Məhkəmə qərarları › İş №1(101)-1570/2024

Bakı Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(101)-1570/2024

26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1570/2024 26.09.2024 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimləri Tağıyev Azər Heydər oğlunun sədrliyi, X9 və X1 ibarət tərkibdə, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhər 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonu, Dəllər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şəmkir rayonu, Dəllər kəndində qeydiyyatda olmaqla yaşamış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Cinayət işinin ibtidai istintaq materiallarına görə Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında, əvvəllər tanımadığı hücuma məruz qoyduğu Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq burun nahiyəsinin əzilmiş səthi yarası, sağ qaşüstü və üst dodaq nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirdikdən sonra yerə yıxılmış Zərərçəkmiş şəxs 04 manat dəyərində +**********48 nömrəli simkartla istifadə etdiyi 150 manat dəyərində “Samsung” markalı, “A21” modelli mobil telefonunu, içərisində 35 manat nağd pul vəsaiti olan 15 manat dəyərində pul kisəsinin olduğu 45 manat dəyərində əl çantasını götürüb sonuncuya ümumilikdə 249 manat ziyan vurmaqla əmlakını ələ keçirərkən, ayağa qalxaraq üzərinə gələn sonuncunun göstərə biləcəyi müqavimətinin qarşısını alaraq cinayətini başa çatdırması məqsədi ilə silah qismində istifadə etdiyi özündə olan, istintaqa məlum olmayan kəsici-deşici alətlə baş və bədən nahiyələrinə bir neçə dəfə qəsdən zərbələr vuraraq sonuncuya sol yanaq nahiyəsinin 1 ədəd səthi kəsilmiş yarası ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilməyən, qarının ön divarının daxilə nüfuz etməyən 1 ədəd və bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd, cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ gicgah-təpə nahiyəsinin 1 ədəd, sol gicgahtəpə nahiyəsinin 1 ədəd və ənsə nahiyəsinin 1 ədəd, cəmi 3 ədəd kəsilmiş yaraları ilə nəticələnən sağlamlığına yüngül zərər vuran, həmçinin nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rayonda yaşadığına və qızı Bakı şəhərində yaşadığına görə arabir onu görmək üçün Bakıya gəlirmiş. xx.xx.2024-cü il tarixdə Koroğlu metrosu istiqamətindən körpüyə tərəf hərəkət edərkən yolun kənarında 4 nəfər şəxsin müxtəlif yerlərdə durduğunu görmüş və yanlarından keçən zaman, zərərçəkmiş şəxsin yanındakı şəxs ondan alışqan istəmişdir. O, siqareti yandıran zaman zərərçəkmiş şəxs onun cinsiyyət orqanına əl ataraq əxlaqsız təklif etmiş və buna görə o, zərərçəkmiş şəxsi yumruqla vuraraq yerə yıxmış sonra isə onun qarın nahiyəsindən təpiklə vurmuşdur. Bundan sonra isə o, oradan uzaqlaşaraq çıxıb getmişdir. O, hadisə zamanı Zərərçəkmiş şəxs hər-hansı bir əşyasını götürməmiş və sonuncuya məxsus telefonunun da harada olduğu barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Nərimanov rayonu, Montin qəsəbəsi, nömrəsiz fərdi evdə tək yaşamış, Şəmkir rayonundan Bakı şəhərinə işləmək məqsədilə gəlmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdən gəzmək məqsədilə çıxmış, Sabunçu rayonu, Böyükşor qəsəbəsində olan zaman bir nəfər şəxs ona yaxınlaşaraq üzərində alışqan olub olmadığını soruşmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs əlində mobil telefon olmuş, sonuncu mobil telefonu sinəsi ilə paralel şəkildə arxası ona tərəf tutmuşdur. Həmin şəxsə alışqan verdikdə, sonuncu əlini onun cinsiyyət orqanına uzadaraq “nə gözəl bədənin var” deyə bildirmişdir. Bu zaman həmin şəxsin mobil telefonla onu qeydə ala biləcəyini ehtimal edib əsəbləşmiş və sol əli ilə yumruqla onun üz nahiyəsinə vuraraq yerə yıxmış, bundan sonra təpik və yumruqla onu döyməyə davam etmişdir. Zərərçəkmiş şəxs qarşı cinayət əməlini törədən zaman əlində olan kiçik dırnaqtutan alətin uc hissəsi ilə onun başına vurmuşdur. Həmin dırnaq tutan alət dəmir materialdan, açılıb-bağlanan olmuşdur. Həmin aləti xatırlamadığı yerdə tullamışdır. Daha sonra onun əlindəki mobil telefonu və çantanı əlindən dartıb almışdır. Çantanın içərisinə baxdıqda çantanın içərisində şəxsiyyət vəsiqəsi və bank kartlarından başqa heç bir şey olmadığını görüb həmin sənədlərə dəymədən çantanı içərisindəki sənəd və kartlarla birlikdə həmin ünvanda yol kənarına tullayıb hadisə yerindən uzaqlaşmışdır. Çantadan götürdüyü 32 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs ələ keçirdiyi “Samsung markalı, A21 modelli mobil telefonu tanışı Elnur adlı şəxsə əmanət olaraq saxlamaq üçün vermişdir. Elnur tanışıdır, ona həmin mobil telefonu cinayət yolu ilə əldə etdiyini bildirməmişdir. Zərərçəkmiş şəxs ələ keçirdiyi “Samsung markalı, A21 modelli mobil telefonun üzərində olan mobil nömrəni çıxarıb üzərində saxlamış, sonradan həmin mobil nömrəni sındırmışdır. İlk ifadəsində həmin mobil nömrəni tutulan zaman polis əməkdaşlarına vediyini göstərsə də hadisə hal-hazırda dediyi kimi baş vermişdir. Polis əməkdaşları ona qarşı heç bir qanunsuz hərəkətə yol verməmişdir. Hadisə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Böyükşor qəsəbəsində baş vermişdir. Mobil telefonu götürmüşdür ki, həmin telefonla həmin şəxsin onu qeydə aldığını ehtimal etmişdir. Pula ehtiyacı olduğundan həmin şəxsdən ələ keçirdiyi pulu özünə xərcləmişdir. Törətdiyi əmələ görə peşmandır. Təqsirləndirilən şəxs əlavə dindirilərkən özünü Azərbaycan Respublikası CM-in 181.3.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təpik və yumruqla vursa da, əlində deşici və ya kəsici alət olmamış, sonuncuya ağır xəsarət yetirməmişdir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə zamanı zərərçəkmiş şəxsə vurarkən əlində kəsici alət olmamış, məhkəməyədək istintaq dövründə hadisə baş verərkən əlində kiçik dırnaqtutan alətin uc hissəsi ilə zərəçəkmiş şəxsin baş nahiyəsinə zərbələr vurmasını göstərməsinin, həmçinin quldurluq əməlini törətməsini etiraf etməsinin səbəbi isə ona polis əməkdaşları tərəfindən fiziki zor tətbiq etmələri səbəbi olmuşdur və sonradan məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilərkən özünü təqsirli bilmədiyini bildirmişdir. Bundan başqa hadisə baş verməmişdən əvvəl əlavə Şahid2 zəng etməsinin səbəbi onun kirayə ev axtarması ilə bağlı ola bilərdi, lakin onu tanımır və heç-vaxt onunla görüşməmişdir. Daha sonra Təqsirləndirilən şəxs barəsində ədalətli qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara məcmu halında hüquqi qiymət verərkən, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinin özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etməsi kimi qiymətləndirilməsini və sonuncunun əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə tövsif olunmasını düzgün hesab etmir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, ailəlidir bir qızı və bir oğlu vardır. Özü 1-ci Qarabağ müharibəsi veteranıdır, qardaşı isə şəhiddir. O, xx.xx.2023-cü il tarixdə axşam saat 20 radələrində “Olimpiya” stadionunun, yəni Sabunçu rayonu, Böyük Şor qəsəbəsində yerləşən “Tosoil” yanacaqdoldurma məntəqəsinin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs onun qarşısını kəsərək “mənləsən sən” deyə səslənmişdir. Həmin vaxt yanında heç kim olmamış, o, cavabında ona “sən kimsən, səni tanımıram” deyə bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir edərək üstünə hücum etmiş, sonuncu yumruq və təpiklə onun baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq burnunu, sağ qaşını və üst dodağını zədələmiş və zərbələrin təsirindən o, yerə yıxılmış və həmin zaman onun çantasını çiynindən dartaraq götürmüşdür. O, aldığı zərbələrin təsirindən huşunu itirdiyinə görə sonra nə baş verdiyini xatırlamır. Həmin vaxtı onun 45 manat dəyərində olan əl çantasında +**********48 nömrəli simkartla istifadə etdiyi 150 manat dəyərində “Samsung” markalı, “A21” modelli mobil telefonu, içərisində 15 manat dəyərində pul kisəsi, həmin kisənin içərisində 35 manat pul, Bakı metropoliteni QSC-yə aid iş vəsiqəsi, şəxsiyyət vəsiqəsi, hesabında pul olmayan “Azərtürk bank”a aid əmək haqqı kartı, “Azərbaycan Beynəlxalq Bankı”na aid təqaüd kartı, “Kapital Bank”a aid müavinət kartı və həyat yoldaşı X2 məxsus “Kapital Bank”a aid əmək haqqı, “Araz” və “Pətək” supermarketlərin bonus kartları olmuşdur. Sonradan onun mobil telefonu olmadığı üçün metronun “Koroğlu” stansiyasına gedərək oradakı polis vasitəsi ilə DİN-nin 102 xidmətinə hadisə barəsində məlumat vermiş və hadisə nəticəsində ona ümumilikdə 249 manat ziyan dəymişdir. Bundan əlavə Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona qarşı hədə-qorxu gəlməyib, onu vurmuş, sonuncunun çantanı necə apardığın görməmiş, hadisə vaxtı uzaqda digər şəxslər olsa da onun yanında kimsə olmamışdır. Həmin şəxsləri də tanımır və əlaqəsi də yoxdur. Təqsirləndirilən şəxs onun başından, bədənindən yumruqla və qarın nahiyəsindən təpiklə vurmuş, lakin bədənin müxtəlif nahiyələrində olan kəsilmiş yaraların nə ilə yetirildiyini xatırlamır. Həmin gün üzərində və istifadəsində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Daha sonra Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətin və tələbinin olmamasını, ona vurulmuş ziyanın ödənilməsini bildirərək ona məhkəmə tərəfindən veriləcək cəza ilə razı olduğini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, halhazırda o, əlavə Şahid2 valideynlərinə məxsus ünvan 1 ünvanında kirayədə yaşayır. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilik olmamış, sonuncunu yalnız Elnur adlı tanışının vasitəsilə ona telefon satarkən tanımışdır. xx.xx.2023-cü il tarixdə axşam saat 22:00 radələrində (istintaqda isə saat 21:00 radələri bildirmişdir) yuxarıda qeyd edilən ünvanda kirayədə qaldığı otağında yatdığı zaman Şahid2 onun otağına gəlib yuxudan oyatmış və satılıq mobil telefon olduğunu bildirib, almağı ona təklif etmişdir. O da mobil telefona baxdıqdan sonra qiymətini maraqlandıqda Şahid2 həmin telefonun Təqsirləndirilən şəxs məxsus olduğunu, 80 manata (istintaqda isə 70 manata aldığını bildirmişdir) satdığını bildirmişdir. Üzərində o qədər pul olmadığından telefonu təxminən yetmiş neçəsə manata almışdır. Bundan sonra isə Şahid2 və Təqsirləndirilən şəxs evdən çıxıb getmişlər. Telefonu aldıqdan 2 - 3 gün sonra müstəntiq Şahid2 zəng etmiş və telefonun oğurluq olduğunu bildirmişdir. Sonuncu isə ona zəng edərək telefonun oğurluq olduğunu və aparıb müstəntiqə təhvil verməsini bildirmiş, o da telefonu aparıb müstəntiqə təhvil vermişdir. Həmin mobil telefonu Şahid2 alan zaman oğurluq olub olmaması barədə soruşmuş, sonuncu həmin mobil telefonun oğurluq olmadığını, Təqsirləndirilən şəxs özünə məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, telefonu xx.xx.2023-cü il tarixdə axşam saat 22:00 radələrində ona gətirmişlər, həmin vaxt telefon işlək vəziyyətdə və üstündə simkart olmuş, lakin Təqsirləndirilən şəxs telefonu satıb gedərkən özü ilə telefonda olan simkartı çıxarıb aparmışdır. Telefonu müstəntiqə aldığı gündən 2 və ya 3 gün sonra aparıb təhvil verdiyini bildirmiş lakin maddi sübutun götürülməsi protokolunda (1-ci cild 103-cü i/v) təhvil verilmə tarixinin xx.xx.2023-cü il göstərilməsi ilə bağlı heç bir fikri yoxdur. Daha əvvəllər bir neçə dəfə 2021, 2022-ci illərdə Nərimanov rayon və 2024-cü ildə Nəsimi rayon məhkəmələrində narkotik maddələrin dövriyyəsi ilə bağlı hal şahidi qismində dindirilmişdir. Həmin gün üzərində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Məhkəmə təşəbbüsü ilə məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Montində eyni məhlədə qalarkən tanımışdır. Tarixini xatırlamadığı bir gün səhər saat 10-11 radələrində Təqsirləndirilən şəxs onun yanına gələrək və “Şevrolet” markalı maşınının olduğunu, həmin maşını satıb onun maşını almaq istədiyini bildirmiş, daha sonra maşın barədə söhbət edərkən qızı üçün aldığı telefonu satmaq istədiyini bildirmişdir. Bu zaman o, evində kirayədə qalan Mehman (şahidin adı anket məlumatlarına əsasən Möhübdür) adı ilə tanıdığı şəxsin telefon axtardığını və əgər satan olsa bu barədə ona məlumat verməsini bildirmişdir. Bundan sonra o, evdən Mehmanı çaqıraraq məhəllədə, evin qarşısında onu Təqsirləndirilən şəxs ilə tanış etmiş əvvəlki telefonu alıb baxmış, işlək vəziyyətdə olduğunu görmüşdür. Lakin onun telefonun üzərində kart olub-olmaması barədə məlumatı olmamışdır. Özləri qiymətdə razılaşmış, Mehman 70-80 manata telefonu almışdır. 2-3 gün sonra polis idarəsindən Arif adlı şəxs ona zəng edərək, müstəntiq olduğunu, Təqsirləndirilən şəxs onun adını verildiyi üçün ona zəng etdiyini, ona telefon satıldığını, həmin telefonu götürüb Sabunçu RPİ-nə gəlməyini bildirmişdir. O da telefonu onun tərəfindən deyil tanışı tərəfindən alındığını, daha sonra Mehmana zəng edərək telefonun oğurluq olduğunu və Sabunçu RPİ-nə aparıb təhvil verilməsini bildirmişdir. Məhkəmə iclasında Şahid2 verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs telefonu onun yanında Mehmana xatırlamadığı tarixdə səhər saat 10- 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində Mehmanın kirayədə yaşadığı evin yerləşdiyi məhəllədə satmışdır. Həmin gün üzərində ***-***-**-** nömrəli mobil telefon olmuşdur. Cinayət işinin 1-ci cild 37-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 77-83-cü vərəqələrində olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(008)-888/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 166-167-ci vərəqələrində olan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(008)-120/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay uzadılmışdır. Cinayət işinin 1-ci cild 199-200-cü vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1570/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirilənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 210-211-ci vərəqələrində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(101)-1570/2024 nömrəli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 1-ci cild 68-70-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 Sabunçu Rayon Şöbəsinin xx.xx.2023cü il tarixli, 2953 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd; qarının ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd və bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları; sağ gicgah-təpə nahiyəsinin 1 (bir) ədəd, sol gicgah-təpə nahiyəsinin 1 (bir) ədəd və ənsə nahiyəsinin 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd kəsilmiş yaraları; sol yanaq nahiyəsinin 1 (bir) ədəd səthi kəsilmiş yarası (ümumilikdə 7 ədəd); burun nahiyəsinin əzilmiş səthi yarası; sağ qaşüstü və üst dodaq nahiyələrinin qançırı müəyyən edilmişdir. Xəsarətlərdən nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd; qarının ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd və bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları; sağ gicgah-təpə nahiyəsinin 1 (bir) ədəd, sol gicgah-təpə nahiyəsinin 1 (bir) ədəd və ənsə nahiyəsinin 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd kəsilmiş yaraları; sol yanaq nahiyəsinin 1 (bir) ədəd səthi kəsilmiş yarası deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir; burun nahiyəsinin əzilmiş səthi yarası; sağ qaşüstü və üst dodaq nahiyələrinin qançırı isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir; qarının ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd və bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, cəmi 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları; sağ gicgah-təpə nahiyəsinin 1 (bir) ədəd, sol gicgah- təpə nahiyəsinin 1 (bir) ədəd və ənsə nahiyəsinin 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir; sol yanaq nahiyəsinin səthi kəsilmiş yarası; burun nahiyəsinin əzilmiş səthi yarası; sağ qaşüstü və üst dodaq nahiyələrinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin 1-ci cild 112-114-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13n xx.xx.2023-cü il tarixli, 3607 saylı məhkəmə-psixiatrik ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixiopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs sonuncunun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Cinayət işinin 1-ci cild 103-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübutun götürülməsi haqqında protokoldan görünür ki, həmin tarixdə Şahid1 “Samsung” markalı, A21s modelli mobil telefonunu Sabunçu RPİ-nə təqdim etmişdir. Cinayət işinin 1-ci cild 107-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli əşyanın maddi sübut kimi tanınması və həlli barədə qərardan görünür ki, Şahid1 götürülmüş “Samsung” markalı, A21s modelli mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. Cinayət işinin 1-ci cild 108-ci vərəqəsində olan qəbzdən görünür ki, “Samsung” markalı, A21s modelli mobil telefon Zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Cinayət işinin 1-ci cild 110-cu vərəqəsində olan xx.xx.2024-cü il tarixli ziyanın ödənilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs atası X3 tərəfindən zərər çəkmiş şəxsə dəymiş ziyandan ödənilməsi məqsədi ilə 500 manat pul ödənilmişdir. Cinayət işinin 1-ci cild 92-94-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, R.K.X8 Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sonuncu Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı Əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət işinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, məhkəmə tərəfindən müdafiəçinin vəsatəti təmin edilərək xx.xx.2023-cü il tarixdən, saat 20:00-dan xx.xx.2023-cü il tarixədək saat 23:59-dək Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələrin anten dairəsi barədə məlumatlar, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, ***-***-**-**, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin anten əhatə dairəsi barədə və həmin mobil telefon nömrələrinə daxil və xaric olmuş zənglərinin, sms mətnlərinin, eləcə “Whatsapp” sosial şəbəkəsində olan yazışmalar (yazılı qaydada və elektron diskə köçürülməklə) "xxxx" MMC-dən və "xxxx" MMC-dən götürülməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarix, saat 00:00-dan xx.xx.2023-cü il tarixə, saat 00:00-dək əlavə aşhid Şahid2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsinin müəyyən edilməsi, eləcə də həmin mobil telefon nömrəsinə daxil və xaric olmuş zənglərin, sms mətnlərin (yazılı qaydada və elektron diskə köçürülməklə) "xxxx" MMC-dən götürülməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin, xx.xx.2024-cü il tarixli Azercell” MMC-nin Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin məhkəmənin qərarının icrası ilə bağlı göndərdikləri CD-disklərdəki məlumatlar məhkəmə iclasında tədqiq edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il tarixdə saat 20:07-dən saat 20:12-dək H.Ə.Prospekti 117, BEGOC ofisi, 20:12-dən 20:38-dək H.Ə.Prospekti 117, “Olimpiya seher”, saat 20:38-dən 20:47-dək Nəsimi rayonu, Puşkin küçəsi 703-cü məhəllə, 20:47-dən saat 21:34-dək 28 May küçəsi, Səməd Vurğun bağı, 21:34-dən saat 21:51-dək Nəsimi rayonu, Puşkin küçəsi 703-cü məhəllə, 21:51-dən saat 22:54-dək 28 May küçəsi, Səməd Vurğun bağı, 22:54-dən saat 23:02-dək Nəsimi rayonu, 28 May küçəsi 56, aviakassa ətrafı, 23:02-dən saat 23:13-dək 28 may, Dəmiryol vağzalı, poçt daşıma idarəsi ünvanında olmuşdur. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan ***-***- **-** mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il tarixdə saat 21:17-dən saat 21:23-dək Nərimanov rayonu, A.Neymətulla küçəsi 44, Metropark t/m, 21:23-dən saat 21:28-dək Ağ Şəhər, Qarabağ atları meydanı, “Park Çinar” residence, 21:28-dən saat 21:59-dək S.Vəzirov küçəsi, 21:59-dan saat 22:07-dək Nərimanov rayonu, 1921-ci məhəllə, Yanvar Nəsirov küçəsi, 19A, 22:07-dən saat 22:13-dək Məmməd Arif küçəsi, 22:13-dən saat 22:45-dək Montin, ATC 67, Keşlə, Babək prospekti ərazisində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il tarixdə saat 22:13-dən saat 22:45-dək Ağ şəhər, Qarabağ atları meydanı, “Park Çinar” residence ünvanında olmuşdur. Zərərçəkmiş şəxs məxsus “Samsung A21s” markalı mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatlarına əsasən müəyyən edilmişdir ki, telefon xx.xx.2023-cü il tarixdə saat 20:30-dan saat 20:54-dək Sabunçu, Yeni Ramanı, 20:54-dən saat 21:00-dək Xətai, Dəmiryol İdarəsi, “Rixard Zorge” küçəsi 230, 21:00-dan saat 21:40-dək Nəsimi rayonu, S.Rüstəm küçəsi, 28 Mall, 21:40-dan saat 21:46-dək Nəsimi, Dəmiryol vağzalı, 21:46-dan saat 22:49-dək Nəsimi rayonu, S.Rüstəm küçəsi, 28 Mall, 22:49-dan saat 22:52-dək Xətai, Dəmiryol İdarəsi, “Rixard Zorge” küçəsi 230, 22:52-dən saat 23:00-dək Bakı şəhəri, PDM Droqal döngəsi, məhəllə 702, poçt daşıma mərkəzi ünvanında olmuşdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin məktubundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə sorğulanan tarixlərdə Bakcell şəbəkəsində istifadə olunmamışdır. Əlavə olaraq “WatsApp” proqramı vasitəsilə göndərilmiş mətnlərə dair məlumatların "xxxx" MMC tərəfindən təqdim edilməsi texniki cəhətdən mümkün olmamışdır. Cinayət işinin 1-ci cild 88-ci vərəqəsində olan əməliyyat tapşırığına cavabdan görünür ki, tədbirlər zamanı Təqsirləndirilən şəxs tərəfindən quldurluq cinayətinin törədildiyi yerə və ətraf əraziyə baxış keçirilmiş, lakin cinayətin aləti ola bilən hər hansı predmet, eyni zamanda tapşırıqda qeyd edilən dırnaq tutan alət aşkar edilməmişdir. Cinayət işinin 2-ci cildinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli, 3-16-17/40/2- 3785/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək adına tibbi kitabça açılmışdır. İlkin tibbi müayinə zamanı sol bazu oynağının bayır səthində 6-7 sm ölçüdə sarımtıl-bənövşəyi rəngli, sol bazunun yuxarı və orta 1/3-nin içəri səthində 9-10 sm ölçüdə tünd-bənövşəyi rəngli qançırlar, sağ diz oynağının ön səthində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə olunmuşdur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın edərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etməsinə dair verilmiş olduğu ittiham öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iş materiallarında kifayət qədər mötəbər sübutların mövcud olmadığını nəzərə alaraq, təqsirləndirilən şəxsin özgənin əmlakını ələ keçirmə məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq etməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın edərək zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etməsi əməlində təqsirli bilinməsinə hüquqi əsas olmadığı qənaətinə gəlir. Bu səbəbdən və toplanmış sübutların məcmusu nəzərə alınmaqla məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələr onun xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət- Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin fadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə olan əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, özgənin əmlakını ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında, əvvəllər tanımadığı hücuma məruz qoyduğu Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək yumruq və təpiklə baş və bədəninin müxtəlif nahiyələrindən qəsdən vuraraq burun nahiyəsinin əzilmiş səthi yarası, sağ qaşüstü və üst dodaq nahiyələrinin qançırları ilə nəticələnən sağlamlığına zərər vurmayan xəsarətlər yetirdikdən sonra yerə yıxılmış Zərərçəkmiş şəxs 04 manat dəyərində +**********48 nömrəli simkartla istifadə etdiyi 150 manat dəyərində “Samsung” markalı, “A21” modelli mobil telefonunu, içərisində 35 manat nağd pul vəsaiti olan 15 manat dəyərində pul kisəsinin olduğu 45 manat dəyərində əl çantasını götürüb sonuncuya ümumilikdə 249 manat ziyan vurmaqla əmlakını ələ keçirmiş, sonradan isə həmin tarixdə axşam saat 22:00 radələrində əlavə Şahid2 valideynlərinə məxsus ünvan 1 ünvanında kirayədə yaşayan Şahid1 satmışdır. Məhkəmə iclasında mobil operator şəbəkələrindən daxil olmuş anten məlumatlarının tədqiq edilməsi zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsinin anten məlumatlarının hərəkət dairəsinə əsasən xx.xx.2023-cü il tarixdə saat 20:30-dan saat 20:54-dək Sabunçu, Yeni Ramanı, 20:54dən saat 21:00-dək Xətai, Dəmiryol İdarəsi, “Rixard Zorge” küçəsi 230, 21:00-dan saat 21:40-dək Nəsimi rayonu, S.Rüstəm küçəsi, 28 Mall, 21:40-dan saat 21:46-dək Nəsimi, Dəmiryol vağzalı, 21:46-dan saat 22:49-dək Nəsimi rayonu, S.Rüstəm küçəsi, 28 Mall, 22:49-dan saat 22:52-dək Xətai, Dəmiryol İdarəsi, “Rixard Zorge” küçəsi 230, 22:52-dən saat 23:00-dək Bakı şəhəri, PDM Droqal döngəsi, məhəllə 702, poçt daşıma mərkəzi ünvanında olmuş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il tarixdə saat 20:07-dən saat 20:12-dək H.Ə.Prospekti 117, BEGOC ofisi, 20:12-dən 20:38-dək H.Ə.Prospekti 117, “Olimpiya seher”, saat 20:38-dən 20:47-dək Nəsimi rayonu, Puşkin küçəsi 703-cü məhəllə, 20:47-dən saat 21:34-dək 28 May küçəsi, Səməd Vurğun bağı, 21:34-dən saat 21:51-dək Nəsimi rayonu, Puşkin küçəsi 703-cü məhəllə, 21:51-dən saat 22:54-dək 28 May küçəsi, Səməd Vurğun bağı, 22:54-dən saat 23:02-dək Nəsimi rayonu, 28 May küçəsi 56, aviakassa ətrafı, 23:02-dən saat 23:13-dək 28 may, Dəmiryol vağzalı, poçt daşıma idarəsi ünvanında olmuş, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il tarixdə saat 21:17-dən saat 21:23-dək Nərimanov rayonu, A.Neymətulla küçəsi 44, Metropark t/m, 21:23-dən saat 21:28-dək Ağ Şəhər, Qarabağ atları meydanı, “Park Çinar” residence, 21:28-dən saat 21:59-dək S.Vəzirov küçəsi, 21:59-dan saat 22:07-dək Nərimanov rayonu, 1921-ci məhəllə, Yanvar Nəsirov küçəsi, 19A, 22:07-dən saat 22:13-dək Məmməd Arif küçəsi, 22:13-dən saat 22:45-dək Montin, ATC 67, Keşlə, Babək prospekti ərazisində olmuş, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten məlumatlarına əsasən o, xx.xx.2024-cü il tarixdə saat 22:13-dən saat 22:45-dək Ağ şəhər, Qarabağ atları meydanı, “Park Çinar” residence ünvanında olmuşdur. Göründüyü kimi hadisə baş verdiyi vaxt, yəni xx.xx.2023-cü il tarixdə, saat 20:00dan 23:00-dək nə zərərçəkmiş şəxsə məxsus mobil telefon, nə təqsirləndirilən şəxs, nə də ki, Şahid1 və əlavə Şahid2 anten məlumatlarının hərəkət dairəsi ilə heç bir halda eyni vaxt kəsiyində eyni ərazidə üst-üstə düşmür. Yuxarıdakılara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixdə axşam saat 20:00 radələrində zərərçəkmiş şəxsə məxsus “Samsung” markalı, “A21” modelli mobil telefonunun təqsirləndirilən şəxs tərəfindən götürülməsi, həmin tarixdə 22:00 radələrində və ya xx.xx.2023-cü il tarixdə səhər saat 10-11 radələrində onun tərəfindən satılması və həmin faktla bağlı ittiham aktında göstərilən digər xüsusatlar öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə iş üzrə toplanmış sübutları təhlil etməyi və aradan qaldırılması mümkün olmayan ziddiyyətlərin qeyd olunmasını, onlara qanuna müvafiq qaydada qiymət verilməsini zəruri sayır. Belə ki, məhkəmə iclasında Şahid1 verdiyi ifadəsində əlavə Şahid2 valideynlərinə məxsus ünvan 1 ünvanında kirayədə yaşadığını, xx.xx.2023-cü il tarixdə axşam saat 22:00 radələrində (istintaqda isə saat 21:00 radələri bildirmişdir) yuxarıda qeyd edilən ünvanda kirayədə qaldığı otağında yatdığı zaman Şahid2 onun otağına gəlib yuxudan oyatmış və satılıq mobil telefon olduğunu bildirərək, almağı təklif etmişdir. O da mobil telefona baxdıqdan sonra qiymətini maraqlandıqda Şahid2 həmin telefonun Təqsirləndirilən şəxs məxsus olduğunu, 80 manata (istintaqda isə 70 manat bildirmişdir) satdığını bildirmişdir. Üzərində o qədər pul olmadığından telefonu təxminən yetmiş neçəsə manata almış, bundan sonra Şahid2 və Təqsirləndirilən şəxs evdən çıxıb getmişlər. Telefonu müstəntiqə aldığı gündən 2 və ya 3 gün sonra aparıb təhvil vermişdir. Bundan başqa məhkəmə iclasında əlavə Şahid2 ifadəsində Təqsirləndirilən şəxs Montində eyni məhlədə qalarkən tanıdığını, xatırlamadığı bir gün səhər saat 10-11 radələrində sonuncunun onun yanına gələrək maşın barədə söhbət edərkən qızı üçün aldığı telefonu satmaq istədiyini bildirmişdir. Bu zaman o, evində kirayədə qalan Mehman (şahidin adı anket məlumatlarına əsasən Möhübdür) adı ilə tanıdığı şəxsi çaqıraraq məhəllədə, evin qarşısında onu Təqsirləndirilən şəxs ilə tanış etmiş, əvvəlki telefonu alıb baxmış, işlək vəziyyətdə olduğunu görmüşdür. Lakin onun telefonun üzərində kart olub-olmaması barədə məlumatı olmamışdır. Özləri qiymətdə razılaşmış, Mehman (Möhüb) 70-80 manata telefonu almışdır. 2-3 gün sonra Sabunçu RPİ-dən Arif adlı şəxs ona zəng edərək, müstəntiq olduğunu, Təqsirləndirilən şəxs tərəfindən onun adı verildiyi üçün ona zəng etdiyini, ona telefon satıldığını, həmin telefonu götürüb Sabunçu RPİ-nə gəlməyini bildirmişdir. O da telefonu onun tərəfindən deyil tanışı tərəfindən aldığını, daha sonra Mehmana zəng edərək telefonun oğurluq olduğunu və Sabunçu RPİ-nə aparıb təhvil verilməsini bildirmişdir. Göründüyü kimi istər Şahid1, istərsə də əlavə Şahid2 məhkəmə iclasında verdikləri ifadələrində əvvəlkinin xx.xx.2023-cü il tarixdə axşam saat 22:00 radələrində (istintaqda isə saat 21:00 radələri bildirmişdir) yuxarıda qeyd edilən ünvanda kirayədə qaldığı otağında yatdığı zaman Şahid2 onun otağına gəlib yuxudan oyatmasını və satılıq mobil telefon olduğunu, Şahid2 isə Təqsirləndirilən şəxs xatırlamadığı bir gün səhər saat 10-11 radələrində onun yanına gələrək qızı üçün aldığı telefonu satmaq istədiyini bildirməsini, o, da evində kirayədə qalan Mehman (Möhüb) adı ilə tanıdığı şəxsi çaqıraraq məhəllədə, evin qarşısında onu Təqsirləndirilən şəxs ilə tanış etməsini və sonuncunun satılıq telefonununu olduğunu bildirmiş, Mehman (Möhüb) telefonun işlək vəziyyətdə olduğunu görmüş və almışdır. Həmçinin müəyyən edilmişdir ki, istər xx.xx.2023-cü il tarixdə axşam saat 22:00 radələrində, istərsə də, xx.xx.2023-cü il tarixdə səhər saat 10-11 radələrində şahidlərin və təqsirləndirilən şəxsin istifadələrində olan mobil telefonların anten məlumatlarının hərəkət dairəsi heç bir halda eyni vaxt kəsiyində eyni ərazidə üst-üstə düşmür. Məhkəmə belə hesab edir ki, göstərilən ziddiyyətli məqamlar, şahidlərin ifadələrinin bir-birindən kəskin fərqlənməsi onların məhkəmə iclasında həqiqətə uyğun olmayan, yalan ifadələrin verdiklərini bir daha təsdiq edir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, istər məhkəməyədək istintaq dövründə, istərsə də məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri mümkün olmayan sübutlar kimi qiymətləndirilərək sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. Beləliklə, məhkəmə gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmişdir, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətdir. CPM-in 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsə hər hansı kəsici-deşici alət ilə deyil yumruq-təpik ilə xəsarət yetirməsi epizodu üzrə verdiyi ifadələrini özünü müdafiə xarakterli vasitə kimi qiymətləndirir və iş üzrə mövcud olan sübutlarla təkzib edildiyini nəzərə alır. Belə ki, istər məhkəmə iclasında, istərsə də məhkəməyədək istintaq dövründə, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs verdiyi ifadələrdən, həmçinin hadisə yerinə baxış keçirilməsi haqqında və üzləşdirmə haqqında protokollardan, şübhəli və təqsirləndirilən şəxsin dindirmə protokollarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Böyük Şor qəsəbəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə silah qismində istifadə etdiyi kəsici-deşici alət ilə zərbələr endirməklə qarının ön divarının daxilə nüfuz etməyən 1 ədəd və bel nahiyəsinin daxilə nüfuz etməyən 1 ədəd, cəmi 2 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ gicgah-təpə nahiyəsinin 1 ədəd, sol gicgah-təpə nahiyəsinin 1 ədəd və ənsə nahiyəsinin 1 ədəd, cəmi 3 ədəd kəsilmiş yaraları ilə nəticələnən sağlamlığına yüngül zərər vuran, həmçinin nazik bağırsağın zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə nüfuz edən 1 ədəd deşilmiş-kəsilmiş yarasından ibarət sağlamlığına ağır zərər vurmaqla onun sağlamlığına qəsdən ağır zərər yetirmişdir. (i/v İ cild 04-06, 07-08, 12-13, 44-46, 63-65, 125-128). Bundan başqa məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 Sabunçu Rayon Şöbəsinin xx.xx.2023cü il tarixli, 2953 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs olan xəsarətlərdən nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd; qarının ön divarının daxilə nüfuz etməyən 1 (bir) ədəd və bel nahiyəsinin daxilə nüfuz etməyən 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd deşilmiş-kəsilmiş yaraları; sağ gicgah-təpə nahiyəsinin 1 (bir) ədəd, sol gicgah-təpə nahiyəsinin 1 (bir) ədəd və ənsə nahiyəsinin 1 (bir) ədəd, cəmi 3 (üç) ədəd kəsilmiş yaraları; sol yanaq nahiyəsinin 1 (bir) ədəd səthi kəsilmiş yarası deşici-kəsici əşya (alət), ola bilsin bıçağın təsirindən törənmişdir; burun nahiyəsinin əzilmiş səthi yarası; sağ qaşüstü və üst dodaq nahiyələrinin qançırı isə bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən və şəxsin qeyd etdiyi xx.xx.2023-cü il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə nazik bağırsağın zədələnməsi ilə müşaiyət olunan qarının ön divarının daxilə nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilkin tibbi müayinə zamanı Təqsirləndirilən şəxs sol bazu oynağının bayır səthində 6-7 sm ölçüdə sarımtıl-bənövşəyi rəngli, sol bazunun yuxarı və orta 1/3-nin içəri səthində 9-10 sm ölçüdə tünd-bənövşəyi rəngli qançırlar, sağ diz oynağının ön səthində 1-2 sm ölçüdə sıyrılmış üzəri qərtməkli yara müşahidə olunsa da və sonuncu məhkəmə iclasında izahatında məhkəməyədək istintaq dövründə polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlər edilməsini bildirsə də, onun tərəfindən göstərdiyi faktla bağlı hər hansı bir orqana vəsatət və ya şikayət verilməmişdir. Yuxarıdakılara əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə iclasında əlində dırnaqtutan alətin olmamasına dair verdiyi bu ifadələr cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Əlavə olaraq məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini səciyələndirilən hallarına diqqət yetirməklə qeyd etməyi zəruri hesab edir ki, sonuncu daha öncədən də eyni tərkibli cinayət əməlini törədərkən üzərində kəsici və silah qismində istifadə oluna bilən eyni xüsusiyyətlərə malik olan alət gəzdirməsi onun şəxsiyətininin ictimai təhlükəliliyini səciyələndirməklə onun mübahisə yaratmağa meyilli olduğunu təsdiq edir. Bundan başqa məhkəmə tədqiq edilmiş sübutların məcmusunu araşdıraraq hesab edir ki, xx.xx.2024-cü il tarixində Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurma cinayətinin Təqsirləndirilən şəxs təşəbbüsü əsasında guya R.Məmmədovun ona məxsus mobil telefonla onu çəkdiyini zənn etməsi səbəbindən ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik etməklə birgəyaşayış qaydalarını qərəzli surətdə pozaraq və cəmiyyətdə özünü ətrafdakılara qarşı qoymaqla törədilməsi sonuncunun bilavastə xuliqanlıq niyyətinin olmasına dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarda qeyd edilir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adam öldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə əsasən 126.1-ci maddəsində göstərilən əməllər ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə - altı ildən on bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, əvvəllərdə törətdiyi eyni tərkibli cinayət əməlinə görə məhkum olunmasına baxmayarq islah olunmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı xx.xx.2023-cü il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “Samsung” markalı, A21s modelli mobil telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs istifadəsinə verilməsi nəzərə alınmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinin tələblərinə müvafiq olaraq şahidlər Şahid1 və Şahid2 tərəfindən bilə-bilə yalan ifadə vermə cinayətinin törədilməsi haqqında Sabunçu rayon prokuroruna məlumat verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 03 dekabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut “Samsung” markalı, A21s modelli mobil telefon Zərərçəkmiş şəxs istifadəsinə verilmiş hesab edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclasında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 7 saylı Vəkil Bürosunun vəkili X4 210 manat və Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 55 saata görə 330 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 7 saylı və 38 saylı Vəkil Bürolarının hesablaşma hesablarına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 207.6-cı maddəsinin tələblərinə müvafiq olaraq şahidlər Şahid1 və Şahid2 tərəfindən bilə-bilə yalan ifadə vermə cinayətinin törədilməsi haqqında Sabunçu rayon prokuroruna məlumat verilsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim (sədrlik edən): Azər Tağıyev Elnur Nuriyev Kamran Muxtarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar