Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(101)-1571/2021 23.12.2021 BAKI ŞƏHƏRİ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Hüseynov Telman Qulaməli oğlu (sədrlik edən), Məmmədov Əli İrfan oğlu və Qəribov Fikrət Atlıxan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 hüquqi varisi X2, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-nin nümayəndəsi Nümayəndə, müdafiəçi, Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 17 avqust 1986-cı ildə Ukrayna Respublikası, Dnepropetrovsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Yevlax şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə və bir şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verən “BC” dərəcəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan, Zərərçəkmiş şəxs4 MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili 19 aprel 2021-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətindən, X26 Limanı istiqamətinə saatda 100 km sürətlə idarə edərkən Sabunçu körpüsü yaxınlığında yolu sağdan-sola keçmək üçün piyadaların hərəkət hissəsinə daxil olması ilə hərəkət üçün təhlükə yaransa da, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin dayanması üçün heç bir tədbir görməyib həmin yolhərəkət qaydalarını pozması, ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin qabaq hissəsi ilə piyadalar Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və sonuncunun oğlu Zərərçəkmiş şəxs1 vurulmasına, nəticədə Zərərçəkmiş şəxs2 baş beyin əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən yerini dəyişməyən sınığı, iki tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), hər iki ağciyərin zədələnməsi, sol Vİ, Vİİ, İX, X qabırğaların yerini dəyişmiş sınıqları, dalağın zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsi və qarının küt travması, sol kürək və çanaq sümüklərinin yerini dəyişmiş sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri almasına, Zərərçəkmiş şəxs3 ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol bazu sümüyünün və sağ mil-bilək oynağının yerini dəyişən qapalı sınıqları, sol diz oynağı və sağ baldır sümüklərinin yerini dəyişən açıq qəlpəli sınıqları, ənsə, sol diz oynağı və sağ baldır nahiyələrinin əzilmiş-cırılmış yaraları, sifətin və bədənin çoxsaylı sıyrıq və qançırları ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən hadisə yerində ölməsinə, Zərərçəkmiş şəxs1 isə ümumilikdə canlı şəxslərdə sağlamlığa ağır zərərvurmaya aid onurğa beyninin boyun şöbəsinin əzilməsi, İ- İİ-İİİ boyun fəqərələrinin fəqərə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sağ Vİİ-Vİİİ-İX, sol Vİİİ- İX qabırğaların yerini dəyişməyən qapalı sınıqları, hər iki baldır nahiyəsinin əzilmiş- cırılmış yaraları, sifətin və bədənin müxtəlif nahiyələrinin qançır və sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan xəsarətlər yetirilməsinə və aldığı xəsarətlərdən 3 saylı şəhər Klinik Xəstəxanasında ölməsinə və “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən mülkiyyətçisi Zərərçəkmiş şəxs4 MMC-yə 6425 manat dəyərində maddi ziyan vurmasına səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi və ifadəsində göstərdi ki, hadisənin baş verməsinə səbəb piyadaların yolu düzgün yerdən keçməməsi olmuşdur. O, təxminən 14 ildir ki, avtomobil idarə edir, avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi də vardır. 19 aprel 2021-ci il tarixdə, təxminən saat 21 radələrində Zərərçəkmiş şəxs4 MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə yolun soldan birinci zolağıyla “Koroğlu” metrostansiyası istiqamətindən, X26 Limanı istiqamətinə saatda 100 km sürətlə hərəkət etmiş, həmin vaxt sağ tərəfindəki avtomobillər onunla eyni istiqamətdə hərəkət etmişlər. Sabunçu körpüsü yaxınlığına çatdıqda o, 5-ci zolaqda hərəkət edərkən sağında olan maşın əyləci basmış, o da bunu görüb tormoz əyləcini basmışdır. Bu zaman o görmüşdür ki, maşını ilə piyadanı vurmuşdur. O, piyadanı vurmamaq üçün idarə etdiyi avtomobilin tormoz əyləcini basmış və avtomobili sağa tərəf istiqamətləndirmiş, lakin piyada ilə idarə etdiyi avtomobilin ara məsafəsi 7-8 metr olduğundan avtomobili saxlaya bilməmişdir. O, yoldan keçən şəxs görməmişdir. Bundan sonra o, avtomobili dərhal saxlayıb yerə düşərək avtomobilin ön şüşəsinə dəyərək yerə yıxılan piyadaya yaxınlaşmışdır ki, ona köməklik göstərsin, həmin piyada qadın olmuş, piyadanın huşsuz vəsiyyətdə olduğunu görüb nəbzini yoxladıqda, piyadanın öldüyünü bilmişdir. Bundan sonra digər iki nəfər piyadaya yaxınlaşmış, həmin piyadalardan biri azyaşlı oğlan uşağı, digəri isə cavan qız olmuşdur. Yoldan keçən tanımadığı avtomobilin sürücüsü həmin piyadaları avtomobilinə əyləşdirərək onları 3 saylı Şəhər Klinik Xəstəxanasına aparmış, o isə hadisə yerində polisin gəlməsini gözləmişdir. Bir neçə dəqiqədən sonra hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər, həmin baxışda o da iştirak etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, idarə etdiyi maşında ondan başqa dostu və 3 nəfər tanımadığı şəxs olmuş, həmin şəxsləri o, pul müqabilində maşını ilə aparmışdır. O, hadisənin baş verdiyi vaxt havanın yağışlı və dumanlı olmadığını, havanın qaranlıq olmasına baxmayaraq, işıqlandırma sistemi olduğunu, yolun sürüşkən və maneəli olmadığını bildirmişdir. Piyadaların yolu sağdan sola doğru istiqamətdə keçdiyini, piyadaların hərəkət sürətini görmədiyini bildirmişdir. Maşınla getdiyi yolun sürət həddi 110 km/saat olmuş, o isə 100 km/saatla hərəkət etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 19 aprel 2021-ci il tarixdə atasının yaşadığı evdə olan zaman bacısı Zərərçəkmiş şəxs3 Milli Olimpiya Stadionunun yaxınlığında yerləşən parka getmələrini təklif etmiş, o da etiraz etməmişdir. Bundan sonra o, Gülnar və Gülnarın oğlu Zərərçəkmiş şəxs1 ilə birlikdə təxminən saat 20:30 radələrində evdən çıxmışlar, saat 21 radələrində Sabunçu rayonu, X8 yerləşən Sabunçu körpüsü yaxınlığına gəlmişlər. Onlar əvvəlcə “Koroğlu” metrostansiyası istiqamətindən, X26 Limanı istiqamətinə doğru hərəkət edən avtomobillərin keçməsini gözləmişlər ki, yol boşaldıqdan sonra yolu sərbəst keçə bilsinlər, avtomobillər keçdikdən sonra avtomobil axınının az olduğunu görüb yolu adi yerişlə keçməyə başlamışlar. Həmin vaxt “Koroğlu” metrostansiyası istiqamətindən hərəkətdə olan bir neçə avtomobil onların yolu keçdiklərini görüb sürətlərini azaldaraq onlara yol vermişlər, onlar da yolu keçməyə davam etmişlər. Yolu keçən zaman birinci hərəkət zolağı ilə “Koroğlu” metrostansiyası istiqamətindən bir avtomobilin gəldiyini görmüşlər, onlar elə bilmişlər ki, həmin avtomobilin sürücüsü də onların yolu keçdiklərini görüb avtomobili saxlayıb onlara yol verəcək, lakin yolu keçməyə az qalmış həmin avtomobil bacısı Gülnarı, bacısı oğlu Yusmiri və onu vurmuşdur. Həmin vaxt o, huşunu itirmişdir. Sonradan nə baş verdiyini xatırlamır. Məhkəmədə verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs2 oğlu bildirdi ki, onlar yolu keçəndə bütün maşınlar saxlamış, maşının gəlib-gəlmədiyinə baxmışlar və sonuncu sırada maşın görməmişlər. Həmin vaxt onlar axırıncı sırada olarkən onları vuran maşın başqa maşının arxasından çıxıb vurmuşdur. O, təqsirləndirilən şəxslə barışmamışdır, ona dəyən zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə notarial qaydada təsdiqlənmiş yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, iddia və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxslərin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, qızı Zərərçəkmiş şəxs3 2011-ci ildə X13 ilə ailə həyatı qurmuşdur. Onların birgə nigahdan bir oğlan və bir qız uşaqları olmuşdur. 17 yanvar 2020-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə qızı Gülnarın və Hikmətin nikahları pozularaq boşanmışlar, həmin vaxtdan qızı Gülnar iki azyaşlı övladları ilə birlikdə onunla eyni ünvanda yaşamışlar. 19 aprel 2021 -ci il tarixdə təxminən saat 20:30 radələrində yaşadığı evdə olan zaman qızları Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 hava almaq üçün parka getmək istədiklərini deyib çölə çıxmaq üçün ondan icazə istəmişlər, o, da etiraz etməmişdir. Bundan sonar qızları Gülnar və Fidan yaşadıqları evdən çıxaraq parka getmişlər. Gülnar evdən çıxarkən azyaşlı oğlu Zərərçəkmiş şəxs1 da özü ilə aparmışdır. Təxminən 30 dəqiqədən sonra Gülnarın və Fidanın gec gəldiklərini görüb bir neçə dəfə Gülnarın istifadə etdiyi mobil telefonuna zəng vurmuşdur, lakin Gülnarın mobil nömrəsinə zəng çatmamışdır. Gülnarın telefona cavab verməməsinə görə narahat olmuş və bundan sonra onların harada olmasını öyrənmək üçün küçəyə çıxmışdır. Yaşadığı evin ətrafında Gülnarı, Fidanı və nəvəsi Yusmiri axtarmağa başlamış, lakin onları tapa bilməmiş və yaşadığı evə qayıtmışdır. Mobil telefonda internet vasitəsi ilə sosial şəbəkədə təsadüfən xəbərlərə baxırmış, həmin vaxt xəbər saytında X8 iki qadının və bir azyaşlı uşağın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumatı oxumuşdur. Həmin vaxt hiss etmişdir ki, ola bilsin qızlarını və nəvəsini maşın vurub. Bundan sonra o, yaşadığı evdən çıxaraq 3 saylı şəhər Klinik Xəstəxanasına getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, X8 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində qızı Gülnar və Gülnarın oğlu Yusmir ölmüşlər, Fidan isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdir. Xəstəxananın həkimlərindən Gülnarın və nəvəsinin meyitini tələb etdikdə, həkimlər Gülnarın və Yusmirin Sabunçu rayon MTE-nın meyitxanasında olduqlarını bildirmişlər. Sabunçu rayon MTE-nın meyitxanasında Gülnarın və nəvəsi Yusmirin meyiti müayinə oldunduqdan sonra ona təhvil verilmişdir. Zərərçəkmiş şəxslərin hüquqi varisi X9 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı tələb və şikayətinin olmadığını, lakin ona vurulmuş ziyanın ödənilmədiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs4 MMC-nin baş məsləhətçi hüquqşünası vəzifəsində işləyir. 19 aprel 2021-ci il tarixdə, təxminən saat 21 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 MMC-yə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətindən, X26 Limanı istiqamətinə doğru hərəkətdə olarkən, Sabunçu körpüsü yaxınlığında iki nəfər piyadanın ölümü və bir nəfər piyadanın isə ağır bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hadisə nəticəsində "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktına əsasən Zərərçəkmiş şəxs4 MMC-yə 6425 manat maddi ziyan dəymişdir. Həmin akta əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsindən imtina edərək, Azərmaş MMC Servisin müəyyən etdiyi qiyməti ilə razı olduğunu bildirmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC məhkəməyə yazılı ərizə ilə müraciət edərək Zərərçəkmiş şəxs4 MMC ilə Təqsirləndirilən şəxs arasında olan daxili lizinq müqaviləsi üzrə öhdəliklərin tam icra olunduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxslərin hüquqi varisinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edir. İşdə olan 19.04.2021-ci il tarixli raportdan görünür ki, həmin tarixdə saat 21:40 radələrində vətəndaş X14 “Koroğlu” metrosundan Mərdəkan qəsəbəsi istiqaməti Sabunçu dairəsinə çatmamış “Socar” yanacaq doldurma məntəqəsi ilə üzbəüzdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Nissan” markalı **-PL-*** dövlət nömrə nişanlı avtomobilin 3 piyadanı vurması 2 nəfərin yaralı olması 1 nəfərin (qadın) ölməsi barədə məlumat vermişdir (cild 1, iş vərəqi 4). İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 19.04.2021-ci il tarixli protokoldan, ona əlavə edilmiş sxemdən və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Sabunçu rayonu, X8 yerləşən Sabunçu körpüsünün yaxınlığıdır. Yol örtüyünün vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üzrə eni 39,80 metrdir. Yolun ümumi hərəkət zolaqlarının sayı 5-dir. Yolun işlək hissəsinin eni 39,80 metrdir. Yolun hərəkət zolaqlarının hər biri 3,80 metrdir. Yolun işlək hissəsində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün beton arakəsmə vardır. Yolun hərəkət hissəsində sağdan və soldan səki vardır. Yolun işlək hissəsinə sonradan (sağdan) dəmir arakəsmə birləşir. Yolun işlək hissəsinə sonradan (soldan) beton arakəsmə yol birləşir. Hadisə yeri müəyyən edilmiş yol nişanları zonasındadır, yəni sürəti göstərən yol nişanları vardır. Hadisə baş verən yol sahəsi baxış anı şəhər elektrik işığı ilə işıqlandırılmışdır. “Ravon Nexia R3” markalı avtomobil yolun sol tərəfindən 1-ci zolaqda səkidən 1 metr aralı, yolun sağ tərəfindən 19 metr aralı X26 Limanı istiqamətində dayanmış vəziyyətdə olmuşdur. 3 nəfər piyada vurulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, piyadalar yolun sol tərəfindən səkidən 3 metr, sağ kənarından 16,90 metr məsafədə 1-ci zolaqda vurulmuşlar. Ölən piyada avtomobillə vurulma nöqtəsindən 26 metr məsafədə qarşıda 1ci zolağa düşmüşdür. “Ravon Nexia R3” markalı avtomobil yolun sol tərəfindən 1-ci zolaqda üzü X26 Limanı istiqamətində düzünə dayanmışdır. Şin izləri aşkar edilməmişdir. Tormoz izləri aşkar edilməmişdir. Avtomobilin itmiş hissələri olmasa da, şüşə və plastmas qırıntıları hadisə yerinə dağılmışdır. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri aşkar edilməmişdir. Yolun sol tərəfindən 3 metr, sağ kənarından 16,90 metr məsafədə 1-ci zolaqda yerdə uzanıqlı vəziyyətdə qadın cinsli meyit aşkar edilmiş, qadının əynində qara rəngli şalvar, qara rəngli corab və ağ-qara rəngli kofta vardır. Meyitin ətrafında qana bənzər ləkələr vardır (cild 1, iş vərəqi 5-14). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 22.04.2021-ci il tarixli, 8/869 №-li rəyindən görünür ki, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir (cild 1, iş vərəqi 68-70). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17.05.2021-ci il tarixli, 67 №-li rəyindən və rəyə əlavə edilmiş fotocədvəldən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs3 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: baş-beyin maddəsinin əzilməsi, baş-beyin maddəsinə və yumşaq qişalarına qansızma, ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı, sol bazu sümüyünün və sağ mil-bilək oynağının yerini dəyişən qapalı sınıqları, sol diz oynağı və sağ baldır sümüklərinin yerini dəyişən açıq qəlpəli sınıqları, ənsə, sol diz oynağı və sağ baldır nahiyələrinin əzilmişcırılmış yaraları, sifətin və bədənin çoxsaylı sıyrıq və qançırları. - xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 19.04.2021-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir.
2. Mərhum Zərərçəkmiş şəxs3 ölümünə səbəb ənsə sümüyünün kəllə əsasına keçən xətti sınığı ilə əlaqədar baş-beyin maddəsinin əzilməsi, baş-beyinin yumşaq qişalarına və maddəsinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 10-12 saat əvvələ uyğun gəlir.
3. Mərhum Zərərçəkmiş şəxs3 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 167-171). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 17.05.2021-ci il tarixli, 68 №-li rəyindən və rəyə əlavə edilmiş fotocədvəldən görünür ki:
1. Mərhum Zərərçəkmiş şəxs1 meyitində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: onurğa beyninin boyun şöbəsinin əzilməsi, İ-İİ-İİİ boyun fəqərələrinin fəqərə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları və həmin səviyyədə onurğa beyninin boyun şöbəsinə qansızma, sağ Vİİ-Vİİİ-İX, sol Vİİİ-İX qabırğaların yerini dəyişməyən qapalı sınıqları, hər iki baldır nahiyəsinin əzilmiş-cırılmış yaraları, sifətin və bədənin müxtəlif nahiyələrinin qançır və sıyrıqları. - xəsarətlər həyati olub, bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 19.04.2021-ci il tarixdə və şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə səbəbli əlaqəlidir.
2. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb İ-İİ-İİİ boyun fəqərələrinin fəqərə qövslərinin və cisminin yerini dəyişən qapalı, qəlpəli sınıqları ilə əlaqədar onurğa beyninin boyun şöbəsinin əzilməsi olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 12-14 saat əvvələ uyğun gəlir.
3. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri və salisatlar aşkar edilməmişdir (cild 1, iş vərəqi 172-176). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının (canlı şəxsin ekspertizasının) 10.06.2021-ci il tarixli, 601 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs2 baş beyin əzilməsi, ənsə sümüyünün kəllə əsasına keçən yerini dəyişməyən sınığı, iki tərəfli hemopnevmotoraksla (döş boşluğuna sərbəst qanın və havanın yığılması), hər iki ağciyərin zədələnməsi, sol Vİ, Vİİ, İX, X qabırğaların yerini dəyişmiş sınıqları, dalağın zədələnməsi və daxili qanaxma ilə müşayiət olunan döş qəfəsi və qarının küt travması, sol kürək və çanaq sümüklərinin yerini dəyişmiş sınıqları müəyyən edildi. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarda göstərilən 19.04.2021-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir (cild 1, iş vərəqi 177-180) İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 bacısı və bacısı oğlu ilə birlikdə yolu keçən zaman hərəkətdə olan avtomobillərin onların yolu keçdiyini görüb sürətlərini azaldaraq onlara yol verməsi, yolu keçməyə davam etmələri, yolu keçən zaman birinci hərəkət zolağı ilə “Koroğlu” metrosu tərəfindən Təqsirləndirilən şəxs avtomobilinin gəldiyini görüb onun da yol verəcəklərini sanmaları, lakin avtomobilin düz onların üstünə gələrək onu, bacısını və bacısı oğlunu vurmasını Təqsirləndirilən şəxs üzünə qarşı deyərək ibtidai istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir (cild 1, iş vərəqi 252-255). İşdə olan 19.04.2021-ci il tarixli 1/568 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, onda sərxoşluq hallarının əlamətləri aşkar olunmur (cild 1, iş vərəqi 24). İşdə olan “Azevrocar MMC”nin verdiyi 12.04.2021-ci il tarixli etibarnamədən görünür ki, Azərbaycan Respublikası vətandaşı olan Təqsirləndirilən şəxs (Yevlax ş., Ordubadi k., m.3 ünvanında qeydiyyatda olan sürüculük vəsiqəsi AF №025521 saylı, 12.02.2019-cu il tarixində DİN BDYPİ Qİİ/5 saylı ASAN x.m. tərəfindən verilib) ondan ötrü ki, “Azevrocar MMC” ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 12.12.2017-ci il tarixli CAR-1795 sayli “X11” əsasında lizinqə verilmiş 1 (bir) ədəd “Ravon Nexia R3” markalı, **-PL-*** qeydiyyat nişanlı (qeydiyyat şəhadətnaməsi AD 111945 seriyalı, 2017 il buraxılışlı, ban №041749, mühərrik №0025, tünd boz rəngli) maşınının yalnız Azarbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir (cild 1, iş vərəqi 20). İşdə olan və məhkəmə istintaqında tədqiq edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından görünür ki, “Ravon Nexia R3” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə servis mərkəzində ilkin texniki baxış zamanı müəyyən olunmuşdur ki, həmin avtomobilin təmir olunmasına ümumilikdə 6425 manat tələb olunur (cild 1, iş vərəqi 148-149). İşdə olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 31.07.2021-ci il tarixli qərardan görünür ki, Cəfər-X22 həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 214-215). İşdə olan ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 01.05.2021-ci il tarixli qərardan görünür ki, X9 həmin iş üzrə ölmüş zərərçəkmiş şəxs X5 hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 111-112). İşdə olan zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında 30.07.2021ci il tarixli qərardan görünür ki, X13 həmin iş üzrə ölmüş Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanınmışdır (cild 1, iş vərəqi 203-204). Zərərçəkmiş şəxs1 hüquqi varisi X7 və Zərərçəkmiş şəxs1 yaxın qohumu olan babası X4 ərizələrinə əsasən məhkəmə 16 sentyabr 2021-ci il tarixli məhkəmə iclasında X7 hüquqi varis qismində iştirakına xitam vermiş və X6 Zərərçəkmiş şəxs1 hüquqi varisi qismində tanımışdır. İşdə olan hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında 28.05.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 MMC” zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır (cild 1, iş vərəqi 150). İşdə olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınması haqqında 28.05.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 MMC-nin baş məsləhətçi hüquqşünası Nümayəndə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (cild 1, iş vərəqi 152). Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 1, iş vərəqi 105). İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsin 29.06.2021-ci il tarixli, 5634 nömrəli məktubundan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olunmayıb (cild 1, iş vərəqi 163). İşdə olan nikah haqqından şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 07.05.2007-ci il tarixdə X10 ilə nikaha daxil olmuş, himayəsində 22.10.2007-ci il təvəllüdlü Tağıyeva Aysu və 12.06.2009-cu il təvəllüdlü Tağıyev Rüstəm adlı övladları vardır (cild 1, iş vərəqi 131-133). Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi "xxxx" MMC-nin verdiyi 16.09.2021-ci il tarixli, 13 nömrəli mütəxəssis rəyindən görünür ki:
1. 8/869 saylı 22.04.2021-ci il tarixli rəydə aparılan tədqiqatda ekspert sürücünün reaksiya müddətini yol-nəqliyyat şəraitlərinin (YNŞ) 1-ci qrupuna uyğun olaraq 0,6 san. Bərabər qəbul etmişdir. Metodikaya əsasən sürücünün reaksiya müddətini bu qrupdan qəbul etmək üçün hadisədən əvvəl yolda yaranmış YNŞ aşağıdakı tələblərə cavab verməli idi: yolda olan vəziyyət sürücünü hərəkət üçün təhlükənin yarana bilməsi barədə qabağcadan xəbərdar etməli (yəni yolda sürücünü piyadaların çıxa bilməsi barədə xəbərdar edən və "piyada keçidi"nin yerini bildirən yol nişanları olmalı), yarana biləcək təhlükənin xüsusiyyəti və yaranma yeri barədə məlumatlandırmalı idi. Belə çıxır ki, sürücü Tağıyevin öncədən piyadaların hərəkət hissəsinin sağ kənarında dayanması və onların icazə verilməyən yerdə yolu keçmək istəməkləri barədə məlumatı olmalı idi.
2. Rəyin tədqiqat hissəsində göstərilən səbəblərə görə hesab edilir ki, mövcud şəraitdə ekspert tədqiqat zamanı sürücünün reaksiya müddətini Metodik göstərişlərə əsasən 4-cü qrup YNŞ-nə uyğun, yəni 1,2 san. bərabər qəbul etməli idi.
3. Qoyulan suala cavab olaraq qeyd etmək olar ki, ekspert təqdim olunmuş materiallar əsasında “Ravon” markalı avtomobilin mövcud yol şəraitində tam dayandırılması üçün tələb olunan vaxtı texniki hesabatlar əsasında təyin edə bilərdi.
4. Aparılmış texniki hesabatlardan məlum olur ki, mövcud yol şəraitində saatda 100 km sürətlə hərəkət edən “Ravon Nexia” markalı avtomobilin dayandırılması üçün tələb olunan vaxt 5,88 saniyəyə bərabərdir.
5. Qeyd olunan suala cavab olaraq bildirmək vacibdir ki, göstərilən şəraitdə, yəni hadi- sənin günün qaranlıq vaxtında baş verməsi və hadisə vaxtı “Ravon Nexia” markalı avtomobilin sağ tərəfində, qonşu zolaqlarda, onunla eyni istiqamətdə digər nəqliyyat vasitələrinin hərəkət etməsi və sürücü Tağıyev üçün sağ tərəfə görünüşün məhdudlaşdırması vəziyyətində, sürücü Tağıyevin piyadaları hərəkət hissəsinin sağ kənarına daxil olduğu anda görməli olduğunun və onların sürücünün görünüş dairəsində vurulana qədər 16,9 m məsafəni qət etməsinin iddia edilməsi, istintaq eksperimenti keçirtmədən, düzgün deyildir.
6. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq demək mümkündür ki, sürücü Tağıyevin “Ravon Nexia” markalı avtomobilinin faranın yaxın vuran işıqlarla hərəkət etməsi şəraitində, yolun hərəkət hissəsinin sağ tərəfində ondan 99,4/146,9 metr aralı məsafədə qabaqda olan piyadaları görə bilməsi (hələ sağ tərəfdə eyni istiqamətdə NV-nin getməsini nəzərə almasaq belə) faktı inandırıcı deyildir.
7. Rəyin tədqiqat hissəsində aparılmış hesabatlardan belə nəticəyə gəlmək olar ki, piyadaların sürücü Tağıyevin görünüş dairəsinə hərəkət hissəsinin 3-cü və 4-cü zolaqlarının sağ kənarında düşdüyü halda, onun vaxtında tormozlama əməliyyatı aparmaqla hadisənin qarşısını almağa texniki imkanı olmamışdır. Çünki, həmin anda piyadalarla avtomobilin qabaq hissəsi arasında olan məsafələr (32,4/47,8 m və 54,7/80,7 m) saatda 100 km sürətlə hərəkət edən avtomobilin dayandırılması üçün tələb olunan məsafədən (102 m) kiçikdir. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsində göstərilmişdir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyi ilə əlaqədar qeyd edir ki, məhkəmənin qəbul edə biəcəyi sübut növlərinin siyahısı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsində göstərilmişdir. Həmin sübut növləri arasında mütəxəssis rəyi qeyd edilməmişdir. Bundan əlavə iş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin 22.04.2021-ci il tarixli, 8/869 №-li rəydə gəldiyi nəticələr məhkəmədə heç bir şübhə doğurmur. Qeyd edilən səbəblərdən məhkəmə müdafiə tərəfinin təqdim etdiyi mütəxəssis rəyini sübut kimi qəbul etmir. Məhkəmə Təqsirləndirilən şəxs, hadisənin baş verməsinə səbəbin piyadaların yolu düzgün yerdən keçməməsinin olması, piyadaları vurmamaq üçün idarə etdiyi avtomobilin tormoz əyləcini basması, lakin piyada ilə idarə etdiyi avtomobilin ara məsafəsi 7-8 metr olduğundan avtomobili saxlaya bilməməsi barədə məhkəmədə verdiyi ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadələri özünü müdafiə xarakteri daşımaqla ağır cinayət törətməyə cəhd etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunmaqdan yayınmaq və cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur. Əksinə, məhkəmə yuxarıda şərh olunan bütün sübutları, o cümlədən Zərərçəkmiş şəxs2 yolu keçərkən bütün maşınların saxlayaraq onlara yol verməsi, axırıncı sırada olarkən qəza törədən maşının başqa maşının arxasından çıxaraq onları vurması barədə ifadələrini, Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanının olması barədə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyini, hadisə yerində tormoz izlərinin aşkar edilməməsini təsdiq edən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokolu və digər sübutları müqayisəli şəkildə təhlil edib onları məcmu halda qiymətləndiriərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə və bir şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə, məhkəmə baxışında araşdırılaraq tədqiq edilmiş və yuxarıda sadalanan sübutlara müqayisəli şəkildə obyektiv hüquqi qiymət verərək və özünün daxili inamına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs, onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan iki şəxsin ölümünə və bir şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olması kifayət qədər sübuta yetirilir, o, həmin cinayət əməlini törətməkdə təqsirlidir, əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə, iki zərərçəkmiş şəxsin hüquqi varisi ilə və zərərçəkmiş hüquqi şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cavan olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal məhkəmədə müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azalıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Belə ki, Azərbaycan Respublikası CM-in 15.4-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxslə, zərərçəkmiş şəxslərin yaxın qohumu olan hüquqi varisi ilə və zərərçəkmiş hüquqi şəxslə barışıq əldə edilməsi kimi cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, həmin maddəyə görə, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 22.04.2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən barəsində 24.04.2021-ci il tarixdə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablanmış və hökm çıxarılana kimi fasiləsiz olaraq həbsdə saxlanılmışdır (iş vərəqi 50, 99-102, 198-200). Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsini əsas tutaraq hesab edir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 22 aprel 2021-ci tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə cəza kimi müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə məcburi hal kimi nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə cəzası əlavə cəza kimi təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə nəzərə alır ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC məhkəməyə mülki iddia ərizəsi təqdim edərək mülki cavabdeh Təqsirləndirilən şəxs 6425 manat məbləğində maddi zərərin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq mülki iddiaçı MMC-yə ödənilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə 02 sentyabr 2021-ci il tarixli baxış iclasında zərərçəkmiş şəxs tərəfindən təqdim edilən mülki iddia ərizəsinin icraata qəbul edilib-edilməməsi məsələsini müzakirə edərək mülki iddia ərizəsini icraata qəbul etmiş, Zərərçəkmiş şəxs4 MMC mülki iddiaçı, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışdır. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC tərəfindən məhkəməyə təqdim edilmiş 10 sentyabr 2021-ci il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs4 MMC ilə Təqsirləndirilən şəxs arasında bağlanmış Daxili lizinq müqaviləsi üzrə öhdəlik tam icra olunmuş, buna görə də mülki iddiadan imtina edirlər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186-cı maddəsinə əsasən mülki iddia ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC mülki iddiadan imtina etdiyinə görə Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddia üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə müəyyən edilmiş 3 (üç) il müddətə şamil edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs4 MMC mülki iddiadan imtina etdiyinə görə Təqsirləndirilən şəxs qarşı qaldırılmış mülki iddia üzrə icraata xitam verilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 100 (yüz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən onun elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.