazım olmuş, bununla bağlı, Təqsirləndirilən şəxs2 zəng edərək onda maşın olub-olmadığını soruşmuşdur. Natiq də ona öz maşınını təklif etmişdir. Onlar maşına baxmaq adı ilə görüşmüşlər. Maşını yoxlamaq üçün sürməyə aparmış, lakin maşınla bağlı razılaşmamışdır, maşın da istədiyi kimi olmamışdır. Natiq onu evinə aparmışdır. Bloka qalxmaq istəyəndə görmüşdür ki, domofonun açarı üzərində yoxdur. Təqsirləndirilən şəxs2 zəng edərək yaxındadırsa, evə daxil olmaq üçün açarı gətirməsini istəmişdir. Natiq də gəlib açarı vermişdir. O, Natiqdən ayrılandan sonra evə qalxmış, komendant ona zəng edərək aşağı düşməsini istəmişdir. O da aşağı düşmüşdür. Yasamalda sahə müvəkkili onunla eyni binada yaşayırmış. Aşağıda həmin sahə müvəkkili və yanında 3-4 nəfər olmuşdur. Aşağı düşən kimi həmin şəxslər onu tutaraq bir maşına aparmışlar. Maşına əyləşəndə görmüşdür ki, Natiq oradadır. Maşınla binanın həyətinə getmiş, evə qalxmışlar. Polis əməkdaşları ona əl-qol atmağa, təhqir etməyə başlamışlar. O, polislərdən hansı haqla bu hərəkətləri etdiklərini soruşmuşdur. Daha sonra onun sinəsinə yumruq vurulmuş, heç nəyə məhəl qoyulmadan evinin altı üstünə gətirilmişdir, lakin evdən heç nə tapılmamışdır. Sonra onlar aşağı düşmüş, sahə müvəkkili Nicat arxadan ona bağlamanı uzadaraq “bu sənə aiddir” demiş, o da bağlamanın ona aid olmadığını bildirmişdir. Sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkiliş üçün cibinə qoymuşlar. Şahbazı və onu ayrı maşınlarda əyləşdirərək Sumqayıta aparmışlar. Orada Natiqin evinə gedilmiş, baxış keçirilmiş, heç nə tapılmamışdır. Sonra onları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparmışlar. İdarədə onu döyərək məcbur etmişlər ki, narkotiki Natiqdən aldığını, ya da Natiqə satdığını desin. Natiq də digər tərəfdə döyülmüşdür. Bağlamanı da masanın üzərinə qoyaraq ona “bunun sənin evindən tapıblar” demişlər. O da bunun mümkün olmayacağını demişdir. Dörd dəfə çəkiliş edilmişdir, çünki onu narkotiki 350 manata alıb, 230 manata satdığını deməyə məcbur etmişlər. Onun cibindən heç 230 manat pul çıxmamışdır. Cibində həmişə siqaret və alışqan olmuşdur. Özü siqaret çəkən adam olmuşdur, amma necə olmuşdursa, çəkilişdə cibindən siqaret və alışqan çıxmamış, narkotik və tərəzi çıxmışdır. Onu ailəsi ilə hədələyərək çəkilişdə dediklərini etməyə məcbur etmişlər. Daha sonra o, müstəntiqə demişdir ki, “məni yükləyiblər, sən təhqiqatçının dediyi kimi işi aparma, düzgün apar”. Müstəntiq də demişdir ki, “mən bilirəm ki, səni yükləyiblər, sən narahat olma, mən bu işə xitam verəcəyəm. Natiq narkotiki səndən aldığını demişdir, ona bunu doğru hərəkət olmadığını izah etdim, üzləşmə edəcəyəm”. Son nəticədə, üzləşmə həyata keçirilməmişdir. Ona heç vaxt sənəd verilməmişdir. Hər şeyin düzələcəyi ilə bağlı ona boş-boş vədlər vermişlər. Təzyiqlə narkotikin ona aid olduğunu boynuna almışdır. Əvvəl narkotik istifadə etmiş, daha sonra isə müalicə alıb sağalmışdır. İlkin ifadəsini təzyiq altında vermişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirdi ki, o, bu hadisədə qərəzin nə olduğunu bilmir. Natiqlə bir yerdə narkotik istifadə etməmişdir. Üzərindən pul, siqaret, alışqan və adapter çıxmışdır, narkotik vasitə çıxmamışdır. Çəkilişdə narkotik cibinə məcburi şəkildə qoyulmuşdur. Onun üçün müdafiəçi təmin olunmuşdur. İdarədə dörd dəfə çəkiliş olmuşdur, dördüncü çəkilişdə polis əməkdaşlarının dediklərini etməklə razılaşmışdır. Ona təzyiq olunmuşdur, bununla bağlı, evdəkilər prokurorluğa şikayət etmişdir. Təcridxanada bədəninə baxış keçirilmiş, bundan əlavə, rentgen olunmuş, qabırğasında qırıq aşkar olunmuşdur. Bu hadisələr fevral ayının 2-si, saat gecə 12-də baş vermişdir. Əməliyyatçılar onu “Bolmart”ın qarşısında saxlamış, Sumqayıta Bakı-Sumqayıt yolu ilə getmişlər. Natiqlə ayrı-ayrı maşınlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmişdir. Telefonu üzərində olmuş, zəng gəlmiş, amma zəng getməmişdir. Evə baxış zamanı ona qarşı nalayiq ifadələr işlədilmiş, döyülmüşdür. Polis əməkdaşlarının dedikləri ilə razılaşmadığı üçün dörd dəfə çəkiliş olmuşdur. İlk iki çəkilişdə müdafiəçini çölə çıxardıqdan sonra onu döymüşlər. Digər iki çəkilişdə onu vəkilin yanında döymüşlər. Müdafiəçi ilə təkbətək görüş olmamışdır, sadəcə ona vəkili olduğu deyilmişdir. Şahid5 ilk dəfə görmüşdür. O, şahidi çəkiliş zamanı görmüşdür. Şahid4 ifadəsində dediklərinin heç biri doğru deyil, sadəcə kağızdan əzbərləyərək məhkəmə iclas zalında danışmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, 4 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat rəhbərliyə məruzə edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupa rəhbərlik ona həvalə edilmişdir. 2 qrup yaradılmışdır. Həmin gün gecə saat 3 radələrində Təqsirləndirilən şəxs2 Yasamal rayonu, Dairəvi yol, “Jasmin” yaşayış kompleksinin yaxınlığında olması müəyyən edilmişdir. Şəxs müəyyən edildikdən sonra ona yaxınlaşmışlar. Həmin vaxtda Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia” markalı avtomobilin yanında tək olmuşdur. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişdir. İstintaq hərəkətlərinin aparılması ilə bağlı Təqsirləndirilən şəxs2 Baş İdarəyə dəvət edilmişdir. Baş İdarədə üzərinə şəxsi axtarış aparılarkən Natiq könüllü şəkildə 4 büküm narkotik vasitə təqdim etmişdir. Həmin bükümlərdən 3-ü marixuanaya bənzər maddə, 1-i isə heroinə bənzər maddə olmuşdur. Bununla bağlı sənədləşdirmə aparılmış və Təqsirləndirilən şəxs2 narkotik vasitələri kimdən aldığı soruşulduqda o, Allahverdi adlı şəxsdən aldığını bildirmişdir. Həmin gecə digər qrup Təqsirləndirilən şəxs1 də saxlamışdır. Təqsirləndirilən şəxs1 üzərindən 6-7 büküm narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid1 bildirdi ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Natiqə fiziki və psixi təzyiq göstərilməmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs2 qaçmağa cəhd etməmişdir. Şəxsi axtarış zamanı əməkdaşlar, o, vəkil və təhqiqatçı iştirak etmişdir. Təqsirləndirilən şəxs2 üzərindəkiləri könüllü təqdim etmişdir. İfadəsində narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını demişdir. O, Təqsirləndirilən şəxs1 saxlanılmasında və şəxsi axtarışda iştirak etməmişdir. Təqsirləndirilən şəxs2 4 fevral tarixində, gecə saatlarında saxlanılmışdır. O, Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Natiq Yasamal rayonu, Bakı Dairəvi yol, “Jasmin” yaşayış kompleksinin yaxınlığında saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs2 evinə baxış keçirməmişlər, maşınında axtarış həyata keçirilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsi həqiqətə uyğun deyil. O, Natiqin döyülməsində iştirak etməmişdir, nə də ki, döyülmə anına şahid olmuşdur. Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak etmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 məhkəmədə Şahid1 ifadəsinə oxşar ifadələr verərək Təqsirləndirilən şəxs2 2023-cü ilin fevral ayının 4-də gecə saat 02:50 radələrində Yasamal rayounu, Dairəvi yolun yanında yerləşən “Jasmin” park yaşayış kompleksinin yaxınlığında avtomobilinin yanında saxladıqlarını, qərarla tanış edildikdən sonra Natiqin idarəyə dəvət edildiyini, idarədə Natiqin üzərinə baxış keçirilən zaman 4 büküm narkotik vasitə aşkar olunduğunu, həmin bükümlərdən 3-ünün marixuanaya bənzər maddə, 1-inin isə, səhv etmirsə, metamfetamin olduğunu, sorğu zamanı Təqsirləndirilən şəxs2 narkotik vasitələri Allahverdi adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirdiyini, Natiqin üzərinə axtarışın gecə vaxtı həyata keçirildiyini, Natiq saxlanıldıqdan sonra birbaşa Baş İdarəyə gətirildiyini, Sumqayıt şəhərinə getmədiklərini, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhərinə aparılması barədə məlumatlarının olmadığını bildirmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid4 ifadəsində göstərdi ki, 4 fevral 2023-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barədə əməliyyat məlumatı daxil olmuş, məlumatla bağlı əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul olunaraq rəhbərliyə məruzə edilmiş, qərar qəbul olunduqdan sonra 2 qrup yaradılmışdır. O, Ülvi ilə birlikdə ikinci qrupda olmuşdur. Saat 16:30-da X14 Allahverdinin yaşadığı ünvanın yaxınlığında şəxsi görmüş, sonra da yaxınlaşaraq özlərini təqdim etmişlər. Şübhənin mahiyyəti barədə məlumat verildikdən və qərarla tanış etdikdən sonra Təqsirləndirilən şəxs1 Baş İdarəyə dəvət edilmişdir. Baş İdarəyə gəldikdən sonra iş təhqiqatçıya həvalə olunmuş, vəkil də dəvət olunduqdan sonra çəkiliş altında şəxsin üzərində axtarış həyata keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs1 qanunsuz predmetlər, yəni marixuana, heroin və metamfetaminə bənzər maddələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, narkotik vasitələri İran İslam Respublikası vətəndaşından satış məqsədilə əldə etmiş, hətta Natiq adlı şəxslə də həmin narkotik vasitələrdən satmışdır. Şəxsin üzərindən əlavə olaraq, bank kartları aşkar olunmuşdur. Aşkar olunan əşyalar qablaşdırılaraq ekpertizaya tədqiq olunması üçün göndərilmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 bildirdi ki, təqsirləndirilən şəxsə qarşı heç bir psixi və fiziki təsir, əməliyyatın həyata keçirilməsi ilə bağlı heç bir qərəzlilik olmamışdır. Əməliyyat qrupuna ümumi rəhbərlik Eminə həvalə olunmuşdur. Onlara Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən iki qrup yaradılmışdır. Onun özü sadəcə Təqsirləndirilən şəxs1 tutulub saxlanılmasında iştirak etmişdir. Təqsirləndirilən şəxs2 ilk dəfə İdarədə görmüşdür. Hadisə fevral ayının 4-də baş vermişdir. Təqsirləndirilən şəxs1 Yeni Yasamalda yaşadığı ünvanın yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxslər ayrı-ayrı ünvanlarda olduqları üçün iki əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmiş Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid5 oxşar ifadələr verərək Şahid4 göstərdiyi xüsusatları tam təsdiq etdi. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş, Təqsirləndirilən şəxs2 anası X8 ifadəsində göstərdi ki, 2023-cü il fevral ayının 3-dən 4-ə keçən gecə evdə çarpayıda uzanıb yatmış, birdən evin qapısının açıldığını eşitmişdir. Natiqin özünün açarı olduğuna görə Natiqin gəldiyini anlamışdır. Natiq ona səslənərək “ana, narahat olma, dostlarımla gəlmişəm, sən yat” demişdir. O da bunu eşitdikdən sonra yenidən yuxuya getmişdir. Fevralın 4-də də səhər işə getmək üçün yuxudan durmuş, işıqları yandırmış, koridora çıxanda hər yerin dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bircə onun yatdığı otaqda heç nə dağılmamışdır, amma koridor, digər yataq otaqları, mətbəx, qonaq otağı, ümumiyyətlə, hər yer qarışıq vəziyyətdə olmuş, əşyalar da yerə səpələnmiş vəziyyətdə olmuşdur. Bunu görən kimi Natiqi çağırmış, amma Natiqdən səs çıxmamışdır. O da narahat olub Natiqin telefonuna zəng etmiş, zənglərini də açan olmamışdır. Bir gün müddətində Natiqdən heç bir xəbər ala bilməmişdir. Bundan sonra səhər saatlarında 102-yə zəng edərək oğlunun nə ölüsünün, nə də dirisinin olduğunu, ümumiyyətlə, heç bir xəbər ala bilmədiyini demişdir. Zəng etdikdən bir müddət sonra Sumqayıt şəhəri, 5-ci Polis Bölməsindən müstəntiq evinə gəlmiş, o da şikayət ərizəsini yazmış, şəxsiyyət vəsiqəsini də vermişdir. Müstəntiq çıxanda ona demişdir ki, “oğlunuz Təqsirləndirilən şəxs2 barəsində siz xəbər bilsəniz, mənə deyin, mən xəbər ala bilsəm, sizə deyim”. Bir gün keçdikdən sonra telefonuna zəng gəlmişdir ki, oğlu Təqsirləndirilən şəxs2 tutulmuşdur. Bunu eşitdikdən sonra tez 5-ci Polis Bölməsinə zəng etmiş, oradan da ona demişlər ki, “şəxsiyyət vəsiqəsinizi gəlib təhvil alın”. Polis Bölməsinə gedib lazımi sənədləri imzalamış, şəxsiyyət vəsiqəsini də götürüb evə gəlmişdir. Onun oğunun bir səhvi olsa, öz səhvinə görə tutulsa, heç bir sözü olmazmış, amma onun oğlunu döyərək üstünə şər atmışlar, boynuna götürməyə məcbur etmişlər. O, Natiqin döyülməsi ilə bağlı prokurorluğa da şikayət ərizəsini vermiş, teleqram da vurmuşdur. “Kürdəxanı” təcridxanasının rəisinə də müraciət etmiş, amma heç bir nəticə əldə edə bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid X8 bildirdi ki, fevralın 3-dən 4-ə keçən gecə Natiqlə birlikdə evə gələn şəxslərin kim olduğu ona məlum olmamışdır. Baş verən hadisələrdən sonra Natiqlə telefonla danışmamışdır. Hadisələrin üzərindən aylar keçəndən sonra Natiqlə ilk dəfə üzbəüz şəkildə “Kürdəxanı” təcridxanasında danışmışdır. Natiqlə ünsiyyətdə olan zaman axşam vaxtı onunla birlikdə evə gələn adamların kim olduğunu soruşmamışdır. Sumqayıt Pİ-nin 5-ci Polis Bölməsində 102-yə zəng etməsi ilə bağlı araşdırılma aparılmış, izahatını da yazıb vermişdir. Oğlunun telefonuna zəng edən zaman zəng çatsa da, cavab verən olmamışdır. Hadisə fevralın 3-dən 4-ə keçən gecə olmuşdur. Oğlu Natiqin iki azyaşlı övladı olmuş, amma arvadı ilə uyğunlaşa bilmədiyi üçün boşanmışdır. Oğlu “motorist” işləmişdir. Natiqin narkotik vasitələrdən istifadə etdiyinin şahidi olmamışdır. Əvvəllər Natiqin narkotik vasitələrdən istifadə etməsi ilə bağlı evlərinə polis əməkdaşları gəlməmişdir. Natiqin barəsində əvvəllər narkotik vasitələrlə bağlı istintaq aparılmamışdır. O, ilk dəfə Sumqayıt Məhkəməsində Natiqin barəsində iş gedən zaman ifadə vermişdir. Sumqayıt Məhkəməsində Natiq barəsində bəraət hökmü çıxarılmışdır. Təqsirləndirilən şəxs1 Natiqin yanında heç vaxt görməmişdir, ümumiyyətlə, Allahverdini heç tanımamışdır. Oğlu “Kürdəxanı” təcridxanasında saxlanılan zaman onun yanına getmiş, ünsiyyətləri də olmuşdur. Natiqdən Allahverdinin kim olduğunu, baş verən hadisələrin səbəbini heç soruşmamışdır. Natiq ona özündə narkotik vasitə olmadığını, bu işlə heç bir əlaqəsinin olmadığını demişdir. Natiq ona kimlə tutulduğunu, narkotik vasitənin kimdə olduğunu deməmişdir, o, sadəcə oğlunun öz əhvali-ruhiyyəsi ilə maraqlanmışdır. Söhbət edən zaman Natiq ona demişdir ki, “məni döyüb narkotik vasitələri boynuma qoyublar”. Natiqin Sumqayıt Məhkəməsində işinə baxılarkən sonuncu iclasdan çıxanda Natiqi tutan əməliyyatçılar onu hədələyərək demişdir ki, “Natiqi Bakıda tutacaqlar”. Bu hadisə fevral ayının 2-də baş vermişdir, Natiqi isə fevral ayının 3-də tutmuşlar. Onu hədələyən polis əməkdaşlarının adlarını bilmir, amma üzlərini görsə, tanıya bilər. Həmin polis əməkdaşları Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olmuşlar. İbtidai istintaq zamanı toplanmış digər sübutlar məhkəmədə tədqiq edilmişdir. Belə ki, işdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda Natiq və Allahverdi adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərilərində saxlamaları, eləcə də daşımaları bildirilir. Müəyyən edilmişdir ki, Natiq adlı şəxs xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və Allahverdi adlı şəxs isə xx.xx.1995-ci ildə Türkmənistanda anadan olmuş, Ağcabədi şəhəri, H.Aslanov küçəsi, nömrəsiz fərdi evdə qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, "Yeni Yasamal" yaşayış sahəsi, Şahid2 küçəsi, ev 24B, mənzil 3A ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs1dur (cild 1, iş vərəqi 3). - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır (cild 1, iş vərəqi 4-5). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 04 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, üstündə saxlaması, eləcə də daşınması və satılmasında şübhəli bilinən xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək həmin günü saat 02:50-də Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yol, "Jasmin Park" yaşayış sahəsinin yaxınlığında idarə etdiyi "Kia Rio" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına və idarə etdiyi avtomobilinə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs2 ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müşayiət altında saxlanıldığı yerdən "Kia Rio" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 8). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 03:37-də videoçəkilişdən istifadə etməklə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd üstü yapışqan lentlə örtülmüş bükümü, gödəkçəsinin sol yan cibindən 02 ədəd sellofan bükümü, göy rəngli cins şalvarının sağ arxa cibindən 02 ədəd “Samsung" markalı mobil telefonları, şalvarının sol yan cibindən 01 ədəd alışqanı və 01 ədəd avtomobil açarını, şalvarının sol arxa cibindən 01 ədəd sellofan bağlamanı çıxarıb masanın üzərinə qoydu. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs2 üzərindən digər əşya və predmetlər aşkar olunmadı. Təqsirləndirilən şəxs2 təqdim etdiyi sellofan bükümlərin içərisində "nəşə" və "patı” adı ilə tanıdığı narkotik vasitələr olduğunu bildirdi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd üstü yapışqan lentlə örtülmüş büküm, 01 ədəd sellofan bağlama və 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində yaşıl rəngli, ot şəkilli, spesifik qoxuya malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edildi. Təqsirləndirilən şəxs2 təqdim etdiyi digər 01 ədəd selofan büküm iştirakçıların iştirakı ilə açıldıqda içərisində qəhvəyi rəngli spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edildi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş maddə və kütlələri xx.xx.2023-cü il tarixdə Allahverdi adlı şəxsdən 230 manata aldığını, əvvəllər narkotik vasitələrdən istifadə etdiyini üstündə olan maddə və kütlələrdən Allahverdi adlı şəxsdən başqa heç kimin məlumatının olmadığını, həmin maddə və kütlələrdən heç kimə vermədiyini və heç kimə satmadığını, həmin maddə və kütlələri şəxsi istifadə məqsədi ilə üstündə saxladığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddə və kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd "Samsung" markalı mobil telefonlar iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Aşkar edilmiş 01 ədəd alışqan və 01 ədəd avtomobil açarı Təqsirləndirilən şəxs2 özünə qaytarıldı. Həmçinin Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs2 hazırda idarə etdiyi "Kia Rio" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını və avtomobilinə baxış keçirilməsinə etirazının olmadığını bildirdi (cild 1, iş vərəqi 28-31). - baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının qarajında saxlanılmış Təqsirləndirilən şəxs2 idarə etdiyi "Kia Rio" markalı, **-BG- *** qeydiyyat nişanlı avtomobilə onun özünün icazəsi və iştirakı ilə videoçəkilişdən istifadə edilməklə 04 fevral 2023-cü il tarixdə saat 04:03-də baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 təklif edildi ki, idarə etdiyi "Kia Rio" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar, maddələr və ya sənədlər varsa, həmin maddələri və əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs2 idarə etdiyi "Kia Rio" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşya və predmetlər gizlədib saxlamadığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs2 özünün icazəsi və iştirakı ilə onun idarə etdiyi "Kia Rio" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildən 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd etibarnamə aşkar edildi. 01 ədəd sürücülük vəsiqəsi və 01 ədəd etibarnamə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü (cild 1, iş vərəqi 34-36). - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə edilməsi, üstündə saxlaması, eləcə də daşınması və satılmasında şübhəli bilinən Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdə saat 04:33-də Bakı şəhəri, Yasamal rayonu, "Yeni Yasamal" yaşayış sahəsi, Şahid2 küçəsi 24B saylı ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs1 ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müşayiət altında saxlanıldığı yerdən Baş İdarəyə gətirilmişdir (cild 1, iş vərəqi 45). - şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 05:20-də videoçəkilişdən istifadə etməklə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, müvafiq təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən 06 ədəd sellofan bükümü, gödəkçəsinin sağ yan cibindən 01 ədəd elektron tərəzini, göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd qolbağı, 11 manat 40 qəpik pulu, 01 ədəd şəxsiyyət vəsiqəsini, şalvarının sol arxa cibindən 01 ədəd pul qabını, şalvarının sağ arxa cibindən 01 ədəd "Redmi" markalı mobil telefonu çıxardıb masanın üzərinə qoydu. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən əlavə şübhəli əşya və ya predmet aşkar olunmadı. Daha sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi əşyalara baxış keçirilməyə başladı. Onun təqdim etdiyi birinci sellofan büküm açıldıqda içərisində yaşıl rəngli ot şəkilli, spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edildi. Həmin sellofan bükümün içərisindən əlavə olaraq 01 ədəd sellofan büküm aşkar edildi. Həmin büküm açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik olan narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edildi. İkinci sellofan büküm açıldıqda içərisində eyni qaydada yaşıl rəngli ot şəkilli spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edildi. Digər 04 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda hər birinin içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik olmayan psixortop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edildi. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin maddə və kütlələri Musa adlı İran İslam Respublikasının vətəndaşından 350 manat pul müqabilində aldığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, Musa adlı şəxslə 3-4 ay bundan əvvəl sosial şəbəkədə tanış olduğunu, onunla ancaq "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxladığını, aşkar edilmiş maddə və kütlələrdən Natiq adlı şəxsə satdığını və bunun müqabilində 230 manat pul əldə etdiyini və həmin pulu Musa adlı İran İslam Respublikası vətəndaşına göndərdiyini bildirdi. Şəxsi axtarış davam edərkən Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd pul qabının içərisindən 01 ədəd etibarnamə və 05 ədəd plastik bank kartları aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs1 üstündən aşkar edilmiş maddə və kütlələr, eyni zamanda 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Eyni zamanda Təqsirləndirilən şəxs1 aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon, 01 ədəd şəxsiyyət vəsiqəsi, 05 ədəd plastik bank kartı, 01 ədəd etibarnamə iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Aşkar edilmiş 11 manat 40 qəpik pul və 01 ədəd qolbağı Təqsirləndirilən şəxs1 özünə qaytarıldı (cild 1, iş vərəqi 62-66). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/701 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №6" dairəvi möhür əksləri olan, "Təqsirləndirilən şəxs1 aşkar edilmiş..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,782 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 03 (üç) ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,785 qram, 0,545 qram, 0,391 qram ümumi təmiz çəkisi 4,721 olan ağ rəngli, xırda kristallik formada maddə kütləsi xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; heroin və metamfetamin fərqli narkotik vasitə və psixotrop maddə olduqlarından onlar arasında müqayisəli tədqiqat aparılmadı; 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 15,149 qram olan ağ rəngli, iri kristalşəkilli maddə kütləsi narkotik vasitə, psixotrop maddələrə aid deyildir; 01 ədəd qara rəngli qapaqlı elektron tərəzinin üzərində psixotrop maddə olan metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğundan çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"in siyahısına (Siyahı 1) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir (cild 1, iş vərəqi 74-79). - məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/702 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Zərflər üçün N6” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,353 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı 1) daxildir. Aparılmış tədqiqatın dəyəri 80 manat təşkil edir (cild 1, iş vərəqi 80-84). - məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/167 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd polietilen bağlamada təmiz çəkisi 28,911 qram, 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 12,583 qram və sellofan torbacıqda 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,868 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 42,362 qramdır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir (cild 1, iş vərəqi 85-89). - məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/168 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1... 2 ədəd büküm... marixuanaya oxşar...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 18,964 qram və sellofan torbacıqda 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,613 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi 19,577 qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. Aparılmış tədqiqatın dəyəri 78 manat təşkil edir (cild 1, iş vərəqi 90-94). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 117-118). - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir (cild 1, iş vərəqi 130-131). - mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 02 ədəd "Samsung" markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 194). - mobil telefon aparatının yaddaşındakı məlumatlara baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş və iş materiallarına əlavə edilmiş ona məxsus 01 ədəd "Redmi" markalı mobil telefon aparatının yaddaşında olan məlumatlara baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 1, iş vərəqi 195). - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 2141 nömrəli məktubundan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 204). - Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli, 2151 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır (cild 1, iş vərəqi 205). - Sumqayıt şəhəri 23 saylı Mənzil-komunal sahəsinin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər, Stansiya Sumqayıt, ev 7a, mənzil 10da X4 (anası – xx.xx.1962), X10 (bacısı – xx.xx.1983), X9 (bacısı – 1994) ilə yaşadığı müddət ərzində onun barəsində yazılı və ya şifahi şikayət daxil olmamışdır (cild 1, iş vərəqi 206-209). - maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkiləri 19,377 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, 42,062 qram qalmış qurudulmuş marixuana, 0,303 qram qalmış heroin, 1,682 qram qalmış heroin, 4,451 qram qalmış psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir (cild 1, iş vərəqi 210-211). - Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmaları və onlardan aşkar edilən narkotik vasitə və psixotrop maddələri də satış məqsədi ilə əldə edib daşımaqla saxlamaları aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdikləri narkotik vasitə və psixotrop maddələri, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etmələri, narkotik vasitə və psixotrop maddənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır (cild 1, iş vərəqi 220). - cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması barədə ərizəsi əsasında toplanmış 134-C-23 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir (cild 1, iş vərəqi 221-223). - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)- 196/2023 nömrəli qərarından görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir (cild 1, iş vərəqi 246). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AZF/LGL-9015/23 nömrəli məktubundan görünür ki, məlumatlar məktuba əlavə edilmiş qoşmada CD şəklində təqdim edilmişdir (cild 2, iş vərəqi 22-23). - "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Azerfon" MMC-dən götürülməsi haqqında Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən "xxxx" MMC-dən 24 iyun 2023-cü il tarixdə əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, ***-***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə "35 hazirdi temizdi qaqa xeber ele" məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə "Qaqa cixdim galiram kruqa sana qurban brat man diyani yaddan cixartma qarani diyiram brat" məzmunlu mesajı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə göndərmişdir (cild 2, iş vərəqi 24). - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AZF/LGL-9016/23 nömrəli məktubundan görünür ki, məlumatlar məktuba əlavə edilmiş qoşmada CD şəklində təqdim edilmişdir (cild 2, iş vərəqi 25-26). - "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən götürülməsi haqqında Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən "xxxx" MMC-dən 24 iyun 2023-cü il tarixdə əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara tərəfimdən baxış keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir (cild 2, iş vərəqi 27). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4832 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 36-37). - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 4833 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 2, iş vərəqi 38-39). - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmasının videogörüntülərinin əks edildiyi iki ədəd CD disk cinayət işi üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına tikilməsi nəzərə alınmış, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına tikilməsi nəzərə alınmışdır (cild 2, iş vərəqi 40-54). - cinayət işinin materiallarından başqa material ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin materiallarından külli miqdarda narkotik vasitə və psixotrop maddələrin mənbəyini müəyən etmək məqsədilə mənbə xüsusatına görə material ayrıca icraata ayrılmışdır (cild 2, iş vərəqi 55-56). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 58-59). - təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 75-76). - Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir (cild 2, iş vərəqi 159). - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(101)-2141/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud pozuntulara yol verildiyindən cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 2 (iki) ay uzadılmışdır (cild 2, iş vərəqi 200-206). - Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 3, iş vərəqi 20-21). - Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə yenidən ittiham elan olunmuşdur (cild 2, iş vərəqi 39-40). Məhkəmə kollegiyası, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinin, ekspertiza rəylərinin, istintaq hərəkətlərinin protokollarının və digər sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassızdır, onların həmin cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmişdir. Belə ki, verilmiş ittihama əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 istinad olunan əməldə onların təqsirliliyinin sübuta yetirilməsi üçün Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmələri, saxlamaları və daşımaları sübuta yetirilməli haldır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirsizlik prezumpsiyasının yuxarıda qeyd olunan dispozisiya şərtləri onu tələb edir ki, ittiham tərəfi təqdim etdiyi sübutlarla cinayətin baş verməsini, təqsirləndirilən şəxsin təqsirliliyini sübuta yetirə bilmirsə, həmin mərhələdə məhkəmə araşdırması başa çatmış olur, müdafiə tərəfinin özünümüdafiə ilə bağlı gətirdiyi dəlillərin dəyərləndirilməsinə də zərurət qalmır. Belə ki, CPM-in 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı ittiham tərəfi təqsirləndirilən şəxslərin satış məqsədi olmadan qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmələri, saxlamaları və daşımaları faktını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Həmin Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalı, 145.1, 145.2, 145.3-cü maddələrin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri irəli sürülmüş ittihamı mübahisələndirərək ittihamın qanunsuz və əsassız olmasını iddia etmişlər və buna əsas kimi iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının və əlavə şahid qismində dindirilmiş digər şəxsin (təqsirləndiridlən şəxsin anası X8) ifadələrini, təqsirləndirilən şəxslərin polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra cinayət işində göstərildiyi kimi birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə deyil, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı ünvana aparılmasını, Təqsirləndirilən şəxs1 mənzilində qanunsuz axtarış aparılmasını, daha sonra hər iki təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 ünvanına aparılmalarını, həmin ünvanda qanunsuz axtarış aparmalarını, oradan isə Baş Mütəşəkkil cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmələrini, polis əməkdaşlarının onları polis idarəsinə apararkən üzərilərndə narkotik vasitə və psixotrop maddə olmadığını, polis əməkdaşlarının onlara verdikləri narkotik vasitə və psixotrop maddəni üzərlərinə götürmələri üçün fiziki və psixoloji təzyiqlərə məruz qalmalarını, təzyiqlərin təsiri altında onlara verilmiş narkotik vasitə və psixotrop maddəni videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkətləri keçirildiyi vaxt təqdim etmələrini və həmin maddələrin onlara məxsus olması barədə həqiqətə uyğun olmayan ifadələr vermələrini, barəsində keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirlərinin cinayət prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə aparıldığından bu tədbirlərin qanunsuz olmasını göstərmişlər. Təqsirləndirilən şəxslərin məhkəmədə iddia etdiyi hallar prosessual qanunvericilik, xüsusilə müdafiə hüququ baxımından mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə qeyd edilən halların ətraflı şəkildə məhkəmə istintaqında araşdırılmasını zəruri hesab etmişdir. Müdafiə tərəfinin iddia etdiyi halları ətraflı şəkildə araşdırmaq məqsədi ilə məhkəmə tərəfindən müvafiq qərarlar qəbul edilmiş (o cümlədən əlavə şahid dindirilmiş), həmin qərarlar əsasında yeni sübutlar əldə edilərək məhkəmə istintaqında tədqiq edilməklə araşdırılmışdır. İş üzrə obyektiv həqiqəti müəyyən etmək məqsədi ilə məhkəmə ilk növbədə təqsirləndirilən şəxslərin və müdafiəçilərin iddia etdikləri dəlillərin ümumi şəkildə təhlil edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində 2023-cü il fevral ayının 3-dən 4-ə keçən gecə evdə çarpayıda uzanıb yatdığını, birdən evin qapısının açıldığını eşitdiyini, oğlu Təqsirləndirilən şəxs2 özünün açarı olduğuna görə Natiqin gəldiyini anladığını, Natiqin ona səslənərək “ana, narahat olma, dostlarımla gəlmişəm, sən yat” dediyini, o da bunu eşitdikdən sonra yenidən yuxuya getdiyini, fevralın 4-də səhər işə getmək üçün yuxudan durub işıqları yandırdığını, koridora çıxanda hər yerin dağınıq vəziyyətdə olduğunu gördüyünü, bircə onun yatdığı otaqda heç nə dağılmadığını, amma koridor, digər yataq otaqları, mətbəx, qonaq otağı, ümumiyyətlə, hər yer qarışıq vəziyyətdə olduğunu, əşyaların da yerə səpələnmiş vəziyyətdə olduğunu, bunu görən kimi Natiqi çağırdığını, amma Natiqdən səs çıxmadığını, narahat olub Natiqin telefonuna zəng etdiyini, zənglərini açan olmadığını, bir gün müddətində Natiqdən heç bir xəbər ala bilmədiyindən 102-yə zəng edərək oğlunun nə ölüsünün, nə də dirisinin olduğunu, ümumiyyətlə, heç bir xəbər ala bilmədiyini dediyini, zəng etdikdən bir müddət sonra Sumqayıt şəhəri 5-ci Polis Bölməsindən müstəntiqin onun evinə gəldiyini, o da şikayət ərizəsi yazdığını, bir gün keçdikdən sonra telefonuna Natiqin tutulması barədə ona zəng edildiyini, oğlu “Kürdəxanı” təcridxanasında saxlanılan zaman yanına getdiyini, Natiqin ona özündə narkotik vasitə olmadığını, bu işlə heç bir əlaqəsinin olmadığını, onu döyüb narkotik vasitələri boynuna qoyduğunu dediyini, Natiqin Sumqayıt Məhkəməsində işinə baxılarkən sonuncu iclasdan çıxanda fevral ayının 2-də Natiqi tutan əməliyyatçıların onu hədələyərək “Natiqi Bakıda tutacaqlar” dediklərini, bundan sonra Natiqin fevral ayının 3-də tutulduğunu, onu hədələyən polis əməkdaşlarının Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını göstərmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və şahid X3 məhkəmədə verdikləri ifadələrinin yoxlanması məqsədilə məhkəmə zamanı müdafiə tərəfinin vəsatəti əsasında Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi üzrə 03 fevral 2023-cü il tarixdə saat 01:00-dan 04 fevral 2023-cüil saat 23:59-adək olan müddət ərzində əhatə dairəsinə dair anten məlumatları "xxxx" MMC-dən götürülməsi, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri üzrə 02 fevral 2023-cü il tarixdə saat 23:00-dan 04 fevral 2023-cüil saat 23:59-adək olan müddət ərzində əhatə dairəsinə dair anten məlumatlarının müvafiq olaraq "xxxx" MMC və "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilmiş və qərar icra edilməsi üçün müvafiq mobil operatorlara göndərilmişdir. Bundan başqa, məhkəmə zamanı müdafiə tərəfinin Təqsirləndirilən şəxs1 müdafiəçisinin vəsatəti əsasında həmin təqsirləndirilən şəxsin saxlanmasında iştirak etmiş iş üzrə şahid qismində çıxış edən polis əməkdaşı Şahid4 məxsus ***-***-**-** mobil telefon nömrəsi üzrə 03 fevral 2023-cü il tarix, saat 01:00-dan 04 fevral 2023-cü il tarix, saat 23:59-dək əhatə dairəsinə dair anten məlumatlarının "xxxx" MMC-dən götürülməsi barədə qərar qəbul edilmiş və icra edilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin qərarın icrası ilə əlaqədar "xxxx" MMC və "xxxx" MMC-dən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil telefon nömrələrinin 02 fevral 2023-cü il tarixdə saat 23:00-dan 04 fevral 2023-cü il saat 23:59-adək olan müddətdə anten məlumatları cədvəl formasında təqdim edilmişdir. Həmin məlumatlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsi 04 fevral 2023-cü il tarixdə gün ərzində, saat 00:09-dan etibarən, saat 02:43-ə təsadüf etməklə “LABS5265O1/LABS5265 Sumgayit_Deyirman//Sumgayit/ (40.558xx/xx.61559)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 02:48-dən 03:41-ə qədər “UBBK3995B/UBBK3995 Binyadzade_ kuc165/Bakı şəhəri, Yasamal rayonu, D.Bünyətzadə 165/Yasamal/ (40.391xx/xx.7987)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 03:43-dən 04:38-ə qədər isə “LBBK3267O3/LBBK3267 Royal Park//Yasamal/ (40.380xx/xx.79951)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 04:41-dən 04:53-ə qədər “LBBK2313O1/LBBK2313 VAZ//Absheron/ (40.473xx/xx.73325)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 05:06-da isə “UABS5265İ/UABS5265 Sumgayit_Deyirman/Sumqayıt şəhəri, X18 rayonu, Bakı-Dərbənd avtomobil yolunun şimal tərəfi /Sumgayit/ (40.558xx/xx.61559)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 05:18-dən 05:28-ə qədər “LABS5265O3/LABS5265 Sumgayit_Deyirman//Sumgayit/ (40.558xx/xx.61559)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 05:29-dan 06:44-ə qədər isə “LBBK2313O1/LBBK2313 VAZ//Absheron/ (40.473xx/xx.73325)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin tarixdə saat 07:44-dən “LBBK5417O3/LBBK5417 ABU_ARENA (Nərimanov) (40.39xx/xx.8581)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi 04 fevral 2023-cü il tarixdə gün ərzində, saat 00:17-dən etibarən, saat 01:35-ə təsadüf etməklə “UABS5265F/UABS5265 Sumgayit_Deyirman/Sumqayıt şəhəri, X18 rayonu, Bakı-Dərbənd avtomobil yolunun şimal tərəfi /Sumgayit/ (40.558xx/xx.61559)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 01:37-də isə artıq “UBBK6133İ/UBBK6133 Euro Home/Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1/Binagadi/ (40.440xx/xx.77555)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 01:48-dən 01:55-ə qədər “UBBK3937B/UBBK3937 Yasar Qaraj/Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 14 ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 02:03-dən 02:06-ya qədər isə “UBBK4299A/UBBK4299 Shems Restoran/Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Matadromun şimal-qərb hissəsi /Binagadi/ (40.419xx/xx.79368)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 02:36-dan 04:17-ə qədər “UBBK3961B/UBBK3961 Dalga Km/Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, 15 K/Yasamal/ (40.399xx/xx.79214)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 05:17-dən 05:29-a qədər “UBBK2313W/UBBK2313 VAZ/Abşeron şəhəri, Xırdalan rayonu/Absheron/ (40.473xx/xx.73325)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 06:18-dən 13:32-ə qədər isə “LBBK2313O1/LBBK2313 VAZ//Absheron/ (40.473xx/xx.73325)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 06:18-də “UBBK6109E/UBBK6109 C.Zeynalov 8/Bakı şəhəri, Nərimanov rayonu, C.Zeynalov 8/Nasimi/ (40.393xx/xx.8577)” ünvanında yerləşən antenin əhatə dairəsində, həmin gün saat 07:32-sən isə “UBBK5417D/UBBK5417 ABU ARENA, Nərimanov rayonu K.Rəhimov küçəsi 13, 13A, 17 (40.39xx/xx.8581)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Yuxarıda qeyd edilən qərarın icrası ilə əlaqədar "xxxx" MMC-dən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 03 fevral 2023-cü il tarixdə saat 01:00-dan 04 fevral 2023-cü il saat 23:59-adək olan müddətdə anten məlumatları cədvəl formasında təqdim edilmişdir. Həmin məlumatlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***- ***-**-** mobil telefon nömrəsi 04 fevral 2023-cü il tarixdə gün ərzində, saat 01:09-dan etibarən, saat 01:55-ə təsadüf etməklə “UBBK3995E/UBBK3995 Binyadzade_kuc165/Bakı şəhəri, Yasamal rayonu, D.Bünyətzadə 165/Yasamal/ (40.391xx/xx.7987)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 02:11-dən etibarən, saat 02:41-ə qədər isə artıq “LBBK6070O7/LBBK6070 H. Aliyev 17A Xirdalan//Absheron/ (40.464xx/xx.72283)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 02:42-dən etibarən, saat 04:20-ə qədər “UBBK3995B/UBBK3995 Binyadzade_ kuc165/Bakı şəhəri, Yasamal rayonu, D.Bünyətzadə 165/Yasamal/ (40.391xx/xx.7987)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 04:38-də isə artıq “LBBK2313O1/LBBK2313 VAZ//Absheron/ (40.473xx/xx.73325)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 04:41-də “UABS3237E/UABS3237 Sumgait_HW/Abşeron rayonu, Saray qəsəbəsi, Yeni Massiv/Absheron/ (40.500xx/xx.7122” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 04:59-dan 05:18-ə qədər isə “UABS5265C/UABS5265 Sumgayit_Deyirman/Sumqayıt şəhəri, X18 rayonu, Bakı-Dərbənd avtomobil yolunun şimal tərəfi /Sumgayit/ (40.558xx/xx.61559)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 05:24-də “UABS1631F/UABS1631 Ceyranbatn/Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Bakı-Sumqayıt şossesinin sağ tərəfi/Absheron/ (40.542xx/xx.66563)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 05:53-dən etibarən, saat 07:48-ə qədər isə “LBBK0284O2/LBBK0284 X23 City Hotel & Residence//Nasimi/ (40.396xx/xx.81839)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuş, həmin gün saat 08:11-dən “LBBK5417O3/LBBK5417 ABU_ARENA//Narimanov/ (40.39xx/xx.85811)” ünvanında yerləşən antenin əhatə dairəsində olmuşdur. Bundan başqa, məhkəmənin qərarı əsasında Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak etmiş polis əməkdaşı Şahid4 məxsus ***-***-**-** mobil telefon nömrəsi üzrə 03 fevral 2023-cü il tarix, saat 01:00-dan 04 fevral 2023-cü il tarix, saat 23:59-dək əhatə dairəsinə dair "xxxx" MMC-dən verilmiş anten məlumatlarından isə görünür ki, onun həmin nömrəsi həmin müddətdə Ağdaş rayonu ərazisində yerləşən anten dairəsində olmuşdur. İlkin təhqiqatın və bütövlükdə cinayət işinin materiallarından görünür ki, xx.xx.2023cü il tarixdə Natiq və Allahverdi adlı şəxslərin qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərilərində saxlamaları, eləcə də daşımaları barədə polis orqanına əməliyyat məlumatı daxil olmuş, Natiq adlı şəxsin xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, ünvan 6 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və Allahverdi adlı şəxsin isə xx.xx.1995-ci ildə Türkmənistanda anadan olmuş, Ağcabədi şəhəri, H.Aslanov küçəsi, nömrəsiz fərdi evdə qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu, "Yeni Yasamal" yaşayış sahəsi, Şahid2 küçəsi, ev 24B, mənzil 3A ünvanında faktiki olaraq yaşayan Təqsirləndirilən şəxs1 olduğu müəyyən edilmiş, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarda daxil olmuş məlumatın yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifşa olunması və yaxalanması istiqamətində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Baş İdarənin rəisi tərəfindən əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmış, 2 əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna rəhbərlik polis mayoru Şahid1 tapşırılmış, 1-ci qrupa polis mayoru Şahid2 Səlahəddin oğlu və polis leytenantı Şahid3, 2-ci qrupa polis baş leytenantı Şahid4 oğlyu və polis kapitanı Şahid5 daxil edilmişdir. Əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilərək 04 fevral 2023-cü il tarixdə saat 02:50-də Bakı şəhəri, Yasamal rayonu, Bakı dairəvi yol, "Jasmin Park" yaşayış sahəsinin yaxınlığında idarə etdiyi "Kia Rio" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına və idarə etdiyi avtomobilinə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs2 ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müşayiət altında saxlanıldığı yerdən "Kia Rio" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Şahid1 tərtib etdiyi xx.xx.2023-cü il tarixli digər raportdan görünür ki, Təqsirləndirilən şəxs1 04 fevral 2023-cü il tarixdə saat 04:33-də Bakı şəhəri, Yasamal rayonu, "Yeni Yasamal" yaşayış sahəsi, Şahid2 küçəsi 24B saylı ünvanının yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs1 ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, müşayiət altında saxlanıldığı yerdən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. İş üzrə tərtib edilmiş tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 04 fevral 2023-cü il tarixdə saat 03:30-da, Təqsirləndirilən şəxs1 isə 04 fevral 2023-cü il tarixdə saat 05:10-da tutulmuşlar. Şəxsi axtarış və götürmə aparılması haqqında, baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış xx.xx.2023-cü il tarixdə saat 03:37-də, onun avtomobilinə həmin tarixdə saat 04:03-də baxış keçirilmiş, Təqsirləndirilən şəxs1 üzərinə isə şəxsi axtarış isə xx.xx.2023cü il tarixdə saat 05:20-də keçirilmişdir. Məhkəmədə ifadə verən polis əməkdaşları olan şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 saxladıqdan sonra onları birbaşa Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdiklərini və Baş İdarədə üzərilərinə baxış keçirildiyini bildirmişlər. Göründüyü kimi, həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 iş üzrə tərtib edilmiş tutma protokollarında, şəxsi axtarış və avtomobilə baxış protokollarında göstərilmiş vaxtlarda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ərazisində olmamışlar. Əksinə, həmin təqsirləndirilən şəxslərin ifadələrində göstərdikləri kimi polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra onların hər ikisi əvvəlcə Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda olmuş, daha sonra isə Sumqayıt şəhərinə, Təqsirləndirilən şəxs2 yaşadığı ünvana aparılmış, bir müddət orada qaldıqdan sonra xx.xx.2023-cü il tarixdə səhər saat 8 ərəfəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişlər. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş baxış keçirilməsi və əşyaların götürülməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasının qarajında saxlanılmış Təqsirləndirilən şəxs2 idarə etdiyi "Kia Rio" markalı, **-BG-*** qeydiyyat nişanlı avtomobilə 04 fevral 2023-cü il tarixdə saat 04:03-də, yəni gecə vaxtı baxış keçirilmişdir. Lakin, həmin baxış zamanı aparılmış videoçəkiliş məhkəmədə tədqiq olunarkən müəyyən edildi ki, baxış zamanı avtomobilin qapısı açılarkən qarajın pəncərələrinin maşının qapısının şüşəsinə düşən əksindən isə aydın olur ki, baxış gecə vaxtı deyil, günün gündüz vaxtında həyata keçirilmişdir. Bundan başqa həmin hərəkətlər zamanı təhqiqatçı baxış keçirildiyini elan etsə də, maşına kənardan ötəri nəzər salmış, Təqsirləndirilən şəxs2 maşında olan bir neçə əşyanı qaldırması barədə göstəriş vermiş, heç bir əşyaya toxunmadan baxışın keçirilməsini bitmiş hesab etmişdir. Bu da baxışın formal xarakter daşıdığını açıq-aydın göstərir. Qeyd edilənlərdən savayı, cinayət işinin materiallarına əlavə edilmiş istintaq hərəkətləri yazılmış disklərdə olan görüntülərin yaranma vaxtından da görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış xx.xx.2023-cü il saat 14:28-də, onun avtomobilinə baxış xx.xx.2023-cü il saat 15:16-da, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış isə xx.xx.2023-cü il saat 17:20-də keçirilmişdir. Hazırkı halda iş üzrə cinayət təqibi orqanının cinayət prosessual qanunvericiliyin tələblərini pozmaqla topladığı ittihamedici sübutlarla bağlı məhkəmə qeyd edir ki, cinayət prosessual qanunvericiliyi ilə müəyyən edilmiş prinsiplərin və ya şərtlərin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğv edilməsinə və ya toplanmış materialların sübutedici qüvvəsinin olmaması barədə nəticəyə gəlməyə səbəb olur. Azərbaycan Respublikasının CPM-in 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 istər ibtidai istintaq, istərsə də məhkəmə zamanı şahid qismində verdikləri ifadələr ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz, şahidlərin həqiqi iradəsini və həqiqəti əks etdirməyərək formal xarakter daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə 26 iyul 2011-ci il tarixli qərarında qeyd edilir ki, şahidlərin müxtəlif vaxtlarda verdikləri ifadələri arasındakı uyğunsuzluqlar, habelə ittiham tərəfinin təqdim etdiyi müxtəlif növ dəlil arasındakı ciddi uyğunsuzluqlar şahidlərin etibarlılığına və ifadələrinin sübut qismində dəyərinə etiraz etmək üçün ciddi əsas yaradır. Belə etiraz özlüyündə işin faktoloji hallarını həmin ifadələr əsasında verilmiş qiymətə və son nəticədə məhkəmə araşdırmasının nəticəsinə təsir göstərə bilən etirazdır. Bundan başqa nəzərə almaq lazımdır ki, istintaq orqanı öz müvafiq sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarında təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri etirafedici ifadələrini, şahid ifadələrini, ekspertiza rəylərini, şəxsi axtarış və götürmə haqqında protokolları və sair istintaq hərəkətlərini sübut növü kimi qəbul etmişdir. Nəzərə almaq lazımdır ki, hər iki təqsirləndirilən şəxs istintaqın sonrakı mərhələsində əvvəlki ifadəlrindən imtina etmiş, özlərini cinayət törətməkdə təqsirli bilməyərək ifadə verməkdən ümumiyyətlə imtina etmişlər. Məhkəmədə isə onlar həmin ifadələrini davamedici təzyiq altında verdiklərini bildirmişlər. Şərh olunanlar təsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində və şahidlərin ibtidai istintaq və məhkəmə zamanı vermiş olduqları ifadələrini, həmçinin, şəxsi axtarış və götürmə aparılması barədə protokolları sübut kimi qəbul edilməsi imkanını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən birbaşa yolverilməz edir. Cinayət-Prosessual Məcəllənin 125.3-cü maddəsinə əsasən isə həmin Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Ona görə də məhkəmə faktiki olaraq ibtidai istintaq orqanının həmin şəxsi axtarış və götürmə aparılması barədə protokollara, təsirləndirilən şəxslərin və şahidlərin ibtidai istintaq zamanı vermiş olduqları ifadələrə istinad edilməklə təqdim etdiyi digər bütün sübutları şübhə altına alır. Beləliklə, məhkəmə iş üzrə müəyyən edilmiş halların məcmusunu nəzərə almaqla, məhkəmə iclasında tədqiq edilmiş sübutları bir-biri ilə müqayisə edib qiymətləndirərək, beş nəfər polis əməkdaşının ifadələrini və şəxsi axtarış və götürmə aparılması barədə protokolları təqsirləndirilən şəxslərə elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edə biləcək mötəbər sübut hesab etmir. Yuxarıda göstərilənlər baxımından məhkəmə hesab edir ki, iş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3, Şahid4 və Şahid5 ibtidai istintaq və məhkəmədə verdikləri ifadələri ittihamı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz, həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxslərin ibtidai istintaqın ilkin mərhələsində verdikləri etirafedici ifadələr təqsirləndirilən şəxslərin həqiqi iradəsini əks etdirmir. Məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadələrə istinad edilməklə birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı onlara qarşı polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyini bildirmiş, qeyd olunan hal məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 döyülmə ilə bağlı iddialarını yoxlamaq məqsədilə onların saxlanıldığı İstintaq təcridxanasından tibbi kitabçalarını tələb edib məhkəmədə baxışını keçirmiş və müəyyən edilmişdir ki, hər iki təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq təcridxanasına gətirilərək ilkin tibbi müayinədən keçirilmiş və adlarına tibbi kitabçalar açılmışdır. Tibbi müayinə zamanı onların üzərində yeni xəsarətlər aşkar olunmamışdır. Bundan başqa iş materiallarına əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs edilən zaman döyülməsi, müxtəlif xəsarətlər alması barədə ərizəsi ilə əlaqədar Bakı şəhəri Nərimanov rayon prokurorluğunda araşdırma aparılmış, təqsirləndirilən şəxsin, həmçinin onun saxlanılamasında iştirak etmiş polis əməkdaşlarının izahatları alınmış, məhkəmə-tibbi ekspertizası keçirilmişdir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə məruz qalması müəyyən edilmədiyindən onun ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs2 barəsində tutulma, şəxsi axtarış və götürmə hərəkətləri faktiki olaraq ibtidai istintaqın iş materiallarına əlavə etdiyi protokollarda göstərildiyi kimi deyil, onun Baş İdarəyə gətirildiyi vaxtdan təxminən 6 saatdan sonra, Təqsirləndirilən şəxs1 barəsində isə 9 saatdan sonra aparılmışdır. Təqsirləndirilən şəxslərin saxlanılmasından sonra üzərlərinə 6 və 9 saat sonra şəxsi axtarış keçirilməsinin ağlabatan izahı olmamışdır. Təqsirləndirilən şəxslərin saxlanılması ilə şəxsi axtarışın keçirilməsi arasında 6 və 9 saat vaxtın keçməsi narkotik vasitənin onların üzərinə qoyulması ilə bağlı əsaslı şübhələr yaratmışdır. Çünki həmin müddət ərzində təqsirləndirilən şəxslər tamamilə polisin nəzarəti altında olmuşlar. Təqsirləndirilən şəxslərin saxlanılmasından dərhal və ya qısa müddət sonra onların üzərinə şəxsi axtarış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud olmamışdır. "Savalanlı və digərlərinin Azərbaycana qarşı" iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2022-cı il tarixli qərarının 85-ci bəndində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, ərizəçilərin ayrıca cinayət mühakimə icraatları çərçivəsində tutulmalarına və həbs olunmalarına baxmayaraq, hazırkı ərizələrin ümumi xüsusiyyəti ondan ibarətdir ki, ərizəçilər barəsində seçilmiş həbs qətimkan tədbiri və həbs müddətinin uzadılmasında istintaq orqanları tərəfindən irəli sürülən və yerli məhkəmələrin istinad etdikləri yeganə sübutlar polis tərəfindən tutulduqdan sonra onların üzərində aşkar edilmiş narkotik vasitələrdir. Belə olan halda Avropa Məhkəməsi hesab edir ki, yerli hakimiyyət orqanları tərəfindən sözügedən sübutlara dair aparılan istintaq tədbirlərinin ərizəçilərin ittiham olunduqları cinayətləri törədə biləcəyini müəyyən etmək üçün obyektiv bir müşahidəçini inandırmağa kifayət edib-etmədiyi də daxil olmaqla, həmin sübutların toplanması, istifadəsi və tədqiqi ilə bağlı bütün müvafiq halları diqqətlə yoxlanılmalıdır (müqayisə edin, Rəşad Həsənov və başqaları Azərbaycana qarşı, № 48653/13, §§ 98- 106, 7 iyun 2018-ci il, və İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16, §§ 113-30, 13 fevral 2020). Sözügedən qərarın 89-92-ci bəndlərində göstərilmişdir ki, Avropa Məhkəməsi qeyd edir ki, polis protokollarında, yaxud sonradan qəbul edilmiş hər hansı qərarlarda səlahiyyətli orqanların xüsusi olaraq ərizəçiləri hədəf almasına səbəb olan və onların həbsi və axtarışı üçün əsas yaradan məlumatların toplanması və alınması ilə bağlı hər hansı konkret məlumat və təfərrüatlar yoxdur. Xüsusən belə məlumatın iddia edildiyi kimi polis tərəfindən əldə edilməsinin üsulunu, mənbəyini və həmin mənbənin məlumatdan necə xəbərdar olduğunu məlum etmək mümkün deyil. Siyasi fəal olan və ya siyasi fəalların yaxin ailə üzvü olan ərizəçilərin keçmişində sözügedən hadisələrdən əvvəl narkotiklərlə və ya hər hansı digər cinayətlərlə bağlı heç bir halın mövcud olmaması faktı hazırkı vəziyyəti daha təəccüblü edir. Ərizəçilərə dair həyata keçirilən axtarışlar əvvəlcədən məhkəmə qərarı olmadan aparılsa da, istintaq orqanları ərizəçilər barəsində aparılan axtarışları əvvəlcədən məhkəmə qərarı olmadan zəruri edən halları izah etməklə öz qərarlarını əsaslandırmamış və daxili qanunvericiliyin müvafiq müddəalarına istinad etməklə kifayətlənmişlər (müqayisə edin, Kobiaşvili Gürcüstana qarşı, № 36416/06, § 61, 14 mart 2019 -cu il). Bundan əlavə, iş materiallarında mövcud olan sənədlərdən məhkəmənin istintaq orqanları tərəfindən aparılan istintaq hərəkətlərini nəzərdən keçirməsi və ya məhkəmə qərarı olmadan axtarışların aparılması ilə bağlı hər hansı müvafıq qərarın surətinin daxili qanunvericiliklə müəyyən edilmiş qaydada qırx səkkiz saat ərzində müvafiq nəzarəti həyata keçirən məhkəməyə və prokurora göndərilməsi halları müəyyən edilmir. Avropa Məhkəməsi polisin axtarışın aparması qaydası ilə bağlı Azərbaycana qarşı əvvəlki işlərdə gəldiyi nəticələrə istinad edir. Məhkəmə əvvəlki işlərdə müəyyən etmişdir ki, şübhəli şəxsin üzərinə baxışın üzrlü səbəb olmadan tutulduqdan dərhal sonra aparılmaması, əldə edilən sübutların polis tərəfindən yerləşdirilməsinin mümkün olduğu barədə əsaslı şübhə yaradır (bax, Layıcov Azərbaycana qarşı, № 22062/07, § 69, 10 aprel 2014-cü il və Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, §53,12 noyabr 2015-ci il). Məhkəmə hesab edir ki, qeyd edilən həmin nəticələr hazırkı işin hallarına da aid edilir. Tutulmaları və üzərinə aparılmış baxışlar arasında keçən müddət ərzində ərizəçilər tamamilə polisin nəzarəti altında olduğundan, əldə edilmiş sübutların bu müddətdə onların üzərinə yerləşdirilməsinin mümkün olduğu üçün haqlı şübhəyə əsas yaranır. Üstəlik axtarışın aparılmasını ərizəçilərin tutulmalarından dərhal sonra qeyri-mümkün edən hər hansı xüsusi halların mövcud olması ilə bağlı heç bir əsas aşkar edilmir. Bununla yanaşı, hal şahidlərinin çağırılması və rəsmi axtarış və götürmənin aparılmasından əvvəl tutulan şəxslərin şəxsi əşyalarına polis tərəfindən narkotik vasitə və ya digər sübuti əhəmiyyətə malik olan əşyaların qoyulmasına dair çoxsaylı ardıcıl hallar barədə beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında əksini tapan məlumatlara əsaslanaraq məhkəmə həmçinin hesab edir ki, hazırkı axtarışlar zamanı hal şahidlərinin iştirakının təmin edilməsi mövcud vəziyyətin aradan qaldırılmasına əsas kimi qəbul edib bilməz (İbrahimov və Məmmədov, § 127). İstintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (bax, İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, o cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, Məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində istintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir (müqayisə edin, Rəşad Həsənov və başqaları, § 101). Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin tələbinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinin tələblərinə görə, cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin həmin Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqlarını təmin etməlidir: öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq; - şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq. Həmin məcəllənin 90-cı maddəsinin tələblərinə görə müstəqil olaraq müdafiəçi seçmək, onun səlahiyyətlərinə xitam vermək, müdafiəçidən imtina etdiyi halda özü özünü müdafiə etmək, söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi ilə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq, öz vəsatəti əsasında müdafiəçinin iştirakı ilə dindirilmək və öz vəsatəti əsasında aparılan istintaq və ya digər prosessual hərəkətlərdə müdafiəçinin yardımı ilə iştirak etmək təqsirləndirilən şəxsin ayrılmaz hüquqlarıdır. Məhkəmə hesab edir ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxslərin müdafiə hüququ da kobud formada pozulmuşdur. Belə ki, təqsirləndirlən şəxslərin saxlanması ilə onların faktiki olaraq polis idarəsinə gətiriliməsi arasında uzun müddətin keçməsi onu sübut edir ki, onlara müdafiəçilər də darhal deyil, uzun müddət, yəni saatlarla vaxt keçəndən sonra təqdim olunmuşdur. Bu hal onu deməyə əsas verir ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqları, xüsusilə də, müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar həm müdafiə hüququ pozulmaqla və qanunazidd hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmişdir. Bununla da, məhkəmə yekun nəticəyə gələrkən ibtidai istintaqın yekunu olaraq əldə edilmiş həmin sübutlara mötəbər sübutlar qismində istinad edə bilmir. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Şübhəli və təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikası qanunverciliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125-ci maddəsinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanının irəli sürdüyü ittihamın əsasını onların əleyhinə olan sübutlar olaraq şəxsi axtarış və götürmə istintaq hərəkəti və onun nəticəsində tərtib edilmiş protokollar, həmin istintaq hərəkətinin gedişatında şübhəli şəxsin üzərindən çıxan narkotik vasitənin qablaşdırılaraq götürüldüyü zərf, dərhal sonra alınmış şübhəli şəxsin izahatı, məhkəmə ekspertizasının rəyləri, şübhəli və təqsirləndirilən şəxs qismində ilkin dindirilmə protokolları təşkil etmişdir. Məhkəmə qeyd edir ki, cinayət işi materiallarında olan 04 fevral 2023-cü il tarixli “şəxsi axtarış və götürmə” istintaq hərəkətləri nəticəsində əldə edilmiş sübutlar Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 125.2.2 və 125.2.3-cü maddələrinin tələbləri pozulmaqla əldə edildiyindən mümkünsüz sübutlardır. Sözügedən maddələrin tələblərinə əsasən, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, cinayət işi materiallarında mövcud olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 04 fevral 2023-cü il tarixli istintaq hərəkətinin gedişatını özündə əks etdirən diskləri, onların yazıldığı faktiki vaxtla cinayət işinin materiallarında göstərilmiş vaxt arasında böyük fərq olduğundan, yəni prosessual qanunvericiliyin tələblərinin pozulması ilə əldə edildiyindən həmin diskləri və onların əsasında tərtib edilən həmin tarixli protokolları sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/701 nömrəli və xx.xx.2023-cü il tarixli, 6/702 rəyləri, məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7/167 nömrəli rəyi isə özləri bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, narkotik vasitələrin və psixotrop maddənin növü və çəkisi ilə bağlı gəlinmiş nəticə buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlaraa istinad edilən cinayət əməlini törətməsini sübuta yetirən dəlil kimi qiymətləndirilə bilməz. İttiham aktında sübut kimi istinad olunan narkoloji yoxlamanın xx.xx.2023-cü il tarixli, 4832 nömrəli xx.xx.2023-cü il tarixli, 4833 nömrəli rəyləri mövcud sübutların məcmusu da nəzərə alınmaqla heç bir halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmaqla satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşıma əməllərini törətməsini təsdiq etmir. Məhkəmə həmçinin qeyd edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 ittiham verərkən onun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən o sübuta da əsaslanmışdır ki, ***-***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə "35 hazirdi temizdi qaqa xeber ele" məzmunlu, ***-***-**-** saylı mobil nömrə istifadəçisi xx.xx.2023-cü il tarixdə "Qaqa cixdim galiram kruqa sana qurban brat man diyani yaddan cixartma qarani diyiram brat" məzmunlu mesajı Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə göndərmişdir. Məhkəmə qeyd edir ki, məhkəmədə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsində yuxarıda qeyd edilən məzmunda yazışmanın olduğu müəyyən edilsə də, Təqsirləndirilən şəxs2 tərəfindən həmin SMS-lərə cavab verilməmişdir. Həmçinin, diskə baxış keçirilən zaman narkotik vasitələrin satışına dəlalət edən başqa yazışma müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə mənbəyi bilinməyən həmin mobil nömrələrdən gəlmiş "35 hazirdi temizdi qaqa xeber ele", “Qaqa cixdim galiram kruqa sana qurban brat man diyani yaddan cixartma qarani diyiram brat" məzmununda Təqsirləndirilən şəxs2 tərəfindən cavab verilməyən mətnin olduğu SMS-ləri onun narkotik vasitənin satışına dəlalət edən iş üçün əhəmiyyət kəsb edən SMS-lər hesab etmir. Belə ki, həmin sms yazışmaları birtərəflidir, yəni hazırkı iş üzrə təqsirləndirilən şəxsin mobil telefonuna göndərilsə də, onun tərəfindən bu müraciətlərin cavablandırılması, yəni başqa şəxslərlə narkotik vasitələrin satışı ilə bağlı əvvəlcədən razılıq əldə etməsinə, sövdələşməsinə yönəlmiş hərəkətlərin etməsi müəyyən olunmur, istintaq orqanı tərəfindən bunu təsdiq edən hər hansı bir mötəbər və mümkün sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 telefonuna sms yazışmasını göndərən şəxslər istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Halbuki, göstərilən halın müəyyən edilməsi təqsirləndirilən şəxsə verilmiş ittihamın əsaslılığı üçün mühüm əhəmiyyətə malikdir. Həmçinin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitələrin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Ümumiyyətlə, həmin SMS-lərin məzmununun məhz narkotiklərlə bağlı olması məhkəmədə şübhə yaratmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 aşkar olunan narkotik vasitələr marixuana və heroin olmuşdur. Həmin narkotiklərin “qara” adlandırılmasına isə məhkəmə tərkibinin icraatında olan işlər üzrə təcrübədə rast gəlinməmişdir. Ona görə də məhkəmə o nəticəyə gəlir ki, qeyd edilən SMS-lərin Təqsirləndirilən şəxs2 məhz narkotiklərin satışı ilə məşğul olması barədə sübutetmə yükünə malik olması qənaətinə gəlməyə əsas vermir. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan görünür ki, onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət törətmək üçün qabaqcadan əlbir olmalarını təsdiq edən hər hansı sübut müəyyən edilmədi. Belə ki, ibtidai istintaq tərəfindən hər iki təqsirləndirilən şəxsə cinayət törətmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddəni əldə etmə, saxlama və daşıma ittihamı verilsə də, həmin ittihamla bağlı hər hansı bir sübutu əldə edilməmiş və iş materiallarına əlavə olunmamışdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət törətmək üçün qabaqcadan əlbir olma ittihamı heç bir sübuta əsaslanmadan, başqa sözlə ibtidai istintaq orqanınını ehtimalları əsasında verildiyindən məhkəmə o nəticəyə gəlir ki, həmin ittiham sübuta yetirilməmiş hesab edilməlidir. Məhkəmə, cinayət işində olan materialları nəzərdən keçirərək, təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrinə qiymət verərək, toplanılmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətmələrinə dair ittihamın əsasını ancaq ibtidai istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutları təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mənsubiyyətinə, mümkünlüyünə və mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair şübhələr digər sübutlarla aradan qaldırıla bilmədiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verilməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların cinayət prosessual qanunvericiliyinin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinmələri aşkar şəkildə cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Cinayət-Prosessual Məcəllənin sübutların qiymətləndirilməsinə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət- Prosessual Məcəllənin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham edərkən prosessual təminatları kobud surətdə pozaraq əsassız nəticəyə gəlmiş, şahidlərin kifayət qədər uzlaşmayan ifadələrini, eləcə də yuxarıda qeyd edilən şübhəli və ehtimal xarakterli digər sübutları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirmişdir. Bu isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinin kobud surətdə pozulması ilə yanaşı, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulması deməkdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinə və Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinə görə, cinayət törətməkdə ittiham olunan hər kəs əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsinə nail olmaq və onun əleyhinə ifadə vermiş şahidlərlə eyni olan şərtlərlə lehinə olan şahidləri çağırması və dindirməsi hüququna malik olmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Eyni zamanda, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət-Prosessual Məcəllənin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ,İİ və İİİ hissələrinə görə, hər kəsin təqsirsizlik prezumrsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Beləliklə, məhkəmə ibtidai istintaq zamanı toplanmış və məhkəmə icraatında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilmələrinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və onlara Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunan ittiham üzrə təqsirlilikləri sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 bəraət verildiyi üçün onların haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və onlar məhkəmə zalında dərhal həbsdən azad olunmalıdırlar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılan cinayət işi üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq qalıq qalmış 19,377 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 42,062 qram çəkidə qurudulmuş marixuana, 0,303 qram çəkidə heroin, 1,682 qram çəkidə heroin, 4,451 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasının videogörüntülərinin əks edildiyi 02 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar 316 (üç yüz on altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aid edilməməlidir. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 55, 344-350, 352, 353, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verildiyindən onun barəsində narkomaniyadan müalicəyə dair tibbi xarakterli məcburi tədbir təyin edilməsin. Təqsirləndirilən şəxs1 təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verildiyindən onun barəsində narkomaniyadan müalicəyə dair tibbi xarakterli məcburi tədbir təyin edilməsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 19,377 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 42,062 qram çəkidə qurudulmuş marixuana, 0,303 qram çəkidə heroin, 1,682 qram çəkidə heroin, 4,451 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi, həmin vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işindən müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut olan, ekspertiza tədqiqatdan sonra qalıq qalmış 19,377 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 42,062 qram çəkidə qurudulmuş marixuana, 0,303 qram çəkidə heroin, 1,682 qram çəkidə heroin, 4,451 qram çəkidə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzinin Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerində saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmasının videogörüntülərinin əks edildiyi 02 ədəd CD disk, "xxxx" MMC-dən daxil olmuş 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan əlaqədar 316 (üç yüz on altı) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aid edilməsin. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakimlər: (Sədrlik edən) Telman Hüseynov Aygün Qurbanova Fərid Namazov
Məhkəmə qərarları › İş №1(101)-157/2025
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-157/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver