Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1570/2021 01.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kərimov Novruz Ağakərim oğlunun sədrliyi ilə, hakimlər Rasim Əkrəm oğlu Sadıxovdan və Azər İslah oğlu Paşayevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil bürosunun vəkili Müdafiəçi1 və Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakları ilə məhkəmə, Təqsirləndirilən şəxs, xx xxxx 1977-ci il tarixdə Ağdam şəhəri, Əhmədavar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Ağdam şəhəri, Əhmədavar kəndində qeydiyyatda olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07 may 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 26-cı döngədə yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evinin həyətyanı sahəsində bir müddət əvvəl işləməsi müqabilində zəhmət haqqının ala bilməməsi ilə bağlı Zərərçəkmiş şəxsla aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs əynindəki şalvarın arxa cibindən bıçağı götürmüş, Zərərçəkmiş şəxs bıçağı ondan almaq istəyərkən o, həmin bıçağı qəsdən sonuncu istiqamətində hərlədib Zərərçəkmiş şəxs sağ said nahiyəsinin bir və sağ əl nahiyəsinin bir ədəd kəsilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, Zərərçəkmiş şəxs onun ünvanına təhqiredici ifadələr işlətməsindən əsəbləşib Zərərçəkmiş şəxs böyür nahiyəsindən qəsdən bir dəfə bıçaqla vurub ona hemorragik şokla müşayiət olunan qarının sağ yarısının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirərək Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs ona Azəbraycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadələrində göstərdi ki, “2021-ci ilin mart ayında məhkəmədə ona zərərçəkmiş şəxs qismndə təqdim olunan Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Tural həyətindəki ağacların külək əsən vaxtı yıxılmaması üçün ağacların yanına dayaq qoymağı sifariş etdi. O da razılaşmışdır. Turalın evin Nardaran qəsəbəsi, Ləhiş bağları, 26-cı döngədə yerləşirdi. O da həmin işi yüz əlli manata görə biləcyini demiş, Tural da razılaşmışdı. O, həmin gün həyətdəki işi görüb bitirmişdir. Tural da pulu səhəri gün verəcəyini dedi, lakin sonradan pulu vermədi. Ona görə də, o, 07 may 2021-ci il tarixdə saat 15:00 radələrində pulunu almaq üçün Turala məxsus Nardaran qəsəbəsi, Ləhiş bağları, 26-cı döngədəki fərdi yaşayış evinin qarşısına gedib həyət darvazasının qapısını döyərək Turalı çağırmışdır. Tural qapını açaraq nə istədiyini soruşduqda, o, Turala pulunu almaq üçün gəldiyini bildirmişdir. Tural isə ona pulunu verməyəcəyini bildirmişdi. O, söhbət əsnasında həyətə daxil olaraq Turala pulunu vermədiyi üçün Turalın ünvanına nalayiq ifadə işlətmişdir. Tural da onun ünvanına nalayiq ifadələr işlətdi. Tural ona pulunu gətirəcəyini bildirərək həyətdən çölə çıxaraq avtomobilə minib sonra avtomobildən düşüb həyətə daxil oldu. Bundan sonra Tural ona yaxınlaşıb onunla danışa-danışa qolunun iç hissəsindən bıçaq çıxararaq ona bıçaqla vurmaq istədi. O da zərbədən yayınmış, lakin həmin bıçaq onun sol qolunun dirsəkkdən aşağı nahiyəsinə dəymişdir. Tural ona ikinci dəfə də zərbə endirmək istədikdə, o, Turalın əlindən tutaraq onun əlini arxaya tərəf çevirdikdə bıçaq Turalın sağ böyrünə batdı. O, həyəcanlanmış, təcili tibbi yardıma zəng vurmaq istərkən, Tural zəng etməyə qoymadı. O da Turalın köynəyini cıraraq qan itirməməsi üçün onun yarasının üzərinə qoyub əli ilə sıxmışdır. Tural ona çıxıb getməsini, özünün də heç kimə hadisə barədə məlumat verməyəcəyini dedi. O isə Turala onu bu vəziyyətdə qoyub getməyəcəyini demişdir. Bundan sonra Tural qardaşına zəng vuraraq bıçaqlandığını bildirdi. Bundan sonra Tural bıçağın yadigar olduğunu deyib bıçağı istədi. O isə Turalın yenidən nəsə edəcəyindən ehtiyatlanaraq bıçağı ona verməmişdir. Tural isə bıçağı həyətin girişində sol tərəfə yerləşən saxlanc yerinin içərisində əl-üz yuyan yerin altındakı dolaba qoymağı xahiş etdi. O da Turalın dediyi kimi bıçağı qeyd edilən yerdə əl-üz yuyanın altındakı dolaba qoymuşdur. Tural da həmin yerin qapısını örtdü. Bir müddət sonra Turalın qardaşı Hacı gəlib nə baş verdiyini soruşdu. Tural evə oğru girdiyini və həyətdə oğru ilə rastaşdığı üçün oğrunun Turalı bıçaqla vurduğunu dedi. Bundan sonra o, Hacı ilə köməkləşərək Turalı Hacının avtomobilinə mindirmişlər. Hacı Turalı xəsatəxanaya aparacağını dedi. O da orada evə getmişdir. Hadisədən əvvəl onun üzərində bıçaq və ya hər hansı bir kəsici-deşici əşya olmamışdır. O, spirtli içki qəbul etməmişdir. Baş vermiş hadisədən, Turala xəsarət yetirilməsindən peşmandır. Özü qaçqındır, himayəsində üç nəfər az yaşlı uşaq vardır. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini istəyir. Zərərçəkmiş şəxs ifadələrində göstərdi ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağları, 26-cı döngədə yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin ev bağ evi kimi istifadə olunur. Ona məxsus olan fərdi evin həyətyanı sahəsində küləkli havada ağacların əyilməməsi üçün ağacların yanına boruları düzməsi üçün usta axtaranda usta kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Müşfiqlə danışaraq ağacların yanına boruları düzməsi üçün zəhmət haqqı olaraq 150 manata razılaşmışdır. İş bitdikdən sonra o, görülən işlə tanış olduqda işin düzgün görülmədiyini görüb Müşfiqə boruların torpağa düzgün basdırıldığı təqdirdə onun zəhmət haqqını verəcəyini demişdir. 07 may 2021-ci il tarixdə saat 15:00 radələrində o, evdə olarkən Müşfiq bağ evinin həyət darvazasını möhkəm döyərək uca səslə onu çağırmışdır. O da qapını açaraq Müşfiqdən nə istədiyini və niyə görə qapını möhkəm döyüb qışıqırdığtnı soruşmuşdur. Müşfiq əcəb edirəm, borcumu istəyrəm dedi. Söhbət əsnasında Müşfiq əlini böyrünə qoyduqda, o, Müşüfİqdə bıçaq olduğunu düşünmüş və Müşfiqi sakitləşdirmək üçün həyətə dəvət etmişdir. Müşfiq isə daha da qızışaraq onun ünvanına nalayiq ifadələr işlətdikdə, o da Müşfiqə cavab olaraq onu söymüşdür. O, Müşfiqin sakitləşmədiyini görüb Müşfiqin çıxıb getməsi üçün onun pulunu vermək qərarına gəlmişdir. O, həyətdən çıxaraq darvazanın qarşısında dayanan ona məxsus “BMW” markalı avtomobildən 100 manat pul və Müşfiqin üzərində bıçaq olduğunu zənn edib lazım olduqda özünü müdafiə etmək üçün özünə məxsus olan bıçağı da götürərək arxa cibinə qoyub həyətə qayıtmışdır. Həyətdə o, Müşfiqə yaxınlaşqanda özünün arxa cibinə qoyduğu bıçağı Müşfiqi ələ keçirdi. O, Müşfiqdən bıçağı ona verməyini tələb edərək bıçağı Müşfiqdən almaq istəmişdir. Müşfiq bıçağı vermədi. O da bıçağı almaq üçün Müşfiqin üzərinə gedib Müşfiqlə əlbeyxa olmuşlar. Müşfiqin əlindəki bıçaq onun sağ qolunu və sağ əlini kəsdi. Müşfiqlə əlbəyaxa olan vaxt Müşfiqin özü də xəsarət aldı. Bundan sonra o, əsəbləşərək Müşfiqi söymüşdür. Bundan sonra Müşfiq bıçaqla onun sağ böyründən vurdu. O, sağ böyründə sancı hiss edib köynəyini qaldıraraq qarnınında qan axdığını görüb Müşfiqdən ona kömək etməyi xahiş etmişdir. Müşfiq də onun əynindəki köynəyi cıraraq qan axmasını dayandırmaq məqsədilə köynəyi yaranın üzərinə qoyub sıxıb, təcili yardıma zəng etmək istədi. O, isə razı olmamışdır. Bundan sonra o, qardaşı Hacıya zəng vuraraq Ləhiş bağlarındakı evdə bıçaqlandığını bildirmişdir. Az sonra Hacı evə gəlib nə baş verdiyini və onun kim tərəfindən bıçaqlandığını soruşdu. O da qardaşı ilə Müşfiq arasında münaqişə yaranmaması üçün yalandan həyətə oğru girdiyini və onunla həyətdə rastlaşıb onu bıçaqla vurub qaçdığını demişdir. Bundan sonra Müşfiq qardaşı Hacı ilə birilikdə onu Hacının maşınına mindirmişlər. Hacı onu öz avtomobili ilə xəxtəxanaya aparmışdır. Müşfiq də oradan getdi. Xəstəxanaya çatdıqda o, qardaşına onu bıçaqla vuran şəxsin Müşfiq olduğunu demişdir. O, Müşfiqi bıçaqla vurmaq istəməmişdir. Müşfiqin dedikləri həqiqətə uyğun deyildir. O, Müşfiqə bıçaqla zərbə endirməmişdir. O, Müşfiqin üzərində bıçaq olduğunu zənn edib, lazım olduqda özünü müdafiə etmək üçün avtomobildən bıçağı götürüb arxa cibinə qoyub Müşfiqin yanına gəlib onunla əlbəyxa olmuşdur. Müşfiq onu vurduqdan sonra ona kömək edərək onun çoxlu qan itirməyinin qarşısını almağa çalışdı. Hadisəyə səbəb onun Müşfiqin pulunu vaxtında ödəməməsi olub. Özü də hadisənin baş verməsindən peşmandır. Hazırda o, Müşfiqlə barışmışdır. Ondan tələbi və şikayəti yoxdur. Şahid X6 ifadələrində göstərdi ki, 07 may 2021-ci il tarixdə saat 15:00 radələrində qardaşı Zərərçəkmiş şəxs ona zəng vuraraq bıçaqla yaralandığını deyib Nardaran qəsəbəsi, Ləhiş bağlarında yerləşən evə çağırdı. O da Turaldan nə baş verdiyini soruşmuş, lakin Elçin telefonda heç nə demədi. O da aptekdən bint, yod, pambıq alaraq Turalın evinə getmişdir. O, həyətə daxil olduqda Turalın ayaq üstə olduğunu və yanında da tanımadığı, lakin sonradan adını Müşfiq olduğunu bildiyi şəxsin olduğunu görmüşdür. Müşfiqi ilk dəfə həmin vaxt görmüşdür. O, Turala nə baş verdiyini, kim tərəfindən vurulduğunu soruşmuşdur. Tural isə ona evə oğru girdiyini, qaçmaq istədikdə Turalı bıçaqla vurub yaraladığını və Müşfiq adlı şəxsin də Turala kömək edərək axan qanını saxlamağa çalışdığını dedi. Bundan sonra o, Müşfiqlə birlikdə köməkləşərək Turalı idarə etdiyi avtomobilə mindirib xəstəxanaya aparmışdır. Müşfiq də çıxıb getdi. Yolda Tural onu bıçaqla Müşfiqin vurduğunu dedi. O, Turala hansı səbəbə görə bir qədər əvvəl ona yalan danışdığını soruşmuşdur. Tural isə onunla Müşfiq arasında münaqişə olmasın deyə yalan danışdığını dedi. Qardaşı Tural hadisəyə səbəb onun Müşfiqi həyətində işlədib onun pulunu verməməsi olduğunu dedi. O da Turalı tənbeh etmişdir. Məhkəmədə elan olunub araşdırılmış ifadələrində ibtidai istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə tibb eksperti X4 göstərmişdir ki, Zərərçəkmiş şəxs məhkəmətibbi eksertizasından müayinədən keçmişdir və məhkəmə-tibbi ekspertizasının 01 iyun 2021 -ci il tairxli 719- saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hemorragik şokla müşayiət olunan qarının sağ yarısının qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş- kəsilmiş yarası, sağ said nahiyəsinin 01 (bir) və sağ əl nahiyəsinin 01 (bir) ədəd kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya(alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər, törənmə müddəti şəxsin “Mərkəzi Klinikaya” müraciətindən (07.05.2021-ci il tarixdə saat 20:53) az əvvəl olmaqla dediyi 07 may 2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən hemorragik şokla müşayiət olunan qarının sağ yarısının qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sağ said nahiyəsinin 01 (bir) və sağ əl nahiyəsinin kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində olan qarının sağ yarısının qarın boşluğuna nüfuz edən xəsarət müxtəlif şəraitdə əmələ gələ bilər, lakin xəsarətin ağırlığı, yəni zərbənin daxilə nüfuz etməsini nəzərə alaraq onun “əlini çevirmək” nəticəsində əmələ gəlməsinə inandırıcı deyil, əksinə məhz güclü zərbə nəticəsində törənilməsinə qanaətə gəlməyə daha çox əsas verir. Məhkəmədə elan edilib araşdırılmış Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçrilmiş üzləşdirmə protokolundan görünür ki, üzləşdirmə zamanı zamanı Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi halları, o,cümlədən də hadisənin təqsirləndirilən şəxs X5 törətədiyini təsdiq etmişdir. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı turist bıçağı maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-tibbi ekspertizasının 01 iyun 2021-ci il tairxli 719 sayından görünür ki, Zərərçəkmiş şəxs hemorragik şokla müşayiət olunan qarının sağ yarısının qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, sağ said nahiyəsinin 01 (bir) və sağ əl nahiyəsinin 01 (bir) ədəd kəsilmiş yaraları müəyyən edilmişdir. Xəsarətlər deşici-kəsici əşya(alət) təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş bıçaqla yetirilə bilər, törənmə müddəti şəxsin “Mərkəzi Klinikaya” müraciətindən (07.05.2021-ci il tarixdə saat 20:53) az əvvəl olmaqla dediyi 07 may 2021-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə xəsarətlərdən hemorragik şokla müşayiət olunan qarının sağ yarısının qarın boşluğuna nüfuz edən 01 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya, sağ said nahiyəsinin 01 (bir) və sağ əl nahiyəsinin kəsilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmədə elan edilib araşdırılmış ambulator-məhkəmə psixiatrik ekspertizasının 30 iyul 2021-ci il tarixli 1645 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə də Təqsirləndirilən şəxs hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki pxisi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə elan edilib araşdırılmış məhkəmə-trasoloji ekspertizasının 30 iyun 2021-ci il tarixli 3/1062 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır və soyuq silah hesab edilmir. Məhkəmədə, Təqsirləndirilən şəxs ifadələrində Zərərçəkmiş şəxs qəsdən vurmadığını, bıçağı Zərərçəkmiş şəxs alarkən bıçağın sonuncuya batdığını bildirdi. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bunu inkar edib bıçağı Təqsirləndirilən şəxs arxa cibindən götürüb onu vurduğunu göstərdi. Məhkəmədə araşdırılmış iş üzrə məhkəmə tibb ekspertini keçirmiş və şahid qismində dindirilmiş X2 ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs yetirilmiş xəsarətin ağırlığı, zərbənin daxilə nüfuz etməsi əlaəmətələrinə görə zərərçəkmiş şəxsin əlini çevirmək nəticəsində əmələ gəlməsini inkar edib, xəsəarətin məhz güclü zərbə nəticəsində yetirilməsini göstərmişdir. Məhkəmə də həmin halları nəzərə alıb Təqsirləndirilən şəxs ifadələrinin bu hissəsini işin faktiki hallarına uyğun olmayan və onun müdafəsinə yönələn ifadələr kimi qiymətləndirir. Beləliklə də, məhkəmə, yuxarıda araşdırılmış ittihamedici sübütlar əsasında Təqsirləndirilən şəxs elan olunmuş ittihamda nəzərdə tutlan cinayət əməlini onun tərəfindən törədilməsinin sübüta yetirildiyi qənəaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyi qənaətinə gəlib onun əməlini həmin maddə ilə tövsif olunmasını əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi əməli qəsdən törətməsi qənaətinə gəlir. Çünki məhkəmədə bunun əksi sübuta yetirilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə təqsirli olması qənaətinə gəldiyindən onun bu əmələ görə qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalanmalı olmasını əsaslı sayır. Çünki onun təqsirli bilindiyi əməlin cinayət olmasını aradan qaldıran hal və onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs məxsus cinayət qanunun tələblərinə uyğun müsadirə edilə bilən əmlak müəyyən edilmədi. Məhkəmədə araşdırılmış cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı məhkəmə trasaloji ekspertizanın keçirilməsinə 74 (yetmiş dörd) manat xərcələnmişdir. Məhəkəmə həmin məbələği Təqsirləndirilən şəxs tutulub dövlət büdəcsinə ödənilməsini əsaslı sayır. Çünkü onu həmin məbələğəin ödənilməsindən azad etmək üçün əsəas müəyyən olunmadı. Məhkəmə, maddi sübutları mahiyyəti üzrə həll edərkən iş üzrə maddi sübut kimi tanınıb Sabunçu ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş bir ədəd təsərrüfat-məişət təyinatlı bıçağın istehlak dəyərini itirdiyi üçün məhv edilməsini əsaslı sayır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü müyyən edərkən ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsalı sayır. Çünki ona başqa cəza növünün təyin edilməsi üçün əsaslar müəyyən olunmadı. Məhkəmədə, Təqsirləndirilən şəxsun ittiham olunduğu cinayət əməlinin törədilməsinin halları, şəraiti və səbəbləri müzakirə edilərkən cinayətin baş verməsinə səbəb zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Mirzə oğluna iş gördürüb, ona ödəmyi vəd etdiyi məbləği ödmədədyi səbəbindən təqsirləndirən şəxs Təqsirləndirilən şəxs ona ödənilməli olduğu aralarında razılaşdırılmış pul məbələğini almaq üçün zərərçəkmiş şəxsin həyətinə getdikdə, oradan sonuncunun vəd etdiyi pulu ödəməyib Təqsirləndirilən şəxs münaqişəyə cəlb edib onun üzərinə əynindəki şalvarın arxa cibinə bıçaq qoyub bıçağı açıq şəkildə nümayiş etirməklə təqsirləndirilən şəxsi fiziki münaqişəyə cəlb etməsi, Təqsirləndirilən şəxs da həmin bıçağı zərər çəkmiş şəxsin Zərərçəkmiş şəxs üzərindən götürüb ona xəsarət yetirməsi muəyyən olundu. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmədə elan olunub araşdırılmış Zərərçəkmiş şəxs adından yazılmış və notarial qaydada təsdiq olunmuş 17 iyul 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışıb, təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmədə Təqsirləndirilən şəxs səciyyələndirən hallar kimi onun qaçqın olub himayəsində üç nəfər azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, habelə ittiham olunduğu cinayət əməlinin törədəilməsi halları barəsində ətraflı ifadələr verib cinayətin açılımasında fəal iştirak etməsi müəyyən olundu. Məhkəmə həmin halları təqsirləndirlən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə münaqişənin Zərərçəkmiş şəxs vədini yerinə yetirməməsi səbəbəindən başlayıb, onun üzərində gəzdirdiyi bıçaqla törədildiyi, Təqsirləndirilən şəxsun ittiham olunduğu cinayət əməlinin törədəilməsi halları barəsində ətraflı ifadələr verib cinayətin açılımasında fəal iştirak etməsini də onun cəzasını yüngülləşədərin hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs həmin əməli törətdikdən sonra Zərərçəkmiş şəxs kömək edib onun yarasından axan qanun qarşısını almaq üçün cəhd göstərməsini, zərərçəkmiş şəxsə kömək gələnə qədər onu tərk etməyib sonuncunun yanında olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, cinayətin baş verməsinin səbəb və hallarını, o, cümlədən də şəraitini nəzərə alıb Təqsirləndirilən şəxs ittiham olunduğu cinayt əməlini Zərərçəkmiş şəxs hüquqa zidd əməlləri nəticəsində yaranmış şəraitdə törətməsi qənaətinə gəlir. Məhkəmə, bu halıda Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hall kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə, sadalanan halları nəzərə alıb Təqsirləndirilən şəxs davranışına intensiv fasiləsiz müdaxilə olmadan islah olunması və cəmiyyətə reinteqrasiyasını mümkün sayır. Məhkəmə, bu halları nəzərə alıb Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhurum etmə cəzasının təyin edilib həmin cəzanın ona şərti tətbiq olunmasını əsalı sayır. Məhkəmənin bu qənaəti Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması, ailə başçısı olub ailəsinin onun himayəsində olması, törətdiyi əməldən peşman olub, səmimi ifadələr verib cinayətin açılmasında iştirak etməsi baxmından da əsaslıdır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş cəzanın şərti tətbiq edilməsi qənaətinə gəldiyindən istintaq orqanı tərəfindən onun barəsində qətimkan tədbiri qismində seçilmiş həbsin ləğv edilməsini, barəsində başqa yerə getməmək haqqında iltizam seçilməsini və bu qətimkan tədbirinin hökm qanuni qüvvəyə minədək dəyişdirilmədən saxlanılmasını əsaslı sayır. Məhkəmədə elan edilib araşdırılmış cinayət işinin materiallarından görünür ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulub 12 may 2021-ci il tarixdə onun barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırkı vaxta qədər həbsdə saxlanılır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini təyin edərkən, onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, o cümlədən də təyin ediləcək cəzanın onun islah olunmasına və ailə həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 435-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 may 2021-ci il tarixdə tutulub hazırkı vaxta qədər həbsdə olduğu 6 (altı) ay 21 (iyirmi bir) gün müddət ona təyin edilən cəza müddətinə daxil edilsin. Onun barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunsun və təyin olunmuş cəza şərti hesab edilməklə onun üzərində 2 (iki) il sınaq müddəti müəyyən olunsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs onun üzərində nəzarəti həyata keçirən orqanın icazəsi olmadan yaşayış yerini dəyişdirməmək, məişət, təmir və yerinə yetirdiyi işlə bağlı istifadə etdiyi alətlər istisna olunmaqla öz üzərində və özünə aid daşıma vasitələrində kəsici, deşici alətlərin daşıması, gəzdirməsi qadağan edilsin. Onun üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhər Baş icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən qətimkan tədbiri qismində seçilmiş həbs ləğv edilsin, o, dərhal məhkəmə zalından həbsdən azad edilsin və və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə trasoloji ekspertizanın keçirilməsinə sərf edilmiş 74 (yetmiş dörd) manat məhkəmə xərci kimi ondan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınıb Sabunçu RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd bıçaq istehlak dəyərini itirdiyi üçün məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğlu isə hökməün sürəti ona təqdim olunduğu andan, andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm yuxarıdakı müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(101)-1570/2021
Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1570/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver